Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-299/2024 16.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1985-ci ildə İsmayıllı rayonunun Tilcan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 2 (iki) azyaşlı uşaqları olan, əvvəllər Şamaxı Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hökmü ilə təqsirli bilinib 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İsmayıllı şəhəri, V.Osmanov küçəsi, ev 1, mənzil 6 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Cantəpə qəsəbəsində yaşamış, barəsində 30 sentyabr 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri və 12 avqust 1977-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Məmmədli kəndi, Ə.Əliyev küçəsi, ev 20, mənzil 10-da qeydiyyatda olmaqla orada yaşamış, barəsində 30 sentyabr 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək əldə olunması və Azərbaycan Respublikası ərazisində qanunsuz satışını təşkil etmək barədə şəxsiyyəti məlum olmayan Rza adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələri şəxsiyyəti məlum olmayan İran vətəndaşının gizlətdiyi yerdən götürərək onun dediyi yerə qoyduqdan sonra bunun müqabilində 1000 (min) manat qazanc əldə edəcəyi vədi ilə razılaşmış, ona məlumat verildikdən sonra, o, tanışı Abşeron rayonu, Məmmədli kəndi, Ə.Əliyev küçəsi, ev 20, mənzil 10-da qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələri sonuncu ilə birlikdə götürmək məqsədi ilə 28 sentyabr 2023-cü ildə, saat 22:50 radələrində özünə məxsus “Renault Tondar-90 minik” markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı-Yardımlı avtomobil yolunun 20-ci kilometrliyində asfalt yolun yaxınlığına gedərək oradan içərisində 19325,495 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və təsir maddəsinin ümumi miqdarı 38,8 qram olan külli miqdarda 970 ədəd həb halında narkotik vasitə metadon olan 2 (iki) ədəd kisə və 1 ədəd sellofan torbanı qanunsuz olaraq əldə edib idarə etdiyi avtomobilə qoyub saxlamaqla daşıyarkən 28 sentyabr 2023-cü ildə saat 23:00 radələrində Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı-Yardımlı avtomobil yolunun 19-cu kilometrliyində Yardımlı rayonu ərazisində saxlanılmış, 29 sentyabr 2023-cü ildə saat 00:40 radələrində saxlanıldığı yerdə idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobildə olan 2 (iki) ədəd kisə və 1 ədəd sellofan torbada, 14 ədəd bükülüdə olmaqla ümumilikdə 19325,495 qram çəkidə külli miqdarda botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və təsir maddəsinin ümumi miqdarı 38,8 qram olan külli miqdarda 970 ədəd həb halında narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman əynindəki qırmızı rəngli köynəyin altındakı 1 ədəd plastik qabda məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı, şəxsi istehlak miqdarından artıq miqdarda 0,211 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək qısaca ifadə vermiş və ifadəsində göstərmişdir ki, 28 sentyabr 2023-cü ildə, saat 21 radələrində idarə etdiyi “Renault Tondar- 90 minik” markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobillə tanışı Sevilə ilə birlikdə Masallı rayonuna, oradan da Yardımlıdan olan tanışının zənginə əsasən onun üçün göndərdiyi narkotik vasitə marixuananı götürmək məqsədi ilə Yardımlıya getmiş, yol kənarına qoyulmuş və içərisində narkotik vasitə olan 2 ədəd kisəni götürüb avtomobilin arxa yük yerinə qoymaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmışlar. Məhkəmədən ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının və 3 azyaşlı uşaqlarının olmasını, həmçinin 3-cü qrup əlil olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq edilərkən müəyyən olunur ki, müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ətraflı ifadələr verərək törətdiyi cinayət əməlini etiraf etməklə ifadəsində göstərmişdir ki, himayəsində arvadı və 3 azyaşlı uşaqları ilə birgə İsmayıllı şəhərində qeydiyyatda olmaqla Abşeron rayonunda kirayədə yaşamışdır. 3 il olar ki, Təqsirləndirilən şəxs2 ilə tanış olmuş, uzun müddətdir narkotik vasitə olan marixuanadan istifadə etmiş, həmçinin Sevilənin də narkotik vasitədən istifadə etməsindən məlumatı olmuşdur. Təxminən 4 ay əvvəl İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxslə telefon vasitəsi ilə tanış olmuş, sonuncu ilə “WhatsApp” vasitəsi ilə əlaqə saxlamış, həmin şəxs 27 sentyabr 2023-cü ildə gecə saatlarında ona zəng edərək Masallı rayonuna narkotik vasitə göndərdiyini, Masallı rayonunda yerləşən İstisu adlanan yerə gedəcəyi halda bir nəfər şəxsin ona həmin narkotik maddələri verəcəyini, narkotik maddələri götürdükdən sonra onunla əlaqə saxlamasını, narkotik maddələri hara çatdırmalı olduğunu ona deyəcəyini, təxminən Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında bir yerə qoyacağı-yəni onun dediyi yerə çatdıracağı halda ona 1000 manat pul və istifadə etmək üçün narkotik vasitə verəcəyini bildirmiş, narkotik vasitə istifadəçisi olduğundan sonuncu ilə razılaşmış, sonra Təqsirləndirilən şəxs2 ilə telefonla əlaqə saxlayaraq Masallı rayonuna getdiyini, onu da rayonda yaşayan qohumlarının yanına apara biləcəyini demiş, onlar sentyabrın 28-də gecə saat 02-03 radələrində özünə məxsus “Renault Tondar” markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonuna gələrək Rza adlı şəxslə əlaqə saxlayarkən sonuncu Yardımlı rayonuna gedib narkotik vasitəni oradan götürməli olacağını demiş, narkotik vasitəni götürmək üçün gedərkən onun mobil telefonunda danışıq limiti qurtardığı üçün Sevilənin telefonundan istifadə etməyə başlamış, həmin vaxt Sevilə onun narkotik vasitə gətirmək məqsədi ilə getdiyini bilmiş, onlar Yardımlı şəhəri istiqamətində hərəkət edərək “Şəlalə Piknik” sözləri yazılmış plakatın yanına gəlmiş, avtomobili saxlayıb düşərək plakatdan üç metr kənarda 2 (iki) ədəd kisənin olduğunu görüb həmin kisələri avtomobilin yük yerinə qoymuş, ***-**** metr Masallı rayonu istiqamətində hərəkət etmiş, qarşıda polislərin dayandığını görüb Yardımlı rayonu istiqamətinə dönərkən polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə aparılmışlar. Orada Sevilənin və onun üzərində şəxsi axtarış aparılmış, onun üzərində hər hansı bir qanunsuz əşya aşkar olunmasa da, Sevilənin əynindəki qırmızı rəngli köynəyin altındakı plastik materialdan olan qabın içərisindən az bir miqdarda psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuş, sonra idarə etdiyi avtomobilə baxış keçirilərkən bir az əvvəl yol kənarından götürərək avtomobilin yük yerinə qoyduğu 2 ədəd kisədə, 15-ə sellofan torbalarda 19 kiloqrama yaxın qurudulmuş narkotik vasitə marixuana və 1000 ədədə yaxın “Metadone 40” sözləri yazılmış metadon həbləri aşkar edilərək götürülmüş, sorğu-sual zamanı avtomobilində aşkar edilən narkotik vasitələri və psixotrop maddəni Rza adlı İran İslam Respublikası vətəndaşının göndərdiyini və həmin kisələri 300 metr irəlidən əldə etdiyini bildirmiş, sonra protokol yazılaraq həmin əşyalar sənədləşdirilib götürülmüş və protokol orada iştirak edən şəxslər, o cümlədən onların tərəfindən imzalanmışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs1 onunla telefonla əlaqə saxlayaraq Masallı rayonuna getmək istədiyini və orada Coşqun adlı şəxslə görüşəcəyini deyərək onu da rayonda yaşayan qohumlarının yanına apara biləcəyini demiş, onlar sentyabrın 28-də səhər saatlarında Ramilin idarə etdiyi avtomobillə Masallı rayonuna getmiş, sonra Ramil oradan Yardımlı rayonunun ərazisində olan şəlalənin yanına gedərək orada avtomobili saxlayaraq düşüb harasa getmiş, 2-3 dəqiqə keçmiş yenidən qayıdaraq avtomobilə əyləşmiş, həmin vaxt Ramilin əlində heç bir şey olmamış, onlar getmək istədikdə polislər avtomobili saxlayaraq onları polis şöbəsinə aparmış, şöbədə polis əməkdaşı onun üzərinə narkotik vasitə qoymuş, narkotik vasitə istifadə etsə də, həmin vaxt üzərində qadağan olunmuş heç bir şey olmamış, baxış keçirilərkən üzərində narkotik vasitə aşkar edilmiş, eyni zamanda Ramilin idarə etdiyi avtomobilin yük yerinə baxış keçirilərkən oradan bağlamalar aşkar edilərək götürülmüş, onun həmin bağlamalar və narkotik vasitədən xəbəri olmamışdır. Hazırda himayəsində bir azyaşlı uşağının olmasını, xərçəng xəstəliyindən əziyyət çəkdiyini və qadın olmaqla ilk məhkumluğunu nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq edilərkən müəyyən olunur ki, o, da tanışı Təqsirləndirilən şəxs1 ifadəsinə uyğun vermiş və əlavə olaraq göstərmişdir ki, bir ilə yaxındır psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamış, saxlanılmamışdan üç gün əvvəl yaşadığı Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 0,5 qram psixotrop maddə metamfetamin alaraq istifadə etmək məqsədi ilə onu plastik qaba qoymuş, həmin metamfetamini Yardımlı rayonuna getməmişdən bir gün əvvəl istifadə edib qurtarmış, polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən əynindəki qırmızı rəngli köynəyin altında saxladığı plastik materialdan olan qabı çıxarıb polis əməkdaşına təqdim etmiş, qabın içərisində əvvəllər psixotrop maddə metamfetamin olsa da, həmin vaxt plastik qab boş olmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətməsini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamalarını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında Yardımlı Rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 iş üzrə şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 28 sentyabr 2023-cü ildə ona Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri əldə etmək məqsədi ilə Yardımlı rayonu ərazisinə gələcəkləri barədə əməliyyat məlumatı daxil olmuş, məlumata əsasən 7-8 nəfər polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin gün saat 23:00 radələrində sonuncunun idarə idarə etdiyi “Renault Tondar” markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobildə Masallı-Yardımlı yolunun 19-cu kilometrliyində hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçilərin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun üzərində olan qabın içərisindən az miqdarda psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuş, eyni zamanda Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən üzərində qanunla qadağan olunmuş predmet və ya əşya aşkar olunmasa da idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən 2 (iki) ədəd yaşıl rəngli kisələr aşkar olunmuş, kisələrə baxılan zaman orada 15-ə yaxın sellofan torbalar olmuş, torbaların içərisində isə narkotik vasitələrə və psixotrop maddəyə oxşar maddələrin olması müəyyən edilmiş, sonra elektron tərəzidə çəkilib sənədləşdirilərək götürülmüş, keçirilən axtarış və baxışla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər o cümlədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır. Şifahi-sorğu sual zamanı Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni Rza adlı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxladığını, həmin şəxsin ona “konum” göndərdiyini, avtomobilində aşkar edilən kisələri 300 metr irəlidən əldə etdiyini bildirmişdir. Həmin şəxslər saxlanılarkən onların üzərindən götürülmüş mobil telefonlara baxış keçirilərkən hər iki şəxsin İran vətəndaşı ilə əlaqə saxladıqları (səs göndərməkləri) müəyyən olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Yardımlı RPŞ-nin əməkdaşları Şahid3, Şahid4 və Şahid6 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “baxış keçirilməsi, şəxsi-axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 1 (bir) ədəd CD diskin görüntülərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməkdə şübhəli olduqları üçün Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı- Yardımlı yolunun 19-cu kilometrliyində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Renault Tondar- 90 minik” markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılmış, onların üzərinə videoçəkilişlə, vəkillərin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmış, avtomobilə isə baxış keçirilmiş, şəxsi axtarış zamanı saxlanılan şəxslər Təqsirləndirilən şəxs1 və Sevil Səmədovaya hüquq və vəzifələri izah edilməklə onlara üzərlərində narkotik vasitə və ya digər cinayət xarakterli əşyalar varsa təqdim edilməsi təklif olunmuş Təqsirləndirilən şəxs2 əynindəki qırımızı rəngli köynəyin altındakı plastik material olan qabı təqdim edərək içərisinə nəsə töküldüyünü bildirmiş, həmin plastik qabın içərisindən psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunmuş, lakin o, plastik qabın içərisindən aşkar olunan maddənin kim tərəfindən ora tökülməsini deməmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 üzərində narkotik maddə və digər cinayət xarakterli əşyalar olmadığını bildirmiş, onun idarə etdiyi “Renault Tondar” markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin yük yerindən 2 (iki) ədəd yaşıl rəngli kisələr aşkar olunmuş, Təqsirləndirilən şəxs1 həmin kisələri 300 metr irəlidən götürdüyünü, ona konum atıldığını, kisələri konum atılan yerdən götürdüyünü bildirmiş, sonuncu mobil telefonununu avtomobildən götürərək onlara təqdim etmiş, Təqsirləndirilən şəxs1 1 ədəd Samsung markalı mobil telefonda istifadə etdiyi “WhatsApp” proqramını aktiv edərək həmin proqram vasitəsi ilə +98 914 *** **** saylı nömrə ilə Rza adlı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxladığını, həmin şəxsin ona “konum” göndərdiyini, kisələri həmin konumda göstərilən yerdən götürdüyünü bildirmiş, sonra kisələrə baxış keçirilmiş, birinci kisədən 5 ədəd sellofan torbalar aşkar olunmuş, kisədəki 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 2955 qram olmuşdur. Kisədəki üzərində “H” hərfi yazılmış 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1055 qram olmuş, kisədəki üzərində “H” hərfi yazılmış 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1040 qram olmuş, kisədəki 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 885 qram olmuş, kisədəki 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilərkən çəkisi 671 qram olmuşdur. İkinci kisədən 7 ədəd sellofan torbalar aşkar olunmuş, kisədəki üzərində “MARS” hərfləri və “1” rəqəmi yazılmış 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 850 qram olmuşdur. Kisədəki üzərində “MARS” hərfləri və “4” rəqəmi yazılmış 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilərkən çəkisi 1070 qram olmuşdur. Kisədəki 1 ədəd sellofan torbadan 2 ədəd sellofan torbalar aşkar olunmuşdur. Üzərində “MARS” və “BOOm” hərfləri yazılmış 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilərkən çəkisi 340 qram olmuşdur. Sellofan torbadan aşkar olunmuş 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilərkən çəkisi 415 qram olmuşdur. Kisədəki 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilərkən çəkisi 3125 qram olmuşdur. Kisədəki 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilərkən çəkisi 3125 qram olmuşdur. Kisədəki üzərində “MARS” hərfləri və “2” rəqəmi yazılmış 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 945 qram olmuşdur. Kisədəki 1 ədəd sellofan torbadan 2 ədəd sellofan torbalar aşkar olunmuşdur. Həmin sellofan tobalardan üzərində “Metadone 40” sözləri yazılmış hər birində 10 həb olmaqla 97 ədəd konvalyutda ümumilikdə 970 ədəd həblər aşkar olunmuşdur. Kisədəki 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1330 qram olmuşdur. Avtomobilin yük yerindən başqa narkotik maddə və cinayət xarakterli digər əşyalar aşkar olunmamışdır. Avtomobilin salonuna baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 avtomobilin sol ön oturacağının alt hissəsində olan bir ədəd parça materialdan olan balaca çantanı təqdim edərək içərisində narkotik maddə marixuana olduğunu bildirmişdir. Həmin çantanın içərisindən bir ədəd sellofan torba, həmin torbanın içərisindən 1 ədəd kağız büküm, həmin kağız bükümün içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə sellofan torba ilə birlikdə tərəzidə çəkilmiş, çəkisi 115 qram olmuşdur. Avtomobilin sağ ön hissəsində olan bardaçokdan 2 ədəd mobil telefonlar aşkar olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 həmin mobil telefonların digər şübhəli şəxs Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 mobil telefonlardan birinin ona məxsus olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 digər mobil telefonun ona məxsus olduğunu və işləmədiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 ona məxsus 1 ədəd Samsung markalı mobil telefonda istifadə etdiyi “WhatsApp” proqramını aktiv etmişdir. Həmin mobil telefona da konum göndərilməsi aşkar olunmuşdur. İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 *** **** saylı nömrədən şübhəli şəxs Təqsirləndirilən şəxs2 istifadə etdiyi “WhatsApp”a səslər göndərildiyi aşkar olunmuş, həmin səs yazısından birində qeyd olunur ki, “nə qədər yolunuz var, neçə kilometr yazılıb”. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 göndərdiyi səs yazısında qeyd olunur ki, “ Rza 27 kilometrimiz qalıb, 25 kilometr göstərilib, Masallının ətəyindəyəm”, “Rza yaxşı gördük narahat olma inşallah sağ-salamat dua elə vəssalam”. Həmin səs yazılarından biri şübhəli şəxs Təqsirləndirilən şəxs1 məxsus olmuşdur. Həmin səs yazısında qeyd olunur ki, “qaqa narahat olma, bu gün ora kalabalık olub, postan deyir bir 300-400 metr bu yana qoymuşam, orada post qurulubda, postdan bəridədir, məndə gedib naxadu girəsi deyiləm ora, bir dənə baxım sağa-sola görüm nə var nə yox”. “Sağ ol qaqa allah sənin canını sağ eləsin, qoy götürüm götürəndə sənə deyəcəm”. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 hansı məqsədlə gəldiklərini bilmədiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd Samsung markalı mobil telefonda istifadə etdiyi “WhatsApp” da səs yazıları müəyyən edilmiş, sonra avtomobilə baxış keçirilən zaman avtomobilin sağ ön qapısından 1 ədəd sobrania markalı siqaret qutusu, 1 ədəd narkotik maddə qəbul etmək üçün istifadə olunan kağız boru, 1 ədəd siqaret və narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Şəxsi axtarış və baxış zamanı aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə olan metamfetaminə oxşar kütlələr, dərman preparatları, 3 ədəd mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən şəxsi axtarışın keçirilməsində iştirak edən şəxslərin iştirakları ilə qablaşdırılıb möhürlənərək götürülmüş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 29 sentyabr 2023-cü il tarixli 19/899 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminə oxşar kütlə” sözlər və imzalar olan zərfdəki 1 ədəd plastik qabda təmiz çəkisi 0,211 qram olmaqla ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin salonundan aşkar edilmiş siqaret qutusunda kağıza bükülmüş qurudulmuş marixuanaya oxşar kütlə.....” sözlər və imzalar olan bir zərfdəki 1 ədəd kazbekdə təmiz çəkisi: -0,495 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Şəxsi axtarış və götürmə, baxış keçirilən zaman avtomobildən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə.....” sözlər və imzalara olan bir ədəd bükülüdə, təmiz çəkisi:-95,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Şəxsi axtarış və götürmə, baxış keçirilən zaman aşkar olunmuş narkotik vasitəyə oxşar kütlələr....” sözlər və imzalar olan bir ədəd kisədəki, 8 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -710,0 qr: -255,0 qr: -400,0 qr: -1270,0 qr: -835,0 qr: -925,0 qr: 2980,0 qr: -3050,0 qram; ümumi təmiz çəkisi:-10425,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar. Tədqiqata təqdim edilmiş üzərində “Şəxsi axtarış və götürmə, baxış keçirilən zaman aşkar olunmuş narkotik vasitəyə oxşar kütlələr və dərman preparatları....” sözlər və imzalar olan bir ədəd kisədəki, 5 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: -2980,0 qr: - 785,0 qr: -1010,0 qr: -990,0 qr: -3040,0 qram; ümumi təmiz çəkisi:-8805,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar; 97 ədəd konvalyutda ümumi sayı: 970 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondurlar, həblərin təsiredici maddəsinin miqdarına görə bir-birləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: -38,8 qram təşkil edir (bir həbdə 0,04 qram). Şübhəli şəxs Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar edilmiş ümumilikdə 15 ədəd olmaqla, ümumi təmiz çəkisi:-19325,495 qram olan marixuanalar botaniki əlamətləri və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. Metadon Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra №6) daxildir. Marixuananın ümumi təmiz çəkisi- 19325,495 qram, cəmi tədqiqata sərf edildi-1,5 qram (hər.ob 0,1qr), qalıq-19323,995 qram (4,5,6-13,14-18 №-li ob.) Metamfetaminin təmiz çəkisi-0,211 qram, tədqiqata sərf edildi-0,05 qr., qalıq-0,161 qr. (1№-li ob.) Metadon həbləri-970 ədəd, cəmi tədqiqata sərf edildi-32 ədəd, qalıq-938 ədəd(19-988 №li ob.) İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 02 oktyabr 2023-cü il tarixli, 933 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nın yanında DSMF-nin bizə təqdim etdiyi aa2145746 nömrəli arayışına əsasən İİİ qrup əlil olması səbəbindən məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji Xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 02 oktyabr 2023-cü il tarixli, 934 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji Xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 noyabr 2023-ci il tarixli, 3215 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 hadisəni törətdiyi anda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 hadisəni törətdiyi anda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 noyabr 2023-ci il tarixli 3216 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmiş, Təqsirləndirilən şəxs1 hadisəni törətdiyi anda hər hansı psixi xəstəlik müəyyən edilməmiş, Təqsirləndirilən şəxs1 hadisəni törətdiyi anda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Yardımlı Rayon Polis X2 Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 070 *** ** ** saylı mobil nömrə ilə aparılmış telefon danışıqlarının anten məlumatlarına dair istintaqa daxil olmuş 1 (bir) ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 *** ** ** saylı mobil nömrə ilə mütəmadi olaraq telefon danışıqları aparmışdır. İş materiallarında olan baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 050 *** ** ** saylı mobil nömrə ilə aparılmış telefon danışıqlarının anten məlumatlarına dair Azercell Telekom MMC-dən istintaqa daxil olmuş 1 (bir) ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 *** ** ** saylı mobil nömrə ilə mütəmadi olaraq telefon danışıqları aparmışdır. İş materiallarında olan 07 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Şamaxı Rayon Polis Şöbəsi və Səbayil Rayon Polis İdarəsinin icraatlarında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işləri vardır. İş materiallarında olan qərardan görünür ki, maddi sübut kimi tanınan 1 (bir) ədəd qəhvəyi rəngli kağız zərf, 2 (iki) ədəd qəhvəyi rəngli kağız paket və 1(bir) ədəd ağ rəngli kisədə 19323,995 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 938 ədəd narkotik vasitə metadon həbləri, 0,161 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd “Samsung Galaxy S 10” və 1 ədəd Samsung markalı, eləcə də Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd “Samsung Galaxy S 9” markalı mobil telefonlar Yardımlı Rayon Polis Şöbəsində saxlanılır, 04 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri qismən etirafedici, həmçinin şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları onun törətdiyi cinayət əməllərini təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, qeyd edilən Plenumun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avandanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən həmin qərarının 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə baxışının çıxışlar mərhələsində dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərkən Təqsirləndirilən şəxs1 əməlinin CM-in 206.3.2-ci maddəsində həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini, Təqsirləndirilən şəxs2 isə elan edilmiş CM-in 206.3.2-ci maddəsindən imtina etdiyini bildirmiş, Təqsirləndirilən şəxs1 CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiya həddində cəzalandırılmalarını məhkəməyə təklif etmiş və məhkəmə dövlət ittihamçısının mövqeyi ilə razılaşaraq bu barədə qərar qəbul etmişdir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1 əməlinin CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 isə əməlinin CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır və hesab edir ki, onlar həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs1 CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü və Təqsirləndirilən şəxs2 isə CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər CM-nin yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin və Təqsirləndirilən şəxs2 isə əməlinin CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, onlara təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və CM-in 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onlara qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, onlara təyin ediləcək cəzanın əvvəlinin onların şübhəli şəxs qismində tutulduqları gündən, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 28 sentyabr 2023-cü ildən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı isə 29 sentyabr 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 30 sentyabr 2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsetmənin əvvəli 28 sentyabr 2023-cü ildən, Təqsirləndirilən şəxs2 həbsetmənin əvvəli 29 sentyabr 2023-cü ildən hesablanmaqla təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2023-cü ilin mart ayının 21-dən 23-dək və aprel ayının 04-dən 09-dək həbsdə saxlanıldığı 4 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 9 (doqquz) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırda təqsirləndirilən şəxs həmin cəzanı çəkməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini 22 noyabr 2023-cü il tarixdən əvvəl törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinin tələblərinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Bəkirov X4 şəhəri, V.Osmanov küçəsi, ev 1, mənzil 6 ünvanında qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və 2 (iki) azyaşlı uşaqları ilə birlikdə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Məmmədli kəndi, Ə.Əliyev küçəsi, ev 20, mənzil 10-da qeydiyyatda olmaqla himayəsində 1 (bir) azyaşlı uşağı ilə birgə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun himayəsində 2 (iki) azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, həmçinin təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, İİİ qrup əlil olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını və ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun himayəsində 1 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də xərçəng xəstəsi olmasını, təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, qadın olmasını və ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Yardımlı Rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd qəhvəyi rəngli kağız zərf, 2 (iki) ədəd qəhvəyi rəngli kağız paket və 1(bir) ədəd ağ rəngli kisədə 19323,995 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 938 ədəd narkotik vasitə metadon həbləri, 0,161 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd “Samsung Galaxy S 10” və 1 ədəd Samsung markalı, eləcə də Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd “Samsung Galaxy S 9” markalı mobil telefon sonuncunun qohumu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük, Abbas Səhhət küçəsi, ev 23-də yaşayan X1 qaytarılmalı, 04 ədəd disk isə cinayət işində saxlanılmalıdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Qeyd edilənlərlə yanaşı, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat hər birindən 60 (altmış) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti cəza 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Şamaxı Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplamaqla cinayətlərin məcmusu üzrə ona qəti cəza 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 sentyabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 234.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti cəza 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29 sentyabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Yardımlı Rayon Polis Şöbəsində saxlanılan1 (bir) ədəd qəhvəyi rəngli kağız zərf, 2 (iki) ədəd qəhvəyi rəngli kağız paket və 1(bir) ədəd ağ rəngli kisədə 19323,995 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 938 ədəd narkotik vasitə metadon həbləri, 0,161 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd “Samsung Galaxy S 10” və 1 ədəd Samsung markalı, eləcə də Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd “Samsung Galaxy S 9” markalı mobil telefon sonuncunun qohumu, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük, Abbas Səhhət küçəsi, ev 23-də yaşayan X1 qaytarılsın, 04 ədəd disk isə cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat hər birindən 60 (altmış) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev
2. Cavid Səfərli
3. Müşfiq Məmmədov