Məhkəmə qərarları › İş №1(099)-289/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-289/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-289/2025 02.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi- X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 02 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzası 04 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2023-cü il tarixdə İcra və Probasiya şöbəsində qeydiyyatdan çıxarılmış, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq təcrixanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-nin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 02 may 2025-ci il tarixdə saat 12:20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 2 nömrəli məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan tarixdə və mənbədən külli miqdarda, təmiz çəkisi 5.490 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və xeyli miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 0.16 qram təşkil edən 4 (dörd) ədəd narkotik vasitə metadon həblərini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 01:50 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Kürdəmir şəhəri Aran qəsəbəsi ərazisində saxlanılaraq üstü yoxlanılan zaman, əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən bir ədəd üzərində “Mentos” yazısı olan plastik qabın içərisində bir ədəd polietilen bükümdə külli miqdarda təmiz çəkisi – 5.490 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində “Methodone 40” göstəricisi olan iki ədəd konvalyut kəsiyində ümumilikdə 4 (dörd) ədəd qəhvəyi rəngli, dairəvi formalı xeyli miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 0.16 qram təşkil edən narkotik vasitə metadon həbi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkomaniya xəstəliyindən əzab çəkməsi ilə əlaqədar Kürdəmir rayon Mərkəzi xəsətəxanasında, psixi xəstəlikdən əziyyət çəkməsi ilə əlaqədar isə Maştağada yerləşən xəstəxanada qeydiyyatdadır. Maştağada yerləşən xəstəxanada müalicədə olarkən tanış olduğu adını xatırlamadığı şəxsdən istifadəsi üçün narkotik vasitə istəmiş, həmin şəxs də narkotik vasitəni bir yerə atıb həmin yer barədə ona məlumat verəcəyini bildirmişdir. O, xatırlamadığı tarixdə həmin şəxslə aralarındakı razılığa uyğun olaraq metamfetamini Bakı şəhərində “Koroğlu” metrostansiyasının yaxınlığında körpünün altında səkinin kənarından götürmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində aşkar edilmiş 4 (dörd) ədəd metadon həbini isə ona narkomaniya xəstəliyindən əzab çəkməsi ilə əlaqədar Kürdəmir rayon Mərkəzi xəstəxanasından vermişlər. Eləcə də, üzərində aşkar edilmiş qurudulmuş marixuananı tutulmamışdan təxminən bir ay əvvəl Kürdəmir-İmişli yolunun kənarında kibrit qutusunda tapmış və bir hissəsini istifadə etmişdir. Polis əməkdaşları onu 04 dekabr 2024-cü il tarixdə gecə saatlarında Kürdəmir rayonu Aran qəsəbəsində Namiq adlı şəxsin işlətdiyi bərbərxananın qarşısında saxlamış və üzərinə baxış keçirərək narkotik vasitələri aşkar etmişlər. O, üzərində aşkar edilmiş metadon həblərini xəstəxanadan əldə etdiyini desə də, polis əməkdaşları ona inanmayaraq döymüşlər. İstintaq təcridxanasına daxil olarkən tibbi müayinə zamanı bədənində heç bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs son sözlə çıxış edərək məhkəmədən cəza təyin edilərkən himayəsində iki azyaşlı uşağının olmasını, uşaqlarından birinin astma xəstəsi olmasını, bacısının ağır onkoloji xəstə olmasını, qoca anasının da onun himayəsində olmasını, psixi xəstəlikdən əziyyət çəkməsini, qapalı yerlərdə tez-tez epilepsiya tutmalarının olmasını, ailəsinin ağır sosial vəziyyətdə olmasını nəzərə almağı xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 04 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə Kürdəmir rayon Polis şöbəsinin rəisinə raportla məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə 04 dekabr 2024-cü il tarixdə gecə saat təxminən 02-03 radələrində Kürdəmir rayonu Aran qəsəbəsinə gələrək qəsəbə ərazisində hərəkətdə olan Təqsirləndirilən şəxs saxlamış, saxladıqdan sonra özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçənin sol cibindən “Mentol” saqqız qabının içində üç bükümdə qurudulmuş marixuana, bir bükümdə metamfetamin və metadon həbləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs xəstəxanada müalicə aldığından həblərin ona xəstəxanadan verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir psixi təsir və ya fiziki zorakılıq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid4 şahid X3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək yuxarıda qeyd olunan xüsusatları təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan, «cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (Cild 1, i.v.1;) İşdə olan, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis mayoru Şahid2 xx.xx.2024-cü il tarixli raportu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, daşıması və qəbul etməsi barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsulla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (Cild 1, i.v 3;) İşdə olan, «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair» xx.xx.2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Kürdəmir RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən qərar qəbul olunmuşdur. (Cild 1, i.v 4-5;) İşdə olan, xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişin əks olunduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol içəri cibindən 01 (bir) ədəd “Mentos” markalı saqqız qutusunun içərisindən 03 ədəd şəffaf rəngli polietilen bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 01 ədəd polietilen bükümdə psixotrop bənzər metamfetaminə bənzər və 04 ədəd “Metadon 40” həbinə bənzər həblər aşkar olunaraq götürülmüşdür. 03 ədəd şəffaf rəngli polietilen bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin büküm ilə birlikdə çəkisi 01 qram, 01 ədəd polietilen bükümdə psixotrop bənzər metamfetaminə bənzər kütlənin büküm ilə birlikdə çəkisi 5,63 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd şəffaf rəngli polietilen bükümlərdə olan kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, Kürdəmir-İmişli avtomobil yolunun kənarından tapdığını, 01 ədəd şəffaf rəngli polietilen bükümdəki kütlənin psixotrop maddə metamfetamin olduğunu, təxminən bir ay əvvəl Bakı şəhəri, Koroğlu metro stansiyası yaxınlığında tanışı “Mehrac” adlı şəxsin ona verdiyini, həblərin “Metadon 40” həbləri olduğunu, xəstə olduğu üçün xəstəxanadan ona resept əsasında verildiyini bildirmişdir. (Cild 1, i.v 9-12) İşdə olan, Kürdəmir RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 xx.xx.2024-cü il tarixli raportu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol içəri cibindən 01 (bir) ədəd “Mentos” markalı saqqız qutusunun içərisindən 03 ədəd şəffaf rəngli polietilen bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 01 ədəd polietilen bükümdə psixotrop bənzər metamfetaminə bənzər və 04 ədəd “Metadon 40” həbinə bənzər həblər aşkar olunmuş, həmin kütlələr bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürlənərək götürülmüşdür. (Cild 1, i.v 13) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli qərarından və ptotokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:50-dən şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v 17, Cild 1, i.v 19-20;) İşdə olan, məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/950-951 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd plastik qabın içərisində 01 ədəd bükümdə təmiz çəkisi – 5.490 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0.25qr, 0.29qr, 0.26qr, ümumi çəkisi – 0.80 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. 11 ədəd folqa kağızlarda narkotik vasitə və psixotrop maddə aşkar edilmədi. Bölmədə mövcud texniki avadanlıq olmadığına görə cəmi 04 ədəd qəhvəyimtil rəngli həblərin tədqiqatı aparılmadı və suallar cavablandırılmadı. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahisina (Siyahı İ) daxildir. Marixuana (kannabis) -2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Qeyd: metamfetamindən 0,10 qram tədqiqata sərf olunmuş, 5,390 qram qalıq, marixuanadan 0,06 qram tədqiqata sərf olunmuş, 0,74 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 63,90 (altmış üç manat, doxsan qəpik) manat təşkil edir. (Cild 1, i.v 48-51;) İşdə olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. (Cild 1, i.v.58;) İşdə olan, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(041)-96/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs onun tərəfindən törədilməsinə istinad olunan cinayət əməli üzrə özünü təqsirli bilmiş, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 dekabr 2024-cü ildən hesablanmışdır. (Cild 1, i.v 78-82;) İşdə olan, “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən verilmiş 10 dekabr 2024-cü il tarixli, 18-1-49/2-1224/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu” diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi X11 Şəxsin Poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durur. (Cild 1, i.v 94;) İşdə olan, xx.xx.2024-cü il tarixli Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 02 il 02 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Şirvan Apelliyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzası 04 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə İcra və Probasiya şöbəsində qeydiyyatdan çıxarılmış, xx.xx.2024cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild 1, i.v 95-97;) İşdə olan, materialların məhkəmə ekspertizasının 24 dekabr 2024-cü il tarixli 6/5492 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 X13 № 3” möhür əksi, “Təqsirləndirilən şəxs məxsus 04 ədəd qəhvəyi rəngli həblər” yazısı olan zərfdəki üzərində “Methadone 40” əmtəə göstəricisi olan 02 ədəd konvalyutda ümumilikdə 04 (dörd) ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 04 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0.16 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0.04qr metadon olmaqla). 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş metadon tərkibli dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına daxildir. Qeyd: 02 ədəd həb tədqiqata sərf olunmuş, 02 həb qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. (Cild 1, i.v 132-135) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli 944 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs hazırda emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. (Cild 1, i.v 143-146;) İşdə olan, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən verilmiş 19 fevral 2025-ci il tarixli 18-1-49/2-187/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2022ci il tarixdən 30 dekabr 2022-ci il tarixə kimi 01 saylı Psixiatriya Xəstəxanasında “Emosional davamsız şəxsiyyət pozuntusu” diaqnozu ilə stasionar müalicə olunmuşdur. Xəstə həmin xəstəxanada “Diazepan, Sikladol, Depakin Xrono” dərman preparatları ilə müalicə olunmuşdur. Xəstə dərman təyinatı üçün bir dəfə 15 oktyabr 2024-cü il tarixdə psixiatrik kabinetə müraciət etmiş və xəstədə hərəkəti oyanıqlıq, qeyri-adekvat davranış pozuntuları, tez özündən çıxmalar və yuxusuzluq olması ilə əlaqədar davranışın korreksiyası üçün “Rispaksol 2 mg №60” dərman preparatı, “Rispaksol” preparatının əlavə təsiri götürmək üçün “Sikladol 2 mg” dərman preparatı və yuxusuzluquna görə “Fenazepan 0,001№30” yazılmışdır. (Cild 1, i.v 171;) İşdə olan, Kürdəmir RİHB-nın şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Kürdəmir şəhərində yaşadığı müddət ərzində təqsirləndirici heç bir şikayət daxil olmamış və onun ailə üzvləri aşağıdakı şəxslərdən ibarətdir:

1. X5 qızı.

2. 2013-cü il təvəllüdlü oğlu-X9.

3. 2015-ci il təvəllüdlü oğlu-X10.

4. 1954-cü il təvəllüdlü anası-X4. (Cild 1, i.v 176-177;) İşdə olan, şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 05 iyul 2013-cü il təvəllüdlü X9 və 27 yanvar 2015-ci il təvəllüdlü X10 adlı iki azyaşlı uşaqlar Təqsirləndirilən şəxs himayəsindədirlər. (Cild 1, i.v 178;) İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 mart 2025-ci il tarixli, 441 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v 182;) İşdə olan, 13 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittihamın həcminə əlavələr edilməklə yenidən ittihamın elan edilməsi qərara alınmışdır. (Cild 1, i.v 184;) İşdə olan, 16 mart 2025-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi, cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, psixotrop maddə olan metamfetaminin 5,390 qram qalığı, narkotik vasitə qurudulmuş marixuananın 0,74 qram qalığı və metadon həbinin 02 ədəd qalığı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, DVD disklər və digər sənədlər maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə icraat açılması üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir (Cild 1, i.v 223-237) İşdə olan, Kürdəmir rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(041)-46/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 (on beş) gün, yəni 19 aprel 2025-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 3cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində üzərində aşkar edilmiş metodon həblərinin ona resept əsasında Kürdəmir rayon Mərkəzi xəstəxanasından verildiyini qeyd etsə də, cinayət işi materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən verilmiş 19 fevral 2025-ci il tarixli 18-1-49/2-187/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixə kimi 01 saylı Psixiatriya Xəstəxanasında “Emosional davamsız şəxsiyyət pozuntusu” diaqnozu ilə stasionar müalicə olunmuşdur. Xəstə həmin xəstəxanada “Diazepan, Sikladol, Depakin Xrono” dərman preparatları ilə müalicə olunmuşdur. Xəstə dərman təyinatı üçün bir dəfə 15 oktyabr 2024-cü il tarixdə psixiatrik kabinetə müraciət etmiş və xəstədə hərəkəti oyanıqlıq, qeyri-adekvat davranış pozuntuları, tez özündən çıxmalar və yuxusuzluq olması ilə əlaqədar davranışın korreksiyası üçün “Rispaksol 2 mg №60” dərman preparatı, “Rispaksol” preparatının əlavə təsiri götürmək üçün “Sikladol 2 mg” dərman preparatı və yuxusuzluquna görə “Fenazepan 0,001№30” yazılmışdır. Göründüyü kimi təqsirləndirilən şəxs həqiqətən də qeyd olunan xəstəxanada psixiatrik və narkoloji kabinetdə qeydiyyatda olsa da, ona xəstəliyi ilə bağlı həkim tərəfindən metodon həbləri verilməmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs saxlanılarkən üç nəfər polis əməkdaşı tərəfindən döyüldüyünü bildirmişdir. Məhkəmə bununla bağlı ilk öncə onu qeyd edir ki, təqsirləndirilən şəxs döyülməsini üzərində aşkar edilən narkotik vasitələrin “qoyulması” ilə bağlı mübahisələndirməmiş, bildirmişdir ki, şifahi sorğu zamanı metodon həblərini resept əsasında xəstəxanasından əldə etməsinə dair bildirdiklərinə inanmadıqları üçün polis əməkdaşları metodon həblərini əldə etdiyi mənbəni deməsi üçün döymüşlər. Təqsirləndirilən şəxs həmçinin, onu qeyd etmişdir ki, fiziki zorakılığa məruz qalması ilə bağlı xəsarət alsa da, istintaq təcridxanasına daxil olarkən tibbi müayinə zamanı bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. Eləcə də, təqsirləndirilən şəxs barəsində məhkəmənin qapalı iclasında müdafiəçisinin iştirakı ilə qətimkan tədbiri seçilməsi məsələsi həll edilərkən məhkəməyə hər hansı fiziki və psixi təsirə məruz qalmasına dair məlumat verməmiş, əksinə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. Təqsirləndirilən şəxs isə bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı özünü müdafiə üçün gətirdiyi dəlillərə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. CM-nin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. CM-nin 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 2-ci bəndində göstərilmişdir ki, bu kateqoriyadan olan işlərə baxılarkən nəzərə almaq lazımdır ki, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən CM-in 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O, cümlədən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 16-cı bəndində göstərilmişdir ki, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 111-ci sətrinə əsasən metadon narkotik vasitə hesab edilir, həmin maddənin xeyli miqdarından artıq miqdarının aşağı həddi 0,02 qram, külli miqdarının aşağı həddi 1,6 qram, xüsusilə külli miqdarınının aşağı həddi isə 160 qramdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, məlumat daşıyıcılarına əlavə olunmuş videogörüntülər, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 234.1- 1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CMnin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, o cümlədən CM-in 59.1.9-ci maddəsinin tələbinə görə anlaqlılığı istisna etməyən psixi pozuntudan əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində olan tələbnaməyə əsasən Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 02 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzası 04 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2023-cü il tarixdə İcra və Probasiya şöbəsində qeydiyyatdan çıxarılmış, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Lakin, o, yekun məhkəmə aktı ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət əməli törətməsinə baxmayaraq CM-nin 18.4.4-cü maddəsinin (azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar) tələbinə əsasən cinayətin residivi yaranmamışdır. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimaihüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs əməlində CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının CPM-nin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 04 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(041)-96/2024 saylı qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 04 dekabr 2024cü il tarixdən hesablanmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə işdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 mart 2025-ci il tarixli, 441 saylı rəyin ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-nin 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Kürdəmir RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 5,390 qram olan psixotrop maddə metamfetamin və iki ədəd metadon həbi məhv edilməli, iş materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” və “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və götürülməsi haqqında” protokollara əlavə edilmiş 2 (iki) ədəd DVD disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 177,90 (bir yüz yetmiş yeddi manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 04 dekabr 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Kürdəmir Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,390 qram psixotrop maddə metamfetamin və 02 ədəd metadon həbi məhv edilsin. İş üzrə maddi sübut olan “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” və “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və götürülməsi haqqında” protokollara əlavə edilmiş 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 177,90 (bir yüz yetmiş yeddi manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Esmira Məmmədova Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar