Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-289/2023 13.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Мəmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Vaqif oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisləri X12, X17 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvələr məhkum olunmamış, ailəli, Lənkəran şəhəri, Mirmustafaxan küçəsi ev 19-da qeydiyyatda olmaqla, faktiki olaraq Astara şəhəri, Z.Bünyadov küçəsi küçəsi, ev 28-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə, yol hərəkəti qaydalarını pozub, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə səbəb olan sağlamlıqlarına ağır zərər vurmuşdur. Belə ki, sürücü Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci ildə saat 03:30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “KİA Sportage” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara–İran sərhədi yolunun Masallı rayon ərazisindən keçən 131, 3-cü km\də Astara rayon istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, qarşıda sağ zolaqla yük avtomobilin hərəkətdə olmasını nəzərə alaraq vaxtında minik avtomobilin sürətini azaltmalı, hərəkətdə olan yük avtomobili ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli, lazım gələrsə sola doğru təhlükəsiz manevr aparmaqla yük avtomobilin sol tərəfindən ötüb keçməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə sağ zolaqla hərəkətdə olan Şahid1 idarə etdiyi “Kamaz 5511“ yük markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan çırpılmış, nəticədə ehtiyyatsızlıqdan iki və ya daha çox şəxsin, yəni “KİA Sportage” minik markalı avtomobilin sərnişini X7 açıq kəllə beyin travması, baş beynin əzilib dağılması, baş beynin sərt və yumşaq qişasının cırılması, kəllə qapağı və kəllə əsası sümüklərinin qəlpəli sınığı, üz skleti sümüklərinin sınığı, alının və üz nahiyyəsinin əzilmiş yaraları, sifətin və bədənin müxtəlif nahiyyələrinin sıyrıqları və qançırları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ölümü ilə nəticələnən, digər sərnişin X4 açıq kəllə beyin travması, baş beynin düffüs əzilməsi, kəllə qapağı sümüklərinin tikişlərdən sökülüb aralanması və sağ gicgah nahiyyəsinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ölümü ilə nəticələnən, digər sərnişin Zərərçəkmiş şəxs1 alt çənə sümüyünün sınıqları, alın və çənəaltı nahiyyənin əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağalamlığa az ağır zərər vuran xəsarətlər almasına, həmçinin digər sərnişin Zərərçəkmiş şəxs2 sağ qamış sümüyünün yerini dəyişməyən sınığı və sol yanaq nahiyyəsinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağalamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir.. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus “KİA Sportage” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili olmaqla, həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi var. 23 dekabr 2022-ci ildə idarə etdiyi “KİA Sportage” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə hərəkətdə olmuşdur. Yolun Masallı rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsini xatırlamadığını, həmin gün Masallı RMX-da ayıldıqda, yol qəzasına düşdüyünü bilmişdir. Hadisə zamanı ağır bədən xəsarətləri aldığından müalicəsi davam edir. Sonradan hadisə barədə soraqlaşdıqda idarə etdiyi KİA Sportage minik markalı avtomaşının eyni istiqamətdə hərəkətdə olan yüklü “Kamaz 5511” yük markalı avtomaşına arxadan çırpıldığını bilmişdir. Hadisə nəticəsində arvadı Əminə və azyaşlı oğlu Aslan aldıqları xəsarətlərdən vəfat etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı arvadı Əminə və azyaşlı oğlu Aslan vəfat etmişdir. Arvadı və oğlunun vəfat etmələri onun üçün böyük itki olmuşdur. Həmçinin zərəçəkmiş şəxslərin qouhmları ilə barışmış, ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən ailə üzvlərini itirməsini, himayəsində 3 azyaşlı qızının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 23 dekabr 2022-ci ildə atası Şəhriyarın idarə etdiyi KİA Sportage minik markalı avtomaşınla Astara rayon istiqamətdə hərəkətdə olmuşlar. Həmin vaxtda yuxuladığı üçün arxada yatmış, ayıldıqda yol qəzasının baş verdiyini bilmişdir. Hadisə zamanı xəsarət aldığından Masallı RMX-da müalicə olunmuşdur. Hadisə zamanı minik avtomaşında yatmış vəziyyətdə olduğundan hadisənin hansı şəraitdə baş verməsini görməmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Lənkəran rayon sakini Təqsirləndirilən şəxs doğma atasıdır. 23 dekabr 2022-ci ildə atası Şəhriyarın idarə etdiyi KİA Sportage minik markalı avtomaşınla Astara rayon istiqamətdə hərəkətdə olmuşlar. Həmin vaxtda minik avtomaşında yuxuladığı üçün arxada yatmış, ayıldıqda yol qəzasının baş verdiyini bilmişdir. Hadisə zamanı xəsarət aldığından Masallı RMX-da müalicə olunmuşdur. Hadisə zamanı minik avtomaşında yatmış vəziyyətdə olduğundan hadisənin hansı şəraitdə baş verməsini görməmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquq varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Bakı şəhərində ailəsi ilə birgə yaşayır. X27 doğma qızıdır. 23 dekabr 2022ci ildə ildə Bakı şəhərində olduğu zaman qızı Əminənin və azyaşlı nəvəsi Aslanın Ələt- Astara yolunun Masallı rayon ərazisində yol qəzasına düşdüklərini eşitmişdir. Nə baş verdiyini öyrənmək üçün Masallı RMX-na gəldikdə qızı Əminənin və azyaşlı nəvəsi Aslanın aldıqları xəsarətlərdən vəfat etdiklərini bilmişdir. Sonradan hadisə barədə soraqlaşanda yeznəsi Şəhriyarın idarə etdiyi “KİA Sportage” minik markalı avtomobilin “Kamaz 5511” yük markalı avtomaşına arxadan çırpılması nəticəsində, minik avtomaşında olanların xəsarət aldığını bilmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquq varisi qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, Bakı şəhərində ailəsi ilə birgə yaşayır. X32 doğma nəvəsidir. 23 dekabr 2022-ci ildə ildə Bakı şəhərində olduğu zaman qızı Əminənin və azyaşlı nəvəsi Aslanın Ələt-Astara yolunun Masallı rayon ərazisində yol qəzasına düşdüklərini eşitmişdir. Nə baş verdiyini öyrənmək üçün Masallı rayonuna gəldikdə qızı Əminənin və azyaşlı nəvəsi Aslanın aldıqları xəsarətlərdən vəfat etdiklərini bilmişdir. Sonradan hadisə barədə soraqlaşanda yeznəsi Şəhriyarın idarə etdiyi “KİA Sportage” minik markalı avtomobilin “Kamaz 5511” yük markalı avtomaşına arxadan çırpıldığını bilmişdir. İş üzrə şahid qismində dindirilmiş sürücü Şahid1 ifadəsində göstərmişdir ki, “Kamaz 5511“ yük markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomaşını olmaqla həmin avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Lənkəran rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 23 dekabr 2022-ci ildə saat təxminən 03:30 radələrində idarə etdiyi “Kamaz 5511” yük markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə saatda təxminən 55 km sürətlə sağ zolaqla hərəkətdə olmuşdur. Masallı rayon ərazisindən keçdikdə ani olaraq arxadan tapıltı səsi eşitmiş, avtomaşını saxlayıb, sükan arxasından düşdükdən sonra “KİA Sportage” minik markalı avtomobilin qabaq hissəsinin Kamaz 5511 yük markalı avtomaşına arxadan çırpıldığını bilmişdir. Daha sonra minik avtomobildə olan sərnişinlərə yardım etmişdir. Hadisə zamanı yük avtomaşında tək olmaqla xəsarət almamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, atası Şəhriyara məxsus KİA Sportage minik markalı avtomaşını var. 23 dekabr 2022-ci ildə atası Şəhriyarın idarə etdiyi KİA Sportage minik markalı avtomaşınla Astara rayon istiqamətdə hərəkətdə olmuşlar. Həmin vaxtda minik avtomaşında yuxuladığı üçün arxada yatmış, ayıldıqda yol qəzasının baş verdiyini bilmişdir. Hadisənin hansı şəraitdə baş verməsini görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 dekabr 2022-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” hadisə Ələt- Astara-İran yolunun Masallı rayonu ərazisindən keçən 131,3-cü kilometrliyində baş vermişdir. Hər iki nəqliyyat vasitələrinin müxtəlif hissələri əzilmiş və deformasiyayay uğramış vəziyyətdə dayanmışdır. Toqquşma yerində hər iki nəqliyyat vaitələrinə aid qırıntılar, mişar daşları və torpaq tökülmüşdür. “Kia” markalı avtombil beton təhlükəsizlik səddə çırpılmaqla dayanmışdır. İş materiallarında olan 23 dekabr 2022-ci il tarixli 1030 nömrəli «sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktıdan görünür ki, Təqsirləndirilən şəxs “Yol nəqliyyat” hadisəsi baş verən zaman sərxoşluq vəziyyətində olmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23 dekabr 2022-ci il tarixli 39 nömrəli rəyindən görünür ki, X2 meytində aşkar edilmiş xəsarətlər – açıq kəllə beyin travması, baş beynin əzilib dağılması, baş beynin sərt və yumşaq qişasının cırılması, kəllə qapağı və kəllə əsası sümüklərinin qəlpəli sınığı, üz skleti sümüklərinin sınığı, alının və üz nahiyyəsinin əzilmiş yaraları, sifətin və bədənin müxtəlif nahiyyələrinin sıyrıqları və qançırları bərk küt əşyanın(əşyaların) güclü təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, qərarda qeyd edilən vaxtda yəni, 23 dekabr 2022-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomaşının salonundakı hissələrin təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. X2 ölümünə səbəb baş beynin əzilib dağılması olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23 dekabr 2022-ci il tarixli 40 nömrəli rəyindən görünür ki, X1 meytində aşkar edilmiş xəsarətlər – açıq kəllə beyin travması, baş beynin düffüs əzilməsi, kəllə qapağı sümüklərinin tikişlərdən sökülüb aralanması və sağ gicgah nahiyyəsinin sıyrıqları bərk küt əşyanın(əşyaların) güclü təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, qərarda qeyd edilən vaxtda yəni, 23 dekabr 2022-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomaşının salonundakı hissələrin təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlikəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. X1 ölümünə səbəb baş beynin əzilib dağılması olmuşdur. İş materiallarında olan canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 05 yanvar 2023cü il tarixli 03 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində - alt çənə sümüyünün sınıqları, alın və çənəaltı nahiyyənin əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Qeyd edilən xəsarələr xx.xx.2022-ci ildə avtomobil qəzası zamanı avtomaşının salonundakı hissələrinin təsirindən əmələ gələ bilərdi, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 14 yanvar 2023cü il tarixli 47 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində - sağ yanaq və sağ və sol dis nahiyyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtombil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 23 dekabr 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 14 yanvar 2023cü il tarixli 48 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində - sağ qamış sümüyünün yerini dəyişməyən sınığı və sol yanaq nahiyyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Qeyd edilən xəsarələr xx.xx.2022-ci ildə avtomobil qəzası zamanı avtomaşının salonundakı hissələrinin təsirindən əmələ gələ bilərdi, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 14 yanvar 2023cü il tarixli 02 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qarnın və döş qəfəsinin qapalı küt travması, dalağın partlaması, İİİ-İV dərəcəli poshemorragik şok, sol Vİİ və Vİİİ qabırğanın sınığı və başın alın nahiyyəsinin əzilmiş yaraları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtombilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 23 dekabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası ilə bağlı tərtib olunmuş 08 fevral 2023-cü il tarixli 8/60 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, “KİA Sportage” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uygunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə, onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə əsasən avtomobillər arasında toqquşma Kamaz-5511 markalı **-LC-*** dövlət qeydiyyat nişanloı avtombilin hərəkətdə olduğu vəziyyətdə deyil, dayanmış vəziyyətdə olarkən baş verməsinə xarakterikdir. Kamaz-5511 markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtombilin sürücüsü Şahid1 hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin toqquşmanın Kamaz-5511 markalı avtomobilin dayanmış vəziyyətində baş verməsi nəzərə alınmaqla surucu Şahid1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hala istintaq orqanı tərəfindən qiymət verilə bilər. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır». İş materiallarında olan 24 iyun 2015-ci il tarixli AE 419793 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ƏN-Vİİİ № 329405 etibarnamənin surətindən görünür ki, “KİA Sportaje” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtombil X8 mulikyyətində olmaqla Təqsirləndirilən şəxs etibarnamə əsasında verilmişdir. İş materiallarında olan DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin 12 yanvar 2023-cü il tarixli 016-2\-3821-2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015ci ildə AE serialı 419793 nömrəli “BC” katiqorialı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Eyni məktuba əsasən sürücü Şahid1 xx.xx.2019-cu ildə AE serialı 445612 nömrəli “BC” katiqorialı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 10 fevral 2023-cü il tarixli “maddi sübut kimi tanınma haqqınja” qərardan görünür ki, “KİA Sportage” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın və “Kamaz-5511” yük markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomaşın iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə verilməsi qərara alınmışdır. İş materiallarında olna qəbzdən görünür ki, Təqsirləndirilən şəxs “KİA Sportage” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. İş materiallarında olan Astara şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş yaşayış yeri, ailə tərkibi haqqında arayışdan, xasiyyətnamədən, nikah, doğum və şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Astara şəhəri, Z.Bünyadov küçəsi 28-də yaşayır, X13 ilə 19 yanvar 2013-cü il tarixdə nikah bağlamış, hazırda ailə tərkibi xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X11 addı azyaşlı uşaqlarından ibarətdir. Yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisləri X18 və X10 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tədəbləri yoxdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs 3 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmin şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini, əməlini səmimi etiraf etməsini, peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, özünün gənc olmasını, həmçinin hadisə zamanı da özünü qapalı kəllə beyin travması, çoxsaylı sümük sınıqları olmaqla az ağır dərəcəli xəsarətlər alması Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunması mümkünlüyünə münasibət bildirərək qeyd edir ki, bilavasitə şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-in 70ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla həmin cəza şərti olaraq tətbiq edilməklə sınaq müddəti müəyyən olunmalı və sınaq müddəti ərzində üzərinə vəzifələr qoyulmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “KİA Sportage” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın Təqsirləndirilən şəxs və “Kamaz- 5511” yük markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomaşının Şahid1 qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 1 (bir) il sınaq müddəti müəyyən olunsun. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərinə aşağıdakı vəzifələr qoyulsun: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübt kimi tanınmış “KİA Sportage” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın Təqsirləndirilən şəxs və “Kamaz-5511” yük markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomaşının Şahid1 qaytarılması nəzərə alınsın. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-289/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-289/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver