Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-289/2022 29.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi - X27 (16 may 2022-ci il tarixli 0728 №li etibarnamə), Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx 1980-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə xx xxxxxx 1990-cı ildə Cəlilabad rayonu Ləkin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-nin Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarında satıcı-anbardar vəzifəsində işləmiş, Cəlilabad rayonu Ləkin kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbirləri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 2021-ci ilin oktyabr ayının sonlarında tanışı Cəlilabad rayonu, Ləkin kənd sakini Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1(bir) ədəd bükümdə ümumi təmiz çəkisi -1,375 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1(bir) ədəd bükümdə ümumi təmiz çəkisi -0,929 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 100 manat müqabilində əldə edib daşımaqla üzərində saxlamış, Cəlilabad rayon X51 Polis Bölməsinin əməkdaşları tərəfindən 04 noyabr 2021-ci il tarixdə, saat 18 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, S.Vurğun küçəsində keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılaraq PB-yə gətirilmiş və onun üzərində şəxsi axtarış aparılan zaman həmin heroin və metamfetamin qara rəngli gödəkçənin sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs1 "xxxx" ASC ilə 06 iyul 2020-ci il tarixdə bağladığı əmək müqaviləsinə əsasən cəmiyyətin Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarına satıcı-anbardar vəzifəsinə işə qəbul edildikdən sonra əmək müqaviləsində qeyd olunan əmək funksiyaları, eləcə də cəmiyyətin direktoru ilə bağladığı eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilə əsasında tam məsuliyyətlə inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi və heç bir halda idarəyə, müəssisəyə və təşkilata ziyan vurmamağı öhdəsinə götürməklə qeyd olunan vəzifədə işləyərkən tamah niyyəti ilə cəmiyyətə məxsus xeyli miqdarda pul vəsaitini əvəzsiz və qanunsuz olaraq öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmək yolu ilə talamaq qərarına gələrək maddi məsul şəxs olaraq 22 iyul 2020-ci il tarixli, AT00-002810 nömrəli, 10 sentyabr 2020-ci il tarixli, AT00-003923 nömrəli, 14 sentyabr 2020-ci il tarixli, AT00- 004040 nömrəli, 14 sentyabr 2020-ci il tarixli, AT00-004045 nömrəli, 16 sentyabr 2020-ci il tarixli, AT00-004209 nömrəli, 18 sentyabr 2020-ci il tarixli, AT00-004287 nömrəli, 25 sentyabr 2020-ci il tarixli, AT00-005399 nömrəli, 13 oktyabr 2020-ci il tarixli, AT00-005360 nömrəli, 29 oktyabr 2020-ci il tarixli, AT00-005776 nömrəli, 29 oktyabr 2020-ci il tarixli, AT00-005777 nömrəli, 29 oktyabr 2020-ci il tarixli, AT00-005778 nömrəli, 15 yanvar 2021ci il tarixli, AT00-000282 nömrəli, 02 aprel 2021-ci il tarixli, AT00-003008 nömrəli, 20 may 2021-ci il tarixli, KS 001007 nömrəli, 20 may 2021-ci il tarixli, KS 001008 nömrəli təhviltəslim aktları ilə ona etibar edilmiş 15000 kq “Ammofos/Apatit/Phosagro” gübrəsindən 6200 kq satılmış, 8800 kq cəmiyyətin digər anbarlarına yerdəyişmə edilmiş, 30000 kq “Ammonium Nitrat/Evroxim” gübrəsinin hamısı satılmış, 7500 kq “Ammonium Nitrat/Minudobreniya” gübrəsindən 7400,51 kq satılmış, 99,49 kq cəmiyyətin digər anbarlarına yerdəyişmə edilmiş, 10000 kq “Ammonium Nitrat/Rustavi Azot” gübrəsindən 7600 kq satılmış, 2400 kq cəmiyyətin digər anbarlarına yerdəyişmə edilmiş, 34500 kq “Nitroammofos/Minudobreniya” gübrəsindən 18650 kq satılmış, 15850 kq cəmiyyətin digər anbarlarına yerdəyişmə edilmiş, 3000 kq “Xutorok R1/Semena Stavropolya” arpa toxumundan 1650 kq satılmış, 1350 kq cəmiyyətin digər anbarlarına yerdəyişmə edilmiş, 11550 kq “Alekseiç R1/Kuban Zerno” buğda toxumundan 8878,07 kq satılmış, 2671,93 kq cəmiyyətin digər anbarlarına yerdəyişmə edilmiş, 6000 kq “Alekseiç R1/Semena Stavropolya” buğda toxumundan hamısı satılmış, 20000 kq “Batko R1/Kron Co” buğda toxumundan 14250 kq satılmış, 5750 kq cəmiyyətin digər anbarlarına yerdəyişmə edilmiş, 6960 kq “Bezostaya 100 R1/ Kuban Zerno” buğda toxumundan 2260 kq satılmış, 4700 kq cəmiyyətin digər anbarlarına yerdəyişmə edilmiş, 17 ədəd “KAMP/Azot Minudobreniya 4+1” gübrəsi satılmış, yerdəyişmə edilmiş məhsullar istisna olmaqla satışdan əldə edilmiş ümumilikdə 72308,73 manat pul vəsaitini bütövlükdə "xxxx" QSC-nin bank hesabına köçürməli olduğu halda, həmin məbləğin 42588,24 manat hissəsini cəmiyyətin hesabına mədaxil etsə də, onun maddi məsuliyyətində qalan cəmiyyətə məxsus 29720,49 manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə cəmiyyətin bank hesabına köçürməyərək həmin məbləğin 7128,50 manat dəyərində məhsul üzərində qanunsuz sərəncam verməklə, yəni nisyə sataraq, geridə qalan 22591,99 manat hissəsini isə şəxsi ehtiyaclarına xərcləyib qanunsuz və əvəzsiz olaraq mülkiyyətinə keçirməklə ona etibar edilmiş ümumilikdə 29720,49 manat məbləğində nağd pul vəsaitini─ özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edib zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda ziyan vurmaqla israf etmə və mənimsəmə yolu ilə talamışdır. Bundan başqa, o, məlum olmayan mənbədən və vaxtda, satış məqsədi ilə ümumi təmiz çəkisi 16,84 qram təşkil edən narkotik vasitə olan külli miqdarda heroini və 11,264 qram təşkil edən psixotrop maddə olan külli miqdarda metamfetamini, 01 ədəd 9 mm kalibrli PM modelli, “Makarov” konstruksiyalı, çərçivənin üzərində “ŞX-49..” №-nin siluyetləri olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz, atəş üçün yararlı, yivli odlu tapança silahını, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab olunan, texniki cəhətdən saz və istifadəyə yararlı darağı, 02 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan patronları qanunsuz olaraq əldə edib yaşadığı Cəlilabad rayonu Ləkin kəndindəki evə daşıyaraq narkotik vasitəni və psixotrop maddəni özündə olan elektron tərəzidə çəkib 9 bükümdə ayıraraq, şəffaf sellofanlarda qablaşdırmaqla qanunsuz olaraq yaşadığı evdə saxlamış, həmin narkotik vasitədən 1 bükümdə olan 1,375 qramını və həmin psixotrop maddədən 1 bükümdə olan 0,929 qramını 2021-ci ilin oktyabr ayının sonlarında Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində tanışı Təqsirləndirilən şəxs2 100 manat müqabilində qanunsuz olaraq satmışdır. Əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs1 05 noyabr 2021-ci il tarixdə Cəlilabad rayonu, Ləkin kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış, həmin kənddə yerləşən yaşadığı evə baxış keçirilərkən evin 1-ci mərtəbəsində olan yataq otağından 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 15,465 qram olan narkotik vasitə olan heroin, 1 ədəd şəffaf sellfon bükümdə təmiz çəkisi 7,509 qram psixotrop maddə olan metamfetamin, evin 2-ci mərtəbəsində olan yataq otağındakı paltar rəfindən asılmış vəziyyətdə olan qara rəngli gödəkçənin sağ yan cibindəki “Vinchester” markalı siqaret qutusunun içərisindən 5 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılqda təmiz çəkiləri 0,411 qram, 0,771 qram, 0,714 qram, 0,412 qram və 0,518 qram olmaqla ümumi təmiz çəkisi 2,826 qram psixotrop maddə olan metamfetamin və evin birinci mərtəbəsindəki giriş qapısından bir metr qabaqda yerləşən kiçik ölçülü otaqdan 01 ədəd 9 mm kalibrli PM modelli, “Makarov” konstruksiyalı, yivli odlu tapança silahı, 1 ədəd makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab olunan daraq, 02 ədəd 9x18 mm kalibrili patronlar aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, ondan əvvəllər kübrə alıb sahədə becərmişdir. Nemətlə 2 il əvvəl narkotik istifadə etmişlər. 04 noyabr 2021-ci il tarixdə Cəlilabad rayonu Göytəpə şəhər polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılmış və orada da üzərinə baxış keçirilmiş, üzərindən narkotik aşkar olunmamışdır. Polis əməkdaşları onun telefonuna baxıb Nemətin nömrəsini görmüşlər və ona demişlər ki, Nemətin adını çək, denən ki, narkotiki ondan almışam. Sonra polis əməkdaşları tərəfindən döyülmüşdür. İstintaq vaxtı narkotki Nemətdən alması barədə verdiyi ifadəsini oxumadan imza etmişdir. Həmin ifadədə olan imza və xətt ona məxsusdur. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində özünü təqsirli bilərək Təqsirləndirilən şəxs1la saxlanılmamışdan 6 ay əvvəl onunla eyni küçədə yaşayan tanışı Seymurgildə tanış olduğunu, söhbət əsnasında Nemətin ona narkotik təklif etdiyini,1-2 ay sonra Nemətə zəng edib Göytəpə şəhərində DYP postunun yaxınlığında görüşüb 50 manata ondan metamfetamin aldığını, daha sonra polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir həftə əvvəl yenidən Nemətlə telefon əlaqəsi saxlayıb Göytəpə şəhərində DYP yaxınlığında görüşüb ondan öz istifadəsi üçün 1 qram metamfetamin və 1 qram heroin aldığını, 100 manat razılaşdıqlarını, lakin pulunu sonra verəcəyini deyərək ona borclu qaldığını, 4 noyabr 2021-ci ildə polis əməkdaşları tərəfindən saxlanılıb Göytəpə polis bölməsinə aparıldığını, orada üzərinə baxış keçirilərkən Nemətdən aldığı heroin və metamfetamin aşkar olunduğunu, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir zor tətbiq edilmədiyini göstərmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qanunsuz olaraq silah saxlamağa və mənimsəmə əməllərinə görə CM-nin 179.2.3, 179.2.4, 228.1-ci maddələrilə təqsirli bilmiş, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edib saxlaması və satması xüsusatı üzrə CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, 05 noyabr 2021-ci il tarixdə günortadan sonra evində xəstə yatdığı zaman dörd nəfər Cəlilabad RPŞ-nın əməkdaşları onu evindən zorla götürərək xidməti maşınlarına mindirib rayon polis şöbəsinə aparmışlar. Şöbədə Təqsirləndirilən şəxs2 üz-gözünün qan içində olduğunu döyülmüş halda görmüş, polis əməkdaşları Rəşadı zorla ona qarşı ifadə verməyə, yəni, Rəşadın ondan guya narkotik almasını deməyə məcbur etmişlər. Bundan sonra polis əməkdaşları onu evinə apararaq evə baxış keçirmişlər. Evdən heroin, metamfetamin və elektron tərəzi aşkar edilmişdir. Evdən aşkarlanan narkotiklər ona məxsus deyil, polis əməkdaşları tərəfindən evinə qoyulmuşdur. Narkotikdən heç vaxt istifadə etməmişdir. Nə Rəşada, nə də başqa şəxsə narkotik satmamışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuşdur. Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir neçə gün əvvəl yaşadığı kənddə yerdə qəhvəyi rəngli əl çantası tapmış, çantanı açdıqda içərisində 2 ədəd gecəgörmə cihazları, 1 ədəd «Makarov» markalı tapanca, 1 ədəd həmin tapancaya məxsus daraq, 2 ədəd həmin silaha məxsus patronlar, 1 ədəd qobur görmüşdür. 5 noyabr 2021-ci il tarixdə saat 18 radələrində evdə olarkən polis əməkdaşları evlərinə gəlib evə baxış keçirmişlər. Baxış zamanı həmin silah, patronlar, gecəgörmə cihazı və daraq aşkar edilərək götürülmüşdür. Həmin silahı və patronları özü gedib polisə təhvil verəcək idi. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 6 iyun 2020-ci ildə "xxxx" QSC-nin Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarda satıcı anbardar vəzifəsində işə başlamışdır. xx.xx.2020-ci ildə fəaliyyətə başladığı gündən şirkətin mülkiyyətində olan müxtəlif adda, müxtəlif qiymətlərdə bitki toxumları və gübrə məhsulları təhvil-təslim aktları ilə ona təhvil verilmişdir. Ona təqdim edilən şirkətin mülkiyyətində olan məhsulların ona təhvil verilməsi barədə tərtib olunmuş 22 iyul 2020-ci il tarixli, 10 sentyabr 2020-ci il tarixli, 14 sentyabr 2020-ci il tarixli, 14 sentyabr 2020-ci il tarixli,16 sentyabr 2020-ci il tarixli, 18 sentyabr 2020-ci il tarixli, 25 sentyabr 2020-ci il tarixli, 13 oktyabr 2020-ci il tarixli, 29 oktyabr 2020-ci il tarixli, 29 oktyabr 2020-ci il tarixli, 29 oktyabr 2020-ci il tarixli, 15 yanvar 2021-ci il tarixli, 02 aprel 2021-ci il tarixli, 20 may 2021-ci il tarixli, 20 may 2021-ci il tarixli təhvil-təslim aktlardakı imzalar ona məxsus olmuşdur. Onun tərəfindən aktlar imzalanaraq qeyd olunan gübrə və bitki toxumları tərəfindən məsul olduğu Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbara yığılmışdır. Ayda bir neçə dəfə mütəmadi olaraq müxtəlif növ gübrə və bitki toxumları məsul olduğu anbarda ona təhvil verilmişdir. Şirkətin Cəlilabad rayonunda əsas bir regional anbarı fəaliyyət göstərmişdir. Satıcı-anbardar kimi vəzifəsi Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbara daxil olmuş müxtəlif növ gübrə və bitki toxumlarını qəbul etmək, həmin məhsulların digər ərazilərdə yerləşən satış təmsilçilərinə təhvil vermək, anbarda olan, ona təhvil verilmiş müxtəlif növ məhsulların ayrı-ayrı müştərilərə satışını həyata keçirmək, satışdan əldə olunmuş pulları nağd və elektron qaydada şirkətə çatdırmaq və sair işlərdən ibarət olmuşdur. Məsul olduğu anbarda olan, ona təhvil verilmiş müxtəlif növ məhsulları ayrı-ayrı müştərilərə satarkən müştərilər hər bir halda subsidiya (fermer-güzəştli) plastik bank kartından istifadə etməklə həmin məhsulları satın almışlar. Hər hansı müştəri aldığı gübrənin pulunun hamısını nağd qaydada ödəməmişdir. Alınan məhsulun məbləğinin 30 %-i isə nağd qaydada satıcı-anbardar kimi ona təhvil verilmişdir. Hər günün sonunda məhsulların satışından əldə etdiyi 30 % nağd pulları bank və ya ödəmə nöqtələri vasitə ilə şirkətin bank hesabına göndərmişdir.Təqdim edilən sənədlərə əsasən həmin şirkətdə işlədiyi müddətdə bank və ödəmə nöqtələri vasitə ilə hissə-hissə olmaqla, ayrı-ayrı vaxtlarda, ümumilikdə 43972,44 manat məbləğində pulu şirkətin bank hesabına mədaxil etmişdir. Bundan sonra audit yoxlaması keçirilərək onun tərəfindən anbarda olan mallar ona təhvil verilmiş müxtəlif növ məhsulların satışından əldə edilmiş, satılan məhsulların ümumi dəyərinin 29720,49 manat nağd pulun şirkətin bank hesabına göndərilmədiyi müəyyən edilmişdir. Şirkət tərəfindən aparılan yoxlamadan sonra şirkətin həmin anbarındakı işindən uzaqlaşdırılmış və şirkətin əməkdaşları tərəfindən 01 yanvar 2020-ci il tarixdən 20 may 2021-ci il tarixə kimi ona verilmiş gübrə və bitki toxumları məhsulları, həmin anbardan digər satış nöqtələrinə verilmiş gübrə və bitki toxumları məhsulları, satılmış gübrə və bitki toxumları məhsulları, onun özünün işlədiyi mühasibatlıq sistemindəki qalıqlar və faktiki qalıqlar hesablanmaqla qalıq məhsullar sayılarkən müəyyən edilmişdir ki, 29720,49 manat mənimsəmə yaranmışdır. Təxminən 40-50 nəfərə gübrə məhsulunu nisyə satmışdır. Aralarında olan razılaşmaya əsasən onlara məxsus fermer kartlarına dövlət tərəfindən pul ödənişi ediləndə onlar kartı ona gətirəcək və o, da həmin kartda olan pulla ondan nisyə aldıqları gübrənin dəyərini cəmiyyətin hesabına mədaxil edəcəkmiş. Ancaq hazıra qədər onlara məxsus fermer kartlarına pul köçürülmədiyindən ondan nisyə aldıqları məhsulun pulunu ödəyə bilməmişlər və nəticədə şirkətə 29720,49 manat borcu yaranmışdır. Bununla yanaşı 2021-ci ilin aprel ayında şirkətə məxsus malları 100 %-i fermer kartı ilə ödənilməli olan kartlar əsasında satmışdır. Həmin fermer kartlarına köçürülməli olan subsidiyalar köçürülmədiyindən satmış olduğu 29720,49 manat məbləğində məhsulun dəyərini şirkətin hesabına mədaxil edə bilməmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında narkotik vasitənin və psixotrop maddənin qanunsuz əldə edib evində saxlaması, həmçinin Təqsirləndirilən şəxs2 metamfetamin və heroin satmaması xüsusatları ilə bağlı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə həmin xüsusatlarla bağlı müdafiəçisinin iştirakı ilə 5 noyabr 2021ci il tarixli, 7 noyabr 2021-ci il tarixli şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri (cild 2 i.v. 85-89, 144-149) elan olunmuş, o, həmin ifadələrində özünü təqsirli bilərək saxlanılmamışdan bir müddət əvvəl azot satdığı Seymur adlı şəxsin vasitəsilə Rəşadla tanış olduğunu, söhbət əsnasında Rəşada narkotik təklif etdiyini, bir neçə gündən sonra Rəşada zəng edib Göytəpə şəhərində DYP yaxınlığında görüşüb ona 50 manata metamfetamin satdığını, daha sonra polis əməkdaşları tərəfindən saxlanılmamışdan 2 gün əvvəl yaşadığı kənddə tapdığı içərisində silah və patronlar olan qəhvəyi rəngli çantada bir büküm heroin, bir büküm metamfetamin və bir ədəd elektron tərəzinin aşkar olunduğunu, heroini və metamfetamini tərəzidə çəkib hər birinin çəkisinin 50 qram olduğunu, bir büküm heroini və bir büküm metamfetamini satmaq məqsədi ilə xırda bükümlərə ayırdığını, qalan hissəsini isə silahla birlikdə yaşadığı evin birinci mərtəbəsindəki otaqda gizlətdiyini, bir neçə dəfə tanımdağı şəxslərə də narkotik satdığını, Rəşadın ona zəng edərək öz istifadəsi üçün narkotik istədiyini, yenidən Göytəpə şəhərində DYP yaxınlığında görüşüb ona öz istifadəsi üçün 100 manata 1 qram metamfetamin və 1 qram heroin satdığını, lakin Rəşadın pulu olmadığı üçün 100 manatı sonra verəcəyini, həmin narkotiki silahla birlikdə yaşadığı evin 1-ci mərtəbəsində gizlətdiyini, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir zor tətbiq olunmadığını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini təqsirləndirilən şəxslər-Rəşab Bağışov və Təqsirləndirilən şəxs1 törətmişlər. Onların törətdikləri cinayət əməlləri iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş çoxsaylı ekspertizanın rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Nemət 06 iyul 2020-ci il tarixdə "xxxx" QSC-nin Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarında satıcı-anbardar vəzifəsinə işə qəbul olunmuş və həmin tarixdən Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarda fəaliyyətə başlamışdır. Ona məlum olmuşdur ki, 2021-ci ilin may ayında oğlunun həmin şirkətdə maddi məsuliyyətində olan mallar üzrə 29720,49 manat çatışmazlıq yaranmışdır. Oğlundan bunun səbəbini soruşduqda sonuncu malların bir qismini müştərilərə nisyə satdığını, müştərilərə məxsus fermer kartlarına pulun yükləndiyi halda onların kartlar vasitəsilə şirkətə olan borclarını ödəyəcəklərini bildirmişdir. 05 noyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilmiş, evdən külli miqdarda heroin, metamfetamin, elektron tərəzi, PM modelli, “Makarov” konstruksiyalı odlu silah olan tapança və ona məxsus patronlar aşkar olunaraq götürülmüşdür. Nemət həbsdə olarkən onun xahişi ilə 44 nəfər Cəlilabad rayonu Ləkin, Musalı, Şatırlı və digər kənd sakinlərini müəyyən edərək tərtib etdiyi qəbzə oğlundan hansı miqdarda gübrəni nisyə aldıqları barədə qeyd yazdırmışdır. Qəbzlə yanaşı, borclu olan şəxslərin şəxsiyyət vəsiqələri və fermer kartlarının surətlərini də əlavə etmişdir. Həmin şəxslər gübrənin 50 kq çəkidə olan 1 kisəsini oğlundan 26,50 manata nisyə aldıqlarını demişlər. Oğlunun evdə silah, narkotik saxlamasından, narokotik qəbul etməsindən və satmasından məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin əməkdaşı Şahid2 Nizami oğlu ifadəsində göstərmişdir ki, 04 noyabr 2021-ci il tarixdə Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi və üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatına əsasən o, Cəlilabad rayonu, Göytəpə şəhəri, S.Vurğun küçəsində saat 18 radələrində saxlanılıb Göytəpə PB-ə aparılmışdır. Rəşad əynində olan gödəkçənin cibindən 1 bükümdə heroin və 1 ədəd bükümdə metamfetamin aşkar olunaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Şifahi sorğu zamanı Rəşad həmin narkotik vasitəni Kərbalayi deyilən Nemət adlı şəxsin ona 100 manata satdığını bildirmişdir. Əməliyyat axtarış tədbirlərinin davamı olaraq Cəlilabad rayonu, Ləkin kənd sakini Təqsirləndirilən şəxs1 05 noyabr 2021ci il tarixdə saat 13 radələrində yaşadığı Cəlilabad rayonu, Ləkin kəndindəki evində saxlanılıb Cəlilabad RPŞ-yə aparılmışdır. Bundan sonra isə onlar Nemətin iştirakı ilə onun yaşadığı Ləkin kəndindəki evinə baxış keçirilmişdir. Evin 1-ci mərtəbəsindəki yataq otağında xalçanın altından bir büküm heroini və bir büküm metamfetamin, evin 2-ci mərtəbəsində olan otaqların birindən siqaret qutusunda 5 bükümdə metamfetamin, daha sonra evin birinci mərtəbəsində olan giriş qapısının yaxınlığındakı kiçik ölçülü otaqdan qəhvəyi rəngli əl çantasını götürərək həmin çantanın içərisindən 1 ədəd “Makarov” markalı tapança, 2 ədəd həmin tapançaya məxsus patronlar, 1 ədəd daraq, 2 ədəd gecəgörmə cihazları, 1 ədəd həmin silah üçün nəzərdə tutulmuş qobur və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu zamanı Nemət silah sürsatları, eləcədə heroini və metamfetamini yaşadığı kənddə yerdən tapdığını və evində gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 saxlanılarkən ona qarşı hər hansı bir zor tətbiq olunmamış, onun evinə heç kim tərəfindən narkotik vasitə qoyulmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin əməkdaşları Şahid7, Şahid3, Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs1 qarşı heç kim tərəfindən zor tətbiq olunmadığını, Nemətin yaşadığı evə heç kim tərəfindən narkotik vasitə qoyulmadığını göstərmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nın əməkdaşı Şahid6 ifadəsində göstərmişdir ki, 05 noyabr 2021-ci il tarixdə , Cəlilabad rayonu, Ləkin kənd sakini Kərbəlayi Nemət adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi və satışı barədə əməliyyat məlumat daxil olmuşdur. Həmin gün saat 13 radələrində Nemət yaşadığı Ləkin kəndindəki evində saxlanılaraq şöbəyə aparılmış, üzərində aparılan axtarış zamanı qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya aşkar olunmamışdır. Şəxsi axtarış zaman Nemət yaşadığı Ləkin kəndindəki evində heroin, metamfetamin və silah olmasını bildirmişdir.Həmin gün onun iştirakı ilə evinə baxış keçirilmiş və evdən külli miqdarda heroin, metamfetamin, silah, qobur, elektron tərəzi, gecəgörmə cihazı, patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 saxlanılarkən ona qarşı heç kim tərəfindən zor tətbiq olunmamış, evinə heç kim tərəfindən narkotik vasitə qoyulmamışdır. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin əməkdaşı X17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs1la arasında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs1 qarşı fiziki zor tətbiq etməmiş, onun yaşadığı evə baxış keçirilən zaman orada iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 şöbəyə heç bir silah təhvil verməmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nın əməkdaşı X18 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər narkotiklərin satışı ilə məşqul olması və istifadə etməsi barədə dəfələrlə əməliyyat məlumatı daxil olmuş, lakin bu əməliyyatı realizə edə bilməmişdir. Sonradan 5 noyabr 2021-ci il tarixdə Nemət polis əməkdaşları tərəfindən saxlanılmışdır. Nemətin Ləkin kəndindəki evinə keçirilən baxışda iştirak etməmişdir. Nemət şöbəyə gətirilərkən onu görmüşdür. Nemətə qarşı zor tətbiq etməmiş, onu döyməmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X44 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 yaşadığı Cəlilabad rayonu Ləkin kəndindəki evinə keçirilən baxışda hal şahidi qismində iştirak etmişdir. Baxışda Nemətin özü də iştirak etmişdir. Evin 1-ci mərtəbəsində olan yataq otağında xalçanın altından Nemət bir büküm heroin və bir büküm metamfetamini təqdim etmişdir. Sonra o, evin 2-ci mərtəbəsində olan otaqların birində siqaret qutusunda saxladığı 5 büküm psixotrop maddə metamfetamin təqdim etmişdir. Evin 1-ci mərtəbəsinin giriş qapısının yaxınlığındakı kiçik otaqdan qəhvəyi rəngli çantanın içərisində bir ədəd «Makarov» markalı tapanca, həmin silahın darağı və iki ədəd patron, 2 ədəd gecəgörmə cihazları, bir ədəd silah qabı və bir ədəd eletkron tərəzi aşkar edilmişdir. Nemət həmin predmetləri kəndin ərazisindən tapdığını, lakin narkotikin ona məxsus olmadığını bildirmişdir. Nemətə qarşı heç kim tərəfindən zor tətbiq olunmamışdır. Bundan sonra baxış protokolunu imzalamışdır. Məhkəmə istintaqında əlavə şahid qismində X2 ifadəsində şahid Namiq Sadıqovun göstərdiyi xüsusatlarla bağlı eyni məzmunla ifadə verərək Təqsirləndirilən şəxs1 Ləkin kəndində yerləşən evinə keçirilən baxışda hal şahidi qismində iştirak etdiyini, Nemətin həmin vaxt evdə aşkar olunan narkotikin ona məxsus olmadığını göstərmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayından Aqrar İnnovasiya şirkətində bölgə müdiri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs1 tanıyır, o, Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarda satıcı –anbardar işləmişdir. Nemətin işlədiyi anbardan müxtəlif gübrələr və toxum bitkilərini təhvil almışdır. Eşitmişdir ki, satışdan əldə edilmiş ümumilikdə 72308,73 manat pul vəsaitini bütövlükdə şirkətin bank hesabına köçürməli olduğu halda, həmin məbləğin 42588,24 manat hissəsini cəmiyyətin hesabına mədaxil etsə də, onun maddi məsuliyyətində qalan cəmiyyətə məxsus 29720,49 manat pulu cəmiyyətin hesabına mədaxil etməyərək mənimsəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 satıcıanbardar vəzifəsindən kənarlaşdırılmışdır. Mənimsəmənin səbəbi isə Nemətin fermerlərə nisyə mineral gübrə və digər mallar verməsi, sonradan isə onlardan pulunu ala bilməməsi olmuşdur. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 27 aprel 2020-ci il tarixdən Aqrar İnnovasiya şirkətində bölgə müdiri, sonra isə satış müdiri vəzifəsində işləmişdir. Şirkətin Cəlilabad rayonu Ləkin kəndində olan anbarda satıcı işləmiş Təqsirləndirilən şəxs1 tanıyır. Təqsirləndirilən şəxs1 kiməsə nisyə mal verməsi barədə razılıq verməmişdir. Təqsirləndirilən şəxs1 anbardan hansı miqdarda pul mənimsədiyini bilmir. Anbardan təhvil alınan mallar aktlaşdırılır. Vurulmuş zərərlə bağlı təqsirləndirilən şəxs tərəfindən heç bir ödəmə aparılmamışdır. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X45 ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarında satıcı-anbardar Təqsirləndirilən şəxs1 kisəsi 26 manat 50 qəpik olmaqla 4 kisə azot almışdır. Azotun pulunu ödəməmişdir. Söz verir ki, 106 manat məbləğində olan borcunu Təqsirləndirilən şəxs1 ödəyəcəkdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X46 ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarında satıcı-anbardar Təqsirləndirilən şəxs1 kisəsi 26 manat 50 qəpik olmaqla 12 kisə azot almışdır. Azotun pulunu ödəməmişdir. 318 manat məbləğində olan borcunu Təqsirləndirilən şəxs1 ödəyəcəkdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarında satıcı-anbardar Təqsirləndirilən şəxs1 kisəsi 26 manat 50 qəpik olmaqla 3 kisə azot almışdır. Azotun pulunu ödəməmişdir. 79 manat 5 qəpik məbləğində olan borcunu Təqsirləndirilən şəxs1 ödəyəcəkdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarında satıcı-anbardar Təqsirləndirilən şəxs1 kisəsi 26 manat 50 qəpik olmaqla 10 kisə azot almışdır. Azotun pulunu hazırda ödəməmişdir. 265 manat məbləğində olan borcunu Təqsirləndirilən şəxs1 ödəyəcəkdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X47 ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarında satıcı-anbardar Təqsirləndirilən şəxs1 kisəsi 26 manat 50 qəpik olmaqla 5 kisə azot almışdır. Azotun pulunu ödəməmişdir. 132 manat 5 qəpik məbləğində olan borcunu Təqsirləndirilən şəxs1 ödəyəcəkdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X48 ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarında satıcı-anbardar Təqsirləndirilən şəxs1 kisəsi 26 manat 50 qəpik olmaqla 18 kisə azot almışdır. Azotun pulunu ödəməmişdir. 477 manat məbləğində olan borcunu Təqsirləndirilən şəxs1 ödəyəcəkdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarında satıcı-anbardar Təqsirləndirilən şəxs1 kisəsi 26 manat 50 qəpik olmaqla 4 kisə nisyə azot almışdır. Azotun pulunu ödəməmişdir. 106 manat məbləğində olan borcunu Təqsirləndirilən şəxs1 ödəyəcəkdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarında satıcı-anbardar Təqsirləndirilən şəxs1 kisəsi 26 manat 50 qəpik olmaqla 9 kisə nisyə azot almışdır. Azotun pulunu ödəməmişdir. 238 manat 5 qəpik məbləğində olan borcunu Təqsirləndirilən şəxs1 ödəyəcəkdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X49 ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarında satıcı-anbardar Təqsirləndirilən şəxs1 kisəsi 26 manat 50 qəpik olmaqla 5 kisə nisyə azot almışdır. Azotun pulunu ödəməmişdir. 132 manat 5 qəpik məbləğində olan borcunu Təqsirləndirilən şəxs1 ödəyəcəkdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarında satıcı-anbardar Təqsirləndirilən şəxs1 kisəsi 26 manat 50 qəpik olmaqla 10 kisə nisyə azot almışdır. Azotun pulunu ödəməmişdir. 265 manat məbləğində olan borcunu Təqsirləndirilən şəxs1 ödəyəcəkdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarında satıcı-anbardar Təqsirləndirilən şəxs1 kisəsi 26 manat 50 qəpik olmaqla 2 kisə nisyə azot almışdır. Azotun pulunu ödəməmişdir. 53 manat məbləğində olan borcunu Təqsirləndirilən şəxs1 ödəyəcəkdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarında satıcı-anbardar Təqsirləndirilən şəxs1 400 kiloqram nisyə buğda almışdır. Buğdanın pulunu ödəməmişdir. 230 manat məbləğində olan borcunu Təqsirləndirilən şəxs1 ödəyəcəkdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarında satıcı-anbardar Təqsirləndirilən şəxs1 kisəsi 26 manat 50 qəpik olmaqla 4 kisə nisyə azot almışdır. Azotun pulunu ödəməmişdir. 106 manat məbləğində olan borcunu Təqsirləndirilən şəxs1 ödəyəcəkdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X57 ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarında satıcı-anbardar Təqsirləndirilən şəxs1 400 kiloqram nisyə buğda almışdır. Buğdanın pulunu ödəməmişdir. 230 manat məbləğində olan borcunu Təqsirləndirilən şəxs1 ödəyəcəkdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 noyabr 2021-ci il tarixli, 19/1106 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 aşkar olunmuş 02 büküm maddi sübut...” sözlər və imzalar olan 1 ədəd bükümdə təmiz çəkisi -1,375 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd bükümdə təmiz çəkisi -0,929 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir.Qeyd: - heroinin təmiz çəkisi 1,375, tədqiqata sərf edildi-0,05 qram, qalıq 1,325 qram. Metamfetaminin təmiz çəkisi – 0,929 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq –0,879 qram. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 noyabr 2021-ci il tarixli, 19/1111 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı evin 1-ci mərtəbəsindəki yataq otağından aşkar edilərək götürülmüş 01 ədəd heroinə və 01 metamfetaminə bənzər kütlə...” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -15,465 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd bükümdə təmiz çəkisi -7,509 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. -Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı evin 2-ci mərtəbəsindəki yataq otağından aşkar edilərək götürülmüş 5 ədəd büküm psixotrop maddə metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 5 ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkisi -0,411qr, 0,771qr, 0,714qr, 0,412qr; 0,518qr: ümumi təmiz çəkisi -2,826 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindir, xarici görnüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidir. -Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş 1 ədəd elektron tərəzi...” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərə müqayisəli təqdiqat (eynilik) aparmaq mümkün olmadı. -Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus 6 ədəd bükümdə ümumi təmiz çəkisi 10,335 qram olan metamfetaminlər xarici görnüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidir. -Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus 1 büküm heroin ilə Təqsirləndirilən şəxs2 məxsus 1 büküm heroin xarici görnüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidir. -Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus 6 büküm metamfetaminlər ilə Təqsirləndirilən şəxs2 məxsus 1 büküm metamfetamin xarici görnüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidir.Qeyd: - heroinin təmiz çəkisi 15,465, tədqiqata sərf edildi-0,05 qram, qalıq 15,415 qram. Metamfetaminin ümumi təmiz çəkisi – 10,335 qram, tədqiqata sərf edildi – 0,18 qram, qalıq – 10,155 qram. Heroinin təmiz çəkisi-1,325 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,275 qram. Metamfetaminin təmiz çəkisi – 0,879 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,829 qram. Məhkəmədə tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 06 noyabr 2021-ci il tarixli, 21/638R №-li rəyindən görünür ki, 01 ədəd çərçivənin üzərində ŞX-49..№-nin siluyetləri olan silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli PM modelli, Makarov konstuksiyalı, tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. -Təqdiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstuksiyalı tapançaların komplekt hissəsidir-darağdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. -Tədiqaqata təqdim edilmiş 02 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində 01 ədədi 1967-ci ildə, 01 ədədi isə 1982-ci ildə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin(APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı və döyüş sursatı hesab olunur. Lakin yuxarıda göstərilən səbəblərə görə həmin patronlar yararsızdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 noyabr 2021-ci il tarixli, 1210 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 09 fevral 2022-ci il tarixli, 152 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26 noyabr 2021ci il tarixli 9/7730 №-li rəyindən görünür ki, "xxxx" QSC üzrə Təqsirləndirilən şəxs1 hesabında yaranmış çatışmazlıq 29720,49 manat məbləğində müəyyən edilmişdir. Əmələ gələn çatışmazlıqla bağlı kim(lər)in öhdəliyində yaranması və bu çatışmazlığa görə kim(lər)in məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 hər hansı bir xəsarət aşkar olunmadı. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 25 yanvar 2022-ci il tarixli 190 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, o, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, hazırki psixi vəziyətinə görə özünə və ətrafındakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmir, onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Şahid1 aşağıda qeyd olunan şəxslərə aid şəxsiyyət vəsiqəsi, fermer kartı və özlərinin imzaladıqları qəbzləri təqdim etdikdən sonra həmin sənədlərə baxış aparılaraq müəyyən olunmuşdur ki, 1. Cəlilabad rayonu Ləkin kənd sakini X29 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 5 kisə, yəni 250 kq gübrəni, 2. Cəlilabad rayonu Ləkin kənd sakini X48 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 18 kisə, yəni 900 kq gübrəni, 3. Cəlilabad rayonu Ləkin kənd sakini X12 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 10 kisə, yəni 500 kq azot gübrəsini, 4. Cəlilabad rayonu Ləkin kənd sakini X47 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə 5 kisə, yəni 250 kq gübrəni, 5. Cəlilabad rayonu Ləkin kənd sakini X35 xx.xx.2022ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 16 kisə, yəni 800 kq gübrəni,
6. Şahid1 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 15 kisə, yəni 750 kq gübrəni, 7. Cəlilabad rayonu Ləkin kənd sakini X57 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 10 kisə, yəni 500 kq gübrəni, 8. Cəlilabad rayonu Ləkin kənd sakini yusubov Xudafər Qulu oğlu xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 8 kisə, yəni 400 kq gübrəni, 9. Fikrət Əliyev xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 10 kisə, yəni 500 kq gübrəni, 10. Cəlilabad rayonu Ləkin kənd sakini X36 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 2 kisə, yəni 100 kq gübrəni, 11. Cəlilabad rayonu Ləkin kənd sakini X37 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 3 kisə, yəni 150 kq gübrəni, 12. Cəlilabad rayonu Ləkin kənd sakini Xanbaba Əliyev xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 4 kisə, yəni 200 kq gübrəni, 13. Cəlilabad rayonu Ləkin kənd sakini X8 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 5 kisə, yəni 250 kq gübrəni, 14. Cəlilabad rayonu Ləkin kənd sakini X3 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 5 kisə, yəni 250 kq gübrəni, 15. Cəlilabad rayonu Ləkin kənd sakini X9 xx.xx.2022ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 3 kisə, yəni 150 kq gübrəni,
16. Cəlilabad rayonu Ləkin kənd sakini X38 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 3 kisə, yəni 150 kq gübrəni, 17. Cəlilabad rayonu Musalı kənd sakini Mirzağa Mirzəyev xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 6 kisə, yəni 300 kq gübrəni, 18. Cəlilabad rayonu Musalı kənd sakini Bilal Əkbərov xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 6 kisə, yəni 300 kq gübrəni, 19. Cəlilabad rayonu Musalı kənd sakini İlham Tarverdiyev xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 12 kisə, yəni 600 kq gübrəni, 20. Cəlilabad rayonu Musalı kənd sakini Teyyub Nəsirov xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 5 kisə, yəni 250 kq gübrəni, 21. Cəlilabad rayonu Musalı kənd sakini Şahin Quliyev xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 3 kisə, yəni 150 kq gübrəni, 22. Cəlilabad rayonu Musalı kənd sakini Xosrov Abdiyev xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 5 kisə, yəni 250 kq gübrəni, 23. Cəlilabad rayonu Musalı kənd sakini Quliyev Atababa Babaş oğlu xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 2 kisə, yəni 100 kq gübrəni, 24. Cəlilabad rayonu Musalı kənd sakini Mirzağa Quliyev xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 9 kisə, yəni 450 kq gübrəni, 25. Cəlilabad rayonu Musalı kənd sakini Sabir Quliyev xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 5 kisə, yəni 250 kq gübrəni, 26. Cəlilabad rayonu Musalı kənd sakini X30 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 5 kisə, yəni 250 kq gübrəni, 27. Cəlilabad rayonu Musalı kənd sakini X13 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 4 kisə, yəni 200 kq gübrəni, 28. Cəlilabad rayonu Şatırlı kənd sakini X20 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 3 kisə, yəni 150 kq gübrəni, 29. Cəlilabad rayonu Şatırlı kənd sakini X4 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 3 kisə, yəni 150 kq gübrəni, 30. Cəlilabad rayonu Şatırlı kənd sakini X31 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 3 kisə, yəni 150 kq gübrəni, 31. Cəlilabad rayonu Şatırlı kənd sakini X32 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 4 kisə, yəni 200 kq gübrəni, 32. Cəlilabad rayonu Şatırlı kənd sakini Arzuman Amanov xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 7 kisə, yəni 350 kq gübrəni, 33. Cəlilabad rayonu Şatırlı kənd sakini Gülbala Qasımov xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 3 kisə, yəni 150 kq gübrəni, 34. Cəlilabad rayonu Şatırlı kənd sakini Saleh Qasımov xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 2 kisə, yəni 100 kq gübrəni, 35. Cəlilabad rayonu Şatırlı kənd sakini Barat Əliyev xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 2 kisə, yəni 100 kq gübrəni, 36. Cəlilabad rayonu Şatırlı kənd sakini X21 xx.xx.2020-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 2 kisə, yəni 100 kq gübrəni, 37. Cəlilabad rayonu Şatırlı kənd sakini X10 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 10 kisə, yəni 500 kq gübrəni, 38. Cəlilabad rayonu Şatırlı kənd sakini X22 xx.xx.20212-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 2 kisə, yəni 100 kq gübrəni, 39. Cəlilabad rayonu Şatırlı kənd sakini X50 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 7 kisə, yəni 350 kq gübrəni, 40. Cəlilabad rayonu Şatırlı kənd sakini X14 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 5 kisə, yəni 250 kq gübrəni, 41. Cəlilabad rayonu Şatırlı kənd sakini X39 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 2 kisə, yəni 100 kq gübrəni, 42. Cəlilabad rayonu Buravar kənd sakini X23 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 12 kisə, yəni 600 kq gübrəni, 43. Cəlilabad rayonu Edişə kənd sakini X15 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 10 kisə, yəni 500 kq gübrəni, 44. Cəlilabad rayonu Edişə kənd sakini X6 xx.xx.2022-ci il tarixdə imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs1 8 kisə, yəni 400 kq gübrəni nisyə almışdır. Ümumilikdə, Təqsirləndirilən şəxs1 təqdim edilmiş qəbzlərə əsasən 13450 kq, yəni 269 kisə çəkidə müxtəlif növ gübrəni nisyə satmışdır. İş materiallarında olan "xxxx"xxxx"xxxx" QSC tərəfindən həmin cəmiyyətdə satıcıanbardar vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 fəaliyyətinə aid təqdim edilmiş sənədlərə əsasən fəaliyyətinin audit yoxlamasının nəticəsinə dair tərtib edilmiş 02 iyul 2021-ci il tarixli auditor hesabatından görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən məsul olduğu anbar üzrə “Mədaxil olunan mallar - satılan mallar (endirimli məhsul paketi daxil) – digər anbarlara təhvil verilən mallar = qalıq mallar” – yəni “144510,00 kq – 58567,23 kq - 41621,42 kq = 44321,35 kq” olmalı idi. Beləliklə, yoxlama nəticəsində müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 tərəfindən maddi məsuliyyətində qalan mallar üzrə 44321,35 kq, yəni cari satış qiymətlərinə uyğun olaraq 29825,33 (iyirmi doqquz min səkkiz yüz iyirmi beş manat otuz üç qəpik) manat çatışmazlıq-əskikgəlmə və 104,84 (bir yüz dörd manat səksən dörd qəpik) manat məbləğində artıq daxil olmuş vəsait nəzərə alınaraq (29825,33 manat - 104,84 manat), yekunda 29720,49 (iyirmi doqquz min yeddi yüz iyirmi manat qırx doqquz qəpik) manat kənarlaşma-mənimsəmə yaranmışdır. İş materiallarında olan 04 noyabr 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara-qırmızı rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 05 noyabr 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi qadağan edilmiş heç bir əşya müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 həmin istintaq hərəkəti zamanı yaşadığı Cəlilabad rayonu Ləkin kəndindəki evində 1 ədəd “Makarov” konstruksiyalı tapança, ona aid olan 2 ədəd patron, 2 ədəd gecəgörmə cihazı, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. İş materiallarında olan 05 noyabr 2021-ci il tarixli “Yaşayış sahəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Cəlilabad rayonu, Ləkin kəndində yerləşən evinin 1-ci mərtəbəsində olan yataq otağından 15,465 qram narkotik vasitə olan heroin, 7,509 qram psixotrop maddə olan metamfetamin, evin 2-ci mərtəbəsində olan yataq otağındakı paltar rəfində olan qara rəngli gödəkçənin sağ yan cibindəki “Vinchester” markalı siqaret qutusunun içərisindən 5 ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkiləri 0,411 qram, 0,771 qram, 0,714 qram, 0,412 qram və 0,518 qram olmaqla ümumi təmiz çəkisi 2,826 qram psixotrop maddə olan metamfetamin, evin 1-ci mərtəbəsindəki giriş qapısından 1 metr qabaqda yerləşən kiçik ölçülü otaqdan 01 ədəd 9 mm kalibrli PM modelli, “Makarov” konstruksiyalı, texniki cəhətdən saz, atəş üçün yaralı, yivli odlu silah olan tapança, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab olunan daraq, 02 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli patron və 2 ədəd gecəgörmə cihazı aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 9 mart 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarın 11-ci bəndinə əsasən, həmin cinayət işindən CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. İş materiallarında olan 8 noyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi- 0,929 qram olan psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə təmiz çəkisi 1,375 qram narkotik vasitə lan heroin, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 15,465 qram narkotik vasitə olan heroin və 6 ədəd bükümdə təmiz çəkisi 10,335 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd elektron tərəzi, 1 ədəd 9 mm kalibrli PM modelli, “Makarov” konstruksiyalı, texniki cəhətdən saz, atəş üçün yararlı, yivli odlu silah olan tapança, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab olunan daraq, 02 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli patron, həmin silah üçün nəzərdə tutulmuş 1 ədəd qobur cinayət işi üzrə maddi sübut kimi tanınmış, maddi sübutlar saxlanılması üçün Cəlilabad RPŞ-yə təhvil verilmişdir. İş materiallarında olan 22 fevral 2022-ci il tarixli «telefon məlumatlarına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadə etdiyi 050 *** ** ** saylı sim kart nömrəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 istifadə etdiyi 050 *** ** ** saylı sim kart nömrəsi arasında 10 oktyabr 2021-ci il tarixdən 20 oktyabr 2021-ci il tarixədək 80 dəfə danışıqlar olmuşdur. Baxış zamanı bundan başqa iş üçün əhəmiyyət kəsb edən heç bir hal müəyyən edilməmişdir. İş materiallarında olan 6 iyul 2020-ci il tarixli müqavilədən görünür ki, "xxxx" QSC-nin direktoru Tofiq Niftəliyev və Təqsirləndirilən şəxs1 arasında əmək müqaviləsi bağlanmış, sonuncu QSC-nin satıcı anbar vəzifəsinə işə qəbul edilmişdir (cild 1 i.v.11-17) İş materiallarında olan sənəddən görünür ki, "xxxx" QSC-nin direktoru Tofiq Niftəliyev və satıcı anbardar Təqsirləndirilən şəxs1 arasında tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlanmışdır (cild 1 i.v. 20-21). Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 hər hansı bir narkotik vasitə və psixotrop maddə almaması, ümumiyyətlə üzərində heç bir narkotik vasitənin aşkar olunmaması, heroinin və metamfetaminin polsi əməkdaşları tərəfindən üzərinə qoyulması, polis şöbəsində döyüldüyü üçün istintaq zamanı guya narkotiki Nemətdən almasına dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Eyni zamanda, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 hər hansı bir narkotik vasitə və ya psixotrop maddə satmaması, evində aşkar olunan külli miqdarda heroinin və metamfetaminin ona məxsus olmaması, narkotik vasitənin və psixotrop maddənin, habelə tapdığı silah sürsatı aprarıb polis şöbəsinə təhvil verəcəyini, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunaraq döyülməsi barədə ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir.
Belə ki, təqsirləndirilən şəxlərin onlara qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq başlandığı ilk gündən istintaq başa çatanadək dəfələrlə müdafiəçisinin iştirakı ilə dindirilsə də, heç bir dəfə də olsun ki, hər hansı bir şəxs tərəfindən zorakılığa məruz qalması ilə bağlı heç yerə şikayət etməmiş, ümumiyyətlə ifadələrində bu xüsusatla bağlı hər hansı bir fikir irəli sürməmişdir. Lakin, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunan narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması, Rəşada heroin və metamfetamin satmaması, Cəlilabad RPŞ-nın əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunması ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma araşdırılmış və prokurorluğun qəbul etdiyi 9 mart 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarının 8-ci bəndinə əsasən Təqsirləndirilən şəxs1 Cəlilabad RPŞ-nın əməkdaşları tərəfindən fiziki və ya psixoloji zorakılığa məruz qalması, narkotik vasitənin və psixotrop maddənin evinə polis əməkdaşları tərəfindən qoyulması faktları öz təsdiqini tapmadığından CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, həmin qərardan da məhkəmə nəzarəti qaydasında Təqsirləndirilən şəxs1 və ya onun müdafiəçisi tərəfindən şikayət verilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 üzərində aşkar olunan heroinin və metamfetaminin ona məxsus olmaması, Təqsirləndirilən şəxs1 tanısa da, ondan hər hansı bir psixotrop maddə və narkotik vasitə almaması, eləcədə Təqsirləndirilən şəxs1 ifadələrində Təqsirləndirilən şəxs2 heroin və metamfetamin satmaması, yaşadığı evdə aşkar olunan külli miqdarda heroinin və metamfetaminin ona məxsus olmaması ilə bağlı xüsusatlar «yaşayış yerinə baxış keçirmə və götürmə aparılması», «şəxsi axtarış və götürmə aparılması» haqqında istintaq hərəkətlərinin protokolları, habelə məhkəmədə dindirilmiş çoxsaylı şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Həmçinin, məhkəmə-kimyəvi ekspertizasının 6 noyabr 2021-ci il tarixli 19/1111 №li rəyi ilə də təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 üzərində aşkar olunan heroin və metamfetamin Təqsirləndirilən şəxs1 evində aşkar olunmuş heroin və metamfetaminlə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eyni tərkiblidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 saxlanılarkən ilkin izahatında və müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində üzərində aşkar olunan heroini və metamfetamini məhz Təqsirləndirilən şəxs1 100 manat pulun müqabilində aldığını, lakin pulunu sonra verəcəyini, ona borclu qaldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs1 da ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ilkin şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində (cild 2 i.v. 85-89, 144-149) həqiqətən də yaşadığı evdə aşkar olunan külli miqdarda heroinin və metamfetaminin ona məxsus olduğunu, Rəşada 100 manat pulun müqabilində az miqdarda heroin və metamfetamin satdığını, eyni zamanda Ləkin kəndin ərazisində tapdığı silah sürsatı aparıb yaşadığı evin birinci mərtəbəsində gizlətdiyini, tanımadığı şəxslərə də bir neçə dəfə narkotik vasitə satdığını etiraf edərək polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmadığını bildirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, artıq yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş,ümumiyyətlə Təqsirləndirilən şəxs2 heroinin və metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyulması, polis əmkdaşları tərəfindən döyülməsi, habelə, Təqsirləndirilən şəxs1 evində aşkar olunan külli miqdarda narkotik vasitənin, psixotrop maddənin və elektron tərəzinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən döyülməsi, narkotiklərin polis əməkdaşları tərəfindən evinə qoyulması və kəndin ərazisindən tapdığı silah-sürsatı aparıb polis şöbəsinə təhvil verəcəyi ilə bağlı qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların örtbastır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə verdiyi ilkin ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddədir.Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Namət İmanovun müəyyən edilməyən şəxsdən qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini xırda bükümlərdə evində saxlaması və elektron tərəzinin aşkar olunması, habelə Təqsirləndirilən şəxs2 heroini və metamfetamini Təqsirləndirilən şəxs1 100 manat pulun müqabilində alması, ekspertizanın rəyinə əsasən Təqsirləndirilən şəxs2 aşkar olunan heroinin və metamfetaminin Təqsirləndirilən şəxs1 evində aşkar olunan heroin və metamfetaminlə eyni tərkibli olması sonuncunun külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. 4 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 6 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 5 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 7 noyabr 2021-ci il tarixdə CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin gün barəsində Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum oulnmamışlar. İş materiallarında olan Cəlilabad Rayon İcra Hakimiyyətinin Ləkin kənd İƏD üzrə nümayəndəliyinin 12 noyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi arvadı Mətanət İmnovadan, 2013-cü il təvəllüdlü qızı Fatimədən, 2016-cı il təvəllüdlü oğu İmandan və 2018-ci il təvəllüdlü qızı Nərgizdən ibarətdir. İş materiallarında olan xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Cəlilabad Rayon İcra Hakimiyyətinin Göytəpə şəhər İƏD üzrə nümayəndəliyinin 8 fevral 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi arvadı Aysel Bağışovadan, 2012-cü il təvəllüdlü qızı Firuzədən, 2015-ci il təvəllüdlü oğu Hüseyndən və 2021-ci il təvəllüdlü qızı Aylindən ibarətdir. İş materiallarında olan xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə kafi xarakterizə olunur. "xxxx" QSC tərəfindən məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 mənimsədiyi 29720,40 manatdan 3653,12 manat hissəsini şirkətə ödəmişdir Beləliklə, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq əldə edib saxladığına görə CM-nin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs1 xeyli miqdarda ona etibar edilmiş əmlakı mənimsədiyinə, qanunsuz olaraq odlu salahı, döyüş sürsatını, qanununsuz olaraq satış məqsədi ilə külli miqdarda narkoik vasitəni və psixotrop maddəni əldə edib evində saxladığına görə CM-nin 179.2.4, 179.2.4, 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək onlara həmin maddələrdə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə, CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağının olmasını, CM-nin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirən şəxs Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-nin 234.1, 179.2.3, 179.2.4, 228.1-ci maddələri “az ağır”, 234.4.3 -cü maddəsi isə “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 234.1-ci maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə, 179.2.3,179.2.4-cü maddənin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, 228.1-ci maddənin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, 234.4.3-cü maddənin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl nəticəsində əhalinin sağlamlığına ciddi zərər vurulur. Qanunsuz olaraq silahı və döyüş sürsatlarını əldə edib saxlama cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin silahdan istifadə etməklə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradır. Mənimsəmə cinayətinin ictimai təhlükəlilyi ondan ibarətdir ki, ona etibar edilmiş tapşırılmış və özünün qanuni ixtiyarında olan əmlakı əvəzis olaraq digər şəxslərin mülkiyyətinə keçirilməsidir. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişlər. Məhkəmə cəza təyin edərkən, narkomaniyanın cəmiyyətdə geniş yayılmasını, habelə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs1 CM-nin 179.2.3,179.2.4, 228.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs2 4 noyabr 2021-ci il tarixdən 6 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs olunmalı, saxlanılması üçün Lənkəran ŞRPŞ-yə təhvil verilməli və Bakı İstintaq Təcridxanasına keçirilməlidir. Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin başlanğıcı 29 noyabr 2022-ci ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası CM-nin 56.1.2ci maddəsinə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli 5 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlar ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin: -181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. -181.2.1-ci maddəsinə əsasən itirilmiş əmlakın dəyərinin ödənilməsi bilavasitə cinayət qanuni ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi ziyan hesab olunur. "xxxx" QSC-nin direktoru Tofiq Niftəliyev mənimsəmə cinayət əməli nəticəsində şirkətə dəymiş 29720,49 manat maddi ziyanın, 500 manat məbləğində sərbəst auditor xidmətləri xərclərinin, 400 manat məbləğində hüquqi yardıma görə, 183 manat məbləğində dövlət rüsumunun cəmin 30.803,49 manat məbləgində pulun Təqsirləndirilən şəxs1 tutulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdim olunmuş 28 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" QSC-nin adı dəyişdirilərək 11 noyabr 2022-ci il tarixdə Açıq Səhmdar Cəmiyyət olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, şirkətə vurulmuş cəmi 30803,49 manat məbləğində maddi ziyandan 3653,12 manat dəyərində hissəsi ödənilmiş, Təqsirləndirilən şəxs1 şirkətə 27.150,37 manat borcu qalmışdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin mülki iddia ilə bağlı yuxarıda göstərilən müddəalarında nəzərdə tutulmuş müvafiq prosessual əsasların olması və cinayət işi materialları əsasında belə qənaətə gəlir ki, iş üzrə mülki iddia tam təmin edilməli, təqsirləndirilən şəxs – (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 27150 (iyirmi yeddi min yüz əlli) manat 37 (otuz yeddi) qəpik məbləğində pul vəsaiti tutulub zərərçəkmiş hüquqi şəxs mülki iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Cəlilabad RPŞ-nin maddi sübutları saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi - 0,829 qram olan psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə təmiz çəkisi 1,275 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 15,415 qram narkotik vasitə olan heroin və 6 ədəd bükümdə təmiz çəkisi 10,155 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd 9 mm kalibrli PM modelli, “Makarov” konstruksiyalı tapança, 1 ədəd tapançaların komplekt hissəsi hesab olunan daraq, 2 ədəd zavod üsulu ilə istehsal olunmuş 9 x18 mm kalibrli patron, həmin silah üçün nəzərdə tutulmuş 1 ədəd qobur Azərbaycan Respublikası DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat təşkil edir. Təqsirləndirilən şəxs Rəşad Baqişova münasibətdə məhkəmə-kimyəvi ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 25 (iyirmi beş) manat olmaqla, həmçinin Təqsirləndirilən şəxs1 münasibətdə məhkəmə-xətşünaslıq, iqtisad və məhkəmə-kimyəvi ekspertizaları üzrə aparılmış ümumi tədqiqatın dəyəri 225 (iki yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs1 tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirənin təyin edilməsi üçün hər hansı əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 4 noyabr 2021-ci il tarixdən 6 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 29 noyabr 2022-ci ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 saxlanılması üçün Lənkəran ŞRPŞ-ə təhvil verilsin və Bakı İstintaq Təcridxanasına keçirilsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4, 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 228.1-ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.3-cü maddəsilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 5 noyabr 2021-ci ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia təmin edilsin, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs1 27150 (iyirmi yeddi min yüz əlli) manat 37 (otuz yeddi) qəpik məbləğində pul tutulub zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Cəlilabad RPŞ-nin maddi sübutları saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi - 0,829 qram olan psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə təmiz çəkisi 1,275 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 15,415 qram narkotik vasitə olan heroin və 6 ədəd bükümdə təmiz çəkisi 10,155 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd 9 mm kalibrli PM modelli, “Makarov” konstruksiyalı tapança, 1 ədəd tapançaların komplekt hissəsi hesab olunan daraq, 2 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli patron, həmin silah üçün nəzərdə tutulmuş 1 ədəd qobur Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat təşkil edir. Təqsirləndirilən şəxs Rəşad Baqişova münasibətdə məhkəmə-kimyəvi ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 25 (iyirmi beş) manat olmaqla, həmçinin Təqsirləndirilən şəxs1 münasibətdə məhkəmə-xətşünaslıq, iqtisad və məhkəmə-kimyəvi ekspertizaları üzrə aparılmış ümumi tədqiqatın dəyəri 225 (iki yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs1 tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən Müşfiq Məmmədov