Məhkəmə qərarları › İş №1(099)-29/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-29/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-29/2024 07.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1994-ci il tarixdə Qazı-Məmməd (hazırda - Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi ev 8, mənzil 9-da qeydiyyatda olmaqla, Şirvan şəhəri, Naxçıvani küçəsi, ev 12də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Qazı-Məmməd (hazırda - Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq 5,672 qram çəkidə külli miqdar təşkil edən psixotrop maddə olan metamfetamini (bundan sonra - metamfetamin) istintaqa və məhkəməyə məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, ayrı-ayrılıqda 3,214 qram, 1,175 qram və 1,283 qram olmaqla 03 ədəd bükümlərə qablaşdıraraq, həmin metamfetaminin 1,175 qram və 1,283 qram olmaqla 02 ədəd bükümünü 26 noyabr 2022-ci il tarixdə saat 22 radələrində Hacıqabul-Şirvan yolunda olan körpünün yanında tanışı Təqsirləndirilən şəxs1 15 manat müqabilində satmış, qalan 3,214 qram çəkidə psixotrop maddə metamfetamini (bundan sonra – metamfetamin) isə üzərində saxlamaqla daşımış və Şirvan şəhər Polis Şöbəsinin (bundan sonra – Şirvan ŞPŞ) Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 dekabr 2022-ci il tarixdə, saat 00:15 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yolun kənarında hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində satış məqsədi ilə qanunsuz saxladığı 01 ədəd bükümdə təmiz çəkisi 3,214 qram olan külli miqdar psixotrop maddə metamfetamin əynində olan boz rəngli şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Budan əlavə Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 26 noyabr 2022-ci il tarixdə saat 22 radələrində Hacıqabul-Şirvan yolunda olan körpünün yanında görüşərək 2 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 1,175 qram və 1,283 qram olmaqla, ümumilikdə təmiz çəkisi 2,458 qram olan külli miqdar təşkil edən psixotrop maddə metamfetamini 15 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış və Şirvan ŞPŞ-nin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 noyabr 2022-ci il tarixdə, saat 23:20 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yolun kənarında hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 2 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 1,175 qram və 1,283 qram olmaqla, ümumilikdə təmiz çəkisi 2,458 qram olan külli miqdar metamfetamin əynində olan qara rəngli şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulmamışdan iki gün qabaq Əfsanə adlı qız ona dalbadal zəng edib israrla görüşməyi təklif etmişdir. O, 26 noyabr 2022-ci il tarixdə mağazadan meyvə və içki alıb Əfsanənin evinə qalxmış, qapını döydükdə Əfsanə qapını açdıqdan sonra içəri keçmiş, qapını örtdükdən sonra ayaqqabılarını çıxararkən evdə Şahid6 olmasını görmüş, sonra evin müxtəlif yerlərindən polis əməkdaşları çıxmışdır. Onu orada tutub polis şöbəsinə gətirmişlər, üzərində axtarış keçirsələr də üzərindən heç nə çıxmamışdır. Onu saxladıqdan təxminən saat yarım sonra İsmayıl onun olduğu otağa gəlib Əfsanə adlı qızın evindən narkotik tapıldığını bildirmiş, həmin narkotikin ona aid olduğunu bildirmişdir. O, isə buna etiraz etdikdə polis əməkdaşları onu döyməyə başladılar. Onu 5 saat təzyiq altında saxladıqdan sonra məcbur olub onlarla razılaşmış, narkotik vasitəni üzərinə götürüb yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, polislər onun Rafaellə münasibətinin olduğunu hardan bildiklərini bilmir. O, sənədlərin çoxuna oxumadan imza etmişdir. Birinci ifadəsində narkotiki yerdən tapmasını deməyi tələb etmişlər, Rafaeli tutuduqdan sonra isə onu məcbur etmişlər ki, narkotiki Rafaeldən aldığını desin. Ona təzyiqlər edildiyi üçün belə ifadə vermişdir. Rafael tutulmadığı halda 28 noyabr 2022-ci il tarixdəki ifadəsində Rafaelin adının çəkməsini onunla izah edir ki, telefonunda Rafaellə yazışmasını gördükləri üçün onun adını çəkməsini tələb etmişdir. Lakin o, Rafaellə yazışmalarında zarafatlar etmişdir. Əfsanə onu tez-tez zəng etdiyindən, tutulmamışdan da üç gün qabaq ona zəng etdiyindən şübhələnmişdir ki, Əfsanə onu tutdurmaq istəyir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün hakim qarşısına çıxarılarkən hakimə hər hansı söz deməmişdir. Qərarda onun adından yazılanlar yalandır. Ümumiyyətlə narkotik vasitə istifadə etməmişdir. Ambulator məcburi narkoloji yoxlamanın rəyində narkotik vasitələrdən istifadə etməsi qeyd edilsə də ondan hər hansı analiz götürülməmiş, bu rəyi özlərindən yazmışdırlar. İstifadəsində olan mobil nömrəsinə narkotik vasitələrdən istifadə etməsi ilə bağlı “smslər” gəlməmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən sonra ona verilmiş suallara cavab oalraq bildirmişdir ki, Əfsanənin bir neçə dəfə ona zəngindən sonra onun evinə getmişdir. Əfsanə ilə əvvəllər münasibəti olmuşdur. Əfsanə həmin evdə kirayə qalmış, Əfsanənin evinə qonaq getmişdir. Əfsanə polislərlə əlbir olub onu evinə dəvət etmişdir. Üzərinə şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmışdır. Həmin vaxt üzərində aşkar edilmiş kütlələri təqdim edib ona aid olduğunu, tapdığını bildirmişdir. Ona təzyiq və başqa-başqa hərəkətlər edildiyi üçün məcbur qalıb belə ifadə vermişdir. Bu hərəkətlərə məruz qalmasına dair həmin vaxt müdafiəçisinə məlumat verməmişdir. Rafaeldən psixotrop maddə almamışdır. Narkotik maddələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. Əfsanənin evində zabit olan İsmayıl, serjant rütbəli İsmayıl, Təbriz, Fuad və Namaz adlı polis əməkdaşı, ağ “Prado” markalı avtomobili olan Elçin adlı şəxs olmuş və həmin şəxslər onu saxlamışlar. Onu polis əməkdaşının maşını ilə şöbəyə aparmışlar. Saxlanılarkən onun üzərində hər hansı narkotik vasitə olmamışdır. Onu 26 noyabr 2022-ci il tarixdə təxminən saat 23:30 radələrində saxlamışlar. Ona İsmayıl, Namaz və Təbriz adlı polis əməkdaşları təzyiq göstərmişlər. İbtidai istintaq zamanı müstəntiq İlqar Novruzova etiraz etmiş, bunun səbəbi də o, olmuşdur ki, İlqar özü də bilirdi ki, onun üzərində narkotik vasitə olmamış, onu Əfsanənin evində tutmuşlar. Üzərinə şəxsi axtarış keçirilərkən hal şahidləri iştirak etməmişdir. Həmin gün yadında qalmayan saatda, Əfsanənin ona zəngindən qabaq Rafaellə görüşüb salamlaşmışdır. Rafaellə yazışmaları olmayıb, lakin telefonunda polisə əməkdaşları yazışmalar görmüş, lakin Rafaellə zarafatlaşıb həmin yazışmaları aparmışlar. İsmayılla Əfsanənin qonşu olması onda şübhə yaratmışdır ki, Əfsanə onu tutdurmaq istəyir. Əfsanənin onu tutudurmaq istəyini bildiyi halda ona maraqlı gəldiyi üçün həmin evə getmişdir. Şəxsi axtarış zamanı üzərində aşkar edilmiş kütləni tapdığını, daha sonra şübhəli şəxs qismində dindirilərkən ifadəsində üzərində aşkar edilmiş kütlənin Rafaeldən aldığın bildirməsi ilə bağlı qeyd edir ki, bunları müstəntiq yazmış, o, isə imzalamamışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Şirvan Şəhər Məhkəməsinin qərarında onun adından yazılanlardan xəbəri yoxdur. Əvvəllər özü də polis əməkdaşı olmuş, 2 ilə yaxın müddətdə post patrul xidmətində işləmiş, lakin daxili işlər orqanlarından xaric olunmuş, buna səbəb isə onun barəsində şikayət edilməsi, ondan qan analizi götürülməsi və qanında narkotik vasitə çıxmasının yazılması olmuşdur. Şirvan ŞPŞ-də ona 4-5 saat fiziki zor tətbiq etmişlər. Şikayəti üzrə Şirvan şəhər prokurorluğunda araşdırma aparılmış, cinayət işinin başlanılması rədd edilmiş, lakin həmin qərardan şikayət etməmişlər. Bədəni üzərində də xəsarət izləri qalmamışdır. Təqsirləndirilən şəxs1 məhkəməyə ünvanladığı son sözündə müdafiəçisi ilə razı olduğunu, üzərində heç bir narkotik vasitə olmamasını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı müvafiq olaraq 27 və 28 noyabr 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə qismən təqsirli bilib məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. İstifadə etdiyi metamfetamini mütəmadi olaraq Bakı şəhər sakini kimi tanıdığı Rafael adlı şəxsə sifariş edir, Rafael sifariş etdiyi metamfetamini Hacıqabul rayon ərazisində, Hacıqabul-Şirvan yolunda yerləşən körpünün yaxınlığında ona verərək çıxıb getmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Rafaellə qeyd etdiyi Hacıqabul-Şirvan yolunda yerləşən körpünün yaxınlığında təsadüfən görüşmüş və təkrarən Rafaeldən 15 manat verərək 2 büküm içərisində metamfetamin alaraq Şirvan şəhərinə gəlmişdir. Həmin gün saat təxminən 23 radələrində Şirvan şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona üzərində narkotik vasitələrin gəzdirilməsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, üzərində metamfetamin olduğu üçün buna etiraz etmiş, lakin sonra razılaşaraq polis əməkdaşları ilə Şirvan ŞPŞ-yə gəlmişlər. Polis şöbəsində ona vəkil təyin olunduqdan sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış, həmin vaxt ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif edilmiş, o, əynində olan qara rəngli şalvarının sol yan cibindən iki ədəd kağız büküm çıxarıb masanın üzərinə qoymuş və həmin bükümlərdə metamfetamin olduğunu bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq o, təqdim etdiyi psixotrop maddə olan metamfetamini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman istəməmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddəni aldığı Rafaelin adını bildirsin. Lakin sonradan qərara gəlmişdir ki, istintaqda yalan ifadə vermək özü bir cinayətdir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, sadəcə istifadə edir. Polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini təsdiq etməyib həmin ifadələrini oxumadan və fiziki təzyiqlər nəticəsində imza etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu Şirvan şəhərində yox, Hacıqabul rayonunda Mürsəl və Abdulla saxlamış, Hacıqabul rayonundan Şirvan şəhərinə gedən istiqamətdə körpünün altında Şirvan ŞPŞ-nin əməkdaşları Şahid6 və Şahid4 təhvil vermişlər. Üzərində narkotik vasitə olmamış, polis əməkdaşalrının təzyiqi nəticəsində onların verdiyi narkotik vasitəni üzərinə götürmüşdür. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən sonra ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 03 dekabr 2022-ci il tarixdə Hacıqabul rayonunda toyda olmuş, sonra toydan çıxıb valideynini evə apardıqdan sonra Şirvan şəhərinə dostu ilə çay içməyə getmişdir. Çay içib qayıtdıqdan sonra axşam saat 23 radələrində Hacıqabul rayonuna qayıtmışlar, həmin vaxt dostu maşından düşüb siqaret və su almaq üçün marketə girmişdir, dostu marketdən gec çıxdığı üçün özü də avtomobildən düşmüş, bu zaman post patrulun əməkdaşlarının marketin içində olduğunu görmüş, həmin şəxslər ona heç har getməməyi, onunla söhbət etmək istəyən şəxslərin olmasını demişlər. Buna görə o, marketdən çölə çıxmış, az sonra bir maşın ona yaxınlaşmış və maşından Mürsəl və Abdulla adlı Hacıqabul RPŞ-nin əməkdaşları düşmüşlər. Onlar ondan maışına oturmağı tələb etmişlər, özləri də onun maşınına əyləşmişlər. Sonra isə Şirvan istiqamətinə sürməsini istəmişlər və o, da maşını həmin istiqamətdə sürmüşdür. Hacıqabul rayonunun çıxışında körpünün altına çatanda qabaq oturacaqda oturmuş Mürsəl adlı şəxs İsmayıl adlı polis əməkdaşına zəng edib körpünün altına çatdığını demişdir. Az sonra İsmayıl da ağ “Chevrolet Niva” maşını ilə Fuad adlı polis əməkdaşı ilə həmin yerə gəlmiş, düşən kimi Fuad adlı əməkdaş onu vuraraq maşına əyləşdirmiş və onu Şirvan ŞPŞ-yə gətirmişlər. Bundan sonra ona fiziki zor tətbiq etmişlər, narkotik satdığını bildirmişlər. O, buna etiraz etdikdə ona bildirilmişdir ki, Etibar adlı şəxs ondan narkotik aldığını demişdir. O, isə həmin şəxsin bunu üzünə deməsini tələb etmişdir. Sonra polis əməkdaşı ona bildirmişlər ki, atası gəlmişdir və qapıdadır, buna görə onların verdiyi narkotiki cibinə qoyub çəkilişdə ona aid olmasını desin, daha sonra isə sənədlərə imza çəkib getsin. Hüquqi savadı olmadığı üçün onların dedikləri ilə razılaşmış, polis əməkdaşlarının verdiyi bükümü götürüb üzərinə qoymuş və etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onu döydükləri üçün ibtidai istintaq zamanı etirafedici ifadə vermişdir. Bundan başqa müstəntiq İlqar Novruzov onu yanına çağırıb bildirmişdir ki, atası polis şöbəsinə gəlmişdir. Sənədlərə imza etdikdən sonra onu buraxacaqlar. Həm də buna görə sənədlərə imza etmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılarkən də heç nə danışmamışdır. Təhsili ali olsa da hüquqi savadı olmadığına görə nəyə imza çəkdiyini bilməmişdir. Etibarla sinif yoldaşı olmuş, 8-ci sinifdə başqa məktəbə keçmiş, son vaxtlaradək münasibətləri qalmışdır. Etibarın adını telefonunda “X22” kimi qeydə almışdır. Polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq edilərkən bədəni üzərində də xəsarət izləri qalmışdır. İstintaq təcridxanasına daxil olarkən bədənində xəsarət izləri də olmuşdur. Polis tərəfindən saxlanıldıqdan təxminən 2 gün sonra istintaq təcridxanasına köçürülmüşdür. Döyülməsi ilə bağlı ekspertizadan keçirilməmiş, sadəcə onun bədəninə baxıb nəsə yazıblar. 8-ci sinfdən sonra Bakı şəhərində Bülbül adına orta ixtisas məktəbində təhsil almışdır. 2020-ci ildən sonra Hacıqabul rayonuna qayıtmışdır. Təqsirləndirilən şəxs2 məhkəməyə ünvanladığı son sözündə müdafiəçisi ilə razı olduğunu, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı müvafiq olaraq 04 və 05 dekabr 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilmiş və göstərmişdir ki, təxminən 2 ay bundan əvvəl yaşadığı küçədən yerdən bir ədəd kağız büküm tapmış, içərisinə baxdıqda metafetamin olduğunu aşkar etmişdir. Həmin bükümü gizlədərək mütəmadi olaraq ondan istifadə etmişdir. Həmin metamfetaminin onda olmasından sinif yoldaşı Təqsirləndirilən şəxs1da məlumatı olmuş, metamfetaminin bir qismini xx.xx.2022-ci il tarixdə iki kağız bükümdə birini 15 manata, digərini isə 5 manata olmaqla ayrı-ayrı vaxtlarda Etibara ümumilikdə 20 manata satmışdır. Qalan hissəsini isə özü istifadə etmək üçün sellofan bükümdə özü üçün saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 00:15 radələrində Şirvan şəhərinə gəlmiş və qeyd etdiyi metamfetamin sellofan bükümdə cibində olmuşdur. Şirvan şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona üzərində narkotik vasitələrin gəzdirilməsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, üzərində metamfetamin olduğu üçün buna etiraz etmiş, lakin sonra razılaşaraq polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsində müdafiəçisi gəldikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə, o, əynində boz rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə metamfetamin olduğunu bildirmişdir. Verilən şifahi suallara cavab olaraq təqdim etdiyi metamfetamini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman istəməmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddəni 2 ay bundan əvvəl tapdığını və həmin metamfetamindən yaxın günlərdə sinif yoldaşı Təqsirləndirilən şəxs1 satdığını bildirsin. Lakin sonradan qərara gəlmişdir ki, istintaqda yalan ifadə vermək özü bir cinayətdir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, sadəcə istifadə edir. Lakin Təqsirləndirilən şəxs1 həmin metamfetaminin onda olmasından məlumatı olduğu üçün ondan istəmişdir və o da Etibara satmaq qərarına gəlmişdir. Bundan başqa heç kimə və heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini təsdiq etməyib həmin ifadələrini oxumadan və fiziki təzyiqlər nəticəsində imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 04 dekabr 2022-ci il tarixdə Əliyev X12 şəhər ərazisində qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlamaqla, istifadəsi ilə və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul olunmuş, əməliyyat qrupu yaradılmışdır. Həmin gün Təqsirləndirilən şəxs2 Şirvan şəhəri, H.Əliyev prospektində görüb ona yaxınlaşmışlar, özlərini təqdim edib polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, həmin vaxt üzərində bir ədəd sellofan bükümdə metamfetaminə bənzər kütlə aşkar edilmiş, götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, həmin kütləni tutulmamışdan əvvəl yaşadığı evin yaxınlığından yerdən tapmışdır. Şahid qismində dindirilmiş Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 üzərində olan metamfetaminə bənzər kütlənin bir hissəsini başqa bir şəxsə satmasından həmin vaxt onun məlumatı olmuşdur. Lakin ona bu barədə sual verməmişdir. Təqsirləndirilən şəxs2 şəhərin H.Əliyev prospektində Hacıqabul rayonu istiqamətində piyada hərəkət edərkən saxlanılmışdır. Rafael onlara müqavimət göstərməmişdir. Rafaelə yaxınlaşdıqda iş yerini və vəzifəsini demişlər, eləcə də barəsində olan şübhəni bildirmişlər, Rafael yayınmaq istəsədə mmüqavimət göstərməmişdir. Rafaelə qarşı nə polis şöbəsinə gətirilərkən, nə də şöbədə olarkən hər hansı təzyiq edilməmişdir. Rafaelin üzərində olan hər hansı qızıl əşyanı götürməmiş, belə hal qətiyyən də mümkün deyildir. Rafaelin şəxsən özü saxlamışdır. Onun Hacıqabul rayonu ərazisində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən saxlanılması, sonra Hacıqabul rayonundan Şirvan şəhərinə gedən istiqamətdə körpünün altında Şirvan ŞPŞ-nin İsmayıl və Fuad adlı polis əməkdaşına təhvil verilməsi barədə bildirdikləri yalandır, İsmayıl adlı polis əməkdaşı həmin tədbirdə iştirak etməmişdir. Fuad isə əməliyyatda iştirak etmişdir. Təqsirləndirilən şəxs1 tutulmasında iştirak etməmişdir. Etibarı həm şəhər sakini, həm də polis əməkdaşı kimi tanımış, Etibar da onu tanımışdır. Əfsanə adlı qadını da Şirvan şəhər sakini kimi tanımış, hazırda da Əfsanə həbsdədir. Etibarla arasında heç vaxt münaqişə olmamış, normal münasibətləri olmuşdur. Etibar ona görə onun əleyhinə ifadə vermişdir ki, guya Etibar saxlanılarkən ona kömək etməliymiş, lakin etməmişdir. Bu isə onun şəxsi fikridir. Etibarın üzərinə narkotik vasitə qoymamışdır. Rafaeli piyada hərəkətdə olarkən saxlamış, polisə aid maşınla şöbəyə gətirmişdir. Rafaelin maşınının polis şöbəsinə gətirilməsindən məlumatı olmamışdır. Rafaeli əvvəllər görməmiş, tanımamışdır. Rafael barədə əməliyyat məlumatı daxil olduqda həmin şəxsin şəxsiyyətini müəyyən edib, fotoşəklini portaldan götürmüşlər. İstintaq zamanı şəxsi necə tanıyıb-tanımaması barədə ona sual verilmədiyindən ifadəsində Rafaeli şəkil vasitəsi ilə tanımasını deməmişdir. Məlumat daxil olan şəxsi tanımaq əməliyyatçının borcu olduğundan istintaq zamanı bu barədə onlara sual verilmir. Rafel Əliyevin hər iki aşağı ətrafında və kürək ətrafında qançır xəsarəti olması ilə bağlı heç nə deyə bilməz, Rafaelə qarşı fiziki zor tətbiq edilməmişdir. Rafael polisə daxil olarkən onun bədəni üzərində xəsarət görməmiş, ümumiyyətlə Rafaelin paltarlarını çıxarıb bədəninə baxmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid4 şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 şöbəyə gətirilərkən müdafiəçi ilə təmin olunmuş, şəxsi axtarış keçiriilənədək müdafiəçisi ilə təklikdə görüşmək şəraiti yaradılmışdır. Üzərində aşkar edilmiş kütləni tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 tutulandan sonra tanımış, bildiyinə görə Hacıqabul rayon sakinidir. Onun yerini baş əməliyyat müvəkkili Şahid1 müəyyən etmiş, o, sadəcə Rafaelin saxlanılmasında iştirak etmişdir. Rafaelin saxlanıldığı yer Şirvan ŞPŞ-yə uzaqdır. Rafeli saxlayarkən yanında Şahid1 olmuşdur. İstintaqa verdiyi ifadəsini təsdiq edir. X1 göstərmiş, indi də bunu təsdiq edir. Belə ki, sonuncu təhqiqatçıdır. Rafael yolun kənarında piyada hərəkətdə olarkən saxlanılmışdır. Rafaelin avtomobillə hərəkət etməsini, avtomobilini görməmişdir. Həmin avtomobilin polis şöbəsinə gətirilməsini görməmişdir. Rafaeli Şirvan şəhərinin çıxışında, Hacıqabul rayonunun girişində, Şirvan şəhərinin çıxacağında post patrul xidmətinin dayandığı ərazinin yaxınlığında saxlamışlar. Şahid1 Rafaeli tanıyıb-tanımadığını bilmir. Rafael onun idarə etdiyi “Niva” markalı, xidməti avtomobillə polisə gətirilmişdir. Rafaeli gecə yarısı, təxminən saat 00 radələrində saxlamışlar. Rafaelin bədəni üzərində xəsarətlərin olması barədə məlumatı olmamış, ona qarşı fiziki zor tətbiq edilməmişdir. Şahid6 iş yoldaşı kimi tanımışdır. Rafaelin saxlanılmasında İsmayıl iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 26 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlamaqla və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmışdır. Qrupun üzvləri ilə birlikdə Şirvan şəhəri, H.Əliyev prospektinə gedib orada Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim etmiş, barəsində şübhəni izah edib onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, həmin vaxt üzərində iki ədəd sellofan bükümdə metamfetaminə bənzər kütlə aşkar edilmiş, götürülərək qablaşdırılmışdır. Həmin kütləni Şirvan şəhərində “Çıraq” petrol yanacaq doldurma məntəqəsinin yaxınlığında tapdığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən tək olmuşdur. Etibara saxlanılmasının səbəblərini bildirmişlər, sonuncu əvvəl yayınmaq istəsə də sonradan etiraz etməyib onlarla şöbəyə gəlmişdir. Etibar şöbəyə gəldikdən sonra təhqiqat bölməsinə təhvil verilmişdir. Təhqiqat bölməsinə təhvil verilməzdən əvvəl hər hansı şəxsin yanına aparılmaışdır. Etibar daim onların nəzarətində olmuş, şəxsi axtarış keçirilənədək tək qalmamışdır. Etibarın üzərindən aşkar edilmiş bükümlərə baxılıb-baxılmaması yadında deyil. Etibar barədə əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə bağlı olmuş, lakin sonradan satışla bağlı məlumat təsdiqini tapmamışdır. Bu istiqamətdə əməliyyat tədbirləri keçirilmiş, Etibarın konkret olaraq kiməsə narkotik vasitə satmasını müəyyən edə bilməmişlər. Təqsirləndirilən şəxs1 qarşı hər hansı fiziki zor tətbiq edilməmiş, hədə-qorxu gəlinməmiş, ifadə verməyə məcbur edilməmişdir. Etibarın narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə vətəndaşlardan soraqlaşmış, məxfi əməkdaşlığa cəlb edilmiş şəxslərdən məlumatlar alınmış, lakin Etibarın narkotik vasitələrin satış ilə məşğul olması barədə məlumat təsdiqini tapmamışdır. Etibar barədə ona iki üç dəfə məlumat daxil olmuş, həmçinin Etibar saxlanıldığı gün də məlumat daxil olmuşdur. Əvvəlki məlumatlar tam təsdiqini tapmadığından, məlumat tam dəqiqləşdirilmədiyindən həmin məlumatlar barədə rəhbərliyə raportla müraciət etməmişdir. Əməliyyat qrupunda özü və Şahid2 olmuşlar. Həmin qrupda Şahid6 olmamışdır. Etibarı çox əvvəllər şəhər sakini kimi tanımış, lakin münasibəti olmamışdır. Etibarı H.Əliyev prospektində yaşayış binaları tərəfdə, 9 mərtəbəli binanın yaxınlığında saxlamışlar. Həmin prospektdə bir ədəd 9 mərtəbəli bina vardır. Etibarı polis şöbəsinə gətirdikdən hansı müddət sonra üzərinə şəxsi axtarış keçirilməsi tam yadında deyil. Etibar üzərində aşkar edilmiş kütləni Çıraq petrol yanacaq doldurma məntəqəsinin yaxınlığından tapdığını bildirmiş, həmin yerə baxış keçirməmişlər. Narkotik vasitələrin tapılaması barədə Etibarın ifadəsinin real olmadığını hamı bilir, çünki narkotik vasitə hardansa tapılmır, əldə edilir. Buna görə də həmin yerə baxış keçirməmişlər. Etibarı Şahid5 adlı qadının evində saxlamamış, həmin qadını tanımamışdır. Etibarın belə bir ifadə verməsi doğru deyildir, belə hal olmayıb. Etibar küçədə saxlanılmışdır. Əfsanə adlı qadının evində də olmamışdır. İstintaqa verdiyi ifadəni tam təsdiq edir. Həmin vaxt təhqiqatçı Samir Məmmədov da qrup üzv olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. O, əməliyyat qrupunun üzvü olmuşdur. Təqsirləndirilən şəxs1 səhv etmirsə axşam saat 23 radələrində saxlamışlar. Ona qarşı hər hansı fiziki təzyiq edilməmiş, saxlanıldıqdan sonra polis şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs1 saxlanılarkən piyada hərəkətdə olmuş, yanında heç kim olmamışdır. Etibar üzərində aşkar edilmiş iki bükümdə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, tapdığını demişdir. Etibarı H.Əliyev prospektində - 9 mərtəbəli yaşayış binasının, “üç barmaq” deyilən abidənin yaxınlığında saxlamışdır. Etibarı saxlayarkən Şahid3 və təhqiqatçı Samir Məmmədov olmuşlar. Etibarın saxlanılmasında Namaz iştirak etməmişdir. Etibarın üzərinə şəxsi axtarış keçirilərkən iştirak etmişdir. Etibarın narkotik vasitəni tapdığını dediyi yerə ümumi baxış keçirsə də, rəsmi olaraq baxış keçirməmişlər. İstintaq zamanı verdiyi ifadəsini tam təsdiq edir. Şahid5 adlı qadını tanımır. Etibarın Əfsanə adlı qadının evində tutulması yalandır, belə hal olmayıb. Həmin qadını tanımadığından, heç onun evində də olmamışdır. Etibarı tutulana qədər tanımamış, onunla ədavəti olmamışdır. Etibarın niyə onun adını çəkməsinin səbəbini Etibarın özündən soruşmaq lazımdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Etibarı 3-4 il əvvəl tanımışdır. Etibar onun rəfiqəsinin sevgilisi olmuşdur. Ötən məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid qismində dindirilmiş Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Etibar onlara gələrkən ona zəng edib qapını soruşmuş, o, da bloku və qapının yerini izah etmişdir. Təxminən 5-6 dəqiqə keçməsinə baxmayaraq Etibarın onlara gəlmədiyini görüb sonuncuya yenidən zəng vurmuşdur. Etibar telefonu açaraq ona bildirmişdir ki, “Əsi işim çıxdı, Hacıqabula qayıtmalı oldum və bir iki saata sizə gələcəm». Bundan sonra 3-4 dəfə Etibarla danışaraq yuxusu gəldiyini bildirmiş və gəlməyəcəksə yatmaq istədiyini bildirmişdir. Etibar ona bildirmişdir ki, narahat olmasın, özü gələndə yığacaq. Saat təxminən 23 radələrinə kimi Etibarı gözləmiş, lakin Etibarın gəlmədiyini görüb yatmışdır. Etibarla tutulmamışdan iki üç gün əvvəl sosial şəbəkələrdə ona “dostluq atmış, buna görə də ona zəng edib danışmışdır. Etibar onun həmişə danışdığı adam olmuşdur. Onun övladı vardır və anası ilə yaşayır. Onda elektron nəzarət vasitəsi olmuş, cəzanın şərtlərini pozduğuna görə 2 ay üzərində olan cəzası azadlıqdan məhrumetmə cəzasına dəyişdirilmişdir. Təqsirləndirilən şəxs1 onun evində tutulmamışdır. Onun istifadəsində ***- ***-**-** saylı nömrə olmuş, lakin hazırda istifadə etməmişdir. Etibarla “WhatsApp” vasitəsi ilə danışmış, səhv etmirsə bir dəfə adi zəng də etmişdir. Onda bir də ***-***-**-** mobil nömrə olmuşdur, ***-***-**-** nömrəsi ona məxsus deyildir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin əməkdaşı Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Hacıqabul rayon sakini kimi tanımışdır. Həmin şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasında iştirak etməmişdir. Şahid9 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rafaelin Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən tutulmasını bilir. Rafaelin avtomobil idarə edib-etmədiyi yadında deyil. Rafael onun tərəfindən saxlanılmayıb, onu Şirvan ŞPŞ əməkdaşlarına təhvil verməyib. 03 dekabr 2022-ci il tarixdə gecə saat 11 radələrində yəqin ki evində olmuşdur. Şəhər ərazisində sahə polis nəfəri işlədiyindən ola bilər ki, şəhər ərazisində olmuşdur. Şahid6 polis əməkdaşı kimi tanıyır. Rafaeli əgər tutsaydı onu Hacıqabul RPŞ-yə aparardı. 03 dekabr 2022-ci il tarixdən bir ildən çox vaxt keçdiyindən dəqiq olaraq həmin gün harada olmasını xatırlamır. Onun vəzifəsi Hacıqabul şəhər sahə rəisinin köməkçisi vəzifəsində işləyir. Rafael onun ərazisində yaşamışdır. Rafaelin nənəsini tanımış, bağça müdirəsi işləmişdir, hazırda təqaüddədir. Rafaeli ziyalı ailənin övladı kimi tanımışdır. Lakin Rafaellə qəti əlaqəsi olmamışdır. Şirvan ŞPŞ-nin əməkdaşları ilə həmin gün əlaqəsi olmamışdır. İstifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. Rafaellə heç bir şəxsi münasibəti və ya qərəzi yoxdur, amma Rafael onun adını çəkdiyindən yəqin Rafaelin onunla düşmənçiliyi var, bunun səbəbini isə Rafaeldən soruşmaq lazımıdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin əməkdaşı Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Hacıqabul rayon sakini kimi tanımışdır. Həmin şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasında iştirak etməmişdir. Onu bu məsələ ilə bağlı Şirvan şəhər prokurorluğuna da çağırmışlar, bu barədə izahat da vermişdir. Rafaelin Şirvan ŞPŞnin əməkdaşları tərəfindən saxlanılmasını bilmişdir. Bunu da Şirvan şəhər prokurorluğunda izahat verərkən bilmişdir. Şahid8 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rafaeli müsbət adam kimi tanımışdır. Onun atasının avtomobil idarə etməsini görmüşdür. Rafaelin avtomobili olubolmamasını bilmir. 03 dekabr 2022-ci il tarixdən bir ildən çox vaxt keçdiyindən həmin gün dəqiq olaraq harada olmasını bilmir. Rafaeli Hacıqabul ərazisində saxlamamış, Şirvan ŞPŞ-nin əməkdaşlarına təhvil verməmişdir. Həmin tarixdə kiminlə əlaqə saxlaması, danışması da yadında deyildir. İstifadəsində ***-***-**-** əsas nömrəsidir, bundan əlavə ***-***-**-** saylı mobil nömrə də onun istifadəsindədir. Rafaellə hər hansı düşmənçiliyi və ədavəti yoxdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin əməkdaşı Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanımış, münasibəti yaxşı olmuşdur. Etibarın və Rafaelin saxlanılmasında iştirak etməmişdir. Şahid6 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Etibarla münasibətləri həmişə xoş olmuşdur. Etibar ifadəsində Şahid5 evində onun tərəfindən tutulması barədə dedikləri yalandır, belə hal olmayıb. Etibarın niyə belə ifadə verdiyini bilmir. Şahid5 əvvəllər tanımış, aralarında telefon əlaqəsi olmamışdır. Əfsanə ilə bir binada yaşamamışdır. Etibar tutulmamışdan 1 ay əvvələdək onun işə düzəlməsi ilə bağlı heç bir danışıq olmayıb. Təqsirləndirilən şəxs2 tanımışdır. Belə ki, Hacıqabul rayonunda həmin şəxsi görmüşdür. Rafaelin tutulma vaxtını bilməmişdir. Rafaellə münasibəti olmamışdır. Həmin şəxslərin niyə adını çəkdiklərini bilmir. İfadə verməmişdən 3 il əvvələdək Hacıqabul RPŞ-də işləmişdir. Abdulla və Mürsəl adlı şəxsləri Hacıqabul rayon sakinləri kimi, eləcə də Hacıqabul RPŞnin əməkdaşları kimi tanımışdır. Həmin şəxslər Rafaeli Hacıqabul rayonunda körpünün altında ona təhvil verməmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş "xxxx" MMC-nin Hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 aid mobil nömrənin əhatə dairəsinin 03 dekabr saat 22:41:29-dan saat 23:14:56-dək (GPRS) “Shirvan_Chiraq_Petrol / /Shirvan/” ünvanında, saat 00:29:26-da (GPRS) “İn-style Shirvan/"Şirvan şəhəri, H.Əliyev prospekti 35 "/Shirvan/” ünvanında olan antenin əhatə dairəsində olması, yəni saat 23:14-dən saat 00:29-dək olan 1 saat 15 dəqiqə ərzində həmin mobil nömrənin anten dairəsinin Bakcell MMC-dən daxil olan məlumatlarda göstərilməməsi ilə bağlı onu deyə bilər ki, ilk öncə məlumatlardakı abreviaturaların mənası aydınlaşdırılmalıdı. Belə ki, həmin məlumatlarda yazılmış “MOC” çıxan zəng, “MTC” daxil olan zəng mənasını, “SMS MO” çıxan smslər, “SMS MT” isə daxil olan sms mənasını verir. Texniki cəhətdən məsləhət görülür ki, anten məlumatlara baxarkən bunlara xüsusi diqqət yetirmək lazımdır. Məlumatlardadkı digər abreviaturlar “ GPRS” , “usage_start”, “usage_stop”, “usage_int” internet istifadəsi ilə bağlıdır. Bu antenlər 70 faiz düzgün göstərir, lakin bütün dünya üzrə olan bir problem vardır ki, 30 faiz hallarda səhvlik ola bilər. Məsələn əgər internetdən istifadə edərkən, məsələn hər hansı video yüklənməsi Lənkəran rayonunda başlanırsa və avtomobillə Bakı şəhərinə gedib çatdıqda video yüklənmə həmin şəhərdə başa çatarsa bu zaman şəxs Bakı şəhərində olsa belə mobil nömrəsinin anten dairəsi Lənkəran şəhərində göstərəcəkdir, çünki video Lənkəran şəhərində yüklənilməyə başlanılmışdır. Bu texniki problem qlobaldır, təkcə Bakcell MMC-yə aid deyildir. İkinci hal isə texniki problemdir. Belə ki, bəzən anten əks olunmur, bunu da heç kim silə bilmir, silmək belə mümkün deyil. Xüsusilə 2022-ci ildə belə hal olub. Beləliklə bir saatdan çox müddətdə qeyd edilən möbil nömrənin hər hansı anten dairəsinin əhatəsində göstərilməməsi o demək deyildir ki, telefon söndürülüb. Bu o deməkdir ki, şəxs telefon istifadə etməyib. Belə ki, yalnız istifadə olunan, yəni kontur çıxılan vaxt - əməliyyat aparılarkən anten göstərilir. Telefonun söndürülmüş olması və ya istifadə olunmamasını texniki cəhətdən ayırd edə bilmirlər. Şahid Anar Zamanov ona verilən suallara cavab olaraq bildirmişdir ki, telefon müəyyən ünvanda söndürülürsə və yeni ünvanda yandırılırsa və həmin vaxt istifadə edilirsə həmin mobil nömrə olduğu yerin – yeni məkanın anteninin əhatə dairəsində olur. Məlumatlarda boş yerlər olduğu halda həmin antenin göstərilməməsi haldır ki, bu texniki problemdir. Əgər baza stansiyasının ətrafında hər hansı maneə varsa və həmin stansiya xidmət göstərə bilmirsə həmin baza stansiya mobil nömrəni yaxınlıqda olan digər baza stansiyasına ötürə bilər. Lakin yaxınlıqda olan baza stansiyasına ötürülür. Bakcell MMC-yə aid “Shirvan_Chiraq_Petrol / /Shirvan/” baza stansiyası ilə Hacıqabul rayonunda yerləşən “Hajigabul-2/"Hacıqabul rayonu, Ziya Bünyadov küç, Şəhər giriş tablosunun arxası"/Hajigabul/” baza stansiyası arasındakı məsafə 5,2 km civarındadır. Texniki göstəricilərinə görə həmin baza stansiya Hacıqabul rayonuna xidmət göstərmir. Lakin 10 faiz ola bilər ki, Hacıqabula xidmət göstərsin. Telefona zəng gəlmirsə və getmirsə, telefon hər hansı proqram üzrə internetdən istifadə etmirsə həmin mobil nömrənin anten dairəsini şirkət olaraq görə bilmirlər. Əgər mobil nömrədən istifadə olunarsa və həmin qrafanın qarşısı boş olarsa bu o, demək deyil ki, telefon istifadə olunmayıb, sadəcə olaraq bu texniki problemdir, anteni görmək mümkün deyildir, buna da hər hansı müdaxilə edilə bilməz, heç kim bunu silə bilməz. "xxxx" MMC heç bir halda hər hansı hüquq mühafizə orqanları ilə əlbir olub hər hansı mobil nömrədə anten ünvanını silə bilməz, bu qəbul edilən deyildir. Anten dairəsi konkret olaraq dəqiq olan bir yeri göstərmir, yəni anten dairəsi baza stansiyasının bütün əhatə dairəsini göstərir. Telefondan zəng edildiyi vaxtdan bir saniyə sonra anten göstərir. İstifadəçilərin sayı az olduğu yerlərdə baza stansiyanın 32 km məsafəyə xidmət göstərmə imkanı vardır. Anten məlumatlarında ən real ərazi zəngin daxil olması və zəngin çıxması zamanı göstərilən antendir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -04 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılmış və aidiyyəti üzrə Şirvan ŞPŞ-nin İstintaq Şöbəsinə göndərilmişdir (İ cild, i.v. 01). -Təqsirləndirilən şəxs2 barəsində tərtib edilmiş, sonuncunun qanunsuz əldə etdiyi narkotik vasitədən istifadə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olmasında şübhəli olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 04 dekabr 2022-ci il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və həmin istintaq hərəkəti zamanı şifahi ifadəsində bildirdiyi barəsində əməliyyataxtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi bir ədəd bükümdə psixotrop maddəni könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi müəyyən edilir (İ cild, 4-6; 10; 31-33). -“Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli xətli parça şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və bir ədəd Samsung A50 markalı mobil telefon aşkar olunaraq götürülmüşdür (İ cild, i.v. 31-33). -27 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılmış və aidiyyəti üzrə Şirvan ŞPŞ-nin İstintaq Şöbəsinə göndərilmişdir (İ cild, i.v. 128). - Təqsirləndirilən şəxs1 barəsində tərtib edilmiş, üzərində qanunsuz əldə etdiyi narkotik vasitədən istifadə etməklə və üzərində gəzdirməsində şübhəli olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 27 noyabr 2022-ci il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və həmin istintaq hərəkəti zamanı şifahi ifadəsində bildirdiyi barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi iki ədəd kağız bükümdə psixotrop maddəni könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi müəyyən edilir (İ cild, 130; 132-133; 136;157-159). -Şirvan ŞPŞ-nin istintaq bölməsinin “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 18 fevral 2023-cü il tarixli qərarından görünür ki, 27 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və barəsində Şirvan ŞPŞ-nin istintaq bölməsində başlanılmış ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2,458 qram psixatrop maddə olan metamfetamini tanışı Təqsirləndirilən şəxs2 əldə etməsini ifadəsində göstərdiyi üçün ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmişdir (İ cild,i.v.125-126). -“Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 2 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür (İ cild, səh.157-159). -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 04 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 00:15-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 27-28). -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 27 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 23:20-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v.153-154). -“Baxış keçirilməsi haqqında” 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə bağlı telefon danışıqlarına dair məlumatlar təhlil olunarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 26 noyabr 2022-ci il tarixdə saat 16:21:13-də zəng olunaraq 83 saniyə, saat 17:08:14-də zəng olunaraq 16 saniyə, saat 17:17:10-da zəng olunaraq 19 saniyə, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 26 noyabr 2022-ci il tarixdə saat 16:49:39-da zəng olunaraq 21 saniyə, saat 21:10:25-də zəng olunaraq 85 saniyə müddətində danışıqlar aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon nömrəsi arasında 2022-ci ilin sentyabr ayından dəfələrlə ayrı-ayrı vaxtlarda danışıqların olması müəyyən olunmuşdur. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsinin 04 dekabr 2022-ci il tarixdə Hacıqabul rayonu ərazisində anten dairəsində olması müəyyən olunmamış, Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsi sonuncu dəfə Hacıqabul anten dairəsində 03 dekabr 2022-ci il tarixdə saat 21 radələrində qeydə alınmış, həmin müddətdən sonra Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsi Şirvan anten dairəsində qeydə alınır (İ cild, i.v. 113, 253-254). -“Baxış keçirilməsi haqqında protokoldan” görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş mobil telefon «Samsung A50» markalı olmaqla mobil telefonun qarşı hissəsi sensor ekrandan ibarətdir, telefonun arxa tərəfi göy rəngdə olmaqla yuxarı sol hissəsində fotoşəkil çəkmək üçün fotokamerası vardır, ortada böyük hərflərlə «SAMSUNG» yazılmışdır. Telefon işlək vəziyyətdədir, orta hissədən deformasiyaya uğramasına baxmayaraq mobil telefonu işə saldıqda işləməsi müəyyən olunur. Mobil telefon işə salındıqda xüsusi şifrə daxil olunaraq mobil telefona daxil olunmuşdur. Mobil telefonun «WhatsApp» mobil tətbiqində olan yazışmalara baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrəsi ilə istintaqa şəxsiyyətləri məlum olmayan şəxslər arasında narkotik vasitələrin alqı-satqısı ilə bağlı yazışmaların olması müəyyən olunmuşdur. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs2 mobil telefonunda «X22» adı altında ***-***-**-** mobil telefon nömrəsi qeydiyyata alınmış və istintaq zamanı həmin mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs1 məxsus olması iş materialları ilə müəyyən edilir. Təqsirləndirilən şəxs2lə «X22» adlı istifadəçi, yəni Təqsirləndirilən şəxs1 arasında psixotrop maddənin alışı ilə bağlı 26 noyabr 2022-ci il tarixdə saat 22 radələrində yazışmaların olması müşahidə olunur. Həmin yazışmaların fotoşəkilləri çəkilərək protokola əlavə olunması üçün çap edilmişdir. Həmçinin mobil telefonun daxil olan və çıxan zənglər bölməsinə baxış aparılan zaman Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 26 noyabr 2022-ci il tarixdə saat 16:21, saat 16:49, saat 17:08, saat 17:17 və saat 21:10-da telefon danışıqların olması müəyyən olunmuşdur (İ cild, i.v.249-252). - “Məhkəmə-kimyəvi ekspertizasının” 27 noyabr 2022-ci il tarixli, 18/1268 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən…” sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 1,175 qram, 1,283 qram, ümumi çəkisi 2,458 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli metamfetamindir. (İ cild, i.v. 165-168). - “Məhkəmə-kimyəvi ekspertizasının” 04 dekabr 2022-ci il tarixli, 18/1286 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən…” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 3,214 qram olan maddə kustar üsulla hazırlanmış metamfetamindir (İ cild, i.v.39-42). - “Məhkəmə-kimyəvi ekspertizasının” 14 fevral 2023-cü il tarixli, 18/168 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 1 bükümdə, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 2 bükümdə, cəmi 3 ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir (İİ cild, i.v.65-67). -05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (İ cild, i.v. 51-52). - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (İ cild, i.v. 54-55). - Şirvan Şəhər Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 5(032)-202/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 dekabr 2022-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.82-83). - 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (İ cild, i.v. 176-177) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 179-180) - Şirvan Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 4(032)-381/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 26 noyabr 2022-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v.121-122) - cinayət işinin materiallarına əlavə olunmuş Şirvan şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X10 18 fevral 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına daxil olarkən bədəni üzərində qançır xəsarətlərinin aşkar olunması ilə bağlı Şirvan şəhər prokurorluğunda aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs2 döyülməsi xüsusatı öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir (İİ cild, i.v.26-29). - cinayət işinin materiallarına əlavə olunmuş Şirvan şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X10 20 mart 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması haqqında Şirvan şəhər Məhkəməsində iclas keçirilərkən Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı Şirvan şəhər prokurorluğunda aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs1 döyülməsi xüsusatı öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir (İİ cild, i.v.120-123). - Şirvan şəhər mərkəzi xəstəxanası publik hüquqi şəxsin 29 dekabr 2022-ci il tarixli, 1332 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 ŞMP-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur (İ cild, i.v.225). - Hacıqabul rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin 06 fevral 2023-cü il tarixli, PHŞ-6-41/2-45/2023 nömrəli məktubunda göstərilmişdir ki, Əliyev X7 RMX PHŞ-nin konsultativ-poliklinika şöbəsinin narkoloji, ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir (İ cild, i.v.114). - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 yanvar 2023-cü il tarixli, 319 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, i.v.70-71). - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 yanvar 2023-cü il tarixli, 134 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, i.v.68-69). Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, BKC/LGL-10955/23 saylı və xx.xx.2023-cü il tarixli, BKC/LGL-11247/23 saylı məktublarla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən Təqsirləndirilən şəxs1 adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil nömrə xx.xx.2022-ci il tarixdə saat 23:23:37dan saat 23:52:36-dək “İn-style Shirvan/"ünvan 4 ünvanında olan antenin əhatə dairəsində olmuşdur. Həmin mobil nömrədən müxtəlif mobil nömrələrə “Qaqa mənə bir az limon duzu Verde catiram taksiynenəm sənə vzv atanda çıx”, “Qaqa sen ALLAH 3 ayri ayri ele yarilarin. Yaxşı təmiz olsunda hamsibu boyda yol gellem sene arxayınam. 40 deqe ins ALLAH cataram”, “Qaqa pul sohbetinə göre qalmsiq butoy isdeyirdk qalsin sabah asirdarıq”, “Yervu de masnanam helim pulmu gotrum mal lazim deyil”, “Menim üçün kola asirda bilərsən butov nəsədə pas atacam ama qiram lazim bütöv yaxşı qiram”, “Qaqa o alınırsa qalsın 10 m cet əmələ gəlir?” kimi smslər yazılmışdır. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, BKC/LGL-1989/23 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən Təqsirləndirilən şəxs2 adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 22:28:05-də ***-***-**-** saylı nömrəyə “Şirvandayam gəlirəm birazdan” sms yazılmışdır. xx.xx.2022 tarixdə 02-42 nömrəsinə yazılıb “ qaqa 02 düzəlir, imkan elə gəl...”. Həmin mobil nömrə xx.xx.2022-ci il tarixdə saat 21:16:17-dan saat 21:44:08-dək “LSVN3686 Shirvan Energetik//Shirvan/ “ ünvanında olan antenin, həmin gün 21:48:23-də (MOC)“Herbi shehercik Haajigabul/"Hacıqabul şəh., H. Əliyev küç., Hacıqabul rayon prokurorluğu 350 metr şərqə"/Hajigabul” ünavnında, saat 21:52-13-də (GPRS) “Shirvan Energetik/"ünvan 5 ünvanında, saat 22:11:42-də (MOC) “Shirvan Energetik/"ünvan 6 ünvanında, saat 22:41:29-dan saat 23:14:56-dək (GPRS) “Shirvan_Chiraq_Petrol / /Shirvan/” ünvanında, saat 00:29:26-da (GPRS) “İn-style Shirvan/"Şirvan şəhəri, H.Əliyev prospekti 35 "/Shirvan/” ünvanında olan antenin əhatə dairəsində olmuşdur. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-12/24 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən Şahid9 adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil nömrə 03 dekabr 2022-ci il tarixdə saat 23:00:18-dən 04 dekabr 2022-ci il, saat 00:41:03-dək “Hajigabul-2/"Hacıqabul rayonu, Ziya Bünyadov küç, Şəhər giriş tablosunun arxası"/Hajigabul/” anteninin əhatə dairəsində olmuşdur. Həmin mobil nömrə əvvəlki tarixlərdə də orada olmuşdur. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-12/24 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən Şahid8 adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil nömrə 03 dekabr 2022-ci il tarixdə saat 22:43:16-dan 22:54:20-dək “Hajigabul-2/"Hacıqabul rayonu, Ziya Bünyadov küç, Şəhər giriş tablosunun arxası"/Hajigabul/” anteninin əhatə dairəsində olmuşdur. Həmin mobil nömrə əvvəlki tarixlərdə də orada olmuşdur. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-4644/24 saylı məktubla müşaiyət olunan məlumatlardan görünür ki, "xxxx" MMC-yə aid “Hajigabul-2” adlı anten Hacıqabul rayonu, Ziya Bünyadov küç, Şəhər giriş tablosunun arxası ünvanında yerləşir və həmin antendən Hacıqabul rayonu ərazisindən Şirvan şəhəri istiqamətində olan körpüyədək məsafə 255,8 metrdir. "xxxx" MMC-yə aid “Hajigabul” adlı anten Hacıqabul şəhəri, R.İbrahimov küç, X3 ünvanında yerləşir və həmin antendən “Hajigabul-2” adlı antenədək məsafə 5395,8 metrdir. "xxxx" MMC-yə aid “Shirvan_Chiraq_Petrol” adlı anten Şirvan şəhəri, H.Əliyev prospekti, SunStore ilə üzbəüz ünvanda yerləşir. Həmin antendən “Hajigabul-2” adlı antenədək olan məsafə 5236,76 metrdir. "xxxx" MMC-yə aid “İn-style Shirvan” adlı anten ünvan 11 ünvanında yerləşir. Həmin antendən “Hajigabul-2” adlı antenədək olan məsafə 7128,5 metrdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri üç qrupa bölməklə müzakirə edilməlidir. Belə ki, məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özünü müdafiə üçün irəli sürdüyü dəlillərin birinci qrupunu yəni, -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Hacıqabul RPŞ-nin iki əməkdaşı tərəfindən tutulub Şirvan ŞPŞ-nin əməkdaşlarına təhvil verilməsi, üzərində aşkar edilmiş metamfetaminin ona aid olmamasını, Təqsirləndirilən şəxs1 metamfetamin verməməsini bildirməsi, Təqsirləndirilən şəxs1 isə Şirvan şəhəri H.Əliyev prospektində deyil, Şahid5 adlı şəxsin evində saxlanılması, üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmaması, Təqsirləndirilən şəxs2 metamfetamin almaması barədə məhkəmə istintaqı zamanı verdikləri ifadələri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən ifadələr özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə tutulub müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən 2 ədəd kağız bükümü təqdim edib içərisində metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Şirvan şəhərində yerləşən “Çıraq Petrol” adlı yanacaq doldurma məntəqəsinin yaxınlığında yerdən tapdığını bildirmişdir.Həmin şəxsi axtarış hərəkəti Şirvan ŞPŞ-nin təhqiqatçısı Samir Məmmədov tərəfindən keçirilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 həmin gün verdiyi yazılı izahatında da şəxsi axtarış zamanı verdiyi şifahi izahatını təsdiq etmiş, psixotrop maddəni satmaq niyyətinin olmadığını bildirmişdir. “Şübhəli şəxsin ekspertiza rəyi ilə tanış edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan (İ cild, i.v. 172) görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 18/1268 nömrəli rəyi ilə tanış olarkən həmin protokola əlyazma ilə “Etiraz etmirəm, lakin cibimdən aşkarlanmış metamfetaminin çəkisi ilə razı deyiləm” kimi qeydlər etmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli və xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində üzərində aşkar edilmiş metamfetaminin ona aid olduğunu, polis əməkdaşları tərəfindən Şirvan şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən saxlanıldığını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmiş, həmçinin qeyd etmişdir ki, istifadə etdiyi metamfetamini mütəmadi olaraq Bakı şəhər sakini kimi tanıdığı Rafael adlı şəxsə sifariş edir, Rafael sifariş etdiyi metamfetamini Hacıqabul rayon ərazisində, Hacıqabul-Şirvan yolunda yerləşən körpünün yaxınlığında ona verərək çıxıb getmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Rafaellə qeyd etdiyi Hacıqabul-Şirvan yolunda yerləşən körpünün yaxınlığında təsadüfən görüşmüş və təkrarən Rafaeldən 15 manat verərək 2 büküm içərisində metamfetamin alaraq Şirvan şəhərinə gəlmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə iclasında vəsatətlə hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulmuş şəxs Təqsirləndirilən şəxs1 izahat verərək bildirmişdir ki, həmin psixotrop maddəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu Rafael adlı şəxsdən Hacıqabul rayonunda görüşərək 15 manat pul müqabilində almış, istifadə etmək üçün üzərində saxlamışdır. Təxminən 10 gündür ki, psixotrop maddədən istifadə edir. Aldığı psixotrop maddənin miqdarı bir büküm olmuş, lakin ona qarşı ittiham irəli sürülərkən miqdarı çox yazılmışdır. Psixotrop maddəni tüstüsünü çəkmə yolu ilə qəbul edir. Narkotik vasitənin satışı ilə məşğul deyil. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ibtidai istintaqı aparan müstəniqə ərizə ilə müraciət edərək hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin edilmiş müdafiəçi Salman Fərəcovun hüquqi yardımından imtina etdiyini, hüquqlarını müqavilə bağladığı Müdafiəçi2 tərəfindən müdafiə edilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 müraciəti təmin edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs1 əlavə olaraq dindirilmiş və sonuncu hazırkı məhkəmə istintaqında qeyd etdiyi ifadəsinə uyğun ifadə vermişdir. Bundan əlavə cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə tutulub müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli xətli parça şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü təqdim edib içərisində metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evin yaxınlığından yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin şəxsi axtarış istintaq hərəkəti Şirvan ŞPŞ-nin təhqiqatçısı İnqilab Məmmədzadə tərəfindən keçirilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 həmin gün verdiyi yazılı izahatında da şəxsi axtarış zamanı verdiyi şifahi izahatını təsdiq etmiş, psixotrop maddəni satmaq niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli və xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində üzərində aşkar edilmiş metamfetaminin ona aid olduğunu, polis əməkdaşları tərəfindən Şirvan şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən saxlanıldığını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmiş, həmçinin qeyd etmişdir ki, üzərində aşkar edilmiş metamfetamini təxminən 2 ay bundan əvvəl yaşadığı küçədən yerdən bir ədəd kağız bükümdə tapmış, həmin bükümü gizlədərək mütəmadi olaraq ondan istifadə etmişdir. Həmin metamfetaminin onda olmasından sinif yoldaşı Təqsirləndirilən şəxs1da məlumatı vardır. Həmin metamfetaminin bir qismini xx.xx.2022-ci il tarixdə iki kağız bükümdən birini 15 manata, digərini isə 5 manata olmaqla ayrı-ayrı vaxtlarda Etibara ümumilikdə 20 manata satmış, qalan hissəsini isə özü istifadə etmək üçün sellofan bükümdə özü üçün saxlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə iclasında vəsatətlə hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulmuş şəxs Təqsirləndirilən şəxs2 izahat verərək bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin psixotrop maddəni yerdən tapmış, üzərində saxlamışdır. Həmin metamfetamindən Etibar adlı dostuna 15 manat və 5 manat müqabilində satmışdır. Hazırda narkotik vasitələrdən istifadə etmir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ibtidai istintaqı aparan müstəniqə ərizə ilə müraciət edərək hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin edilmiş müdafiəçi Salman Fərəcovun hüquqi yardımından imtina etdiyini, hüquqlarını müqavilə bağladığı X14 tərəfindən müdafiə edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 müraciəti təmin edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Şahid5 adlı şəxsin evindən polis əməkdaşları – Şahid6, Şahid1, Şahid4, Şahid2 və Şahid3, eləcə də “Elçin” adlı şəxs tərəfindən saxlanıldığını və polis şöbəsinə aparıldığını, polis şöbəsində adları qeyd edilən şəxslər tərəfindən fiziki zor tətbiq edildiyi üçün etirafedci ifadə verdiyini bildirməsi ilə bağlı xüsusatın araşdırılması üçün Şirvan ŞPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları məhkəmə iclasında dindirilmiş və həmin şəxslərdən Şahid6, Şahid1 və Şahid4 Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmədiklərini, həmin şəxsə qarşı hər hansı fiziki zor tətbiq etmədiklərini bildirmişlər. Həmçinin şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs1 Şirvan şəhəri, H.Əliyev prospektində - 9 mərtəbəli yaşayış binasının və “Üç barmaq” deyilən abidənin yaxınlığında hərəkətdə olarkən saxlamışlar. Həmçinin məhkəmə istitaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində Təqsirləndirilən şəxs1la münasibətlərinin olduğunu, həmin gün onunla danışdığını bildirsə də sonuncunun onun evinə gəlmədiyini və onun evində polis əməkdaşları tərəfindən tutulmadığını bildirmişdir. Həmçinin müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs1 isitfadəsində olan ***-***-**-** saylı GSM mobil nömrəyə daxil olan və çıxan zənglər, “sms” mətnləri, eləcə də həmin mobil nömrənin anten dairələri məhkəmənin qərarı əsasında götürülərək tədqiq edilmiş və müəyyən olunmuşdur ki, həmin mobil nömrə xx.xx.2022-ci il tarixdə saat 23:23:37-dan saat 23:52:36-dək “İn-style Shirvan/ "ünvan 4 ünvanında olan antenin əhatə dairəsində olmuşdur. Həmin mobil nömrədən müxtəlif mobil nömrələrə “Qaqa mənə bir az limon duzu Verde catiram taksiynenəm sənə vzv atanda çıx”, “Qaqa sen ALLAH 3 ayri ayri ele yarilarin. Yaxşı təmiz olsunda hamsibu boyda yol gellem sene arxayınam. 40 deqe ins ALLAH cataram”, “Qaqa pul sohbetinə göre qalmsiq butoy isdeyirdk qalsin sabah asirdarıq”, “Yervu de masnanam helim pulmu gotrum mal lazim deyil”, “Menim üçün kola asirda bilərsən butov nəsədə pas atacam ama qiram lazim bütöv yaxşı qiram”, “Qaqa o alınırsa qalsın 10 m cet əmələ gəlir?” kimi smslər yazılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə bağlı telefon danışıqlarına dair məlumatlar təhlil olunarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 26 noyabr 2022-ci il tarixdə saat 16:21:13-də zəng olunaraq 83 saniyə, saat 17:08:14-də zəng olunaraq 16 saniyə, saat 17:17:10-da zəng olunaraq 19 saniyə, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 26 noyabr 2022-ci il tarixdə saat 16:49:39-da zəng olunaraq 21 saniyə, saat 21:10:25-də zəng olunaraq 85 saniyə müddətində danışıqlar aparılmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 hər hansı miqdarda psixotrop maddə vermədiyini və ya satmadığını, sonuncu da Təqsirləndirilən şəxs2 psixotrop maddə almadığını bildirmişdir. Lakin cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan və şəxsi axtarış istintaq hərəkəti zamanı üzərindən aşkar olunmuş «Samsung A50» markalı mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin mobil telefonda «X22» adı altında ***-***-**-** mobil telefon nömrəsi qeydiyyata alınmış və istintaq zamanı həmin mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs1 məxsus olması iş materialları ilə müəyyən edilir. Təqsirləndirilən şəxs2lə «X22» adlı istifadəçi, yəni Təqsirləndirilən şəxs1 arasında psixotrop maddənin alışı ilə bağlı 26 noyabr 2022-ci il tarixdə saat 22 radələrində yazışmaların olması müşahidə olunur. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş həmin telefonun “WhatsApp” proqramındakı yazışmaların fotoşəklindən görünür ki, «X22» adlı istifadəçi, yəni Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrəyə mesaj yazaraq Mən burdayam. Hardasan; Təqsirləndirilən şəxs2 –verirəm. Başqasına; Təqsirləndirilən şəxs1- yoldayam, mindim taksiye, qaradokun aqzinda. Təqsirləndirilən şəxs2 – qaqa verrəm var yoxun....; Təqsirləndirilən şəxs1 Anar marketin yanına çatdım. Çıx da Anar marketin yanına. Taksi ora gəlməyə pul istəyir, yoxdu ona verməyə. Burdayam pe...lik eləmə; Təqsirləndirilən şəxs2- ok. Hardasan; Təqsirləndirilən şəxs1 – Burdayam mən. Harsasan; Təqsirləndirilən şəxs2- gəldim; Təqsirləndirilən şəxs1- Taksi gözlər, qaqa taksidə adam var axı. Bundan əlavə xx.xx.2022-ci il tarixdə saat 00:00da Təqsirləndirilən şəxs1- Deyəsən ayıla bilmirsən; Təqsirləndirilən şəxs2 – Aa yo sən nagarsan nə iş grürsən; Təqsirləndirilən şəxs1- evdeyəm, kinoya baxıram; Təqsirləndirilən şəxs2- Patı var idi kimə verərdük. Pıl lazımdı; Təqsirləndirilən şəxs1 – Nə blim belə 5 m düz qoş elemek olar; Təqsirləndirilən şəxs2- Dərmanun qalmiyib; Təqsirləndirilən şəxs1 – Qalıb kimi danışılar aparılmışdır. Məhkəmə-kimyəvi ekspertizasının” 14 fevral 2023-cü il tarixli, 18/168 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 1 bükümdə, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 2 bükümdə, cəmi 3 ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Həmçinin yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 psixotrop maddə satdığını, sonuncu da Təqsirləndirilən şəxs1 psixotrop maddə aldığını ibtidai istintaq zamanı bildirmişlər və onların bu ifadələri işin digər halları ilə də təsdiq olunur. Bundan əlavə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı bildirmişdir ki, o, 03 dekabr 2022-ci il tarixdə, gecə saatlarında Hacıqabul rayonunda Hacıqabul RPŞ-nin Mürsəl və Abdulla adlı əməkdaşları tərəfindən tutulub Hacıqabul rayonundan Şirvan istiqamətinə getdikdə körpünün altında Şirvan ŞPŞ-nin əməkdaşları Şahid6 və Şahid4 təhvil verdiklərini bildirmişlər. Lakin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşları Şahid1 və Şahid4 Təqsirləndirilən şəxs2 Şirvan şəhəri H.Əliyev prospektində - Şəhidlər xiyabanının yaxınlığında piyada hərəkətdə olarkən saxladıqlarını bildirmişlər. Həmçinin əlavə şahid qismində dindirilmiş Şahid6 Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmədiyini bildirmişlər. Bundan əlavə iş üzrə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Hacıqabul RPŞ-nin əməkdaşları – Şahid8 və Şahid9 ifadələrində Təqsirləndirilən şəxs2 hər hansı səbəblə Hacıqabul rayonu ərazisində saxlayıb Şirvan ŞPŞ-nin əməkdaşlarına təhvil vermədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatların dəqiqləşdirilməsi üçün, həmçinin iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə onun saxlanılmasında iştirak etdiyini iddia etdiyi Hacıqabul RPŞ-nin yuxarıda adları qeyd edilmiş əməkdaşlarının, eləcə də Təqsirləndirilən şəxs2 istifadələrində olmuş mobil telefon nömrələrinin anten məlumatlarının məhkəməyə təqdim edilməsinə dair qərar qəbul edilərkə "xxxx" MMC-yə müraciət edilmiş, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılmışdır. Belə ki, "xxxx" MMC-dən 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən Təqsirləndirilən şəxs2 adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 22:28:05-də ***-***-**-** saylı nömrəyə “Şirvandayam gəlirəm birazdan” sms yazılmışdır. Bu hal Təqsirləndirilən şəxs2 həmin tarixdə Şirvan şəhərində olmasını təsdiq edir. Bundan əlavə həmin mobil nömrə xx.xx.2022-ci il tarixdə saat 21:52-13-də (GPRS) “Shirvan Energetik/"ünvan 5 ünvanında, saat 22:11:42-də (MOC) “Shirvan Energetik/"ünvan 6 ünvanında, saat 22:41:29-dan saat 23:14:56-dək (GPRS) “Shirvan_ Chiraq_Petrol / /Shirvan/” ünvanında, saat 00:29: 26-da (GPRS) “İn-style Shirvan/"Şirvan şəhəri, H.Əliyev prospekti 35 "/Shirvan/” ünvanında olan antenin əhatə dairəsində olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ifadəsində Hacıqabul rayonu ərazisində olduğunu göstərsə də onun mobil nömrəsinin anteni saxlanıldığı saatlarda Hacıqabul rayonu ərazisində olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-dən 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Şahid9 adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil nömrə 03 dekabr 2022-ci il tarixdə saat 23:00:18-dən 04 dekabr 2022-ci il, saat 00:41:03-dək “Hajigabul-2/"Hacıqabul rayonu, Ziya Bünyadov küç, Şəhər giriş tablosunun arxası"/Hajigabul/” anteninin əhatə dairəsində olmuşdur. Həmçinin Şahid8 adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil nömrə 03 dekabr 2022-ci il tarixdə saat 22:43:16-dan 22:54:20-dək “Hajigabul-2/"Hacıqabul rayonu, Ziya Bünyadov küç, Şəhər giriş tablosunun arxası"/Hajigabul/” anteninin əhatə dairəsində olmuşdur. Həmin mobil nömrə əvvəlki tarixlərdə də orada olmuşdur. Həmin mobil nömrənin əvvəlki günlərdə də qeyd edilən antenin əhatə dairəsində olması halları olmuşdur. Göründüyü kimi Şahid8 və Şahid9 istifadələrində olan mobil nömrələr eyni vaxt ərzində Hacıqabul rayonundan Şirvan istiqamətinə gedərkən yolda olan körpünün altı deyilən əraziyə yaxınlıqdan yerləşən “Hajıgabul-2” anteninin əhatəsində olmamışlar. Həmçinin Təqsirləndirilən şəxs2 istifadəsidə olan mobil nömrənin anten dairəsi Şahid8 və Şahid9 istifadəsində olan mobil nömrələrin əhatə dairəsində olduğu antenlə eyni deyildir. Bu hal isə Təqsirləndirilən şəxs2 Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılmaması barədə məhkəmə istintaqında verdiyi ifadəsinin həqiqət olmadığını bir daha təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, "xxxx" MMC-dən daxil olmuş məlumatlar, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadələrini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini müdafiə üçün irəli sürdükləri dəlillərin ikinci qrupunu, yəni saxlanılarkən polis əməkdaşları tərəfindən onlara fiziki təzyiqlər edildiyi, həmçinin hədələndikləri üçün həmin narkotik vasitələr barədə etirafedici ifadələr vermələri barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalmaları ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimləri ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilmələrinə baxmayaraq, istər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özləri, istərsə də onların vəkilləri ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Lakin Təqsirləndirilən şəxs2 istintaq təcridxanasına köçürüldükdə bədəni üzərində xəsarətlər olmasını bildirsə də həmin fakt üzrə hər hansı şikayət etməmiş, lakin şəhər prokurorluğunda qeyd edilən fakt üzrə araşdırma aparılarkən Təqsirləndirilən şəxs2 verdiyi izahatında müraciət edərək polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyi, hədələndiyi üçün etirafedci ifadələr verdiyini bildirmişdir. Həmin fakt üzrə aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs2 məhkəmə tibbi müayinədən keçirilmiş, məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 714 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs2 bədəni üzərində heç bir xəsarət aşkar olunmaması, eləcə də istintaq təcridxanasının tibbi sanitar hissəsində müayinə olunan zaman aşkar olunan xəsarətlərin – hər iki aşağı ətrafda çoxsaylı və sağ kürək ətrafında bənövşəyi rəngli qançırın müddəti və yetirilmə mexanizmi barədə fikir bildirmək mümkün hesab edilməməsi nəticəsinə gəlinmişdir. Bu hallar nəzərə alınaraq Təqsirləndirilən şəxs2 Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması öz təsdiqini tapmadığından 15 aprel 2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalamsı barədə hər hansı orqana şikayət etməmiş, istintaq təcridxanasına köçürüldükdə bədəni üzərində xəsarətlər aşkar edilməmiş, fiziki təzyiqə məruz qaldığını bildirməmiş, lakin saxlanıldıqdan 2 ay 25 gün sonra barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimata xx.xx.2023-cü il tarixdə Şirvan şəhər Məhkəməsində baxılarkən polis əməkdaşları tərəfindən döyülməsi, saxlanılan zaman fiziki zorakılığa məruz qalmasını bildirmiş və həmin fakt üzrə Şirvan şəhər Məhkəməsi tərəfindən çıxarılmış xüsusi qərar Şirvan şəhər prokurorluğunda “cinayət xarakterli məlumatların qeydiyyatı kitabı”nda qeyd alınaraq araşdırılmış və araşdırma zamanı Təqsirləndirilən şəxs1 məhkəmə tibbi müayinədən keçirilmiş, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 101 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs1 bədəni üzərində heç bir xəsarət aşkar olunmaması nəticəsinə gəlinmiş, eləcə də izahatları alınmış şəxslər Təqsirləndirilən şəxs1 qarşı hər hansı fiziki zor tətbiq etmədiklərini bildirmişlər. Bu hallar nəzərə alınaraq Təqsirləndirilən şəxs1 Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması öz təsdiqini tapmadığından 20 mart 2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarlardan isə nə təqsirləndirlən şəxslər, nə də onların müdafiəçiləri hazırkı dövrədək nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədikləri səsli nitqlərində onlara qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmişlər, eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmalarına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onların hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldıqlarını göstərmələrini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmaları ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibitidai istintaqın sonlarında və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. -bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini müdafiə üçün irəli sürdüyü dəlillərin üçüncü qrupunu, yəni narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamaları barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 münasibətdə məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs2 iki bükümdə psixotrop maddəni Təqsirləndirilən şəxs1 satması cinayət işi materialları ilə tam təsdiq edilsə də, istintaq orqanı tərəfindən də Təqsirləndirilən şəxs1 aşkar olunmuş psixotrop maddənin sonuncu tərəfindən satış məqsədi ilə saxlanılması sübuta yetirə bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 iki bükümdə metamfetamin satması sonuncunun və Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində verdikləri etirafedici ifadələr, Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş mobil telefona baxış keçirilməsi zamanı “WhatsApp” sosial şəbəkəsində Təqsirləndirilən şəxs1la psixotrop maddənin alınmasına dair yazışmaları kimi hallar Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş həmin psixotrop maddəni də satış məqsədi ilə saxlaması nəticəsinə gəlməyə əsas verir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddəni satış məqsədi ilə əldə etmiş, üzərində saxlamış və Təqsirləndirilən şəxs1 satmışdır. Buna görə də onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və həmin maddə ilə Təqsirləndirilən şəxs2 əsaslı ittiham elan edilmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə ibtidai istintaq və məhkəmə istintaqı zamanı ifadə verməsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını qeyd edərək özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayətin törədildiyi vaxt qüvvədə olmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən metamfetamin psixotrop maddə hesab edilir. Metamfetamin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq iki ədəd bükümdə təmiz çəkisi 2,458 qram, yəni külli miqdar təşkil edən metamfetamini əldə etmiş, üzərində saxlamışdır. Cinayət işi materiallarında olan “Cinayət işinin başlanması haqqında” 27 noyabr 2023-cü il tarixli qərardan (İ cild, i.v.128) görünür ki cinayət işi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə başlamış və sonuncunun üzərindən aşkar edilmiş metamfetaminə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, yalnız Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş metamfetaminin təmiz çəkisinin 2,458 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə sonuncuya Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Halbuki, Təqsirləndirilən şəxs1 hər hansı şəxsə psixatrop maddə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - Təqsirləndirilən şəxs1 barəsində sonuncunun qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, saxlaması və satışı barədə Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili İsmayl Səfərliyə əməliyyat məlumatının daxil olması, lakin sonuncunun məhkəmə istintaqında verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı daxil olmuş əməliyyat məlumatının təsdiq edilməməsini bildirməsi, - məhkəmə-narkoloji ekspertizasının 23 yanvar 2023-cü il tarixli, 319 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, - onun üzərindən aşkar edilmiş metamfetaminin iki ədəd bükümdə, təmiz çəkisi 2,458 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 0,458 qram çox olması, - onun ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş metamfetaminin satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş metamfetaminə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs1 yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirməməsi, - məhkəmə istintaqı zamanı ifadə vermiş Şirvan ŞPŞ-nin əməkdaşlarının Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı fakt əldə etmədiklərini bildirmələri barədə ifadələri, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş metamfetamini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin metamfetamindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs1 xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş metamfetaminin şəxsi istifadə məqsədi ilə əldə etməsi, üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili əsaslı hesab edir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. - Bundan əlavə müdafiə tərəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı eyni müdafiəçinin təyin edildiyini, bununla da onların müdafiə hüququnun pozlduğunu, bundan əlavə Təqsirləndirilən şəxs2 fiziki təzyiqlərə məruz qalmasına dair faktı üzrə Şirvan şəhər prokurorluğunda araşdırılmış material üzrə xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilməsi və həmin qərarın Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qüvvədə saxlanılmasına baxmayaraq Şirvan şəhər prokuroru tərəfindən xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın ləğv edilərək həmin fakt üzrə xx.xx.2024-cü il tarixdə yenidən “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edildiyini bildirib həmin hallarla bağlı Cinayət Prosessual Məcəllənin tələblərinin pozulduğunu, buna görə də həm də bu əsaslarla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bəraət verilməsini xahiş etmişdir. Müdafiə tərəfinin qeyd edilən dəlili ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Şirvan ŞPŞ-nin təhqiqatçısı Samir Məmmədov tərəfindən tutulmuş , ona müdafiəçi təyin edilməsi haqqında qərar qəbul edimiş, müdafiəçi Salman Fərəcovun iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Bundan 7 gün sonra isə Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Şirvan ŞPŞ-nin təhqiqatçısı İnqilab Məmmədzadə tərəfindən tutulmuş, ona müdafiəçi təyin edilməsi haqqında qərar qəbul edimiş, müdafiəçi Salman Fərəcovun iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 7 gün müddət fərqi ilə tutulmuşlar və onlar barəsində tutulma və müdafiəçi təyin edilməsi ayrı-ayrı təhqiqatçılar tərəfindən həyata keçirilmişdir. Həmçinin şəxsi axtarış zamanı verdikləri izahatlarda bir birlərinə qarşı fikirlər səsləndirməmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs qismində eyni müdafiəçinin iştirakı ilə dindirilmələrinin cinayət prosessual qanunvericiliyin tələblərinə zidd olması müəyyən edilsə də cinayət işi materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə müdafiəçi X15 Əliyevin hüquqlarını müdafiə etməsinə xitam verilmiş, sonuncunun hüquqlarının müdafiəsi üçün X14 işə buraxılmışdır. Həmçinin xx.xx.2024-cü il tarixdə müdafiəçi X16 Qnbərovun hüquqlarını müdafiə etməsinə xitam verilmiş, sonuncunun hüquqlarının müdafiəsi üçün Müdafiəçi2 işə buraxılmışdır. Bu hallar isə təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiə hüquqlarının pozulmasının aradan qaldırıldığını tam təsdiq edir. İbtidai istintaq mərhələsində yol verilmiş prosessual pozuntuların təqsirləndirilən şəxslərə bəraət verilməsinə əsas olması ilə bağlı müdafiə tərəfinin qeyd edilən dəlillərilə bağlı məhkəmə tərkibi həm cinayət prosessual qanunvericiliyin, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yanaşmasına istinad etməyi zəruri hesab edir. Cinayət-Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qanunun qeyd olunan normasına əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı zamanı yol verilmiş pozuntu o halda kobud pozuntu hesab olunur ki, icraatın sonrakı gedişində onu aradan qaldırmaq və ya həmin pozuntu ilə əldə olunmuş materialın mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmasın. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinin ədalətlilik tələbinə uyğun olub-olmadığı müəyyən edilərkən, hər hansı hal və yaxud hadisə ayrı-ayrılıqda əsas götürülməməli, məhkəmə prosesinin ümumilikdə ədalətli olub-olmamasının nəzərdən keçirilməsi zəruridir (məsələn, Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021-ci il). İstinad edilən işdə şikayətçinin ibtidai istintaq dövründə müdafiəçidən imtina etməsi vəkilin iştirakı olmadan qəbul edilmiş, daha sonra bu halın pozuntu olduğu birinci instansiya məhkəməsinin qərarı ilə təsdiq edilmiş və cinayət işi Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Buna baxmayaraq, müdafiəçidən imtina etdiyindən sonra şikayətçi və digər məhkum arasında aparılmış üzləşmədə əldə edilmiş sübut (ona qarşı verilmiş ifadə) cinayət işinə mahiyyəti üzrə baxılan dövrdə ittihamın təsdiq edilməsi üçün istifadə edilmişdir. Bununla belə, Avropa Məhkəməsi işin bütün hallarını nəzərdən keçirməklə belə nəticəyə gəlmişdir ki, şikayətçinin məhkum edilməsi təkcə pozuntu ilə əldə edilmiş sübutla əsaslanmadığından, onun cinayət əməlinin törədilməsində təqsirliliyi iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən ekspertiza rəyləri, ittihamın əsaslığına dəlalət edən şahid ifadələri və s. ilə təsdiqləndikdən, şikayətdə qaldırılmış məsələ pozuntu hesab edilməməlidir (Fariz Əhmədov, §§ 59-63). Beləliklə müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı eyni müdafiəçinin təyin edilməsi Cinayət Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsi baxımından kobud pozuntu sayıla və buna görə təqsirləndirilən şəxslərə bəraət verilməsinə səbəb ola bilməz. Şirvan şəhər prokurorluğunda araşdırılmış mataterial üzrə xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilməsi və həmin qərarın Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qüvvədə saxlanılmasına baxmayaraq Şirvan şəhər prokuroru tərəfindən xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın ləğv edilərək həmin fakt üzrə xx.xx.2024-cü il tarixdə yenidən “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilməsi bu halın kobud pozuntu kimi qəbul edilməsi barədə müdafiə tərəfinin dəlili ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, prokurorluq orqanının qəbul etdiyi 15 aprel 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar məhkəmə üçün preyudisial əhəmiyyətli ola bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 qarşı qanunsuz hərəkətlərin edilməsi faktının araşdırılması ilə bağlı Şirvan şəhər Prokurorluğunda qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla bağlı qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmə tərkibi qeyd edir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair Cinayət-Prosessual Məcəlləsinin 349.5.2-ci maddəsinin tələbləri ilə də uzlaşır. Faktiki olaraq məhkəmə işgəncə barədə iddianı araşdırmalı, həmin iddianı yalnız məhkəməyədək icraat dövründə aparılmış araşdırmanın nəticələrinə görə rədd etməməli və bu iddia ilə mübahisələndirilən sübutuda, o cümlədən Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi etirafetdici izahatını və ifadəsini mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini cinayət işinin başlanmasının rədd edilməsinə dair qərara əsasən deyil, məhkəmə baxışının nəticələrinə görə həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Beləliklə Şirvan şəhər prokorluğu tərəfindən qəbul 15 aprel 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda göstərilənlər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla uyğunluq təşkil etdiyindən həmin qərarda göstərilənləri də məhkəmə sübut kimi qəbul edir. Həmin qərarın məhkəmə nəzaərti qaydasında mübahisələndirilməsi isə müdafiə tərəfinin hüququ olaraq qalır. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1nın hökmün təsviri hissəsində qeyd edilən cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində, Təqsirləndirilən şəxs1nın isə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri özlərinin ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid4, Şahid2, Şahid3, Şahid5, əlavə şahid qismində dindirilmiş Şahid6, Şahid8, Şahid9, ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 26 noyabr və 04 dekabr 2022-ci il tarixli protokollar, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının 27 noyabr 2022-ci il tarixli, 18/1268 nömrəli, 04 dekabr 2022-ci il tarixli, 18/1286 nömrəli və 14 fevral 2023-cü il tarixli, 18/168 nömrəli, məcburi narkoloji tibbi yoxlamanın 12 yanvar 2023-cü il tarixli, 134 nömrəli və 23 yanvar 2023-cü il tarixli, 319 nömrəli rəyləri, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş məlumatlar, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış psixotrop maddə yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Beləliklə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü, Təqsirləndirilən şəxs1 isə həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində, Təqsirləndirilən şəxs1 isə həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında 03 ildən 08 ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. (İ cild, i.v. 93; 214) -Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 09 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əliyev X7 şəhəri, H.Həmidov küçəsi 116 saylı evdə yaşayır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 şəhərdə keçirilən tədbirlərdə yaxından iştirak etmiş, yaşadığı məhlədə qonşular arasında böyük hörmətə malikdir. Təhsil və mədəniyyət xətti ilə keçirilən tədbirlərdə fəal iştirak etmiş, barəsində nümayəndəliyə mənfi rəy daxil olmamışdır. (İ cild, i.v. 106-107). -Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 23 yanvar 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan şəhəri, ünvan 12 ünvanında qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir. (İ cild, i.v. 227-228). - Bakı İstintaq təcridxanasından xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 təcridxanada saxlanıldığı müddət ərzində təcridxananın daxili rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir.Təcridxana rəhbərliyinin əmri ilə ona nümunəvi davranışına görə “Təşəkkür” elan edilmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, azadlıqdan məhrumetmə cəzası Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonunculara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları 26 noyabr 2022-ci il və 04 dekabr 2022-ci il tarixdən tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ambulator məcburi narkoloji tibbi yoxlamanın 12 yanvar 2023-cü il tarixli, 134 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ambulator məcburi narkoloji tibbi yoxlamanın 23 yanvar 2023-cü il tarixli, 319 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 131 (bir yüz otuz bir) manat 43 (qırx üç) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 131 (bir yüz otuz bir) manat 43 (qırx üç) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,258 qram və 3,114 qram təşkil edən metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs2 evinə baxış, sonuncunun və Təqsirləndirilən şəxs1nın üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 03 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-nin Maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung A50” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan - 26 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan - 04 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 131 (bir yüz otuz bir) manat, 43 (qırx üç) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,258 qram və 3,114 qram çəkidə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd disk, "xxxx" MMC-nin məktubuna əlavə edilmiş bir ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-nin Maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung A50” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar