Məhkəmə qərarları › İş №1(099)-29/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-29/2023

30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-29/2023 30.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 30 avqust 1984-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Şəhər Şossesi küçəsi döngə 3, ev 3-də qeydiyyatda olmaqla olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1980-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonu Günəşli kəndində qeydiyyatda olmaqla tutulanadək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və barəsində hazırki cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrıldığı Azərbaycan Respublikası vətəndaşı, eləcə də İran İslam Respublikası (bundan sonra - İran İR) vətəndaşı olan başqa şəxsə sonuncunun İran İR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla, yəni qaçaqmalçılıq yolu ilə keçirəcəyi külli miqdarda narkotik vasitələri gizlədiləcək yerdən götürəcəklərinə, gizlədəcəklərinə və həmin narkotik vasitəyə sərəncam verəcəklərinə dair qabaqcadan vəd verdikdən sonra, cinayətkar qrupun Azərbaycan Respublikasında və İran İR-də olan üzvləri ilə həmin kütlələrin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanmasi və daşınması barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən və sonuncudan həmin kütlələrin göstərilən üsul və məqsədlə İran İR-dən Azərbaycan Respublikası ərazisinə keçirilib gizlədildiyi müvafiq yer barədə məlumat aldıqdan sonra ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, 2022-ci ilin iyun ayında İran İR vətəndaşı tərəfindən istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edilmiş 6 ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 990,0 qram, 1015,0 qram, 990,0 qram, 1010,0 qram, 1015,0 qram, 1000,0 qram, ümumi təmiz çəkisi 6020,0 qram olub külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirərək qeyd edilən bağlamada və çəkidə olan narkotik vasitə heroini 21 iyun 2022-ci il tarixdə gecə vaxtlarında keçmiş Ələt- Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən 191-ci kilometrliyində üzərində “191” rəqəmi əks olunmuş məsafə göstərən yol nişanının yanına çatdırıb gizlədərək bu barədə Azərbaycan Respublikası vətəndaşı digər şəxsə və onunla əlbir olaraq eyni niyyətlə hərəkət edən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsilə məlumat verməyi təmin etdikdən sonra qrup üzvləri olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə həmçinin onlarla birlikdə olan digər şəxs göstərilən tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Dacia Logan” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə qeyd edilən lövhənin yanına gedərək orada gizlədilmiş altı ədəd bağlamada, ümumi təmiz çəkisi 6020,0 qram olan narkotik vasitə heroini onlara məlum olan yerdən Təqsirləndirilən şəxs1 tərəfindən götürüldükdən sonra əldə etdikləri külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs2a məxsus olan “Dacia Logan” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsinə - nəqliyyat vasitəsinin döşəməsinin üzərinə qoyub Masallı rayonu istiqamətində hərəkətdə olduqları zaman bu barədə əməliyyat məlumatları almış Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının 21 iyun 2022-ci il tarixdə saat 04:30 radələrində həmin əazidə keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrup üzvü digər şəxs polis əməkdaşlarından yayınaraq uzaqlaşmağa nail olsa da Təqsirləndirilən şəxs1 qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə qeyd edilən nəqliyyat vasitəsi ilə Lənkəran rayonu Qumbaşı kəndinin ərazisində saxlanılaraq polis şöbəsinin ünvanı olan ünvan 2 Təqsirləndirilən şəxs2 idarə etdiyi “Dacia Logan” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitənə baxış keçirilən zaman qeyd edilən bağlamada və çəkidə narkotik vasitə heroin nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsindən – döşəmənin üzərindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin satışı ilə, hər hansı iranlı şəxslə əlaqəsi olmamışdır. Əvvəlcədən tanıdığı Sənani adlı şəxs ona Lənkəran rayonuna gəlməyi təklif etmiş, o, da Sənani ilə razılaşıb Lənkərana gəlmiş, onları Lənkərana Təqsirləndirilən şəxs2 taksi kimi işlədiyi maşınla gətirmişdir. Onun və Tərlanın narkotiklə əlaqəsi olmamış, Sənani onları hadisə yerinə gətirmiş, orada polis əməkdaşları Tərlanın idarə etdiyi avtomobili saxlayarkən Sənani maşından düşüb qaçmış, polis əməkdaşları onları saxlayıb Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə aparmış və torbada narkotik vasitəni onlara verib narkotiki təqdim etməyi tələb etmişlər. Lakin onun və Tərlanın bu cinayətlərdən xəbərləri olmamış, bu işi Sənani törətmişdir. Polis əməkdaşları onu saxladıqdan sonra ona qarşı fiziki zor tətbiq etmiş, onu döymüş, ayağından asmışlar. Buna görə də polis əməkdaşları tərəfindən yazılmış etirafedici ifadələrə imza etmişdir. Əslində isə narkotik vasitələrdən xəbəri olmamışdır. Bütün bu halları, həmçinin Azərbaycan Respublikası sərhədindən keçmədiyini, buna görə də qaçaqmalçılıq cinayətini ümumiyyətlə törətmədiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı müvafiq olaraq 21 və 22 iyun 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü, məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə tam təqsirli bilmiş və göstərmişdir ki, 4-5 aydır ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitəni Bakı şəhərində müxtəlif şəxslərdən alır. Sənan adlı şəxsi təxminən, 10 ilə yaxın bir müddətdir ki, qonşusu kimi tanıyır, sonuncuyla münasibətləri yaxşıdır. Sənanın narkotik vasitə istifadə etdiyini 4 ay olar ki, bilmişdir. Sənan da onun kimi yenicə narkotik vasitədən istifadə etməyə başlamışdır. Tərlanı Sənana görə taksi sürücüsü kimi tanımış, Tərlanla münasibətləri əvvəl elə də yaxın olmasa da son aylarda Tərlanın da narkotik vasitə istifadə etdiyini biləndən sonra sonuncu ilə münasibətləri yaxınlaşmışdır. O, Sənan və Tərlanla birlikdə narkotik vasitələrdən istifadə etmiş, belə ki, kimdə pul olardısa narkotik alıb gətirmişdir. 20 iyun 2022-ci il tarixdə saat 09 radələrində küçədə olan zaman Sənan yanına gəlib Lənkəran rayonuna gedəcəyini bildirmiş, rayona getməyinin səbəbini soruşduqda Sənan ona bir neçə müddətdir İİR vətəndaşı ilə əlaqə saxladığını, həmin şəxsin onun üçün külli miqdarda narkotik vasitə gətirəcəyini söz verdiyini və bu səbəbdən də Lənkəran rayonuna gedib narkotik vasitə götürəcəyini bildirmiş, bundan əlavə Sənan ona hələ narkotik vasitə sərhəddən keçmədiyini deyərək birlikdə getməyi, göndəriləcək olan narkotik vasitəyə onun da şərik olmasını, həmin narkotik vasitəni satıb pulunu yarıdan bölmələrini təklif etmiş, o, da Sənanla razılaşmışdır. Sənan Tərlana zəng etmiş, sonuncuya gəlib onu və Sənanı götürüb Lənkərana aparmasını, orada bir işini həll etməli olduğunu demiş, Sənan Tərlana 150 manat pul verəcəklərini, həm də yanacaqla təmin edəcəklərini demiş, Tərlan da onlarla razılaşmışdır. Saat 10 radələrində onlar Tərlana məxsus olan nəqliyyat vasitəsilə Lənkərana yola düşmüşlər. Maşına minən kimi Sənan İİR vətəndaşı ilə danışmağa başlamış, Tərlan məsələ ilə maraqlanmağa başladıqda Sənan ona məsələni olduğu kimi danışmış, Tərlan Sənana onu da məsələyə ortaq etməsini, həm narkotik vasitədən istifadə etməsini, həm də İİR vətəndaşının onun üçün göndərdiyi narkotik vasitəni satan zaman ona da pul ayrılmasını istəmişdir. Tərlan, həmçinin narkotik vasitənin satılmasında iştirak edəcəyini demişdir. Sənan və o Tərlanla razılaşmışlar. Yolda olan zaman Sənan öz telefonu ilə İİR vətəndaşı ilə danışmış, daha sonra İİR vətəndaşı ona telefonunu söndürməsini, başqa telefon ilə ona zəng etməsini demiş, Sənan da öz telefonunu söndürüb Tərlanın telefonunu almış və İİR vətəndaşı ilə onun telefonu vasitəsilə danışmağa başlamışdır. Yolda olan zaman Sənan İİR vətəndaşına: “Tez ol, mən çatacağam!” – demiş, o, və Tərlan Sənandan nə olduğunu soruşmuş, Sənan bildirmişdir ki, İİR vətəndaşı hələ də narkotik vasitəni keçirə bilməmiş, bu səbəbdən də Sənandan yubanmasını istəyir. Onlar yolda olan zaman yubanmaq üçün Tərlan bir neçə dəfə maşını saxlamış, məqsədləri vaxt uzatmaq olmuşdur. Yolda olan zaman Sənan İİR vətəndaşı ilə danışıqları davam etdirmiş, 21 iyun saat, təxminən, 03 radələrində Lənkəran rayonuna çatmışlar. Lənkəran rayonuna Girdəni kəndində yerləşən körpü vasitəsilə daxil olmuşlar. Bu zaman İİR vətəndaşı Sənana narkotik vasitənin qoyulduğu yerin şəklini və ərazinin koordinatlarını “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə onlayn olaraq atmış, İİR vətəndaşı həmin ərazinin Lənkəran rayonu Göyşaban kəndində yerləşən “191-ci kilometr” lövhəsinin yanı olduğunu demiş, onlar həmin şəxsin göstərdiyi yerin yanından bir dəfə keçmiş, yeri dəqiq olaraq bilmiş, sonra isə yenidən həmin yerə qayıtmışlar. Tərlan maşını lövhənin yanında saxlamış, Sənan maşının ön oturacağında, o isə arxada əyləşmişdir. O, öz şəxsi tələbatını ödəməli olduğunu, bu səbəbdən də düşə biləcəyini və bağlamanı götürə biləcəyini demiş, lövhənin yanında düşmüş, lövhənin yanında olan ağacın altına getmiş, şəxsi tələbatını ödədikdən sonra bağlamanı götürüb maşının yanına gəlmiş və arxa oturacaqda əyləşmişdir. Sənan da arxa oturacağa keçmişdir ki, bağlamada nə olduğuna baxsın. Bağlamalardan birini azca kəsmiş və içərisində narkotik vasitə heroin olduğunu görmüşlər. Gecəni Masallı rayonunda keçirib dincələndən sonra səhər Bakı şəhərinə yola düşmək məqsədi ilə Masallı rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Yolda olan zaman YPX avtomobili onlara “saxla” işarəsi vermiş, lakin Tərlan maşını saxlamamış, YPX avtomobilinin sürücüsü manevr edərək maşını saxlamışdır. Tərlan və Sənan maşından düşüb qaçmağa başlamışlar. Tərlan polis əməkdaşları tərəfindən yaxalansa da Sənanı yaxalamaq mümkün olmamışdır. O, isə heç bir müqavimət göstərmədən təslim olmuşdur. Sonra onu və Tərlanı Lənkəran RPŞ-yə gətirmişlər. Burada üzərində şəxsi axtarış keçirilmiş, bir ədəd “İphone” markalı telefon aşkar edilərək götürülmüşdür. Daha sonra o, Tərlan, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə maşına baxış keçirilməyə başlanmış, o, da maşının sağ arxa qapısını açaraq maşının döşəməsində qoyduğu, içərisində narkotik vasitə olan 6 ədəd bağlamanı təqdim etmişdir. Həmin bağlamanın içərisinə baxış keçirilmiş və içərisində narkotik vasitə heroin olduğu görünmüşdür. Həmin bağlamalar elektron tərəzidə çəkilmiş və çəkisi 6 kiloqram 320 qram olmuşdur. Sənan İİR vətəndaşının həmin narkotik vasitənin bir hissəsini onun dediyi zamanda dediyi adama verib pulu ondan alıb İİR vətəndaşı üçün göndərməli olduğunu, qalan narkotik vasitəni isə satıb aralarında böləcəyini demiş, o və Tərlan da Sənana narkotik vasitəni satmaqda köməklik etməyə razılaşmışlar. O, məsliyyətinin nisbətən yüngül olacağını düşündüyündən videoçəkiliş zamanı Sənanın narkotik vasitə götürülən zaman orada olmadığını demiş, əslində narkotik vasitə olan bağlamaları götürən zaman Sənan da onlarla birlikdə olmuşdur. Yadında qaldığı qədərilə İİR vətəndaşının adı Babək olmuşdur. Çünki Sənan ona bir-iki dəfə adı ilə müraciət etmiş, qalan hallarda isə Sənan Babəkə “əmioğlu” deyə xitab edirmiş. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyi üçün onların yazdığı ifadəyə imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında Sənan adlı şəxsin narkotik vasitə götürmək üçün Lənkəran rayonuna gəlməsi barədə məlumatının olmadığını, Sənan adlı şəxsin ona narkotik barədə heç bir məlumat vermədiyini, həmin cinayəti Sənan adlı şəxsin törətdiyini göstərməsini, beləliklə ona elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (Sənan adlı şəxsin xahişi ilə Lənkəran rayonuna gəlməsi, sonuncunun narkotik götürəcəyindən məlumatın olmaması, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığı üçün etirafedici ifadə verməsi) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünə məxsus avtomobillə müxtəlif taksi şirkətlərində işləmişdir. Bu hadisədən bir gün əvvəl səhər saatlarında Lənkəran rayonuna müştəri aparmaq üçün sifariş qəbul etmişdir. Belə ki, sifariş edən şəxs işlədiyi şirkətə zəng etmiş və o, həmin müştəriyə yönləndirilmişdir. Lənkərana gediş-gəliş üçün şirkət tərəfindən 150 manat pul müəyyən olunmuşdur. Buna görə də həmin şəxsin mobil telefonuna zəng etmiş və onu götürəcəyi yeri öyrənmişdir. Həmin şəxsləri götürdükdən sonra onlardan birinin adının Sənani, birinin adının isə Eldəniz olmasını bilmişdir. Həmin şəxsləri Bakı şəhərindən Lənkəran şəhərinə gətirmişdir. Həmin şəxsləri Lənkəran rayonunda dedikləri yerdə düşürdükdən sonra onu DYP əməkdaşları saxlamış və polis şöbəsinə aparmışlar. Burada ona fiziki təzyiq göstərilmiş, sağ ayağının dırnağı çıxarılmış, buna görə də polis əməkdaşları tərəfindən tərtib edilmiş ifadələr imza etmiş, həmçinin onların dedikləri sözləri vidoçəkiliş zamanı demişdir. Lakin onun narkotik vasitələrlə hər hansı əlaqəsi olmamış, Sənaninin narkotik götürmək üçün Lənkərana gəlməsindən xəbəri olmamışdır. Onun telefonundan Sənani iranlı şəxslə danışmamış, polis şöbəsində olarkən onun telefonuna polislər danışıqları yükləmişlər. Onun Eldəniz və Sənaninin narkotik vasitələr götürməyə gəlməsindən xəbəri olmamış, narkotik vasitələrlə bağlı heç bir cinayət əməli törətməmişdir, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı müvafiq olaraq 21 və 22 iyun 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə tam təqsirli bilmiş və göstərmişdir ki, “Dacia Logan” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Bakı şəhərində yerləşən bir neçə taksi şirkətlərinin tətbiqlərinə abunə olmuş, sifariş əsasında müştəriləri ünvanlara aparmaqla ailəsini dolandırmışdır. Təxminən, 4 aydır ki, narkotik vasitə heroindən istifadə etməyə başlamış, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmiş və 2021-ci ilin yay aylarında azadlığa çıxmışdır. Sənanı, təxminən 8 aydır ki, tanımış, onunla müştəri olaraq münasibəti olmuşdur. Daha sonra münasibətləri daha da yaxınlaşmış, təxminən, 4 ay – yəni narkotik vasitə istifadə etməyə başlayandan onun da narkotik vasitə istifadəçisi olduğunu bilmiş, onlar bir neçə dəfə birlikdə narkotik vasitə heroindən istifadə etmişlər. Bəzən Sənan, bəzən də o, narkotik vasitə alıb gətirmiş və istifadə etmişlər. Eldəniz də Sənanın qonşusu olmuş, onların uzun müddətli əlaqəsi olmuş, Eldənizi Sənan sayəsində tanımışdır. Eldənizin də narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. 21 iyun 2022-ci il tarixdə saat 09 radələri olan zaman istifadəsində olan nömərəyə Sənan zəng edib Eldənizlə birlikdə Lənkəran rayonuna getməli olduğunu, orada bir işlərinin olduğunu ona demiş və onları apara bilib-bilməyəcəyini soruşmuş, əlavə olaraq ona 150 manat pul verəcəklərini və maşınını yanacaqla təmin edəcəklərini demişdir. O, Eldəniz və Sənanla razılaşmış, saat 10 radələrində onların məhəlləsinə gəlmiş, Sənan maşının ön oturacağına, Eldəniz isə arxa oturacağına əyləşmiş, Sənan maşına əyləşən kimi bir şəxslə danışmağa başlamış, o, həmin şəxsin kim olduğunu soruşan zaman X14 Respublikası vətəndaşı olduğunu demiş, Sənandan danışmaqlarının səbəbini soruşduqda isə Sənan ona bildirmişdir ki, bir neçə müddətdir İİR vətəndaşı ilə əlaqə saxlayır, onun adı Babəkdir. Həmin şəxs Sənana külli miqdarda narkotik vasitə göndərəcəyini demiş, Sənanın işi həmin narkotik vasitənin bir hissəsini Babəkin dediyi zamanda və yerdə dediyi adama verib pulu götürmək, bir hissəsini də satmaq və pulu ona göndərmək olmuşdur. Sənan Eldənizin də bu işdə onunla birlikdə olduğunu demişdir. O da bu işə onu da ortaq etməyi, birlikdə iş görərək həm narkotik vasitəni satmaqda onlara kömək etməyi, həm də narkotik vasitədən istifadə etməyi təklif etmiş, Sənan və Eldəniz onunla razılaşmışdır. Sənan yolda olan zaman bir neçə dəfə İİR vətəndaşı ilə əlaqə saxlamış, onlar Bakı şəhərindən çıxmamış Sənan Babəklə danışan zaman ona: “Nə zaman göndərəcəksən, tez elə, məni yubatma” – demiş, o, və Eldəniz ondan nə olduğunu soruşan zaman Sənan hələ də narkotik vasitənin ölkə ərazisinə keçmədiyini, bu səbəbdən də əsəbiləşdiyini demiş, Babək ona yubanmasını demiş və bağlama ölkəyə keçib Lənkəran ərazisində yerləşdirildikdən sonra ona xəbər edəcəyini bildirmişdir. Həmçinin, Babək Sənana öz telefonunu söndürməsini və başqa telefonla onunla əlaqə saxlamasını demişdir. Sənan səbəbini soruşmadan onunla razılaşmış, sonra onun telefonunu istəmiş, həmin Babəkin nömrəsini onun telefonunda yaddaşa vurmuş, öz telefonunu söndürmüş və onun telefonunun “Whatsapp” ani mesajlaşma sistemi ilə Babəklə əlaqə yaratmağa başlamışdır. Onlar yolda olan zaman bir neçə dəfə maşını saxlamış, özlərini qəsdən yubatmışlar, çünki Babək belə istəmişdir. Saat, təxminən, 01 radələrində Lənkəran rayonuna Girdəni kəndində yerləşən körpü vasitəsilə daxil olmuşlar. Bu zaman Babək narkotik vasitə olan bağlamanı qoydurduğu yerin şəklini ataraq həmin yerin Lənkəran rayonu Göyşaban kəndində - “191-ci kilometr” lövhəsinin yanında yerləşdiyini demiş, o, cənub regionunda çox olduğu üçün əvvəlcə həmin kəndi, daha sonra lövhəni tapmış, lövhənin yanından bir dəfə keçmiş, orada heçkəsin olmadığına əmin olmuş, daha sonra o, arxaya qayıtmış və Babəkin dediyi lövhənin yanında maşını saxlamışdır. Eldəniz şəxsi tələbatının olduğunu, bu səbəbdən də maşından düşüb həm şəxsi tələbatını ödəyəcəyini, həm də bağlamanı götürəcəyini demişdir. O, lövhənin yanında olan ağacın dibinə getmiş, bir az sonra əlində olan bağlama ilə maşına əyləşmişdir. Sənan da ön oturacaqdan düşüb arxa oturacağa əyləşmiş, məqsədi bağlamada nə olduğunu görmək olmuşdur. Orada 6 ədəd bağlama olmuş, onlardan birini azca deşib baxan zaman içərisində narkotik vasitə heroin olduğunu görmüş, ona da bu barədə demişlər. O, da bu zaman Masallı rayonu istiqamtində hərəkətdə olmuşdur. Masallı rayonuna gedib gecəni orda keçirmək və istirahət edib səhər Bakı şəhərinə qayıtmaqla bağlı razılığa gəlmişlər. Lənkəran rayonu Qumbaşı kəndində olan zaman YPX avtomobili onlara “saxla” işarəsi vermiş, lakin o, maşını saxlamamış, YPX avtomobilinin sürücüsü manevr edərək maşınını sıxışdırmış və onları saxlamışdır. O, və Sənan maşından düşüb qaçmağa başlamış, o polis əməkdaşları tərəfindən yaxalanmış, lakin Sənanı tutmaq mümkün olmamışdır. Eldəniz isə heç bir müqavimət göstərmədən təslim olmuşdur. Onları şöbəyə gətirdikdən sonra üzərlərində şəxsi axtarış aparılmış, üzərindən bir ədəd özünə məxsus olan “Samsung” markalı telefon, nəqliyyat vasitəsinin açarı və maşının sənədləri aşkar edilmişdir. Açar özünə qaytarılmış, sənədlər və telefon isə polis əməkdaşı tərəfindən götürülmüşdür. O, hadisəni olduğu kimi danışmış və nəqliyyat vasitəsində narkotik vasitə olduğunu demişdir. Daha sonra videoçəkiliş yekunlaşmış, bir az sonra o, Eldəniz, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə maşına baxış keçirilməyə başlanmış, Eldənizi maşının sağ arxa qapısını açaraq maşının döşəməsində qoyduğu, içərisində narkotik vasitə olan 6 ədəd bağlamanı təqdim etmişdir. Həmin bağlamanın içərisinə baxış keçirilmiş və içərisində narkotik vasitə heroin olduğu görünmüş, həmin bağlamalar elektron tərəzidə çəkilmiş və çəkisi 6 kiloqram 320 qram olmuşdur. Sənan İİR vətəndaşının həmin narkotik vasitənin bir hissəsini onun dediyi zamanda dediyi adama verib pulu ondan alıb İİR vətəndaşı üçün göndərməli olduğunu, qalan narkotik vasitəni isə satıb aralarında böləcəyini demişdir. Sənan ona zəng edərək Eldənizlə birlikdə Lənkəran rayonuna getmək istədiyini demiş, yola düşən zaman artıq o, məsələdən agah olmuşdur. O, videoçəkiliş zamanı narkotik vasitəni oradan götürən zaman Sənanın orada olmadığını demiş, lakin belə dediyi halda məsuliyyətinin daha da yüngül olacağını düşünmüşdür. Əslində isə narkotik vasitə olan bağlamaları götürən zaman Sənan da onlarla olmuşdur. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, həmin ifadələrini oxumadan və fiziki təzyiqlər nəticəsində imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında Sənani adlı şəxsin və Təqsirləndirilən şəxs1 narkotik vasitə götürmək üçün Lənkəran rayonuna gəlməsindən məlumatı olmaması, yalnız taksi sürücüsü kimi onları istədiyi yerə gətirməsini göstərməsini, beləliklə ona elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası CMin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (Sənani adlı şəxs və Təqsirləndirilən şəxs1 narkotik vasitə götürməsi məqsədi ilə Lənkəran rayonuna gəlmələrindən məlumatının olmaması, yalnız taksi sürücüsü kimi onları istədikləri yerə gətirməsini) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 qaçalmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə əldə etmək üçün Lənkəran şəhərinə gəlməsi barədə məlumatlar daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış, 21 iyun 2022-ci il tarixdə, saat 04 radələrində Lənkəran rayonu Qumbaşı kəndinə gedib orada müşahidələr aparmağa başlamışlar. Təqsirləndirilən şəxs2 idarə etdiyi nəqliyyat vasitəsində külli miqdarda narkotik vasitə heroin olma ehtimalı olduğundan yol-patrul xidməti əməkdaşları da onlarla birlikdə həmin ərazidə olmuşlar. Qeyd edilən ünvanda olan zaman Təqsirləndirilən şəxs2 tərəfindən idarə edilən “Dacia Logan” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi görülmüş, yol-patrul xidməti əməkdaşları həmin nəqliyyat vasitəsinə saxla işarəsi vermiş, lakin Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsini saxlamayıb yayınmağa cəhd göstərmiş, YPX əməkdaşı tərəfindən edilən manevrlə nəqliyyat vasitəsi saxlanılmış, onlar da YPX maşının arxasında nəqliyyat vasitəsini saxlayıb maşından düşmüşlər. Bu zaman Təqsirləndirilən şəxs2 və arxada oturan bir şəxs maşından düşüb qaçmağa başlamış, qaçmağa çalışan bir nəfəri yaxalaya bilsələr də digər şəxs qaçmağa müvəffəq olmuşdur. Təqsirləndirilən şəxs2 və sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildikləri şəxsi saxlamışlar. Onları və Təqsirləndirilən şəxs2 tərəfindən idarə edilən nəqliyyat vasitəsini polis şöbəsinin inzibati binasına gətirmişlər. Burada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd ümumvətəndaş pasportu aşkar edilmiş, Təqsirləndirilən şəxs2 şifahi suallara cavab olaraq bildirmişdir ki, Eldəniz və Sənan adlı tanışları ilə Lənkəran rayonuna külli miqdarda narkotik vasitə əldə etmək üçün gəlmiş, həmin narkotik vasitəni İİR vətəndaşının dediyi yerdən götürmək üçün getmiş və həmin narkotik vasitəni götürmüşlər. Təqsirləndirilən şəxs1 da üzərinə şəxsi axtarış keçirilən zaman bir ədəd “İphone” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 da şifahi sorğu zamanı bildirmişdir ki, tanışları Sənan və Tərlanla birlikdə Lənkəran rayonuna narkotik vasitə əldə etmək üçün gəlmiş, qeyd edilən yerə getmiş, özü maşından düşərək narkotik vasitəni götürmüş və maşına qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 tərəfindən idarə edilən maşına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 “Dacia Logan” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa oturacağının altında olan bağlamaları təqdim edərək bağlamalarda narkotik vasitə heroin olduğunu və həmin bağlamaları götürərək maşına yerləşdirdiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, İİR vətəndaşı ilə “Whatsapp” ani ismarıclaşma sistemi vasitəsilə əlaqə saxlamış, həmin şəxs ona narkotik vasitənin qoyulduğu yerin şəklini göndərmiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman Sənan adlı şəxs isə qaçmışdır. Keçirilən ilkin və sonrakı əməliyyat-axtarış tədbirləri nəticəsində Sənani Məmmədovun İİR vətəndaşı olan Babək adlı şəxslə əlaqə saxladığı, onunla külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirildikdən sonra satması və istifadə etməsi ilə bağlı razılığa gəldiyi, həmçinin bu işdə sonuncunun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə olduğu müəyyən edilmiş, lakin keçirilən əməliyyat-axtarış tədbiri zamanı Sənani Məmmədov qaçmağa müvəffəq olmuşdur. Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən, həmçinin qeyd edilən yol nişanının altına gətirib orada gizlədən şəxs və ya şəxslərin şəxsiyyətini, həmçinin Sənani Məmmədovun gizləndiyi yeri müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı nə özü, nə də digər polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməmiş, hədə-qorxu gəlinməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili Şahid3 və Şahid2, polis nəfəri Şahid4, yol-patrul xidməti inspektorları Şahid5 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1la bir məhlədə yaşamışlar, Təqsirləndirilən şəxs2 isə bir ildən çox müddətdir ki tanımışdır. Onlarla aralarında münasibətlər normal olmuş, Təqsirləndirilən şəxs2 taksi sürücüsü olduğu üçün bir neçə dəfə Kürdəxanı qəsəbəsinə onun evinə gedib onun avtomobilinin işə salmaqda ona köməklik etmişdir. Bir müddətdir ki, narkotik vasitə “nəşə”dən (qurudulmuş marixuana) istifadə etmişdir. 20 iyun 2022-ci il tarixdə sosial şəbəkədə tanış olduğu iranlı şəxslə danışmış və həmin şəxs ona narkotik vasitə təklif etmişdir. O, da iranlı şəxslə razılaşmış və sonuncu ona bildirmişdir ki, 100 qram “nəşə”ni (qurudulmuş marixuana) Lənkəran rayonuna yolun kənarına qoyduracaqdır. Həmçinin iranlı şəxs ona narkotik vasitəni qoyduğu yerin şəklini və ünvanını onun telefonuna göndərəcəyini bildirmişdir. O, da bu barədə Eldənizə də demiş, Eldəniz də onunla birlikdə Lənkəran rayonuna narkotik götürməyə getməyə razılaşmış və tanışı Təqsirləndirilən şəxs2 onları Lənkəran rayonuna aparmağı xahiş etmişdir. Tərlanın bu hadisədən xəbəri olmasa da yolda o, iranlı şəxslə danışanda Tərlan da bu barədə eşitmiş və o, hadisə barədə Tərlana da danışımış və Tərlan da onlarla razılaşmışdır. Yolda olarkən onun istifadəsində olan telefonun enerjisi bitdiyindən o, telefonunu söndürmüş və Tərlanın telefonu ilə iranlı şəxslə danışmış, sonuncu Tərlanın telefonuna narkotik vasitənin qoyulacağı yeri göndərmişdir. Lənkəran rayonuna çatan vaxt ailə üzvlərindən ona zəng gəldiyi və təcili Bakıya çağrıldığından o, Eldənizə geri qayıtmağı təklif etmiş, lakin Eldəniz Lənkəran rayonunadək gəldiyinə görə geri qayıtmaq istəməmiş, buna görə də o, Lənkəran rayonunda avtomobildən düşüb tanımadığı taksi ilə Bakı şəhərinə qayıtmışdır. Sonradan Eldəniz və Tərlanın polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir, lakin o, həmin vaxt onların yanında olmamışdır. Aralarında olan razılaşmaya görə Eldəniz və Tərlan narkotik vasitəni götürdükdən sonra özləri istifadə etmək üçün bir hissəsini götürməli, qalan hissəsini isə ona verməli idilər. Lakin onlar polis əməkdaşları tərəfindən saxlanılmışlar. Bu hadisədən bir müddət sonra polis əməkdaşları onu da saxlamışlar və saxlanılarkən hər hansı hədəyə və ya fiziki təsirə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, xx.xx.2022-ci il tarixli, 579 saylı rəylə tanış olmuşdur. Həmin rəyi o, vermişdir. Hər gün 10- 15 nəfər şəxsi müayinə etdiyindən adamlar dəqiq yadında qalmamışdır. Lakin Təqsirləndirilən şəxs2 barəsində yuxarıda qeyd edilən rəyi vermişdirsə deməli onu da müayinə etmişdir. Bir qayda olaraq müayinə etdiyi şəxslərdə gözlə görünən xəsarətlər olmadıqda o, həmin şəxslərdən bədəni üzərində hər hansı xəsarətin olub-olmamasını soruşur və sonra həmin şəxsi müayinə etdikdən sonra rəy tərtib edir. Təqsirləndirilən şəxs2 də bu formada müayinə etmiş, onun bədənində hər hansı xəsarət aşkar etmədiyindən xx.xx.2022-ci il tarixli, 579 saylı məhkəmə tibbi ekspertizasının rəyini tərtib etmidir. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularkən üzərində şəxsi axtarış keçirilməsi zamanı çəkilmiş videogörüntüdən onun ayağında qanabənzər ləkələr olmasını məhkəmə iclasında görmüş, lakin həmin ləkələrin qan olub-olmaması dəqiq bilinmədiyindən bu barədə heç nə deyə bilməz. O. Təqsirləndirilən şəxs2 müayinə edərkən bədənində hər hansı xəsarət olmadığından yuxarıda qeyd edilən rəyi tərtib etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs2 barəsində tərtib edilmiş, onun Lənkəran rayonu ərazisində olmaqla üzərində narkotik vasitələr saxlaması və satışı ilə məşğul olması, həmin narkotik vasitələri müxtəlif avtomaşınlarla Lənkəran rayonu ərazisindən keçməklə Bakı şəhərinə daşımasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 21 iyun 2022-ci il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış, eləcə də Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilməsi barədə protokol və həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şifahi ifadələrində bildirdikləri onlar barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs1 avtomobilə baxış keçirilərkən narkotik vasitələri könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi müəyyən edilir. (səh. 4-7; 47-48; 49-50;51-52) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 04:55-də, Təqsirləndirilən şəxs1 isə həmin gün saat 05:25-də şübhəli şəxs qismində tutulmuşlar. (i.v. 11;30. ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 21 iyun 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki cins şalvarın sağ cibindən bir ədəd nəqliyyat vasitəsinin açarı, sol arxa cibindən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlər, sağ arxa cibindən qara rəngli “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şifahi sorğu-sual zamanı istintaq zamanı qeyd etdiyi kimi ifadə vermişdir. Həmçinin həmin videoçəkilişin 02:50-ci dəqiqədən 02:56-cı dəqiqəyədək olan hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən o, ayaqqabılarını və ayağındakı corablarını çıxarır, həmin vaxt isə onun sağ ayağının İV barmağında və sağ ayaqqabısının kənarında qanabənzər ləkələr olması müəyyən olunur. Lakin şəxsi axtarış keçirilərkən həmin qanabənzər ləkələrin nə olması, hənsı şəraitdə əmələ gəlməsi sual olunmur. (İ cild, i.v. 47-48) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 21 iyun 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki cins şalvarın sol cibindən “İphone” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ilə aparılmış şifahi sorğu-sual zamanı o, ifadəsində istintaq zamanı qeyd etdiyi kimi ifadə vermişdir. (İ cild, i.v. 49-50) -“baxış keçirilməsi və götürmə” haqqında 21 iyun 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Dacia Logan” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa oturacağından Təqsirləndirilən şəxs1 tərəfindən içərisində narkotik vasitə heroin olan, ilkin çəkisi 6 kiloqram 320 qram təşkil edən 6 ədəd bağlama təqdim edilmiş, həmin bağlama qablaşdırılaraq götürülmüşdür. (İ cild, i.v. 51-52) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 21 iyun 2022-ci il tarixli, 19/719 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi bağlamalar.....” sözlər və imzalar olan bir ədəd sintetik torbadakı 6 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 990,0 qram, 1015,0 qram, 990,0 qram, 1010,0 qram, 1015,0 qram, 1000,0 qram, ümumi təmiz çəkisi 6020,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. (İ cild, i.v. 73-76) - “tanınmaya təqdim etmə” haqqında 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 onunla birlikdə külli miqdarda narkotik vasitə əldə etmək üçün Lənkəran rayonuna gələn şəxsin X10 olmasını təsdiq etmişdir. (İ cild, i.v. 81) - “tanınmaya təqdim etmə” haqqında 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 onunla birlikdə külli miqdarda narkotik vasitə əldə etmək üçün Lənkəran rayonuna gələn şəxsin X10 olmasını təsdiq etmişdir. (İ cild, i.v. 82) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( İ cild, i.v. 99-100) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( İ cild, i.v. 111-112) - Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(049)-209/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 133-137) - Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(049)-208/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 139-141) - Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 578 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. (İ cild, i.v. 142-143) - Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 579 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. (İ cild, i.v. 146-147) -Ambulator məcburi Narkoloji tibbi yoxlamanın 22 iyun 2022-ci il tarixli, 713 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 149) -Ambulator məcburi Narkoloji tibbi yoxlamanın 22 iyun 2022-ci il tarixli, 712 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 152) - “İfadənin yerində yoxlanılması” haqqında 22 iyun 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları, hadisənin baş vermə ardıcıllığı və mexanizmini göstərmişdir. (İ cild, i.v. 155- 157) - “İfadənin yerində yoxlanılması” haqqında 22 iyun 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları, hadisənin baş vermə ardıcıllığı və mexanizmini göstərmişdir. (İ cild, i.v. 158- 160) - “mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında” 22 iyun 2022-ci il tarixli protokol və ona əlavə edilmiş 4 (dörd) ədəd fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefona baxış keçirilən zaman “Whatsaap” ani ismarıclaşma sistemində “Q” adı ilə qeyd edilmiş, İİR-ə məxsus olan +98 990 158 3556 saylı mobil nömrədən səsli ismarıcların gəldiyi müəyyən edilmişdir. (İ cild, i.v. 161-165) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X10 barəsində axtarış elan edilmiş və ittiham elan edilməsi üçün tutulması qərara alınmışdır. (İ cild, i.v. 228-229) - “baxış keçirilməsi haqqında” 27 iyul 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş, Təqsirləndirilən şəxs2 telefon danışıqları və ismarıclarının əks edildiyi 1 (bir) ədəd CD diskdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 20 iyun 2022-ci il tarixdə, yəni külli miqdarda narkotik vasitəni əldə etmək üçün Lənkəran rayonuna gələn zaman bir neçə dəfə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamışdır. (İİ cild, i.v. 23) - “baxış keçirilməsi haqqında” 01 avqust 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş, Təqsirləndirilən şəxs1 telefon danışıqları və ismarıclarının əks edildiyi 1 (bir) ədəd CD diskdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 20 iyun 2022-ci il tarixdə, yəni külli miqdarda narkotik vasitəni əldə etmək üçün Lənkəran rayonuna gələn zaman bir neçə dəfə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamışdır. (İİ cild, i.v. 25) -“cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmalarını bildirmələri barədə məlumat Lənkəra Ağır Cinayətlər Məhkəməsi tərəfindən Lənkəran rayon prokurorluğuna göndərilmiş və həmin fakt üzrə rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. - məhkəmənin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan tibbi kitabçalarının surətləri göndərilmişdir. Təqsirləndirilən şəxs2 barəsində olan 5665/22 nömrəli tibbi kitabçasının surətindən görünür ki, o, 28.06.22-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, bədəni üzərində “ sağ bazu nahiyəsində sarımtıl rəngli qançır və sağ ayaqda İV dırnaqda qartmaqlı yara” olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 həbs olunan zaman xəsarət almasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində olan 5641/22 nömrəli tibbi kitabçasının surətindən görünür ki bədəni üzərində köhnə çapırlar qeyd olunmuş, həbs olunarkən zədə almadığını bildirmişdir. - Məhkəmənin Lənkəran RMX-ya sorğusuna cavab olaraq göndərilmiş 30.01.23-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Lənkəran ŞPŞ-nin çağırışı əsasında Lənkəran RMX PHŞ-in X7 Yardım Satansiyasının tibbi briqadası bir neçə dəfə təcili yardım göstərmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə “sağ ayağın İV barmağının sıyrılmış yarası” , xx.xx.2022-ci il tarixdə isə “sağ ayağın İV barmağının qapalı travması. Sıyrıntılar. Narkamaniya” diaqnozu qoyulmuşdur. Təqsirləndirilən şəxs1 adına isə Lənkəran RMX PHÇ-nin TTTYS-nə heç bir çağırış daxil olmamışdır. - Təkrar məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, T 622/2022 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 29 iyun 2022-ci il tarixdə istintaq təcridxanasında həkim tərəfindən müayinə olunarkən sağ bazu nahiyyəsində sarımtıl rəngli qançır və sağ ayaqda İV dırnaqda qartmaqlı yara müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olub, müddəti təcridxanada müayinəsindən 6-9 gün əvvəl yetirilməyə uyğun gəlir, özünün göstərdiyi vaxtda və şəraitdə də törənmələri inkar olunmur, qançır sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir, sağ ayaqda dördüncü dırnaqda qartmaqlı yara isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin yerləşmə nahiyələri və xarakteri onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Lənkəran rayonuna birlikdə gəldiyi Sənani adlı şəxsin narkotik vasitə götürmək üçün gəlməsindən məlumatının olmaması, narkotik vasitələr olan torbanı götürməməsi, polis əməkdaşlarının fiziki təzyiqi nəticəsində etirafedici ifadə verməsini deməsi, Təqsirləndirilən şəxs2 isə taksi sürücüsü kimi sifariş əsasında Lənkəran rayonuna Sənan adlı şəxsi və Təqsirləndirilən şəxs1 gətirməsini, Sənan adlı şəxsin narkotik vasitəyə görə Lənkəran rayonuna gəlməsindən məlumatının olmaması, ümumiyyətlə narkotik vasitələrdən məlumatının olmaması barədə məhkəmə istintaqı zamanı verdikləri ifadələri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən ifadələr özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin iştirakı ilə verdikləri şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadələrində Sənan adlı şəxsin təklifi ilə narkotik vasitələri qoyulduğu yerdən götürmək məqsədi ilə Lənkəran rayonuna gəldiklərini, narkotik vasitələrin olduğu yer barədə Sənan adlı şəxsin iranlı bir şəxslə danışaraq onlara məlumat verməsini, narkotik vasitələr Təqsirləndirilən şəxs1 tərəfindən qoyulduğu yerdən götürülüb maşına qoyulduğunu, daha sonra polis əməkdaşlarının onları saxladıqlarını, Sənan adlı şəxsin isə qaçdığını bildirmişlər. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və üçüncü şəxs Lənkəran rayonu Qumbaşı ərazisində saxlanılmış, üçüncü şəxs qaçmağa nail olmuş, Təqsirləndirilən şəxs2 qaçarkən saxlanılmış, Təqsirləndirilən şəxs1 da avtomaşında saxlanılmışdır. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 avtomobilə qoyduğu içində narkotik vasitə olan torbanı təqdim etmiş, şifahi sorğu zamanı narkotik vasitələrin onlara məxsus olmasını, tanımadığı şəxs tərəfindən həmin əraziyə qoyulduğunu və s. halları tam etiraf etmiş, hər hansı etirazları olmamışdır. Həmçinin məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş və hazırkı cinayət işindən ayrılmış digər cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X10 da ifadəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıdığını, Lənkəran rayonuna iranlı şəxs tərəfindən göndəriləcək narkotik vasitəni götürmək üçün gəldiyini, bu barədə Təqsirləndirilən şəxs1 da məlumatının olduğunu, həmçinin yolda olarkən Təqsirləndirilən şəxs2 də məlumatının olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri - saxlanılarkən polis əməkdaşları tərəfindən onlara qarşı fiziki təzyiqlər edildiyi üçün həmin narkotik vasitələr barədə etirafedici ifadələr vermələri barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının sorğusuna əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmalarını bildirmələri faktı ilə bağlı Lənkəran Rayon Prokurorluğu tərəfindən təqdim edilmiş qərardan görünür ki, təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir (xx.xx.2022-ci il tarixli qərar). Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayətləri üzrə araşdırma zamanı dindirilmiş əməliyyat müvəkilləri əməliyyat tədbiri zamanı təqsirləndirilən şəxslərə qarşı heç bir zorakılığın olmadığını bildirmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizaının xx.xx.2022-ci il tarixli, 578 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. (İ cild, i.v. 142-143). Həmçinin məhkəmə tibbi ekspertizaının xx.xx.2022-ci il tarixli, 579 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. (İ cild, i.v. 146-147) Lakin məhkəmə baxışı zamanı “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 21 iyun 2022-ci il tarixli protokol və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” disk tədqiq olunarkən müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilir, həmin videoçəkilişin 02:50-ci dəqiqədən 02:56-cı dəqiqəyədək olan hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən o, ayaqqabılarını və ayağındakı corablarını çıxarır, həmin vaxt isə onun sağ ayağının İV barmağında və sağ ayaqqabısının kənarında qanabənzər ləkələr olması müəyyən olunur. Lakin şəxsi axtarış keçirilərkən həmin qanabənzər ləkələrin nə olması, hənsı şəraitdə əmələ gəlməsi sual olunmur. (İ cild, i.v. 47-48) Məhkəmə iclasında qeyd edilən hallar və təqsirləndirilən şəxsin müdafiəçisinin təkrar məhkəmə tibbi ekspertizasının keçirilməsi haqqında vəsatəti nəzərə alınaraq təkrar məhkəmə tibbi ekspertizanın təyin edilməsi haqqında qərar qəbul edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 ekspertinə həvalə edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq ƏN PX-nin Bakı İstintaq Təcridxanasından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tibbi kitabçalarının surətləri göndərilmişdir. Təqsirləndirilən şəxs2 5665/22 nömrəli tibbi kitabçasının surətindən görünür ki, o, 28.06.22-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, bədəni üzərində “ sağ bazu nahiyəsində sarımtıl rəngli qançır və sağ ayaqda İV dırnaqda qartmaqlı yara” olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 həbs olunan zaman xəsarət almasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində olan 5641/22 nömrəli tibbi kitabçasının surətindən görünür ki bədəni üzərində köhnə çapırlar qeyd olunmuş, həbs olunarkən zədə almadığını bildirmişdir. Məhkəmənin Lənkəran RMX-ya sorğusuna cavab olaraq göndərilmiş 30.01.23-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Lənkəran ŞPŞ-nin çağırışı əsasında Lənkəran RMX PHŞ-in X7 Yardım Satansiyasının tibbi briqadası bir neçə dəfə təcili yardım göstərmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə “sağ ayağın İV barmağının sıyrılmış yarası” , xx.xx.2022-ci il tarixdə isə “sağ ayağın İV barmağının qapalı travması. Sıyrıntılar. Narkamaniya” diaqnozu qoyulmuşdur. Təqsirləndirilən şəxs1 adına isə Lənkəran RMX PHÇ-nin TTTYS-nə heç bir çağırış daxil olmamışdır. Təkrar məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, T 622/2022 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 29 iyun 2022-ci il tarixdə istintaq təcridxanasında həkim tərəfindən müayinə olunarkən “sağ bazu nahiyyəsində sarımtıl rəngli qançır və sağ ayaqda İV dırnaqda qartmaqlı yara” müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olub, müddəti təcridxanada müayinəsindən 6-9 gün əvvəl yetirilməyə uyğun gəlir, özünün göstərdiyi vaxtda və şəraitdə də törənmələri inkar olunmur, qançır sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir, sağ ayaqda dördüncü dırnaqda qartmaqlı yara isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin yerləşmə nahiyələri və xarakteri onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir. Göründüyü kimi Lənkəran rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı əsasında təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayətləri üzrə araşdırma zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı heç bir xəsarət aşkar edilmədiyi göstərilsə də, yuxarıda qeyd edilən sənədlərlə (Təqsirləndirilən şəxs2 tibbi kitabçası, Lənkəran RMX PHŞ-nin məktubu və təkrar məhkəmə tibbi ekspertizasının rəyi) müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində sağ bazu nahiyyəsində sarımtıl rəngli qançır və sağ ayaqda İV dırnaqda qartmaqlı yara xəsarəti aşkar olunmuşdur və həmin xəsarətləri Təqsirləndirilən şəxs2 həbsə alınması zamanı aldığını bildirsə də, istintaq orqanı nədənsə bu xüsusat üzrə susqunluq və hərəkətsizlik nümayiş etdirmiş, təqsirləndirilən şəxs döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmişdir. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin düzgün tərtib edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Lənkəran rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli “cinayət işinin rədd edilməsi haqqında” qərarından göründüyü kimi qərar yalnız təsviri hissədən ibarət olmuş, müstəntiq digər sübutları əldə etmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmiş, əldə etdiyi ekspert rəyinin məzmununu yalnız təsvir etməklə kifayətlənmiş, təqsirləndirilən şəxsdə xəsarətlərin olmasını təsdiq edən digər sənədlərə ümumiyyətlə münasibət bildirməmişdir. Belə olan halda, qeyd edilən araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın əsas götürülməsi, Təqsirləndirilən şəxs2 fiziki zorakılığa məruz qalmamasının qəbul edilməsi tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsinə səbəb olmaqla ədalət mühakiməsinin və ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının məqsədlərini şübhə altına almış olar. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonar yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” (28 oktyabr 1998-ci il) “Selmuni Fransaya qarşı” (04 may 1999-cu il) işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamnda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında (11 iyul 2006-cı il) qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi narkotik vasitə götürmək üçün Lənkəran rayonuna gəlməsi barədə “etirafedici” ifadəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməməsi öz təsdiqini tapsa da onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadələri Azərbaycan Respublikası CPM-in 125.3-cü maddəsinə əsasən hüquqi qüvvəsi olmayan hesab edilməli və həmin ifadələr ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilməməlidir. Lakin Təqsirləndirilən şəxs2 qarşı məhkəmə istintaqı zamanı dindirilimiş digər təqsirləndirilən şəxs Eldəniz Süeymanovun və məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Sənani Məmmədovun qanuni yolla əldə edilmiş ifadələri olduğundan Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlində birgə icraçı kimi iştirakı tam təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1 özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədikləri səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmişlər, eyni zamanda Bakı İstintaq Təcridxanasından daxil olmuş tibbi kitabçadan da görünür ki, təcridxanaya daxil olarkən bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Məhkəmə göstərilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs1 fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Sənani Məmmədov narkotik vasitəni satış məqsədi ilə əldə etmək üçün şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən 191-ci kilometrliyində üzərində “191” rəqəmi əks olunmuş məsafə göstərən yol nişanının yanında gizlədilmiş narkotik vasitələri əldə etmək üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə birlikdə razılaşmış, Təqsirləndirilən şəxs2 cinayətin digər iştirakçıları ilə aralarında olan rol bölgüsünə uyğun olaraq həmin narkotik vasitənin əldə edilməsi üçün idarə etdiyi avtomobillə Sənani Məmmədov və Təqsirləndirilən şəxs1 həmin əraziyə gətirmiş, sonuncu avtomobildən düşüb narkotik vasitələri götürərək avtomobildə saxlamışdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin pul qarşılığında külli miqdarda – narkotik vasitə olan heroin, tiryək və qurudulmuş marixuana əldə edib, saxlamaq və daşımaqla digər şəxsin deyəcəyi ünvana çatdırmaq niyyətində olmaları, onların məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmələri sübuta yetirilmişdir. Məhkəmə iclasında çıxış etmiş dövlət ittihamçısı da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi təqsirləndirildikləri əməlin həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməsini və təqsirləndirilən şəxslərin həmin maddə ilə cəzalandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi yolu ilə törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan mal və ya əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməmişdən əvvəl bu barədə məlumat aldıqdan sonra qəbul etməsi əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaradır. Məhkəmə hesab edir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsində qəbul etmiş şəxs cinayətin köməkçisi kimi qəbul edilməlidir. Bu baxımdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə narkotik vasitələri İran İR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat aldıqdan, Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etdikdən və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirildikdən, yəni qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra Lənkəran rayonu ərazisində gizlədildiyi yerdən götürdüyünə görə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçisi kimi iştirak etmişlər. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 ifadələri və hazırkı cinayət işindən ayrılmış digər cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X4 şahid qismində ifadəsi, Təqsirləndirilən şəxs1 üzərinə “şəxsi axtarış keçirilməsi haqqında” 21 iyun 2022-ci il tarixli, “Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilməsi” haqqında protokollar, onlara əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, “mobil telefona baxış keçirilməsi haqqında” protokol və səs yazılarının olduğu CD disk, digər istintaq hərəkəti protokolları, məhkəmə kimyəvi ekspertizasının 21 iyun 2022-ci il tarixli rəyi, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Lənkəran ŞRPŞ-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi 15 avqust 2022-ci il tarixli raport, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 206.2-ci maddəsində isə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən və Biləsuvar Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş hökmün surətindən görünür ki, Əliyev X6 Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 06 may 2021-ci il tarixli qərarı ilə hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 01 il 11 ay 20 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. (İ cild,i.v. 242-244, İİ cild,i.v. 34-37) Azərbaycan Respublikası ƏN Bakı Şəhər Probasiya İdarəsindən verilmiş xx.xx.2022ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə hökmün icrası barədə göstəriş xx.xx.2021-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin icraatına daxil olmuş, məhkum xx.xx.2021-ci il tarixdə Cəlilabad rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(003)-1564/2021-ci il tarixli qərarı ilə “8 Noyabr- Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzası 1 il azaldılmış və məhkum Təqsirləndirilən şəxs2 cəzasının sonu ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. -Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 30 iyul 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Ailə tərkibi arvadı, 2011-ci il tarixdə anadan olmuş qızı olmaqla himayəsində bir azyaşlı uşağı vardır. (İ cild, i.v. 236-238). -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. (İ cild,i.v. 241) - Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (İİ cild, i.v. 27) Elektron sorğu sistemindən sorğulanmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 evlidir , himayəsində 2009 və 2017-ci il təvəllüdlü olmaqla iki azyaşlı uşağı vardır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, himayələrində azyaşlı uşaqlarının olması ilə bağlı cəzalarını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən), cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, cinayətin törədilməsində iştirak dərəcələrinə əsasən təyin edilməlidir. Buna görə də onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları 21 iyun 2022-ci il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarları ilə barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 22 iyun 2022-ci il tarixli, 712 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 22 iyun 2022-ci il tarixli, 713 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan narkotik vasitələr - ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 6019,7 qram təşkil edən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “şəxsi axtarış və götürmə” aparılması haqqında protokollara əlavə edilmiş 02 (iki) ədəd, “baxış və götürmə” haqqında protokola əlavə edilmiş, 01 (bir) ədəd DVD diskdə olan videogörüntü, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş telefonda olan “Whatsapp” ani ismarıclaşma sistemində olan səs yazılarını əks etdirən 01 (bir) ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 02 (iki) ədəd və "xxxx" MMC-dən daxil olmuş 01( bir) ədəd CD disklər iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “İphone” markalı mobil telefon aparatları onların yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 04 (dörd) müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 21 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 21 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 50 (əlli) manat məbləğində pul bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 6019,7 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, “şəxsi axtarış və götürmə” aparılması haqqında protokollara əlavə edilmiş 02 (iki) ədəd, “baxış və götürmə” haqqında protokola əlavə edilmiş, 01 (bir) ədəd DVD diskdə olan videogörüntü, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş telefonda olan “Whatsapp” ani ismarıclaşma sistemində olan səs yazılarını əks etdirən 01 (bir) ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 02 (iki) ədəd və "xxxx" MMC-dən daxil olmuş 01( bir) ədəd CD disklər iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “İphone” markalı mobil telefon aparatları onların yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar