Məhkəmə qərarları › İş №1(099)-3/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-3/2022

04.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-3/2022 04.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi: hakim Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamcısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, onun nümayəndəsi – “Femida” (hazırda “Alyans”)Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs1 müdafiəçisi - Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Mövsum oğlunun, Təqsirləndirilən şəxs2 müdafiəçiləri - fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi5 və Müdafiəçi4 iştirakları ilə 19 avqust 1985-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşamış, 23 may 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxx 1958-ci ildə Neftçala rayonu, Lapatin kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Eçara kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, 19 may 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 27 fevral 2020-ci il tarixdə saat 12 radələrində Yardımlı-Arus- Astanlı yolunun Eçara kəndindən keçən ərazisində qardaşı X11 ilə aralarında olan mübahisəli torpaq sahəsində çəpərləmə işlərinin aparılmasına görə həmin əraziyə gələn Şəmsəddin Kərimovun davamlı olaraq onu təhqir etməsi və sonuncunun oğlu Elməddin Kərimovu silahı götürüb mübahisə baş verdiyi yerə çağırması səbəbindən qardaşı Şəmsəddin və onun oğlu Elməddin Kərimovları öldürməklə onlardan qisas almaq qərarına gəlmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs1 qardaşı oğlu Elməddinin “Niva” markalı avtomobili ilə hadisə yerinə yaxınlaşdığını gördükdə özünə məxsus “Toyota Prado” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsini açaraq oğlu Təqsirləndirilən şəxs2 adına qeydiyyatda olan 12 kalibrli, 1+5 növlü, Raikal markalı ********** nömrəli, təklüləli yivsiz ov tüfəngini qabından çıxardaraq atəşə hazır vəziyyətə gətirmiş, lakin bu zaman yanında olan oğlu Kənanın “qoy gəlsin görək, neyniyəcək, silahı qoy oturacağın üstünə” deməsinə görə o, silahı avtomobilin sol arxa oturacağına qoyaraq avtomobilin qapısını bağlamışdır. Hadisə yerinə gələn Elməddin Kərimov atası Şəmsəddin Kərimova nalayiq sözlər işlətməməsinə dair ona irad tutmasına baxmayaraq Şəmsəddin Kərimovun onun ünvanına yenidən hədə və təhqirlərini artırmasını gördükdə Təqsirləndirilən şəxs1 “Toyota Prado” markalı maşınının sol arxa qapısını açaraq oturacaqda atəşə hazır vəziyyətdə qoyduğu tüfəngi götürərək Şəmsəddin və Elməddini öldürməyə yönəlmiş niyyətini həyata keçirmək üçün onlara doğru hərəkət edərkən oğlu Təqsirləndirilən şəxs2 silahı ondan alıb onun qəsdən adam öldürmək niyyəti ilə əhatə olunan hərəkətlərini davam etdirərək həmin silahla bir dəfə atəş açsa da, atəş nəticəsində yaralanan olmamışdır. Cinayətkar hərəkətlərini davam edən Təqsirləndirilən şəxs2 əmisi oğlu Elməddin Kərimova 2 dəfə ardıcıl atəş açaraq döş qəfəsinin ön, gövdənin sol ön-yan tərəfinin qarın üstü, sol yuxarı ətrafın ön-yan tərəfinin dirsək, sol əl, sol aşağı ətrafın sağrı hissəsinin arxa-yan tərəfləri nahiyyələrinin çoxsaylı silah yaralanmasına aid dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərərvurmaya aid, daha sonra “Niva” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında olan Şəmsəddin Kərimova 3 dəfə atəş açaraq gövdənin döş və qarın hissəsinin ön, sol və sağ tərəfləri, boynun ön-sol tərəfi, sol yuxarı ətrafın bazu və dirsək hissələrinin ön və bayır tərəfləri nahiyyələrinin çoxsaylı kor odlu silah yaralanmaları olan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərərvurmaya aid xəsarətlər yetirmişdir. Hadisə baş verdiyi zaman Təqsirləndirilən şəxs1 öz növbəsində oğlu Təqsirləndirilən şəxs2 cinayətkar hərəkətlərinin qarşısını almaq imkanı olduğu halda bunu etməməklə yanaşı atəşə məruz qalan Şəmsəddin və Elməddin Kərimovun reaksiyalarını, sonuncuların Təqsirləndirilən şəxs2 qarşı hər hansı həmlə etmək imkanında olubolmamasını müşahidə etmiş, bu zaman Təqsirləndirilən şəxs2 cinayətkar niyyətini başa çatdırmaq üçün əlində olan ov tüfənginə 02 ədəd patron yerləşdirməklə yaralı vəziyyətdə olan Elməddin Kərimova yaxınlaşıb yaxın məsafədən sonuncunun kürək nahiyəsinə 1 dəfə atəş açaraq gövdənin arxasında onurğanın sol tərəfi nahiyyəsinin qarın boşluğuna keçməklə bağırsaqları və müsariqələrini, sol böyrəyi, dalağı, diafraqmanı, sol ağciyəri, ürək hissəsi və ürəyi zədələyən odlu silah yaralanması olan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa “ağır” zərərvurmaya aid xəsarətlər yetirib Elməddin Kərimovu atasının gözləri qarşısında xüsusi amansızlıqla öldürmüşdür. Bundan sonra da, cinayətkar hərəkətlərini davam edən Təqsirləndirilən şəxs2 yaralı vəziyyətdə olan X20 ölməsini dəqiqləşdirmək məqsədi ilə ona yaxınlaşaraq qəsdən adam öldürməyə yönələn niyyətini başa çatdırmaq üçün Şəmsəddin Kərimovun qarın nahiyəsindən bir dəfə də atəş açaraq qarının önünün qasıqüstü nahiyyəsinin qarın boşluğuna keçməklə bağırsaqları və müsaqirələrini, qarın aortasını, dalağı, qaraciyəri, diafraqmanı, sol ağciyəri, ürək kisəsi və ürəyi zədələyən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa “ağır” zərərvurmaya aid xəsarətlər yetirməklə onu öldürərək bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla Elməddin Kərimovu və Şəmsəddin Kərimovu qəsdən həyatdan məhrum etmişlər. Elməddin və Şəmsəddin Kərimovların öldüklərindən əmin olan Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prado” markalı avtomobili ilə oğlu Təqsirləndirilən şəxs2 hadisə yerindən uzaqlaşdırmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, 1997-ci ildə Yardımlı rayonu Eçara kəndində ata yurdunda doğma qardaşı Şəmsəddinlə birgə ferma yaratmışlar. Bu şərikli işləri bir neçə il davam etmiş, sonra bu şərikli işdən ayrılmışlar və qardaşı Şəmsəddin ondan təxminən 800 metr kənarda özünə ferma tikdirmiş, həmin ərazidə torpaq sahəsi olmuşdur. Qardaşı Şəmsəddin və onun oğlu Elməddin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunduqlarına görə bu işdə onu və oğlu Kənanı günahkar bilmişlər. Bundan sonra münasibətləri pisləşmiş, aralarında olan düşmənçilik gündən günə artmış, Elmədin və qardaşı Şəmsəddin fermada olan işçilərini və çobanlarını öyrədərək onlara müxtəlif bəhanələrlə sataşmağa başlamışlar. Şəmsəddin və Elməddin onun mal-qarasını aparıb öz tövlələrinə salmışlar, polis vasitəsilə mal-qarasını onlardan almışdır. Qardaşı Şəmsəddin və onun oğlu Elməddin müxtəlif bəhanələrlə Kənanı münaqişəyə çəkirdilər ki, dava düşsün və onu öldürsünlər. X14 torpaq sahəsi ilə bağlı münasibətləri getdikcə pisləşmişdir. Eçara kəndində olan 30 hektar özünə və 30 hektar qardaşı Şəmsəddinə məxsus 60 hektar torpaq sahəsinin ortasından çəpər çəkməyə başlamış, bunun üçün işə fəhlələri cəlb etmiş, daim həmin yerdə olmuşdur ki, kimsə fəhlələrə mane olmasın işləməyə. 27 fevral 2020-ci il tarixdə saat 11 radələrində Kənan üç nəfər fəhlə ilə çəpər çəkən yerə gəlmiş, bir qədər orada olmuş sonra fəhlələr çay istədikləri üçün termosda çay gətirmək üçün fermaya getmişdir. Çəpərlənmə olan yerə çatdıqda qardaşı Şəmsəddin təpənin üstündə hasar çəkən fəhlələri və oğlu Kənanı nalayiq sözlərlə təhqir edərək çəpərin sökülməyini onlardan tələb etdiyini görmüşdür. Şəmsəddinə yaxınlaşıb söyüş söyməməyini və «onlar sənin nəvələrin yerindədir, ağsaqqal kişisən» demişdir. Lakin, Şəmsəddin onun sözlərinə məhəl qoymayaraq onu da söymüşdür. Mübahisə getdikcə qızışmış, bu zaman Şəmsəddin mobil telefonu ilə oğlu Elməddinə zəng edərək uca səslə «silahları götür, gəl çəpər çəkilən yerə, bunların qanını tökərəm» demişdir. Şəmsəddinin sözlərinə əhəmiyyət verməyərək fəhlələrlə yolun kənarında otluq sahədə çay içmək istəmişlər. Bu zaman qardaşı Şəmsəddin söyüşləri daha da artırmış, fəhlələr bu söyüşləri eşitməsinlər deyə onları oradan uzaqlaşdırmışdır. Fəhlələr - Samir, Natiq və Həsrət birlikdə yolun sağ tərəfindən sol tərəfinə keçərək asfaltdan təxminən 100 metrdən yuxarı yolun sol hissəsinin çökək və dərəyə tərəf hərəkət etmişlər. Biraz keçdikdən sonra Elməddin öz «Niva» markalı maşını ilə hasar çəkilən yerə gəlmiş, maşını yolun sol tərəfindən onlara məxsus QAZ 53 markalı yük maşının qabağında saxlayıb Səxavət adında çobanla Şəmsəddinin dayandığı təpəyə qalxmış və atasına söyüşləri dayandırmağı, Şəmsəddin isə uca səslə qışqıraraq «götür tüfəngi öldür bunları» demişdir. Həmin vaxt «Prado» markalı maşınının arxasında asfaltın üstündə, oğlu Kənan isə onun və maşının sol tərəfində otlaq olan yerdə dayanmışlar. Elməddin öz maşınına tərəf qaçaraq silahını maşından götürüb ona tərəf tuşlamış, həmin vaxt yerində donub qalmışdır. Bu zaman atəş açılmış, özünün vurulduğunu düşünmüş, lakin Elməddinin yerə yıxıldığını və çönüb baxanda sol tərəfində Kənanın əlində tüfəngin olduğunu görmüşdür. Kənana qışqıraraq «sən nə etdin?» demişdir. Kənan əlində silahla onlara tərəf, Şəmsəddin isə söyüş söyə-söyə silaha tərəf qaçmışdır. Bu zaman Kənan Şəmsəddinə də atəş açmış və oradan əlində silahla ferma istiqamətinə qaçmışdır. Həmin vaxt yerində donub qalmış, orada başqa heç kim olmamışdır. X19 vur əmri verən zaman Səxavət artıq oradan qaçmışdır. Şəbəkə olmadığından heç yerə zəng edə bilməmişdir. Maşına əyləşib oradan uzaqlaşarkən fəhlələrə «Kənan bunları vurdu, sizdə çıxın gedin» demişdir. Fermaya gəlmiş və orada işləyən Əsmayədən Kənanın fermaya gəlibgəlməməsini soruşmuş, cavabında Əsmayə Kənanın əlində silahla evə gəldiyini və tələsərək atına minib getdiyini demişdir. 18 may 2020-ci il tarixdə CM-nin 307.3-cü maddəsilə ittiham elan edilmiş və həbs olunmuşdur. Bir neçə gün sonra oğlu Kənan gəlib istintaqa təslim olmuşdur. Qardaşı Şəmsəddini və onun oğlu Elməddini öldürmək niyyətində olmamış, bununla bağlı hər hansı bir hərəkət etməmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtinat etdikdə onun məhkəmyədək icraat zamanı vermiş olduğu ifadələri məhkəmədə elan oluna bilər) onun ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadələrində göstərmişdir ki, Masallı şəhərində yaşasa da, Yardımlı rayonu Eçara kəndində atası Nurəddinə məxsus fermaya nəzarət etmişdir. X20 da həmin ərazidə ferması vardır. Buna görə də, əmisi Şəmsəddin və atası ilə aralarında torpaq sahəsi ilə bağlı narazılıqlar olmuşdur. Şəmsəddin torpaq sahəsinin çox hissəsinin ona məxsus olduğunu iddia etmişdir. Təxminən 19 fevral 2020-ci il tarixdən atasına məxsus torpaq sahəsinin ətrafını çəpərləməyə başlamışdır. Çəpərləmə aparmaq üçün Həsrət, Samir və Namiq adlı Ərsilə kəndindən olan fəhlələri çağırmışdır. 27 fevral 2020-ci il tarixdə səhər saatlarından Həsrət, Samir və Namiq adlı fəhlələr ilə çəpərləməyə başlamışdır. QAZ 53 markalı özünə məxsus yük maşının içərisində məftillər və digər çəpərləmə üçün lazım olan vasitələr olmuşdur. Saat 11 radələrində əmisi Şəmsəddin “Niva” marakalı maşını ilə çəpərləmə apardığı yerə gəlmiş və yaxınlaşan kimi əvvəlcə fəhlələri söyməyə başlayaraq çəpəri sökmələrini tələb etmişdir. Həmin vaxt Şəmsəddinə söyüş söyməməsini tələb etmişdir. Daha sonra atası Nurəddin «Prado» markalı maşını ilə fermadan fəhlələrə çay gətirmişdir. X3 zəng vuraraq silahları götürüb çəpər çəkilən yerə gəlməsini tələb etmişdir. Atası ora gəldikdən sonra fəhlələr ilə birlikdə «Prado» markalı maşına yaxınlaşaraq çay içmək istəmişdir. Bir neçə dəqiqə sonra uzaq məsafədən Elməddinin “Niva” markalı maşını ilə gəlməsini gördükdə o, və atası fəhlələrə bir qədər aralıda işləmələrini tələb etmişdir. Fəhlələr bir qədər onlardan aralaşmışlar. Elməddin maşını yolun kənarında saxlamış və çobanı Səxavət ilə birlikdə dikdə dayanan atası Şəmsəddinə yaxınlaşmışlar. Həmin vaxt Şəmsəddin isə söyüşlərini davam etmişdir. Şəmsəddin oğlu Elməddinə silahı götürüb onu və atasın vurmasını tələb etmişdir. Elməddin «Niva» markalı maşınına qaçdıqda o, QAZ 53 markalı maşından özünə məxsus 1+5 növlü odlu silahı götürmüş, bu zaman Elməddin Kərimov maşından odlu silahı götürüb onu və atasını vurmaq istədikdə ondan qabaq atəş açmış, Elməddin yerə yıxılmışdır. Elməddin ayağa durmaq istədikdə yenidən ona bir dəfə atəş açmışdır. Daha sonra Şəmsəddin Kərimovun olduğu dik olan yerə havaya atəş açmışdır. Şəmsəddini öldürmək niyyəti olmamışdır. X15 yanındakı odlu silahı götürüb qaçmaq istədikdə Şəmsəddinə bir neçə atəş açmış, ona yaxınlaşdıqda ağır yaralı olduğunu görmüşdür. Bundan sonra öz fermalarına getmiş və hadisəni törətdiyi odlu silahı fermadakı evə qoymuşdur. Oradan Neftçala rayonunun Lapatin kəndində yerləşən atası Nurəddinə məxsus fermaya gedərək orada yaşamışdır. Təqsirləndirilən şəxs2 həmçinin qeyd etmişdir ki, Elməddini öldürmək niyyəti olmamışdır. Ona atəş açmaqda məqsədi onu yaralamaq, özünü və atasını müdafiə etmək olmuşdur. Elməddin maşından odlu silahı götürüb onu ya atasını öldürəcəyinə görə onu qabaqlayaraq atəş açmışdır. Elməddin odlu silahı çıxartmasa ona atəş açmayacaqdı. Elməddinin ilkin atəşdən sonra yenidən odlu silaha əl atmasını gördüyünə görə ona 2-ci dəfə atəş açmışdır. Elməddin yerə yıxıldıqdan sonra Şəmsəddin yerdə olan odlu silaha doğru qaçmaq istəmişdir. Buna görə də, Şəmsəddinin silahı götürüb ona və ya atasına atəş açmasının qarşısını almaq üçün ona atəş açmışdır. Təqsirləndirilən şəxs2 ilkin ifadəsində göstərmişdir ki, silahı QAZ 53 markalı maşının sol qapısını açaraq sol oturacağının üstündən götürmüş, «Prado» markalı maşının ön hissəsindən keçərək sol arxa qapısını açaraq oturacağın üzərinə qoymuşdur. Həmin vaxt orada kənar şəxslər olmamışdır. Elməddin Kərimov və Şahid4 hadisə yerinə hələ gəlməmişlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmişlər. Onların törətdikləri cinayət əməli məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin hüquqi varisi, şahidlərin ifadələri, tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri və istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxslərin hüquqi varisi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, atası Şəmsəddinin və əmisi Nurəddinin Yardımlı rayonu, Eçara kəndi ərazisində fermaları vardır. Əmisi Nurəddin və onun oğlu Kənan ilə atası arasında dəfələrlə torpaq mübahisələri olmuşdur. Eçara kəndində olan torpaq sahəsi ilə bağlı mübahisələri 2018-ci ilin iyun ayında əmisioğlanları Təqsirləndirilən şəxs2 və Fərhad Kərimov 11 kq narkotik vasitə ilə tutulduğu zaman başlamışdır. Onların narkotik ilə tutulmasında əmisi Nurəddin atası Şəmsəddini günahlandırmışdır. Əmisi Nurəddinin heyvanlarını qardaşı Elməddin öz fermasına yığaraq dəfələrlə polis əməkdaşlarını çağırmış, polis əməkdaşlarının iştirakı ilə həmin heyvanlar əmisi Nurəddinə qaytarılmışdır. Əmisi Nurəddinin onları ölümlə hədələməsi barədə dəfələrlə müxtəlif orqanlara müraciət etsə də, nəticəsi olmamışdır. Həmin mübahisələr ilə bağlı atası Şəmsəddin və əmisi Nurəddin də qarşılıqlı olaraq müvafiq dövlət qurumlarına müraciət etmişdir. Hadisə baş verən gündən təxminən bir həftə əvvəl Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Eçara kəndində yerləşən torpaq sahələrini çəpərləməyə başlamışdır. Çəpərləmə aparılan ərazidə atası Şəmsəddinə məxsus torpaq sahələri olduğbundan atası bu çəpərlənmə işinə etiraz etmişdir. 27 fevral 2020-ci il tarixdə saat 10 radələrində Masallı şəhərində yerləşən Ovçular mağazasında olarkən atası Şəmsəddin ona mobil telefonla zəng edərək əmisi Nurəddinin çəpərləmə aparması ilə bağlı Yardımlı rayon İcra Hakimiyyətində işləyən Yaşar adlı şəxsin mobil nömrəsini istəmiş, Yaşarın nömrəsini atasına vermişdir. Təxminən 30-40 dəqiqə sonra Şahid4 ona mobil telefonla zəng edərək atası Şəmsəddinin və qardaşı Elməddinin Kənan və Nurəddin tərəfindən odlu silah atəşləri nəticəsində öldürüldüyünü demişdir. Hazırda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şikayətçidir, onları bağışlamır, onlara ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini məhkəmədən xahiş edir. Bundan başqa, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verdikdən sonra Kənan qaçıb gizlənmiş və axtarışda olduğu zaman 2020-ci ilin mart ayının 14-də başlığı +49-la başlayan kodla sonunu xatırlamayan alman mobil nömrəsindən onun “Vatsap”ına “həyatda qalıb yaşamaq istəyirsənsə, sən vəkilin başını burax, atandan qalan mirasa sahib ol, başını sal aşağı öz işinlə məşğul ol, yoxsa kölgən qədər sənə yaxınam, səni izləyirəm, səni də onların yanına göndərəcəm” məzmunlu mesaj gəlmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. 27 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Yardımlı rayonu Eçara kəndi ərazisində olan fermanın yaxınlığında çəpərləmə işlərində fəhlə kimi işləmişdir. İşə həmin gün saat 10 radələrində qardaşı Namiq və həmkəndlisi Həsrətlə birlikdə başlamışlar. Onlara Kənanın özü də köməklik etmişdir. Nurəddin onlara çay gətirmək üçün fermaya getmiş, bu zaman saat 12 radələrində Şəmsəddin öz «Niva» markalı maşını ilə çəpərlənmə aparılan yerə gələrək onlardan çəpərləməni dayandırmağı tələb etmişdir. Sonra o, Kənana yaxınlaşıb uca səslə «sənə kim deyib çəpər çəkirsən” deyərək çəpər çəkənin atasının gorunun ünvanına təhqiredici sözlər işlətmişdir. Kənan isə «bunlar sənin nəvələrin yerindədi, yekə kişisən söyüş söymə» demişdir. Şəmsəddinin sözlərinə əhəmiyyət verməyərək çəpərləməni davam etmişlər. Həmin vaxt Nurəddin «Prado» markalı maşını ilə həmin yerə gəlmiş, onları çay içməyə çağırmışdır. Bu zaman dikdə dayanan Şəmsəddin uca səslə mobil telefonda danışaraq «Elməddin silahları götür gəl çəpərləmə olan yerə» demişdir. Şəmsəddin uca səslə qardaşı Nurəddinin ünvanına nalayiq sözlər işlətməsinə baxamayaraq ona əhəmiyyət verməyib «Prado» markalı maşının arxasına yaxınlaşıb çay içməyə başlamışlar. Uzaqdan Elməddinin onlara tərəf «Niva» markalı maşını ilə yaxınlaşıdığını gördükdə Nurəddin «Prado» markalı maşının yük yerindən hadisə törədilən odlu silahı götürüb qabından çıxardaraq hazır vəziyyətə gətirmişdir. Həmin vaxt Kənan atası Nurəddinə “qoy gəlsin görək neyniyəcək, silahı qoy oturacağın üstünə” demiş, Nurəddin silahı «Prado» markalı maşının sol arxa oturacağının üstünə qoyaraq maşının qapısını örtmüş və onlara yəni, qardaşı Namiq və həmkəndlisi Həsrətə oradan uzaqlaşmalarını tələb etmişdir. Onlar isə asfalt yolun kənarında dayanmış «Prado» markalı maşının kənarı ilə Astanlı kəndi istiqamətdə hərəkət etmişlər. Təxminən 100 metr getdikdən sonra dayanıb Elməddinin maşını yolun ortasında saxladığınıgörmüşlər. Bu zaman dik yerdə duran Şəmsəddin oğlu Elməddindən maşını yolun ortasından çəkib irəlidə saxlamasını tələb edərək “indi burada qan düşəcək, maşını qabaqda saxla” demişdir. Elməddin maşını qabağa sürərək Kənanın QAZ 53 markalı maşınının qarşısında saxlamışdır. Səxavətlə Elməddin birlikdə maşından düşərək Şəmsəddinin dayandığı dik olan yerə çıxmışlar. Həmin vaxt Elməddinin əlində silahın olduğunu görməmişdir. Anidən atəş səsini eşitmiş və Kənanın birinci atəşi havaya atdığını görmüşdür. Hadisə yerindən təxminən 100 metr məsafədə yolun kənarında dayanıb hadisəni müşayət etmişlər. Atəş açılan istiqamətə baxdıqda heç kim yaralanmamışdır. Bundan sonra Kənan əlində silahla asfalt yolun əks istiqamətinə keçmiş, Elməddinin isə dik olan yerdən «Niva» markalı maşınına tərəf qaçmağa başlamışdır. Şəmsəddin dik olan yerdə işıq dirəyinin yaxınlığında dayanmış, Səxavət Şəmsəddinə məxsus “Niva” markalı maşının digər tərəfinə doğru getmiş, Nurəddinin “Prado” markalı maşının arxa tərəfində, yəni yük yerinin yanında otluq yerdə dayandığını görmüşdür. Elməddin maşından silahı götürsə də atəş a çmamışdır. Təqsirləndirilən şəxs2 ikinci atəşi Elməddinə tərəf açmış və o, yerə yıxılmışdır. Dikdə dayanan Səxavət ikinci atəş vaxtı fermaya doğru qaçmışdır. Həmin vaxt Şəmsəddin yüksək səslə Kənana və Nurəddinə “ağzınızı, üzünüzü……” deyib nalayiq sözlərlə onları təhqir etməkdə davam etmişdir. Hadisə vaxtı Nurəddin «Prado» markalı maşının yük yeri tərəfində dayanaraq baş verənləri sakitcə izləmişdir. Təqsirləndirilən şəxs2 dördüncü, beşinci və altıncı atəşləri ardıcıl olaraq Şəmsəddinə açmış, aldığı güllə xəsarətlərindən Şəmsəddin yerə yıxılmış, patronları qurtardıqdan sonra isə silaha yenidən patronlar yerləşdirərək Elməddin yaxın məsafədən təkrarən bir dəfə atəş açmış, daha sonra Şəmsəddin Kərimova yaxınlaşaraq yaxın məsafədən bir dəfə atəş açmışdır. Nurəddin “Prado” markalı maşınının arxa tərəfində dayanaraq sakitcə baş verənləri izləmişdir. Kənan hadisəni törətdidkən sonra atası Nurəddinin “Prado” markalı maşında qabaqda oturaraq hadisə yerindən uzaqlaşmışlar. Əlavə olaraq, o, ifadəsində göstərmişdir ki, hadisə törədilən silahın Kənan tərəfindən QAZ-53 markalı maşından götürdüyünü görməmişdir. Kənan atəş açdıqdan sonra Elməddin öz maşınından silahı götürsə də atəş aça bilməmişdir. Kənanın Elməddinə atəş açmasından əvvəl həmin silahı atası Nurəddinindən götürməsini görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunu ifadə verərək göstərmişlər ki, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edirlər. Belə ki, 27 fevral 2002-ci il tarixə saat 11 radələrində Yardımlı rayonu Eçara kəndi ərazisində Kənana və onun atası Nurəddinə məxsus torpaq sahəsini çəpərləyərkən Şəmsəddin Kərimov həmin əraziyə gəlib çəpərləmə işlərinin aparılmasına öz etirazını bildirərək onları, Kənanı və sonradan hadisə yerinə gəlib çıxan Təqsirləndirilən şəxs1 nalayiq sözlərlə təhqir etmiş, aralarında mübahisə baş vermiş, daha sonra Şəmsəddin oğlu Elməddinə mobil telefonla zəng edərək «silahı götür gəl çəpərlənmə olan yerə» demiş, bir müddətdən sonra Elməddinin idarə etdiyi “Niva” markalı maşını ilə çoban Səxavətlə birlikdə onlara yaxınlaşdığını gördükdə Nurəddin «Prado» markalı maşının yük yerindən hadisə törədilən odlu silahı qabından çıxardaraq hazır vəziyyətə gətirmiş, həmin vaxt Kənan atası Nurəddinə “qoy gəlsin görək neyniyəcək, silahı qoy oturacağın üstünə” demiş, Nurəddin silahı «Prado» markalı maşının sol arxa oturacağının üstünə qoyaraq maşının qapısını örtmüş və onlara oradan uzaqlaşmalarını tələb etmişdir. Onlar və Samir həmin ərazidən təxminən 100 metr Astanlı kəndi istiqamətinə uzaqlaşdıqdan sonra kənarda dayanıb hadisəni müşahidə etmişlər. Elməddin maşından düşüb Səxavətlə birlikdə atası Şəmsəddinin dayandığı dikə qalxmış və bu zaman Kənanın əlindəki silahdan bir atəş açıldığını görmüşdür. Həmin atəş nəticəsində heç kim xəsarət almamışdır. Bu zaman dikdə dayanan Elməddin yenişə doğru öz maşını istiqamətinə qaçmağa başlamış, Kənan bunu gördükdə əlindəki silahla «Prado» markalı maşın tərəfdən əks istiqamətə-Elməddinin saxladığı «Niva» markalı maşını istiqamətinə hərəkət edərkən Elməddinə iki atəş açmış, Şəmsəddin onların var-yoxunu nalayiq sözlərlə təhqir etməkdə davam etmiş, daha sonra həmin yerdən Şəmsəddinə 3 atəş açmışdır. Patronlar qurtardıqdan sonra Kənan silaha yenidən patronlar yerləşdirilərək yerdə uzanmış vəziyyətdə olan Eləməddinə yaxınlaşaraq yaxın məsafədən bir atəş, daha sonra bir qədər aralıda yerdə uzanılmış vəziyyətdə olan Şəmsəddinə yaxınlaşaraq yaxın məsafədən bir atəş açmışdır. Hadisədən sonra Nurəddin oğlu Kənanı «Prado» markalı maşına otuzdurub hadisə yerindən uzaqlaşmışlar. Bundan başqa, Şahid2 və Şahid3 ifadələrində göstərmişlər ki, hadisə baş verdiyi zaman Təqsirləndirilən şəxs1 «Prado» markalı maşının arxasında dayanıb hadisəni sakitcə müşahidə etmiş, oğlu Kənanın bu qanunsuz hərəkətlərinin qarşısını almaq üçün heç bir hərəkət etməmişdir. Hadisə vaxtı Kənanın əlində olan silahı QAZ 53 markalı maşından götürdüyünü görməmişdir. Həmin silah «Prado» markalı maşından Nurəddin tərəfindən götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində götərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Belə ki, 2020-ci ilin fevral ayının əvvəllərindən Şəmsəddin Kərimova məxsus Yardımlı rayonu Eçara kəndində yerləşən fermada çoban işləyir. 27 fevral 2020-ci il tarixdə saat 12 radələrində fermada olan Şəməsddinin oğlu Elməddin onunla birlikdə getməsini xahiş etmiş, fermadan çıxıb Elməddinin idarə etdiyi «Niva» markalı maşınla hadisənin baş verdiyi əraziyə Eçara kəndində yollanmışlar. Hadisə yerinə yaxınlaşdıqda oradan təxminən 100-150 metr aralıda Astanlı-Arus yolunda asfalt yolun sol kənarında Namiqin, Samirin və Həsrətin dayandıqlarını görmüşdür. Elməddin maşını bir qədər irəli sürərək asfalt yolun kənarında saxlamış, həmin vaxt dik yerdə dayanmış Şəmsəddinin qardaşı Nurəddinə və Kənana nalayiq söyüşlər işlətdiyini, sonuncuların da qarşılıqılı olaraq söyüş söydüklərini görmüşdür. Həmin vaxt Nurəddin və Kənan “Prado” markalı maşının arxa tərəfində dayanmışlar. Elməddinlə maşından düşüb təpəlikdə dayanan Şəmsəddin yanına qalxmışlar. Həmin vaxt Elməddinin əlində hər hansı bir silah olmamışdır. Elməddin atası Şəmsəddinə yaxınlaşıb bir-birlərinin var-yoxuna söyüş söymələrinin ayıb olduğunu deyib atasına irad tutmuş və onun qoluna girib oradan aparmaq istəmiş, lakin Şəmsəddinlə Nurəddin bir-birlərini nalayiq sözlərlə söyməkdə davam etmişlər. Şəmsəddin nümayəndə çağırıb çəpərləməni dayandıracağını demişdir. Bu zaman Nurəddin “Prado” markalı maşının sol arxa qapısını açaraq arxa oturacaqdan odlu silahı çıxardıb bir neçə addım Şəmsəddinin dayandığı dik olan yerə tərəf hərəkət etmiş, Təqsirləndirilən şəxs2 “Prado” markalı maşının sol arxa küncündə Təqsirləndirilən şəxs1 əlindən silahı zorla dartaraq almışdır. Elməddin bunu gördükdə “silah çıxardırsız?” sözlərini işlətmiş və dayandığı təpəlikdən saxladığı “Niva” markalı maşınına doğru qaçmağa başlamış, Kənan isə əlindəki silahı Elməddinin “Niva” markalı maşının sağ tərəfinə doğru istiqamətləndirmiş, Elməddin “Niva” markalı maşınının sağ arxa oturacağından odlu silahı çıxartsa da, Kənan Elməddinə bir dəfə atəş açmış, Elməddin yerə yıxılmışdır. Daha sonra Kənan Şəmsəddinə bir neçə dəfə atəş açmış, Şəmsəddin də yerə yıxılmış və ona “qaç Niyaməddinə xəbər ver” demişdir. Oradan fermaya doğru qaçmış, qaçarkən hadisə yerindən bir neçə atəş səsləri gəlmiş, arxaya çönüb baxa bilməmişdir. Hadisə barədə Niyaməddinə məlumat vermişdir. Şahid4 əlavə olaraq ifadəsində göstərmişdir ki, Şəmsəddinin yanında dayandığı dikdən aşağıda asfalt yolunun kənarında “Prado” markalı maşını, maşının arxa yük yerinə söykənmiş vəziyyətdə Təqsirləndirilən şəxs2, ondan 1-2 metr aralıda otluq yerdə Təqsirləndirilən şəxs1 dayandığını yer açıq şəkildə görünmüşdür. Buna görə də aydın şəkildə Nurəddinin silahı maşından çıxarıb onlara doğru hərəkət etməsini, bu zaman Kənanın silahı Nurəddinin əlindən aldığını və birinci olaraq Elməddinə tərəf atəş açdığını görmüşdür. X16 Kərimov ilə telefonla danışarkən “silahları götür çəpərləmə olan yerə gəl” sözlərini deməsini eşitməmiş, habelə Elməddin onunla birlikdə “Niva” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı maşına əyləşərək fermadan çıxdıqda həmin avtomobildə odlu silah olmasını görməmiş, bu barədə hər hansı bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 maşından odlu silahı çıxartdıb atəş açmaq istədikdə Təqsirləndirilən şəxs2 zorla silahı onun əlindən alıb atəş açmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (zərərçəkmiş şəxslərin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı çoxsaylı ekspertiza rəylərini və digər sənədləri də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliyini təsdiq edən sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 04 iyun 2020-ci il tarixli, 01 saylı rəyindən görünür ki, X17 ölümünə səbəb döş qəfəsinin və qarının boşluqlara keçən daxili üzvlərin və iri kalibrli damarların zədələnməsi nəticəsində əmələ gələn kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit müayinə olunmağa başlandığı vaxtdan 3-5 saat əvvəl baş vermişdir. X17 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər müəyyən olundu: a) Qarnın önünün qasıqüstü nahiyəsinin qarın boşluğuna keçməklə bağırsaqları və müsariqələrini, qarın aortasını, dalağı, qaraciyəri, diafraqmanı,sol ağciyəri, ürək kisəsi və ürəyi zədələyən kor odlu silah yaralanması. b) Gövdənin döş və qarın hissəsinin ön, sol və sağ tərəfləri, boynun ön-sol tərəfi, sol yuxarı ətrafın bazu və dirsək hissələrinin ön və bayır tərəfləri nahiyələrinin çoxsaylı kor odlu silah yaralanmaları, a) bəndində qeyd olunan xəsarətlər odlu silah yaralanmasının giriş dəliyidir, gilzi qırma ilə doldurulmuş odlu silahdan ola bilər ki, ov tüfəngindən açılan ən azı bir atəş nəticəsində onun ölümündən bir qədər əvvəl törədilmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir, b) bəndində qeyd olunan xəsarətlər gilzi qırma ilə doldurulmuş odlu silahdan, ola bilər ki ov tüfəngindən açılan ən azı iki atəş nəticəsində onun ölümündən bir qədər əvvəl törədilmişdir, həmin xəsarətlər yaralanmaların giriş dəliyidir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdir. Meyitdə aşkar olunmuş yaraların giriş dəliklərinə və daxili orqanların zədələnmələri ilə nəticələnməsinə əsasən demək olar ki, yara kanallarının istiqaməti aşağıdan yuxarıya, nisbətən öndən arxaya və soldan sağadır. Meyitin ədənində həmin vaxt qarşılıqlı mübarizə zamanı əmələ gələ biləcək hər hansı bir zədə aşkar edilmədi. Meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı zamanı alkaqol və ya hər hansı bir narkotik maddə aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04 iyun 2020-ci il tarixli 02 saylı rəyindən görünür ki, X21 ölümünə səbəb döş qəfəsinin və qarının boşluqlara keçən daxili üzvlərin və iri kalibrli damarların zədələnməsi nəticəsində əmələ gələn kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit müayinə olunmağa başlandığı vaxtdan 5-7 saat əvvəl baş vermişdir. X21 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər müəyyən olundu: a) Gövdənin arxasında onurğanın sol tərəfi nahiyəsinin qarın boşluğuna keçməklə bağırsaqları və müsariqələrini, sol böyrəyi, dalağı, diafraqmanı, sol ağciyəri, ürək kisəsi və ürəyi zədələyən kor odlu silah yaralanması. b) Döş qəfəsinin ön, gövdənin sol ön-yan tərəfinin qarın üstü, sol yuxarı ətrafın ön-yan tərəfinin dirsək, sol əl, sol aşağı ətrafın sağrı hissəsinin arxa-yan tərəfləri nahiyələrinin çoxsaylı kor odlu silah yaralanmaları. a) bəndində qeyd olunan xəsarətlər odlu silah yaralanmasının giriş dəliyidir, gilzi qırma ilə doldurulmuş odlu silahdan, ola bilər ki ov tüfəngindən açılan ən azı bir atəş nəticəsində onun ölümündən bir qədər əvvəl törədilmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir, b) bəndində qeyd olunan xəsarətlər gilzi qırma ilə doldurulmuş odlu silahdan, ola bilər ki ov tüfəngindən açılan ən azı iki atəş nəticəsində onun ölümündən bir qədər əvvəl törədilmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdir. X21 meyitində aşkar olunmuş a) bəndində qeyd olunan yaralara giriş dəliklərinə və daxili orqanların zədələnmələri ilə nəticələnməsinə əsasən demək olar ki, yara kanalının istiqaməti nisbətən soldan aşağıdan yuxarıya, arxadan önədir. b)bəndində qeyd olunan gövdənin önündəki deşilmiş yaraların kanalının istiqaməti isə öndən arxayadır. Onun bədənində həmin vaxt qarşılıqlı mübarizə zamanı əmələ gələ biləcək hər hansı bir zədə aşkar edilmədi. Meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı zamanı alkaqol və ya hər hansı bir narkotik maddə aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan kompleks məhkəmə-ballistik və trasoloji ekspertizasının 10 iyun 2020-ci il tarixli, 3/52 və 3/53 saylı rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş və şərti olaraq “1” rəqəmi ilə işarələnmiş silah, 2016 - cı il tarixdə, İjevsk mexaniki zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 76 mm olan, 12 mm kalibrli, “MP-155” modelli, ********** №-li, daxili çaxmaqlı, təklüləli, yarımavtomatik (özüdolduran) tüfəngdir-yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyini çəkməkdən ondan öz-özünə atəş açılmır, hissə və mexanizmlərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Həmin modeldən olan, ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 12 m kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mn diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000- 1500 metr məsafəyə uçma qabiliyyətinə və həmin məsafələrə uyğun olaraq hədəfdə (o cümlədən canlı hədəfdə) müvafiq zədə yetirmə qüvvəsinə malik olurlar. Tədqiqata təqdim edilmiş və şərti olaraq “2” rəqəmi ilə işarələnmiş silah İjevsk mexaniki zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 mm kalibrli, “İ4>kK” modelli, 1777 J1 №-li, xarici çaxmaqlı, təklüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır və atəş açmaq üçün yararlıdır, hissə və mexanizmlərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Həmin modeldən olan, ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 16 mm kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və həmin məsafələrə uyğun olaraq hədəfdə (o cümlədən canlı hədəfdə) müvafiq zədə yetirmə qüvvəsinə malik olurlar. Tədqiqata təqdim edilmiş və şərti olaraq “3” rəqəmi ilə işarələnmiş zavod üsulu ilə istehsal edilmiş, 16 mm kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “l/l>K-58” modelli, Y 0038№-li, daxili çaxmaqlı, hamar-qoşalüləli odlu ov tüfəngidir, saz vəziyyətdədir, tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır və hər iki lüləsindən atəş açmaq üçün yararlıdır, hissə və mexanizmlərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Həmin modeldən olan, ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış, 16 mm kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və həmin məsafələrə uyğun olaraq hədəfdə (o cümlədən canlı hədəfdə) müvafiq zədə yetirmə qüvvəsinə malik olurlar. Tədqiqata təqdim edilmiş 30 (otuz) ədəd patrondan 19 (on doqquz) ədədi şərti olaraq “A” və “E” hərfləri ilə işarələnmiş patronlar 12 mm kalibrli, 11 (on bir) ədədi isə şərti olaraq “B”, “C” və “D” hərfləri ilə işarələnmiş patronlar 16 mm kalibrli olmaqla, həmin kalibrlərə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardırlar. Həmin patronlar zavod üsulu ilə hazırlanmışlar, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 08 (səkkiz) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, 12 mm kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, patronun atəşlə ayrılmış hissələridir - gilizidirlər, təqdim edilmiş 12 mm kalibrli, “MP-155” modelli, ********** №-li ov tüfəngindən atılmışlar. Tədqiqata təqdim edilmiş 30 (otuz) ədəd metal predmet müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissələridirlər qırmalardırlar və döyüş sursatı hesab edilmirlər.Təyinatlarına uyğun olaraq, həmin qırmaların digər atəş komponentləri ilə birlikdə təqdim edilmiş 12 mm kalibrli gilizlərə doldurulması ilə hazırlanmış patrondan istifadə etməklə, təqdim edilmiş 12 mm kalibrli, “MP-155” modelli, ********** №-li ov tüfəngindən də atəş açılması mümkündür, lakin qırmaların üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atdıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, qırmaların hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarışdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə, eyniləşmə tədqiqatı üçün yararsız olduqları üçün, onların təqdim edilmiş 08 (səkkiz) ədəd 12 mm kalibrli gilizə atəş komponenti kimi doldurulubdoldurulmadıqlarını, o cümlədən həmin gilizlərdən və eləcə də təqdim edilmiş 12 mm kalibrli. MP-155” modelli, ********** №-li ov tüfəngindən atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir. Qırmaların bərk predmetə dəyməsi, lülə kanalı və qırmaların doldurulduğu patronun gilizinin daxili divarları ilə təmasda olması onların üzərində deformasiya izlərinə səbəb olmuşdur. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd plastmas predmet 12 mm kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir tıxacın (“konteyner” tipli) qırığıdır. Təyinatlarına uyğun olaraq, həmin tıxacın qırığı digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 12 kalibrli patrondan istifadə olunmaqla təqdim edilmiş 12 mm kalibrli, “MP-155” modelli, ********** №-li ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onun təqdim edilmiş 12 mm kalibrli, “MP-155” modelli, ********** №-li ov tüfəngindən, eləcə də başqa hər hansı konkret silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş cəmi 05 ədəd plastmas predmetin yuxarıda göstərilən ölçülərinə, hazırlanma üsulunun xüsusiyyətlərinə, xüsusi ədəbiyyatda göstərilən texniki məlumatlara və eləcə də mikroskopik tədqiqatın nəticələrinə əsasən belə rəyə gəlmək olur ki, həmin predmetlər 12 mm kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir - tıxacdırlar (“konteyner” tipli). Təyinatlarına uyğun olaraq, həmin tıxacların digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 12 mm kalibrli patrondan istifadə olunmaqla təqdim edilmiş 12 mm kalibrli, “MP-155” modelli, ********** №-li ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə onların təqdim edilmiş 12 mm kalibrli, “MP-155” modelli, ********** №-li ov tüfəngindən, eləcə də başqa hər hansı konkret silahdan atılıbatılmadıqlarını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Şəmsəddin Kərimova məxsus bir ədəd tünd göy rəngli sviter, bir ədəd ağ rəngli, qısaqol alt köynəyi, bir ədəd belində qəhvəyi rəngli kəməri olan cins şalvar, bir ədəd ağ rəngli alt şalvarı üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Sviterin, qısaqol alt köynəyinin ön, sol, aşağı, belində qəhvəyi rəngli kəməri olan cins şalvarın (həmçinin kəmərin üzərindəki), alt şalvarının ön, sol, yuxarı hissəsindəki zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə əsasən, həmin zədələr giriş zədələri olmaqla hamarlüləli (yivsiz) odlu silahdan açılan atəş nəticəsində, mərmilərin-qırmaların təsirindən, silahın lüləsinin ağızlıq hissəsi maneəyə dirənmiş vəziyyətdə, öndən-arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Sviterin, qısaqol köynəyin ön və arxa, onların sağ və sol qolluqlarının ön və arxa hissəsindəki çoxsaylı kiçik ölçülü zədələrin formasına, ölüçüsünə, morfoloji quruluşuna. Zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə və qurğuşun metal izinin aşkar edilməməsinə əsasən, həmin zədələr giriş zədələri olmaqla hamarlüləli (yivsiz) odlu silahdan açılan atəşlər nəticəsində 2 metrdən yuxarı məsafədən, öndən arxaya, arxadan önə doğru, müxtəlif istiqamətlərdə yetirilməyə xarakterikdir. Atəş açılan zaman silahın lüləsinin ağızlıq kəsiyi ilə maneənin qarşılıqlı vəziyyəti öndən arxaya və arxadan önə doğru olmuşdur. Həmin zədələr təqdim edilmiş 12 mm kalibrli silahdan açılmış atəş nəticəsində mərmilərin-qırmaların təsirindən də yarana bilər. Tədiqata təqdim edilmiş Şəmsəddin Kərimova məxsus bir ədəd qara rəngli gödəkçə, bir ədəd qara rəngli papaq, bir cüt boz rəngli dizlik, bir cüt qara rəngli ayaqqabı, bir cüt tünd göy rəngli corabın səthində odlu silahdan açılan atəş nəticəsində mərmilərinqırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Şəmsəddin Kərimova məxsus bir ədəd qara rəngli papaq, bir cüt qara rəngli ayaqqabının səthindən atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş Şəmsəddin Kərimova məxsus bir ədəd qara rəngli gödəkçə, bir cüt boz rəngli dizlik, bir cüt tünd göy rəngli corabın səthindən atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Elməddin Kərimova məxsus bir ədəd xaki rəngli sviter, bir ədəd ağ rəngli, uzunqol alt köynəyi, bir ədəd ağ rəngli, qolsuz mayka, bir ədəd qara rəngli idman şalvarı, bir ədəd ağ rəngli alt şalvarı üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Sviter, uzunqol alt köynəyi və maykanın arxa,sol, aşağı hissəsindəki zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə və qurğuşun metal izinin aşkar edilməməsinə əsasən, həmin zədələr giriş zədələri olmaqla hamarlüləli(yivsiz) odlu silahdan açılan atəş nəticəsində, mərmilərin-qırmaların təsirindən, silahın lüləsinin ağızlıq hissəsi maneəyə dirənmiş vəziyyətdə, arxadan önə doğru istiqamətdə yetirilməyə xarakterikdir. Sviterin, uzunqol alt köynəyinin, qolsuz maykanın ön və arxa, sviterin, uzunqol alt köynəyinin sol qolluqlarının ön və arxa, idman şalvarının və alt şalvarının ön hissəsindəki zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə və qurğuşun metal izinin aşkar edilməməsinə əsasən, həmin zədələr giriş zədələri olmaqla hamarlüləli(yivsiz) odlu silahdan açılan atəş(lər) nəticəsində 2 metrdən yuxarı məsafədən, arxadan önə, öndən arxaya doğru, müxtəlif istiqamətdə yetirilməyə xarakterikdir. Atəş açılan zaman silahın lüləsinin ağızlıq kəsiyi ilə maneənin qarşılıqlı vəziyyəti öndən arxaya və arxadan önə doğru olmuşdur. Həmin zədələr təqdim edilmiş 12 mm kalibrli silahdan açılmış atəş nəticəsində mərmilərin-qırmaların təsirindən də yarana bilər. Tədqiqata təqdim edilmiş Elməddin Kərimova məxsus bir cüt qara rəngli ayaqqabı, bir cüt boz rəngli corab və bir cüt qırmızı rəngli corabın səthində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Elməddin Kərimova məxsus bir cüt qara rəngli ayaqqabının səthindən atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş Elməddin Kərimova məxsus bir cüt boz rəngli corab və bir cüt qırmızı rəngli corabın səthindən atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilmədi. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan 25 iyun 2020-ci il tarixli 1731 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 «Opioidlərin» qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.5-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs2 psixi xəstə olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs2 2018-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə Lənkəran şəhər Narkoloji Xəstəxanasında qediyyatdadır. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan 13 avqust 2020-ci il tarixli 597 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Kərimov X4 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 25 avqust 2020-ci il tarixli, 1622 saylı rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlmişdir: Təqsirləndirilən şəxs1 təsvir olunan cinayəti törətməmişdən əvvəl, eləcə də cinayəti törətdikdən sonra hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 təsvir olunan cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək, onların faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs1 hazırda öz hərəkətlərini idarə etmək, onların faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs1 özünə qarşı hörmət tələb etmək, qıcığa qarşı həssaslıq, özünü psixoloji müdafiə etməyə meyillilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən əqli və psixi inkişafının xüsusiyyətlərinə öz hərəkətlərinin mahiyyətini dərk etmək, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 27 iyul 2020-ci il tarixli, 62 saylı rəyindən görünür ki, məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə. Stasionar məhkəmə psixiatrik ekspertizası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ekspertiza zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Hal-hazırkı ekspertizaya təqdim edilən tibbi sənədlərə görə yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən və ona ittiham olunan cinayət əməlini törətməzdən bir müddət əvvəl təxminən 2016-cı ilin axırlarında «Paranoid şizofreniya» xəstəliyinə tutulmuş, 2017-ci ilin ortalarına qədər psixiatrik xəstəxanaya müraciət etmiş, müayinədən keçmiş və müvafiq müalicə almışdır. Sənədlərdə həmin xəstəliyin fasiləsiz gedişli olduğu və psixi qüsur halı verdiyi qeyd edilmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2da müəyyən edilən «Paranoid şizofreniya» kimi psixi xəstəliyin gedişində davamlı remissiya vəziyyəti yaranmışdır. Odur ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməlini törədən zaman həmin patologiya onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. «Təqsirləndirilən şəxs2 hazırda anlaqlıdırmı və öz hərəkətlərini idarə etmək, onların faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadırmı?» sualı iki hissədən ibarətdir: a) Təqsirləndirilən şəxs2 hazırda anlaqlı olub- olmaması; b) Təqsirləndirilən şəxs2 hazırda öz hərəkətlərini idarə etmək, onların faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olub-olmaması. Sualın birinci hissəsini cavablandırmaq mümkün deyildir (Təqsirləndirilən şəxs2 hazırda anlaqlı olub-olmaması məsələsini həll etmək olmaz). Çünki «anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Hər hansı cinayət əməlini törətməkdə şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan suala cavab vermək mümkün deyildir. Sualın ikinci hissəsinə cavab olaraq bildirilir ki, hazırda Təqsirləndirilən şəxs2 psixi vəziyyəti qənaətbəxş səviyyədə olduğuna görə həmin şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə edə bilmək iqtidarındadır. Hal-hazırkı psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs2un əqli-intellektual imkanları normaya uyğundur. Ünsiyyətcillik, hövsələsizlik, hirslilik, tez özündən çıxmaq, konfliktə meyllilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli inkişafında gerilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişaf xüsusiyyətlərində normadan kənar hallar müəyyən edilmədiyindən, o qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. 7-ci və 8-ci suallar üzrə. Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törədərkən, şüuruna və dərketməsinə təsir edə biləcək psixi-emosional vəziyyətdə olmamış, emosional sferasında situasiya (əmisi və əmisi oğlunun onu təhqir etməsi, tüfənglə vurmaq istəməsi və s) ilə əlaqədar hirslilik, qəzəblilik yaranmışdır. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının 24 aprel 2020-ci il tarixli, 281/2020-MTBŞ saylı rəyindən görünür ki, X5 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-A/İİ/- X1 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-A/İİ/- Ekspertizaya təqdim olunmuş torpaq kütləsi, X2 məxsus idman şalvarı, pulover,alt mayka, alt şalvar və alt köynək üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə göstəricisi ABO sistemi üzrə təyin olunduqda yalnız «A» antigeni alındı. Bu qan ləkələri Abeta (İİ) qruplu şəxsə, o cümlədən X2 məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş X6 məxsus kepka, cins şalvar,sviter, qısaqol mayka,alt şalvar və gödəkcə üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda yalnız «A» antigeni alındı. Bu qan ləkələri Abeta(İİ) qruplu şəxsə, o cümlədən X6 məxsus ola bilər. Təqdim olunan Ş.F.Kərimova məxsus 01 cüt ayaqqabı və E.Ş.Kərimova məxsus 01 cüt ayaqqabı üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-trassoloji ekspertizasının 01 may 2020-ci il tarixli, 3/54 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bütün geyim əşyalarının üzərində hər hansı bir trasaloji zədə aşkar edilmədi. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan 27 fevral 2020-ci il tarixli hadisə yerinə “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Yardımlı- Arus-Astanlı yolunun Eçara kəndindən keçən hissəsində yol kənarıdır. Yol asfalt örtüklü olmaqla eni 6 metrdir. Yolun Astanlı kəndindən Yardımlı rayonu istiqamətində sağ hissədə Vaz 2121 markalı ** OC *** dövlət qeydiiyyat nişanlı göy rəngli avtomobil dayanmış vəziyyətdədir. Həmin avtomobilin sağ qapısı açıq, sağ ön oturacağın arxa hissəsi irəli doğru əyilmiş vəziyyətdədir. Avtomobilin (bardaçokunda) 05 ədəd Zuber markalı 16 kalibrli və 02 ədəd Record markalı 16 kalibrli patronlar vardır. 90 sm şimal-şərq hissədə üzü üstdə uzanmış vəziyyətədə kişi cinsli meyit vardır. Həmin meyitin bel hissəsində odlu silahdan atılmış atəş nəticəsində yaranmağa xarakterik olan xəsarət vardır. Həmin meyitdən 1,10 metr şimal-şərq hissədə 01 ədəd qoşalüləli ov tüfəngi vardır. Həmin ov tüfənginin uzunluğu 1,20 metrdir. Tüfəngin yuvasına baxdıqda 02 ədəd 16 kalibrli istifadə olunmamış patron vardır. Meyitin ağız nahiyyəsinin yaxınlığında və sol əlinin üzərində qanabənzər ləkələr vardır. Həmin meyitdən 1,45 metr şərq hissədə 01 ədəd istifadə edilmiş 12 kalibrli giliz vardır. Həmin avtomobildən 3,50 metr şərq hissədə asfalt yolun kənarında Qaz-53 markalı **-BH-*** dövlət qeydiiyyat nişanlı yük avtomobili dayanmış vəziyyətdədir. Yük avtomobilinin ağızlığı açıq olan yük yerində çoxlu sayda tikanlı məftillər və dəmir dirəkləri vardır. Yük avtomobilinin arxa hissəsindən 1,30 metr şərq hissədə yolun asfalt örtüyünün üstündə 1-ci, 4,40 metr şərq hissədə 2-ci, 5,50 metr şərq hissədə 3-cü, 5,90 metr məsafədə 4-cü, 6, 30 metr məsafədə isə 5-ci giliz vardır. Yük avtomobilinin arxa hissəsindən şərqdə Astanlı kəndi istiqamətdə ümumilikdə 5 ədəd istifadə olunmuş 12 kalibrli giliz vardır. Yük avtomobilindən cənub-şərq istiqamətdə yolun sol hissəsində asfalt yolun kənarında 01 ədəd 12 kalibrli istifadə olunmuş giliz, həmin gilizdən 1,70 metr cənubqərb istiqamətdə 01 ədəd istifadə olunmamış patron vardır. Yük avtomobilinin arxa hissəsindən 08 metr şimal-şərq hissədə təpəcikdə arxası üstdə uzanmış vəziyyətdə kişi cinsli meyit vardır. Həmin meyitin sinə nahiyyəsində və qarın nahiyyəsinin ətrafında odlu silahdan atılmış atəş nəticəsində yaranmağa xarakterik olan xəsarətlər vardır. Həmin meyitdən 2,60 metr şərqdə 01 ədəd 12 kalibrli istifadə olunmuş giliz vardır. Meyitdən 3,50 metr şimal hissədə dayanmış vəziyyətdə Vaz 2121 markalı ** CG *** dövlət qeydiyyat nişanlı göy rəngli avtomobil vardır. Meyitdən 2,10 metr şimal-şərq hissədə 01 ədəd dəmir çəkic vardır. Baxış zamanı hadisə yerindən iş üzrə əhəmiyyət kəsb edən 08 ədəd istifadə olunmuş «Zuber» markalı gilizlər və 01 ədəd istifadə olunmamış «Zuber» markalı patron, 04 ədəd tıxac, 01 ədəd qoşalüləli, 16 kalibrli, üzərində “U0038 və İJ 68” yazıları və rəqəmləri olan ov tüfəngi, 02 ədəd həmin ov tüfənginin yuvasından götürülmüş istifadə edilməmiş 16 kalibrli patronlar və Vaz 2121 markalı ** OC *** dövlət qeydiiyyat nişanlı göy rəngli avtomobildən 05 ədəd Zuber markalı 16 kalibrli və 02 ədəd «Record» markalı 16 kalibrli patronlar, həmin avtomobildən 90 sm şimal-şərq hissədə üzü üstdə uzanmış vəziyyətdə olan meyitin kənarında torpaq örtüklə birlikə götürülmüş qanabənzər ləkələr, 01 ədəd dəmir çəkic qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan 28 fevral 2020-ci il tarixli “götürmə aparılması haqqında” protokollardan görünür ki, Şahid4 hadisə vaxtı əynində olmuş ona məxsus 01 ədəd ağımtıl-qaramtıl rəngli jaket, 01 ədəd “Dsquared” yazısı olan göyümtül rəngli cins şalvar, Şahid2 hadisə vaxtı əynində olmuş ona məxsus 01 ədəd sarımtıl-qəhvəyimtil-qaramtıl rəngli qollu köynək, 01 ədəd ağımtıl-bozumtul rəngli şalvar, Şahid3 Balazayir oğlunun hadisə vaxtı əynində olmuş ona məxsus 01 ədəd ağımtılbozumtul rəngli qollu köynək, döş hissəsində “fashion” yazısı olan bozumtul rəngli kurtka, 01 ədəd qaramtıl-bozumtul rəngləri olan “Adidas” markalı papaq, 01 ədəd “classic wear” yazısı olan bozumtul rəngli şalvar, Şahid1 hadisə vaxtı əynində olmuş ona məxsus 01 ədəd boz rəngli “Suitmen” yazısı olan şalvar, 01 ədəd ağ, qara və boz rəngləri yazısı olan papaq “Ouyasite” yazısı olan kurtka Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olmuş ona məxsus 01 ədəd bozumtul-qaramtıl-yaşılımtıl rəngli əsgər şalvarı, 01 ədəd açıq və tünd bozumtul rəngli qollu jaket qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan 15 aprel 2020-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, Şahid1 hadisənin necə baş verdiyini ardıcıllıqla əyani şəkildə təsvir etməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan 15 aprel 2020-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və videoçəilişdən görünür ki, Şahid2 hadisənin necə baş verdiyini ardıcıllıqla əyani şəkildə təsvir etməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan 15 aprel 2020-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və videçəkilişdən görünür ki, Şahid3 hadisənin necə baş verdiyini ardıcıllıqla əyani şəkildə təsvir etməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan 18 aprel 2020-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və videçəkilişdən görünür ki, Şahid4 hadisənin necə baş verdiyini ardıcıllıqla əyani şəkildə təsvir etməklə Təqsirləndirilən şəxs1 hadisə törədilən odlu silahı “Prado” markalı maşının sol arxa qapısını açaraq oturacağından götürərək Şəmsəddinin və Elməddinin dayandıqları dik olan yerə doğru bir neçə addım atmasını və bu zaman Təqsirləndirilən şəxs2 silahı Təqsirləndirilən şəxs1 əlindən alıb atəş açmasını gördüyünü, lakin Təqsirləndirilən şəxs1 oğlunun bu qanunsuz hərəkətinə etiraz etməməsini və Kənanın əlində silahla Elməddin istiqamətinə irəliləyərkən qarşısını almağa cəhd etməməsini bir daha ifadəsində təsdiq etmişdir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan 23 may 2020-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 hadisənin baş verdiyi mexanizmini ardıcıllıqla əyani şəkildə təsvir edərək göstərməklə ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan 12 avqust 2020-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 hadisəni əyani şəkildə təsvir etməklə ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan Yardımlı Mərkəzi Rayon Xəstəxanasının 02 mart 2020-ci il tarixli 3-84 və 3-85-1 saylı arayışlarından görünür ki, 27 fevral 2020-ci il tarixdə saat 12:40-da polis tərəfindən Yardımlı MRX-nın təcili tibbi yardım şöbəsinə çağırış verilmiş, TTY işçiləri hadisə yerinə getmiş, Yardımlı-Arus-Astanlı yolunun Eçhara kəndindən keçən ərazidə X7 və X5 meyitləri aşkar olunmuşdur. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan Yardımlı RPŞ-nın 09 mart 2020-ci il tarixli 194-1360-1220 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 adına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən 26 iyul 2017-ci tarixdə 905 saylı şəhadətnamə ilə verilmiş 12 kalibrli «MR-155» markalı, ********** nömrəli yivsiz ov silahı Yardımlı rayon polis şöbəsində qeydiyyatda vardır. X7, X11, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 adlarına polis şöbəsində ov silahları yoxdur. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan Masallı RPŞ-nın 02 aprel 2020-ci il tarixli 155-10475-1220 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yaşayan, qeydiyyatda olan X5 Masallı RPŞ-nin «Odlu silahın uçotu və qeydiyyatı» kitabında qeydiyyatda olan 12 çaplı, ij-43 markalı, ******* saylı və Masallı şəhəri, 1-ci Dadva küçəsində qeydiyyatda olan X8 adına qeydiyyatda olan 12 çaplı, MR-155 markalı, ********** nöirəli ov silahı qeydiyyatda vardır. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin 26 avqust 2017-ci il tarixli 013- 1344, 013-k-24 saylı məktubundan görünür ki, Yardımlı rayonu Eçara kəndində yaşayan Təqsirləndirilən şəxs1 12 kalibrli «MR-155» markalı, ********** nömrəli yivsiz ov silahının saxlanmasına və təyinatı üzrə istifadə edilməsinə şəhadətnamə verilmişdir. İş materiallarında olan Lənkəran şəhər Psixiatriya Xəstəxanasının 04 may 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 16 dekabr 2016-cı il tarixdən “Şizofreniya paranoid forma, psixi qüsur halı” diaqnozu ilə xəstəxanada qeydiyyatdadır. İş materiallarında olan Lənkəran şəhər Narkoloji Xəstəxanasının 04 iyun 2020-ci il tarixli arayışından görünür ki, Nuroğlu X9 xəstəxanada 2018-ci il tarixdən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan Lənkəran şəhər Narkoloji Xəstəxanasının 08 iyun 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxanada stasionar müalicə almamışdır. İş materiallarında olan Masallı rayon X10 Hüquqi şəxsin 29 iyun 2020-ci il tarixli 575 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 poliklinikanın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda durmur. İş materiallarında olan 11 may 2020-ci il tarixli qərarla Şahid4 hadisə vaxtı əynində olmuş ona məxsus 01 ədəd ağımtıl-qaramtıl rəngli jaket, 01 ədəd “Dsquared” yazısı olan göyümtül rəngli cins şalvar, Şahid2 hadisə vaxtı əynində olmuş ona məxsus 01 ədəd sarımtıl-qəhvəyimtil-qaramtıl rəngli qollu köynək, 01 ədəd ağımtıl-bozumtul rəngli şalvar, Şahid3 Balazayir oğlunun hadisə vaxtı əynində olmuş ona məxsus 01 ədəd ağımtılbozumtul rəngli qollu köynək, döş hissəsində “fashion” yazısı olan bozumtul rəngli kurtka, 01 ədəd qaramtıl-bozumtul rəngləri olan “Adidas” markalı papaq, 01 ədəd “classic wear” yazısı olan bozumtul rəngli şalvar, Şahid1 hadisə vaxtı əynində olmuş ona məxsus 01 ədəd boz rəngli “Suitmen” yazısı olan şalvar, 01 ədəd ağ, qara və boz rəngli yazısı olan papaq “Ouyasite” yazısı olan kurtka, Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olmuş ona məxsus 01 ədəd bozumtul-qaramtıl-yaşılımtıl rəngli əsgər şalvarı, 01 ədəd açıq və tünd bozumtul rəngli qollu jaket maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 10 iyun 2020-ci il tarixli qərarla 08 ədəd istifadə olunmuş Zuber markalı gilizlər, 04 ədəd tıxac, torpaq örtüklə birlikə götürülmüş qanabənzər ləkələr; təklüləli, meyitlərin müayinəsi zamanı Şəmsəddin Kərimovun meyitindən götürülmüş 27 ədəd qırma və 01 ədəd tıxac, 01 ədəd Elməddin Kərimovun meyitindən götürülmüş 03 ədəd qırma və 01 ədəd tıxac, X1 hadisə zamanı əynində olmuş geyim paltarı- 01 ədəd yaşılımtıl rəngli köynək, 01 ədəd tünd göyümtül rəngli şalvar, 01 cüt alt istilik paltarı, 01 cüt ayaqqabı, X5 hadisə zamanı əynində olmuş geyim paltarı- 01 ədəd göy rəngli şalvar, 01 ədəd göyümtül rəngli kurtkası, 01 ədəd papağı, 01 ədəd tünd göyümtül rəngli jaketi, 01 cüt alt istilik paltarı, 01 cüt ayaqqabı, 01 ədəd qoşalüləli, 16 kalibrli, üzərində “U0038 və İJ 68” yazıları və rəqəmləri olan ov tüfəngi, təklüləli, 12 kalibrli, ********** nömrəli, 1+5 növlü, “Raikal” markalı ov tüfəngi, “1777L” yazısı və rəqəmləri olan 16 kalibrli təklüləli ov tüfəngi, 16 ədəd 12 kalibrli və 09 ədəd 16 kalibrli patronlar maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 28 sentyabr 2020-ci il tarixli qərarla mərhum X1 istifadəsində olmuş “Nokia” markalı mobil telefon, mərhum X5 istifadəsində olmuş “Samsung” markalı və “Micromax” markalı mobil telefonlar, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanmasının görüntülərinin özündə əks etdirən 1(bir) ədəd CD, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması və istintaq eksperimenti zamanı həmin görüntüləri özündə əks etdirən 1(bir) ədəd CD, Şahid1 ifadəsinin yerində yoxlanmasının görüntülərini özündə əks etdirən 1(bir) ədəd CD, Şahid2 ifadəsinin yerində yoxlanmasının görüntülərini özündə əks etdirən 1(bir) ədəd CD, Şahid3 ifadəsinin yerində yoxlanmasının görüntülərini özündə əks etdirən 1(bir) ədəd CD, Şahid4 ifadəsinin yerində yoxlanmasının və istintaq eksperimentinin görüntülərini özündə əks etdirən 2(iki) ədəd CD, "xxxx" MMC, Bakcell MMC və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş mobil nömrələrin anten dairələrinə dair 3(üç) ədəd CD disk maddi sübut kimi tanınmışdır. 28 fevral 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 120.2.7-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs2 istintaqdan qaçıb gizləndiyi üçün ona həmin maddə ilə ittiham elan etmək mümkün olmamış və barəsində tutma və axtarış elan edilmişdir. 18 may 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 307.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 19 may 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuş, Yardımlı Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 22 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 könüllü olaraq Yardımlı RPŞ-yə gələrək həmin tarixdə tutulmuş, Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək 23 may 2020-ci il tarixdə Yardımlı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi, gəlini və nəvələrindən ibarətdir. İş materiallarında olan yaşayış yerindən verilmiş xasiyyətnamədə, Təqsirləndirilən şəxs1 haqqında heç bir yazılı və şifahi şikayət olmadığından müsbət xarakterizə olunur. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi arvadı Xəyalədən, 10 may 2011-ci il təvəllüdlü Şəfa adında qız, 16 avqust 2021-ci il təvəllüdlü Vəfa adında qız, 09 dekabr 2014-cü il təvəllüdlü Mehti adında oğul və 17 dekabr 2015-ci il təvəllüdlü Əmrəl adında azyaşlı oğul övladlarından ibarətdir. İş materiallarında olan yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 haqqında şikayət və təqsirləndirici material olmadığından müsbət xarakterizə olunur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs1 hadisə yerində mərhum qardaşı Şəmsəddinin oğlu Elməddinə “vur bunları” əmrini verdikdə Elməddinin dayandığı təpəlikdən öz maşınına doğru qaçaraq maşından silahı götürüb ona tərəf istiqamətləndirməsi, bundan sonra oğlu Kənanın onu müdafiə etmək məqsədi ilə Elməddinə atəş açması, “Prado” markalı maşınında silahın olmadığı, Şahid4 onun həmin maşının arxa sol oturacağından silah çıxartmasını görməsinin mümkün olmadığı, Kənanın hadisədən sonra onun maşını ilə deyil, piyada təkbaşına əlində silahla Eçara kəndində yerləşən fermaya getməsinə dair ifadələrində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmağa cəhd etmə və özünü müdafiə məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib olunan xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Bundan başqa, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində əmisi Şəmsəddinin oğlu Elməddinə “vur bunları” əmrini verdikdə Elməddinin silahı maşınınıdan götürüb atası Nurəddinə doğru atəş açmağa cəhd etməsi, bu səbəbdən də Elməddinə doğru atəş açması, bu zaman Şəmsəddinin dayandığı təpəlikdən oğlu Elməddinin yanında olan silaha doğru irəliləyərək silahı götürməyə cəhd etməsini gördükdə ona doğru atəşlər açması, bundan sonra piyada silahla Eçara kəndində yerləşən fermaya getməsi, Elməddini və Şəmsəddini öldürmək niyyətinin olmamasına dair göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu halları işin obyektiv hallarına uyğun olmayan, məsuliyyətini yüngülləşdirmək və ya özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdikləri dəlillər aşağıdakı sübutlarla təkzib olunur: Belə ki, hadisənin bilavasitə şahidləri olmuş- Şahid1, Şahid2 və Şahid3 istər ibtidai istintaqda, istərsə də məhkəmə istintaqında vermiş olduqları ifadələrində göstərmişlər ki, Nurəddin qardaşı oğlu Elməddininin idarə etdiyi “Niva” markalı maşınla onlara yaxınlaşdığını gördükdə o, “Prado” markalı maşınının yük yerindən cinayət hadisəsi törədilmiş silahı qabından çıxararaq atəşə hazır vəziyyətə gətirmiş, bu zaman yanında dayanan oğlu Kənan “qoy gəlsin görək neyniyəcək, silahı qoy oturacağın üstünə” demiş, Nurəddin əlindəki silahı “Prado” markalı maşının arxa sol oturacağına qoyub qapını bağlamış və onlara oradan uzaqlaşmalarını demiş və onla həmin yerdən bir qədər uzaqlaşsalar da, Elməddinin hadisə yerinə çatdığını, Səxavətlə birlikdə maşından düşdüklərini və həmin vaxt Elməddinin əlində hər hansı bir silahın olmadığını görmüşlər. Elməddin dikdə dayanan atası Şəmsəddinə yaxınlaşıb söyüş söyməməyi demiş, lakin mübahisələri davam etmişdir. Onlar həmin yerdən təxminən 100 metr uzaqlaşıb dayanmışlar. Birinci atəşi Kənan açdıqdan sonra Elməddin öz maşınına doğru qaçmağa başlamış, Kənan ikinci atəşi açaraq Elməddini vurmuş, sonra Şəmsəddinə doğru bir neçə atəşlər açmışdır. Patronları qurtardıqdan sonra Kənan silaha yenidən patronlar yerləşdirmiş və yaxın məsafədən Elməddin Kərimova bir atəş, Şəmsəddin Kərimova yaxın məsafədən bir atəş açmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 atası Nurəddinin idarə etdiyi “Prado” markalı maşının ön oturcağına əyləşib hadisə yerindən birlikdə uzaqlaşmışlar. Nurəddinin ilk olaraq “Prado” markalı maşının yük yerindən silahın çıxarılaraq sol arxa oturacağa qoyulmasını görsələr də, Kənanın Nurəddinin əlindən silahı götürməsini görməmişlər. Bundan başqa, Şahid4 ifadələrində göstərmişdir ki, Şəmsəddinin yanında dayandığı dikdən aşağıda asfalt yolunun kənarında “Prado” markalı maşının arxa yük yerinə söykənmiş vəziyyətdə Təqsirləndirilən şəxs2, ondan 1-2 metr aralıda otluq yerdə Nurəddinin dayandığı yer açıq şəkildə görünmüşdür. Buna görə də aydın şəkildə Nurəddinin silahı maşından çıxarıb onlara doğru hərəkət etməsini, bu zaman Kənanın silahı Nurəddinin əlindən aldığını və birinci olaraq onlara tərəf atəş açdığını görmüşdür. Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri hadisə yerində yoxlanılarkən ifadələrində göstərilənlərini təsdiq edərək ardıcıllıqla əyani olaraq hadisə yerində təsvir etmişlər. Bütün bunlar onu göstərir ki, Təqsirləndirilən şəxs1 Elməddinin hadisə yerinə yaxınlaşdığını gördükdə ilk olaraq silahı “Prado” markalı maşının arxa sol oturacağından götürüb qabından çıxararaq atəşə hazır vəziyyətə gətirməkdə məqsədi zərərçəkmiş şəxsləri öldürmək olmuş, lakin Təqsirləndirilən şəxs2 “qoy gəlsin görək neyniyəcək, silahı qoy oturacağın üstünə” deməsindən sonra o, silahı maşının arxa oturacağına qoymuşdur. Elməddinin hadisə yerinə gəlməsindən sonra Şəmsəddin Kərimovun onlara qarşı hədə və təhqirlərinin şiddətlənməsi, artmasını görən Təqsirləndirilən şəxs1 bunlara dözməyib “Prado” markalı maşının arxa sol oturacağında olan atəşə hazır vəziyyətdə qoyduğu silahı götürərkən qardaşı Şəmsəddin və Elməddini öldürməyə yönəlmiş niyyətini həyata keçirmək üçün onlara doğru hərəkət etdikdə oğlu Təqsirləndirilən şəxs2 onun əlindən silahı alıb açdığı çoxsaylı atəşlər nəticəsində Şəmsəddin və Elməddin Kərimovları qəsdən öldürməklə atası Təqsirləndirilən şəxs1 da cinayətkar niyyətini reallaşdırmışdır. Hadisə baş verdiyi zaman ikinci və üçüncü atəşləri Elməddin Kərimova doğru, silahda olan digər üç patronu isə Şəmsəddin Kərimova doğru atdıqdan sonra patronların qurtardığını görən Təqsirləndirilən şəxs2 silaha yenidən patronları yerləşdirmiş və yerdə köməksiz vəziyyətdə olan Elməddinin və Şəmsəddinin ölməsini daha da dəqiqləşdirmək və əmin olmaq üçün yaxın məsafədən onların hər birinə bir atəş açmış, Təqsirləndirilən şəxs1 isə oğlu Kənanın bu cinayətkar hərəkətlərinin qarşısını almağa etiraz xarakterli hər hansı bir hərəkət etməmiş, əksinə öz maşınının arxa tərəfində otluq sahədə dayanıb oğlu Kənanın bu qanunsuz hərəkətlərini, yəni zərərçəkmiş şəxsləri həyatdan məhrum edilməsi prosesini sakitcə müşayət etmiş, Elməddinin və Şəmsəddinin ölmələrini tam əmin olduqdan sonra oğlu Kənanı maşınına otuzdurub hadisə yerindən naməlum istiqamətə uzaqlaşmışlar. Qeyd olunanlar bir daha onu göstərir ki, Təqsirləndirilən şəxs1 oğlu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında zərərçəkmiş şəxslərin qəsdən həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak etmiş, zərərçəkmiş şəxslərin həyatdan məhrum edilməsinə kömək etdiyini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermişdir. Məhkəmə belə nəticəyə gəlir ki, artıq bu hallar təqsirləndirilən şəxslərin ifadələrinin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onların verdikləri ifadələri yalan olmaqla məhz real faktrarın ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri” üzrə məhkəmə təcrübəsi haqqında” 2002-ci il 12 dekabr tarixli 3 №-li qərarının 5-ci bəndində göstərilir ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçıların hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə köməklik etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də, ona yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Həmin Plenumun 21-ci bəndində göstərilir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs1 da bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla Elməddin Kərimov və Şəmsəddin Kərimovu qəsdən həyatdan məhrum etmə cinayətin icraçısı sayılır. Odur ki, məhkəmə onların bu ifadələrini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliyini təsdiq edən sübut növü kimi qiymətləndirir. Bundan başqa, Müdafiəçi4 məhkəmə çıxışında hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 əməlində qəsdən adam öldürmə cinayətinin tərkib əlamətlərinin olmadığını, onun zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə cinayətini törətdiyini, buna görə də əməlinin CM-nin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələrindən həmin Məcəllənin 123.1-ci maddəsinə tövsif olunmasını və həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını xahiş etmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində zəruri müdafiə həddini aşmaqla adam öldürmə cinayətin əlamətləri mövcud deyil. Belə ki, zəruri müdafiədə qəsd mövcud və real olmalı, başqa sözlə qəsd başlamış, davam edən və hələ başa çatmayan olmalıdır. Məhkəmədə tədqiq olunmuş sübutlara müəyyən olunur ki, Elməddin və Şəmsəddin Kərimovlar tərəfindən təqsirləndirilən şəxslərə qarşı hər hansı bir real, həqiqi qəsd olmadan, habelə zəruri müdafiə vəziyyəti yaranmadan Təqsirləndirilən şəxs1 qəsdən aldam öldürmək niyyəti ilə atəşə hazır vəziyyətdə olan silahını maşından götürüb onlara tərəf hərəkət etdikdən sonra Təqsirləndirilən şəxs2 silahı atasının əlindən alaraq dərhal birinci atəşi Elməddinə açmış, sonuncu qaçıb maşınından silahı götürsə də, həmin salahdan atəş açmamışdır. Hətta patronları qurtardıqdan sonra Təqsirləndirilən şəxs2 silaha yenidən patron yerləşdirərək Elməddin Kərimova yaxın məsafədən bir atəş, Şəmsəddin Kərimova yaxın məsafədən bir atəş açmaraq onların öldürmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli istintaq və məhkəmə baxışı zamanı təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Kərimov X12 Xalq Məhkəməsinin 12 iyun 1980-ci il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 220, 207-ci maddəsinin 2-ci hissəsi və 207-ci maddəsinin 3-cü hissəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 iyul 1983-cü ildə cəzanın sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Nuroğlu X13 rayon məhkəməsinin 30 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 307.1ci maddəsinə əsasən 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 29 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 cəriməni tam olaraq ödədiyindən qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmiş, onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-in 61.1.2 və 61.1.10-cu maddələrinə əsasən bir ailədən iki şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə baş vermiş cinayət hadisəsinin ağır nəticələrə səbəb olması və cinayətin odlu silahdan istifadə etməklə törədilməsi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallardır. Məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 4(dörd) az yaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.2 və 61.1.10-cu maddələrinə əsasən bir ailədən iki şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə baş vermiş cinayət hadisəsinin ağır nəticələrə səbəb olması və cinayəti odlu silahdan törədilməsi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələrində nəzərlə tutulan törətdikləri cinayət əməli xüsusilə ağır cinayətlər katerqoriyasına aiddir, həmin maddələrin sanksiyasında on dörd ildən iyirmi ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, insanların həyat və sağlamlığı təhlükə altına alınır, onlara qəsd olunur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və yüksək ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs1 isə həmin Məcəllənin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkamə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin ediləcək ömürlük azadlıqdan məhrum etmə cəzasını həbsxanada çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli onun faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan- tutulduğu andan, yəni 22 may 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 2018-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə Lənkəran şəhər Narkoloji Xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli onun faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan- tutulduğu andan, yəni 18 may 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olub Yardımlı rayon prokurorluğunda saxlanılan: - Şahid4 hadisə vaxtı əynində olmuş ona məxsus 01 ədəd ağımtıl-qaramtıl rəngli jaket, 01 ədəd “Dsquared” yazısı olan göyümtül rəngli cins şalvar, Şahid2 hadisə vaxtı əynində olan 01 ədəd sarımtıl-qəhvəyimtil-qaramtıl rəngli qollu köynək, 01 ədəd ağımtılbozumtul rəngli şalvar, Şahid3 hadisə vaxtı əynində olan 01 ədəd ağımtıl-bozumtul rəngli qollu köynək, döş hissəsində “fashion” yazısı olan bozumtul rəngli kurtka, 01 ədəd qaramtıl-bozumtul rəngləri olan “Adidas” markalı papaq, 01 ədəd “classic wear” yazısı olan bozumtul rəngli şalvar, Şahid1 hadisə vaxtı əynində olan 01 ədəd boz rəngli “Suitmen” yazısı olan şalvar, 01 ədəd ağ, qara və boz rəngli yazısı olan papaq “Ouyasite” yazısı olan kurtka, Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olan 01 ədəd bozumtul-qaramtılyaşılımtıl rəngli əsgər şalvarı, 01 ədəd açıq və tünd bozumtul rəngli qollu jaket hökm qanuni qüvvəyə mindikdən sonra onlara qaytarılmalıdır. -08 ədəd istifadə olunmuş Zuber markalı gilizlər, 04 ədəd tıxac, torpaq örtüklə birlikə götürülmüş qanabənzər ləkələr, meyitlərin müayinəsi zamanı Şəmsəddin Kərimovun meyitindən götürülmüş 27 ədəd qırma və 01 ədəd tıxac, 01 ədəd Elməddin Kərimovun meyitindən götürülmüş 03 ədəd qırma və 01 ədəd tıxac, Elməddin Kərimovun hadisə zamanı əynində olan- 01 ədəd yaşılımtıl rəngli köynək, 01 ədəd tünd göyümtül rəngli şalvar, 01 cüt alt istilik paltarı, 01 cüt ayaqqabı, Şəmsəddin Kərimovun hadisə zamanı əynində olan - 01 ədəd göy rəngli şalvar, 01 ədəd göyümtül rəngli kurtka, 01 ədəd papaq, 01 ədəd tünd göyümtül rəngli jaket, 01 cüt alt istilik paltarı və 01 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. -X21 istifadəsində olmuş “Nokia” markalı mobil telefon, X17 istifadəsində olmuş “Samsung” markalı və “Micromax” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılmalıdır. -Yardımlı Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd qoşalüləli, 16 kalibrli, üzərində “U0038 və İJ 68” yazıları və rəqəmləri olan ov tüfəngi, təklüləli, 12 kalibrli, ********** nömrəli, 1+5 növlü, “Raikal” markalı ov tüfəngi, “1777L” yazısı və rəqəmləri olan 16 kalibrli təklüləli ov tüfəngi, 16 ədəd 12 kalibrli və 09 ədəd 16 kalibrli patronların Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanmasının görüntülərini özündə əks etdirən 1 (bir) ədəd CD, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması və istintaq eksperimenti zamanı həmin görüntüləri özündə əks etdirən 1 (bir) ədəd CD, Şahid1 ifadəsinin yerində yoxlanmasının görüntülərini əks etdirən 1 (bir) ədəd CD, Şahid2 ifadəsinin yerində yoxlanmasının görüntülərini özündə əks etdirən 1 (bir) ədəd CD, Şahid3 ifadəsinin yerində yoxlanmasının görüntülərini özündə əks etdirən 1 (bir) ədəd CD, Şahid4 ifadəsinin yerində yoxlanmasının və istintaq eksperimentinin görüntülərini özündə əks etdirən 2 (iki) ədəd CD, "xxxx" MMC, Bakcell MMC və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş mobil nömrələrin anten dairələrinə dair 3 (üç) ədəd CD disklər cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri - 184 (yüz səksən dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada, yəni hər birindən 92 (doxsan iki) manat tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş ömürlük azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ömürlük azadlıqdan məhrum edilmiş şəxslər üçün müəyyən edilmiş həbsxanada çəksin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 2018-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə Lənkəran şəhər Narkoloji Xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Maddi sübutlar: -Yardımlı rayon prokurorluğunda saxlanılan - Şahid4 hadisə vaxtı əynində olmuş ona məxsus 01 ədəd ağımtıl-qaramtıl rəngli jaket, 01 ədəd “Dsquared” yazısı olan göyümtül rəngli cins şalvar, Şahid2 hadisə vaxtı əynində olan 01 ədəd sarımtıl - qəhvəyimtil qaramtıl rəngli qollu köynək, 01 ədəd ağımtıl-bozumtul rəngli şalvar, Şahid3 hadisə vaxtı əynində olan 01 ədəd ağımtıl-bozumtul rəngli qollu köynək, döş hissəsində “fashion” yazısı olan bozumtul rəngli kurtka, 01 ədəd qaramtıl-bozumtul rəngləri olan “Adidas” markalı papaq, 01 ədəd “classic wear” yazısı olan bozumtul rəngli şalvar, Şahid1 hadisə vaxtı əynində olan 01 ədəd boz rəngli “Suitmen” yazısı olan şalvar, 01 ədəd ağ, qara və boz rəngli yazısı olan papaq “Ouyasite” yazısı olan kurtka, Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olan 01 ədəd bozumtul-qaramtıl-yaşılımtıl rəngli əsgər şalvarı, 01 ədəd açıq və tünd bozumtul rəngli qollu jaket hökm qanuni qüvvəyə mindikdən sonra onlara qaytarılsın. -08 ədəd istifadə olunmuş Zuber markalı gilizlər, 04 ədəd tıxac, torpaq örtüklə birlikə götürülmüş qanabənzər ləkələr, meyitlərin müayinəsi zamanı Şəmsəddin Kərimovun meyitindən götürülmüş 27 ədəd qırma və 01 ədəd tıxac, 01 ədəd Elməddin Kərimovun meyitindən götürülmüş 03 ədəd qırma və 01 ədəd tıxac, Elməddin Kərimovun hadisə zamanı əynində olan- 01 ədəd yaşılımtıl rəngli köynək, 01 ədəd tünd göyümtül rəngli şalvar, 01 cüt alt istilik paltarı, 01 cüt ayaqqabı, Şəmsəddin Kərimovun hadisə zamanı əynində olan - 01 ədəd göy rəngli şalvar, 01 ədəd göyümtül rəngli kurtka, 01 ədəd papaq, 01 ədəd tünd göyümtül rəngli jaket, 01 cüt alt istilik paltarı və 01 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. -X21 istifadəsində olmuş “Nokia” markalı mobil telefon, X17 istifadəsində olmuş “Samsung” markalı və “Micromax” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılsın. -Yardımlı Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd qoşalüləli, 16 kalibrli, üzərində “U0038 və İJ 68” yazıları və rəqəmləri olan ov tüfəngi, təklüləli, 12 kalibrli, ********** nömrəli, 1+5 növlü, “Raikal” markalı ov tüfəngi, “1777L” yazısı və rəqəmləri olan 16 kalibrli təklüləli ov tüfəngi, 16 ədəd 12 kalibrli və 09 ədəd 16 kalibrli patronların Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. -Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanmasının görüntülərini özündə əks etdirən 1 (bir) ədəd CD, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması və istintaq eksperimenti zamanı həmin görüntüləri özündə əks etdirən 1 (bir) ədəd CD, Şahid1 ifadəsinin yerində yoxlanmasının görüntülərini əks etdirən 1 (bir) ədəd CD, Şahid2 ifadəsinin yerində yoxlanmasının görüntülərini özündə əks etdirən 1 (bir) ədəd CD, Şahid3 ifadəsinin yerində yoxlanmasının görüntülərini özündə əks etdirən 1 (bir) ədəd CD, Şahid4 ifadəsinin yerində yoxlanmasının və istintaq eksperimentinin görüntülərini özündə əks etdirən 2 (iki) ədəd CD, "xxxx" MMC, Bakcell MMC və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş mobil nömrələrin anten dairələrinə dair 3 (üç) ədəd CD disklər cinayət işində saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri -184 (yüz səksən dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada, yəni hər birindən 92 (doxsan iki) manat tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2na hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar