Məhkəmə qərarları › İş №1(099)-287/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-287/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-287/2024 07.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X39, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X16, X17 və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 31 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, - 09 avqust 1977-ci ildə Qazax rayonunun Dağkəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan olmaqla üç uşağı olan, “Perlit” tikinti şirkətində baş usta vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Dağkəsəmən kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 32 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 avqust 2023-cü il tarixdə, saat 19 radələrində 10 noyabr 2023-cü il tarixədək qüvvədə olan ƏN-Vİİİ 604430 nömrəli etibarnamə əsasında, AD107912 seriya və nömrəli, “B” dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, 2001-ci ildə istehsal edilmiş “Mercedes-Benz” markalı, “E270CDİ” modelli, “**-XM-***” dövlət qeydiyyat nişanlı avtomobillə “Zəfər yolu”nun yəni, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisindən keçən 8-ci kilometrliyində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 km/saatdan artıq yəni, 120 km/saat sürətlə idarə etməklə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamalı olduğu halda buna texniki cəhətdən imkanı olmasına baxmayaraq həmin qaydalara əməl etməməklə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməyərək hadisə yerində əks istiqamətli hərəkət istiqamətini ayıran 1.1 üfiqi nişanlanma xəttini kəsərək hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarəetmə hərəkətlərini nəzarəti altında saxlamayıb avtomobilin qarşı sol hərəkət zolağına çıxmaması üçün üzərinə düşən vəzifəni yerinə yetirməməklə, nəticədə ona əks istiqamətdə yəni, Füzuli rayonu, Əhmədbəyli kəndi istiqamətində öz hərəkət zolağı ilə 60 km/saat sürət həddi ilə hərəkətdə olan X11 18 noyabr 2023-cü il tarixədək qüvvədə olan, “BC” kateqoriyalı, AE517431 seriya və nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi “VAZ-2106” markalı, “**-BG-***” dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan həmin avtomobilin sürücüsü Rəşad Nəzərovun sol İİ-İİİ-İV-V-Vİ qabırğaların fraqmentləri yerinidəyişmiş qapalı sınığı, ağciyərin solda cırılması, sol tərəfli hemotoraks (sol plevra boşluğuna qan yığılması-1000-1500 ml), sol bazu sümüyünün yuxarı və aşağı 1/3-nin fraqmentləri yerinidəyişmiş açıq sınığı, bədən səthinin çoxsaylı sıyrıqları, daxili üzvlərin venoz azqanlılığı xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri almasına, Rəşad Nəzərovun aldığı qabırğaların çoxsaylı sınıqları və ağciyərin cırılmasından törənmiş çoxlu qanitirmə, travmatik şok xarakterli bədən xəsarətləri səbəbindən 13 avqust 2023-cü il tarixdə, saat 19:30 radələrində müalicə aldığı Füzuli rayon mərkəzi xəstəxanasında ölməsinə, həmin avtomobildə qarşı tərəfdə əyləşmiş sərnişin X2 İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların fraqmentləri yerinidəyişmiş qapalı sınığı, ağciyərin solda cırılması, soltərəfli hemotoraks (sol plevra boşluğuna qan yığılması-1500- 2000 ml), sol bazu sümüyünün orta 1/3-nin fraqmentləri yerinidəyişmiş qapalı sınığı, bədən səthinin çoxsaylı sıyrıqları, daxili üzvlərin venoz azqanlılığı xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri almasına, Yaşar Əhmədovun aldığı qabırğaların çoxsaylı sınıqları və ağciyərin cırılmasından törənmiş çoxlu qanitirmə, travmatik şok xarakterli bədən xəsarətləri səbəbindən 13 avqust 2023-cü il tarixdə, saat 19 radələrində hadisə yerində ölməsinə, həmin avtomobildə arxa oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 sol saidin dirsək oynağı səviyyəsində travmatik natamam qopması, İV dərəcəli açıq sınığı, dirsək sümüyünün proksimal metaepifizinin tam deffekti ilə sol bazu sümüyünün yuxarı orta 1/3-nin İİ dərəcli açıq sınığı, sol dirsək sinirinin zədələnməsi ilə, sağ bud sümüyünün orta 1/3-nin yerdəyişmiş qapalı sınığı, solda İİİ-Vİİ qabırğaların və kürək sümüyünün yerdəyişmiş sınıqları, travmatik şok İİİ dərəcə xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına, həmin avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs3 sol Vİİ qabırğanın fraqmentləri yerinidəyişmiş qapalı sınığı xarakterli, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır bədən xəsarətləri almasına, həmin avtomobildə arxa oturacaqda əyləmiş digər sərnişin Zərərçəkmiş şəxs4 sol baldır sümüklərinin orta 1/3-nin fraqmentləri yerinidəyişmiş qapalı sınığı xarakterli, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır bədən xəsarətləri almasına, həmin avtomobildə arxa oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs2 omba sümüyünün solda fraqmentləri az yerinidəyişən qapalı sınığı, hər iki tərəfdə oturaq sümüyünün fraqmentləri yerinidəyişməyən qapalı sınığı, hər iki qasıq sahəsində solda sirkə kasasına keçən fraqmentləri az yerinidəyişmiş qapalı sınığı xarakterli, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır bədən xəsarətləri almasına, eyni zamanda onun ehtiyatsızlığından idarəetmədən çıxmış avtomobili Rəşad Nəzərovun idarə etdiyi “VAZ-2106” markalı, “**-BG-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub sonuncu avtomobili zədələyərək Rəşad Nəzərova 3.248 (üç min iki yüz qırx səkkiz) manat maddi ziyan vurduqdan sonra Şuşa şəhəri istiqamətində, yolun sağ ehtiyat hissəsində hərəkətsiz halda dayanmış Şahid3 məxsus “Mercedes-Benz190” markalı, “**-BV-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncu avtomobilin yolun kənarındakı çalaya düşüb zədələnməsi nəticəsində Şahid3 6.213 (altı min iki yüz on üç) manat məbləğində maddi ziyan dəymiş və bununla da yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, onun “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. İstifadəsində “Mercedes-Benz” markalı, “**-XM-***” dövlət qeydiyyat nişanlı avtomobil olmuş və həmin avtomobili etibarnamə ilə idarə etmişdir. Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazisində yerləşən “Perlit” şirkətində baş usta vəzifəsində işləmişdir. Hadisə baş verən günü, yəni, 13 avqust 2023-cü il tarixdə, saat 12:30 radələrində Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində yerləşən marketdən ərzaq almaq üçün işlədiyi yerdən qohumu Şahid5la birlikdə “Mercedes” markalı avtomobillə yola çıxmış, həmin vaxt avtomobili özü idarə etmiş, Elxan avtomobilin qabaq oturacağında əyləşmişdir. Elxana avtomobilini idarə etməyə icazə verməmişdir. Həmin gün saat 14:00 radələrində Əhmədbəyli kəndinə çatmış, bundan sonra “Dördyol” adlanan ərazidə yerləşən marketdən özünə lazım olan ərzaqları almış və avtomobilinə əyləşərək Cəbrayıl rayonu istiqamətində hərəkətə başlamışdır. Füzuli rayonu, Kürdmahmudlu kəndi ərazisində hərəkətdə olduğu vaxt avtomobili təxminən 80-90 km/saat sürətlə idarə edərkən qəflətən sərt döngədə avtomobilin arxa təkəri asfaltdan kənara, yəni torpaq yolda olan çalaya düşmüş və idarəetməni itirmiş, bundan sonra avtomobil qarşı hərəkət zolağına çıxaraq oradan öz yolu ilə gələn qara rəngli, “VAZ-2106” markalı avtomobilin qarşı tərəfi ilə toqquşmuş, toqquşmanın təsirindən yenidən öz yoluna qayıdaraq hərəkət etdiyi istiqamətdə yolun sağ kənarında dayanmış halda olan “Mercedes” markalı avtomobilə dəymişdir. Toqquşmanın təsirindən huşsuz vəziyyətə düşmüş və nə baş verdiyindən məlumatı olmamışdır. Bakı şəhərində yerləşən xəstəxanada özünə gələndən sonra törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Rəşad və Yaşar adlı şəxslərin öldüyünü, bir neçə nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarını öyrənmişdir. Hadisədən əvvəl spirtli içki, narkotik vasitə və ya digər psixotrop maddələr qəbul etməmişdir. Hadisə zamanı “VAZ-2106” markalı avtomobildə kimlərin olduğunu görməmişdir. Avtomobilində hər hansı texniki nasazlıq olmamış, tormoz sistemi işlək vəziyyətdə olmuş, gündüz vaxtı və günəşli hava olmuş, Elxana hadisəni öz üzərinə götürməsi barədə hər hansı göstəriş verməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Cəbrayıl rayonunda sosial yaşayış binalarının tikintisi ilə məşğul olmuş, elektron portal vasitəsi ilə hərəkət edərək işə gedibgəlmişdir. İşlədiyi yerdə işçilərə axşam yeməyi verilir və axşam yeməyi üçün nəzərdə tutulmuş vaxt saat 18:00-dan 19:00-dək olmuşdur. Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində yerləşən marketdən lazımi ərzaqları alıb iş yerinə qayıdarkən, portal sistemi ilə alınmış icazənin müddəti başa çatdıqda işinə gedə bilməməsi səbəbindən iş yerinə tez çatmaq üçün avtomobilini 110-115 km/saat sürətlə idarə etmişdir. Hadisə saat 18-19 radələrində baş vermişdir. Həmin gün yağış yağmamış və asfalt örtüyü quru vəziyyətdə olmuşdur. Avtomobili “VAZ-2106” markalı avtomobillə toqquşduqdan sonra yol toz-duman olmuş, avtomobilin qapısını açıb yerə yıxılmış, gözünü açanda artıq təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparıldığını görmüşdür. “VAZ-2106” markalı avtomobilin bir az qırağa, sağ tərəfə çıxacağı təqdirdə qəzanın baş verməyəcəyini bildirmişdir. Hadisə baş verdikdən sonra ölmüş şəxslərin ailə üzvlərinə və xəsarət almış şəxslərə maddi köməklik göstərmişdir. Bibisi oğlu Şahid5 müstəntiq tərəfindən dindirilməsini və Elxanın hadisə baş verən gün avtomobilin özü tərəfindən idarə edilməsi barədə ifadə verməsini sonradan bilmişdir. Elxan onun qohumu olduğu üçün ona, demədən güya hadisə vaxtı sükan arxasında olmasını bildirmişdir. Xəstəxanada müalicə aldığı vaxt müstəntiq tərəfindən dindirilərkən ifadəsində hadisə baş verən gün “Mercedes” markalı avtomobili özünün idarə etdiyini bildirmişdir. Törətdiyi əməlindən çox peşmandır, heç kəs belə bir hadisənin baş verməsini istəməz. Məhkəmədən qanunun tələbinə uyğun qərar qəbul edilməsini və cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin (təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxslər, mərhum zərərçəkmiş şəxslərin hüquqi varisləri və şahidlərin) ifadələrini dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, üzünü görməmişdir, zərərçəkmiş şəxlərlə isə iş yoldaşı olmuşlar. Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində usta işləmişdir. İş yoldaşları ilə mütəmadi olaraq birlikdə işə gedib-gəlmişlər. 13 avqust 2023-cü il tarixdə, saat 19 radələrində işdən çıxıb kirayə qaldıqları evə doğru gedərkən qəza baş vermişdir. “VAZ-2106” markalı avtomobili Rəşad Nəzərov idarə etmişdir. Həmin avtomobildə altı nəfər olmuşlar, sürücünün arxasında, yəni sol arxa qapı tərəfdə oturmuşdur. Hadisə vaxtı hava işıqlı olmuşdur. Qəza ani olaraq baş vermiş, hadisənin necə baş verdiyini anlamamışdır. Qəza nəticəsində huşunu itirmiş, ayılanda isə artıq xəstəxanada olduğunu görmüş və qəzadan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığını öyrənmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım olunmuş, buna görə də ona qarşı hər hansı bir şikayət və ya tələbinin olmaması ilə bağlı ərizə vermiş, barışmışdırlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsindən sonra tanımış, ona qarşı hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. 10 avqust 2023-cü il tarixdən Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində usta kimi işləmişdir. Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, mərhum Yaşar Əhmədov və Rəşad Nəzərovla eyni yerdə işləmiş, Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində kirayədə qaldıqları üçün hər gün Rəşad Nəzərova məxsus “VAZ-2106” markalı avtomobillə işə gedib-gəlmişlər. 13 avqust 2023-cü il tarixdə, saat 19 radələrində işdən sonra Rəşadın idarə etdiyi avtomobillə Əhmədbəyli kəndində yerləşən kirayə qaldıqları ev istiqamətində hərəkət etmişlər. Avtomobildə Yaşar qabaq sağ oturacaqda, Rəşadın arxasında yəni, sol qapı tərəfdə Nicat, Nicatın yanında o, sonra Novruz, arxa sağ tərəfdə isə Elnur əyləşməklə, altı nəfər olmuşlar. Rəşad Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində Əhmədbəyli kəndi istiqamətində təxminən 50-60 km/saat sürətlə avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirərkən qəflətən qarşı tərəfdən “Mercedes” markalı avtomobil onların içində olduqları avtomobillə toqquşmuşdur. Toqquşmaya 20 metr qalmış qabaqlarına avtomobilin çıxdığını görmüşlər. Hadisə onların yolunda baş vermişdir. Qəzadan sonra avtomobildən düşmüş, daha sonra tanımadığı şəxsə məxsus avtomobillə Füzuli Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakıya aparılmışdır. Bakıya aparılanda özündə olmamış, təcili tibbi yardım maşınına xərəkdə yerləşdirilmişdir. Bakıda olanda Rəşad və Yaşarın yol-nəqliyyat hadisəsi zamanı aldıqları bədən xəsarətləri nəticəsində vəfat etdiklərini öyrənmişdir. Qəza nəticəsində sol qabırğa nahiyəsindən bədən xəsarətləri almışdır. Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım edilmişdir, onunla bağlı heç bir şikayəti və ya tələbi yoxdur, barışmışlar. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 10 avqust 2023-cü il tarixdən Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində Zərərçəkmiş şəxs4, Yaşar Əhmədov, Rəşad Nəzərov, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la birlikdə şirkətdə usta işləmiş, Füzuli rayonunun Əhmədbəyli kəndində kirayədə qalmışlar. 13 avqust 2023-cü il tarixdə, saat 19 radələrində iş yerindən çıxıb Əhmədbəyli kəndi istiqamətində hərəkətdə olduqları vaxt avtomobili Rəşad idarə etmişdir. Avtomobilin arxa oturacağında oturmuşdur. Füzuli rayonu, Kürdmahmudlu kəndi ərazisində hərəkətdə olarkən qəflətən qarşı tərəfdən “Mercedes” markalı avtomobil onların olduqları avtomobilin qarşısına çıxmış və toqquşmuşlar. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil onların yoluna çıxmışdır. Hadisə bir göz qırpımında baş vermiş, necə baş verdiyini diqqətlə görə bilməmişdir. Belə bir hadisə hamının başına gələ bilər. Qəza nəticəsində qabırğası çatlamışdır. Hadisədən sonra Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Xəstəxanada olarkən Rəşadla Yaşarın məlum hadisə nəticəsində vəfat etdiklərini eşitmiş, “morq”dan mərhum Rəşadın nəşini götürüb Salyan rayonuna getmişlər. Ona ziyan dəyməmişdir. Məşədi ilə bağlı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, iş üzrə digər zərərçəkmiş şəxslərlə birlikdə Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində usta kimi işləmiş, həmin rayonun Əhmədbəyli kəndində kirayədə yaşamışlar. Məlum yol-nəqliyyat hadisəsi axşamçağı, saat 18-19 radələrində işdən qayıdarkən baş vermişdir. “VAZ-2106” markalı avtomobili mərhum Rəşad Nəzərov idarə etmişdir. Avtomobildə ondan başqa daha beş nəfər olmuşdur. Hadisə qəfildən baş vermiş, şok vəziyyətində olmuşlar. Hadisə nəticəsində ayağından xəsarət almış və artıq ayağı sağalmışdır. Ona maddi yardım olunmuşdur. Buna görə də, Təqsirləndirilən şəxsla bağlı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmədə mərhum zərərçəkmiş şəxs Rəşad Nəzərovun hüquqi varisi X16 ifadəsində göstərmişdir ki, Rəşad onun əridir, Təqsirləndirilən şəxs məlum hadisə ilə əlaqədar tanımış, onunla arasında hər hansı ədavət və ya düşmənçilik, qohumluq əlaqəsi olmamışdır. Salyan rayonunda yaşamışlar. Rəşad 2023-cü ildən Füzuli rayonunda qaynaqçı işləmiş və elə həmin rayonun ərazisində kirayədə yaşamışdır. Rəşadın “VAZ- 2106” markalı avtomobili olmuşdur. 13 avqust 2023-cü il tarixdə, saat 13 radələrində Rəşadla telefonda danışmış, həmin vaxt Rəşad yaxşı vəziyyətdə olmuş, səhhətində hər hansı problem olmamışdır. Bundan sonra Rəşadla danışmamışdır. Hadisə barədə həmin gün saat 21:00 radələrində xəbər tutmuşdur. Belə ki, Rəşad xəstəxanaya aparılarkən tanımadığı şəxs telefonla zəng edib, ona qəza barədə məlumat vermişdir. Bundan başqa hazırki iş üzrə Zərərçəkmiş şəxs3 əri Rəşadın bibisi oğludur. Rəşadın yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən vəfat etmişdir. Həmin yol-nəqliyyat hadisəsini görməmişdir. Bildiyinə görə Rəşad avtomobili idarə edib öz yolu ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn “Mercedes” markalı avtomobil onun yoluna çıxaraq sonuncunun idarə etdiyi avtomobillə toqquşmuşdur. Rəşada məxsus “VAZ-2106” markalı avtomobilə dəymiş zərərə görə sığorta pulu ödənilməmişdir. Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı iddia və tələbi yoxdur və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə mərhum zərərçəkmiş şəxs Yaşar Əhmədovun hüquqi varisi X17 ifadəsində göstərmişdir ki, Yaşar Əhmədov onun atasıdır, Təqsirləndirilən şəxs hadisədən sonra tanımış, aralarında ədavət, düşmənçilik və ya qohumluq münasibəti olmamışdır. X42 rayonunun işğaldan azad olunmuş ərazisində yerləşən, adını bilmədiyi şirkətdə iş icraçısı vəzifəsində işləmiş, orada kirayə qaldığı üçün hər gün tezdən işə getmiş və axşam işdən qayıtmışdır. Rəşad Nəzərov atasının iş yoldaşı olmuşdur. Atası hər dəfə işə Rəşada məxsus olan “VAZ-2106” markalı avtomobillə gedib-gəlmişdir. 13 avqust 2023-cü il tarixdə, səhər saatlarında sonuncu dəfə atası ilə mobil telefon əlaqəsi saxlamış, axşam saat 21-22 radələrində hadisə barədə məlumat almışdır. Belə ki, yaxın dostu onun yaşadığı məhəlləyə gəlib, evdən çölə çıxmasını xahiş etmiş və çöldə ona hadisə barədə demişdir. Bundan sonra yaşadığı Bakı şəhərindən Füzuli rayonuna getmiş, Füzuli Rayon Diaqnostika Mərkəzindən atasının meyitini götürərək dəfn etmək üçün Kürdəmir rayonunun Karrar kəndinə aparmışlar. 14 avqust 2023-cü il tarixdə atası dəfn olunmuşdur. Atasının vəfat etməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsini görməmişdir. Bildiyi qədəri ilə Rəşadın idarə etdiyi “VAZ-2106” markalı avtomobil yolun öz hərəkət hissəsi ilə hərəkətdə olarkən Məşədinin idarə etdiyi “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkət edib onların yoluna çıxaraq atasının sərnişin kimi içində olduğu “VAZ-2106” markalı avtomobillə toqquşmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon X29 Yol Polisi X43 Xidmətinin baş inspektoru, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayının xatırlamadığı günündə dostu Şahid3lə görüşməyi planlaşdırmış, həmin gün Şahid2 ilə birlikdə olmuşdur. Zamiqlə zəngləşəndə məlum olmuşdur ki, Zamiq qardaşı ilə Füzuli rayonunun Əhmədbəyli kəndi istiqamətində, o isə Alxanlı kəndi istiqamətində hərəkətdə olmuşlar. Füzuli rayonunun Kürdmahmudlu kəndinin çıxacaq hissəsində Zamiqgillə qarşılaşıb, yolun sağ ehtiyat hissəsində avtomobili saxlamışdır. Avtomobildən yerə düşərək Zamiqlə söhbət etmişdir. Onlardan təxminən 150-200 metr məsafədə təhlükəli döngə olmuşdur. Həmin sərt döngədən yüksək sürətlə idarə olunan “Mercedes-Benz” markalı, sonu “210” ilə bitən dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə gəlib döngədən dönə bilməmiş, avtomobil yolun sağ ehtiyat hissəsinə çıxmış, həmin yerdən havaya toz-duman qalxmış və bundan sonra həmin avtomobil qarşı hərəkət zolağına çıxmışdır. Bu vaxt onların yanından keçən və öz yolunda hərəkət edən “VAZ-2106” markalı avtomobil onlardan, təqribən 50 metr uzaqlaşdıqdan sonra həmin avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində zərbənin təsirindən “Mercedes” markalı avtomobilin onların üzərinə doğru gəldiyini görüb, kənara çəkilmişlər və maşın gəlib yanlarından keçərək yolun sağ ehtiyat hissəsində dayanmış “Mercedes190” markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Bundan sonra qışqırtı səslərinin gəldiyini eşitmişlər. “Mercedes 190” markalı avtomobil onlara yaxın olduğu üçün ona yaxınlaşmışlar. Həmin vaxt ətrafı toz-duman bürüdüyünə görə yolu keçməyə ehtiyat etmişlər. Yaxınlaşıb “Mercedes” markalı avtomobili kimin sürdüyünü öyrənməyə çalışmışlar. Cavan bir oğlan maşını özünün sürdüyünü və qəza törətdiyini onlara demişdir. Orada başqa bir nəfər də olmuş, həmin şəxs maşının sağ tərəfində, yerdə uzanıqlı vəziyyətdə durmuşdur. Şəxsin üzünü xatırlamadığını bildirmişdir. Sonra “VAZ- 2106” markalı avtomobilə doğru qaçmışlar. Həmin avtomobildən daha çox səs-küy gəlmişdir. Şahid1 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, toqquşmadan sonra onlara doğru gələn maşınla aralarında 08 metr məsafə olmuşdur. “Mercedes” markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi qəzaya səbəb olmuşdur. Həmin avtomobilə yaxınlaşdıqda sonradan adının Elxan olduğunu öyrəndiyi arıq oğlan özünü avtomobilin sürücüsü kimi təqdim etmişdir. Hər iki avtomobildə konkret neçə nəfərin əyləşdiyini bilməmişdir. “VAZ-2106” markalı avtomobildə, təxminən beş nəfər olmuşdur. Əvvəllər də həmin maşını ərazidə müşahidə etmişdir. Belə ki, “VAZ-2106” markalı avtomobildə olan şəxslər Füzuli rayonu ərazisində işləmişlər. Onların nə işlədiklərini bilməmişdir. Yol-nəqliyyat hadisəsindən sonra Məşədini yerdə uzanmış vəziyyətdə görmüş, həmin vaxt aralarında dioloq olmamış və onun dünyasını dəyişdiyini düşünmüşdür. Çünki, Məşədi danışa bilməmiş, travmatik şok keçirmişdir. Onunla Məşədinin arasında 02-03 metr məsafə olmuş və ondan spirt qoxusu gəlib-gəlmədiyini müəyyən edə bilməmişdir. Məhkəmə iclasında dindirilmiş, bundan başqa, ibtidai istintaq zamanı verdikləri, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə (şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəb və məhkəmə iclası onun iştirakı olmadan aparıldıqda) əsasən ifadələri elan olunmaqla tədqiq edilmiş şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon X29 Yol Polisi X43 Xidmətinin inspektoru, polis baş serjantı Şahid2, Şahid3 və Şahid4 ifadələrindən (cild 01, i.v. 105-112) məlum olmuşdur ki, onlar ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bibisi oğludur. “Mercedes” markalı avtomobil Məşədiyə məxsusdur. Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazisində yerləşən “Perlit” şirkətində aşbaz işləmişdir. 13 avqust 2023-cü il tarixdə iş yerinə getdikləri vaxt avtomobili Məşədi özü idarə etmiş, avtomobildə ikisi olmuşlar və o, qabaq sağ oturacaqda oturmuşdur. Yolda onları yuxu tutmamış, hava yağışlı olmamışdır. Qəzaya kimi 20 dəqiqə olardı ki, maşınla hərəkətdə olmuşlar. Hadisənin baş verməsinə səbəb idarəetmənin itirilməsi olmuşdur. Məşədi avtomobili təxminən 100-110 km/saat sürətlə hərəkət etdirmiş, qəzadan əvvəl “VAZ-2106” markalı avtomobili görmüşlər. Məşədinin avtomobili yüksək sürətlə idarə etdiyini görüb, yavaş sürməyi desə də, Məşədi onun sözünə qulaq asmamış, yüksək sürətlə sürməyi davam etdirmiş və bu vaxt asfalt yolda yüksək sürətlə sərt döngəyə girdiyi üçün avtomobilin idarəetməsini itirərək qarşı hərəkət zolağına keçmiş, öz hərəkət zolağı ilə gələn “VAZ-2106” markalı qara rəngli avtomobilin yoluna çıxıb həmin avtomobillə toqquşmuşdur. Bundan sonra Məşədi avtomobilin idarəetməsini tamamilə itirdiyi üçün avtomobil onların hərəkət etdiyi istiqamətdə yolun sağ tərəfində dayanmış halda olan “Mercedes” markalı avtomobilə dəyib dayanmışdır. Hadisədən sonra ilk olaraq özü avtomobildən, yəni əyləşdiyi sağ tərəfdən aşağı düşmüş, daha sonra Məşədini avtomobildən düşürmüşdür. Çünki, həmin vaxt Məşədi özündə olmamışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardımın əməkdaşları gəlmiş, hadisə yerində olarkən “VAZ- 2106” markalı avtomobildə olan şəxslərin də orada olan tanımadığı şəxslər tərəfindən avtomobildən çıxarılmasını görmüş, daha sonra Füzuli Rayon Mərkəzi Xəstəxanasına getmiş, orada “VAZ-2106” markalı avtomobilin sürücüsünün və sərnişinlərindən birinin yol-nəqliyyat hadisəsi zamanı aldıqları bədən xəsarətləri nəticəsində ölməsini öyrənmişdir. Məşədiyə məxsus avtomobili idarə etmək üçün etibarnaməsi olmuş, arabir həmin avtomobili idarə etmişdir. Məşədi ilə aralarında hadisəni öz üzərinə götürməsi barədə danışıq olmamış, ona kömək etmək məqsədilə bunu etmiş, hətta iş üzrə şübhəli şəxs qismində dindirilmişdir. Həqiqətdə isə hadisə vaxtı avtomobili Məşədi idarə etmişdir. Nə o, nə də Məşədi həmin gün spirtli içki qəbul etmişlər. Hadisə ehtiyatsızlıqdan baş vermişdir. Məhkəmədə cinayət işi üzrə təqsirləndirilən şəxsin qardaşı olan Şahid6 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddələri əsasında, həmin Məcəllənin 329.1-ci maddəsinə (məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) görə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, münasibətləri yaxşı olmuşdur. Şahid5 onun qohumudur, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazilərində yerləşən “Perlit” şirkətində işləmişdir. 13 avqust 2023-cü il tarixdə, saat 20 radələrində Cəbrayıl rayonunda olarkən Məşədinin Füzuli rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə məlumat alıb Füzuli Rayon Mərkəzi Xəstəxanasına gəlmişdir. Xəstəxanaya gəldikdə Elxan orada olmuşdur. Elxan ona hadisəni özünün törətməsini dediyi üçün hadisəni həqiqətən də, Elxanın törətdiyini düşünmüşdür. Xəstəxanada olarkən Məşədinin orada olmasını görmüş, lakin Məşədi özündə olmamış, yəni huşsuz vəziyyətdə olmuş, aldığı xəsarətlərdən ağrıyaraq zarıdığı üçün danışa bilməmiş, ona görə də Məşədi ilə söhbət edərək danışmaq imkanı olmamışdır. Bundan sonra Məşədini oradan təcili tibbi yardım avtomobili ilə müalicə olunmaq üçün Bakı şəhərində yerləşən, adını bilmədiyi xəstəxanaya aparmışlar. Həmin vaxt Məşədinin ardınca Bakı şəhərinə getmişdir. Sabahısı gün tezdən xəstəxanaya getmiş, həmin vaxt Məşədinin vəziyyəti yaxşı olmadığı üçün sərbəst şəkildə onun yanına girə bilmədiyinə görə həkimlərdən icazə alıb qardaşının yanına girmişdir. Məşədinin yanına girərkən o, ağrıyaraq zarımış, vəziyyəti yaxşı olmamış, danışığın tam başa düşməsə də, Məşədi birtəhər özünü ələ alaraq içəri girən kimi ilk olaraq ona hadisəni özünün törətdiyini, üzərində telefon olmadığı üçün polisə məlumat verə bilmədiyini deyib, ondan hadisə törətməsi barədə polisə gedərək məlumat verməsini xahiş etmişdir. Məşədinin deməsinə görə dərhal onun yanından çıxaraq Füzuli Rayon Polis Şöbəsinə gedib, qardaşının hadisə törətməsini demişdir (cild 01, i.v. 64-66). Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş, habelə ifadəsi elan olunmaqla tədqiq edilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, habelə digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis X14 13 avqust 2023-cü il tarixli qərarından görünür ki, X23 və X12 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata götürülmüşdür (cild 01, i.v. 01-02). Füzuli Rayon Polis X14 13 avqust 2023-cü il tarixli raportundan görünür ki, Füzuli Rayon Mərkəzi X1, X12 yol-nəqliyyat hadisəsi nəticəsində ölmələri, Zərərçəkmiş şəxs4, Şahid5, X13, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 isə müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə məlumat daxil olmuşdur (cild 01, i.v. 04). Füzuli Rayon Polis Şöbəsinin 13 avqust 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 19:10-da şöbəyə Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində asfalt yolda yol-nəqliyyat hadisəsi olması və nəticədə xəsarət alanlar olması bildirilmişdir (cild 01, i.v. 05). Füzuli Rayon Polis X14 13 avqust 2023-cü il tarixli protokolundan görünür ki, yolnəqliyyat hadisəsi “Zəfər yolu”nun, yəni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisindən keçən 8-ci kilometrliyində, Şuşa şəhəri istiqamətində baş vermişdir. Hadisə yerinin sxemi və hadisə yerinə baxış istintaq hərəkətinin icra olunmasını əks etdirən fotocədvəllər protokola əlavə olunmuşdur (cild 01, i.v. 06-16). Füzuli Rayon Polis X14 13 avqust 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, X11 meyitinə baxış keçirilərkən aşağıdakı xəsarətlər aşkar olunmuşdur:- döş qəfəsinin sol yarısında əlləmə zamanı qabırğaların pataloji hərəkətliliyi qeyd olunur, həmin proyeksiyada qırmızımtıl rəngdə fasiləli formada qeyri-müəyyən formalı dəriçi qansızma sahələri izlənilir; döş qəfəsinin ön səthində və hər iki yuxarı və aşağı ətraflarında 0,5x0,4 sm-dən 15x3,0 sm qədər olmaqla səthi ətraf zədələnməmiş dəri səviyyəsindən çökək qurumuş qırmızımtıl rəngdə çoxsaylı sıyrıqlar vardır; sol bazunun yuxarı və aşağı 3/1-nin arxa səthində 2.0x0,2 sm və 3x0,3 sm ölçülərdə kənarları qeyridüzgün, bucaqları küt birləşdirici toxuma atmaları ilə müşayiət olunan yaralar vardır və həmin yara proyeksiyalarında bazu sümüyünün pataloji hərəkətliliyi qeyd olunur. Meyitin baxışı zamanı bədən səthində başqa hər hansı xəsarət aşkar olunmamışdır (cild 01, i.v. 26-30). Füzuli Rayon Polis X14 13 avqust 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, X12 meyitinə baxış keçirilərkən aşağıdakı xəsarətlər aşkarlanmışdır:- ənsə nahiyəsində 0,5x,02 sm, sol qulaq sırğalığında 0,3x0,2 sm ölçülərdə kənarları qeyri-düzgün, bucaqları küt yaralar vardır; döş qəfəsinin sol yarısında əlləmə zamanı qabırğaların patoloji hərəkətliliyi qeyd olunur və həmin proyeksiyada qırmızımtıl rəngdə, fasiləli formada, qeyri-müəyyən formalı dəri içi qansızma sahələri izlənilir; döş qəfəsinin ön səthində, sol dirsək oynağının ön səthində və sol diz oynağının öz səthində ölçüləri 0,5x0,4 sm–dən 0,5x0,4 sm qədər olmaqla, səthi ətraf zədələnməmiş, dəri səviyyəsindən çökək, qurumuş, qırmızmtıl rəngdə çoxsaylı sıyrıqlar vardır; sol bazunun 3/1 pataloji hərəkətlidir. Meyitin baxışı zamanı bədən səthində başqa hər hansı xəsarət aşkar olunmamışdır (cild 01, i.v. 34-38). Füzuli Rayon Polis Şöbəsinin 13 avqust 2023-cü il tarixli raportlarından görünür ki, həmin tarixdə, saat 23:30-da Salyan şəhəri, B.Talıblı küçəsi, ev 28, mənzil 5-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 onurğa və çanağın travması; Ağstafa rayonunun Dağkəsəmən kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs sol Vİİ-Vİİİ-ci qabırğaların qapalı sınığı; Bərdə şəhəri, M.F.Axundov küçəsi, ev 9-da qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 kəskin hipoteniya, sol yuxarı ətrafın bazu və saidin açıq dağılmış sınıqları; Salyan rayonunun Kürkənd kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs3 sol Vİİ qabırğanın yerdəyişən sınığı; Ağstafa rayonunun Dağkəsəmən kəndində qeydiyyatda olmaqla yaşayan Şahid5 kəllə və döş qəfəsinin səthi travması; Salyan şəhəri, B.Talıblı küçəsi, ev 26, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs4 sol baldır sümüyünün orta 1/3 nahiyəsinin sınığı xəsarətləri ilə xəstəxanaya daxil olmaları barədə şöbəyə məlumat daxil olmuşdur (cild 01, i.v. 46-51). Füzuli Rayon Polis Şöbəsinin 13 avqust 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 23:30-da Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi küçəsi, korpus 5, giriş A, ev 82, mənzil 14-də qeydiyyatda olmaqla yaşamış X24 və Salyan rayonunda qeydiyyatda olmaqla yaşamış X11 ölmələri barədə xəstəxanadan şöbəyə məlumat daxil olmuşdur (cild 01, i.v. 52-53). Füzuli Rayon Polis X14 14 avqust 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş, məhkəmə iclasında baxılmış DVD diskdəki videogörüntülərdən görünür ki, hadisə 13 avqust 2023-cü il tarixdə baş vermiş, həmin vaxt Füzuli Rayon Polis X46 X35 Patrul Xidməti avtomobili yolun sağ ehtiyat hissəsinin kənarında dayanmış halda olur, bu vaxt asfalt yolla Füzuli rayonu, Əhmədbəyli kəndi istiqamətində qara rəngli “VAZ-2106” markalı, “**-BG-***” dövlət qeydiyyat nişanlı avtomobil öz yolu ilə hərəkətdə olur, qarşı hərəkət zolağından isə “Mercedes” markalı, “**-XM-***” dövlət qeydiyyat nişanlı avtomobil sərt döngədən çıxarkən ilk öncə Alıxanlı kəndi istiqamətində yolun sağ ehtiyat hissəsinə çıxır və həmin yerdə havaya toz qalxır, daha sonra isə yüksək sürətlə qarşı hərəkət zolağında hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin qarşısına çıxaraq həmin avtomobillə toqquşur və nəticədə “VAZ-2106” markalı avtomobil yolun Əhmədbəyli kəndi istiqamətində sağ hissəsində yola perpendikulyar formada dayanır. Toqquşmadan sonra “Mercedes” markalı avtomobil öz hərəkət zolağına çıxaraq Yol Patrul Xidməti avtomobilinin qarşı hissəsindən keçməklə videoqeydiyyat cihazının görüntüsündən itir (cild 01, i.v. 57-58). Füzuli Rayon Polis Şöbəsinin 14 avqust 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 14:25-də Salyan şəhəri, B.Talıblı küçəsi, ev 28, mənzil 5-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 çanaq sümüyünün sınığı xəsarəti ilə tibbi mərkəzə daxil olması barədə şöbəyə məlumat daxil olmuşdur (cild 01, i.v. 68). Füzuli Rayon Polis Şöbəsinin 14 avqust 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 17:00-da Bərdə şəhərində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 bədənində çoxsaylı sınıqlar; həmin tarixdə, saat 17:04-də Bakı şəhəri, Binəqədi rayonu, 2-ci korpusda yaşayan Təqsirləndirilən şəxs sol qabırğaların sınığı xəsarəti ilə xəstəxanaya daxil olması barədə şöbəyə məlumat daxil olmuşdur (cild 01, i.v. 93-94). "xxxx" Avtomotoservis və Ticarət Firmasının 05 sentyabr 2023-cü il tarixli ziyan aktı və ona əlavə edilmiş siyahıdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mercedes-Benz190” markalı, “**-BV-***” dövlət qeydiyyat nişanlı avtomobilə 6.213.00 (altı min iki yüz on üç) manat məbləğdə ziyan vurulmuşdur (cild 01, i.v. 155-156). Füzuli Rayon Polis X14 15 sentyabr 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının çağırışların qeydiyyat kitabından çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs adı həmin kitabın 55 və 56-cı səhifələrində 158 nömrəsi ilə işarələnmiş sıra sayının altında olan nömrələnməmiş xanada qeyd olunmuşdur (cild 01, i.v. 181-184). Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 19 sentyabr 2023-cü il tarixli ərizələrindən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur (cild 01, i.v. 203-204; 218; 219; 232). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X36 “maddi sübutların ekspertizasına dair” 3064/K nömrəli, 30 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (cild 01, i.v. 249-252). “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X36 Beyləqan rayon Şöbəsindən verilmiş “meyitin ekspertizasına dair” 27/23 nömrəli, 13 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, mərhum X12 meyitinin müayinəsi zamanı sol İİ-İİİ-İV-V- Vİ-Vİİ-Vİİİ qabırğaların fraqmentləri yerinidəyişmiş qapalı sınığı, ağciyərin solda cırılması, soltərəfli hemotoraks (sol plevra boşluğuna qan yığılması-1500-2000 ml), sol bazu sümüyünün orta üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı, bədən səthinin çoxsaylı sıyrıqları, daxili üzvlərin venoz azqanlılığı xəsarətləri aşkar olunmuş, həmin xəsarətlər ətraf yumuşaq toxumalara yayılmış qansızmalarının olmasına görə həyatidir, onun ölümündən az əvvəl ağır küt travma nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X27 ölümünə səbəb qabırğaların çoxsaylı sınıqları və ağciyərin cırılmasından törənmiş çoxlu qanitirmə, travmatik şok olmuşdur. Onun meyitində nəqliyyat travmalarından savayı hər hansı bir xəsarət aşkar olunmadı. Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, Yaşar Əhmədovun ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir (cild 01, i.v. 253-258). “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X36 Beyləqan rayon Şöbəsindən verilmiş “meyitin ekspertizasına dair” 28/23 nömrəli, 13 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, mərhum X11 meyitinin müayinəsi zamanı sol İİ-İİİ-İV-V- Vİ qabırğaların fraqmentləri yerinidəyişmiş qapalı sınığı, ağciyərin solda cırılması, soltərəfli hemotoraks (sol plevra boşluğuna qan yığılması-1000-1500 ml), sol bazu sümüyünün yuxarı və aşağı üçdə-birinin fraqmentləri yerinidəyişmiş açıq sınığı, bədən səthinin çoxsaylı sıyrıqları, daxili üzvlərin venoz azqanlılığı xəsarətləri aşkar olunmuş, həmin xəsarətlər ətraf yumuşaq toxumalara yayılmış qansızmalarının olmasına görə həyatidir, onun ölümündən az əvvəl ağır küt travma nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəaitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X28 ölümünə səbəb qabırğaların çoxsaylı sınıqları və ağciyərin cırılmasından törənmiş çoxlu qanitirmə, travmatik şok olmuşdur. Onun meyitində nəqliyyat travmalarından savayı hər hansı bir xəsarət aşkar olunmadı. Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, Rəşad Nəzərovun ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir (cild 01, i.v. 259-264). BD123569 seriya və nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və nəqliyyat vasitələrinə sərəncam verilməsinə haqqında ƏN-Vİİİ 788051 seriya və nömrəli etibarnamənin surətlərindən görünür ki, “Mercedes-Benz” markalı, “**-XM-***” dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X6 nümayəndəsi X25 tərəfindən Təqsirləndirilən şəxs etibar edilmişdir (cild 02, i.v. 11-12). AD107912 seriya və nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ olmuşdur (cild 02, i.v. 13). Füzuli Rayon Polis X14 10 noyabr 2023-cü il tarixli qərarı və eyni tarixli qəbzdən görünür ki, Şahid3 iş üzrə maddi sübut kimi tanınmış “Mercedes” markalı, “**-BV-***” dövlət qeydiyyat nişanlı avtomobili təhvil almış, avtomobilin saxlanması ilə bağlı hər hansı şikayət və tələbi olmamışdır (cild 02, i.v. 20-21; 23). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 noyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 02, i.v. 37). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” X36 20 noyabr 2023-cü il tarixli, 18-1-24/2-634/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda olmamışdır (cild 02, i.v. 39). Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının Dağkəsəmən Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 20 noyabr 2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuş, həmin kənddə yaşamış və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (cild 02, i.v. 40). Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının Dağkəsəmən Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 20 noyabr 2023-cü il tarixli arayışları və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibinə anası, arvadı və övladları 25 dekabr 2007-ci il təvəllüdlü Rəhman, 05 avqust 2010-cu il təvəllüdlü Rövlan və 09 avqust 2018-ci il təvəllüdlü Svetlana daxildirlər (cild 02, i.v. 14-16; 41-42). “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” X36 27 oktyabr 2023-cü il tarixli, 4820 nömrəli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs anası X4 həmin xəstəxanada “beyin qan dövranının pozğunluğu. arterial hipertoniya 138/74” diaqnozu ilə müayinə və müalicədə olmuşdur (cild 02, i.v. 43). "xxxx" Avtomotoservis və Ticarət Firmasının 24 noyabr 2023-cü il tarixli ziyan aktı və ona əlavə olunmuş siyahıdan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı “Mercedes-Benz E270” markalı, “**-XM-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6.625 (altı min altı yüz iyirmi beş) manat məbləğində ziyan dəymişdir (cild 02, i.v. 44-45). "xxxx" Avtomotoservis və Ticarət Firmasının 24 noyabr 2023-cü il tarixli ziyan aktı və ona əlavə olunmuş siyahıdan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı “VAZ-21061” markalı “**-BG-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3.248 (üç min iki yüz qırx beş) manat məbləğində ziyan dəymişdir (cild 02, i.v. 46-47). “Məhkəmə-Tibbi Ekspertiza və X15” X36 Beyləqan rayon şöbəsinin “canlı şəxsin ekspertizasına dair” 344/23 nömrəli, 19 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 oma sümüyünün solda fraqmentləri az yerinidəyişən qapalı sınığı, hər iki tərəfdə oturaq sümüyünün fraqmentləri yerdəyişməyən qapalı sınığı, hər iki qasıq sahəsində solda sirkə kasasına keçən fraqmentləri az yerdəyişmiş qapalı sınığı aşkar olunmuş, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər (cild 02, i.v. 48-51). “Məhkəmə-Tibbi Ekspertiza və X15” X36 Beyləqan rayon şöbəsinin “canlı şəxsin ekspertizasına dair” 345/23 nömrəli, 19 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 sol baldır sümüklərinin orta üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı aşkar olunmuş, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər (cild 02, i.v. 52-55). “Məhkəmə-Tibbi Ekspertiza və X15” X36 Beyləqan rayon şöbəsinin “canlı şəxsin ekspertizasına dair” 346/23 nömrəli, 19 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sol Vİİ qabırğanın fraqmentləri yerinidəyişmiş qapalı sınığı aşkar olunmuş, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər (cild 02, i.v. 56-59). “Məhkəmə-Tibbi Ekspertiza və X15” X36 Beyləqan rayon şöbəsinin “canlı şəxsin ekspertizasına dair” 417/23 nömrəli, 22 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs baş beyin silkələnməsi halında qapalı qapalı kəllə-beyin travması, sil Vİ-Vİİ-Vİİİ qabırğaların fraqmentlərinin yerdəyişmiş sınıqları aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir (cild 02, i.v. 60-63). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 8/2925 nömrəli “məhkəmə yol-nəqliyyat hadisələrinə dair” ekspert rəyindən görünür ki, “Mercedes-Benz E 270” markalı, “**-XM-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Mercedes-Benz E270” markalı, “**-XM-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 km/saatdan artıq, yəni 120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə hərəkət üçün təhlükə yaranan anda avtomobillər arasında 20 metr məsafə olması real hadisə mexanizminə uyğun deyildir və reallıqda həmin məsafə 20 metrdən artıq olmuşdur. Aparılmış ekspertiza tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat müəyyən olunmuşdur (cild 02, i.v. 64-68). Füzuli Rayon Polis X14 27 noyabr 2023-cü il tarixli qərarı və eyni tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Mercedes-Benz E270” markalı, “**-XM- ***” dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə sübuti əhəmiyyətə malik olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmiş və o, avtomobili təhvil alarkən avtomobilin saxlanması ilə bağlı hər hansı şikayət və tələbi olmamışdır (cild 02, i.v. 70-71; 73). “Məhkəmə-Tibbi Ekspertiza və X15” X36 Beyləqan rayon şöbəsinin “canlı şəxsin ekspertizasına dair” 432/23 nömrəli, 28 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol saidin dirsək oynağı səviyyəsində travmatik natamam qopması, İV dərəcəli açıq sınığı, dirsək sümüyünün proksimal metaepifizinin tam deffekti ilə sol bazu sümüyünün yuxarı orta üçdə-birinin İİ dərəcəli açıq sınığı, sol dirsək sinirinin zədələnməsi ilə, sağ bud sümüyünün orta üçdə-birinin yerdəyişmiş qapalı sınığı, solda İİİ-Vİİ qabırğaların və kürək sümüyünün yerdəyişmiş sınıqları, travmatik şok İİİ dərəcə aşkar olunmuş, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər (cild 02, i.v. 76-80). Füzuli Rayon Polis Şöbəsi X45 Bölməsindən verilmiş 29 noyabr 2023-cü il tarixli raportdan görünür ki, Daxili İşlər Nazirliyi Baş X45 İdarəsinin Mərkəzi İnformasiya sisteminə baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək qüvvədə olan, AD107912 nömrəli, “B” kateqoriyalı sürücülük vəsiqəsi olmuş, həmin sürücülük vəsiqəsinə sürücülük hüququndan məhrum edilməsi halı olunmamışdır. Təqsirləndirilən şəxs “Mercedes-Benz E270” markalı, “**-XM-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün xx.xx.2023-cü il tarixədək qüvvədə olan etibarnaməsi olmuşdur. Qeyd olunan yolnəqliyyat hadisəsi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisindən keçən 8-ci kilometrliyində Şuşa şəhəri istiqamətində baş vermiş, həmin yol-nəqliyyat hadisəsi patrul avtomobilində quraşdırılmış videoqeydiyyat qurğusunda qeydə alınmış və istintaqa təqdim olunmuşdur (cild 02, i.v. 97). Füzuli Rayon Polis X14 29 noyabr 2023-cü il tarixli qərarı və eyni tarixli qəbzdən görünür ki, mərhum X11 istifadəsində olan “VAZ-2106” markalı, “**-BG-***” dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün X9 təhvil verilmişdir (cild 02, i.v. 98-99; 101). Füzuli Rayon Polis X14 “sübutların qiymətləndirilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş; Füzuli Rayon X29 X38 məxsus “Kia Sportage” markalı, “**-YP-***” dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilində quraşdırılmış videoqeydiyyat cihazından götürülmüş videogörüntülər bir ədəd DVD diskə köçürülərək maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş; “VAZ-21061” minik markalı, “**-BG-***” dövlət qeydiyyat nişanlı avtomobilin X9, “Mercedes 190” minik markalı, “**-BV-***” dövlət qeydiyyat nişanlı avtomobilin Şahid3, “Mercedes-Benz E270” markalı, “**-XM-***” dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır (cild 02, 102-126). Füzuli Rayon Polis X14 30 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 02, i.v. 137-139). Füzuli Rayon Polis X14 30 noyabr 2023-cü il tarixli, 1196 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 02, iş vərəqi 152-154). Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-948/2023 nömrəli, 19 dekabr 2023cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi İ-994 nömrəli Azərbaycan Respublikası medalı vəsiqəsi və medalın fotoşəklinin surətlərindən görünür ki, təqsirləndirilən şəxsin qardaşı X34 “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur; Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ******* nömrəli xidməti vəsiqəsinin və müdalların fotoşəklinin surətlərindən görünür ki, Nicat Aşırov hərbi rütbəsi “gizir”, hərbi vəzifəsi “mühərrikçi” olmaqla Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur; MV00440 nömrəli, 14 dekabr 2022-ci il tarixli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, Nicat Aşırov müharibə veteranıdır. Cinayət işi üzrə zərərçəkmiş şəxslərin hüquqi varisləri X7 17 fevral 2024-cü il tarixli, X8 18 fevral 2024-cü il tarixli notariat qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş maddi ziyan ödənilmiş və sonuncuya qarşı şikayət və tələbləri yoxdur. Bundan başqa onların hər ikisi tərəfindən ayrı-ayrılıqda məhkəməyə təqdim olunmuş 22 fevral 2024-cü il tarixli ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxsla barışmışlar, onlara dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbləri yoxdur, iş üzrə verdikləri mülki iddiadan imtina etmişlər və onun barəsində cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxmışlar. Məhkəməyə təqdim olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 2024-cü ilin 20 fevral və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 22 fevral 2024-cü il tarixli notariat qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı iddia və tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır. Bundan başqa Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi 22 fevral 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxsla barışmışdır, ona dəymiş maddi və mənəvi zərər tamamilə ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır və onun barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının X22 Ərazi Dairəsi üzrə nümayəndəsinin 602 nömrəli, 18 aprel 2024-cü il tarixli arayışından görünür ki, Aşırov X21 rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 32 ünvanda qeydiyyatsız yaşayır; Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Q.Baxşiyev adına 179 nömrəli tam orta məktəbin 398 nömrəli, 17 aprel 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X18 həmin məktəbdə ixtisası üzrə fizika müəllimi işləyir və onun dövlət ümumtəhsil məktəbində müəllim kimi stajı 19 (on doqquz) il təşkil edir. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir və 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuşdur. Açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisinin vasitəsi ilə iştirak etmiş, sonuncu tərəfindən cinayət prosesi iştirakçılarına suallar, məhkəməyə vəsatətlər verilmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, o, həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, habelə ittiham tərəfinin ona qarşı irəli sürdüyü ittihamı mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi məqsədə uyğun hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968cı il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 07 noyabr 2023-cü il tarixli, 8/2925 nömrəli rəyində göstərilmiş qaydada və məhkəmənin müəyyən etdiyi məzmunda pozması, bu halın ehtiyatsızlıqdan X23 və X12 ölümü, Zərərçəkmiş şəxs1 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır bədən xəsarətləri alması ilə nəticələnməsi əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, cinayət işi üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən müddəalarını və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq həmin maddədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, mərhum zərərçəkmiş şəxslərin hüquqi varislərinin, şahidlərin ifadələri, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 1109 nömrəli, 13 avqust 2023-cü il, “götürmə və baxış aparılması haqqında” 1120 nömrəli, 14 avqust 2023-cü il tarixli protokollar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X36 Beyləqan rayon Şöbəsindən verilmiş “meyitin ekspertizasına dair” 27/23; 28/23 nömrəli, 13 avqust 2023-cü il tarixli, “canlı şəxsin ekspertizasına dair” 344/23, 345/23, 346/23, 417/23, 432/23 nömrəli 19 sentyabr və 28 noyabr 2023-cü il tarixli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının” 07 noyabr 2023-cü il tarixli, 8/2925 nömrəli ekspert rəyləri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis Şöbəsi X45 Bölməsindən verilmiş 29 noyabr 2023-cü il tarixli raport, yol-nəqliyyat hadisəsinin patrul avtomobilində quraşdırılmış videoqeydiyyat qurğusunda qeydə alınmış diskdəki görüntülər, iş üzrə maddi sübutlar və digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə clb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan, iki azyaşlı olmaqla üç uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslər, habelə mərhum zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırmasını, zərərçəkmiş şəxslər, habelə hüquqi varislərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, arvadının uzun illərdir dövlət ümumtəhsil məktəbində pedaqoq kimi fəaliyyət göstərməsini, anasının “beyin qan dövranının pozğunluğu, arterial hipertoniya 138/74” xəstəliyindən əziyyət çəkməsini, qardaşının “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunması, habelə müharibə veteranı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Bundan başqa, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarında qeyd olunmuşdur ki, Cinayət-Prosessual Məcəlləsinin 106.6.1-ci maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququ nəzərdə tutulduğundan, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən həmin Məcəllənin 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Barışığın əldə edilməsi zərərçəkmiş şəxsin ərizəsi ilə təsdiq olunmalıdır (qərarın 21-ci bəndi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsindən bəhs edən 60-cı maddəsində qeyd olunur ki, “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək əsas cəzaya Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai-təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunmaqla həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə heyəti həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə, həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 45.2-ci maddənin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəzanın (azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir (“Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 22 və 23-cü bəndləri). Məhkəmə, hökmün nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etməyə dair əlavə cəza hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Sözügedən Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər və qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, o, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə zərərçəkmiş şəxslərin hüquqi varisləri X16 və X8 məhkəmə istintaqının gedişində təqsirləndirilən şəxsə qarşı təqdim etdikləri mülki iddiadan imtinaları qəbul edilmiş və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilmiş, onlara Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186-cı maddəsinin tələbi (məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir) izah olunmuşdur. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 tərəfindən mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilməlidir. Cinayət işi üzrə maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış “Mercedes-Benz 190” minik markalı, “**-BV-***” dövlət qeydiyyat nişanlı avtomobilin Şahid3, “Mercedes E270” minik markalı, “**-XM-***” dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, “VAZ-21061” minik markalı, “**-BG-***” dövlət qeydiyyat nişanlı avtomobilin X9 təhvil verilməsi nəzərə alınmalı; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli rayon X29 X38 məxsus “Kia Sportage” markalı, “**-YP-***” dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilində quraşdırılmış videoqeydiyyat cihazından götürülmüş videogörüntülərin köçürüldüyü bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalı və həmin disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” Qərarının müddəalarını nəzərə alıb, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 19 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 dekabr 2023-cü il tarixdən hesablansın. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etməyə dair əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun və bu cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Mercedes-Benz 190” minik markalı, “**- BV-***” dövlət qeydiyyat nişanlı avtomobilin Şahid3, “Mercedes E270” minik markalı, “**- XM-***” dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, “VAZ-21061” minik markalı, “**-BG-***” dövlət qeydiyyat nişanlı avtomobilin X9 təhvil verilməsi nəzərə alınsın; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli rayon X29 X38 məxsus “Kia Sportage” markalı, “**-YP-***” dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilində quraşdırılmış videoqeydiyyat cihazından götürülmüş videogörüntülərin köçürüldüyü bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın və həmin disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar