Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-296/2022 28.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1966-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sabirabad şəhəri, Şəhriyar küçəsi, döngə 1, ev 5-də qeydiyyatda olmaqla barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 3.200 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə etmiş, əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə bölüb ayırmaqla hər birində müvafiq olaraq 290 qram, 420 qram, 260 qram, 1400 qram və 830 qram olmaqla beş bükümdə qablaşdırmaqla üzərində qanunsuz saxlayıb ünvan 1 ünvanının yaxınlığına qanunsuz daşımış, bu barədə əməliyyat məlumatı almış Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 08 noyabr 2021-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Sabirabad rayon polis şöbəsinə gətirilərək orada üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əlində olan ağ rəngli sellofan torbada saxladığı yuxarıda qeyd olunan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni narkotik vasitələrin satışında deyil, istifadəsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Üzərində aşkar olunan narkotiki 2022-ci ilin noyabr ayının əvvəllərində tanımadığı şəxsdən əldə etmiş, qurudulmuş marixuana keyfiyyətli olduğu üçün 3 kiloqramdan artıq almış, bir il ərzində istifadə edəcəyini düşünürmüş. Narkotiki aldığı gün polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Əlində olan torbaya baxış keçirilən zaman içərisində 5 ayrı-ayrı bağlamada marixuana aşkar edilmişdir. Marixuananı bükümlərə bölməmiş, bir torbada almış, içərisində 5 bükümə bölünməsindən məlumatı olmamışdır. Əməlindən peşimandır, nəzərə alınaraq yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Vaqif Qəhramanovun məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, bildirmişdir ki, maddi imkanı aşağı olmasına görə narkotik vasitə qurudulmuş marixuana əldə edərək satmaq qərarına gəlmiş, bu məqsədlə də marixuananı Əli adlı şəxsdən almışdır. Lakin 08 noyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş Nakrkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 07 noyabr 2021-ci il tarixdə Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, əməliyyat-axtarş tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən Sabirabad şəhərinə yollanmışlar. 08 noyabr 2021-ci il tarixdə saat 01 radələrində ünvan 4 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmışlar. Özlərini təqdim edib qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmasını Təqsirləndirilən şəxs bildirilmiş və Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilmişdir. Orada üzərində axtarış keçirilməsi zamanı paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyalar olduğu halda təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisinə baxış keçirilən zaman içərisindən 2 ədəd kağız torbada, 3 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş qurudulmuş marixuananın özünə məxsus olduğunu, başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş Nakrkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 08 noyabr 2021-ci il tarixli 7/1154 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan ...” yazı və imzalar olan bağlamada 2 ədəd kağız paketdə və 3 ədəd sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 290 qram, 420 qra, 260 qram, 1400 qram, 830 qram olmaqla, ümumi çəkisi 3200 qram bitki mənşəli kütlə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqatdan sonrakı qalıq: qurudulmuş marixuanna 3199,75 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 88 manat 70 qəpik təşkil edır. İş materiallarında olan 21 fevral 2022-ci il tarixli 843 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 08 noyabr 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2021-ci il tarixdə saat 01.05-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilərək orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs sağ əlində olan ağ rəngli sellofan torbadan 05 ədəd bükümdə 3200 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 07 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş tədqiqata sərf olunduqdan sonrakı qalıq çəkisi 3199,75 qram qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan 08 noyabr 2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 09 noyabr 2021ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 08 noyabr 2021-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 07 may 2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 9 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 fevral 2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından və yetkinlik yaşına çatmış oğlundan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan, məhkəməyə təqdim olunmuş ******* saylı hərbi biletin və İ- 15973 nömrəli medalın vəsiqəsinin surətlərindən görünü ki, Təqsirləndirilən şəxs oğlu X5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən – Xocəvənd və Zəngilananın azad olunması uğrunda gedən döyülşərdə və Qubadlının müdafiə və mühavizə edilməsində iştirak etmişdir, “Xocəvəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» 09 mart 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından külli miqdar narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə mənbə xüsusatına görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrı icraatda cinayət işi ayrılmışdır. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qərarıdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 07 noyabr 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan 09 mart 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etməsi” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etmişdir. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə qurudulmuş marixuanna “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, əməlini qismən etiraf etməsini, həmçinin oğlu X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyülşərdə iştirakı, “Xocəvəndin azad olunmasına görə” medalı ilə təltif olunmasını məhkəmə onuun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən yuxarıda qeyd olunan cəzasını yüngülləşdirən hallar nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3199,75 qram olan narkotik vasitə qurudulmuş marixuanna məhv edilməli, şəxsi axtarış və götürmənin aparılmasını əks etdirən 1 (bir) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 08 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 noyabr 2021-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3199,75 qram olan narkotik vasitə qurudulmuş marixuanna məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin aparılmasını əks etdirən 1 (bir) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-296/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-296/2022
28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver