Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-290/2022 24.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas ŞabanovValeh İxtiyar oğlu, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə,
1. xx xxxx 1987-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvələr məhkum olunmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə;
2. xx xxxx 1994-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3
Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə;
3. xx xxxxx 1983-cü ildə Cəlilabad rayonu Şötüklü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Şötüklü kəndində qeydiyyatda olmaqla ünvan 5-də yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə;
4. xx xxxxxx 1972-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 3 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4
Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 234.4.1, 234.4.2, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq
MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 08 may 2021-ci il tarixdə saat 09 radələrində Cəlilabad şəhəri ərazisində tanışı Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda-2,290 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 25 manat pula almış, həmçinin digər mənbədən 1,166 qram narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı əldə edib daşıyaraq saxlamışdır. 08 may 2021-ci il tarixdə saat 11 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri M.Hüseyn küçəsində keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman 3 ədəd bükümlərdə 0,830 qram, 0,738 qram və 0,722 qram olmaqla ümumi çəkisi 2,290 qram olan həmin narkotik vasitə heroin və bir ədəd bükümdə 1,166 qram narkotik vasitə həşiş qətranı əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış külli miqdarda 2,290 qram narkotik vasitə heroin əldə edib daşıyaraq 08 may 2021-ci il tarixdə saat 09 radələrində Cəlilabad şəhəri ərazisində həmin narkotik vasitə heroini tanışı Təqsirləndirilən şəxs1 25 manat pul müqabilində qanunsuz olaraq satmışdır. Bundan başqa o, təkrarən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması, daşınması və satışı barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib razılığa gəldikdən sonra 2021-ci ilin may ayının əvvəllərində külli miqdarda narkotik vasitə əldə etmələri məqsədilə Cəlilabad şəhəri Nizami küçəsi ev 89-da yaşayan cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs4 yaşadığı ünvana getmiş, Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələrin satılması ilə bağlı qabacaqdan razılığa gəldiyi Təqsirləndirilən şəxs4la görüşüb ümumi təmiz çəkisi 8,835 qram çəkidə külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda 3 ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə hesab edilən metadon həblərini 45 manat pul ödəyərək qalan 74 manat pulu sonradan ödəmək şərtilə razılığa gəlib əldə etdikdən sonra Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə heroindən bir ədəd bükümdə təmiz çəkisi 3,698 qram olan hissəsini ayıraraq satışını təşkil etmək üçün Təqsirləndirilən şəxs3 qanunsuz olaraq satmış, 11 may 2021-ci il tarixdə saat 16 radələrində Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri Nizami küçəsində keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində sonuncu saxlanılaraq Cəlilabad RPŞ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman həmin 3,698 qram çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış külli miqdarda - 2,290 qram narkotik vasitə heroin əldə edib daşıyaraq 2021-ci ilin may ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs3 qanunsuz olaraq satmış, sonuncu həmin narkotik vasitə heroini 08 may 2021-ci il tarixdə Cəlilabad şəhəri ərazisində tanışı Təqsirləndirilən şəxs1 25 manat pul müqabilində qanunsuz olaraq satmışdır. Bundan başqa o, təkrarən, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması, daşınması və satışı barədə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəldikdən sonra 2021-ci ilin may ayının əvvəllərində külli miqdarda narkotik vasitə əldə etmələri məqsədilə Cəlilabad şəhəri Nizami küçəsi ev 89-da yaşayan cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs4 yaşadığı ünvana gedərək külli miqdarda narkotik vasitələrin satılması ilə bağlı qabacaqdan razılığa gəldiyi sonuncu ilə görüşüb ümumi təmiz çəkisi 8,835 qram çəkidə külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda 3 ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə hesab edilən metadon həblərini 45 manat pul ödəyərək satışını həyata keçirdikdən sonra qalan 74 manat pulu sonradan ödəmək şərtilə razılığa gəlib əldə etdikdən sonra həmin narkotik vasitə heroindən bir ədəd bükümdə təmiz çəkisi 3,698 qram olan hissəsini ayıraraq satışını həyata keçirmək üçün Təqsirləndirilən şəxs3 qanunsuz olaraq verməklə satmış, qalan narkotik vasitə heroinin 5,137 qram hissəsini və təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram olan 3 ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə hesab edilən metadon həblərini daşıyaraq yaşadığı ünvan 5 ünvanında yerləşən evin həyətyanı sahəsində yerləşən sanitar qovşağın nəfəsliyində gizlədərək saxlamış, 11 may 2021-ci il tarixdə saat 16 radələrində Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri Nizami küçəsində keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 saxlanılaraq Cəlilabad RPŞ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman həmin 3,698 qram çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5 ünvanında yerləşən evinə baxış keçirilən zaman bir ədəd sellofan torbanın içərisində həmin 5,137 qram narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram olan 3 ədəd metadon həbləri və narkotik vasitələrin xırda bükümlərə bölünərkən çəkisini müəyyən etmək üçün istifadə olunan iki ədəd elektron tərəzi həyətyanı sahədə yerləşən sanitar qovşağın nəfəsliyindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs4 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 8,835 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda 3 ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə hesab edilən metadon həbləri, bir həbdə 0,225 qram olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,675 qram olan qırmızı rəngli dairəvi formalı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən 3 ədəd Tramadol Hydrochloride tərkibli dərman preparatlarını satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla saxlamış, həmin narkotik vasitələrin satışı ilə bağlı tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəldikdən sonra 2021-ci ilin may ayının əvvəllərində sonuncular külli miqdarda narkotik vasitə əldə etmək məqsədilə Təqsirləndirilən şəxs4 yaşadığı Cəlilabad şəhəri Nizami küçəsi ev 89 ünvanına gələrkən ümumi təmiz çəkisi 8,835 qram çəkidə külli miqdarda narkotik vasitə heroini, təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram olan 3 ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə hesab edilən metadon həblərini və təsiredici maddəsinin ümumi miqdarı 0,675 qram qırmızı rəngli dairəvi formalı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən 3 ədəd Tramadol Hydrochloride tərkibli dərman preparatlarını 119 manat pul müqabilində satmaq barədə razılığa gəlib, 45 manat pulu nağd şəkildə alaraq, qalan 74 manat pulu sonradan ödəmək şərtilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunsuz olaraq verməklə satmışdır. Bundan başqa o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq 13,644 qram külli miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamış, 03 iyun 2021-ci il tarixdə saat 16 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri Nizami küçəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Cəlilabad RPŞ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman həmin külli miqdarda psixotrop maddə metamfetamin əynindəki şalvarının sol yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitələrdən istifadə edir. 08 may 2021-ci il tarixdə Cəlilabad şəhərində polis işçiləri tərəfindən saxlanılarkən onda 1 bükümdə narkotik vasitə heroin və həşiş qətranı, həmçinin tramadol həbi olmuşdur. Həmin maddələrdən özü istifadə etmişdir. Heroini Cəlilabad şəhərində İran bazarı adlanın yerdən tapmış, Təqsirləndirilən şəxs3 almamışdır. Təqsirləndirilən şəxs3lə münsibətləri yaxşıdır, bir evli kimidirlər. Lakin 08 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3lə görüşməmiş və ondan heroin almamışdır. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə heroin qəbul edir. Təqsirləndirilən şəxs3lə münasibətləri yaxşıdır. Onun narkotik istifadəçisi olduğunu bilir. 08 may 2021-ci il tarixdə səhər saatlarında Cəlilabad şəhəri ərazisində Rəşadla görüşərək narkotik vasitə heroin istəmişdir. Rəşad üzərində narkotik vasitə heroin olduğunu bildirərək 25 manat qarşılığında satdığını bildirmişdir. Həmin vaxt Rəşada 25 manat pul verib ondan bir bükümdə narkotik vasitə heroini almışdır. Bundan sonra Rəşad çıxıb getmişdir. Təxminən 1 saat sonra, saat 11 radələrində Cəlilabad şəhəri M.Hüseyn küçəsində piyada hərəkət edərkən mülki paltrada olan polis əməkdaşları onu tutaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində olan zaman üzərində narkotik vasitə olduğunu səmimi olaraq etiraf etmişdir. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kağızının içərisində şəffaf sellofana bükülmüş halda narkotik vasitə heroin 1 ədəd kağızın içərisində şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroin, 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə “mastinka” deyilən həşiş qətranını və bir ədəd tramadol dərman həbini çıxarıb təqdim etmişdir. Sorğu zamanı həşiş qətranı və tramadol həblərini 1 ay əvvəl Cəlilabad şəhəri ərazisində yerdən tapdığını, narkotik vasitə heroini isə 08 may 2021-ci il tarixdə Ceyhun adlı şəxsdən əldə etdiyini və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, narkotik vasitə herindən istifadə edir. Onda 2,90 qram narkotik vasitə heroin olmamışdır. 08 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 25 manat pul müqabilində həmin miqdarda heroini satmamışdır. 08 mya 2021-ci il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində heç bir narkotik vasitə olmamışdır. Narkotik vasitə üzərinə polis tərəfindən qoyulmuşdur. Polis işçiləri onu rayon polis şöbəsinə qardaşı ilə birlikdə aparmışlar. Ona demişlər ki, əgər tərtib olunan sənədlərə imza etməsə, qardaşını da həbs edəcəklər. Ona görə də heroinin ona məxsus olmasını boynuna götürmüşdür. Onu ailəsi ilə təhdid etmişlər. Təqsirləndirilən şəxs2lə birlikdə narkotik almaq üçün Təqsirləndirilən şəxs4 evinə getməmişlər. Təqsirləndirilən şəxs4 8,835 qram heroin və metadon həbləri almamışlar. Narkotikə görə Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs2lə birlikdə 45 manat pul verməmişlər və 74 manat borclu qalmamışlar. Təqsirləndirilən şəxs2 narkotikin bir hissəsini ona verməmiş və bir hissəsini özündə saxlamamışdır. Təqsirləndirilən şəxs3 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, narkotik vasitənin heroin qəbul edir. Təqsirləndirilən şəxs1 Cəlilabad şəhər sakini kimi uşaq vaxtından tanıyır və onun da narkotik vasitə istifadəçisi olduğunu bilir. Tutulmazdan bir neçə gün əvvəl, 08 may 2021-ci il tarixdə Nihal ilə görüşən zaman ondan narkotik vasitə istəmişdir. Həmin vaxt üzərində təxminən 1 qram narkotik vasitə heroin olduğuna görə həmin narkotik vasitə heroini 25 manat qarşılığında satdığını bildirmişdir. Nihaldan 25 manat pul alıb özündə olan bir bükümdə narkotik vasitə heroini ona vermişdir. Bundan sonra Nihal getmişdir. Həmin gün Nihalın Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. Bu hadisədən üç gün sonra 11 may 2021-ci il tarixdə Cəlilabad şəhəri ərazisində olan zaman polis əməkdaşları onu tutaraq Cəlilabad RPŞ-nə gətirmişlər. Polis şöbəsində olan zaman polis əməkdaşları ona bildirmişlər ki, Nihal adlı şəxsə narkotik vasitə heroin satmışdır. O da polis əməkdaşlarına Nihala narkotik vasitə heroin satdığını səmimi olaraq etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ona bildirmişlər ki, öz üzərinə də bir büküm də narkotik vasitə heroin qoyacaqlar və üzərinə baxış keçirilən zaman həmin narkotik vasitə heroini özü könüllü olaraq təqdim edəcəkdir. O, polis əməkdaşlarına öz etirazını bildirərək üzərində narkotik vasitə olmadığını və heç bir narkotik vasitə çıxarıb təqdim etməyəcəyini bildirmişdir. Polis əməkdaşlarına Təqsirləndirilən şəxs1 bir bükümdə narkotik vasitə satdığını səmimi olaraq etiraf etdiyini və həmin cinayət əməlinə görə də sənədləşmə aparılmasını xahiş etmişdir. Lakin adını bilmədiyi polis əməkdaşları onun üzərindən də narkotik vasitə çıxacağını bildirmişlər. Bir daha etiraz etdikdə polis əməkdaşları etiraz edəcəyi təqdirdə balaca qardaşı Hüseyni də polis şöbəsinə gətirib onun da üzərindən narkotik vasitə çıxaracaqlarını bildirmişlər. Bundan sonra qardaşı polis şöbəsinə gətirilməsin deyə polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Bundan sonra polis əməkdaşlarının ona verdikləri bir büküm narkotik vasitəni şalvarının sağ yan cibinə qoymuşdur. Daha sonra təhqiqatçı onu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutmuşdur. Cəlilabad rayon vəkil bürosundan müdafiəçi dəvət olunaraq müvafiq sənədləşmə işləri aparılmışdır. Polis əməkdşaları videoçəkiliş aparılmaqla üzərinə baxış keçiriləcəyini və baxış keçirilən zaman cibində olan bir bükümdə narkotik vasitə heroini təqdim etməyini bildirmişlər. O da polislərin dediyi kimi videoçəkilişlə üzərinə baxış keçirilən zaman şalvarının sağ yan cibinə qoyduğu polislərin ona verdiyi bir bükümdə narkotik vasitə heroini çıxarıb təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları narkotik vasitəni haradan əldə etdiyini soruşduqda qonşusu Təqsirləndirilən şəxs2 20 manata əldə etdiyini bildirmişdir. Bundan başqa üzərinə baxış keçirilən zaman hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Polis əməkdaşlarına üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olmadığını bildirsə də narkotik vasitəni polis əməkdaşları özləri ona vermişdir ki, baxış keçirilən zaman özü könüllü olaraq təqdim etsin. Buna etiraz etdikdə polis əməkdaşları narkotik vasitəni götürüb təqdim etməyəcəyi təqdirdə Hüseyn adlı qardaşını da polis şöbəsinə gətirib narkotik vasitə ilə tutacaqlarını bildirmişlər. O da qardaşı da nahaqdan yerə tutulmasın deyə polislərin təklifi ilə razılaşaraq üzərindən narkotik vasitə çıxarıb təqdim edərək özünə məxsus olduğunu etiraf edəcəyini bildirmiş və baxış keçirilən zaman da həmin narkotik vasitəni könüllü olaraq təqdim etişdir. Nihal adlı şəxsə satdığı narkotik vasitəni qonşusu Təqsirləndirilən şəxs2 20 manata əldə etmişdir. Təqsirləndirilən şəxs2 ona satdığı narkotik vasitəni haradan əldə etməsi barədə məlumatı yoxdur. Xəqani adlı şəxsi tanıyır. Xəqani mebel ustası olmaqla soyadı Balaşov, ata adı Həsəndidir. Lakin heç vaxt İntiqam ilə birlikdə Xəqaninin yaşadığı evin həyətinə getməmiş və İntiqam onun yanımda Xəqanidən narkotik vasitə əldə etməmişdir. Əvvəllər heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İlk dəfə Nihala narkotik vasitə heroin satmışdır. Bundan başqa heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs2 evindən aşkar edilmiş iki ədəd tərəzinin ona məxsus olması barədə sonuncunun göstərdiklərinin yalan olduğunu, tərəzilərin ona məxsus olmadığını göstərmişdir. Polis şöbəsində ona qarşı fiziki təsirlər olmasa da Hüseyn adlı qardaşını da polis şöbəsinə gətirib onu da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edəcəklərini deyərək ona psixi təsir edirmişlər. Ona görə də polis əməkdaşlarının dediklərinin hər biri ilə razılaşmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elapn olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 11 may 2021-ci il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən onda heç bir narkotik vasitə olmamışdır. Səhər vaxtı evində yatdığı yerdə polis işçiləri onu ailəsi ilə birlikdə polis şöbəsinə aparmışlar. Evində sanitar qovşağa da narkotik polislər tərəfindən qoyulmuşdur. Onu ailəsi ilə təhdid etdiklərinə görə etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs3 narkotiki vasitə satmamışdır. Qardaşını da həbs etməklə hədələmişlər. Bu səbəbdən də etirafedici ifadə vermişdir. Lakin Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs3 yaxın münasibətləri vardır. Rəşadın da narkotik vasitələrdən istifadə etdiyini bilir. Rəşad ilə əksər vaxtlarda narkotik vasitələri bir yerdə qəbul edirmişlər. Həmişə narkotik vasitələri Rəşaddan əldə edirmişdir. Çəkisindən asılı olaraq hər dəfə Rəşada 10 və ya 20 manat pul verirmiş. Rəşad da bunun müqabilində gedib narkotik vasitə əldə edirmiş. Rəşadla narkotik vasitələri adətən öz evində qəbul edirmiş. Təxminən bir həftə əvvəl Rəşad onun evinə gəlmişdir. Həmin vaxtı Rəşad özü ilə narkotik vasitəni çəkmək üçün istifadə olunan tərəzi də gətirmişdir. Həmin tərəzini Rəşad onun evinin hamam otağında gizlətmişdir. Həmin vaxt bədənlərində ağrılar olduğundan narkotik vasitə qəbul etmək istəmişlər. Rəşadın pulu olmadığına görə özü 45 manat pul götürərək Rəşadla birlikdə onun qonşuluğunda yaşayan narkotik vasitələrin satışı ilə məşğul olan Xəqani adlı şəxsin evinə getmişdir. Rəşad həmin vaxtı həyətdə gözləmişdir. O isə Xəqanidən narkotik vasitə almaq məqsədilə onun həyətinə daxil olmuşdur. Həmin vaxt Xəqanidən bir list metdon dərmanı, bir list tramadol dərmanı və təxminən 1 qram yarım narkotik vasitə heroin əldə etmişdir. Aldığı narkotik vasitələrin müqabilində Xəqaniyə 45 manat pul vermişdir. 74 manat isə narkotik vasitələrə görə borclu qalmışdır. Bundan sonra Xəqaninin evindən çıxmış, Xəqaninin evinin yaxınlığında aldığı heroini Rəşadla yarı bölərək yarısını ona vermişdir. Bundan sonra Rəşad çıxıb getmişdir. O isə oradan birbaşa öz evinə gəlmişdir. Həmin vaxtı narkotik vasitə heroindən bir qədərini istifadə etmişdir. Həmçinin metadon və tramadol dərman həblərindən bir neçəsini istifadə etmişdir. Qalan metadon həbləri və tramadol dərmanlarını isə Rəşada məxsus tərəzi ilə birlikdə evinin hamam otağında gizlətmişdir. 11 may 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı küçədə olan zaman mülki paltarda olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gətirildikdən sonra şübhəli şəxs qismində tutub müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. O da buna etiraz etməmişdir. Bundan sonra videoçəkiliş aparmaqla üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Baxış keçirilən zamanı Rəşada narkotik vasitə verdiyini, həmin narkotik vasitələri Xəqanidən aldığını və yaşadığı evin sanitar qovşağında da tramadol və metadon həbləri saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçisi ilə birlikdə yaşadığı evə getmişlər. Yaşadığı evədə videoçəkilş aparılmaqla baxış keçiriləcəyini bildirmişlər. Bundan sonra evin həyətyanı sahəsində olan santiar qovşaqda nəfəslikdə olan ağ rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin torbanın içərisinə baxış keçirilən zaman bir ədəd şəffaf sellofana bükülmüş halda narkotik vasitə heroinə bənzər kütlə, qara rəngli kağız parçasına bükülmüş halda 03 ədəd tramadol dərman həbləri və bir ədəd qara rəngli kağıza bükülmüş 3 ədəd metadon həbləri və Rəşada məxsus olan iki ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin narkotik vasitə heroinin ona məxsus olmadığını, metadon və tramadol həblərinin ona məxsus olduğunu və Xəqani adlı şəxsdən aldığını bildirmişdir. İki ədəd elektron tərəzinin isə Təqsirləndirilən şəxs3 məxsus olduğunu, Rəşadın saxlamaq üçün həmin tərəziləri ona verdiyini bildirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3 və 240.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni istifadəçi kimi təqsirli bilməklə göstərdi ki, 3 iyun 2021-ci ildə polis işçiləri tərəfindən saxlanılarkən üzərində aşkar olunmuş 13,644 qram metamfetamini əldə etməkdə özünü təqsirli bilir. İntiqam və Rəşada narkotik vasitə satmamışdır. İntiqam və Rəşad ondan 119 manat pula 8,835 qram narkotik vasitə heroin, təsiedici maddəsi 0,12 qram olan metadon və tramadol həbləri almamışlar. Təqsirləndirilən şəxs4 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmsişdir ki, 2010-cu ildən narkotik vasitələrin aludəçisidir. Əvvəllər bir neçə dəfə azadlıqdan məhrum etmə yerində cəza çəkmişdir. 01 iyun 2021-ci il tarixdə Cəlilabad şəhəri Cavadxan küçəsində piyada gəzən yerdən bir ədəd şəffaf sellofan bükülü tapmışdır. Bükülünün içərisinə baxan zaman psixotrop maddə metamfetamin olmasını görmüşdür. Metemfetamini şalvarının cibinə qoymuşdur ki, özü istifadə edər. Həmin metamfetamindən hər gün bir qədərini istifadə edirmişdir. 03 iyun 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı Cəlilabad şəhəri Nizami küçəsi ilə piyada hərəkət edən zaman mülki paltarda olan polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirərək Cəlilabad Rayon Polis Şöbəsinə gətirmişlər. Cəlilabad Rayon Polis Şöbəsində vəkilin iştirakı ilə şəxsi axtarış keçirilən zaman üzərində olan bir bükümdə psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Həmin metamfetamindən heç kimə satmamış və özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs2 ilə qonşudurlar. Təqsirləndirilən şəxs2 heç vaxt narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 cinayət əməlləri özlərinin ifadələrindən əlavə məhkəmə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Cəlilabad rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 iyun 2021-ci il tarixdə Cəlilabad Rayon Polis Şöbəsinə Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs4 Cəlilabad şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs4 ətrafında əməliyyat-actarış tədbirləri aparılması məqsədi ilə ondan, polis nəfərləri Elçin Alməmmədov və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. 03 iyun 2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs4 Nizami küçəsi ilə piyada hərəkətdə olan zaman əməliyyat qrupunun üzvləri ilə birlikdə ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində narkotik maddə, qanunla qadağan edilmiş hər-hansı bir əşya və ya predmet olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs4 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs4 rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Cəlilabad rayon vəkil bürosunun vəkili X2, polis nəfərləri Elçin Alməmmədov və Şahid4 oğlunun iştiraklarıı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs4 təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs4 əynində olan qəhvəyi rəngli cins şalvarının sol yan cibindən 1 ədəd şəffaaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə oxşar maddə çıxararaq özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin bükülüyə baxış keçirilən zaman ağ rəngli kristal formada psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs4 götürülmüş psixotrop maddə metamfetamin oxşar kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 16 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir təzyiq, təsir göstərməmişlər Şahid3 məhkəmədə göstərdi ki, Cəlilabad Rayon Polis Şöbəsində əməliyyat axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 may 2021-ci il tarixdə Cəlilabad şəhəri M.Hüseyn küçəsi ev 13-də qeydiyyatda olan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə polis nəfəri Şahid5 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. 08 may 2021-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri M.Hüseyn küçəsində hərəkətdə saxlamış və üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs1 əynində olan sarı rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağzına bükülmüş şəffaf sellofan bükümdə narkotik maddə heroinə bənzər kütlə, 1 ədəd ağ rəngli kağız içərisində şəffaf sellofana bükülmüş narkotik maddə heroinə bənzər kütlə, 1 ədəd şəffaf sellofana bükülmüş qara rəngli həşiş qətranına bənzər kütlə, 1 ədəd şəffaf sellofana bükülmüş qırımızı rəngli tramadol həbi çıxarıb təqdim edərək ona məxsus olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan narkotik vasitə heroinləri 08 may 2021-ci il tarixdə Cəlilabad şəhəri ərazisində Ceyhun adlı şəxsdən əldə etdiyini bildirmişdir. Qalan narkotik vasitə həşiş qətranı və tramadol həblərini isə 1 ay əvvəl Cəlilabad şəhəri ərazisində yerdən tapdığını bildirmişdir. Həmin maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Nihala narkotik vasitə satan şəxsin Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs3 olması müəyyən edilmişdir. Rəşad Əldiyevin ətrafında əməliyyataxtarış tədbirləri keçirilməklə 11 may 2021-ci il tarixdə saat 16 radələrində Cəlilabad şəhəri Nizami küçəsi ilə piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs3 saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsində və narkotik vasitələrin satışında şübhəli olduğunu bildirərək üzərində narkotik maddə, qanunla qadağan edilmiş hər-hansı bir əşya və ya predmet olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs3 üzərində narkotik vasutə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə oxşar maddə çıxararaq özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin bükülüyə baxış keçirilən zaman qəhvəyi rəngli spesifik iyə malik olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 həmin narkotik vasitə heroini 11 may 2021-ci il tarixdə səhər saatlarında yaşadığı küçədə qonşusu İntiqam adlı şəxsdən 20 manat pul müqabilində əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 götürülmüş narkotik vasitə heroinə oxşar kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İntiqam adlı şəxsin ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 20 radələrində rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılan zaman hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 iki gün əvvəl tanışı Təqsirləndirilən şəxs3lə birlikdə digər tanışları Xəqani adlı şəxsin həyətinə gedərək sonuncudan 1 qram yarım narkotik vasitə heroin, 1 list metadon həbləri və 1 list tramadol həbləri aldığını, bunun müqabilində Xəqaniyə 45 manat pul verdiklərini, pulun qalan hissəsini isə borclu qalaraq sonra verəcəkləri barədə razılaşdıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 əldə etdikləri heroinin yarım qramını satmaq məqsədilə Rəşada verdiyini, qalan hissəsini Rəşadla birlikdə bir yerdə istifadə etdiklərini bildirərək metadon və tramadol həblərinin yaşadığı evdə sanitar qovşağın nəfəsliyində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 Xəqani adlı şəxsdən əvvəllər də narkotik vasitə əldə etdiyini və özünün narkotik vasitə istifadəçisini olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsinə dair etirazı olmamağı ilə bağlı ərizə yazaraq təqdim etmişdir. O, cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3, müdafiəçi və digər polis əməkdaşları ilə birlikdə İntiqamın yaşadığı ünvan 6 ünvanına getmişlər. Təqsirləndirilən şəxs2 arvadı Rəna Vəzirova ərizə ilə müraciət edərək yaşadıqları evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı evdə olan qanunla qadağan əşya və ya predmetləri təqdim etməsi bildirildikdə sonuncu evin həyətyanı sahəsində yerləşən sanitar qovşağın nəfəsliyinə yerləşdirilmiş ağ rəngli torbanı çıxarıb təqdim edərək içərisində metadon və tramadol həbləri olduğunu bildirmişdir. Həmin torbanın içərisinə baxış keçirilən zaman bir ədəd şəffaf sellofana bükülmüş halda narkotik vasitə heroinə bənzər kütlə, qara rəngli kağız parçasına bükülmüş halda 03 ədəd tramadol dərman həbləri və bir ədəd qara rəngli kağız parçasına bükülmüş 03 ədəd narkotik vasitə metadon həbləri və iki ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilən narkotik vasitə heroinə bənzər kütlə, metadon və tramadol həbləri qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilib ucadan oxunmuş, o da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir təzyiq və ya təsir göstərməmişlər. Şahid4 məhkəmədə göstərdi ki, Cəlilabad rayon polis şöbəsində post patrul xidməti bölüyündə polis nəfəri işləyir. 11 may 2021-ci il tarixdə Cəlilabad şəhər Nizami küçəsi ev 100-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatının yoxlanılması zamanı o da əməliyyat qrupunun tərkibində iştirak etmişdir. 11 may 2021-ci il tarixdə saat 16 radələrində Cəlilabad şəhəri Nizami küçəsi ilə piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs3 saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsində və narkotik vasitələrin satışında şübhəli olduğunu bildirərək üzərində narkotik maddə, qanunla qadağan edilmiş hər-hansı bir əşya və ya predmet olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs3 üzərində narkotik vasutə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə oxşar maddə çıxararaq özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin bükülüyə baxış keçirilən zaman qəhvəyi rəngli spesifik iyə malik olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 həmin narkotik vasitə heroini 11 may 2021-ci il tarixdə səhər saatlarında yaşadığı küçədə qonşusu İntiqam adlı şəxsdən 20 manat pul müqabilində əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 götürülmüş narkotik vasitə heroinə oxşar kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İntiqam adlı şəxsin ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 20 radələrində rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılan zaman hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 iki gün əvvəl tanışı Təqsirləndirilən şəxs3lə birlikdə digər tanışları Xəqani adlı şəxsin həyətinə gedərək sonuncudan 1 qram yarım narkotik vasitə heroin, 1 list metadon həbləri və 1 list tramadol həbləri aldığını, bunun müqabilində Xəqaniyə 45 manat pul verdiklərini, pulun qalan hissəsini isə borclu qalaraq sonra verəcəkləri barədə razılaşdıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 əldə etdikləri heroinin yarım qramını satmaq məqsədilə Rəşada verdiyini, qalan hissəsini Rəşadla birlikdə bir yerdə istifadə etdiklərini bildirərək metadon və tramadol həblərinin yaşadığı evdə sanitar qovşağın nəfəsliyində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 Xəqani adlı şəxsdən əvvəllər də narkotik vasitə əldə etdiyini və özünün narkotik vasitə istifadəçisini olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsinə dair etirazı olmamağı ilə bağlı ərizə yazaraq təqdim etmişdir. O, cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3, müdafiəçi və digər polis əməkdaşları ilə birlikdə İntiqamın yaşadığı ünvan 6 ünvanına getmişlər. Təqsirləndirilən şəxs2 arvadı Rəna Vəzirova ərizə ilə müraciət edərək yaşadıqları evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı evdə olan qanunla qadağan əşya və ya predmetləri təqdim etməsi bildirildikdə sonuncu evin həyətyanı sahəsində yerləşən sanitar qovşağın nəfəsliyinə yerləşdirilmiş ağ rəngli torbanı çıxarıb təqdim edərək içərisində metadon və tramadol həbləri olduğunu bildirmişdir. Həmin torbanın içərisinə baxış keçirilən zaman bir ədəd şəffaf sellofana bükülmüş halda narkotik vasitə heroinə bənzər kütlə, qara rəngli kağız parçasına bükülmüş halda 03 ədəd tramadol dərman həbləri və bir ədəd qara rəngli kağız parçasına bükülmüş 03 ədəd narkotik vasitə metadon həbləri və iki ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilən narkotik vasitə heroinə bənzər kütlə, metadon və tramadol həbləri qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilib ucadan oxunmuş, o da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində Şahid4 göstərdiyi xüsusatları təsdiq etmişdir. “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 08 may 2021-ci il tarixli protokoldan və 08 may 2021-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 28 iyun 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan sarı rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağzına bükülmüş şəffaf sellofan bükümdə narkotik maddə heroinə bənzər kütlə, 1 ədəd ağ rəngli kağız içərisində şəffaf sellofana bükülmüş narkotik maddə heroinə bənzər kütlə, 1 ədəd şəffaf sellofana bükülmüş qara rəngli həşiş qətranına bənzər kütlə, 1 ədəd şəffaf sellofana bükülmüş qırımızı rəngli tramadol həbləri çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan narkotik vasitə heroinləri 08 may 2021-ci il tarixdə Cəlilabad şəhəri ərazisində Ceyhun adlı şəxsdən əldə etdiyini bildirmişdir. Qalan narkotik vasitə həşiş qətranı və tramadol həblərini isə 1 ay əvvəl Cəlilabad şəhəri ərazisində yerdən tapdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin iç hissəsində sol yan cibindən 1 ədəd qara dəstəkli qatlanan bıçaq çıxarıb təqdim edərək özünə məxsus olduğunu 08 may 2021-ci il tarixdə evdən götürüb cibinə qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 götürülmüş heroinə bənzər kütlə elektron tərəzidə çəkilərkən çəkisinin 1,1 qram, 1 ədəd bükümdə olan həşiş qətranının 1,2 qram, bir ədəd tramadol dərman həbinin isə 0,5 qram çəkidə olduğunu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələr və tramadol dərman həbini özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitə heroinə və həşiş qətranına oxşar kütlə, bir ədəd tramadol dərman həbi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 11 may 2021-ci il tarixli protokoldan və 11 may 2021-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 12 may 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş halda narkotik vasitə heroinə bənzər kütlə çıxarıəb təqdim edərək həmin bükülünü 11 may 2021-ci il tarixdə yaşadığı küçədə qonşusu İntiqam adlı şəxsdən 20 manat pul müqabilində əldə etdiyini və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 götürülmüş kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 4,5 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə olan heroinə oxşar kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 11 may 2021-ci il tarixli protokoldan və 11 may 2021-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 12 may 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 2 gün əvvəl Təqsirləndirilən şəxs3 ilə birlikdə tanışları Xəqani adlı şəxsdən 1 qram yarım narkotik vasitə olan heroin, 1 list metadon həbi, 2 list isə tramadol həbi aldığını, bunun müqabilində Xəqani adlı şəxsə 45 manat pulu öncədən verdiklərini, qalanını isə sonra verməli olduqlarını, sonradan həmin heroindən yarım qramını satmaq məqsədilə Rəşada verdiyini, heroinin digər qalan hissəsini Rəşad ilə birlikdə istifadə etdiklərini, digər metadon və tramadol həblərini isə yaşadığı evdə, sanitar qovşaqda saxladığını bildirmişdir. “Baxış keçirilməsi və götürmə” haqqında 11 may 2021-ci il tarixli protokoldan və 11 may 2021-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 12 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman o, evin həyətyanı sahəsində yerləşən sanitar qovşağın nəfəsliyinə yerləşdirilmiş ağ rəngli torbanı çıxarıb təqdim etmişdir. Həmin torbanın içərisinə baxış keçirilən zaman içərisindən bir ədəd şəffaf sellofana bükülmüş halda narkotik vasitə olan heroinə bənzər kütlə, qara rəngli kağız parçasına bükülmüş halda 03 ədəd güclü təsir edən maddə olan tramadola bənzər həb, bir ədəd qara rəngli kağız parçasına bükülmüş halda 03 ədəd narkotik vasitə olan metadona bənzər həb və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə olan heroinə bənzər kütlənin ona məxsus olmadığını, həmin narkotik vasitə barədə məlumatı olmadığını, digər həblərin isə ona məxsus olduğunu, həmin həbləri Xəqani adlı şəxsdən aldığını, həblərin bir qismini özü istifadə etdiyini, elektron tərəzilərin isə tanışı Təqsirləndirilən şəxs3 məxsus olduğunu, Rəşadın müvəqqəti saxlamaqdan ötrü həmin tərəziləri ona verdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitələr, tramadol və metadon həbləri, həmçinin iki ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 03 iyun 2021-ci il tarixli protokoldan və 03 iyun 2021-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 04 iyun 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs4 əynində olan qəhvəyi rəngli cins şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş halda ağ rəngli kristal şəkilli psxotrop maddə metamfetaminə oxşar kütlə çıxarıb təqdim edərək həmin bükülünü 3-4 gün əvvəl Cəlilabad şəhəri Cavadxan küçəsi ərazisində yerdən tapdığını və öz istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs4 götürülmüş kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 16 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 09 may 2021-ci il tarixli, 7/445 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 1,166 qram olan maddə narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır. Materialların məhkəmə-ekspertizasının 09 may 2021-ci il tarixli, 6/1877 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 3 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,830 qram, 0,738 qram olan açıq qəhvəyi rəngli, 0,722 qram olan qəhvəyi rəngli, ümumi təmiz çəkisi 2,290 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə olan bir ədəd qırmızı rəngli həbdə tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0,225 qrama uyğundur. Təqdim edilmiş təmiz çəkiləri heroinlər bir-birləri ilə xarici görünüş əlamətlərinə kimyəvi komponent tərkibinə görə eyni olub təmiz çəkisi 0,722 qram olan heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə fərqlidirlər. Materialların məhkəmə ekspertizasının 19/417 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 3,698 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Materialların məhkəmə ekspertizasının 19/418 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 yaşadığı evin sanitar qovşağından aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 5,137 qram olam maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə ümumi sayı 3 ədəd olan qırmızı rəngli dairəvi formalı həblər “Tramadol Hydrochloride” dərmanlarıdır və ümumi təsir edici maddəsinin miqdarı – 0,675 qramdır (bir həbdə 0,225 qr) və 1 ədəd bükümdə ümumi sayı 3 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadonardır, həblərin təsiredici maddəsinin ümumi miqdarı -0,12 qramdır (bir həbdə 0,04 qr). Təqsirləndirilən şəxs2 yaşadığı evin sanitar qovşağından aşkar edilmiş maddələr, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş heroinlər kimyəvi tərkiblərinə, xarici görünüşlərinə görə bir-biriləri ilə eynidirlər. Materialların məhkəmə-ekspertizasının 04 iyun 2021-ci il tarixli, 19/495 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilmiş bir bükümdə təmiz çəkisi-13,644 qram olan ağ rəngli, kristal formada olan maddə metamfetamindir. Materialların əlavə məhkəmə ekspertizasının 25 fevral 2022-ci il tarixli, 19/228 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs3 məxsus 1 bükümdə heroin Rəy Nö19/417...” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 büküm heroin, “Heroin 3 büküm, Tramadol ½ hissə Rəy Nö 19/1877...” sözlər və imzalar olan bir ədəd zərrfdəki 3 büküm heroinlərdən kimyəvi tərkiblərinə görə fərqlidirlər. Məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2021-ci il tarixli, 557 nömrəli, 22 iyul 2021-ci il tarixli, 725 nömrəli, 24 yanvar 2022-ci il tarixli, 80 nömrəli və 24 yanvar 2022-ci il tarixli, 81 nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınmalarıv məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının 11 iyun 2021-ci il tarixli 1275 nömrəli, 23 iyul 2021-ci il tarixli 1575 nömrəli, 25 yanvar 2022-ci il tarixli 188 və 189 nömrəli rəylərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Onlara ittiham olunan əməl barəsində anlaqlı hesab olunurlar, əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Təqsirləndirilən şəxs4 Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2013-cü il tarixdə cəzanın sonu ilə həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs1 Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 221.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməklə 09 ay azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına (əsas cəza kimi) məhkum olunmuşdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3cü maddələri ilə təqsirli bilinməklə və CM-nin 67.1-ci maddəsinə əsasən əvvəlki hökmlə təyin edilmiş cərimə cəzası yeni cəzaya birləşdirilməklə ona hökmlərin məcmusu üzrə 04 il müddətə müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum olunmuşdur. xx.xx.2019-cu il tarixdə azadlıqdan məhrumetmə cəzanın sonu ilə azad olunmuşdur. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin 13 may 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 Cəlilabad Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli hökmü ilə təyin olunmuş 3000 manat cərimə cəzası icraata daxil olmamaqla icra olunmamışdır. Təqsirləndirilən şəxs3 Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinməklə ona 3000 manat cərimə cəzası (əsas cəza) təyin edilmişdir. Həmin məhkəmənin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinməklə və CM-nin 67.1-ci maddəsinə əsasən əvvəlki hökmlə təyin edilmiş cərimə cəzası sonuncu təyin olunan cəzaya qismən birləşdirilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası və 2550 manat cərimə cəzası təyin edilmişdir. Azadlıqdan məhrumetmə cəzasını xx.xx.2019-cu il tarixdə çəkib qurtarmışdır. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin 13 may 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr 2016cı il tarixli hökmü ilə təyin olunmuş 2550 manat cərimə cəzası icraata daxil olmamaqla icra olunmamışdır. Ailə tərkibi haqqında arayışdan və sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində 2010 və 2011-ci ildə doğulmuş iki azyaşlı uşaqları vardır. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, himayəsində 2016 və 2020-ci illərdə doğulmuş iki azyaşlı uşaqları vardır. O, yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. İşdə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2011-ci il tarixdə müvafiq qaydada müddətsiz olaraq 3-cü qrup əlillik verilmişdir. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 ailəlidir, himayəsində 2005-ci ildə doğulmuş bir uşağı vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə onun barəsində nümayəndəliyə şikayətin daxil olmaması göstərilmişdir. Təqsirləndirilən şəxs1 iş üzrə 08 may 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılır. Təqsirləndirilən şəxs3 subaydır. Təqsirləndirilən şəxs3 iş üzrə 11 may 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə həmin tarixdən həbsdə saxlanılır. Təqsirləndirilən şəxs2 iş üzrə 11 may 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılır. Təqsirləndirilən şəxs4 iş üzrə 03 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və həşiş qətranını əldə etməsi, saxlaması və daşıması, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında külli miqdarda narkotik vasitə heroini təkrarən əldə etmələri, saxlamaları və daşımaları, Təqsirləndirilən şəxs4 həmçinin özünün təkrar olmaqla külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitələrə aid olmayan, güclü təsir edən tramadol tərkibli dərman preparatını satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, hər birinin əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda obyektiv qiymət verərək təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdikləri: Təqsirləndirilən şəxs1 08 may 2021-ci il tarixdə Cəlilabad şəhərində polis işçiləri tərəfindən saxlanılarkən üzərində aşkar olunan heroini Cəlilabad şəhərində İran Bazarı adlanın yerdə tapması, Təqsirləndirilən şəxs3 almaması; Təqsirləndirilən şəxs3 08 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 25 manat pul müqabilində 2,90 qram heroini satmaması, 08 may 2021-ci il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində heç bir narkotik vasitə olmaması, narkotik vasitənin üzərinə polis işçiləri tərəfindən qoyulması, polis işçilərinin onu qardaşını da həbsə almaqla hədələdiklərinə və ailəsi ilə təhdid etdiklərinə görə ibtidai istintaqda etirafedici ifadə verməsi, Təqsirləndirilən şəxs2lə birlikdə narkotik almaq üçün Təqsirləndirilən şəxs4 evinə getməmələri və ondan 8,835 qram heroin və metadon həbləri almamaları; Təqsirləndirilən şəxs2 evində sanitar qovşağına narkotik vasitənin polislər tərəfindən qoyulması, onu ailəsi ilə təhdid etdiklərinə görə etirafedici ifadə verməsi, Təqsirləndirilən şəxs3 narkotiki vasitə satmaması, polis işçilərinin onu qardaşını da həbs etdirməklə hədələdiklərinə görə istintaqda etirafedici ifadə verməsi; Təqsirləndirilən şəxs4 özünü yalnız 3 iyun 2021-ci ildə polis işçiləri tərəfindən saxlanılarkən üzərində aşkar olunmuş 13,644 qram metamfetamini əldə etməkdə təqsirli bilməsi, İntiqam və Rəşada narkotik vasitə satmaması barədə ifadələrini özlərini müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, məhkəmə baxışında nümayiş etdirilmiş videoçəkilişlərdən görünür ki, təqsirləndirilən şəxslərin hər biri müdafiəçinin iştirakı ilə müvafiq qaydada aşkar olunan narkotik vasitələrin özlərinə məxsusluğunu etiraf etmişlər. Həmçinin təqsirləndirilən şəxslərə polis işçiləri tərəfindən hər hansı təsir və ya təzyiq göstərilməsi müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə və 3-cü qrup əlil olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaqlarının olmasını CMnin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzalarını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Cəlilabad Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 3000 (üç min) manat miqdarda cərimə cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya tamamilə birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 08 may 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cərimə cəzası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs1 3-cü qrup əlil olduğundan ona narkomaniyadan məcburi müalicə təyin edilməməli, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs3 CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2550 (iki min beş yüz əlli) manat miqdarda cərimə cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya tamamilə birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesalanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 11 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 may 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs4 CM-nin 234.4.1, 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilməli, ona CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü və 240.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs4 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 3,648 qram, 5,087 qram və 2,140 qram narkotik vasitə heroin, 2 ədəd metadon və 2 ədəd tramadol həbləri, 1,146 qram narkotik vasitə həşiş qətranı, ½ ədəd hissə tramadol hidroxlorid dərman həbi və 13,594 qram psixotrop maddə metamfetamin məhv edilməli, istintaq hərəkətlərinin aparılması zamanı aparılmış videoçəkilişlər barədə 5 ədəd “DVD” disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 407 manat məbləğində pul təqsirləndirilən şəxslərin hər birindən 101 manat 75 qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351- 353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə
HÖKMETDİ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Cəlilabad Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 3000 (üç min) manat miqdarda cərimə cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya tamamilə birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 may 2021-ci il tarixdən hesablansın. Cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın.
2. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2550 (iki min beş yüz əlli) manat miqdarda cərimə cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya tamamilə birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və 2550 (iki min beş yüz əlli) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 may 2021-ci il tarixdən hesablansın. Cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın.
3. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın.
4. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 240.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 3,648 qram, 5,087 qram və 2,140 qram narkotik vasitə heroin, 2 ədəd metadon və 2 ədəd tramadol həbləri, 1,146 qram narkotik vasitə həşiş qətranı, ½ ədəd hissə tramadol hidroxlorid dərman həbi və 13,594 qram psixotrop maddə metamfetamin məhv edilsin. İstintaq hərəkətlərinin aparılması zamanı aparılmış videoçəkilişlər barədə 5 ədəd “DVD” disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 407 (dörd yüz yeddi) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 hər birindən 101 (yüz bir) manat 75 (yetmiş beş) qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev