Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-294/2025 10.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Bababəy oğlu, tərcüməçi X4 və müdafiəçi-Lənkəran rayon vəkil bürosunun vəkili X1 iştirakları ilə, 22 avqust 1989-cü il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, subay, təhsilsiz, məhkum olunmamış, İran İslam Respublikası Ərdəbil rayonu, Kərəmşahlı kəndində pasport qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “Abduləli” və “Fərnam” adları ilə məlum olan İran İslam Respublikası vətəndaşları və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli və külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq o, 14 oktyabr 2024-cü il tarixdə İran İslam Respublikasında “Abduləli” və “Fərnam” adlı şəxslər və qeyriləri ilə görüşmüş, həmin tarixdə külli miqdarda narkotik vasitələr olan, ümumi təmiz çəkisi 2915 qram qurudulmuş marixuananı və təsir edici maddənin ümumi miqdarı 52 qram təşkil edən 1300 ədəd “Methadone-40” həblərini, habelə xeyli miqdarda narkotik vasitə - təsir edici maddənin ümumi miqdarı 0.68 qram olan 3 konvalyutda ümumilikdə 17 ədəd narkotik vasitə olan “Methadone-40” həblərini qəsdən, qanunsuz olaraq satış məqsədi ilə sonunculardan əldə etmiş, saxlamış, daha sonra qeyd olunan xeyli və külli miqdarda narkotik vasitələri 14 oktyabr 2024-cü il tarixdə, saat 10 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənarda, yəni, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Yardımlı rayonu, Arvana kəndində yerləşən 24-cü sərhəd zastavasının xidməti sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən, qanunsuz olaraq keçirdikdən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən həmin gün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Yardımlı rayonu, Arvana kəndində yerləşən 24-cü sərhəd zastavasının xidməti sahəsində saxlanılmış və qeyd olunan külli miqdarda və xeyli miqdarda narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən, yəni CM-nin 318-ci maddəsi ilə təqsirli bilmiş, CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ustalıqla məşğul olur, əsas sənəti boyaçıdır (malyar). O Azərbaycana keçib ustalıqla məşğul olmaq istəmiş, lakin əsgər getmədiyi üçün ona pasport verilmədiyindən Azərbaycana qanuni yolla keçməsi mümkün olmamış, bu səbəbdən qaçaq yolla keçməyi düşünmüşdür. 14 oktyabr 2024-cü il tarixdə saat 10 radələrində qaçaq yolla Azərbaycana keçdikdən sonra Yardımlı rayonu ərazisində bir çobanla rastlaşmış, çoban onu evinə dəvət edərək ona çay vermiş, sonra çoban ondan 30 dəqiqəlik aralanıb yenidən onun yanına qayıtdıqdan sonra onun üzərinə bir neçə nəfər əsgərlər gələrək onu saxlamışlar. Əsgərlər onu posta aparmışlar, onu səhərdən axşama qədər posta saxlayaraq işgəncələr vermişlər. O Azərbaycana işləmək üçün gəlmiş, Azərbaycan heç bir narkotik vasitə keçirməmiş, aşkar olunmuş narkotik vasitələr ona məxsus olmamış, həmin narkotik vasitələrini sərhədçilər onun üzərinə qoymuşlar. Sərhədi qanunsuz keçdiyi üçün əməlindən peşmandır, məhkəmədən ona ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə marixuanadan istifadə etdiyini, İranda marixuannanın istifadəsinin qadağan olmadığını, sərhədçilər onu tutduqdan sonra onun mobil telefonundan tanışı Abdulləliyə narkoik vasitəsinin daşınması ilə bağlı sms mətnləri və səs yazıları göndərilməsini tələb etdiklərini, bu səbəbdən o istifadəsində olan mobil telefonundan tanışı iranlı Abduləliyə sms mətnləri göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təqribən 05 radələrində yaşadığı Ərdəbil şəhərinin Kərəmşahı kəndindən taksi ilə Rəzi kəndinə getmiş, orada Abduləli və Fərnam adlı şəxslərlə görüşmüş, onlar ona içi dolu bir kisə verərək, kisəni deyiləcək yerə aparmağını və həmin ərazidə onların “Whatsapp” nömrələrinə “konum” atmağını, bunun qarşılığında isə təxminən 2000 manat pul verəcəklərini bildirmişdir. O, kisəni götürəndən sonra həmin taksi ilə Seyidlər kəndinə getmiş, orada taksidən düşüb piyada Azərbaycan Respublikası ərazisinə doğru hərəkət etməyə başlamış, bir neçə saat piyada hərəkət etdikdən sonra, uzaqda oba görüb həmin istiqamətdə hərəkət etmiş, obalara çatmamış əlində olan kisəni qayalıq ərazidə qoymuş, lakin mobil telefonunun enerjisi bitdiyindən Abduəli və Fərmana “konum” ata bilməmişdir. Daha sonra obalara tərəf getmiş və orada tanımadığı şəxslərə yaxınlaşıb onlardan yolu soruşmuş, lakin həmin vaxt silahlı hərbiçilər gəlib onu saxlıyaraq zastavaya aparmışlar, orada Abduləli ilə Fərnam tərəfindən verilən kisəyə baxış keçirilən zaman içində narkotik vasitə olması məlum olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “Azərbaycana işləmək üçün gəlməsi, Azərbaycan ərazisinə narkotik vasitə keçirməməsi, aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması, həmin narkotik vasitələrini sərhədçilər onun üzərinə qoyması, sərhədçilər tərəfindən işgəncələrə məruz qalması” hissəsi obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona daha yüngül cəza təyin edilməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində 24-cü sərhəd zastavasının arxa istiqamətində Azərbaycan Respublikası ərazisində oba istiqamətində 1 nəfər şübhəli şəxsin müşahidə olunması barədə məlumat daxil olmuş, bununla bağlı “Həyacan qrupu” yaradılmış, nəticədə saat 10:30 radələrində həmin şübhəli şəxs zastavasının 9-cu sahəsi istiqamətində mühəndis-texniki çəpərdən təxminən 800 metr çöldə 4-cü sərhəd komendantlığının “Həyacan qrupu” sərhəd naryadı tərəfindən Yardımlı fayonu, Arvana kəndi ərazisində saxlanılmışdır. Ərazidə axtarış tədbirləri davam etdirilmiş və 24-cü sərhəd zastvasının 7-ci sahəsinin arxa istiqamətində qayalıq ərazidə 1 ədəd torba aşkar edilmiş, sərhəd pozucunun və iştirakçıların iştirakları ilə həmin bağlamaya baxış keçirilərkən içərisində narkotik vasitələr aşkar edilmişdir. İş üzrə şahid qismində dindirilmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları Şahid2, Şahid4, Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadələr verməklə sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sərhəd Xidmətinin 24-cü sərhəd zastavasının inzibati binasına iştirakçı kimi dəvət edilmiş, xidməti otaqda onlara İran İslam Respublikası vətəndaşı X6 tərəfindən İrandan Azərbaycan Respublikasına keçirilmiş və saxlanıldığı yerdən aşkar edilmiş bir ədəd bağlamaya baxış keçirilmişdir. Baxış keçirilən zaman bağlamanın içərisindən 3 ədəd bükümdə ümumilikdə ota bənzər, kəskin qoxulu maddənin olması, üzərinə “Methadone- 40” sözləri yazılmış dərman preparatları olması müəyyən olunmuşdur. Aşkar olunmuş narkotik vasitələri tərəzidə çəkilərək qablaşdırılmış, bu barədə protokol tərtib edilərək imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid6 da X3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 16 okyabr 2024-cü il tarixli 7/17282 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd ağ rəngli sintetik torbada ümumi sayı 3 ədəd üzəri skoçla bağlanmış qara sellofanda hər birinin ayrıayrılıqda təmiz çəkisi 1005 qram, 980 qram və 930 qram olmaqla, ümumi çəkisi 2915 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonrakı qalıq qurudulmuş marixuanna 2914,85 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat təşkil edir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 16 oktyabr 2024-cü il tarixli, 6/4904 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zərflər üçün № 16” dairəvi möhür əksi olan paketdəki, üzərində “Methadone 40” əmtəə göstəricisi olan 3 ədəd kovalyutda ümumilikdə 17 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 17 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0.68 qram təşkil edir, həmçinin təqdiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zərflər üçün № 25” dairəvi möhür əksi olan torbadaki, üzərində “Methadone 40” əmtəə göstəricisi olan 13 ədəd qutuda ümumilikdə ümumilikdə 1300 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 1300 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 52 qram təşkil edir. Tədqiqata təqdim edilmiş metadonun ümumi miqdarı 52.68 qramdır. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına daxildir. Ekspertiza tədqiqatından sonrakı qalıq metadon həbləri ümumilikdə 1305 ədəd. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7166 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs sintetik opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 14 oktyabr 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Yardımlı rayonu Arvana kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin 4-cü sərhəd komendantlığının 24-cü sərhəd zastavasının 9-cu sahəsidir. Saxlanılan şəxs keçdiyi ərazini əli ilə göstərmişdir. Həmin ərazi mürəkkəb relyefə malikdir və əkin sahələrindən ibarətdir. 24-cü sərhəd zastavasının dislokasiya yerindən Yardımlı rayonu Arvana kəndinə qədər olan məsafə təqribən 3500 metrdir. 24-cü sərhəd zastavasının dislokasiya yerindən 9-cü sahənin arxa istiqamətinə qədər məsafə təqribən 2400 metrdir. 9-cü sahənin arxa istiqamətindən Yardımlı rayonu Arvana kəndinə qədər olan məsafə təqribən 4200 metrdir. 9-cu sahənin arxa istiqamətindən mühəndis-texniki çəpərə qədər olan məsafə təqribən 800 metr, dövlət sərhəd xəttinə qədər olan məsafə isə təqribən 1400 metrdir. İş materiallarında olan 14 oktyabr 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Yardımlı rayonu Arvana kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin 24-cü sərhəd zastavasının 7-ci sahəsinin arxa istiqaməti, 106 nömrəli sərhəd nişanından 200 metr solda, mühəndis-texniki çəpərdən təqribən 500 metr çöldə, dövlət sərhəd xəttindən 1600 metr məsafədə dağlıq relyefə malik olan, qayalıq ərazidə bir ədəd ağ rəngli kisə hal şahidlərinin iştirakı ilə birlikdə götürülmüşdür. Baxış zamanı qeydə alınmış video görüntülər müvafiq məlumat daşıyıcılarına köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan 14 oktyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təqribən 14:20 radələrində 24-cü sərhəd zastavasının 7-ci sahəsinin arxa istiqaməti, 106 nömrəli sərhəd nişanından 200 metr solda, mühəndis-texniki çəpərdən təqribən 500 metr çöldə, dövlət sərhəd xəttindən 1600 metr məsafədə dağlıq relyefə malik olan, qayalıq ərazidə bir ədəd ağ rəngli kisə götürülmüşdür. Kisənin içərisinə baxış keçirilən zaman orada ümumi çəkisi bükümlərlə birlikdə 3161 qram narkotik vasitə olan marixuanaya bənzər tünd yaşıl rəngində sıx və qurudulmuş halda maddələr və üzərinə “methadone-40” sözləri yazılmış 130 ədəd konvalyut (1300 ədəd həblər) dərman preparatların olması müəyyən edilmişdir. Baxış zamanı qeydə alınmış video görüntülər müvafiq məlumat daşıyıcılarına köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan 14 oktyabr 2024-cü il tarixli «şəxsi axtarış keçirilməsi haqqında» protokoldan görünür ki, saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman onun özünə məxsus qara rəngli çantanın içərisində bir ədəd “Samsung” markalı smartfon telefon, ******* rial İran pulu və üzərinə “Methadone-40” sözləri yazılmış 3 ədəd açıq şəkildə konvalyutda (17 ədəd həblər) dərman preparatlarının olması müəyyən olunmuşdur. Baxış zamanı qeydə alınmış video görüntülər müvafiq məlumat daşıyıcılarına köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan 17 oktyabr 2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, “whatsapp” proqramına baxış keçirilərkən təqsirləndirilən şəxsin İran İslam Respublikasına məxsus +**********28 və +**********75 nömrələri ilə 14-15 iyul tarixlərdə yazışmaları və səs yazıları aşkar edilmişdir. Səs yazılarda təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs və istintaqa İran İslam Respublikası vətəndaşı Abduləli və Fərman adı ilə məlum olan narkotik vasitələrinin qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsi, həmin narkotik vasitələri və dərman preparatlarını hansı yerə qoyacağını, oradan məkanın konumunu atacağı və yenidən geri qayıdacağı barədə səs yazıları aşkar edilmişdir. Bələ ki, +**********28 nömrə ilə səs yzaşmalarında 14 oktyabr saat 19:42-də səs yazısı Abduəli adlı şəxs Mehdada göndərdiyi səs yazısı “ Konumun şəklini dəqiq sal at mənə, malı hara qoyursansa dəqiq olsun amma”. 14 oktyabr saat 19:47-də Mehdad Abduləliyə yerin konumu atır və saat 19:48-də səs yazıları “Allah evivi tiksin bura İran deyil ki, set gedib gəlir, ona görə burdan yolladım, indi yavaş yavaş gedirəm, obanın yanında telefonu şarja qoymuşdum, gedirəm indi aşağıya, qoyuram yolun qırağına, tez konumu sənə yollayacam, xuda hafiz” . 14 oktyabr saat 19:42-də Abduəli adlı şəxs Mehdada göndərdiyi səs yazısı “Şəklin konumun dəqiq at ha dəqiq”. 14 oktyabr saat 19:49-da Mehdad Abduləliyə yerin konumu atır və saat 19:48-də səs yazısı “Bura hələ Aravanaya qalıbe, evin tikilən bayaq keçəndə dedin hardasan, ona görə tez yolladın sənə konumu, Arvanaya çatmağa az qalıb, telefonumum şarjı qurtardığı üçün, obada qoymuşdum şarja, özümdə qirmişdim qayaya, ac susuz qalmışam çöllərdə öz yuvam yurdum deyil ki, rahat gəzəm. ” 14 oktyabr saat 21:14-də Mehdad Abduləliyə olduğu ərazidən 2 ədəd şəkil və 21:16 da ərazinin konumu göndərmişdir. 14 oktyabr saat 21:19 Abduəli Mehdada göndərdiyi səs yazısında ”Konumu düz malın üstündə salıb götürmüsəndə düzdü, konum ayrı yeri göstərmir?” 14 oktyabr saat 21:20-də Mehdad Abduləliyə yolladığı səs yazısı “ düz tir vara, tir düz onun yanından, malın üstündən yollamışam” 14 oktyabr saat 21:21-də Mehdad Abduləliyə yolladığı səs yazısı “Mənə bax X2 gələndə birdənə üzü yuxarı yol var, hop? Arvanaya biraz qalmış yolun sağında birinci telefon dirəyi yox 2-ci telefon dirəyinin dibinə qoymuşam, dirəyində br lüləsi var, orada bir nüşabə qabı və laylon bağlamışam” 14 oktyabr saat 21:21-də Mehdad Abduləliyə yolladığı səs yazısı “Heyvan çölə çıxmamış, hava işiqlanmamış gəlib götürsünlər” 14 oktyabr saat 21:23-də Mehdad Abduləliyə yolladığı səs yazısı “Abduləli Fərman mənə zənq edir özün danışda onunla” 14 oktyabr saat 21:23 Abduləli Mehdada yolladığı səs yazısı “X12 adamına konumu atmaya, mən öz adamımı yolluyacam. Onun adamına etibar yoxdu malı aparıb yiyər, Mehsənin adamına atma konumu” “ Fərmanın adamı etibarlıdır. Meysənin adamına atarsan ünvanı gəlib malımızı götürər qaytarmaz, bunun adamı iş görəndi 15-20 kq mal götürən adamdı bildin? “ 14 oktyabr saat 21:25-də Mehdad Abduəliyə göndərdiyi səs yazısı “ Abduləli sən zamin olursan Fərmana, sən bilirsən mən Fərmanı tanımıram ha, Mehsana olan etibarım Fərmana yoxumdur” “Abduləli mən ne edirm, çıxım gedim evə, yol dumandı dağlıqdı, gərək tez keçim oranı” “yaxşı Əbduəli mən çıxdım burdan telefonumun şarjı yoxdur, nigaran olma, evə gəlib yetişən kimi sənə zənq edəcəm xuda hafiz” 14 oktyabr saat 21:27 Abduləli Mehdada yolladığı səs yazısı “ Ünvanı heçkimə atmaya pulumuz batar “ “ özüm zaminəm özüm heçkəsə atma ünvanı”. Saat 21:25-də Mehdad Abduəliyə göndərdiyi səs yazısı ”Oldu tamam, xudahafiz” Baxış zamanı qeydə alınmış səs yazıları, video görüntülər CD-diska köçürülmüş və yazışmaların fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan 17 oktyabr 2024-cü il tarixli “maddi sübutun tanınma haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 2914,85 qram qurudulmuş marixuana və 1305 ədəd metadon həbləri maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İstintaq və təhqiqat İdarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan 08 yanvar 2024-cü il tarixli “maddi sübutun tanınma haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd «samsung» markalı mobil maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik informasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 11 mart 2024-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, şəxsiyyətləri istintaqa Abduləli və Fərman adı ilə məlum olan şəxslərin barəsində hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. İş materiallarında olan «inzibati qaydada tutulma haqqında» 14 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 12:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 15 oktyabr 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs barəsində həbs olmanın əvvəli 15 oktyabr 2024cü il tarixdən hesablanmmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 15 noyabr 2024-cü il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs DSX-nin əməkdaşları tərəfindən döymə, işgəncə, fiziki zor, hədə-qorxu, fiziki-psixoloji təzyiqlərə və qyeri insani davranışa məruz qalması faktı üzrə 11/2307-C-24 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk məhkumluğu cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları təyin edilməli təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs cəzaçəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalıdır. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2024-cü il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuş, lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olmanın əvvəli 15 oktyabr 2024-cü il tarixdən hesablanmmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 14 oktyabr 2024-cü il tarixdən hesablamalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – DSX-nin İstintaq və təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2914,85 qram qurudulmuş marixuana və 1305 ədəd metadon həbləri məhv edilməli, cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməli, iş üzrə 184 (yüz səksən dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzaçəkmə müddətinin 14 oktyabr 2024-cü il tarixdə başlanılmasını məhkəmə əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 318.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzaçəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə 184 (yüz səksən dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınaraq - DSX-nin İstintaq və təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2914,85 qram qurudulmuş marixuana məhv məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-294/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-294/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver