Məhkəmə qərarları › İş №1(099)-293/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-293/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-293/2025 25.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nüamyəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Salyan rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 150.2-1.1, 151, 153.1, 156.1 və 171-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs 12 iyul 2024-cü il tarixdən etibarən övladı Şahid1 sinif yoldaşı olan xx.xx.2010-cu il təvəllüdlü, hadisə zamanı 14 yaşlı yetkinlik yaşına çatmayan Salyan rayonu, Aşağı Kürkənd kəndində yaşayan Zərərçəkmiş şəxs istifadəsində olan “***-***-**- **” mobil telefon nömrəsi ilə işləyən “whatsapp” tətbiqində istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə “whatsapp” tətbiqi vasitəsi ilə əlaqə yaradaraq özünü “Əli” adı ilə təqdim etməklə inamını qazanıb sevgi münasibəti qurduqdan sonra, özünün cinsi ehtirasını təmin etmək, həmçinin Zərərçəkmiş şəxs cinsi ehtiras və istəyi oyatmaq məqsədilə “whatsapp” tətbiqi vasitəsilə kişi cinsiyyət orqanının fotosunu, həmçinin digər pornoqrafik xarakterli intim foto və videoları Zərərçəkmiş şəxs göndərib, sonuncunu açıq seksual xarakterli mövzularda danışmağa təşviq edərək, on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmiş, Zərərçəkmiş şəxs yalandan guya onunla ailə həyatı quracağını bildirib sonuncudan çılpaq foto şəkillərini və videolarını, qız uşağı olub-olmamasını yoxlamaq üçün real cinsi orqanını əks etdirən videolarını çəkib ona göndərməsinə nail olmaqla, Zərərçəkmiş şəxs aid şəxsi həyata dair uşaq pornoqrafiyasını əks etdirən materialları qanunsuz toplamaqla əldə edərək istifadə etdiyi telefonda saxlayaraq, çılpaq şəkillərini və videolarını əldə etdiyinə görə sonuncunun ondan asılı olmasından istifadə edib çılpaq video və fotolarını sosial şəbəkələrdə paylaşacağı və ailə üzvlərinə göndərəcəyi ilə hədə-qorxu gələrək köməksiz vəziyyətə salıb Zərərçəkmiş şəxs orta məktəb şagirdi olması və təvəllüdü haqqında məlumatının olması ilə əlaqədar aşkar surətdə 14 yaşında olmaqla yetkinlik yaşına çatmamasını etibarlı şəkildə bilib dərk edərək, çılpaq video və fotolarının onda olması ilə əlaqədar hər hansı müqavimət göstərmək imkanı olmamasından təsiretmə üsulu kimi yararlanıb, 26 avqust 2024-cü il tarixdə, gecə saat 01 radələrində Salyan rayonu, Aşağı Kürkənd kəndində sonuncunun yaşadığı evin yataq otağında 3-4 dəfə cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına sürtüb bir neçə dəfə onun yanaqlarından öpməklə iradəsi əleyhinə öz cinsi orqanını zərərçəkmiş şəxsin cinsiyyət üzvünə sürtdükdən sonra arxa keçid anal dəliyinə daxil edib cinsi ehtirasını təmin etməklə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, daha sonra, 12 sentyabr 2024-cü il tarixədək Zərərçəkmiş şəxs ilə telefon danışıqları zamanı sonuncunun ondan sair asılılığına görə çılpaq video və fotolarını sosial şəbəkələrdə paylaşacağı və başqa şəxslərə yayacağı ilə hədə-qorxu gələrək dəfələrlə cinsi əlaqəyə girməyə və seksual xarakterli digər hərəkətlərə məcbur etmiş, Zərərçəkmiş şəxs ondan ayrılmasından və ona qarşı etdiyi cinayət əməlləri barəsində anası X7 məlumat verməsindən sonra zərərçəkmiş şəxsdən qisas almaq məqsədi ilə 01 oktyabr 2024-cü il tarixdə Salyan rayonu ərazisində internet informasiya ehtiyatının “Tik-tok” platformasında özünə məxsus “azer_9626” profili adı altında 14 yaşlı Zərərçəkmiş şəxs şəxsi həyatının sirri olan məlumatları hesab olunan, uşaq pornoqrafiyasını əks etdirən çılpaq video və fotoçəkiliş materiallarını geniş istifadəçi kütləsi olan həmin platformada paylaşaraq yaymışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamla təqsirli bilməyərək ifadəsində qeyd etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Səfurəni anası Aysel vasitəsilə tanımışdır, o, Səfurəyə qarşı zorakılıq etməmişdir, onun səhvi Səfurənin atasından alıb anasına verilməsinə kömək etmək olmuşdur, ondan əvvəl Səfurənin bakirəliyini kimsə pozmuşdur, Səfurə ilə cinsi əlaqədə olmamış, ondan cinsiyyət üzvünün şəkillərini istəməmişdir, Salyan rayonunda yaşayır, Səfurə onun qızı ilə bir sinifdə oxumuşdur, bunu sonradan bilmişdir, Kürkənd kəndi Salyan rayonundan 5 km məsafədə yerləşir, 2 dəfə atası evdə olmayanda Səfurəgilin evində olmuşdur, Səfurəgilə çay içməyə getmişdir, anasının yanına aparmaq istəmişdir, Səfurə ilə sevgili olmuş, ona qarşı hisləri olmamışdır, o, Səfurəyə cinsiyyət üzvünün şəklini atmamışdır, ancaq Səfurə ona çılpaq videosunu atmış, o da Səfurənin anasına göndərmişdir, Səfurə ilə qucaqlaşıb şəkil çəkdirməkdə məqsəd onu öz övladı kimi qucaqlamaq olmuşdur, ***-***-**-** onun nömrəsidir, ***-***-**-** ya Səfurənin, ya da anası Ayselin nömrəsidir, Səfurənin yaşını 17 zənn etmişdir, onun 37 yaşı var, Ayselə “mənim gözəl qaynanam, bilmirəm sənə baxım ya Səfurəyə baxım” demişdir, belə ki, onunla zarafatı olmuşdur, Ayselə qızının videolarını almaq üçün 300 manat verdiyini demişdir, həmin videoları Fərid adlı dostundan almışdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü il iyulun əvvəllərində özünə məxsus olan “Redmi 9” markalı mobil telefonumda olan “Tik-tok” sosial şəbəkəsinə daxil olmuş və təsadüfən “S052” adında olan profilin videolar paylaşdığını görüb və həmin profilin paylaşdığı videolara baxmışdır. Bu zaman onun videoları paylaşan qızdan xoşu gəlmiş və “S052” adında olan profilin paylaşdığı şəkil və videolara “@azər_9626” adında olan öz profili ilə “like” ataraq bəyənmişdir. Təxminən 3-4 gün ərzində “Tik-tok” sosial şəbəkəsində “S052” adında olan profil ilə mesajlaşmış, sonradan həmin qızın “Tik-tok” sosial şəbəkəsində qeyd olunmuş mobil telefon nömrəsini telefonunun kontaktına qeyd edib istifadəsində olan “***-***-**-**” saylı nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” sosial şəbəkə vasitəsilə həmin qızın “Whatsapp” sosial şəbəkəsindən qeydiyyatdan keçdiyi ***-***-**-**” saylı nömrə ilə “Whatsapp” sosial şəbəkə vasitəsilə mesaj yazmağa başlamışdır. Birinci mesajında ona nömrəsini özündən uydurduğu Xanım adlı şəxsdən aldığını, özünü guya Xanımın sevgilisi Vüsalın dostu kim təqdim etmişdir. O, həmin qızdan adını öyrənmiş, qız da adının Səfurə olduğunu bildirdikdə, o da yalandan adının Əli olduğunu demişdir. O, əvvəl Səfurə ilə dost kimi mesajlaşmış, ilk dəfə tanış olanda ona 28 yaşı olduğunu demiş və Səfurə də ona 14 yaşının olduğunu bildirmişdir. O, “Whatsapp” sosial şəbəkə vasitəsilə Səfurəyə şəkilini göndərmiş, Səfurə da öz şəkilini göndərmişdir. Səfurə onun şəklinə baxıb onu bəyənmiş, o da Səfurəyə onu bəyəndiyini demişdir. Sonradan onlar sevgili olmuşlar və gün ərzində birbirinə “Whatsapp” sosial şəbəkə vasitəsilə mesaj yazmağa başlamışlar. O, mobil telefonunda Səfurənin adını “Nəfəsim” adı ilə qeyd etmişdir. Söhbət əsnasında Səfurədən harada və kimlə yaşadığını soruşmuş, Səfurə da ona Salyan rayonu, Aşağı Kürkənd kəndində atası ilə birlikdə yaşadığını bildirmişdir. Mesajlaşdıqları ərəfələrdə onunla cinsi əlaqədə olmaq fikri olmuş, lakin Səfurə ona cinsi əlaqə ilə bağlı fikirlərinin olmadığını, bunu yalnız 20 yaşından sonra etmək istədiyini, elə şeylərə həvəsinin olmadığını demiş, o da Zərərçəkmiş şəxs cinsi istəyini artırmaq məqsədilə öz telefonu vasitəsi ilə kişi və qadın cinsiyyət orqanını göstərən çoxlu videolar və şəkillər göndərməyə başlamış, hətta bir dəfə evdə olanda öz cinsiyyət orqanının da şəklini Səfurəyə göndərmişdir. Səfurə də yavaşyavaş cinsi əlaqəyə maraq yarandığını düşünüb daha çox şəkillər atmağa və onunla cinsi əlaqədə olmağı təklif etmişdir. Sonra Səfurə ona əvvəllər kiminsə onu zorladığını dediyi üçün şübhələnərək ondan bakirə olub-olmamağını yoxlamaq üçün həmçinin öz telefonunda saxlayıb boş vaxtlarında onun videolarına baxmaq üçün çılpaq şəkil və videolarını istəmiş, Səfurə təkidlə özünün çılpaq şəkillərini göndərmək istəməsə də, sonradan o çox istədiyi üçün məcbur qalıb çılpaq videolarını ona göndərmişdir. O, Səfurəyə əvvəlcə hansı pozalarda durmalı olduğunu, öz telefonunu önünə qoyub cinsi orqanını çəkməsini tapşırmış, ondan barmağını cinsi orqanına salmasını istəmiş, Səfurə özünün videosunu çəkib ona göndərəndən sonra daha çox istəməyə başlamış və Səfurənin çılpaq videolarını əldə edib özündə saxlamışdır. Səfurəylə telefonla danışanda onunla yenə də cinsi əlaqədə olmaq istədiyini demiş, lakin o razılaşmamışdır. O da Səfurəyə onunla cinsi əlaqədə olmayacağı təqdirdə çılpaq videolarını ailəsinə göstərəcəyini və internet sosial şəbəkələrində paylaşacağını bildirmişdir, çünki artıq Səfurənin onda olan çılpaq şəkil və videolarına görə ondan asılı vəziyyətdə olduğunu bilmişdir. Bundan sonra o razılaşdığı üçün əvvəlcə bir dəfə tanışı Fəridin avtomobili ilə Səfurənin yaşadığı Aşağı Kürkənd kəndindəki evlərinin yanına gedib orda 5-10 dəqiqə dayanmış, sonra onunla bir neçə dəfə özlərinin məhlələrində görüşüb söhbət etmişlər. Həmçinin bir dəfə də Səfurəgilin gecə radələrində dəqiq xatırlamadığı tarixlərində həyətlərinə girib evlərinin arxasında Səfurə ilə qucaqlaşmışdır. xx.xx.2024-cü il tarixdə spirtli içki qəbul etmiş və Səfurəyə mesaj yazaraq gecə onlara gedəcəyini bildirmişdir. Səfurə ona valideynlərinin evdə olduğunu bildirib onunla görüşə bilməyəcəyini demiş, o da əsəbiləşərək Səfurənin onda olan çılpaq videolarını yayacağını demiş, Səfurə də qorxduğu üçün onunla razılaşmışdır. O, həmin gün avqustun 26-da gecə saat 02 radələrində tanımadığı taksiyə əyləşərək onu Salyan rayonu, Aşağı Kürkənd kəndinə aparmasını demiş, Aşağı Kürkənd kəndində küçədə taksidən düşüb Səfurənin qaldığı evə getmişdir. O, “Whatsapp” sosial şəbəkə vasitəsilə Səfurəyə mesaj yazaraq qapıda olduğunu demişdir. Səfurə də gələrək həyətin küçə qapısının kilidini açmış və o, həyətə daxil olmuşdur. Həmin gün Səfurə açıq geyim geyinmiş, onlar gizlincə Səfurənin evinə girmişlər və Səfurənin yatdığı otağa keçmişlər. O, Səfurəyə paltarlarını soyunmasını demiş, Səfurədə əynində olan paltarlarını soyunmuşdur, lakin köynəyini çıxartmamışdır. O da əynində olan şalvarı və alt paltarını çıxartmışdır. O, cinsiyyət orqanını ereksiya vəziyyətinə gətirərək əvvəlcədən özü ilə gətirdiyi adını xatırlamadığı kremi şalvarının cibindən çıxaraq Səfurənin cinsiyyət orqanına, sonra da öz cinsiyyət orqanına sürtmüşdür. O, 3-4 dəfə cinsiyyət orqanını Səfurənin cinsiyyət orqanına sürtmüş, bir neçə dəfə Səfurənin yanaqlarından öpmüşdür. Sonra Səfurəni yataq otağındakı çarpayıya uzadıb cinsiyyət orqanını Səfurənin anal dəliyinə tam salmaq istəsə də cinsiyyət orqanı Səfurənin anal dəliyinə tam girməsə də, biraz girmişdir. Sonra Səfurə ona incitdiyini deyib səs saldığı üçün o həyacanlanmış və tez vaxtda Səfurənin cinsi orqanının üstünə boşalmışdır. Sonra səs eşitdiyi üçün dərhal əynini geyinmiş və evin arxa tərəfindəki hasardan tullanaraq qaçıb getmişdir. Təxminən 4-5 gündən sonra yenidən Səfurə ilə görüşmək istəsə də, Səfurə onunla görüşmək istəmədiyini və ondan ayrılmaq istədiyini bildirmişdir. O da əsəbiləşərək Səfurənin onda olan çılpaq şəkil və videolarını mesajla yazaraq ona paylaşacağını, nənəsinə göstərəcəyini xəbər vermişdir. Səfurə də ona yalvararaq onun video və şəkillərini paylaşmamasını, ondan ayrılmayacağını demişdir. O, sonradan yenə də onunla cinsi əlaqədə olmağı istəsə də Səfurə razılaşmamışdır. Buna görə ondan qisas almaq üçün əvvəlcə Səfurənin anasının dəqiq xatırlamadığı mobil nömrəsinə ***-***-**-** mesaj yazaraq qızı ilə sevgili olduğunu onunla evlənmək istədiyini demişdir. Qanuni nümayəndə də onunla görüşəcəyini demiş, lakin Aysel onunla telefonda kobud danışdığı üçün əsəbiləşərək qızı Səfurənin videosunu internetdə paylaşacağını bildirmiş və xx.xx.2024-cü ildə əsəbiləşərək “Tik-tok” sosial şəbəkəsində “@azer_9626” adlı profil hesabında paylaşmışdır. Sonra Qanuni nümayəndə onun barəsində şikayət etdiyi üçün tez həmin video və şəkilləri “tik-tok”dan silmişdir və istintaqdan qaçıb gizlənməyə başlamışdır. Həmin videoları təxminən 500-600 nəfərə yaxın adam görmüşdür. Həbsdə olanda isə Səfurənin atasının özünü öldürdüyünü eşitmişdir. (cild 1, i.v. 127-131, 145-148, 163-166, cild 2, i.v. 57-59, 166-169, 215-218). Təqsirləndirilən şəxs ifadələr arasındakı ziddiyyətin səbəbini ibtidai istintaqın ona qarşı qərəzlə aparılması ilə əsaslandırmışdır. Sonda Təqsirləndirilən şəxs təqsirinin olmadığını bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı sərbəst ifadəsində bildirmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, hadisə keçən ilin iyul ayının başlarında baş vermişdir, o, Həsənin qızı Tutuxanımla (bundan sonra Xanım) 9 il ərzində sinif yoldaşı olmuşlar. Yay ərzində bir dost kimi Xanımla telefonda danışmışdır. Bir gün Xanım ona onun Vüsal adlı bir sevgilisinin olduğunu və onun Əli adında bir yaxın dostunun olduğunu yazmış, onları tanış etməyi təklif etmişdir. O, əvvəl qəbul etməmiş, sonra nömrəsinin verildiyini görmüş və Həsən ona özünü Əli kimi təqdim edərək onunla tanış olmaq istəmişdir. Sonra Xanımdan niyə nömrəsinin ona verdiyini soruşmuşdur. Atası əsəbiləşər deyə bu məsələni ona deməkdən qorxmuş və Həsənə soyuq şəkildə salam yazmışdır. Sonra Həsən ona “gəl tanış olaq” yazmış, yaşını soruşmuşdur. Həmin vaxt 15 yaşım olmadığından, Həsənə 14 yaşı olduğunu demişdir. Sonra o da Həsənin yaşını soruşmuş, Həsən cavabında “Səndən 14 yaş böyüyəm” yazmışdır. O, Əliyə, yəni, Həsənə iyirimidən çox yaşı olduğunu və onunla tanış ola bilməyəcəyini demişdir. O, profildə öz şəklini paylaşmış, ondan profil şəklini görüb-görmədiyini soruşmuş, o da gördüyünü bildirmişdir. Amma 28 yaşlı birinə oxşamadığı üçün ona biraz şüphəli gəlmiş və içkili adama oxşatdığından, qorxmuşdur. Sonra Həsən onunla əxlaqsız və cinsi əlaqə ilə bağlı şeylər danışmağa başlamışdır. O, əvvəlcə ona cavab yazmamış və atasının telefonununu yoxlayacağını bildiyi üçün onun nömrəsini silmişdir. Ona da ona yazmamasını, yoxsa atasının telefonununu alacağını demişdir. Həsən ona yazmış, o isə cavab vermədiyi üçün ona zəng vururmuş. O, zənglərini görsə də cavablandırmamışdır. Bir gün ona mesajda yalandan Əlinin anası olduğu yazılmış və bildirilmişdir ki, zəngə cavab versin, Əli özünü öldürməyə çalışır. Ancaq o, yenədə zəngləri cavablandırmamışdır. Ondan kim olduğunu soruşduqda Əlinin anası olduğunu, oğlunun dərmanla intihar etməyə çalışıb xəstəxanaya düşdüyü deyilmişdir. O, əvvəl inanmamış, ancaq sonra telefondakı ona nənəsini tanıdığını və hər şeyi ona danışacağını bildirmişdir. Həmin vaxt anası ilə yaşamamış, nənəsigildə qalmışdır. Nömrəsini silməyinə baxmayaraq Həsən ona yenə yazmışdır. Bir gün ona əgər onunla cinsi əlaqədə olmasa, hər şeyi gedib atasına danışacağı ilə hədə-qorxu gəlmışdir. Əvvəlcə, qəbul etməmiş, təhdid etməyə davam etdikcə qəbul etmişdir. Gündüz vaxtı o, evdə tək olanda Həsən yaşadıqları evə gəlmiş və evdə cinsi əlaqədə olmuşlar. Həsən evdə çox qalmamış, ona tez getməsini, yoxsa atasının gələcəyini demişdir. Aradan təxmini 4-5 gün keçəndən sonra atası ondan telefonununu istəmiş, həmin vaxt onun adını telefonunda qız adı ilə qeyd etmişdir. Atası onun kim olduğunu soruşanda yalandan dostu olduğunu söyləmişdir. Atası ona zəng vurduqda o, zəngi cavablandırmamışdır. Əvvəlcə ögey anası otağa çəkilib kimləsə danışdığını deyərək şübhələnmiş, sonra atası da şübhələnmiş və telefonu əlindən almış, evdən kənara çıxmağı qadağan etmişdir. Bir gün atasından icazə ilə telefona baxdıqda Həsənin yenidən yazdığını görmüşdür. Ona atasının hər şeyi öyrəndiyini və ona bir daha yazmamasını deyib onu blok etmişdir, amma necə oldusa Həsən ona yenə zəng vurmuşdur. Yaşadığı hadisəyə görə fikrini dərslərinə yönləndirə bilməmişdir. Bir gün anası onu məktəbdən götürməyə gələndə onlar çıxıb səssiz yerə danışmağa getmişlər, sonra Həsən də yanlarına gəlmişdir. Anası ilə o, maşının içində oturmuşlar, o isə pəncərədə qalmışdır. Həsən orada münasibətləri haqqında danışmış və anasına zarafatyana qaynana olaraq səslənmişdir. O isə heç nə deməyib başımı aşağı salmışdır. Sonra bir dəfə anası onu götürməyə gələndə əvvəlcə sinif rəhbərilə danışmış, ona Həsənin şəklini göstərmiş və sinif rəhbəri də onu tanıyıb Xanımın atası olduğunu demişdir. Sonra anası onu götürüb Bakıya gətirmişdir. O, özünü anasına 23 yaşında kimi təqdim etmişdir. Deyəsən əvvəl Həsən anasını tanımışdır, onunla bir dəfə cinsi əlaqədə olmuşdur, Həsən onunla şəkilləri gecə evin arxasına gələndə çəkmişdir, Həsəni uşaq olanda görmüş, görüntüsü yadından çıxmışdır, Həsəni evə o buraxmışdır, atasıgil anası ilə görüşməyə, danışmağa icazə vermədikləri üçün olanları əvvəlcədən anasına danışa bilməmişdir, çılpaq videoları çəkməyə onu Həsən məcbur etmişdir, məcburiyyət o olmuşdur ki, atasına hər şeyi danışacağı ilə təhdid etmiş və ya özünü öldürəcəyini, məktubda da onun günahkar olduğunu yazacağını demişdir, Həsən ondan uzaqlaşsın, əl çəksin deyə bir dəfə ona Həsəndən əvvəl kiminsə təcavüz etdiyini demişdir, o, Həsəndən başqa heç kimlə cinsi əlaqədə olmamışdır. Sonda zərərçəkmiş şəxs həm ona yaşatdıqlarına, həm də atasının özünü öldürməsinə səbəb olduğuna görə təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə istintaqı zamanı sərbəst ifadəsində bildirmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, bir gün tanımadığı nömrədən ona zəng edərək onunla qızı ilə bağlı danışmaq istədiyini bildirmişdir. O da həmin vaxtlar atası icazə vermədiyi üçün qızı Səfurə ilə telefonla əlaqə saxlaya bilməmişdir, Əvvəlcə qızına nəsə olduğunu zənn edərək nömrəyə kim olduğunu yazmışdır. Ona adının Əli olduğunu və qızı ilə sevgili olduğunu söyləmişdir. Sonra onunla görüşmək istədiyini bildirdikdə ona oxuduğu restorana gəlməsini demişdir. Stansiya tərəfdə olduğunu söylədikdə o da restorandan çıxıb, stansiyaya tərəf getmişdir. O, 11-ci sinifdə oxuyan oğlan uşağı olacağını zənn etmişdir. O, maşınla yoldan keçərkən bu şəxsi yolun kənarında görmüşdür. Sonra maşının pəncərəsini çox az açmış və ondan kim olduğunu soruşduqda adının Əli olduğunu və 23 yaşında olduğunu bildirmişdir. Sonra ona “qızın mənə bağlıdır, öl desəm ölər, qal desəm qalar” demişdir. Qızı ilə az əvvəl, görüşdüyünü demişdir. Həmin adam ona “Safuranı burdan aparın, atası ona çöldə söyüşlər söyür, evdə ona işgəncə edir” demişdir. Oradan ayrılandan sonra növbəti gün vəkillə əlaqə saxlamış, olanları ona danışmış, sonrakı 1 həftə ərzində həmin adamla əlaqə saxlamış, “Safura necədir, onunla danışmısan?” kimi suallar vermişdir ki, qızını nə dərəcədə manipulasiya etdiyini öyrənsin. 2 gün sonra keçmiş yoldaşı ilə əlaqə saxlamış, qızı ilə danışmış və Safuraya bu mövzunu bildiyini, qızının qorxmayıb olanları danışması üçün ona güvəndiyini söyləmiş, Səfurə danışmaq istəmədiyini söyləmişdir. Sonra bu şəxs ona Səfurənin yaşadığı evin qapısının şəklini göndərdikdə onun evə girib-çıxa bildiyini anlamışdır. Növbəti 1 həftə ərzində həm vəkillə, həm də uşaq psixoloqu ilə əlaqə saxlamış, bir gün qızını müəlliməsindən icazə alıb məktəbdən götürüb parka tərəf getmiş, Həsən yolun o biri tərəfində olmuş, qızı onu görəndə qorxmuş, hətta ağlamışdır. Sonra maşının pəncərəsini açmış və Həsən Səfurəyə “ananla get, qorxma, anan səni məndən ala bilməz, mənim əlim böyük yerlərə çatır” və bu kimi bir sıra təhdidlər etmişdir. Sonra ona gecə vaxtı evin şəkillərini atmağa başlamışdır. O, işlərindən imtina edib məktəbə getmiş və Safuranın müəlliməsi ona Safuranın bu aralar dərslərdə çox diqqətsiz və fikirli olduğunu bildirmişdir. O, çölə çıxıb özünü saxlaya bilməyərək ağlamışdır. Sonra müəlliməyə şəkli göstərib qızının bu şəxslə danışdığını söylədikdə müəllimə onun Tutuxanımın atası Həsən olduğunu söyləmişdir. Onun yaşıyla bağlı şübhələri olmuş, amma araşdırmaq üçün çox da üstünə getməmişdir. Sonra uşağını da bəhanə ilə götürüb Bakıya qayıtmış, yolda gedərkən qızını danışdırmış və o zaman onların cinsi əlaqədə olduqların öyrənmişdir. Qızını psixoloqa aparmış, oradan da vəkilin yanına getmişdir. Yoldaşının ailəsi ilə danışa bilməmiş, belə ki, maşınına hücum etmişlər, hətta prokurorluqdan dəstəklə çıxa bilmişdir. Yoldaşı da hətta qızını götürüb çıxmağa şərait yaratmışdır. Atası 2024-cü il noyabrın 14-də bu hadisəni öyrəndikdən sonra canına qəsd etmişdir. O, yoldaşı ilə danışıb görüşmüşdür. Qəyyumluqda qızının qəyyumluğu yoldaşıma məxsus olduğuna görə ikisi də ora çağırılmış, qızım onun yanında qalmaq istədiyini bildirmişdir. Noyabrın 14-ü o, Gürcüstana gedəcəkmiş və həmin gün yoldaşı ilə danışmış, ona vidalaşırmış kimi özünə və Səfurəyə yaxşı baxmağımı söyləmişdir. Əvvəlcə nəyə görə elə danışmasını başa düşməmiş, həmin gün telefonda yoldaşının özünü asdığını öyrənmişdir. Atası qızının başına gələnləri bildikdən heç bir həftə keçməmiş dözə bilməyərək özünü öldürmüşdür. Səfurənin dərsləri əvvəlcə çox yaxşı olmuş, Təqsirləndirilən şəxs ona qarşı törətdiyi cinayətlərdən sonra dərslərdən geri qalmış və imtahanda az bal toplamışdır. Sonda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi həm qızına yaşatdıqlarına, həm də qızının atasının özünü öldürməsinə səbəb olduğuna görə təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə şahid X1 məhkəmə istintaqı zamanı sərbəst ifadəsində bildirmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, atası barədə deyilənlər hamısı böhtandır, başqa heç nə bilmir, onu Xanım deyə çağırırlar, ***-**-** atasının nömrəsidir, o, telefon işlətmir, atası ilə Səfurənin bir-birlərini haradan tanıdığını bilmir, sevgili olduqlarını bilmir, atası onun nömrəsini sındırmışdır, nömrəsini xatırlamır, Səfurəyə atasının telefonundan Əlinin özünü pis hiss etdiyinə dair mesajları o yazmamışdır. İş üzrə Şahid2 məhkəmə istintaqı zamanı sərbəst ifadəsində bildirmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, xatırlamadığı tarixdə Həsən yanına gəlmiş və təcili bir yerə getməli olduğunu demiş, ona da onunla getməyi xahiş etmişdir. Hansı kəndə getdiyini bilməmiş, yolu ona Həsən izah etmişdir. Onun dediyi yerə çatmışlar, qayıdanda nə üçün gəldiyini soruşduqda, burada qız istədiyini, ona görə gəldiyini demişdir, qızın yaşının az olduğunu demişdir, o da evli və azyaşlı qızı olduğunu bildiyi üçün etdiyi hərəkətin doğru olmadığını Həsənə bildirmişdir, Həsən ona 300 manat verməmişdir, o, Səfurəni tanımamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, video və foto görüntülər, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - « Mobil telefona baxış keçirilməsi haqqında » 09 oktyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş disklərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Redmi 9” markalı mobil telefonda “+99*** *** ** **” saylı mobil nömrəsinin olduğu müəyyən edilmişdir. Mobil telefona baxış keçirən zaman Təqsirləndirilən şəxs “+99*** *** ** **” saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş olduğu “Whatsapp” ani mesajlaşma mübadilə sistemində “+99*** *** ** **” saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş Zərərçəkmiş şəxs mesajlaşma hissəsində olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs özünə məxsus olan mobil telefonunda Zərərçəkmiş şəxs adını “Nəfəsim” kimi qeyd etmişdir. Həsən ilə Səfurənin arasındakı dialoqa baxış keçirilən zaman bir-birləri ilə gündəlik mesajlaşmaları, Səfurənin ona özünün çılpaq fotoşəkil və videolarını göndərməsi, Həsənin ona şəkillər və səsli mesajlar atması müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs məxsus olan “Redmi 9” markalı mobil telefonda olan “Tik-tok” tətbiqinə daxil olan zaman “@azər_9626” adında profil hesabının olması da aşkar edilmişdir. (C-İ, i.v. 152-154). - « Mobil telefona baxış keçirilməsi haqqında» 14 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan “Samsung A12” markalı mobil telefonun üzərində “+99*** *** ** **” saylı mobil nömrənin olduğu müəyyən edilmiş, həmçinin mobil telefonda Təqsirləndirilən şəxs aid “+99*** *** ** **” saylı mobil nömrənin qeyd edildiyi aşkar edilmiş, bundan başqa sübut əhəmiyyəti kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. (C-İ, i.v. 234) - « Diskə baxış keçirilməsi haqqında» 24 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs telefonundakı “Whatsapp” proqram təminatında olan sms yazışmaları Təqsirləndirilən şəxs istifadəsində olan və həmin proqram təminatından qeydiyyatdan keçmiş “***-***-**-**” saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan telefonda adı “Nəfəsim” kimi qeyd edilən “***-***-**-**” saylı mobil nömrə arasında olan sms yazışmalarıdır. Mesajların içərisində sms mətnləri, müxtəlif səs yazılar və qadın və kişi cinsiyyət üzvünü özündə təlqin edən materiallardır. SMS mətnlərindən görünür ki, ilk mesaj xx.xx.2024-cü il tarixdə saat 16:06-da “salam necəsən, sizin nömrənizi Xanım verdi, dostumun sevdiyi qız” tiplidir və “***-***-**-**” saylı mobil nömrədən, yəni Təqsirləndirilən şəxs tərəfindən yazılmışdır. Bundan başqa mesajları içərisində çoxsaylı intim xarakterli, kişi və qadın cinsiyyət üzvlərini özündə əks etdirən foto və videomateriallar Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş, göndərilən şəkillərdən sonra Təqsirləndirilən şəxs mesajlarda Zərərçəkmiş şəxs onu bu tip şəkilləri göndərməkdə məqsədinin onda intim hərəkətlərə olan hisslərinin oyanması və onunla gələcəkdə cinsi əlaqədə ola bilməsi olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs bundan sonrakı mesajlarda təkidlə Zərərçəkmiş şəxs ona özünün cinsi orqanını göstərən video və şəkillər göndərməsini tələb edərək onunla gələcəkdə evlənməsi üçün onun bakirə olub-olmadığını dəqiqləşdirmək istədiyini demişdir. Mesajlardan göründüyü kimi Zərərçəkmiş şəxs ona özünün çılpaq video və şəkillərini göndərdikdən sonra Təqsirləndirilən şəxs daha çox şəkil və video göndərməsini istəmiş, bundan sonra xx.xx.2024-cü il tarixdə olan mesajların mətnindən görünür ki, Təqsirləndirilən şəxs həmin gün Zərərçəkmiş şəxs evinə gedəcəyini bildirmiş və getmişdir. Bundan başqa avqustun 26-da saat 09:13-dən sonrakı mesajların mətnində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə danışaraq “sən artıq mənim arvadım oldun, sənin qızlığını açdım, evə gələndən sonra çimdin gördüm ki, mənimki qandır, sən qız deyilsən, yalnız mənə məxsussan, tipli mesajlar yazmışdır. Bundan başqa növbəti günlərdə olan mesajlarda Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs təkrar onunla cinsi əlaqədə olmağı təklif etmiş, Zərərçəkmiş şəxs mesajla ona yazaraq Təqsirləndirilən şəxs ayrılmaq istədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 09:31-də Zərərçəkmiş şəxs mesaj yazaraq “mənə atdığın o videolar var ha, onların hamısını paylaşacam səndən qisas alacam, gedirəm nənənin yanına o videoları göstərəcəm” deyərək hədə-qorxu gəlmişdir. ( C-İİ, i.v. 145-155) - « Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» PHŞ-nin 27 sentyabr 2024-cü il tarixli, 424 №-li ekspert rəyindən görünür ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində və arxa keçəcək nahiyəsində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa, müddəti haqqında fikir söyləmək mümkün deyildir. ( C-İ, i.v. 60-63) - «Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» PHŞ-nin 16 noyabr 2024cü il tarixli, 493 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı patologiya, anomaliya aşkar edilməmişdir. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. (C-İİ, i.v. 16-19) - «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» PHŞ-nin kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 04 oktyabr 2024-cü il tarixli, 2901 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir, Zərərçəkmiş şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs əqli-intellektual inkişafı, qavrama qabiliyyəti yaş xüsusiyyətlərinə uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Fərdi-psixioloji xüsusiyyətlərində yeniyetmə yaş dövrünə məxsus - sərbəstliyə və müstəqilliyə can atmaq, tez qərar vermək, emosionallıq kimi xüsusiyyətlər aşkar olunur. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli olan halları düzgün qavraya bilər. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilmədi. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik müəyyən olunmadı. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. ( C-İİ, i.v. 20-23) - «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» PHŞ-nin kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 11 oktyabr 2024-cü il tarixli, 2966 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs heç bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Onda xasiyyətin psixopatik ciszgilərinə xas olan əlamətlər: emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, eqosentrizm və s. kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsini adekvat olaraq qavramaq qabiliyyətinə malikdir, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik müşahidə olunmur, əsas fərdi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur, əqli və psixi inkişafına görə kənar təsir altına düşmə əlamətləri aşkar olunmur. ( C-İİ, i.v. 24-28) - «Məhkəmə-sənətşünaslıq ekspertizası»-nın 06 yanvar 2025-ci il tarixli, 11/764 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi 9” markalı mobil telefonun “whatsapp” mobil proqramında olan “Nəfəsim” adı ilə qeyd olunmuş Zərərçəkmiş şəxs tərəfindən göndərilmiş və baxış keçirilərək diskə köçürülməklə ekspertizaya təqdim edilmiş 1 ədəd DVD diskdə olan 15 ədəd video görüntülər pornoqrafik xarakterlidir. (C-İİ, 86-90) - «Məhkəmə-fonoskopik ekspertizası»-nın 14 fevral 2025-ci il tarixli, 4/1942-4/1991 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi 9” markalı mobil telefonun “whatsapp” mobil proqramında olan “Nəfəsim” adı ilə qeyd olunmuş Zərərçəkmiş şəxs göndərilmiş və baxış keçirilərək diskə köçürülməklə ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi- Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş mübahisəli fonoqramlarda montaj əlamətləri müəyyən olunmamışdır. Həmin səs yazılardakı danışıqların məzmunu “Başqa nə var nə yox, işdərin güjdərin? Sənin öz şəxsi vəziyyətin necədi? onda buyün evdə olassan da? Yəni evdə olsan zəngnən danışarıx, imkan olsa səs at mənə çox darıxıram, səsini eşitmək istəyirəm və s.” tipli sözlərdən ibarətdir. ( C-İİ, i.v. 181-186) - « Fotoşəkillərə baxış keçirilməsi haqqında » 08 oktyabr 2024-cü il tarixli, protokoldan görünür ki, baxış zamanı bir şəkildə “Tik-tok” sosial şəbəkəsində “@azer_9626” adlı profilin olduğu hesabın olması, ikinci şəkildə isə Zərərçəkmiş şəxs çılpaq vəziyyətdə olan şəkillərinin olması, həmin şəkillərin üzərinə baxan zaman sol aşağı tərəfdə bəyənmələrin olması müəyyən olunmuşdur. Bu da onu göstərir ki, “@azer_9626” adlı profil hesabı sahibi Təqsirləndirilən şəxs tərəfindən paylaşılmış Zərərçəkmiş şəxs çılpaq vəziyyətdə olan video və fotoşəkilləri 527 nəfər şəxs tərəfindən baxılmışdır. ( C-İ, i.v. 120-121) Cinayət işinə əlavə edilmiş Salyan RMX-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı qeyd olunan xəstəxanada qeydiyyatda olmamışdır. (C-İ, i.v. 187) Salyan Rayonlararası Psixiatriya Xəstəxanasından daxil olan 05 noyabr 2024-cü il tarixli, 283 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adı qeyd olunan xəstəxanada qeydiyyatda olmamışdır. ( C-İİ, i.v. 3) - «Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanıma haqqında» 08 oktyabr 2024-cü il tarixli, 836 nömrəli qərardan görünür ki, Qanuni nümayəndə cinayət işi üzrə zərərçəkmiş şəxs X2 qanuni nümayəndəsi qismində tanınmışdır. (C-İ, i.v. 85) - «Zərərçəkmiş şəxs qismində tanıma haqqında» 08 oktyabr 2024-cü il tarixli, 942 nömrəli qərardan görünür ki, X5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (C-İ, i.v. 90) - «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 09 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 150.2-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (C-İ, i.v. 140) - Salyan Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 4(057)-91/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müdddətinə həbs qətimkan tədbiri seçillmişdir.(C-İ, i.v. 176-180) - «Sübutların qiymətləndirilməsi haqqında » 13 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi 9” markalı mobil telefon öz xüsusiyyətinə, əlamətlərinə, içərisində foto və videoçəkiliş materiallarını, həmçinin sms məlumatlarını saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut qismində tanınmışdır. ( C-İİ, i.v. 188-206) Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi : Məhkəmə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs ilə sevgili olmaması, onunla qızı kimi qucaqlaşıb şəkil çəkdirməsi, onunla danışmaqda məqsədinin onu atasından alınıb anasına verilməsinə kömək etmək olması, belə ki, anası ilə münasibətinin olması, Səfurənin ondan əvvəl başqa şəxslə cinsi əlaqədə olmasına dair dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, işdə olan Təqsirləndirilən şəxsla Qanuni nümayəndə arasında vatsap yazışmalarından görünür ki, Təqsirləndirilən şəxs Qanuni nümayəndə“. Safuşa deyirəm, canım, ananla arada yazışıram, çox yaxşı insandır, gözəl qızdır, sən də gözəl, o da gözəl, adam bilmir hansınıza baxsın, dedi Əli səni gömərəm bura” yazmış, həmçinin Safura ilə olan qucaqlaşdığı şəkili anası Qanuni nümayəndə göndərərək “onu məndən kimayrı tuta bilər, mən gedirəm ora, Safuşumun yanına, narahat olma, canım qaynanam, Safurama məktub yazım, sabaha Xanıma verəcəm aparsın, Safuşumu gördün, artıq heç kim onu məndən ayrı tuta bilməz, o mənim ömür gün yoldaşım oldu, ikimiz də istəyimizə nail olduq o mənim dəlimdir..sən qızını unut, Aysel, düşdün qara siyahıya,..Aysel, bu gecə atacam baxarsan sən öl, 2 saat gözlə atacam, sənin qızının çılpaq videosunu almaq üçün kiminsə əlindən 10 min verdim, ay bədbəxt,.. mənim nömrəmi blokdan çıxart, sənə video atıram, demişdim sənə, çıxartmasan video başqa yerdə olacaq, səni gözləyirəm, yarım saata çıxar, 4 video atacam, sonra atarsan bloka, özün bil, gör sənə dedim, diz çökəcəksən qarşımda, gözlə bax sosyal şəbəkələrə” mesajları yazmış, videoları ona göndərərək, Safurayla onu danışdırmasa pornoqrafik videoları paylaşacağı ilə onu hədələmişdir. (1-ci cild, i.v. 18-59, 65-71) Məhkəmə iclasında təqsirləndirilən şəxs həmin nömrələrin ona məxsus olduğunu təsdiq etmişdir. Həmçinin, qızı Şahid1 ilə Safuraya göstərmək məqsədilə guya Əli adlı şəxs kimi öz qızı ilə yazışmış, həmin yazışmalarda guya Tutuxanımdan Safuranı maraqlanmış, onun vasitəsilə məktub göndərəcəyini bildirmişdir. (1-ci cild, i.v. 49-53) Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə zaman öz təqsirini tam olaraq etiraf etmiş, videoçəkilişlə təfərrüatlı etirafedici ifadələr vermiş, barəsində həbs qətimkan tədbiri seçilərkən törətdiyi əməli etiraf etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin məhkəmə istintaqında irəli sürdüyü dəlilləri toplanmış sübutlarla tam olaraq təkzib edildiyindən, məhkəməə həmin ifadələri məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirərək, mötəbər sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs ARCM-in 150.2-1.1, 151, 153.1, 156.1 və 171-1.1-ci maddələri ilə nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini təqsirli olaraq törətməsi özünün ibtidai istintaq dövründə verdiyi ifadələri, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adı qeyd edilmiş şahidlərin ifadələri, «baxış keçirilməsi haqqında» protokollar və ona əlavə edilmiş videodisklər, «zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» protokol və ona əlavə edilmiş disk və digər yazılı sənədlərlə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxslər haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (ARCM-in 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edilməsi ilə bağlı aşağıda qeyd olunanları nəzərə almağı zəruri hesab edir: - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 09 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş, sonuncu dəfə Salyan Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3, 221.3-cü maddələri ilə 02 il 11 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasıına məhkum edilmiş, 19 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. ( C- İ, i.v.188-190) Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC-dən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda yaşamış və yaşadığı müddət ərzində barəsində Salyan MİTTİB MMC-yə heç bir ərizə və şikayət daxil olmamışdır. (C-İ, i.v. 197-199) Məhkəmə işin yuxarıda qeyd olunan hallarını Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilərkən aşağıda qeyd olunan hüquq normalarının nəzərə alınmasını zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 11-ci maddəsinə əsasən zorakılıq, qəddarlıq təbliğ edən və ya erotika və pornoqrafiya mövzusunda olan, habelə uşaqların psixi və mənəvi inkişafına zərərli təsir göstərən filmlərin, ədəbiyyatların və digər vəsaitlərin uşaqlar arasında yayılması və nümayişi, habelə bunların hazırlanmasına uşaqların cəlb edilməsi qadağandır. “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” X3 təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsində qeyd olunmuşdur ki, hər bir Tərəf zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayətlərə görə onların ağırlığı nəzərə alınmaqla səmərəli, mütənasib və kəsərli cəzaların nəzərdə tutulması təmin edilsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli Plenum Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Plenum Qərarında qeyd olunmuş mövqeyə uyğun olaraq məhkəmə aşağıda qeyd edilənləri nəzərə alır: iş materiallarında olan vatsapp yazışmalarının və zərərçəkmiş şəxsin ifadələrinin birgə təhlilindən görünür ki, təqsirləndirilən şəxs qızı Şahid1 guya sonuncunun Safuraya özünün sevgilisi Vüsal adlı şəxsin dostu Əlinin onunla tanış olmaq istədiyini bildirtmiş, Şahid1 da Safura Əzizovanın iradəsi əleyhinə onun telefon nömrəsini guya Əli adlı şəxs olan öz atasına vermiş, öz qızı ilə Safuraya göstərmək məqsədilə guya Əli adlı şəxs kimi yazışmış, həmin yazışmalarda guya Tutuxanımdan Safuranı maraqlanmış, onun vasitəsilə məktub göndərəcəyini bildirmiş, qızının yaşına uyğun olmayan hərəkətlərdə iştiraka sövq edərək, öz qızının tərbiyəsinə mənfi təsir edən hərəkətlər etmişdir. Bundan başqa, cinayət hüquq nəzəriyyəsində zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən asılılığının maddi, xidməti və sair asılıq növləri müəyyən edilir. İşin yuxarıda qeyd edilən hallarının təhlilindən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən sair asılılığın növü olan psixoloji asılılıq halında olmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 15 sentyabr 2022-ci il tarixli Qərarında qeyd olunan hüquqi mövqeyə görə, sair asılılıq dedikdə maddi və xidməti asılılıq istisna olmaqla, bütün digər asılılıqlar başa düşülür. Buraya təqsirkarla zərərçəkmiş arasında mövcud olan münasibətlərin xarakterindən asılı olaraq fiziki (məsələn, xəstə ilə ona qulluq edən şəxs arasında və s.), mənəvi (ailə üzvləri, məşqçi ilə idmançı, müəllim ilə şagird arasında və s.), sosial (qapalı sosial qrupların, kollektivlərin (sinif, hərbi hissə, dini sekta və s.) qeyri-formal liderlərindən olan asılılıq), psixoloji asılılıq (zərərçəkmişlə onun azadlığını məhdudlaşdıran şəxs arasında, rüsvayedici məlumata malik olan şəxsdən asılılıq və s.) və s. kimi asılılıq formalarını aid etmək olar. İctimai münasibətlərin müxtəlifliyi, yeni münasibət növlərinin yaranması (məsələn, virtual) şərh edilən maddədəki “sair cəhətdən asılılıq” anlayışının məzmununu genişləndirir. Bəzi hallarda asılılığın dərəcəsi yalnız zərərçəkmiş şəxsin həyat tərzinə, şəxsiyyətinə, işinə və ailəsinə təsiri baxımından müəyyən edilə bilər.” İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəlcə zərərçəkmiş şəxsi “sevgi” münasibətilə ələ alaraq onu aralarındakı münasibətə görə uşaq pornoqrafiyası hesab olunan görüntülərini göndərməli olduğuna inandırmış, dəfələrlə həmin görüntüləri ondan tələb etmiş, zərərçəkmiş şəxsin sərbəst iradəsindən kənar onları əldə etdikdən sonra sonuncu ondan xilas olmaq istəyərkən onu həmin görüntüləri sosial şəbəkədə yayacağı, həmçinin, zərərçəkmiş şəxsin atasından və digər ailə üzvlərindən çəkinməsini bilib onu həmin videoları onlara göndərməklə hədələyərək sonuncunu özündən psixoloji cəhətdən asılı vəziyyətə salmış, zərərçəkmiş şəxsin onunla cinsi əlaqədə olmayacağı təqdirdə həmin videoları atasına və nənəsinə göndərəcəyi ilə bağlı hədələmiş, sonuncunun ondan psixoloji cəhətdən tam asılılığına nail olduqdan sonra onunla sərbəst iradəsi əleyhinə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxsin atasının bu barədə bildikdən sonra özünü öldürməsi həmin psixoloji asılılığın əsaslılığını təsdiq edir. Azərbaycan Respublikası CM-in 61.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Odur ki, məhkəmə elan olunmuş ittihamlardan CM-in 150.2-1.1-ci və 153.1-ci maddələrinə münasibətdə köməksiz vəziyyətdə və ondan asılı vəziyyətdə olan şəxsə qarşı törətməsini, CM-in 151-ci maddəsinə münasibətdə köməksiz vəziyyətdə və azyaşlıya qarşı törədilməsini, CM-in 156.1 və 171-1.1-ci maddələrinə münasibətdə isə bütövlükdə cinayət əməlini azyaşlı və köməksiz vəziyyətdə, eləcə də, ondan asılı vəziyyətdə olan şəxsə qarşı törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli Qərarının 9cu bəndində qeyd olunmuşdur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CİM-nin 70-ci maddəsinin müəyyən etdiyi qaydada məhkum azadlıqdan məhrumetmə cəzasının qalan hissəsini çəkmək üçün həbsxanadan digər növ cəzaçəkmə müəssisəsinə göndərilərkən, onun istintaq təcridxanasında saxlanıldığı müddət hökmlə məhkuma təyin edilmiş həbsxana müddətinə hesablanmalıdır.” Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və Cinayət işinin materialları arasında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Redmi 9” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə 330 (üç yüz otuz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 51-2, 132, 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2-1.1, 151, 153.1, 156.1 və 171-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə 08 ay müddətə islah işləri cəzası, Cinayət Məcəlləsinin 171-1.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzsı təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən təyin edilmiş 08 ay müddətə islah işlərinin 04 günü azadlıqdan məhrumetmənin 01 günü hesab edilməklə, ona həmin maddə ilə 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2024-cü tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materialları arasında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Redmi 9” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılsın. İş üzrə 330 (üç yüz otuz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar