Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-292/2022 22.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxxxx 1978-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, imişli şəhəri, R.Bağırov küçəsi, ev 26-da qeydiyyatda olan və İmişli şəhəri, N.Nərimanov küçəsi, ev 37-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 149.3.3 və 150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 mart 2021-ci il tarixdə saat 06:00-08:00 radələrində Şahid1 ilə birgə qeyri-rəsmi ər-arvad münasibətlərində kirayədə yaşadığı İmişli şəhəri, Cəfər Cabbarlı küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evində öz cinsi ehtirasını təbii və qeyritəbii yolla təmin etmək məqsədi ilə sonuncunun xx xxxx 2010-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs zahiri görünüşü və ailə münasibətləri ilə əlaqədar aşkar surətdə on dörd yaşına çatmadığını bilə-bilə, onun yatdığı otağa daxil olub, yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs oyadaraq, yataqda əli ilə sonuncunun ağzını tutub onu öldürəcəyi ilə hədələyib qorxutmaqla müqavimətini qırmış, həmçinin yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına, eləcə də hadisə zamanı keçirmiş olduğu qorxu ilə müşayiət olunan emosional gərginlik halına görə ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək, ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək, onun tumanını əynindən çıxardıqdan sonra öz şort və tumanını soyunaraq, cinsiyyət orqanını fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs uşaqlıq yoluna zorla yeridib onunla təbii yolla cinsi əlaqədə olmaqla, sonuncunun qızlıq pərdəsinin tamlığını pozub onu zorlamış, daha sonra isə yenidən aşkar surətdə on dörd yaşına çatmadığını bilə-bilə, yaş və fərdipsixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına, eləcə də hadisə zamanı keçirmiş olduğu qorxu ilə müşayiət olunan emosional gərginlik halına görə ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək, ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək, öz cinsiyyət orqanını fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə zorla yeridib, onun arxa keçəcək dəliyinin açılması, sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması, düz bağırsaq selikli qişasının görünməsinə səbəb olmaqla, Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, 2021-ci ilin aprel ayının ortalarında, gecə saatlarında Şahid1 ilə birgə qeyri-rəsmi ər-arvad münasibətlərində kirayədə yaşadığı İmişli şəhəri, Cəfər Cabbarlı küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evində öz cinsi ehtirasını təbii və qeyri-təbii yolla təmin etmək məqsədi ilə sonuncunun xx xxxx 2010-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs zahiri görünüşü və ailə münasibətləri ilə əlaqədar aşkar surətdə on dörd yaşına çatmadığını bilə-bilə, onun yatdığı otağa daxil olub, yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs oyadaraq, yataqda əli ilə sonuncunun ağzını tutub onu öldürəcəyi ilə hədələyib qorxutmaqla müqavimətini qırmış, həmçinin yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına, eləcə də hadisə zamanı keçirmiş olduğu qorxu ilə müşayiət olunan emosional gərginlik halına görə ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək, ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək, onun tumanını əynindən çıxardıqdan sonra öz tumanını soyunaraq, cinsiyyət orqanını fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs uşaqlıq yoluna zorla yeridib onunla təbii yolla cinsi əlaqədə olmaqla, onu təkrar zorlamış, daha sonra isə yenidən aşkar surətdə on dörd yaşına çatmadığını biləbilə, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına, eləcə də hadisə zamanı keçirmiş olduğu qorxu ilə müşayiət olunan emosional gərginlik halına görə ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək, ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək, öz cinsiyyət orqanını fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə zorla yeridib, onun arxa keçəcək dəliyinin açılması, sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması, düz bağırsaq selikli qişasının görünməsinə səbəb olmaqla, Zərərçəkmiş şəxs qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, 2021-ci ilin iyul ayında, gecə saatlarında Şahid1 ilə birgə qeyrirəsmi ər-arvad münasibətlərində kirayədə yaşadığı İmişli şəhəri, Cəfər Cabbarlı küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evində öz cinsi ehtirasını təbii və qeyri-təbii yolla təmin etmək məqsədi ilə sonuncunun xx xxxx 2010-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs zahiri görünüşü və ailə münasibətləri ilə əlaqədar aşkar surətdə on dörd yaşına çatmadığını biləbilə, onun yatdığı otağa daxil olub, yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs oyadaraq, yataqda əli ilə sonuncunun ağzını tutub onu öldürəcəyi ilə hədələyib qorxutmaqla müqavimətini qırmış, həmçinin yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına, eləcə də hadisə zamanı keçirmiş olduğu qorxu ilə müşayiət olunan emosional gərginlik halına görə ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək, ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək, onun tumanını əynindən çıxardıqdan sonra öz tumanını soyunaraq, cinsiyyət orqanını fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs uşaqlıq yoluna zorla yeridib onunla təbii yolla cinsi əlaqədə olmaqla, onu təkrar zorlamış, daha sonra isə yenidən aşkar surətdə on dörd yaşına çatmadığını bilə-bilə, yaş və fərdipsixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına, eləcə də hadisə zamanı keçirmiş olduğu qorxu ilə müşayiət olunan emosional gərginlik halına görə ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək, ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək, öz cinsiyyət orqanını fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə zorla yeridib, onun arxa keçəcək dəliyinin açılması, sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması, düz bağırsaq selikli qişasının görünməsinə səbəb olmaqla, Zərərçəkmiş şəxs qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, 2021-ci ilin avqust ayında, gecə saatlarında Şahid1 ilə birgə qeyrirəsmi ər-arvad münasibətlərində kirayədə yaşadığı İmişli şəhəri, N.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində öz cinsi ehtirasını təbii və qeyri-təbii yolla təmin etmək məqsədi ilə sonuncunun xx xxxx 2010-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs zahiri görünüşü və ailə münasibətləri ilə əlaqədar aşkar surətdə on dörd yaşına çatmadığını biləbilə, otaqda yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs oyadaraq, yataqda əli ilə sonuncunun ağzını tutub onu öldürəcəyi ilə hədələyib qorxutmaqla müqavimətini qırmış, həmçinin yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına, eləcə də hadisə zamanı keçirmiş olduğu qorxu ilə müşayiət olunan emosional gərginlik halına görə ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək, ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək, onun tumanını əynindən çıxardıqdan sonra öz cinsiyyət orqanını fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs uşaqlıq yoluna zorla yeridib onunla təbii yolla cinsi əlaqədə olmaqla, onu təkrar zorlamış, daha sonra isə yenidən aşkar surətdə on dörd yaşına çatmadığını bilə-bilə, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına, eləcə də hadisə zamanı keçirmiş olduğu qorxu ilə müşayiət olunan emosional gərginlik halına görə ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək, ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək, öz cinsiyyət orqanını fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə zorla yeridib, onun arxa keçəcək dəliyinin açılması, sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması, düz bağırsaq selikli qişasının görünməsinə səbəb olmaqla, Zərərçəkmiş şəxs qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 149.3.3 və 150.3.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Şahid1 ilə 2020-ci ilin dekabr ayında tanış olmuş, dini kəbin bağlamış və kirayə etdikləri evdə bir yerdə yaşamışlar. Günayın ondan əvvəlki Şamxalla olan evliliyindən 2010-cu il təvəllüdlü qızı Aysun və 2011-ci il təvəllüdlü oğlu Emil olmuşdur. O, Zərərçəkmiş şəxs ilə heç bir vaxt təbii və ya qeyri təbii yolla cinsi əlaqədə olmamışdır. Ona öz övladı kimi münasibət bəsləmişdir. Kirayədə yaşadıqları evin həyətində kirayədə oğlanlar da yaşamışlar. 2021-ci ilin oktyabr ayının axırlarında Aysun özünü pis hiss etmiş, ürəyi bulanmışdır. O, Günaya Aysunu həkimə aparıb yoxlatmasını demişdir. 28 oktyabr 2021 -ci il tarixdə Zərərçəkmiş şəxs İmişli rayon Mərkəzi Xəstəxanasınan aparıb yoxlatdıran zaman onun hamilə olması müəyyən edilmişdir. Aysunun hamiləliyi ondan olmamışdır. Aysunun kiminlə cinsi əlaqədə olmasını və hamilə qalmasını bilmir. İbtidai istintaq zamanı ona təzyiq göstərildiyinə, polis tərəfindən döyüldüyünə görə Aysunla təbii və qeyri təbii yolla cinsi əlaqədə olması barədə ifadə vermişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Şahid1, onun uşaqları Aysun və Emil ilə birlikdə yaşadıqları müddətdə 11-12 yaşlı Zərərçəkmiş şəxs ilə 2 dəfə arxadan və qabaqdan cinsi əlaqədə olmuşdur. O, 2021-ci ilin fevral ayından Günay və uşaqları ilə birlikdə İmişli Mərkəzi Bazarının yanında Zakir adlı şəxsə məxsus beşotaqlı evdə qalmışdır. Günayın uşaqları Aysun və Emil ayrı otaqda, Günayla o, isə ayrı otaqda qalmışlar. O, həmin evə köçəndən sonra Aysun anası Günay olmadığı vaxt o, yataq otağında tək olanda bir neçə dəfə onun yanına gəlib “səni istəyirəm” demişdir. O da hər dəfəsində Aysunu otaqdan qovlamışdır. Ancaq bu barədə uşağa nəsə edərlər deyə anası Günaya və başqa hər hansı şəxsə heç nə deməmişdir. 16 və ya 17 mart 2021-ci ildə sonuncu çərşənbə vaxtı o, öz uşaqlarının yanında bayram keçirmiş, həmin vaxt evdə ikilitrlik “Kuller” pivəsi içmişdir. Həmin gün saat 21:30 radələrində o, öz uşaqlarının yaşadığı evdən çıxıb marketə getmiş, oradan ikilitrlik “Kuller” pivəsi alıb Günayla birlikdə kirayə yaşadıqları Zakir adlı şəxsin evinə getmişdir. Günay və sonuncunun uşaqları ilə birlikdə onun yataq otağında oturub axşam yeməyi yemiş, o, aldığı ikilitrlik pivənin bir litr yarımını içmişdir. Yemək yeyəndən sonra o, Emillə birlikdə gedib papaq atmış, daha sonra evə qayıtmışdır. Həmin gün saat 23 radələrində Günay uşaqlarını öz otağına göndərmiş, o, Günayla yataq otağında yatmışdır. Növbəti gün saat 7-8 radələrində hava tam açılmamış o öz otağında yatarkən Aysun gəlib onun mobil telefonunu götürüb pastelə girmiş, Aysun gələndə o, “paxmel” olmuşdur. Aysunun əynində heç nə olmamış və lüt olmuşdur. Aysun onun üstündəki yorğanı çəkmiş və yanında uzanmışdır. Onun yanında bir az telefonla oynamış, daha sonra onun tumanını aşağıya çəkmiş, bundan sonra Aysun əlini onun cinsiyyət orqanına atmış, 20-25 dəqiqə onun cinsiyyət orqanını oynatmışdır. Günay həmin vaxt həyətdə yaşayan Leyla və Nərgiz adlı qızların yanında olmuşdur. O yarım saat ərzində yanında uzananın Aysun olduğunu bilməmiş, həmin şəxsin Günay olduğunu fikirləşmişdir. Çünki o, gecə çox içib yatmış, “paxmel” olmuş və heç gözünü açmamışdır. Aysun onun cinsiyyət orqanını oynatdıqdan sonra onun cinsiyyət orqanı durmuş, Aysun təxminən 20 dəqiqə sonra onun üzərində uzanmış, Aysun onun cinsiyyət orqanını birinci öz arxa keçəcək dəliyinə, daha sonra da qabağına (cinsiyyət orqanına) sürtüşdürmüşdür. Təxminən 5 dəqiqə sonra o, gözünü açıb ayılanda üzərindəkinin Günay deyil, Aysun olduğunu, Günayın da yanında olmadığını görmüşdür. O, Aysundan nə etdiyini soruşmuş, Aysun yenə onu istədiyini demişdir. O da içkili olduğu və keyf aldığı üçün heç nə deməmiş və etməmişdir. Aysun təxminən 30 dəqiqə onun üzərində uzanıb onun cinsiyyət orqanını öz dalına və qabağına sürtüşdürmüşdür. Aysun sürtüşdürsə də, onun cinsiyyət orqanını öz cinsiyyət orqanına və dalına soxmamışdır. Onun cinsiyyət orqanı Aysunun cinsiyyət orqanına sürtüşdürüləndə o, boşalmış, eyni vaxtda Aysun da boşalmışdır. Çünki onun cinsiyyət orqanının üstü su olmuşdur. Bundan sonra Aysun ayağa qalxmış, gətirdiyi əsgi ilə öz qabağını və dalını silmiş, çarpayının yanındakı qara rəngli rezinka şalvar və rəngini xatırlamadığı tumanı geyinmiş və otaqdan çıxmışdır. O, otaqdan çıxanda Aysuna bir də onun otağına gəlməməsini demişdir. O, tumanını çəkmiş və yenidən yatmış, ancaq bu barədə heç kəsə heç nə deməmişdir. Çünki Aysunun anası bilsə, Aysunu öldürərdi. Bundan təxminən 4-5 gün sonra o, Günaya uşaqların onların yataq otağına girməməsini, girəndə səs-küy olduğunu və səsin onun başına düşdüyünü demişdir. O, təxminən 1 ay sonra Günaya uşaqları ata nənəsigilə aparmasını demişdir. Həmin vaxt Günay şübhələnməsin deyə hər iki uşağı da nənəsigilə aparmasını demişdir. 6 və ya 7 iyun 2021-ci ildə yenə o, öz yataq otağında yatmışdır. Günay həmin gün işdə olmuş, Günay həmin vaxt alaqda işləmişdir. Həmin gün saat 8 radələrində hava təzə açılana yaxın o, otağında yatanda Aysun yenə onun yataq otağına gəlmiş, Aysunun əynində qırmızı rəngli şortik və qırmızı rəngli köynək olmuşdur. O, telefonunu başının altına qoymuş, Aysun onun telefonunu götürəndə o, ayılmışdır. Aysun telefonu götürəndə onun üstünə çıxmış, Aysun yorğanın altında paltarlarını soyunub yerə atmış, daha sonra onun tumanını aşağıya çəkmişdir. Bundan sonra o, birinci dəfə olduğu kimi birinci onun cinsiyyət orqanını oynatmış, sonra da onun cinsiyyət orqanını dalına və qabağına aparıb təxminən 20 dəqiqə sürtüşdürmüşdür. Təxminən 20 dəqiqə ərzində Aysun onun cinsiyyət orqanını öz qabağına sürtüşdürəndə Aysun 3 dəfə boşalmışdır. O, ancaq həmin vaxt boşalmamış, Aysun yenə də əsgi ilə qıçının arasını silmiş və əsgini də götürüb paltarlarını geyinib otaqdan çıxmışdır. O, yenə öz tumanını çəkib yatmışdır. Həmin gün saat 19 radələrində Günay evə gələndə o, sonuncuya uşaqlar otağa girdiyinə görə çıxıb gedəcəyini və evə gəlməyəcəyini demişdir. Günay uşaqları aparıb kəndə qoyacağını demiş və 2 gün sonra Saatlı rayonu, Əliabad kəndində atasıgilə aparıb qoymuşdur. Bundan sonra o, Günayla birlikdə qalmış, təxminən 15 gün sonra uşaqların qaçdığını və aralıdan tapıldığını eşitmişlər. Onlar da gedib uşaqları gətirmiş, o, bundan sonra Günayın qaldığı evə az getməyə başlamış, Günayın özünü də çölə getməyə qoymamışdır. Bundan sonra Günay evdə olduğu üçün Aysun heç vaxt onun otağına gəlməmiş, sonuncu ilə hər hansı seksual hərəkətlər etməmiş və bu barədə heç kəsə heçnə deməmişdir. Günayın ailəsi birdən sonuncunu öldürər deyə heçnə deməmiş, çünki uşaq Günayın olmuşdur. Günay və digər hər hansı şəxs onun yataqda Aysunla birlikdə olduğunu bilməmiş, çünki o, bu barədə heç kəsə heç nə deməmişdir. Ancaq Aysun onun otağına çox girib deyə Günayın bunu hiss etdiyini fikirləşir. Çünki Aysun onun yanına gələndə Aysunu qovmuşdur. O, Zərərçəkmiş şəxs cinsiyyət orqanına və dalına öz cinsiyyət orqanını soxmamış, Aysun onun üstündə onun cinsiyyət orqanını öz dalına və qabağına sürtüşdürmüşdür. O, birinci dəfə Aysunu üzərində görəndə sonuncudan çıxıb getməsini istəsə də, Aysun getməmişdir. Bir müddət sonra o, özü də keyf aldığı üçün, Aysun da çıxıb getmədiyi üçün o, Aysuna heçnə deməmiş və Aysun çıxıb getməmişdir. İkinci dəfə Aysun gələndə də o, yuxulu olmuş, Aysun da soyunmuş vəziyyətdə yanına girdiyi və o ayılanda artıq keyf aldığı üçün Aysuna çıxıb getməsi barədə heç nə deməmişdir. Onun hər iki hadisə vaxtı əynində olmuş paltarlar cırılıb deyə atmışdır. O, Zərərçəkmiş şəxs ilə birlikdə olduqdan sonra cinsiyyət orqanında, yataq və paltarında qan görməmiş, ancaq hər iki dəfə Aysun boşalmışdı deyə onun cinsiyyət orqanının üzəri batmışdır. Aysun hər iki dəfə istifadə etdiyi əsgi parçasını istifadə etdikdən sonra əli ilə yuyub sərib qurutmuşdur. O, Aysunla birlikdə olarkən cinsiyyət orqanını Aysunun cinsiyyət orqanına və dalına soxmamış, ancaq sürtüşdürmüş, Aysunun qızlıq pərdəsinin açılması və kimin Aysunun arxa keçəcək dəliyini zədələməsini bilmir. Aysun seksual xarakterli hərəkətləri anası Günaydan öyrənmiş, çünki Günay uşaqların yanında gəlib onun cinsiyyət orqanının üstündə oturmuşdur. O, Zərərçəkmiş şəxs uşağının ona məxsus olduğuna inanmır. 28 oktyabr 2021 -ci il tarixdə Zərərçəkmiş şəxs İmişli rayon Mərkəzi Xəstəxanasından Bakı şəhərinə yola salarkən o, Aysuna ancaq “nətər olub, elə danış" demiş, O, əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi digər ifadəsində isə göstərmişdir ki, 17 mart 2021-ci il tarixdə gecə, səhərə yaxın Aysun gəlib onun pastelinə girmişdir. Aysun gələndə o, «paxmel» olmuş, Aysunun əynində nə olduğunu xatırlamır. O, isə tuman və mayka ilə üzü yuxarı yatmış, Aysun onun yanımda uzanmışdır. Aysun tumanımı aşağıya çəkmiş, bundan sonra əlini onun cinsiyyət orqanına atmış və 3-4 dəqiqə onun cinsiyyət orqanını oynatmış, Aysun həmin vaxt lüt olmuş, əynində heçnə olmamışdır. Aysun bundan sonra onun cinsiyyət orqanının üzərinə çıxmış, üzü ona tərəf onun üstündə uzanmışdır. Aysun onun cinsiyyət orqanını öz qıçının arasında salmış, ancaq cinsiyyət orqanınının sonuncunun dalına və ya qabağına girməsini bilməmiş, çünki həmin vaxt sərxoş olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmə istintaqında dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, anası Şahid1 və qardaşı Emil Şükürlü ilə birlikdə Bakı şəhərində yerləşən sığınacaqda qalır. Təqsirləndirilən şəxs onun atalığıdır. Qurban 3-4 dəfə onun paltarını çıxarıb incitmişdir. Təqsirləndirilən şəxs hələ Novruz bayramı gəlməmiş 2021-ci ilin mart ayının ortalarında, 2-ci dəfə təxminən 1 ay sonra, 3-cü dəfə 2021-ci ilin iyul ayında, 4-cü dəfə 2021-ci ilin avqust ayında onu incitmişdir. Qurban 3 dəfə onu köhnə İmişli şəhərində Zakir adlı şəxsə məxsus kirayədə qaldıqları evdə, 4-cü dəfə isə İmişli şəhərində Rasim adlı şəxsə məxsus kirayədə qaldıqları evdə onun paltarını çıxarıb incitmişdir. Zakirin evi 5-6 otaqlı, böyük ev olmuş, həmin evdə o, qardaşı Emillə birlikdə yatmış, anası Günay isə Qurbanla ayrı otaqda yatmışdır. Ancaq Rasimin evi 1 otaqlı olmuşdur deyə hamısı bir otaqda yatmışdır. Qurban onu incidəndə anası Günay işdə olmuş, qardaşı Emil də otaqda yatmışdır. Anası Günay “pekarnı”da çörək bişirmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Qurban ona sataşanda alt paltarları qana bulaşmışdır. Paltarlarını anasına bildirmədən özü yumuşdur. Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, Qurban birinci dəfə 2021-ci ilin mart ayının ortalarında gecə saatlarında otağındakı çarpayısında onu asta səslə çağırmış, o oyanan kimi Qurban əlini onun ağzına aparıb sıxmışdır. O qışqırmaq istəsə də, səsi çıxmamışdır. Qurban onun əynindəki tumanını çıxarmışdır. O, Qurbandan çıxıb getməsini istəsə də, Qurban onun ağzını tutmuşdur deyə heç nə danışa bilməmişdir. Qurban öz əynindəki şortiki və tumanı aşağıya çəkmiş, onun yanında uzanmış, onu isə sağ böyrü üstə uzatmışdır. Qurban onun arxasında uzanıb onu qucaqlamış, onu çox istədiyini, heç kimə heç nə deməməsini demişdir. Qurban onun dalına (arxa keçəcək dəliyinə), sonra qabağına (cinsiyyət orqanına) elə bil nəsə soxmuşdur. O, ağrıdan dayana bilməmiş, ancaq səsi çıxmamışdır. Qurban həm də onun üzündən öpmüş, təxminən 20 dəqiqə Qurban onu arxadan qucaqlayıb onun çarpayısında onu incitmişdir. Qurban 20 dəqiqə onu incidəndən sonra onun içində elə bil istilik olmuş, elə bil içinə isti nəsə tökmüşlər. Qurban qurtarandan sonra əlini onun ağzından çəkmiş, ona heç kimə heçnə deməməsini, desə onu öldürəcəyini demişdir. Qurban onun otağına girəndə əlində ağ salfetkalar olmuşdur. Qurban salfetka ilə birinci onun arxasını, qabağını, sonra öz qabağını (cinsiyyət orqanını), sonra da yeri silmişdir. Yenə də onu hədəlmiş, heç kimə deməməsini tapşırmışdır. Həmin gün onun bədəninin hər yeri ağrımışdır. Qurbandan qorxduğu üçün o, səsini də çıxara bilməmişdir. Qurban 2-ci dəfə 2021-ci ilin aprel ayının ortalarında gecə saatlarında yenə də Zakirə məxsus kirayə yaşadıqları evdə onun yatdığı otaqda onu incitmiş, Qurban yenə anası Günay işdə olanda onun otağına gəlib durğuzmuşdur. Onda da gecə vaxtı o, otağında qardaşı Emillə birlikdə ayrı-ayrı çarpayılarda yatmış, həmin vaxt əvvəlki kimi Qurban gəlib onun tumanını çıxarmış, Qurban bundan sonra öz tumanını çıxarmışdır. Qurban yenə də əli ilə onun ağzını tutmuş və yenə ona “heç kəsə heçnə demə, kiməsə nəsə desən səni öldürəcəm”demişdir. Qurban onun yanında çarpayıda uzanmış, yenə də arxadan onu qucaqlamış, onun dalına və qabağına nəsə soxmuş, Qurban nəsə soxanda o, ağrıdan dayana bilməmiş, qışqırmaq istəmiş, ancaq Qurban onun ağzını əli ilə tutduğu üçün qışqıra bilməmişdir. Qurban onu təxminən 20 dəqiqə incitmiş, yenə də eləbil onun içinə nəsə tökmüş və içində istilik gəlmişdir. Qurbanın əlində yenə salfetkalar olmuşdur. Qurban salfetka ilə yenə onun arxasını, qabağını, öz qabağını və yeri silib getmişdir. Gedəndə Qurban yenidən ona “heç kəsə demə, səni öldürərəm”- demişdir. Qurban 3-cü dəfə onu yenə Zakirə məxsus İmişli şəhərində kirayədə qaldıqları evdə, qardaşı ilə qaldıqları otaqda incitmişdir. 3-cü dəfə Qurban 2021-ci ilin iyul ayında gecə saatlarında gəlib yatdığı çarpayısında onu durğuzmuş, 1-ci və 2-ci dəfə olduğu kimi təxminən 20 dəqiqə onun qabağına və arxasına nəsə soxub incitmiş, onun ağzını öz əli ilə bağlayıb deyə yenə o, səsini çıxara bilməmişdir. Həmin vaxt da Qurban onun və özünün xatırlamadığı rəngdəki tumanını çıxarıb yanında uzanmışdır. Sonda yenə də onun içinə istilik gəlmiş, Qurban qurtarandan sonra yenə salfetka ilə yeri və onun bədənini silib çıxıb getmişdir. Qurban 4cü dəfə onu 2021-ci ilin avqust ayında, gecə saatlarında Rasim adlı şəxsə məxsus İmişli şəhərində yerləşən, onların kirayə qaldıqları evdə incitmişdir. Həmin ev 1 otaqlıdır. Onlar həmin evdə birlikdə yatmışlar. Həmişəki kimi anası Günay “pekarnı”da işdə olmuş, o, qardaşı Emil və Qurbanla birlikdə evdə yatmışlar. Həmin evdə o, yerdə yatmış, gecə saatlarında Qurban onun yanına gəlib əlini onun ağzına tutmuş, Qurban həmin vaxt lümlüt olmuşdur, Qurban onun xatırlamadığı rəngdəki tumanını əynindən çıxarmış, daha sonra onun yanında uzanmışdır. Qurban yenə də onun dalına və arxasına nəsə soxmuş, təxminən 20-30 dəqiqə onu incidib nəsə soxmuşdur. Yenə sonda onun içinə istilik gəlmiş və içinə nəsə tökülmüşdür. Qurban qurtarandan sonra yenə də əlindəki ağ salfetkalarla yeri və onun bədənini silmişdir. Durandan sonra Qurban yenə də ona kiməsə nəsə desə, onu öldürəcəyini deyib hədələmişdir. O da Qurban onu öldürər deyə qorxub heç kimə heçnə deyə bilməmişdir. Qurban onu incidərkən o, hər dəfəsində qışqırmaq istəsə də, Qurban onun ağzını bağlamışdır deyə səsi çıxmamışdır. Həm də o, Qurban ona nəsə edər deyə sonuncudan çox qorxmuşdur. Amma Qurban onu incidəndə çox ağrımışdır. Qurban 4 dəfə onu incidib gedəndə yerə su kimi nəsə dağılmış, Qurban özü salfetka ilə hamısında yeri silib getmişdir. O, bu barədə heç kəsə deməmiş, çünki Qurban ona “kiməsə nəsə desən səni öldürəcəm”- demiş və o, Qurbandan çox qorxmuşdur. Təqsirləndirilən şəxs bundan sonra onu yenə incitməmiş, onu incidəndə döyməmiş və vurmamış, ancaq əli ilə onun ağzını bağlamışdır. Qurban onu incidəndə o, qışqırmaq istəsə də, Qurban ona səsini çıxarmağa qoymamışdır. Həm də Qurban ona öldürəcəyini dediyinə görə heç kəsə qorxub heçnə deməmişdir. Qurban onu incitməmişdən əvvəl hər ayın ortasında aybaşı olmuş, ancaq Qurban mart-aprel ayında onu incidəndən sonra o, aybaşı olmamışdır. Ramazan bayramı vaxtı Saatlıdakı nənəsigildə qalıb, anası gəlib onları evə qaytaranda anasına xəstələnmədiyini demişdir. Anası da Solmaz həkimlə danışmış, Solmaz onu aparata aparmasını istəmiş, anası da həmin vaxt onu aparata aparmamışdır. Qurbandan başqa, o cümlədən məktəbdə onu heç kəs incitməmişdir. Qurban onu incidəndə həmişə anası Günay işdə olmuş, qardaşı Emil otaqda yatsa da, Qurban onun ağzını bağlayıb deyə səsi çıxmamışdır. Şahid1 məhkəmədə göstərdi ki, əri Şamxal 2014-cü ildə ölmüşdür. Şamxal ilə nikahdan 2010-cu il təvəllüdlü qızı Aysun və 2011-ci il təvəllüdlü oğlu Emil olmuşdur. O, 2020-ci ilin dekabr ayınadək qayınatasıgildə yaşamışdır. 14 dekabr 2020-ci ildə İmişli şəhərində yerləşən bazarda ev və mobil telefon alqı-satqısı ilə məşğul olan Qurbanın mağazasından mobil telefon alarkən Qurbanla tanış olmuş, daha sonra Qurbanla yaxın münasibət qurmağa başalmışdır. 2020-ci ilin dekabr ayının sonlarında Qurbanla dini kəbin yolu ilə ailə hayatı qurmuşdur. Qurban öz ailəsindən ayrılsa da, rəsmi qaydada boşanmamışdır. O, 2020-ci ilin dekabr ayından uşaqları və Qurbanla birlikdə kirayə etdikləri evdə yaşamışlar. O, İmişli şəhərində yerləşən çörək zavodunda işləmiş, iş vaxtı həftənin hər günü saat 16:00-dan növbəti gün, saat 08:00-a kimi olmuşdur. O, işdə olarkən uşaqlar Qurbanla birlikdə qalmışlar. Qurbanın onun azyaşlı qızı Asuna qarşı əxlaqsız hərəkətlər etməsi barədə məlumatı olmamış və heç nə hiss etməmişdir. Aysun təxminən 7- 8 ay əvvələ qədər, yəni 2021-ci ilin mart-aprel ayına qədər aybaşı olmuş, sonradan isə Aysun aybaşı olmamışdır. 27 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində keçmiş qayınanası Sənubər Şükürova ilə danışaraq Sənubər Aysunu həkimə göstərməsini xahiş etmişdir. Qurban onun uşaqlarını götürüb qaynanasıgilə aparmışdır. Təxminən bir neçə saat sonra Qurbanın mobil telefonuna keçmiş baldızı Kəmalə zəng etmiş və Aysunun 9 aylıq hamilə olduğunu demişdir. Daha sonra Aysun Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasında əməliyyat olunmuş, yeni doğulmuş uşağı 4-5 gün sonra həmin xəstəxanada ölmüşdür. Onlar 02 noyabr 2021-ci ildə sığınacağa yerləşdirilmişlər. Sığınacaqda olanda Aysun ona bildirmişdir ki, o, gecə saatlarında işdə olanda Qurban ikiüç dəfə onun yanına gəlmiş, onun ağzından tutub səsini çıxarmasına imkan verməmiş və onu zorlamışdır. Qurban onu öldürməklə hədələdiyinə görə bu barədə heç kimə deməmişdir. Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun nəvəsidir. Oğlu Şamxal 2014-cü ildə vəfat etmişdir. Bundan sonra gəlini Şahid1 nəvələri Aysun və Emil ilə birlikdə İmişli şəhəri, X.Bəylərov küçəsi, ev 53-də yerləşən onlara məxsus evə köçmüş, 2020-ci ilin dekabr ayına qədər onlarla birlikdə yaşamışlar. Günay 2020-ci ilin dekabr ayında yenidən ailə həyatı qurmaq, ayrı yaşamaq istədiyini demiş və uşaqları ilə birlikdə evdən çıxmışdır. Günay uşaqları ilə birlikdə təxminən 6-7 ay əvvəl İmişli şəhərində Zakir adlı şəxsin evində kirayədə qalmışdır. Sonradan qonşulardan Günayın İmişli şəhər bazarında disk-kaset satışı ilə məşğul olan Qurban adlı bir şəxslə kəbin kəsdirib, bir evdə kirayədə yaşadığını eşitmişdir. 27 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Qurban və Günay Emil və Aysunu onlara gətirmişlər. Kiçik nəvəsi Emil evdə onlara ana nənəsi Salatının Aysunun xəstə olduğu üçün həkimə göstərmək lazım olduğunu, Aysunun qarnına su gəldiyini demişdir. X5 götürüb İmişli rayon Mərkəzi xəstəxanasına aparmışdır. Bir az keçəndən sonra Sənubər ona zəng vurub Aysunu “USM”də müayinə edərkən onun 31 həftəlik hamilə olmasının müəyyən edildiyini demişdir. O, dərhal xəstəxanaya getmiş və bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermişdir. Həmin gün Aysun onlarda qalmış, axşam saatlarında Aysundan onu kimin incitdiyini soruşduqda Aysun ancaq Qurbanın iki dəfə onunla cinsi əlaqədə olduğunu, kiməsə bu barəd desə onu öldürəcəyi ilə hədələdiyini bildirmişdir. Uşaq olduğu üçün o, Aysundan başqa söz soruşmamışdır. Şahid X2 da məhkəmədə Şahid2la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid4 məhkəmədə göstərdi ki, Şahid1 uşaqları və Qurbanla onlara məxsus, İmişli şəhərində yerləşən evdə kirayədə yaşamışlar. Günay ona Qurbanla atasının razılığı ilə kəbin kəsdirdiyini demişdir. 28 oktyabr 2021-ci il tarixdə Günayın azyaşlı qızı Aysunun 31 həftəlik hamilə qaldığını eşitmişdir. Sonra isə internetdə Qurbanın Aysunu zorladığı və qızın hamilə qaldığı yazılmışdır. Şahid5 məhkəmədə göstərdi ki, onun İmişli şəhərində yerləşən evində 11 avqust 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək Təqsirləndirilən şəxs, Şahid1 və iki uşaqları ilə kirayədə yaşamışlar. Aysun çox sakit və tərbiyəli uşaq olmuşdur. 27 oktyabr 2021-ci il tarixdə o, xəstəxanada işdə olarkən Aysunun hamilə qaldığını eşitmişdir. Ona görə də həmin gün Günaygili evdən çıxarmışdır. Məhkəmə-tibb ekspertizasının 28 oktyabr 2021-ci il tarixli, 825 nömrəli rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulmanın müddəti iki həftədən artıqdır. Zərərçəkmiş şəxs hamilədir, hamiləliyin müddəti 31-32 həftədir. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər (arxa keçəcək dəliyinin açıq olması, sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması, düz bağırsaq selikli qişasının görünməsi) aşkar edilmişdir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı xəsarət aşkar edilmədikdə müddəti təyin etmək mümkün deyildir. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 19 noyabr 2021-ci il tarixli, xx-xx-1008/21 nömrəli məktuba əlavə edilmiş tibbi sənədlərin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs 29 oktyabr 2021-ci il tarixdə həmin xəstəxanada qeysəriyyə əməliyyatı yolu ilə yenidoğulmuş dünyaya gətirmiş, yenidoğulmuş 02 noyabr 2021-ci il tarixdə, saat 12:15-də həmin xəstəxanada ölmüşdür. Məhkəmə-tibbi genetik ekspertizasının 1 noyabr 2021-ci il tarixli, 21/6620R nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 29 oktyabr 2021-ci il tarixdə “Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanası” publik hüquqi şəxsində dünyaya gətirdiyi yenidoğulmuşun bioloji atası 99,99999773 % ehtimalla Təqsirləndirilən şəxsdur. Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 8 yanvar 2022ci il tarixli, 17 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik yoxdur, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunur, hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özünü müdafiə etməyə meyillilik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, məsuliyyətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilən əməli törətməsi cinsi tələbatını ödəmək istəyi ilə əlaqədar olmuşdur. Cinayət hadisəsini törədərkən onun psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən mühüm dəyişiklik yaranmamış, hadisə zamanı alkoqol sərxoşluğu fonunda, cinsi tələbatını ödəmək istəyi ilə qərarın təsviri hissəsində qeyd edilən əməli törətmişdir. Məhkəmə-psixoloji ekspertizasının 18 yanvar 2022-ci il tarixli, 11/507 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur, yaşına, əqli və psixi inkişafına görə hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı edilən hərəkətlərlə əlaqədar qorxu ilə müşayiət olunan emosional gərginlik halını keçirmişdir. Zərərçəkmiş şəxs yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına, eləcə də hadisə zamanı keçirmiş olduğu qorxu ilə müşayiət olunan emosional gərnginlik halına görə ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 26137 nömrəli məktubuna əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə 16-17 mart 2021-ci il tarixlərdə İmişli rayon inzibati ərazisindəki anten dairəsində olmuş, 2021-ci ilin aprel ayı ərzində yalnız aprelin 06-08 və 20-21 günlərində Saatlı rayon ərazisindəki anten dairəsində, digər günlərdə isə İmişli rayon inzibati ərazisindəki anten dairəsində olmuşdur. 2021-ci ilin iyul ayı ərzində yalnız 18 iyul 2021-ci il və 29-30 iyul 2021-ci il tarixlərdə Saatlı rayon ərazisindəki anten dairəsində, digər günlərdə isə İmişli rayon inzibati ərazisindəki anten dairəsində olmuşdur. 2021-ci ilin avqust ayı ərzində 9 avqust 2021-ci il tarixdə “Beyləqan rayonu, Sarısu”, 23 avqust 2021-ci il tarixdə “Mərdəkan qəsəbəsi” və 24 avqust 2021-ci il tarixdə Saatlı rayon ərazisindəki anten dairəsində, digər günlərdə isə İmişli rayon inzibati ərazisindəki anten dairələrində olmuşdur. Təqsirləndirilən şəxs 30 oktyabr 2021-ci il və 10 dekabr 2021-ci il tarixlərdə İmişli rayon polis əməkdaşları tərəfindən döyülməsi və qanunsuz hərəkətlərə məruz qalması səbəbindən cinayəti etirafedici ifadə verməsi ilə bağlı göstərdiyi xüsusatlar üzrə İmişli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılmış, onun göstərdiyi xüsusatlar təsdiq olunmadığından 16 fevral 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, zərərçəkmiş şəxs Aysun Şükürova xx.xx.2010-cu ildə doğulmuşdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində azyaşlı uşaq yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tədbiq etməklə və köməksiz vəziyyətindən istifadə edərək onu zorlaması və seksual xarakterli zorakılıq hərəkətləri etməsi, əmlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə zor tədbiq etməklə və köməksiz vəziyyətindən istifadə edərək zorla cinsi əlaqədə olmaması və ona qarşı seksual xarakterli hərəkətlər etməməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ilkin qismən etirafedici ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 149.3.3 və 150.3.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.3.3 və 150.3.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə sasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 31 oktyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza xərci 120 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351- 353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.3.3 və 150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 149.3.3-cü maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 150.3.3-cü maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasə təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-292/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-292/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver