Məhkəmə qərarları › İş №1(099)-297/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-297/2022

22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-297/2022 22.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1996-cı ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Astara rayon Züngüləş kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 1095,0 qram çəkidən artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib yaşadığı Astara rayonu, Züngüləş kəndində yerləşən evinə daşımış, ondan bir qədər istifadə etdikdən sonra qalan hissəsini 1 ədəd 3 kq-lıq balonda qablaşdırıb satış məqsədi ilə qanunsuz olaraq evin həyətyanı sahəsindəki naringi ağacının dibində torpağa basdıraraq özündə saxlamış, 01 dekabr 2021-ci il tarixdə saat 20:00 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı yaşadığı Astara rayonu, Züngüləş kəndində yerləşən evində axtarış keçirilən zaman evin həyətyanı sahəsindəki naringi ağacının dibində torpağa basdırdığı bir ədəd 3 kq-lıq balonun içərisində təmiz çəkisi 1095,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, qurudulmuş marixuananı 30 noyabr 2021-ci il tarixdə yaşadığı İstisu kəndində kolluqdan tapmışdır. Tapdıqdan sonra onu işlədiyi istisuda yerləşən çayxanaya aparmışdır. Orada həmin nəşədən bir qədər özü istifadə etmək üçün götürmüşdür. Həmim vaxt tanışları Ərəstun və Nizami ilə iki papirosluq istifadə etmişlər. O qalan nəşəni göy selefon torbada evinə aparmaq istəyərkən Bəyəli onu görmüşdür. Lakin, Bəyəlinin həmin nəşədən məlumatı olmamışdır. O torbadakı nəşəni yaşadığı evə aparıb, orada bir ədəd 3 kiloqramlıq şüşə balona yığıb həyətlərində olan naringi ağacının altında basdırmışdır. Sonra Astara rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayıb onda narkotik vasitə olub-olmadığını soruşduqda o yaşadığı evin həyətində naringi ağacının dibində bir ədəd balonda nəşə gizlətdiyini bildirib, onu polis əməkdaşlarına təqdim etmişdir. Həmin şüşə balon çəkildikdə 2 kiloqram olmuşdur. Lakin onda olan nəşənin çəkisi 380-400 qram olmuşdur. Həmin narkotik vasitəni özü istifadə etmək üçün həyətində gizlətmişdir. Satmaq məqsədi olmamışdır. Alim İmamıliyev ifadəsində daha sonra göstərmişdir ki, o narkotik vasitəni tapdıqdan sonra evinə aparmaq istəyərkən onu Bəyəli görmüşdür. Ondan sonra onu saxladıqlarından Bəyəlinin onu satdığından şübhələnmiş və ona görə də hımin nəşəni Bəyəlidən alması barədə ifadə vermişdir. O özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Əməlindən peşmandır. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən başqa, dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana saxlaması barədə məlumat əldə etdikdən sonra şöbə rəhbərliyinin göstərişi əsasında onun saxlanılması barədə qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qrupu yaradılmışdır. Daha sonra o, şöbənin digər əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmişlər. Təqsirləndirilən şəxs Astara şəhərində «Ay işığı» çay evinin yaxınlığında piyada hərəkətdə olarkən saxlamışlar. Həmin vaxt ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs də etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Orada Alim üzərində narkotik vasitə olmadığını, lakin yaşadığı evin həyətində torpağa narkotik vasitə basdırdığını bildirmişdir. Əvvəlcə onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Bundan sonra onun yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs razılığı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən onun yaşadığı evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs naringi ağacının dibinə basdırdığı, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd balonu təqdim etmişdir. Həmin qurudulmuş marixuana elektron tərəzidə çəkilərək qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Alim də protokolla tanış olub onu imzalamışdr. Həmin vaxt ona hər hansı təsir və ya təzyiq olunmamışdır. Dindirilmiş şahidlər Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etdilər. Dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 01 dekabr 2021-ci il tarixdə yaşadığı evin yaxınlığında olarkən Alim tanmıdağı taksi ilə ora gəlmiş və onda çəkmək üçün nəşə olduğunu demiş, sonra da o Nizamini də çağırıb, birlikdə siqaretə doldurmqla birlikdə nəşə çəkmişlər. Buna görə Alim onlardan pul almamışdır. Dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o bir neçə dəfə Alimlə birlikdə nəşədən istifadə etmişlər. 31 noyabr 2021-ci il tarixdə axşamüstü Alimin işlətdiyi çayxanaya getmişdir. Həmin vaxt Alimin əlində göy rəngli sellefon torba ilə evinə getdiyini görmüşdür. O torbanın içərisində nə olduğunu bilməmişdir. Səhəri günü isə polis əməkdaşları onu dəvət edib, Alimə nəşə satdığını bildirmişlər. Lakin o Alimə nəşə satmamışdır. Alim onu polislərə satmasından şübhələnib onun adını vermişdir. Lakin o heç bir vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş 01 dekabr 2021-ci il tarixli axtarış və götürmə haqqında protokoldan və həmin protokola əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Astara Rayon Polis Şöbəssinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Təqsirləndirilən şəxs yaşadığı Astara rayonu Züngüləş kəndində yerləşən evin həyətindən naringi ağacının altından torpağa basdırılmış içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd 3-kq-lıq balon aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizanın 02 dekabr 2021-ci il tarixli 19/1195 saylı rəyində göstərilmişdirki, tədqiqata təqdim edilmiş üzərində: “Astara rayonu Züngüləş (istisu) kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş kütlə....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 1 ədəd bağlamada təmiz çəkisi 1095,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmədəə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki., Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Təqsirləndirilən şəxs Astara rayon Polis Şöbəsinə rəhbərliyinə ünvanladığı ərizəsindən görünür ki, o həmin ərizəsində yaşadığı Zəngüləş kəndində yerləşən evinə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin materiallarında olan 06 yanvar 2022-ci il tarixli Astara Rayon Polis Şöbəsindən daxil olmuş əməliyyat tapşırığa cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə yanaşı narkotk vasitə olan qurudulmuş marixuananın satışı ilə məşğul olması barədə məlumat əldə olunsa da, onun əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın haradan əldə etməsi, onu konkret olaraq kimlərə satacağı barədə məlumat əldə olunmamışdır. Eləcə də Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı ona Şahid5 tərəfindən satılması barədə məlumat əldə etmək mümkün olmamışdır. Şahid5 narkotik vasitə istifadəçisi olması barədə məlumat əldə olunsa da, onun narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə hər hansı bir məlumat əldə olunmamışdır. Məhkəmədə tədqiq olumuş 02 dekabr 2021-ci il tarixli məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İşdə olan ibtidai istintaq orqanının 15 mart 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən hazırki cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitəni aldığı şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs onun evinin həyətindən 1 ədəd şüşə balonda aşkar edilərək götürülmüş qurudulmuş marixuananın ona aid olduğunu etiraf etsə də həmin şüşə balonun içərisində 350-400 qrama yaxın miqdarda qurudulmuş marixuana olduğunu, həmin kütləni tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan ifadəsinə həmin hissədə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə dindirilmiş şahidlərin və Təqsirləndirilən şəxs ifadələrindən görünür ki, o saxlanıldıqdan sonra özü evinin həyətində ağacın altında narkotik vasitə gizlətdiyini bildirdikdən sonra onun özünün iştirakı ilə videoçəkilişlə həyətindəki naringi ağacının altından bir ədəd 3 kiloqramlıq şüşə balonda qurudulmuş marixuana aşkar edilərək götürülmüş və qablaşdırılmaqla protokol tərtib edilmişdir. Məhkəmədə tədqiq edilmiş baxış və götürmə haqqında protokolla da bu xüsusat öz təsdiqini tapır. İşdə olan maddi sübutun geri qaytarılması haqqında 02 dekabr 2021-ci il tarixli aktdan da görünür ki, ekspertizadan 1094,98 qram çəkidə qurudulmuş marixuana geri qaytarılmışdır. Həmçinin işdə olan məhkəmə tibbi ekspertizasının rəyində və dindirilmiş şahidlərin ifadələrindən də Təqsirləndirilən şəxs hər hansı təsir və ya təzyiq göstərilməsi təsdiq olunmur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1095 qram qurudulmuş marixuananın həmin maddənin külli miqdarı üçün müəyyən edilmiş çəkidən əhəmiyyətli dərəcədə çox olması onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1996-cı ildə Astara rayonunda anadan olmuşdur. Astara rayonu, Züngüləş kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Astara rayon məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edərkən CM-nin 41.2-ci maddəsində deyilir ki,cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2-ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 01 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsində saxlanılan, qalıq çəkisi 1094,98 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli və Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilərkən qeydə alınmış video görüntülərin qeyd olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanı lmalıdır. İş üzrə məhkəmə məsrəfi 65 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2,132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsində saxlanılan, qalıq çəkisi 1094,98 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanı lsın. İş üzrə məhkəmə məsrəfi 65 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar