Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-298/2022 12.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtarmış, işləməyən, Masallı rayonu Qodman kəndində qeydiyyatda olmaqla, Şirvan şəhəri, Vidadi küçəsi, dalan 7, ev 16-da yaşamış, iş üzrə 19 yanvar 2022-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 2,195 qram narkotik vasitə olan heroini bir ədəd bükümdə əldə edib üzərində saxlayaraq daşımış, 19 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Şirvan şəhəri, Şirin Şükürov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərinə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz olaraq saxladığı həmin çəkidə narkotik vasitə heroin götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, “kokos” kimi tanınan narkotik vasitə heroindən istifadə edir. 19 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində hər hansı narkotik vasitə olmamışdır. Polis işçiləri tərəfindən onun üzərinə bir ədəd bükümdə 0,3 qram heroin qoyulmuş və ona istifadəçi kimi məsuliyyətə veriləcəyi vəd olunmuşdur. Ona görə də narkotik vasitənin özünə məxsus olması barədə ifadə vermiş və videoçəkiliş zamanı da narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Lakin sonradan polis əməkdaşları tərəfindən narkotik vasitənin miqdarı artırılmışdır. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, 19 yanvar 2022-ci il tarixdə saat 10 radələrində Şirvan şəhərində yerləşən “Elit” ticarət mərkəzinin qarşısındakı yolla gedən zaman, yolun kənarında bir ədəd kağız büküm görmüş və həmin büküm diqqətini cəlb etdiyi üçün, yerdən götürüb açmış və içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. O, heroin istifadə etdiyi üçün həmin maddəni tanıyır və necə olduğunu bilir. Buna görə də həmin bükümü şalvarının cibinə qoymuşdur ki, sonra istifadə edər. Həmin gün saat 17 radələrində şəhər ərazisində piyada hərəkətdə olan zaman Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşmışlar. O, üzərində narkotik olduğu üçün onlardan uzaqlaşmağa cəhd etmişdir. Lakin onlar onu saxlamışlar və Şirvan şəhər Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Şirvan Şəhər Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah ediləndən sonra vəkilin iştirakı ilə və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və əgər üzərində narkotik vasitə varsa, təqdim etməsi təklif edilmişdir. O, əynində olan şalvarın sağ yan cibindən bir ədəd kağız bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükülü vəkilin iştirakı ilə açılaraq içərisinə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olduğu bildirilmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış aparılsa da, üzərindən başqa qanunsuz əşya aşkar olunmamışdır. O, üzərində aşkar olunan maddəni yolun kənarından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Aşkar olunan bükümdəki maddə bir ədəd zərfə qablaşdırılmış, üzəri möhürlə möhürlənərək götürülmüşdür. Bu barədə onun və müdafiəçisinin iştirakları ilə protokol tərtib olunmuş, protokolu imzalamışdır. Onun narkotik vasitəni satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Şirvan Şəhər Polis Şöbəsinin post-patrul xidməti bölüyündə polis nəfəri işləyir. 19 yanvar 2021-ci il tarixdə saat 17:20 radələrində polis nəfəri Şahid2 ilə birlikdə xidmətdə olarkən Şirvan şəhərinin Şirin Şükürov küçəsində bir nəfər şəxsin, adını sonradan bildiyi Təqsirləndirilən şəxs, özünü şübhəli aparması və gözlərinin qızarmasından narkotik qəbul etməsi hiss olunmuşdur. Təqsirləndirilən şəxs saxlayıb Şirvan Şəhər Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli şəxs kimi tutulmuşdur. Təyin olunmuş müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd sarı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini «Elit» ticarət mərkəzinin yaxınlığında yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Onlar Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymamışlar və ondan narkotik vasitənin ona məxsus olması barədə ifadə verməyi tələb etməmişlər. Şahid2 də məhkəmədə Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 19 yanvar 2022-ci il tarixli protokoldan və məhkəmə iclas zalında nümayiş etdirilmiş videgörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd sarı rəngli kağız bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. O, heroini tapdığını və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Materialların məhkəmə ekspertizasının 20 yanvar 2022-ci il tarixli, 18/80 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd sarımtıl rəngli kağız bükümdə təmiz çəkisi 2,195 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 24 fevral 2022-ci il tarixli, 935 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının 02 fevral 2022-ci il tarixli, 117 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə cəza müddəti qurtardığına görə azad edilmişdir. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli arayışdın görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə onun barəsində ərazi üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən İbrahim Nüriyevin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdlarından artıq miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması, əmlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmaması, polis işçilərinə aid olması və polis işçiləri tərəfindən ona təzyiq göstərildiyinə görə narkotik vasitənin ona məxsus olmasını etiraf etməsi məcburiyyətində qalması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə hesab edir və sübut kimi qəbul etmir. Məhkəmə onun ibtidai istintaqda verdiyi ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 2,195 qram miqdarda heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin miqdarda narkotik vasitə heroini satış mıqsədi ilə əldə etməsi həm məhkəmə istintaqında, həm də ibtidai istintaq zamanı toplanmış sübutlarla təsdiq olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokolan görünür ki, o, üzərində bir bükümdə heroin aşkar olunduğu zaman həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Eyni zamanda ibtidai istintaqda verdiyi fiadələrində də narkotik vasitəni öz istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitəni satmaq üçün hər hansı şəxslə və ya alıcı ilə sövdələşməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özünün narkomaniya xəstəsi olması, narkotik vasitənin miqdarı (2,195 qram) və bir bükümdə olması, xırda bükümlərə ayrılmaması da onun narkotik vasitəni satmaq məqsədinin olmamasını, öz şəxsi istifadəsi üçün əldə etməsini təsdiq etməklə yanaşı onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsiən dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verməklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qeyd olunan qərarına istinadən hesab edir ki, təqsirləndirilən şəxs İbrahim Nüriyevin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi təsdiq edilmədiyindən və onun narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsi sübuta yetirildiyindən əməli CM-nin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi, lakin onun əməlində cinayətlərin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.3-ci maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatından sonra qalmış, iş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,145 qram narkotik vasitə heroin məhv edilməlidir. Ekspertiza xərci 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,145 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-298/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-298/2022
12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver