Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-29/2022 27.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkumluğu olan, Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrıldığı İran İslam Respublikası (bundan sonra - İran İR) vətəndaşı olan başqa şəxslə sonuncunun İran İR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirəcəyi külli miqdarda narkotik vasitələri gizlədiləcək yerdən götürəcəyinə dair qabaqcadan vəd verdikdən, cinayətkar qrupun İran İR-də olan üzvü ilə həmin kütlələrin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanmasi və daşınması barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən və sonuncudan həmin kütlələrin göstərilən üsul və məqsədlə İran İR-dən Azərbaycan Respublikası ərazisinə keçirilib gizlədildiyi müvafiq yer barədə məlumat aldıqdan sonra ümumi cinayətkar niyyətə uyğun olaraq, 26 iyul 2021-ci il tarixdə Bakı-Ələt-Astara magistral avtomobil yolunun Masallı şəhəri, Hüseynhacılı körpüsünün qarşısından keçən hissəsində, “Masallı” yazısı olan plakatın altında gizlədilmiş yerdən götürməklə əldə etdiyi, nəticədə Azərbaycan Respublikası ərazisinə göstərilən üsulla keçiriləcəyini qabaqcadan bildiyinə görə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməsinə köməklik etdiyi, ümumi təmiz çəkiləri müvafiq olaraq 6008,864 qram və 1450 qram, yəni külli miqdar təşkil edən narkotik vasitələr olan heroin və tiryəki (bundan sonra – heroin, tiryək) Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən yaşadığı evə (bundan sonra – yaşadığı ev) daşımış, 27 iyul 2021-ci il tarixdə özünə məxsus olmuş bir ədəd elektron tərəzi və bir ədəd bıçaqdan istifadə etməklə həmin heroindən ayırdığı dörd ədəd bükümlərdəki, ayrı-ayrılıqda təmiz çəkiləri 0,800 qram, 0,800 qram, 0,888 qram və 0,900 qram olmaqla, ümumi təmiz çəkisi 3,388 qram təşkil edən heroinləri əynində olmuş şalvarın sağ yan cibində, altı ədəd bükümlərdəki, ayrı-ayrılıqda təmiz çəkiləri 0,800 qram, 0,813 qram, 0,860 qram, 0,950 qram, 0,982 qram və 1,071 qram olmaqla, ümumi təmiz çəkisi 5,476 qram təşkil edən heroinləri idarə etdiyi “Mercedes Benz C 180” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sürücü tərəfdə yerləşən qapısının cibliyində saxlamış və daşımış, iki ədəd polietilen torbadakı, ayrıayrılıqda təmiz çəkiləri 3000 qram və 3000 qram olmaqla, ümumi təmiz çəkisi 6000 qram təşkil edən heroinləri, bir ədəd polietilen torbadakı, təmiz çəkisi 1450 qram təşkil edən tiryəki bir ədəd elektron tərəzi və bir ədəd bıçaqla birlikdə yaşadığı evdə soyuducunun arxasında saxlamışdır. Həmin kütlələr və əşyalar 27 iyul 2021-ci il tarixdə Masallı Rayon Polis Şöbəsi (bundan sonra – Masallı RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanıldıqdan və şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilərkən saxlanıldığı göstərilmiş yerlərdən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər ***-***-**-** və ***-***-**-** mobil nömrələr yalnız onun istifadəsində olmuş, heroindən istifadə etmiş, hər hansı İran İR vətəndaşının deyil, Masallı RPŞ-nin CAB-ın rəisi vəzifəsində işləyən Nazim adlı əməkdaşının ona verdiyi narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. İş üzrə tutulmamışdan təxminən 8 il əvvəl uşağını müalicə etdirmək üçün İran İR-də olarkən “Becat” adlı İran İR vətəndaşı ilə (bundan sonra – “Becad”) tanış olmuşdur. Sonuncu ilə onun arasında bir neçə dəfə baş vermiş telefon danışıqları zamanı “Becad” ona İran İR-dən göndərəcəyi narkotik vasitələri Azərbaycan Respublikası ərazisində qəbul edib satmağı təklif etmiş, o, bu təkliflə razılaşmamışdır. Buna görə də “Becad”ın narkotik vasitələrin satışı ilə məşğul olmasını bilmiş, lakin sonuncu ona narkotik vasitə göndərməmişdir. İş üzrə tutulmamışdan bir neçə gün əvvəl “Becad” ona İran İR-dən Masallı rayonuna göndərdiyi narkotik vasitələrin pulunun verilmədiyini deyib ondan Masallı rayonundan olan tanımadığı şəxsdən həmin pulun alınıb göndərilməsinə köməklik etməsini xahiş etmiş, o, bu xahişdən də imtina etmişdir. İş üzrə polis əməkdaşları tərəfindən kafedə saxlanılıb Masallı RPŞ-yə gətirilmiş, orada polis əməkdaşları tərəfindən döyülmüşdür. Ona qarşı irəli sürülmüş ittihamda üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı evdən aşkar edildiyi göstərilmiş narkotik vasitələr, bir ədəd elektron tərəzi və bir ədəd bıçaq ona məxsus olmamış, həmin kütlələri və əşyaları üzərinə, idarə etdiyi avtomobilə və yaşadığı evə Nazim adlı polis əməkdaşı qoymuşdur. Sonuncu onu dediyi məzmunda ifadə verərsə, tutulmayacağı ilə aldatdığına görə iş üzrə ibtidai araşdırma zamanı Nazim adlı polis əməkdaşının ona dediyi həqiqətə uyğun olmayan etirafedici məzmunda izahat və ifadələr vermiş, ifadəsində bildirdiyi halları polis əməkdaşlarının uydurduğu hadisə yerində göstərmiş, bu barədə tərtib edilmiş istintaq hərəkəti protokollarına imza etmişdir. Əslində, ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş tarixdə Bakı-Ələt-Astara magistral avtomobil yolunun Masallı şəhəri, Hüseynhacılı körpüsünün yaxınlığına getməmiş, oradan hər hansı əşya və ya kütlə götürməmişdir. Göstərdiklərinə əsasən ibtidai araşdırma zamanı etirafedici məzmunda verdiyi izahat və ifadələrindən imtina edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə 27 iyul 2021-ci il tarixdə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış, idarə etdiyi “Mercedes Benz C 180” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə və Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən yaşadığı evə baxış keçirilərkən şübhəli şəxs qismində şifahi, sonra yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 28 və 29 iyul 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, eləcə də barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş təqdimata 29 iyul 2021-ci il tarixdə Masallı Rayon Məhkəməsində baxılarkən verdiyi izahatında, təqsirləndirilən şəxs qismində ifadəsi yerində yoxlanılarkən məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmuş, heroinin bir qramını 30-40 manat, tiryəkin bir qramını isə 10 manat məbləğində pula satmışdır. İş üzrə tutulmamışdan təxminən beş-altı ay əvvəl tanış olduğu “Becat” adlı İran İR vətəndaşı ilə (bundan sonra – “Becat”) müvafiq məzmunda razılaşdıqdan sonra bir neçə dəfə sonuncunun göndərdiyi narkotik vasitələri gizlədildiyi yerdən götürüb satmış və dəyərini “Becat”a ödəmişdir. 25 iyul 2021-ci il tarixdə sonuncu ilə “WhatsApp” proqramı vasitəsilə danışarkən “Becat”dan ona 6 kq. heroin və 1,5 kq. tiryək göndərməsini xahiş etmiş, “Becat” onun xahişi ilə razılaşmış, həmin kütlələrə görə bir ay sonra otuz min manat məbləğində pul ödəməli olduğunu demişdir. 26 iyul 2021-ci il tarixdə saat 03 radələrində “Becat” telefon danışığı zamanı ona göndərdiyi heroin və tiryəkin Ələt-Astara magistral avtomobil yolunun Masallı şəhəri, Hüseynhacılı körpüsünün qarşısından keçən hissəsində, “Masallı” yazısı olan plakatın altında gizlədildiyini demişdir. Buna görə də “Becat”ın dediyi yerə gedib plakatın altından bir ədəd torbada olmuş üç ədəd bağlamanı götürüb Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən yaşadığı evə gətirmişdir. Həmin bağlamaların iki ədədindəki kütlə heroin, bir ədədindəki kütlə isə tiryək olmuşdur. Özünə məxsus olmuş bir ədəd elektron tərəzi və bir ədəd bıçaqdan istifadə etməklə bir ədəd bağlamadakı heroindən satmaq məqsədilə on ədəd kiçik bükümlər ayırmış, həmin bükümlərin dörd ədədini əynində olmuş şalvarın sağ yan cibində, altı ədədini isə Ziya adlı tanışına məxsus, idarə etdiyi “Mercedes Benz C 180” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sürücü tərəfdə yerləşən qapısının cibliyində, qalan heroinləri və tiryəki bir ədəd elektron tərəzi və bir ədəd bıçaqla birlikdə yaşadığı evdə soyuducunun arxa tərəfində saxlamışdır. İş üzrə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobilə və yazılı razılığı ilə yaşadığı evə baxış keçirilərkən göstərdiyi heroinlər və tiryək saxladığını qeyd etdiyi yerlərdən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Elektron tərəzidə çəkilərkən heroin və tiryəkin ümumi çəkiləri müvafiq olaraq 6100 qram və 1495 qram olmuşdur (İ cild, səh. 26-36, 58-60, 67-70, 76, 77, 90-94). Bundan əlavə, Təqsirləndirilən şəxs qismində dindirilməsi barədə 29 iyul 2021-ci il tarixli protokola 27 iyul 2021-ci il tarixdə üzərindən, idarə etdiyi avtomobil və yaşadığı evdən aşkar edilmiş heroinlər və tiryəkin ona məxsus olduğu barədə kiril qrafikalı Azərbaycan əlifbası ilə şəxsən qeyd yazmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, Təqsirləndirilən şəxs ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində iş üzrə saxlanılması, üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobil və yaşadığı evə baxış keçirilməsi barədə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, sonuncunu 27 iyul 2021-ci il tarixdə narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı üzrə qəbul etdiyi əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar əsasında saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 Şahid1 ilə eyni məzmunda ifadə vermişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 27 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilməsi barədə protokollar və onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, sonuncunun yazılı ərizəsindən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri, şəxsi axtarış, idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların ibtidai istintaq zamanı sonuncunun, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərdikləri qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs üzərində, idarə etdiyi avtomobildə və yaşadığı evdə saxladığı heroinləri və tiryəki könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi, ibtidai istintaq zamanı yuxarıda elan edildiyi qeyd edilmiş ifadələri ilə eyni məzmunda izahat verdiyi və polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini bildirdiyi müəyyən edilir (İ cild, səh. 4, 6, 9, 26-35). - Masallı Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni və əsaslı hesab edilmişdir (İ cild, səh. 102). - Materialların məhkəmə ekspertizasının 28 iyul 2021-ci il tarixli, 18/792 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözü yazılmış kağız paketdəki dörd ədəd bükümlərdə olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,800 qram, 0,800 qram, 0,888 qram və 0,900 qram olmaqla, ümumi təmiz çəkisi 3,388 qram, üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş” sözü yazılmış kağız paketdəki altı ədəd bükümlərdə olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,800 qram, 0,813 qram, 0,860 qram, 0,950 qram, 0,982 qram və 1,071 qram olmaqla, ümumi təmiz çəkisi 5,476 qram, “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş” sözü yazılmış kağız paketdəki iki ədəd polietilen torbada olan, ayrı-ayrılıqda təmiz çəkiləri 3000 qram və 3000 qram olmaqla, ümumi təmiz çəkisi 6000 qram təşkil edən maddələr kustar üsulla hazırlanmış, bir-biriləri ilə eyni tərkibli olan narkotik vasitə heroinlərdir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş” sözü yazılmış kağız paketdəki bir ədəd polietilen torbada olan, təmiz çəkisi 1450 qram təşkil edən maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata sərf edildikdən sonra heroin və tiryəkin ümumi qalıq çəkiləri müvafiq olaraq 6008,264 qram və 1449,90 qram təşkil edir. Ekspertiza xərci 31,95 manatdır (İ cild, səh. 44-46). - Əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən Masallı RPŞ-nin 28 avqust 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, verilmiş əməliyyat tapşırığı üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş heroinlər və tiryəkin sonuncu ilə əvvəlcədən razılaşmalarına əsasən Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsi məqsədilə “Becat” adlı İran İR vətəndaşı tərəfindən qaçaqmalçılıq yolu ilə İran İR-dən Azərbaycan Respublikası ərazisinə keçirildiyi, Təqsirləndirilən şəxs həmin kütlələri Bakı-Ələt-Astara magistral avtomobil yolunun Masallı şəhəri, Hüseynhacılı körpüsünün qarşısında yerləşən, “Masallı” yazısı olan plakatın altından götürdüyü müəyyən edilmişdir (İ cild, səh. 135). - Məhkəmə-narkoloji ekspertizasının 29 iyul 2021-ci il tarixli, 778 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 80). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində iş üzrə ona qarşı irəli sürülmüş ittihamda üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı evdən aşkar edildiyi göstərilmiş narkotik vasitələrin və bir ədəd elektron tərəzinin ona məxsus olmaması, Masallı RPŞ-nin Nazim adlı əməkdaşı tərəfindən qoyulması və polis əməkdaşlarının ona zor tətbiq etməsi səbəbindən ibtidai araşdırma zamanı həqiqətə uyğun olmayan etirafedici məzmunda ifadələr verməsi barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edildiyi göstərilmiş faktiki halları, materialların məhkəmə ekspertizasının 28 iyul 2021-ci il tarixli, 18/792 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 29 iyul 2021-ci il tarixli, 735 nömrəli rəyində ( İ cild, səh. 78) Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarətin aşkar edilməməsinin göstərilməsi, Masallı rayon prokurorluğunda araşdırılması aparılmış 201C-21 nömrəli material üzrə qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 14 sentyabr 2021-ci il tarixli qərarla Masallı RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkət, eləcə də zor tətbiq edilməsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsinin müəyyən edilməməsi əsası ilə cinayət işi başlanmasının rədd edilməsi və məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri ilə tam təkzib edilir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələri müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxsə narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və ya kənar keçirilməsinə köməklik etmə, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və ya daşıma cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi yolu ilə törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan mal və ya əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməmişdən əvvəl bu barədə məlumat aldıqdan sonra qəbul etməsi əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaradır. Məhkəmə hesab edir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsində qəbul etmiş şəxs cinayətin köməkçisi kimi qəbul edilməlidir. Bu baxımdan, Təqsirləndirilən şəxs iş üzrə narkotik vasitələri İran İR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat aldıqdan, Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etdikdən və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirildikdən, yəni qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra Bakı-Ələt-Astara magistral avtomobil yolunun Masallı şəhəri, Hüseynhacılı körpüsünün qarşısından keçən hissəsində, “Masallı” yazısı olan plakatın altında gizlədildiyi yerdən götürdüyünə görə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçisi kimi iştirak etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 nömrəli Qərarında göstərilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Azərbaycan Respublikası CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslanmaq lazımdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsini etməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bu hüquqi mövqedən belə nəticə hasil olur ki, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi tövsif edilməsi üçün həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsinin bu barədə əvvəlcədən razılaşmış iki və ya daha çox şəxs tərəfindən törədilməsinin müəyyən edilməsi tələb olunur. İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmunundan və cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması barədə 13 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ibtidai istintaq orqanı narkotik vasitələrin İran İR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsindən ibarət əməlin obyektiv cəhətinin qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, cinayətkar qrupun İran İR vətəndaşı olan “Becad” adlı üzvü tərəfindən tək halda törədildiyi, Təqsirləndirilən şəxs isə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etdiyi barədə nəticəyə gəldiyi halda, sonuncunun törətdiyi müvafiq əməlini Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi əvəzinə, 32.5,206.3.2-ci maddəsinə tövsif etmişdir. Nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçisi qismində iştirak etdiyinə görə həmin cinayətə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs dairəsinə daxil edilə bilməz. Göstərilənlərə əsasən sonuncu qabaqcadan əlbir olan bir qrup şəxs deyil, cinayətkar qrupun İran İR vətəndaşı olan üzvü tərəfindən törədilmiş qaçaqmalçılıq cinayətinə köməkçilik etmişdir. Bu səbəbdən iş üzrə Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətdə törətdiyi əməl Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsindən 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin və tiryək narkotik vasitə hesab edilir. Heroin və tiryəkin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı hədləri müvafiq olaraq 0,15 qram və 0,5 qram, külli miqdarının (qramla) aşağı hədləri isə 2,0 qram və 50 qramdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrində göstərdiyi kimi, cinayətkar qrupun İran İR vətəndaşı olan üzvü ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra müvafiq olaraq ümumi təmiz çəkiləri 6008,864 qram və 1450 qram olmaqla şəxsi istehlak və külli miqdarlarından dəfələrlə artıq miqdar təşkil edən heroin və tiryəki Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək məqsədilə əldə etməsi, daşıması və saxlaması, eləcə də özünə məxsus bır ədəd bıçaq və bir ədəd elektron tərəzidən istifadə etməklə həmin heroindən satmaq məqsədilə on ədəd kiçik bükümlər ayırıb onun dörd ədədini üzərində, altı ədədini isə idarə etdiyi avtomobildə saxlaması və daşıması, heroinin qalan hissəsini tiryəklə birlikdə yaşadığı evdə saxlaması əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilməsi barədə 27 iyul 2021-ci il tarixli protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının 28 iyul 2021-ci il tarixli, 18/792 nömrəli rəyi, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən Masallı RPŞ-nin 28 avqust 2021-ci il tarixli məktubu, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin və tiryək qalıqları, bir ədəd elektron tərəzi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iş üzrə törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarının: - 2.5-ci bəndinə əsasən az ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məhkumlar cəzalardan azad edilsinlər. - 13-cü bəndinə əsasən bu Qərarın 1-7-ci bəndləri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş məhkumluq haqqında tələbnamə, Masallı Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 1(050)38/2020 nömrəli qanuni qüvvəyə minmiş hökmünün surəti və Masallı rayon İcra və probasiya şöbəsinin 07 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) ay 16 (on altı) gün hissəsini çəkməmişdir (İ cild, səh. 89, 106-110, 149). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 fevral 2020-ci il tarixli hökmü ilə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmədiyi hissəsi 1 (bir) ay 16 (on altı) gün olduğuna görə Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarının 2.5 və 13-cü bəndlərinə əsasən o, göstərilən cəzanın çəkmədiyi hissəsindən azad edilməlidir. O, hazırki iş üzrə cinayət əməlini Masallı Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli hökmü ilə məhkum edildiyi cinayət əməlinə görə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən törətdiyinə görə iş üzrə məhkumluğu olan şəxsdir, amma Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən əməlində cinayətlərin residivi yaranmır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş Masallı RİHBnın Ərkivan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 avqust 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində 28 dekabr 2008 və 2014-cü il təvəllüdlü olmaqla iki nəfər azyaşlı və 2005-ci il təvəllüdlü olmaqla bir nəfər yetkinlik yaşına çatmamış uşaqları vardır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (İ cild, səh. 96, 97). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsini, Masallı Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə məhkumluğunun ödənilməməsi və yaşayış yeri üzrə normal xarakterizə edilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, himayəsində iki nəfər azyaşlı uşağın (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən), bir nəfər yetkinlik yaşına çatmamış uşağın olmasından ibarət (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən) cəzasını yüngülləşdirən halların olması, cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 27 iyul 2021-ci il tarixdən hesablanmalı və barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkiləri müvafiq olaraq 6008,264 qram və 1449,90 qram təşkil edən heroin və tiryək, bir ədəd elektron tərəzi və bir ədəd bıçaq məhv edilməlidir. Məhkəmə-narkoloji ekspertizasının 29 iyul 2021-ci il tarixli, 778 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Cinayət işi materiallarında olan 13 sentyabr 2021-ci il tarixli qərarla cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi “Becat” adlı İran İR vətəndaşı barəsində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işinin ayrıldığı nəzərə alınmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarının 2.5 və 13-cü bəndlərinə əsasən Abdinov X5 Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 1(050)38/2020 nömrəli hökmü ilə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) ay 16 (on altı) gün hissəsindən azad edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 27 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkiləri müvafiq olaraq 6008,264 qram və 1449,90 qram təşkil edən heroin və tiryək, bir ədəd elektron tərəzi və bir ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-29/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-29/2022
27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver