Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-295/2023 10.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, hakimlər X17 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və müdafiəçi– Lənkəran rayon Vəkil Bürosunun vəkillləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, videokonfrans əlaqə sistemindən istifadə edilməklə, vətəndaş Təqsirləndirilən şəxs1 – xx xxxxxx 1996-cı il tarixdə Masallı rayonu, Qızılavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx.xx.2022-ci il tarixdə “şübhəli şəxs” qismində tutulmuş, barəsində xx.xx.2022-ci il tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, vətəndaş Təqsirləndirilən şəxs2 – xx xxxx 1994-cü il tarixdə Masallı rayonu, Qızılavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx.xx.2022-ci il tarixdə “şübhəli şəxs” qismində tutulmuş, barəsində xx.xx.2022-ci il tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2, İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə naməlum şəxs (şəxslər) tərəfindən, yəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirilmiş istintaqa məlum olmayan tarixdə və vaxtda köhnə Bakı-Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində üzərində “122” sayı yazılmış plakatın yaxınlığında yerləşən köhnə tikiliyə qoyulmuş külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etmək üçün Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayətə aidiyyəti olmayan X8 idarə etdiyi “VAZ 21154” markalı, “**-OD-***” dövlət qeydiyyat nişanlı avtomobillə həmin ərazidə olan köhnə tikilinin yanına gələrək Təqsirləndirilən şəxs1lə aralarında olan razılaşmaya uyğun olaraq içərisində ayrı-ayrılıqda təmiz çəkiləri- 1940 qram və 1945 qram olmaqla, ümumi təmiz çəkisi- 3885 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş “marixuana”, 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri- 975 qram və 960 qram olmaqla, ümumi təmiz çəkisi- 1935 qram külli miqdarda narkotik vasitə olan “tiryək”, 10 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla, ümumi sayı 100 ədəd, ümumi təmiz çəkisi- 04 qram külli miqdarda narkotik vasitə olan “metadon”, 1 ədəd ağ rəngli torbanı Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla götürdüyü yerdən bir neçə addım kənara daşımışdır. Həmin vaxt, yəni 30 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində (ibtidai istintaq orqanı tərəfindən xx.xx.2022-ci il tarixli qərarı ilə Şahid6 barəsində cinayət işinin başlanması rədd edilmişdir. cild 2, iş.v.121) Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilmişdirlər. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, hadisə baş verən zaman o, Təqsirləndirilən şəxs2la bildikdə 20 qram narkotik vasitə əldə etmək üçün Cəlilabad rayonuna gəlmişdir. O, narkotik vasitə əldə etmək məqsədilə İran vətəndaşı ilə danışmamışdır. O, özü hərdənbir narkotik vasitələrdən istifadə etmişdir. Onun savadı olmadığı üçün polis əməkdaşlarının ona təqdim etdiyi sənədləri imzalamışdır. O, narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmamış və ona qarşı elan olunmuş ittihamlarla özünü təqsirli bilmir. Lakin, ibtidai istintaq zamanı, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı kənddə qəssab kimi fəaliyyət göstərib çörək pulunu qazanmışdır. O, əvvəllər məhkumluq həyatı yaşamamışdır. O, narkotik vasitələrin aludəçisi deyil və əvvəllər narkotik vasitələrdən istifadə etməmişdir. O, Təqsirləndirilən şəxs2 və X13 uzun müddətdir həmkəndlisi və qonşusu kimi tanımışdır. Onlarla münasibəti normal olmuş və aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. 30 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlamış və yaşadığı məhəllədə görüşmüşdür. Təqsirləndirilən şəxs2 ona avtomobil üçün ehtiyyat hissələri almaq lazım olduğunu, bunun üçün Biləsuvar rayonuna getməli olduğunu demişdir. Ondan xahiş edib birlikdə Biləsuvar rayonuna getməyini istəmiş və ona razılıq vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 taksi kimi tanıdığı həmkəndlisi Vüqar Əhədovun istifadəsində olan mobil nömrəyə zəng edib olduqları yerə onu çağırmışdır. Həmin vaxt, Vüqar Əhədov özünə məxsus olan qara rəngli “VAZ 21015” markalı, “**-OD- ***” dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına gəldikdən sonra Amid ona Biləsuvar rayonuna aparmağını xahiş etmişdir. Vüqar Əhədov problemli məsələ arxası ilə gedib-getmədiklərini soruşmuş, Təqsirləndirilən şəxs2 onu inandırıb avtomobil ehtiyyat hissələri üçün Biləsuvar rayonuna getdiklərini demişdir. Həmin vaxt Vüqar Əhədovla 25 manat pulun müqabilində Biləsuvar rayonuna gedib-qayıtmaq barədə razılaşmışlar. Bundan sonra, onlar birlikdə yola düşmüşdür. Onlar avtomobilə oturan zaman Təqsirləndirilən şəxs2 25 manat pulu Vüqar Əhədova vermişdir. X32 həmin pul ilə Masallı şəhəri ərazisində yerləşən hazırda xatırlamadığı yanacaq doldurma məntəqəsində benzin vurmuşdur. Yolda olan zaman Təqsirləndirilən şəxs2 kiminlə isə tez-tez əlaqə saxladığını görmüşdür. Onlar Biləsuvar rayonunun girişində olan dairəyə çatan zaman Amid kiminləsə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs2 mobil telefonla danışıb qurtardıqdan sonra isə Vüqar Əhədova geri qayıtmağını demişdir. Səbəb kimi isə ehtiyat hissələri satan şəxsin yolun üstündə dayandığını göstərmişdir. Həmin vaxt, Vüqar Əhədov avtomobili döndərib geri qayıtmışdır. Bundan sonra, köhnə Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisində yerləşən “122-ci km” plakatının yaxınlığında olan zaman Təqsirləndirilən şəxs2 Vüqar Əhədovdan avtomobilini saxlamasını istəmişdir. Avtomobildən düşdükdən sonra Təqsirləndirilən şəxs2 ona işarə edib düşməyini bildirmişdir. O, və Təqsirləndirilən şəxs2 avtomobildən düşmüş, Vüqar isə sürücü sükanı arxasında qalmışdır. Onlar avtomobildən düşdükdən sonra arxa tərəfə keçmişlər. Orada olan zaman Təqsirləndirilən şəxs2 ona bir neçə gün ərzində İran İslam Respublikasının vətəndaşı ilə danışdığını, hazırda həmin şəxsin narkotik vasitələr göndərdiyini, narkotik vasitəni götürüb onun dediyi yerə aparmaq lazım olduğunu bildirmişdir. Bunun müqabilində İran İslam Respublikasının vətəndaşının onlar üçün pul göndərəcəyini və həmin pulu bölüşdürəcəklərini demişdir. O, ilk öncə razı olmasa da, daha sonra maddi vəziyyətində olan çətinliyi nəzərə alıb Təqsirləndirilən şəxs2la razılaşmışdır. Həmin vaxt Amid Əasgərov ona “Vatsap” ani mesajlaşma sistemində İran İslam Respublikasının vətəndaşı tərəfindən ona göndərilən foto-şəkli göstərmişdir. Daha sonra o, həmin mobil telefonu götürmüş və İran İslam Respublikasının vətəndaşına zəng etmişdir. Ondan yeri dəqiq soruşub həmin istiqamətdə hərəkətə başlamışdır. Təqsirləndirilən şəxs2 isə qayıdıb avtomobilə əyləşmişdir. O, ətrafı axtarmağa başlamışdır. Bir az keçmiş köhnə tikilidə yerləşdirilən 1 ədəd bağlamanı görüb götürmüş və avtomobilə tərəf tələsik hərəkət etməyə başlamışdır. Həmin vaxt 4 nəfər mülki geyimdə olan şəxsin 2 nəfəri ona, 2 nəfəri isə avtomobilə tərəf yaxınlaşmışdır. Onlar Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələri göstərərək özlərini təqdim etmişlər. Həmin şəxslər onların qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməkdə şübhəli olduqlarını bildirmişlər. Onların üzərinə şəxsi axtarış aparılacağını bildirib Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. Onlar Polis şöbəsinə gəldikdən sonra polis formasında olan şəxs özünü təhqiqatçı X3 təqdim edərək onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, üzərində saxlamaqda daşımaqda şübhəli olduqlarını bildirmişdir. İlkin olaraq onun üzərində şəxsi axtarış aparılacağını demişdir. Həmin vaxt təhqiqatçı onun “şübhəli şəxs” qismində tutulduğunu bildirmişdir. O, ərizə yazaraq dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin edilməyini xahiş etmişdir. Ona Cəlilabad rayon Vəkil Bürosunun vəkili X9 müdafiəçi qismində təyin edilmişdir. O, müdafiəçi Tağı İbrahimovun hüquqlarını müdafiə etməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt, şəxsi axtarışa başlayan zaman təhqiqatçı Elnur Kazımov ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməyini təklif etmişdir. O, əlində saxladığı ağ rəngli torbanı təqdim etmişdir. Həmin torba açıldıqda oradan 2 ədəd bağlamada çəkiləri elektron tərəzidə çəkilən zaman 2040 qram və 2045 qram narkotik vasitə olan qurudulmuş “marixuana”ya bənzər kütlələr, 2 ədəd bağlamada çəkiləri 985 qram və 1000 qram narkotik vasitə olan “tiryəkə” bənzər kütlələr və 10 ədəd listdə, ümumi 100 ədəd “metadon” həbləri aşkar olunmuşdur. Onun üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir predmet aşkar olunmamışdır. Təhqiqatçının ona verdiyi şifahi sualına cavab olaraq həmkəndlisi Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının vətəndaşı ilə danışıb razılaşaraq onun narkotik vasitə göndərdiyini, bu barədə tanışının ona bildirdiyini, onunla razılaşdıqdan sonra birlikdə narkotik vasitələri götürməyə getdiklərini, narkotik vasitəni götürdükdən sonra polis əməkdaşlarının onları saxladıqlarını, Vüqar Əhədovun isə narkotik vasitələrdən məlumatının və onlarla bu barədə razılığının olmadığını, narkotik vasitələri götürməyi müqabilində isə ona Təqsirləndirilən şəxs2 tərəfindən mükafat vəd edildiyini bildirmişdir. Həmin vaxt, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Onun üzərindən aşkar olunan narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs göndərmişdir. Həmin narkotik vasitələri götürüb onun dediyi yerə göndərməli imişlər. Bunun qarşılığında isə İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 məxsus plastik karta pul göndərəcəkdir. Təqsirləndirilən şəxs2la narkotik vasitələri İran İslam Respublikası vətəndaşının atdığı yerdən götürüb onun dediyi yerə aparmaq barədə razılaşmışdır. Nətiəcədə həmin şəxsin göndərdiyi pul vəsaitini aralarındada bölüşdürəcəkdilər. Həmin vaxt, Vüqar Əhədovun bu barədə ümumiyyətlə məlumatı olmamışdır. Heç vaxt narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmamışdır. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, onun narkotik əldə etməklə bağlı sosial şəbəkədə danışdığı şəxs İran İslam Respublikasının vətəndaşı olmamışdır, həmin şəxs Cəlilabad RPŞ-nin əməliyyatçısı olmuşdur. O, həmin şəxslə 20 qram narkotik vasitə əldə etmək barədə razılığa gəlmişdir. Həmin razılaşmaya əsasən həmin şəxs narkotik vasitəni Biləsuvar rayonu ərazisində sonradan ona bildirəcəyi yerə qoyacaqmış və o da həmin yerdən narkotik vasitəni götürəcəkdir. Narkotik vasitənin pulunu isə plastik kart vasitəsilə ödəyəcəkdir. 30 noyabr 2022-ci il tarixdə, o, Orxan Əsgərovla birlikdə taksi kimi tanıdığı həmkəndlisi Vüqar Əhədova zəng edib onu Orxanla olduğu yerə çağırmışdır. Vüqar özünə məxsus olan qara rəngli “VAZ 21015” markalı, “**-OD-***” dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına gəldikdən sonra ondan onları Biləsuvar rayonuna aparmağı xahiş etmişdir. Vüqar da 25 manat müqabilində onları Biləsuvar rayonuna aparmağa razılaşmışdır. Yolda olarkən o, İran vətəndaşı zənn etdiyi şəxslə yazışarkən o, narkotik vasitəni Biləsuvar rayonu ərazisində qoya bilmədiyini, Cəlilabad rayonu ərazisində köhnə Bakı-Astara avtomobil yolunun üzərində yerləşən “122-ci km” plakatının yaxınlığında olan köhnə tikilidə narkotik vasitəni yerləşdirdiyini bildirmişdir. Onlar təxminən saat 11 radələrində həmin yerə çatdıqdan sonra o, Orxan Əsgərova narkotik vasitəni götürməsini tapşırmışdır. O, özü isə sürücü ilə maşında gözləmişdir. Orxan Əsgərov göstərdiyi köhnə tikiliyə yaxınlaşanda mülki geyimdə olan şəxslər onu tutmuşlar. Bu vaxt, o, Vüqara maşını sürməsini bildirmişdir. Sonra isə polis əməkdaşları onları da tutaraq Cəlilabad RPŞ-nə gətirmişdilər. Polis şöbəsinə gətirilərkən onların üzərində narkotik vasitə olmamışdır. Həmin vaxt, narkotik vasitəni polis əməkdaşları özləri gətirib qarşılarına qoymuşlar, axşama kimi onları polis şöbəsində saxlayaraq onlara hədə-qorxu gəlib narkotik vasitənin onlara məxsus olmasını etiraf etməklərini tələb etmişlər. Polislər demişdilər ki,” narkotik vasitənin onlara məxsus olması barədə sənədə imza etməsələr ailə üzvlərini də şöbəyə gətirəcəklər”. Bundan sonra o, məcbur olaraq həmin sənədlərə imza etmişdir. Lakin, ibtidai istintaq zamanı, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Hər hansı bir fəaliyyətlə məşğul olmur. O, əvvəllər məhkumluq həyatı yaşamamışdır. O, narkotik vasitələrin aludəçisidir və əvvəllər istifadə etdiyi narkotik vasitələri tanımadığı şəxslərdən əldə etmişdir. O, evlidir və himayəsində 3 azyaşlı övladı vardır. Təqsirləndirilən şəxs1 və X13 uzun müddətdir həmkəndlisi və qonşusu kimi tanımışdır. Onlarla münasibəti normal olmuş və aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. O, əvvəllər həmin şəxslərlə birlikdə narkotik vasitə istifadə etməmişdir. Onların narkotik vasitələr istifadə edib-etmədiyini bilmir. Polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 5-6 gün öncə “İnstaqram” sosial şəbəkəsində qeydiyyatdan keçdiyi özünə məxsus olan “Omar Esgerov” adlı profilə hazırda adını xatırlamadığı sosial şəbəkə istifadəçisindən mesaj gəlmişdir. Onun sorğusuna cavab verdikdən sonra danışmağa başlamışdır. Həmin şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmişdir. Onunla bir neçə saat söhbətləşdikdən sonra həmin şəxs onun mobil nömrəsini istəmiş və “Vatsap” ani mesajlaşma sistemində danışmağın daha rahat ola biləcəyini demişdir. Həmin vaxt, onunla razılaşmış və özünə məxsus ***-***-**-** saylı mobil nömrəsini ona vermişdir. Bir müddət keçdikdən sonra hazırda xatırlamadığı İran İslam Respublikasına məxsus mobil nömrə ilə qeydiyyatdan keçən nömrədən “Vatsap” ani meşajlaşma sistemində mesaj gəlmişdir. Onunla yenidən danışmağa davam etmişdir. Həmin şəxs deməsinə görə X6 yaşamışdır. O, bundan sonra onunla ünsiyyət yaratmışdır. Həmin vaxt, söhbət əsnasında ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşdur. Ona bəzən narkotik vasitə istifadə etdiyini bildirmişdir. Onun üçün narkotik vasitələr təşkil edə biləcəyini bildirmişdir. O, həmin şəxsə tutulmaq istəmədiyini demişdir. Lakin o, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı and-aman edərək narahat olmamağını bildirib onun üçün narkotik vasitələr göndərəcəyini və təhlükəsiz şəkildə onun qəbul edəcəyini demişdir. Bu söhbətindən bir neçə gün keçdikdən sonra adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı onun üçün narkotik vasitələr göndərmək istədiyini bildirmişdir. Bundan sonra, ona razılıq vermişdir. 30 noyabr 2022-ci il tarixdə, səhər saatlarında adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı onunla “Vatsap” ani mesajlaşma sistemində əlaqə saxlamışdır. O, gün ərzində onun üçün narkotik vasitə göndərəcəyini və onun götürməli olduğunu bildirmişdir. Onların aralarında olan razılaşmaya əsasən həmin şəxsin göndərdiyi narkotik vasitələri onun dediyi yerə atmalı idi. Bunun müqabilində həmin şəxs plastik kart vasitəsilə onun üçün pul göndərəcəkdir. Bundan bir az keçmiş adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı “Vatsap” ani mesajlaşma vasitəsilə onunla yenidən əlaqə saxlamış və Biləsuvar rayonuna getməli olduğunu bildirmişdir. Ona narkotik vasitələrin yeri barədə isə foto-şəkil göndərəcəyini demişdir. Onunla razılaşdıqdan sonra 30 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs1lə əlaqə saxlamış və onlar yaşadığı məhəllədə görüşmüşlər. Təqsirləndirilən şəxs1 avtomobil üçün ehtiyyat hissələri almaq lazım olduğunu və bunun üçün Biləsuvar rayonuna getməli olduğunu demişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs1 xahiş edərək onunla birlikdə Biləsuvar rayonuna getməsini istəmiş və Orxan da ona razılıq vermişdir. Bundan sonra, taksi kimi tanıdığı həmkəndlisi Vüqar Əhədovun istifadəsində olan mobil nömrəyə zəng edib Orxanla bir yerdə olduqları yerə çağırmışdır. Həmin vaxt, Vüqar Əhədov özünə məxsus olan qara rəngli “VAZ 21015” markalı, “**-OD-***” dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına gəlmişdir. Həmin vaxt, Vüqar Əhədova onları Biləsuvar rayonuna aparmağını xahiş etmişdir. Vüqar Əhədov problemli məsələ arxası ilə gedib-getmədiklərini soruşmuşdur. O, Vüqar Əhədovu inandırıb avtomobil ehtiyyat hissələri üçün Biləsuvar rayonuna getdiklərini bildirmişdir. Həmin vaxt, Vüqar Əhədovla 25 manat pulun müqabilində Biləsuvar rayonuna gedib-qayıtmaq barədə razılaşmışdır. Bundan sonra, onlar birlikdə Biləsuvar rayonuna yola düşmüşlər. Onlar avtomobilə oturan zaman o, 25 manat pulu Vüqar Əhədova vermişdir. Həmin vaxt, Vüqar Əhədov həmin pul ilə Masallı şəhəri ərazisində yerləşən hazırda xatırlamadığı yanacaq doldurma məntəqəsində benzin vurmuşdur. O, yolda olan zaman adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tez-tez əlaqə saxlamışdır. Onlar Biləsuvar rayonunun girişində olan dairəyə çatan zaman həmin şəxslə “Vatsap” ani mesajlaşma sistemində danışıb artıq Biləsuvar rayonunda olduqlarını demişdir. Adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı Biləsuvar rayonunda narkotik vasitəni yerləşdirə bilmədiyini, Cəlilabad rayonu ərazisində köhnə Bakı-Astara avtomobil yolunun üzərində yerləşən “122ci km” plakatının yaxınlığında olan köhnə tikilidə narkotik vasitəni yerləşdirdiyini bildirmişdir. O, Vüqar Əhədova geri qayıtmağını demişdir. Buna səbəb kimi isə ona ehtiyat hissələri satan şəxsin yolun üstündə dayandığını göstərmişdir. Həmin vaxt, Vüqar Əhədov avtomobili döndərib geri qayıtmışdır. O, yolda olan zaman “Vatsap” ani mesajlaşma sisteminə narkotik vasitələrin qoyulduğu yerin şəklini göndərmişdir. O, deyilən kimi köhnə Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisində yerləşən “122-ci km” plakatının yaxınlığında Vüqar Əhədovdan avtomobilini saxlamasını istəmişdir. O, avtomobildən düşdükdən sonra Təqsirləndirilən şəxs1 işarə edib onun da düşməsini istəmişdir. Orxan və o avtomobildən düşmüşlər. Vüqar Əhədov isə sürücü sükanı arxasında qalmışdır. Həmin vaxt, avtomobildən düşdükdən sonra onlar arxa tərəfə keçib Təqsirləndirilən şəxs1lə danışaraq vəziyyəti ona izah etmişdir. Belə ki, bir neçə gün ərzində İran İslam Respublikasının vətəndaşı ilə danışdığını, hazırda həmin şəxsin narkotik vasitələr göndərdiyini, narkotik vasitəni götürüb onun dediyi yerə aparmaq lazım olduğunu bildirmişdir. Bunun müqabilində İran İslam respublikasının vətəndaşının pul göndərəcəyini və həmin pulu bölüşdürəcəklərini demişdir. Təqsirləndirilən şəxs1 ilk öncə razı olmasa da, daha sonra onunla razılaşmışdır. Ona “Vatsap” ani mesajlaşma sistemində göndərilən foto-şəkli Təqsirləndirilən şəxs1 göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 onun mobil telefonunu götürmüş və İran İslam Respublikasının vətəndaşına zəng etmişdir. O, yeri dəqiq soruşub həmin istiqamətdə hərəkətə başlamışdır. O, isə qayıdıb avtomobilə əyləşmişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs1 ətrafı axtarmağa başlamışdır. Bundan bir az keçmiş Təqsirləndirilən şəxs1 əlində 1 ədəd torba götürüb onun yanına gəlməyə başlamışdır. Həmin vaxt, 4 nəfər mülki geyimdə şəxsin 2 nəfəri Təqsirləndirilən şəxs1, 2 nəfəri isə onlara tərəf yaxınlaşmışdır. O, ilk öncə qaçmaq istəmişdir. Lakin, avtomobildən düşən kimi ona yaxınlaşmışlar. Onlar Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələri göstərərək özlərini təqdim etmişlər. Həmin şəxslər onların qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməkdə şübhəli olduqlarını bildirmişlər. Onların üzərinə şəxsi axtarış aparılacağını bildirib Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. Onlar Polis şöbəsinə gəldikdən sonra polis formasında olan şəxs özünü təhqiqatçı X3 təqdim edərək onlar külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, üzərində saxlamaqda, daşımaqda şübhəli olduqlarını bildirmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılacağını demişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparıldıqdan sonra təhqiqatçı onun “şübhəli şəxs” qismində tutulduğunu bildirmişdir. O, ərizə yazaraq dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin edilməyini xahiş etmişdir. Ona Cəlilabad rayon Vəkil Bürosunun vəkili X23 müdafiəçi qismində təyin edilmişdir. O, müdafiəçi Anar Ağayevin hüquqlarını müdafiə etməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt, şəxsi axtarışa başlayan zaman təhqiqatçı Elnur Kazımov ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməyini təklif etmişdir. O, təhqiqatçıya üzərində gəzdirilməsi qanunla qadağan olunan hər hansı bir əşya və predmet olmadığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir predmet aşkar olunmamışdır. Təhqiqatçının ona verdiyi şifahi sualına cavab olaraq İran İslam Respublikasının vətəndaşı ilə danışıb razılaşaraq onun narkotik vasitə göndərdiyini, bu barədə tanışı Təqsirləndirilən şəxs1 bildirdiyini, Orxanın onunla razılaşdıqdan sonra birlikdə narkotik vasitələri götürməyə getdiklərini, narkotik vasitəni Təqsirləndirilən şəxs1 götürdükdən sonra polis əməkdaşlarının onları saxladıqlarını, Vüqar Əhədovun isə narkotik vasitələrdən məlumatının və onlarla bu barədə razılığının olmadığını bildirmişdir. Həmin vaxt, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs göndərmişdir. Həmin narkotik vasitələri götürüb onun dediyi yerə göndərməli və bunun qarşılığında isə İran İslam Respublikasının vətəndaşı ona məxsus plastik karta pul göndərəcəkdir. Təqsirləndirilən şəxs1lə narkotik vasitələri İran İslam Respublikası vətəndaşının narkotik vasitələri atdığı yerdən götürüb onun dediyi yerə aparmaq barədə razılaşmışdır. Son nətiəcədə həmin şəxsin göndərdiyi pul vəsaitini aralarında bölüşdürəcəkdilər. Həmin vaxt, Vüqar Əhədovun bu barədə ümumiyyətlə məlumatı olmamışdır. Həmin narkotik vasitələri göndərən şəxs özünün deməsinə görə İran İslam Respublikasında yaşamış və narkotik vasitələri oradan göndərəcəkdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. Cinayət işi üzrə təsvir olunan xüsusatlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri ibtidai istintaqda qismən etiraflarından başqa iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Cəlilabad rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 30 noyabr 2022-ci il tarixdə külli miqdarda narkotik vasitələrin satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşımaqda şübhəli olan Masallı rayon sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyəti onlara məlum olmayan şəxsə məxsus “VAZ 21015” markalı avtomobillə Cəlilabad rayonu ərazisinə daxil olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə 30 noyabr 2022-ci il tarixdə Masallı rayon sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirməsi, qəbul etməsi və üzərində gəzdirməsi, eləcə də onun narkotik vasitələri əldə etdiyi mənbənin ifşa edilməsi, müəyyən olunaraq saxlanılması və müvafiq qaydada saxlanıldıqdan sonra üzərinə şəxsi axtarış keçirilməsi, onunla birlikdə olan şəxsin müəyyən edilməsi, həmin şəxsin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə olan əlaqələrinin aydınlaşdırılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Cəlilabad rayon polis şöbəsinin rəisinin əmri ilə onun rəhbərliyi altında Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Elnur Kazımovdan, qrup üzvü kimi Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2, X1 sahə polis nəfəri Şahid5, Post-Patrul Xidməti bölüyünün polis nəfərləri Şahid4 və Şahid3 ibarət tərkibdə əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Bundan sonra ona verilən məlumata əsasən Biləsuvar-Cəlilabad avtomobil yolunda əməliyyat tədbirini qurmuşlar. 30 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Biləsuvar-Cəlilabad avtomobil yolunun 122-ci kilometrliyində “VAZ 21015” markalı, “**-OD- ***” dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobilə yaxınlaşan zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 əkin sahəsindən əlində 01 ədəd ağ rəngli torba götürüb dayanmış avtomobil istiqamətində qaçaraq gəldiyini görmüşdür. Əməliyyat-təhqiqat qupunun üzvləri Şahid2 və Şahid3 dərhal Təqsirləndirilən şəxs1 yaxınlaşıb onu avtomobilin yanına gətirmişlər. O, qrupun digər üzvləri ilə “VAZ 21015” markalı, “**-OD-***” dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. Avtomobildə olan iki nəfər, adlarını sonradan bildikləri Təqsirləndirilən şəxs2 və Vüqar Əhədov avtomobildən düşmüşlər. Onlara özlərini təqdim edib Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onların külli miqdarda narkotik vasitələrin satışında, qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduqlarını bildirmişlər. Həmin vaxt, şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman ilkin olaraq özünü Vüqar Əhədov kimi təqdim edən şəxs özünün taksi sürücüsü olduğunu, pul qarşılığında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cəlilabad rayonuna gətirdiyini başqa heç nədən məlumatının olmadığını demişdir. Əlində ağ rəngli torba saxlayan Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 sözü ilə köhnə tikilidən narkotik vasitə götürdüyünü, əlində olan torbada narkotik vasitə olduğunu, taksi sürücüsü Vüqar Əhədovun isə onların narkotik vasitə götürəcəyindən məlumatsız olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həqiqətən tanışı Təqsirləndirilən şəxs1lə narkotik vasitə götürmək barədə razılaşdıqlarını, bir neçə müddətdir münasibətinin olduğu İran İslam Respublikasının vətəndaşı olan şəxsin narkotik vasitə göndərdiyini, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni götürdüyünü, sürücü Vüqar Əhədovun isə bundan məlumatının olmadığını bildirmişdir. Sonra hər ikisi davranışları ilə daha da şübhə yaratmışlar. Həmin şəxslərin saxlanıldığı yerdə şəxsi axtarış aparılması üçün şərait olmadığından Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X19 rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Daha sonra birlikdə təhqiqatçı Elnur Kazımovun xidməti otağına daxil olmuşlar. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılacağını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 “şübhəli şəxs” qismində tutulmuşdur. Həmin vaxt, şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs1 ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Cəlilabad rayon Vəkil Bürosunun vəkili X9 dəvət olunduqdan sonra təhqiqatçı Elnur Kazımov şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin başlanıldığını və şəxsi axtarış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs1 əlində saxladığı ağ rəngli torbanı təqdim etmişdir. Həmin torba kəsilərək açıldıqdan sonra içərisindən 04 ədəd bağlanmış paket və 10 list həb aşkar olunmuşdur. Həmin vaxt, 10 list olmaqla, ümumilikdə 100 ədəd olan həblərə baxış keçirilən zaman narkotik vasitə olan “metadon”a bənzər həblər olduğu müəyyən olunmuşdur. Həmin həblər zərfə qoyularaq qablaşdırılmış, üzərində imzalar edilmiş və möhürlənmişdir. Daha sonra təhqiqatçı tərəfindən paketlər açılıb içərisinə baxış keçirilən zaman 02 ədəd sarı rəngli yapışqan lentlə bağlanmış paketdə narkotik vasitə “tiryək”ə, 02 ədəd qara rəngli yapışqan lentlə bağlanmış paketdə narkotik vasitə olan qurudulmuş “marixuana”ya bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və müvafiq olaraq narkotik vasitə olan qurudulmuş “marixuana”ya bənzər kütlələrin çəkisi- 2040 qram və 2045 qram, 02 ədəd paketdə narkotik vasitə olan “tiryək”ə bənzər kütlələrin çəkisi- 985 qram və 1000 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində saxladığı torbadan aşkar olunaraq götürülmüş narkotik vasitələr müvafiq qaydada qablaşdırılıb üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “141 saylı” möhrü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilmişdir. Onun əynində olan gödəkcənin sol yan cibindən “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri haradan və nə məqsədlə əldə edilməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitələri tanışı Təqsirləndirilən şəxs2 əvvəlcədən razılaşdığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, bu barədə taksi ilə Cəlilabad rayonuna gələn zaman yolda Təqsirləndirilən şəxs2 ona dediyini, Təqsirləndirilən şəxs2la razılaşdığını və Təqsirləndirilən şəxs2 xahişi ilə köhnə tikilidən narkotik vasitələri götürdüyünü, sürücü Vüqar Əhədovun bu barədə məlumatının olmadığını bildirmişdir. Yekunda təhqiqatçı tərəfindən “şəxsi axtarışın aparılması” barədə protokol tərtib olunmuş və həmin protokolu imzaları ilə təsdiq etmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 “şübhəli şəx”s qismində tutulmuşdur. Həmin vaxt, şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs2 ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Cəlilabad rayon Vəkil Bürosunun vəkili X23 dəvət olunduqdan sonra təhqiqatçı Elnur Kazımov şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinin başlanıldığını və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2in üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Onun əynindəki şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən verilən şifahi suala cavab olaraq əvvəllər narkotik vasitələr istifadə etdiyini, bir neçə gün öncə “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı ilə tanış olduğunu, həmin şəxslə “Vatsap” mesajlaşma proqramı vasitəsilə danışdığını, həmin şəxsin göstərişi ilə Biləsuvar-Cəlilabad avtomobil yolundan onun göndərdiyi narkotik vasitəni Təqsirləndirilən şəxs1lə birlikdə götürmək üçün getdiyini, İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərilən narkotik vasitəni Təqsirləndirilən şəxs1 əvvəlcədən razılaşdıqları yerdən götürüb onun yanına gələn zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, Təqsirləndirilən şəxs1 bu barədə mükafat vəd etdiyini, sürücü Vüqar Əhədovun isə bundan məlumatsız olduğunu bildirmişdir. Yekunda təhqiqatçı tərəfindən “şəxsi axtarışın aparılması barədə” protokol tərtib olunmuş və həmin protokolu imzaları ilə təsdiq etmişlər. Daha sonra təhqiqatçı tərəfindən X21 “şübhəli şəxs” qismində tutulmuşdur. Həmin vaxt, şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən X32 ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Cəlilabad rayon Vəkil Bürosunun vəkili X10 dəvət olunduqdan sonra təhqiqatçı Elnur Kazımov şübhəli şəxs X8 üzərinə şəxsi axtarış keçirilməsinin başlanıldığını və şəxsi axtarış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçı, şübhəli şəxs X15 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Həmin vaxt, Vüqar Əhədov üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən Vüqar Əhədovun üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin Vüqar Əhədovun üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Vüqar Əhədov ona verilən şifahi suala cavab olaraq Masallı rayonu ərazisində idarə etdiyi “VAZ 21015” markalı, “**- OD-***” dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 25 manat pulun qarşılığında Biləsuvar rayonuna apardığını, Təqsirləndirilən şəxs2 yolda olan zaman avtomobili Cəlilabad rayonu ərazisində yolun kənarında saxlatdırmasını, hər ikisi aşağı düşdükdən sonra Təqsirləndirilən şəxs1 əkin sahəsinə tərəf getdiyini, Təqsirləndirilən şəxs2 avtomobildə əyləşdiyini, az keçmiş polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərindən məlumatının olmadığını bildirmişdir. Yekunda təhqiqatçı tərəfindən şəxsi axtarışın aparılması barədə protokol tərtib olunmuş və həmin protokolu imzaları ilə təsdiq etmişlər. Vüqar Əhədovun idarə etdiyi və saxlanıldıqdan sonra Cəlilabad rayon polis şöbəsinin müvəqqəti “duracağ”ına yerləşdirilmiş “VAZ 21015” markalı, “**-OD-***” dövlət qeydiyyat nişanlı avtomobilə təhqiqatçı tərəfindən baxış keçirilməyə başlanılmışdır. X15 “VAZ 21015” markalı, “**-OD-***” dövlət qeydiyyat nişanlı avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Vüqar Əhədov “VAZ 21015” markalı, “**-OD-***” dövlət qeydiyyat nişanlı avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən avtomobilə baxış davam etdirilmiş, lakin “VAZ 21015” markalı, “**-OD-***” dövlət qeydiyyat nişanlı avtomobildən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Yekunda təhqiqatçı tərəfindən baxışın aparılması barədə protokol tərtib olunmuş və həmin protokolu imzaları ilə təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid4, Şahid3 və Şahid5 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı, şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, “VAZ 21015” markalı, “**-OD-***” dövlət qeydiyyat nişanlı avtomobili təxminən 2020-ci ilin ortalarında Bakı şəhərində yerləşən maşın bazarından müddətli kreditlə 11.000 (on bir min) manata almışdır. O, öz adına “baş etibarnamə” ilə aldığından avtomobili qonşusu X4 adına rəsmiləşdirmişdir. Lakin, Söhrab Abdulov isə avtomobili idarə etmək üçün ona “etibarnamə” vermişdir. O, “VAZ 21015” markalı, “**-OD-***” dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub çörək pulunu qazanmışdır. O, həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, həmkəndlisi və qonşusu kimi tanımışdır. Onlarla münasibəti normal olmuş və aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. 30 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs2 onunla telefonla əlaqə saxlamış və onu kənddə yerləşən “Tuva” klinikasının yanına çağırmışdır. O, özünə məxsus olan qara rəngli “VAZ 21015” markalı, “**-OD-***” dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2 dediyi yerə getmişdir. Həmin vaxt, digər həmkəndlisi Təqsirləndirilən şəxs1 də Amidin yanında olduğunu görmüşdür. Təqsirləndirilən şəxs2 onları Biləsuvar rayonuna aparmağını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs2 problemli məsələ arxası ilə gedib-getmədiklərini soruşmuşdur. Həmin vaxt, Təqsirləndirilən şəxs2 ona and-aman edərək inandırıb avtomobil ehtiyyat hissələri üçün Biləsuvar rayonuna getdiklərini demişdir. O, 25 manat pulun müqabilində Biləsuvar rayonuna gedib-qayıtmaq barədə razılaşmışdır. Bundan sonra, onlar yola düşmüşdür. Onlar avtomobilə oturan zaman Təqsirləndirilən şəxs2 25 manat pulu ona vermişdir. O, həmin pul ilə Masallı rayonu, Təzə Alvadı kəndi ərazisində yerləşən hazırda adını xatırlamadığı yanacaq doldurma məntəqəsində 6 manat məbləğində benzin vurmuşdur. Onlar yolda olan zaman Təqsirləndirilən şəxs2 kiminlə isə tez-tez əlaqə saxladığını görmüşdür. Biləsuvar rayonunun girişində olan dairəyə çatan zaman Təqsirləndirilən şəxs2 kiminləsə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Həmin vaxt, Təqsirləndirilən şəxs2 mobil telefonla danışıb qurtardıqdan sonra isə onu geri qayıtmağını bildimişdir. Buna səbəb kimi isə ehtiyat hissələri satan şəxsin yolun üstündə dayandığını göstərmişdir. O, avtomobili döndərib geri qayıtmışdır. Bundan sonra, köhnə Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisində yerləşən “122-ci km” plakatının yaxınlığında olan zaman Təqsirləndirilən şəxs2 ondan avtomobili saxlamağını istəmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobildən düşmüşdür. O, isə maşında sürücü sükanı arxasında qalmışdır. Onlar avtomobildən düşdükdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobilin arxa tərəfinə keçmişdir. Orada bir müddət söhbət etdikdən sonra Təqsirləndirilən şəxs2 avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Təqsirləndirilən şəxs1 isə qaçaraq yolun kənarında yerləşən sahəyə tərəf getmişdir. O, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 hara getdiyini soruşmuşdur. Amid cavabında Orxanın avtomobil üçün ehtiyyat hissələri götürmək üçün getdiyini demişdir. O, Təqsirləndirilən şəxs2 həyəcanlı olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs2 nə səbəbə Cəlilabad rayonu ərazisində dayandığını və onun məqsədinin nə olduğunu dəqiqləşdirmək istəmişdir. Təqsirləndirilən şəxs1 əlində torba tutaraq onlara tərəf qaçdığını görmüşdür. Həmin vaxt 2 nəfər mülki formada olan şəxsin Təqsirləndirilən şəxs1 tərəf qaçdığını, 3 nəfər mülki formada olan şəxsin isə onlara tərəf gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs2 ondan avtomobili hərəkət etdirməyini istəmişdir. O, artıq nəsə problem olduğunu görmüş və avtomobili hərəkətə gətirməyəcəyini Təqsirləndirilən şəxs2 demişdir. Bundan sonra, avtomobildən düşmüşdür. Təqsirləndirilən şəxs2 da məcbur qalıb avtomobildən düşmüşdür. Həmin vaxt, 2 nəfər mülki formalı şəxs Orxanı onların yanına gətirmişdir. Mülki formada onlara yaxınlaşan şəxslər Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələri göstərərək özlərini təqdim etmişlər. Həmin şəxslər onların qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməkdə şübhəli olduqlarını bildirmişlər. O, həmin vaxt polis əməkdaşlarının şifahi sualına cavab olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərindən məlumatının olmadığını demişdir. Amid və Orxan isə İran İslam Respublikasının vətəndaşı ilə danışdıqdan sonra narkotik vasitə götürməyə gəldiklərini və Orxanın əlində olan torbada narkotik vasitə olduğunu bildirmişlər. Onların üzərinə şəxsi axtarış aparılacağını bildirib Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. Onları polis şöbəsinə gətirdikdən sonra onun idarə etdiyi avtomobili polis şöbəsinin duracağına yerləşdirmişlər. Onlar Polis şöbəsinə gəldikdən bir müddət sonra onu xidməti otağa gətirmişlər. Polis formasında olan şəxs özünü təhqiqatçı X3 təqdim edərək onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, üzərində saxlamaqda daşımaqda şübhəli olduqlarını bildirmişdir. Bu səbəbdən onun üzərində şəxsi axtarış aparılacağını demişdir. Təhqiqatçı onun “şübhəli şəxs” qismində tutulduğunu bildirmişdir. O, ərizə yazaraq dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin edilməyini xahiş etmişdir. Ona Cəlilabad rayon Vəkil Bürosunun vəkili X10 müdafiəçi qismində təyin edilmişdir. O, müdafiəçi Elşad Əmişovun hüquqlarını müdafiə etməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt, şəxsi axtarışa başlayan zaman təhqiqatçı Elnur Kazımov ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməyini təklif etmişdir. O, polis əməkdaşına üzərində qanunla dövriyyəsi qadağan olunan heç bir predmet və ya maddə olmadığını demişdir. Onun üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir predmet aşkar olunmamışdır. Təhqiqatçının ona verdiyi şifahi sualına cavab olaraq həmkəndlisi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərindən məlumatının olmadığını və taksi sürücüsü kimi 25 manat pulun qarşılığında Təqsirləndirilən şəxs2 xahişi ilə Cəlilabad rayonu ərazisinə gəldiyini, Amidin ona avtomobil üçün ehtiyyat hissələri alacağını dediyini bildirmişdir. Həmin vaxt, “şəxsi axtarış barədə” protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra polis şöbəsininin “duracağ”ına yerləşdirilən onun idarə etdiyi “VAZ-21015” markalı, “**-OD-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçiriləcəyi nəzərinə çatdırılmışdır. Onun və müdafiəçilərinin iştirakı ilə nəqliyyat vasitəsinə təhqiqatçı tərəfindən baxış keçirilməyə başlanmışdır. Baxışdan öncə ərizə ilə müraciət edib polis əməkdaşları tərəfindən “etibarnamə” ilə ona məxsus olan avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baxışa başlayan zaman təhqiqatçı Elnur Kazımov ona avtomobildə dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməyini təklif etmişdir. O, polis əməkdaşına idarə etdiyi avtomobildə qanunla dövriyyəsi qadağan olunan heç bir predmet və ya maddə olmadığını demişdir. Avtomobilə baxış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir predmet aşkar olunmamışdır. Baxış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan, kompleks məhkəmə kimyəvi və məhkəmə bioloji ekspertizasının 01 dekabr 2022-ci il tarixli, 19/1226 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlələr...” sözlər və imzalar olan polietilen kisədəki 2 ədəd polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri- 1940 qram və 1945 qram olmaqla, ümumi təmiz çəkisi- 3885 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan “çətənə” (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş “marixuana”dırlar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-birləri ilə eynidirlər, 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri- 975 qram və 960 qram olmaqla, ümumi təmiz çəkisi- 1935 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan “tiryək”dirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlələr...” sözlər və imzalar olan zərfdəki 10 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla, ümumi sayı 100 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər “metadon”durlar. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 4 qramdır. Cinayət işinin materiallarında olan, məhkəmə-narkoloji ekspertizasının 26 dekabr 2022-ci il tarixli, 1304 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs2 opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (polinarkomaniya) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan, məhkəmə-narkoloji ekspertizasının 26 dekabr 2022-ci il tarixli, 1305 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Şöbəsi tərəfindən verilmiş Təqsirləndirilən şəxs2 məxsus SX № ******* seriyalı hərbi biletinin kserosurətindən görünür ki, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən verilmiş 070642 №-li vəsiqənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 anası- xx.xx.1970-ci il təvəllüdlü X7 “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq İ qrup əlilliyə görə ömürlük pensiya təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X29 kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 03 dekabr 2022-ci il tarixli, 3211 saylı rəyinin Psixiatrik müayinə tədqiqi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 psixiatrik ekspertiza müayinəsi zamanı kliniki psixopatoloji metodundan istifadə olunmuşdur. Anamnesis vitae (həyat anamnezi) və anamnesis morbi (xəstəlik anamnezi). Yoxlanılan şəxs xx.xx.1994-cü il tarixdə Masallı rayonunda anadan olmuşdur. Deməsinə görə irsiyyəti psixi xəstəliklərlə ağırlaşmayıb. Erkən psixofiziki inkişafı adi olmuşdur. Uşaqlıqda keçirdiyi infeksion xəstəlikləri xatırlamır. Məktəbə vaxtında getmiş, orta təhsillidir. Evlidir, üç uşağı var. İstintaqa cəlb edilənə kimi mebel sexində fəhlə işləməsini bildirir. Zərərli vərdişlərdən siqaret çəkdiyini, spirtli içki qəbul etdiyini qeyd edir. Son səkkiz ildə narkotik maddələrdən “anaşa, şüşə” qəbul etməsini bildirir. Ağır somatoinfeksion xəstəlik keçirməmiş, kəllə-beyin travması almamışdır. Yeniyetmə dövründən başlayaraq özünü bir qədər əsəbi şəxs kimi xakarterizə edərək əsəbi gərginliklər keçirdiyi zaman kəsmələrlə özünə xəsarətlər yetirməsini, hərbi xidmətə çağırış zamanı psixiatrik müayinədən keçdikdən sonra hərbi xidmətdən azad edilməsini bildirir. Cinayət işinin materiallarında olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 03 dekabr 2022-ci il tarixli, 3210 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində Anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz əməlinin faktiki xarakterini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 ünsiyyətçilik, özünəməxsus mövqe və prinsipə malik olmaq, adaptivlik və s. kimi fərdi psixi xüsusiyyətlərə malik olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət hadisəsi törədərkən emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs1 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X29 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 03 dekabr 2022-ci il tarixli, 3211 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində Anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz əməlinin faktiki xarakterini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törədərkən emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs2 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinin materiallarında olan, 12 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və təyin edilərək keçirilmiş kompleks məhkəmə fiziki-kimyəvi və məhkəmə bioloji ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi- 1934,8 qram qalmış narkotik vasitə olan “tiryək”, faktiki olaraq təmiz çəkisi- 3884,9 qram qalmış narkotik vasitə olan qurudulmuş “marixuana” və faktiki olaraq 90 ədəd qalıq qalmış narkotik vasitə olan “metadon”, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 02 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq müvafiq olaraq narkotik vasitələr məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanması üçün Cəlilabad rayon Polis şöbəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan, 04 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş və şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş qara rəngli “Samsung A12” markalı “**********66027” və “**********566023” imei kodlu mobil telefon cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanması üçün Cəlilabad rayon polis şöbəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan, “Giriş-çıxış və qeydiyyat” İAMAS-ın sərhədkeçmə altsistemi üzrə olan son məlumata əsasən Təqsirləndirilən şəxs1 24 sentyabr 2019-cu il tarixdə, saat 14:21:02-də DSBM-dən Azərbaycan Respublikasının Dövlət Sərhəddini keçib Rusiya Federasiyasına getmiş, 13 dekabr 2019-cu il tarixdə, saat 14:52:37-də X2 DSBM-dən Azərbaycan Respublikasına qayıtmışdır. Təqsirləndirilən şəxs2 ümumiyyətlə Azərbaycan Respublikasının Dövlət Sərhəddini keçməmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Əməliyyat tapşırığına cavab məktubuna əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etdikləri şəxsin müəyyən edilməsi ilə bağlı əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin həmin şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. İran İslam Respublikası vətəndaşlarının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Cinayət işinin materiallarında olan, Masallı rayon Mərkəzi xəstəxanası X20 daxil olan 24 yanvar 2023-cü il tarixli, PHŞ-6-60/2-48/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Masallı rayon Mərkəzi xəstəxanası X29 narkoloji və ruhi əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan, Masallı rayon Mərkəzi xəstəxanası X20 daxil olan 24 yanvar 2023-cü il tarixli, PHŞ-6-60/2-49/2023 saylı məktubunan görünür ki, Əsgərov X18 rayon Mərkəzi xəstəxanası X29 narkoloji və ruhi əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 30 noyabr 2022-ci il tarixdə, saat 19:45-də istintaq orqanı tərəfindən, Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 30 noyabr 2022-ci il tarixdə, saat 21:00-da istintaq orqanı tərəfindən, Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 30 noyabr 2022-ci il tarixdə, saat 21:45-də istintaq orqanı tərəfindən, X21 cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 30 noyabr 2022-ci il tarixdə istintaq orqanı tərəfindən, X21 01 dekabr 2022-ci il tarixli qərar ilə “şübhəli şəxs” statusuna xitam verilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Cəlilabad rayon X16 bölməsinin 19 fevral 2023-cü il tarixli “sübitların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsinə dair” qərarından görünür ki, X21 barəsində Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 307.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 02 dekabr 2022-ci il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə, ona ittiham elan edilmiş və həmin tarixdə onun barəsində Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə 4 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 02 dekabr 2022-ci il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə, ona ittiham elan edilmiş və həmin tarixdə onun barəsində Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə 4 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış üzrə verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilimişdir. Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış üzrə verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilimişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunan ittihamla özünü tam təqsirli bilərək müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində dindirilən zaman X12 vətəndaşı olması ehtimal edilən şəxslə istifadəsi üçün narkotik vasitənin göndərilməsi barədə razılaşdığını, külli miqdarda narkotik vasitələrin göndərilməsi barədə İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan razılaşmadığını müdafiəsi üçün dəlil gətirmişdir. Onun bu mövqeyi vəsatət kimi qəbul edilərək 02 dekabr 2022-ci il tarixli qərarla təmin edilmədən rədd edilmişdir. Təqsirləndirilən şəxs2 ona yenidən ittiham elan olunan zaman ifadəsində X12 vətəndaşı olması ehtimal edilən şəxslə istifadəsi üçün narkotik vasitənin göndərilməsi barədə razılaşdığını, külli miqdarda narkotik vasitələrin göndərilməsi barədə İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan razılaşmadığını müdafiəsi üçün dəlil gətirmişdir. Onun bu mövqeyi vəsatət kimi qəbul edilərək 20 fevral 2023-cü il tarixli qərarla təmin edilmədən rədd edilmişdir. Təqsirləndirilən şəxs2 cinayət işinin materialları ilə tanış olan zaman narkotik vasitələri istifadə etmək məqsədilə əldə etdiklərini, külli miqdarda narkotik vasitələrin göndərilməsi barədə İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan razılaşmadığını müdafiəsi üçün dəlil gətirmişdir. Onun bu mövqeyi vəsatət kimi qəbul edilərək 23 fevral 2023-cü il tarixli qərarla təmin edilmədən rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi, şəxsi axtarış keçirilməsi haqqında protokol, şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri, maddi sübut və rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əassən, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və anası- S.Əsgərovanın İ qrup əlil olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə işin hallarını, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, təqsirləndirilən şəxsi xarakterizə edən sənədləri tədqiq edib, sanksiyada nəzərdə tutulmuş cəzanın həddində Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid olunmaqla islah və tərbiyə olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə işin hallarını, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, təqsirləndirilən şəxsi xarakterizə edən sənədləri tədqiq edib, sanksiyada nəzərdə tutulmuş cəzanın həddində Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid olunmaqla islah və tərbiyə olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacı olması haqda yuxarıda qeyd edilmiş ekspert rəyini nəzərə alaraq, təqsirləndirilən şəxsin müalicə olunması və yeni cinayət törətməsinin qarşısını almaq məqsədi ilə məhkəmə Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacı olması haqda yuxarıda qeyd edilmiş ekspert rəyini nəzərə alaraq, təqsirləndirilən şəxsin müalicə olunması və yeni cinayət törətməsinin qarşısını almaq məqsədi ilə məhkəmə Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Cəlilabad rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş, məhkəmə ekspertizası tədqiqatından sonra faktiki olaraq təmiz çəkisi- 1934,8 qram qalmış narkotik vasitə olan “tiryək”, faktiki olaraq təmiz çəkisi- 3884,9 qram qalmış narkotik vasitə olan qurudulmuş “marixuana” və faktiki olaraq 90 ədəd qalıq qalmış narkotik vasitə olan “metadon” məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Cəlilabad rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş və şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş qara rəngli “Samsung A12” markalı “**********66027” və “**********566023” imei kodlu mobil telefon qanuni sahibinə qaytarılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizası tədqiqatının dəyərinə görə 60 (altmış) manat Təqsirləndirilən şəxs1 və Əsgərov X11 orta paylar ilə, yəni hər birindən 30 (otuz) manat məbləğində olan məhkəmə ekspertiza xərci tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirli bilinərək, 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin və cəza çəkməsinin əvvəli onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 30 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin və cəza çəkməsinin əvvəli onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 30 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Cəlilabad rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş, məhkəmə ekspertizası tədqiqatından sonra faktiki olaraq təmiz çəkisi- 1934,8 qram qalmış narkotik vasitə olan “tiryək”, faktiki olaraq təmiz çəkisi- 3884,9 qram qalmış narkotik vasitə olan qurudulmuş “marixuana” və faktiki olaraq 90 ədəd qalıq qalmış narkotik vasitə olan “metadon” məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Cəlilabad rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş və şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş qara rəngli “Samsung A12” markalı “**********66027” və “**********566023” imei kodlu mobil telefon qanuni sahibinə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizası tədqiqatının dəyərinə görə 60 (altmış) manat Təqsirləndirilən şəxs1 və Əsgərov X11 orta paylar ilə, yəni hər birindən 30 (otuz) manat məbləğində olan məhkəmə ekspertiza xərci tutularaq dövlət nəfinə keçirilsin. X26 Cinayətlər Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətinə, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən isə hökmün surəti onlara verildiyi gündən, həmin müddət ərzində apellyasiya qaydasında şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №1(099)-295/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-295/2023
10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver