Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-287/2025 24.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), X5 və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, hakim köməkçisi Şərifov Elgün Ağayar oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1968-ci il tarixdə Ağcabədi rayonu, Xocavənd rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu, Xocavənd kəndində qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan təmiz çəkisi ayrı-ayrılıqda 5,91 qram və 610 qram olmaqla, ümumi təmiz çəkisi 615,91 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 02 ədəd şüşə banka və 01 ədəd sellofan torbada Ağcabədi rayonu, Xocavənd kəndində yerləşəşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində, kolların arasına yerləşdirərək saxlamış, bir qismini isə 01 ədəd kibrit qutusda daşıyaraq üzərində saxlamış, 08 yanvar 2025-ci il tarixdə Ağcabədi Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində yerləşən “İbişin” çayxanasında saxlanılaraq saat 20:10-dan başlayaraq üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli gödəkçənin sağ qol cibində gizlətdiyi 01 ədəd kibrit qutusunda, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda istintaqa məlum olmayan vaxt və mənbədən əldə edib daşıyaraq üzərində saxladığı, təmiz çəkisi 5,91 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra, əməliyyat-axtarış tədbirləri davam etdirilərək, həmin gün, polis əməkdaşları tərəfindən saat 20:30-da Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində, kolların arasında 02 ədəd şüşə banka və 01 ədəd sellofan torbada, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda istintaqa məlum olmayan vaxt və mənbədən əldə edib saxladığı, ümumi təmiz çəkisi 610 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, ümumilkdə isə külli miqdarda, yəni təmiz çəkisi 615,91 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 08 yanvar 2025-ci il tarixdə saat 20 radələrində Ağcabədi rayonu, Xocavənd kəndində, “İbişin” çayxanasında olduğu zaman bir neçə polis əməkdaşı onu saxlamış, üzərinə baxış keçirilmiş, əynində olan boz rəngli gödəkçənin sağ qol cibində olan 01 ədəd kibrit qutusunu təqdim etmiş, kibrit qutusunun içində qurudulmuş marixuana olmuş, çəkildikdə 8,97 qram gəlmişdir. Üzərinə keçirilən baxış zamanı o, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün üzərində saxladığını, yerdən tapdığını bildirmişdir. Bundan sonra, onun Ağcabədi rayonu, Xocavənd kəndində yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi üçün, o, polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişlər. Evin arxasında yerləşən kolluqdan torbadakı bankada narkotik vasitələr aşkar edilmişdir. Həmin bankadakı bitkilər yabanı halda bitən otlar olmuşdur, çəkisi təxmini 30-40 qram qurudulmuş marixuana olmuşdur, qalanları narkotik vasitə deyildir, o, narkotik vasitə əkib-becərməmişdir. Həmin 610 qram çəkidə qurudulmuş marixuana növündə narkotik vasitələrin ona aidiyyəti yoxdur, polislər tərəfindən qoyulmuşdur, onu döyüb etirafedici ifadə verməyə məcbur etmişlər, təcridxanaya daxil olarkən xəsarətləri olduğunu deməmiş, müayinə zamanı xəsarət aşkar edilməmiş və qeyd edilməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, “...O, yaşadığı evin həyətyanı sahəsində videoçəkiliş ilə baxışın keçirilməsinə etiraz etməmiş və bildirmişdir ki, evinin arxasında yerləşən həyətyanı sahədə kolların arasında öz istifadəsi üçün narkotik vasitə olan qurudulumuş marixuana saxlayır. Bundan sonra, onlar birlikdə həmin kolluğa yaxınlaşmış və o, evinin arxasında yerləşən həmin kolluqda gizlətdiyi 01 ədəd şəffaf rəngli sellofan torbada olan 02 ədəd şüşə bankanı və 01 ədəd şəffaf rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin 01 ədəd səllofan torbanın içərisində olan 02 ədəd şüşə bankaya və 01 ədəd sellofan torbaya baxış keçirmişlər. 02 ədəd şüşə bankanın və 01 ədəd sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr ümumilikdə, yəni 02 ədəd şüşə bankalarda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr boşaldılaraq 01 ədəd şəffaf rəngli sellofan torbada olan qurudulmuş marixuanaya oxşar kütlələrə əlavə olunaraq, elekron tərəzidə çəkilmiş, ümumi çəkisi 617 qram olmuşdur. Bundan sonra aşkar edilmiş qurudulmuş marixuanaya oxşar kütlələr 01 ədəd qara rəngli sellofan torbada qablaşdırılmış, üzəri yazılmış, möhürlənmiş və onlar imza etmişlər. Daha sonra yaşadığı evə, evin həyətinə və həyətdə olan yardımçı tikiliyə əlavə baxış keçirilmiş və heç bir qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Daha sonra ona ekspertin rəyi elan edilmiş və o öyrənmiş ki, üzərindən aşkar edilərək götürülmüş bir ədəd kibrit qutusunda olan xeyli miqdarda, təmiz çəkisi 5,91 qram olan narkotik vasitə qurudulmuş marixuana, və yaşadığı evin arxasında, kolların arasında saxladığı 02 ədəd şüşə banka və 01 ədəd sellofan torbada olan külli miqdarda, təmiz çəkisi 610 qram narkotik vasitə olan qurudulmuş marixuandır. O, ondan aşkar edilmiş ümumi təmiz çəkisi 615,91 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı öz evinin arxasında yerləşən həyətyanı sahədə əkib becərdiyini, becərdiyi narkotik vasitəni isə 02 ədəd şüşə banka və 01 ədəd sellofan torbaya yerləşdirərək, yaşadığı evinin arxasında olan həyətyanı sahədə kolların arasına yerləşdirdiyini, bir qismini isə 01 ədəd kibrit qutusuna qoyaraq istifadəsi üçün üzərində ara-bir istifadə etmək üçün saxladığını, əldə edib saxladığı narkotik vastiə olan qurudulmuş marixuananı heç kəsə satmadığını, əvəzli, yaxud əvəzsiz olaraq vermədiyini, belə bir məqsədinin olmadığını, onun narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməyindən, saxlamağından və istifadə etməyindən ailə üzvlərinin xəbərləri olmadığı, polis əməkdaşları onu Ağcabədi rayonu, Xocavənd kəndində, “İbişin” çayxanısında saxlayarkən, evinə baxış keçirərkən, həmçinin Şöbənin inzibati binasında olarkən polis əməkdaşları tərəfindən heç bir psixi, fiziki təsir göstərilmədiyini, işgəncəyə məruz qalmadığını, saxlanmağı ilə bağlı heç bir şikayət və tələbin olmadığını, ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini, həmçinin 08 yanvar 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman, onun üzərində, istifadə etdiyi “CORN” markalı mobil telefonunda həmin mobil nömrə olduğunu, 40 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, həmin narkotik vasitədən ara-bir, yerdən tapıb istifadə etdiyini bildirmişdir. (i.v. 73-75). Təqsirləndirilən şəxs ifadələr arasındakı ziddiyyətin səbəbini polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq edilməsi ilə əsaslandırmışdır. İş üzrə dindirilmiş Şahid1 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Ağcabədi rayon Polis Şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ağcabədi rayonu, Xocavənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi, üzərində və evində saxlaması barədə şöbəyə əməliyyat məlumatlı daxil olmuşdur. Buna görə də tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək, əməliyyat-axtarış qrupu yaradılmış, qrupa rəhbərliyi o həyata keçirmişdir. Təqsirləndirilən şəxs həmin gün, yəni 08 yanvar 2025-ci il tarixdə saat 20 radələrində Ağcabədi rayonu, Xocavənd kəndində, “İbişin” çayxanasında olduğu zaman saxlanılmışdır. Üzərinə onun razılığı ilə videoçəkilişlə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “CORN” markalı mobil telefonu, 01 ədəd alışqanı, 01 paçka “Vest” markalı siqareti, şalvarın sol yan cibindən cib yaylığı və 23 manat pul vəsaitini və əynində olan boz rəngli gödəkçənin sağ qol hissəsində olan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunun içərisinə baxış keçirilən zaman narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 8.97 qram olması müəyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni özü yaşadığı evinin arxasında yerləşən həyətyanı sahədə əkdiyini və həmin yerdə kolların arasında narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirmişdir. Həmin gün saat 20:30 dəqiqədən etibarən videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı o, fərdi yaşayış evinin arxasında yerləşən həyətyanı sahədə, kolların arasında qurudulmuş marixuana saxladığını bildrimiş və bundan sonra həmin sahəyə daxil olmuşlar. Təqsirləndirilən şəxs kolların arasında olan 01 ədəd şəffaf rəngli sellofan torbanı və digər 01 ədəd şəffaf rəngli sellofan torbanın içərisində olan 02 ədəd şüşə bankalarını təqdim edərək, onların içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Həmin aşkar olunmuş narkotik vasitələr 01 ədəd şəffaf rəngli sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 617 qram olmuşdur. Üzərindən və həyətyanı sahəsindən aşkar olunmuş kütlələr ayrı-ayrılıqda qablaşdırılmış, ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs evinə, həyətinə və digər yardımçı hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet, maddə aşkar edilməmişdir. Ona qarşı zor tətbiq edilməmişdir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 Ramiz oğlu, PPXB-nün polis nəfəri, polis serjantı Şahid4 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, Təqsirləndirilən şəxs zor tətbiq etmədiklərini bildirmişlər. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin (qismən) və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan: - «Şübhəli şəxsin tutulması haqqında» 08 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 28-29) - «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» 08 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sağ qol hissəsində olan cibində gizlədtiyi 01 ədəd kibrit qutusunda olan, çəkisi 8,97 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. (i.v. 09-11) - «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin evinə baxış keçirilməsinə dair» 08 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən fərdi yaşayış evinə, həmin evin həyətinə və həmin həyətdə yerləşən yardımçı tikiliyə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin arxasında yerləşən həyətyanı sahədə, kolların arasında 01 ədəd şəffaf rəngli sellofan torbada və digər 01 ədəd şəffaf rəngli sellofan torbanın içərisində 02 ədəd şüşə bankalarda olan, çəkisi 617 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. (i.v. 12-14) - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 10 yanvar 2025-ci il tarixli, 201 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ARCM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 60-61) - Ağcabədi Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 4(017)-3/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 88-91) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 09 yanvar 2025-ci il tarixli, 18/17 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən aydın olur ki: 1) tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 5,91 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 2) tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs həyətyanı sahəsindən...” sözləri yazılmış və imzalar olan polietilen torbada təmiz çəkisi - 610 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. Qeyd: Qurudulmuş marixuananın ümumi çəksi – 615,91 qram, cəmi tədqiqata istifadə olundu – 0,20 (hər ob-0,10 qram) qalıq - 615,71 qram. (i.v. 48-52) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 mart 2025-ci il tarixli, 163 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ona şamil edilən cinayət hadisəsini törədən zaman anlaqlə olmuşdur. O, hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun halhazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin təqibinə ehtiyac yoxdur. ( i.v. 172-173) - X3 13 mart 2025-ci il tarixli, 415 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. ( i.v. 175) - Ağcabədi Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 21 fevral 2025-ci il tarixli, 18-1-23/2-62/2025 nömrəli arayışından görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Quliyev X1 RMX-nın X2 ruhi-əsəb kabinetində qeydiyyatda deyil. Lakin narkoloji kabinetində qeydiyyatdadır. (i.v. 109) - «Sübutların qiymətləndirilməsi haqqında» 13 mart 2025-ci il tarixli, 204 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 615,91 qram olan, tədqiqatdan sonrakı çəkisi 615,71 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut hesab edilmişdir. (i.v. 178-189) Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi : Məhkəmə təqsirləndirilən şəxsin yaşayış evinin həyətyanı sahəsindəki kolluqdan aşkar edilmiş narkotik vasitələrin ona aidiyyətinin olmaması, həmin bitkilərin yabanı halda bitən otlar olması, çəkisinin 30-40 qram olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər aşağıda qeyd edilənlərə əsasən iş materialları ilə uzlaşmadığından mötəbər dəlillər kimi qiymətləndirilməməlidir. Belə ki, əvvəla, Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxs nə də müdafiəçisi polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı müvafiq orqana şikayət verməmişlər. Əksinə, həbs qətimkan tədbiri seçilən zaman Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla təqsirli bilərək əməlindən peşman olduğunu qeyd etmişdir. Bundan əlavə, işdə olan məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş kütlələr qurudulmuş marixuana növündə narkotik vasitələrdir və tədqiqata təqdim olunmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. Cinayət Prosessual Məcəlləsinin 126.6-cı madddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Yuxarıda təhlil olunan sübutların məzmunundan görünür ki, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründəki etirafedici ifadəsi iş üzrə digər sübutlarla təsdiq olunur, onun məhkəmədəki ifadəsinin yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, polislər tərəfindən oraya qoyulması, ona qarşı fiziki zor tətbiq edilməsi ilə bağlı hissəsi isə iş materialları ilə təsdiq olunmur. Odur ki, məhkəmə həmin hissədə ifadəni qeyri-inandırıcı, özünümüdafiə xarakterli və qeyri-mötəbər hesab edərək, ibtidai istintaq dövründəki ifadəsini mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»ə aid İİİ Siyahıya əsasən “qurudulmuş marixuana” narkotik vasitədir və onun 5 qramdan artıq hissəsi xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (50.000 qrama qədər) külli miqdar hesab olunur. Göründüyü kimi, təqsirləndirilən şəxsin külli miqdarda qurudulmuş marixuana növündə narkotik vasitələri əldə edib yaşadığı evin həyətyanı sahəsində saxlaması, bir qismini isə üzərində saxlayıb gəzdirməsi özünün qismən etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübut və müvafiq protokollarla təsdiq edilir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı dövründə verdiyi ifadələri ilə ( yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik vasitənin ona aidiyyətinin olmamasına dair məhkəmə istintaqındakı ifadəsi isisna olmaqla) yanaşı, ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq edilən yuxarıda qeyd olunan sübutları mötəbər sübut kimi qəbul edir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə də, təqsirləndirilən şəxs ARCM-in 234.1-1ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxsa cəzanın təyin edilməsi məsələsini həll edərkən işdə olan aşağıda qeyd edilən sübutları nəzərə alır: - DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən və xx.xx.2023cü il tarixli Ağcabədi Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 234.1, 234.2 və 237.2-ci maddələri ilə məhkumluqları olmuş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilmiş və götürülmüşdür. (i.v. 106- 108) - Ağcəbədi RİHB-nin Xocavənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. ( i.v. 157-159) Məhkəmə cəza təyinində Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəza siyasətinin humanistləşdirilməsinə dair formalaşmış təcrübəni, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). İş üzrə ARCM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. İş üzrə ARCM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəlsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, təyin ediləcək azadlıqdan məhrumetmə cəzası elə həddə seçilməlidir ki, cəza təqsirləndirilən şəxsin islah olunmasına xidmət etsin. ARCM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 08 yanvar 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Ağcabədi Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 615,71 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, sübutların qiymətləndirilməsi haqqında 13 mart 3035-ci il tarixli qərarla sübut qismində tanınan şəxsi axtarış, baxış keçirilməsinə dair iki ədəd DVD disk, Azercell MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus və Ağcabədi RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan bir ədəd CORN markalı telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci kimi 31,95 ( otuz bir manat doxsan beş qəpik) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 51-2, 132, 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 08 yanvar 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 615,71 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış, baxış keçirilməsinə dair iki ədəd DVD disk, Azercell MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus və Ağcabədi RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan bir ədəd CORN markalı telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının xərci kimi - 31,95 ( otuz bir manat doxsan beş qəpik) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-287/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-287/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver