Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-299/2025 03.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər-Lənkəran rayon vəkil bürosunun vəkili X2, Müdafiəçi1 və Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxx 1976-cı ildə Füzuli rayonu Qərbənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan məhkum olunmamış Füzuli rayonu Qərbənd kəndində qeydiyyatda olmaqla İmişli rayon 2 saylı Yeni Bəhrəmtəpə qəsbəsi ev 159-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, 01 avqust 1977-ci ildə Füzuli rayonu Əbdülrəhmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Füzuli rayonu Əbdürrəhmanlı kəndində qeydiyyatda olmaqla İmişli rayon 2 saylı Yeni Bəhrəmtəpə qəsəbəsi ev 508-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1986-cı ildə Füzuli rayonu Yağlıvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğuldur. məhkum olunmamış Füzuli rayonu Yağlıvənd kəndində qeydiyyatda olmaqla İmişli rayonu 2 saylı Yeni Bəhrəmtəpə qəsəbəsi ev 533-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 144.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 qayını Şahid5 qızı Zərərçəkmiş şəxs V.X16-əsəb dispanserində “orta dərəcəli əqli gerilik” diaqnozu ilə qeydiyyatda olan oğlu Cəfər Məmmədovla evləndirmək məqsədilə oğurlamaq barədə razılığa gələrək, 16 yanvar 2025-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs yaşadığı İmişli rayonunun Boşçalılar kəndindəki fərdi yaşayış evində tək olduğunu öyrənib, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mersedes E220 CDİ” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin ünvana gəlmişlər, aralarındakı rol bölgüsünə uyğun olaraq, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 avtomobildə gözləmişlər, Təqsirləndirilən şəxs1 avtomobildən düşərək evin həyət darvazasından həyətə daxil olub orada yalandan Zərərçəkmiş şəxs bibisi X1 görüşmək üçün onu darvazanın qarşısındakı avtomobildə gözlədiyini deyərək, Zərərçəkmiş şəxs avtomobilin arxa qapısına yaxınlaşmasına nail olmuş, qapını açdıqdan sonra Zərərçəkmiş şəxs bibisinin avtomobildə olmadığını görüb qışqıraraq səs-küy salmağa başladıqda, Təqsirləndirilən şəxs1 zor tətbiq edərək Zərərçəkmiş şəxs iradəsi əleyhinə qəsdən əli ilə onun baş-boyun nahiyəsindən tutub avtomobilin arxa oturacaq hissəsinə içəriyə doğru basmağa başlamış, bu zaman avtomobilin salonundakı arxa oturacaqda olan Təqsirləndirilən şəxs3 isə əllərindən tutub Zərərçəkmiş şəxs özünə doğru dartaraq onu birlikdə zorla avtomobilə salmışlar, qaçmasının qarşısını almaq məqsədilə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yanında oturaraq, birlikdə zor tətbiq etməklə Zərərçəkmiş şəxs qollarından, əllərindən və ağız nahiyəsindən tutub, sonuncuya boynun arxa səthində solda və burun belində sıyrıqlardan ibarət sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, Təqsirləndirilən şəxs2 isə avtomobili hadisə yerindən idarə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs oğurlayıb İmişli rayonunun Boşçalılar kəndindən Masallı rayonunun Qızılavar kəndinə aparmışdılar Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qayını İmaməlinin qızıdır. Onun üç oğlu var, oğlu Cəfər ona Fatiməni sevdiyini bildirmişdir. Fatiməni oğlu Cəfərlə evləndirmək üçün qaçırmaq fikrində olmuşdur. xx.xx.2025-ci il tarixdə 11:30 radələrində tanışları Elburus Cəfərov və Təqsirləndirilən şəxs3 yanına çağırıb qayını qızı Fatiməni oğlu Cəfərlə evlənməsi üçün qaçırmaq istədiyini bildirmiş, İlkin və Elbrusdan bu işdə ona köməklik etmələrini xahiş etmişdir. Elburusun avtomobili olduğu üçün həmin avtomobil ilə Fatiməni qaçıraması, Elbrusun avtomobili idarə etməyi İlkinin isə bu işdə ona kömək edəcəyini fikirləşmişdir. Həmin gün, saat 12:00 radələrində Fatimənin yaşadığı evin qarşısına gəlmişlər. O Fatimənin evin həyətində olduğunu görmüş, həmin vaxt Fatimə ilə salamlaşıb bibisinin yəni arvadı X4 avtomobildə olduğunu və onunla görüşməsini demişdir. Fatimədə evin həyətindən çıxıb Elburusun avtomobilinə tərəf yaxınlaşıb avtomobilin qapısını açıb baxanda bibisinin avtomobildə olmadığını görmüş, həmin zaman o, Fatimənin qollarından tutub onu avtomobilə əyləşdirmək istəyən zaman Fatimə qışqırmağa başlamışdır. Fatimə qışqıra-qışqıra ona buraxmağını demişdir. İlkin həmin vaxt avtomobilin arxa tərəfdən oturacağında əyləşmişdir. O Fatiməni qucağına alıb baş hissəsini avtomobilə salan zaman İlkin avtomobilin içərisində ona köməklik edərək Fatiməni avtomobilin içərisinə yerləşdirmişdirlər. Özü də avtomobilə əyləşmiş, Fatimə avtomobilin arxa oturacağında onunla İlkinin arasında qalmışdır. Fatimə həmin zaman avtomobilin içərisində qışqıraraq buraxmağını bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 avtomobili idarə edərək oradan uzaqlaşmışlar. Masallı rayonunda yerləşən İlkinin qayınatasının evinə getmişlər. Həmin evdə İlkinin qayınanası Fatimənin zorla gətirildiyini bilmiş, onlara oradan çıxıb getməyi və qızı valideyinlərinə verməyi demişdir. Onlar çıxıb Bakı şəhərinə getmək üçün yola düşmüşlər, Salyan rayonu ərazisində hərəkətdə olan zaman yol polisləri avtomobilə saxla işarəsi vermiş və Elburus da idarə etdiyi avtomobili saxlamışdır. Elburus avtomobildən düşüb üç nəfər polis əməkdaşlarına tərəf yaxınlaşmışdır. Həmin vaxt Fatimə polisləri görən zaman qışqırmağa başlamış, polis əməkdaşları Fatimənin səsini eşidib avtomobilə tərəf yaxınlaşmış və Fatimədən nə baş verdiyini soruşmuşdur. Fatimə də həmin vaxt polis əməkdaşlarına onu zorla qaçırıldığını demişdir. Daha sonra onları polis şöbəsinə aparmışlar. Hazırda tutduğu əməldən peşmandır, Zərərçəkmiş şəxs oğluna gəlin etmək üçün qaçırmış, başqa məqsədi olmamış, Fatimə və onun ailə üzvləri ilə barışmış, Fatimənin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus olan “Vaz21074” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıyır. 16 yanvar 2025-ci il tarixdə, saat 09 radələrində evdə olduğu vaxtı Təqsirləndirilən şəxs1 həyətinə gələrək onu çağırmış, o Vasiflə görüşən zaman yanında Təqsirləndirilən şəxs3 da olmuşdur. Vasif ona, İmişli rayonu Boşçalılar kəndində yaşayan qayını oğluna almaq üçün qızı yaşadığı evindən götürüb İlkinin qayınanasının yaşadığı Masallı rayonu Qızılavar kəndinə aparmağı bildirmişdir. O da Vasifə oğlunu təzə evləndirdiyini və problem olacağını bildirmişdir. Vasif isə hər şeyi düzüb qoşduğunu və heç bir problem olmayacağını bildirmişdir. O razı olmamış, lakin, Vasif ona İİ Qarabağ müharibəsi şəhid olan mərhum qardaşının ruhuna and verdiyi üçün onunla razılaşmışdır. Həmin gün Vasif və İlkinlə birlikdə İmişli rayonu Boşçalılar kəndinə getmiş, Vasif qaynının evinin qarşısına çatanda ona avtomobili döndərib saxlamağı demişdir. O da maşını döndərib hazır vəziyyətdə saxlamışdır. Vasif maşından düşmüş, İlkin və o isə maşında qalmışdır. Sonra Vasif qızı küçəyə çıxarmış və avtomobilin arxa oturacaq qapısını açmışdır. Həmin vaxt qız bibisinin maşında olmadığını deyib qışqırmışdır. Həmin zaman Vasif qızın başından əyib maşına mindirmiş, o maşını hərəkət etdirib Masallı rayonu Qızılavar kəndi istiqamətində hərəkət etmişlər. Yolda o Vasifə “bəs qız razı idi” deməsini bildirmiş, o bir neçə dəfə maşını saxlayıb onları aparmaqdan imtina etsə də Vasif ona imkan yaratmamışdır. Sonra yolda 102-yə zəng edib məlumat vermək istəsə də Vasif əlindən telefonu alaraq imkan verməmişdir. Həmin gün saat 14 radələrində Masallı rayonu Qızılavar kəndinə, İlkinin qayınanasının evinin qarşısına çatmışlar, İlkinin qayınanası onları qarşıladıqdan sonra Fatimənin zorla gətirildiyini bilmiş, onlara oradan çıxıb getməyi və qızı valideyinlərinə verməyi demişdir. Onlar orada qalmamış və birlikdə geri qayıtmışlar, yolda olan zaman yol polisi ona işarə vermiş və o da maşını saxlamışdır. Polis əməkdaşları onların yanına gəlmiş və birlikdə Salyan rayon polis şöbəsinə gətirmişlər. Əməlindən peşimandır, hazırda Zərərçəkmiş şəxs və onun ailə üzvləri ilə barışmış, Fatimənin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 yanvar 2025-ci il tarixdə saaat 09 radələrində İmişli şəhərində yerləşən «Medisan-tibb» mərkəzinə xəstə olan oğlu Turanı müayinə olunması üçün gətirmiş və saat 12 radələrində yaşadığı İmişli rayonu Yeni-Bəhrəmtəpə qəsəbəsinə gəlmişdir. Həmin zaman Vasif onu yolun kənarında saxlamış, oğlu Cəfərə qız qaçırtmaq istədiyini, problem olmadığını, Boşçallar kəndində yaşayan qayını İmaməlinin qızı olduğunu bildirmişdir. O da problem yoxdusa gedə biləcəyini demişdir. Vasif ona, “çayxananın qarşısına get məndə gəlirəm” demişdir. O çayxananın qarşısında 1-2 dəqiqə dayanmış Vasif və Elburus sonuncunun idarə etdiyi Mersedes markalı avtomobillə gəlmişdir. Avtomobillə İmişli rayonu Boşçallar kəndinə İmaməlinin evinin qarşısına getmişlər. Vasif maşından düşmuş, təxminən 2-3 dəqiqədən sonra Vasif qaynı qızı Fatimə ilə birlikdə söhbət edərək maşının yanına tərəf gəlmişdir. Vasif maşının arxa sağ qapısını açmış və Fatiməni əli ilə maşına itələyib salmışdır. O, Fatimənin solunda, Vasif isə sağında əyləşmiş və onun ağzını qışqırmasın deyə tutmuşdur. Vasif Ebrusa maşını Bakı şəhəri istiqamətində sürməyini bildirmişdir. Yol gedərkən avtomobilin yanacağı azaldığından Cəlilabad rayonunda yanacaqdoldurma məntəqəsinə daxil olmuşlar və həmin vaxtı Elburus avtomobildən yanacaq vurmaq üçün düşmüşdür. Orada Fatimə qışqırmış və “kömək edin, məni qaçırdırlar” demişdir. Həmin vaxtı orada bu sözləri limon satan qadın eşitmiş və o maşına yaxınlaşmışdır. Həmin vaxtı Vasif qızın ağzını tutmuş və qadına oğlu üçün qız qaçırdığını bildirmişdir. Avtomobilə yanacağı vurub Masallı istqamətində getmiş və yol gedərəkən o Vasif və Elbrusa Masallı rayonunda yaşayan qayınatası Şahid2 evinə getməyi təklif etmişdir. Masallı rayonun Qızılavar kəndində Şahid2 evinə gəlmiş və o maşından düşüb evə keçmiş, evdə qayınanası Simuzərə qız qaçırdıqlarını bildirmişdir. X8 ilə bir qədər söhbət etmiş və həmin vaxtı Fatimə ağlamış və Simuzər ona, qızın könlü olmadığını və evdən dərhal aparmasını bildirmişdir. Vasif Bakı şəhərinə yola düşməyi, Qobustan qəsəbəsində əmisi oğlunun evinə getmyi bildirmişdir. Səlyan rayonu ərazisində avtomobil ilə hərəkət edərkən Elbrusun avtomobilini yolda polisi əməkdaşları saxlayıb onları polis şöbəsinə gətirmişlər. Hazırda tutduğu əməldən peşimandır, Zərərçəkmiş şəxs və onun ailə üzvləri ilə barışmış, Fatimənin ondan şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 bibisı Validə Məmmədovanın həyat yoldaşıdır. Vasiflə onun və ailə üzvlərinin arasında heç bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə yaşadığı evin həyətində mətbəxdə olan zaman Vasif evin həyətinə daxil olmuş, Atasıgilin evdə olub-olmadığını soruşmuş, o isə evdə ondan başqa heç kimin olmadığını və atasıgilin kənddə yas mərasimində olduğunu bildirmişdir. Vasif ona ”bibin maşındadır gəl bibinlə görüş” demişdir. O da həyətdən çıxıb yaşadığı evin giriş qapısına doğru irəliləmiş və avtomobilə çatanda Vasif avtomobilin arxa qapısını açmışdır. Bu zaman o bibisinin maşında olmadığını görmüş və qorxub qışqırmışdır. Vasif əli ilə onun boynundan basaraq məcburi avtomobilə əyləşdirmiş, həmin zaman avtomobilin arxa oturacağında tanımadığı və sonradan adı ona məlum olan İlkin adlı şəxs əyləşmişdir. İlkin avtomobilin içərisində onu avtomobilə tərəf dartaraq Vasifə kömək etmişdir. Vasif onu maşına əyləşdirdikdən sonra özüdə onun yanında əyləşmişdir. O avtomobildə qışqırmış və həmin zaman Vasif əli ilə onun ağzını tutmuşdur. Onun yanında əyləşən İlkin Vasifə kömək etmiş həmçinin əli ilə ağzını tutmuşdur. O yolboyu Vasifə və İlkinə onu buraxmaq və atasına zəng etmək üçün yalvarmışdır. Vasif icazə verməmişdir. Bütün yolu qışqırmış, avtomobil hərəkəti zamanı o avtomobilin arxa qapısını açmağa çalışmış lakin Vasif imkan verməmişdir. Onunun səs küyünə görə sürücü Elburus ona yuxu dərmanı verəcəyini demiş, o qorxub qışqırmayacağını bildirmişdir. Elbrus avtombili yanacaqdoldurma məntəqəsində saxlamış, yanacaq dolduma məntəqsində o avtomobilin içərisində qışqırmış, ətrafda olan yanacaq doldurma məntəqəsinin işçiləri həmin vaxt orada onu görmüşdür. lakin o avtomobildə olduğu üçün heç kim onu ciddiyə almayıb yaxınlaşmamışdır. Bundan sonra yanacaq doldurduqdan sonra Elbrus Masallı rayonunda tanımadığı bir evin həyətinə sürüb saxlamış, Vasif ona evə daxil olmağı bildirmiş, o evə daxil olduqdan sonra evdə tanımadığı bir nəfər kişi və bir nəfər qadın olmuşdur. Həmin qadın onun ağladığını görüb razı olmamış, təxmini yarım saat həmin evdə olduqdan sonra Vasif onu atasının yanına aparacağını bildirmişdir. Bundan sonra Vasif ona Qaradağ rayonuna qohumunun evinə gedəcəyini və valideynlərini həmin evə dəvət edib barışıq edəcəyini bildirmişdir. Onlar Masallı rayonundan çıxmışlar yolda hərəkətdə olan zaman polis əməkdaşları avtomobili saxlamışlar, onu valideynlərinə qaytarmışlar. Təqsirləndirilən şəxslərlə barışmış, onları bağışlayır, onlardan heç bir şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Almaz oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun yeznəsidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisəyə qədər tanımamışdır. xx.xx.2025-ci il tarixdə günorta vaxtı evdə yatmışdır. Yoldaşı Şahid1 onun yanına gələrək İlkin və yanında gələn iki nəfər şəxsin qız qaçırıb onun evinə gəldiyini və hazırda həyətdə olduğunu bildirmişdir. O əsəbləşib Simuzərə İlkin və yanındakıların çıxıb getməsini bildirmişidir. Bundan sonra Vasif otağa daxil olmuş onunla görüşdükdan sonra Fatiməni oğlu üçün evlənmək məqsədi ilə qaçırdığını və bir müddət burda qalmasını xahiş etmişidir. O Vasifə əsəbləşib “sən kimsən mən səni tanımıram, səhv edib mənim evimə gətirmisən” demişdir. İlkinə Fatiməni aparıb valideynlərinə təhvil verməsini və onun evindən çıxıb getməsini bildirmişdir. Bundan sonra onlar Fatiməni götürüb çıxıb getmişlər. İş üzrə şahid qisimində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun yeznəsidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisəyə qədər tanımamışdır. xx.xx.2025-ci il tarixdə günorta vaxtı evdə olan zaman həyətə avtomobil daxil olmuşdur. Avtomobilin içərisindən İlkin və üç nəfər şəxs düşmüşdür. Həmin şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs olmalarını sonradan bilmişdir. İlkin Fatimə ilə birlikdə evə daxil olmuş, İlkin ona Vasifi əli ilə göstərərək, Fatiməni Vasifin oğlu üçün evlənmək məqsədi ilə qaçırdıqlarını bildirmişdir. Bundan sonra o Fatimənin ağladığını görmüş, Fatimə ondan kömək istəmiş və ona İlkin, Vasif və Elbrusun əlindən qurtarmaq üçün yalvarmışdır. Fatimə ona məcbur qaçırıldığını bildirmişdir. O, Fatimə ilə evin içərisində danışmışdır. İlkin isə onu evin girişində pilləkənlərin üzərində gözləmişdir. O İlkinin yanına gəlib qızın razı olmadığını və onun məcbur qaçırıldığı üçün qorxduğunu bildirərək İlkinə Fatiməni də götürüb aparmasını bildirmişdir. Bundan sonra İlkin, digər iki şəxs Fatimə ilə birlikdə maşına minib getmişlər. İş üzrə üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə o kəndə hüzür mərasimində olmuşdur. Həmin zaman yaşadığı evdə qızı Fatimədən başqa heç kəs olmamışdır. O hüzürdən çıxıb evə gəlmiş və Fatimənin evdə olmadığını bilmişdir. Bundan sonra mobil telefonla qardaşı Ələmdar Həşimova zəng edərək bu barədə məlumat vermişdir. Qohumlara zəng edərək Fatiməni axtarmış, qohumlarla söhbət əsanasında Fatimənin Vasif tərəfindən qaçırıldığı məlum olmuşdur. Hadisə barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli «nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, baxış keçirilən avtomobil “Mercedec E220 CDİ” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı minik avtombilidir. Avtomobil Təqsirləndirilən şəxs2 mülkiyyətində olduğu müəyyən edilmişdir. Nəqliyyat vasitəsi tünd göy rəngdə olub sedan formalıdır. Nəqliyyat vasitəsi çirkli vəziyyətdədir. Nəqliyyat vasitəsinə baxış zamanı müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin salon hissəsində arxa sol qapı tutacağı qırılmış haldadır. Arxa ayaq oturacağının altında siqaret kötükləri olmuşdur. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 644 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 643 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 746 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs3 həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvələr məhkum olunmamışlar. İş materiallarında olan 16 yanvar 2025-ci il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin tarixdə şubhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan İmişli rayon məhkəməsinin 16 yanvar 2025-ci il tarixli qərarları ilə X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində həbs olunmasının əvvəli 16 yanvar 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs notarial qaydahda təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəməyə təqdim olunmuş 19 iyun 2025-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmış, onlardan heç bir şikayət və tələbi yoxdur, onlara cəza verilməməsini xahiş edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İmişli rayon, 02 saylı Yeni Bəhrəmtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Məmmədov X12 rayonu, Qərbən kəndindən məcburi köçkün düşmüş və hal-hazırda İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsində 159 saylı evdə müvəqqəti məskunlaşmışdır. Alə təkibi arvadından və 3 yetkinlik yanışa çatmış uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İmişli rayon, 02 saylı Yeni Bəhrəmtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Füzuli rayonu, Əbdürəhmanlı kəndindən məcburi köçkün düşmüş və hal-hazırda İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsində 508 saylı evdə müvəqqəti məskunlaşmışdır. Alə təkibi arvadından və 5 yetkinlik yanışa çatmış uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İmişli rayon, 02 saylı Yeni Bəhrəmtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Füzuli rayonu, Əbdürəhmanlı kəndindən məcburi köçkün düşmüş və hal-hazırda İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsində 508 saylı evdə müvəqqəti məskunlaşmışdır. Alə təkibi arvadından və azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirlilikləri tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlunun Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayələrində azyaşlı uşaqlarının olması Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən haldır. Məhkəmə təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxlə barışmalarını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yerindən müsbət xarakterizə olunmaları, ilk dəfə məhkum olunmaları, törətdikləri əməldən peşman olmaları, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə qohum olmasını (bibisinin əri olmasını) və yaşayış yerindən müsbət xarakterizə olunmalarını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını ağırlaşdıran hallar yoxdur. Törətdikləri əmələ görə X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin 62.1 və 62.2-ci maddələrinə əsasən “Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər”, “Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər”. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxslərin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxslə barışmaları, əvvəllər məhkum olunmamalırını, əməllərindən peşiman olmaları, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını nəzərə alıb qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi qiymətləndirib hesab edir ki, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələblərinə riayət edilməklə, o cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsiplərinin işığında təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilib həmin Məcəllənin 52-1-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirilən şəxslərə CM-nin 144.2.3-cü maddəsində müəyyən ediləndən daha yüngül cəza növü – müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 16 yanvar 2025-ci il tarixdən 03 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldıqları 5 (beş) ay 17 (on yeddi) gün müddət bir günü azadlıqdan məhrumetmə cəzasının azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla onlara təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, barələrində seçilmiş həbs “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməli və onlar saxlanıldıqları Bakı istintaq təcridxanasından həbsdən azad edilməlidirlər. X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 16 yanvar 2025-ci il tarixdən 03 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 17 (on yeddi) gün müddətin bir gün azadlıqdan məhrumetmə cəzasının azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzasından 11 (on bir) ay 4 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, saxlanıldığı istintaq təcridxanasından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 16 yanvar 2025-ci il tarixdən 03 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 17 (on yeddi) gün müddətin bir gün azadlıqdan məhrumetmə cəzasının azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzasından 11 (on bir) ay 4 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, saxlanıldığı istintaq təcridxanasından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2un üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs3 16 yanvar 2025-ci il tarixdən 03 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 17 (on yeddi) gün müddətin bir gün azadlıqdan məhrumetmə cəzasının azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzasından 11 (on bir) ay 4 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, saxlanıldığı istintaq təcridxanasından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Aqil Nuriyev Ayşən Vəliyev
Məhkəmə qərarları › İş №1(099)-299/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-299/2025
03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver