Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-29/2025 13.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi5 və Müdafiəçi6 iştirakları ilə, xx.xx.1999-cu ildə Cəlilabad rayonu, Musalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu, Musalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, xx.xx.1993-cü ildə Cəlilabad rayonu, Ləkin kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu, Ləkin kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.2002-ci ildə Cəlilabad rayonu, Buravar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu, Buravar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 12 yanvar 2024-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq tanışı Təqsirləndirilən şəxs2 30 manat müqabilində xeyli miqdarda 3 (üç) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,485 qram, 0,499 qram və 0,532 qram olmaqla, ümumi təmiz çəkisi 1,516 qram olan psixotrop maddə metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, daxil olmuş məlumat əsasında 12 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu, Musalı kəndi ərazisində keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilərək şöbənin inzibati binasında xidməti iş otağında üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli cins şalvarının arxa sol cibindəki qara rəngli pul kisəsinin içərisindən 3 (üç) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülüdə həmin psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 12 yanvar 2024-cü il tarixdə tanışı Cəlilabad rayonu, Buravar kənd sakini Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5(beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,485 qram, 0,499 qram, 0,532 qram, 1,216 qram və 1,161 qram olmaqla ümumi təmiz çəkisi -3,893 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamış, daha sonra həmin psixotrop maddə olan metamfetaminin 3 (üç) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,485 qram, 0,499 qram və 0,532 qram olmaqla, ümumi təmiz çəkisi 1,516 qramını 12 yanvar 2024-cü il tarixdə Cəlilabad rayonu, Ləkin kəndində Təqsirləndirilən şəxs1 30 manat müqabilində satmış, sonuncuya satmış sonuncu da, həmin gün saat 16 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilərək şöbənin inzibati binasında xidməti iş otağında üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli cins şalvarının arxa sol cibindəki qara rəngli pul kisəsinin içərisindən 3 (ədəd) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,485 qram, 0,499 qram və 0,532 qram olmaqla ümumi təmiz çəkisi 1,516 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi psixotrop maddə olan metamfetamindən qalanı 12 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad rayonu, Ləkin kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirlərinin davamı olaraq psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinib həmin kəndin ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilərək şöbənin inzibati binasında xidməti iş otağında üzərində şəxsi axtarış aparılarkən əynindəki qəhvəyi rəngli gödəkəçəsinin sağ yan cibindən “Viceroy” markalı siqaret qutusunda olan sarı rəngli və gümüşü rəngli siqaret kağızlarına bükülmüş 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,216 qram və 1,161 qram olmaqla ümumi təmiz çəkisi 2,377 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6 ədəd bükümdə ümumi təmiz çəkisi 6,808 qram psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamış, həmin psixotrop maddə olan metamfetaminin 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,485 qram, 0,499 qram, 0,532 qram, 1,216 qram və 1,161 qram olmaqla ümumi təmiz çəkisi -3,893 qramını 12 yanvar 2024-cü il tarixdə Cəlilabad rayonu, Ləkin kəndi ərazisində Təqsirləndirilən şəxs2 satmış, sonuncu öz növbəsində Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metamfetaminin ayrı-ayrılıqda təmiz çəkiləri 0,485 qram, 0,499 qram və 0,532 qram olmaqla, ümumi təmiz çəkisi 1,516 qramını 12 yanvar 2024-cü il tarixdə Cəlilabad rayonu, Ləkin kəndi ərazisində Təqsirləndirilən şəxs1 30 manat müqabilində satmış, həmin psixotrop maddə olan metamfetamin sonuncu psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək 12 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Cəlilabad rayonu, Musalı kəndində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin kəndin ərazisində saxlanılaraq Cəlilabad RPŞyə gətirilərək şöbənin inzibati binasında xidməti iş otağında üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli cins şalvarının arxa sol cibindəki qara rəngli pul kisəsinin içərisindən 3 (ədəd) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülüdə ayrıayrılıqda təmiz çəkiləri 0,485 qram, 0,499 qram və 0,532 qram, ümumi təmiz çəkisi 1,516 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, eləcə də Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi psixotrop maddə olan metamfetamindən qalanı 12 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad rayonu, Ləkin kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirlərinin davamı olaraq psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinib həmin kəndin ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilərək şöbənin inzibati binasında xidməti iş otağında üzərində şəxsi axtarış aparılarkən əynindəki qəhvəyi rəngli gödəkəçəsinin sağ yan cibindən “Viceroy” markalı siqaret qutusunda olan sarı rəngli və gümüşü rəngli siqaret kağızlarına bükülmüş 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,216 qram və 1,161 qram olmaqla ümumi təmiz çəkisi 2,377 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6 ədəd bükümdə ümumi təmiz çəkisi 6,808 qram psixotrop maddə olan metamfetaminin qalanı sonuncu barəsində 13 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının rayonun Buravar kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirlərinin davamı olaraq psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinib həmin kəndin ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilib şöbənin inzibati binasında xidməti iş otağında üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarın sol yan cibindən şəffaf sellofana bükülmüş halda 1 ədəd bükümdə təmiz çəkisi 2,915 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır, Təqsirləndirilən şəxs3 isə tanımır. «Şüşə» adlanan psixotrop maddə metamfetamindən istifadə edir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 zəng vuraraq metamfetamin istəmiş, nəticədə həmin gün Şakanın yaşadığı evə gedib oradan ondan 30 manat verməklə 3 bükümdə psixotrop maddə metamfetamin almışdır. Həmin gün təxminən saat 16 radələrində yaşadığı kəndə gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, sorğu zamanı üzərində axtarış keçirilərkən Şakadan aldığı 3 bükümdə psixotrop maddə aşkar edilərək götürülmüş, həmin maddələri Şakadan 30 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs3 tanımır. Bundan başqa Təqsirləndirilən şəxs1 məhkəmə baxışında fərqli ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə üzərindən aşkar olunmuş 3 bükümdə psixotrop maddəni ilk ifadələrində göstərdiyi kimi Təqsirləndirilən şəxs2 deyil, 30 manat müqabilində Təqsirləndirilən şəxs3 almışdır. İstintaqda ifadə verərkən üzərindən aşkar olunmuş 3 bükümdə psixotrop maddəni Şakadan almasını deməsinə səbəb polis əməkdaşlarının ona təziqlər etməsi, onu həmin psixotrop maddəni Şakadan almasını bildirməsi olmuşdur. Əslində isə Təqsirləndirilən şəxs2 psixotrop maddəsi almamış, üzərindən aşkar olunmuş psixotrop maddənini Şakanın evində Sadiqdən almışdır. Həmçinin polis şöbəsində üzərindən aşkar edilən metamfetaminin çəkisi ittihamda göstəriləndən az olmuş, polis əməkdaşları üzərinə əlavə etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həmdə ki, məhkəmə baxışı zamanı verdiyi bir birinə ziddiyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun xx.xx.2024-cü il tarixdə məhkəmə baxışı zamanı verdiyi ifadəsində «üzərindən aşkar olunmuş 3 bükümdə psixotrop maddəni Təqsirləndirilən şəxs2 deyil, 30 manat müqabilində Təqsirləndirilən şəxs3 alması, polis əməkdaşlarının ona təziqlər etməsinə görə həmin psixotrop maddəni Şakadan almasını bildirməsi, üzərindən aşkar edilən metamfetaminin çəkisi ittihamda göstəriləndən az olması, polis əməkdaşları tərəfindən üzərinə əlavə edilməsi» xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, həm özü, həmdə ki, cinayətkar qrupunun digər üzvü Təqsirləndirilən şəxs2 məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 işlədikləri daş karxanasından tanıyır. Pisxotrop maddə metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs1 də psixotrop maddə metamfetamin istifadə etməsini bilir, sonuncu ilə bir neçə dəfə «şüşə» deyilən metamfetamin istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı evdən çıxıb mağazaya getmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə aparılmışdır. Orada polis əməkdaşları ona təzyiqlər edərək həmin maddənin ona məxsus olmasına dair etirafedici ifadə verməyə məcbur etmişlər. Polis əməkdaşları tərəfindən tutulan günü onun evində Təqsirləndirilən şəxs1lə metamfetamin psixotrop maddəsindən istifadə etmişlər, lakin Yusifə 3 bükümdə psixotrop maddə satmamışdır. Yusif onun yaşadığı evdən getdikdən 1 saat sonra polis əməkdaşları onu tutmuşlar. Günahı olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 12 yanvar 2024-cü il tarixdə səhər saatlarında Yusif onun mobil telefonuna zəng edib 30 manatlıq psixotrop maddə təşkil edəbilməsini soruşmuşdur. O, da Yusifə təşkil edə biləcəyini demiş və Təqsirləndirilən şəxs3 zəng edərək 30 manatlıq metamfetamin təşkil edə bilməsini soruşmuş, Sadiq da ona təşkil edə biləcəyini demişdir. O da yaşadıqları kənddə yerləşən dükanın qarşısında onu gözlədiyini bildirmişdir. Daha sonra Yusifə onların kəndinə gəlməsini demişdir. Bir qədər sonra Yusif onların kəndinə gəlmiş və onunla birlikdə Sadiqi gözləməyə başlamışdır. Sadiq bənövşəyi rəngli “Vaz 2107” markalı avtomobillə dükanın qarşısına gəlmiş, onlar avtomobilinə əyləşdikdən sonra kəndin bir qədər kənarına doğru getmişlər. Avtomobili saxladıqdan sonra Yusifə pulu Sadiqə verməsini demişdir. Yusif 30 manatı Sadiqə verdikdən sonra Sadiq bir ədəd bükümü Yusifə vermişdir. Daha sonra ona da pay olaraq 2 ədəd bükümü vermişdir. Daha sonra Yusif avtomobildən düşüb oradan uzaqlaşmışdır. Sadiq isə onu kəndin mərkəzində düşürdüb öz evinə getmişdir. Bir qədər sonra polis əməkdaşları onu saxlayaraq şöbəyə aparmışlar, orada üzərinə baxış keçirilən zaman metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “Təqsirləndirilən şəxs1 metamfetamin satmaması, tutulan zaman üzərində psixotrop maddə olmaması, polislər tərəfindən üzərinə psixotrop maddə qoyulması” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs2 tanıyır. Təqsirləndirilən şəxs1 isə tanımır. xx.xx.2024-cü il tarixdə iş axtarmaq üçün Təqsirləndirilən şəxs2 evinə gəlmiş, 10- 15 dəqiqə söhbət etdikdən sonra çıxıb getmişdir. Həmin gün, saat 15-16 radələrində yaşadığı kəndin ərazisində olarkən polis əməkdaşları onu tutaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onun üzərinə 1 bükümdə psixotrop maddə qoyaraq ona məxsus olmasına şəxsi axtarış və ifadələrində bildirməsini, əks təqdirdə atasını və qardaşını da gətirəcəklərini bildirdikləri üçün məcbur qalıb metamfetaminin ona məxsus olmasına dair sənədləri imza etmişdir. Tutulan gün Təqsirləndirilən şəxs2 zəng vurmuş, lakin onunla narkotik barədə heç nə danışmamışdır. Şakanın evinə getməkdə məqsədi iş tapmasında köməklik etməsi olmuşdur. Təqsirləndirilən şəxs1 tanımır, ona psixotrop maddəsi satmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs2 də psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs1 psixotrop maddəsini ondan almasını deməsinin səbəbini bilmir. Günahı olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, özünü verilmiş ittiham təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 150 manat müqabilində bir büküm psixotrop maddə metamfetamin almışdır. 12 yanvar 2024-cü il tarixdə səhər saatlarında Şaka ona zəng edərək psixotrop maddə istəmişdir. O, da Bakı şəhərində aldığı bükümdən 5 “çet” (hissə) ayıraraq cibinə qoyub, onların yaşadığı kəndə bənövşəyi rəngli “Vaz 2107” markalı tanımadığı taksi ilə getmişdir. Şaka onu qarşılayıb evinə dəvət etmişdir. Onunla birlikdə Şakanın evinə daxil olmuş və üzərində olan bükümün birini çıxarıb onunla birlikdə falqaya doldurub ondan istifadə etmişdir. Daha sonra Şaka ondan yenə psixotrop maddə istəmiş və ona əlavə 4 büküm də “şüşəni” pay vermişdir. Daha sonra onunla bir qədər söhbət etdikdən sonra öz evinə getmişdir. 12 yanvar 2023-cü il tarixdə saat 24 radələrində siqaret çəkmək üçün küçəyə çıxmışdır. Bu zaman polis əməkdaşları yaxınlaşaraq üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, da bir ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu demişdir. Bundan sonra onu Cəlilabad rayon Polis Şöbəsinə aparmışlar, orada vəkilin iştirakı ilə videoçəkilişlə üzərində axtarış keçirilmiş, və üzərində qanunla qadağan olunmuş hansı əşya olub-olmamasını soruşmuşlar. O da əynində olan göy rəngli cins şalvarının sol yan cibinə qoyduğu həmin bükülünü polis əməkdaşlarına təhvil vermişdir. O, həmin bükülünü Bakı şəhərindən tanımadığı şəxsdən 150 manata aldığını, ondan Şakaya pay verdiyini və ondan istifadə etdiyini bildirmişdir. Həmin bükülü zərfə qoyulmuş və protokol tərtib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “Təqsirləndirilən şəxs2 psixotrop maddə verməməsi, tutulan zaman üzərində psixotrop maddə olmaması, polislər tərəfindən üzərinə psixotrop maddə qoyulması” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Cəlilabad rayon Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün, saat 16 radələrində Təqsirləndirilən şəxs1 Musalı kəndində küçədə hərəkət edərkən onu 10-15 dəqiqə müşahidə etdikdən sonra yaxınlaşaraq özlərini təqdim etmişlər. Üzərində psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar, bu zaman Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarının arxa sol cibində olan pul kisəsinin içərisində 3 (üç) bükümdə psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərinə axtarış aparılması və müvafiq sənədlərin tərtib edilməsi üçün münasib şərait olmadığından rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçisinin iştirakı və videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 də əynində olan boz rəngli cins şalvarının arxa sol cibindən qara rəngli pul kisəsinin içərisində 3 (üç) ədəd bükümdə gümüşü rəngli siqaret kağızına bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər maddələri təqdim edərək masanın üzərinə qoymuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetamin vardır. Həmin madələri xx.xx.2024-cü il tarixdə səhər saatlarında Cəlilabad rayonu, Ləkin kənd sakini Şaka adlı şəxsdən 30 manata aldığını bildirmişdir. 3 ədəd büküm qablaşdırılaraq götürülmüşdür.Bundan başqa əməliyyat tapşırığının icrası ilə əlaqədar olaraq həmin şəxsin Cəlilabad rayonu, Ləkin kənd sakini Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs2 həmin kənddə küçədə yaxınlaşaraq üzərində psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs2 da üzərində 2 (iki) bükümdə psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs2 polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçisinin iştirakı il əvə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış və iki bükümdə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümlərin içərisində psixotrop maddə olan metamfetamin vardır. Həmin maddələri xx.xx.2024-cü il tarixdə səhər saatlarında Cəlilabad rayonu, Buravar kənd sakini Sadiq adlı şəxsdən pay almışdır. Tanışı Təqsirləndirilən şəxs1 3 büküm psixotrop maddə olan metamfetamini 30 manat müqabilində satmışdır. Həmin bükümləri də o, Sadiqdən əldə etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlərin içərisinə baxıldıqda orada ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olması müəyyən edilmişdir. Bundan başqa əməliyyat tapşırığının icrası ilə əlaqədar olaraq Cəlilabad rayonu, Buravar kənd sakini X3 xx.xx.2024-cü il tarixdə saat 00 radələrində həmin kənddə küçədə hərəkət edərkən görmüş və onu 10-15 dəqiqə müşahidə etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə ondan üzərində psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs3 da üzərində metamfetamin olmasını bildirmişdir. Orada Təqsirləndirilən şəxs3 üzərinə axtarış aparılması və müvafiq sənədlərin tərtib edilməsi üçün münasib şərait olmadığından şöbəyə dəvət etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər maddəni təqdim edərək masanın üzərinə qoymuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetamin vardır. Həmin madəni 1 ay əvvəl gecə saatlarında Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən 150 manata almış, həmin maddədən istifadə etmiş və 4 bükümünü Təqsirləndirilən şəxs2 pay vermişdir. Aşkar olunmuş büküm qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 oğlu eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 13 yanvar 2024-cü il tarixli, 19/31 nömrəli «məhkəməkimyəvi ekspertizasının» rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanaraq götürülmüş kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi -0,485 qram; -0,499 qram; -0,532 qram, ümumi təmiz çəkisi: 1,516 qram olan ağ rəngli kristallardan ibarət olan maddələr metamfetamindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonrakı qalıq psixotrop maddə metamfetamin 1,366 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manatdır. İş materiallarında olan 13 yanvar 2024-cü il tarixli, 19/32 nömrəli «məhkəmə-kimyəvi ekspertizasının» rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi -1,216 qram; -1,161 qram, ümumi təmiz çəkisi: 2,377 qram olan ağ rəngli kristallardan ibarət olan maddələr metamfetamindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş kütlələr....” və sözlər və “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 3 büküm metamfetamin Rəy №-19/31.....” sözlər və imzalar olan iki ədəd zərfdəki ümumilikdə 5 ədəd bükümlərdə olan metamfetaminlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonrakı qalıq psixotrop maddə metamfetamin 2,277 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manatdır. İş materiallarında olan 13 yanvar 2024-cü il tarixli, 19/33 nömrəli «məhkəmə-kimyəvi ekspertizasının» rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunaraq götürülmüş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi: -2,915 qram olan ağ rəngli kristallardan ibarət olan maddələr metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunaraq götürülmüş kütlə....”; “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 3 büküm metamfetamin Rəy №-19/31.....” və “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2 büküm metamfetamin Rəy №-19/32.....” sözlər və imzalar olan üç ədəd zərfdəki ümumilikdə 6 ədəd bükümlərdə olan metamfetaminlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonrakı qalıq psixotrop maddə metamfetamin 2,815 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manatdır İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 39 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixi və fiziki asılılıq olmadan stimulyatorlardan istifadə halları olub. Lakin asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 37 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 stilumlayatorların qəbulundan yaranan asılılıq sindiromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 33 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 stimulayatorların qəbulundan yaranan asılılıq sindiromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 121 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 psixi xəstəlik aşkar olunmamışdır. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəadiyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 halhazırda öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk edir. Təqsirləndirilən şəxs2 tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacı yoxdur. Hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi qeyd olunmur. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 122 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 psixi xəstəlik aşkar olunmamışdır. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs3 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəadiyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 halhazırda öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk edir. Təqsirləndirilən şəxs3 tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacı yoxdur. Hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi qeyd olunmur. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında “protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra üzərində axtarış aparılan zaman o, şalvarının arxa sol cibindən qara rəngli pul kisəsinin içərisində 3 (üç) ədəd bükümdə gümüşü rəngli siqaret kağızına bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər maddələri təqdim edərək xx.xx.2024-cü il tarixdə səhər saatlarında Cəlilabad rayonu, Ləkin kənd sakini Təqsirləndirilən şəxs2 adlı şəxsdən 30 manata almışdır. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında “protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqdan sonra üzərində axtarış aparılan zaman əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ cibindən 2 (iki) ədəd bükümdə sarı rəngli sellofana və gümüşü rəngli siqaret kağızına bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər maddələri təqdim edərək xx.xx.2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs3 adlı şəxsdən pay aldığını, həmin maddələrdən Təqsirləndirilən şəxs1 3 büküm psixotrop maddə olan metamfetamini 30 manat müqabilində satdığını bildirmişdir. İş materiallarında olan 13 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında “protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış zamanı şalvarının sol yan cibindən 1 (bir) ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər maddəni təqdim etmiş, Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən 150 manata aldığını, həmin maddədən 4 bükümünü Təqsirləndirilən şəxs2 pay vermişdir. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli «şübhəli şəxs qimsində tutulması haqqında » protokollardan görünür ki, X7 və Təqsirləndirilən şəxs2 həmin şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan 13 yanvar 2024-cü il tarixli «şübhəli şəxs qimsində tutulması haqqında » protokollardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan 14 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə növündə» qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 14 yanvar 2024-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs2 barəsində həbs olunmasının əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 14 yanvar 2024-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs3 barəsində həbs olunmasının əvvəli 13 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qərar Təqsirləndirilən şəxs1 ətrafında aparılan əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə Cəlilabad RPŞ-nin qərarı qanuni və əsaslı hesab edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən əldə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən əldə olunmuş tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, təqsirləndirilən şəxs Əliyev X6 Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 1(073)-119/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 7(073)-52/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsilə 1(bir) il 6(altı) ay müddətinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş hissəsini çəkməkdən azad edilərək üzərindən məhkumluq götürülmüşdür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən əldə olunmuş tələbnamədən və hökmün surətlərindən görünür ki, təqsirləndirilən şəxs Şahmarov X2 Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 1(038)-2/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsilə 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 X13 Cəzaçəkmə Müəsisəsi tərfindən verilmiş 27 mart 2024-cü il tarixli məktubundan görünür ki, Şahmarov X2 Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü ilə 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzasını 27 mart 2023-cü il tarixdən çəkmiş, 12 yanvar 2024-cü il tarixədək cəzasının 8 (səkkiz) ay 15 (on beş) günü çəkilməmiş qalmışdır. İş materiallarında olan 01 mart 2024-cü il tarixli qərarlarla Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş ekspertiza tədqiqatından sonrakı qalıq 1,366 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış keçirilməsinin istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, metamfetamin psixotrop maddəsi cəlilabad RPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 03 mart 2024-cü il tarixli qərarlarla Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş ekspertiza tədqiqatından sonrakı qalıq 2,277 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış keçirilməsinin istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, metamfetamin psixotrop maddəsi cəlilabad RPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 08 mart 2024-cü il tarixli qərarlarla Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş ekspertiza tədqiqatından sonrakı qalıq 2,815 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış keçirilməsinin istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, metamfetamin psixotrop maddəsi cəlilabad RPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Cəlilabad rayonu, Ləkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2024-cü il tarixli arayışdan, xasiyyətnamədən vədiplomun surətindən görünür ki, Əliyev X5 rayonu, Musalı kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi atası, anası və bacısından ibarətdir, yaşalığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Cəlilabad rayonu, Ləkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2024-cü il tarixli arayışdan, xasiyyətnamədən vədiplomun surətindən görünür ki, Əliyev X6 rayonu, Ləkin kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, 2016-cı il təvəllüdlü X9 və 2021-ci il təvəllüdlü X10 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşalığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Cəlilabad rayonu, Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 fevral 2024-cü il tarixli arayışdan, xasiyyətnamədən vədiplomun surətindən görünür ki, Şahmarov X1 rayonu, Buravar kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi ata, anası və 2 qardaşından ibarətdir yaşalığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir, bu cinayətlərə görə onlara ittiham verildiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM- 234.4.3-cü maddəsi və Təqsirləndirilən şəxs1 CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri CM-in 234.4.3-cü maddəsinə və Təqsirləndirilən şəxs1 əməlləri CM-in 234.1-ci maddəsinə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbacyan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbacyan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları, gənc olmaları əməllərini yüngülləşdirən hallar kimi nəzə alır. Azərbacyan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 2 ayzışlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Məhkəmə hesab edir ki, törətdiyi əməllərə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 234.4.3-cü maddəsi və Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. Təqsirləndirilən şəxs3 Yardımlı Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 1(bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 8(səkkiz) ay 15(on beş) günü hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 234.4.3cü maddəsi və Təqsirləndirilən şəxs1 CM-in 234. 1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs1 Cəlilabad RPŞ-i tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyləylərinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicəyə təyin edilməli, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 1,366 qram, 2,277 qram və 2,815 qram psixotrop maddələri metamfetamin məhv edilməli, iş materiallarına əlavə olunmuş şəxsi axtarış keçirilmə və götürmə haqqında protokolların videoçəkilişlərini əks etdirən ümumilikdə 3 (üç) ədəd DVD disk cinayət təqibi üzrə materiallarına saxlama müddəti ərzində işdə salanılmalıdır. İş üzrə 13 yanvar 2024-cü il tarixli 19/31, 19/32 və 19/33 nömrəli ekspertiza rəyləri üzrə təyin edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərcləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətlərinin əvvələi 12 yanvar 2024-cü il, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətlərinin əvvəli 13 yanvar 2024-cü il və Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətlərinin əvvəli 13 mart 2025ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 12 yanvar 2024-cü il tarixdən 14 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (gün) müddət ona təyin olunmuş cəzasından çıxılaraq üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 Yardımlı Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 1(bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 8(səkkiz) ay 15(on beş) günü müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən toplansın və ona hökmlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs3 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq – Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 1,366 qram, 2,277 qram və 2,815 qram psixotrop maddələri metamfetamin məhv edilsin. İş materiallarına əlavə olunmuş şəxsi axtarış keçirilmə və götürmə haqqında protokolların videoçəkilişlərini əks etdirən ümumilikdə 3 (üç) ədəd DVD disk cinayət təqibi üzrə materiallarına saxlama müddəti ərzində işdə salanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Aqil Nuriyev Ayşən Vəliyeva
Məhkəmə qərarları › İş №1(099)-29/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-29/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver