Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-290/2025 22.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Masallı rayonu Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu Qızılağac kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in (bundan sonra CM-in) 126.2.4 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 dekabr 2024-cü il tarixdə saat 19 radələrində alkoqol sərxoşluğu vəziyyətində olmaqla yaşadığı Masallı rayonu Qızılağac kəndində bazar adlanan ərazidə yerləşən köhnə hamamın yanında olarkən oraya gələn həmkəndlisi Zərərçəkmiş şəxs1 da alkoqol sərxoşluğu vəziyyətində olmaqla ondan mobil telefonunu satıb-satmamasını soruşmasını özünə qarşı qərəzli münasibət hesab edərək bununla bağlı yaratdığı mübahisə zamanı ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib özünün şəxsiyyətini Zərərçəkmiş şəxs1 şəxsiyyətinin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə üzərində olan istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs1 döş qəfəsi nahiyəsinə qəsdən bir neçə dəfə zərbələr vuraraq sonuncuya sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən döş qəfəsinin sağ yan hissəsinin üç ədəd kəsilmiş səthi yaraları və döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna və qarın boşluğuna nüfuz edən sağ ağciyəri, diafraqmanı və qaraciyəri zədələyən bir ədəd kəsilmiş-deşilmiş yarası, sağ tərəfli açıq pnevmotoraks, plevropulmonal şok İ dərəcə ilə nəticələnən həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs dayısı Zərərçəkmiş şəxs2 ilə sonuncunun yaşadığı kənddə yerləşən ona məxsus torpaq sahəsini əvvəllər satmasını əsas gətirərək Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evini yandırmaqla qəsdən məhv etmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs2 Masallı rayonu Qızılağac kəndində yerləşən, 1972-ci ildə inşa olunmuş, ikimərtəbəli, 40500 manat dəyərində binası və içərisində 7500 manat dəyərində məişət əşyaları olan, ümumilikdə 48000 manat dəyərində əmlakını qəsdən yandırmaq məqsədilə 14 dekabr 2024-cü il tarixdə saat 20 radələrində həmin evin yerləşdiyi həyətyanı sahəyə gələrək ətrafda heç kimin olmamasına əmin olduqdan sonra evin yan tərəfinə keçib birinci mərtəbənin açıq pəncərəsindən asılmış pərdəni üzərində olan kibritlə qəsdən yandıraraq binanın 22500 manat dəyərində olan 106 kvadrat metr hissəsini və 7500 manat dəyərində məişət əşyalarını, yəni xeyli miqdarda əmlakı yandırıb qəsdən məhv edərək Zərərçəkmiş şəxs2 ümumilikdə 30000 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4 və 186.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs1 həmkəndlisidir, əvvəllər aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. 14 dekabr 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı evdə yarım litr spirtli içki olan araq içmiş, saat 19 radələrində evdən çıxaraq bazarın ərazisindəki hamamın yanına getmişdir. Orada Zərərçəkmiş şəxs1 görmüş və salamlaşmışlar. Zərərçəkmiş şəxs1 da sərxoş halda olmuşdur. Fuad ilə söhbət edərkən zarafatyana bir-birləri ilə tutuşmuşlar. Lakin həmin vaxt əlində bıçaq olmamış, Fuada hər hansı xəsarət yetirməmiş və Fuadın yanından uzaqlaşıb getmişdir. Zərərçəkmiş şəxs1 bıçaq xəsarətləri almasının səbəbini bilmir. Sonra dayısı Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evini yandırmaq qərarına gəlmiş və bu məqsədlə yaşayış evinə doğru yollanmışdır. Yolda olarkən dayısı Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsi ilə danışaraq dayısına vaxtilə ona məxsus torpaq sahəsini satdığı üçün kənddə yerləşən ikimərtəbəli fərdi yaşayış evini yandıracağını demişdir. Mobil telefon danışığı zamanı dayısı Zərərçəkmiş şəxs2 kiməsə torpaq sahəsi satmadığını və nədən söhbət etdiyini anlamadığını demişdir. Dayısına cavabında evini yandıracağını, ondan sonra nədən söhbət etdiyini anlayacağını demişdir. Dayısı Zərərçəkmiş şəxs2 əlindən gələni etməsini demiş və dayısı ilə telefon danışığın bitirmişdir. Dayısı Zərərçəkmiş şəxs2 yaşadığı evə saat 20 radələrində çatmış, hasarı və darvazası olmayan həyətə daxil olmuş, həyətdə yerləşən dayısı Zərərçəkmiş şəxs2 məxsus ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsinin açıq pəncərəsindən asılmış pərdəni üzərində olan kibritdən 1 dəfə istifadə edib yandırmış, pərdənin yanmasını və yavaş-yavaş yandığını evi əhatə etməsini görüb oradan aralanmışdır. Həmin evdən aralı məsafədə dayanıb evin yanmasını mobil telefon ilə qısa müddətdə videoçəkilişin edib “whatsapp” mobil tətbiqində dayısına göndərmişdir. Daha sonra oraya kənd camaatı yığışdığından oradan uzaqlaşaraq getmişdir. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, əvvəllər aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. 14 dekabr 2024-cü il tarixdə saat 16 radələrində evdən idarə etdiyi motosiklet ilə çıxıb yaşadığı kənddə bazar ərazisində yerləşən mağazadan spirtli içki olan araq almış, bazar ərazisində yerləşən çayxanadan stəkan götürmüş, arağı stəkana töküb yarısını içmiş, qalan arağı butulkada saxlamış və idarə etdiyi motosikletə qoymuşdur. Daha sonra içkili olduğundan motoskleti idarə etməmiş və bazarın ərazisində piyada gəzişmişdir. Saat 19 radələrində bazar ərazisində köhnə tikili olan hamamın yanında həmkəndlisi Təqsirləndirilən şəxs görmüşdür. Onlara yaxınlşıb salam vermiş və Tofiqə bir həftə əvvəl verdiyi motosiklet muftasının pulunu istəmişdir. Tofiq isə pulu olmadığını, 5-10 günə pulunu verəcəyini demişdir. Hicrandan isə mobil telefonunu satıb-satmadığını soruşmuşdur. Çün ki, bir neçə gün əvvəl Təqsirləndirilən şəxs pula ehtiyacı olduğundan mobil telefonu satmaq istədiyini demişdir. Cavabında Hicran ona bıçaq soxacağını demişdir. Hicran da içkili olduğundan onun zarafat etdiyini düşünmüş və motosikletinə əyləşmək məqsədilə arxasını Hicrana çevirmişdir. Bu zaman Hicran arxa tərəfdən ona bir dəfə bıçaq zərbəsi vurmuşdur. O, xəsarət aldığını hiss etmişdir. Təqsirləndirilən şəxs yenidən ona üç dəfə yüngül tərzdə bıçaq zərbəsi vurmuşdur. Bu anda qışqırmağa başlamış və Hicran ondan aralanmışdır. Özü yeriyərək yaxınlıqda yerləşən inşaat materiallarının satışı mağazasının qarşısına gəlmişdir. Az sonra halı pisləşdiyindən özündən getmiş, ayıldıqda adamların ətrafına yığışmalarını görmüşdür. X4 Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını demişdir. Həsən onun mobil telefonu ilə anası Şahid zəng edib Hicranın onu bıçaqladığını bildirmişdir. Bir neçə dəqiqə sonra anası oraya gəlmiş, anasına da Hicranın onu bıçaqladığını demişdir. Anası Sara hay-küy salmağa başlamış və həmkəndlisi İsmayıl Quliyevin idarə etdiyi avtomobil ilə onu Masallı Rayon Mərkəzi xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxsla barışmışdır, ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Təqsirləndirilən şəxs bacısı oğludur, onunla düşmənçiliyi və ya ədavəti olmamışdır. Masallı rayonu Qızılağac kəndində ikimərtəbəli fərdi yaşayış evi vardır. Ailə üzvləri ilə Bakı şəhərində yaşadığından kənddəki evdə kimsə yaşamır. 14 dekabr 2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs ona mobil telefonla zəng edərək guya 20 il öncə bələdiyyə mülkiyyətində olan torpaq sahəsini satdığını demişdir. O isə Hicrana nədən söhbət etməsini anlamadığını bildirmişdir. Hicran isə torpaq sahəsini satdığını, əvəzində kənddəki evini yandıracağını demişdir. O, Hicranın danışığından sərxoş olmasını təxmin etmişdir. Həmin gün saat 20 radələrində işdən çıxdıqdan sonra Hicrana zəng etmiş və ondan nə istədiyini soruşmuşdur. Hicran isə artıq evini yandırdığını demiş və evinin yanan halda çəkdiyi videoçəkilişini “whatsapp” mobil tətbiqində ona göndərmişdir. Sonra Masallı rayonuna getmiş, Təqsirləndirilən şəxs tərəfindən yandırılmış ikimərtəbəli fərdi yaşayış evinin və içərisində olan əmlakların yanaraq yararsız hala düşməsini görmüşdür. Təqsirləndirilən şəxs tərəfindən qəsdən yandırılmış ikimərtəbəli fərdi yaşayış evində yanaraq tam yararsız hala düşmüş məişət əşyalarının ümumi dəyəri 7500 manat təşkil etmişdir. Həmin əşyalara aid olan 1 ədəd mebel dəstinin 1 ədəd 2010-cu il Türkiyə istehsallı, Armada markalı, eni 160 sm, uzunluğu 210 sm, hündürlüyü 60 sm, MDF materialından olan, 14 il istismar edilmiş çarpayının qiyməti 300 manat; hər biri 2010-cu il Türkiyə istehsallı, Armada markalı, eni 45 sm, hündürlüyü 50 sm, MDF materialından olan, 14 il istismar edilmiş 2 ədəd tumbanın bir ədədinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 100 manat; 1 ədəd 2010-cu il Türkiyə istehsallı, Armada markalı, eni 55 sm, uzunluğu 100 sm, hündürlüyü 120 sm, MDF materialından olan, 14 il istismar edilmiş güzgüsüz kamodun qiyməti 300 manat; 1 ədəd 2010-cu il Türkiyə istehsallı, Armada markalı, eni 70 sm, uzunluğu 180 sm, hündürlüyü 180 sm, MDF materialından olan, 14 il istismar edilmiş dörd qapılı dolabın qiyməti 1400 manat; hər bir ədədi 4 kq ağırlığında, eni 150 sm, uzunluğu 190 sm olmaqla qoyun yunu materialından hazırlanmış Azərbaycan istehsallı 15 il istismar edilmiş 10 ədəd yorğanın bir ədədinin qiyməti 100 manat olmaqla cəmi qiyməti 1000 manat; hər bir ədədi 8 kq ağırlığında, eni 150 sm, uzunluğu 190 sm olmaqla qoyun yunu materialından hazırlanmış Azərbaycan istehsallı 15 il istismar edilmiş 5 ədəd döşəyin bir ədədinin qiyməti 120 manat olmaqla cəmi qiyməti 600 manat; hər bir ədədi 3 kq ağırlığında eni 50 sm, uzunluğu 60 sm, hündürlüyü 30 sm olmaqla qaz tükü materialından hazırlanmış Azərbaycan istehsallı 15 il istismar edilmiş 10 ədəd balışın bir ədədinin qiyməti 15 manat olmaqla cəmi qiyməti 150 manat; hər bir ədədi 2010-cu il Rusiya istehsallı, Qamma markalı, eni 90 sm, uzunluğu 190 sm, hündürlüyü 60 sm, Rusiya istehsalı 18-lik laminatdan hazırlanmış, 12 il istismar edilmiş 3 ədəd çarpayının bir ədədinin qiyməti 160 manat olmaqla cəmi qiyməti 480 manat; hər bir ədədi 2010-cu il Azərbaycan istehsallı, Embawood markalı, eni 100 sm, hündürlüyü 92 sm, dərinliyi 90 sm Rusiya istehsallı paralondan hazırlanmış 11 istismar edilmiş 2 ədəd kreslonun bir ədədinin qiyməti 100 manat olmaqla cəmi qiyməti 200 manat; 1 ədəd işlək vəziyyətdə olan “Samsung” markalı plazma tipli, 2010-cu il istehsallı, 82 sm diaqonallı 10 il istismar edilmiş televizorun qiyməti 350 manat; 1 ədəd işlək vəziyyətdə olan Azərbaycan istehsallı, “Çinar” markalı, hündürlüyü 150 sm, eni 60 sm, dərinliyi 45 sm, 2010-cu il istehsallı, 12 istismar edilmiş, 2 qapılı soyuducunun qiyməti 300 manat; 1 ədəd işlək vəziyyətdə olan “Evrolux” markalı, 2012-ci il istehsallı, 1800W gücündə, 3 litr tutumda, naqilin uzunluğu 4 metr, əl ilə işləyən, quru təmizləyən, 10 il istismar edilmiş tozsoranın qiyməti 100 manat; hər bir ədədi 2008-ci il İran istehsallı, “Klim” markalı, eni 300 sm, uzunluğu 400 sm olan, yun materialdan hazırlanmış, üzəri naxışlı, qalın toxunuşlu, 12 il istismar edilmiş 3 ədəd xalçanın bir ədədinin qiyməti 120 manat olmaqla cəmi qiyməti 360 manat; 1 ədəd 2008-ci il İran istehsallı, “Klim” markalı, eni 400 sm, uzunluğu 500 sm olan, yun materialdan hazırlanmış, üzəri naxışlı, qalın toxunuşlu, 12 il istismar edilmiş xalçanın qiyməti 150 manat; hər bir ədədinin eni 140 sm, uzunluğu 200 sm, Türkiyə istehsallı, “Jakart” markalı, 12 il istismar edilmiş, yun materialından olan 6 ədəd ədyalın bir ədədinin qiyməti 30 manat olmaqla cəmi qiyməti 180 manat; hər bir ədədinin eni 160 sm, uzunluğu 160 sm olan, Azərbaycan istehsallı, “Capsella” markalı, sintetik materialından olan, 14 il istismar edilmiş 8 ədəd pərdənin bir ədədinin qiyməti 100 manat olmaqla cəmi qiyməti 800 manat; 1 ədəd eni 80 sm, uzunluğu 150 sm, membran materialından hazırlanmış, Azərbaycan istehsallı, 12 il istismar edilmiş masanın qiyməti 80 manat; hər bir ədədinin eni 45 sm, uzunluğu 45 sm, oturacağının yerdən hündürlüyü 50 sm, villur materialından tekstili olan, Azərbaycan istehsallı, 12 il istismar edilmiş 4 ədəd taxta oturacaqların bir ədədinin qiyməti 30 manat olmaqla cəmi qiyməti 120 manat; hər bir ədədi Türkiyə istehsallı, “Bagima” markalı, gil materialından olan, 8 il istismar edilmiş 12 ədəd kasanın bir ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 60 manat; hər bir ədədi Türkiyə istehsallı, “Bagima” markalı, gil materialından olan, 7 il istismar edilmiş 12 ədəd boşqabın bir ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 60 manat; hər bir ədədi Türkiyə istehsallı, “Bagima” markalı, xurustal materialından olan, 6 il istismar edilmiş 12 ədəd stəkanın bir ədədinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 120 manat; hər biri 60 W gücündə 4 ay istifadə edilmiş, işlək vəziyyətdə olan, Çin istehsallı, 6 ədəd elektrik lampasının bir ədədinin qiyməti 2 manat olmaqla cəmi qiyməti 12 manat; hər bir ədədinin eni 35 sm, uzunluğu 70 sm olmaqla Azərbaycan istehsallı, pambıq materialından hazırlanmış, 1 il istismar edilmiş 3 ədəd əl-üz dəsmalının bir ədədinin qiyməti 7 manat olmaqla cəmi qiyməti 21 manat; hər bir ədədinin eni 35 sm, uzunluğu 50 sm olmaqla Azərbaycan istehsallı, çit materialından hazırlanmış, istismar edilməmiş 2 ədəd çay dəsmalının bir ədədinin qiyməti 6 manat olmaqla cəmi qiyməti 12 manat; 1 ədəd, 40 ölçüdə, Türkiyə istehsallı, “Beymen Business” markalı, pambıq materialından olan, 01 il istismar edilmiş uzunqol kişi köynəyinin qiyməti 25 manat; 1 ədəd, 40 ölçüdə, Türkiyə istehsallı, “Polo Assn” markalı, pambıq materialından olan 01 il istismar edilmiş uzunqol kişi köynəyinin qiyməti 25 manat; 1 ədəd, 40 ölçüdə, Türkiyə istehsallı, “Kiğılı” markalı, pambıq materialından olan, 01 il istismar edilmiş qısaqol kişi köynəyinin qiyməti 20 manat; 1 ədəd, 40 ölçüdə, Türkiyə istehsallı, “Avva” markalı, pambıq materialından olan, 01 il istismar edilmiş qısaqol kişi köynəyinin qiyməti 20 manat; 1 ədəd, 41 ölçüdə, Türkiyə istehsallı, “Viyamo” markalı, pambıq materialından olan 01 il istismar edilmiş qadın donunun qiyməti 45 manat; hər biri 41 ölçüdə, Türkiyə istehsallı, “Montana” markalı, pambıq materialından olan, hər biri 01 il istismar edilmiş 2 ədəd qadın köynəyinin bir ədədinin qiyməti 55 manat olmaqla cəmi qiyməti 110 manat təşkil etmişdir. Bundan başqa fərdi yaşayış evinin Təqsirləndirilən şəxs tərəfindən qəsdən yandırılması nəticəsində həmçinin evin tikintisində istifadə edilmiş hər bir ədədinin eni 160 sm, uzunluğu 160 sm olmaqla Azərbaycan istehsallı, 12 il istismar edilmiş plastik materialdan hazırlanmış 4 ədəd pəncərə; hər bir ədədinin eni 140 sm, uzunluğu 150 sm olmaqla Azərbaycan istehsallı, 12 il istismar edilmiş plastik materialdan hazırlanmış 2 ədəd pəncərə; hər bir ədədinin eni 80 sm, uzunluğu 90 sm olmaqla Azərbaycan istehsallı, 12 il istismar edilmiş plastik materialdan hazırlanmış 3 ədəd pəncərə; hər bir ədədinin eni 160 sm, uzunluğu 160 sm olmaqla Azərbaycan istehsallı, 20 il istismar edilmiş taxta materialdan hazırlanmış 11 ədəd pəncərə; 1 ədəd eni 100 sm, uzunluğu 210 sm olmaqla Azərbaycan istehsallı, 12 il istismar edilmiş plastik materialdan hazırlanmış qapı; hər bir ədədinin eni 100 sm, uzunluğu 210 sm olmaqla Azərbaycan istehsallı, 20 il istismar edilmiş taxta materialdan hazırlanmış 4 ədəd qapı; 0,05 metr qalınlıqda, 106 kv/metr ölçüdə, Rusiya istehsalı olan, 34 il istismar edilmiş taxta döşəmə; 0,02 metr qalınlıqda, 106 kv/metr ölçüdə, Rusiya istehsalı olan, 34 il istismar edilmiş “deisbe” materialından hazırlanmış tavan; 50 ədəd, hər bir ədədi 0,05x0, 20x5 metr ölçüdə, Rusiya istehsallı, “Narrad” materialından olan 34 il istismar edilmiş taxta şalman yanaraq tam yararsız hala düşmüş, evin təmir olunması üçün görülməli olan işlərə sərf ediləcək həmin materialların həcmi usta pulu və digər xərclər ilə birlikdə 22500 manat təşkil etmiş, bununla da, ikimərtəbəli fərdi yaşayış evinin bacısı oğlu Təqsirləndirilən şəxs tərəfindən qəsdən yandırılması nəticəsində ona ümumilikdə 30000 manat maddi ziyan dəydiyini, evin 1972-ci ildə inşa olunduğunu və bazar qiyməti içərisində olan əşyalar ilə birlikdə 48000 manat təşkil etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə həmçinin göstərdi ki, bacısı oğlu Təqsirləndirilən şəxsla barışmışdır, Təqsirləndirilən şəxs evini yandırması nəticəsində dəymiş maddi ziyanı ondan tələb etmir, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası yoxdur. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid göstərdi ki, 14 dekabr 2024-cü il tarixdə saat 19 radələrində oğlu Fuadın mobil telefonundan ona zəng gəlmişdir. Telefonu açdıqda həmkəndlisi X2 cavab vermiş və ona oğlu Fuadın bıçaqlandığını, hazırda kənddə bazar ərazisində yerləşən inşaat materiallarının satışı mağazasının qarşısında olduğunu bildirmişdir. Dərhal həmin yerə yollanmış və bir neçə dəqiqə sonra inşaat materialları mağazasının qarşısına çatdıqda Fuadın qan içində, yaralı vəziyyətdə olduğunu görmüşdür. Fuad onu Hicranın bıçaqla vurduğunu bildirmişdir. Həyəcan keçirməklə hayküy salmış, ətrafdakıları köməyə çağırmış, orada olan adamların köməkliyi ilə Fuadı həmkəndlisi İsmayıl Quliyevin idarə etdiyi avtomobilin arxa sərnişin oturacağına əyləşdirib Masallı Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada Fuada tibbi yardım göstərilmiş, cərrahi əməliyyat aparılmışdır. Hazırda oğlunun sağlamlıq vəziyyəti yaxşıdır. Təqsirləndirilən şəxs həmkəndlisi olduğuna görə onunla barışmışlar, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 14 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Masallı rayonu Qızılağac kəndi ərazisində yerləşən köhnə hamamın yanıdır. Bədən xəsarətləri almış Zərərçəkmiş şəxs1 hadisədən sonra yaxınlıqda yerləşən marketin qarşısına gəlməsi nəzərə alınmaqla Zərərçəkmiş şəxs1 hərəkətlərini özündə əks etdirən videogörüntülər marketin müşahidə kamerasından çıxardılaraq 1 ədəd CD disk formatında baxış protokoluna əlavə edilmişdir. 14 dekabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 14 dekabr 2024-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 məxsus Təqsirləndirilən şəxs tərəfindən yandırılmış fərdi yaşayış evi Masallı rayonu Qızılağac kəndi ərazisində yerləşir. Yaşayış evinin və içərisindəki əşyaların yanaraq yararsız hala düşməsi müəyyən edilmişdir. Məhkəmə-tibb ekspertinin xx.xx.2025-ci il tarixli, 76 nömrəli rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna və qarın boşluğuna nüfuz edən, sağ ağciyəri, diafraqmanı və qaraciyəri zədələyən bir ədəd kəsilmiş-deşilmiş yarası, sağ tərəfli açıq pnevmotoraks, plevropulmonal şok İ dərəcə, döş qəfəsinin sağ yan hissəsinin üç ədəd kəsilmiş səthi yarası müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmiş, bıçaqla yetirilə bilərdi, törənmə müddəti qərarda qeyd olunan 14 dekabr 2024-cü il tarixə uyğun gəlir. Döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna və qarın boşluğuna nüfuz edən sağ ağciyəri, diafraqmanı və qaraciyəri zədələyən bir ədəd kəsilmiş-deşilmiş yarası, sağtərəfli açıq pnevmotoraks, plevropulmonal şok İ dərəcə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Döş qəfəsinin sağ yan hissəsinin üç ədəd kəsilmiş səthi yaraları sağlamlığa zərərvur mayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 614-MTKŞ/2024 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus paltarlar üzərində dəlib-keçən, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən törənmiş zədələr aşkar olunmuşdur. Məhkəmə tibbi-bioloji eskpertizasının xx.xx.2025-ci il tarixli, 908/2024-TBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus paltarlar üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Həmin ləkələr qan qrup göstəricilərinə əsasən Zərərçəkmiş şəxs1 məxsus ola bilər. İş üzrə təyin edilərək keçirilmiş kompleks məhkəmə yanğın-texniki, məhkəmə tikintitexniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 mart 2025-ci il tarixli 10/1277 nömrəli rəyinə əsasən Masallı rayonu Qızılağac kəndində yerləşən fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi, evin birinci mərtəbəsində, döşəmə səviyyəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək evin digər sahələrinə yayılmışdır. Qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini, mənbə zonasında işlək vəziyyətdə hər hansı istilik ixrac edə bilən texniki qurğu, yaxud onların qalıqlarının aşkar edilmədiyini nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni kənardan düşmüş od mənbəyinin təsirindən baş vermişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yanğın nəticəsində Masallı rayonu Qızılağac kəndində yerləşən fərdi yaşayış evinin bərpa olunması üçün görülməli olan işlərə sərf ediləcək materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. "xxxx" MMC-nin mütəxəssisin xx.xx.2025-ci il tarixli rəyinə əsasən iş materiallarında təsvir olunan 1 ədəd mebel dəstinə aid olan 1 ədəd 2010-cu il Türkiyə istehsallı, Armada markalı, eni 160 sm, uzunluğu 210 sm, hündürlüyü 60 sm, MDF materialından olan, 14 il istismar edilmiş çarpayının qiyməti 250 manat; hər biri 2010-cu il Türkiyə istehsallı, Armada markalı, eni 45 sm, hündürlüyü 50 sm, MDF materialından olan, 14 il istismar edilmiş 2 ədəd tumbanın bir ədədinin qiyməti 30 manat olmaqla cəmi qiyməti 60 manat; 1 ədəd 2010-cu il Türkiyə istehsallı, Armada markalı, eni 55 sm, uzunluğu 100 sm, hündürlüyü 120 sm, MDF materialından olan, 14 il istismar edilmiş güzgüsüz kamodun qiyməti 250 manat; 1 ədəd 2010-cu il Türkiyə istehsallı, Armada markalı, eni 70 sm, uzunluğu 180 sm, hündürlüyü 180 sm, MDF materialından olan, 14 il istismar edilmiş dörd qapılı dolabın qiyməti 1200 manat; hər bir ədədi 4 kq ağırlığında, eni 150 sm, uzunluğu 190 sm olmaqla qoyun yunu materialından hazırlanmış Azərbaycan istehsallı 15 il istismar edilmiş 10 ədəd yorğanın bir ədədinin qiyməti 100 manat olmaqla cəmi qiyməti 1000 manat; hər bir ədədi 8 kq ağırlığında, eni 150 sm, uzunluğu 190 sm olmaqla qoyun yunu materialından hazırlanmış Azərbaycan istehsallı 15 il istismar edilmiş 5 ədəd döşəyin bir ədədinin qiyməti 120 manat olmaqla cəmi qiyməti 600 manat; hər bir ədədi 3 kq ağırlığında eni 50 sm, uzunluğu 60 sm, hündürlüyü 30 sm olmaqla qaz tükü materialından hazırlanmış Azərbaycan istehsallı 15 il istismar edilmiş 10 ədəd balışın bir ədədinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 100 manat; hər bir ədədi 2010-cu il Rusiya istehsallı, Qamma markalı, eni 90 sm, uzunluğu 190 sm, hündürlüyü 60 sm, Rusiya istehsalı 18-lik laminatdan hazırlanmış, 12 il istismar edilmiş 3 ədəd çarpayının bir ədədinin qiyməti 150 manat olmaqla cəmi qiyməti 450 manat; hər bir ədədi 2010-cu il Azərbaycan istehsallı, Embawood markalı, eni 100 sm, hündürlüyü 92 sm, dərinliyi 90 sm Rusiya istehsallı paralondan hazırlanmış 11 istismar edilmiş 2 ədəd kreslonun bir ədədinin qiyməti 60 manat olmaqla cəmi qiyməti 120 manat; 1 ədəd işlək vəziyyətdə olan “Samsung” markalı plazma tipli, 2010-cu il istehsallı, 82 sm diaqonallı 10 il istismar edilmiş televizorun qiyməti 150 manat; 1 ədəd işlək vəziyyətdə olan Azərbaycan istehsallı, “Çinar” markalı, hündürlüyü 150 sm, eni 60 sm, dərinliyi 45 sm, 2010-cu il istehsallı, 12 istismar edilmiş, 2 qapılı soyuducunun qiyməti 150 manat; 1 ədəd işlək vəziyyətdə olan “Evrolux” markalı, 2012-ci il istehsallı, 1800W gücündə, 3 litr tutumda, naqilin uzunluğu 4 metr, əl ilə işləyən, quru təmizləyən, 10 il istismar edilmiş tozsoranın qiyməti 80 manat; hər bir ədədi 2008-ci il İran istehsallı, “Klim” markalı, eni 300 sm, uzunluğu 400 sm olan, yun materialdan hazırlanmış, üzəri naxışlı, qalın toxunuşlu, 12 il istismar edilmiş 3 ədəd xalçanın bir ədədinin qiyməti 60 manat olmaqla cəmi qiyməti 180 manat; 1 ədəd 2008-ci il İran istehsallı, “Klim” markalı, eni 400 sm, uzunluğu 500 sm olan, yun materialdan hazırlanmış, üzəri naxışlı, qalın toxunuşlu, 12 il istismar edilmiş xalçanın qiyməti 80 manat; hər bir ədədinin eni 140 sm, uzunluğu 200 sm, Türkiyə istehsallı, “Jakart” markalı, 12 il istismar edilmiş, yun materialından olan 6 ədəd ədyalın bir ədədinin qiyməti 20 manat olmaqla cəmi qiyməti 120 manat; hər bir ədədinin eni 160 sm, uzunluğu 160 sm olan, Azərbaycan istehsallı, “Capsella” markalı, sintetik materialından olan, 14 il istismar edilmiş 8 ədəd pərdənin bir ədədinin qiyməti 60 manat olmaqla cəmi qiyməti 480 manat; 1 ədəd eni 80 sm, uzunluğu 150 sm, membran materialından hazırlanmış, Azərbaycan istehsallı, 12 il istismar edilmiş masanın qiyməti 50 manat; hər bir ədədinin eni 45 sm, uzunluğu 45 sm, oturacağının yerdən hündürlüyü 50 sm, villur materialından tekstili olan, Azərbaycan istehsallı, 12 il istismar edilmiş 4 ədəd taxta oturacaqların bir ədədinin qiyməti 20 manat olmaqla cəmi qiyməti 80 manat; hər bir ədədi Türkiyə istehsallı, “Bagima” markalı, gil materialından olan, 8 il istismar edilmiş 12 ədəd kasanın bir ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 60 manat; hər bir ədədi Türkiyə istehsallı, “Bagima” markalı, gil materialından olan, 7 il istismar edilmiş 12 ədəd boşqabın bir ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 60 manat; hər bir ədədi Türkiyə istehsallı, “Bagima” markalı, xurustal materialından olan, 6 il istismar edilmiş 12 ədəd stəkanın bir ədədinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 120 manat; hər biri 60 W gücündə 4 ay istifadə edilmiş, işlək vəziyyətdə olan, Çin istehsallı, 6 ədəd elektrik lampasının bir ədədinin qiyməti 2 manat olmaqla cəmi qiyməti 12 manat; hər bir ədədinin eni 35 sm, uzunluğu 70 sm olmaqla Azərbaycan istehsallı, pambıq materialından hazırlanmış, 1 il istismar edilmiş 3 ədəd əl-üz dəsmalının bir ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 15 manat; hər bir ədədinin eni 35 sm, uzunluğu 50 sm olmaqla Azərbaycan istehsallı, çit materialından hazırlanmış, istismar edilməmiş 2 ədəd çay dəsmalının bir ədədinin qiyməti 3 manat olmaqla cəmi qiyməti 6 manat; 1 ədəd, 40 ölçüdə, Türkiyə istehsallı, “Beymen Business” markalı, pambıq materialından olan, 01 il istismar edilmiş uzunqol kişi köynəyinin qiyməti 25 manat; 1 ədəd, 40 ölçüdə, Türkiyə istehsallı, “Polo Assn” markalı, pambıq materialından olan 01 il istismar edilmiş uzunqol kişi köynəyinin qiyməti 25 manat; 1 ədəd, 40 ölçüdə, Türkiyə istehsallı, “Kiğılı” markalı, pambıq materialından olan, 01 il istismar edilmiş qısaqol kişi köynəyinin qiyməti 20 manat; 1 ədəd, 40 ölçüdə, Türkiyə istehsallı, “Avva” markalı, pambıq materialından olan, 01 il istismar edilmiş qısaqol kişi köynəyinin qiyməti 20 manat; 1 ədəd, 41 ölçüdə, Türkiyə istehsallı, “Viyamo” markalı, pambıq materialından olan 01 il istismar edilmiş qadın donunun qiyməti 45 manat; hər biri 41 ölçüdə, Türkiyə istehsallı, “Montana” markalı, pambıq materialından olan, hər biri 01 il istismar edilmiş 2 ədəd qadın köynəyinin bir ədədinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 100 manat olmaqla, vəmi qiymətləndirmə dəyəri- 5908 (beş min doqquz yüz səkkiz) manat, fərdi yaşayış evinin bərpa dəyəri- 19100 (on doqquz min yüz) manat, yekun qiymətləndirmə: 25008 (iyirmi beş min səkkiz) manat təşkil etmişdir. Masallı rayonu Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2025ci il tarixli arayışında göstərilmişdir ki, vət. Zərərçəkmiş şəxs2 Adbuləhəd oğlunun Qızılağac kəndində birgə mülkiyyətində olan torpaq sahəsində ikimərtəbəli fərdi yaşayış evi vardır. Həmin evə aid hüquqi sənədlərin surətləri cinayət işinə əlavə olunmuşdur. Zərərçəkmiş şəxs1 məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxsla barışdığını, ondan heç bir şikayətinin olmadığını və cinayət əməli nəticəsində ona vurmuş olduğu maddi ziyanı tələb etmədiyini göstərmişdir. Masallı rayonu Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs subaydır. Həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli tələbnamsədən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş,xx.xx.2029-cu ildə cəzasını çəkib qurtarmışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sağlamlığına xuliqanlıq niyyətilə qəsdən ağır zərər vurması və dayısı Zərərçəkmiş şəxs2 məxsəs fərdi yaşayış evini yandırmaqla əmlakını qəsdən məhv edərək xeyli miqdarda ziyan vurması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmaqla Zərərçəkmiş şəxs1la zarafatlaşması, lakin həmin vaxt əlində bıçaq olmaması və Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməməsi barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.2.4 və 186.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 126.2.4 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 15 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Masallı Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs1 məxsus paltarlar məhv edilməlidir. Ekspertiza xərci 165 (yüz altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs2 30000 manat ziyan dəysə də, zərərçəkmiş şəxsin Hicran Cavdova qarşı heç bir iddia, şikayət və tələbinin olmaması, ona vurulmuş maddi ziyanı tələb etməməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 126.2.4 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 186.2.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Masallı Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs1 məxsus paltarlar məhv edilsin. Ekspertiza xərci 165 (yüz altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində dəymiş 30000 (otuz min) manat məbləğində maddi ziyanı tələb etməməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-290/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-290/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver