Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-3/2023 27.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X25, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X9 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçilər-Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi2 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, zərərçəkmiş şəxsin hüquqi varisi X21 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1958-ci ildə Füzuli rayonunun Arayatlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X50 Cərrahiyyə şöbəsində həkimümumi cərrah vəzifəsində işləyən, məhkum olunmamış, Füzuli rayonunun Babı kəndində qeydiyyatında olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 311.3.2 və 314.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 04 yanvar 2021-ci il tarixdən olmaqla “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X50 Cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləməklə 12 mart 2021-ci il tarixdə qarında yırtıq şikayətləri ilə ona müraciət etmiş Beyləqan rayonunun Dünyamalılar kənd sakini X3 qəbul edib müayinə etdikdən sonra bir həftə ərzində sonuncunu qarın yırtığı diaqnozu ilə cərrahiyyə əməliyyatı edəcəyini bildirməklə həmin tarixdə dövlət müəssisəsi olan “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X40 cərrahiyyə əməliyyatı tam ödənişsiz qaydada həyata keçirilməli olsa da, o, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar, yəni cərrahiyyə əməliyyatını icra etməsi müqabilində əməliyyat haqqı adı ilə maddi nemət olan 650 (altı yüz əlli) manat məbləğində pulu “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X50 Füzuli rayonunun Bala Bəhmənli kəndində yerləşən inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla X1 Əhməd Yunis oğlundan şəxsən rüşvət qismində istəmiş və 22 mart 2021-ci il tarixdə rayon mərkəzi xəstəxanasında stasionar müalicəsi davam edən İncibəyim Məmmədquliyevanın yanında qalan və cinayətdən xəbərsiz olan gəlini Şahid3 sonuncunun əri Əhməd Məmmədquliyevdən əvvəlcədən istədiyi 650 (altı yüz əlli) manat pulu həmin xəstəxananın 303 №-li otağında rüşvət qismində almışdır. Bundan başqa o, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X50 Cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləməklə 22 mart 2021-ci il tarixdə “38-39 həftəlik hamiləlik, başgəlişi, qanama” diaqnozu ilə ona müraciət etmiş İmişli şəhər sakini Şahid5 qəbul edib müayinə etdikdən sonra sonuncunun təcili klassik keysəriyyə əməliyyatı olunmasının vacibliyini bildirməklə həmin tarixdə dövlət müəssisəsi olan “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X40 cərrahiyyə əməliyyatı tam ödənişsiz qaydada həyata keçirilməli olsa da, o, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar, yəni cərrahiyyə əməliyyatını icra etməsi müqabilində əməliyyat haqqı adı ilə maddi nemət olan 550 (beş yüz əlli) manat məbləğində pulu “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X50 Füzuli rayonunun Bala Bəhmənli kəndində yerləşən inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla Şahid5 cinayətdən xəbərsiz olan əri Şahid4 təkrar rüşvət qismində istəyərək almışdır. Bundan başqa o, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X50 Cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləməklə 05 may 2021-ci il tarixdə uşaqlıq yolundan qanaxma şikayətləri ilə ona müraciət etmiş Füzuli rayonunun Araz Dilağarda kənd sakini Zərərçəkmiş şəxs qəbul edib dinlədikdən sonra sonuncuya zəruri müayinə və analizləri verməsini tövsiyyə etdiyindən, Zərərçəkmiş şəxs həmin tarixdə müayinələrdən keçmiş, 06 may 2021-ci il tarixdə yenidən onun qəbulunda olmuş, o, müayinələrin nəticələrinə baxdıqdan sonra Zərərçəkmiş şəxs təcili cərrahiyyə əməliyyatı olunmasının vacibliyini bildirib həmin tarixdə dövlət müəssisəsi olan “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X40 cərrahiyyə əməliyyatı tam ödənişsiz qaydada həyata keçirilməli olsa da, o, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar, yəni cərrahiyyə əməliyyatını icra etməsi müqabilində əməliyyat haqqı adı ilə maddi nemət olan 500 (beş yüz) manat məbləğində pulu “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X50 Füzuli rayonunun Bala Bəhmənli kəndində yerləşən inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla Zərərçəkmiş şəxs şəxsən təkrar rüşvət qismində istəyərək almışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.3.2 və 314.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, “Hipertaniya” (ürəktutması) xəstəliyindən əziyyət çəkir, 20 ildir ki, həkim-cərrah, o cümlədən 2021-ci ilin yanvar ayından “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X50 (bundan sonra Füzuli RMX-nın) Cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləyir, vəzifəli şəxs deyil və tabeliyində heç bir işçi yoxdur. O, 1-ci və 2ci Qarabağ müharibələrində həkim-cərrah kimi yüksək səviyyədə iştirak etmiş, müharibədə yüzlərlə yaralanan hərbi və mülki şəxslərin cərrahiyyə əməliyyatını icra etmiş və bununla bağlı fəxri fərmanlar və medallarla təltif olunmuşdur. Həmçinin ailə üzvləri-iki oğlu, bacısı, qardaşı və qardaşı oğlu da daxil olmaqla birlikdə 2-ci Qarabağ müharibəsində iştirak etmişlər. X14 həkim kimi ona müraciət edən vaxtdan tanımış və həmin qadını xəstəxanada müayinə və müalicə etməklə 18 mart 2021-ci il tarixdə qarnın ön divarının əməliyyatdan sonrakı yırtığı ilə əlaqədar yırtığın protez qoyulmaqla ləğvi cərrahi əməliyyatı etmişdir. İncibəyim Məmmədquliyeva bir neçə gün xəstəxanada müalicə aldıqdan sonra yaxşı vəziyyətdə, sağalma ilə evə buraxılmışdır. İncibəyim Məmmədquliyeva bir neçə dəfə sarğısını dəyişmək üçün xəstəxanaya gəlmiş və sonuncu dəfə ona sarğısını dəyişmək üçün müraciət etdikdə onun əməliyyat yarası artıq sağalmış halda olmuşdur. Təxminən 15-16 gün sonra xəstənin adını bilmədiyi qızı mobil telefonuna ona zəng vurub anası İncibəyim Məmmədquliyevanın mədə nahiyəsində, yəni əməliyyatdan yuxarı hissədə ağrının olduğunu və xəstənin nəcisinin qara olduğunu bildirmiş, o da mütləq xəstənin qastroskopiya olunmasını məsləhət görmüşdür. O, xəstə İncibəyim Məmmədquliyevanı əməliyyat edərkən çox diqqətli olmuş və onun nazik və ya yoğun bağırsağına heç bir zərər vurmamışdır. Hesab edir ki, həmin əməliyyat zamanı xəstənin nazik bağırsağını deşilmiş olsaydı, xəstənin həmin gündən etibarən hərarəti qalxa, xəstə köpə və nəticədə ağır vəziyyətə düşməliymiş, lakin əməliyyatdan sonra xəstədə normal defakasiya aktı dəfələrlə olmuş, qarnı yumşaq olmuş və qarındaxili hər hansı bir ağırlaşma qeyd edilməmişdir. Məlumatına görə əməliyyatdan sonra xəstə bir neçə həkimə müraciət etsə də, onda hər hansı bir peritonit əlamətləri aşkar olunmamışdır. Hesab edir ki, tərəfindən edilən əməliyyat zamanı ehtiyatsızlıqdan xəstənin nazik bağırsağı deşilsəydi, xəstə təcili təkrar əməliyyat olmayacağı təqdirdə bir neçə günə ölə bilərdi, lakin belə hallar olmamış, eləcə də xəstə Bakı şəhərində özəl klinikada keçirdiyi əməliyyatdan sonra aparılmış müayinə nəticəsində qeyd edilən xüsusat öz tədiqini tapmamışdır. Həmçinin o, İncibəyim Məmmədquliyevanı əməliyyat edən zaman onun nazik bağırsağını zədələməmiş, əgər xəstənin nazik bağırsağı əməliyyat zamanı deşilmiş olsaydı xəstə bir neçə saat ərzində yenidən əməliyyat olunmazsa, sağ qala bilməz, ölməliymiş. Hesab edir ki, xəstənin nazik bağırsağının deşilməsinə on iki barmaq xəstəliyin xora xəstəliyi, vərəm, müsariqənin trombozu, divertikulit, bağırsağın şiş xəstəlikləri (xərçəng xəstəliyi), bitişmə xəstəlikləri, travma və nadir hallarda isə kron xəstəliyi səbəb ola bilərdi. O, xəstənin qarının ön divarının yırtığı cərrahiyyə əməliyyatı edəcəyindən həmin cərrahiyyə əməliyyatını icra etməmişdən qabaq zəruri olan müayinə tədbirlərini həyata keçirmişdir. Buna görə də xəstənin müayinəsi zamanı yuxarıda qeyd edilən xəstəlikləri aşkar etmək mümkün deyildir. O, xəstə İncibəyim Məmmədquliyevanın əməliyyatını lazımi qaydada icra etmiş, əməliyyat zamanı heç bir səhlənkarlığa yol verməmiş, onun əməliyyat zamanı guya səhlənkarlığa yol verməsinə dair ekspert rəylərində yazılanları qəti olaraq qəbul etmir. Həmçinin o, xəstə İncibəyim Məmmədquliyevanı 18 mart 2021-ci il tarixdə cərrahi əməliyyatı etmiş və həmin əməliyyatla bağlı o və ya onun adından kimsə başqa şəxs xəstədən və ya onun qohumlarından, o cümlədən xəstənin oğlu Əhməd Məmmədquliyevdən rüşvət qismində pul istəməmiş, əməliyyatdan sonra xəstəxanada 303 №-li otaqda xəstə İncibəyim Məmmədquliyeva ilə birlikdə qalması deyilən gəlini Şahid3 tanımamış, həmin qadın ona pul verməmiş, bununla bağlı, yəni xəstənin əməliyatı ilə bağlı Əhməd Məmmədquliyevdən 650 manat pul istəyib sonra 303 №-li otaqda xəstənin gəlini Nərmin adlı qadından həmin pulu alması barədə deyilənlər və yazılanlar ona qarşı qurulan şər və böhtandır. X19 ilə bağlı ona gələn zənglər həmişə mərhumun yaxını və ya qohumu olan qadınlar tərəfindən edilmiş, onun oğlu və ya əri ilə telefonla danışığı olmamışdır. Əhməd Məmmədquliyevi əvvəllər tanımamış, görməmiş, yalnız ibtidai istintaq zamanı üzləşdirmə zamanı Əhməd Məmmədquliyevi görmüşdür. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, əvvəllər İmişli şəhər sakini Şahid5 və onun əri Şahid4 tanımamışdır. 22 mart 2021-ci il tarixdə Şahid5 “38-39 həftəlik hamiləlik və qanaxma” diaqnozu ilə ona müraciət etmiş, həmin gün müayinədən sonra təcili klassik keysəriyyə əməliyyatı olunması zərurəti olduğundan tərəfindən xəstə Şahid5 keysəriyyə əməliyyatı edilmişdir. Həmin əməliyyatla bağlı o, heç kimdən, o cümlədən Şahid4 arvadı Şahid5 cərrahiyyə əməliyyatı etməsi müqabilində rüşvət qismində pul tələb etməmiş və almamışdır. Onun bu əməliyyatla bağlı, yəni guya Şahid4 550 manat pul istəməsi, sonra xidməti otağında qeyd olunan pulu alması ilə bağlı deyilənlər və yazılanlar ona qaşı olan şər və böhtandır. Habelə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Füzuli rayon sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış, xəstəxanada tibbi müayinə zamanı onu görmüşdür. 06 may 2021-ci il tarixdə o, Zərərçəkmiş şəxs uşaqlığın total ekstirpasiyası cərrahi əməliyyatı etmişdir. Zərərçəkmiş şəxs əməliyyat olmamışdan bir neçə gün əvvəl uşaqlığından qanaxma şikayətləri ilə ona müraciət etmiş, o da onu qəbul edib dinlədikdən sonra əməliyyatdan əvvəl bir sıra analizlər verməli olduğunu, analizlərin cavablarını aldıqdan sonra yenidən ona müraciət etməsini bildirmişdir. 06 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs analizlərin cavablarını ona təqdim etmiş və o, analizlərin cavablarını təhlil etdikdən və xəstəyə onun şəkər xəstəliyi ilə əlaqədar əməliyyatdan sonra baş verə biləcək ağırlaşmalarını izah etdikdən sonra ona əməliyyat olunmalı olduğunu bildirmiş, Zərərçəkmiş şəxs da onun məsləhətini qəbul edib əməliyyat olunmağa razılıq vermiş və o, həmin günü Zərərçəkmiş şəxs əməliyyat etmişdir. Əməliyyatın nəticəsi olaraq o, Zərərçəkmiş şəxs uşaqlığını və yumurtalıqlarını total olaraq götürmüş və xəstənin qanaxmaları dayanmışdır. Əməliyyatdan sonra Zərərçəkmiş şəxs 6 gün xəstəxanada müalicəsini davam etdirmiş və sağalmış halda evə yazılmışdır. Sonradan Zərərçəkmiş şəxs sarğısının dəyişməsi məqsədilə bir neçə dəfə xəstəxanaya gəlmiş və tibb bacıları onun sarğısını dəyişmişlər. Zərərçəkmiş şəxs xəstəxanadan təxliyə edildikdən 8-9 gün sonra ona sidiyi saxlaya bilməməsi şikayəti ilə müraciət etmiş, o da onu müayinə etmişdir. Müayinə nəticəsində xəstədə sidik kisəsi uşaqlıq yolu fistulanın əmələ gəldiyi aşkar olunmuş və o, xəstəyə izah etmişdir ki, ən azı 1 ay müddətində dərman müalicəsi aldıqdan sonra fistulun ləğvi əməliyyatı edilməlidir. Əlavə olaraq ona izah etmişdir ki, qeyd etdiyi əməliyyat daha tez olarsa, fistul yenidən yarana bilər. Zərərçəkmiş şəxs isə cavabında xəstəliyi ilə əlaqədar yanma hissinə dözə bilmədiyini, dərhal əməliyyat olunmaq istədiyini bildirmiş, o, isə yenidən fistul əməliyyatının uyğun olmadığını və hazırda onu əməliyyat etməyin mümkünsüz olduğunu bildirmiş, Zərərçəkmiş şəxs isə onunla razılaşmayıb xəstəxananı tərk edib getmişdir. 2021-ci ilin iyun ayının əvvələrində Zərərçəkmiş şəxs adını bilmədiyi qardaşı və qardaşının arvadı xəstəxanaya gəlib xidməti otağının önündə onunla görüşmüş və onlar qışqıra-qışqıra Zərərçəkmiş şəxs Bakıda özəl xəstəxanada əməliyyat etdirdiklərini bildirmiş və ondan xəstəni düzgün əməliyyat etmədiyi üçün təzminat-pul istəmişlər. O, isə etdiyi əməliyyatın qaydalara uyğun olduğunu, heç bir səhlənkarlığın olmadığını və buna görə də təzminat-pul verməyəcəyini bildirmişdir. Əlavə olaraq təzminat verməyi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edə biləcəklərini və bunun nəticəsində xəstəyə təzminat ödəməli olduğu təsdiq olunarsa, təzminat ödəməyə hazır olduğunu bildirmiş və həmin şəxslər xəstəxananı tərk edib getmişlər. O, Zərərçəkmiş şəxs əməliyyat edən zaman onun daxili qadınlıq orqanlarını götürərkən, heç bir qüsura yol verməmiş, həmçinin əməliyyat zamanı heç bir qanaxma olmamış və ağırlaşma baş verməmişdir. Əməliyyat zamanı o, sidik kisəsinin arxa divarını uşaqlıq boynundan ayırarkən, çox diqqətli davranmış və sidik kisəsini zədələməmişdir. Hesab edir ki, əməliyyat zamanı xəstənin sidik kisəsini zədələsəydi, həmin zədə nahiyəsi üç qat olmaqla düyünlü tikişlərlə tikilməli, əks təqdirdə, yəni həmin zədə nahiyəsi tikilməzsə, sidik qarın boşluğuna daxil olar və nəticədə sidik peritoniti yaranar, bu da xəstənin təcili təkrar əməliyyatına səbəb olardı. Faktiki olaraq Zərərçəkmiş şəxs əməliyyatdan sonra qeyd edilənlərlə bağlı olaraq təkrar əməliyyat olunmamışdır. Əgər o, əməliyyat zamanı xəstənin qadınlıq orqanlarının sidik kisəsindən ayırarkən, ehtiyatsızlıqdan sidik kisəsini deşdikdən sonra onu tiksəydi, xəstənin növbəti əməliyyatı zamanı onu əməliyyat edən həkim həmin düyünlü tikişləri xəstəyə bildirər və bu patohistoloji müayinə zamanı öz təsdiqini tapmış olardı. Sidik kisəsinin uşaqlıq boynundan ayrılan hissəsi 16 gün müddətində sidik kisəsi uşaqlıq yolu fistulası verməsinin bütün tibbi ədəbiyyatlarda 10 % ehtimalla mümkün olması qeyd edilmişdir. Hesab edir ki, bunun səbəbi isə, sidik kisəsinin ayrılan hissəsinin vena damarlarının trombozu, şəkərli diabet, yaranın irinləməsi, xəstənin gec sidiyə getməsi, xəstənin epileptik tutmalarının olması və xəstənin hər hansı travma alması ola bilər. Qeyd etdiyi səbəblərdən şəkərli diabet, epileptik tutmalar və yaranın irinləməsi Zərərçəkmiş şəxs olmuşdur. Həmçinin o, bu səbəblərin xəstədə sidik kisəsi uşaqlıq yolu fistulasına gətirib çıxarmaması üçün bütün lazımi tibbi tədbirləri görmüşdür. O, xəstəni əməliyyat edən zaman onun sidik kisəsində cırılma müşahidə edilməmiş, əməliyyat gedişində o, xəstənin sidik kisəsini zədələməmişdir. O, nə 06 may 2021-ci il tarixdə, nə də başqa bir tarixdə Zərərçəkmiş şəxs onu əməliyyat etməsi müqabilində pul, o cümlədən 500 manat məbləğində pul tələb etməmiş və ondan hər hansı məbləğdə pul almamışdır. Bir daha bildirir ki, o, tibbi müayinə və müalicə etdiyi, həm də üzərində əməliyyat apardığı xəstələrdən, o cümlədən xəstə İncibəyim Məmmədquliyevanın qohumlarından-Əhməd adlı şəxsdən və ya Nərmin adlı qadından, xəstə Şahid5 əri Şahid4 və xəstə Zərərçəkmiş şəxs cərrahi əməliyyat aparmasına görə pul istəməmiş və həmin şəxslərin üzərində cərrahi əməliyyat aparmasına görə onlardan pul almamışdır. Apardığı cərrahi əməliyyatla bağlı guya maddi zərər çəkmələri deyilən şəxslər-Zərərçəkmiş şəxs və Əhməd Məmmədquliyə dəymiş ziyanla bağlı pul verməmiş, onun adından qayını olan şəxsin onlara pul verməsini eşitsə də, konkret olaraq kimə nə qədər pul verildiyini bilmir. Ona verilmiş ittihamlar tam əsassız olmaqla istintaq orqanı tərəfindən ona qarşı qurulmuş şər və böhtandır. Ona görə də o, verilmiş ittihamlar üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə rüşvət alma cinayətini törətməkdə təqsirli olması, səhlənkarlıq cinayətini törətməkdə təqsirliliyi sübuta yetməməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, səhhətində olan qadın xəstəliyi ilə bağlı 2021-ci ilin may ayında Füzuli RMX-nın cərrah Təqsirləndirilən şəxs qəbulunda olmuş, Azad həkimin dediyi analizləri verdikdən və həkim analizlərin cavabları ilə tanış olandan sonra təcili olaraq uşaqlığından əməliyyat olunmağını bildirmiş, sonra Azad həkim onu əməliyyat etmişdir. O, əməliyyatdan sonra 8 gün xəstəxanada qalmış, sonra evə buraxılmışdır. Sonra yenidən səhətində problem yaranmış və o, Azad həkimin qəbuluna gedib ona əməliyyatdan sonra sidiyə gedə bilmədiyini demiş, o da əməliyyatlardan sonra bu cür halların normal olduğunu bildirmişdir. Sonradan yenə də səhhətində problem yarandığından Azad həkimə müraciət etmiş, həkim də ona bu cür halın şəkər xəstəliyi ilə bağlı olduğuna görə belə halın olduğunu bildirmişdir. Şəkər xəstəsi olduğundan o da həkimə inanmış, lakin səhhətində yaxşılaşma olmadığına görə o, Bakı şəhərində olan özəl “Uniklinika” xəstəxanasına müraciət etmiş və orada Aruz həkim onu müayinə edib səhhətinin yaxşı olmadığını, sidik kisəsinin cırıldığını və sidik kisəsindən təcili olaraq əməliyyat olmalı olduğunu bildirmiş və analizləri verdikdən sonra Aruz həkim onu təkrar əməliyyat etmiş, bundan sonra səhhəti yaxşılaşmışdır. Sonra o, Azad həkimin onu yaxşı əməliyyat etməməsini düşünüb, həm də müalicəsinə 7.000 manat pul xərclədiyinə görə həmin pulu Azad həkimdən tələb etmək məqsədi ilə ondan şikayət etmişdir. Sonradan Azad həkim tərəfindən ona 7.000 manat pul ödənilmişdir. Azad həkimdən yazılan şikayət ərizəsini onun adından Zahid adlı keçmiş polis əməkdaşı yazmış, özü də imzalamışdır. O, əməliyyat olunması üçün Azad həkimə rüşvət olaraq pul verməmişdir. İstintaq zamanı verdiyi ifadəsində əməliyyat olunmağına görə qızı Ayşənin yanında Azad həkimə pul verməsinə aid yazılanları təsdiq etmir. İfadəsini müstəntiq yazmış, özü isə oxumadan imzalamışdır. Hazırda Azad həkimdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Azərbaycan Respublikası CPM-nin 330-cu maddəsinə əsasən (zərərçəkmiş şəxs şahidin dindirilməsi üçün nəzərdə tutulan qaydada dindirilir və həmin Məcəllənin 329-cu maddəsinə əsasən (bu Məcəllənin 327-ci maddəsində nəzərdə tutulmuş hallarda (əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, xəstəliyi ilə bağlı 05 may 2021-ci il tarixdə, saat 10 radələrində Füzuli RMX-nın cərrahıhəkim Təqsirləndirilən şəxs müraciət etmiş, Azad həkim ona bəzi analizlər verməli olduğunu və həmin analizlərin cavablarına uyğun olaraq əməliyyat olunubolunmayacağına qərar verəcəyini, həmçinin onu əməliyyat etməsi müqabilində 500 manat pul verməli olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs İcbari Tibbi Sığorta qaydalarına görə cərrahiyyə əməliyyatının ödənişsiz olmalı olduğunu bildirsə də, Azad həkim həmin qaydaların ona aid olmadığını bildirmişdir. O, Azad həkimin dediyi bir neçə analizləri verdikdən sonra, 06 may 2021-ci il tarixdə, saat 11 radələrində yenidən Azad həkimin xidməti otağında qəbulunda olub analizlərin cavablarını ona təqdim etmişdir. Azad həkim analizlərinin cavablarına baxdıqdan sonra, təcili olaraq uşaqlığından əməliyyat olmağının zəruri olduğunu, əməliyyatla bağlı ona 500 manat pul verməli olduğunu və həmin gün əməliyyat edəcəyini bildirmiş, da Azad həkimin təklifi ilə razılaşmış və elə otaqda, qızı Şahid1 yanında 500 manat pulu Azad həkimə vermiş və 2 saat sonra Azad həkim onu əməliyyata almışdır. Əməliyyatdan sonra 8 gün Füzuli RMX-da qalmış, sonra evə buraxılmışdır. Sonradan səhhətində problemlər yaranmış, bununla bağlı Azad həkimə müraciət etmiş, o da əməliyyatlardan sonra bu cür halların olmasının normal olduğunu bildirmişdir. Yenidən səhhətində problemlər yarandığından o, Azad həkimə müraciət etmiş, o da bu cür halın şəkər xəstəliyi ilə bağlı olduğunu qeyd edib şəkər xəstəsi olduğuna görə sidik kisəsinin cırıldığını bildirmişdir. Bundan sonra o, qəzəblənib xəstəxananı tərk etmiş və Azad həkimin ona dediklərini ilə bağlı bir neçə həkimlərdən soruşmuş, onlar da şəkər xəstəliyinin sidik kisəsində cırılmalara səbəb olmasının qeyri-mümkün olduğunu bildirmişlər. Sonra yenidən səhhətinin yaxşı olmaması səbəbindən Azad həkimin qəbulunda olmuş və o da bu cür halların normal olduğunu, səbrli olmağını bildirmişdir. Azad həkimin onun səhhətinə laqeyd yanaşdığına görə o, 30 may 2021-cı il tarixdə Bakı şəhərinə gedib “Uniklinika” xəstəxanasına müraciət etmiş və həmin gün xəstəxananın həkimi Aruz həkim tərəfindən sidik kisəsindən əməliyyat olmuşdur. Həmçinin işdə olan, 23 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokolu ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilməsi zamanı Zərərçəkmiş şəxs əməliyyat olunması ilə bağlı qızı Şahid1 yanında 500 manat pulu verdiyini Təqsirləndirilən şəxs üzünə deməklə ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. İşdə olan, Zərərçəkmiş şəxs istintaq orqanına ünvanladığı 23 sentyabr və 29 oktyabr 2021-ci il tarixli ərizələrində göstərilir ki, həkim Təqsirləndirilən şəxs tərəfindən ona 8.000 manat miqdarında maddi ziyan vurulmuş və həmin ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı tarixsiz olmaqla 31 yanvar 2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində göstərilir ki, zərərçəkmiş şəxs kimi ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 Hafiz qızı ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs anasıdır. O, anası Gülnarın xəstəliyi ilə bağlı onunla birlikdə 2021-ci ilin may ayında Füzuli RMX-da Azad həkimin qəbulunda olmuş, Azad həkim anasını müayinə etdikdən və anası analizləri verdikdən sonra həkim onu cərrahiyyə əməliyyatı etmişdir. Sonradan anasının səhhətində problemlər yaranmış və anası Bakı şəhərində özəl klinikada təkrar əməliyyat olunmuşdur. Anası əməliyyat olunması ilə bağlı onun yanında Azad həkimə pul verməmiş, o, bunun şahidi olmamışdır. Anası istintaq zamanı guya onun yanında Azad həkimə pul verməsini desə də, bu doğru deyil, anası yalan ifadə vermişdir. İstintaq zamanı onun Azad həkimlə üzləşdirilməsi olmamış, həmçinin üzləşdirmə sənədlərində nə yazıldığını və üzləşmə zamanı vəkilin nə dediyini bilmir. O, hesab edir ki, üzləşdirmə zamanı mübahisə olduğundan üzləşdirmə baş tutmamışdır. İstintaq zamanı verdiyi ifadəsində anasının Azad həkimə pul verilməsi barədə yazılanları təsdiq etmir. İfadəsini müstəntiq komputerdə yazmış və o, oxumadan ifadəsini imza etmişdir. İkinci əməliyyat zamanı anası pul xərclədiyinə görə şikayət etmişdir ki, xərclədiyi pulu alsın. İbtidai istintaq zamanı isə Şahid1 anası Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermiş, həmçinin bu ifadəsində göstərmişdir ki, Füzuli RMX-da işləyən Azad həkim anası Zərərçəkmiş şəxs cərrahi əməliyyat olunması ilə bağlı 500 manat pul tələb etmiş və özünün yanında anası Zərərçəkmiş şəxs 500 manat pulu Azad həkimə vermiş, bundan sonra Azad həkim anası Zərərçəkmiş şəxs əməliyyat etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq etdiyini və hazırda məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Həmçinin işdə olan, 23 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokolu ilə müəyyən edilir ki, Şahid1 ilə Təqsirləndirilən şəxs üzləşdirilməsi zamanı Şahid1 anasının əməliyyat olunması ilə bağlı anasının 500 manat pulu onun yanında Təqsirləndirilən şəxs verdiyinin onun üzünə deməklə ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X21 ifadəsində göstərmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, sonradan həkim kimi tanımış, münasibətləri yaxşı olmuşdur. X19 anası olmuşdur. Anası qarın nahiyəsindəki yırtıqdan əziyyət çəkdiyindən 12 mart 2021-ci il tarixdə anasını əməliyyat olunması üçün 2020-ci ildə Füzuli RMX-da bir dəfə əməliyyat etmiş Azad həkimin yanına aparmışdır. Azad həkim anasını müayinə etdikdən sonra 18 mart 2021-ci il tarixdə xəstəxanada anasını qarın yırtığından əməliyyat etmiş və anası bir həftə xəstəxanada qaldıqdan sonra evə buraxılmışdır. Evdə anasının qarını şişdiyindən və tez-tez qusduğu üçün onu yenidən Azad həkimin yanına aparmış, Azad həkim də anasının mədəsində nasazlıq olduğunu bildirib, mədə həkiminin yanına aparmağı məsləhət bilmişdir. Sonra anasını X23, Beyləqan rayon xəstəxanasına və Mingəçevir şəhər xəstəxanasına aparmışlar. Həmin xəstəxanalarda həkimlər anasının onikibarmaq bağırsağında qanaxma baş verdiyini və Respublika Klinik Xəstəxanasına aparılmalı olduğunu bildirmişdir. Bundan sonra anasının vəziyyəti ağır olduğu üçün təcili tibbi yardım avtomobili ilə Respublika Klinik Xəstəxanasına aparılmışdır. Həmin xəstəxanada Zahid həkim anasını müayinə etdikdən və Avrasiya klinikasında analizlər verdikdən sonra məlum olmuşdur ki, anasının nazik bağırsağı deşilmiş və qarın boşluğuna maye yığılmışdır. 08 aprel 2021-ci il tarixdə “DAVİNCİ” özəl xəstəxanasında Zahid həkim anasını nazik bağırsaqdan əməliyyat etmiş və 5-6 gün anası xəstəxanada qaldıqdan sonra buraxılmışdır. 2021-ci ilin aprel ayının ortalarında anasının səhhəti pisləşmiş, Zahid həkim anasını müayinə etdikdən sonra əməliyyat yerindən ifrazat gəldiyini demiş və əməliyyat yerini təmizləyib, sarğını dəyişib çıxıb getmişdir. Bir neçə gün sonra yenidən anasının səhhəti pisləşmiş, anasını Zahid həkimin yanına aparmış və həkim anasını müayinə edib nazik bağırsağın deşilən yerindən çirk axdığını və onu xəstəxanaya yerləşdirməyin artıq heç bir faydasının olmayacağını bildirmişdir. Bundan sonra anasını Bakıdan Beyləqan rayonuna evlərinə gətirmiş və 26 aprel 2021-ci ildə anası vəfat etmişdir. Füzuli RMX-da əməliyyat öncəsi pulun və digər vəsaitin Azad həkimə verilməsi barədə vəd olmamış, anasının əməliyyat etməsi ilə bağlı Azad həkimə pul verilməmişdir. Anasının müalicəsi ilə bağlı 2 baş inəyini və torpaq sahəsini satmışdır. Azad həkimdən şikayət etməsinə səbəb anasının müalicəsi ilə bağlı, yəni yol pulu, xəstəxanaya-həkimə gedib-gəlmək, nəsə almaq, dəva-dərman almaq üçün pul xərcləmələri olmuşdur. Anası əməliyyat olunduğu gün xəstəxanaya günün hansı vaxtında getməsini xatırlamır, lakin güman edir ki, o, xəstəxanaya gönorta vaxtı getmişdir. Füzuli rayon xəstəxanasında əməliyyat edildikdən sonra anası xəstəxanada axırıncı mərtəbədə 303 №-li otaqda xəstə yatmış, anası orada qaldığı müddətdə onun yanında arvadı Nərmin də qalmış və bir həftədən sonra anası evə buraxılmışdır. Əməliyyat etməsi ilə bağlı Azad həkimə heç bir vəsait pul ödənilməmiş, həmçinin o, Azad həkimə verilməsi üçün arvadı Nərminə pul verməmişdir. Füzuli rayon xəstəxanasında müalicə almış Nahidə adlı qadını tanımış, lakin həmin qadının xəstəxanada anası ilə eyni otaqda qalması barədə məlumatı yoxdur. İstintaq zamanı ifadə verərkən ona hədə-qorxu təsir olmamış, sərbəst ifadə vermiş, lakin müstəntiqin ifadəsində nə yazdığını bilməmiş, ifadəsini oxumamış, yalnız imza etmişdir. İstintaq ifadəsində anasının əməliyyat olunması ilə bağlı Azad həkimə pul verilməsi ilə bağlı yazılanları təsdiq etmir, o, belə ifadə verməmişdir. Xəstəxanada nəsə lazım olarsa alması üçün arvadına 5- 10 manat pul vermiş, lakin Azad həkimə verilməsi üçün pul verməmişdir. İfadəsində yazılan qeydləri müstəntiq ona demiş, o da bilmədən yazmışdır. İstintaq zamanı onun Azad həkimlə üzəşdirilməsi olmuş, izləşdirmə zamanı sənəddə (üzləşdirmə protokolunda) nə yazılmasını bilməmiş, üzləşdirmə zamanı o, Azad həkimə pul verməsini deməmişdir. Atası Yunisə həkimin pul istəməsi barədə heç nə deməmişdir. Məhkəmə iclasında əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün zərərçəkmiş şəxsin hüquqi varisi Əhməd Məmmədquliyevin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi Əhməd Məmmədquliyevin ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, mərhum anası İncibəyim Məmmədquliyeva qarın nahiyəsindəki yırtıqdan əziyyət çəkdiyindən müayinə olunması üçün 12 mart 2021-ci il tarixdə Füzuli RMX-nın həkimi Təqsirləndirilən şəxs qəbulunda olmuşlar. Azad həkim anasını müayinə etdikdən sonra onun əməliyyat edilməli olduğunu, lakin əməliyyat üçün lazım olan toru sifariş edəcəyini, həmin torun 1 həftə sonra çatacağını, buna görə də anasını 1 həftə sonra əməliyyat edəcəyini bildirmiş, həmin vaxt Azad həkim onlardan anasını əməliyyat etməsi müqabilində əməliyyat xərcləri və əməliyyat haqqı adı ilə 650 manat məbləğində pul tələb etmiş, o da hazırda tələb etdiyi məbləğdə pullarının olmadığını, lakin əməliyyatdan sonra həmin məbləğdə pulu tapıb ona verəcəyini bildirmişdir. 17 mart 2021-ci il tarixdə Azad həkim anasına zəng edib əməliyyat üçün lazım olan torun gəldiyini və növbəti gün əməliyyat üçün xəstəxanaya gəlməli olduğunu bildirmiş və 18 mart 2021-ci il tarixdə Azad həkim anasını qarın yırtığı əməliyyatı etmişdir. Anasının müalicə və müayinə xərclərinə xeyli məbləğdə maddi vəsait xərclədiklərindən Azad həkimin əməliyyatla bağlı onlardan tələb etdiyi 650 manat pulları olmamışdır. Ona görə də o, ailəsinə məxsus bir baş inəyi 19 mart 2021-ci il tarixdə həmkəndlisi Şahid8 1.600 manata satmış və 22 mart 2021-ci il tarixdə o, 650 manat pulu Azad həkimə verməsi üçün arvadı Şahid3 vermişdir. Arvadı Nərmin də anasının əməliyyatından sonra evə təxliyyə edildiyi günə qədər xəstəxanada onun yanında qalmış və əməliyyatdan sonra anasının yanında Nərmindən başqa kimsənin daxil olmasına icazə verilməyi üçün, həm də Azad həkim tez-tez anasının qaldığı otağa gəldiyindən 650 manat pulu arvadına vermişdir ki, həmin pulu Azad həkimə versin. 22 mart 2021-ci il tarixdə anasının əməliyyatdan sonra qaldığı 303 №-li otaqda arvadı Şahid3 650 manat pulu Azad həkimə vermişdir. Əməliyyatdan sonra anası bir həftə xəstəxanada müayinə və müalicə olunduqdan sonra evə buraxılmışdır. Anası evə buraxıldıqdan 3-4 gün sonra Azad həkimin qəbulunda olmuş və həkimə əməliyyat yerinin ağrıdığını bildirmiş, həkim də torun yaxın müddətdə qoyulması səbəbindən ağrıların olmasının normal olduğunu, bir müddət sonra həmin ağrıların keçib gedəcəyini bildirmişdir. Təxminən bir həftədən sonra anasının səhhəti pisləşmiş və onlar yenidən Azad həkimin yanında olmuş və həkim anasını müayinə edib anasının mədəsində nasazlıq olduğunu, mədə həkiminin müayinəsindən keçməli olduğunu bildirmişdir. Sonradan yenidən anasının səhhəti pisləşmiş və bir neçə həkim anasını müayinə etdikdən sonra onun qarın boşluğuna maye yığıldığını, böyük ehtimalla on iki barmaq bağırsağında qanaxma baş verdiyini və bununla bağlı Bakı şəhərində yerləşən Respublika Klinik Mərkəzinə getməli olduğunu demişlər. Onlar 07 aprel 2021-ci il tarixdə tibbi göndərişlə anasını əvvəl Mingəçevirə, sonra Bakı şəhərinə Respublika Klinik Xəstəxanasına aparılmışdır. Orada Zahid həkim anasını müayinə edib, “Avrasiya” klinikasında analizlər verildikdən sonra anasının nazik bağırsağının deşilməsi və qarın boşluğuna mayenin yığılması müəyyən edilmişdir. Həmin vaxt Zahid həkim bildirmişdir ki, anası qarın yırtığından əməliyyat olarkən, onu əməliyyat edən həkim nazik bağırsağı deşmişdir. Sonra onlar Azad həkimlə əlaqə saxlayıb ona bu barədə dedikdə, Azad həkim onun heç bir səhvinin olmadığını, əməliyyatı normal qaydada həyata keçirdiyini bildirmişdir. 08 aprel 2021-ci il tarixdə Zahid həkim anasını “DAVİNCİ” özəl xəstəxanasında nazik bağırsaqdan cərrahi əməliyyatı etmişdir. Zahid həkim əməliyyatdan əvvəl anasının vəziyyətinin çox ağır olduğunu, onun əməliyyatdan sağ çıxmamaq ehtimalının olduğunu, əməliyyatdan sonra ola bilsin ki, çox yaşamayacağını bildirsə də, onlar anasının yaşayacağı ümidi ilə əməliyyata razı olmuşlar. Anası əməliyyatdan sonra 5-6 gün xəstəxanada qalmış və anasının vəziyyəti pis olmamışdır. Anası İncibəyim xəstəxanadan təxliyyə edildikdə, Zahid həkim anasının səhhəti üçün hər hansı problemin yarana biləcəyini və buna görə də hələ ki, yaşadıqları Beyləqan rayonuna qayıtmamağı, bir neçə gün Bakı şəhərində qalmalarını məsləhət etmiş, onlar da bir neçə gün Bakı şəhərində qalmışlar. 2021-ci ilin aprel ayının ortalarında anasının vəziyyəti pisləşdiyindən o, Zahid həkimə zəng edib məlumat vermiş, Zahid həkimi də gəlib anasını müayinə etdikdən sonra əməliyyat yerindən ifrazat gəldiyini aşkar edib əməliyyat yerini təmizləyib, sarğısını dəyişmişdir. Bundan bir neçə gün sonra anasının vəziyyəti yenidən ağırlaşmış və onlar yenidən Zahid həkimin qəbulunda olduqda Zahid həkim anasını müayinə etdikdən sonra nazik bağırsağın deşilən yerindən çirk axdığını və onu xəstəxanaya yerləşdirməyin artıq heç bir faydasının olmayacağını bildirmişdir. Bundan sonra onlar Beyləqan rayonunun Dünyamalılar kəndinə, evlərinə qayıtmış və anası 26 aprel 2021-ci il tarixdə vəfat etmişdir. X24 ifadəsində göstərmişdir ki, o, 22 mart 2021-ci il tarixdə, saat 09 radələrində bir neçə dəfə arvadı Şahid3 ilə Azad həkimin əməliyyat haqqı və əməliyyat xərcləri adı ilə tələb etdiyi 650 manat məbləğində pulu Azad həkimə çatdırması üçün xəstəxanaya gətirib ona verəcəyi barədə danışmış və həmin günün ikinci yarısında xəstəxanaya gəlib xəstəxananın 1-ci mərtəbəsində arvadı Şahid3 ilə görüşüb 650 manat pulu ona vermiş, o da həmin pulu aparıb Azad həkimə vermişdir. Bu işlə bağlı Təqsirləndirilən şəxs qohumları və yaxınları ona və ailəsinə təzyiqlər edərək prokurorluğu verdikləri ifadələri təkzib etmələri və rayon prokurorluğuna verdikləri ərizələrini geri götürmələri xahiş edilmişlər. İşdə olan, 28 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokolu ilə müəyyən edilir ki, Əhməd Məmmədquliyev ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirilmə zamanı Əhməd Məmmədquliyev anasının əməliyyat olunması ilə bağlı arvadı Şahid3 vasitəsilə 650 manat pulun verildiyini Təqsirləndirilən şəxs üzünə deməklə ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Əhməd Məmmədquliyevin istintaq orqanına ünvanladığı 11 oktyabr 2021-ci il tarixli ərizəsində göstərilir ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi və mənəvi ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Füzuli RMX-nın həkimi kimi tanımışdır. X13yınanası olmuşdur. Qayınanası qarında olan yırtıqdan əziyyət çəkmiş və buna görə də 18 mart 2021-ci ildə Füzuli RMX-da Azad həkim qayınanası İncibəyimi qarın yırtığından əməliyyat etmişdir. Qayınanası xəstəxanada qaldığı müddətdə o da onun yanında qalmışdır. Qayınanası xəstəxanadan evə buraxılandan sonra yenidən səhhəti pisləşdiyi üçün əvvəl onu başqa xəstəxanalara, sonra Bakıya aparmışlar və “DAVİNCİ” özəl xəstəxanasında qayınanası əməliyyat edilmişdir. Sonra yenə də qayınanası İncibəyimin səhhəti pisləşmiş və 26 aprel 2021-ci il tarixdə qayınanası İncibəyim vəfat etmişdir. Qayınanası İncibəyimin əməliyyat olunması ilə bağlı Azad həkimə pul verilməmiş, həmçinin əri Əhməd də ona Azad həkimə verilməsi üçün pul verməmiş və o, qayınanasının əməliyyat olunması ilə bağlı Azad həkimə pul verməmişdir. Cavad adlı şəxsin həyat yoldaşı Nahidə adlı qadını tanıyır, xəstəxanada onunla tanış olmuşdur. Nahidə keysəriyə əməliyyatı olunmuş və başqa otaqla qalmışdır. Əməliyyatdan sonra Nahidə yeriyə bilmədiyinə görə onlar olan otağa gəlməmişdir. İstintaq ifadəsində qayınanasını əməliyyat etməsi ilə bağlı Azad həkimə pul verilməsi barədə yazılanları təsdiq etmir. İstintaq zamanı müstəntiq ondan nələrisə soruşduqdan sonra ifadəsini yazmış, o da oxumadan ifadəsini imzalamışdır. İstintaq zamanı müstəntiq onu Azad həkimlə üzləşdirmiş, həmin vaxt onların qarşılıqlı olaraq nə dediklərini xatırlamır. Üzləşdirmə zamanı o, Azad həkimə pul verməsini deməsini xatırlamır, amma həmin vaxt Azad həkimin mübahisə edib otaqdan çıxdığını xatırlayır. Qayınanası vəfat etdikdən sonra onlar fikirləşmişlər ki, Azad həkim əməliyyatı yaxşı aparmamış, ona görə, həm də əməliyyatdan sonra qayınanasını başqa xəstəxanalara apardıqlarından və müalicəsinə çox xərcləri çıxdığından Azad həkimdən şikayət edib əməliyyatla bağlı Azad həkimə pul verdiklərini demişlər. Əslində isə qayınanasının əməliyyat olunması ilə bağlı onlar xəstəxanada heç kimə, o cümlədən Azad həkimə pul verməmişlər. Cavadın yoldaşı Nahidənin yanında Azad həkimlə danışığı olmamış, o, heç kimin yanında, eləcə də Nahidənin yanında Azad həkimə ruşvət olaraq pul verməmişdir. İstintaq zamanı verdiyi izahatı və ifadəsi doğru deyil, məhkəmədə verdiyi ifadəsi doğrudur. Məhkəmə iclasında əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, 22 mart 2021-ci il tarixdə günün ikinci yarısında əri Əhməd Məmmədquliyev xəstəxanaya gələrək, 650 manat pulu Təqsirləndirilən şəxs çatdırmağı üçün xəstəxananın birinci mərtəbəsində ona vermişdir. Çünki o, qayınanasının əməliyyatından sonra təxliyyə edildiyi günə qədər onun yanında qalmışdır. Buna görə də, əri Əhməd 650 manat pulu ona vermişdir ki, həmin pulu o, Azad həkimə çatdırsın. Əri Əhməd 650 manat pulu ona verdikdən sonra o, qayınanasının qaldığı 303 №-li otağına qalxmış və otaqda Azad həkim özü ona tərəf yaxınlaşmış və o, 650 manat pulu gətirdiyini demiş, Azad həkim xalatının sol cibini göstərmiş, o da pulu Azad həkimin xalatının sol cibinə qoymuşdur. O, pulu Azad həkimə verərkən otaqda qayınanasıı və başqa xəstə qadın da olmuşdur. İşdə olan, 28 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokolu ilə müəyyən edilir ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirilmə zamanı Şahid3 qayınanasının əməliyyat olunması ilə bağlı əri Əhməd Məmmədquliyevin verdiyi 650 manat pulun ona (Təqsirləndirilən şəxs) verildiyini Təqsirləndirilən şəxs üzünə deməklə ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, mərhum Məmmədquliyeva İncibəyim onun arvadı olmuşdur. Mərhum arvadı İncibəyim qarında olan xəstlikdən əziyyət çəkmişdir. 18 mart 2021-ci il tarixdə Füzuli MRX-da Azad həkim arvadı İncibəyimin qarınını əməliyyat etmiş, arvadı bir həftə xəstəxanada qaldıqdan sonra evə buraxılmışdır. Evdə arvadının səhhəti ağırlaşmış, sonra onu Azad həkimin yanına aparsalar da, Azad həkim gördüyü işə sahib çıxmamışdır. Sonra arvadını bir neçə xəstəxanalara aparmış, axırıncı dəfə Bakı şəhərində özəl xəstəxanada arvadı İncibəyimin qarından əməliyyat olunmuş və 5-6 gün xəstəxanada qaldıqdan sonra evə buraxılmışdır. Az müddətdən sonra İncibəyimin vəziyyəti ağırlaşmış, sonra onu Bakıdan rayona gətirmişlər və rayonda İncibəyim vəfat etmişdir. Arvadı İncibəyimin müalicəsi üçün pul lazım olduğundan həyətində olan malqaranı, o cümlədən bir baş inəyini satmışdır. Birinci dəfə Füzuli RMX-da Azad həkim arvadını əməliyyat etmiş və buna görə Azad həkimə pul verməmişlər. Həkimə, xəstəxanaya getmək, dava-dərman almaq üçün pul xərcləmişlər. Evdə həkimə pul verilməsi barədə eşitməmişdir. Azad həkim əvvəl pul gətirin demiş, sonra isə gətirməyin demişdir. Azad həkim onlara “əməliyyat edəcəyəm pul verin” demiş, amma onlar həkimə pul verməmişlər. İstintaq zamanı verdiyi ifadəsində əməliyyatla bağlı Azad həkimə pul verilməsi ilə bağlı yazılanlar doğru deyil. İbtidai istintaq zamanı isə Şahid2 oğlu Əhməd Məmmədquliyevin ifadəsinə uyğun ifadə vermiş, həmçinin bu ifadəsində göstərmişdir ki, arvadı İncibəyim Məmmədquliyevanın əməliyat olunması üçün oğlu Əhməd Məmmədquliyev gəlini Şahid3 vasitəsilə Azad həkimə 650 manat pul vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq etdiyini və hazırda məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin mart ayında həmkəndlisi Əhməd Məmmədquliyevin inəyini satmaq istəyini eşitmiş və həmin gün günorta saatlarında Əhmədgilə getmişdir. Əhməd anasının ağır xəstə olduğunu və onun təcili cərrahiyə əməliyyatı olunması üçün pul lazım olduğundan inəyini satmaq istədiyini demişdir. Əhməd inəyini 1600 manata satdığını bildirmiş, o da razılaşmış və Əhmədə 1600 manat pulu verib inəyi almışdır. İbtidai istintaq zamanı isə Şahid8 ifadəsində göstərmişdir ki, o, 19 mart 2021-ci il tarixdə Əhməd Məmmədquliyevin bir baş dişi inəyi satmaq istədiyini eşidib həmin gün günorta saatlarında Əhmədin evinə getmişdir. Əhməd anası İncibəyimin ağır xəstə olmasını və onun təcili cərrahiyə əməliyyatı olunması üçün pul lazım olduğunu və həkimin istədiyi pulu düzəltmək üçün inəyi satmaq istədiyini bildirmişdir. İnəyi 1600 manata almağı razılaşdıqdan sonra həmin gün axşam saat 21 radələrində Əhmədin evinə gedib 1600 manat pulu sayıb vermiş, səhərisi gün, yəni, 20 mart 2021-ci il tarixdə Əhmədin evinə gedib inəyi götürüb evinə gətirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini ümumən təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayında arvadı Şahid5 Füzuli RMX-da cərrah Azad həkim tərəfindən keysəriyyə cərrahiyyə əməliyyatı olunmuşdur. O, Azad həkimə zəng edib danışdıqdan sonra arvadı Nahidəni xəstəxanaya aparmış, sonra həkim onu əməliyyat etmişdir. Əməliyyatdan sonra Nahidə bir neçə gün xəstəxanada qalıb müalicəsini davam etdirmişdir. O, arvadı Nahidənin əməliyyat olunması ilə bağlı heç kimə, o cümlədən Azad həkimə pul verməmişdir. O, arvadına Azad həkimə pul verməsi barədə heç nə deməmiş və xəstəxanada arvadının yanında qalmamışdır. Sonradan bilmişdir ki, Nahidə xəstəxanada olan vaxt beyləqanlı Nərmin adlı xanımla tanış olmuş, Nərminin qayınanasını da Azad həkim əməliyyat etmişdir. O, Nərmin adlı qadının və onun əri Əhmədin və ya qohumları tərəfindən Azad həkimə pul verilməsinin şahidi olmamış və bu barədə heç nə eşitməmişdir. İstintaq zamanı o, nə deyibsə müstəntiq də yazmışdır. O, bir dəfə Füzulidə müstəntiqin yanında olmuş, ikinci dəfə isə müstəntiq özü İmişli rayon prokurorluğuna gəlib onu ora çağırıb ifadəsini almışdır. Müstəntiq ifadəsini komputerdə yazmış, o da imza etmişdir. İfadəsində nə yazıldığını bilməmişdir. İfadəsində Azad həkimə pul verməsi ilə bağlı yazılanları təsdiq etmir. İstintaq zamanı onun Azad həkimlə üzləşdirməsi olmamış, daha doğrusu üzləşdirmə zamanı mübahisə və səs-küy olduğu üçün hamı çıxıb getmiş, üzləşdirmə baş tutmamışdır. Məhkəmə iclasında əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, 22 mart 2021-ci il tarixdə arvadı Şahid5 FRM-da həkim- cərrah Təqsirləndirilən şəxs tərəfindən keysəriyyə cərrahiyyə əməliyyatı olmuş və 25 mart 2021-ci il tarixədək xəstəxananın 303 №-li otağında stasionar müalicəsini davam etdirmişdir. O, həmin müddətdə həyat yoldaşını tək buraxmamaq üçün həyat yoldaşının qaldığı otağın yanında yerləşən 305 №-li otaqda qalmışdır. O, arvadının qaldığı otağa tez-tez getdiyindən həmin otaqda Azad həkim tərəfindən qayınanası cərrahiyyə əməliyyatı olan Nərmin xanımı da tez-tez görürmüş, həmçinin orada olduqları müddətdə arvadı Nahidə ilə Nərmin xanımın arasında münasibətləri yaranmışdır. 22 mart 2021-ci il tarixdə Azad həkim 303 №-li otaqda olarkən həmin vaxt o da arvadı Nahidənin yanında olmuşdur. Həmin vaxt Nərmin xanım otağa daxil olmuş və onun əlində pul bükümü olmasını görmüşdür. Nərmin xanım otağa daxil olduqdan sonra Azad həkim Nərmin xanıma tərəf yaxınlaşmış, sonra onlar otağın kənarına çəkilmiş və Nərmin xanım əlində saxladığı pul bükümünü Azad həkimin xalatının sol cibinə qoymuşdur. O, Nərmin xanımın 22 mart 2021-ci il tarixdə xəstəxananın 303 №-li otaqda əlində saxladığı pul bükümünü Azad həkimin xalatının sol cibinə qoyduğunu dəqiq bilsə də, bunun günün hansı saatında baş verməsini dəqiq xatırlamır. Arvadı Şahid5 keysəriyyə əməliyyat olunması üçün o, 22 mart 2021-ci il tarixdə, saat 15 radələrində Füzuli RMX-da cərrah Təqsirləndirilən şəxs xidməti otağında qəbulunda olmuş, Azad həkim keysəriyyə əməliyyatı etməyinə razılıq vermiş və bunun müqabilində ondan 550 manat pul tələb etmiş, o da razılaşıb 550 manat pulu Azad həkimin önündə olan masasının üzərinə qoymuş, Azad həkim də həmin pulu götürüb cibinə qoymuşdur. Azad həkim ondan 550 manat pulu tələb edərkən və onun həmin pulu ona Azad həkimə verərkən yanında heç kəs olmamışdır. Sonradan o, bilmişdir ki, arvadını əməliyyat etməyi müqabilində Azad həkim ondan tələb etdiyi 550 manat pulu rüşvət olaraq tələb etmişdir. Ona görə də o, Təqsirləndirilən şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülməsini və ona vurduğu maddi zərərin ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İşdə olan, 05 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolu ilə müəyyən edilir ki, Şahid4 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirilmə zamanı Şahid4 arvadı Şahid5 əməliyyat olunması ilə bağlı 550 manat pulu verdiyini Təqsirləndirilən şəxs üzünə deməklə ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, 22 mart 2021-ci il tarixdə Füzuli RMX-da Azad həkim tərəfindən keysəriyyə cərrahiyyə əməliyyatı olunmuşdur. Əməliyyatdan sonra 25 mart 2021-ci il tarixədək xəstəxanada 303 №-li otaqda stasionar müalicədə qalmışdır. Xəstəxanada mətbəxdə olarkən Nərmin adlı qadınla tanış olmuş, aralarında münasibətləri yaranmışdır. Nərminin qayınanası da xəstəxanada əməliyyat olunduğundan o da xəstəxanada onun yanında qalmışdır. Füzuli RMX-da Azad həkim tərəfindən cərrahiyyə əməliyyatı olunması ilə bağlı nə o, nə də əri Cavad heç kimə, o cümlədən Azad həkimə pul verməmişdir. O, xəstəxanada olarkən əri xəstəxanada qalmamış, xəstəxanaya gəlməmiş, həmçinin İncibəyim xanım onun otağında olmamışdır. Nərmingilin qayınanasının əməliyyat olunması ilə bağlı Azad həkimə pul verməsi barədə məlumatı yoxdur və o, belə bir halın şahidi olmamışdır. İstintaq zamanı verdiyi ifadəsinin sonunda qeyd hissə və imza ona məxsusdur. İstintaq zamanı verdiyi 1-ci ifadəsini oxuyub imza etmiş, 2-ci ifadəsini müstəntiq yazmış və o, oxumadan ifadəsinə imza etmişdir. Məhkəmə iclasında əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 22 mart 2021-ci il tarixdə Füzuli RMX-da həkim-cərrah Təqsirləndirilən şəxs tərəfindən keysəriyyə cərrahiyyə əməliyyatı olmuş və 25 mart 2021-ci il tarixədək xəstəxananın 303 №-li otağında stasionar müalicəsini davam etdirmişdir. Özünün qaldığı otaqda Azad həkim tərəfindən qayınanası cərrahiyyə əməliyyat olunmuş Narmin adlı qadın da qalmış və aralarında münasibətlər yaranmışdır. Xəstəxanada olduğu müddətdə əri Cavad onu tək buraxmamaq üçün mütəmadi olaraq onun qaldığı otağın yanında yerləşən 305 №-li otaqda qalmış və onun yanına tez-tez gəldiyindən otaqda Nərmin xanımı da görmüşdür. 22 mart 2021-ci il tarixdə Azad həkim 303 №-li otaqda olmuş, həmin vaxt əri Cavad da orada yanında olmuşdur. Həmin vaxt Nərmin xanım otağa daxil olmuş və onun əlində pul bükümü olmasını görmüşdür. Sonra Nərmin xanım əlindəki pul bükümünü Azad həkimin xalatının sol cibinə qoymuşdur. O, Nərmin xanımın 22 mart 2021-ci il tarixdə xəstəxananın 303 №-li otağında əlində saxladığı pul bükümünü Azad həkimin xalatının sol cibinə qoyduğunu dəqiq bilsə də, bunun günün hansı saatında baş verməsini dəqiq xatırlamır. Azad həkimin onu keysəriyyə əməliyyatı etməsi üçün əri Şahid4 22 mart 2021-ci il tarixdə, saat 15 radələrində Azad həkimin qəbulunda olmuş, özü isə xəstəxananın birinci mərtəbəsində onu gözləmişdir. X54 həkimin qəbulundan çıxdıqdan sonra onun yanına gəlmiş və onun keysəriyyə əməliyyatı etməyinə razılaşdığını, az sonra əməliyyat ediləcəyini bildirmiş, həm də onu əməliyyat etməsi müqabilində Azad həkimin ondan 550 manat pul tələb etdiyini, onun da 550 manat pulu Azad həkimə verdiyini demişdir. Bundan sonra o, əməliyyat otağına aparılmış və Azad həkim onun üzərində keysəriyyə əməliyyatını icra etmişdir. Xəstəxana tərəfindən ərinin yanına gəlib-getməsinə hər hansı bir məhdudiyyət qoyulmadığı üçün əri istədiyi vaxt müalicə aldığı 303 №-li otağa gəlib onu ziyarət edə bilmişdir. Məhkəmə iclasında şahid X26 ifadəsində göstərmişdir ki, özünün daxil olduğu ekspert komissiyası tərəfindən hazırki iş üzrə olan KEŞ-680 №-li (X4 aid həkim işi ilə bağlı) və KEŞ-681 №-li (Zərərçəkmiş şəxs aid həkim işi ilə bağlı) məhkəmə-tibbi ekspert rəyləri təqdim olunmuş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əsaslanaraq verilmişdir. İncibəyim Məmmədquliyevanın birinci əməliyyatdan sonra nazik bağırsağının perforiyası (deşilməsi) nəticəsində peritonit olmuşsa onun hansı müddət daxilində yaşaya bilməsi ilə bağlı konkret cavabı yoxdur. Qeyd olunan rəylər verilərkən mütəxəsis Nazim Həsənovun fikirləri soruşulub əsas götürülərək bu rəylər verilmişdir. Ekspert komissiyasına xəstənin potohistoloji tibbi müayinəyə dair sənədlər təqdim olunmamışdır. Əgər xəstələr potohistoloji tibbi müayinədən keçirilmiş olsaydı bu halda aşkar olunan xəstəliklərin dəqiq səbəbləri aydın olmuş olardı. Məhkəmə iclasında şahid X36 ifadəsində göstərmişdir ki, özünün daxil olduğu ekspert komissiyası tərəfindən hazırki iş üzrə olan KEŞ-680 №-li (X4 aid həkim işi ilə bağlı) və KEŞ-681 №-li (Zərərçəkmiş şəxs aid həkim işi ilə bağlı) məhkəmə-tibbi ekspert rəyləri təqdim olunmuş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əsaslanaraq verilmişdir. Qeyd olunan rəylərin verilməsi zamanı ekspert komissiya üzvlərinin müzakirəsi təxminən 10 dəqiqi olmuş, ətraflı araşdırma (tədqiqat) aparılmadan həmin rəylər verilmişdir. Həmçinin o, hesab edir ki, X14n birinci əməliyyatı ilə, ikinci əməliyyat arasında 20-25 gün keçdiyinə görə birbaşa bağırsaq zədələnməsi haqqında fikir söyləmək mümkün deyil, həmin vaxt nazik bağırsağının perforiyası (deşilməsi) olsaydı bir gün ərizində xəstə peritonit olardı və o, xəstəxanadan evə də buraxılmazdı. İkinci əməliyyatın xəstəlik tarixini sonradan öyrənəndən sonra ona aydın olmuşdur ki, İncibəyim Məmmədquliyevanın nazik bağırsağın müsaliyyə kənarından nekroz başlamış və bağırsaq perforiyası (deşilməsi) olmuşdur. Nazik bağırsaqda deşilmə olması onun cərrahiyyə əməliyyatı zamanı zədələnməsi kimi qəbul edilməsi məntiqi cəhətdən duz deyil. Potohistoloji tibbi müayinə ikinci əməliyyatdan əvvəl olmuş olsaydı bağırsaqda olan yırtığın dəqiq səbəbini bilmək olardı, lakin xəstənin potohistoloji tibbi müayinə edilib-edilməməsi barədə onun məlumatı olmamışdır. Təqdim olunan materiallar az olmuş və məntiqi olaraq suallara cavab verilərək bu zədələnmənin (nazik bağırsaqda olan yırtığın) birinci əməliyyat zamanı olması kimi qiymətləndirmişdir. Lakin sonradan özünün apardığı araşdırmasına əsasən belə hesab edir ki, nazik bağırsaqda bu hal 20 gündən sonra əmələ gəlibsə, bunun səbəb kimi cərahiyyə əməliyyatı zamanı bu zədələnməsinin olması ehtimalı azdır. Həmçinin hər iki xəstədə olan zədələnmənin dəqiq səbəbini bilmək üçün potohistoloji tibbi müayinin nəticəsi tələb olunmuş, lakin potohistoloji tibbi müayinə keçirilib nəticəsinə dair tibbi sənədlər təqdim olunmadığına görə hər iki şəxsdə, yəni İncibəyim Məmmədquliyevanın nazik bağırsağın yırtığı-perforiyası və Zərərçəkmiş şəxs sidik kisəsinin zədələnməsi ilə bağlı qəti fikir söyləmək mümkün deyildir. O, hazırda hesab edir ki, birinci cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası zamanı İncibəyim Məmmədquliyevanın nazik bağırsağın perforiyasının baş verməsinə səbəb olması, həmçinin birinci cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası zamanı Zərərçəkmiş şəxs sidik kisəsinin zədələnməsinə səbəb olması qənaətinə gəlmiş özünün də daxil olduğu ekspert komissisysının verdiyi rəylər (13 avqust 2021-ci il tarixli, 680 və 681 №-li rəylər) tam əsaslı olmamışdır. İşdə olan, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X50 04 yanvar 2021-ci il tarixli əmərdən çıxarışla müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X50 Cərrahiyyə şöbəsinə həkim-ümumi cərrah vəzifəsinə təyin edlmişdir. İşdə olan, Zərərçəkmiş şəxs adından Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna, habelə digər dövlət orqanlarına ünvanlanmış 21 iyun, 27 iyul və 16 avqust 2021-ci il tarixli, eyni məzmunlu ərizələrdə göstərilir ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının cərrahı Azad (Təqsirləndirilən şəxs) 06 may 2021-ci il tarixdə ondan (Zərərçəkmiş şəxs) 500 manat alıb əməliyyat (cərrahi əməliyyat) etmişdir. Onun yarıtmaz əməliyyatı sayəsində o, ölümlə üzbəüz qalmış və 31 may tarixində Bakı şəhərində özəl xəstəxanaların birində əməliyyat olunaraq ölümdən qurtarmışdır. Azad həkimin ondan aldığı 500 manatla birlikdə o, səhhətini bərpa etmək üçün ümumilikdə 6000 manat xərc çəkməli olmuşdur. Azad həkimin barəsində qanunamüvafiq tədbir görülməsini və ona vurulmuş 6.000 manat zərərəin ödənilməsinə köməklik edilməsini xahiş edir. Qeyd olunan fakt üzrə Füzuli rayon prokurorluğunda Azərbaycan Respublikası CMnin 314.1-ci maddəsi ilə cinayət işi başlanmış və Zərərçəkmiş şəxs iş üzrə Füzuli rayon prokurorluğuna (bundan sonra istintaq orqanına) 22 iyul 2021-ci il tarixdə verdiyi izahatında 21 iyun 2021-ci il tarixli ərizəsində (həmçnin digər ərizələrində) göstərilən bütün faktları təsdiq edərək 06 may 2021-ci il tarixdə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında cərrahi əməliyyat olunması üçün Azad həkimin (Təqsirləndirilən şəxs) ondan 500 manat pul tələb etdiyini və həmin gün şəxsən 500 manat pulu Azad həkimə (Təqsirləndirilən şəxs) verdiyini, pulu verərkən yanında qızı Şahid1 olduğunu göstərmişdir. Həmçinin izahatının sonunda Zərərçəkmiş şəxs əlyazma ilə izahatında yazılanları təsdiq etdiyini qeyd etmişdir. İstintaq orqanına verdiyi izahatında Şahid1 Hafiz qızı anası Zərərçəkmiş şəxs izahatında göstərilən xüsusatları tam təsdiq etmiş, həmçinin izahatının sonunda əlyazma ilə izahatında yazılanları təsdiq etdiyini qeyd etmişdir. İşdə olan, Beyləqan rayonunun Dünyamalılar kəndində yaşayan X17 adından vebsayt üzərindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış 23 iyun 2021-ci il tarixli müraciətində göstərilir ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının cərrahı Təqsirləndirilən şəxs səhlənkarlığı nəticəsində anası X8 rəhmətə getmiş və o, bu işin araşdırılmasını xahiş etmişdir. Qeyd olunan müraciətlə bağlı X7 rayon prokurorluğuna verdiyi 22 iyul 2021-ci il tarixli izahatında müraciətində göstərilənləri təsdiq etmiş və toplanmış material aidiyyəti üzrə Füzuli rayon prokurorluğuna 17 iyul 2021-ci il tarixdə daxil olub araşdırma davam etdirilmişdir. İşdə olan, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X50 07 oktyabr 2021-ci il tarixli, 623 №-li arayışı ilə müəyyən olunur ki, Hüseynova (Novruzova) X33 Rayon Mərkəzi Xəstəxanasına 022.1 XVT-10 kodu ilə (hamiləlik 38-39 həftəlik, hamiləlik başgəlişi qanama diaqnozu ilə) 22 mart 2021-ci il, saat 14:50-də daxil olmuşdur. Hüseynova (Novruzova) Nahidə Əliyar qızı 22 mart 2021-ci il tarixdə 74.0 XBT-9 kodu ilə klassik keysəriyyə əməliyyatı olmuşdur. Əməliyyat cərrah-həkim Təqsirləndirilən şəxs tərəfindən olmuşdur. Əməliyyatdan sonra xəstə cərrahiyyə şöbəsinə köçürülüb 25 mart 2021-ci il, saat 12:00-dək stasionar müalicə almışdır. Sənədlərdə palata nömrəsi qeyd olunmamışdır. İşdə olan, Füzuli RMX PHŞ-in istintaq orqanına ünvanladığı 18 aprel 2021-ci il tarixli, 486 №-li məktubunda “Füzuli Rayon Mərkəzi Xəstəxanı” X51 həkim-ümumi cərrah vəzifəsində olan Təqsirləndirilən şəxs hazırki vəzifəsi üzrə əmrdən çıxarış və onun vəzifə təlimatının təsdiq olunmuş surətinin məktuba əlavə olunmaqla göndərildiyi göstərilir və məktuba Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 №-li əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”nın təsdiq edilmiş surəti əlavə edilmişdir. İşdə olan, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X50 23 sentyabr 2021-ci il tarixli, 597 №-li arayışla müəyyən olunur ki, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X40 vətəndaşların cərrahiyyə əməliyyatları, stasionar və ambulator müayinə və müalicələr tam ödənişsiz həyata keçirilir. İşdə olan, məhkəmə-tibbi ekspetizasının 13 avqust 2021-ci il tarixli 680 №-li və təkrar məhkəmə-tibbi ekspetizasının 16 sentyabr 2021-ci il tarixli 462 №-li rəyləri ilə müəyyən edilir ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasında (bundan sonra Füzuli RMX-ı) X2 üzərində icra edilmiş “Herniotomiya. Yırtıq vəzinin ləğv edilməsi. Ön divarın Alloplastika” cərrahiyyə əməliyyatı texniki cəhətdən qüsurlu icra edilmiş, bunun nəticəsində xəstənin nazik bağırsağının perforiyası baş vermiş, bu da peritonitə səbəb olmuşdur. İncibəyim Məmmədquliyevanın üzərində cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası ilə əlaqədar Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin vəzifə öhdəliklərinin 7-ci bəndi pozulmuşdur. Buna məsul şəxs Füzuli RMX-nın həkim-cərrahı Təqsirləndirilən şəxsdir. İşdə olan, məhkəmə-tibbi ekspetizasının 13 avqust 2021-ci il tarixli 681 №-li və təkrar məhkəmə-tibbi ekspetizasının 16 sentyabr 2021-ci il tarixli 463 №-li rəyləri ilə müəyyən edilir ki, Füzuli RMX-da Zərərçəkmiş şəxs üzərində icra edilmiş “Total abdominal histerektomiya” cərrahiyyə əməliyyatı texniki cəhətdən qüsurlu icra edilmiş və əməliyyat zamanı sidik kisəsi zədələnmişdir. Zərərçəkmiş şəxs üzərində cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası ilə əlaqədar Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydaları pozulmuşdur. Buna məsul şəxs Füzuli RMX-nın həkim-cərrahı Təqsirləndirilən şəxsdir. İşdə olan, meyitin qəbirdən çıxarılması (ekshumasiya) ilə bağlı keçirilmiş məhkəmətibbi ekspertizasının 31 avqust 2021-ci il tarixli rəydə göstərilir ki, X2 meyiti kəskin çürümə prosesinə məruz qalmışdır. Kəskin çürümə dəyişikliyi fonunda cərrahi əməliyyat kəsiklərinin izlərindən savayı digər hər-hansı bir xəsarət və ya onun izi aşkar edilmədi. X2 meyiti kəskin çürümə prosesinə məruz qaldığından ölümün səbəbini dəqiq müəyyən etmək mümkün deyildir. Bununla belə, adına tərtib olunmuş tibbi sənədlərdəki məlumatlara əsaslanaraq bu nəticəyə gəlmək olar ki, nazik bağırsağın perforiyası (deşilməsi) nəticəsində inkişaf etmiş yayılmış peritonit (penriton qişasının yayılmış iltihabı) sonrakı dövrlərdə ümumi intoksikasiyaya və poliorqan çatmamazlığına səbəb olmuşdur ki, bu da ölümlə nəticələnə bilərdi. İşdə olan, təkrar məhkəmə-tibbi ekspertizasının 24 may 2022-ci il tarixli, 255/MEŞ №-li rəyi ilə müəyyən edilir ki, tibbi sənədlərə əsasən İncibəyim Məmmədquliyevaya xx.xx.2021-ci il tarixdə Füzuli MRX-a daxil olduqdan sonra ona “Ventral qarının əməliyyatından sonrakı yırtığı, şəkərli diabet” diaqnozu düzgün təyin edilmiş və təyin edilmiş diaqnoza uyğun üzərində “Herniotomiya. Yırtıq vəzinin ləğv edilməsi. Ön divarın Alloplastika” cərrahi əməliyyatı icra olunmuşdur. İlkin və təkrar məhkəmə-tibbi ekspertizaların rəylərinə əsasən həmin əməliyyat tixniki cəhətdən qüsurlu icra edilmiş, Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin pozulması kimi göstərilmişdir. X15 üzərində xx.xx.2021-ci il tarixdə aparılmış ilkin cərrahiyyə əməliyyatından sonra xx.xx.2021-ci il tarixdə icra edilmiş təkrar cərrahi əməliyyatadək olan dövrdə xəstədə nazik bağırsağın perforiyası səbəbi ilə peritonit əlamətlərinin olub-olmaması haqqında göstərilən dövrü əhatə edən tibbi sənəd mövcud deyildir. İş materiallarına sonradan əlavə edilmiş təkrar cərrahiyyə əməliyyatının videogörüntülərində qarın boşluğunda sərbəst bağırsaq möhtəviyyatının olmadığı, yalnız bağırsağın ilgək daxili hissəsində deffektin vizual əlamətləri aşkar edilmişdir. İncibəyim Məmmədquliyevanın üzərində icra edilmiş ikinci cərrahiyyə əməliyyatının tam dəqiq diaqnozunu və deffektinin xarakterinin müəyyən edilməsi üçün tələb olunan patohistoloji müayinə aparılmamışdır. Beləliklə, patohistoloji müayinə aparılmadığı və prosesin digər səbəblərdən yaranması, yəni bağırsaq ilgəyinin nekrozu, qan təchizatının pozulması, qanqrenası və.s baş verməsini nəzərə alaraq hazırda hansı amilin həlledici olmasını təyin etmək mümkün deyildir. Habelə iş materiallarında olan tibbi sənədlərə əsasən, İncibəyim Məmmədquliyevanın üzərində xx.xx.2021-ci il tarixldə icra edilmiş təkrar cərrahiyyə əməliyyatı zamanı diaqnozun təsdiqi üçün zəruri olan patohistoloji müayinə aparılmadığından bu haqda fikir söylənilməsi mümkün deyil. İncibəyim Məmmədquliyevanın ekshumasiya edilmiş meyitinin məhkəmətibbi müayinəsinə əsasən, meyit kəskin çürümə dəyişikliklərinə uğradığından ölümün səbəbini və ölümün baş verməsində hansı amilin həlledici olması haqqında fikir söyləmək mümkün deyildir. Tibbi sənədlərə əsasən, ilkin və təkrari cərrahiyyə əməliyyatlarından sonra İncibəyim Məmmədquliyevanın kafi vəziyyətdə evə yazıldığı qeyd edilmişdir. Habelə tibbi sənədlərə əsasən Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Füzuli MRXa daxil olduqdan sonra ona “Uşaqlığın leyomioması. Şəkərli diabet” diaqnozu dügün təyin edilmiş və təyin edilmiş diaqnoza uyğun üzərində “Total abdominal histerektomiya” cərrahi əməliyyatı icra olunmuşdur. İlkin və təkrar məhkəmə-tibbi ekspertizaların rəylərinə əsasən həmin əməliyyat tixniki cəhətdən qüsurlu icra edilmiş, Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin pozulması kimi göstərilmişdir. Lakin iş materiallarına əlavə edilmiş tibbi sənədlərdə və videogörüntülərdə göstərilənlərə əsasən onun əziyyət çəkdiyi ağır şəkərli diabet fonunda sidik kisəsi divarının qan təvhizatının pozulması, uşaqlıq yolunun infeksiyaları, immun sisteminin zəif olması, sistit, sidik yollarının və sidik kisəsinin infeksiyaları kimi bir çox digər səbəblərdən fistula yarana bildiyindən qeyd olunan patoloji vəziyyətin icra edilmiş ilkin cərrahiyyə əməliyyatı ilə əlaqələndirmək mümkün deyildir. Tibbi sənədlərə əsasən, Zərərçəkmiş şəxs üzərində icra edilmiş ikinci cərrahiyyə əməliyyatının tam dəqiq diaqnozu üçün tələb olunan patohistoloji müayinə aparılmadığından fistulanın hansı səbəbdən yaranması haqqında fikir söylənilməsi mümkün deyildir. İşdə olan, təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 19 oktyabr 2022-ci il tarixli, T481/2022 №-li rəyi ilə müəyyən edilir ki, təqdim edilmiş tibbi sənədlər və cinayət işi materiallarında göstərilənlərə əsasən vətəndaş X5 Füzuli RMX-da diaqnoz düzgün təyin edilmişdir. Tibbi sənədlərdə göstərilənlərə əsasən İncibəyim Məmmədquliyevanın üzərində cərrah tərəfindən qarnın ön divarında mövcud olan “Yırtıq kisəsinin ləğvi. Ön divarın allopıastikası” cərrahiyyə əməliyyatı icra edilmiş, taktika düzgün seçilsə də, texniki cəhətdən qüsurla icra edilmişdir. Belə ki, təqdim edilən tibbi kartada xx.xx.2021-ci ildə “Davinçi Hospitaf’da icra edilmiş təkrar cərrahi müdaxilə zamanı cərrahın qeydinə əsasən “Nazik bağırsaq aponevroza tikilmiş, həmin nahiyədən perforasiya edilib, perforativ dəlik tikildi, qarın boşluğu sanasiya, drenaj edildi, yara qat-qat tikildi”. Sonra cərrah tərəfindən əlavə qeydiyyat aparılmış, burada əlavə təftiş zamanı “Nazik bağırsaqda iki ədəd perforativ dəlik olduğu üçün rezeksiya olunması, uc-uca, kolo-kolo nazik bağırsaq anastomozunun qoulması, yayımış peritonit olması” qeyd edilmışdir. Cərrah tərəfindən ikinci cərrahiyə əməliyyatı zamanı qeyd edilənlərin hal-hazırda həqiqət əks etdirdiyini cərrahı əməliyyat zamanı tələb olunan patohıstoloji tədqiqat uçun material götürülmədiyindən və meyitin ekshumasiyası zamanı məhkəmə-tibb eksperti tərəfindən bu patologiyanın yarıtmaz, təsviri bu haqda birmənalı fikir söyləməyə imkan vermir. Belə kı, əgər pertorativ dəliklər tikilirdisə nə üçün anastomoz qoyulurdu və bu anastomoz isə ekspert tərəfindən "bağırsaq bir yerində tam aralanmışdır" frazası ilə başa çatdırılmışdır. İş materiallarına sonradan əlavə edilmiş təkrari cərrahi əməliyyatın videogörüntülərində qarın boşluğunda sərbəst bağırsaq möhtəviyyatının kifayət qədər olmaması, ancaq bağırsaq ilgəyinin daxili hissəsində defektin görünməsi öz əksini tapır. Bu görüntülər yayılmış peritonit üçün deyil, kəskin bağırsaq keçməməzliyinə daha çox uyğun gəlir ki, bu da tibbi kartada qeyd edilən xəstənin şikayətləri və sonradan məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə Birliyə göndərilən Respublika Klinik Xəstəxanasının tibbi kartasında bir daha öz təsdiqini tapır. Beləliklə, qeyd edilən ciddi ziddiyyətlərlə bağlı xəstənin vəziyyətinin kritik hala düşməsində həlledici amilin istər birinci əməliyyatın qüsurla icra edilməsindən yaranmış ağırlaşmadan, istərsə də ikinci cərrahi əməliyyatın düzgün taktika seçilməyərək yetərsiz icra edilməsindən yaranmış ağırlaşmadan baş verməsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Çünki birinci cərrahi əməliyyatla ikinci cərrahi əməliyyat arasında 3 həftə müddət olduğu nəzərə alınaraq bağırsaq deşildiyi təqdirdə qarın boşluğunda kəskin ifadə olunmuş irinli peritonit aşkar edilməli idi. Təqdim edilən hər iki tibbi kartada xəstənin kafi vəziyyətdə evə yazılması göstərilsə də, sonradan ikinci cərrahi əməliyyatı icra edən cərrah tərəfindən xəstəyə evdə baxılması, anastomozun yetərsiz olması, xəstənin bağırsaq ilgəklərinin xaricə çıxması ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində öz əksini tapmışdır. Vətəndaş Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərə, cinavət işinə əlavə edilmiş məlumatlara əsasən ona 06.05. 2021-ci il tarixdə Füzuli RMX-nda diaqnoz düzgün qoyulmuş və bu diaqnoza uyğun “Total abdominal isterektomiya” cərrahhiyyə əməliyyatı icra edilmişdır. Aparılmış cərrahı əməliyyatdan sonra xəstədə daim uşaqlıq yolundan sidik gəlməsi şikayəti olduğundan xx.xx.2021-ci il tarixdə “Unikilinika” Tibb Mərkəzinə daxil olmuş “Relaparotomiya, fistulanın ləğvi, episistostomiya” cərrahhiyyə-əməliyyatı icra edilmiş, əməliyyatın gedişində sidik kisəsi ilə uşaqlıq yolu arasında böyük ölçüdə dəlik aşkar edilmiş və sonrakı cərrahı müdaxilələr zamanı bu qüsur bərpa edilmişdir. Qeyd edilənlərə əsasən Zərərçəkmiş şəxs ilkin cərrahiyyə əməliyyatının taktikası düzgün seçilsə də, texniki cəhətdən qüsurla icra edilmiş və boyük ehtimal ki, əməliyyat zamanı sidik kisəsi zədələnmişdir. Xəstədən daima sidik ifrazı isə əməliyyatdan qısa müddət sonra baş verməlidir. Bu müddət zədənin yerləşdiyi nahiyə, zədənin ölçüsü və max enin özünə yaratdığı yoldan asılıdır. Zərərçəkmiş şəxs düçar olduğu şəkərli diabet xəstəliyi isə bunun daha da sürətlə inkişaf etməsinə real şərait yaratmışdır. Azərbaycan Respublikasında istənilən tibb müəssisəsinin fəaliyyəti Səhiyyə sistemində mövcud olan normativ sənədlərlə, yəni xx.xx.2012-ci il tarixli, 70 saylı əmr ilə tənzimlənir. İşdə olan, “Baxış aparılması haqqında” 14 oktyabr 2021-ci il tarixli protokolla müəyyən edilir ki, X18 məxsus 51/353-18-35 saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs məxsus 50/331-55-82 saylı mobil telefon nömrəsinə 17 mart 2021-ci il tarixdə bir dəfə, 26 mart 2021-ci il tarixdə iki dəfə, 27 mart 2021-ci il tarixdə bir dəfə, 30 mart 2021-ci il tarixdə bir dəfə, 04 aprel 2021-ci il tarixdə bir dəfə, 07 aprel 2021-ci il tarixdə bir dəfə olmaqla zənglər daxil olmuş və həmin telefon nömrələri arasında müxtəlif müddətlərdə telefon danışıqları olmuşdur. Həmçinin 18 mart 2021-ci il tarixdən 24 mart 2021-ci il tarixədək olan müddətdə günün əksər vaxtlarında X6 məxsus olmuş 50/861-77-05 saylı telefon nömrəsinin anten dairəsi Füzuli rayonunun Əhmədbəyli kənd ərazisində qeydə alınmışdır. Habelə 22 mart 2021-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs məxsus 50/331-55-82 saylı telefon nömrəsinin anten dairəsi Füzuli rayonunun Əhmədbəyli kəndinin ərazisində və 06 may 2021-ci il tarixdə, saat 11 radələrində Füzuli rayonunun Bala Bəhmənli kənd ərazisində, həmçinin 08 aprel 2021-ci il tarixdən 17 aprel 2021-ci il tarixədək olan müddətdə Əhməd Məmmədquliyevə məxsus 51/353-18-35 saylı telefon nömrəsi və İncibəyim Məmmədquliyevaya məxsus 50/861-77-05 saylı telefon nömrəsinin anten dairəsi Bakı şəhərində müxtəlif ünvanlarda qeydə alınmışdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs, X17 və Şahid4 əməlində CM-nin 312-ci maddəsinin, Şahid3 əməlində CM-nin 312 və 307-ci maddələrinin, habelə X17, Şahid1 Şafiz qızının və Şahid5 əməlində CM-nin 307-ci maddəsinin tərkibi olmadığından barələrində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, eləcə də, "xxxx" MMC-dən daxil olmuş telefon danışıqların qeyd edildiyi bir ədəd disk (DVD) iş üzrə maddi sübut kimi tanınıb işə əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutu və digər sənədləri sübut növü kimi qəbul edir. Eyni zamanda məhkəmə cinayət təqibi orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilməsi üçün qəbul edilmiş sübutları, eləcə də müdafiə tərəfinin əsaslandığı sübutları tədqiq edib həmin sübutlara hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə heyəti bu baxımdan iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutları təhlil edib huquqi qiymətləndirmə aparmışdır. Belə ki, məhkəmə iş üzrə dindirilmiş şəxslər-Əhməd Məmmədquliyev, Zərərçəkmiş şəxs, Şahid2, Şahid3, Şahid1, Şahid4, və Şahid5 ibtidai istintaq zamanı, Şahid8 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri, Əhməd Məmmədquliyev, Şahid3, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid4 Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı verdikləri ifadələri, habelə məhkəmə-tibbi ekspert Cavid Cahangirli və ekspert komissiyasının üzvü-tibbi mütəxəssis Nazim Həsənovun məhkəmədə verdikləri ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin iş üzrə CM-nin 314.2-ci maddəsi ilə verilmiş ittihama aid hissədə şahidlər Şahid6 və Şahid7 işin mahiyyəti üzrə verdikləri ifadələrində göstərilən xüsusatlar iş üzrə keçirilmiş ilkin məhkəmə-tibbi ekspertizaların rəyləri ilə təsdiq, sonradan keçirilmiş təkrar komisyon məhkəmə-tibbi ekspertizaların rəyləri ilə təkzib olunduğundan və həmin ekspert rəylərin nəticələri kəskin ziddiyətli olduğundan məhkəmə hesab edir ki, Şahid6 və Şahid7 ifadələrinin sübut kimi tədqiq olunub qiymətləndirilməsinə əsaslar yoxdur. Eyni zamanda məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi Əhməd Məmmədquliyev, Zərərçəkmiş şəxs, şahidlər Şahid3, Şahid2, Şahid1, Şahid4 və Şahid5 məhkəmədə verdikləri ifadələrində göstərilən xüsusatları, yəni Əhməd Məmmədquliyevin ifadəsində anası İncibəyim Məmmədquliyevanın əməliyyat olunması ilə bağlı Azad həkimin ondan pul (650 manat pul) tələb etməməsi, anasının əməliyyat olanması ilə bağlı onun arvadı Şahid3 vasitəsilə Azad həkimə 650 manat pulun verilməməsi, anasının əməliyyat olunması üçün Azad həkimə pulun (650 manat pulun) verilməsi ilə bağlı hallar üzrə ibtidai istintaq zamanı verdiyi ifadələrində yazılanların doğru olmaması, həmin ifadələrin müstəntiqin yazması və özünün isə həmin ifadələrini yalnız imzası ilə təsdiq etməsinə dair göstərdiyi hallar, Şahid3 ifadəsində qayınanası İncibəyim Məmmədquliyevanın əməliyyat olunması ilə bağlı əri Əhməddən Azad həkimin pul tələb etməməsi, qayınanasının əməliyyat olanması ilə bağlı əri Əhmədin Azad həkimə verilməsi üçün ona pul verməməsi, qayınanasının əməliyyat olanması ilə bağlı onun Azad həkimə pul verməməsi, qayınanasının əməliyyat olunması üçün Azad həkimə 650 manat pulun verilməsi ilə bağlı hallar üzrə ibtidai istintaq zamanı verdiyi ifadələrində yazılanların doğru olmaması, həmin ifadələrin müstəntiqin yazması, özünün isə bu ifadələrini yalnız imzası ilə təsdiq etməsinə dair göstərdiyi hallar, Şahid4 ifadəsində arvadı Şahid5 əməliyyat olunması ilə bağlı həkim Təqsirləndirilən şəxs ondan 550 manat pul tələb etməməsi və arvadının əməliyyat olunması ilə bağlı onun Azad həkimə 550 manat pul verməməsi, arvadının əməliyyat olunması ilə bağlı Azad həkimə 550 manat pulun verilməsi ilə bağlı hallar üzrə ibtidai istintaq zamanı verdiyi ifadələrində yazılanların doğru olmaması, həmin ifadələrin müstəntiqin yazması, özünün isə ifadələrini yalnız imzası ilə təsdiq etməsinə dair göstərdiyi hallar, Şahid5 ifadəsində əməliyyat olunması ilə bağlı əri Şahid4 Azad həkimin pul tələb etməməsi, əməliyyat olunması ilə bağlı əri Cavadın Azad həkimə pul verməməsi, əməliyyat olunması üçün əri Cavadın Azad həkimə 550 manat pulul verilməsi ilə bağlı hallar üzrə ibtidai istintaq zamanı verdiyi ifadələrində yazılanların doğru olmaması, həmin ifadələrin müstəntiqin yazması, özünün isə ifadələrini yalnız imzası ilə təsdiq etməsinə dair göstərdiyi hallar, Zərərçəkmiş şəxs ifadəsində əməliyyat olunması ilə bağlı həkim Təqsirləndirilən şəxs ondan 500 manat pul tələb etməməsi, əməliyyat olunması üçün qızı Şahid1 yanında Azad həkimə 500 manat pul verməməsi, əməliyyat olunması üçün qızı Şahid1 yanında Azad həkimə 500 manat pul verməsi ilə bağlı hallar üzrə ibtidai istintaq zamanı verdiyi ifadələrində yazılanların doğru olmaması, həmin ifadələrin müstəntiqin yazması, özünün isə ifadələrini yalnız imzası ilə təsdiq etməsinə dair göstərdiyi hallar, Şahid1 ifadəsində anası Zərərçəkmiş şəxs əməliyyat olunması ilə bağlı Azad həkimin anasından pul (500 manat pul) tələb etməməsi, əməliyyat olunması ilə bağlı anasının onun yanında Azad həkimə 500 manat pulun verilməməsi, əməliyyat olunması üçün anasının onun yanında Azad həkimə 500 manat pul verməsi ilə bağlı hallar üzrə ibtidai istintaq zamanı verdiyi ifadələrində yazılanların doğru olmaması, həmin ifadələrin müstəntiqin yazması, özünün isə ifadələrini yalnız imzası ilə təsdiq etməsinə dair göstərdiyi hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Əhməd Məmmədquliyevin, Şahid3, Şahid2, Zərərçəkmiş şəxs, Şahid1, Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə (həmin ifadələrində hər biri birmənalı olaraq aparılmış cərrahiyyə əməliyyatı ilə bağlı həkim-cərrah Təqsirləndirilən şəxs qeyd olunan məbləğlərdə pulların verildiyini göstərmişlər), habelə Zərərçəkmiş şəxs və Şahid1 izahat və ifadələri ilə məzmunu tam təsdiq olunan Zərərçəkmiş şəxs dövlət orqanlarına ünvanladığı çoxsaylı müraciətləri (cərrahi əməliyyat olunması ilə bağlı Azad həkimin ondan 500 manat pul tələb etməsinə dair müraciətləri), X24, Şahid3, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid4 ilə Təqsirləndirilən şəxs nümayəndəsi-vəkil İlkin Məmmədovun iştirakı ilə aparılmış üzləşdirmə zamanı (həm də Təqsirləndirilən şəxs və nümayəndəsinin suallarına cavab olaraq) Əhməd Məmmədquliyevin, Şahid3, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid4 qəti olaraq apardığı cərrahi əməliyyatlarla bağlı Təqsirləndirilən şəxs qeyd olunan məbləğlərdə pulların verilməsini birbaşa Təqsirləndirilən şəxs üzünə deməklə ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmələri ilə tam təkzib olunduğundan məhkəmə Əhməd Məmmədquliyev, Şahid3, Şahid2, Zərərçəkmiş şəxs, Şahid1, Şahid4 və Şahid5 məhkəmə iclasında verdikləri ifadələrinin cərrahi əməliyyatla bağlı həkim-cərrah Təqsirləndirilən şəxs qeyd olunan məbləğlərlə pulların verilməməsinə dair hissəsində həmin ifadələri sübut kimi qəbul etmir və onların bu ifadələri Təqsirləndirilən şəxs müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsinə öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi eyni məzmunlu ifadələrin verilmiş ittiham üzrə İncibəyim Məmmədquliyevanın və Zərərçəkmiş şəxs üzərində icra etdiyi cərrahiyyə əməliyyatları edərkən səhlənkarlığa yol verməməsinə aid hissədə məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni Beyləqan rayon sakini Əhməd Məmmədquliyevdən anası İncibəyim Məmmədquliyevanı cərrahiyyə əməliyyatı etməsi müqabilində əməliyyat haqqı və əməliyyat xərcləri adı ilə rüşvət qismində 650 manat məbləğində pul tələb edib almaması, İmişli şəhər sakini Şahid4 arvadı Şahid5 cərrahiyyə əməliyyatı etməsi müqabilində əməliyyat haqqı və əməliyyat xərcləri adı ilə rüşvət qismində 550 manat pul tələb edib almaması, eləcə də Füzuli rayon sakini Zərərçəkmiş şəxs cərrahiyyə əməliyyatı etməsi müqabilində ondan əməliyyat haqqı və əməliyyat xərcləri adı ilə rüşvət qismində 500 manat pul tələb edib almamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Əhməd Məmmədquliyevin, Şahid3, Şahid2, Zərərçəkmiş şəxs, Şahid1, Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələri (həmin ifadələrində hər biri birmənalı olaraq aparılmış cərrahiyyə əməliyyatı ilə bağlı həkim-cərrah Təqsirləndirilən şəxs qeyd olunan məbləğlərdə pulların verildiyini göstərmişlər), habelə Zərərçəkmiş şəxs və Şahid1 izahat və ifadələri ilə məzmunu təsdiq olunan Zərərçəkmiş şəxs dövlət orqanlarına ünvanladığı çoxsaylı müraciətləri (cərrahi əməliyyat olunması ilə bağlı Azad həkimin ondan 500 manat pul tələb etməsinə dair müraciətləri), X24, Şahid3, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid4 ilə Təqsirləndirilən şəxs nümayəndəsi-vəkil İlkin Məmmədovun iştirakı ilə aparılmış üzləşdirmə zamanı (həm də Təqsirləndirilən şəxs və nümayəndəsinin suallarına cavab olaraq) Əhməd Məmmədquliyevin, Şahid3, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid4 qəti olaraq apardığı cərrahi əməliyyatlarla bağlı Təqsirləndirilən şəxs qeyd olunan məbləğlərdə pulların verilməsini birbaşa Təqsirləndirilən şəxs üzünə deməklə ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etmələri, eləcə də məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Eyni zamanda iş üzrə keçirilmiş ilkin məhkəmə-tibbi ekspertizasının 13 avqust 2021ci il tarixli, 680 və 681 №-li rəylər, habelə əlavə tədqiqat aparılmadan verilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2021-ci il tarixli, 462 və 463 №-li rəylərin mahiyyətcə tam eyni olması, təkrar məhkəmə-tibbi ekspertizasının 24 may 2022-ci il tarixli rəyinin isə 680, 681, 462 və 463 №-li rəyləri arasında kəskin ziddiyyətlər olmaqla tam başqa mahiyyətli nəticədən ibarət olması, təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 19 oktyabr 2022-ci il tarixli rəyinin isə əvvəlki ekspertiza rəylərini həm təsdiq, həm də inkar etməsini özündə ehtiva etməklə qoyulmuş sualların cavablarının mülahizə xarakterli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin rəylər iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən (Məhkəmə ekspertinin (ekspertlərinin) rəyi və onun məzmunu) verilmiş rəydə ekspertizanın keçirilməsində istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri, habelə tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələri əsaslandırılmaqla dürüst ifadə olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə ilkin məhkəmə-tibbi ekspertizasının 13 avqust 2021-ci il tarixli, 680 və 681 №-li, təkrar məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2021-ci il tarixli, 462 və 463 №-li, təkrar məhkəmə-tibbi ekspertizasının 24 may 2022-ci il tarixli rəyi və təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 19 oktyabr 2022-ci il tarixli rəylər arasında kəskin ziddiyyətli halların olması və nəticələrin ehtimallar və mülahizələrə əsaslandığından həmin rəylər Təqsirləndirilən şəxs səhlənkarlıq cinayəti (CM-nin 314-cü maddəsi) törətməsi ilə bağlı verilmiş ittiham üzrə sübut kimi qəbul edilməməli, eyni zamanda bu ittiham üzrə Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 №-li əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”nın sübut kimi qiymətləndirilməsinə əsaslar yoxdur. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs rüşvət alma cinayəti törətməsi və onun bu cinayətin subyekti olması ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarında izah edilir ki, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-cı maddəsinə əsasən publik hüquqi şəxs-dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. Hazırki iş üzrə dövlət adından yaradılmış qeyri-kommersiya təşkilatı olan “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X50 fəaliyyəti dövlətin vətəndaşlara göstərdiyi xidmətin (ümumdövlət əhəmiyyəti daşıyan fəaliyyətin) bir sahəsi olmaqla bu fəaliyyətin həyata keçirilməsi, yəni hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən hərəkətlərdən ibarət olmaqla bu xidmətin (tibbi xidmətin) icrası dövlətlə vətəndaşlar arasında olan hüquq münasibətlərini özündə ehtiva edir. Həmçinin məhkəmə dövlət adından yaradılmış qeyri-kommersiya təşkilatı olan “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X50 inzibati-təşkilati fəaliyyətinin, o cümlədən idarə olunmasının “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X50 Nizamaməsi ilə, xəstəxana əməkdaşlarının, o cümlədən həkim-ümumi cərrah vəzifəsində işləyən şəxslərin tibbi xidməti fəaliyətinin isə Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 №-li əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı” ilə həyata keçirildiyni nəzərə alır. Hazırki iş üzrə məhkəmə hesab edir ki, dövlət adından yaradılmış qeyri-kommersiya təşkilatı olan “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X50 tibbi xidmət üzrə fəaliyyəti cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləyən Təqsirləndirilən şəxs dövlət qulluqçusu olmaqla dövlət tərəfindən vətəndaşlara pulsuz tibbi xidmətin (cərrahiyyə əməliyyatları, stasionar və ambulator müayinə və müalicələrin tam ödənişsiz olmaqla) həyata keçirilməsi vəzifələrinin (xidmətlərinin) icrası tapşırılmış (müvafiq qanun, təlimat və əmrə əsaslanaraq) şəxs olmaqla onun vətəndaşalara qarşı həkim-cərrah kimi tibbi xidməti fəaliyyəti dövlətlə vətəndaşlar arasında olan hüquq münasibətlərini özündə ehtiva edən (hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən) hərəkətlərdən ibarətdir. Qeyd olunanlar nəzərə alınaraq məhkəmə hesab edir ki, dövlət tərəfindən səhiyyə sahəsində vətəndaşlara pulsuz tibbi xidmətin həyata keçirilməsi vəzifələrinin, o cümlədən dövlət tərəfindən yaradılmış qeyri-kommersiya təşkilatı olan Füzuli RMX PHŞ-i vasitəsilə vətəndaşlara birbaşa tam ödənişsiz olmaqla göstərilən tibbi xidmətin (cərrahiyyə əməliyyatları, stasionar və ambulator müayinə və müalicələrin tam ödənişsiz olmaqla) həyata keçirilməsi zamanı bu vəzifələrin icrası tapşırılmış həkim-ümumi cərrah vəzifəsində işləyən Təqsirləndirilən şəxs dövlət qulluqçusu olmaqla vəzifəli şəxs hesab olunur və onun tərəfindən qulluq mənafeyinə zidd olaraq etdiyi həkətlər, yəni vətəndaşların üzərində cərrahiyyə əməliyyatlarının icra etməsi müqabilində əməliyyat haqqı adı ilə maddi nemət olan müəyyən məbləğlərlə pulun alınması hərkətləri rüşvət alma cinayəti kimi qiymətləndirilir. Eyni zamanda müdafiə tərəfinin fikrincə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilməsi üçün qəbul edilmiş sübutlar, yəni Əhməd Məmmədquliyev, Şahid3, Zərərçəkmiş şəxs, Şahid1, Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələri qanun pozuntuları ilə əldə edildiyindən həmin ifadələr etibarsız hesab edilib sübutlar siyahısından çıxarılmalı, həkim-ümumi cərrah Təqsirləndirilən şəxs xidməti fəaliyyəti Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 №-li əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı” ilə nizamlanmadığından həmin təlimat sübutlar siyahısından çıxarılmalı, iş üzrə olan ekspert rəyələrin biri-birinə ziddiyyət təşkil etməsi, həm də həmin rəylərin ekspert səlahiyyətləri olmayan şəxslər tərəfindən verilməsi nəzərə alınaraq bu rəylər sübutlar siyahısından çıxarılmalı, habelə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmədə verdiyi ifadələri, X24, Şahid3, Zərərçəkmiş şəxs, Şahid1, Şahid4 və Şahid5 məhkəmə iclasında verdikləri ifadələri sübut kimi qəbul edilməli, həm də işdə olan sübutlara əsasən Füzuli RMX-da təşkilati-sərəncamverici səlahiyyətlərə malik olmamaqla hakim-cərrah işləyən Təqsirləndirilən şəxs iş üzrə vəzifəli şəxs kimi qəbul edilməməli, eləcə də iş üzrə verilmiş vəsatətlərdə göstərilən bütün hallar nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməli və ya onun barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, məhkəmə, tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Əhməd Məmmədquliyev, Şahid3, Şahid2, Zərərçəkmiş şəxs, Şahid1, Şahid4 və Şahid5 ibtidai istintaq zamanı, Şahid8 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri, habelə Təqsirləndirilən şəxs ilə aparılmış üzləşdirmə protokolları (yuxarıda bu sübutların təhlil edilərək qiymətləndirilib sübut kimi qəbul edilməsi nəzərə alınmaqla) iş üzrə mötəbər sübutlar hesab edilməklə qəbul etdiyindən Əhməd Məmmədquliyev, Şahid3, Zərərçəkmiş şəxs, Şahid1, Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələrin sübutlar siyahısından çıxarılması üçün əsaslar yoxdur. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs səhlənkarlıq cinayəti törətməsi (CM-nin 314.2-cü maddəsi) ilə bağlı verilmiş ittihama münasibətdə iş üzrə olan məhkəmə-tibbi ekspertizasının rəylərinin (yuxarıda bu sübutların təhlil edilərək qiymətləndirilib sübut kimi qəbul edilməməsi nəzərə alınmaqla) sübut kimi qəbul edilməməsini nəzərə alaraq, həm də bu ittihamın verilməsi ekspert rəylərin nəticələri ilə bağlı olmaqla huquqi qiymət verilməli olduğundan hazırda iş üzrə Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012ci il tarixli 70 №-li əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”nın sübut kimi qiymətləndirilməsi məsələsinə baxılmasını zəruri hesab etmir. Habelə müdafiə tərəfinin Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmədə verdiyi ifadələri, eləcə də Əhməd Məmmədquliyev, Şahid3, Zərərçəkmiş şəxs, Şahid1, Şahid4 və Şahid5 məhkəmə iclasında verdikləri ifadələrinin cərrahi əməliyyatlarla bağlı həkim-cərrah Təqsirləndirilən şəxs qeyd olunan məbləğlərlə pulların verilməməsinə aid hissədə sübut kimi qəbul etməsinə dair mülahizəsi ilə bağlı həmin ifadələrin sübut kimi qəbul etməməsini (yuxarıda bu sübutlar təhlil edilərək qiymətləndirilib sübut kimi qəbul edilməmişdir) və onların bu ifadələrinin Təqsirləndirilən şəxs müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsinə öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirilməsini nəzərə alıb məhkəmə hesab edir ki, adları qeyd olunan şəxslərin məhkəmə iclasında verdikləri ifadələri, eləcə də təqsirləndiriln şəxsin ibtidai istintaq və məhkəmədə verdiyi ifadələri (həmin şəxslərin ifadələrinin sübut kimi qəbul edilmiş hissələri istisna olunmaqla) iş üzrə rüşvət alma cinayəti ilə bağlı hissədə cinayəti təkzib edən sübut kimi qəbul edilməsinə əsaslar yoxdur. Eyni zamanda müdafiə tərəfinin Füzuli RMX-da təşkilati-sərəncamverici səlahiyyətlərə malik olmamaqla hakim-cərrah vəzifəsində işləyən Təqsirləndirilən şəxs iş üzrə vəzifəli şəxs kimi qəbul edilməməsinə aid hissədə irəli sürülən mülahizələrlə bağlı məhkəmə “vəzifəli şəxs” anlayışın şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 19 iyul 2013-cü il tarixli Qərarında göstərilən müddəaları və işin faktiki hallarını (yuxarıda “vəzifəli şəxs”lə bağlı hallar huquqi qiymətləndirilmə aparılıb qəbul edilmişdir) nəzərə alaraq hesab edir ki, Füzuli RMX-da hakim-ümumi cərrah vəzifəsində işləyən Təqsirləndirilən şəxs dövlət qulluqçusu olmaqla iş üzrə vəzifəli şəxs kimi qəbul edilməməsinə və törədilmiş cinayətə münasibətdə vəzifəli şəxs olmaması kimi qiymətləndirilməsinə heç bir hüquqi əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müdafiə tərəfinin yuxarıda göstərilən hallar üzrə mülahizələri təsdiq olunmadığına görə Təqsirləndirilən şəxs barəsində cinayət işinin rüşvət alma ilə bağlı hissədə bəraətverici əsaslarla xitam verilməsinə, eləcə də bu hissədə təqsirləndirilən şəxsə baraət verilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 311.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri vardır, onun törətdiyi bu əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs CM-nin 311.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə baxışında müəyyən edilmədi. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 311.3.2-ci maddələri ilə tövsif edilmişdir. Habelə Təqsirləndirilən şəxs elan olunmuş ittihama əsasən o, İncibəyim Məmmədquliyevanın və Zərərçəkmiş şəxs üzərində icra etdiyi cərrahiyyə əməliyyatları zamanı səhlənkarlıq etmə ilə bağlı CM-nin 314.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Belə ki, istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs Füzuli RMX X50 cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləyərkən 12 mart 2021-ci il tarixdə qarında yırtıq şikayətləri ilə ona müraciət etmiş Beyləqan rayonunun Dünyamalılar kənd sakini X3 qəbul edib müayinə etdikdən sonra 1 həftə ərzində sonuncunu qarın yırtığı diaqnozu ilə cərrahiyyə əməliyyatı edəcəyini bildirmiş və 18 mart 2021-ci il tarixdə o, vəzifəli şəxs kimi işinə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”nın həkim-ümumi cərrahın vəzifə öhdəlikləri hissəsinin 7-ci bəndinin tələblərini, yəni müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməklə bağlı tələblərini pozmaqla, İncibəyim Məmmədquliyevanın üzərində “Herniotomiya. Yırtıq vəzinin ləğv edilməsi. Ön divarın Alloplastika” cərrahiyyə əməliyyatını texniki cəhətdən qüsurlu icra edərək, cərrahiyyə əməliyyatı zamanı sonuncunun nazik bağırsağının perforiyasına (deşilməsi) yol vermiş və bununla da fiziki şəxs İncibəyim Məmmədquliyevanın hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub ağır nəticələrə, yəni İncibəyim Məmmədquliyevanın səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sonuncunun 30 mart 2021-ci il tarixədək Beyləqan rayon, Mingəçevir şəhər mərkəzi xəstəxanalarına, Bakı şəhər Respublika Klinik Xəstəxanasına müraciət etməsinə, nəhayət 08 aprel 2021-ci il tarixdə Bakı şəhərində yerləşən “Davinçi” adlı özəl xəstəxanaya müraciət edib həkimlər tərəfindən müayinə olunduqda, həkimlər nazik bağırsağının təcili cərrahiyyə əməliyyatı olunmasının vacibliyini bildirdiklərindən, həmin tarixdə eyni diaqnozla əməliyyat olunmasına, nəticədə İncibəyim Məmmədquliyevanın uzun müddət ərzində həmin özəl xəstəxanada stasionar müayinə və müalicə olunmaqla fiziki və ciddi maddi zərərə uğramasına, eləcə də nazik bağırsağın perforiyası (deşilməsi) nəticəsində inkişaf etmiş və yayılmış peritonit (penriton qişasının yayılmış iltihabı) sonrakı dövrlərdə ümumi intoksikasiyaya, poliorqan çatmamazlığına və bununla da İncibəyim Məmmədquliyevanın ölümünə səbəb olmaqla səhlənkarlıq etmişdir. Bundan başqa o, 05 may 2021-ci il tarixdə uşaqlıq yolundan qanaxma şikayətləri ilə ona müraciət etmiş Füzuli rayonunun Araz Dilağarda kənd sakini Zərərçəkmiş şəxs qəbul edib dinlədikdən sonra sonuncuya zəruri müayinə və analizləri verməsini tövsiyyə etmiş və Zərərçəkmiş şəxs müayinələrdən keçdikdən sonra 06 may 2021-ci il tarixdə yenidən onu qəbul edib müayinələrin nəticələrinə baxdıqdan sonra o, vəzifəli şəxs kimi işinə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”nın həkim-ümumi cərrahın vəzifə öhdəlikləri hissəsinin 7-ci bəndinin tələblərini, yəni müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməklə bağlı tələblərini pozmaqla, Zərərçəkmiş şəxs üzərində “Total abdominal histerektomiya” cərrahiyyə əməliyyatını texniki cəhətdən qüsurlu icra edərək, cərrahiyyə əməliyyatı zamanı sidik kisəsini zədələməklə fiziki şəxs Zərərçəkmiş şəxs hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmaqla ağır nəticələrə, yəni Zərərçəkmiş şəxs səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sonuncunun 30 may 2021-ci il tarixdə Bakı şəhərində yerləşən “Uniklinika” adlı özəl xəstəxanaya müraciət edib həkimlər tərəfindən müayinə olunduqda, həkimlər sidik kisəsindən təcili cərrahiyyə əməliyyatı olunmasının vacibliyini bildirdiklərindən, həmin tarixdə eyni diaqnozla əməliyyat olunmasına, nəticədə Zərərçəkmiş şəxs uzun müddət ərzində həmin özəl xəstəxanada stasionar müayinə və müalicə olunmaqla fiziki və ciddi maddi zərərə uğramasına səbəb olub təkrar səhlənkarlıq etmişdir. Lakin məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ittihamda göstərilən təkrarən olmaqla səhlənkarlıq cinayətini törətməsi təsdiqini tapmır. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, həkim-cərrah kimi xəstə Zərərçəkmiş şəxs və xəstə İncibəyim Məmmədquliyevanı qəbul edib tibbi müayinə etmiş, həmin şəxslərə diaqnoz qoyulmuş, sonra onların üzərində cərrahiyyə əməliyyatını icra etmişdir. Hesab edir ki, onun tərəfindən xəstə Zərərçəkmiş şəxs və xəstə İncibəyim Məmmədquliyevanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatları zamanı heç bir səhlənkarlığa və ya texniki səhvə yol verməmişdir. Həmçinin o, iş üzrə verilmiş ilkin və sonrakı ekspert rəyləri ilə razılaşmır, həmin rəylər biri-birinə ziddiyyətli olmaqla ekspertlər tərəfindən qarışıq cavablar vermiş və əsl həqiqəti rəylərdə göstərməkdən yayınmışlar. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs səhlənkarlıq cinayəti törətməsi ilə bağlı ittiham verilməsi üçün yeganə sübut kimi iş üzrə keçirilmiş ekspertiza rəyləri götürülmüşdür. Belə ki, iş üzrə keçirilmiş ilkin məhkəmə-tibbi ekspertizasının 13 avqust 2021-ci il tarixli, 680 və 681 №-li rəylər, habelə əlavə tədqiqat aparılmadan verilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2021-ci il tarixli, 462 və 463 №-li rəyləri mahiyyətcə tam eyni olmaqla həmin rəylərdə göstərilir ki, Füzuli RMX-da həkim-cərrahı Təqsirləndirilən şəxs tərəfindən xəstə İncibəyim Məmmədquliyevanın üzərində cərrahiyyə əməliyyatı texniki cəhətdən qüsurlu icra edilmiş və bunun nəticəsində xəstənin nazik bağırsağının perforiyası baş verməklə peritonitə səbəb olmuş, habelə xəstə Zərərçəkmiş şəxs üzərində cərrahiyyə əməliyyatın texniki cəhətdən qüsurlu icra edilmiş və əməliyyat zamanı onun sidik kisəsi zədələnmiş, bununla da aparılmış cərrahiyyə əməliyyatlarının qüsurlu texniki icrası ilə əlaqədar buna məsul şəxs həkim-cərrahı Təqsirləndirilən şəxs Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydaları pozmuşdur. Həmçinin iş üzrə keçirilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 24 may 2022-ci il tarixli rəyində göstərilir ki, tibbi sənədlərə əsasən xəstə İncibəyim Məmmədquliyevaya diaqnoz düzgün təyin edilmiş və bu diaqnoza uyğun üzərində cərrahi əməliyyatı icra olunmuşdur. İlkin və təkrar məhkəmə-tibbi ekspertizaların rəylərinə əsasən həmin əməliyyat texniki cəhətdən qüsurlu icra edilmiş, Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin pozulması kimi göstərilmişdir. X15 üzərində aparılmış ilkin cərrahiyyə əməliyyatından sonra icra edilmiş təkrar cərrahi əməliyyatadək olan dövrdə xəstədə nazik bağırsağın perforiyası səbəbi ilə peritonit əlamətlərinin olub-olmaması haqqında göstərilən dövrü əhatə edən tibbi sənədin mövcud olmaması, təkrar cərrahiyyə əməliyyatının videogörüntülərində qarın boşluğunda sərbəst bağırsaq möhtəviyyatının olmadığı, yalnız bağırsağın ilgək daxili hissəsində deffektin vizual əlamətləri aşkar edilməsi, eləcə də İncibəyim Məmmədquliyevanın üzərində icra edilmiş ikinci cərrahiyyə əməliyyatının tam dəqiq diaqnozunu və deffektinin xarakterinin müəyyən edilməsi üçün tələb olunan patohistoloji müayinə aparılmaması və bu prosesin digər səbəblərdən yaranması, yəni bağırsaq ilgəyinin nekrozu, qan təchizatının pozulması, qanqrenası və s. baş verməsini nəzərə alaraq hazırda hansı amilin həlledici olmasını təyin etmək, habelə İncibəyim Məmmədquliyevanın üzərində icra edilmiş təkrar cərrahiyyə əməliyyatı zamanı diaqnozun təsdiqi üçün zəruri olan patohistoloji müayinə aparılmadığından bu haqda fikir söylənilməsi mümkün deyildir. Bundan başqa tibbi sənədlərə əsasən, ilkin və təkrari cərrahiyyə əməliyyatlarından sonra İncibəyim Məmmədquliyevanın kafi vəziyyətdə evə yazılması, habelə İncibəyim Məmmədquliyevanın ekshumasiya edilmiş meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, meyit kəskin çürümə dəyişikliklərinə uğradığından ölümün səbəbini və ölümün baş verməsində hansı amilin həlledici olması haqqında fikir söyləməyin mümkün olmaması nəzərə alınmalıdır. Həmçinin tibbi sənədlərə əsasən xəstə Zərərçəkmiş şəxs diaqnoz dügün təyin edilmiş və bu diaqnoza uyğun üzərində cərrahi əməliyyatı icra olunmuşdur. İlkin və təkrar məhkəmə-tibbi ekspertizaların rəylərinə əsasən həmin əməliyyat texniki cəhətdən qüsurlu icra edilmiş, Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin pozulması kimi göstərilmişdir. Lakin iş materiallarına əlavə edilmiş tibbi sənədlərdə və videogörüntülərdə göstərilənlərə əsasən onun əziyyət çəkdiyi ağır şəkərli diabet fonunda sidik kisəsi divarının qan təvhizatının pozulması, uşaqlıq yolunun infeksiyaları, immun sisteminin zəif olması, sistit, sidik yollarının və sidik kisəsinin infeksiyaları kimi bir çox digər səbəblərdən fistula yarana bildiyindən qeyd olunan patoloji vəziyyətin icra edilmiş ilkin cərrahiyyə əməliyyatı ilə əlaqələndirmək mümkün deyildir. Tibbi sənədlərə əsasən, Zərərçəkmiş şəxsnın üzərində icra edilmiş ikinci cərrahiyyə əməliyyatının tam dəqiq diaqnozu üçün tələb olunan patohistoloji müayinə aparılmadığından fistulanın hansı səbəbdən yaranması haqqında fikir söylənilməsi mümkün deyildir. İş üzrə keçirilmiş təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 19 oktyabr 2022-ci il rəyində göstərilir ki, təqdim edilmiş tibbi sənədlər və cinayət işi materiallarında göstərilənlərə əsasən Füzuli RMX-da vət. İncibəyim Məmmədquliyevaya diaqnoz düzgün təyin edilmiş və üzərində cərrah tərəfindən cərrahiyyə əməliyyatı taktika düzgün seçilsə də, texniki cəhətdən qüsurla icra edilmişdir. Cərrah tərəfindən ikinci cərrahiyə əməliyyatı zamanı qeyd edilənlərin hal-hazırda həqiqət əks etdirdiyini cərrahı əməliyyat zamanı tələb olunan patohıstoloji tədqiqat uçun material götürülmədiyindən və meyitin ekshumasiyası zamanı məhkəmə-tibb eksperti tərəfindən bu patologiyanın yarıtmaz, təsviri bu haqda birmənalı fikir söyləməyə imkan vermir. Beləliklə, qeyd edilən ciddi ziddiyyətlərlə bağlı xəstənin vəziyyətinin kritik hala düşməsində həlledici amilin istər birinci əməliyyatın qüsurla icra edilməsindən yaranmış ağırlaşmadan, istərsə də ikinci cərrahi əməliyyatın düzgün taktika seçilməyərək yetərsiz icra edilməsindən yaranmış ağırlaşmadan baş verməsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Təqdim edilmiş tibbi sənədlər və cinayət işi materiallarında olan məlumatlara əsasən vət. Füzuli RMX-da Zərərçəkmiş şəxs diaqnoz düzgün qoyulmuş və bu diaqnoza uyğun cərrahhiyyə əməliyyatı icra edilmişdır. Cərrahı əməliyyatdan sonra xəstədə daim uşaqlıq yolundan sidik gəlməsi şikayəti olduğundan “Unikilinika” X42 Ağakişiyeva cərrahhiyyə əmiliyyatı olunmuş və əməliyyat zamanı sidik kisəsi ilə uşaqlıq yolu arasında böyük ölçüdə dəlik aşkar edilmiş və sonrakı cərrahı müdaxilələr zamanı bu qüsur bərpa edilmişdir. Qeyd edilənlərə əsasən Zərərçəkmiş şəxs ilkin cərrahiyyə əməliyyatının taktikası düzgün seçilsə də, texniki cəhətdən qüsurla icra edilmiş və boyük ehtimal ki, əməliyyat zamanı sidik kisəsi zədələnmişdir. Xəstədən daima sidik ifrazı isə əməliyyatdan qısa müddət sonra baş verməli olduğu və bu müddət zədənin yerləşdiyi nahiyə, zədənin ölçüsü və maxenin özünə yaratdığı yoldan asılı olmaqla Zərərçəkmiş şəxs düçar olduğu şəkərli diabet xəstəliyi bunun daha da sürətlə inkişaf etməsinə real şərait yaratmışdır. Azərbaycan Respublikasında istənilən tibb müəssisəsinin fəaliyyəti Səhiyyə sistemində mövcud olan normativ sənədlərlə, yəni xx.xx.2012-ci il tarixli, 70 say lı əmr ilə tənzimlənir. Göründüyü kimi mübahisələndirilən eyni məsələlərlə bağlı ekspert rəyləri tam fərqli olmaqla həm də ziddiyyətlidir, habelə sonuncu rəyin nəticəsi isə əvvəlki rəyləri həm təsdiq, həm də inkar edir. Hazırki iş üzrə həkim-cərrah Təqsirləndirilən şəxs səhlənkarlıq cinayəti (CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan əməli) törətməsi ilə bağlı ittihamın verilməsi üçün məhkəmə-tibbi ekspertizasının rəyələri əsas sübut növü olduğundan və başqa mötəbər sübutların olmaması nəzərə alınaraq məhkəmə hesab edir ki, qeyd olunan rəylərə əsaslanaraq-mötəbər sübut kimi qəbul edilərək həkim-cərrah Təqsirləndirilən şəxs İncibəyim Məmmədquliyevanın və Zərərçəkmiş şəxs üzərində cərrahiyyə əməliyyatlarına tixniki cəhətdən qüsurlu icra etməsi, onun Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarını pozması və bunun ağır nəticələrə, o cümlədən İncibəyim Məmmədquliyevanın ölümünə səbəb olması qənətinə gəlib ona səhlənkarlıq cinayəti törətməsi ilə bağlı ittihamın verilməsi mümkün hesab edilə bilməz. Məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən ekspertiza rəylərinə əsasən (yuxarıda bu rəylərin qiymətləndirilib mötəbər sübut növü kimi qəbul edilməməsini də nəzərə alaraq) məhkəmə hesab edir ki, həkim-cərrah Təqsirləndirilən şəxs səhlənkarlıq cinayəti (CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan əməli) törətməsi ilə bağlı ittihamın verilməsi əsassızdır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə elan olunmuş səhlənkarlıq ittihamı ilə bağlı cinayət qanunvericiliyinin aşağıda göstərilən müddəalarını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olmasında ifadə olunur və eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 314.2-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törətdilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikasının CM-nin 314.1-cı maddəsinin obyektiv cəhəti vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olmasında ifadə olunur. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Hazırki iş üzrə müəyyən olunmuş səhlənkarlıq cinayətinin obyektiv tərəfini vəzifəli şəxs hesab olunan həkim-cərrah Təqsirləndirilən şəxs apardığı cərrahiyyə əməliyyatlarını tixniki cəhətdən qüsurlu icra etməsi və Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarını pozması nəticəsində zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması tələb olunur. Lakin məhkəmədə tədqiq olunmuş sübutlara əsasən, hazırki iş üzrə səhlənkarlıq cinayəti (CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan əməli) törətməsi ilə bağlı ittihamın verilməsi üçün məhkəmə-tibbi ekspertizasının rəyləri əsas sübut növü olduğundan, lakin həmin rəylər sübut kimi qəbul edilmədiyindən və başqa mötəbər sübutların isə olmaması nəzərə alınaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs səhlənkarlıq cinayəti (CMnin 314.2-ci maddəsində nəzərdə tutulan əməli) törətməsi ilə bağlı ittihamın verilməsi əsassız və qanunsuzudur. Məhkəmə yuxarıda göstərilən sübutlara və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayəti törədilməsini təsdiq edən mötəbər sübut və dəlillər yoxdur, ona verilmiş bu ittihama aid sübutlar isə ehtimallara əsaslanmaqla yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X22 X20 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Kovensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi anda milli və beynəlxalq hüquqla cinayət hesab edilməmiş hər hansı bir hərəkəti və ya hərəkətsizlik təşkil edən əmələ görə təqsirli bilinə bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə heyəti cinayət təqibi zamanı əldə olunmuş sübutları, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirildiyi ittiham üzrə onun bu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən cinayət işi üzrə həmin hissədə CM-nin 314.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verilməlidir. Eyni zamanda məhkəmə tədqiq olunmaqla qəbul edilmiş mötəbər sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 311.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşdə olan, “Qətimkan tədbirinin seçilmsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Füzuli rayon İHB-nın Arayatlı kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 24 avqust 2021-ci il tarixli 311 və 312 №-li arayışlar və xasiyyətnamə ilə müəyyən edilir ki, məcburi köçkün Təqsirləndirilən şəxs Füzuli rayonunun Babı kəndində yaşayar və yaşayış yeri üzrə müsbət (ümumi mənafe üçün vicdanla çalışan, intizamlı, vətənpərvər və kənd çamaatına kömək edən şəxs kimi tanınmaqla kənd ərazisində yaşayanların böyük hörmətini qazınmışdır) xarakterizə olunur. Həmçinin “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X46 verilmiş 25 avqust 2021-ci il tarixli xasiyyətnaməsi ilə müəyyən edilir ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin həkim-cərrahı Təqsirləndirilən şəxs işlədiyi müddətdə verilən hər bir tapşırığı vaxtında və keyfiyyətlə yerinə yetirmiş, ən çox mürəkkəb müalicəli xəstələrin müalicəsini öz üzərinə götürmüş və uğurla onları müalicə etmiş, öz davranışı ilə kollektiv arasında böyük hörmət qazanmış, həmçinin o, 2-ci Qarabağ müharibəsi zamanı 44 gün ərzində 1500 nəfərə yaxın yaralı əsgər və zabitlərə tibbi yardım göstərmişdir. Habelə “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X46 verilmiş 30 aprel 2022-ci il tarixli məktubla müəyyən edilir ki, Vətən müharibəsi dövründə Horadiz Şəhər Xəstəxanasının (hazırda Ailə Sağlamlıq Mərkəzi) həkim-cərrahı Təqsirləndirilən şəxs fasiləsiz olaraq iş başında olmuş və xəstəxanaya daxil olan bütün hərbi və mülki yaralılara cərrahi xidmət göstərmişdir. Eyni zamanda onun qardaşı həkim anestezioloq X27 və bacısı X35 da xəstəxanaya daxil olmuş bütün yaralılara tibbi, evakuasiya, mənəvi-psixoloji yardımların göstərilməsində müstəsna rol oynamışlar. Həmçinin Təqsirləndirilən şəxs iki oğlu-həkimcərrah Taleh Hüseynzadə və Calal Hüseynzadə, eyni zamanda Təqsirləndirilən şəxs qardaşı oğlu Əlif Hüseynzadə döyüşlər başladıqdan sonra könüllü olaraq müxtəlif vaxtlarda Horadiz Şəhər Xəstəxanasına gəlmiş və yaralılara cərrahi yardım göstərilməsində əllərindən gələni əsirgəməmişlər. Vətən Müharibəsi dövründə Horadiz Şəhər Xəstəxanasına 1400 nəfərə qədər hərbi və mülki şəxslərə tibbi yardım göstərilmiş, xəstəxananın kollektivi fasiləsiz iş başında olmuş, Təqsirləndirilən şəxs isə xəstəxananın tək həkim-cərrahı kimi əvəzsiz xidməti olmuşdur. İşdə olan, Təqsirləndirilən şəxs ******* №-li hərbi biletinin surəti ilə müəyyən ediir ki, N saylı hərbi hissə komandanlığı tərəfindən hərbi biletə “Füzuli Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin həkim-cərrahı Təqsirləndirilən şəxs Qarabağ-Vətən müharibəsində xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək yaralı hərbiçilərin cərrahi əməliyyatlarında, müayinəsində, müalicəsində yaxından xidmət etmişdir” qeydi yazılmışdır. İşdə olan, SX ******* №-li hərbi biletin surəti ilə müəyyən edilir ki, N saylı hərbi hissə komandanlığı tərəfindən hərbi biletə “X30 (Təqsirləndirilən şəxs oğlu) Qarabağ-Vətən müharibəsində Füzuli Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək həkim kimi yaralıların müayinəsində və müalicəsində iştirak etmişdir” qeydi yazılmışdır. İşdə olan, SX ******* №-li hərbi biletin surəti ilə müəyyən edilir ki, N saylı hərbi hissə komandanlığı tərəfindən hərbi biletə “Füzuli rayon Babı kənd sakini 1 saylı X48 cərrahhəkim işləyən X31 (Təqsirləndirilən şəxs oğlu) Vətən müharibəsində Horadiz Şəhər Xəstəxanasında yaralılara cərrahi yardım göstərmişdir” xx.xx.2021-ci il tarixli qeyd yazılmışdır. İşdə olan, EL 052528 və AO ******* №-li hərbi biletlərdə aparılmış qeydlərlə müəyyən olunur ki, X28 (Təqsirləndirilən şəxs qardaşı) və X29 (Təqsirləndirilən şəxs qardaşı oğlu) 2-ci Qarabağ müharibəsində həkim kimi xidmət etməklə iştirak etmişlər. İşdə olan, Azərbaycan Respublikası medalının vəsiqəsinin surəti ilə müəyyən edilir ki, Dövlət Sərhəd Xidməti rəisinin 05 noyabr 2022-ci il tarixli, 57 №-li əmri ilə Təqsirləndirilən şəxs “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur. İşdə olan, N saylı hərbi hissələrin komandirləri tərəfindən verilmiş 06 yanvar 2021-ci il tarixli “Fəxri Fərman”larla müəyyən edilir ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpası X37 və Vətən Müharibəsində hərbi hissəsinin yaralanmış və xəsarət almış hərbi qulluqçuların tez bir zamanda sağalıb sağlamlıqlarına qovuşmalarında göstərdiyi fədəkarlığa görə Təqsirləndirilən şəxs fəxri fərmanlarla təltif olunmuşdur. İşdə olan, tibbi sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Hipertaniya” (ürəktutması) diaqnozu ilə xəstədir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı və fəxri fərmanlarla təltif olunması, məcburi köçkün olması, habelə onun ailə üzvlərinin və yaxın qohumların da 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla müsbət xidmətlər göstərmələri Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CM-nin 311.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq barəsində CM-nin 46.1 və 46.2-ci maddələrinin müddəaları tətbiq edilərək ona müəyyən vəzifə tutma hüququndan, yəni müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Eyni zamanda məhkəmə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, yəni Təqsirləndirilən şəxs 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı və fəxri fərmanlarla təltif olunması, məcburi köçkün olması, habelə onun ailə üzvlərinin və yaxın qohumların da 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla müsbət xidmətlər göstərmələri, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyəti (yaşlı şəxs olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və ilk məhkumluğu) və işin faktiki hallarından irəli gələn xüsusatları müstəsna hallar kimi qəbul edib, Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə, ona təqsirli bilindiyi CM-nin 311.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə qanunla müəyyən edilmiş (bu maddənin sanksiyasında nəzərdə tutulmuş) azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini və həmin müddət ərzində onun islah olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi CM-nin 311.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə qanunla müəyyən edilmiş (bu maddənin sanksiyasında nəzərdə tutulmuş) azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, habelə onun cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs rüşvət almaqla əldə etdiyi 1.700 manat məbləğində pulun ondan məcburi qaydada alınıb dövlət nəfinə keçirilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 99-1.1.2-ci maddələrinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) xüsusi müsadirə cinayət-hüquqi tədbiri qaydasında məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Həmin Məcəllənin 99-2-ci maddəsinə əsasən bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə rüşvət alma cinayətin predmeti olan 1.700 (bir min yeddi yüz) manat pul vəsaiti CM-nin 99-2-ci maddəsi tətbiq edilib xüsusi müsadirə olunmaqla Təqsirləndirilən şəxs məcburi qaydada dövlət nəfinə alınmalıdır. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, telefon danışıqlarına dair məlumatların yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmiş və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 354, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilərək 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, telefon danışıqlarına dair məlumatların yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Habelə iş üzrə rüşvət alma cinayətin predmeti olan 1.700 (bir min yeddi yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CM-nin 99-2-ci maddəsi tətbiq edilib xüsusi müsadirə olunmaqla Təqsirləndirilən şəxs məcburi qaydada Azərbaycan Respublikasının dövlət nəfinə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi va sitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-3/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-3/2023
27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver