Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-288/2025 29.08.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədli Ənnağı Əbdül oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, Katib katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, - xx xxxxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş (fəhlə işləmiş), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 (iki) ay 25 (iyirmi beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan “Mehdi” adlı İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayaraq, satış məqsədi olmadan qəsdən qanunsuz olaraq külli miqdarda, yəni 1565,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı 18 dekabr 2024-cü il tarixdə Salyan rayonunun Şorsulu kəndi ərazisində avtoyuma yerinin yaxınlığında gizlədilmiş yerdən əldə edərək, özündə saxlamaqla daşımış, 19 dekabr 2024cü il tarixdə, saat 00:31 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunda saxlanılaraq, içərisində olduğu “Azsamand” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonunun qabaq sağ ayaqaltı hissəsindən bir ədəd sellofan torbanın içərisindəki qara rəngli sellofan bağlamada olan yapışqanlı lentə sarınmış iki ədəd bükülüdə, ayrı-ayrılıqda təmiz çəkiləri 960,0 qram və 605,0 qram olmaqla, ümumi təmiz çəkisi 1565,0 qram olan külli miqdarda bitki mənşəli kütlələr, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, orqanolepitik əlamətlərinə və bioloji komponent tərkibinə görə bir-birləri ilə eyni olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hazırki cinayət işi üzrə polis əməkdaşları tərəfindən saxlanıldığı gün Salyan rayonunun Şorsulu kəndinə gedib-gəliş üçün taksi sifariş vermiş, həmin əraziyə gəlməkdə məqsədi şəxsi istifadəsi üçün 250 qram “nəşə” götürmək olmuşdur. Həmin çəkidə olan bağlamanı götürüb hardasa beş metr irəlilədikdən sonra dövlət yol polisi maşını tərəfindən içərisində olduğu avtomobil saxlatdırılmış və Biləsuvar rayonu ərazisinə gedən yolda videoçəkiliş aparılmışdır. Götürdüyü bağlamanı polislər dəyişmiş, narkotik vasitənin miqdarını artırmış və boynuna götürməsi üçün ona təzyiq göstərmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, onu saxlayan polis əməkdaşlarını əvvəllər tanımamışdır. Narkotik vasitə dalınca gələcəyini təkcə iranlı bilmişdir. 2020-ci ildən bəri “nəşə” deyilən marixuanadan istifadə etmişdir. Əvvəllər narkotik vasitəni müxtəlif şəxslərdən əldə etmiş, ilk dəfə idi ki, iranlıdan narkotik vasitə almışdır. Taksi onu Şorsuludan Salyanın mərkəzinə aparıb-gətirməli imiş, taksiyə Biləsuvar rayonu ərazisinə sürməyi deməmiş, saxlanıldığı ərazinin Biləsuvar rayonunun ərazisi olduğunu əvvəlcə bilməmiş, narkotik vasitəni götürüb geri qayıdanda Biləsuvardan keçmişlər. Həmin yerin Biləsuvar rayonunun ərazisi olduğunu sonradan deyəndə bilmişdir. Videoçəkiliş zamanı 250 qram narkotik vasitə dalınca gəlməyini deməsinin mənası olmamış, çünki, belə olanda videoçəkiliş dayandırılıb təzədən davam etdiriləcəkmiş. Saxlanılan vaxt vəkili olmamış, vəkilini səhəri gün polis şöbəsində görmüşdür. Narkotik vasitəyə pul verməmişdir. İranlı ona şəxsi istifadəsi üçün əvəzsiz qaydada, nümunə olaraq narkotik vasitə vermişdir. Özünün dediyi kimi boş yolda qoyulmuş çəkisi 250 qram olan marixuananı necə tapıb götürəcəyi barədə suala konkret cavab verə bilməmiş, ümumi olaraq iranlının narkotiki yoldakı nişanın yanına qoyulmasını dediyini bildirmişdir. Saxlanılan vaxt üzərindən bir ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi, plastik kartlar aşkar olunmuşdur. Taksi sürücüsü Cəlal Abasovun təqsiri olmadığı üçün onun adını çəkməmiş, polislər də ona kilo yarım “nəşə yükləmişlər”. Taksi sürücüsü ailəsinə çörək aparan biri olmuş, onun bu işdən məlumatı olmadığına görə üzərinə qoyulan artıq çəkini qəbul etmişdir. Polis şöbəsində onu saxlayan şəxslər taksi sürücüsü Cəlalın əleyhinə ifadə almaq məqsədi ilə ona müxtəlif xarakterli fiziki xəsarətlər yetirmişlər və həmin xəsarətlər istintaq təcridxanasına qəbul edilərkən qeydiyyata alınmışdır. Ona həm saxlayarkən, həm də polis şöbəsində təzyiq yetirilmişdir. Təzyiq yetirilməsinin digər səbəbi 250 qram “nəşə” dalınca gəldiyini Biləsuvar rayon prokuroruna və barəsində qətimkan tədbiri seçən məhkəməyə bildirməsi olmuşdur. Narkotik vasitənin satışı ilə bağlı heç kimlə danışığı olmamışdır. Saxlanılan vaxt mobil telefonu götürülmüş və həmin mobil telefonun üzərində olan nömrə özünə məxsus olmuşdur. Özünə və taksi sürücüsünə məxsus olan mobil telefonların avtomobilin arxa oturacağında olmasına səbəb əməliyyatçının da həmin maşında olması idi. Belə ki, saxlanıldıqları yerə gətirilərkən əməliyyatçı arxa oturacaqda oturmuş, videoçəkilişdən qabaq avtomobildən düşmüş, mobil telefonlarda arxa oturacağın üstündə qalmışdır. İttihamın mahiyyətini (çəkiyə münasibətdə) bildikdən sonra ifadələrini imzalamamışdır. Saxlanılan zaman əməliyyatçı Şahid1 orada olmamış, sonradan onu görmüşdür və sonuncu ona təzyiq göstərməmişdir. Onu saxlayanlar Elçin və İsmayıl adlı şəxslər olmuşlar və İsmayıl ona təzyiq göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son söz söyləyərək, narkotik vasitə istifadəçisi olduğunu, narkotiki şəxsi istifadəsi məqsədilə əldə etməsi üçün getdiyini, satışı ilə məşğul olmadığını bildirmiş və məhkəmədən əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməklə, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxsi və şahidləri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi ,ev 135-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində qanunsuz olaraq, narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 18 dekabr 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı həmin şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Dövlət Yol Polisi Bölməsi Yol Patrul Xidmətinin inspektorları, polis baş serjantı rütbəsində xidmət edənlər Şahid4 və Şahid3 daxil edilmişlər. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərara uyğun olaraq Təqsirləndirilən şəxs 19 dekabr 2024-cü il tarixdə, saat 00:31 dəqiqədə Bakı-Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən hissəsində “Azsamand” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində hərəkətdə olan zaman əməliyyat qrupunun üzvü olan Şahid4 tərəfindən “SamsungA32” markalı videokamera vasitəsilə çəkiliş aparılan zaman əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılmışdır. Bundan sonra həmin avtomobilə və içərisində olan şəxslərə yaxınlaşıb, özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üstünə yoxlama və götürmə aparılmasından əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet olmadığını bildirmiş, daha sonra onun üstü yoxlanılmışdır. Yoxlama zamanı üzərindən gödəkçənin sol sinə cibindən bir ədəd özünəməxsus şəxsiyyət vəsiqəsi, bir neçə ədəd bank kartları aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmış, əlavə olaraq iş üzrə əhəmiyyətə malik ola biləcək əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra avtomobilin sürücüsü Cəlal Abasovun üstünə yoxlama keçirilmiş, ona da paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Cəlal Abasov üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet olmadığını bildirmişdir. Sonra Cəlal Abasovun üstü yoxlanılmış, üzərindən iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra “Azsamand” markalı, **-HB-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin ön sağ oturacağının ayaqaltı hissəsindən bir ədəd sellofan torba aşkar edilmiş, həmin torba açılıb baxıldıqda içərisində bir ədəd qara rəngli sellofan bağlama olması müəyyən edilmişdir. Həmin bağlamaya baxış zamanı içərisində iki ədəd yapışqanlı lentə sarılmış bükülü aşkar edilmişdir. Birinci bükülüyə baxış zamanı içərisində 980 qram, ikinci bükülüyə baxış zamanı içərisində 700 qram olmaqla, ümumi çəkisi 1680 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və bükülülər qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni Salyan rayonunun Şorsulu kəndi ərazisindən əldə etməsini, özünün də marixuana istifadə etdiyini bildirmişdir. Şahid1 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hazırki iş üzrə saxlanılarkən tərəflərindən ona qarşı hər hansı fiziki, psixoloji təzyiq və ya təsir göstərilməmiş, buna hər hansı bir səbəb olmamış, Nicat onlardan yayınmağa çalışmamışdır. Şöbədə İsmayıl adlı dörd nəfər əməkdaş olmuş, lakin onların heç biri Təqsirləndirilən şəxsla bağlı keçirilmiş əməliyyat tədbirində iştirak etməmişlər. Təqsirləndirilən şəxs Biləsuvar rayonunun ərazisində saxlamışlar. Videoçəkiliş dövlət yol polisi maşınının içindən aparılmışdır. Təqsirləndirilən şəxsin içərisində olduğu avtomobilin arxa oturacağının üstündəki mobil telefonları güman ki, təqsirləndirilən özü avtomobilin saxlanılmasını görüb oraya atmışdır. Həmin avtomobildə Təqsirləndirilən şəxsla sürücüdən başqa heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsi Yol Patrul Xidmətinin inspektoru vəzifəsində, polis baş serjantı rütbəsində xidmət edən Şahid4 və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 10-cu taqımının inspektoru, polis baş serjantı Şahid3 Şahid1 ifadəsində bildirdiyi xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermişlər. Şahid4 ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən aparılmış videoçəkiliş dayandırılmamış, çəkiliş bir dəfəyə aparılmışdır. Hadisə yerində onlar və saxlanılan şəxslər olmuş, əlavə kimsə olmamışdır. Yol patrul xidmətinə quraşdırılmış videomüşahidə kamerası həmişə işlək vəziyyətdə olur, görüntülərin saxlanma müddəti var və görüntülər istintaq orqanı tərəfindən müraciət olunduğu təqdirdə təqdim olunur. Hadisə yerinə iki maşın getmişdir. Təqsirləndirilən şəxsin içərisində olduğu avtomobildə mobil telefon, habelə onlardan başqa adamın olduğunu görməmişdir. Şahid3 ifadəsində əlavə olaraq bildirmişdir ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılarkən hadisə yerində əməliyyat qrupunun üzvləri, Nicatın olduğu avtomobildə isə sürücüdən başqa heç kim olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs tərəflərindən hər hansı bir formada təzyiq və ya təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunan narkotiki şəxsi istifadəsi və ya kiməsə çatdırmalı olması barədə deməsini dəqiq xatırlamamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01). Biləsuvar Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 04). Biləsuvar Rayon Polis Şöbəsi xx.xx.2024-cü il tarixli qərarı, eyni tarixli məktubu, əmri və protokolundan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa məlumat verilmişdir (iş vərəqi 05-10). Biləsuvar Rayon Polis Şöbəsi Narkotilərlə Mübarizə Qrupunun “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair”, Təhqiqat Bölməsinin “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs və Cəlal Abasov 19 dekabr 2024-cü il tarixdə, saat 00:31 dəqiqədə Bakı-Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən hissəsində “Azsamand” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində hərəkətdə olan zaman videokamera vasitəsi ilə çəkiliş aparılmaqla əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs gödəkçəsinin sol sinə cibindən bir ədəd özünə məxsus olan şəxsiyyət vəsiqəsi, bir neçə ədəd bank kartı aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmış, avtomobildən aşkar olunan “Samsung” markalı mobil telefonu isə iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra “Azsamand” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin ön sağ oturacağının ayaqaltı hissəsindən bir ədəd sellofan torba aşkar edilmişdir. Həmin torba açılıb baxıldıqda içərisində bir ədəd qara rəngli sellofan bağlama olması, bağlamaya baxış zamanı isə içərisində iki ədəd yapışqanlı lentə sarılmış bükülü aşkar edilmişdir. Birinci bükülünün içərisində 980 qram, ikinci bükülünün içərisində 700 qram olmaqla, ümumi çəkisi 1680 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və həmin bükülülər qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni Salyan rayonu, Şorsulu kəndi ərazisindən əldə etdiyini bildirmiş, bu barədə videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə həm təhqiqat bölməsində, həm də məhkəmə iclasında baxılmışdır (iş vərəqi 11-13; 16-18). Biləsuvar Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 02:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna bu barədə məlumat verilməsi təmin olunmuşdur (iş vərəqi 19; 30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Lənkəran Regional Bölməsinin 19/785 nömrəli, 19 dekabr 2024-cü il tarixli materialların məhkəməbioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunataq götürülmüş narkotik maddəyə bənzər kütlə ....." sözlər və imzalar olan bağlamadakı iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 960,0 qr; 605,0 qr, ümumi təmiz çəkisi 1565,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkibinə görə bir-birləri ilə eynidirlər /tədqiqtata 0,2 qram sərf edilmiş, qalıq çəkisi 1564,8 qram/. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir (iş vərəqi 64-66). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 94-95). Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 0-205 km hissəsinin 81-ci km-də yerləşən köhnə Ələt-Astara avtomobil yolunun yolötürücüsü Biləsuvar rayonunun ərazisinə daxildir (iş vərəqi 120). Biləsuvar Rayon Məhkəməsinin 4(022)-66/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 19 dekabr 2024-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 129-132). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “şahid ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs içərisində olduğu “Azsamand” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X18 hadisə ilə bağlı ifadəsində bildirdiyi 18 dekabr 2024-cü il tarixdə, saat 23:55 radələrində Salyan rayonu ərazisində olan zaman şirkət tərəfindən ona Təqsirləndirilən şəxs tərəfindən Salyan rayonundan Şorsulu kəndinə taksi sifariş edilməsi, onun aparmalı olduğunu demələri, buna görə də, Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı mobil nömrə ilə telefon əlaqəsi saxladığı, sonuncunu qeyd etdiyi ünvandan götürməsi, yol pulu olaraq 18 (on səkkiz) manata razılaşdıqları, bundan sonra Salyan rayonundan Şorsulu kəndi istiqamətində hərəkətə başladıqları, yolda olan zaman Təqsirləndirilən şəxs dostu ilə görüşəcəyini deməsi, bir qədər sonra Şorsulu kəndinə çatdıqları, Təqsirləndirilən şəxs istəyi əsasında avtomobili saxlaması, Nicatın avtomobildən düşüb dostu ilə görüşəcəyini bildirməsi və bir qədər sonra avtomobilə geri qayıtması, Biləsuvar rayonunun giriş hissəsində polis əməkdaşlarının “saxla” işarəsindən sonra avtomobili saxladığı barədə xüsusatları, saxlanıldıqları yeri əyani olaraq hadisə yerində göstərməklə bir daha təsdiq etmiş və bu barədə fotocədvəl protokola əlavə edilmişdir (iş vərəqi 136-141). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərdən aşkar edilərək götürülmüş, tədqiqatdan sonrakı qalıq çəksi 1564,8 qram olan marixuana maddi sübut kimi tanınaraq, saxlanması üçün həmin şöbənin saxlancına təhvil verilmişdir (iş vərəqi 155). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 yanvar 2025-ci il tarixli tələbnaməsindən, qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 180.2.4, 177.2.2, 177.2.3, 177.2.4cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci ildə cəzadan azad olunmuş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay, 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuş; Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum olunmuş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərari ilə 2 (iki) ay 25 (iyirmi beş) gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır (iş vərəqi 165-167: 198- 201). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.3.3-cü maddələrinin tələbinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən olunur. Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “"xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli məktubla daxil olmuş zənglərə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, 055 ***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs istifadəsində olmuş, həmin nömrədən göndərilən sms-lərə və zənglərə baxış zamanı çoxsaylı zənglərin və sms-lərin olması müəyyən edilmişdir (iş vərəqi 177). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Honor” markalı telefonda "xxxx" mobil operatoruna məxsus 055 ***- **-** saylı nömrə vardır. Mobil telefonun “zənglər”, “mesajlar”, “şəkillər”, “whatsApp” və “instagram” proqramlarına baxış keçirilmiş, “whatsApp” proqramına baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı nömrə ilə İran İslam Respublikasına məxsus olan “Miladi Mehdi” adı ilə qeydiyyata alınmış +98 901 447 7751 saylı mobil nömrə ilə mesajlaşması müəyyən edilmişdir. Həmin mesajlara baxış zamanı İran İslam Respublikası vətəndaşının “nicat” məzmunda sms yazması və bir dəfə zəng vurması müəyyən edilmiş, bu barədə fotocədvəl protokola əlavə edilmişdir (iş vərəqi 177-183). Biləsuvar Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2025-ci il tarixli raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi “Mehdi” adlı İran İslam Respublikası vətəndaşının şəxsiyyətini və harada olmasını müəyyən etmək mümkün olmamışdır (iş vərəqi 192). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasında Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın xx.xx.2024-cü il tarixli, 854 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 202). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-ci il tarixli, 3757 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür (iş vərəqi 204-206). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları bir daha əyani olaraq hadisə yerində göstərmiş və bu barədə fotocədvəl protokola əlavə edilmişdir (iş vərəqi 209-213). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “sübutların qiymətləndirilməsi haqqında” və “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış; ondan aşkar edilmiş “Honor” markalı mobil telefon maddi sübut kimi tanınaraq həmin polis şöbəsinin saxlancına təhvil verilmiş, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli protokola əlavə edilən bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş; külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə hazırki cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılmışdır (iş vərəqi 220-232). Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli tibbi arayışının məzmunundan, habelə Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə daxil olmuş, 9668/2024 nömrəli “məhkumun tibbi kitabçası”-nın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə həmin təcridxanaya daxil olmuş və təlimata uyğun olaraq təcridxananın tibbi-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərkən, həbs olunanda xəsarət almasını bildirdiyi göstərilmiş, bədəninə baxış keçirilən zaman sol baldırın yuxarı 1/3-nin bayır səthində, sol əlin arxa səthində yaşımtıl qançır, sağ təbil pərdəsinin tamlığının pozulması və qansızması, döş qəfəsinin hər iki yan səthinin yumşaq toxumalarının əziyi aşkar edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında həm müdafiə, həm də ittiham tərəfin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Bununla belə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, iş üzrə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Sözü gedən Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Haqqında bəhs olunan Məcəllənin 145.1 və 145.2-ci maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, Salyan rayonunun Şorsulu kəndinə getməkdə məqsədinin şəxsi istifadəsi üçün 250 qram “nəşə” götürmək olması, videoçəkiliş zamanı 250 qram narkotik vasitə dalınca getməsini deməsinin heç bir mənası olmayacağı, belə olan halda videoçəkilişin dayandırılıb təzədən davam etdiriləcəyi, özünə və taksi sürücüsünə məxsus olan mobil telefonların avtomobilin arxa oturacağında olmasına səbəb kimi əməliyyatçının da həmin maşında olmasını göstərməsi, polislərin ona kilo yarım narkotik “yükləmək”, taksi sürücüsü Cəlal Abasovun bu işdə heç bir təqsiri olmadığı halda onun adını çəkməsi əleyhinə ifadə almaq məqsədi ilə fiziki təsir göstərmələri, təzyiq yetirilməsinə digər səbəb kimi 250 qram “nəşə” dalınca gəldiyini Biləsuvar rayon prokuroruna və barəsində qətimkan tədbiri seçən məhkəməyə deməsinin olması barədə bildirdikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında cinayət işinin materiallarındakı “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli protokola əlavə olunmuş DVD diskə baxış zamanı videçəkilişin 00:15-ci dəqiqəsində Təqsirləndirilən şəxs içərisində olduğu “Azsamand” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı-Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən hissəsində saxlanılması, avtomobilin içərisindən əvvəlcə sürücünün düşməsi, sonra isə Təqsirləndirilən şəxs əməliyyatçılar tərəfindən avtomobildən düşürülməsi, həmin avtomobildə başqa şəxsin və ya şəxslərin olmaması aydın müşahidə olunmuşdur (iş vərəqi 13). Sözügedən diskə baxış zamanı o da müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs içərisində olduğu “Azsamand” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən hissəsində saxlanıldığı ilk andan baş əməliyyat müvəkkili Şahid1 əməliyyatda şəxsən iştirak etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində xx.xx.2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə bildirmişdir ki, Mehdi adlı İran İslam Respublikasının vətəndaşı ona təxminən 250 qram narkotik vasitə marixuana pay verəcəyini demiş, 18 dekabr 2024-cü il tarixdə, axşam saat 21 radələrində həmin narkotik vasitəni götürmək üçün “Azsamand” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı taksi sifariş etmiş, Salyan rayonunda iranlının dediyi ünvanda avtomobildən düşüb, yolun kənarında olan bir ədəd sarı rəngli bağlamanı götürüb avtomobilə geri qayıtmış, sürücüyə geri qayıtmaq istədiyini bildirəndə sonuncu avtomobili hərəkətə gətirərək Ələt-Astara yolu ilə Bakı şəhərinə doğru getmək üçün Biləsuvar rayon ərazisində olan körpüyə qalxmış və üzərində “Bakı” sözü yazılmış yol nişanın yaxınlığından sağa dönmək istəyərkən polis əməkdaşları avtomobili saxlaması üçün işarə vermişlər. Yoxlama zamanı üzərindən heç bir qeyri-qanuni əşya aşkar edilməmiş, avtomobilə baxış keçirilən zaman ön sağ oturacağın ayaqaltı hissəsinə qoyduğu bir ədəd bağlamanı təqdim etmiş, bağlamadan iki ədəd bükülüdə olmaqla, ümumi çəkisi 1680 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. Həmin narkotik vasitənin tam çəkisi barədə dəqiq məlumatı olmamış və narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir /protokola əlavə edilmiş DVD diskdəki videogörüntüyə baxış zamanı müşahidə olunmuşdur/ (iş vərəqi 105-109). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ilkin izahatında, habelə şübhəli şəxs qismində dindirilərkən də eyni məzmunlu ifadə vermişdir (iş vərəqi 38-39; 81-83). Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması zamanı ifadəsində qeyd olunan xüsusatları hadisə yerində əyani surətdə göstərməklə bir daha təsdiq etmişdir (iş vərəqi 209-210). Bundan əlavə, o, ibtidai istintaq zamanı içərisində olduğu avtomobildən aşkar olunan bağlamanın içərisində olan narkotik vasitə barədə məhkəmə-bioloji ekspertizasının rəyi ilə tanış olarkən vəsatət və ya etirazının olmamasını qeyd etmişdir (iş vərəqi 67). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti hadisə ilə bağlı saxlanılarkən polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki təzyiqlə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili bu barədə şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətlərinin olmasına baxmayaraq, ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Təqsirləndirilən şəxs bu halı hüquqi savadının olmaması ilə əlaqələndirmişdir ki, bu da məhkəmədə inandırıcı təəsürat yaratmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə tərkibi həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı aparılmış əməliyyat-istintaq hərəkətləri zamanı izahat, ifadələrində ona ünvanlanmış suallara səsli nitqində belə polis əməkdaşları tərəfindən heç bir zor tətbiq olunmamasını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində ona təzyiq göstərilməsinin əvvəlcə üzərinə “qoyulan” artıq çəkini qəbul etməsi, sonra isə taksi sürücüsünün də bu işdə adını çəkməsini tələb etmələri ilə əlaqələndirmiş, xəsarətlərin konkret hansı nahiyyələrinə yetirlməsini bildirməmiş, ümumi olaraq fiziki təzyiqə məruz qaldığını bildirmişdir. Halbuki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı vaxtdan ibtidai istintaqın sonunadək eyni məzmunlu ifadələr vermiş, Salyan rayonuna şəxsi istifadəsi üçün 250 qram narkotik vasitə əldə etməyə getdiyini, torbanın içərisindəki kütlənin çəkisini bilmədiyini, taksi sürücüsünün bu işdən xəbərdar olmadığını bildirmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs qeyd olunan səbəblərdən fiziki təzyiqə məruz qalması barədə dediklərinin həqiqəti əks etdirməsi absurddur. Bundan başqa, Biləsuvar Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə dair məhkəmə nəzarəti qaydasında keçirilmiş qapalı məhkəmə iclasının cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli qərarında ona qarşı hər hansı bir fiziki təzyiq və ya psixoloji təsir göstərilməsi barədə bildirməsi müəyyən olunmamışdır. Eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının hər biri ayrıayrılıqda məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki təsirin göstərilmədiyini, bölmədə İsmayıl adında dörd əməkdaşın olduğunu, lakin həmin şəxslərdən heç birinin Təqsirləndirilən şəxsla bağlı əməliyyatda iştirak etmədiklərini bildirmişlər. Doğrudur, məhkəməyə daxil olmuş tibbi arayışda, habelə “məhkumun tibbi kitabçası”-nın surətində Təqsirləndirilən şəxs təcridxananın tibbi-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərkən həbs olunanda xəsarət almasını bildirdiyi göstərilmiş, bədəninə baxış keçirilən zaman sol baldırın yuxarı 1/3-nin bayır səthi, sol əlin arxa səthi, sağ təbil pərdəsi, döş qəfəsində müxtəlif xəsarətlər aşkar edilmiş, lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs bununla bağlı ona ünvanlanmış sualları konkret cavablandırmamış, yuxarıda qeyd olunan müxtəlif, biri-birisilə uzlaşmayan, eləcə də, cinayət işinin materiallarındakı əsaslı sənədlərlə təkzib olunan səbəblərlə əlaqələndirmiş, ümumi cavablar vermişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 27-ci bəndində göstərilmişdir ki, “şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərə və aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər”. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı səbəblər göstərilməməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təzyiq nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun ibtidai istintaq ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı ifadələrini videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə, habelə həmin ifadələrində polis əməkdaşları tərəfindən heç bir zorakılığa məruz qalmamasını bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 234.1-1-ci maddəsində (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qəsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş və özündə saxlamaqla daşımışdır. Məhkəmə ilk növbədə onu qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə 19 dekabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunda saxlanıldığı vaxtdan ibtidai istintaqın sonunadək, habelə məhkəmədə narkotik vasitəni şəxsi istifadəsi məqsədilə əldə etmək üçün getdiyini, narkotik istifadəçisi olsa da, satışı ilə məşğul olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı itihamın əsası kimi qəbul edilə bilər. Bu mənada, cinayət işinin materiallarında olan Biləsuvar Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2024-cü il tarixli raportunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı onun Biləsuvar rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması barədə olmuşdur (iş vərəqi 04). Bundan başqa, cinayət işi üzrə şahid qismində dindirlimiş Biləsuvar Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində ona daxil olmuş məlumat Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində qanunsuz olaraq, narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması haqqında olmuş, Təqsirləndirilən şəxs saxlanılarkən də, ondan aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni Salyan rayonunun Şorsulu kəndi ərazisindən əldə etdiyini, özünün də marixuana istifadə etdiyini etiraf etmişdir. İş üzrə digər şahid Biləsuvar Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsi Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı Şahid4 da Şahid1 dediyini təsdiqləmişdir. Bundan əlavə, Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “"xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli məktubla daxil olmuş zənglərə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolda Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** saylı mobil nömrədən göndərilən sms-lərə və zənglərə baxış zamanı çoxsaylı zənglərin və sms-lərin olmasının müəyyən edildiyi qeyd olunsa da, həmin diskdəki fayllarda olan məlumatlar məhkəmə iclasında tədqiq olunarkən narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə əlaqədar əhəmiyyətli hallara rast gəlinməmişdir. Bundan başqa, Lənkəran Şəhər Narkoloji Xəstəxanasında Ambulator Məcburi- Narkoloji Tibbi Yoxlamanın xx.xx.2024-cü il tarixli, 854 nömrəli rəyində Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu qeyd edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, saxlamaqla daşıyarkən onun məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Digər tərəfdən, iş materiallarının təhlili göstərir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş qurudulmuş marixuananı nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə cinayət işində hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotikin müqabilində Təqsirləndirilən şəxs kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki, bu halların da sübuta yetirilib-yetirilməməsi təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs olduğu avtomobilin içərisindən külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsini əsas götürərək Nicatın narkotik vasitələrin satışı ilə məşğul olması qənaətinə gəlmişdir ki, bu hal başqa hər hansı sübutla təsdiq edilmir, yalnız Təqsirləndirilən şəxs həmin külli miqdarda olan narkotik vasitəni satış məqsədi üçün saxlaması ehtimalını yarada bilər. Ehtimala sübut kimi yanaşılmasının mümkünlüyü isə Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmamışdır. Həmçinin, nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Sözügedən Plenum Qərarında o da göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında bildirilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında bildirmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (“Landvreugd Hollandiyaya qarşı”, “Brumaresku Rumıniyaya qarşı” işlər üzrə qərarlar). Təqsirləndirilən şəxs verilmiş ittihama hüquqi qiymət verilən zaman məhkəmə tərkibi həmçinin nəzərə almalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (Maddə 21.1). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (Maddə 21.2). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (Maddə 21.3). Məzmununa görə, yəni Cinayət-Prosessual Məcəllənin bəzi digər normaları, o cümlədən 138.2, 139.0.4, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi, Konstitusiyada, beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsi vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan əlavə, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kimi çıxış edir. Bu mövqe İnsan hüquqları Avropa Məhkəməsinin “Qaritski Polşaya qarşı” iş üzrə qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəlillərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözügedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işi üzrə qərarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Habelə İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işi üzrə qərarında qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adı çəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” işlər üzrə qərarlarında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Qeyd edilənlərdən əlavə Avropa İttifaqının “Fundamental Hüquqlar haqqında” Xartiyasının 48-ci maddəsinə əsasən ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. Şərh edilən milli və beynəlxalq qanunvericiliyin tələblərinə əsasən, məhkəmə tərkibi hesab edir ki, təqsirsizlik prezumpsiyası bütövlükdə cinayət prosesini tənzimləyir. Şəxsin cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan onun cinayət törətməsi barədə yekun qərarın qəti müəyyən edilməsinə qədər cinayət prosesinin bütün mərhələlərində tətbiq edilir. Şəxs cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan, hətta şəxs bu şübhə barədə məlumat verilməmişdən əvvəl, o təqsirsiz hesab edilməlidir. Ölkəmizin və beynəlxalq qanunvericliyin tələblərindən göründüyü kimi şəxs barəsində hüquq mühafizə orqanlarına hər hansı inzibati və ya cinayət xarakterli məlumat daxil olduğu andan həmin şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır, həmin hüquq dövlət tərəfindən qorunmalıdır. Məhkəmə tərkibi həmçinin bildirir ki, təqsirsizlik prezumpsiyası icraatın ümumi ədalətliliyini təmin etməyə çalışan geniş anlayışdır. Prosessual təminat kimi təqsirsizlik prezumpsiyası sübutetmə yükünə, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirinə ictimai istinadlara, təqsirləndirilən şəxsin təqdimatına və özünü ittiham etməmək hüququna təsir göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Frumkin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, təqsir məsələlərinə dair hər hansı şübhə şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə olmalı, yəni “in dubio pro reo prinsipi” tətbiq edilməlidir. “Karelin Rusiyaya qarşı” iş üzrə qərarda qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. “Telfner Avstriyaya qarşı” iş üzrə qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. “Yanoseviç İsveçə qarşı” və “Falk Niderlanda qarşı” işlər üzrə qərarlarında qeyd edilmişdir ki, cinayət hüququnda prezumspiyaların tətbiqi zamanı iştirakçı Dövlətlərdən baxılan işin əhəmiyyəti ilə müdafiə hüququ arasında balansa nail olmaq tələb olunur; başqa sözlə, istifadə olunan vasitələrə nail olunmağa çalışılan legitim məqsədə ağlabatan mütənasiblikdə olmalıdır. Məhkəmə tərkibi cinayət işinin materiallarında olan “ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyini təhlil edərək qeyd edir ki, həmin rəydə Təqsirləndirilən şəxs kannabiodlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasının yazılması, həmçinin mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan həmin ekspert rəyi heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət- Prosessual Məcəllənin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə dəlilə dair məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, o, hər iki istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitə istifadə etdiyini, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını qeyd etmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 146-cı bəndinə əsasən marixuana dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 109.1-ci bəndinə əsasən təmiz halda 500 (beş yüz) qramdan 50000 (əlli min) qramadək çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə tərkibinin bununla bağlı mövqeyi ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs yalnız külli miqdarda, yəni 1565,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın aşkarlanması onun həmin narkotik vasitəni satmaq niyyətinin olmasını deməyə əsas vermir, həm də bu hal cinayət işində olan sübutlarla da təsdiq edilmir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona görə ittiham irəli sürmüşdür ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməklə Azərbaycan Respublikası ərazisində külli miqdarda narkotik vasitələri satıb qazanc əldə etmək məqsədi ilə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan “Mehdi” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə Salyan rayonuna gələrək, orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvü tərəfindən Salyan rayonu, Şorsulu kəndi ərazisində avtoyuma yerinin yaxınlığında gizlədilmiş yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1565,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşıyaraq “Azsamand” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, xx.xx.2024-cü il tarixdə, saat 00:31 radələrində Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunda saxlanılaraq, orada avtomobilə baxış keçirilərkən avtomobilin salonunun qabaq sağ ayaqaltı hissəsindən bir ədəd sellofan torbanın içərisindəki qara rəngli sellofan bağlamada olan yapışqanlı lentə sarılmış iki ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 960,0 qram və 605,0 qram, ümumi təmiz çəkisi 1565,0 qram olan külli miqdarda bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, orqanolepitik əlamətlərinə və bioloji komponent tərkibinə görə bir-birləri ilə eyni olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Lakin cinayət işinin materialları ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs ondan aşkarlanan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə deyil şəxsi istifadəsi üçün əldə etmişdir. Belə ki, cinayət işinin materiallarında satışla bağlı heç bir əsaslı sübut müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan (iş vərəqi 30) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulduğu gün “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” eyni tarixli qərarla barəsində ibtidai istintaq orqanı tərəfindən ondan aşkarlanmış qurudulmuş marixuanaya münasibətdə onun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, daşıma, saxlaması barədə hər hansı sübut növü əldə olunmadan, heç bir faktiki və hüquqi əsaslara istinad edilmədən törətdiyi əməl Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş və həmin maddələrlə ona ittiham elan edilmişdir. Halbuki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla və sübutla təsdiq olunmamışdır. Təqsirləndirilən şəxsla bağlı “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin icra edilməsinə dair tərtib olunmuş protokola əlavə olunmuş DVD diskdə olan videogörüntüdən görünür ki, həmin əməliyyat tədbirini icra edən Biləsuvar Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 özü belə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma şübhəsi ilə 19 dekabr 2024-cü il tarixdə, saat 00:31-də Bakı-Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən hissəsində “Azsamand” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman əməliyyat qrupunun üzvləri tərəfindən saxlanıldığını etiraf etmişdir. Həmin məlumat həmçinin, xx.xx.2024-cü il tarixli raportda, bundan başqa, təhqiqatçı polis kapitanı Azər Qəmbərli tərəfindən qəbul edilmiş “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə”, “cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarda da yazılmışdır. Şərh edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs barəsində təhqiqat bölməsində material toplanarkən təhqiqatçıda onun narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə məlumat olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkarlanmış külli miqdarda qurudulmuş marixuananı satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etməsi barədə vəsatət verməsinə, satışla ittiham verildiyi üçün təqdim olunan sənədləri imza etməkdən imtina etməsinə və bunun da vəsatət kimi qəbul edilməsinə baxmayaraq, məhkəməyədək icraatı aparan istintaq orqanı heç bir sübut və əsaslanması olmadan qəbul etdiyi qərarlarla həmin vəsatətləri rədd etmişdir. Göründüyü kimi istintaq orqanı obyektiv həqiqəti müəyyən etməyə təşəbbüs belə göstərməmişdir. Hansıkı, ilkin təhqiqat zaman tərtib olunmuş sənədlərdən (raport və “şübhəli şəxsin tutulması haqqında” qərar) belə görünür ki, ibtidai istintaq orqanında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat belə olmamışdır. Məhkəmə tərkibi hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki, həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də; - “ambulator məcburi narkoloji tibbi yoxlama”nın xx.xx.2024-cü il tarixli, 854 nömrəli rəyinə əsasən, onda kannabiodlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, - onun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində ondan aşkar edilmiş qurudulmuş marixuananı satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, “Azsamand” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımasını göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), marixuananın hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, - göstərilən halların ümumi məcmusunun ondan aşkar edilmiş qurudulmuş marixuananı əldə etməsi, saxlamaqla daşımasından ibarət hərəkətləri həmin marixuanadan şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də, Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs istintaq boyu verdiyi ifadələrində ondan aşkar edilmiş qurudulmuş marixuananı şəxsi istifadə məqsədi ilə əldə etməsi, saxlamaqla daşıması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Lakin, həmin sübutlar əsasında onun əməli Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə tövsif edilməlidir. Şərh edilənlərə əsasən ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş cinayət işinin materiallarını əsas götürməklə tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin və ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının məqsədlərini şübhə altına almış olardı. Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24.12..2021-ci il tarixli, 15 nömrəli Qərarında qeyd edilmişdir ki, Cinayət-Prosessual Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edərək qiymətləndirmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ibtidai istintaqda verdiyi qismən etirafedici, şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının ifadələri ilə yanaşı, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair”, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə haqqında” protokollar və həmin protokollara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, “mobil telefona baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotocədvəl, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokol, “məhkəmə-bioloji ekspertizası”, “ambulator məcburi narkoloji tibbi yoxlama”nın, “ambulator məhkəmə psixiatrik ekspertizası”nın rəyləri, maddi sübutlar və digər sənədlər, yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Təqsirləndirilən şəxs hökmün təsviri hissəsində qeyd olunmuş cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin tərkibi vardır, ona görə də əməli həmin maddəyə tövsif olunmalıdır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx.xx.2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (Cinayət- Prosessual Məcəllənin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı”, “Xirvisari Finlandiyaya qarşı”, “Ruis Torija İspaniyaya qarşı” və “Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Sözügedən Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 8.1 və 9.2-ci maddələrinə əsasən, Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəliliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bu mənada Təqsirləndirilən şəxs əvvəllərdə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində təqsirli bilinərək dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məhkəmə tərəfindən müsbət qarşılanmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində göstərilir ki, residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır, həmçinin, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara (cinayətin residivinin olması) əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur, eyni zamanda onun əməlində cinayətin residivi müəyyən olunmuşdur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə görə cinayətin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Bu mənada, məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərdən aşkar edilərək götürülmüş, tədqqiqatdan sonrakı qalıq çəksi 1564,8 qram marixuana məhv edilməli; üzərindən aşkar edilmiş “Honor” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı; “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” xx.xx.2024-ci il tarixli protokola əlavə edilmiş bir ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə məhkəmə-bioloji ekspertizasının dəyəri 65 (altmış beş) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göründüyü kimi prosessual qanunvericilik ilk növbədə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtla hesablanmasını, sonra isə həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddətin daxil olmasını qeyd edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq hərəkətlərinin faktiki məhdudlaşdırıldığı vaxtdan tutulanadək, həmçinin tutulduğu, habelə həbsdə saxlanıldığı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 19 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 197-198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən aşkar edilərək götürülmüş, tədqiqatdan sonrakı qalıq çəksi 1564,8 qram olan marixuana məhv edilsin; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Honor” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın; “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” xx.xx.2024-ci il tarixli protokola əlavə edilən bir ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-288/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-288/2025
29.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver