Məhkəmə qərarları › İş №1(099)-292/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-292/2023

21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-292/2023 21.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas X5 oğlu və müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən göstərən Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvəllər məhkum olunmamış, işsiz, Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 1 B mənzil 15-də qeydiyyatda olmaqla, Şirvan şəhəri,Y.Çəmənzəmənli küçəsi, ev 61-də yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən isttifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2,795 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 01 ədəd polietilen kəsiyi bükümdə əldə edib, üzərində daşımaqla saxlamış və 23 dekabr 2022-ci il tarixdə saat 13:40 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Y.Çəmənzəmənli küçəsində, yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz saxladığı 2,795 qram olmaqla külli miqdar təşkil edən psixotrop maddə metamfetamin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd polietilen kəsiyi bükümdə aşkar edilərək götürülmüşdür.. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 dekabr 2022-ci il tarixdə, günorta saatlarında Şirvan şəhərində Bağ evləri Massivində əsgər yoldaşının yanına gedən zaman ona iki nəfər, Arslan və İsa adlı polis əməkdaşları yaxınlaşmışlar, yolda qaçan adamların kim olduqlarını ondan soruşdular. O, həmin şəxsləri tanımadığını bildirdikdə polislər ona əsəbləşib onu tutaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində Arslan adlı polis onu döymüş, ona 1 saat işgəncə etmişilər. Onun üzərində heç bir narkotik vasitə olmamış, polislər onu ailəsi ilə hədələyərək ona verilən narkotik vasitənin ona məxsus olmasını boynuna götürməyi məcbur etmişlər. Polislər ona üzərinə qoyulacaq narkotik vasitənin çəkisinin 1 qram olacağını bildirmişlər. O, təzyiq altında olduğu üçün üzərində narkotik vasitə olmasına dair ifadə vermiş, sənədləri imzalamışdır. Günahı olmadığı üçün barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında təqsirləndirilən şəxsin verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qısa müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. 23 dekabr 2022-ci il tarixdə səhər saat 10 radələrində yaşadığı evdən çıxıb küçədə hərəkətdə olarkən yerdə bir ədəd sellofan büküm olduğunu görmüş və həmin bükümü götürüb baxdıqda içərisində metamfetamin olmasını görmüşdür. Özü istifadə etməsi üçün cibinə qoyaraq üzərində saxlamışdır. Həmin gün, yəni 23 dekabr 2022-ci il tarixdə saat 13:40 radələrində Şirvan şəhəri, Y.Çəmənzəmənli küçəsində olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitələrin qanunsuz gəzdirliməsi ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparacaqlarını dedikdə, həmin vaxt ətrafda çoxlu sayda insan olduğu üçün, həmçinin onun üzərində psixotrop maddə olduğu üçün o, şəxsi axtarış aparılmasına etiraz etmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, o, da etiraz etməmiş və bilrikdə polis şöbəsinə gəlmişlər. Şöbədə polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmağa başlanılmışdır. Axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşub, olduğu halda könüllü təqdim etməyini təklif etdikdə oda, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin bükümün içərsində psixotrop maddə metamfetamin var. Həmin bükümün içərisi açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmiş, daha sonra polis əməkdaşları tərəfindən üzərində axtarış aparıldıqda başqa narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Polis əməkdaşları ondan həmin kütləni haradan əldə etdiyini soruşduqda səmimi olaraq yaşadığı evin yaxınlığında yerdən tapdığını və istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini demişdir. Daha sonra polis əməkdaşına təqdim etdiyi kütlə ağ zərfə qablaşdırılaraq üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunduqda, tərtib olunmuş protokol vəkil, polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “saxlanılan zaman üzərində psixotrop maddə olmaması, polis əməkdaşları ona təzyiq edərək, onu döyərək üzərinə psixotrop maddə qoyması, onu ailə üzvləri ilə hədələməsi, məcbur qalıb etirafedici ifadə verməsi və sənədlərə imza etməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərimişdir ki, 23 dekabr 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitə əldə edib üzərində saxlamaqla, istifadəsi ilə məşğul olmaqda və satmaqda şübhəlidir. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmış, daha sonra saat 13:40 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Y.Çəmənzəmənli küçəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşıb özlərinini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi etməsi və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs ilk öncə getmək istəməsədə də, sonra etiraz etməyib onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Sonra vəkilinin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra Ramal Vəliyvin üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini yaşadığı evin yaxınlığında yerdən tapdığını bildirmişdir. Daha sonra Ramal Vəlıiyevin təqdim etdiyi bir ədəd bükümdə olan psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən qablaşdırılaraq protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə baxış keçirilərkən ona qarşı heç bir təziq, təsir, döymə olmamışdır. Ramil Vəliyev barəsində narkotik maddələrin satışı barədə məlumat daxil olsa da, satma faktı müəyyən edilməmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin təhqiqatçısı X4 ifadəsində göstərmişdir ki, 23 dekabr 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil oldu ki, Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitə əldə edib üzərində saxlamaqla, istifadəsi ilə məşğul olmaqda və satmaqda şübhəlidir. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildi və həmin qərarın icrası ilə bağlı o, əməliyyat müvəkkili Şahid1 və polis nəfəri Şahid2 ibarət əməliyyat qrupu yaradıldı, daha sonra Şirvan şəhəri, Y.Çəmənzəmənli küçəsinə getmişlər. Əməliyyat müvəkkili Şahid1 və polis nəfəri Şahid2 Təqsirləndirilən şəxs yaxınlaşdılar, o, isə xidməti maşında gözləmişdir. Daha sonra Təqsirləndirilən şəxs saxlanaraq polis şöbəsinə gətirilmişdir. Təhqiqatçı kimi Təqsirləndirilən şəxs onun tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoydu və həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu və onu yaşadığı evin yaxınlığında yerdən tapdığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə onun tərəfindən qablaşdırılaraq protokol tərtib olundu və bütün iştirakçılar həmin protokola imza etdilər. Şahid Mustafa Əsgərov məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin saxlanıldığı küçə gəliş-gedişli olduğu üçün və ora insanların toplaşmaq ehtimalı olduğu üçün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış küçədə keçirilməmiş, Təqsirləndirilən şəxs ilkin sorğu sual olunan zaman üzərində metamfetamin olduğunu bildirmişdir. Bu səbəbdən də, vaxta qənaət etmək məqsədilə şəxsi axtarış keçirilməmişdən əvvəl təqsirləndirilən şəxsin üzərindən çıxan psixotrop maddənin qablaşdırıldığı zərfin üzərində təqsirləndirilən şəxsin cibindən psixotrop maddəyə oxşar kütlənin aşkar olunmasını qeyd etmişdir. Əgər təqsirləndirilən şəxsin üzərindən başqa növdə narkotik vasitə aşkar olsaydı həmin zərfi cırıb, başqa zərfdən istifadə edəckmiş, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə çıxmasaydı zərfi cırıb atacaqmış, şəxsi axtarışdan əvvəl maddi sübutun saxlanılması üçün zərfin üzərində qeydlər aparması sırf vaxta qənaət etmək məqsədi güdmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin əməkdaşı Şahid3 Elıin oğlu ifadəsində göstərimişdir ki, hazırda Şirvan şəhər Polis şöbəsində Post Patrul Xidmətində polis nəfəri kimi işləyir. 23 dekabr 2022-ci il tarixdə harada olmağmı dəqiq xatrlamır. Təqsirləndirilən şəxs tanımır, onun saxlanılmasında iştirak etməmiş, ona hər hansı bir təzyiq göstərməmişdir. Şahid3 məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, 2022-ci ilin dekabr ayında polis şöbəsində komendant kimi işləmiş, Təqsirləndirilən şəxs şöbənin inzibati binası, ö cümlədən Müvəqqəti saxlama yerinə keçirilən zaman onu görməmiş, təqsirləndirilən şəxsin valideynləri ilə danışmağını yadında olmadığını, ola bilsin ki, həmin ərəfədə Ramal tutulandan sonra valideynləri şöbəyə gələndə şöbənin qarşısında komendant kimi xidmət apararkən onlarla söhbət emiş olsun, lakin konkret yadında deyil. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin əməkdaşı X9 ifadəsində göstərimişdir ki, Şirvan şəhər Polis şöbəsində Post Patrul Xidmətində polis nəfəri kimi işləyir. 23 dekabr 2022-ci il tarixdə harada olmağnı dəqiq xatrlamr. Təqsirləndirilən şəxs tanımır, onun saxlanılmasında iştirak etməmişdir. Şahid İsa Zahidov məhkəmədə verilən suallara cavab olaraq şöbənin nəzarət buraxılış məntəqəsində işləyirəm. Şahid3 ilə həm eyni, həm də müxtəlif vaxtlarda xidmətdə olduğunu, polis şöbəsində yalnız nəzarət buraxılış məntəqəsində xidmət etdiyini, əməliyyat tədbirlərində iştirak etmədiyini, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini, Təqsirləndirilən şəxs onun saxlanılmasında iştirak etməyi barədə yalan ifadə verməsinin səbəbini bilmədiyini, Təqsirləndirilən şəxs ilə ümumiyyətlə münasibətinin olmadığnı, Təqsirləndirilən şəxs polis şöbəsində görmədiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə kimyəvi ekspertizasının 24 dekabr 2022-ci il tarixli 18/1340 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi-2,795 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonrakı qalıq 2,745 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edır. İş materiallarında olan 12 yanvar 2023-cü il tarixli 127 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindiromu narkomaniya xəstəliyi aşakr olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 21 yanvar 2023-cu il tarixli 115 saylı ambulator məhkəmə psixitarik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal hazırkı psixiatrik müayinənin nəticələri və s sübut edir. Belə ki, RP.Vəliyev əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı pisixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisəsini törədərkən öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməli barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. İş materiallarında olan 23 dekabr 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və məhkəmə baxışında tədqiq edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. İş materiallarında olan 23 dekabr 2022-ci il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şirvan şəhər məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” olunmasının əvvəli 23 dekabr 2022-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Şirvan ŞRP-nin CAB-nin əməliyyat müvəkiili Şahid1 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqında 23 dekabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallrında olan 29 dekabr 2022-ci il tarixli Şirvan şəhər X3 hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Şirvan şəhər 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 yanvar 2023-cü il tarixli arayışdan, xasiyyətnamədən və məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri H.Əliyev küçəsi ev 1B, mənzil 15-də yaşayır, himayəsində xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X8 adlı azyaşlı uşaqlarından vardır, yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət daxil olmamış yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 16 fevral 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 2,745 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan şəhər polis şöbəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetamin “külli miqdar” kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk məhkumluğunu, yaşayış yerindən müsbət xarakterizə olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxsnnun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Şirvan şəhər polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,745 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 23 dekabr 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 dekabr 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Şirvan Şəhər Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,745 qram psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar