Məhkəmə qərarları › İş №1(099)-288/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-288/2022

11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-288/2022 11.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Məmmədov Müşfiq Vaqif oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 12 noyabr 1976-cı ildə Cəlilabad rayonu, Sabirabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 04 dekabr 2021-ci il tarixdə, saat 15 radələrində Cəlilabad rayonu, Sabirabad kəndində yaşadığı evin qarşısında, küçədə sərxoş vəziyyətdə ucadan ünvansız nalayiq sözlər deməsinə görə qonşusu X7 ona irad tutmasını özü üçün qəbuledilməz hesab edərək sonuncu ilə arasında yaranmış mübahisə zamanı Vüsal Əliyevə qəsdən ağır bədən xəsarəti yetirmək qərarına gəlmiş, bu məqsədlə yaşadığı evə gedərək oradan zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb əlində tutaraq küçədə dayanmış Vüsal Əliyevin yanına gəlib sonuncunun ona qarşı düz hərəkət etmədiyini bildirmiş, həmin vaxt aralarında yenidən baş vermiş mübahisə zamanıəlbəyaxa olub dalaşdığı Vüsal Əliyev onu itələyərək yerə yıxıb təpiklə vurduğu vaxt o, yerdə olarkən sonuncunun ona irad tutmasını bəhanə etməklə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə əlindəki bıçaqla Vüsal Əliyevin həyat üçün mühüm olmayan sağ bud nahiyəsinə bir dəfə vuraraq ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ budun içəri səthinin deşilmiş-kəsilmiş yarası, sağ bud arteriyasının zədələnməsi və sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən burun nahiyyəsində sıyrıqdan ibarət xəsarətlər yetirmiş, Vüsal Əliyev yaxınlarının köməkliyi ilə“Cəlilabad rayon mərkəzi xəstəxanası” X27 aparılsa da, ilkin tibbi yardımlara baxmayaraq sağ bud arteriyasının zədələnməsi nəticəsində əmələ gəlmiş qanitirmədən ölmüş, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər yetirməsi zərərçəkmiş şəxs X7 ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 04 dekabr 2021-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı evdə 250 qram araq içib yemək yemişdir. Sonra da qonşuluqda yaşayan qardaşı Arifgilə getmiş, orada da qardaşı ilə yemək yeyib 350 qram araq içmişdir. Sonra o qardaşının həyətində it balası görüb onu saxlamaq məqsədilə yaşadığı evə apararkən, həmkəndlisi Vüsalın dayısı Xanbalanın öz həyətində Raqiflə çay içdikdlərini görmüşdür. O, həbsdən azad olduqdan sonra Raqifdən borca toxumluq kartof istəmiş, lakin, Raqif ona kartof vermədiyindən o Raqifdən incik qalmışdır. Ona görə də o Raqifin ünvanına nalayiq söyüşlər söymüşdür. Qonşusu Vüsal bu hərəkətinə görə ona iradını bildirdiyindən aralarında mübahisə yaranmış və dalaşmışlar. Həmin vaxt Vüsal onun sinəsindən yumruqla vurmuş, o yerə yıxılmışdır. O da Vüsala xəsarət yetirmək qərarına gəlmiş, ona görə də yaşadığı evə gedərək, evdən bıçaq götürüb, küçədə dayanmış Vüsalın yanına gəlmiş və ona qarşı düz hərəkət etmədiyini bildirmiş, həmin vaxt aralarında yenidən baş vermiş mübahisə zamanı əlbəyaxa olub dalaşmışlar. Vüsal onu itələyərək yerə yıxıb təpiklə vurmuş , o Vüsala gücü çatmadığını görüb, bıçaqla onun sağ bud nahiyəsinə bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Sonra da hadisə yerində çıxıb Cəlilabad rayon polis şöbəsinə gedərək təslim olmuşdur. O ifadəsində daha sonra göstərmişdir ki, o Vüsalı vurduqdan sonra onu evinə tərəf aparmamış, nə də ki, əlində olan bıçağı onun boğazına dirəməmiş və onun qohumlarına yaxın gələrlərsə onu öldürəcəyini deməmişdir. O istəsəydi Vüsala bıçaqla təkrar zərbələr vura bilərdi. O etdiyi əməldən peşmandır. Vüsalı öldürmək məqsədi olmamışdır. Onun valideyinlərindən dönə-dönə üzr istəyir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün ifadəsindən başqa, dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması, üzləşdirmədə istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X14 ifadəsində göstərmişdir ki, 04 dekabr 2021-ci il tarixdə saat təxminən 15 radələrində sahədə idarə etdiyi traktorla işini qurtarıb, yaşadığı evə gəldiyi vaxt evinin qarşısında adamların toplaşdığını görüb, nə baş verdiyini soruşduqda, onlar qonşusu Təqsirləndirilən şəxs oğlu Vüsala bıçaqla xəsarət yetirdiyini, Vüsal çoxlu qan itirdiyi üçün onu xəstəxanaya apardıqlarını dediklərindən o dərhal xəstəxanaya getmişdir. Xəstəxanaya çatdıqdan bir qədər sonra oğlu Vüsalın öldüyünü bildirmişdir. Sonradan o Akifin yaşadıqları evin qarşısında nalayiq söyüşlər söydüyü üçün oğlu Vüsalın ona irad tutduğundan Akifin oğlu ilə mübahisə edib dalaşaraq, bıçaqla onun ayağından vurduğunu, sonra da oğlunun boğazına bıçaqı dirəyərək hadisə yerində olanlara yaxın gələrlərsə oğlunun başını kəsəcəyini dediyini, Vüsalın taqətdən düşdüyünü görüb, onu buraxdığını ona bildirmişlər. Akif onun cavan oğlunu həyatdan məhrum etdiyi üçün ona ən ağır cəza verilməsini xahiş edir. Dindirilmiş şahid X5 zərərçəkmiş şəxsin hüquqi varisi Məhəbbət Əliyevlə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 04 dekabr 2021-ci il tarixdə saat 15 radələrində Akifin yaşadığı evin qarşısında yolda dayanıb nəlayiq söyüş söydüyünü eşitmişlər. Həmin vaxt Vüsal küçəyə çıxaraq Akifə söyüş söyməməsini bildirmişdir. Buna görə aralarında mübahisə yaranmış və onlar dalaşmışlar. Həmin vaxt Vüsal yumruqla onun sinəsindən vurmuş və Akif yıxılmışdır. Sonra da Akif evinə getmiş, bir qədər sonra əlində bıçaq geri qayıdaraq tövlənin qarşısında dayanıb Vüsalın ünvanına nalayiq sözlər deməyə başlamışdır. Vüsal da tövlədən yola çıxıb Akifin üzərinə cumaraq onu söyməməsini bildirmişdir. Akif həmin vaxt əlindəki bıçaqla Vüsalı vurmaq istəsə də Vüsal ona mane olmuşdur. Vüsal Akifin bıçaqla onu vurmaq istədiyini görüb bir əliylə Akifin boynundan tutaraq o biri əliylə bıçağı Akifin əlindən almağa çalışmışdır. O qışqıraraq kömək çağırıb Akifə bıçağı yerə atmasını demişdir. Həmin vaxt Akif sağ əlində tutduğu bıçaqla Vüsalın ayaq nahiyəsinə bir dəfə zərbə vurmuş, qonşuları Dönəbəyim, onun qızı Əfsanə və Gülilə də səs-küyə ora gəlmişlər. Akifin vurduğu zərbədən sonra Vüsalın yara yerindən çoxlu miqdarda qan axmağa başlamışdır. Bundan sonra o və orada olan digər şəxslər bir az da yaxına gedərək Akifə əlindəki bıçağı yerə atmasını, Vüsala daha xəsarət yetirməməsini bildirmişlər. Zərbədən sonra Vüsalın müqaviməti zəiflədiyi üçün, Akif özü sol əliylə Vüsalın boynundan tutub sağəlindəki bıçağı onun boğazına dayayaraq onlara yaxın gəlməmələrini deyib Vüsalı öz evinə tərəf aparmağa başlamışdır. O qışqıraraq kömək çağırdıqları üçün Vüsalın qohumları Rahim və Xanbala ora gəlmişlər. Rahim və Xanbala, eləcə də onlar Akifgilə yaxınlaşmaq istəsələr də Akif qışqıraraq yaxın gələcəkləri halda Vüsalın boğazını kəsəcəyini demişdir. Akif Vüsalı öz həyətinə aparıb orada dayanmışdı. Bir qədər sonra isə Vüsal daha taqəti qalmadığı üçün müqavimət göstərməmiş və yerə yıxılmışdır. Akif isə Vüsalın daha hərəkət etmədiyini və yerə yıxıldığını görüb onu buraxmışdır. Təxminən 2-3 dəqiqə sonra Vüsalı qonşuları Əzizağanın idarə etdiyi Vaz- 2106 markalı avtomobillə Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmışlar. Orada Vüsalın öldüyünü bilmişdir. Hadisə vaxtı Akifin Vüsala əlavə xəsarət yetirmək imkanı olmuşdur. Dindirilmiş şahid X8 ifadələrində şahid Türkanə İskəndərovanın ifadəsinə oxşar ifadə verməklə göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan “Meyitə baxış keçirilməsi haqqında” 04 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, X7 meyitinə baxış zamanı sağ budun orta 3/1 hissəsinin içəri səthində köndələn çəp istiqamətində yerləşmiş, düz xətt şəkilli, kənarları hamar, aşağı qurtaran ucu iti, yuxarı qurtaran ucu oval formalı, 5x2 sm ölçüdə 8 sm dərinliyində aşağıdan bir qədər yuxarıya, öndən arxaya doğru yerləşmiş bir ədəd deşilmiş-kəsilmiş yara, burun nahiyəsində, bir qədər sol tərəfdə boylama istiqamətdə yerləşmiş düz xətt şəkilli, 2,2x0,5 sm ölçüdə sıyrıqdan ibarət xəsarətlər aşkar edilmiş, meyitin əynində olmuş qana oxşar ləkələrlə bulaşmış, ağ rəngli mayka və üzərində qara rəngli bel kəməri olan qara rəngli şalvar qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqında” 04 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən, X15 və Təqsirləndirilən şəxs yaşamış olduğu fərdi yaşayış evlərinin həyəti və həmin evlərin arasından keçən torpaq örtüklü yoldur. Vüsal Əliyevin yaşamış olduğu evlə Təqsirləndirilən şəxs məxsus ev üzbəüz yerləşir. Həmin evlər arasında torpaq örtüklü yol vardır. Vüsal Əliyevin yaşamış olduğu evin yerləşdiyi torpaq sahəsinin yola tərəf hissəsinin sərhədlərinin bir hissəsi evin həyətində yerləşən tövlənin arxa divarıdır. Digər hissəsi isə açıq vəziyyətdə olmaqla həmin yerlərdən həyətə giriş sərbəstdir. Həyətin yola tərəf hissəsində mişar daşlarından tikilmiş tövlə vardır. Tövlənin arxa divarında olan yola açılan qapısı, eləcə dəön tərəfdə olmaqla həyətə açılan qapı birtaylı dəmir metaldandır. Tövlənin yola açılan qapısının qarşısında, torpaq yol örtüyüüzərində qeyri-müəyyən formalı qanaoxşar ləkələr vardır. Həmin qapı açıq vəziyyətdədir. X20 yaşamış olduğu evin həyətinə daxil olduqda evləüzbəüz dayandıqda sol tərəfdə həyətdə, torpaq örtük üzərində qeyri-müəyyən formalı, səpələnmiş formada çoxlu miqdarda qanaoxşar ləkələr vardır. Həmin qanaoxşar maddədən bir ədəd pambığa hopturulmuş nümunə qablaşdırılaraq götürüldü. Daha sonra Təqsirləndirilən şəxs məxsus yaşayış evinin həyətinə baxış keçirildi. Vüsal Əliyevin yaşamış olduğu evləüzbəüz yolun digər tərəfində yerləşən Təqsirləndirilən şəxs məxsus yaşayış evinin yerləşdiyi torpaq sahəsi hasara alınmamışdır və həyətə giriş sərbəstdir. Torpaq sahəsinin mərkəzi hissəsində mişar daşlarından tikilmiş iki otaqlı yaşayış evi yerləşir. Evin dam örtüyü dəmir şiferləörtülmüşdür. Evin otaqlarının qapısı bağlı vəziyyətdədir. Həyətin yolla evə qədər olan hissəsində yerə beton tökülmüşdür. Beton örtük üzərində qeyri-müəyyən formalı, səpələnmiş formada çoxlu miqdarda qanaoxşar ləkələr vardır. Həmin qanaoxşar ləkələrdən bir ədəd pambığa hopturulmuş nümunə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 04 dekabr 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs X2 olaraq təqdim etdiyi hadisə zamanıəynində olmuş bir ədəd sarı rəngli uzunqol köynək, bir ədəd qısaqol köynək və bir ədəd boz rəngli parça şalvar işüzrə sübut əhəmiyyəti kəsb etdiyindənqablaşdırılaraqgötürülmüşdür. Həmin protokoldan görünür ki, hər iki köynəyin arxa hissəsinin əsasən sağçiyin və aşağı hissələrində, eləcə dəşalvarın əsasən sağ ayağının arxa tərəfində, habelə şalvarın digər nahiyələrində qırmızımtıl-qəhvəyi rəngli qana oxşar ləkələr vardır. İş materiallarında olan 04 dekabr 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Cəlilabad rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı X17 istintaqa bir ədəd qatlanmayan bıçaq təqdim edib həmin bıçağın Cəlilabad rayonu, Sabirabad kənd sakini X21 tərəfindən saxlanıldığı vaxt təqdim edildiyini və saxlanılarkən Təqsirləndirilən şəxs həmin bıçaqla qonşusu X10 xəsarət yetirdiyini dediyini bildirib bu səbəbdən də onu Təqsirləndirilən şəxs təhvil aldığını göstərmiş, həmin bıçaq iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən müvafiq qaydada götürülmüşdür. İş materiallarında olan 04 dekabr 2021-ci il tarixli, 139 nömrəli, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X12 orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan Cəlilabad rayon mərkəzi xəstəxanası X25 daxil olmuş 14 yanvar 2022-ci il tarixli, 61 nömrəli məktubda göstərilmişdir ki, Cəlilabad rayonu, Sabirabad kənd sakini 1999-cu il təvəllüdlü X15 04 dekabr 2021-ci il tarixdə, saat 15:30-da “sağ budun orta 1/3 hissəsinin kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə rayon mərkəzi xəstəxanasına ölmüş vəziyyətdə daxil olmuşdur. İş materiallarında olan Cəlilabad rayon polis şöbəsindən əməliyyat tapşırığına cavab olaraq verilmiş 10 fevral 2022-ci il tarixli məktuba göstərilmişdir ki, keçirilmişəməliyyataxtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, X15 və Təqsirləndirilən şəxs qonşuluq münasibətində olmuş, ədavət və düşmənçilikləri olmamış, hadisədən əvvəlki günlərdə mübahisə, dava-dalaş və münaqişə halları baş verməmişdir. 04 dekabr 2021-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs küçədəünvansız nalayiq ifadələr işlətmiş, bu zaman X15 ona iradını bildirmiş və aralarında mübahisə başlamışdır. Baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən gətirdiyi bıçaqla Vüsal Əliyevin sağ bud nahiyəsinə 1 dəfə xəsarət yetirmişdir. Vüsal Əliyev yaxınları tərəfindən Cəlilabad rayon mərkəzi xəstəxanasına aparılmış, lakin, onun həyatını xilas etmək mümkün olmamışdır. Həmin dava-dalaşda hər hansı kənar bir şəxs iştirak etməmiş, mübahisə zamanı Cəlilabad rayonu, Sabirabad kənd sakinləri Şahid2 vəƏsgərov Həsən Rahim oğlu yaxınlıqda olmuşlar. Təqsirləndirilən şəxs hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılan zaman cinayət aləti olan 1 dəd bıçağı polis əməkdaşlrına təhvil vermişdir. İşdə olan ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, ifadəsində bildirdiyi halları bir daha təsdiq edərək törətdiyi cinayətin baş vermə mexanizmini ardıcıl olaraq göstərmişdir. İşdə olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs şahidlər X8 və X13 ilə üzləşdirilərkən ifadəsində göstərdiklərini onların üzünə qarşı bir daha təstiq etmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 14 yanvar 2022-ci il tarixli, 26 nömrəli rəyində göstərilmişdir ki, X4 budun içəri səthinin deşilmiş-kəsilmiş yarası, sağ bud arteriyasının zədələnməsi, burun nahiyəsində sıyrıq müəyyən edilmişdir. Müəyyən olunan xəsarətlərdən sağ budun içəri səthinin deşilmiş-kəsilmiş yarası, sağ bud arteriyasının zədələnməsi deşici-kəsici alətin, ola bilər ki, bıçağın təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, törənmə müddəti 04 dekabr 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Burun nahiyəsindəki sıyrıq isə bərk küt əşyanın təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, törənmə müddəti 04 dekabr 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən əlamətlərə malikdir. X1 ölümünə sağ bud arteriyasının zədələnməsi nəticəsində əmələ gəlmiş qanitirmə səbəb olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başladığı vaxtdan 4-8 saat əvvəl baş vermişdir. X1 meyitindən götürümüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi-kriminalistik ekspertizasının 18 yanvar 2022-ci il tarixli, 815-2021/MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş və mərhum X10 məxsus bir ədəd mayka, bir ədəd şalvar və bir ədəd kəmərin üzərindəəhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş və mərhum X10 məxsus geyim əşyalarıüzərində tədqiqat zamanı heç bir zədə aşkar olunmadığıüçün V.M.Əliyevin meyitinin üzərində olan xəsarətlərlə ona məxsus və ekspertizaya təqdim edilmiş geyim əşyalarıüzərindəöz əksini tapmamışdır. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus açıq qəhvəyi rəngli köynəyin ön səthində, yuxarıdan aşağıya doğru sıra ilə tikilmiş 2-ci düymənin öz yerində olmaması aşkar olunmuşdur. Bu qopmuş düymənin öz yerində olmaması köynəyə küt qüvvə tətbiq etməklə (kəskin dartılmaqla) qopub düşməsi ilə izah oluna bilər və mütəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, o cümlədən qərarın təsviri hisəsində göstərilən şəraitdəəmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus mavi rəngli köynək vəşalvar üzərindəəhəmiyyət kəsb edən heç bir zədəaşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 21 yanvar 2022-ci il tarixli, 956/2021-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrəqrup göstəricisi: O (İ) şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinəəsasən). X7 ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(İİ). Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, V.M.Əliyevə məxsus şalvar, qolsuz mayka, Təqsirləndirilən şəxs məxsus bir kişi şalvarı, qısaqol köynək, uzunqol köynək və 02 ədəd pambıq tamponlar üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alınmışdır. Aqqlyutininlər isə alınmamışdır. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Abeta/H/(İİ) qruplu X10 məxsus ola bilər. Lakin, ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin, Oalfa, beta qruplu Təqsirləndirilən şəxs qarışıq qanının olması da inkar olunmur (əgər hadisə zamanı sonuncuda qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 07 fevral 2022-ci il tarixli, 463 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründəöz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarında olmuşdur. Buna görə dəTəqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Aif Heydərovun əməli Azərbyacan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hhal-azırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcuri tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görəözünə vəətrafındakılara zərər yetirmək təhlükəsi qeyd olunmur. Təqsirləndirilən şəxs ona ittiham edilən əməli törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanışüur və davranışlarına təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamış, emosional vəziyyətindən asılı olaraq hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə lifli materialların ekspertizasının 25 fevral 2022-ci il tarixli, 6/784 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, X10 və Təqsirləndirilən şəxs məxsus olduğun qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, X10 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş boz rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görəX10 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. İşdə olan ibtidai istintaq orqanının 02 mart 2022-ciil tarixli qərarından görünür ki, hadisə yerindən götürülmüş iki ədəd qanaoxşar nümunə, X7 hadisə zamanı əynində olan qara rəngli şalvar və ağ rəngli mayka, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş boz rəngli şalvar, açıq mavi rəngli qısaqol köynək və sarı rəngli uzunqol köynək, götürmə aparılması haqqında protokolla götürülmüş bıçaq sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmədə şahidlər dindirilmiş şahidlər Şahid4, X8 ifadələrində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Vüsal Əliyevlə mübahisə edib dalaşarkən onun ayağında bir dəfə bıçaqla xəsarət yetirdikdən sonra onun boğazına bıçaq dirəyərək evinə tərəf apadığını və Vüsalın taqətdən düşdüyünü görüb onu buraxaraq getdiyini bildirmişlər. Məhkəmə qeyd edilən ifadələrə məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlmədiyindən tənqidi yanaşır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini və sənədləri Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilir. Ona görə CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 1976-cı ildə Cəlilabad rayonu, Sabirabad kəndində doğulmuşdur. Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır.Yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən hökm və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs cəzası 04 ilə endirilmişdir. Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşdə olan Cəlilabad rayon məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, həbsetmənin əvvəli 04 dekabr 2021-ci il tarixdən hesanlanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra Cəilabad Rayon Polis Şöbəsinə gedərək əməlini etraf edib, könüllü olaraq təqsirini boynuna almışdır. Məhkəmə CM-ın 59.1.10-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gedib təqsirini boynuna almasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə həmçinin müəyyən edilmişdir ki, Heydərov X18 Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs cəzası 4 ilə endirilmişdir. Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi o məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətmişdir. CM-in 18-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi halı mövcuddur. Ona görə də bu hal CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və CM-in 65.2-ci maddəsinin tələbinə əsasən onun təqsirləndirildiyi maddənin sanksiyasına nəzərdə tutulan cəzanın dörddə üçündən az olmamaqla müddəasına əsaslanmaqla ona cəza təyin edilməlidir. CM-nin 60.1-ci maddəsinin tələbinə görə bu məcəllənin 59.1.8, 59.1.10 – 59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Lakin Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli ressidivi halının olması onun barəsində CM-in 60-cı maddəsinin tətbiqini istisna edir. Məhkəmə Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini və Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, onun cinayət hadisəsindən sonrakı davranışını və cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi CM-in 126.3-cü maddəsi ilə müəyyən edilmiş yuxarı həddə yaxın azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsəd uyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi reyimli cəzaçəkmə müəsisəsində çəkməli, cəza çəkməsinin başlanğıcı04 dekabr 2021-ci il tarixdən hesab edilməli və ona qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kim dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutların məsələsi də həll edilməlidir. İş üzrə maddi sübut olan və Cəlilabad Rayon Prokurorluğunda saxlanılan iki ədəd qanaoxşar nümunə, zərərçəkmiş şəxs X10 məxsus qara rəngli şalvar və ağ rəngli mayka, Təqsirləndirilən şəxs məxsus boz rəngli şalvar, açıq mavi rəngli qısaqol köynək, sarı rəngli uzunqol köynək və cinayətin aləti olan bıçaq məhv edilməlidir. İş üzrə 154 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 44,132,346, 351-353 və 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il 6 (altı) ay müddətə müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəza çəkməsinin əvvəli 04 dekabr 2021-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə 154 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Cəlilabad Rayon Prokurorluğunda saxlanılan iki ədəd qanaoxşar nümunə, X10 məxsus olan qara rəngli şalvar və ağ rəngli mayka, Təqsirləndirilən şəxs məxsus olan boz rəngli şalvar, açıq mavi rəngli qısaqol köynək və sarı rəngli uzunqol köynək və cinayətin aləti olan 1 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar