Məhkəmə qərarları › İş №1(099)-292/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-292/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-292/2024 24.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1991-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində 02 sentyabr 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1982-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində 02 sentyabr 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qanunsuz yolla qazanc əldə etmək üçün həmkəndlisi Təqsirləndirilən şəxs2 və şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşıları və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa əsasən külli miqdarda narkotik vasitəni İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə edərək saxlayıb qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına daşımaq məqsədi ilə Təqsirləndirilən şəxs2la birlikdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçmiş, İran İslam Respublikasında Təqsirləndirilən şəxs2la birlikdə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayaraq həmin külli miqdarda narkotik vasitəni sonuncu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşımaqla qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri məlum olan İran İslam Respublikası vətəndaşları və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq o, Təqsirləndirilən şəxs2la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 30 avqust 2023-cü ildə, gecə saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən 18-ci sərhəd zastavasının 21-ci sahəsindən qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına keçmiş, İran İslam Respublikasında şəxsiyyətləri Əsgər və Səccəd adları ilə məlum olan İran İslam Respublikası vətəndaşları və qeyriləri ilə görüşmüş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq 31 avqust 2023-cü ildə külli miqdarda narkotik vasitə olan ümumi təmiz halda çəkisi 13860 qram qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə sonunculardan əldə edərək saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasına gətirmək üçün həmin tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs2la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yerləşən 18-ci sərhəd zastavasının 10-cu sahəsindən İİR-dan Azərbaycan Respublikasına qanunsuz olaraq keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xx.xx.2023-cü ildə, gecə saat 00:15-də saxlanılmış və qeyd olunan külli miqdarda narkotik vasitə onlardan aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırda ifadəsində göstərmişdir ki, tutulmamışdan 3 ay əvvəl “İnstagram” sosial şəbəkəsində Əsgər adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, 2023-cü ilin iyul-avqust aylarında onunla danışarkən Əsgər ona İrana gələrsə pul qazanmaq məqsədilə onun üçün narkotik vasitə verəcəyini və həmin narkotik vasitəni aparıb onun deyəcəyi şəxsə verəcəyi halda onların hər birinə 2000 manat pul verəcəyini demiş, əvvəlcə razılaşmasa da, lakin sonradan maddi cəhətdən imkansız olduğundan məcbur qalıb onunla razılaşmış, 28 avqust 2023-cü ildə kənddə həmkəndlisi Təqsirləndirilən şəxs2la görüşüb söhbət edərkən sonuncu ondan borca pul istəmiş, o, Əsgərin təklifini ona deyərkən Surxay onunla razılaşmış, 29 avqust 2023-cü ildə, saat 23 radələrində onlar birlikdə qanunsuz yolla İrana keçmək üçün sərhədə gedərək oradan gecə saat 02 radələrində dövlət sərhədindən qanunsuz yolla keçib İran ərazisinə keçmiş, onları Əsgərin əmisi oğlu Səccəd adlı şəxs qarşılamış və şəxsi avtomobili ilə onları evinə aparmış, gecə onun evində qonaq qalmış, səhər Səccəd içərisində narkotik vasitə olan iki ədəd qara rəngli bağlamaları gətirib onlara verərək onları qaçaq yolla Azərbaycana aparmaları üçün Araz çayının kənarına gətirmiş, çayın suyunun artdığını və çayı keçə bilməyəcəklərini görüb bağlamaları özləri ilə apara bilməyəcəklərini demiş, nəhayət avqustun 31-nə keçən gecə onlar sərhədi keçib Azərbaycan ərazisinə daxil olmuş, sentyabrın 1-də, gecə saat 00:15-də sərhədçilər tərəfindən saxlanılmış, baxış zamanı onlardan ümumilikdə iki ədəd qara rəngli, içərisində narkotik vasitə olan bağlamalar aşkar edilərək götürülmüş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək digər Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmədə verdiyi ifadələrini təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməllərin törədilməsində təqsirli olub-olmamalarını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının rəisi vəzifəsində xidmət edən Şahid1 Hüseyin oğlu şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 31 avqust 2023-cü ildə, saat 20:00-dan saat 00:00-dək 18-ci sərhəd zastavasında “Növbətçi Operator” xidmətinə təyin edilmiş əsgər Şahid2 xx.xx.2023-cü ildə, saat 22:14-də “PTZ” tipli videomüşahidə kamerasında 18-ci sərhəd zastavasının 10-cu sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfər şəxsin hərəkətini müşahidə etdiyini, həmçinin həmin şəxslərdən hər birinin üzərində bir ədəd bağlama olduğuna dair məruzə etmiş, sərhəd zastavasının şəxsi heyətini dərhal “Silaha” komandasına qaldıraraq ərazinin qapadılaraq axtarışlara başlanılması ilə bağlı tapşırıq vermiş, həmin vaxt növbətçi operator xidmətində olan əsgər Şahid2 sərhəd pozucularının hərəkətini müşahidə kamerası ilə izləyərək ərazidə axtarış aparan hərbi qulluqçuları sərhəd pozucularının olduqları istiqamətə yönləndirmiş, ərazidə aparılan axtarışlar zamanı dövlət sərhədini İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla keçən iki nəfər şəxs 01 sentyabr 2023-cü ildə, gecə saat 00:15-də tərəflərindən saxlanılmış, onlar saxlanılan zaman olduqları yerdən iki ədəd qara rəngli bağlamalar aşkar edilmiş və həmin bağlamalara baxış keçirilən zaman içərisindən narkotik vasitəyə bənzər maddə olması müəyyən olunmuş, onların Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmaları onlara məlum olmuş və adları qeyd olunan şəxslər səmimi olaraq xx.xx.2023-cü ildə, gecə saat 02 radələrində dövlət sərhədini qanunsuz yolla keçərək Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində getdiklərini, İran İslam Respublikasında içərisində narkotik vasitələr olan bağlamaları əldə etdikdən sonra həmin bağlamalardakı narkotik vasitəni xx.xx.2023-cü ildə əks istiqamətdə dövlət sərhədini qanunsuz yolla keçməklə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirdiklərini etiraf etmişlər. Sonra bu barədə protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid4 da Şahid1 Hüseyin oğlunun ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının rəisi, baş leytenant Şahid1 01 sentyabr 2023-cü il tarixli, 3-38-3/2-2464/2023 nömrəli raportundan görünür ki, 31 avqust 2023-cü ildə, saat 22:14-də 18-ci sərhəd zastavasının 10-cu sahəsi istiqamətindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində iki nəfər şəxsin hərəkəti müşahidə edilmiş, dərhal sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandasına qaldırılaraq mühəndis çəpəri və dövlət sərhəd xətti boyu ərazi qapadılmışdır. Aparılan axtarış tədbirləri nəticəsində 01 sentyabr 2023-cü ildə, saat 00:15-də sərhəd zastavasının 10-cu sahəsində, dövlət sərhəd xəttindən 1200 metr aralıda, mühəndis çəpərdən 150 metr içəridə sıx qamışlıq və kolluq ərazidə gizlənmiş vəziyyətdə iki nəfər Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmış və onlardan içərisində narkotik vasitəyə bənzər maddə olan iki ədəd bağlama aşkar edilərək götürülmüşdür. İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 01 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının 10-cu sahəsidir. Həmin istiqamətdə saxlanılmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları yerdən iki ədəd qara rəngli bağlamalar aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin bağlamaları qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirdiklərini bildirmişlər. İş materiallarında olan “predmetlərə baxış keçirilməsi haqqında” 01 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları ərazidən aşkar olunaraq götürülmüş olan iki ədəd qara rəngli bağlamalara baxış keçirilən zaman içərisində on dörd ədəd bükümdə, ümumi çəkisi 14300 qram təşkil edən qurudulmuş marixuanaya bənzər maddə olması aşkar olunmuş, on dörd ədəd büküm bir ədəd bağlamada qablaşdırılmışdır. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət sərhədindən qanunsuz yolla keçib Azərbaycan Respublikasından İran İslam Respublikasına getdikləri yer N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının 21-ci sahəsidir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 02 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1240 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sintetik torbada ümumilikdə on dörd ədəd bağlamalarda olan qurudulmuş marixuananın ümumi təmiz çəkisi 13 kq 860 qram təşkil edir. İş materiallarında olan 28 noyabr 2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş «Redmi» markalı qara rəngli mobil telefonun zənglər bölməsinə baxış keçirilən zaman xx.xx.2023-cü ildə adı telefonda “Sevda Esger” kimi yaddaşa qeyd edilmiş şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrədən və şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrədən cavabsız zənglər edildiyi, həmçinin mobil telefonun kontaktlar bölməsinə baxış keçirilən zaman həmin bölmədə adı telefonda “Sevda Esger” kimi yaddaşa qeyd edilmiş şəxsin istifadəsində olan “+98-***-***- **-**” saylı nömrənin və adı telefonda “Secad” kimi yaddaşa qeyd edilmiş şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrənin olması müəyyən edilmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasında Əsgər və Səccəd adlı şəxslərdən əldə edib qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirdikləri narkotik vasitənin İran İslam Respublikasının Aslandüz rayon, Hacılı kənd sakinləri, narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılığı ilə məşğul olan X5 və X3 olması müəyyən edilmişdir. İş materiallarında olan 28 noyabr 2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə şəxsiyyəti istintaqa Səccad adı ilə məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə arasında xx.xx.2023-cü ildə 3 halda “16, 11 və 37” saniyəlik danışıqlar, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə arasında xx.xx.2023-cü ildə 5 halda “45, 24, 130, 5 və 62” saniyəlik danışıqlar və şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə arasında xx.xx.2023-cü ildə 1 halda “150” saniyəlik danışığın olması aşkar edilmişdir. İş materiallarında olan 04 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən daxil olmuş qaiməyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsiyyəti istintaqa Səccəd adı ilə məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü ildə 3 halda olmaqla “15, 12 və 37” saniyəlik danışıqların olması aşkar edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 6226 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 6235 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13859.3 qram narkotik vasitə qurudulmuş marixuana, eyni zamanda Təqsirləndirilən şəxs1 götürülmüş 1 (bir) ədəd “REDMİ”markalı mobil telefon Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılır, baxış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etmələri qənaətinə gəlir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslərin əldə etdiyi narkotik asitə urudulmuş arixuana iqdarına örə külli miqdar” imi qiymətləndirilir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci ə ya 0-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah o lunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş v ə o nlar h əmin m addələrlə t əqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin tövsifi məsələsini müzakirə edərək onların hərəkətlərini Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası şərtlərinə u yğun g əldiyini n əzərə a lıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən əyin dilmiş əzaları ismən toplamaq yolu ilə onlara qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onların inzibati qaydada tutulduğu gündən, yəni 01 sentyabr 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 01 sentyabr 2023-cü ildən hesablanmaqla təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilmişdir İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan mhrum emə czasını üumi rjimli czaçəkmə üəssisəsində çkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onların barəsində seçilmiş həbs qtimkan tdbiri hkm qnuni qvvəyə inənədək əyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və 2 (iki) azyaşlı uşaqları ilə birlikdə or ada ya şamış, ya şayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və 2 (iki) azyaşlı uşaqları ilə birlikdə orada ya şamış, ya şayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda təqsirini etiraf etməklə əməlindən peşmanlıq hissləri keçirməsini, ailədə yeganə qazancgətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cə zasını yü ngülləşdirən ha llar qi smində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda təqsirini etiraf etməklə əməlindən peşmanlıq hissləri keçirməsini, ailədə yeganə qazancgətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cə zasını yü ngülləşdirən ha llar q ismində n əzərə a lır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrar cinayət törətmələrini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əs asən onların cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara ve rilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan, təmiz çəkisi 13859.3 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 götürülmüş 1 (bir) ədəd “REDMİ” markalı, qara rəngli mobil telefon onun qardaşı X2 qaytarılmalı, baxış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd CD di sk ci nayət iş inin ma teriallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, mlak və s. məyyən eilmədiyindən nların arəsində xsusi müsadirə təyin olunmamalıdır. Qeyd edilənlərlə yanaşı, ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manathər birindən 36 (otuz altı) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Ma medov Surxay Əli oğlundan alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) i 6 (ltı) a mddətə aadlıqdan əhrum emə czasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti cəza 8 (s əkkiz) i l müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun inzibati qaydada tutulduğu gündən, yəni 01 sentyabr 20 23-cü ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6(altı) a mddətə aadlıqdan mhrum emə czasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti cəza 8 (səkkiz) il mü ddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun inzibati qaydada tutulduğu gündən, yəni 01 sentyabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan təmiz çəkisi 13859.3 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 götürülmüş 1 (bir) ədəd “REDMİ” markalı, qara rəngli mobil telefon onun qardaşı X2 qaytarılsın, baxış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd CD disk cinayət iş inin ma teriallarında sa xlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat- hər birindən 36 (otuz altı) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əl i oğlundan alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şi kayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qü vvəyə mi nir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev

2. Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar