Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-298/2023 02.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə; xx xxxxxx 1980-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Salyan şəhəri, H.Məmmədov küçəsi ev 4-də qeydiyyatda olmaqla Salyan şəhəri, A.Ağabəyli küçəsi ev 1-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Salyan rayon sakinləri, aralarında yaxın münasibətlər olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2022-ci ilin sentyabr ayının sonlarında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satışını həyata keçirmək barədə razılaşmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bundan sonra həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs2 külli miqdarda-6,857 qram psixotrop maddə olan metamfetamini, külli miqdarda-5,654 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda-19,605 qram narkotik vasitə olan tiryəki və 0,62 qram qurudulmuş marixuananı ümumi cinayətkar niyyətə uyğun olaraq əldə edib Salyan rayonuna daşıyaraq, həmin heroindən külli miqdar təşkil edən 2,264 qramını öz üzərində saxlamış, yerdə qalan digər narkotik vasitələri və psixotrop maddəni isə satış məqsədi ilə Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 öz nöbəsində həmin narkotik vasitələri və psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2 satış üçün qəbul edərək yaşadığı ünvan 1 ünvana daşıyaraq saxlamaqla ümumi cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə qeyd olunan narkotik vasitə olan heroindən xx.xx.2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evin həyətində fəhlə kimi işləyən Şahid8 Bəhram oğluna gördüyü işin müqabilində bir bükümdə 1,653 qram heroini qanunsuz olaraq vermmiş, eləcə də xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Şahid7 hər bükümü 10 manatdan olmaqla 50 manat müqabilində 05 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,189 qram, 0,222 qram, 0,199 qram, 0,150 qram, 0,120 qram, ümumi çəkisi-0,880 qram olan narkotik vasitə heroini qanunsuz satmış, həmin tarixdə saat 14 radələrində Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evə özünün iştirakı ilə baxış keçirilərkən evin qonaq otağında olan televizorun altına qoyulmuş göy rəngli qabın içərisindən satış məqsədilə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə edib saxladığı, qalan 05 ədəd bükümdə ayrı-ayrılıqda 0,225 qram, 0,496 qram, 0,031 qram, 0,037 qram, 0,038 qram-ümumi çəkisi-0,857 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə 19,605 qram tiryək, 01 ədəd plastik qabın içərisində 6,857 qram psixotrop maddə metamfetamin, 01 ədəd kibrit qutusunda 0,62 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, sonra isə əməliyyataxtarış tədbirləri davam etdirilməklə həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi "xxxx" MMC-nə məxsus, "Xəzər" markalı, **-PS-*** qeydiyyat nişanlı maşınla Ələt-Astara avtomobil yolunun üzərində yerləşən "SOCAR" yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılıb Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibində olan "Davıdoff" markalı siqaret qutusunun içərisindən bir ədəd sellofan kəsiyi bükümündə 2,264 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Salyan rayonu Arbatan kəndində yaşayır və narkotik maddələr qəbul etmişdir. Təqsirləndirilən şəxs1la aralarında dostluq münasibətləri vardır. Sosial şəbəkədə tanış olduğu, özünü iranlı kimi təqdim edən şəxslə ona narkotik vasitə satması bərədə razılaşmışlar. Tutulmasından təxminən 12-14 gün əvvəl həmin iranlı şəxs onun telefonuna göndərdiyi bank kartına 500 manat pul köçürməsini, bunun əvəzində ona 20 qram narkotik vasitə heroin verəcəyini bildirmişdir. Həmin şəxsin göndərdiyi bank kartına 500 manat pul yükləmişdir. Bundan sonra həmin şəxs ona Bakı şəhərində 28 May metro stansiyasının yaxınlığındakı S.Vurğun bağında gizlətdiyi narkotikin fotoşəklini və olduğu yeri göndərmişdir. O, həmin yerə gedərək siqaret qutusunun içərisində gizlədilmiş heroini götürmüşdür. Heroini götürüb Salyan rayonuna aparmışdır. Lakin Təqsirləndirilən şəxs1 satmaq üçün narkotik vasitə verməmiş və ya satmamışdır. Heroinin çox hissəsini çəkmiş, qalan hissəsini isə cibində olan siqaret qutusunun içində saxlamışdır. 17 noyabr 2022-ci il tarixdə saat 16 radələrində idarə etdiyi avtomaşınla Ələt-Astara avtomobil yolunun üzərində yerləşən «SOSAR» yanacaqdoldurma məntəqəsinin yaxınlığında polis əməkdaşları onu saxlamışlar. Onu polis şöbəsinə aparmaqla üzərində şəxsi axtarış aparmışlar. Üzərindəki siqaret qutusunun içərisində faktiki olaraq 0,4-0,5 qram narkotik vasitə heroin olmuşdur. Lakin siqaret qutusunun içərisindəki heroin çəkilmiş, çəkisi çox olmuşdur. Cibində olan siqaret qutusunda olan narkotikin miqdarının necə artmasının səbəbini bilmir. Polis işçiləri onu döymüşlər, təsir göstərdiklərinə görə sənədlərə imza etmişdir. Lakin Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olmuş, bəzən də onların satışı ilə məşğul olmuşdur. Hər dəfə qəbul etmək və satmaq üçün narkotik vasitələri və psixotrop maddə olan metamfetamini tutulmamışdan təxminən 2 ay əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğu, lakin adını bilmədiyi iranlı bir şəxsdən almışdır. Tanımadığı iranlı şəxs özü əvvəldən ona Bakı şəhərinin istənilən yerində "mal" olduğunu, pul müqabilində həmin narkotik vasitələrin olduğu yeri ona deyə biləcəyini bildirdiyindən o da lazım olanda həmin iranlıya sosial şəbəkə vasitəsi ilə zəng vurub nə qədər "mal" istədiyini və buna görə ona göndərəcəyi pulun miqdarını demiş, razılaşdıqdan sonra iranlının ona telefon vasitəsi ilə göndərdiyi kart nömrəsinə narkotik vasitə almaq üçün pulunu köçürmüş, bundan sonra iranlı ona zəng vurub götürəcəyi "mal"ı hara qoyduğunu, yəni onun yerini ona demişdir. Həmin vaxtlarda o, iranlının ona satdığı narkotik vasitələri və psixotrop maddələri haradan, kimdən, hansı qaydada əldə etməsini heç vaxt bilməmiş və bu barədə onunla arasında heç bir söhbət olmamışdır. Sonuncu dəfə, həmin iranlı ilə telefonla danışandan sonra onun göndərdiyi kart nömrəsinə 500 manat pul yükləmiş, bundan sonra adını bilmədiyi iranlı ona Bakı şəhəri 28 May metrosunun yaxınlığındakı S.Vurğun bağında gizlətdiyi narkotikin şəklini göndərmiş və o da gedib həmin yerdə siqaret qutusunun içərisində gizlədilmiş 10 qram heroini götürüb onu Salyan rayonuna aparmışdır. Aralarındakı danışığa əsasən həmin iranlı sonradan göndərdiyi 500 manata görə ona daha 10 qram "kakos", yəni heroin göndərəcəyinə söz vermiş, iranlıdan hər dəfə heroinin bir qramını 25 manata almış, aldığı narkotikadan özü də istifadə etməklə həm də onun satşını təşkil etmişdir. Gülhüseyn adı ilə tanıdığı Hüseyn adlı şəxsə də sonuncu dəfə tutulmamışdan 2-3 gün əvvəl 1 qram heroin satıb ondan buna görə 40 manat pul almışdır. 17 noyabr 2022-ci il tarixdə idarə etdiyi "Xəzər" markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərinə gedərkən Ələt-Astara avtomobil yolunun üzərində yerləşən "SOCAR" YDM-nin yaxınlığına polis əməkdaşları onu saxlayıb Salyan RPŞ-nə gətirmiş, polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəldikdən sonra şöbədə müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulması ona elan olunmuş, öz seçimi əsasında ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzəridə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra üzərində qadağan olunmuş əşya vardırsa, onları özünün çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra əynindəki şalvarının sağ yan cibindən avtomobilinə məxsus bir ədəd açarı, bir qutu "Davıdoff" markalı siqareti, sol yan cibindən isə bir ədəd özünə məxsus "Samsunq" markalı mobil telefonunu çıxarıb onları polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi telefon açılıb baxıldıqda onun arxasında bir ədəd "Leobank"a məxsus kart olduğu məlum olmuşdur. Aşkar olunmuş həmin "Leo Bank" kartı öz adına olmaqla kartda heç bir vəsait olmamışdır. Cibindən çıxarıb təqdim etdiyi "Davıdoff" markalı siqaret qutusu stolun üzərinə boşaldıldıqda orada olan siqaret dənələrindən başqa bir ədəd büküm olması aşkarlanmış, sorğu zamanı həmin bükümdəkinin özünə məxsus narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Aşkarlanmış həmin büküm açılıb baxıldıqda içərisində həqiqətəndə tünd qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlə olduğu məlum olmuş, elektron tərəzidə çəkildidə onun çəkisinin 2,38 qram olduğu məlum olmuşdur. Sorğu zamanı o, polis əməkdaşlarına xx.xx.2022-ci il tarixdə tanımadığı bir iranlıdan 10 qram heroini 500 manata aldığını, ondan 2-3 gün əvvəl Gülhüseyn adlı şəxsə 1 qram heroini 40 manata satdığını, onda daha başqa narkotik vasitə qalmadığını bildirmiş, ondan sonra üzərindən aşkarlanmış və içərisində narkotik vasitə olan bir büküm ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən kağız paketə qoyularaq qablaşdırılmış, paketin ağzı möhürlü kağızla möhürlənərək bağlanmış və o da digər iştirakçılar kimi paketin üzərini imzalamışdır. Bu barədə müdafiəçisinin iştirakı ilə tərtib olunmuş protokol ucadan oxunduqdan sonra onu da doğru bilib öz imzası ilə təsdiq etmişdir. 2022-ci ilin sentyabr ayının sonlarında özü Hüseynlə əlaqə saxlayıb ona narkotik vasitələr satmağı təklif etmiş, Hüseyn də ona razılıq verdiyi üçün tanımadığı və adını bilmədiyi iranlıdan aldığı narkotik vasitələri və psixotrop maddələrin satışını Hüseyn vasitəsi ilə həyata keçirmiş, Hüseynin evindən aşkarlanmış bütün narkotik vasitələri Hüseynə 2022-ci ilin oktyabr ayının sonlarında, müxtəlif günlərdə həqiqətəndə özü satmış, Hüseyndən başqa digər heç kimə narkotik vasitələr satmamış, narkotik vasitələri aldığı iranlının telefon nömrəsini və onun göndərdiyi kart şəklini telefonundan silmiş və onların nömrəsi yadında qalmamışdır. Hazırda səhv iş tutduğunu başa düşməklə tutduğu bu əməllərindən də səmimi peşimandır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanda yerləşən evdə yaşayır. Özü narkotik vasitə olan, «kokos» adlandırdıqları narkotik vasitə heroindən və qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs2la münasibətləri yaxşıdır, aralarında dostluq münasibətləri vardır. Lakin Təqsirləndirilən şəxs2la narkotik vasitələrin əldə edilməsi və satılması barədə aralarında razılaşma olmamışdır. Təqsirləndirilən şəxs2 ona satmaq üçün narkotik maddələr verməmişdir. 17 noyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən onun evində axtarış aparılarkən plastik qabın içərisində faktiki olaraq 0,4-0,5 qram çəkidə narkotik vasitə heroin və 0,62 qram qurudulmuş marixuana olmuşdur. Başqa narkotik vasitə olmamışdır. Həmin narkotik vasitələri isə öz istifadəsi üçün əldə edib saxlamışdır. Başqa narkotik vasitələr aşkar olunmamışdır. Digər narkotik vasitələrin evində aşkar olunmasının səbəbini bilmir. Mahir adlı şəxsə narkotik vasitə heroin verməmişdir. Şahid7 hər biri 10 manatdan olmaqla 5 ədəd bükümdə narkotik vasitə heroin satmamışdır. Cabir özü ona zəng edib onunla görüşmək istədiyini bildirmişdir. O isə razılaşmışdır. Cabir bir nəfər başqa şəxslə gəlmiş, görüşmüş və onlarla birlikdə narkotik vasitə heroin istifadə etmişlər. Polis işçiləri tərəfindən ona təzyiq olduğuna görə ittiamda göstərilən narkotik vasitələrin ona məxsus olması və narkotik vasitələrin ona Təqsirləndirilən şəxs2 tərəfindən satış məqsədi ilə verilməsi barədə ifadə vermişdir. İstintaqda verdiyi ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələr qəbul etmişdir. Narkotik vasitələri əldə etdiyi şəxslərin çoxu ölmüş və ya tutulmuşdur. Təxminən 2022-ci ilin sentyabr ayının sonlarında Salyan rayonu Arbatan kəndində yaşayan Pərviz adlı şəxs özündə olan narkotik vasitələri satmaqda kömək etməyi ona təklif etmiş, verəcəyi narkotik vasitələri satarsa, birlikdə qazanc əldə edəcəklərini, həm də həmin narkotik vasitələrdən pulsuz istifadə edə biləcəyini ona bildirmişdir. Həmin dövrdə işsiz olduğundan və həm də narkotiklərdən asılılığı olduğu üçün Pərvizin etdiyi bu təklifi qəbul etmişdir. Ondan sonra Pərviz ona satmaq üçün müxtəlif narkotik vasitələr və onların öz aralarında "şüşə" adlandırdıqları psixotrop maddə olan metamfetamin vermiş və o da Pərvizin hər dəfə ona verdiyi narkotik vasitələri narkomanlara sataraq əldə olunan puldan özü qazancını götürüb qalan pulları Pərvizə vermişdir. Salyan şəhər sakini olan Şahid8 Salyan şəhər sakini kimi çoxdan tanımış və onun da özü kimi narkotik vasitələr qəbul etdiyini bilmişdir. 15 noyabr 2022-ci il tarixdə axşam saatlarında Mahir onların həyətində fəhlə kimi gördüyü işləri qurtarıb gedən zaman ondan özünün qəbul etməsi üçün narkotik vasitə olan heroin istəmiş, o da münasibətləri yaxşı olduğundan evdə saxladığı heroinin bir hissəsini bir bükümdə Mahirə vermiş, lakin buna görə Mahirdən pul almamışdır. Bundan başqa o, əslən Biləsuvar rayonundan olan Cabir adlı şəxsi tutulmamışdan təxminən 3-4 gün əvvəl tanımış, Cabir adlı həmin şəxs ilk dəfə onun telefon nömrəsini kimdənsə taparaq yanına gəlmək istədiyini ona bildirmiş, Cabirin nə istədiyini başa düşdüyündən ona "istədiyin vaxt evimə gələ bilərsən" deyə cavab vermişdir. Bundan sonra Cabir onlara gələndə görüşüb onunla tanış olmuş və hər dəfə onlara gələndə Cabirin istəyinə və puluna əsasən 3-5 bükümdə heroinin hər bir bükümünü 10 manatdan Cabirə satmışdır. Sonuncu dəfə Cabir onun yaşadığı evə 17 noyabr 2022-ci il tarixdə səhər saatlarında "mal" almaq üşün gəlmiş, Cabirlə görüşəndən sonra ona öz həyətində hər bükümü 10 manatdan olmaqla 5 büküm heroini cəmi 50 manata satmışdır. Bundan bir az sonra polis əməkdaşları gəlib onu tutaraq Salyan RPŞ-nə aparmışlar. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş, Üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşlarına yaşadığı evdə qonaq otağındakı televizorun altında olan qutuda müxtəlif narkotik vasitələr olduğunu və onları Pərviz adlı şəxsdən aldığını polis əməkdaşlarına etiraf edib demişdir. Bundan sonra özünün yazdığı ərizə əsasında polis əməkdaşları onun və vəkilinin iştirakı ilə yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gəlib evə baxış keçirmişlər Baxış zamanı qonaq otağındakı televizorun altına qoyduğu göy rəngli qabın içərisindəki ona məxsus 05 ədəd bükümdə narkotik vasitə olan heroini, bir bükümdə olan tiryəki, bir kibrit qutrusunda olan qurudulmuş marixuananı və bir ədəd plastik qabın içərisində olan psixotrop maddə sayılan metamfetamini, eləcədə bir ədəd elektron tərəzini aşkar edərək götürmüşlər. Sorğu zamanı o, bir daha yaşadığı evdən aşkar edilərək götürülmüş həmin narkotik vasitələrin, psixotrop maddənin və elektron tərəzinin özünə məxsus olduğunu, onları satış məqsədi ilə orada saxladığını polis əməkdaşlarına etiraf edib demişdir. Ondan sonra evindən aşkar olunmuş həmin narkotik vasitələr və psixotrop maddə ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, bir bükümdə olan tiryəkin 19,95 qram, kibrit qutusu ilə birlikdə qurudulmuş marixuananın 5,24 qram, 5 bükümdə olan heroinlərin çəkisinin müvafiq qaydada 0,48 qram, 0,82 qram, 0,07 qram, 0,08 qram, 0,08 qram, cəmi həmin bükümlərdəki heroinlərin 1,52 qram, plastik qabın içərisində olan psixotrop maddə metamfetaminin isə plastik qabla birlikdə çəkisinin 15,99 qram olması müəyyən edilmişdir. Ondan sonra həmin narkotik vasitələr və psixotrop maddə ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən ayrı-ayrı kağız paketlərə qoyularaq qablaşdırılmış, paketlərin ağzı möhürlü kağızla möhürlənmiş və o da digər iştirakçılar kimi onların üzərini imzalamışdır. Bu barədə müdafiəçinin iştirakı ilə tərtib olunmuş protokol ucadan oxunduqdan sonra onu da doğru bilib imzası ilə təsdiq etmişdir. Evinə baxış zamanı evindən aşkar olunub götürülmüş bütün narkotik vasitələri və psixotrop maddə olan metamfetamini ona satmaq üçün Pərviz vermiş, axırıncı dəfə o Pərvizdən tutulmamışdan təxminən 2-3 gün qabaq 1 qram heroini 40 manata almış, qalan narkotik vasitələri və psixotrop maddəni isə 2022-ci ilin oktyabr ayının sonlarından etibarən ayrı-ayrı günlərdə və müxtəlif çəkilərdə Pərvizdən almış, Pərvizdən narkotik vasitələri və psixotrop maddəni dəqiq hansı tarixlərdə və nə miqdarda alması yadında qalmamışdır. Hazırda səhv iş tutduğunu başa düşməklə tutduğu bu əməlindən də səmimi peşimandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri özlərinin ifadələrindən əlavə, iş üzrə dindirilmiş şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid kimi dindirilən Şahid1 göstərdi ki, Salyan Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs1 yaşadığı Salyan şəhəri, A.Ağabəyli küçəsi ev 1-də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs1 Salyan şəhəri, A. Ağabəyli küçəsində saxlamaqla rayon polis şöbəsinə dəvət etmişlər. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimmi tutulmuş, üzərində şəxsi axtarış aparılarkən qanunsuz əşya aşkar olunmamışdır. Lakin sorğu zamanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanılnda yerləşən fərdi yaşayış evinin qonaq otağındakı televizorun altında olan qutunun içərisində özünə məxsus narkotik vasitə olan heroin və "şüşə" adlandırdıqları maddə olduğunu, evindəki heroinin hər qramını 40 manata Salyan şəhərində yaşayan Pərviz adlı şəxsdən aldığını, həmin heroindən 5 bükümünü həmin gün, yəni 17 noyabr 2022-ci il tarixdə səhər saatlarında Cabir adlı şəxsə bir bükümünü 10 manatdan olmaqla cəmi 50 manata satdığını etiraf etmişdir. Ondan sonra Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə verdiyi yazılı razılıq ərizəsinə əsasən onun yaşadığı evə baxış keçirilərkən o, evin qonaq otağına daxil olaraq oradakı televizorun altına qoyulmuş bir ədəd göy rəngli qutunu götürüb təqdim etmişdir. Həmin qutu açılıb baxıldqda orada 05 ədəd içərisində narkotik vasitə heroinə oxşar kütələlər olan bükümlər, 01 ədəd bükümdə tiryəkə oxşar kütlə, 01 ədəd plastik qabın içərisindəki bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddə, 01 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya oxşar kütlə və bir ədəd elektron tərəzi aşkarlanmışdır. Həmin vaxt sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkarlanmış narkotik vasitələrin, psixotrop maddə olan metamfetaminin və bir ədəd elektron tərəzinin ona məxsus olduğunu, onları satmaq məqsədi ilə Pərviz adlı şəxsdən əldə etdiyini bildirmişdir. Həmin maddələr elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüşdür. Onlar Təqsirləndirilən şəxs1 qarşı heç bir təsir, təzyiq göstərməmişlər. Məhkəmə istitaqında şahid kimi dindirilən Salyan Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 göstərdi ki, Salyan rayon polis şöbəsinin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 noyabr 2022-ci il tarixdə Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirirlmiş tədbirlər zamanı Salyan şəhər sakini Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evindən narkotik vasitələr və külli miqdarda psixotrop maddə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri və psixotrop maddəni Salyan rayonu Arbatan kəndində yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədi ilə aldığını etiraf etdiyindən Təqsirləndirilən şəxs2 barəsində əməliyyat tədbirləri həyata keçirilməklə 17 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi «Xəzər» markalı avtomobillə Ələt-Astara yolunun üzərindəki "SOCAR" yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq rayon polis şöbəsində dəvət olunmuş, müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılarkən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuşdur. Həmin gütlə elektron tərəzidə çəkilməklə qablaşdırılıb götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroini sosial şəbəkə vasitəsi ilə tanış olduğu iranlıdan 10 qram miqdarında aldığını, buna görə adını bilmədiyi iranlının ona göndərdiyi kart nömrəsinə telefon vasitəsi ilə 500 manat pul yüklədiyini, narkotik vasitəni 14 noyabr 2022-ci il tarixdə Bakı şəhərində 28 May metrosunun yaxlınlığında yerləşən S.Vurğun bağında gizlədilmiş siqaret qutusundan götürdüyünü, həmin heroindən özünün istifadə etdiyin, həm də 2-3 gün əvvəl 1 qramını 40 manat pul müqabilində Gülhüseyn adı ilə tanıdığı Salyan şəhər sakini Hüseynə satdığını bildirmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid9 göstərdi ki, Salyan rayon polis şöbəsində polis sahə rəisi vəzifəsində işləyir. 17 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı Salyan şəhəri A.Ağazadə küçəsi ev 1-də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı A.Ağazadə küçəsində saxlamılmaqla polis şöbəsinə dəvət olunmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulmuş, üzərində şəxsi axtarış aparılarkən qanunsuz əşya aşkar olunmamışdır. Lakin Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olduğunu, yaşadığı evdə qonaq otağındakı televizorune altında olan qutunun içərisində narkotik vasitə heroin və «şüşə» adlanın maddə olduğunu, heroinin hər qramını 40 manatdan olmaqla son on gün ərzində Salyan şəhərində yaşayan Pərviz adlı şəxsdən aldığını, heroinin 5 bükümünü həmin gün səhər saatlarında Cabir adlı şəxsə hər bükümü 10 manatdan olmaqla 50 manata satdığını bildirmişdir. Bundan sonra onun yaşadığı evə getmişlər. Müdafiəçinin və Təqsirləndirilən şəxs1 özünün iştirakı ilə evinə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 evin qonaq otağındakı televizorun altına qoyulmuş bir ədəd göy rəngli qutunu götürüb polis əməkdaşlarına təqdim etmişdir. Qutu açılıb baxıldıqda beş ədəd içərisində heroinəbənzə maddələr olan bükümlər, 1 ədəd içərisində tiryəkəbənzər maddə olan kütlə, 1 ədəd içərisində metamfetaminəbənzər maddə olan büküm və bir ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuanayaoxşar maddə aşkar olunaraq götürülmüşdür. Həmin maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Həmin gün digər polois əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 saxlanılmaqla rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilmiş Şahid8 göstərdi ki, o, Salyan şəhəri, T.Davudzadə küçəsi ev 3 mənzil 5-də qeydiyyatda olmaqla orada tək yaşayır. Uzun müddətdir ki, “kakos” kimi tanıdığı narkotik vasitə olan heroindən istifadə edir. Salyan şəhəri, A.Ağabəyli küçəsi ev 1-də yaşayan Hüseyn adlı şəxsi bir müddətdir ki, tanımış və aralarında normal münasibət olmaqla Hüseyn onun narkotik vasitələr qəbul etdiyini bilmişdir. 2022-ci ilin noyabr ayının ortalarında Hüseyn bir dəfə onu görüb ona evində təmir işləri apardığını, elektrik işini görmüş ustanın işinin xoşuna gəlmədiyini, vaxtı olarsa, onlara gəlib həmin işi yenidən görməyi ondan xahiş etmişdir. O da Hüseynə razılıq verdiyindən 2022-ci ilin noyabrın 14-də səhər saatlarında onlara gəlib Hüseynin yaşadığı həmin ünvanda yerləşən evində elektrik montaj işlərini görməyə başlamışdır. Təqsirləndirilən şəxs1la birlikdə narkotik vasitə istifadə etmişlər. Narkotik vasitə Hüseyndə olmuşdur. Hüseynin evində olan elektrik işini görmək üçün onunla pul alacağı barədə razılaşmamışlır. Hüseynə elektrik işini pay kimi görmüşdhür. Hüseyn də ona pay kimi narkotik vasitə heroin vermişdir. Hüseyn ona narkotik vasitəni gördüyü elektrik işinin müqabilində verməmişdir. 16 noyabr 2022-ci il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən üzərində narkotik vasitə heroin olmuşdur. Rabil adlı şəxslə birlikdə narkotik vasitə heroindən istifadə etmişlər, lakin Rabilə narkotik vasitə satmamışdır. Lakin Şahid8 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 14 noyabr 2022-ci il tarixdə Hüseyinin yaşadığı evdə elektrik işini görməyə başlamış, 15 noyabr 2022-ci il tarixdə axşam işini qurtarandan sonra Hüseyn ona pay olaraq istifadə etməkdən ötrü 1 bükümdə “kakos” deyilən narkotik vasitə olan heroin vermiş və buna görə ondan pul almamışdır. 16 noyabr 2022-ci il tarixdə günorta saatlarında Salyan şəhəri ərazisində evlərin birində tanışı Rabillə birlikdə təmir işi ilə məşğul olarkən o, Rabilə pulu olduğu halda ona narkotik vasitə sata biləcəyini bildirmiş, Rabil də narkotik vasitələr qəbul etdiyi üçün ona heroin gətirməsindən ötəri 20 manat pul vermişdir. Ondan sonra gedib Hüseynin bir gün əvvəl ona verdiyi bir bükümdəki narkotik vasitə olan heroini iki yerə bölmüş, onun bir hissəsini sellofan bükümdə özü üçün saxlayaraq digər hissəsini sellofan bükümdə Rabilin ona verdiyi 20 manat pul müqabilində ona satmışdır. Daha sonra Rabil ondan ayrılıb getmiş, həmin gün saat 20 radələrində Salyan şəhəri, T.Davudzadə küçəsi ərazisində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları onu görüb yaxınlaşmış və özlərini təqdim etdikdən sonra birlikdə Salyan RPŞnə getməyi ona təklif etmişlər. Razılıq verdikdən sonra polis əməkdaşları ilə birlikdə Salyan RPŞ-nə gəlmiş, şöbədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə tutuldudqan sonra öz seçimi əsasında ona vəkil təyin olunmuş və ondan sonra hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində narkotik vasitə və ya hər hansı bir qadağan olunmuş predmet olub-olmaması soruşulduqda o, məcbur qalıb üzərində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmiş, sonra əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb onu polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümün içərisinə baxıldıqda oradan narkotik vasitə heroin olduğu aşkar olunmuş, şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan kütlənin narkotik vasitə olan olan heroin olduğunu, onun özünə məxsus olduğunu və həmin narkotik vasitəni tanışı Hüseyndən alıb özünün istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdəki narkotik vasitə olan heroin ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən qablaşdırılmış, möhürlü kağızla ağzı möhürlənərək bağlanmış və o da digər iştirakçılar kimi onun üzərini imzalamışdır. Bu barədə müdafiəçinin iştirakı ilə tərtib olunmuş protokol ucadan oxunduqdan sonra onu da doğru bilib öz imzasə ilə təsdiq etmişdir. Şahid7 ifadəsində göstərmişdir ki, "kakos" adlandırdıqları heroin qəbul etmişdir. Narkotik vasitəni son vaxtlar Salyan şəhərində yaşayan Hüseyn adlı şəxsdən almışdır. 17 noyabr 2022-ci il tarixdə narkotik almaq məqsədi ilə Hüseynin yaşadığı evə gəlmişdir. Hüseynə "mal" almaq üçün gəldiyini bildirmişdir. Hüseyn evindən 5 bükümdə narkotik vasitə heroin gətirib ona vermişdir. Hüseyn hər bükümü ona 10 manata satmışdır. Hüseyndən aldığı heroini siqaret qutusunun içərisinə qoymuş və evinə getmək üçün küçəyə çıxmışdır. Bu zaman polis əməkdaşları onu görüb saxlamış və rayon polis şöbəsinə dəvət etmişlər. Şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə vardırsa, təqdim etməsini təklif etmişlər. O, əynindəki qolsuz gödəkçənin sol içəri tərəfindən "Keno" markalı siqaret qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, onun içərisində 5 bükümdə narkotik vasitə olan heroin vardır. Təqdim etdiyi siqaret qutusunun içərisindən 5 büküm aşkarlanmış, həmin bükümlər bir-bir açılıb içərisinə baxıldıqda onların hər birinin içərisində tünd qəhvəyi rəngli kütlə olduğu məlum olmuşdur. Həmin bükümlər içərisindəki kütlələrlə birlikdə iştirakı ilə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş həmin bükümlərdəki kütlələrin "kakos" adlandırdığıqları maddə olmaqla özünə məxsus olduğunu, onları özünün istifadə etməsi üçün bir az əvvəl saxlanıldığı yerin yaxınlığında yaşayan Hüseyn adlı şəxsdən aldığını və özünün qəbul etməsi məqsədlə də üzərində saxladığını bildirmişdir. 17 noyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Lakin o, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, hazırda yaşadığı, ünvan 5 ünvanda yerləşən evində qonaq otağında televizorun altında olan qutunun içərisində özünə məxsu narkotik vasitə heroin və «şüşə» adlandırılan maddə olduğunu bildirmişdir. Heroini son on gün ərzində 40 manat pul müqabilində Salyan şəhərində yaşayan Pərviz adlı şəxsdən aldığını,heroindən 5 bükümünü həmin gün səhər saatlarında Cabir adlı şəxsə hər bükümü 10 manatdan olmaqla cəmi 50 manata satdığını bildirmişdir. 17 noyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilərkən evin qonaq otağındakı televizorun altına qoyulmuş bir ədəd göy rəngli qutu açılıb baxıldqda 05 ədəd içərisində narkotik vasitə heroinə oxşar kütlələr olan bükümlər, 01 ədəd bükümdə tiryəkə oxşar kütlə, 01 ədəd plastik qabın içərisindəki bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddə, 01 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya oxşar kütlə və bir ədəd elektron tərəzi olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin aşkarlanmış narkotik vasitələri və psixotrop maddə metamfetamini satmaq üçün Pərviz adlı şəxsdən əldə etdiyini bildirmişdir. 17 noyabr 2022-ci il tarixli Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsi barədə protokoldan və protokola əlavə olunmuş videogörüntüdən görünür ki, həmin gün polis əməkdaşları tərəfindən Pərviz Məmədovun üzərində şəxsi axtarışı keçirilən zaman cibindəki "Davıdoff" markalı siqaret qutusunun içərisində bir ədəd sellofan kəsiyi bükümndə tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə-bioloji və materialların məhkəmə-ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 18/1231-1232 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,255qr, 0,496qr, 0,031qr, 0,037qr, 0,038qr-ümumi çəkisi-0,857qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi-19,605 qram olan tünd qəhvəyimtil rəngli maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 01 ədəd plastik qabın içərisində təmis çəkisi-6,857 qram olan, ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 0,62 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunaraq götürülmüş 05 ədəd bükümdəki narkotik vasitə heroin, Şahid7 üzərindən aşkar olunub götürülmüş 05 ədəd bükümdəki və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidirlər. Təqsirləndirilən şəxs1 evindən aşkar edilmiş 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. Materialların məhkəmə ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 18/1233 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-2,264 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 bükümdə, Təqsirləndirilən şəxs1 evindən aşkar olunmuş 5 bükümdə-cəmi 6 ədəd bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidirlər. Materialların məhkəmə ekspertizasının 07 yanvar 2023-cü il tarixli, 18/15 nömrəli rəyindən görünür ki, Şahid8 üzərindən götürülmüş 01 ədəd bükümdə olan heroin ilə Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 05 ədəd bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli,1196 və 1198 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınmaları məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluqları yoxdur. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, himayəsində 2006, 2008 və 2009-cu illərdə doğulmuş uşaqları vardır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs1 barəsində ərazi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmaması göstərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 atası X2 uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş və müharibə veteranıdır. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 subaydır. O, yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edilməsi, saxlanılması, daşınması və satılması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmələri, Təqsirləndirilən şəxs2 6,857 qram metamfetamini, 5,654 qram heroini, 19,605 qram tiryəki, 0,62 qram qurudulmuş marixuananı əldə edib onları Salyan rayonuna daşıyaraq 2,264 qramını üzərində saxlaması, qalan narkotik vasitələri və psixotrop maddəni isə satış məqsədi ilə Təqsirləndirilən şəxs1 verməsi, Təqsirləndirilən şəxs1 isə həmin maddələri yaşadığı evə gətirərək bir hissəsini ayrı-ayrı şəxslərə satması, bir hissəsini isə yaşadığı evdə saxlaması, hər ikisinin əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi-cəmi 20 qram narkotik vasitə heroin əldə etməsi, Təqsirləndirilən şəxs1la aralarında narkotik vasitələrin və psixotrop maddənin satışı barədə razılaşmanın olmaması, əldə etdiyi heroini Salyan rayonuna aparsa da, satış üçün Təqsirləndirilən şəxs1 verməməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi-Təqsirləndirilən şəxs2la narkotik vasitələrin əldə edilməsi və satılması barədə razılaşmalarının olmaması, Təqsirləndirilən şəxs2 ona satmaq üçün narkotik maddələr verməməsi, 17 noyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən onun evində axtarış aparılarkən plastik qabın içərisində faktiki olaraq 0,4-0,5 qram çəkidə narkotik vasitə heroin və 0,62 qram qurudulmuş marixuana olması, həmin maddələri öz istifadəsi üçün əldə edib saxlaması, Mahir adlı şəxsə və Şahid7 narkotik vasitə heroin satmaması, Şahid7lə birlikdə narkotik vasitə heroindən yalnız istifadə etməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə onun ibtidai istintaqda verdiyi ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, təqsirləndirilən şəxslərin ibtidai istintaqda verdikləri etirafedici ifadələri narkotik vasitə alıcıları olan Şahid8 və Şahid7 ifadələri, həmçinin ekspert rəyləri və işin digər materialları ilə tam uyğunluq təşkil etməklə bir-birlərini tamamlayır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə düzgün tövsif olunmuş və onlara həmin maddələrdə nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 17 noyabr 2022-ci il tarixdə üzərində şəxsi axtarış aparılması zaman polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitələr və psixotrop maddə olması, həmin maddələri Təqsirləndirilən şəxs2 satış üçün alması və həmin gün bir hissəsini 50 manat pul müqabilində Cabir adlı şəxsə satması barədə ilkin olaraq məlumat verməklə cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini CM-nin 59.1.10-cu maddəsinə, himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, atası Yavər Xəlilovun isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməklə müharibə veteranı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinə CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla təqsirləndirilən şəxslərin hər birinə CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiəəata alınmalıdırlar. İş üzrə maddi sübut kimi tanınmaqla Salyan rayon polis şöbəsində saxlanılan 0,807 qram narkotik vasitə heroin, 19,505 qram tiryək, 6,807 qram metamfetamin, 0,60 qram qurudulmuş marixuana, 2,214 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışı aparılarkən aşkar edilib götürülmüş və Salyan Rayon Polis Şöbəsinin depozit hesabında saxlanılan 86 (səksən altı) manat pulun cinayət yolu ilə əldə edilməsi müəyyən edilmədiyindən onun ailəsinə verilməlidir. Ekspertiza xərci 113 (yüz on üç) manat 64 (altmış dörd) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 56 (əlli altı) manat 82 (səksən iki) qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Salyan Rayon Polis Şöbəsində saxlanılan 0,807 qram narkotik vasitə heroin, 19,505 qram tiryək, 6,807 qram metamfetamin, 0,60 qram qurudulmuş marixuana, 2,214 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışı aparılarkən aşkar edilib götürülmüş və Salyan Rayon Polis Şöbəsinin depozit hesabında saxlanılan 86 (səksən altı) manat pul onun ailəsinə verilsin. Ekspertiza xərci 113 (yüz on üç) manat 64 (altmış dörd) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 56 (əlli altı) manat 82 (səksən iki) qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlikedən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-298/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-298/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver