Məhkəmə qərarları › İş №1(099)-30/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-30/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-30/2024 29.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X15, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Əli-Bayramlı (hazırda – Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 2,520 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroini (bundan sonra - heroin) istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər Polis Şöbəsinin (bundan sonra – Şirvan ŞPŞ) Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 dekabr 2022-ci il tarixdə, saat 01:00 radələrində Şirvan şəhəri, Bülbül küçəsində hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilib üzərinə videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində satış məqsədi olmadan qanunsuz saxladığı 1 ədəd sellofan bükümündə təmiz çəkisi 2,520 qram olmaqla külli miqdarda heroin əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək əvvəlki məhkəmə baxış iclasında ifadə verdiyini, həmin ifadəni təsdiq etdiyini qeyd edib ifadə verməkdən imtina etmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, Şahid6 onun uşaqlarının kirvəsidir, bundan əlavə həm də bir-biriylə yaxındırlar, bəzi hallarda onun maşını da sürür. 26 dekabr 2022-ci il tarixdə, təxminən saat 22-23 aralığında evində olarkən Şahid6 mobil telefonu ilə Şahid5 ona zəng etmiş və İqbalı həmin gün saat 21 radələrində polis şöbəsinə düşürdüyünü, telefonu və açarlarının onda olduğunu, lakin İqbaldan bir xəbər çıxmadığını demiş, o, da Rahibə onu evdən götürməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra Rahib İqbala aid avtomobillə onun evinə gəlmiş və onu da götürərək Rahibin kompüter oyun salonuna getmişlər. Həmin salona çatmamış Şirvan ŞPŞ-nin DYPB-də işləyən əmisi oğlu Elvin onun mobil nömrəsinə zəng edərək yol polis rəisi Sadiq müəllimin onu axtardığını bildirmiş, o, isə Sadiqin mobil nömrəsinin onda olmadığını, nömrəsini ona verməyi xahiş etmişdir. Daha sonra Sadiq müəllim ona zəng edib İqbalın telefonunu və maşını və açarlarını polis şöbəsinə gətirməsini tələb etmişdir. O, isə İqbalın telefonu və maşınının onda olmadığını bildirmişdir. Bundan sonra Rahibin kompüter oyun salonuna gəlmişlər və otaqda Rahib, onun atası, qardaşı və özü oturub çay içən zaman Şahid7, İsmayı və keçmiş polis işçisi Rauf adlı şəxs içəri girmişlər. Bu zaman Şahid8 ona bidlirmişdir ki, “Samir nə hörmətsizlik edirsən, səni polisə çağırırlar gəlmirsən” demiş, o, isə ondan İqbalın telefonu ilə maşınını istədiklərini, lakin onda olmadığını, buna görə də şöbəyə gəlmədiyini bildirmişdir. Bundan sonra ona şöbəyə getmək təklif olunmuş, o, da razılaşmışdır. Rahibi və onu həmin şəxslər Şirvan ŞPŞ-yə aparıb növbətçi hissəyə təhvil vermişlər. Həmin vaxt növbətçi hissənin rəisindən icazə alıb ayaqyoluna da, siqaret çəkməyə də getmişlər. Təxminən 15-20 dəqiqə keçdikdən sonra rəis müavini Farid gəlib onun qarşısında dayanıb telefonu niyə gətirmədiyini soruşmuş, daha sonra da üzünü ona tutub “bunun üstündə narkotik var, ondan şübhələnirəm” demiş, o, isə heç vaxt narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Farid isə “darıxma biləcəksən “ deyib getmək istəyəndə onun boynunun dalından vurmuş, daha sonra orada olan işçilərə “bunu narkotiklə oformut edin” deyə göstəriş verib getmişdir. Bundan sonra onu binanın yuxarı mərtəbəsinə qalıdırmışlar və orada 5-6 nəfər polis əməkdaşı olmuş, orada da Farid bildirmişdir ki, gedib evindən yarım kiloqram narkotik çıxaracaqlar və bundan sonra polisə hörmətsizlik etməz. O, isə bildirmişdir ki, o, polisə heç bir hörmətsizlik etməmiş, qohumlarının çoxu dövlət orqanlarında işləyir. Sonra Tural adlı şəxs ona yaxınlaşıb bir bükümü ona verib çəkiliş zamanı çıxarmağını tələb etmişdir. Farid adlı polis əməkdaşı onu döydüyündən, həmçinin evindən narkotik çıxaracağı ilə hədələdiyindən onlardan qorxub bir bükümü üzərinə götürməyə razılaşmışdır. Farid onu köynəyindən tutub boğarkan boğazında iz də qalmışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Polis əməkdaşları ilə heç bir ziddiyyəti olmamış, İqbalı tutduqları üçün onu da tutmuşlar. Bunu Şirvan şəhərində hamı da bilir. Polis əməkdaşları onu evindən narkotik vasitə çıxaracaqları ilə hədələdiyindən polislərin verdiyi narkotiki cibinə qoyub videoçəkiliş zamanı ona məxsus olmasını bildirmişdir. 26 dekabr 2022-ci il tarixdə təxminən 22 radələrində evdə olmuşdur. Rahib ona Şahid6 nömrəsi ilə zəng etmişdir. İqbalın maşını da Rahibdə olmuşdur. Şahid2 və Şahid1 onu saxlamamışlar, onların üzlərini ilk dəfə polis şöbəsində görmüşdür. Onun saxlanılmasında təhqiqatçı iştirak etməmiş, onu da şöbədə görmüşdür. Rahib onun ***-***-**-** nömrəsinə İqbala aid ***-***- **-** nömrəsindən zəng etmişdir. Onu növbətçi hissəyə İsmayıl təhvil verib və hər hansı qohumu ilə görüşdürməməyi tapşırmışdır. Farid onu növbətçi hissədə vurmuş, bu zaman Şahid6 da onu görmüşdür, belə ki, sonuncunu konvoy müşaiyyəti ilə şöbədən çıxarırdılar və sonradan bilmişdir ki, İqbalın evinə axtarışa gedirmişlər. Şahid5 da polis əməkdaşları yuxarı mərtəbədə döymüşlər. Sonradan öyrənmişdir ki, Rahib polislərə pul verdiyi üçün onun barəsində inzibati tənbeh tədbiri görüb buraxmışlar. Onun üzərində ümumiyyətlə narkotik vasitə olmamışdır. Polis əməkdaşları ona zəng etmiş, onu axtarmışlar, belə olan halda üzərində hər hansı qanunsuz əşya, narkotik vasitə saxlamazdı, həmin narkotik üzərində olsaydı belə atardı. Heç vaxt narkotik istifadə etməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən özünü qismən təqsirli bildirməsi ilə bağlı demək istəyir ki, polis əməkdaşları ona bildirmişlər ki, məhkəmə iclasında belə bir ifadə verərsə onu CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edib buraxacaqlar, ona görə də məhkəmə iclasında belə bir ifadə vermişdir. Ümumiyyətlə narkotik vasitə istifadə etməmişdir, üzərindən çıxan narkotik vasitəni isə ümumiyyətlə tanımır. Barəsində narkoloji yoxlama keçirilərkən onu yoxlamamışlar, özü narkotik istifadə etdiyini dediyindən onun narkomaniya xəstəliyindən əziyyət çəkdiyi yazılmışdır. Narkotikdən istifadə edir deməsinin isə səbəbi o olmuşdur ki, saxlanıldığı yerdə olan şəxslər ona bildirmişlər ki, əgər o narkotikdən istifadə etmədiyini desə onun əməlini narkotik vasitələrin satışı ilə bağlı olan maddə ilə tövsif edəcəklər, buna görə də narkotikdən istifadə etdiyini bildirmişdir. Lakin ondan heç bir nümunə götürməmişlər. Hazırkı dövrədək heç vaxt narkotikdən məcburi müalicə olunmamış, hazırda da narkotik vasitələrdən istifadə etmir. Onu döyməklərinin səbəbi güya polisə hörmətsizlik etməsi olmuşdur, onu döyüb narkotiki boynuna götürməsini tələb etməmişlər, lakin evindən narkotik çıxaracaqları ilə hədələdiklərindən polis əməkdaşları ilə razılaşmışdır. Polis əməkdaşlarından qorxduğu üçün yüngül cəza nəzərdə tutulan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə razı olmuşdur. İbtidai istintaqın ilk günlərində verdiyi ifadəsini təsdiq etmir, cinayət işi materiallaırnda olan - vəkili Müdafiəçi2 iştirakı ilə verdiyi ifadəsini və hazırkı məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edir. Polis əməkdaşları tərəfindən döyülməsi və hədəqorxu gəlinməsi ilə bağlı Şirvan şəhər prokurorluğuna məlumat vermiş, lakin prokurorluq tərəfindən cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan Baş prokurorluğa müraciət etsələr də cavab ala bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdiyi son sözündə himayəsində iki azyaşlı uşağının olmasını, özünü təqsirli bilmədiyini bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 27 dekabr 2022-ci il tarixdə Şirvan şəhəri, Bülbül küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə edib üzərində saxlamaqla, istifadəsi ilə və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna Şahid2 də daxil olmuşdur. Məlumatın dəqiqliyinin yoxlanılması məqsədi ilə həmin ünvana – Bülbül küçəsinə gedib küçədə olan Təqsirləndirilən şəxs yaxınlaşıb onu şöbəyə dəvət etmişlər. Samir əvvəl etiraz etsə də sonradan onlarla razılaşıb şöbəyə gəlmişdir. Həmin vaxt küçədə səs-küy də olmuş, tədbir pozulmasın deyə o, təhqiqatçı ilə birlikdə Samiri şöbəyə aparmış, Fərman isə səs-küy salan şəxslərə yaxınlaşmış, sonradan Fərman da şöbəyə gəlmişdir. Samiri saxlamaq üçün təhqiqatçı da onunla getmişdir. Samir şöbəyə gətirildikdən sonra raportla rəhbərliyə məruzə olunmuş, daha sonra Samir vəkillə təmin edilmiş, onunla konfidensial görüş keçirmiş, daha sonra Samirin üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı Samir şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim edib içində heroin olduğunu bildirmiş, yaşadığı evin yaxınlığında tapdığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 27 dekabr 2022-ci il təxminən saat 01 radələrində saxlamışlar. Həmin gün başqa bir cinayət işi üzrə evə baxış istintaq hərəkətində iştirak etmiş, daha sonra isə Samirin saxlanılması ilə bağlı əməliyyat qrupunun rəhbəri olmuş, sonuncunun saxlanılmasında iştirak etmişdir. Evə baxış 27 dekabr 2022-ci il tarixdə, saat 00:45-də başlanıldığı və 01:50-də qutardığı qeyd edilsə də hesab edir ki, həmin protokolda saatın yazılması texniki səhv olmuşdur. Evə baxış istintaq hərəkəti 23:30 radələrində olmuşdur. İlk olaraq Şahid6 evində axtarışda iştirak etmişdir, həmin axtarışda kimlərin iştirak etməsini xatırlamır. ***-***-**-** saylı mobil nömrə onun istifadəsindədir, həmin hadisə vaxtı da istifadəsində olmuşdur. Mobil nömrəsinin əhatə dairəsində olduğu antenlərin ünvanının Təqsirləndirilən şəxs saxlanıldığı Şirvan şəhəri Bülbül küçəsində yox, H.Əliyev prospektində olması ilə bağlı qeyd edir ki, əməliyyat tədbirinə gedərkən telefonunu şöbədə qoyub çıxdığı hallar olmuşdur. Lakin həmin vaxt telefonu şöbədə qoyub-qoymamasını xatırlamır. Təqsirləndirilən şəxs o və Şahid2 tərəfindən tutulmadığını bildirməsi ilə bağlı deyə bilər ki, Samiri o və Fərman saxlamışdır. X10 də Samirin saxlanılmasında iştirak etmiş, həmin vaxt yanlarında olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 27 dekabr 2022-ci il tarixdə Şahid1 Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında yaradılmış əməliyyat qrupunun tərkibinə o və təhqiqatçı daxil olmuş,Şahid1 isə qrupun rəhbəri olmuşdur. Sonra həmin şəxsin Şirvan şəhəri Bülbül küçəsində olmasını müəyyən edib Şahid1 ilə birlikdə həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, ona nədə şübhələnilməsi barədə məlumat verdikdən sonra onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt kənarda səs-küy eşitmiş, həmin səs küylə bağlı kənarda olan şəxslərə yaxınlaşmalı olduğundan təhqiqatçı və Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs avtomobilə mindirib Şirvan ŞPŞ-yə yola salmışdır. Səs-küy salan şəxsə yaxınlaşdıqda adını sonradan bildiyi Rahib adlı şəxs yenə səs-küy saldığından onu nizam-intizama dəvət etmiş, lakin Rahib onunla söz mübahisəsi etdiyindən və onun qanuni tələbinə tabe olmadığından əvvəlcədən məlumat verdiyi və həmin yerə gəlmiş Növbətçi hissənin avtomobili ilə həmin şəxsi də polis şöbəsinə gətirmişdir. Polis şöbəsində həmin şəxsi növbətçi hissəyə təhvil verdikdə görmüşdür ki, Şahid1 də Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil vermiş və raportla müraciət etdiyindən iş təhqiqata həvalə edilmişdir. Təhqiqatçının otağında vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs da onların təklifindən sonra şalvarının cibindən sellofan bükümdə heroinə bənzər narkotik vasitəni çıxarıb stolun üzərinə qoymuş və tutulmamışdan bir gün qabaq tapdığını bildirmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı Şahid1 olmuşdur. Məlumat 27 dekabr 2022-ci il tarixdə daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin gün gecə saat 01-də saxlanılmışdır. Şirvan ŞPŞ-nin DYPB-nin rəisi Şahid3 Təqsirləndirilən şəxsla əlaqə saxlaması, onu polis şöbəsinə dəvət etməsi barədə onun məlumatı olmamışdır. Həmin şəxsdə Təqsirləndirilən şəxs barədə hər hansı əməliyyat məlumatı olub-olmamasını bilmir. Şahid3 Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi ilə bağlı onlara hər hansı tapşırıq verməmişdir. Təqsirləndirilən şəxs saxlamaq üçün getməyi Şahid1 ona demişdir. Təqsirləndirilən şəxs saxlanılmasında onun iştirak etmədiyini bildirməsi ilə razı deyildir, Şahid1 ilə birlikdə Samirin saxlanılmasında iştirak etmişdir. Şahid6 ad və soyadlı şəxsin evinə 27 dekabr saat 00:45-dən 01:50-dək olan dövrdə axtarış aparılması və həmin axtarışda Şahid1 iştirak etməsi barədə məlumatı yoxdur, həmin dövr ərzində, yəni Samirin saat 01:00-da saxlanılması ilə bağlı bildirir ki, Tural həmin vaxt Samirin saxlanılmasında iştirak edib. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış saat 02:15-dən 02:35-dək keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın saxlanıldıqdan 1 saat 15 dəqiqə sonra keçirilməsi ilə bağlı heç nə deyə bilmir. Şahid5 yanında iki nəfər olub, həmin şəxslər yüksək səslə danışmadıqları üçün həmin şəxsləri şöbəyə gətirməmiş, həmin şəxsləri də tanımamışdır. Təqsirləndirilən şəxs ev dustaqlığında olduğu müddətdə narkotik vasitələrdən istifadəsi və ya satışı barədə onda hər hansı məlumat yoxdur, ola bilər ki istifadə etmir. Şahid5 barəsində inzibati xəta haqqında iş üzrə icraat materiallarında sonuncunun səs-küy saldığı yerdə hər hansı başqa şəxsin olması barədə qeydlərin olmaması ilə bağlı heç nə deyə bilmir, lakin orada Şahid5 başqa şəxslər də olmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təzyiq edilməmişdir. Məhkəmə istintaqı zamanı təkrar şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, əvvəlki ifadəsini təsdiq edir və verilən suallara cavab olaraq bildirir ki, istifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. Təqsirləndirilən şəxs ifadəsində onun və Şahid1 tərəfindən saxlanılmadığını bildirməsi yanlışdır, Şahid7, Şahid8 və Rauf adlı şəxs Samirin saxlanılmasında iştirak etməmişdir. X6 də Samirin saxlanılmasında iştirak etmişdir. İstifadəsində olan mobil nömrənin antenin Təqsirləndirilən şəxs saxlanıldığı qeyd edilən Bülbül küçəsində və ya Samirin ifadəsində göstərdiyi L-nt M.İbrahimov küçəsində olmaması ilə bağlı qeyd edir ki, tədbir vaxtı çox hallarda telefondan istifadə etməmiş, telefonu polis şöbəsində xidməti otağında, bəzi hallarda isə maşında qoyub tədbirə getmişdir. İstifadəsində olan mobil nömrə ilə həmin ərəfələrdə danışıqlar aparıldığı müəyyən edilməsi ilə bağlı qeyd edir ki, həmin nömrə ilə yalnız özü danışıq aparmış, başqa şəxs danışıq aparmamışdır. Şahid1 27 dekabr saat 00:45-də Şahid6 evində axtarışda olması ilə bağlı heç nə deyə bilməz, lakin Turalla birlikdə olmuşdur. Həmin saatlarda Şahid1 ilə aralarında telefon zəngləri olması ilə bağlı heç nə deyə bilməz. O, Şahid6 evində axtarışda olmamışdır. Samiri küçədə saxlayıb polis şöbəsinə gətirmişlər, bundan sonra heç bir yerə getməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin DYPB-nin rəisi Şahid3 ifadəsində göstərmişdir ki, Samirin əmisi oğlu Şahid4 onun əməkdaşıdır. 26 dekabr 2022-ci il tarixdə təxminən saat 23 radələrində Şirvan ŞPŞ-nin İstintaq Bölməsinin rəisi ona zəng vurub Elvinin əmisi oğlu Samir onlara lazımdır demişdir. Buna görə də o, əməkdaşı olan Elvinə zəng vurub tapşırıq vermişdir ki, Samir onunla əlaqə saxlasın. Sonra isə Elvin ona yenidən zəng edərək Samirlə danışdığını, onun nömrəsinin Samirdə olmadığını bildirmiş, buna görə də Samirin nömrəsini ona vermişdir. Buna görə də o, Samirə zəng vurub harada olduğunu soruşmuş, Samir isə uşağını Hacıqabul rayonuna həkimə apardığını demişdir. O, isə İqbalın maşının açarının və telefonun lazım olduğunu demiş, o, isə bildirmişdir ki, həmin əşyalar onda deyildir. Samirə tapşırmışdır ki, qayıdanda onunla əlaqə saxlasın. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin DYPB-nin YPXnin inspektoru polis baş serjantı Şahid4 Yasin oğlu ifadəsində göstərmişdir ki, 26 dekabr 2022-ci il tarixdə axşam saatlarında bölmə rəisi Şahid3 ona demişdir ki, qohumu Təqsirləndirilən şəxs desin ki, onunla əlaqə saxlasın. O da Təqsirləndirilən şəxs zəng vuraraq DYPB-nin rəisi Şahid3lə əlaqə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs isə Şahid3 nömrəsinin onda olmadığını və Şahid3 özünün onunla əlaqə saxlamasını bildirmişdir. O da DYPB-nin rəisi Şahid3lə əlaqə saxlayaraq bu barədə məlumat vermiş və Təqsirləndirilən şəxs mobil telefon nömrəsini vermişdir. Bundan sonra Sadiq müəllimin Samirə zəng vuraraq nə danışdığından məlumatı olmamış, lakin növbəti gün Şahid3 öz deməsindən bilmişdir ki, Təqsirləndirilən şəxs zəng vurub yalnız Şahid6 mobil telefonunun və evinin açarının onda olub-olmamasını soruşmuşdur. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tutulmasından növbəti gün xəbəri olmuşdur. Sonradan eşitmişdir ki, Samiri kompüter salonunda tutmuşlar, lakin bu barədə hər hansı əməliyyatçıdan soruşmamışdır. Samirin narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı yoxdur, belə bir halın şahidi olmamış, eşitməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 26 dekabr 2022-ci il tarixdə, axşam 20:30 radələrində polis şöbəsinə dəvət olunmuş, polis şöbəsində istintaqın rəisi ilə görüşüb müstəntiqin otağına keçdikdə iki əməliyyat müvəkkili və bir konvoy görmüş, əməliyyatçılardan biri Fərman, digəri isə Tural olmuşdur. Onlara onu hazır vəziyyətdə gözlədiklərini bildirmişdir. Həmin vaxt onu müstəntiq dindirmiş, o, tutulmuşdur. Onun barəsində cinayət işinə isə xitam verilmişdir deyə bu hissələri danışmır. Həmin gün təxminən saat 00:30-da müstəntiq ona bildirmişdir ki, onun evinə baxışa gedəcəklər. O, müstəntiqlə birlikdə aşağı düşəndə növbətçi hissənin yanındakı dəhlizdə dayanmış, həmin vaxt Şahid1 də yanında olmuşdur. Şöbəyə gələrkən Samiri evinə düşürüb, öz maşınını da idarə etmək üçün Rahibə vermiş, Rahib də onu şöbəyə gətirmiş, maşından düşüb şöbəyə getdikdə telefonu maşında qalmış və Rahib də maşını idarə edib getmişdir. Həmin vaxt dəhlizdə Samir və Rahibin olmasını görmüş, dayanıb həmin şəxsləri nə üçün polis şöbəsinə gətirdiyini soruşmuşdur. Həmin vaxt Farid adlı polis əməkdaşı onun üstünə qışqırmış, növbətçi hissənin qapısını açıb Samirin və Rahibin yanına keçib onları vurmuş və üstlərinə qışqırıb “ narkobaronlar, sizi narkotiklə yükləyib göndərəcəm” demişdir. Sonra isə onun yanına gəlib “darıxma, sənin ağzını da bağlayacıq” deyib onu da hədələmişlər. Yəni 27 dekabr saat bir işləmiş Təqsirləndirilən şəxs artıq şöbədə olmuşdur. Bundan sonra onu həyətə düşürüb maşına mindirmişlər, Şahid1 də həmin maşında oturmuşdur. Bundan sonra polis şöbəsindən çıxıb apellyasiya məhkəməsinin yanında olan evinə getmişlər və həmin yerə vəkili Kənan Abdurəhmanlı da gəlmişdir. Maşından düşüb evinə daxil olduqda evinə ondan əvvəl kənar şəxslərin də girməsini bilmişdir. Şahid1 həmin vaxt onun yanında olmuşdur. Təbriz və Fərman adlı polislər isə ondan əvvəl onun həyətinə gəlib evinə daxil olmuşlar. Turalın həmin evdə axtarışda iştirak etməsi barədə videoçəkiliş də ona aid cinayət işinin materiallarındadır. Baxış qutardıqdan sonra şöbəyə qayıtmışlar,orada Samirin və Rahibin döyülməsini bir daha görmüşdür. Samirin ona görə tutulması barədə Baş prokurorun, Daxili işlər nazirinin qəbulunda olarkən də bildirmişdir. Şahid6 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun tutulmasına səbəb Elçin Mehtiyev olmuşdur ki, həmin şəxs də hazırda həbsdədir. X21 və Maarif adlı şəxs olmuşdur ki, onların sifarişi ilə tutulmuşdur. Polis əməkdaşları da onun telefonu və açarların maşında olduğunu, maşının da Samirdə olduğunu bilib onu polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs 2007-ci il tarixdən onunla birlikdə işləmişdir, əgər narkoman olsaydı heç onunla işləməzdi. Təqsirləndirilən şəxs polis şöbəsində növbətçi hissədə görmüşdür. Samirə Şirvanın yol polis rəisi də, əmisi oğlu olan polis əməkdaşı da zəng edib şöbəyə çağırmışdır. Hamı Şirvan şəhərində bunu bilir və necə olur ki, Samir cibinə narkotik qoyub polis şöbəsinə gedir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin PPXB-nin əməkdaşı Şahid7 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs şəhər sakini kimi uzun müddətdir ki, normal insan kimi tanımışdır. Lakin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasında və Şirvan şəhər Polis Şöbəsinə gətirilməsində iştirak etməmişdir. Şahid7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən arada bir istifadəsini eşitmiş, dövriyyəsi ilə bağlı hər hansı məlumatı olmamışdır. Şahid9 təqaüddə olan polis əməkdaşı kimi tanıyır, Şahid8 isə hazırda onunla birlikdə Şirvan ŞPŞ-də işləyir. 26 dekabr 2022-ci il tarixdən 27 dekabr 2022-ci il tarixə keçən gecə, saat 01 radələrində və sonrakı saatlarda Şahid9la birlikdə olmamış, Şahid8lə Şirvan şəhər ərazisində birlikdə olmuş, lakin konkret olaraq harada olmasını xatırlamır. Təqsirləndirilən şəxs kompüter oyun salonunda olarkən o, Şahid8 və Şahid9 tərəfindən saxlanılıb polis şöbəsinə aparıldığını bildirməsi ilə bağlı deyə bilər ki, belə hal olmamışdır. ***-***-**-** saylı mobil nömrə onun istifadəsindədir. Onun istifadəsində olan mobil nömrənin Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə 27 dekabr 2022-ci il tarixdə saat 12 və 01 radələrində eyni anten dairəsinin əhatəsində olması ilə bağlı onu deyə bilər ki, belə ki, ola bilər ki, Samir onu Şirvan ŞPŞ-də görmüşdür. Başqa halda isə o, həmin tarixdə şəhər ərazisində xidmətdə olmuşdur, müxtəlif yerlərdən keçmiş və anten dairəsi ola bilər ki, üst-üstə düşmüşdür. Təqsirləndirilən şəxs onu həm şəhər sakini kimi, həm də polis əməkdaşı kimi tanıyır. Əgər onun saxlanılmasında iştirak etsəydi bunu deyərdi. Təqsirləndirilən şəxs saxlanılması barədə tarix yadında qalmasa da məlumatı olmuşdur. Eşitdiyinə görə Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində, dəmir yolu tərəfində - demək olar ki, elə Leytenant İbrahimov küçəsində saxlanılmışdır. Bu barədə polis şöbəsinə gələrkən Şahid8 eşitmişdir. Təqsirləndirilən şəxs kim tərəfindən saxlanılması barədə eşidib-eşitməməsini tam xatırlamır. Cinayət işi materiallarında Təqsirləndirilən şəxs Bülbül küçəsində saxlanılması barədə heç nə eşitməmişdir. O, da Bülbül küçəsində yaşayır, həmin küçədən polis şöbəsinədək məsafə uzundur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin PPXB-nin əməkdaşı Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasında və Şirvan şəhər Polis Şöbəsinə gətirilməsində iştirak etməmişdir. Şahid8 ona verilən suallara cavab olaraq bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrə istifadəsindədir. Şahid7 və Şahid9 tanıyır. 26 dekabr 2022-ci il tarixdən 27 dekabr 2022-ci il tarixə keçən gecə, saat 01 radələrəndə və sonrakı saatlarda Şahid9la birlikdə olmamış, ola bilər ki, hardasa rastlaşmışdır. Şahid7la isə həmişə bir yerdə olmuşdur. Şahid9 köhnə polis əməkdaşıdır. Təqsirləndirilən şəxs o, Fuad və Rauf adlı şəxslər tərəfindən saxlanılmasını bildirsə də bu yalandır, belə hal olmayıb. Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə 27 dekabr 2022-ci il tarixdə saat 12 və 01 radələrində eyni anten dairəsinin əhatəsində olması ilə bağlı deyə bilər ki, ola bilər ki, Fuadla birlikdə həm piyada, həm maşınla gəzmişlər, ola bilər ki, eyni antenin əhatə dairəsində olmuşlar. Şahid9 isə bütün günü çöllərdə olan adamdır, onun niyə həmin antenin əhatə dairəsində olmasını bilmir. Samirin saxlanıldığı yerdə Şahid1 və Şahid2 mobil nömrələrinin anten dairəsinin deyil, onun, Fuadın və Nərimanın istifadələrində olan mobil nömrənin anten dairələrinin çıxması barədə deyə bilər ki, ola bilər ki, həmin ərazidən keçmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. Samirin saxlanılması ilə bağlı hər hansı qrupda iştirak etməsi barədə ona göstəriş verilməyib. Samirin harda tutulmasını eşitməmişdir. Şahid6 adlı şəxsi tanıyır, Təqsirləndirilən şəxs onunla bağlı tutulması barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıyır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasında iştirak etməmişdir. Şahid9 ona verilən suallara cavab olaraq bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrə onun istifadəsindədir. Əvvəllər polis əməkdaşı olmuş, 2021-ci ildə təqaüdə çıxmışdır. Şahid7 və Şahid8 polis əməkdaşları kimi tanıyır. Sonuncu dəfə hacıqabul RPŞ-nin MSY-də işləmişdir. Təqsirləndirilən şəxs 26 dekabrdan 27 dekabra keçən gecə kompüter oyun salonundan saxlanılması barədə deyə bilər ki, orada olmamışdır. Şirvan şəhərində “Zakir Bakselin” yanında olan oyun salonunu tanıyır. Həmin vaxt onun mobil nömrəsinin həmin yerdə olan anten dairəsinin əhatəsində olması ilə bağlı deyə bilər ki, ola bilər oradan keçmişdir. O, gecə-gündüz şəhərdə gəzir, lakin Samirin tutulmasını görməmişdir. Təqaüdə çıxdıqdan sonra polis əməkdaşları onu hər hansı əməliyyat tədbirinə dəvət etməmişlər, hər hansı tədbirdə iştirak etməmişdir. Samirin saxlanılmasını sonradan eşitmişdir. Samirlə saxlanılması barədə hər hansı söhbət eşitməmişdir. Samirin şikayəti üzrə Şirvan şəhər prokurorluğunda izahat vermişdir. Ona sual verilən tarixlərdə Şahid7 və İsmayıl Babyevlə birlikdə olmamışdır. Həmin tarixlərdə onun, Fuadın və İsmayılın istifadələrində olan mobil nömrələri anten dairələrinin eyni ünvanda olması ilə bağlı deyə bilər ki, ola bilər oradan keçmişdir. Şirvan ŞPŞ-də ona oxşar adam yoxdur, onu heç kimə, hər hansı şəxsi də ona oxşatmırlar. Məhkəmə şahid qismində dindirilməli olan Şahid5 Azərbaycan Respublikası hüdudlarından kənarda olduğu üçün məhkəmə iclasında iştirakını istinta edən halın olmasını nəzərə alıb Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən şahidin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini elan etməklə tədqiq etmiş və Şahid5 ibtidai araşdırma zamanı 09 mart 2023-cü il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri Kənd evləri yaşayış massivində polislərlə arasında olan anlaşılmamazlıq nəticəsində polis şöbəsinə gətirilmiş, polis şöbəsində onun barəsində inzibati protokol tərtib olunaraq məhkəmə tərəfindən cərimə olunmuşdur. Ola bilsin ki, o şöbədə olduğu vaxtı Samir onu şöbədə görmüş və fikirləşmişdir ki, özünü müdafiə etmək üçün onunla birlikdə polis şöbəsinə gətirilməsi barədə ifadə versə kömək olar. Amma Təqsirləndirilən şəxs hansı səbəbdən polis şöbəsinə gətirilməsindən məlumatı olmamışdır. Bundan əlavə qeyd etmişdir ki, Samirin qohumu kimi özünü təqdim edən Şirvan şəhər sakini İqbal adlı şəxs bu barədə ona zəng vuraraq hədə-qorxu gəlmişdir ki, «eşitmişik Samir polis şöbəsində olarkən səndə orada olmusan, sən gəl istintaqda ifadə verki guya Samirlə səni sənin işlədiyin kompyuter salonundan gətiriblər və sənin yanında işgəncə verərək Samiri narkotik vasitənin istifadəçisi kimi sənədləşdiriblər». O isə İqbala bildirmişdir ki, o, yalandan heç vaxt ifadə verməz, çünki, Samir həmin vaxt onunla birlikdə olmamış və onunla birlikdə polis şöbəsinə gətirilməmişdir. Nədə ki, Samirin polis şöbəsində olduğu vaxt polis şöbəsində olmasından məlumatı olmamışdır. Bundan sonra İqbal ona vatshapda pul təklif etmişdir ki, «sən narahat olma sənin üçün vəkil tutacam sənə heç kim heçnə edə bilməz, eləcə mənə səs atki guya səndə Samirlə birlikdə tutulmusan səni buraxıblar Samiri isə narkotik vasitə ilə sənədləşdiriblər». O, İqbala qəti olaraq bildirmişdir ki, o, yalandan heç yerdə ifadə verə bilməz. Görmüşdür ki, İqbal ona çox hədə-qorxu gəlir, bu səbəbdəndə o, xx.xx.2023-cü il tarixdə Şirvan ŞPŞ-nə bu barədə ərizə ilə müraciət etmiş və İqbalın ona vatshap mesajlarını Şirvan ŞPŞ-nin İstintaq bölməsində müstəntiqə təqdim etmişdir. Bir daha qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onun işlətdiyi kompyuter salonunda tutulmamış və həmçinin onunla birlikdə polis şöbəsinə gətirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi narkotik vasitə saxlamaqda, istifadə etməkdə və satışında şübhəli olması barədə Şirvan ŞPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. (i.v. 4) -“Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 27 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafinda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir.(i.v. 5-8) -“Əməliyyat-axtarış qrupunun yaradılması haqqında” 27 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Şahid1 raportu əsasında əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədilə Şirvan ŞPŞ-nin ƏİÜ rəis müavini X5 rəhbərliyi ilə baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2 və X10dən ibarət əməliyyat qrupu yaradılmışdır. (i.v. 9) - xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində Şirvan şəhəri Bülbül küçəsi yaxınlığında yolun kənarında dayanarkən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Şirvan ŞPŞ-yə gətirilmişdir. (i.v. 10) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:40-da şübhəli şəxs qismində tutulmuş, tutulmasının əvvəli azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan yəni saat 01:00-dan hesablanmışdır. (i.v.25-26) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 27 dekabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə Şirvan ŞPŞ-də inzibati binasında saat 02.15-dən 02:35-dək şəxsi axtarış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuş, içərisində heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, narkotik vasitəni Bülbül küçəsində yaşadığı evin yaxınlığında yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. (i.v. 29-30) - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 dekabr 2022-ci il tarixli, 18/1345 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen kəsiyi bükümündə, təmiz çəkisi 2,520 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v.37- 40) - 28 dekabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (i.v. 48-49) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə də nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 51-52) - Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(032)-430/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 68-69) - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 77) - Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nin ruhi əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (i.v . 82) - Şirvan şəhər İHB-nin 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəhərin Bülbül küçəsi ev 27 ünvanında yaşayır. Nümayəndəliyə onun barəsində yazılı və şifahi olaraq heç bir məlumat daxil olmamışdır. (i.v. 83-84) - Şirvan ŞPŞ-nin vəzifəli şəxsinin imzaladığı xx.xx.2023-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi ilə bağlı bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir məlumat əldə olunmamışdır. (i.v. 89) - Şirvan Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 6(032)-03/2022 saylı qərarı ilə müəyyən edilmişdir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Şirvan ŞPŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin Şöbənin rəisi Fizuli Əhmədov tərəfindən təsdiq edilmiş 27 dekabr 2022-ci il tarixli qərar qanunidir. (i.v. 97-98) - Şirvan şəhər Prokurorluğunun xx.xx.2023-cü il tarixli , 47c-23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəində olan ***-***-**-** saylı mobil nömrəsinin saxlanıldığ zaman anten dairəsinin, hərəkət istiqamətlərinin yoxlanılması, həmçinin şəxsin tutulma saatında harada olmasının müəyyən olunması ilə bağlı xüsusatların cinayət işi üzrə vəsatət kimi qəbul edilərək müvafiq qaydada baxılmasının təmin edilməsi üçün Təqsirləndirilən şəxs ərizəsi Şirvan ŞPŞ-yə göndərilmiş, həmin məktub xx.xx.2023-cü il tarixdə Şirvan ŞPŞ-yə daxil olmuş və həmin tarixli dərkənarla müstəntiq İlqar Novruzova icra edilməsi üçün verilmişdir. (i.v. 146) - Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(106)30/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış və şikayət təmin edilməmişdir. (i.v. 151-154) - “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 27 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə ərizəsi əsasında Şirvan şəhər Prokurorluğunda ilkin yoxlama aparılmış, Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. (i.v. 157-161) - “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 27 mart 2023-cü il tarixli qərarın təsviri əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 95 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarət- boyunun sol yan səthində çapıq- dəri zədələnməsindən sonra əmələ gəlmiş, müddəti müayinədən xeyli əvvələ uyğun gəlmiş, dəqiq tarix müəyyən etmək mümkün hesab edilməmiş və sağlamlığa zərər vurmayan xəsarət qrupuna aid olduğu üçün dərəcəsi təyin edilmir. Həmçinin Ədliyyə Nazirliyi PX-nin 03 saylı istintaq təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs aid 11569/20 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, sonuncunun bədənində boynun sol nahiyəsində köhnə çapıq toxuması aşkar edilmişdir. (i.v. 157-161) -X8 tibbi yoxlamanın 21 yanvar 2023-cü il tarixli, 288 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 162-163) - “baxış keçirilməsi haqqında “ 31 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə aparılan danışıqlar və anten məlumatları ilə bağlı "xxxx" MMC-nin məktubuna əlavə edilmiş 1 ədəd diskə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat müəyyən olunmamışdır. (i.v. 164-166) - “sübutların qiymətləndirilməsi haqqında” 01 aprel 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə istintaq edilən cinayət işi üzər əməl həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs həmin maddə ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. (i.v. 171-181) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (i.v. 183-184) - Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(106)38/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış və şikayət təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 28 aprel 2023-cü il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. (i.v. 195-199) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; - Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şahid6 barəsində Şirvan ŞPŞ-də Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılmış ********* nömrəli cinayət işinə 01 aprel 2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi və icraata xitam verilməsi haqqında” qərarla xitam verilmişdir. Həmin cinayət işi xx.xx.2023-cü il tarixdə saxlanılması və məhv edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Daxili İşlər Nazirliyinin arxivinə təhvil verilmişdir. Həmin qərarın surəti də məktuba əlavə edilmişdir. - “Axtarış aparılması haqqında” 27 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, X2 Şirvan şəhəri, Naxçıvani küçəsində yerləşən evində polis əməkdaşları axtarış aparmışlar. Həmin axtarış istintaq hərəkətində Şirvan ŞPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Təbriz Adilzadə iştirak etmişlər. Həmin istintaq hərəkəti 27 dekabr saat 00:45-də başlamış və 01:50 dəqiqədə bitmişdir. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 16521 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə olan Şahid1 adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil nömrəsinin, eləcə də "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, BKC/LGL- 10064/23 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə olan Şahid2, Təqsirləndirilən şəxs, Şahid7, İsmayıll Babayev, Şahid9 və Şahid5 mobil nömrələrinə daxil olan və çıxan zənglərə, eləcə də 26-27 dekabr 2023-cü il tarixdə həmin mobil nömrələrin anten dairələrinə baxış keçirilmişdir. - Təqsirləndirilən şəxs barəsində olan 11569/22 nömrəli tibbi kitabçadan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı bədəninə baxış keçirilərkən boynun sol yan səthində köhnə çapıq toxuması müşahidə olunmuşdur. - Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini tərəfindən məhkəməyə göndərilmiş 05 aprel 2024-cü il tarixli məktubdan görünür ki, məhkəmənin sorğusu ilə əlaqədar İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən X22 proqramında yerləşdirməklə ünvanlar arasındakı məsafələr müəyyən olunmuşdur. Belə ki, ünvan 13 ilə “Bakcell “ MMC-yə aid olan “Shirvan_L.İbrahimov kuc/"Şirvan şəhəri, X12 küçəsi 28/44, Jamelia beauty-nin yanı" kordinatlı anten arasındakı məsafə avtomobil yolu ilə 747 metr, piyada yolu ilə 127 metr-dir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanı və şahid İqbal Mikaylova aid Şirvan şəhəri Şimal sənaye qovşağı torpaq sahəsi ilə “Kend_Shirvan/" ünvan 6 ünvanında yerləşən anten arasında məsafə 505 metr və 2183 metr təşkil edir. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-8279/24 saylı məktubdan və məktuba əlavə edilmiş qoşmalardan müəyyən edilir ki, Şirvan şəhəri Fariz Eynullayev küçəsi 13 ünvanında yerləşən kompüter salonu Bakcell MMC-yə aid olan “ USVN2760B/GSVN2760 Shirvan_L.İbrahimov kuc/"Şirvan şəhəri, X12 küçəsi 28/44, Jamelia beauty-nin yanı”/Shirvan/39.955xx/xx.94191” anteni arasında məsafə 351 metrdir. ünvan 4 ünvanı ilə Bakcell MMC-yə aid olan “ LSVN2670O1/LSVN2670 Kend_Shirvan/" Şirvan şəhəri, Nəsimi küçəsi və M. Qasımov küçələrinin kəsişməsi" /Hajigabul/39.951xx/xx.95786” anteni arasında məsafə 483 metrdir. - “Məhkəmə Tibbi Ekspertiza və X13 “ PHŞ-dən daxil olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 1526/K saylı məhkəmə kimyəvi rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkoloidlər, həmçinin tiryək qrupu (fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. - Təkrar ambulator məcburi-narkoloji tibbi ekspertizasının 22 may 2024-cü il tarixli 3592 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən opioidlərin qəbulu nəticəsində asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunur diaqnozu təyin olunmuş və 5 il ərzində dispanser qeydiyyatdadır. Lakin hal-hazırda remissiya vəziyyətindənir, müayinə zamanı narkomaniya xəstəliyinə xas olan xarakterik əlamətlərin itməsi ilə əlaqədar abstensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə zərurət yoxdur. xx.xx.2023-cü il tarixli 288 nömrəli rəyin verilməsində tibbi yoxlama zamanı əsasən narkoloji anamnez, kliniki müayinə üsullarından və yoxlama obyektinə aid olan cinayət işi materiallarından istifadə olunmuşdur. 22 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ-də X8 tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MET(-), THC(-), PGB(-), TML(-), MTD(-) aşkar edilmədi. - Müdafiə tərəfindən təqdim edilmiş Şahid6 “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə ünvanlanmış Şahid5 məxsus səs yazısında sonuncu “ əmi Samir bəraət alsın ee, belə pis çıxmasın, evində eşiyində olsun. Samirin orda qalmağı.. mən daş ürəkli insan deyiləm ki, yaxud Samir mənim düşmanım deyil ki Samir orda qalsın filan olsun bəsməkan olsun. Söhbət bilirsən nədən gedir əmi, yəni mən bu oyuna girdim. Tutulmağımı bilsəydim... Ondan sonra mən nə hallara düşdüm. İstər maddi, istər mənəvi, istər psixoloji çox ziyan çəkdim. Valideynimdi də, mən ona necə deyim ki, yox e sən səhv deyirsən. Bu belədi, o belədi. Qayıdıb deyir ki, bəs sənin əmin istəməsəydi, sən tutulmağa getməsəydin, əmin minərdi taksiyə, taksi ilə çıxıb gedərdi. Demək sən oyuna salınmısan, indi ikinci səfər də sən oyuna salınsan, yəni bizim evdə gərək hamımız infarkt olaq. Başa düşdün necə əmi, yəni ona görə. Bu gün mənim balam kor olur mənim imkanınm yoxdur. Mən getdim belə, tutuldum, necə olacaq bunun axırı, mən bunu evə başa sala bilmirəm. Nə deyirsən eliyək e problem yoxdu, amma valideyin olaraq səhərsi gün mən məsələn çöldə bayırdayam, gəldilər imenni o ifadəyə görə. Mən nə ifadə elyəcəm, nə danşacam. Səhərsi gün məndən düşdülər abijnik, hə fsyo məni məhv elədilər. Hə ondan sonra vallah mən neyniyim. O söhbətlər var, mənim beynimdə fırlanır ki, mən neyniyəcəm. Sabah sakit oturduğum yerdə problemlər yaşadım. Özüm də dəhşət problemin içindəyəm, yəni ailə olaraq. Ailə başçısı olaraq əlcasız qalanda psixoloji sarsıntılar keçirirəm. Blirəm sən də pis vəziyyətdəsən, sən də sıxıntılar keçirirsən. Mənim üçün bu gün ən önəmli mənim övladımdı. Ona mən köməklik edə bilmirəmsə, iraq iraq sabah mən tutulsam valideynim nəsə pul tapıb köməklik edə bilməyəcək mənə, tutulsam necə olacaq. Elə bir şəkildə qorxdum mən həmin ərəfədə. Heç nə deyə bilmirəm. Samiri obyektdən aparıblar, mən ona bir söz demirəm. Samiri obyektdən aparıblar. Belə deyim dənə əmi , səni necə başa salım. Evlə danışım, qalmışam pis vəziyyətdə , bilmrəm nəyi necə elliyim, konkret başım xarab olub , allaha and olsun” deyə bildirir. Beləliklə məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyrimötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. İbtidai istintaq orqanı hesab etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması əməlini təsdiq edən sübutlar – Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin izahat və ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” protokol, məhkəmə-fiziki kimyəvi ekspertizasının 27 dekabr 2022-ci il tarixli, 18/1345 nömrəli, ambulator məhkəmə-narkoloji ekspertizasının 21 yanvar 2023-cü il tarixli, 288 saylı rəyləri, şahid ifadələri, istintaq hərəkəti protokolları, maddi sübut və cinayət işinin digər istintaq materiallarıdır. Məhkəmə tərkibi ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs ittiham elan etmək üçün əsaslandığı sübutlarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir və həmin sübutlarla bağlı: -İlkin olaraq təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdrıma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2022-ci il tarixdə, saat 01:00-da polis əməkdaşları tərəfindən Şirvan şəhəri Bülbül küçəsində evlərinin yaxınlığında saxlanılaraq Şirvan ŞPŞ-yə gətirilmiş, saat 02:15dən 02:35-dək üzərində şəxsi axtarış və götürmə həyata keçirilmiş, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxararaq masanın üzərinə qoymuş, bükümün içində “heroin” olduğunu bildirmişdir. Həmin narkotik vasitəni yaşadığı evin yaxınlığında Bülbül küçəsində yerdən tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. 27 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs izahatında, həmin gün şübhəli şəxs qismində verdiyi ifadəsində də şəxsi axtarış istintaq hərəkətində bildirdiklərini təsdiq etmiş, 27 dekabr 2022-ci il tarixdə, saat 01 radələrində yaşadığı evin olduğu küçədə dayanarkən Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb Şirvan ŞPŞ-yə aparıldığını, üzərində aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu, küçədən tapdığını və istifadə etmək üçün üzərində saxladığını və digər halları təsdiq etmişdir. 28 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman onun şübhəli şəxs qismində dindirilməsi protokolunda olan ifadəsi və suallara verilmiş cavabları sözbəsöz eynilə təqsirləndirilən şəxs qismində dindirmə protokoluna köçürülmüşdür. Təqsirləndirilən şəxs 07 mart 2022-ci il tarixdə hüquqlarını müdafiə etmək üçün müqavilə bağlanılmış müdafiəçinin iştirakı ilə yenidən dindirilmiş və həmin ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində tanışı Rahib ona zəng vuraraq bildirmişdir ki, qohumu İqbal tutularaq Şirvan ŞPŞ-yə çağırılıb, təxminən 3 saatdır ki, ondan bir xəbər yoxdur. Bundan sonra Rahib İqbala məxsus Mersedes markalı avtomobili ilə onların məhləsinə gələrək onu məhlədən götürmüş və onunla birlikdə Rahibin Şirvan şəhəri F.Eynullayev küçəsində yerləşən kompüter salonuna gəlmişlər. Təxminən 15 dəqiqə keçmişdir ki, istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəsinə Şirvan ŞPŞ-nin YPX-nin əməkdaşı olan əmisi oğlu Şahid4 özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən zəng vuraraq DYPB-nin rəisi olan Sadiq müəllimin onu axtardığını bildirmişdir. O, Elvinə bildirmişdir ki, “nömrəmi ver zəng vursun”. Bundan sonra Sadiq ona zəng vurmuş və ona bildirmişdir ki, İqbal şöbədədi, “deyir ki, telefonumu gətirsin”. Həmin vaxtıda İqbalın telefonu Rahibdə olduğu üçün Sadiqə bildirmişdir ki, İqbalın telefonu onda deyil. Sadiq onun bu sözündən sonra telefonda bildirmişdir ki, “onda özün gəl şöbənin qarşısına”. Sadiqə bildirmişdir ki, “birazdan gələrəm”. Bundan sonra Rahibin kompyuter salonunda oturub çay içmişlər. Bu vaxt ŞPŞ-nin tanıdığı əməliyyatçısı İsmayıl, Fuad və keçmiş polis işçisi Rauf adlı şəxs salona daxil olmuşlar. İsmayıl həmin vaxt telefonla kiməsə bildirirmişdir ki, “ikisidə burdadı”. Bundan sonra İsmayıl ona heç bir səbəb olmadan bildirmişdir ki, “Samir nə hörmətsizliy edirsən, çağırırlar niyə şöbəyə gəlmirsən?”. O da İsmayıla bildirmişdir ki, Sadiqlə bu dəqiqə danışmış və indi şöbəyə gələcəkdir. Bundan sonra Rahiblə onu gəldikləri polis maşınına mindirərək polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində onları növbətçi hissəyə verərək özləri çıxıb getmişlər. Növbətçi hissədə olduqları müddət ərzində təbii ehtiyaclarını ödəmək üçün və siqaret çəkmək üçün bir dəfə Rahiblə birlikdə Növbətçidən icazə alaraq orada olan ayaqyoluna getmişlər. Əgər onun üzərində narkotik vasitə və ya qanunsuz əşya olsaydı o həmin narkotik vasitəni və ya əşyanı ayaqyoluna atardı. Rahiblə o növbətçi hissədə təxminən 15-20 dəqiqə qaldıqdan sonra sonradan adını və vəzifəsini bildiyi rəis müavini Farid adlı əməkdaş növbətçi hissəyə daxil olmuş və birinci Rahiblə, sonra onunla aqressiv şəkildə danışaraq İqbalın telefonunu niyə vaxtında gətirməmələrini irad tutmuşdur. Bundan sonra onun üzünə baxaraq “sənin üstündə deyəsən narkotik var” deyə bildirmişdir. O, Farid adlı əməkdaşa bildirmişdir ki, o, heç vaxt narkotik vasitə istifadə etməmişdir. Yanında olan adını bilmədiyi polis əməkdaşına göstəriş verərək və növbətçi hissədən çıxarkən Farid başının arxasından əlinin içərisi ilə vuraraq bildirmişdir ki, “qaldırın bunu yuxarı narkotiklə sənədləşdirin”. Həmin vaxt qohumu Şahid6 polis əməkdaşı ilə birlikdə növbətçi hissənin qarşısında dayanmış və Faridin onun başının arxasından vurmasınıda görmüşdür. Onun dediklərinin doğru olub-olmamasını dəqiqləşdirmək üçün şöbənin növbətçi hissəsində və şöbənin digər yerlərində olan kamera görüntülərinin götürülməsini xahiş edir. Onu Rahiblə birlikdə həmin əməkdaşla şöbənin ikinci mərtəbəsində olan əməliyyatçıların otağına gətirmişlər. Otaqda olarkən Farid otağa daxil olmuş və üstünə gələrək İqbalın telefonunu polis şöbəsinə gətirməməyini irad bildirərək ona hədə-qorxu gəlmiş və onun sifət nahiyəsindən yumruqlarla vurmuşdur. Bundan sonra sağ qolunu buraraq qolu ilə onu boğaz nahiyəsindən boğmuş və itələmişdir. Həmin vaxtı o otaqda olan divanın üstünə yıxılmış və divan qırılmışdır. Onun və vəkilinin iştirakı ilə ifadəsinin yerində yoxlanılmasını xahiş edir. Farid otaqdan çıxarkən ona hədəqorxu gələrək bildirmişdir ki, “indi gedib sizin evinizdən yarım kiloqram narkotik çıxardacam”. Farid otaqdan getdikdən sonra otaqda olan əməliyyatçı Fərman ona bildirmişdir ki, “bu hörmət heç kimə olmayıb, səni istifadəçi kimi sənədləşdirəcəyik, ev dustaqlığına çıxacaqsan”. O, onunla razılaşmadığı üçün Fərman oturduğu kreslodan qalxaraq üstünə gəlmiş və onun bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamışdır. Farid və Fərmanın ona qarşı etdikləri təzyiqlər və fiziki zorakılıqlar onunla birlikdə polis şöbəsinə gətirilən Rahibin gözünün önündə olmuş və Rahibədə belə təzyiqlər və işgəncələr verilmişdir. O, evdə xəstə anasının olduğunu, atasının yeni vəfat etdiyini və azyaşlı övladlarının olduğunu fikirləşərək onlarla razılaşmış və narkotik vasitənin istifadəçisi kimi sənədləşməyinə razılıq vermişdir. Əslində isə onun üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Nədə ki, o onların heç birindən istifadə etməmişdir. Bundan sonra adını sonradan bildiyi orta boylu əynində gödəkcə olan Tural adlı əməliyyatçı ona sellofan bükümdə narkotik vasitə heroin vermiş və bildirmişdir ki, “bunu qoy cibinə çəkilişdə çıxarıb deyərsənki mənə məxsusdur və özüm istifadə etmək üçün üzərimdə saxlamışam”. O, Fərman və Turalla birlikdə təhqiqatçının otağına gəlmişlər və vəkil gəldikdən sonra çəkiliş başlanmış, çəkilişdə Turalın ona verdiyi sellofan bükümü çıxarıb stolun üzərinə qoymuş, bildirmişdir ki, içərisində narkotik vasitə heroin vardır, küçələrindən tapmış və özü istifadəçisi olduğu üçün üzərində saxlamışdır. Əslində isə tam əksinə olaraq həmin maddə ona aid olmamışdır. Polis şöbəsinə gətirilərkən əynində olan paltosunun sağ cibində mobil telefonu, sol cibində bir paçka siqaret və alışqan, birdə paltosunun iç sol cibində sənədləri olmuşdur. O, növbətçi hissədə və əməliyyatçının otağında olarkən ona vəkil təqdim olunmamış, ona vəkil yalnız polis şöbəsinə gətirildikdən 1-2 saat sonra təhqiqatçının otağında olarkən təqdim olunmuşdur. Onun ifadəsinin axırıncı dəfə polis əməkdaşlarının onu saxlayaraq polis şöbəsinə gətirdikləri Rahibin obyekti olan F.Eynulayev küçəsində yerində yoxlanılmasını, həmçinin həmin yerin yaxınlığında olan TŞ və müşahidə kameralarından görüntülərin götürülməsini xahiş edir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdə ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək 27 dekabr 2022-ci il tarixdə saat 00:30 radələrində Şirvan şəhəri Fariz Eynullayev küçəsində yerləşən kompüter oyun salonundan İsmayıl və Fuad adlı, eləcə də Rauf adlı keçmiş polis əməkdaşları tərəfindən saxlanılıb Şirvan ŞPŞ-yə aparıldığını, orada polis şöbəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qaldığını, bir neçə saatdan sonra vəkillə təmin edildiyini və polis əməkdaşının verdiyi bir bükümdə narkotik vasitəni üzərinə götütrüb təqdim etdiyini, hədələrə və fiziki təzyiqlərə məruz qaldığı üçün etirafedici ifadfə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs müxtəlif dövlət orqanlarına ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsi Şirvan şəhər prokurorluğuna daxil olmuş, şəhər prokuroru isə həmin ərizəni xx.xx.2023-cü il tarixli məktubla Şirvan ŞPŞ-yə göndərilmiş və məktubda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ərizəsində göstərdiyi ***-***-**-** mobil nömrənin Təqsirləndirilən şəxs saxlanılan zaman anten dairəsinin, hərəkət istiqamətlərinin yoxlanılması, həmçinin şəxsin tutulma saatında harada olmasının müəyyən olunması ilə bağlı xüsusatların cinayət işi üzrə vəsatət kimi qəbul edilərək baxılması xahiş edilmişdir. Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə ibtidai isitntaqı aparan müstəntiq İlqar Novruzov xx.xx.2023-cü il tarixdə Şirvan şəhər prokurorunun qeyd edilən məktubuna cavab məktubu yazaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin anten dairəsinin, sonuncu saxlanılan zaman harada olması ilə bağlı halların müəyyən edilməsi məqsədi ilə Şirvan şəhər Məhkəməsindən qərar alınmış və Bakcell MMC-yə göndərilmiş, lakin cavab alınmamışdır. Həmin MMC-dən cavab alındıqdan sonra həmin məlumatlar üzrə hərəkətlər icra olunacaqdır. Lakin cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli vəsatət və təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 01 sentyabr 2022-ci il tarixdən 27 dekabr 2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, zəng edən abunəçilərin anket məlumatlarının, daxil olan və çıxan sms-lərin mətnlərinin, həmin müddətdə həmin mobil nömrənin və həmin nömrəyə zəng etmiş telefon nömrələrinin anten dairəsinin “Bakcell MMC”-dən götürülməsi barədə qərar qəbul edilməsi Şirvan şəhər Məhkəməsindən xahiş edilmiş və Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə vəsatət təmin edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 27 dekabr 2022-ci il tarixdə Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılsa da sonuncunun mobil nömərsinin anten dairəsinin tutulduğu gün ərzində deyil , tutulduğu günədək götürlüməsini istintaq orqanı məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs mobil nömrəsinin tutulduğu gün, yəni 27 dekabr 2022-ci il tarixdə olan anten dairəsinin götürülməsində istintaq orqanı maraqlı olmamışdır. Bakcell MMC-dən müvafiq məlumatlar xx.xx.2023-cü il tarixdə Şirvan ŞPŞ-yə daixil olmuş, həmin məlumatlara ibtidai istintaqı aparan müstəntiq həmin tarixdə baxış keçirimiş və iş üçün əhəmiyyətli halların olmadığını müəyyən etmişdir. Göründüyü kimi müstəntiq tərəfindən Təqsirləndirilən şəxs saxlanıldığı 27 dekabr 2022-ci il tarixdə olan məlumatlar götürülmədiyindən həmin məlumatlara baxılmamışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların dəqiqləşdirilməsi, həmçinin iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə onun özünün, eləcə də saxlanılmasında iştirak etmiş Şirvan ŞPŞ-nin əməkdaşları – Şahid1, Şahid2 və Şahid7, bundan əlavə keçmiş polis əməkdaşı Rauf Nərimoanov və Təqsirləndirilən şəxs birgə saxlanıldıqları iddia etdiyi Şahid5 istifadələrində olmuş mobil telefon nömrələrinin anten məlumatlarının məhkəməyə təqdim edilməsinə dair 22 iyun 2023-cü il tarixli, 1(099)- 459/2023 saylı qərarla "xxxx" MMC-yə və "xxxx" MMC-yə müraciət edilmiş, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılmışdır. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, BKC/LGL-10064/23 saylı məktubla müşaiyyət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən Təqsirləndirilən şəxs adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil nömrə xx.xx.2022-ci il tarixdə saat 23:06:18-də “Shirvan_L.İbrahimov kuc/"Şirvan şəhəri, X12 küçəsi 28/44, Jamelia beauty-nin yanı", 23:21:02 –də “Shirvan_Tagiyev_str2/"Şirvan şəhəri, Fariz Eynullayev küç, Yummy şirniyyat evinin yanı", saat 23:38:26-dan xx.xx.2022ci il saat 00:22:33–dək “Shirvan_L.İbrahimov kuc/"Şirvan şəhəri, X12 küçəsi 28/44, Jamelia beauty-nin yanı", xx.xx.2022-ci il saat 01:28:37-dən günün sonunadək “Shirvan/"ünvan 8 ünvanında yerləşən antenin əhatə dairəsində olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Şahid5 Şahid6 nömrəsi ilə ona zəng vurmuş, həmin vaxt o, evdə olmuşdur. Məlumatlardan da görünür ki, İqbal Mikaylovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 22:44:25–də zəng edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs mobil nömrəsinin anten dairəsi “Kend_Shirvan/"ünvan 9 ünvanında olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdə olarkən istifadəsində olan mobil nömrənin həmin antenin əhatə dairəsində olmasını bildirmişdir. Bundan əlavə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 23:29:26–də zəng edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs mobil nömrəsinin anten dairəsi “Shirvan_Tagiyev_str2/"Şirvan şəhəri, Fariz Eynullayev küç, Yummy şirniyyat evinin yanı"/Shirvan” ünvanında olmuşdur. Təqsirləndirilən şəxs həmin ərəfələrdə bir neçə dəfə Şahid4la telefonla danışmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 23:40:13–də zəng edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs mobil nömrəsinin anten dairəsi “Shirvan_L.İbrahimov kuc/"Şirvan şəhəri, X12 küçəsi 28/44, Jamelia beautynin yanı" ünvanında olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində Şirvan şəhər DYPB-nin rəisi Şahid3lə danışdığını, sonuncunun ondan İqbalın avtomobilinin açarlarını və telefonunu gətirməyi tələb etdiyini, telefonun və açarların onda olmadığını bildirikdə isə Şahid3 onu polis şöbəsinə dəvət etdiyini bildirmişdir. Həmçin məhkəmə istintaqı zamanı verilmiş sorğulara cavablardan müəyyən olunmuşdur ki, məhkəmənin sorğusu ilə əlaqədar İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən X22 proqramında yerləşdirməklə ünvanlar arasındakı məsafələr müəyyən olunmuşdur. Belə ki, ünvan 13 ilə “Bakcell“ MMC-yə aid olan “Shirvan_L.İbrahimov kuc/" Şirvan şəhəri, X12 küçəsi 28/44, Jamelia beauty-nin yanı" kordinatlı anten arasındakı məsafə avtomobil yolu ilə 747 metr, piyada yolu ilə 127 metrdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-8279/24 saylı məktubdan və məktuba əlavə edilmiş qoşmalardan müəyyən edilir ki, Şirvan şəhəri Fariz Eynullayev küçəsi 13 ünvanında yerləşən kompüter salonu – Bakcell MMC-yə aid olan “ USVN2760B/GSVN2760 Shirvan_L.İbrahimov kuc/"Şirvan şəhəri, X12 küçəsi 28/44, Jamelia beauty-nin yanı”/Shirvan/39.955xx/xx.94191” anteni arasında məsafə 351 metrdir. ünvan 4 ünvanı ilə Bakcell MMC-yə aid olan “ LSVN2670O1/LSVN2670 Kend_Shirvan/" Şirvan şəhəri, Nəsimi küçəsi və M. Qasımov küçələrinin kəsişməsi" /Hajigabul/39.951xx/xx.95786” anteni arasında məsafə 483 metrdir. Yuxarıda göstrilənlərə əsasən məhkəmə tərkibi bu qənaətə gəlmişdir ki, 27 dekabr 2022-ci il tarixdə saat 00 və 01 aralığında Təqsirləndirilən şəxs mobil nömrəsinin anten dairəsi “Shirvan_L.İbrahimov kuc/"Şirvan şəhəri, X12 küçəsi 28/44, Jamelia beauty-nin yanı" ünvanında olduğundan, həmin anten dairəsinin də ünvan 13na yaxın ərazidə yerləşdiyindən Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı 07 mart 2023-cü il tarixdə verdiyi ifadəsi həqiqətdir, belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən yaşadığı Bülbül küçəsi 27 ünvanında yox, ünvan 13nda olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs saxlanılması zamanı polis əməkdaşı Şahid1 və Şahid2 iştirak etmədiyini bildirmişdir. Bu dəlilin yoxlanılması məqsədi ilə "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 16521 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Şahid1 adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil nömrəsinin anten dairələri 26 dekabr 2022ci il tarixdə saat 23:18:46-dan 27 dekabr 2022-ci il, saat 11:58:06-dək “Shirvan sh., H.Aliyev pr-ti.,8a” ünvanında olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi Şirvan şəhəri Bülbül küçəsi ilə Şirvan şəhəri H.Əliyev prospekti arasında kifayət qədər məsafənin olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 həmin nömrənin istifadəsində olduğunu bildirmişdir. Bundan əlavə "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, BKC/LGL- 10064/23 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən Şahid2 adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil mobil nömrə xx.xx.2022-ci il tarixdə saat 21:49:17-dən xx.xx.2022-ci il, saat 01:01:02-dək demək olar ki, əksər hallarda “Kend_ Shirvan/" ünvan 14 ünvanındakı antenin əhatə dairəsində olmuş, xx.xx.2022-ci il, saat 01:21:57-dən saat 02:34:23-dək “İn-style Shirvan/"ünvan 15 ünvanında yerləşən antenin əhatə dairəsində olmuşdur. Müdafiə tərəfindən bildirilmişdir ki, “Kend_Shirvan/" ünvan 14 ünvanındakı anten İqbal Mikaylovun evinin yaxınlığında olduğundan, Şahid2 də həmin tarixdə İqbal Miklaylovun evi ətrafında olduğundan mobil nömrəsi də həmin antenin əhatə dairəsində olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs mobil nömrəsinin anten dairəsi 27 dekabr 2023-cü il tarixdə saat 00 və 01 aralığında “Shirvan_L.İbrahimov kuc/"Şirvan şəhəri, X12 küçəsi 28/44, Jamelia beauty-nin yanı" ünvanında olduğundan, həmin anten dairəsinin də ünvan 19axın olması, Təqsirləndirilən şəxs da həmin tarixdə ünvan 16 ünvanında olması məhkəmə istintaqı materialları ilə tam təsdiq edilmişdir. Lakin yuxarıda göstərilən məlumatların təhlilindən görünür ki, nə Şahid1, nə də Şahid2 istifadələrində olmuş mobil nömrənin anten dairələri 27 dekabr 2023-cü il tarixdə saat 00 və 01 aralığında “Shirvan_L.İbrahimov kuc/"Şirvan şəhəri, X12 küçəsi 28/44, Jamelia beauty-nin yanı" ünvanında olmamışdır. Bu isə bir daha onu təsdiq edir ki, Təqsirləndirilən şəxs saxlanılmasında Şahid1 və Fərman Allahveriyev iştirak etməmişlər. Bundan əlavə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları Şahid8 və Şahid7, eləcə də keçmiş polis əməkdaşı Şahid9 tərəfindən saxlanıldığını bildirməsi barədə dəlilinin yoxlanılması məqəsdi ilə "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, BKC/LGL-10064/23 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şahid8 adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil mobil nömrə xx.xx.2022-ci il tarixdə saat 00:10:25-də, 00:11:28-də, 00:11:32-də, 00:15:19-da, 00:20:32-də “Shirvan_L.İbrahimov kuc/"Şirvan şəhəri, X12 küçəsi 28/44, Jamelia beauty-nin yanı" ünvanındakı antenin, həmin gün saat 01:06:05-dən 01:30:43-dək isə “İn-style Shirvan/"ünvan 15 ünvanındakı antenin əhatə dairəsində olmuşdur. Bundan əlavə "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, BKC/LGL- 10064/23 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şahid9 adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil mobil nömrə xx.xx.2022-ci il tarixdə saat 00:49:11-də və 01:12:49-da “Shirvan_L.İbrahimov kuc/"Şirvan şəhəri, X12 küçəsi 28/44, Jamelia beauty-nin yanı" ünvanındakı antenin antenin əhatə dairəsində olmuşdur. Bundan əlavə Şahid9 həmin saatlarda Şirvan ŞPŞ-nin polis əməkdaşı Şahid7 istifadəsində olan ***-***-**-** saylı GSM mobil mobil nömrəsinə zəng edərək 30 saniyyə və 20 saniyyə müddətində danışıq aparmışdır. Həmçinin "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, BKC/LGL-10064/23 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şahid7 adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil mobil nömrə xx.xx.2022-ci il tarixdə saat 00:49:10-da “Shirvan_L.İbrahimov kuc/"Şirvan şəhəri, X12 küçəsi 8A” ünvanındakı antenin antenin əhatə dairəsində olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs mobil nömrəsinin anten dairəsi 27 dekabr 2023-cü il tarixdə saat 00 və 01 aralığında “Shirvan_L.İbrahimov kuc/"Şirvan şəhəri, X12 küçəsi 28/44, Jamelia beauty-nin yanı" ünvanında olması, həmin anten dairəsinin də ünvan 19axın olması, beləliklə Təqsirləndirilən şəxs da həmin tarixdə Şirvan şəhəri Fariz Eynullayev küçəsi 13 ünvanında olması məhkəmə istintaqı materialları ilə tam təsdiq edildiyindən Şirvan ŞPŞ-nin əməkdaşları Şahid8 və Şahid7, eləcə də keçmiş polis əməkdaşı Şahid9 istifadələrində olan mobil nömrələrin anten dairəsinin 27 dekabr 2023-cü il tarixdə saat 00 və 01 aralığında “Shirvan_L.İbrahimov kuc/"Şirvan şəhəri, X12 küçəsi 28/44, Jamelia beauty-nin yanı" ünvanında olması onu deməyə əsasə verir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərilənlər həqiqətdir və o, yuxarıda adları qeyd edilən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılmasında Şahid1 və Şahid2 iştirak etməmişlər. Həmçinin Təqsirləndirilən şəxs saxlanıldığı zaman Şahid5 da onun yanında olması ilə bağlı dəlilinin yoxlanılması məqsədi ilə "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, BKC/LGL-10064/23 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən Şahid5 adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil mobil nömrə xx.xx.2022-ci il tarixdə saat 00:14:14-də, 00:21:17-də “Shirvan_L.İbrahimov kuc/"Şirvan şəhəri, X12 küçəsi 8A” ünvanındakı antenin antenin əhatə dairəsində olmuşdur. Həmin mobil nömrə xx.xx.2022-ci il tarixdə saat 00:39:29-dan günün sonunadək “İn-style Shirvan/"ünvan 15 ünvanındakı antenin əhatə dairəsində olmuşdur. Məhkəmə istintaqı zamanı polis əməkdaşı Şahid2 bildirmişdir ki, 27 dekabr 01:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında – Bülbül küçəsində saxlayarkən kənarda səs-küy eşitmiş, buna görə həmin şəxslərə yaxınlaşmış, onun qanuni tələbinə tabe olmayan, adını sonradan bildiyi Şahid5 ad və soyadlı şəxsi Şirvan ŞPŞ-yə gətirib növbətçi hissəyə təhvil vermişdir. Belə olan halda Şahid5 istifadəsində olan mobil nömrə “Kend_ Shirvan/" ünvan 14 ünvanındakı antenin əhatə dairəsində olmalı idi. Lakin göründüyü kimi həmin mobil nömrə xx.xx.2022-ci il tarixdə saat 00:14:14-də, 00:21:17-də “Shirvan_L.İbrahimov kuc/"Şirvan şəhəri, X12 küçəsi 8A” ünvanındakı antenin antenin əhatə dairəsində olmuşdur. Həmin mobil nömrə xx.xx.2022-ci il tarixdə saat 00:39:29-dan günün sonunadək “İn-style Shirvan/"ünvan 15 ünvanındakı antenin əhatə dairəsində olmuşdur. Belə olan halda 27 dekabr 2022-ci il tarixd saat 0:39-da polis şöbəsində olan şəxsin həmin gün 01:00 radələrində Şahid2 tərəfinən saxlanılması real deyildir. Bu hal Təqsirləndirilən şəxs ifadəsinin düzgün olması qənaətinə gəlməyə tam əsas verir. Bundan əlavə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs fiziki zorakılığa və hədəyə məruz qalmasını ibtidai istintaq zamanı da bildirmiş, buna görə də ibtidai istintaqın ilkin mərhələsində etirafedci ifadə verdiyini qeyd etmiş, həmin fakt üzrə Şirvan şəhər prokurorluğu tərəfindən ilkin yoxlanılma aparılsa da 27 mart 2023-cü il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin fakt üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etməyə əsas olan hallardan biri kimi bu hala istinad edilmişdir ki, “Məhkəmə-Tibbi Ekspertiza və X13” X16 daxil olmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 95 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarət- boyunun sol yan səthində çapıq- dəri zədələnməsindən sonra əmələ gəlmiş, müddəti müayinədən xeyli əvvələ uyğun gəlmiş, dəqiq tarix müəyyən etmək mümkün hesab edilməmiş və sağlamlığa zərər vurmayan xəsarət qrupuna aid olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə kollegiyası həmin ifadələrə münasibət bildirərək qeyd edir ki, sözügedən halla bağlı cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin tələblərinin pozulması hallarının araşdırılması ilə bağlı qeyd edilmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmətibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gülv. Turkey, no. 22676/93, § 89, 14 December 2000). Ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə pis rəftara məruz qalıb-qalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hədələrə və fiziki zorakılığa məruz qalması barədə müxtəlif orqanlara, eləcə də Şirvan şəhər prokurorluğuna ərizə ilə müraciət etmiş, lakin Təqsirləndirilən şəxs vaxtında ekspertizadan keçirilməməklə araşdırma səthi aparılmışdır. Avropa Məhkəməsi öz qərarlarında müəyyən etdiyi presedent hüququnda belə məqamlarda ibtidai istintaqı aparan orqandan asılı olmayan müstəqil qurum tərəfindən səmərəli rəsmi araşdırmanın aparılmasını, dövlət orqanlarının daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərilməsini və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalarını, hadisə ilə bağlı sübutların toplanmasını, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımların atılmasının vacib olduğunu göstərməsinə baxmayaraq, sözügedən qərardan görünür ki, Təqsirləndirilən şəxs qeyd etdiyi xüsuatların araşdırılması ilə bağlı olaraq prokurorluq orqanlarında ətraflı araşdırma aparılmamış, ilk növbədə Təqsirləndirilən şəxs, daha sonra polis əməkdaşları Farid Vəliyev, Şahid1 və Səxavət Qarayevin, Şahid8, Şahid7 və Şahid9 izahatları alınmış, onların izahatlarında göstərdikləri halların həqiqət olub-olmamasının müəyyən edilməsi üçün heç bir araşdırma aparılmamış, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra polis şöbəsinin müvəqqəti saxlama yerinə yerləşdirilərkən onun saxlama yerinə qəbul edilməsi barədə tərtib olunan sənəddə həmin vaxt sonuncunun üzərində xəsarətlərin olub-olmaması ilə bağlı hər hansısa qeydin olub-olmadığını müəyyən etmək üçün müvafiq sənədlər götürülərək araşdırılmamış, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə qəbul edən həmin yerin rəisi çağırılaraq izahatı alınmamış və nəticədə yalnız polis əməkdaşlarının izahatları əsas götürülməklə material üzrə cinayət tərkibi olmadığından, CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə vaxtında ətraflı araşdırmanın təmin edilməməsi, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlərə dair mövcud sübutların, izlərin itirilməsi ilə nəticələnmişdir ki, hazırkı məqamda həmin xüsusatlarla bağlı əlavə araşdırmanın aparılması və ya məhkəmə tibbi ekspertizasının təyin edilərək yetirilmiş xəsarətlərə dair hər hansı dəqiq məlumatın əldə olunması qeyri-mümkün olmuşdur. Lakin yuxarıda sadalananların müqabilində, yəni Təqsirləndirilən şəxs cinayət işində adları qeyd edilən polis əməkdaşları tərəfindən saxlanılmaması, bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında – Şirvan şəhəri, Bülbül küçəsində saxlanılmamasının iş materialları ilə təsdiq edilməsi, onun ifadəsində göstərdiyi fiziki təzyiqə və hədəyə məruz qalması faktının da düzgün və real olması qənaətinə gəlməyə tam əsas verir. Belə ki, Təqsirləndirilən şəxs yaxın adamı Şahid6 26 dekabr 2022-ci il tarixdə tutulması, dərhal, yəni həmin gündən 3-4 saat sonra Təqsirləndirilən şəxs da saxlanılması, bu hadisələrin fonunda Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən bədənində xəsarətlər aşkar edilməsə də məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il saat 00:30 radələrindən saat 02:15-dək polis şöbəsində müdafiəçisiz olduğu müddətdə pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələr yaranmasına səbəb olmuşdur. Baxmayaraq ki, prokurorluq orqanının qəbul etdiyi 27 mart 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar müdafiə tərəfindən mübahisələndirilməyib, hazırda qüvvədədir, həmin qərar cinayət prosessual qanunvericiliyin əsas prinsip və şərtləri pozulmaqla qəbul edildiyindən məhkəmə üçün preyudisial əhəmiyyətli ola bilməz. Beləliklə ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs təsir və təzyiqlərə məruz qalması ilə bağlı gəlinən qənaətə əsaslanan məhkəmə kollegiyası bununla əlaqədar sonuncunun vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zamanı qeyd etdiklərinə, o cümlədən ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi etiraf edici ilkin ifadələrində göstərdiyi xüsusatlara şübhə ilə yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Lakin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadəsi məhz fiziki təzyiq və hədə qorxu nəticəsində əldə edildiyindən həmin ifadələr sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa və hədəyə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı təqdim edildiyini, təqsirləndirilən şəxs tərəfindən göstərilən xüsusaltlar araşdırlarkən həmin halların təsdiq edildiyini, Təqsirləndirilən şəxs 1 saatdan artıq vaxt müddətində müdafiəçisi olmadan polis şöbəsində polisin nəzarətində qalmasını nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq və hədə nəticəsində əldə edilməsinə dair dəlilləri əsaslıdır və həmin etirrafedici ifadələr sübut növü kimi qəbul edilib Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamı təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz. - İstintaq orqanının Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən sübut kimi istinad etdiyi digər protokol Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasına dair 27 dekabr 2022-ci il tarixli protokoldur və həmin sənəddən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə 27 dekabr 2022-ci il tarixdə, saat 02:15-dən 02:35-dək həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğunun üzərinə şəxsi axtarış və götürmənin saxlanıldıqdan iki saata yaxın vaxt keçdikdən sonra həyata keçirilməsi özüözlüyündə narkotik vasitənin onun üzərinə qoyulması ilə bağlı məhkəmədə narahatlıq yaranmasına əsas verir. Belə ki, həmin müddət ərzində şəxs polislərin nəzarəti altında olmuşdur. Həbs olunduqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut isə iş materiallarında mövcud deyildir. Belə ki, məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadələrin sübut kimi qəbul edilə bilib-bilməməsini şərh edərkən o qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı vaxt, yəni 27 sentyabr 2022-ci il tarixdə, saat 00:30-da Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı daxil olmuş şəxs - əməliyyat qrupunun rəhbəri Şahid1 və əməliyyat qrupunun üzvü Şahid2 təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Məhkəmə tərkibinin bu qənaətə gəlməsinə əsas isə Şahid1 və Şahid2 istifadəsində olan mobil nömrələrin anten dairəsinin 27 dekabr 2022-ci il tarixdə saat 00 və 01 aralığında (Təqsirləndirilən şəxs saxlanıldığı ərəfədə) Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin anten dairəsinin olduğu ünvanda olmaması olmuşdur. Bundan əlavə məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, X3 barəsində Şirvan ŞPŞ-də Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılmış ********* nömrəli cinayət işinə 01 aprel 2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi və icraata xitam verilməsi haqqında” qərarla xitam verilmişdir. Həmin qərardan görünür ki, İqbal Mikaylov 26 dekabr 2022-ci il tarixdə gecə saatlarında şübhəli şəxs qismində tutulmuşdur. “Axtarış aparılması haqqında” 27 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, X2 Şirvan şəhəri, Naxçıvani küçəsində yerləşən evində polis əməkdaşları axtarış aparmışlar. Həmin axtarış istintaq hərəkətində Şirvan ŞPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Təbriz Adilzadə iştirak etmişlər. Həmin istintaq hərəkəti 27 dekabr saat 00:45-də başlamış və 01:50 dəqiqədə bitmişdir. Göründüyü kimi həmin protokoldan müəyyən olunur ki, Şahid1 27 dekabr saat 00:45də X2 Şirvan şəhəri, Naxçıvani küçəsində yerləşən evində axtarış istintaq hərəkətində iştirak etmişdir. Belə olan halda həmin gün saat 01:00-da Şirvan şəhəri Bülbül küçəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında saxlaması real olmamaqla yanaşı vaxt cəhətdən də mümkün deyildir. Şahid1 Təqsirləndirilən şəxs saxlanılmasında işitirak etməməsi təkcə bu halla deyil, yuxarıda göstərilən anten məlumatarının təhlili ilə də tam müəyyən olunur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Şahid8, Şahid7 və Şahid9 tərəfindən saat 00:30 radələrində saxlanılması barədə ifadəsi əsas götürüldükdə və sonuncunun üzərinə şəxsi axtarış istintaq hərəkətinin 27 dekabr 2022-ci il tarixdə, saat 02:15-də başlanılması iş materiallarında qeyd edildiyi halda məhkəmə bu qəanətə gəlir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin saxlanıldıqdan 2 saata yaxın vaxt keçdikdən sonra həyata keçirilməsini təsdiq edir. “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən 30 (otuz) dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 2005-ci il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin 12 fevral 2016cı il tarixli qərarının məzmununa əsasən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət (həmin qərarda 20 dəqiqə) keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Bununla da Təqsirləndirilən şəxs istinad edilən narkotik vasitənin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitənin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi “qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar edilmiş heroin” ilə bağlı şəxsi axtarış və götürmə istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Göstərilən bu hallar təqsirləndirilən şəxsin saxlanılması, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı sənədləşmənin düzgün aparılmamasına, göstərilən vaxtların təhrif edilməsinə dəlalət edən hallardır ki, bu hallar iş üzrə araşdırmanın AR CPM-nin tələbləri pozulmaqla aparılmasının, sənədlərin formal şəkildə reallığı əks etdirmədən tərtib edilməsinin göstəricisidir. Belə olan halda Təqsirləndirilən şəxs 27 dekabr 2022-ci il tarixdə saat 00:30-dan saat 02:15-dək olan müddətdə üzərində olması ehtimal edilən 2,520 qram olan heroini üzərindən kənara atması və ya digər yolla məhv etməsi üçün kifayət qədər vaxtının və imkanının olmasına baxmayaraq, həmin narkotik vasitəni üzərində saxlaması məhkəmə kollegiyasının qənaətinə görə ağlabatan görünmür. Təqsirləndirilən şəxsin saxlanılması ilə üzərinə şəxsi axtarışın keçirilməsi arasında 2 saata yaxın vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı şübhələr yaratmış, çünki həmin müddət təqsirləndirilən şəxs polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxs saxlanılmasında dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud olmamış, onun saxlanılması tarixi və vaxtı heç də istintaq sənədlərində əks edilmiş qaydada olmamışdır. Bundan əlavə işin mübahisəsiz qaydada müəyyən edilən bir halı da vardır ki, Təqsirləndirilən şəxs qohumu olan Şahid6 xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, Şahid6 polis şöbəsinə aparan Şahid5 İqbal Mikaylovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 22:44:25–də zəng edib məlumat vermiş və onu evindən götürmüşdür, bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan qeyd edilən mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 23:29:26– də Şirvan ŞPŞ-nin DYPB-də işləyən qohumu - polsi serjantı Şahid4 ***-***-**-** saylı mobil nömrə ilə zəng edib Şirvan ŞPŞ-nin DYPB-nin rəisinin onu axtardığını bildirmiş, Samir isə nömrəsinin həmin şəxsə verməsini istəmiş, bundan az sonra Şahid3 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 23:40:13–da Samirə Qasımova zəng edilmiş, Şahid3 İqabl Mikayılovun telefonunu və avtomobilinin açarlarını Şirvan ŞPŞyə gətirməsini tələb etmiş, sonuncu isə telefon və avtomobilin onda olmadığını bildirmişdir ki, bu hal Şahid3 ifadəsi ilə də təsdiq edilmişdir. Buna görə də, yaxın adamı olan Şahid6 polis əməkdaşları tərəfindən tutulduğu, sonuncunun mobil telefonu və maşını ilə bağlı polis əməkdaşlarının onu axtardığını bildiyi halda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqla hüquq mühafizə orqanından yayınması ağlabatan və inandırıcı deyil. Məhkəmənin bu qənaəti həmçinin ona əsaslanır ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən axtarıldığını bildiyi vaxtdan onun saxlanıldığı vaxtadək olan müddət ərzində Şirvan şəhərində sərbəst hərəkət etmiş, bu müddət ərzində onun üstündə olması iddia olunan qanunsuz əşyanın müqəddəratını bu və ya digər formada həll etmək imkanı olmuşdur. Bütün bunları nəzərə alan məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2022-ci il tarixdə saat 02:15-dən 02:35-dək keçirilmiş şəxsi axtarış istintaq hərəkəti və həmin istintaq hərəkətinin keçirilməsi zamanı əldə edilmiş predmetlər sübut növü kimi qəbul edilib Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamı təsdiq edən sübut kimi qəbul edilməməlidir. - İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 27 dekabr 2022-ci il tarixli, 18/1345 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla formal tərtib edildiyi, iş üçün əhəmiyyət kəsb edən bütün halların istintaq orqanı tərəfindən təhrif edilməsinin müəyyən edildiyi halda, göstərilən bu hallar sadəcə məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə aradan qaldırılaraq şəxsin üzərində narkotik vasitənin olması qənaətinə gəlməyə əsas verə bilməz. - İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 yanvar 2023-cü il tarixli, 288 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, AR CM-nin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və ya narkomaniya xəstəsi olmasına görə deyil, onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin AR CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə opioidlərdən istifadə etmə halları olmasına görə həmin maddə ilə təqsirli olmasını istisna edir. Bundan əlavə məhkəmə istintaqı zamanı keçirlmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 1526/K saylı məhkəmə kimyəvi rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkoloidlər, həmçinin tiryək qrupu (fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Bundan əlavə Təkrar ambulator məcburi-narkoloji tibbi ekspertizasının 22 may 2024-cü il tarixli 3592 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. - ittihamın əsası kimi istinad edilmiş digər sübut növü kimi şahid ifadələrinin olması qeyd edilmişdir. Halbuki, ibtidai istintaq zamanı ifadələri alınmış Şirvan ŞPŞ-nin yuxarıda adları qeyd edilmiş əməkdaşları yalnız narkotik vasitənin aşkar edilməsinə şahid olduqlarını bildirmişlər. Həmçinin məhkəmə tərkibi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşları – Şahid1, Şahid2, Şahid8, Şahid7, eləcə də keçmiş polis əməkdaşı Şahid9 ifadələrini həqiqi, obyektiv, işin faktiki hallarına uyğun ifadələr kimi qəbul etməyərək hesab edir ki, həmin şəxslər iş üzrə maraqlı şəxslərdir və onların verdikləri ifadələr ittihamın müdafiəsinə yönəlmişdir. Bundan əlavə həmin ifadələr müvafiq anten məlumatları ilə ümumiyyətlə təsdiq edilməməklə işin obyektiv hallarına uyğun deyildir. Bundan əlavə Şahid5 ibitdai isitntaq və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi də yuxarıda qeyd edilən anten məlumatları, eləcə də Şahid6 “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə ünvanlanmış Şahid5 məxsus səs yazısında sonuncu “......Samiri obyektdən aparıblar, mən ona bir söz demirəm. Samiri obyektdən aparıblar. Belə deyim dənə əmi ...” kimi sözlər işlətməsi ilə də təkzib edilir. Məhkəmə, bu halları nəzərə alıb həmin ifadələrə istinad edilməsinin yolverilməz olduğunu nəzərə alıb həmin ifadənin sübutlar siyahısından çıxarılmasını əsaslı sayır. Cinayət işinin materiallarının 89-cu səhifəsində olan Şirvan ŞPŞ-nin verilmiş əməliyyat tapşırığına cavab olaraq daxil olmuş 18 yanvar 2023-cü il tarixli məktubda göstərilmiş keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş hallarla bağlı qeyd edilənlərlə əlaqədar məhkəmə tərkibi qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət- Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə tərkibi bildirir ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və 18 yanvar 2023-cü il tarixli məktubla istintaqa təqdim edilmiş həmin məlumatlar Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından cinayət prosesində sübut kimi qəbul edilə bilməz. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin «məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır» tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, eləcə də cinayət prosesual qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və X9 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 12 aprel 2023-cü il tarixdə hüquqlarını müdafiə etdiyi şəxsin barəsində olan cinayət işi materialları ilə tanış olarkən həmin protokola qeydlər edərək Şirvan ŞPŞnin əməkdaşları – Farid Vəliyevin, Şahid1, Şahid2, Şahid8, Şahid7 və Şahid9 istifadələrində olan mobil nömrələrin müəyyən edilməsi və 27-28 dekabr 2022-ci il tarixlərdə həmin nömrələrin anten dairə məlumatlarının götürülməsi barədə vəsatət vermişdir. Lakin cinayət işi üzrə ibtidai istintaqı aparan Şirvan ŞPŞ-nin müstəntiqi tərəfindən hər hansı araşdırma aparılmadan vəsatətin əsassız olması və istintaq üçün əhəmiyyət kəsb etmədiyi qənaətinə gəlinərək Müdafiəçi2 yuxarıda qeyd edilən vəsatəti rədd edilmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən müdadfiə tərəfinin qeyd edilən vəsatətinin heç bir araşdırma aparılmadan rədd edilməsi nəticə etibarı ilə təqsirləndirlən şəxsin hüquqlarının pozulmasına, eləcə də cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq və cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək(Cinayət-Prosessual Məcəlləsinin 8.0.3 və 8.0.4-cü maddələri) kimi cinayət mühakimə icraatının vəzifələrinin pozulmasına səbəb olmuşdur. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi sözügedən məsələ, yəni İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi üzrə formalaşdırdığı presedent təcrübəsində bir sıra konkret və aydın tələblər müəyyən etmişdir ki, həmin tələblərə əməl etmək Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən yalnız məhkəmələrin deyil, həm də işgəncənin (pis rəftarın) tətbiqinə dair iddiaları araşdıran ibtidai istintaq və prokurorluq orqanlarının vəzifəsidir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Məhkəmə tərkibi Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində nəzərdə tutulmuş vəzifələrin həyata keçirlməsi məqsədi ilə müdafiə tərəfinin ibtidai istintaq zamanı verdiyi və əsassız olaraq təmin edilməyən vəsatətini məhkəmə istintaqı zamanı təmin edərək cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmişdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, «İnsan hüquqlarının və X9 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində «accusatio desiderat crimen» («ittiham cinayətin mövcudluğunu ehtimal edir») prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə «in dubio pro reo» («şübhə olduğu halda təqsirləndirilənin xeyrinə») prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və X9 haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» qərarlarında «İnsan hüquqlarının və X9 haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün Təqsirləndirilən şəxsə bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal həbsdən azad edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şirvan ŞPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,470 qram heroin cinayət işi üzrə materiala əlavə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət veriləcəyindən keçirilmiş ekspertizalar ilə bağlı 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində məhkəmə xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli və «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Hökm bu hissədə icra edilməsi üçün Şirvan ŞPŞ-yə göndərilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərcinin ödənilməsindən azad azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi çəkisi 2,470 qram heroin cinayət işi materialına əlavə edilməsi üçün Şirvan ŞPŞ-də saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar