Məhkəmə qərarları › İş №1(099)-30/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-30/2023

27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-30/2023 27.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsmülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi-atası Nümayəndə1, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və onun nümayəndələri-Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Nümayəndə3 və zərərçəkmiş şəxsin hüquqi varisin atası Nümayəndə2 iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış,Cəlilabad rayonunun Sabirabad kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 263.2-ci maddəsi ilə, xx xxxx 1949-cu ildə Cəlilabad rayonunun Muğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Cəlilabad rayonunun Muğan kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 29 iyun 2022-ci il tarixdə, saat 12:55 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21070 minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Ələt-Astara-İran sərhədi yolunun Cəlilabad rayonunun ərazisindən keçən 149,4-cü km/də Astara rayonu istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni ötməyə başlamazdan əvvəl sürücü qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitəsi üçün təhlükə və ya maneə yaratmamalı, çıxmaq istədiyi hərəkət zolağın boş olmasına və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni başa çatdırmağa kifayət edəcəyinə əmin olmalı, sol zolağa çıxmazdan əvvəl həmin zolağın ötməni təhlükəsiz başa çatdıra bilməsi üçün kifayət qədər məsafədə boş olmasına əmin olmalı, əks istiqamətdən nəqliyyat vasitəsinin yaxınlaşmasını nəzərə alaraq onun hərəkətinə üstünlük verərək təhlükəsiz keçib getməsini təmin etməli və həmin nəqliyyat vasitəsi keçib getdikdən sonra ötmə əməliyyatına başlamalı, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, qarşısında eyni istiqamətdə hərəkətdə olan minik avtomaşını ötmək məqsədi ilə yolun əks hərəkət zolağına çıxmış, bu zaman yolun Ələt qəsəbəsi istiqamətdə sağ zolaqla hərəkətdə olan Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundaı Santafe” minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan VAZ-21070 minik markalı avtomaşında olan sərnişin X2 ağır qapalı kəllə-beyin travması, baş beyin toxumasına və yumuşaq qişasına yayılmış qansızma, baş-beyin toxumasının ağır dərəcəli əzilməsi, burnu, sol said və bud sümüklərinin qapalı sınığı, sağ gicgah, alın, hər iki yanaq, burnu, alt çənə, hər iki dodaq nahiyələrində, döş qəfəsinin ön səthində, sağ bazu, sağ dirsək oynağı, sol diz oynağı və sol baldır nahiyəsində sıyrıqlar olmaqla dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölümü ilə nəticələnən, həmin avtomobildə olan digər sərnişin Zərərçəkmiş şəxs çənənin sinfiz nahiyəsinin yerini dəyişən, sol bucaq nahiyəsinin yerini dəyişməyən və burun sümüklərinin yerdəyişən sınıqları, yuxarı çənədə sol 1-2-3-4-cü dişlərin sınığı, sağ almacıq və sol ağız bucağı-yanaq nahiyəsinin əzilmişcırılmış yaraları olmaqla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, həmçinin “Hyundaı Santafe” minik markalı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs1 sağ diz qabağının qəlpəli sınığı və hər iki çiyin qurşağı nahiyəsində sıyrıq kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs1 2021-ci ilin dekabr ayında Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəldikdən sonra daimi qeydiyyatda olduğu Cəlilabad rayonunun Muğan kəndində yaşamasına baxmayaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin 1-ci hissəsinə əsasən, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən 14 noyabr 2013-cü ildə ona verilmiş 14 noyabr 2013-cü ildən 14 noyabr 2023cü ilədək etibarlılıq müddəti olan ********** №-li sürücülük vəsiqəsini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində dəyişdirməli olduğu halda həmin vəsiqəni dəyişdirməyib, 29 iyun 2022-ci il tarixdə, saat 12:55 radələrində “Yol hərəkəti haqqında ” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundaı Santafe” minik markalı, **-SF- *** dövlət qeydiyyat nişanlı avtomobillə, Ələt-Astara-İran sərhədi yolunun Cəlilabad rayonunun ərazisindən keçən 149,4-cü km/də Ələt qəsəbəsi istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, əks istiqamətdən hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-21070” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ötmədə olduğunu görüb avtomobilin əyləcini basmaqla sükanı sağa doğru istiqamətləndirmiş, bu zaman avtomobillərin qabaq sağ hissələri qarşı-qarşıya toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan VAZ-21070 minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşında olan sərnişin X2 ağır qapalı kəllə-beyin travması, baş beyin toxumasına və yumuşaq qişasına yayılmış qansızma, baş-beyin toxumasının ağır dərəcəli əzilməsi, burnu, sol said və bud sümüklərinin qapalı sınığı, sağ gicgah, alın, hər iki yanaq, burnu, alt çənə, hər iki dodaq nahiyələrində, döş qəfəsinin ön səthində, sağ bazu sağ dirsək oynağı, sol diz oynağı və sol baldır nahiyəsində sıyrıqlar olmaqla dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölümü ilə nəticələnən, VAZ-21070 minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşında olan digər sərnişin Zərərçəkmiş şəxs çənənin sinfiz nahiyəsinin yerini dəyişən, sol bucaq nahiyyəsinin yerini dəyişməyən və burun sümüklərinin yerdəyişən sınıqları, yuxarı çənədə sol 1-2-3-4-cü dişlərin sınığı, sağ almacıq və sol ağız bucağı-yanaq nahiyəsinin əzilmiş-cırılmış yaraları olmaqla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, həmçinin VAZ-21070 minik markalı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs2 sağ diz qapağının sınığı, sağ çənə bucağı nahiyəsində əzilmiş yara, sağ gicgah nahiyəsində, sağ gözyuvası ətrafında, sağ bazu və sağ bayır topuq nahiyəsində sıyrıqlar olmaqla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətdikdən sonra, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinin tələblərini pozmaqla, hadisə yerində, həmçinin hadisədən sonra özünün sürücü olması ilə əlaqədar hər hansı məlumatı müvafiq dövlət qurumlarına və ya polisə bildirmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, verilmiş mülki iddianı qəbul etməyib ifadəsində göstərmişdir ki, o, digər Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, Zərərçəkmiş şəxs və mərhum Elvin Məmmədlini tanımış və onlar həmkəndliləridir. Nəqliyyat vasitələrini idarə etməsi üçün sürücülük vəsiqəsi olmuş və özünə məxsus VAZ-21070 minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşla qeyri-rəsmi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur.29 iyun 2022-ci il tarixdə, saat 11-12 radələrində Aslan və Elvin ondan Masallı rayonunun “İstisu istirahət mərkəzi”nə aparmasını xahiş etmiş, sonra o, gedib VAZ-21070 minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşına Aslan və Elvini götürmüş, avtomaşında Aslan arxa oturacaqda, Elvin isə qabaq oturacaqda oturmuşdur. Bundan sonra o, idarə etdiyi avtomaşınla Ələt-Astara yoluna çıxıb Astara rayonu istiqamətində 60- 70 km/saat sürətlə hərəkət etmişdir.Cəlilabad rayonun Göytəpə şəhərinə az qalmış yolda ani olaraq idarə etdiyi avtomaşınla başqa bir avtomaşın toqquşmuşdur.O, hadisə yerindən qaçmamış, hadisə zamanı xəsarətlər aldığı üçün tanımadığı, lakin sonradan adının Vüsal olduğu bildiyi şəxs onu Cəlilabad rayon xəstəxanasına aparmış, orada qəza törədən maşının sürücüsü olduğunu bildirmiş, həmin vaxt Aslanın da xəstəxanada olmasını görmüşdür. Xəstəxana rentgen müayinə zamanı sol ayağının diz qapağında sınıq aşkar olunmuş və ilkin tibbi yardım aldıqdan sonra xəstəxanadan evə buraxılmışdır.Sonradan müalicəsi ilə bağlı Biləsuvar rayon xəstəxanasna da müraciət etmişdir.İdarə etdyi avtomobillə yol-nəqliyyat hadisəsinin hansı şəraitdə və necə baş verməsini tam xatırlamır, lakin sonradan ona məlum olmuşdur ki, o, idarə etdiyi avtomobillə hərəkətdə olarkən ötmə əməliyyatı aparmaq üçün yolun əks hərəkət zolağına çıxmış, bu zaman qarşı tərəfdən gələn avtomobillə (“Hyundaı Santafe” minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə) toqquşmuş və öz avtomobilində olan həmkəndlisi Elvin aldığı xəsarətlərdən vəfat etmiş, digər həmkəndlisi Aslan xəsarətlər almışdır.İdarə etdyi avtomobil hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuşdur. İstintaq orqanı tərəfindən VAZ-21070 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ona qaytarılmışdır.Baş vermiş hadisədən sonra valideynləri barışıq əldə etmək üçün Aslanın və Elvinin evinə getmiş, lakin qarşı tərəf barışmaqdan imtina etmişlər. İş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı da eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib və verilmiş mülki iddianı qəbul etməyib ifadəsində göstərmişdir ki, o, digər Təqsirləndirilən şəxs2, həmçinin Zərərçəkmiş şəxs və mərhum Elvin Məmmədlini əvvəllər tanımamışdır. Nəqliyyat vasitələrini idarə etməsi üçün sürücülük vəsiqəsi olmuş, həmin vəsiqəni bir neçə il əvvəl Rusiyada yaşayarkən almış, 2021-ci ilin dekabr ayında Rusiyadan Azərbaycana qayıdıb Cəlilabad rayonun Muğanlı kəndində yaşamış və Rusiyada aldığı sürücülük vəsiqəsini dəyişdirmədən özünə məxsus “Hyundaı Santafe” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin sürücülük vəsiqəsi ilə idarə etmişdir. 29 iyun 2022-ci il tarixdə, günorta vaxtı o, idarə etdiyi “Hyundaı Santafe” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolu ilə Ələt istiqamətində 50-60 km/saat sürətlə hərəkət etmiş, avtomobildə başqa şəxslər olmamış, avtomobildə tək özü olmamışdır.Həmin yolun Cəlilabad rayonunun ərazisindən keçən hissəsində olarkən qarşı tərəfdən, əks istiqamətdə hərəkətdə olan, sonradan adını bildiyi Ramal adlı şəxsin idarə etdiyi VAZ-21070 markalı avtomobillə ötmə əməliyyatı aparmaq üçün əks yola çıxmaqla üzərinə gəldiyini 20-25 metr məsafədən görsə də, onun ötmə əməliyyatını başa çatdıracağını düşünüb hərəkətini davam etdirmiş, lakin həmin avtomobil öz yoluna qayıda bilməyib (ötmə əməliyyatını başa çatdıra bilməyib) sürətlə üzərinə gəldiyini görmüş və aralarında təxminən 10-12 metr məsafə qalanda bu maşınla toqquşmanın baş verəcəyini düşünüb avtomobilin əyləcini basıb sağa istiqamətləndirmiş, buna baxmayaraq öz hərəkət zolağında idarə etdiyi avtomobillə həmin avtomobil arasında ani olaraq toqquşma baş vermişdir.Qarşı tərəfdən gələn avtomobili 20-25 metr məsafədən görəndən və həmin andan sonra təxminən 2-3 saniyə ərzində toqquşma baş vermişdir.Qəza baş verdikdən sonra o, hadisə yerində olmuş, hadisə yerindən qaçmamış, təxminən 15-20 dəqiqə sonra tanıdığı və tanımadığı şəxslər onu Cəlilabad rayon xəstəxanasına aparmışlar. Xəstəxanada tibbi müayinə zamanı məlum olmuşdur ki, hadisə nəticəsində onun hər iki ayağı zədələnmişdir. Sonradan ona məlum olmuşdur ki, onun avtomaşını ilə toqquşan VAZ-21070 markalı maşında olan bir nəfər şəxs vəfat etmiş, bir nəfər şəxs isə xəsarətlər almışdır. Həmçinin vəfat edən şəxsin (Elvin Məmmədlinin) tanıdığı Nümayəndə2 nəvəsi olmasını bilmişdir. Daha sonra baş vermiş hadisədə təqsiri olmasa da, mərhumun ailə üzvləri ilə barışıq üçün əlaqə saxlayıb hadisənin özünün idarə etdiyi avtomobilin iştirakı ilə olmasına görə üzrxaqlıq etmiş, əvvəl barışıq olmamış, lakin sonradan mərhumun ailəsi ilə barış əldə edilmişdir. Qeyd etdiklərinə əsasən o, baş vermiş yol-nəqliyyat hadisəsində özünü təqsirli bilmir, lakin hər bir halda bu hadisənin özünün idarə etdiyi avtomobilin iştirakı ilə olması və bir nəfər şəxsin ölməsinə görə təəssüf hissi keçirir. İdarə etdyi avtomobil hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuşdur. İstintaq orqanı tərəfindən “Hyundaı Santafe” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona qaytarılmışdır Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı da ümumən eyni məzmunlu ifadə vermiş, həmçinin bu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ- 21070 markalı avtomobil ötmə əməliyyatı aparmaq üçün onun yoluna çıxdığını görən kimi təhlükə hiss etmiş, həmin an aralarında təxminən 10 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-21070 markalı avtomobil ötmə əməliyyatına çıxandan təxminən 2-3 saniyə sonra toqquşma baş vermişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, mərhum Elvin Məmmədli oğlu, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 həmkəndlisidir. O, digər Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, lakin atası Qılıncxan Ramazanı tanımış və aralarında yaxşı münasibətləri olmuşdur.Oğlu Elvin və həmkəndlisi Aslan hərbi xidmətə getməyə hazırlaşdıqları ərafədə, yəni 29 iyun 2022-ci il tarixdə, günorta saatlarında birlikdə istrahət etmək məqsədi ilə Masallı rayonuna getmək üçün evdən çıxmışlar. Onlar getdikdən təxminən bir saatdan sonra ona məlumat çatmışdır ki, oğlu Elvin Ələt-Astara yolunda yol qəzasına düşüb və Cəlilabada rayon xəstəxanasına aparılmiışdır. Xəstəxanaya getmiş və orada oğlu Elvinin yol qəzasında ağır xəsarətlər alaraq vəfat etdiyini bilmişdir.Hadisənin hansı şəraitdə baş verməsini bilməsə də, sonradan hadisə barədə soraqlaşanda öyrənmişdir ki, həmkəndlisi Ramal adlı şəxs (Təqsirləndirilən şəxs2) idarə etdiyi “07” markalı avtomaşınla (VAZ-21070 markalı, **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobillə) Astara rayonu istiqamətdə hərəkətdə olarkən ötmə əməliyyatı etmək üçün yolun əks tərəfinə keçmiş və qarşıdan gələn, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundaı” markalı avtomaşınla (“Hyundaı Santafe” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə) toqquşmuş, nəticədə Ramalın maşınında olan şəxslərdən oğlu Elvin ağır xəsarətləri alaraq vəfat etmiş, Aslan isə xəsarətlər almışdır.Həmçinin sonradan ona məlum olmuşdur ki, hadisəni törətmiş sürücülər, yəni hadisə nəticəsində heç bir xəsarət almayan Ramal və Ramazan yaralı vəziyyətdə olan oğlu Elvini hadisə yerində qoyub qaçıb getmiş, yaralı vəziyyətdə olan oğlu Elvini vaxtında xəstəxanaya çatdırmamışlar. O, hesab edir ki, bu hadisənin baş verməsində əsas təqsirkar Təqsirləndirilən şəxs2dir və hadisə yerindən qaçmasına görə də Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmaqla ona cəza verilməli, həmçinin Təqsirləndirilən şəxs1 da təqsiri vardır.Baş vermiş hadisə ilə bağlı o, Təqsirləndirilən şəxs2lə barışmamış və ona ağır cəza verilməsini, həmçinin Təqsirləndirilən şəxs1la barışsa da, həm də barışıq və ona bəraət verilməsi barədə məhkəməyə ərizə versə də, o, Təqsirləndirilən şəxs1 qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş edir. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi İslam Məmmədovun məhkəməyə ünvanladığı 12 mart 2023-cü il tarixli ərizəsi ilə müəyyən olunur ki, zərərçəkmiş şəxsin hüquqi varisi İslam Məmmədov Təqsirləndirilən şəxs1la barışmış və ona qarşı mülki iddiası, şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mərhum Elvin Məmmədli həmkəndlisi və dostu olmuş, Təqsirləndirilən şəxs2 isə həmkəndlisidir.Digər Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. 29 iyun 2022ci il tarixdə o, dostu Elvinlə birlikdə Masallı rayonunda olan “İstisu istirahət mərkəzi”nə getməyi qərar almış və həmin gün saat 11-12 radələrində onlar taksi sürücüsü Ramalın VAZ-21070 markalı atomaşınına (VAZ-21070 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə) minmiş, avtomobildə o, arxa oturacağında, Elvin isə qabaq oturacaqda əyləşmiş, avtomobili Ramal idarə etmiş və onlar Masallı rayonu istiqamətinə hərəkət etmişlər.Onlar avtomobillə Astara rayonu istiqamətində olmaqla Cəlilabad rayonu ərazisində hərəkətdə olarkən Ramal avtomobili 60/70 km/saat sürətlə idarə etmiş, Ramal öz hərəkət istiqamətində qarşısında olan bir minik avtomobilini ötüb keçmiş, sonra qarşısında olan ikinci avtomaşını ötmək üçün yolun əks hərəkət zolağına çıxmış, bu zaman Ramalin avtomaşını ilə əks istiqamətdən gələn “Hyundaı” markalı avtomaşınla (“Hyundaı Santafe” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə) yolda toqquşmuşdur. Baş vermiş hadisə nəticəsində özü ağır xəsarət almış, həmkəndlisi Elvin aldığı xəsarətlərdən vəfat etmişdir.Qəzadan sonra hüşsuz vəziyyətdə olmuş və ayılanda yerdə olduğunu, ətrafında çoxlu insanların olmasını, Elvinin də qan içində ağacın dibində uzanmış vəziyyətdə görmüşdür.Hadisə yerində o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 görməmiş, xəstəxanaya (Cəlilabad MRX-na) aparıldıqdan sonra orada Ramalı görmüşdür. O, əvvəlcə Cəlilabad rayon xəstəxanasında əməliyyat olunmaqla beş gün müalicə olunmuş, sonra beş gün də Bakı şəhərində “Semaşko” adlanın xəstəxanada (1 saylı Şəhər Kliniki Xəstəxanasında) müalicə olunmuşdur.Sonradan ambulator müalicəsini evində davam etdirmiş və tam sağalmadığına görə hazırki vaxtadək müalicə olunur.Həm də baş vermiş qəzadan sonra o, tez-tez huşunu itirir.Müalicəsi ilə bağlı nə qədər pul xərcləndiyini bilmir, müalicəsi ilə bağlı aldığı dərmanlara görə pul qəbzlərini saxlamamışdır. Baş vermiş bu hadisə nəticəsində o, güclü qorxu, stress və sarsıntı keçirməklə ona mənəvi ziyan dəymişdir. Ona görə o, hesab edir ki, hadisə nəticəsində aldığı xəsarətlərə görə müailicəsinə çəkilmiş xərclər üzrə ona vurulan maddi zərər 50.000 (əlli min) manat və ona vurulan mənəvi ziyan 10.000 (on min) manat miqdarındadır.O, təqsirləndirilən şəxslərlə barışmamış və verilmiş ittiham üzrə təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş cəzanın verilməsini, habelə maddi və mənəvi ziyanla bağlı təqsirləndirilən şəxslərə qarşı verdiyi mülki iddianın tam təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, özünə məxsus “Mersedes” markalı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımamış, onlarla hər hansı bir əlaqəsi olmamışdır. 29 iyun 2022-ci ildə günorta saatlarında avtomaşınla Göytəpədən çıxıb Cəlilabad şəhərinə tərəf gedərkən yolun 149-cu km-də, Göytəpə ərazisində yol-nəqliyyat hadisəsinin baş verdiyini və adamların yığışdığını görüb həmin yerdə maşını saxlayıb hadisə yerinə yaxınlaşmışdır.Orada məlum olmuşdur ki, yolda “07” (VAZ-21070) markalı avtomaşınla “Hundai Santafe” markalı avtomaşınlar qarşı-qarşıya toqquşmuş, bir nəfər gənc oğlan ölmüş və yaralı şəxslər vardır. Hadisə yerində ölən oğlanın kim olmasını bilməmişdir.Bir az sonra hadisə yerinə təcili-tibbi yardım avtomaşını gəlib orada olan iki nəfər yaralını götürmüş, lakin yer olmadığından bir nəfər yaralını götürməmişdir. Bundan sonra o, həmin yaralı oğlanın, yəni sonradan adını bildiyi Ramal adlı oğlanın hadisə yerində qalmasını və vəziyyətinin yaxşı olmadığını görüb onu avtomaşını ilə birbaşa Cəlilabad rayon xəstəxanasına aparmışdır. Həmin vaxtdan sonra bir daha Ramal adlı şəxsi görməmiş və onunla heç bir əlaqəsi olmamışdır. Sonradan bir nəfər şəxs ona zəng edib hadisə yerindən Ramal adlı şəxsi xəstəxanaya aparıb-aparmamasını soruşmuş, o da həmin şəxsə tanımadığı bir nəfər yaralı şəxsi, yəni Ramal adlı şəxsi avtomaşını ilə Cəlilabad rayon xəstəxanasına apardığını bildirmişdir. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 həmyerlisi kimi tanıyır. 29 iyun 2022-ci il tarixdə, saat 12-13 radələrində maşınla Göytəpə istiqamətinə gedərkən yolda qəzanın baş verdiyini görüb hadisə yerində dayanmışdır. Hadisə yerinə toplaşmış insanların dediyinə görə qəzanı yolun sağında olan qırmızı rəngli “VAZ-21074” markalı avtomobil törətmişdir. Orada bir nəfərin öldüyünü və bir neçə nəfərin yaralandığını öyrənmişdir.Qəzanın kim tərəfindən törədildiyini əvvəl bilməmiş, sonra ona məlum olmuşdur ki, həmin qırmızı rəngli “VAZ-21074” markalı avtomobil Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə yerində o, Ramazanı ayaqları qan içində olmaqla palıd ağacının yanında əsəbi halda uzanmış vəziyyətdə görmüşdür. Ramazan hadisənin bir anda baş verdiyini demişdir. Sonra o, Elçin və Sabirlə birlikdə Təqsirləndirilən şəxs1 maşınla əvvəl Cəlilabad rayon xəstəxanaya aparmış, daha sonra Biləsuvar rayon xəstəxanasına aparmışlar. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 dayısı hesab olunmaqla qohumudur. 29 iyun 2022ci il tarixdə, saat 12:30-da idarə etdiyi avtomobillə Göytəpə şəhəri istiqamətində hərəkətdə olarkən yolda yol-nəqliyyat hadisəsinin baş verdiyini görüb həmin yerdə dayanmış və orada dayısı Təqsirləndirilən şəxs1 məxsus “Hyundaı Santafe” markalı və qırmızı rəngli “VAZ-21074” markalı avtomobillərin əzilmiş halda olduğunu görmüşdür. Yaralı vəziyyətdə olan dayası Ramazanın maşının yanında dayandığını görüb yanına getmiş, dayısı bu hadisənin bir anda baş verdiyini bildirib ona su alıb gətirməsini demiş, o da su alıb geri qayıdanda dayısı Ramazanın xəstəxanaya aparıldığını öyrənmişdir. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ögey əmimdir.29 iyun 2022-ci il tarixdə, saat 12 və 13 radələrində, idarə etdiyi avtomobililə Ələt-Astara yolu ilə Göytəpə şəhəri istiqamətində hərəkətdə olarkən həmin yolla hərəkət edən, Ramal adlı şəxsin idarə etdiyi qızrmızı rəngli, “VAZ-21070” markalı avtomaşının yüksək sürətlə, təxminən 130-140 km/saat sürətlə hərəkət edib onun idarə etdiyi avtomaşını, həm də qabaqda hərəkət edən 3-4 maşını ötüb keçməsini, təxmini 3-4 dəqiqədən sonra həmin maşının əsas yolun qırağında əzilmiş formada qaldığını görüb başa düşmüşdür ki, həmin maşın qəza törətmişdir.Hadisə yerinə çatıb maşını saxladıqdan sonra əmisi Təqsirləndirilən şəxs1 ayaqları qan içində olmaqla ağaca söykənmiş vəziyyətində dayandığını görmüşdür. Sonra həmkəndliləri Mətləb və Sabir Təqsirləndirilən şəxs1 xəstəxanaya aparmışlar. Həmin qəzanın necə baş verdiyini şəxsən görməmiş, hadisədən sonra qəza olan yerə gəlmişdir. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında dindirilmiş Şahid5 Simran oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 həmkəndlisidir. 29 iyun 2022-ci il tarixdə, təxmini saat 12:30-da idarə etdiyi avtomobillə 70-80 km/saat sürətlə əsas yolla (Ələt- Astara avtomobil yolu ilə) Göytəpə şəhəri istiqamətində hərkətdə olarkən arxadan gələn, tanımadığı şəxsin idarə etdiyi qırmızı rəngli “VAZ-21070” markalı maşın yüksək sürətlə, təxminən 100 km/saat sürətlə gəlib onun idarə etdiyi avtomobili ötüb keçmişdir.Bir qədər getdikdən sonra həmin qırmızı rəngli avtomobilin yolda başqa bir ağ rəngli maşınla toqquşduqdan sonra yolun qırağına düşdüyünü görmüşdür. Həmin yol-nəqdiyyat hadisənin necə baş verdiyini şəxsən görməmiş, hadisədən sonra qəza olan yerə çatmış və orada dayanmadan birbaşa evinə getmişdir. İşdə olan, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 29 iyun 2022-ci il tarixli, protokol, protokola əlavə edilmiş “Yol-nəqliyyat hadisəsi yernin sxemi” və fotoşəkillərlə müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun ərazisindən keçən 149,4-cü km/də baş vermişdir. Həmin yerdə yolun hərəkət hissəsi asfalt olmaqla üzəri düz, quru və hamardır, habelə həmin yerdə yolda sürət həddi saatda “70 km"dir. Həmin yerdə yolun asfalt hissənin eni 7,4 metr, Astara rayonu istiqamətdə götürdükdə sağ ehtiyyat hissəsinin eni 3,2 metr, sol tərəf bu hissəsinin eni 3 metrdir.Yolun Astara rayonu istiqamətinə götürdükdə yolun sol hissəsinin kənarından mərkəzə doğru 1,5 metrlik məsafədə şüşə və avtomaşın hisslərinin qırıntıları tökülmüşdür. Hadisə yerində hər hansı tormoz izləri aşkar edilməmişdir. Yolun həmin hissəsi VAZ-21070 minik markalı, avtomşınla “Hyundai Santafe" markalı avtomaşının toqquşduğu yerdir.Hadisə yerində olan VAZ-21070 minik markalı avtomaşının qabaq sağ hissəsi ilə “Hyundai Santafe” markalı avtomaşının qabaq sağ hissəsi arasında toqquşma baş vermişdir. İşdə olan, “Sərxoşluğun müəyyən edilməsi haqqında” 29 iyun 2022-ci il tarixli, 555 №-li aktla müəyyən edilir ki, 29 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ayıq vəziyyətdə olmuşdur. İşdə olan, məhkəmə-tibbi ekspertizasın 09 iyul 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, mərhum X2 meytində aşkar edilmiş xəsarətlər-ağır qapalı kəllə-beyin travması, baş beyin toxumasına və yumuşaq qişasına yayılmış qansızma, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, burnu, sol said və bud sümüklərinin qapalı sınığı, sağ gicgah, alın, hər iki yanaq, burnu, alt çənə, hər iki dodaq nahiyələrində, döş qəfəsinin ön səthində, sağ bazu, sağ dirsək oynağı, sol diz oynağı və sol baldır nahiyəsində sıyrıqlar. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 29 iyun 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir.X8 ölümünə səbəb ağır qapalı kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyin toxumasına və yumuşaq qişasına yayılmış qansızma olmuşdur. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 10 iyul 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində-çənənin sinfiz nahiyəsinin yerini dəyişən, sol bucaq nahiyəsinin yerini dəyişməyən və burun sümüklərinin yerdəyişən sınıqları, yuxarı çənədə sol 1-2-3-4-cü dişlərin sınığı, sağ almacıq və sol ağız bucağı-yanaq nahiyəsinin əzilmiş-cırılmış yaraları müəyyən olundu və müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 29 iyun 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 20 iyul 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində-sağ diz qabağının qəlpəli sınığı və hər iki çiyin qurşağı nahiyyəsində sıyrıq müəyyən olundu və müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 29 iyun 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 05 iyul 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində-sağ diz qapağının sınığı, sağ çənə bucağı nahiyyəsində əzilmiş yara, sağ gicgah nahiyyəsində, sağ gözyuvası ətrafında, sağ bazu və sağ bayır topuq nahiyyəsində sıyrıqlar müəyyən olundu və müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 29 iyun 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 02 avqust 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, VAZ-21070 minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Habelə “Hyundaı Santafe” minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. İşdə olan, əlavə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 18 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21070 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Habelə bu rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən məhkəmə tərəfindən göstərildiyi kimi, sürücü Təqsirləndirilən şəxs1 hərəkəti üçün təhlükə yaranan andan toqquşmaya kimi 2 saniyə vaxtın keçməsi real hadisə mexanizminə uyğun deyildir. Eyni zamanda məhkəmə tərəfindən təqdim olunmuş məlumatlarda göstərildiyi kimi təhlükə yaranan andan toqquşmaya kimi 3 saniyə vaxtın keçməsi şəraitində “Hyundai Santafe” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Habelə sürücü Təqsirləndirilən şəxs1 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Habelə həmin rəyin tədqiqi hissəsində izah verilir ki, iş materiallarında olan fotoşəkillərdən məlum olur ki, toqquşma nəticəsində VAZ-21070 markalı avtomobilin qabaq sağ və qabaq sağ yan hissəsi arxaya və sola doğru deformasiya olunmuşdur. “Hyundai SantaFe” markalı avtomobilin qabaq sağ hissəsi arxaya doğru deformasiya olunmuşdur. Yəni nəqliyyat vasitələri arasında toqquşma bucaq altında baş vermişdir. Habelə bir-birinə qarşı (60-70)-(50-60) km/saat sürətlə hərəkət edən nəqliyyat vasitələrinin aralarında olan 20-25 metr məsafənin qət edilmə müddəti 0,1-0,2 saniyədir. Belə kiçik müddət ərzində sürücü Təqsirləndirilən şəxs2 ötmə əməliyyatı aparmaq üçün idarə etdiyi avtomobili qarşı sol hərəkət zolağına çıxarması, ötmə prosesində ötməni başa çatdıra bilməyəcəyini görüb avtomobili yenidən sola istiqamətləndirməsi nəzəri və praktiki cəhətdən mümkün deyildir.Bu isə onu izah edir ki, məhkəmə tərəfindən göstərildiyi kimi VAZ-21070 markalı avtomobil əks hərəkət zolağına çıxarkən “Hyundai SantaFe” markalı avtomobil ilə VAZ-21070 markalı avtomobil arasında 20-25 metr məsafə olması real hadisə mexanizminə uyğun deyildir, reallıqda bu məsafələr 20-25 metrdən dəfələrlə böyük olmuşdur. Bundan başqa bu rəyin tədqiqi hissəsində izah verilir ki, 60-70 km/saat sürətlə hərəkətdə olan VAZ-21070 markalı avtomobilin qarşı hərəkət zolağına çıxdığı andan toqquşmaya kimi qət etdiyi minimum məsafələrərə (55,4-64,7metr) sərf olunan minimum vaxtın təqribən 3 saniyə olması onu izah edir ki, məhkəmə tərəfindən göstərildiyi kimi, sürücü Təqsirləndirilən şəxs1 hərəkəti üçün təhlükə yaranan andan toqquşmaya kimi 2 saniyə vaxtın keçməsi real hadisə mexanizminə uyğun deyildir.Ona görə tədqiqat sürücü Təqsirləndirilən şəxs1 hərəkəti üçün təhlükə yaranan andan toqquşmaya kimi 3 saniyə vaxtın keçməsinə uyğun aparılır. Beləliklə aparılmış tədqiqatdan məlum olduğu kimi, sürücü Təqsirləndirilən şəxs1 təhlükə yaranan andan tədbir görməklə avtomobili toqquşma yerinə çatmadan dayandırmağa texniki imkanının olması və toqquşmanın bucaq altında VAZ-21070 markalı avtomobilin qabaq sağ yan hissəsi ilə VAZ-21070 markalı avtomobilin hərəkəti istiqamətində hərəkət hissəsinin sol kənarından sağa doğru 1,5 metr məsafədə baş verməsi faktları onu izah edir ki, sürücü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmçinin qeyd olunan rəylə bağlı müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmədə ifadə vermiş ekspert X3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin aparıcı ekspertidir. Hazırki iş üzrə 18 yanvar 2023-cüi il tarixli, 8/3625 №-li məhkəmə yol-nəqlliyyat hadisələri ekspertizanın rəyi onun tərəfindən verilmiş və bu rəy tam əsaslı və qanunidir. Həmin rəyi o, istintaq orqanı və məhkəmə tərəfindən tədqiqata təqdim olunmuş məlumatlar əsasında vermişdir. Həmin məlumatlara əsasən aparılmış tədqiqi hesablanmalar zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə yolun eni, VAZ-21070 markalı və “Hyundai Santafe” markalı avtomobillərin qarşılıqlı hərəkət sürətləri və göstərilən digər hallar, o cümlədən nəqliyyat vasitələri arasında toqquşmanın bucaq altında baş verməsi nəzərə alınaraq “Hyundai Santafe” markalı avtomobilə münasibətdə təhlükə yaranan andan toqquşmaya kimi 2 saniyə vaxtın olması baxımından VAZ-21070 markalı avtomobilin ötmə əməliyyatı aparıb öz hərəkət zolağına qayıtması mümkün olmamaqla hərəkəti üçün təhlükə yaranan andan toqquşmaya kimi 2 saniyə vaxtın keçməsi real hadisə mexanizminə uyğun deyildir. Bu səbəbdən sürücü Təqsirləndirilən şəxs1 hərəkəti üçün təhlükə yaranan andan toqquşmaya kimi 3 saniyə vaxtın keçməsinə uyğun aparılmışdır.Ona görə də tərəfindən verilmiş rəy tam əsaslı və qanuni hesab olmaqla qəbul edilməlidir. İşdə olan, ƏN-V 799438 №-li Etibarnamə ilə müəyyən edilir ki, VAZ-21070 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi Əliyeva Hicran Poladxan qızı tərəfindən 20 sentyabr 2017-ci il tarixdən 24 iyun 2031-ci ilədək idarə etməsi üçün Təqsirləndirilən şəxs2 verilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TBŞ-dən 24 iyun 2021-ci il tarixdə verilmiş BD404393 №-li sürücülük vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 “BC” kateqoria olmaqla 24 iyun 2031-ci il tarixədək sürücülük hüquqi vardır və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İşdə olan, BD21S924 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti ilə müəyən edilir ki, “Hyundai Santafe” minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cəlilabad rayonu, Muğanlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 mülkiyyətindədir. İşdə olan, Təqsirləndirilən şəxs1 Rusiya Federasiyası Novosibirsk Vilyayəti DYTM-i tərəfindən 14 noyabr 2013-cü ildə verilmiş ********** saylı sürücülük vəsiqəsinin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 “B” kateqoria olmaqla 14 noyabr 2023-cü il tarixədək sürücülük hüquqi vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 35-1-ci maddəsinin (Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi) 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. İşdə olan, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 02 avqust 2022-ci il tarixli məktub-arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 29 iyun 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs1 nəqliyyat vasitələri idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmamış və o, həmin vaxt nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan “Hyundai Santafe” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. İşdə olan, 09 avqust 2022-ci il tarixli qərarla müəyyən edilir ki, “Hyundai Santafe” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı və VAZ-21070 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut kimi tanınmış və istintaq orqanı tərəfindən maddi sübut olan VAZ-21070 minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs2 və “Hyundai Santafe” minik markalı, **-SF- *** dövlət qeydiyyat nişanlı avtomobil qanuni mülkiyyətçisi Təqsirləndirilən şəxs1 saxlanılması üçün təhvil verilmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi barədə” 09 avqust 2022-ci il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən 29 iyun 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs2 əməlində CM-nin 264-cü maddəsinin (yol-nəqliyyat hadisəsi yerindən qaçma) tərkib əlamətləri olmadığından onun barəsində həmin xüsusatla bağlı cinayət təqibinə xitam verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə tədqiq olunmuş, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələrini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin huquqi varisi İslam Məmmədovun ifadələri (həmin ifadələrdə göstərilən Təqsirləndirilən şəxs2 yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçmasına aid hallar məhkəmədə tədqiq olunmuş subutlarla təkzib olunduğundan, eləcə də istintaq orqanı tərəfindən həmin xüsusat üzrə cinayət təqibinə xitam verilməsi nəzərə alınıb xüsusatlar sübut kimi qəbul edilməməklə ifadələrdə göstərilən bu hallara aid hissələr istisna olunmaqla), şahidlər Şahid1 və Təhmasib Bağırovun ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini (baş vermiş yol-nəqliyyat hadisəsində təqsirinin olmaması, yol-nəqliyyat hadisəsi yerindən qaçmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni baş vermiş yol-nəqliyyat hadisəsində təqsirinin olmaması, yol-nəqliyyat hadisəsi yerindən qaçmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin huquqi varisi İslam Məmmədovun ifadələri (bu ifadələrdə Təqsirləndirilən şəxs2 yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçmasına aid hallar istisna olunmaqla), Şahid1 və ekspert Təhmasib Bağırovun ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, o cümlədən məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyləri (həmin rəylərə əsasən sürücü Təqsirləndirilən şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, habelə sürücü Təqsirləndirilən şəxs1 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur), habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə şahidlər Şahid4, Şahid3, Mətləb Sadiqov və Şahid5 qeyd olunan yolnəqliyyat hadisəsindən sonra hadisə yerində olsalar da, bu hadisənin baş verməsinin bilavasitə şahidi olmadıqlarını göstərməklə yanaşı həm də baş vermiş hadisəyə münasibətdə, o cümlədən toqquşmuş avtomobillərin toqquşmadan əvvəlki sürət hədlərini barədə göstərilən xüsusatları obyektiv həqiqət və sübut kimi qəbul etmir və onların bu ifadələri sırf mülahizə xarakterli olmaqla qohum və tanışları Təqsirləndirilən şəxs1 xeyrinə verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə heyəti məhkəmə istintaqı tədqiq olunmuş sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, verilmiş ittihamlar üzrə Təqsirləndirilən şəxs2 CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan və Təqsirləndirilən şəxs1 CM-nin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 263.2-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq CM-nin 263-1.3 və 264-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, “Qətimkan tədbirinin seçilməsi haqqında” 10 və 15 avqust 2022-ci il tarixli qərarlarla ilə müəyyən olunur ki, həmin tarixlərdə istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan, Azərbaycan Respublikasının DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamələrlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İşdə olan, Cəlilabad rayonun Muğan kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli arayış və xasiyyətnamə xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Cəlilabad rayonunun Muğan kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə ictimai işlərdə iştirak etməklə kənd əhalisinin hörmətini qazınmışdır) xarakterizə olunur. İşdə olan, Cəlilabad rayonunun bir qrup sakinlərinin (X6 və qeyriləri cəmi 18 nəfərin) məhkəməyə göndərilmiş 02 mart 2023-ci il tarixli müraciət və həmin müraciətə əlavə edilmiş adları qeyd olunan şəxslərin şxsiyyət vəsiqələrinin surətlərə və fotoşəkillərlə müəyyən edilir ki, müraciət edənlərin yaxın qohumları İ və İİ Qarabağ müharibəsində şəhid olmuşlar. Onlar Təqsirləndirilən şəxs1 insanların qayğısına qalan şəxs kimi tanımış və Təqsirləndirilən şəxs1 öz şəxsi vəsaiti hesabına 2003-cü ildə Cəlilabad rayonunun Muğan kəndində 15 nəfər şəhidin xatirəsinə “Şəhidlər xiyabanı” tikmiş (öz şəxsi vəsaiti hesabına 15 nəfər Qarabağ şəhidlərinin qəbirüstü xatirə başdaşları düzəldilmiş) və orada abadlıq işləri görülmüş, hazırki vaxtadək abadlıq işləri davam etdirilir. Təqsirləndirilən şəxs1 qeyd olunan xeyirxah işlərin nəzərə alınması məhkəmədən xahiş olunur. İşdə olan, Rusiya Federasiyası Novosibirsk şəhəri, "xxxx" MMC-nin 16 dekabr 2020ci il tarixli tibbi arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 “ürəyin işemik xəstəliyi”, “2-ci tip insulindən asılı olmayan şəkərli diabet”, “xroniki virus hepatiti C, dəqiqləşdirilməmiş virus yükü ilə mürəkkəb mənşəli qaraciyər serrozuna keçməklə” və “bronxial astma, ağır persistəedici” diaqnozu ilə xəstədir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 yaşadığı ərazidə ictimai işlərdə iştirakı və şəhid olmuş bir qrup şəxsin xatirəsinə xeyirxah işlərin, yəni öz şəxsi vəsaiti hesabına 15 nəfər Qarabağ şəhidlərinin qəbirüstü xatirə başdaşlarının düzəldilməsi və ətrafda abadlıq işlərin görülməsi, hazırki vaxtadək həmin ərazidə abadlıq işlərinin görülməsində iştirakı, onun ayrı-ayrı diaqnozla xəstə olması və 75 yaşı olmaqla kifayət qədər yaşlı (qoca) şəxs olması, eləcə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Eyni zamanda məhkəmə CM-nin 59.1.12-ci maddəsinin (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi) mahiyyətini, yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varislə barışıq əldə etməsinin cəm halda qiymətləndirilməli olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etmədən yalnız zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə münasibətdə cəzanı yüngülləşdirən hal kimi qəbul etmir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İşdə olan, Cəlilabad rayon Sabirabad kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Cəlilabad rayonunun Sabirabad kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyə ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları (Təqsirləndirilən şəxs1 münasibətdə), habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Habelə məhkəmə hesab edir ki, cinayətin törədilməsində Təqsirləndirilən şəxs2 iştirakının dərəcəsi, yəni Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə ötmə əməliyyat keçirmək məqsədilə yolun əks istiqamətinə, yəni Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin hərəkət zolağına çıxmaqla yol-nəqliyyat hadisəsini törətməsi onun birbaşa və əsaslı olaraq təqsiri nəticəsində bu hadisənin baş verməsinə səbəb olmasını nəzərə alaraq ona ittiham olunduğu maddədə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası yuxarı həddə təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, habelə Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 27 mart 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olunmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları, yəni Təqsirləndirilən şəxs1 yaşadığı ərazidə ictimai işlərdə iştirakı və şəhid olmuş bir qrup şəxsin xatirəsinə xeyirxah işlərin, yəni öz şəxsi vəsaiti hesabına 15 nəfər Qarabağ şəhidlərinin qəbirüstü xatirə başdaşlarının düzəldilməsi və ətrafda abadlıq işlərin görülməsi, hazırki vaxtadək həmin ərazidə abadlıq işlərinin görülməsində iştirakı, onun ayrı-ayrı diaqnozla xəstə olması və 75 yaşı olmaqla kifayət qədər yaşlı (qoca) şəxs olması, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, habelə təqsirkarın şəxsiyyəti (yaşayış yeri üzrə müsbət xarakteriza olunması və ilk məhkumluğu), eyni zamanda işin faktiki hallarını, o cümlədən baş vermiş yol-nəqliyyat hadisəsini birbaşa deyil, bilavasitə digər təqsirləndirilən şəxsin cinayətkar hərəkətinin fonunda törətməsini (Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə öz hərəkət zolağında hərəkət edərkən qarşı tərəfdən Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə ötmə əməliyyat keçirmək məqsədilə yolun əks istiqamətinə, yəni Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin hərəkət zolağına çıxıb hərəkətdə olarkən yol-nəqliyyat hadisəsinin baş verməsini) nəzərə alaraq Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin edilmiş sınaq müddətində Təqsirləndirilən şəxs1 üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, habelə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı mülki iddia verərək törədilmiş cinayət nəticəsində ona vurulmuş 50.000 (əlli min) manat miqdarında maddi ziyan, 10.000 (on min) manat miqdarında mənəvi ziyan və mülki iddianın verilməsi ilə bağlı ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu da nəzərə alınmaqla cəm 60.120 (altmış min bir yüz iyirmi) manat miqdarında pul vəsaitinin təqsirləndirilən şəxslərdən alınıb ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə qarşı verdiyi mənəvi ziyanın vurulmasına dair mülki iddia qismən təmin edilməli, maddi ziyanla bağlı mülki iddia baxılmamış saxlanılımalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 181-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin əmlakına ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verilə bilər. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə maddi ziyan vurulduqda mülki iddia verən şəxs ziyanın ödənilməsi, o cümlədən mənəvi ziyanın ödənilməsini (maddə181.2.4) tələb edə bilər. Habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar maddi ziyan vurulduqda mülki iddia verən şəxs ziyanın ödənilməsi, o cümlədən zərər çəkmiş şəxsin müalicəsinə çəkilən xərclərin ödənilməsini (maddə 181.3.1) tələb edə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını itirməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndində verilmiş izaha əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmçinin bu Qərarın 10-cu bəndində izah edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilməklə zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə törədilmiş cinayət əməli ilə Zərərçəkmiş şəxs mənəvi ziyan vurulmuş və vurulmuş mənəvi ziyanın ağlabatan məbləği olmaqla ödənilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, törədilmiş cinayət əməli zərərçəkmiş şəxsin stress, qorxu və sarsıntılar keçirməsinə səbəb olmaqla ona mənəvi ziyan dəymiş, eyni zamanda məhkəmə həmin mənəvi ziyanın zərərçəkmiş şəxsin 10.000 manat miqdarında dəyərləndirilməsini əsaslı və ağlabatan hesab etmir və mülki iddianın mənəvi ziyan vurulması hissədə bu zərərin 300 manat məbləğində təmin edilməsini ədalətli hesab edir. Habelə məhkəmə törədilmiş cinayətlə əlaqədar zərərçəkmiş şəxsin aldığı xəsarətlərlə bağlı dövlət tibb müəssisələrində pulsuz müalicə olunmasını, eləcə də müalicəsi ilə bağlı iddia ərizəsində göstərildiyi miqdarda xərclərin çəkilməsini təsdiq edən əsaslı və mötəbər hesab edilə bilən sübutların məhkəməyə təqdim olunmamasını nəzərə alınmaqla hesab edir ki, maddi ziyanla bağlı mülki iddia baxılmamış saxlanılımalıdır. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri-iddianın tam və ya qismən təmin edilməsi (maddə 354.1.1.), iddianın rədd edilməsi (maddə 354.1.2.) və iddianın baxılmamış saxlanması (maddə 354.1.3.) əks etdirilir. Beləliklə, məhkəmə qarara gəlir ki, Zərərçəkmiş şəxs iş üzrə mənəvi zərərin vurulması ilə bağlı təqsirləndəriln şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı verdiyi 10.000 manat miqdarında mülki iddia qismən, yəni 300 manat miqdarında təmin edilməklə və mülki iddianın verilməsi ilə bağlı ödənilmiş 120 manat dövlət rüsumu da nəzərə alınmaqla cəmi 420 manat məbləğində pul vəsaiti mülki cavabdehlərdən (təqsirləndirilən şəxslərdən) müştərək qaydada, yəni Təqsirləndirilən şəxs2 210 manat və Təqsirləndirilən şəxs1 210 manat miqdarında pul vəsaiti alınıb mülki iddiaçı-Zərərçəkmiş şəxs verilməlidir. Həmçinin məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, Zərərçəkmiş şəxs iş üzrə maddi zərərin vurulması ilə bağlı təqsirləndəriln şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı verdiyi 50.000 manat miqdarında mülki iddia (hazırda yuxarıda göstərilən əsaslara görə baxılması mümkün olmadığından) mülki mühakimə icraatı qaydasında həll edilməli olduğundan baxılmamış saxlanılmalıdır. Eyni zamanda istintaq orqanı tərəfindən iş üzrə maddi sübutlar olan-VAZ-21070 minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs2 və “Hyundaı Santafe” minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni mülkiyyətçisi Təqsirləndirilən şəxs1 qaytarlması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-xərcləri-256 (iki yüz əlli altı) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni məhkum Təqsirləndirilən şəxs2 128 (bir yüz iyirmi səkkiz) manat və məhkum Təqsirləndirilən şəxs1 128 (bir yüz iyirmi səkkiz) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 354, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 mart 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələri tətbiq edilərək təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təyin edilmiş sınaq müddətində Təqsirləndirilən şəxs1 üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətinin həyata keçirilməsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs mənəvi ziyan vurulması ilə bağlı təqsirləndərilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı verdiyi 10.000 (on min) manat miqdarında mülki iddiası qismən, yəni 300 (üç yüz) manat miqdarında təmin edilsin və mülki iddianın verilməsi ilə bağlı ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu da nəzərə alınmaqla cəmi 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti mülki cavabdehlərdən (təqsirləndirilən şəxslərdən) müştərək qaydada, yəni Təqsirləndirilən şəxs2 210 (iki yüz on) manat və Təqsirləndirilən şəxs1 210 (iki yüz on) manat miqdarında pul vəsaiti alınıb mülki iddiaçı-Zərərçəkmiş şəxs verilsin. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs maddi ziyan vurulması ilə bağlı təqsirləndərilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı verdiyi 50.000 (əlli min) manat miqdarında mülki iddia mülki mühakimə icraatı qaydasında həll edilməli olduğundan baxılmamış saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsə izah edilir ki, cinayət mühakimə icraatı zamanı təqsirləndirilən şəxslərə qarşı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. İstintaq orqanı tərəfindən iş üzrə maddi sübutlar olan-VAZ-21070 minik markalı, **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs2 və “Hyundaı Santafe” minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni mülkiyyətçisi Təqsirləndirilən şəxs1 qaytarlması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-256 (iki yüz əlli altı) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni məhkum Təqsirləndirilən şəxs2 128 (bir yüz iyirmi səkkiz) manat və məhkum Təqsirləndirilən şəxs1 128 (bir yüz iyirmi səkkiz) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs2 hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar