Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-289/2024 09.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında yerləşən yataqxanada qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininn (bundan sonra – Azərbaycan Respublikası CM-in) 318.2, 228.4, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşları ilə birlikdə İran islam Respublikasına qanunsuz getmək məqsədi ilə 27 avqust 2020-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Biləsuvar rayonunda yerləşən 24-cü sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına keçmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Şahid7 və şəxsiyyəti istintaqa Vahid adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı ilə birlikdə İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz gəlmək məqsədi ilə 10 sentyabr 2020-ci il tarixdə, saat 02 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin Beyləqan rayonunda yerləşən 21-ci sərhəd zastavasının xidməti sahəsindən təkrarən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq soyuq silah hesab edilən, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı bir ədəd ov bıçağını istintaqa məlum olmayan şəxsdən, istintaqa məlum olmayan vaxtda və məkanda əldə etmiş, 10 sentyabr 2020-ci il tarixdə dövlət sərhədini qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçərkən üzərində gəzdirmiş, Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində əraziyə baxış keçirilən zaman qeyd olunan həmin bir ədəd soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ərazidən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Şahid1 və Şahid2 ilə öz aralarında və haqqında icraat ayrılmış başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilib saxlanılıb daşınması və cinayətkar qrupun digər üzvünə çatdırılması barədə razılaşaraq, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd zastavasının arxa tərəfində gizlədilmiş külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni gizlədildiyi yerdən götürmək məqsədi ilə 04 mart 2022-ci il tarixdə, saat 04 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə həmin əraziyə gəlmiş və sonuncu cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvü ilə telefon vasitəsilə danışaraq, sonuncudan yuxarıda qeyd edilən kütlələrin qoyulduğu yer barədə dəqiq məlumat alıb həmin ərazidə - Biləsuvar- Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Aranlı kəndi istiqamətində avtomobili dayandırdıqdan sonra Şahid1 və Şahid2 avtomobildən düşüb kolluq ərazidə gizlədilmiş qeyd edilən kütlələri gizlədildiyi yerdən qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış və onların götürdükləri 3 ədəd bağlamaya baxış keçirilən zaman həmin torbaların içində olan külli miqdar təşkil edən - 835,3 qram tiryək, 38,1 qram heroin, 42,9 qram metamfetamin, 14609,3 qram qurudulmuş marixuana və 1650 ədəd kapsul şəklində təsiredici maddəsinin ümumi miqdarı 247,50 qram olan külli miqdarda güclü təsir edən preqabilin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs isə gəldiyi avtomobillə hadisə yerindən qaçmışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-in 318.2 və 228.4-cü maddələri ilə təqsirli bilərək, digər maddələrlə isə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Şahid1 onun yaxın dostunun balaca qardaşı olmuş, Nurla da dostu vasitəsi ilə tanış olmuş, onları yaxından tanımışdır. Nurun uşağı xəstə olmuş, onun uşaqlarını xəstəxanaya maşını ilə aparmış, həmin şəxslərin əziyyətini çəkmişdir. Lakin Nur və onun arvadı Gülnar bütün olan şeyləri onun üstünə yıxmışlar. O, qorxduğu üçün həmin yerdən qaçmışdır. Həmin hadisə vaxtı Nur ona uşağı üçün dərman lazım olduğunu bildirmiş, həmin dərmanın da İmişli rayonunda qohumunda olduğunu bildirmiş, ondan da həmin yerə onu aparmağını xahiş etmişdir. Həmin şəxslər arxada oturmuşlar, naviqator vasitəsi ilə onu istiqamətləndirmişlər. Həmin yerə çatdıqda təbii ehtiyaclarını ödəmək üçün maşından düşmüş və çox aralanmışlar. Sonra isə görmüşdür ki, 20 nəfərə yaxın sərhədçilərin onları saxladığını görmüş, buna görə də həmin şəxsləri orada qoyub qaçmışdır. Sonradan Gülnar və Nur bildirmişlər ki, guya dərmanları narkotikləri təşkil edən odur, 200 manat da ona veriləcəkdir. Həmin şəxslərin niyə bu hadisədə onun da günahının olduğunu dediklərini başa düşə bilmir. Maşını sürüb qaçmışdırsa bu o demək deyil ki, həmin cinayətdə o, da günahkardır. Ona elan edilmiş digər ittihamla bağlı deyə bilər ki, İran İslam Respublikasına qanunsuz keçmiş, bu hadisə 2020-ci il tarixdə olmuş, Şahid7 da həmin vaxt tanımışdır, belə ki, ortaq tanışları onları gətirib sərhəddən keçirmişlər. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası ərazisində koranavirus epidemiyası ilə bağlı sərhədlər bağlı olduğu üçün sərhədi qanunsuz keçmişdir. Belə ki, sosial şəbəkələrdə tanış olduğu Əyyub adlı şəxs onu qonaq çağırmış, həmçinin tanışı Əyyubun atası rəhmətə getdiyindən ona baş çəkmək istəmiş, bundan başqa Azərbaycan Respublikası ərazisində epidemiya ilə bağlı hərəkət etmək çətin olduğundan İranda gedib sərbəst hərəkət etmək istəmiş,buna görə də Əyyubun köməkliyi ilə sərhədi qanunsuz keçmişdir. Gülnarı Şahid1 vasitəsi ilə tanımış, Nurdan kənar Gülnarla əlaqəsi olmamışdır. Nur ona dərman götürməyə gedəcəyini bildirsə də hansı dərmanı götürəcəyindən onun məlumatı olmamışdır. Günahı olmasa da Nuru və Gülnarı tutduqları üçün oradan qaçmışdır. Nur və Gülnarla onu üzləşdirmişlər. Onlar butun cinayəti onun üstünə yıxmaq istəmişlər, o, isə Nurdan düzgün danışmağı ondan xahiş etmişdir. Maşında olarkən Nur telefonla danışıb, naviqatordan istifadə etmişdir. Hətta Nur avtomobildə musiqiyə səs verməyi xahiş etdiyindən və maşında musiqi səsi olduğundan o, Nurun telefonla nə barədə danışdığını bilməmişdir. Şahid7 Azərbaycan Respublikası ərazisində olarkən tanımamış, onu İrandan Azərbaycan Respublikasına keçərkən tanımış, Xəyalla onu İranda Əyyub adlı şəxs tanış etmiş, belə ki, həmin şəxslə birlikdə sərhəddən keçəcəyini demişdir. Ona da bildirmişdir ki, Xəyalın anası xəstə olduğundan Türkiyədən İrana keçmiş, oradan da Azərbaycan Respublikasına keçəcəkdir. İranda o, təxminən 15- 20 gün müddətində qalmışdır. Sərhədi keçərkən Xəyalın telefonu yerə düşmüş, telefonu götürmək üçün geri qayıdarkən sərhədçiləri görmüş, geri qayıdıb gizlənərkən sərhədçilər onları tutmuşlar. Nurla birlikdə gedərkən o, yalnız dərman almaq üçün getdiyini bilmişdir. 27 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası sərhədindən Biləsuvar rayonu ərazisindən qanunsuz olaraq İran İslam Respublikasına keçmiş, həmin vaxt sərhədin o, biri üzündən ona iranlı şəxslər köməklik etmişlər, belə ki, həmin şəxslər tikanlı məftilləri aralayaraq ona köməklik etmişlər və o, da məftillərin arasından keçmişdir. 10 sentyabr 2020-ci il tarixdə isə Beyləqan rayonu ərazisindən sərhədi qanunsuz keçmiş, həmin vaxt yanında Şahid7 olmuşdur. Vahid adlı şəxs də iranı şəxs olmuşdur. 10 sentyabr 2020-ci il tarixdə isə Beyləqan rayonu ərazisindən sərhədi keçəndə üzərində qamışları kəsmək üçün bıçaq da olmuş, həmin vaxt bıçaq əlindən düşüb orada qalmış, həmin bıçağı sərhədçilər tapmışdır. Həmin vaxt barəsində cinayət işi başlanmış, lakin onun barəsində həbs qətimkan tədbiri seçilməmiş, o, məsuliyyətə cəlb edilmiş, heç kimdən gizlənməmiş, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuş, şəxsiyyət vəsiqəsini dəyişmiş, axtarışda olmasını bilməmişdir. Lakin 24 fevral 2023-cü il tarixdə tutulmuşdur. Şahid1 və Şahid2 4 mart 2022-ci il tarixdə tutulmuşlar, həmin vaxtdan 24 fevraladak yenə də Bakı şəhərində olmuş, Nurun anası ilə də görüşmüş, həmin hadisədə onun heç bir günüahı olmadığını Nurun anasına da bildirmişdir. Şahid1 və Şahid2 götürdükləri narkotiklərdən xəbəri olmamışdır. Nuru dərman götürmək üçün apararkən 20 manatlıq benzin vurmuş, lakin Nur da benzin pulu verəcəyini bildirmişdir. Nur və Gülnara yaxınlaşan şəxslərin hərbçi olduğunu bilmişdir. Təqsirləndirilən şəxs X18 məhkəməyə ünvanladığı son sözündə Şahid1 və Şahid2 ifadəsində göstərdiklərinin həqiqəi əəks etdirmədiyini, yalan ifadə verdiklərini, özünü yalnız Azərbaycan Respublikası CM-in 318.2 və 228.4-cü maddələri ilə təqsirli bildiyini və ifadəsində qeyd etdiklərinin nəzərə alınıb barəsində ədalətli cəza təyin edilməsini xahiş etdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DSX-nin X7 zabiti Şahid4 ifadəsində göstərdi ki, hadisənin üstündən iki il keçməsinə görə çox şeyi tam ətraflı xatırlamır. Lakin bildirmək istəyir ki, narkotik vasitənin gizlədilməsi barədə daxil olmuş məlumata əsasən qeyd edilən əraziyə gedilmiş və bu zaman narkotik vasitəni götürmək üçün əraziyə gəlmiş Şahid1 və Şahid2 tərəflərindən saxlanılaraq hərbi hissəsinin zastavasına gətirilmişdir. Həmin şəxslərin üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etmişdir. Şahid1 və Şahid2 ilkin izahatlarında narkotik vasitəni götürmək üçün gəldikləri yerə Təqsirləndirilən şəxs adlı şəxsin avtomobili ilə gəldiklərini bildirmişlər. Şahid1 və Şahid2 saxlayarkən oradan bir nəfər qaçmış, onların saxladıqları Nur və Gülnar isə qaçan şəxsin Təqsirləndirilən şəxs olmasını bildirmişlər. O, yalnız daxil olmuş əməliyyat məlumatı əsasında Nur və Gülnarı saxlamış və üzərinə baxış keçirilməsində iştirak etmişdir. Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Nur və Gülnarın saxlanılmasında iştirak etmiş, lakin onların dindirilməsində iştirak etməmişdir. Nur və Gülnardan kimin avtomobili ilə gəlmələri soruşulduqda onlar Təqsirləndirilən şəxs adını çəkmişlər, Əsədin hansı avtomobillə gəldiyini demələrini xatırlamır. Onlara narkotik vasitələrin həmin ərazidə olması ilə bağlı məlumat daxil olmuş, konkret şəxslər barədə məlumat olmamışdır. Hadisə yerindən qaçan avtomobili təqib etməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ümumiyyətlə tanımır. Buna görə də hazırkı iş üzrə nəyə şahidlik etdiyini bilmir. xx.xx.2022-ci il tarixdə o, və Şahid6 bir kişi və bir qadının sərhədçilər tərəfindən saxlanılarkən üzərlərində olan narkotikə baxış keçirilərkən hal şahidi kimi iştirak etmiş, bununla bağlı məhkəmədə də ifadə vermişdir. O, qadının əynində olan paltarlara qədər hamısını demişdir. Həmin vaxt otaqda bağlamaları görmüş, içində nə olması yadında qalmamışdır. Lakin hazırda məhkəmə iclasında gördüyü şəxsi həmin vaxt görməmişdir. Hal şahidi olduğu vaxt həmin şəxslərdən birinin adı Nur, digərinin adı Gülnar olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid6 da Şahid5 ilə oxşar məzmunlu ifadə vermiş, ər-arvadın saxlanılması zamanı üzərilərinə baxış keçirilərkən hal şahidi kimi iştirak etdiyini, Təqsirləndirilən şəxs tanımadığını, görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, həmin hadisə vaxtı dərman götürmək üçün İmişli rayonuna getmiş, Əsəd də taksi sürücüsü kimi onunla getmişdir. Həmin yerə çatdıqda o, və Gülnar avtomobildən düşmüş, sərhədçilər onları saxlayarkən Əsəd də qorxub qaçmışdır. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, barəsində olan cinayət işi üzrə ifadə verərkən Əsədin onu və Gülnarı İmişli rayonuna apardığını, həmin yerə gedərkən narkotikdən xəbəri olmadığını bildirmişdir. Həmin vaxt Əsəd avtomobili saxlamış, Gülnar və o, avtomobildən düşmüş, onları tuturkən yəqin ki, Əsəd qorxduğundan ərazidən çıxıb getmişdir. Barəsində olan cinayət işi üzrə Əsədin narkotikdən məlumatlı olmasını bildirməsinə səbəb müstəntiq olmuşdur.Belə ki, müstəntiq onu aldatdığından belə demiş, Əsədin bu işdən xəbəri olmamışdır. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı müvafiq olaraq 04 və 05 mart 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, təxminən 5-10 gün hadisədən qabaq tanışı Təqsirləndirilən şəxs zəng edərək övladının xəstəliyi ilə əlaqədar İran İslam Respublikasından dərman gətirməsini xahiş etmiş, övladının baş nahiyəsində şiş olduğu üçün dərmanın Azərbaycan Respublikasında baha olduğundan ona demişdir. Əsəd də bununla bağlı tanışlarının olduğunu və kömək edəcəyini bildirmiş, 03 mart 2022-ci il tarixdə saat 19 radələrində tanışı Təqsirləndirilən şəxs ona zəng edərək İran İslam Respublikası istiqamətindən onun uşağı üçün dərmanların gəldiyini bildirmiş, daha sonra 1 saylı Şəhər klinik xəstəxanasına (semaşqaya) gələrək onunla görüşmüşdür. O, 1 saylı Şəhər klinik xəstəxanasında (semaşqada) görüşdükdən sonra, ona dərmanları götürmək üçün getməli olduğunu bildirmiş, həmin vaxt qeyri rəsmi birlikdə yaşadığı (ər-arvad) münasibətində olduğu Şahid2 da 1 saylı Şəhər klinik xəstəxanasında olmuş, daha sonra onlar həmin ərazinin yaxınlığında yerləşən restoranların birində yemək yemiş, təxminən saat 23 radələrində Əsəd, Gülnarı və onu həyətdən götürürək İmişli rayonu istiqamətində hərəkət etmişlər. Onlar yolla hərəkət edən zaman Əsəd ona həmin yerə narkotik vasitələrin, dərman preparatları ilə bir yerdə qoyulduğunu, dərmanların onun götürəcəyini, narkotik vasitələri isə özünün götürəcəyini demişdir. Onlar İmişli rayonu Aranlı kəndi ərazisinə catdıqda Əsəd avtomobili saxlamış və yüklərin qaranlıq yerdə olduğunu ona bildirmiş, o və Gülnar avtomobildən düşərək həmin istiqamətə doğru getmişlər. Onlar qaranlıq ərazidə olan torbalara doğru gedən zaman Gülnar ona burada 1 ədəd torba olacağı təqdirdə 3 ədəd çanta olduğunu bildirmiş, sonra onlara sərhədçilər “dayan” deyə qışqırmışlar. Ərazidən qaçmaq istəyən zaman sərhədçilər onları saxlamışlar. Həmin vaxt Əsəd avtomobili sürətlə idarə edərək ərazidən uzaqlaşmış, daha sonra sərhədçilər onların iştirakı ilə torbaları açmış və torbaların içərisində narkotik vasitələrin olması ona məlum olmuşdur. Şahid1 bildirmişdir ki, həmin ifadə müstəntiqin qurmasıdır, çünki o, belə bir ifadə yazmamışdır. Həmçinin ifadəsinə də imza çəkməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, hətta həmin xəstəlikdən müalicə olunmaq üçün “metadon suyu” içir. Əsəd adlı şəxsi bir neçə ildir ki, tanımış, onun da narkotik istifadəçisi olmasını bilmiş, bir neçə dəfə Əsəddən narkotik də almışdır. Özü və qeyri rəsmi olaraq birlikdə yaşadığı Şahid2 narkotik vasitə istifadəçisi olduğundan onların yeni doğulmuş uşağı mədə-bağırsaq xəstəliyindən əziyyət çəkmiş, buna görə də həkimlər həmin uşağa adları yadında qalmayan dərmanlar almağı tövsiyyə etmişlər. Buna görə də Təqsirləndirilən şəxs bir neçə gün əvvəldən uşağı üçün dərman lazım olduğunu demiş, Əsəd də ona dərman tapmaqda kömək edəcəyini bildirmiş və Əsədə 200 manat pul vermişdir. Əsəd ona bir müddət sonra dərmanın artıq göndərildiyini bildirmiş və dərmanları götürmək üçün getməkdə ona yoldaşlıq etməyi təklif etmiş, o, da Şahid2 da özü ilə götürmüş və 03 mart 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhərindən çıxmışlar. Avtomobildə o, və Gülnar arxada oturmuşlar. Əsəd əvvəlcə dərmanın Salyan rayonu ərazisində olan polis postuna gətiriləcəyini demiş, həmin yerə getmişlər. Həmin postda polis əməkdaşları Əsədin idarə etdiyi avtomobili saxlamış, Əsəd avtomobildən düşdükdən sonra 15-20 dəqiqə sonra geri qayıtmış və Cəlilabad rayonuna getməli olduqlarını demiş, lakin sonra avtomobili başqa istiqamətə İmişli istiqamətinə sürmüşdür. O, və Gülnar avtomobildə arxa oturacaqda oturub narkotik istifadə etdiklərindən Əsədin avtomobili İmişli rayonu istiqamətinə sürməsinə fikir verməmişlər və narkotikin təsiri altında olmuşlar. İmişli rayonu ərazisinə çatdıqdan sonra Əsəd idarə etdiyi “Opel Zafira” markalı avtomobili saxlayıb avtomobilin “kapotunu” açmış və onlar da təbii ehtiyaclarını ödəmək üçün avtomobildən düşmüşlər. O, və Gülnar avtomobildən bir neçə metr aralandıqdan sonra Əsəd avtomobili sürüb ərazidən uzaqlaşmışdır. Az sonra yolun kənarında kolluqda gizlənmiş hərbiçilər gizləndikləri yerdən çıxıb onları saxlamışlar və həmin ərazidə olan torbaları onlara göstərib həmin narkotik vasitələri götürmək üçün gəldiklərini bildirib şəkillərini çəkmişlər. Həmin vaxt da o, sərhədçilərə həmin narkotik vasitələrin onlara aid olmadığını, həmin əraziyə yeni doğulmuş uşağı üçün dərman götürmək üçün gəldiklərini, ərazidə narkotik olması barədə məlumatı olmadığını bildirmişdir. X21 Xidmətinin əməkdaşları onu döyərək torbalarda olan narkotik vasitələri götürmək üçün gəlməsini etiraf etməsini tələb etmişlər. Həmin ərazidən sərhəd xəttinə qədər çox məsafə olmuş, həmin ərazinin sərhəd olmasını bilməmiş, həmin ərazi çöllük ərazi olmuşdur. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, yeni doğulmuş uşağını anası Dilbər Bədəlova saxlamış, onun Gülnarla münasibəti olmamışdır. O, müalicə olunması məqsədi ilə “Semaşka” adlanan xəstəxanada metadon suyu içərkən Gülnarla yenidən barışmış, həmin vaxt da Əsəd də onunla görüşmüşdür. Hadisə günü İmişli rayonuna gəlməmişdən əvvəl yəni 03 mart 2022-ci il tarixdə saat 9-10 radələrində evində olmuş, Əsəd və Gülnar birlikdə gəlib onu evdən götürmüşlər və sonra Əsəd avtomobili Salyan rayonu istiqamətinə sürmüşdür. Onun “Tolik” adlı şəxslə hər hansı tanışlığı olmamışdır. DSX-nin əməkdaşları ona fiziki təzyiq edərək həmin əraziyə gəlməkdə məqsədinin narkotik vasitələri götürmək olduğunu bildirməsini tələb etmişlər. Əsəd kimləsə telefonla yolda danışmış, lakin Əsədin iranlı şəxslə danışması barədə məlumatı olmamışdır. Şahid1 həmin ifadə ilə bağlı ona verilən suallara cavab olaraq bildirmişdir ki, müstəntiq ona Əsədin əvvəllər də axtarışda olduğunu, onu Əsədin tutdurduğunu bildirib oyun oynamış, buna görə də bu işi Əsədin etdiyini bildirmiş, o, da müstəntiqə inanıb belə ifadə vermişdir. Lakin Əsədin bu işdən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 04 mart 2022-ci il tarixdə Şahid1 və Əsəd adlı şəxs onu İmişli rayonuna aparmışlar. Lakin o, hara getiyini bilməmişdir. Həmin şəxslər ona hara getdiklərini də deməmişdir. Həmin yerə çatdıqda Nur maşından düşüb telefonla danışmış, həmin vaxt Əsəd də maşının “kapotunu” açıb maşının qabağında dayanmış, sonra isə Əsəd ona da maşından düşməyi demiş, o, maşından düşdükdən sonra onu və yoldaşı Nuru hərbçilər saxlamışlar. Əsəd isə onları orada qoyub qaçmışdır. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt o, maşında gedərkən Nur və Əsəd telefonda kiminləsə danışmış, o, narkotikin təsiri altında olduğundan söhbətlərin məzmununu bilməmişdir. Onları Əsəd həmin əraziyə aparmış, Əsəd onları tutdurmuşdur. Əsəd və Nur telefonlarına göndərilən istiqamət lövhələri ilə həmin yerə getmişdir. O, Əsədin qurbanı olmuşdur. Əsəd onlara dərman götürməyə getdiklərini demişdir. O, əvvəllər Əsədi tanımamışdır. Onu həyat yoldaşı Nurun dostu kimi tanımış, bir neçə dəfə onu və uşağını xəstəxanaya aparmış, lakin Əsədin haqqında başqa bir şey bilməmişdir. Əsədlə və ya Nurla narkotiklə bağlı söhbəti olmamışdır. Əsədin və Nurun İran vətəndaşı ilə danışdıqlarını görmüşdür. Danışan şəxsin ləhcəsindən bilmişdir ki, Əsəd və Nur iranlı şəxslə danışmışlar. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid2 ibtidai araşdırma zamanı müvafiq olaraq 04 və 05 mart 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə qeyri rəsmi olaraq birlikdə yaşadığı Şahid1la aralarında anlaşılmazlıq olması səbəbindən münasibətlərinin pozulduğundan, o, bir neçə gün anası ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi 8 də yerləşən mənzildə qalmışdır. 03 mart 2022-ci il tarixdə 26 yanvar 2022-ci il təvəllüdlü X12 nevroloji xəstəliyi ilə əlaqədar 1 saylı Şəhər klinik (Semaşqa) xəstəxanasında olduğu müddətdə təxminən saat 15 radələrində Şahid1 onların olduğu xəstəxanaya gələrək onunla barışmaq istədiyini bildirmiş, ilk öncə o, onunla barışmaq istəməmiş, lakin daha sonra onunla barışmışdır. Şahid1 ondan şəhərdə gəzməklərini onunla söhbət etmək istədiyini, ondan xahiş etmiş, daha sonra o, əvvələr tanıdığı Əsəd adlı şəxsə zəng vuraraq onları xəstəxanadan götürməsini istəmiş, bir qədər vaxt keçdikdən sonra Əsəd öz idarə etdiyi avtomobili ilə xəstəxanaya gələrək onları xəstəxanadan götürmüşdür. Onlar şəhərdə bir neçə dəqiqə gəzdikdən sonra övladlarını yaşadıqları ünvana aparmışlar. Uşağı evdə qayınanası X4 yanında qoymuşlar. Onlar uşağı evə qoyub çıxdıqdan sonrada Şahid1la yenə mübahisə etmiş, sonra Nurla övladları Nurel Bədəlovaya yaxınlıqda olan magazalardan alış veriş etmişlər. Yolda gedərkən Əsədlə Nurun planları olduğunu görmüş və onlardan onu evə aparmaqlarını istəmiş, Nur və Əsəd cavab olaraq biraz hava dəyişməklərini, həm də, yolda söhbət edib barışmağını demiş, təxminən saat 23 radələrində onlar Bakı şəhərindən çıxmışlar. Şəhərdən çıxan zaman o, Nurdan hara getdiklərini və onu şəhərdə düşürməklərini xahiş etmiş, lakin Şahid1 ona, Əsədlə bir qədər işinin olduğunu və Əsədin uşağın həkiminə görə onlara pul verəcəyini və artıq sual verməməyini bildirmiş, lakin o, onların artıq Bakı şəhərindən çıxdığını görmüş, bir qədər getdikdən sonra o, avtomobilin arxa oturacağında mürgüləmiş və həmin vaxt onlar ona hara gedəcəklərini deməmişdirlər. Təxminən Bəhramtəpə adlanan əraziyə çatana yaxın o, danışıq səslərinə oyanmış və Nurla, X25 Respublikasıyla danışdıqlarını eşitmişdir. Onlar rayona çatdıqda istiqamət lövhəsini axtararaq, İran İslam Respublikasıyla tez-tez görüntülü və zəng edərək danışırdılar. O, bu danışıqları eşitdikdən sonra onlardan bir daha hara və nəyə getdiyini soruşmuş, Nur ona təkrarən Əsədlə işinin olduğunu demişdir. Sonra həmən əraziyə çatdıqda onlar avtomobildən düşmüşdür. Nur telefonla danışadanışa yol kənarına getmiş və sonra Nur təzədən geri qayıdıb Əsədlə birgə nəsə axtarmağa getmişdir. O, Əsəddən nələrin baş verdiyini soruşmuş və Əsəd avtomobilin xarab olduğunu ona demişdir. Onlara yol kənarında niyə dayandıqlarını və qorxduğunu demişdir. Sonra onlar yenə avtomobili qabağa arxaya verərək nəsə axtarmışdırlar. Axtardıqları müddətdə həm də, İran İslam Respublikasına zəng edib harda olduğunu dəqiqləşdirirdilər. Onlar yeri dəqiqləşdirməyə çalışırdılar. X24 Respublikasından danışdıqları şəxsdən “Whatsapp” sosial şəbəkə vasitəsi ilə istiqamət lövhəsinin şəkilin atdıqlarını görmüşdür. Əsəd və Nur ikinci səfər gedib qayıtdıqdan sonra onu avtomobildən düşürtmüşdürlər. Ona avtomobilin xarab olduğunu, düşüb biraz itələyəcəklərini demişdirlər. Daha sonra Nur telefonla danışa-danışa üzü asfalt olmayan qaranlıq tərəfə getmişdir. O, ora gedərkən o və Əsəd avtomobilin yanında gözləmişdirlər. Sonra həmin qaranlıq istiqamətdən qışqırıq səsləri eşidilmişdir. Onların avtomobilə tərəfə gəldiyini, həmin dəqiqə Əsədin qaçaraq avtomobilə oturaraq sürüb qaçdığını görmüşdür. Sərhədçilər onu və Nuru saxlamışdırlar. Daha sonra məlum olmuşdur ki, Nur və Əsəd adlı şəxs əraziyə narkotik vasitələr götürmək üçün gəlmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Əsədi Azərbaycan Respublikası sərhədini qanunsuz keçərkən tanımış, həmin vaxt Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, lakin onun işini Əsədin işindən ayırmışlar və məhkəmə ona cəza vermiş və cəzasını çəkib qurtarmışdır. Belə ki, Azərbaycan Respublikası sərhədini keçmək üçün tanımadığı şəxslərə pul ödəmişdir. Sənədləri qaydasında olmadığından, eləcə də karantin vaxtı Azərbaycana keçə bilmədiyindən qanunsuz sərhədi keçməyi istəmişdir. Onun məhkəməsi Beyləqan rayonunda olduğundan bilir ki, sərhədi Beyləqan ərazisindən Əsədlə birgə keçmişdir. Əsədi də həmin gün tanımışdır. Sərhədi keçərkən Əsədin üzərində bıçaq olmuş, lakin bıçağın ona aidiyyatı olmamışdır. Sərhədi təxminən 2020-ci il tarixdə keçmiş, lakin dəqiq vaxt yadında qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DSX-nin X7 zabiti Şahid3 ifadəsində göstərdi ki, bu tip hadisələr çox olduğundan hadisə tam dəqiq yadında qalmamışdır. Təxminən bir il əvvəl Arazbari və ya Hacırüstəmli kəndi ərazisində zastavanın arxa istiqamətində naməlum avtomobil dayanmış və avtomobildən iki nəfər düşüb yolun kənarında nə isə axtarmağa başlamışlar, daha sonra avtomobilə qayıtmış və bir neçə dəqiqə sonra iki nəfər yenidən avtomobildən təxminən 50-60 metr aralaşıb nə isə axtarmağa başladılar. Həmin şəxslər ərazidə olan torbaları götürüb avtomobilə qayıtmaq istəyərkən saxlamışlar. Həmin vaxt saxlanılan şəxslərdən birinin xanım olması müəyyən edilmiş, digər şəxsin deməsinə görə həmin xanım onun həyat yoldaşı olmuşdur. Həmin şəxsləri müşahidə etmişlər və danışıqlarından nə isə axtardıqlarını bilmiş, birinci dəfə həmin əraziyə gələn şəxslər bağlamanı tapa bilməsələr də xanım həmin əraziyə gəldikdən sonra axtardıqları bağlamanı tapıb götürmüşlər. Həmin bağlamaların ölçüsü və üzərində nə isə yazılması yadında qalmamışdır. Həmin bağlamalara baxış keçirilərkən o, da iştirak etmiş və həmin şəxslər bağlamaları götürmək üçün gəldiklərini bildirmişlər və hər hansı hala etiraz etməmişlər. Həmin şəxsləri saxladıqdan sonra avtomobildə olan şəxs yəqin ki, səsləri eşitdikdən sonra avtomobili yüksək sürətlə idarə edərək ərazidən uzaqlaşmış və onu saxlamaq mümkün olmamışdır. Həmin vaxt Şahid1 ərazidə olan bağlamanı götürdüyünü, daşıdığını görmüş, onu saxlayarkən bağlamanı əlindən yerə atıb qaçmaq istəmişdir. Həmin bağlamada nə olmasını dəqiq xatırlamasa da əksər hissəsinin marixuana olması yadında qalmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - DSX-nin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, 04.03. 2022ci il tarixdə saat 04:03-də 2-ci sərhəd zastavasının 24-25-ci sahələrində mühəndis texniki qurğuları boyu avtomobil yolunda “Sərhəd gözətçisi” sərhəd naryadı tərəfindən İran İslam Respublikası ərazisində sərhəd zastavasının 30-1-ci sahələri istiqamətində 1 ədəd avtomobilin hərəkəti müşahidə olunmuş, qeyd edilən avtomobil 22-ci sahə istiqamətinə çatdıqda dayanaraq işıqlarını söndürmüş və 5 dəqiqədən sonra hərəkətini davam etdirmişdir. Sərhəd naryadı tərəfindən sərhəd zastavasına məlumat verilmiş və ərazi müşahidə altında saxlanılmışdır. Aparılan əməliyyat axtarış tədbirləri zamanı təqribən saat 04:25-də sərhəd zastavasının arxa isiqamətindən keçən Biləsuvar-Bəhrəmtəpə avtomagistral yolunun İmişli rayonu Aranlı kəndindən keçən hissəində - Aranlı kəndi yaxınlığında 1 ədəd şübhəli avtomobilin 15 dəqiqə dayanaraq sonradan ərazidən uzaqlaşması barədə məlumat daxil olmuş, tədbirlər nəticəsində özlərini Bakı şəhər sakinləri Şahid1 və Şahid2 kimi təqdim edən şəxslər saxlanılmış, üzərilərinə baxış keçirilərkən 3 ədəd bağlamanın olması müəyyən edilmişdir. Həmin şəxslər ətrafında aparılan filtirasiya tədbirləri zamanı onların xx.xx.2022-ci il tarixdə gecə saatlarında Gəncə şəhər sakini Təqsirləndirilən şəxs məxsus “Opel Zafira” markalı avtomobillə ərazidən narkotik vasitələrin götürülməsi məqsədi ilə sərhəd zastavasının ərazisinə gəldikləri müəyyən edilmişdir. Qeyd edilən faktla bağlı sərhəd zastavasının ərazisində nəzarətedici vasitələrə baxış keçirilmiş, nəzarət iz zolağı və əsas mühəndis çəpərində dövlət sərhədinin pozulması əlamətləri aşkar edilməmiş, narkotik vasitənin İİR ərazisindən gətirilərək nəzarətedici vasitələrə müdaxilə edilmədən arxa istiqamətə atılması ehtimal edilir.( İ cild, i.v. 7-8 ) - “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” 02 mart 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Biləsuvar (Cəbrayıl) rayonu 6-cı qəsəbəsi istiqamətindən külli miqdarda narkotik vasitələrin keçirildiyi və qeyd edilən yerdə gizlədildiyi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında Biləsuvar- Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Aranlı kəndi istiqamətindən narkotik vasitələri götürən şəxs və ya şəxslərin saxlanılması məqsədi ilə sərhəd naryadı təşkil edilmişdir.( İ cild, i.v. 9-10 ) - “Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin İmişli rayonu ərazisində yerləşən 2-ci sərhəd zastavasının 22-ci sahəsidir. 2-ci sərhəd zastavasında Azərbaycan Respublikası istiqamətində 7 nömrəli Cəbrayıl qəsəbəsi yerləşir. 22-ci sahədən Şahid1 və Şahid2 saxlanıldığı yerə qədər olan məsafə 1000 metrdir. Həmin şəxslərin saxlanıldığı yerdə bir ədəd qara rənli üzərində “adidas” sözləri yazılmış idman çantası, bir ədəd qara rəngli, üzərində qırmızı zolaqlar olan və “deuter” sözü və bir ədəd üzərində “Razzagh” sözü yazılmış torbalar aşkar olunaraq götürülmüşdür. Şahid1 həmin torbaları oradan götürmək üçün həmin əraziyə gəldiyini bildirmişdir. ( İ cild, i.v. 11-13) - “Aşkar edilmiş predmetə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 və Şahid2 saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş torbaların daxillərinə baxış keçirildi, torbalarda 15 kiloqram marixuanaya bənzər, 860 qram tiryəkə bənzər, 50 qram heroinə bənzər, 50 qram metanfetaminə bənzər maddələr, 110 konvalyut (1650 ədəd) üzərinə “Pregabalin 150” yazılmış həblər aşkar olunmuşdur. (İ cild, i.v. 14-15 ) -Materialların məhkəmə ekspertizasının 05 mart 2022-ci il tarixli, 6/1332 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “2003 N-li HƏRBİ HİSSƏ LİTER Ə” dairəvi möhür əksi olan 1 ədəd sarı rəngli sellofanda 110 ədəd üzərində “Pregabalin 150” yazılan konvalyutda hər birində 15 ədəd olmaqla, ümumi sayı 1650 ədəd narıncı-göy rəngli kapsulalar güclü təsir edən maddə-preqabalin olub, 1650 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 247,50 qramdır. Bir ədəd parça torbada, 1 ədəd qara qırmızı rəngli bel çantasında və 1 ədəd qara rəngli idman çantasında 20 ədəd bağlamda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 900,3 qr, 850,8 qr və 960,4 qram, 190,3 qr, 200,7 qr, 650,4 qr, 1400,8 qr, 700,4 qr, 600,2 qr, 600,3 qr, 990,0 qr, 690,4 qr və 940,9 qram, 185,5 qr, 205,4 qr, 1064,2 qr, 900,6 qr, 800,4 qr, 950,8 qr və 826,5 qram olmaqla, ümumi çəkisi 14609,3 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır, 1 ədəd bağlamada təmiz çəkisi 835,3 qram qətranabənzər maddə tiryəkdir, 1 ədəd bağlamada təmiz çəkisi 38,1 qram qəhvəyi rəngli maddə heroindir, 1 ədəd bağlamada təmiz çəkisi 42,9 qram ağ rəngli kristalşəkilli maddə metamfetamindir.(İ cild, i.v.74-78 ) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 mart 2022-ci il tarixli qərardan görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 82-83) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 mart 2022-ci il tarixli qərardan görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 94-95) - 05 mart 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin ibtidai istintaqının davam etdirilməsi DSX-nin İstintaq və Təhqiqat İdarəsinə həvalə edilmişdir. (İ cild, i.v. 147-148) - 11 mart 2022-ci il tarixli qərardan görünür ki, aparılmış ekspertiza tədqiqatından sonrakı 835,25 qram tiryək qalığı, 42,85 qram metamfetamin qalığı, 38,05 qram heroin qalığı 1640 ədəd kapsul Preqabilin qalığı, 14608,3 qram marixuananın qalığı maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerində saxlanılır. (İ cild, i.v. 149-150) -“şəxsin fotoşəkil üzrə tanınması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 kişi cinsindən olan müxtəlif şəxslərin 4 ədəd şəkli tanıma üçün təqdim edilmiş, sonuncu “2” nömrə altında olan fotoşəkildə olan şəxsin Əsəd adlı şəxs olduğunu və onu tanıdığını bildirmişdir. (İİ cild, i.v. 8-15) -“şəxsin fotoşəkil üzrə tanınması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X1 cinsindən olan müxtəlif şəxslərin 4 ədəd şəkli tanıma üçün təqdim edilmiş, sonuncu “2” nömrə altında olan fotoşəkildə olan şəxsin Əsəd adlı şəxs olduğunu və onu tanıdığını bildirmişdir. (İİ cild, i.v. 19-20) -“şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 04 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer məlum olmadığından barəsində axtarış elan edilmiş və tutulması qərara alınmışdır. (İİ cild, i.v. 28-29) - DSX-nin Əməliyyat-axtarış Baş idarəsinin vəzifəli şəxsinin imzaladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissənin 24-cü SZ-nin xidməti ərazisindən dövlət sərhəddini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına keçmiş daha sonra xx.xx.2020-ci il tarixdə 21-ci SZ-nin xidməti ərazisindən AR vətəndaşı Şahid7 ilə birlikdə qeyri-qanuni yolla İİRdən AR-ə keçməyə cəhd göstərərkən DSX əməkdaşları tərəfindən saxlanılmışdır. Lakin saxlanılmış şəxslər istintaq orqanına gəlməmişlər. Fakt üzrə ********* nömrəli cinayət işi üzrə şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və Əməliyyat-Axtarış baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə 459 nömrəli əməliyyat-axtarış işi açılmışdır. (İİ cild, i.v. 95) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş Şahid1 adına açılmış 2210/2022 nömrəli “Məhkumun tibbi kitabçası”ndan görünür ki, Şahid1 xx.xx.2022-ci il tarixdə BİT-ə daxil olmuş, həbs olunmazdan əvvəl hər hansı xəsarət almadığını bildirmiş, baxış zamanı bədəni üzərində yalnız “təpə nahiyyəsində köhnə sıyrıq toxuması” aşkar edilmişdir. (İİ cild, i.v. 142-146) - 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs, şəxsiyyəti istintaqa “Tolik” adı ilə məlum olan İİR vətəndaşı və cinayətin digər iştirakçıları barəsində Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (İİ cild, i.v. 179-181) - Şahid1 və Şahid2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndiriləmələrinə dair ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ittiham aktı Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. (İİ cild, i.v. 184- 196) - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliaksı CM-in 318.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi sonuncunun Azərbaycan Respublikaksı CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilməsi qərara alınmışdır. (İİ cild, i.v. 198-199) - N №-li hərbi hissənin komandirinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 22:45-dən xx.xx.2020-ci il tarixə saat 03:45-dək 21-ci sərhəd zastavasının sağ cinahına 14-1-ci sahəsinə təyin olunmuş sərhəd naryadı xx.xx.2020-ci il tarixdə saat 02:00-da mühəndis texniki çəpərindən asılmış bir ədəd şəffaf rəngli polietilen torbanın olmasını aşkar etmiş və bu barədə sərhəd zastavasına məlumat vermişdir. Məlumata əsasən sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandasına qaldırılaraq həmin əraziyə doğru hərəkət etmişlər. Axtarış zamanı mühəndis texniki çəpərdən 30 metr aralı tikanlı kol və qamış bitkilərinin arasında gizlənmiş 2 nəfər şəxs aşkar edilərək saxlanılmışdır. Saxlanılan şəxslərin saxlanıldığı əraziyə baxış keçirilərkən 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. İlkin sorğu zamanı həmin şəxslər özlərini Təqsirləndirilən şəxs və Şahid7 kimi təqdim etmişlər və İİRdan qeyri qanuni yolla Azərbaycan Respublikasına gəldiklərini bildirmişlər. (İİİ cild, i.v. 4) - “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2020-ci il tarixdə, saat 09:10-da İXM-in 570-ci maddəsində göstərilmiş inzibati xətanı törətdiyindən tutulmuşdur. (İİİ cild, i.v. 18 ) - “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində bir ədəd içərisi boş vəziyyətdə qırmızı rəngli pul qabı aşkar edilmişdir. (İİİ cild, i.v. 19) - “Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin Beyləqan rayonu 2-ci Şahsevən kəndi ərazisində yerləşən 21-ci sərhəd zastavasının 1-ci sahəsidir. 21-ci sərhəd zastavasından 2-ci Şahsevən kəndinədək məsafə 50 metrdir. 21-ci sərhəd zastavasının 1-ci sahəsinə qədər olan məsafə 5000 metrdir. 1-ci sahənin İİR istiqamətində Parsabad rayolnu Oltan kəndi yerləşir, oraya qədərə məsafə 500 metrdir. Baxış zamanı mühəndis texniki çəpərin çöl istiqamətində iki nəfərə məxsu ayaq izlərinin olması,Təqsirləndirilən şəxs və Şahid7 saxlanıldıqları ərazidə 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. (İİİ cild, i.v. 23-25 ) - “aşkar olunmuş əşya və predmetlərə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 02 radələrində 21-ci sərhəd zastavasının 1ci sahəsində aşkar edilmiş bir ədəd bıçağa baxış keçirilmiş və xüsusiyyətləri qeyd edilmişdir. (İİİ cild, i.v. 27 ) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 11 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Vaqif Əsədov həmin tarixdə saat 12:10-da şübhəli şəxs qismində tutulmuşdur. (cild 03, i.v. 59) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İİİ cild, i.v. 75-76) - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(009)-462/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş, Əsəd Əsdəov məhkəmə iclas zalından həbsdən azad edilmişdir. (İİİ cild, i.v. 111-115) - xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. (İİİ cild, i.v. 118) - məhkəmə ballistik ekspertizasının 02 oktyabr 2020-ci il tarixli 3/1163 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi ov təyinatlı bıçaqdır, soyuq silah hesab edilir və üzərində sonradan düzəlişlər edilməmişdir. (İİİ cild, i.v. 185-188) - 22 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsindən həmin Məcəllənin 318.2 və 228.4-cü maddələrinə tövsif edilmişdir. (İİİ cild, i.v. 189) - 20 noyabr 2020-ci il tarixli qərardan görünür ki, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə Təqsirləndirilən şəxs barəsində tutulma prosessual məcburiyyət tədbiri tətbiq edilməsi, sonuncunun olduğu yer müəyən edilmədiyindən barəsində axtarış elan edilməsi qərara alınmışdır. (İİİ cild, i.v. 199-200) - 30 noyabr 2020-ci il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş 01 ədəd ov bıçağı maddi sübut kimi tanınmış və saxlanılması DSX-nin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. (İİİ cild, i.v. 203) - 01 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid7 təqsirləndirildikləri ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 318.2 və 228.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (İİİ cild, i.v. 216-217) - 07 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulma prossesual məcburiyyət tədbri tətbiq edilməsi, sonuncunun olduğu yer müəyyən edilmədiyindən barəsində axtarış elan edilməsi qərara alınmışdır. (İİİ cild, i.v. 218-219) - 07 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 318.2 və 228.4-cü maddələri ilə ********* nömrəli cinayət iş üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (İİİ cild, i.v. 220) - Şahid7 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə təqsirləndiriləməsinə dair ********* nömrəli cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş ittiham aktı Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş və cinayət işi baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. (İİİ cild, i.v. 221-228) - Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Şahid7 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. (İİİ cild, i.v. 229-232) - 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 318.2. 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin ibtidai istintaqının davam etdirilməsi DSX-nin İstintaq və Təhqiqat İdarəsinə həvalə edilmişdir. (İV cild, i.v. 7-9) - 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət iş üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (İV cild, i.v. 10-11) - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs DSXnin baş əməliyyat müvəkkili Nicat Əliyevə təhvil verilmişdir. (İV cild, i.v. 17) - 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanıldığı üçün ********* nömrəli cinayət iş üzrə icraat təzələnmişdir. (İV cild, i.v. 18-19) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İV cild, i.v. 29-30) - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-134/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (İV cild, i.v. 46-49) - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsi, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Şahid1 qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının şübhəli şəxs qismində tutulduğu 04 mart 2022-ci il tarixdən hesablanması, Şahid2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsi, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Şahid2 qəti olaraq 9 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının şübhəli şəxs qismində tutulduğu 04 mart 2022-ci il tarixdən hesablanması, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə onlara narkomaniyadan məcburi müalicəyə təyin edilməsi və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmaları barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. (İV cild, i.v. 132-157) - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 mart 2023-cü il tarixli, 1289 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İV cild, i.v. 161-162) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 mart 2023-cü il tarixli 791 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Şahid1 məcburi müalicəyə ehtiyacı yoxdur, hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. (İV cild, i.v. 163-164) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 228.4, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. (İV cild, i.v. 165-167) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci və “Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarlarında göstərilmişdir ki, “cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə və ona ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə göstərilən hüquqi mövqeyə uyğun olaraq, iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməlin ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilib-edilməməsinə hüquqi qiymət verilməsi üçün aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda təkrarən keçmə, həmin Məcəllənin 228.4-cü maddəsində qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə, həmin Məcəllənin 206.3.2-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və ya kənar keçirilməsi, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və ya satma cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-in: 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, Şahid1, Şahid2 və İİR vətəndaşı ilə əvvəlcədən müvafiq məzmunda razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup halında külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri İİR-dən Azərbaycan Respublikasına Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmişlər. İbtidai istintaq orqanı bu nəticəyə gəlməsini iş materiallarında olan istintaq hərəkətinin protokolları, ekpsertiza rəyləri və digər sübutlar əsasında gəlmişdir. Məhkəmənin mövqeyinə görə, qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən iki və daha çox şəxsin qabaqcadan razılaşması dedikdə, Azərbaycan Respublikası CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılığa gəlmələri, yəni cinayət əməlinin iştirakçılarının birlikdə və ya fərdi qaydada qarşılıqlı razılaşma əsasında qaçaqmalçılıq əməlinin törədilməsinə yönələn dispozitiv hərəkətləri törətmələri başa düşülür. Bu mənada qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış qrupun üzvü cinayətin törədilməsi məqsədi ilə uğurlu şəraitin yaradılması və ya törədilməsi üçün hər hansı hərəkət etdikdə o, cinayətin iştirakçısı olur. Qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin əlamətlərinin dəqiq dairəsi də Azərbaycan Respublikası CM-in 206-cı maddəsinin dispozisiyasında göstərilmişdir. Həmin dispozisiyada nəzərdə tutulmuş bütün hərəkətlərin eyni şəxs tərəfindən törədilməsi digər şəxslərin həmin cinayətin törədilməsində iştirakını istisna edir. Qaçaqmalçılıq yolu ilə, yəni əşyanın gömrük sərhəddindən keçirilməsindən sonra həmin əmlakı qəbul etmiş şəxsin hərəkətlərində qaçaqmalçılığa görə cinayət məsuliyyəti nəzərdə tutan həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərdən hər hansı birinin olmaması şəxsin hərəkətlərində Azərbaycan Respublikası CM-in 206-cı maddəsinin tərkibinin olmasını istisna edir. Çünki, məhkəmədə araşdırılan cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslərin cinayət əməlinin predmetini təşkil edən kütlələrin xarici ölkənin ərazisində əldə olunmasında, onun saxlanılmasında, daşınmasında, gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirilməsində iştirak etməsini təsdiq edən sübut müəyyən olunmamışdır. Həmçinin qeyd edilməlidir ki, məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş, ittiham tərəfindən də sübut kimi məhkəməyə təqdim edilmiş Şahid1 həm şübhəli ,həm də təsirləndirilən şəxs qismində müxtəlif tarixlərdə verdiyi və cinayət işi materiallarına əlavə edilmiş ifadələrində “...03 mart 2023-cü il tarixdə Əsəd adlı şəxs mənə zəng edərək uşağım üçün dərmanların gəldiyini bildirmiş, buna görə dərmanları götürmək üçün Əsədlə birlikdə İmişli rayonuna yola düşdük. Yolda olarkən Əsəd bizə həmin yerdə narkotik vasitələrin də qoyulduğunu, dərmanların mənim, narkotik vasitələrin isə özünün götürəcəyini dedi...” fikirləri qeyd edilmişdir. Həmin ifadələrdən də görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin artıq Azərbaycan Respublikası ərazisində qoyulması barədə Şahid2 və Şahid1 məlumat verir, lakin həmin narkotik vasitələrin haradan gətirilib həmin əraziyə qoyulması, narkotik vasitələrin həmin yerə qoyulmasında qabaqcadan məlumatının olub-olmaması barədə hər hansı fikir bildirmir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Məhkəmə bu hüquqi mövqeyə əsaslanaraq belə nəticəyə gəlir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən sonra bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etməmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsində qəbul etmiş şəxs cinayətin köməkçisi kimi də qəbul edilməməlidir. Həmçinin məhkəmə yuxarıda qeyd edilən hüquqi mövqedən çıxış edərək belə nəticəyə gəlir ki, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi tövsif edilməsi üçün həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsinin bu barədə əvvəlcədən razılaşmış iki və ya daha çox şəxs tərəfindən törədilməsinin müəyyən edilməsi tələb olunur. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmununda sonuncunun qaçaqmalçılıq cinayət əməlinin obyektiv cəhətini Şahid1 və Şahid2, eləcə də “Tolik” adlı İİR vətəndaşı ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdikləri göstərilsə də, cinayət işi materiallarında bu halı, eləcə də həmin cinayət əməlinin obyektiv cəhətinə aid əlamətlərin baş verməsini təsdiq edən hər hansı sübut növü mövcud deyildir. Digər tərəfdən, cinayət işi materiallarında Təqsirləndirilən şəxs həmin kütlələrin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyindən qabaqcadan məlumatlı olmasına dair hər hansı sübut növü, o cümlədən sonuncuların bu məzmunda etirafedici ifadələri, şahid ifadələri, eləcə də telefon danışıqları haqqında məlumatlar mövcud deyildir. Əksinə: - Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadələrində “...dərmanları götürmək üçün Əsədlə birlikdə İmişli rayonuna yola düşdük. Yolda olarkən Əsəd bizə həmin yerdə narkotik vasitələrin də qoyulduğunu, dərmanların mənim, narkotik vasitələrin isə özünün götürəcəyini dedi...” deyə bildirmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə bu halı təsdiq etməmişdir. -Cinayət işi materiallarında olan izahatdan görünür ki, Şahid1 saxlanılarkən üzərində “Samsung A12” markalı mobil telefon olmuş və həmin telefon tədqiq edilməsi üçün məhkəmə komuter texniki ekspertizası təyin edilmiş və həmin ekspertizanın rəyinə əsasən həmin telefon istifadəçi tərəfindən tətbiq edilmiş “qrafik açarla” mühafizə olunduğundan həmin telefonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanın olmaması müəyyən edilmişdir. (İ cild, i.v 247-250) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılq cinayətini törətməsinin sübutlarından biri də Şahid1 mobil telefonunda aşkar edilənlər (səs yazıları, smslər, fotooşəkillər) ola biləcəyi halda istintaq orqanı tərəfindən həmin mobil telefonun açılması və baxış keçirilməsi ilə bağlı hər hansı hərəkətlər edilməmiş, telefonun ekran kilidinin nə olması barədə Şahid1 hər hansı sual verilməmiş, bu hal ümumiyyətlə istintaq orqanın marağında olmamışdır. - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə görünür ki, Şahid1 və Şahid2 Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilmiş, həmin hökmdən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, məhkum edilmiş şəxs Şahid1, onun müdafiəçisi X10 və məhkum edilmiş şəxs Şahid2 tərəflərindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli, 1(099)-159/2023 nömrəli hökmü həmin apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərkibi hesab edir ki, yalnız Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələrində həmin kütlələrin İran İslam Respublikasından göndərilməsini onlara Təqsirləndirilən şəxs bildirməsi, yalnız sonuncunun onlara dedikləri əsasında həmin kütlələrin İİR vətəndaşı olmasının ehtimal edilməsi, lakin bunu təsdiq edəcək hər hansı sübutun olmaması Təqsirləndirilən şəxs CM-in 206.3.2-ci maddəi ilə ittiham verilməsini əsassız edir. Qaçaqmalçılıq cinayəti ilə bağlı yuxarıda şərh olunan hüquqi mövqelərə görə göstərilən kütlələri göndərən şəxsin İİR vətəndaşı olmasının müəyyən edilməsi belə özüözlüyündəƏsəd Əsdəova həmin kütlələrin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyini qabaqcadan bilməsinə əsas vermir. Bu hal konkret sübut növləri ilə müəyyən edilməli və ya sübut edilməlidir. Ümumiyyətlə isə ittihamda göstərilən narkotik vasitənin xaricdə və ya ölkə ərazisində olması, narkotik vasitənin ölkə ərazisinə nə vaxt gətirilməsi, təqsirləndirilən şəxsin narkotik vasitənin ölkə ərazisinə keçirilməsində hansı qaydada iştirak etməsi kimi suallara cinayət işinin materiallarında cavab tapılmır. Belə olan halda təqsirləndirilən şəxsin qeyd olunan hərəkəti yalnız qabaqcadan əlbir olan bir qrup şəxs qismində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Yuxarıda göstərilən hallara əsasən Təqsirləndirilən şəxs göstərilən kütlələri cinayətkar qrupun digər üzvləri tərəfindən əldə edilməsindən əvvəl Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyindən qabaqcadan məlumatlı olmasına dair hissəsi cinayət işi materiallarında olan hər hansı sübut növü ilə təsdiq edilməyən ehtimal xarakterlidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda göstərilən qaçaqmalçılıq cinayət əməlinin obyektiv cəhətini icra etməsini və ya həmin cinayətin törədilməsinə köməklik etməsini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə şərh olunanlara əsasən cinayət işi materialları ilə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitələrin İİR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinin obyektiv cəhətini icra etməsi və ya həmin cinayətin törədilməsinə köməklik göstərməsinin sübut edilməməsinə və ya müəyyən edilməməsinə görə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanının həmin şəxsə qarşı irəli sürdüyü ittihamın qaçaqmalçılıq cinayətinə dair hissəsinin sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxs kimi sonuncunun xeyrinə həll edilməli olduğu halda, ona qarşı Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə şübhə və ehtimallar üzrə ittiham irəli sürməsi əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-in 42.1.4 və 350.2-ci maddələrinin məzmunundan görünür ki, məhkəmə baxışı nəticəsində həmin Məcəllənin 39.2-ci maddəsində nəzərdə tutulmuş halın, yəni şəxsin təqsirliliyinin sübuta yetirilmədiyi müəyyən edildiyi halda bəraət hökmü çıxarılır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Ona görə ki, onun həmin cinayət əməlini törətməsinə dair təqsirliliyi cinayət işi materialları ilə sübuta yetirilmir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun müvafiq cinayət əməlini törətməsinə dair təqsirinin cinayət işi materialları ilə sübuta yetirilməməsi səbəbindən ona Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət verilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinə müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla birbir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Şahid1 və Şahid2 uşaqları üçün dərman götürmək üçün İmişli rayonuna getdiyini, onların narkotik vasitələr də götürəcəyindən məlumatları olmadığını, Şahid1 və Şahid2 saxlanıldıqları ərazidə qorxduğu üçün avtomobilini idarə edib qaçdığını, Şahid1 və Şahid2 ona qarşı yalan ifadələr verib narkotik vasitələr barədə məlumatlı olmasına dair üzərinə şər atdıqlarını deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, qeyd edilən cinayət işinin ayrıldığı digər cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid1 müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində Təqsirləndirilən şəxsla yolda gələrkən sonuncunun həmin ərazidə narkotik vasitələr də qoyulduğunu ona dediyini, həmçinin narkotik vasitə olan torbaları götürmək üçün gedərkən Şahid2 ona “burada bir torba olacağı deyildiyi halda 3 torba olduğunu deməsini göstərməsi bir daha həmin şəxslərin onlara ittiham elan edilmiş əməli törətmələrini təsdiq edir. Göründüyü kimi, təqsirləndirilən şəxs Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində saxlanıldığı əraziyə gələrkən orada narkotik vasitələr olması barədə məlumatı olduğunu, hətta bu barədə Şahid2 da məlumatlı olduğunu göstərmişdir. Lakin təqsirləndirilən şəxs Şahid1 və Şahid2 məhkəmə baxışı dövründə verdiyi ifadələrində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onların qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin hazırkı məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 da ifadəsində bildirmişdir ki, həmin gün o, avtomobilin arxa oturacağında oturmuş, Təqsirləndirilən şəxs və Şahid2 isə iranlı şəxslə gedəcəkləri yolun istiqaməti barədə danışmışlar, lakin o, həmin şəxslərin narkotik vasitələr barədə danışıb-danışmadıqlarını eşitməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DSX-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Şahid1 yolun kənarındakı çöllük ərazidən torbaları götürüb hərəkət yoluna çıxarkən saxladıqlarını, bu zaman Şahid1 torbaları yerə atıb qaçmaq istədiyini, Şahid2 da həmin vaxt Şahid1 yanında olduğunu, saxlanılarkən Şahid1 şifahi sorğu zamanı narkotik vasitələrin ona məxsus olmasını, tanımadığı şəxs tərəfindən həmin əraziyə qoyulduğunu və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq Şahid1 həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxs Şahid1 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, hazırkı cinayət işi üzrə şahid, barəsində olan cinauyət işi üzrə isə təqsirləndirilən şəxslər Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı həm də Cinayət Məcəlləsinin 318.2 və 228.4-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə tərkibi hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdiyi tam etirafedici ifadələri, həmçinin cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri, istintaq hərkətləri protokolları və digər sənədlərlə Cinayət Məcəlləsinin 318.2 və 228.4-cü maddələrində göstərilən əməllərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini tam təsdiq edir və ibtidai istintaq orqanı düzgün oalraq sonuncunun əməlini həmin maddələrlə tövsif etmişdir. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.2, 228.4, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və X11 ifadələri, “hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında”, “aşkar olunmuş əşya və predmetlərə baxış keçirilməsi haqqında” 10 sentyabr 2020-ci il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında”, “aşkar edilmiş predmetlərə baxış keçirilməsi haqqında” 04 mart 2022-ci il tarixli protokollar, digər istintaq hərəkəti protokolları, məhkəmə ballistik ekspertizasının 3/1163 nömrəli 02 oktyabr 2020-ci il tarixli, məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 mart 2022-ci il tarixli rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr, psixotrop maddələr və onlara aid olmayan güclü təsir edən maddələr, soyuq silah hesab edilən bıçaq , yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop maddələr və onlara aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə əldə etmək üçün barələrində cinayət işi ayrılmış və məhkəmənin yuxarıda qeyd edilən hökmü ilə təqsirli bilinmiş Şahid1 və Şahid2 ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, DSX-nin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd zastavasının arxa tərəfində gizlədilmiş narkotik vasitələr, psixotrop maddələr və onlara aid olmayan güclü təsir edən maddələri götürmək üçün Nur Bələov və Şahid2 ilə həmin yerə gəlmiş, aralarında olan rol bölgüsünə əsasən o, avtomobili saxlayıb ətrafı müşahidə etmiş, sonuncular ilə avtomoildən düşərək hazırkı cinayət işi üzrə ittihamda göstərilən həcmdə narkotik vasitələr, psixotrop maddələr və onlara aid olmayan güclü təsir edən maddələri götürərək satış məqsədi ilə saxlamış, daşımış və həmin zaman da saxlanılmışlar, Əsəd Əsəd isə hadisə yerindən qaçmışdır. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətmələri təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2, 228.4, 234.4.1-ci, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.2, 228.4, 234.4.1-ci, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 228.4, 234.4.1-ci, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 318.2, 228.4, 234.4.1-ci, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Buna görə də o, Azərbaycan Respublikası CM-in 318.2, 228.4, 234.4.1-ci, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsində isə 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 318.2-ci maddəsində 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur . (İİİ cild, i.v. 72) - Bakı şəhəri, Nərimanov rayonu MKTB-nin 37 saylı Mənzil Komunal İstismar Səhəsindən verilmiş 12 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Şahid1 Bakı şəhəri, N.Şahbazov küçəsi 44, ev 18-də Ağdam rayonundan olan məcburi köçkün kimi yerləşib. Yaşadığı müddət ərzində onun və ailəsinin barəsində istər hüquq mühafizə orqanları, istərsə də qonşuları tərəfindən 37 saylı MKİS-ə heç bir şikayət və təqsirləndirici material daxil olmamışdır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətini xarakterizə edən halı, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən halın olmadığını, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını, yalnız törətdiyi CM-in 31.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində cinayətin təkrar törədilməsinin cəzasını ağırlaşdıran hal olmasını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 318.2, 228.4, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, cinayətin törədilməsində iştirak dərəcələrinə əsasən təyin edilməlidir. Buna görə də onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsndə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə təqsirləndirilən şəxs qismində tutulduğu 24 fevral 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 sentyabr 2020-ci il tarixdən 12 sentyabr 2020-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılmaqla və üzərində qəti olaraq cəzası saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 06 mart 2023-cü il tarixli, 1289 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə 02 oktyabr 2020-ci il tarixli məhkəmə-ballistik ekspertizasına görə ekspertə ödənilməli haqq kimi 64 (altımış dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 64 (altımış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 42,85 qram metamfetamin, 38,05 qram heroin, 835,25 qram tiryək, 14608,3 qram marixuana və 1640 ədəd preqabilin kapsulunun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınmalı, eləcə də iş üzrə maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 51-2, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.2, 228.4, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 sentyabr 2020-ci il tarixdən 12 sentyabr 2020-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 10 (on) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə təqsirləndirilən şəxs qismində tutulduğu 24 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. 02 oktyabr 2020-ci il tarixli məhkəmə-ballistik ekspertizasına görə ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 64 (altımış dörd) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 42,85 qram metamfetamin, 38,05 qram heroin, 835,25 qram tiryək, 14608,3 qram marixuana və 1640 ədəd preqabilin kapsulunun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-289/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-289/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver