Məhkəmə qərarları › İş №1(099)-296/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-296/2024

26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-296/2024 26.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X10 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxx 1972-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, "xxxx" QSC-nin Şirvan şəhər dəmir yolu xəttində elektrik işləyən, ünvan 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2019-cu ildə ünvan 1 ünvanında, X1 olduğu “Anar” mağazasının sağ tərəfində yerləşən, dövlət mülkiyyətində olan, 188 kvadrat metr ölçüdə, çökəklik, tullantılarla çirkləndirilmiş torpaq sahəsini istifadə etmək məqsədi ilə torla hasarlayıb, avtomobilə müəyyən miqdarda torpaq daşıtdırıb tökdürərək düzəltməklə, həmin sahəyə ağaclar əkərər becərməklə yararlı vəziyyətə gətirmiş, lakin «Anar» mağazanın sahibkarı X9 həmin torpaq sahəsinin mağazasının yanında yerləşməklə ona aid olduğunu bildirməklə Təqsirləndirilən şəxs torpaq sahəsindən istifadə etməsinə maneçilik törətmiş, belə olduqda Təqsirləndirilən şəxs sahibkar Yavər Bağırovdan həmin torpaq sahəsinin abadlaşdırılmasına xərcləmiş olduğu 2.000 manat, daha sonra isə 4.000 manat pulu ödəməsi şərtini irəli sürmüş, lakin X22 İslamova heç bir mələğdə pul ödməməklə yanaşı onun torpaq sahəsindən istifadə etməsinə maneçilik törətmiş, torpaq sahəsini öz adına rəsmiləşdirmək istəmiş və Təqsirləndirilən şəxs onun mağazasının yanında yerləşən torpaq sahəsini qanunsuz olaraq zəbt etməsi barədə aidiyyəti dövlət orqanlarına müxtəlif vaxtlarda ştkayət etmiş, aralarında bu qaydada münaqişə bir neçə il ərzində uzun müddət davam etmiş, nəticədə Təqsirləndirilən şəxs Yavər Bağırovu aralarında yaranmış şəxsi münasibətlər zəmnində öldürmək qərarına gəlmiş, bu məqsədlə 4 sentyabr 2023-cü il tarixdə günün ikinci yarısında evində 300 qram spirtli içki qəbul etdikdən sonra evindən mətbəx bıçağını polietilen torbada cibinə qoyub saat 19 radələrində X1 olduğu “Anar” mağazasına gələrək mağazaya daxil olduqdan sonra bıçağı çıxararaq həmin vaxt kassa arxasında olan Yavər Bağırovun sol boyun nahiyyəsinə bir bıçaq zərbəsi vuraraq boyunun sol yan səthinə deşilmiş-kəsilmiş yara, bir neçə qan damarlarının travmasından ibarət, kəskin, massiv qanitirmə ilə müşayiət olunan, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə onu qəsdən həyatdan məhrum edərək öldürmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. X15 təxminən 20 ildir ki tanımışdır, onunla əvvəldən münasibətləri pis olmuşdur. Onun evi X12 şəhəri, Çılpaqlı qəsəbəsindəki “Anar” market ilə təxminən 200 metr məsafədə yerləmişdir. Yavər Bağırovun marketinin arxa tərəfində təxminən 15 il bundan qabaq ağaclar əkmişdir. Həmin torpaq sahəsinin ona heç bir aidiyyatı olmamış, lakin öz adına rəsmiləşdirmək istəmişdir. Yavər Bağırov qonşudan həmin torpaq sahəsini almış, öz obyektini genişləndirmiş və onun əkdiyi ağacları yerindən çıxarmışdır. Bu səbəbdən onların mütəmadi olaraq mübahisələri olmuşdur. Təxminən 3-4 il bundan qabaq bankdan 3800 manat kredit götürməklə Yavər Bağırovun marketinin yaxınlığında yerləşən 2-3 sotdan ibarət boş, zibil tökülən sahəyə 100 maşın torpaq tökmüş, sahəsini abadlaşdıraraq orada ağaclar əkmişdir. Həmçinin torpaq sahəsinin ətrafını dəmir tor ilə hasarlamış və həmin hasara darvaza da yerləşdirmişdir. Yavər Bağırov da onun darvazasının qarşısına özü pas rəngli dəmirlə hasar çəkdirmişdir və torpaq sahəsinin özünün olduğunu bildirmişdir. Bu söhbət üzərindən onlar təxminən 3-4 ildir ki, mübahisə etmişlər. 2019-cu ildə X20 Şəhər Polis Şöbəsinə marketinin yaxınlığında yerləşən 2-3 sotdan ibarət boş torpaq sahəsinin onun tərəfindən qanunsuz zəbt edilməsi barədə şikayət ərizəsi vermiş və bununla bağlı polis şöbəsində araşdırma aparılmışdır. Sonuncu dəfə hadisə baş verməzdən 2-3 ay qabaq, 2023-cü ilin may-iyun aylarında Yavər Bağırovla qəsəbədə yas mərasimində rastlaşmışdır. Yavər Bağırovun sözügedən torpaq sahəsini öz adına rəsmiləşdirəcəyini eşitmişdir. Yavər Bağırova hansı səbəbdən onun abadlaşdıraraq təxminən 3-4 min manat məbləğində xərc çəkdiyi torpaq sahəsini öz adına rəsmiləşdirmək istədiyini soruşmuşdur. Yavər Bağırov ona həmin torpaq sahəsindən istifadə edə bilməyəcəyini, oranı öz adına rəsmiləşdirəcəyini demişdir. O, Yavər Bağırovun bu sözlərinə çox əsəbləşmişdir. Dəfələrlə sonuncuya həmin torpaq sahəsinə xərc çəkdiyini demişdir. Yavər Bağırov onu yola vermək məqsədilə guya ona torpaq sahəsinə çəkdiyi xərci ödəyəcəyini bildirmişdir. Belə olduqda şəhid atası X3 və başqa bir nəfər seyidi Yavər Bağırovun yanına göndərməklə onun torpaq sahəsinə xərclədiyi pulu və çəkdiyi əziyyət haqqını verməsini tələb etmişdir. X11 heç bir məbləğdə pul vermək niyyətində olmamış və torpaq sahəsinin ona məxsus olmasını demişdir. xx.xx.2023-cü il tarixdə 15 radələrindən evində təxminən 300 qram araq qəbul etmişdir. Hasarladığı torpaq sahəsinə getmək qərarına gəlmişdir. Ora gedərkən Yavər Bağırovla bir dəfə daha söhbət etmək qərarına gəlmişdir. O, bağda istifadə etdiyi mətbəx bıçağını evin girişindəki pəncərinin kənarından götürmüş, bıçağı sellofan torbaya qoymş, bıçağı əlində saxlamamaq üçün idman şalvarının cibinə qoymuşdur. O, evdən çıxaraq Yavərin mağazasına doğru piyada hərəkət etmiş, saat 19 radələrində mağazaya çatmışdır. Yavər Bağırovun mağazası ilə üzbəüz olan yeni tikilinin qarşısında dayanan Şahid2 və Cavid Hüseynola görüşmüş, sonra isə mağazaya daxil olduqda Yavər Bağırovun kassanın qarşısında ayaq üstə dayandığını və mağazada qəsəbə sakinlərindən 2 uşağın olduğunu görmüş, Yavər Bağırovu görən zaman yenə dəhşətli əsəbləşmiş, lakin özünü cilovlayaraq söhbətə başlamaq üçün uşaqların marketdən çıxmasını gözləmişdir. Yavərin yanında işləyən qadın satıcını mağazada görməmiş və onun evə getdiyini düşünmüşdür. Uşaqlar mağazadan çıxdıqdan sonra Yavər Bağırova onun düzəltdiyi torpaq sahəsindən istifadəsinə nə üçün mane olduğunu, onun çəkdiyi xərci niyə vermədiyini soruşmuşdur. Yavər Bağırov ümumiyyətlə ona saymaz yana yanaşaraq sualına cavab verməmişdir. Yavər Bağırovun söyüş söydüyünü fikirləşmişdir. Aralarında mübahisə yaranmış, Yavər Bağırov ondan mağazadan çıxmasını tələb etmişdir. Yavər Bağırovla əlbəyaxa olmuşlar. Bu zaman Yavər Bağırova bıçaq atmış və onun sifətində qan görmüşdür. Bundan sonra mağazadan çıxaraq qaçaraq getmişdir. Bu zaman Yavəri vurduğu bıçağı və özündə olan telefonu itirmişdir. O, marketin qarşısından piyada şəkildə Kür məhəlləsi adlanan əraziyə doğru yollanmışdır. Piyada şəkildə onunla qohum olan Şahid4 evinə getmişdir. Şahid4 Yavərlə savaşdığını demişdir. Daha sonra Şahid4 ailə üzvlərinə zəng etməsini demişdir. Sonuncu da qardaşı Rövşən İslamova zəng etmişdir. Təxminən 15 dəqiqə sonra qardaşı Rövşən İslamov polis əməkdaşları ilə birlikdə gələrək onu Şahid4 evindən götürmüşlər. Polisə könüllü təslim olmuşdur. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, mağazada Yavər Bağırovla mübahisə edərkən özü ilə evdən gətirdiyi bıçağı cibindən çıxararaq sağ əlinə götürüb ayaqüstə olan Yavər Bağırovun çiyninin yuxarı hissəsinə doğru bir dəfə zərbə vurmuşdur. Lakin həmin anda Yavər Bağırov başını çevirmiş və bıçaq sonuncunun boğaz nahiyyəsinə dəymişdir. Yavər Bağırov əlləri ilə öz boğazını tutmuşdur. Yavər Bağırov hələ yıxılmamış o, dərhal mağazanı tərk etmişdir. Marketdən çıxan zaman bıçaq əlində olmuşdur. Marketin ətrafında adamlar olmuş, marketdən çıxdıqdan sonra onlar marketə daxil olmuşlar. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi X10 məhkəmə istintaqında şahid qismində dindirilərkən göstərdi ki, atası Yavər Bağırov 1991-ci ildə Şirvan şəhəri, Çılpaqlı qəsəbəsi, Neftçilər küçəsində öz mağazasını açaraq fərdi sahibkarlıqla məşğul olmuşdur. Atasına məxsus mağazanın yaxınlıqda yaşayan Təqsirləndirilən şəxsla müxtəlif vaxtlarda torpaqla bağlı münaqişələri olmuşdur. Təqsirləndirilən şəxs atasının mağazasının yanındakı torpaq sahəsinin ona aid olduğunu iddia etmişdir. Həmin torpaq sahəsi dövlət torpağı olmasına baxmayaraq torpaq sahəsi Təqsirləndirilən şəxs tərəfindən hasarlanmışdır. Son 2 il ərzində onların mübahisələri bir qədər səngimişdir. Atasını sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində nahar fasiləsindən çıxaraq işə gedən zaman görmüşdür. xx.xx.2023-cü il tarixdə saat 19:05 radələrində atasının mağazasının işçisi Emil Əsgərzadə ona zəng edərək atasını vurmalarını və tez xəstəxanaya gəlməsini demişdir. Dərhal Şirvan şəhər Mərkəzi Xəstəxanasına getmişdir. Xəstəxanaya çatdıqda atasını xərəklə xəstəxananın ikinci mərtəbəsinə çıxarmalarını görmüşdür. Təqribən 15 dəqiqə sonra həkim ona atasının öldüyünü demişdir. Atasının Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulmaqla öldürülməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Şirvan şəhərində yaşamaqla özünə məxsus VAZ-2106 markalı avtomobildən istifadə etməklə taksi fəaliyyəti ilə məşğul olur. X16 məxsus “Anar” marketin qarşısında dayanmaqla müştəri gözləmişdir. Yavər Bağırov və Təqsirləndirilən şəxsla normal münasibəti olmuşdur. X17 İslamovun aralarında dörd-beş ildir ki, torpaq üstündə mübahisə olmuşdur. Həmin torpaq sahəsi Yavər Bağırova məxsus Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində yerləşən “Anar” marketin yanında yerləşir. 04 sentyabr 2023-cü il tarixdə saat 18:15 radələrində Yavər Bağırov ilə “Anar” mağazasının qarşısında bir qədər söhbət etdikdən sonra Yavər Bağırov mağazaya daxil olmuş, onun işçisi Emil isə mağazadan çıxmış və onu evə aparmasını xahiş etmişdir. Emili evə aparmış və yenidən saat 18:55 radələrində mağazanın qarşısına qayıtmışdır. Avtomobildən düşərək mağazaya doğru hərəkət edərkən Təqsirləndirilən şəxs təlaşlı vəziyyətdə mağazadan qaçaraq çıxdığını, onun əlində qara rəngli pivə butulkasının olduğunu görmüşdür. Nə baş verdiyini anlamamışdır. Mağazaya daxil olduqda mağazanın işçisi Könülün qışqırdığını görmüşdür. Mağazanın girişindən bir qədər qabaq hissə bütün qana bulaşmışdır. Könül qışqıraraq ondan kömək istəmişdir. Ərzaq soyuducusuna yaxınlaşdıqda Yavər Bağırovun üzü divar tərəfə sol əlini boynunun sol tərəfinə qoyduğunu görmüşdür. Ondan “Yavər əmi nolub”- deyə soruşduqda Yavər Bağırov ona baxmış, sağ əlini də digər əlinin üzərinə qoyaraq qışqırmış, sağ əli ilə ərzaq soyudcusundan tutmaq istəyərkən müvazinətini itirmiş və yerə yıxılmışdır. Ətrafa baxdıqda qonşuları Hafizin köməyə gəldiyini görmüşdür. Dərhal Yavərin özünə məxsus «Ford Transit» yük maşınını mağazanın yanına sürmüş, qonşuları Mehman da oraya gəlmişdir. X6 yerdən qaldırıb «Ford Transit» yük maşınına qoymuşlar və daha sonra Şirvan şəhər Mərkəzi Xəstəxanasına doğru yolda düşmüşlər. Maşında Mehman onun yanında oturmuşdur. Hafiz isə arxa oturacaqda Yavərin yanında olmuşdur. Avtomobili idarə edərkən Emil zəng edərək hadisəni soruşmuşdur. O, Emilə özünü mağazaya çatdırmasını demişdir. Hadisə yerindən bir qədər uzaqlaşdıqdan sonra Yavər Bağırovun böyük oğlu Alim ona zəng edərək nə baş verdiyini soruşmuşdur. Sonuncuya özünü xəstəxanaya çatdırmasını demişdir. Təqribən saat 19:15 radələrində o, Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatmışdır. Orada onlara kömək etmişlər. X14 liftə yerləşdirmişlər. O və X18 liftlə yuxarı mərtəbəyə çıxartmışlar. Orada həkim Yavər Bağırova baxaraq artıq onun öldüyünü demişdir. Alim özünü xəstəxanaya çatdırmış, həkim Yavər Bağırovun öldüyünü dedikdə Alimin vəziyyəti pisləşmişdir. Mehman və Hafiz Alimə kömək etmişlər. Daha sonra onlar Yavər Bağırovun meyitini 1-ci mərtəbəyə düşürtmüşlər. Meyiti aşağı düşürtdükləri zaman artıq polis əməkdaşları 1-ci mərtəbədə olmuşlar. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, evi Yavər Bağırova məxsus “Anar” mağazasının yaxınlığında yerləşir. Yavər Bağırovla münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, onunla da normal münasibətləri olmuşdur. O, ev təmiri ustasıdır, son vaxtlar Yavər Bağırovun « Kənd Evləri » adlanın yerdə yerləşən başqa mağazasında təmir işləri aparmışdır. X17 İslamovun aralarında təqribən 5 ildir ki, torpaq davası olmuşdur. Elşən Yavərə məxsus mağazanın yanındakı torpağın özünə məxsus olduğunu demişdir. Yavər Elşən ilə razılaşmamışdır. Yavər Bağırovla 04 sentyabr 2023-cü il tarixdə, saat 13 radələrində görüşərək sonuncunun evinə getmiş və birlikdə nahar etmişlər. Daha sonra iş gördüyü mağazaya qayıtmışdır. Həmin gün saat 17:30 radələrində işini bitirdikdən sonra evə qayıtmışdır. 04 sentyabr 2023-cü il tarixdə saat 18:50 radələrində yaşadığı küçəyə çıxmış, bundan təxminən 10 dəqiqə sonra Yavərin mağazası tərəfdən qışqırıq səsləri eşitmişdir. Dərhal mağaza istiqamətdə qaçmışdır. Mağazaya daxil olan zaman qonşuları Hafizin Yavəri yerdən qaldırmağa çalışdığını, ətraf və Yavərin üzərinin qan olduğunu görmüşdür. Hafizə yardım edərək Yavərin ayağından yapışmış, Yavərin mağazasının qarşısındakı taksi sürücüsü Samir də onlara kömək etmiş, Yavər Bağırovu özünə məxsus «Ford Transit» markalı avtomobilə qoymuşlar. Avtomobili Samir sürmüş, Yavəri xəstəxanaya çatdırmışlar. Xəstəxanada həkim Yavər Bağırova baxaraq onun artıq öldüyünü bildirmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 göstərdi ki, ailəsi ilə Şirvan şəhərində yaşayır. Təqsirləndirilən şəxs onun atasının xalası nəvəsidir. Elşən ilə normal qohum münasibətləri olmuşdur. 04 sentyabr 2023-cü il tarixdə saat saat 19 radələrində yaşadığı evin həyətində olarkən darvazının sürətlə açılıb-bağlandığını eşitmişdir. Darvazaya baxanda Elşənin gəldiyini görmüşdür. Elşən həyətdə darvazanın qarşısında dizlərini qatlamış vəziyyətdə əyləşmişdir. Elşənə yaxınlaşaraq salamlaşmış və nə üçün gəldiyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona Yavər Bağırov ilə dalaşdığını demişdir. Dərhal Elşənin qardaşı Rövşənə zəng etmiş, Elşənin onun evinə gəldiyini və ona Yavər ilə dalaşdığını bildirməsini demişdir. Rövşən də Təqsirləndirilən şəxs axtardığını demişdir. Təqribən 20 dəqiqə sonra Rövşən avtomobil ilə onun yaşadığı evə gəlmişdir. Heç bir söz demədən Elşəni gəldiyi avtomobilin ön sərnişin oturacağına əyləşdirib özü ilə birlikdə aparmışdır. Rövşən onun darvazasından uzaqlaşdıqdan sonra polis maşını Rövşən və Elşəni müşayiət etmişdir. Daha sonra eşitmişdir ki, Elşənin “Anar” mağazanın sahibkarı Yavəri qətlə yetirməsini eşitmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxsla qonşuluqda yaşamışlar. Yavər Bağırovu isə uzun müddətdir ki, tanıyır. Onların hər ikisi ilə normal münasibəti olmuşdur. X12 şəhəri Çılpaqlı qəsəbəsində «Anar» mağazası vardır. Təqsirləndirilən şəxsla Yavər Bağırovun aralarında həmin mağazasının yanında yerləşən torpaq sahəsi ilə bağlı uzun müddətli mübahisələri olmuşdur. Təqsirləndirilən şəxs çökəklik sahədə yerləşən həmin torpaq sahəsinə torpaq daşıtdırmaqla və ağac əkməklə oranı abadlaşdırmış, istifadə etmək istəmişdir. X23 torpaq sahəsinin ona aid olmasını iddia etmişdir. 04 sentyabr 2023-cü il tarixdə saat 18:45 radələrində Yavər Bağırovun mağazasından təxminən 10 metr aralıda yeni tikilən obyektin qarşısında qonşusunun oğlu Cavid ilə söhbət etmişdir. Daha sonra Elşən yanlarına gəlmişdir. Təqsirləndirilən şəxs Cavid ilə göyərçinlərdən söhbət etmişdir. Sonuncuların hər ikisi göyərçin saxlamışlar. O, söhbət etdikləri əsnada Elşənin Yavərin mağazasına yaxınlaşdığını görmüşdür. Elşən mağazaya daxil olduqdan təxminən 1 dəqiqə sonra mağazadan çıxmışdır. Daha sonra iki azyaşlı uşaqlar mağazadan çıxmışlar. Uşaqlar mağazadan çıxdıqdan sonra Elşən yenidən mağazaya daxil olmuşdur. Təxminən 5 dəqiqə sonra Elşən sağ əlində bıçaq və sol əlində isə pivə butulkası ilə mağazadan çıxaraq “Soxdum” ifadəsini işlədərək sürətli addımlar ilə oradan uzaqlaşmışdır. Elşən oradan uzaqlaşdıqdan təxminən 1-2 dəqiqə sonra mağazadan qışqırıq səsləri eşitmişlər. O, mağazaya daxil olduqda giriş hissənin qan içərisində olduğunu görmüşdür. Mağazanın işçisi Könül qışqırmışdır. Taksi sürücüsü Samir ərzaq soyuducusunun yanında Yavəri yerdən qaldırmağa çalışmışdır. O, Samirə kömək etmiş. X24 «Ford» markalı avtomaşınını sürüb mağazanın qarşısına gətirmişdir. Həmin anda Mehman da mağazaya daxil olmuşdur. O, Yavəri sürüyərək mağazadan çıxartmağa çalışmışdır. Mehman və Samirlə köməkləşib Yavəri maşına yerləşdirmişlər. Samir maşını idarə etmiş, Yavəri Şirvan şəhər Mərkəzi Xəstəxanasında aparmışlar. Xəstəxanada həkim Yavəri müayinə edərək artıq öldüyünü demişdir. 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün hadisədən sonra saat 21:20-də könüllü olaraq Şirvan Şəhər Polis Şöbəsinə gedərək törətmiş olduğu cinayət barədə məlumat verməklə, təqsirini boynuna almışdır. 04 sentyabr 2023-cü il tarixli tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs müayinə olunarkən onda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, Neftçilər küçəsində yerləşən “Anar” mağazasıdır. Mağazanın qarşısında asfalt örtüyün üzərində, həmçinin mağazanın içərisində qanabənzər ləkələr, şkafın qarşısında geniş ölçülü qanabənzər maye müəyyən edilmişdir. 05 avqust 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, Yavər Bağırovu bıçaq xəsarəti yerirməklə öldürdüyü yeri və şərati yerində göstərmişdir. Maddi sübutların məhkəmə-tibbi bioloji ekspertizasının 27 sentyabr 2023-cü il tarixli, 620/2023-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs təqdim olunan paltarları üzərində qrup mənsubiyyətinə görə zərərçəkmiş şəxs Yavər Bağırova məxsus ola bilən insan qanı ləkələri aşkar olunmuşdur. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 23 sentyabr 2023-cü il tarixli, 2702 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdə cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik olmamış, ittiham olunduğu əməl barəsində anlaqlı hesab edilməldir, hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmə-tibbi ekspertizasının 03 oktyabr 2023-cü il tarixli, 32 nömrəli rəyindən görünür ki, X15n bədən səthində boyunun sol yan səthində deşilmiş-kəsilmiş yara, bir neçə qan damarının travması-iti xassəyə malik alət (əşya) təsirindən törənmiş, kənar şəxs tərəfindən bıçaqla yetirilə bilən, həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid xəsarət aşkar olunmuşdur. Yavər Bağırovun ölümünə səbəb yuxarıda qeyd olunan deşilmiş-kəsilmiş yara və damarların kəsilməsi nəticəsində kəskin, massiv qanitirmə olmuşdur. Meyitdə baş verən ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müyainə olunandan 2-4 saat əvvəl baş vermişdir. Yavər Bağırov ölümündən əvvəl spirtli içki və narkotik vasitələr qəbul etməmişdir. İşdə olan sənədlərdən görünür ki, Yavər Bağırov xx.xx.2019-cu il tarixdə Şirvan Şəhər Polis Şöbəsinə ona məxsus torpaq sahəsinə Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq torpaq tökülərək zəbt etməyə çalışması barədə ərizə yazmışdır. Bu barədə polis şöbəsində araşdırma aparılmış, əməldə cinayət tərkibi və inzibati hüquqpozma müəyyən edilməməsi əsası ilə material işə alınmışdır. Yavər Bağırov eyni məzmunlu ərizə ilə xx.xx.2020-ci il tarixdə Şirvan Şəhər Polis Şöbəsinə təkrar ərizə yazmışdır. Həmimn vaxt polis şöbəsi Yavər Bağırova yazdığı cavab məktubunda həmin məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməli olması göstərilmişdir. X4 Şirvan Şəhər Polis Şöbəsinə göndərdiyi 12 iyul 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, 6 kilovoltluq Çılpaqlı paylayıcı qurğudan qidalanan, şəhərin Neftçilər küçəsində yerləşən ******* saylı 250 kva tranformator yarımstansiyanın qorunma zonasına vətəndaşlar tərəfindən torpaq tökülür. Bu da insan həyatı üçün təhlükəlidir. Həmin halların qarşısının alınmasında köməklik göstərilməsi xahiş olunur. İbtidai istintaq zamanı Şirvan Şəhər Prokurorluğunun müraciəti əsasında Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxs Yavər Bağırovun aralarında mübahisə predmeti olmuş torpaq sahəsi ilə bağlı əraziyə baxış keçirilməklə verilmiş xx.xx.2023-cü il tarixli rəydə göstərilmişdir ki, həmin torpaq sahəsi 188 kvadrat metr olmaqla şərti sərhədlərə malikdir və üzərində şam ağacları mövcuddur. Torpaq sahəsinin üzərində 6 kv-luq yüksək gərginlikli elektrik xətti keçir. Elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir, dövlət mülkiyyətindədir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 6 nömrəli Şirvan elektrik təchizatı sahəsinin 1-ci qrup Şirvan təmas şəbəkəsində elektrik mantyoru işləmişdir. Həmin təşkilat tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət səciyyələnir. İşdə olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində azyaşlı uşaq yoxdur. Eyni tarixli xasiyyətnamədə göstərilmişdir ki, yaşayış yeri üzrə nümayəndəliyə Təqsirləndirilən şəxs barəsində şikayət, təklif daxil olmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Yavər Bağırovu şəxsi münasibətlər zəmnində qəsdən öldürməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Yavər Bağırovu xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə görə Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə ittiham verilsə də, məhkəmə yuxarıda göstərilən sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Yavər Bağırovu xuliqanlıq niyyəti ilə deyil, zərərçəkmiş şəxslə torpaq sahəsi üstündə 2019-cu ildən başlayaraq cinayət hadisəsinin törənmə anınadək davam edən, münaqişəli şəxsi münasibətlər zəmnində öldürmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə tövsif olunmalı və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almasını 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 60.1-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, şəxsin cəzasını CM-nin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş yüngülləşdirici hal mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddi on dörd il müəyyən edildiyindən, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddəti on dörd ilin dörddə üçündən, yəni on il altı aydın artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 04 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan şəhər Prokurorluğunda saxlanılan zərərçəkmiş X8 məxsus cins şalvar, mayka, qısaqol köynək, 1 cüt corab, 2 ədəd cib dəsmalı, bel kəməri, 1 cüt başmaq məhv edilməli, 1 ədəd eynək, “Xvision markalı H.264 DİGİTAL VİDEO RECORDER” sistemi və onun enerji aparatı ailəsinə verilməli, Təqsirləndirilən şəxs məxsus qısaqol köynək, idman şalvarı və 1 cüt idman ayaqqabıları məhv edilməlidir. Ekspertiza xərci 130 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs İbudulla oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan şəhər Prokurorluğunda saxlanılan zərərçəkmiş X8 məxsus cins şalvar, mayka, qısaqol köynək, bir cüt corab, 2 ədəd cib dəsmalı, bel kəməri, 1 cüt başmaq məhv edilsin, 1 ədəd eynək, “Xvision markalı H.264 DİGİTAL VİDEO RECORDER” sistemi və onun enerji aparatı ailəsinə verilsin, Təqsirləndirilən şəxs məxsus qısaqol köynək, idman şalvarı və 1 cüt idman ayaqqabıları məhv edilsin. Ekspertiza xərci 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs İbudulla oğluna isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar