Məhkəmə qərarları › İş №1(099)-295/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-295/2025

03.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-295/2025 03.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X20, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci ildə Astara rayonu Ərçivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, 16 dekabr 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Astara Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 4(018)-93/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda, -3,291 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 16 dekabr 2024-cü il tarixdə, saat 00:15-də Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Astara rayonu, Ərçivan qəsəbəsində saxlanılmış və üstünün yoxlanılması zamanı 01 ədəd sellofan bükümündə təmiz çəkisi: -3,291 qram olan psixotrop maddə metamfetamin əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək demişdir ki, 16 dekabr 2024-cü il tarixdə saat 17 radələrində Astara rayonu, Ərçivan kəndində adlarını bildiyi Həsən və Mahmud adlı polis əməkdaşları onu saxlayıb Astara RPŞ-nə gətirmişlər. Polis Şöbəsində onu rəis müavinlərinin yanına aparmışlar. Polis əməkdaşları ona “sən pis gündəsən sən müalicə olunmalısan və bu bükümü götürəcəksən” demişlər. Əməliyyatçılardan Həsənin adını bilmiş, digər əməliyyatçıların adlarını bilməmişdir. Polis əməkdaşları həmçinin ona “5 ildir ki, həbs olunmadığını, buna görə həbsə getməli olduğunu” demişlər. Polis əməkdaşları ona “ya bu bükümü götürməlisən ya da sənin evindən küllü miqdarda narkotik vasitə çıxaracağıq” demişlər. Onun iki yolu olmuş, ya polis əməkdaşlarının dedikləri bükümləri götürməli, ya da polis əməkdaşları yaşadığı evə daha artıq narkotik vasitə qoyacaqdılar. Onu saat 17 radələrində polis şöbəsinə gətirmişlər, videoçəkliş isə gecə saat 1-ə işləmiş olmuşdur. Polis əməkdaşları onu sahəyə videoçəkliş etmələri üçün aparmışlar, həmin ərazidə yaşayış evləri olmamışdır. Polis əməkdaşlarının birinci videoçəklişləri alınmamışdır. Polis əməkdaşları ona videoçəklişdə deməsi üçün sözlər öyrətmişlər. Astara rayon prokuroru da onu qəbul etmiş, prokuror ona birinci dəfə necə demisənsə, ikinci dəfə ifadə verəndə həmin sözləri deməlisən demişdir. Polis əməkdaşları onu döymüşlər, ancaq çox döyməmişlər, ona sillə və təpik vurmuşlar, ancaq xəsarətləri olmamışdır. Narkotik vasitədən uzaq olmuş, bunun üçün qabağına məqsəd qoymuşdur. Polis əməkdaşları ondan nə qan analizi nə də ki, sidik analizi götürməmişlər. Polis əməkdaşları onu saxlayan zaman üzərində mobil telefon olsa da işləməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə istifadə etməmiş, əvvələr narkotik vasitə marixuana qəbul etmişdir. Tutulan günə qədər heç bir narkotik vasitədən istifadə etməmişdir. Saat 17-də evdən çıxıb əmisi oğlugilə getmişdir. Əmisi oğlu Ərçivan kəndində “böyük körpü” deyilən yerdə qalır. Əmisi oğlu qazidir, onunla bir yerdə onun avtomobilini düzəltdirmək üçün ustaya getmişlər, ustada bir az gözləmişlər, sonra piyada evə qayıtmışdır. Maşın düzəldilən yerdən onların evinə piyada 20-25 dəqiqəyə gəlmək olar. Ustadan 18 radələrində çıxıb tək evə gəlmişdir. Evə 15 dəqiqəlik yol qalardı, həmin vaxt polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşlarından Həsəni tanımışdır. Polis əməkdaşları onu polis şöbəsinə gətirərkən iki avtomobil dəyişmişlər, əvvəl “yanar bulağ” ın yanına aparmışlar, daha sonra “Fiat” markalı avtomobil ilə polis şöbəsinə aparmışlar. Polis əməkdaşları onu axşam videoçəkliş olan əraziyə aparmışlar. Axşama kimi polis şöbəsində qalmış, şöbədə ona Ceyhun adlı şəxsdən narkotik vasitə aldığını bildirsin, Ceyhun narkotik satır. Polis əməkdaşları onu “Məscid”in yanında saxlamışlar. “Məscid”in həyətində qəbristanlıq var, həmin vaxtı məhəllədən yola çıxmışdır. Polis əməkdaşları onu saxlayıb birinci Mahmud adlı polis əməkdaşının “Mercedes” markalı avtomobilinə əyləşdirib onu “yanar bulağın” yanına aparmışlar, daha sonra “Fiat” markalı avtomobilə mindirib polis şöbəsinə aparmışlar. Mahmud onun həmkəndlisidir. İbtidai istintaq zamanı narkotik vasitəni Lənkəranlıdan aldığını demiş, həmin sözləri ona deməyi polis əməkdaşları bildirmişlər. Polis əməkdaşlarının onu saat 17 radələrindən sonra saxlamaları barədə hər hansı bir sübutu yoxdur, ancaq bu faktdır. Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid3 onu döyməmişdir. Şahid3 ona “bükümü götürməsən evindən daha böyüyü çıxacaq” deməmişdir. Polis əməkdaşları onu saat 17-18 radələrində saxlamışlar. Onu polis əməkdaşları tərəfindən deyilən yerdə saxlamamışlar. Polis əməkdaşları Ərçivan qəsəbəsində “Məscid”ə yaxın ərazidə onu saxlamışlar. Astara RPŞ-nin əməkdaşı və onun həmkəndlisi Samir adlı şəxs X5 etap edildikdən sonra yanına gəlib narkotik vasitəni qəbul etməyini bildirmişdir. Samir ona “hakimlə danışıb sənə 3 il cəza istəyəcəm və hər ay sənin yanına gələrəm, əgər qəbul etməsən burdan çıxarsan sonra səni İran məsələsi ilə paketləyib göndərərlər” demişdir. Həmin vaxt onların yanlarında gizir olmuş, həmin gizir ona “yazığsan bədbəxt etmə özünü” demişdir. Samir adlı polis əməkdaşı məhkəməyə gələcəyini bildirmişdir. Samir adlı polis əməkdaşı həmkəndlisidir. Polis əməkdaşları onu saxlayarkən qaçmamışdır, bir addım belə qaçmamışdır. Videoçəklişdən əvvəl polis əməkdaşları ona bir neçə addım qaçmasını bildirmişlər, buna görə o da bir neçə addım qaçmışdır. Asma xəstəliyi olduğu üçün nəfəsi daralmışdır. Mahmud Nəsirov yalan ifadə vermiş, Mahmud Nəsirov yalandan demişdir ki, guya o tutulan gün işdə növbədə olmuş, onun saxlanmasında Mahmud Nəsirov da iştirak etmişdir. Mahmud Nəsirovun anten məlumatları bunu sübut edəcəkdir. Penitensiar Xidmətə yanına gəlmiş polis əməkdaşı ona öz mobil nörməsini vermişdir. Həmin polis əməkdaşı bildirmişdir ki, işinə sədirlik edən hakimdən sənə az cəza verilməsini xahiş edəcəkdir. Ekspertizada olan zaman ondan sidik analizi götürülməmişdir. Onu polis əməkdaşları saxladıqdan sonra gecə vaxtı qan analizinə aparmışlar. 16 dekabr 2024-cü ildə onu analizə aparmışlar. Vüqar Əliyev, Ağayev və Jalə Ağayeva adlı həkimləri görməmişdir. Hicablı bir xanım görmüş, başqa heç kimi görməmişdir. Penitensiar xidmətə yanına gələn polis əməkdaşı Samir sahə müvəkkili vəzifəsində işləyir. Samir onunla görüşən gün, rəsmi görüş günü olmamış, icazə alıb onunla görüşmüşdür. Samir adlı polis əməkdaşı ona bildirmişdir ki, “biz Neymət müəllimə tapşırarıq sənə 3 il cəza verəcək, narkotiki qəbul etməsən səni iran məsələsi ilə paketləyib göndərərik içəri”. Samir adlı polis əməkdaşı mənə dedikləri sözləri gedib anasına da demişdir. Samir polis əməkdaşı xalası oğlu deyil, Samirlə heç bir qohumluq əlaqəsi yoxdur. Astara RPŞ-nin əməkdaşı Samir adlı polis əməkdaşı təkrar onunla görüşmək üçün X3 gəlmiş, ancaq onunla görüşə çıxmamışdır. Polis əməkdaşları onu narkoloji xəstəxanaya apararkən Şahid3 iştirak etməmişdir. Polis əməkdaşları onu saxlayan zaman Mahmudun idarə etdiyi avtomobil ilə aparmışlar, Şahid3 isə digər avtomobildə PPX-nin avtomobilində olmuş, “yanar bulağ” ın yanında onu Mahmudun avtomobilindən PPX-nin avtomobilinə mindirmişlər. Şahid Vüqar Əliyevi görməmişdir. Narkoloji xəstəxanada ondan nə qan alazi nə də sidikdən analiz götürülməmişdir. Xəstəxanada xanım ondan soruşmuşdur ki, əvvələr hansı narkotik vasitərlərdən istifadə etmisən, xanıma əvvələr nəşə çəkdiyini, lakin 5 ildir narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Samir Məmmədov yalan ifadə verir, onunla münasibəti, dostluğu və yaxınlığı olmamışdır. Samir Məmmədov yanına gələndə onun üçün toyuq, siqaret, çörək, su və şirniyyat gətirmişdir. Müdafiəçisini polis şöbəsində görmüşdür, müdafiəçi onunla təklikdə görüşməmişdir. Videoçəkilişi polis əməkdaşları bir neçə dəfəyə çəkmişlər. Hətta polis əməkdaşları tərəfindən cibinə qoyulan bükümü cibində cırmışdır. Əllərini cibinə salıb bükümün cırıldığını görüb yenidən qablaşdırıb cibinə qoymuşlar. Videoçəkliş aparılan zaman qaçmağa imkanı da olmamış, çünki arxada da polis əməkdaşları olmuşdur. Üzərinə qoyulmuş bükümü atsa idi də belə polis əməkdaşları yenidən götürüb cibimə qoyacaqdılar. Saxlanıldıqdan bir gün sonra baş müstəntiq Ərəstun onu qəbul etmiş, necə saxlanılması barədə ona da demişdir. Bundan əlavə onu ikinci dəfə Astara rayon prokurorunun yanına aparanda da necə saxlanılması barədə prokurora danışmışdır. Prokuror ona “Zaur bunları mənə dünən deyərdin, daha gecdi” demişdir. Prokuror onu iki dəfə qəbul etmişdir. Birinci dəfə dəfə saxlanılan günü, ikinci dəfə isə həbs qətimkan tədbiri seçilən günü. Prokuror onu ikinci dəfə qəbul edəndə videoçəkiliş edirdilər. Necə saxlanılması barədə prokurora danışan zaman videoçəklişi dayandırmışlar. Müstəntiq Nurlan da orada olmuşdur. Təqsirləndirilən şəxs heç bir təqsirinin olmadığını, üzərindən aşkar olunduğu yazılmış psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürüldüyünü bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 15 dekabr 2024-cü il tarixdə icraatına Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və məlumat şöbə rəhbərliyinə məruzə olunmuşdur. Əməliyyat şöbə rəisinə məruzə olunduqdan sonra o, Şahid3, Şahid1 və Şahid4 əməliyyat qrupuna daxil edilmişlər. Gecə saatlarında Təqsirləndirilən şəxs Ərcivan qəsəbəsində piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılmış, özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra ona üzərinə baxış keçirilməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmiş və üzərinə baxış keçirmələrilə bağlı etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşya və predmet varsa təqdim etməyini bildirmişlər. O da üzərində olan bir bükümü onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm qablaşdırılmış və vahid protokol tərtib edilməsi üçün polis şöbəsində təhqiqatçıya təhvil verilmişdir. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs gecə saatlarında saxlamışlar. Əvvələr Təqsirləndirilən şəxs barəsində ona məlumat daxil olmamışdır. Əməliyyat günü Ərçivan qəsəbəsində olub-olmadığını xatırlamamışdır. Ancaq Təqsirləndirilən şəxs saxlanılan zaman Ərçivan qəsəbəsində olmuşdur. Təqsirləndirilən şəxs videoçəklişlə saxlanılmışdır. Həmin vaxt üzərində ***-***-**-** saylı mobil nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs saat 00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı həmin gün daxil olmuşdur. Əməliyyat məlumatını neçə saatdan sonra realizə etmələri yanında qalmamışdır. Əməliyyat məlumatı ilə əlaqədar Ərçivan qəsəbəsinə girib çıxmamışdır. Mahmud adlı polis əməkdaşı əməliyyatda iştirak etməmişdir. Əməliyyat zamanı metamfetaminin 3 qram və ya 3 qramdan artıq olsun məsələsi olmamışdır. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı Astara RPŞ-nin əməliyyat müvəkkili polis baş-leytenantı Şahid2 icraatına daxil olmuş əməliyyat məlumatı şöbə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs keçirilən əməliyyat tədbirləri nəticəsində tərəflərindən Ərçivan qəsəbəsində saxlanılmış və saxlanıldıqdan sonra saxlanılma səbəbi Təqsirləndirilən şəxs bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitənin və psixotrop maddənin olubolmaması barədə sualına cavab olaraq Təqsirləndirilən şəxs özü üzərində psixotrop maddə olduğunu bildirmiş və həmin kütləni özü çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan həmin kütlə elə həmin ərazidə qablaşdırılmış, daha sonra RPŞ-nə gəlmişlər və keçirilmiş əməliyyat tədbiri ilə bağlı müvafiq protokol tərtib olunmuşdur. Protokol tərtib oldunduqdan sonra fotoşəkillər, videoçəkliş və aşkarlanan kütlə təhqiqatçıya təhvil verilmişdir. Təhqiqatçının otağında yenidən videoçəklişlə kütləyə baxış keçirilmiş və təkrar qablaşdırılmışdır. Verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayıb polis şöbəsinə gətirib söhbət etməmişlər, Təqsirləndirilən şəxs ərazidə saxlayıb daha sonra polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs Ərçivan qəsəbəsində saxlamışlar. Həmin vaxtı üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə dindirilmiş Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, 3 qram psixotrop maddə olan metamfetamin Təqsirləndirilən şəxs üzərindən aşkarlanmışdır. X30 RPŞ-nin müvəqqəti saxlama yerində işləyir. X38 Tağıyevin saxlanmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman ərazidə olmuş, əməlliyyat qrupunun rəhbəri Şahid2 ona zəng edib əməliyyat tədbirinin olduğunu bildirmiş və onu köməyə çağırmışdır. X26 qəsəbəsində yaşayır. Mahmudun yerinə cavab verə bilməz, Mahmudun nə vaxt xidmətdə olub nə vaxt xidmətdən çıxdığını deyə bilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan gün, həmin əməliyyat tədbirindən başqa digər əməliyyatçılarla başqa tədbirdə olmamış, amma Ərçivan qəsəbəsi xidməti ərazisi olduğu üçün orada olmuşdur. Dindirilmiş Şahid1 Bafəddin oğlu ifadəsində bildirmişdir ki, 15 dekabr 2024-cü il tarixdə Astrara RPŞ-nin əməkdaşı Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra əməliyyat məlumatı barədə şöbə rəhbərliyinə məruzə edilmiş və əməliyyat qrupu yaradılmış, o da əməliyyat qrupuna daxil edilmişdir. Təqsirləndirilən şəxs ola biləcəyi yerə hərəkət etmişlər, Təqsirləndirilən şəxs Ərçivan qəsəbəsi ərazisində görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər və üzərində qanunla qadağan olunan əşya və predmetin olubolmamasını soruşmuşlar. O da üzərində olan bir büküm metamfetaminə bənzər kütləni onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs Ərçivan qəsəbəsi ərazisində saxlamışlar. Təqsirləndirilən şəxs gecə saat 23 radələrində saxlamışlar. Həmin gün saat 17-18 radələrində bu işlə bağlı Ərçivan qəsəbəsinə getməmişdir. Həmin vaxtı ***-***-**-** saylı mobil nömrə üzərində olmuşdur. Təqsirləndirilən şəxs döyməmişlər. Təqsirləndirilən şəxs “Niva” markalı avtomobil ilə polis şöbəsinə aparmışlar. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 15 dekabr 2024-cü il tarixdə Astara RPŞnin əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və daşıması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və onlar Ərçivan qəsəbəsi ərazisinə yollanmışlar. Ərçivan qəsəbəsindən ipək yoluna gedən istiqamətdə Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Təqsirləndirilən şəxs saxladıqdan sonra onun üzərində qanunla qadağan olunan əşya və predmet varsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi istifadəsi üçün Lənkəran rayonundan əldə etdiyi “şüşə”nin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan bir büküm kütlə tərəflərindən qablaşdırılaraq təhqiqatçıya təhvil vermişlər. Verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs gecə saatlarında saxlamışlar. Təqsirləndirilən şəxs Ərçivan qəsəbəsində telestudyanın yanında saxlamışlar. Təqsirləndirilən şəxs saxlayan zaman sonuncu sahə tərəfdən gəlmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman “Niva” markalı avtomobili özü idarə etmiş, avtomobil xidməti avtomobil olmuşdur. Təqsirləndirilən şəxs gecə saatlarında saxlamışlar. Mahmud adlı polis əməkdaşı əməliyyat tədbirində iştirak etməmişdir. Əməliyyat qrupunda özü, Nurlan, Elmir və Həsən olmuşlar. ***-***-**-** saylı mobil nömrəsi Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan gün Ərçivan qəsəbəsində olmuşdur. Həmin gün qəsəbədə heyvan oğurluğu olmuş, həmin gün Beyləqan və Fizuli rayon sakinləri oğurluq hadisəsi ilə bağlı saxlanılmışlar və bu səbədən də Ərçivan qəsəbəsində olmuşdur. Saat 17-18 radələrində Ərçivan qəsəbəsində olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı heç nə bilməmiş, Təqsirləndirilən şəxs Astara RPŞ-nin müvəqqəti saxlama yerdində görmüşdür. Şəxsi avtomobili olmamış, rəhmətlik atasından mavi rəngli “Mercedes” markalı avtomobil ona qalmışdır. Təqsirləndirilən şəxs xidmətdən çıxan gün görmüşdür. Axşam saat 20:00-da işdən çıxıb evə getmiş, iki gündən sonra işə qayıtmışdır. 16 dekabr 2024-cü il tarixdə səhər saat 8dən axşam saat 20-ə qədər müvəqqəti saxlama yerində xidmətdə olmuşdur. İşdə olduğu müddətdə heç yerə getməmişdir. Həmin gün Ərçivan qəsəbəsinə getməmişdir. Əməliyyat zamanı ***-***-**-** saylı mobil nömrə üzərində olmuşdur. Astara RPŞ-nin müvəqqəti saxlama yerinin əməkdaşının əməliyyat tədbirində iştirak etməsinə RPŞ-nin rəhbərliyi icazə verməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə dindirilmiş şahid Mahmud Nəsirov verilmiş suallara cavab olaraq bildirmişdir ki, birinci dəfə şahid qismində dindirildikdən sonra işə qayıdıb rəisindən xahiş edib həmin vaxtı nə vaxt xidmətdən çıxdığını soruşmuş, növbətçi hissə həmin gün axşam saat 19-da xidmətdən çıxdığını demişdir. Müvəqqəti saxlama yerinə gəldikdən sonra Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı keçirilən əməliyyat tədbirində iştirak etməmişdir. Təqsirləndirilən şəxs arxadan tutub avtomobilə salmamışdır. Bulağın yanında Təqsirləndirilən şəxs bir avtomobildən digər avtomobilə keçirməmişdir. İstifadəsində olan telefon nömrəsinin anten məlumatları hansı əraziləri göstərmişsə o, da həmin ərazilərdə olmuşdur. X31 RPŞ-də sahə müvəkkili vəzifəsində işləyir. İttiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, şəxs həmin anda telefondan istifadə etmirsə anten məlumatı düşmür. Hazırda bu işdə internet anteni daha dəqiq məlumat verir. “Azercell Telecom” da olan məlumatlar dəqiq olur, telefonun anten göstəriciləri tez-tez yenilənir. Cinayət işi üzrə verilmiş anten məlumatları dəqiqdir, anten harada göstərirsə demək ki, həmin vaxtı həmin nömrə orada olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs müayinədən keçən zaman görmüşdür. Şəxs gəlir ondan bioloji mühütdən, yəni qan və sidikdən nümunələr götürülür. Təqsirləndirilən şəxs qan nümunəsinin götürülməsi mümkün olmamışdır. Onlara Təqsirləndirilən şəxs sidik nümunəsi təqdim edilmış və sidikdə marixuana aşkar edilmişdir. Müayinənin keçirilməsi qaydası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydadır, 20 gün ərzində konsilium olunur və 20 gün ərzində rəy tərtib olunur və şəxsə təqdim edilir. Təqsirləndirilən şəxs onların narkoloji müayinəsində olunmuşdur. Verilmiş suallara cavab olaraq şahid Vüqar Əliyev bildirmişdir ki, Təqsirləndirilən şəxs xəstəxanaya gətirilmə tarixi yadında deyildir. Təqsirləndirilən şəxslə söhbət etməmişdir. Sidik müayinəsində son 30-34 gün ərzində şəxs narkotik vasitə marixuana istifadə edibsə analiz verən zaman müəyyən edilmişdir. Xəstəxanın baş həkimi kimi mütləq deyil, hamı ilə görüşüb söhbətlər aparsın, lakin xəstəxanada mütəxəsisləri ora gətirilən şəxslərlə görüşüb söhbətlər aparır. Daha sonra analizlər götürülür və 20 gün ərzində rəy tərtib edilir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, növbətçi olduğu zaman nahardan sonra Təqsirləndirilən şəxs gətirmişlər, ondan qan analizi götürmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs 11 ildir marixuana istifadə etdiyini bildirmişdir. Dəftərində qeydlər yazmışdır. Təqsirləndirilən şəxs sidik analizi götürmüşlər. Gecə yarı onlara xəstə gətirməmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkoloji xəstəxanada görmüşdür. Təqsirləndirilən şəxs analiz götürmüş və 20 gün ərzində həkimlər yığılmışlar, analizlərin cavabları əsasında rəy tərtib edilmişdir. Tibb bacısı Təqsirləndirilən şəxs analiz götürən zaman iştirak etmişdir. Təqsirləndirilən şəxs nahardan sonra saat 14-15 radələrində analiz götürülmüşdür. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, X2 nəzarətçi vəzifəsində işləyir. Samir adlı şəxs Təqsirləndirilən şəxs xalası olduğunu bildirmiş, onunla görüş istəmiş və onlarda Samirlə Təqsirləndirilən şəxs görüşmələrini təmin etmişlər. Verilmiş suallara cavab olaraq şahid Elşad Məmmədov bildirmişdir ki, X40 Tağıyevlə görüşən zaman onların yanında qalmamış, xidməti otağında kamera vasitəsi ilə onları müşahidə etmişdir. X33 Tağıyevin niyə görüşmələri ilə bağlı məlumatı olmamışdır. Samirlə Təqsirləndirilən şəxs nə haqda danışdıqlarını eşitməmişdir. Təqsirləndirilən şəxs Samir Məmmədovla görüşdükdən sonra ona bildirmişdir ki, Samir Məmmədov üzərinə qoyulmuş psixotrop maddə metamfetamini üzərinə götürməyini bildirmiş, o da Təqsirləndirilən şəxs hüquqlarını izah etmişdir. Samir Məmmədovun polis əməkdaşı olduğunu sonradan bilmiş, X40 Tağıyevlə görüşə gələrkən mülki geyim formasında olmuşdur. Təqsirləndirilən şəxs Samir Məmmədovla istəməsə idi görüşməzdi. Tam xatırlaya bilmir ki, X40 Tağıyevə kağızda nə vermişdir. Təqsirləndirilən şəxs kağız parçasını özü vermişdir. Samir Məmmədov ikinci dəfə də Təqsirləndirilən şəxslə görüşmək üçün gəlmiş, lakin səhvə yol verdiyini anladığı üçün onların görüşmələrinə icazə verməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, əri xəstədir və Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müalicə alır. Təqsirləndirilən şəxs uşaqlarına özü baxır. Samir Məmmədov adlı polis əməkdaşı onun bacısı oğlu deyil, həmkəndlisidir. Samir Məmmədov ona demişdir ki, Zaur üzərindən çıxan metamfetamini qəbul etsin və özünə məxsus olduğunu desin. Bu barədə Zaura bildirmiş, X18 da üzərinə qoyulmuş metamfetamini üzərinə götürməsini dediyini bildirmişdir. Zaur üzərindən aşkar olunan metamfetaminin özünə məxsus olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Samir Məmmədov onun evinə gəlib ona heç bir köməklik göstərməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs kəndçisidir, əvvəllər münasibətləri yaxşı olmuşdur. X3 Zaurun yanına getmiş, ona ərzaq alıb aparmışdır. Zaurla söhbət etmiş, dərdi ilə maraqlanmışdır. Zaura təzyiq edib uzərindən aşkar olunmuş maddəni boynuna almasını deməmişdir. İkinci dəfə Zaurla görüşməyə getməmişdir. Zaurla qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. Həbs olunan bütün Astara rayonunun sakinlərinə əlindən gələn köməkliyi edir. Zaurla da əvvəllər münasibəti yaxşı olduğu üçün onun da yanına getmiş, başqa hər hansı niyyəti olmamışdır. Zaura 80 manat dəyərində ərzaq alıb aparmışdır. Zaura “cinayəti boynuna götür, hakim və prokurorla danışıb xahiş edərik sənə 3 il cəza verərlər” sözlərini deməmişdir. Hakimlərlə və dövlət ittihamçısı ilə heç bir münasibəti olmamışdır. Hakimləri və dövlət itihamçısını məhkəmə iclas zalında görmüşdür. Zaurun atası hazırda xəstədir və ona dəyməyə getmişdir. Zaurun atasına maddi cəhətdən köməklik etməmişdir. Zaurun qardaşı mütəmadi spirtli içki qəbul edəndi, onunla bağlı dəfələrlə onu evlərinə çağırmışlar. Elə gün olub ki, gecə saat 03-04-də onların evinə getmişdir. Onlara çox yaxşılıq etmişdir. Zaurun anası burada olsa idi dediklərini təsdiq edərdi. Zaurun yanına gələn günü Lənkəran şəhərində olmuş, Zaur yadına düşdüyü üçün yanına getmişdir. Astara rayonu, Şahağacı kəndində sahə polis nəfəri işləyir. Zaurla bir kənddə yaşamışlar, evlərinin arasında təxminən 500 metr məsafə vardır. Zaura telefon nömrəsini vermişdir. Zaura nömrəsini kağıza yazıb verməyi yadında qalmışdır. Ona təqdim olunan nömrə özünün nömrəsidir, nömrəni kağıza özü yazıb Zaura vermişdir. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, 16 dekabr 2024-cü il tarixdə, saat 00:15-də Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümündə təmiz çəkisi 3,291 qram olan psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktı ilə bağlı toplanmış təhqiqat materialları əsasında ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-46) -“əməliyyat axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsilə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 16 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, 16 dekabr 2024-cü il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd ağ sellofan bükümündə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş, daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək psixotrop maddə metamfetaminə bənzər kütlə tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 3.42 qram olması müəyyən edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs metamfetamin bənzər kütlənin ona məxsus olduğunu, həmin kütləni 150 manat qarşılığında 2 gün qabaq Lənkəran rayonunda əldə etdiyini, 2 dəfə həmin kütlədən istifadə etdiyini, heç kəsə həmin psixotrop maddədən satmadığını və vermədiyini bildirmişdir.(i.v.11-13) -“cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması barədə” 16 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:45-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.15) -“əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 16 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, 16 dekabr 2024-cü il tarixdə saat 00:15-dan saat 00:23-dək olan müddət ərzində Astara RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən götürülmüş bir ədəd sellofan bükümdə, ağ rəngli, çəkisi 3,42 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləyə baxış keçirilmiş, həmin kütlə elektron tərəzidə ölçülərək çəkisinin 3,47 qram olması müəyyən edilmişdir. Daha sonra Video görüntüdən ibarət 1 ədəd DVD disk “BENQ” markalı kompyuterə qoşulmuş və “My computer” pəncərəsində açılmış, DVD diskə baxış zamanı “Zaur.mp4” adlı video görüntü açılmış, 06 dəqiqə 52 saniyədən ibarət olan görüntünün 01:50 dəqiqəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan büküm aşkar olunmuşdur.(i.v.29-31) -“məhkəmə kimyəvi ekspertizası” nın 16 dekabr 2024-cü il tarixli 19/779 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə metamfetmainə bənzər kütlə.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -3,291 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ). Metamfetaminin təmiz çəkisi 3,291 qramdır, tədqiqata 0,1 qram metamfetamin sərf edilməklə 3,191 qram metamfetamin qalıq qalmışdır.(i.v.39-42) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Astara Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 4(018)-93/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v.61-62, 82-83) -“məhkəmə-tibbi ekspertizası” nın 16 dekabr 2024-cü il tarixli, 424 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. Rəyin təsviri hissəsində yazılmışdır ki, müayinə olunanın deməsinə görə 15 dekabr 2024-cü il tarixdə, saat 19 radələrində polis əməkdaşları onu tutub polis şöbəsinə gətirmişlər. Tibb müəssisinə müraciət etməmişdir. Şikayəti yoxdur.(i.v.84-85) -Astara Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 5(018)-238/2024 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə CAB-nin rəisi, polis mayoru İqbal Rəhimli tərəfindən qəbul edilmiş 15 dekabr 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. (i.v.88-90) -“maddi sübut hesab edilməsi haqqında” 30 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından qaytarılmış təmiz çəkisi 3,191 qram olan metamfetamin maddi sübut kimi tanınmış, saxlanılması üçün Astara RPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir.(i.v.96) -“ambulator məcburi-tibbi yoxlamı” nın 16 dekabr 2024-cü il tarixli, 849 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür.(i.v.130) -“cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 22 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaq materiallarından Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi naməlum şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır.(i.v.142-143) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı olan ilkin araşdırma materiallarında, yəni; -Astara rayon İcra Hakimiyyəti Başçısının Ərçivan qəsəbə İnzibati-Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Ərcivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur.(i.v.109-110) -Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 23 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 02 may 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 avqust 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Astara Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 iyul 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu qanunvericliklə müəyyən edilmiş qaydada ödənilmişdir.(i.v.93-95) Azərbaycan Respublikası Konstitusiyasının 60 maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (bundan sonra-Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 10-36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri: 1. Cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir; 2. İnsan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir; 3. Hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Məhkəmə tərkibi cinayət işinin mateariallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 16 dekabr 2024-cü il tarixdə saat 18 radələrindən sonra Astara rayonu, Ərçivan kəndində Həsən və Mahmud adlı polis əməkdaşları onu saxlayıb Astara RPŞ-nə gətirmişlər. Polis əməkdaşları onu saxlayıb birinci Mahmud adlı polis əməkdaşının “Mercedes” markalı avtomobilinə əyləşdirib onu “yanar bulağın” yanına aparmışlar, daha sonra “Fiat” markalı avtomobilə mindirib polis şöbəsinə aparmışlar. Polis əməkdaşları ona “sən pis gündəsən sən müalicə olunmalısan və bu bükümü götürəcəksən” demişlər. Polis əməkdaşları həmçinin ona “5 ildir ki, həbs olunmadığını, buna görə həbsə getməli olduğunu” demişlər. Polis əməkdaşları ona “ya bu bükümü götürməlisən ya da sənin evindən küllü miqdarda narkotik vasitə çıxaracağıq” demişlər. Onun iki yolu olmuş, ya polis əməkdaşlarının dedikləri bükümləri götürməli, ya da polis əməkdaşları yaşadığı evə daha artıq narkotik vasitə qoyacaqdılar. Axşama kimi polis şöbəsində qalmış, şöbədə ona “Ceyhun adlı şəxsdən narkotik vasitə aldığını, Ceyhun narkotik satır” sözünü deməsini bildimişlər. Videoçəkliş isə gecə saat 1-ə işləmiş olmuşdur. Polis əməkdaşları onu sahəyə videoçəkliş etmələri üçün aparmışlar, həmin ərazidə yaşayış evləri olmamışdır. Polis əməkdaşlarının birinci videoçəklişləri alınmamışdır. Polis əməkdaşları ona videoçəklişdə deməsi üçün sözlər öyrətmişlər. Astara rayon prokuroru da onu qəbul etmiş, prokuror ona birinci dəfə necə demisənsə ikinci dəfə ifadə verəndə həmin sözləri deməlisən demişdir. Polis əməkdaşları onu döymüşlər, ancaq çox döyməmişlər, ona sillə və təpik vurmuşlar, ancaq xəsarətləri olmamışdır. Astara RPŞ-nin əməkdaşı və onun həmkəndlisi Samir Məmmədov X5 etap edildikdən sonra yanına gəlib narkotik vasitəni qəbul etməyini bildirmişdir. Samir ona “hakimlə danışıb sənə 3 il cəza istəyəcəm və hər ay sənin yanına gələrəm, əgər qəbul etməsən burdan çıxarsan sonra səni İran haqsabı ilə paketləyib göndərərlər” demişdir. Həmin vaxt onların yanlarında gizir olmuş, həmin gizir ona “yazığsan bədbəxt etmə özünü” demişdir. Polis əməkdaşları onu saxlayarkən qaçmamışdır, bir addım belə qaçmamışdır. Videoçəklişdən əvvəl polis əməkdaşları ona bir neçə addım qaçmasını bildirmişlər, buna görə o da bir neçə addım qaçmışdır. Asma xəstəliyi olduğu üçün nəfəsi daralmışdır. Samir onunla görüşən gün, rəsmi görüş günü olmamış, icazə alıb onunla görüşmüşdür. Samir adlı polis əməkdaşı ona dedikləri sözləri gedib anasına da demişdir. Samir xalası oğlu deyil, Samirlə heç bir qohumluq əlaqəsi yoxdur. Samir təkrar onunla görüşmək üçün X3 gəlmiş, ancaq onunla görüşə çıxmamışdır. “Məhkəmə-tibbi ekspertizası” nın rəyinin təsviri hissəsində yazılmışdır ki, Təqsirləndirilən şəxs deməsinə görə 15 dekabr 2024-cü il tarixdə, saat 19 radələrində polis əməkdaşları onu tutub polis şöbəsinə gətirmişlər. "xxxx" MMC-dən alınmış məlumatlardan görünür ki, 15 dekabr 2024-cü il tarixdə polis əməkdaşı Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatı saat 18:18-dən saat 20:14-dək, polis əməkdaşı Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatı saat 18:19-dan saat 20:46-dək “Astara r-nu, Ercivan- Shuvi yolu” və “Astara ray., Ercivan kendi” adlı antenlərin əhatə dairəsinin, polis əməkdaşı Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatı saat 19:32-dən saat 20:37-dək “Astara ray., Ercivan kendi” adlı, polis əməkdaşı Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatı saat 18:28-dən saat 19:30-dək, polis əməkdaşı X12 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatı saat 18:38-dən saat 21:40-dək “Astara r-nu, Ercivan-Shuvi yolu” adlı antenlərin əhatə dairəsini göstərmiş və sabit olaraq qalmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 əməliyyat günü Ərçivan qəsəbəsində olub-olmadığını xatırlamadığını, əməliyyat məlumatı ilə əlaqədar Ərçivan qəsəbəsinə getmədiyini, Şahid3 Ərçivan qəsəbəsi xidməti ərazisi olduğu üçün orada olduğunu, Şahid1 Təqsirləndirilən şəxs saxlanılan gün saat 17-18 radələrində bu işlə bağlı Ərçivan qəsəbəsinə getmədiyini, Şahid4 saat 17-18 radələrində başqa işlə bağlı Ərcivan qəsəbəsində olduğunu, şahid Mahmud Nəsirov ilkin dindirməsində Astara RPŞ-də xidmətdə olduğunu bildirmişlər. Astara RPŞ-dən daxil olmuş 27 avqust 2025-ci il tarixli, 3-18-65/2-15248/2 nömrəli məktubdan görünür ki, Mahmud Nəsirov 14 dekabr 2025-ci il tarixdə, saat 08:00-da Astara RPŞ-nin X14 növbətçiliyi təhvil almış, 15 dekabr 2024-cü il tarixdə, saat 08:00-da növbətçiliyi təhvil vermiş, 17 dekabr 2024-cü il tarixdə, saat 08:00-da yenidən növbətçiliyi təhvil almışdır. "xxxx" MMC-dən alınmış məlumatlardan görünür ki, Astara rayonu, Ərçivan qəsəbəsinə xidmət verən, Ərçivan qəsəbəsini əhatə edən ən yaxın antenlər “Astara r-nu, Ercivan-Shuvi yolu və Astara ray., Ercivan kendi” adlı antenlərdir, Ərçivan qəsəbəsini əhatə etmə ehtimalı olan digər antenlər “Astara seh, S.Vurgun kucesi 68, Astara r-nu və Astara r-nu TV” adlı antenlərdir. Şərh edilənlərdən göründüyü kimi polis əməkdaşlarının məhkəmə istintaqı zamanı verdikləri ifadələri təqsirləndirilən şəxsin, eləcə də özlərinin ifadələri və anten məlumatları ilə ziddiyyət təşkil etmiş, obyektiv həqiqəti özündə ehtiva etməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş şahid X11 ifadəsində bildirmişdir ki, X2 nəzarətçi vəzifəsində işləyir. Samir adlı şəxs Təqsirləndirilən şəxs xalası oğlu olduğunu bildirmiş, onunla görüş istəmiş və onlarda Samirlə Təqsirləndirilən şəxs görüşmələrini təmin etmişlər. Təqsirləndirilən şəxs Samir Məmmədovla görüşdükdən sonra ona bildirmişdir ki, Samir Məmmədov üzərinə qoyulmuş psixotrop maddə metamfetamini üzərinə götürməyini demiş, o da Təqsirləndirilən şəxs hüquqlarını izah etmişdir. Samir Məmmədov ikinci dəfə də Təqsirləndirilən şəxslə görüşmək üçün gəlmiş, lakin səhvə yol verdiyini anladığı üçün onların görüşmələrinə icazə verməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Samir Məmmədov adlı polis əməkdaşı onun bacısı oğlu deyil, həmkəndlisidir. Samir Məmmədov ona demişdir ki, Zaur üzərindən çıxan metamfetamini qəbul etsin və özünə məxsus olduğunu desin. Bu barədə Zaura bildirmiş, X18 da üzərinə qoyulmuş metamfetamini üzərinə götürməsini dediyini bildirmişdir. Zaur üzərindən aşkar olunan metamfetaminin özünə məxsus olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Samir Məmmədov onun evinə gəlib ona heç bir köməklik göstərməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində Samir Məmmədov bildirmişdir ki, X3 Təqsirləndirilən şəxs yanına getmiş, ona ərzaq alıb aparmışdır. Təqsirləndirilən şəxslə söhbət etmiş, dərdi ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs “cinayəti boynuna götür, hakim və prokurorla danışıb xahiş edərik sənə 3 il cəza verərlər” sözlərini deməmişdir. X1 daxil olmuş 25 avqust 2025-ci il tarixli, 3-16-17/60/2-70649/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 20225-ci il tarixdə xalası oğlu X16 ilə, 23 avqust 2025-ci il tarixdə anası X7 ilə əməkdaş ədliyyə giziri Elşad Məmmədovun iştirakı ilə görüşdə olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 9 nömrəli qərarının 30-cu bəndində göstərilmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətlərin qarşısının alınması, belə cinayətləri törətmiş, törədilməsini hazırlayan şəxslərin müəyyən olunması üzrə dövlət orqanlarının fəaliyyətində əməliyyataxtarış fəaliyyətinin xüsusi yer tutduğunu, o cümlədən belə cinayətlərə dair ittihamların əsaslandırılmasında əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş materiallardan geniş istifadə olunduğunu nəzərə alaraq əməliyyat-axtarış fəaliyyəti üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi, eləcə də bu qəbildən olan cinayət işlərinə məhkəmədə baxılarkən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş sübutların yoxlanılması və qiymətləndirlməsi zamanı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli 15 nömrəli Qərarında bu məsələyə həsr olunmuş izahlarla yanaşı, CPM-in 137-ci maddəsindən və digər normalarından, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” 1999-cu il 28 oktyabr tarixli 728-İQ nömrəli Azərbaycan Respublikası Qanununun (bundan sonra-728-İQ nömrəli Qanun) müddəalarından irəli gələn, əməliyyat-axtarış tədbirlərinin xüsusiyyətləri, onun gedişatının və nəticələrinin rəsmiləşdirilməsi, əldə olunmuş materialların cinayət təqibi orqanlarına təqdim edilməsi və cinayət prosesində sübut kimi istifadə olunması, əməliyyat-axtarış tədbirinin gedişində şübhəli şəxsin tutulması, müvəkkil edilmiş şəxslərdən başqa digər şəxslərin əməliyyat-axtarış tədbirində iştirakı, hansı əməliyyat-axtarış tədbirləri barədə məhkəmə nəzarətinin həyata keçirilməli olması və s. məsələlərlə əlaqədar aşağıdakı hüquqi mövqelər nəzərə alınmalıdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Astara RPŞ-nin əməkdaşları tərəfindən 15 dekabr 2024-cü il tarixdə saat 18-19 radələrində Astara rayonu, Ərcivan qəsəbəsində saxlanılaraq Astara RPŞ-nə aparılmış, orada 5 saatdan artıq müddətdə qanunsuz olaraq azadlığı məhdudlaşdırılaraq işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalaraq polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülmüş 3,291 qram psixotrop maddə metamfetaminin özünə məxsus olmasına dair etirafedici ifadələr vermişdir. Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 9 nömrəli qərarının və digər qanunvericlik aktlarının tələblərinə əsasən polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayan zaman həmin yerdə üzərinə şəxsi axtarış keçirməli olmalarına baxmayaraq sonuncunu polis şöbəsinə gətirdikdən 5 saatdan artıq müddətdən sonra Astara rayonu, Ərcivan qəsəbəsinə aparmışlar, orada Təqsirləndirilən şəxs saxlanılma və üzərində şəxsi axtarış və götürmə əməliyyat-axtarış tədbirini icra etmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra-Konvensiya) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 9 nömrəli qərarının 34-cü bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Həmin Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin gedişində şübhəli şəxsin tutulduğu yerdə üstünün yoxlanılmasının və sübut əhəmiyyətli ola biləcək əşyaların ondan götürülməsinin rəsmiləşdirilməsinin mümkün qədər CPM-in 246-cı maddəsində nəzərdə tutulmuş şəxsi axtarış və götürmə kimi istintaq hərəkətinə, “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış” əməliyyat-axtarış tədbirinin isə mümkün qədər CPM-in 236-cı maddəsində nəzərdə tutulmuş “baxış” istintaq hərəkətinə uyğunlaşdırılması o demək deyil ki, istintaq hərəkətində hal şahidlərinin və yaxud müdafiəçinin iştirak etməsinə dair CPM-in müddəaları əməliyyat-axtarış tədbirinə də şamil olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” 1950-ci il Roma Konvensiyasının 3-cü maddəsində deyilir ki, heç kəs işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 103 İQ nömrəli Qanunu ilə ratifikasiya olunmuş “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəsa növlərinə qarşı” 1984-cü il BMT Konvensiyasının 2-ci maddəsində göstərilir ki, hər bir iştirakçı dövlət öz yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə hərəkətlərinin qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə tədbirləri, yaxud digər tədbirlər görür. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın 3-cü maddəsi dövlətlərin hərəkətlərinə (hərəkətsizliyinə) ciddi məhdudiyyətlər qoymaqla, eyni zamanda özündə dövlətin pozitiv öhdəliklərini ehtiva etməklə insanın ləyaqətini, fiziki və psixi toxunulmasızlığını qorumaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı”, “Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə görə milli qanunvericlikdə azadlıqdan məhrum etmənin nə cür təsnif edilməsindən, yəni saxlanılma, tutulma, həbs etmə kimi göstərilməsindən asılı olmayaraq, polis tərəfindən azadlığı məhdudlaşdırılmış şəxslərin pis rəftardan müdafiəsi üçün onların Avropa Komissiyası tərəfindən müəyyən edilmiş öz seçiminə görə hər hansı şəxsi saxlanılması barədə məlumatlandırmaq, vəkillə təmin olunmaq, həkimlə təmin olunmaq, o cümlədən özünün seçdiyi həkim tərəfindən müayinə olmaq hüquqları təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından görünür ki, məhkəmə bir qayda olaraq şəxsin pis rəftara məruz qalmasını təsdiq edən müvafiq sübutlar pis rəftarın baş verməsini iddia edən ərizəçi tərəfindən təqdim olunduqda, Konvensiyanın 3-cü maddəsinin maddi aspektdə pozuntusunu müəyyən edir. Bu o deməkdir ki, Avropa Məhkəməsi ümumi qayda kimi bü cür iddialar üzrə sübut etmə yükünün pis rəftarın baş verməsini iddia edən tərəfin üzərinə düşdüyünü qəbul edir. Avropa Məhkəməsi pis rəftar faktının araşdırılması zamanı şahid ifadələrinin, videogörüntülərin, fotoşəkillərin əhəmiyyətli olduğunu da vurğulayır. Lakin belə sübutlar olmadığı halda da iddiaçı pis rəftarın baş verməsinin detallı təsvirini verdikdə və onun gətirdiyi müfəssəl, bir-biri ilə uzlaşan dəlillər, baxılan şəraitdə ağlabatanlıqla pis rəftarın baş verməsini ehtimal etməyə əsas yaratdıqda, dövlət isə həmin iddianın təkzib edilməsi üçün əsaslı izah verə bilmədikdə, pis rəftar faktının müəyyən edilmiş sayılması istisna olunmur. Avropa Məhkəməsinin “Muradova Azərbaycana qarşı” qərarında göstərilmişdir ki, ərizəçi şikayət edib ki, o, ciddi fiziki və mənəvi əziyyətə səbəb olmuş polis kobudluğu hərəkətinə məruz qalıb və istintaq orqanları və məhkəmələr daxil olmaqla, daxili hakimiyyət orqanları, onun iddialarının bir neçə şahid ifadələri ilə təsdiq edilməsinə baxmayaraq, məsuliyyət daşıyan polis əməkdaşını müəyyən edə və cəzalandıra bilən səmərəli istintaqı aparmayıblar. Bu şikayətin mahiyyəti Konvensiyanın aşağıdakıları nəzərdə tutan 3-cü maddəsi baxımından araşdırılmalıdır. Məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs nəinki istintaq dövründə fiziki və ya psixoloji təsirlərə, o cümlədən sistematik təzyiqlərə məruz qalmış, həmçinin məhkəmə istintaqı zamanı da Astara RPŞ-nin əməkdaşı Samir Məmmədov tərəfindən psixoloji təsirlərə məruz qalaraq üzərindən aşkar olunan metamfetaminə dair məhkəmə istintaqı zamanı etirafedici ifadə verməsinə təhrik edilmişdir. Avropa Məhkəməsinin “Muradova Azərbaycana qarşı” qərarında göstərilmişdir ki, Konvensiyanın 3-cü maddəsinə zidd olaraq polis tərəfindən ciddi şəkildə pis rəftara qaldığı barədə mübahisəli iddia ilə fərdi şəxs çıxış etdikdə, bu müddəa, “Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının yurisdiksiyası altında olan hər kəs üçün təmin etmək” üzrə Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin ümumi vəzifəsi ilə birgə oxunulmaqla, öz mənasında tələb edir ki, səmərəli rəsmi istintaq aparılmalıdır. Bu istintaq məsuliyyət daşıyanların müəyyən olunmasına və cəzalandırılmasına gətirib çıxara bilməlidir. Əks halda, işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi hüquqi qadağası, fundamental əhəmiyyətinə baxmayaraq, təcrübədə səmərəsiz olar və müəyyən işlərdə, Dövlətin qulluqçularına mümkün olacaq ki, həqiqi cəzasızlıq şəarəitndə nəzarəti altında olanların hüquqlarından sui-istifadə etsinlər. Həmçinin həmin Qərarda göstərilmişdir ki, pis rəftarın ciddi şikayətlərinə dair istintaq hərtərəfli olmalıdır. Bu onu nəzərdə tutur ki, hakimiyyət orqanları nəyin baş verdiyinin aşkar edilməsi üçün ciddi səy göstərməli və istintaqı bağlamaq üçün və ya qərarlarının əsası kimi tələsik yaxud da əsassız qənaətlərə əsaslanmamalıdırlar. Onlar hadisəyə aid sübutları, o cümlədən, inter alia, şahidlərin ifadələrini və tibbi ekspertiza rəylərini qorumaq üçün mümkün olan bütün əsaslı addımları atmalıdırlar. (Zədənin səbəbini və ya məsuliyyət daşıyan şəxslərin şəxsiyyətini müəyyən etmək qabiliyyətini aradan qaldıran hər hansı istintaq çatışmazlığı bu standartı pozmaq təhlükəsi ilə üzləşir. Avropa Məhkəməsi həbsdə olan, saxlanılan şəxslərin vəziyyətinin həssaslığını, onların acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının məhdudluğunu, dövlətin isə-əksinə hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün iddiaçının deyil, dövlətin üzərinə düşdüyünü qeyd edir. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusu işgəncə, qeyriinsani, alçaldıcı rəftara və ya cəzaya məruz qalma barədə iddiaların dövlət orqanları tərəfindən səmərəli araşdırılmamasını, yəni ümumiyyətlə araşdırmanın aparılmamasını və yaxud araşdırmanın tələb olunan keyfiyyət meyarı cavab verilməməsini ehtiva edir. Pis rəftara dair mübahisə edilən iddialar üzrə rəsmi araşdırma aparma-bu birlikdə götürülməklə Konvensiyanın 3-cü maddəsindən və Konvensiya iştirakçılarının onların yurisdiksiyası altında olan hər kəsin Konvensiya ilə müəyyən edilən hüquq və azadlıqlarını təmin etmək öhdəliyini nəzərdə tutan 1-ci maddəsindən irəli gələn vəzifədir. Şərh edilən hallardan göründüyü kimi Astara rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı hər hansı yoxlama aparılmamışdır. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusuna dair məsələlər üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini aşkarlayan presedent olaraq “Assenov və qeyriləri Bolqarıstana qarşı işi” üzrə qərarda Avropa Məhkəməsi bəyan etmişdir ki, zəruri araşdırma aparılmadıqda işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan davranışa qoyulan qadağa, fundamental mühümlüyünə baxmayaraq, təcrübədə səmərəsiz olacaq və bu hal bəzən vəzifəli şəxslər üçün onların nəzarəti altında olan şəxslərin hüquqlarından və cəzasızlığından sui-istifadə etmək imkanı yaradacaqdır. Avropa Məhkəməsi bu qərarı onunla səciyyəvidir ki, həmin işdə Məhkəmə pis rəftarı sübut olunmuş saymaq üçün kifayət qədər sübutlar təqdim olunmadığı vəziyyətdə beyə yalnız pis rəftar barədə iddianın milli orqanlar tərəfindən səmərəli araşdırılmamasına görə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, dövlət orqanlarının 3-cü maddəsinin əhəmiyyətli pozuntusuna yol verdiklərini “əsaslı şübhədən kənar” standartına uyğun olaraq sübut etmək mümkün olmadığı vəziyyətdə onların ərizədə göstərilən, həqiqiliyi ehtimal oluna bilən faktları müstəqil səmərəli, açıq araşdırmadan imtina etmələri Konvensiyanın 3-cü madəsinin prosedur, yəni prosessual aspektdə pozuntusunu təşkil edə bilər. Bu müddəada Avropa Məhkəməsi araşdırmanın keyfiyyət meyarını da göstərmişdir. Belə ki, keyfiyyətli, yəni qaneedici sayılması üçün araşdırma müstəqil, səmərəli və açıq olmalıdır. Araşdırmanın səmərəliliyi standartı dedikdə, araşdırmanın mütləq şəkildə pis rəftar faktının müəyyən edilməsi ilə nəticələnməsi deyil, hadisəni izah edə biləcək, məqsədyönlü, qoyulan məsələyə adekvat olan, iddianın xüsusiyyətlərini nəzərə alan tədbirlərin görülməsi başa düşülür, yəni Avropa Məhkəməsi nəticənin yox, prosesin, yəni araşdırma vasitələrinin tətbiqinin zəruri olduğunu vurğulayır. Belə tədbirlər işgəncənin, pis rəftarın digər formalarının baş verməsi haqqında iddianın tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməlidir. Bundan əlavə bir sıra işlərdə Avropa Məhkəməsi araşdırmanın formallığına, yəni dövlət orqanının araşdırmanı barələrində şikayət edilən şəxslərin dindirilməsi ilə məhdudlaşdırıb, hadisə barədə məlumat verə biləcək digər şahidləri dindirməkdən imtina etdiyinə, inandırıcı materiallarla, ərizəçinin ağlabatan səlist, detallı izahatı ilə uzlaşmayan, ziddiyyətli tibbi ekspertizasının rəylərinə əsaslandığına, tələm-tələsik qəbul edilmiş qərarlarla ərizəçinin iddiasını rədd etdiyinə görə belə araşdırmanı səmərəsiz hesab edib Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi Azərbaycana qarşı işlərdə Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu yaradan, səmərli araşdırmanın aparılmadığını göstərən hallar kimi araşdırmanın vaxtında başladılmamasına, iddiaçının müraciət etməsindən çox vaxt keçdikdən sonra dindirilməsinə və yaxud işgəncə barədə iddiaların yoxlanılması üçün tibbi ekspertizanın vaxtında təyin edilməməsinə, gec keçirilməsinə və bu səbəblərdən pis rəftar nəticəsində yetirilməsi ehtimal olunan xəsarətlərin izlərinin itirilməsinə istintad etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Aksoy Türkiyəyə qarşı” iş üzrə qərarında qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir. Konvensiyanın 13-ü maddəsində isə deyilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir. Avropa Məhkəməsi sözügedən qərarında qeyd edir ki, Konvensiyanın 3-cü maddəsi ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericlikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı araşdırmanın Avropa Məhkəməsinin müəyyən etdiyi standartlar baxımından aparılmaması qaneedici sayıla və müdafiə tərəfinin işgəncə barədə iddialarını mötəbərliklə təkzib edən, məhkəməni işgəncə faktının olub-olmamasını məhkəmə baxışında tədqiq edilmiş sübutlar əsasında müəyyən etmək vəzifəsindən azad edən tədqiqat kimi nəzərdən keçirilə bilməz. Baxılan cinayət işi üzrə məhkəmə tərkibi tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Konrekt olaraq “Layıcov Azərbaycana qarşı” işi üzrə qərarının 53-cü bəndində Avropa Məhkəməsi bildirir ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanması, o cümlədən “inter alia” hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmətibbi ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmənin müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə və pis rəftar barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda yoxlanılmasına və əsassızlığının müəyyən olunmasına görə rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair Cinayət-Prosessual Məcəlləsinin 349.5.2-ci maddəsinin tələbləri ilə qəti şəkildə uzlaşmır. Faktiki olaraq məhkəmə işgəncə və ya pis rəftar barədə iddianı yoxlamadan yalnız məhkəməyədək icraat dövründə aparılmış araşdırmanın nəticələrinə görə rədd edərkən və bu iddia ilə mübahisələndirilən sübutuda, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi etirafetdici ifadəni mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə deyil, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərara əsasən həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Məhkəmə tərkibi təhlil edilən halla bağlı belə nəticəyə gəlir ki, işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. Məhkəmə tərkibi hesab edir ki, işgəncə və ya pis rəftar barədə iddia, sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman «əsaslı şübhələr yaratmayan» sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ birlər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bıkov Rusiyaya qarşı” qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini Cinayət- Prosessual Məcəlləsinin 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri həqiqəti əks etdirməsi öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan protokollar, işin halları, təqsirləndirilən şəxs və məhkəmə iclasında dindirilən şahid ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Astara RPŞ-nə aparılmış orada döyülmüş, işgəncələrə və pis rəftara məruz qalmış, üzərinə psixotrop maddə metamfetamin qoyulduqdan sonra, yəni faktiki olaraq saxlandıqdan təqribən 5 saatdan artıq müddət sonra onun üzərində şəxsi axtarış kimi istintaq hərəkəti icra edilmişdir. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarının 63-cü bəndində qeyd olunur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olubolmadığıdır. Həmin qərarın 69-cu bəndində məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə istintaqı zamanı toplanmış təkzibolunmaz sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs 15 dekabr 2024-cü il tarixdə saat 18-19 radələrində Astara rayonu, Ərcivan qəsəbəsi ərazisində Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis şöbəsinə aparılsa da onun faktiki azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən 5 saatdan artıq müddət sonra, yəni məhkəməyədək icraat zamanı toplanmış istintaq sənədlərinə əsasən saat 00:15-də polis əməkdaşları tərəfindən Astara rayonu, Ərcivan qəsəbəsi ərazisinə aparılmış orada üzərində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilməsi sənədləşdirilmişdir. Bununla da Təqsirləndirilən şəxs istinad edilən psixotrop maddə metamfetaminin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin psixotrop maddə metamfetaminin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi “əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən götürülmüş psixotrop maddə metamfetamin” ilə bağlı şəxsi axtarış istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Bundan əlavə iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasını qoymuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş X13 da hüquqlarını müdafiə etdiyi təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülərək işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri sadəcə olaraq imzalamaqdan ibarət olmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istintad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Salduz Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyytlərindən biridir. Həmin Məhkəmənin “Dayanan Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmaldır. Həmin Məhkəmənin “Lagerblom İsveçə qarşı” və “Qalstyan Ermənistana qarşı” qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Həmin Məhkəmənin “X17rşı” və “Pelladoa Niderlanda qarşı” qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi “praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs vəkilin təyin edilməsi özözlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkil öz fəaliyyətini Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkilin Təqsirləndirilən şəxslə gizli ünsiyyəti olmamış, vəkilin həmin hüquqları məhdudlaşdırılmamışdır. Mübahisəsizdir ki, müdafiəçinin bü cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Məhkəmə tərkibi bununla bağlı belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə “praktik, səmərəli və keyfiyyətli” hüquqi yardım göstərilməsi təmin edilməmişdir. Bu hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi və müdafiə hüqunun pozulması ilə alınmasını təsdiq edir. Bu əsasa görə də “şəxsi axtarış keçirilməsi” haqqında protokol, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələrinin mötəbərliliyi şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. İbtidai istintaq zamanı polis əməkdaşlarının verdikləri ifadələrindən görünür ki, bu ifadələr də orfoqrafik və qramatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşlar. Bu da bir daha müstəntiq tərəfindən ifadələrin bir-birindən köçürmə üsulu ilə yazılmasının, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətinin aşkar görüntüsüdür. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə tərkibi hesab edir ki, polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr, əlavə şahid qismində dindirilmiş polis əməkdaşı Mahmud Nəsirovun məhkəmə istintaqı zamanı verdiyi ifadələri mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı”, “X6rşı” və bir sıra qərarlarında sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Muradov Azərbaycana qarşı” qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Cinayət işinin materiallarının 101-ci səhifəsində olan Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili tərəfindən əməliyyat tapşırığına cavab olaraq tərtib edilmiş 15 yanvar 2025-ci il tarixli “raport” da göstərilmiş keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılması və üzərində psixotrop maddə olan metamfetamini aşkar edilərək götürülməsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət- Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə tərkibi bildirir ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və sözügedən “raport”la istintaqa təqdim edilmiş həmin məlumatlar Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından cinayət prosesində sübut kimi qəbul edilə bilməz. Cinayət işinin materiallarında olan “məhkəmə-kimyəvi ekspertizası”nın rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən psixotrop maddə metamfetamin ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, psixotrop maddənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin psixotrop maddəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Məhkəmə tərəfindən “ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin külli miqdarda psixotrop maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, daşıması və aşkar edilib götürülənədək üzərində saxlama əməllərini törətməsini təsdiq etmir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, işgəncə verilməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət- Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 28.4cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” qərarlarında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Astara RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3,191 qram psixotrop maddə metamfetamin materiala əlavə edilməlidir. Təqsirləndirilən şəxs cinayət işi üzrə olan 65 (altmış beş) manat ekspertiza xərcininməhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 65 (altmış beş) manat ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3,191 qram psixotrop maddə metamfetamin materiala əlavə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar