Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-291/2024 17.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1997-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvələr məhkum olunmamış, Yardımlı rayonu, Zevin kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxxxx 1991-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvələr məhkum olunmamış, Yardımlı rayonu, Zevin kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 oğlu “Mehdi” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermiş, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş hər biri külli miqdar təşkil edən 10074,0 qram qurudulmuş marixuana narkotik vasitə və 1989,6 qram psixotrop maddə metamfetamini Yardımlı rayonu, Ləzran kəndi ərazisində, Ləzran dərəsinin aşağı tərəfində gizlədilməsi barədə ona məlumat verməsindən sonra o, həmin maddələri əldə etmək məqsədilə Yardımlı rayonu, Zevin kəndində yaşayan əmisi oğlu Təqsirləndirilən şəxs2 evinə qonaq getmiş, cinayətdən xəbərsiz olan Təqsirləndirilən şəxs2 Ləzran dərəsi ərazisində yerləşən otlaq sahələrinə baxmaq istədiyini bildirməklə, sonuncu tərəfindən həmin dərəyə gedən yolu göstərməsinə nail olmaqla N may 2023-cü il tarixdə saat 12 radələrində həmin narkotik vasitəni və psixotrop maddəni götürmək üçün Yardımlı rayonu, Ləzran kəndi ərazisinə getmiş, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 12-ci sahəsində gizlədilmiş həmin külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni axtarmaqla qanunsuz olaraq satış məqsədilə əldə etməyə cəhd etmiş, lakin Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən mühəndis texniki çəpərindən 500 metr içəridə, dövlət sərhəd xəttindən 200 metr Azərbaycan Respublikası istiqamətdə saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, hadisə yerindən cinayətkar qrupa məxsus iki ədəd bağlamada külli miqdarda narkotik vasitə-təmiz halda çəkisi 10074,0 qram qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 1989,6 qram metamfetamini aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində gösətmişdir ki, 2022-ci ildə X9 İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxsə məxsus narkotik vasitələrin qanunsuz daşınması və satışı ilə əlaqədar 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X9 cinayət məsuliyyətinə cəlb edildikdən sonra qardaşına məxsus mobil telefonu və ***-***-**-** mobil telefon nömrəsini istifadə etmişdir. Rəhman tutulduqdan təxminən 5-6 ay sonra whatsapp vasitəsilə Mehdi adlı iranlı ilə əlaqə saxlayaraq onlara maddi köməklik etməsini bildirmiş, lakin sonuncu imkanı olmadığını demiş, daha sonra dəfələrlə zəng etsə də Mehdi zənglərinə cavab verməmiş, təxminən saxlanılmamışdan 1 həftə əvvəl Bakı şəhərində olarkən Mehdi whatsapp vasitəsilə zəng etmiş, Yardımlı rayonunun Zevin kəndi yaxınlığında qoyulacaq narkotik vasitəni götürüb deyəcəyi yerə qoymağı təklif etmiş, bunun müqabilində müəyyən məbləğdə pul verəcəyini, Zevin kəndinə gedəcəyi halda onunla əlaqə saxlamağını demiş, Mehdi ilə danışdıqdan sonra 19 may 2023-cü ildə Yardımlı rayonunun Zevin kəndinə getmiş, əmisinin oğlu Təqsirləndirilən şəxs2 yaşadığı evdə qonaq olmuş, Zevin kəndində olarkən Mehdiyə zəng edərək kənddə olduğunu demiş, 23 may 2023-cü ildə Təqsirləndirilən şəxs2la otlaq sahədə ot biçərkən Mehdi ona yenidən zəng edib Ləzran dərəsinin aşağı tərəfinə narkotik qoyuludğunu və onu götürüb deyəcəyi yerə qoymağı müqabilində 800 manat verəcəyini təklif etmiş, həmin gün qorxduğundan və narkotik vasitənin qoyulduğu əraziyə getmək üçün hər hansı bəhanə tapa bilmədiyi üçün Mehdinin dediyi yerə getməmiş, bu barədə Mehdiyə məlumat vermiş, N may 2023-cü ildə səhər saatlarında yenidən Şəmunla birlikdə ot biçimək üçün otlaq sahəsinə getmiş, saat 10 radələrində Mehdi whatsapp vasitəsilə mesaj yazaraq narkotik vasitəni götürüb-götürməyəcəyini soruşmuş, o da Mehdiyə bugün narkotik vasitələri götürəcəyini demiş, Şəmuna Ləzran dərəsində otlaq sahəsinin olubolmamasının görmək üçün həmin əraziyə getməyi təklif etmiş, Şəmun isə həmin ərazinin zastava ərazisi olduğunu, ora ancaq icazə ilə keçə biləcəklərini demiş, Şəmuna zastava rəisini tanıdığını, narahat olmamağı demiş, Şəmun inanaraq təklifini qəbul etmiş, Şəmunla birlikdə təxminən saat 11 radələrində Ləzran dərəsinə doğru hərəkət etmişlər, lakin narkotik barədə Şəmuna hər hansı bir söz deməmişdir, yolda olarkən Mehdiyə mesaj yazaraq həmin istiqamətdə hərəkət etdiyini bildirmiş, bu zaman Mehdi ona görüntülü zəng etsədə Şəmun yanında olduğu üçün cavablandırmamış, Ləzran dərəsinə çatdıqdan sonra bir qədər həmin əraziyə göz gəzdirsə də heç nə tapa bilməmiş, Şəmun da burada biçmək üçün otlaq sahə olmadığını və geri qayıtmalarını demiş, o da tutulacaqlarından qorxaraq bağlamaları tapmadan geri qayıtmaq qərarına gəlmiş, Zevin kəndi istiqamətdə hərəkət edərkən UAZ markalı avtomobili görmüş, həmin avtomobildən düşən sərhədçilər onlara yaxınlaşmış, sərhədçilərin komandasına tabeçilik göstərərək saxlanılmışlar, daha sonra həmin əraziyə əlavə hərbi qulluqçular da gəlmiş, hərbi qulluqçular onlardan nə məqsədlə zastava ərazisinə gəldikləri soruşulmuş, o da narkotik vasitə əldə etmək üçün zastavanın xidməti ərazisinə keçdiyini etiraf etmiş, daha sonra zastavanın xidməti ərazisində axtarış tədbirləri keçirilmiş, zastavanın xidməti ərazisindən içərisində narkotik vasitə olan 02 ədəd bağlama aşkar olunmuş, bağlamalara baxılarkən içərisində qurudulmuş marixuana və metamfetamin olması müəyyən edilmişdir. Mehdi ilə danışarkən, onunla sövdələşərkən Şəmunun bu işlərdən heç bir məlumatı olmamış, eyni zamanda Şəmunla narkotik əldə etmək barədə qabaqcadan heç bir danışığı olmamışdır. Əməlindən peşimandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində gösətmişdir ki, Yardımlı rayonu, Zevin kəndində yaşamış, fərdi qaydada kənd təsərrüfatı ilə məşğul olmuşdur. 19 may 2023-cü il tarixdə əmisinin oğlu Təqsirləndirilən şəxs1 ona zəng etmiş, harada olduğunu soruşmuş, sahədə ot biçdiyini demiş, sonuncu ona kəndə gəldiyini demiş, yarım saat sonra onun yanına gəlmiş, 3-4 saat ona kömək etmiş, daha sonra birlikdə yaşadığı Yardımlı rayonu, Zevin kəndində olan evlərinə getmişlər. 19 may 2023-cü il tarixdən N may 2023-cü il tarixədək İlyas onunla birilkdə otlaq sahəsinə gedib ot biçmiş, N may 2023-cü il saat 10 radələrində İlyas ona Ləzran dərəsində otlaq sahəsinin olub-olmamasını görmək üçün həmin əraziyə getməyi təklif etmiş, o isə həmin ərazinin zastava ərazisi olduğunu, ora getmək üçün icazə almaq lazım olduğunu demiş, İlyas zastava rəisini tanıdığını, Ləzran dərəsində otlaq sahəsinin olacağı halda ot biçmək üçün icazə alacağını, narahat olmamağı ona demiş, daha sonra onunla razılaşıb birlikdə Ləzran dərəsinə doğru hərəkət etmişlər. Ləzran dərəsinə çatdıqdan sonra orada biçmək üçün yaxşı otlaq sahəsinin olmadığını görmüş, İlyasa geri qayıtmalarını bildirmiş, yaşadığı kənd istiqamətdə geri qayıdarkən UAZ markalı avtomobil görmüşlər, avtomobildən sərhədçilər düşərək onlara yaxınlaşmış və sərhədçilər tərəfindən saxlanılmışlar. Daha sonra həmin əraziyə əlavə hərbi qulluqçular da gəlmiş, hərbi qulluqçular onlardan nə məqsədlə zastava ərazisinə qanunsuz keçdiklərini soruşmuş, İlyas sərhədçilərə Ləzran dərəsi ərazisində narkotik vasitə əldə etmək üçün gəldiyini demiş, o isə narkotik vasitədən məlumatının olmadığını bildirmişdir. Hərbi qulluqçular əraziyə baxış keçirmiş, təxminən 1-2 saat sonra ərazidən içərisində narkotik vasitə olan 02 ədəd bağlama aşkar olunaraq götürülmüşdür. Heç hansı bir iran vətəndaşını tanımır, heç bir iran vətəndaşı ilə telefonla danışmamış, İlyasın Ləzran dərəsinə narkotik vasitə dalınca getməsini bilməmiş, həmin ərazsiyə otlaq yerin olubolmaması üçün getmişdir. Həmin ərazidən aşkar olunmuş bağlamalardan, həmin bağlamaların əraziyə kim tərəfindən qoyulmasından da heç bir məlumatı yoxdur. Heç bir günahı olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını xihiş edir.. Məhkəmə baxışında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Şahid1 ifadəsində göstərmişdir ki, N may 2023-cü il tarixdə 16-cı sərhəd zastavasında video-müşahidə sisteminin quraşdırılması üçün təyin olunmuş Şahid2 və Şahid3 ilə xidməti avtomobillə zastavaya gedən zaman saat 12 radələrində zastavanın 12ci sahəsində 90/1 nömrəli köməkçi sərhəd nişanının yaxınlığında Azərbaycan Respublikası ərazisi istiqamətində mühəndis-texniki çəpərindən 500 metr içəridə iki nəfər naməlum şəxsin hərəkətini müşahidə etmiş və həmin şəxslərə “Dayan” komandası verərək onları saxlamış bu barədə 16-cı sərhəd zastavasına məlumat vermişlər. Daxil olan məlumat əsasında sərhəd zastavası dərhal “Silaha” komandasına qaldırılaraq ərazi qapadılmış və saxlanılan şəxslərin olduğu istiqamətə doğru hərəkət edilmiş, saxlanılan şəxslərin Zevin kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqları müəyyən edilmişdir. Aparılmış söhbət zamanı İlyas Şirbəyov zastava ərazsində narkotik vasitə əldə etmək üçün gəldiyini etiraf etmiş, Şəmun isə şifahi sorğu zamanı narkotik vasitələr əldə edilməsi barədə heç bir məlumatı olmadığını bildirmişdir. Sonra keçirilmiş axtarış tədbirləri nəticəsində 12-ci sahədən iki ədəd içərisində narkotik vasitələri olan bağlama aşkar olunaraq götürülmüşdür. Şahid1 verilmiş suallara cavabında bildirmişdir ki, narkotik vasitələri Təqsirləndirilən şəxs2 iştirakı ilə götürmüşlər, Şəmun “təqribən bu istiqamətdə ola bilər” sözlərini bildirmişdir. Həmin sözlər konkret Şəmun tərəfindən deyilmişdir. Lakin dəqiqləşdirilmə aparılması məqsədilə Şahid1 Təqsirləndirilən şəxs2 deyil, Təqsirləndirilən şəxs1 göstərərək səhvən onun Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, “təqribən bu istiqamətdə olar bilər” sözlərini elə Təqsirləndirilən şəxs1 özü bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin hərbi qullucçusu Şahid3 ifadəsində göstərmişdir ki, N nömrəli hərbi hissənin müvafiq sərhəd zastavalarında videomüşahidə sisteminin quraşdırılması məqsədi ilə xx.xx.2023-cü il tarixdə səhər saatlarında xidməti avtomobillə 16-cı sərhəd zastavasına getmiş, həmin gün saat 12 radələrində zastavanın 12-ci sahəsində 90/1 nömrəli köməkçi sərhəd nişanından 50 metr solda dövlət sərhəd xəttindən 200 metr Azərbaycan Respublikası ərazisi istiqamətində mühəndistexniki çəpərindən 500 metr içəridə iki nəfər naməlum şəxsin hərəkətini müşahidə etmiş, həmin şəxslərə “Dayan” komandası verərək onları saxlamış, bu barədə 16-cı sərhəd zastavasına məlumat vermiş, zastavanın şəxsi heyəti həmin əraziyə gəlmiş, ərazidə axtarış aparılmış və 12-ci sahədə iki ədəd içərisində narkotik vasitələr olan bağlamalar aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı İlyas Şirbəyov zastava ərazsində narkotik vasitə əldə etmək üçün gəldiyini etiraf etmiş, Şəmun isə narkotik vasitələr əldə edilməsi barədə heç bir məlumatı olmadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, N may 2023-cü ildə ona hərbi hissənin 16-cı sərhəd zastavasının inziabti binasında hal şahidi qismində iştirak etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları N nömrəli hərbi hissənin Yardımlı rayonu Lərzan kəndi ərazisində 16-cı sərhəd zastavasının 12-ci sahəsinə baxış keçirilmiş, baxış zamanı Azərbaycan Respublikası istiqamətində kolluq ərazidə gizlədilmiş iki ədəd içərisində narkotik vasitələrə oxşar maddələr olan qara rəngli bağlama aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs1 həmin bağlamaları İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxsin göndərdiyini bildirmişdir. Bundan başqa hadisə yerindən aşkar edilərək götürülmüş bağlamalara N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının inzibati binasında baxış keçirilmiş, bağlamaların içərisindən bükümlərlə 2 növdə narkotik vasitələrə oxşar maddə aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin əraziyə narkotik vasitə götürmək üçün gəldiyini etiraf etdi, lakin Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitələrindən xəbərsiz olduğunu, həmin əraziyə otlaq sahəsinin olubolmaması üçün gəldiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 25 may 2023-cü il tarixli 7/774-6/3020 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd qara rəngli sintetik torbada ümumu sayı 10 ədəd olan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 898,7 qr, 990,4 qr, 1082,0 qr, 1022,5 qr, 1030,0 qr, 1011,7 qr, 1000,2 qr, 1020,6 qr, 1017,0 qr və 1000,9 qram olmaqla ümumi çəkisi 10074,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır, 1 ədəd ağ rəngli sellofan bağlamada təmiz çəkisi 1989,6 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Ekspertiza tədqiqatından sonrakı qalıq qurudulmu marixuanna 10073,5 qram və metamfetamin psixotrop maddəsi 1989,55 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat qəpikdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 31 iyul 2023-cü il tarixli 4849 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 31 iyul 2023-cü il tarixli 4850 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan N may 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxış keçirilən yer Yardımlı rayonunun Ləzran kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının 12-ci sahəsidir, ərazi təpəlik relyefə malik kolluq və əkin sahələrindən ibarətdir, 12-ci sahə istiqamətində əraziyə baxış keçirilən zaman mühəndis texniki çəpərinin əyilməsi, nəzarət iz zolağında iki nəfərə məxsus ayaq izlərinin Azərbaycan Respublikası istiqamətindən İran İslam Respublikası istiqamətinə doğru hərəkət etməsi, həmin izlərin sərhədboyu zolaqla 500 metr hərəkət etməsi müəyyən olunmuş, ərazidə axtarış aparılan zaman 12-ci sahədə dövlət sərhəd xəttindən 5 metr Azərbaycan Respublikası istiqamətində kolluq ərazidə gizlədilmiş iki ədəd qara rəngli torba aşkar olunaraq götürülmüş, Azərbaycan Respublikası vətəndaşı Yardımlı rayonu Zevin kənd sakinləri Təqsirləndirilən şəxs1 həmin bağlamaları götürmək üçün əraziyə gəldiyini bildirmişdir. İş materiallarında olan N may 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Yardımlı rayonunun Ləzran kəndi ərazisində yerləşən 16-cı sərhəd zastavasının inzibati binasıda qara rəngli bağlamalara baxış keçirilmiş, bağlamaların aşağı hissələrinə qara rəngli parça materialdan ibarət qalın ip bağlanılmış, bağlamalardan ümumi çəkisi bükümlərlə birlikdə 2 (iki) kiloqram narkotik vasitə olan metamfetaminə bənzər, ümumi çəkisi bükümlərlə birlikdə 11 (on bir) kiloqram narkotik vasitə olan marixuanaya bənzər maddələrin olması aşkar olunmuş, Təqsirləndirilən şəxs1 həmin bağlamaları götürmək üçün əraziyə getdiyini bildirmişdir. İş materiallarında olan 27 may 2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “REDMİ” markalı mobil telefonuna baxış keçirilərkən həmin mobil mobil telefonun whatsaap ani mesajlaşma mobil tətbiqində N may 2023-cü il tarixdən saat 10:51-dən 11:30-dək Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonun whatsaap tətbiqində İran İslam Respublikası operatoruna məxsus “XA” kimi kontaktlara əlavə edilmiş +98-914-881-8122 nömrəsi ilə 10:51, 10:52, 11:05, 11:08 və 11:30-da cəmi 5 halda yazışmalar olmuş, lakin sonradan silinmişdir. 01 halda N may 2023-cü il tarixdə saat 11:01-də “XA” kimi kontaktlara əlavə edilmiş +98-914-881-8122 nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonda olan whatsaap tətbiqinə görüntülü zəng gəlmiş, lakin gələn zəng cavablandırılmamışdır. İş materiallarında olan 27 iyul 2023-cü il tarixli "xxxx" Telekom MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, «antenna.xlsx» adlı altıncı qovluq açıldıqda müəyyən edildi ki, həmin qovluqda "xxxx" MMC mobil operatoruna məxsus Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadələrində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə daxil olan və həmin nömrədən xaric olan zənglər, nömrələrin hansı antenanın əhatə dairəsində olması göstərilmiş, belə ki, qeyd olunan nömrələr 23-N may 2023-cü il tarixlərdə Yardımlı rayonu ərazilərində olduqları görsənir. İş materiallarında olan 27 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, ********* nömrəli cinayət işi üzrə şəxsiyyəti istintaqa Mehdi kimi məlum olan İran İslam Respublikası vətəndaşının istifadəsində olan “+98 914 881 81 22” mobil nömrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 22 may 2023-cü il tarixdə 1 halda saat 17:56-da 3 saniyə, 23 may 2023-cü il tarixdə isə 2 halda saat 15:12-də 11 saniyə və 18:42-də 21 saniyə danışıq olmuşdur. İş materiallarında olan N may 2023-cü il tarixli «şəxsi axtarış aparılması haqqında» protokolda görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən üzərindən 1 ədəd smartfon tipli «Redmi» markalı mobil telefon aşkar olunmuşdur. İş materiallarında olan N may 2023-cü il tarixli «şəxsi axtarış aparılması haqqında» protokolda görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən üzərindən 1 ədəd «Samsung» markalı mobil telefon aşkar olunmuşdur. İş materiallarında olan N may 2023-cü il tarixli «inzibati qaydada tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 inzibati qaydada tutulmuşlar. İş materiallarında olan 25 may 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şubhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 26 may 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs olunmasının əvvəli N may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 26 may 2023-cü il qəraradan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 10073,5 qram qurudulmu marixuanna və 1989,55 qram metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin istintaq və təhqiqat idarəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Yardımlı rayonu, Zevin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Şirbəyov X5 rayonu, Zevin kəndində pasport qeydiyyatında olmaqla yaşayır, ailə tərkibi ata, anası, arvadı və 17 avqust 2016-cı il təvəllüdlü X3 adlı bir azyaşlı uşağından ibarətdir, yaşadığı müddətdə barəsində heç bir ərizə və şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Yardımlı rayonu, Zevin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Şirbəyli X2 rayonu, Zevin kəndində pasport qeydiyyatında olmaqla yaşayır, ailə tərkibi ata, anası, arvadı və 17 yanvar 2019-cu il təvəllüdlü X4 adlı bir azyaşlı uşağından ibarətdir, yaşadığı müddətdə barəsində heç bir ərizə və şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının xidməti ərazisində külli miqdarda narkotik vasitələrlə saxlanılmış Yardımlı rayonu, Zevin kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Lameyi Mehdi adlı şəxsin deyecəyi ünvana aparacaqları müəyyən edilmişdir. İş materiallarında olan 07 iyun 2023-cü il tarixli Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2015xx.xx.2015-ci il tarixdə xəstəxanada stasionar müalicədə olmuş, lakin Təqsirləndirilən şəxs2 isə xəstəxanada müalicə olunmamışdırlar. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd «Samsung» markalı və Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd smartfon tipli «Redmi» markalı mobil telefonlar məhkəmənin yekun qərarı ilə həll olunması üçün DSXnin istintaq və təhqiqat idarəsində saxlanılır. Məhkəmə istintaqında tədqiq edilmiş sübutların əldə olunmasının qanunsuzluğu mübahisələndirilmədiyi, eləcə də, məhkəmə baxışı zamanı belə bir hal olmadığından, məhkəmə toplanmış sübutların yoxlanılması və qiymətləndirilməsi mərhələsinə keçir. Azərbaycan Respublikası CPM-in 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı “cinayət hadisəsinin baş vermə faktı və halları”, “şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi” yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə cinayət-prosessual qanunun qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, həqiqətin müəyyən edilməsi üçün iş üzrə toplanmış sübutların yoxlanılması və qiymətləndirilməsi məhz həmin normalarda müəyyən edilmiş ardıcıllıqla, yəni birinci mərhələdə cinayət hadisəsinin mexanizmi, yəni cinayət hadisənin müəyyən edilməsi, müsbət halda təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsinin olub-olmaması, əlaqə müəyyən edilərsə, ikinci mərhələdə cinayət qanunu ilə qadağan olunmuş hansı əməlin baş verməsi və təqsirləndirilən şəxslərin təqsirliliyinin müəyyən edilməsi (hüquqi tövsif) təhlil edilməlidir. Cinayət hadisəsinin baş vermə faktını və mexanizmini təsdiq edən sübutlar: Məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, iş üzrə dindirilmiş şahidlər, eləcə də «Hadisə yerinə baxış və götürmə haqqında», «Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında» N may 2023cü il, «Mobil telefona baxış keçirlməsi haqqında» 27 may 2023-cü il tarixli protokollar, məhkəmə-bioloji ekspertizasının 25 may 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 “Mehdi” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermiş, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş hər biri külli miqdar təşkil edən 10074,0 qram qurudulmuş marixuana narkotik vasitə və 1989,6 qram psixotrop maddə metamfetamini Yardımlı rayonu, Ləzran kəndi ərazisində, Ləzran dərəsinin aşağı tərəfində gizlədilməsi barədə ona məlumat verməsindən sonra o, həmin maddələri əldə etmək məqsədilə Yardımlı rayonu, Zevin kəndində yaşayan əmisi oğlu Təqsirləndirilən şəxs2 evinə qonaq getmiş, cinayətdən xəbərsiz olan Təqsirləndirilən şəxs2 Ləzran dərəsi ərazisində yerləşən otlaq sahələrinə baxmaq istədiyini bildirməklə, sonuncu tərəfindən həmin dərəyə gedən yolu göstərməsinə nail olmaqla N may 2023-cü il tarixdə saat 12 radələrində həmin narkotik vasitəni və psixotrop maddəni götürmək üçün Yardımlı rayonu, Ləzran kəndi ərazisinə getmiş, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 12-ci sahəsində gizlədilmiş həmin külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni axtarmaqla qanunsuz olaraq satış məqsədilə əldə etməyə cəhd etmiş, lakin Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən mühəndis texniki çəpərindən 500 metr içəridə, dövlət sərhəd xəttindən 200 metr Azərbaycan Respublikası istiqamətdə saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, hadisə yerindən cinayətkar qrupa məxsus iki ədəd bağlamda külli miqdarda narkotik vasitə-təmiz halda çəkisi 10074,0 qram qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 1989,6 qram metamfetamini aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 cinayət hadisəsi ilə əlaqəsininin olub- olmasının işin faktiki halları baxımından qiymətləndirilməsi: Təqsirləndirilən şəxs1 barəsində cinayət təqibi başlanan vaxtdan, eləcə də, əməliyyat orqanı tərəfindən hadisə yerində saxlanıldığı andan hadisənin yuxarıda təsvir edilmiş qaydada baş verməsini bildirməklə, həmin cinayət hadisəsini törətməkdə təqsirini etiraf etmişdir. Təqsirləndirilən şəxs1 öz təqsirini etiraf etməsi iş üzrə digər sübutların – şahidlər Şahid1, Şahid3 və Şahid5, həmçinin digər Təqsirləndirilən şəxs2 həm ibtidai araşdırma, həm də, məhkəmə baxışı zamanı verdiyi ifadələr, «Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında», «Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında» N may 2023-cü il, «Mobil telefona baxış keçirlməsi haqqında» 27 may 2023-cü il tarixli protokollar, məhkəmə-bioloji ekspertizasının 25 may 2023-cü il tarixli rəyinin məcmusu ilə təsdiq edilir. Məhz qeyd olunan sübutlar Təqsirləndirilən şəxs1 müvafiq cinayət hadisəsi ilə birbaşa əlaqəsinin olmasını təkzibedilməz formada şərtləndirir. Təqsirləndirilən şəxs2 cinayət hadisəsi ilə əlaqəsininin olub- olmasının işin faktiki halları baxımından qiymətləndirilməsi: cinayət təqibi başlanan vaxtdan, eləcə də, əməliyyat orqanı tərəfindən hadisə yerində saxlanıldığı andan Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 cinayətkar niyyətindən və hərəkətlərindən tamamilə məlumatsız olmasını bildirmiş, habelə iş üzrə şahidlər - Şahid1, Şahid3 və Şahid5, həmçinin Təqsirləndirilən şəxs1 həm ibtidai araşdırma, həm də, məhkəmə baxışı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 hadisə yerində saxlanılarkən baş verdiyini anlamaması, saxlanıldıqları əraziyə ot biçmək üçün gəldikdiklərini, narkotik vasitələr barədə məlumatı olmamasını bildirmişdir. İbtidai araşdırma dövründə toplanmış və məhkəmə istintaqında tədqiq olunmuş yuxarıda qeyd olunan sübutlar qaçaqmalçılıq və narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin baş verməsini təsdiq etsə də, həmin cinayət hadisəsi ilə Təqsirləndirilən şəxs2la əlaqəsini nəinki təsdiq, hətta təkzib etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Merabişvili Gürcüstana qarşı» işi ilə bağlı qərarında formalaşdırdığı hüquqi mövqeyə görə ittiham “əsaslı şübhə yeri qoymayan” sübut standartın cavab verən sübuta əsaslanmalıdır. Belə ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartına əsasən sübutlar faktlarla bağlı çıxarılan kifayət qədər ciddi, aydın və uzlaşan nəticələrdən və ya təkzibolunmaz ehtimallardan irəli gəlməlidir. Məhkəmə tərkibi qeyd olunan hüquqi mövqenin işığında işin faktiki halları təhlilini apararaq hesab edir ki, ittiham orqanı Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət hadisəsi ilə əlaqəsinin olması ilə bağlı gəldiyi qənaəti hər hansı sübutla deyil, yalnız təkzib oluna bilən ehtimala və şübhəyə, yəni onun Yardımlı rayonu, Ləzran dərəsinə hadisə yerinə gəlməsi halına əsaslanmışdır. Lakin istintaq orqanı nəzərə almamışdır ki, Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Beləliklə, məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışında toplanmış sübutlar əsasında Təqsirləndirilən şəxs2 törədilmiş cinayətə aidiyyəti müəyyən edilmir, əksinə, həmin sübutlar onun təqsirsizliyinə dəlalət etdiyindən məhkəmə kollegiyası bu sübutları müqayisəli şəkildə araşdırmışdır. Məhkəmə sübutları məcmu halında qiymətləndirərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 istinad olunan Azərbaycan Respublikası CM-in 206.3.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə üzrə ittiham tərəfinin təqdim etdiyi yeganə sübut- Təqsirləndirilən şəxs1 ilə Yardımlı rayonu, Ləzran dərəsinə otlaq sahəsinə gəlməsi, sonuncunun həmin ərazidən narkotik vasitə əldə etməsinə cəhd faktıdır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihamda qeyd edilmişdir ki: o, qəsdən tamah niyyətilə, yəni qazanc əldə etmək üçün Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa Mehdi kimi məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin satış məqsədilə İran İslam Respublikasında əldə edilməsi, saxlanması və daşınaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb daşımağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa Mehdi kimi məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxs külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 10074,0 qram qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 1989,6 qram metamfetamini İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitəni və psixotrop maddəni istintaqa dəqiq məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılşadıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, bu barədə 23 may 2023-cü il tarixdə cinayətkar qrupun üzvü şəxsiyyəti istintaqa Mehdi kimi məlum olan İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra, sonuncu ilə birlikdə ümumi niyyətə əsasən həmin narkotik vasitəni və psixotrop maddəni götürmək üçün Yardımlı rayonu, Ləzran kəndi ərazisinə getmiş, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 12-ci sahəsində gizlədilmiş həmin külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni N may 2023-cü il tarixdə saat 12 radələrində axtarmaqla qanunsuz olaraq satış məqsədilə əldə etməyə cəhd etmiş, lakin Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən mühəndis texniki çəpərindən 500 metr içəridə dövlət sərhəd xəttindən 200 metr Azərbaycan Respublikası istiqamətdə saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, hadisə yerindən cinayətkar qrupa məxsus iki ədəd bağlamda külli miqdarda narkotik vasitə-təmiz halda çəkisi 10074,0 qram qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 1989,6 qram metamfetamini aşkar edilərək götürülmüşdür.” Verilən ittihamlardan göründüyü kimi, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1, praktiki olaraq yalnız onların ad və soyadları dəyişdirilməklə, eyni olan, tamamilə eyni ittiham verilmişdir. Həmin ittihamda ümumiyyətlə Təqsirləndirilən şəxs2 cinayət qanunu ilə nəzərdə tutulmuş hansı ictimai təhlükəli əməli törətməsi, onun tərəfindən Azərbaycan Respublikası CM-in 206.3.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələrinin dispozisiyası ilə müəyyən edilmiş cinayət tərkibinin obyektiv tərəfinə aid olan hansı hərəkətlərin edilməsi və hansı ictimai təhlükəli nəticələrin baş verməsi təsvir edilməyərək, yalnız Təqsirləndirilən şəxs1 tərəfindən cinayət əməllərinin törədilməsi göstərilmişdir. Təqsirləndirilən şəxs2 verilmiş ittihamın başlığında cinayət qanununun maddələrinin dispoziyası təsvir olunmaqla formal olaraq Azərbaycan Respublikası CM-in 206.3.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə ittiham verilməsi qeyd olunsa da, faktiki olaraq təqsirləndirilən şəxsin nədə ittiham olunması göstərilməməklə ona heç bir ittiham verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3.2 və 289.3.2-ci maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda və ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. Bundan əlavə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3 (a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq hüquqlarına malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, 6-cı maddənin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat verilməsini təmin edir. (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il). Məhkəmə xüsusilə qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 cinayət qanununun maddələri sadalanmaqla formal olaraq ittiham verilməsi, lakin faktiki olaraq onun nədə ittiham olunmasının göstərilməməsi onun əməlində Azərbaycan Respublikası CM-in 206.3.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələrinin tərkib əlamətlərinin olmamasının aşkar təzahürüdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Yardımlı rayonu, Ləzran dairəsi ərazisinə gəlməsində narkotik vasitələr əldə etmək niyyəti ittiham orqanı tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 həm təhqiqat zamanı izahatında, həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 narkotik maddələr əldə etmək niyyəti barədə heç bir məlumata malik olmadığını, yalnız Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitələr əldə olunmasına cəhd etməsindən xəbərdar olduğunu göstərmişdir. Həmçinin, digər Təqsirləndirilən şəxs1 də eyniliklə həm təhqiqat zamanı izahatında, həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 Yardımlı rayonu, Ləzran dərəsində otlaq sahəsinin olub-olmamasının görmək üçün həmin əraziyə getməyi xahiş etdiyini, narkotik vasitələr əldə etmə məqsədini Təqsirləndirilən şəxs2 bildirmədiyini, sonuncunun narkotik maddələrdən məlumatı olmamasını göstərmişdir. İttiham tərəfi bu halları təkzib edən heç bir sübut təqdim etməmişdir. İttiham tərəfi onun Təqsirləndirilən şəxs1 ilə birlikdə Yardımlı rayonu, Ləzran dərəsinə getməsini həmçinin onun bu narkotik vasitədən xəbərinin olmamasının inandırıcı və mümkün hesab edilməməsini ittihamın əsası kimi götürmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə cinayət əməllərini Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi yalnız ehtimallara əsaslanmış, həmin qrup tərəfindən törədilmiş cinayətə münasibətdə onun əlaqəsinin olması sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 istintaq orqanı tərəfindən istinad edilən cinayətləri törətməmişdir. Onun Təqsirləndirilən şəxs1 işl əlbir olmaması, sonuncunun narkotik vasitələr əldə etməsindən məlumatı olmadığını sübut etmək halı Təqsirləndirilən şəxs2 üzərinə düşmür, bu halın əksini isə sübut etmək ittiham tərəfinin vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi və məhkəmədə yoxlanılmış sübutlarla Şəmun Şirbəylinin Azərbaycan Respublikası CM-in 206.3.2, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur. Bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil və ittiham tərəfi həmin halı təsdiq edən hər- hansı bir mötəbər sübuta istinad edə bilməmişdir. Cinayət işinin materiallarında da belə sübut olmadığına görə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. “Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq, onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə, məhkəmənin hökmü əsaslı hesab olunur. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi Cinayət-Prosessual Məcəllənin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs2v barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal saxlanıldığı Bakı İstintaq Təcridxanasından həbsdən azad olunmalıdır. Digər Təqsirləndirilən şəxs1 əməlinə gəlincə isə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 “Mehdi” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə olunmasına cəhd etmiş, habelə həmin maddələrin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs1 həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşımağa cəhd etmə cinayət əməli törətməsi təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq CM-in 29,234.4.1 və 29, 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs1 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli CM-nin 32-ci maddəsinə istinad edilmədən həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif olunmadan bu Məcəllənin 32.5, 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun bu əməli Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxs əvvəlcədən razılaşmışlar ki, sonuncunun İrandan qaçaqmalçılıq yolu ilə keçirəcəyi narkotik vasitə və dərman həblərini qəbul edib Azərbaycan Respublikasında həmin maddələrin saxlama, daşıma, satma, bir sözlə realizə olunmasını təmin edəcəklər. Həmin razılaşmadan sonra qrupun üzvü tərəfindən məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi sözü gedən qanunsuz maddələri İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini təmin edərək qoyulduğu yer barədə məlumat verdikdən sonra təqsirləndirilən şəxs həmin yerdən bu maddələri satış məqsədi ilə əldə olunmasına cəhd etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs1 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişlər. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, qrupun üzvü tərəfindən sözü gedən qanunsuz maddələri qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsi təmin edilib bu maddələrin qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs1 həmin maddələri əldə olunmasına cəhd etmiş, yəni göstərilən halda qaçaqmalçılıq yalnız bir nəfər şəxs tərəfindən icra edilmişdir. Eyni zamanda müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etdiyi maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan “Mehdi” adlı İran vətəndaşı tərəfindən həmin maddələrin qaçaqmalçılıq yolu ilə keçiriləcəyinin təmin edilməsini əvvəlcədən bilmiş, həmçinin bu maddələrin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, realizə olunmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Azərbaycan Respublikası CM-in 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddəni cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CM-in cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən CM-in 206.2-ci maddəsi ilə törədilən əməllər az ağır, CM-nin 206.3.2-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri Azərbaycan Respublikası CM-in 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 32.5, 206.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 CM-in 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə təyin olunacaq cəza başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitə marixuanna və psixotrop maddə metamfetaminə görə “külli miqdar” kimi qiymətləndirilir. CM-in 59.1.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. CM-in 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olmasını, ilk məhkumluğunu məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran halları müəyyən etmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - X8 İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 10073,5 qram qurudulmuş marixuanna və 1989,55 qram metamfetamin psixotrop maddəsi məhv edilməli, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd «Samsung» markalı mobil telefon onun özünə, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd smartfon tipli «Redmi» markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə 70 (yetmiş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilməsini, Təqsirləndirilən şəxs2 espertiza xərcinin ödəniliməsindən azad olunmasını, Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəlinin, azadlığının faktiki məhdudşaldırıldığı N may 2023-cü il tarixdən hesablanmasını əsaslı sayır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs2 məhkəmə xərclərinin ödənilməsindən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 29,234.4.1 və 29, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti cəza 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli N may 2023-cü il tarixdən hesablansın. İş üzrə 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - X8 İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 10073,5 qram qurudulmuş marixuanna və 1989,55 qram metamfetamin psixotrop maddəsi məhv edilsin. X8 İstintaq və Təhqiqat İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd «Samsung» markalı mobil telefon onun özünə, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd smartfon tipli «Redmi» markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-291/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-291/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver