Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-30/2025 18.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri-Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs və müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə xx xxxxxxxx 1983-cü ildə Cəlilabad rayonunun Çünzəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu Çünzəli kəndində qaydiyyatda olub, Abşeron rayonu Xırdalan şəhərində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1992-ci ildə Cəlilabad rayonunun Hamarqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Cəlilabad rayonunun Çünzəli kəndində qeydiyyatda olmaqla Xəzər rayonu Buzovna qəsəbəsi, yeni sahə adlanan ərazidə yerləşən ünvansız evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək külli miqdarda psixotrop maddə və narkotik vasitələri digər şəxsin Lerik şəhərinin ərazisində gizlətdiyi yerdən götürərək satış məqsədi ilə sonuncunun dediyi yerə çatdırdıqdan sonra bunun müqabilində 1500 (bir min beş yüz) manat qazanc alacağı vədi ilə razılaşaraq 03 fevral 2024-cü il tarixdə saat 20 radələrində Lerik şəhərində fəaliyyət göstərən «Lerik Hotel»in yerləşdiyi «Şınbır» adlanan ərazisində qoyulan və istifadə olunmayan köşkün yaxınlığındakı daşın dibində gizlədilən qara rəngdə idman çantasının içərisində 2939,0 qram küili miqdarda narkotik vasitə qrudulmuş marixuana, 96,430 qram külli miqdarda narkotik vasitə heroin və 97,588 qram külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində saxlamaqla cinayətdən xəbərsiz Təqsirləndirilən şəxs2 idarə etdiyi «BMW» markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı istiqamətə daşımış, 03 fevral 2024-cü il tarixdə, saat 20:00-da Lerik RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı üzərində daşıdığı çanta ilə saxlanılaraq Lerik Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin tarixdə, saat 20:20-dən saat 20:53-dək üzərində şəxsi axtarış aparılarkən təqdim etdiyi üzərində daşadığı qara rəngdə idman çantasının içərisində 01 ədəd bükümdə 96,430 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə külli miqdarda heroin, 01 ədəd bükümdə 97,588 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə külli miqdarda metamfetamin, orqonoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birilərilə eyni olan çəntənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 03 ədəd bükülüdə ayrı-ayrılıqda 1008,0 qr: 948,0 qr: 983,0 qram; ümumi təmiz çəkisi 2939,0 qram narkotik vasitə külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində yerləşən avtomobil təmiri emalatxanasının həyətyanı sahəsində dayanmış Tovuz rayonu Dondar Quşçu kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus VAZ-2109 markalı, **-DS-*** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilini talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmaq qərarına gəlmiş, bu niyətlə 12 oktyabr 2023-cü il tarixdə, saat təxminən 00:10-da sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs məxsus Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində yerləşən avtomobil təmiri emalatxanasının həyətyanı sahəsində dayanmış 3850 (üç min səkkiz yüz əlli) manat dəyərində VAZ 2109 markalı, **-DS-*** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilinin mühərrikini işə salma kilidini sındırıb naqil vasitəsi ilə mühərriki işə sala bilmədikdən sonra avtomobilin sürətlər qutusunu sərbəst hərəkət vəziyyətinə gətirərək itələməklə qaçıraraq 500 metr məsafə qət etdikdən sonra Tovuz rayonu, Tovuz-Dondar Quşçu avtomobil yolunun 1-ci km-nin Tovuz rayonu Dondar Quşçu kəndi ərazisindən keçən hissəsinin kənarında dərəyə aşırtmaqla Zərərçəkmiş şəxs məxsus 3850 manat dəyərində VAZ-2109 markalı, **-DS-*** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilinə 1645 manat (bir min altı yüz qırx beş) manat dəyərində ziyan vurmuşdur. Bundan başqa ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək külli miqdarda psixotrop maddə və narkotik vasitələri digər şəxsin Lerik şəhərinin ərazisində gizlətdiyi yerdən aralarında əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq Təqsirləndirilən şəxs1 satış məqsədi ilə götürüb onun idarə etdiyi avtomaşınla daşıyıb digər şəxsin dediyi yerə çatdırdıqdan sonra bunun müqabilində Təqsirləndirilən şəxs1 200 (iki yüz) manat və avtomobilinin yanacaq çəninin yanacanqla doldurulmaqla qazanc edəcəyi vədi ilə razılaşaraq Təqsirləndirilən şəxs1 03 fevral 2024cü il tarixdə saat 20 radələrində idarə etdiyi «BMW» markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik şəhərində fəaliyyət göstərən «Lerik Hotel»in yerləşdiyi «Şınbır» adlanan ərazisinə gətirərək avtomobili Hotelin yaxınlığında dayandırmış, cinayətkar plana uyğun Təqsirləndirilən şəxs1 həmin ərazidə qoyulan və istifadə olunmayan köşkün yaxınlığındakı daşın dibində gizlədilən qara rəngdə idman çantasının içərisində 2939,0 qram külli miqdarda narkotik vasitə qrudulmuş marixuana, 96,430 qram külli miqdarda narkotik vasitə heroin və 97,588 qram külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində saxlamaqla onun avtomoblin dayandığı istiqamətə daşımış, 03 fevral 2024-cü il tarixdə, saat 20:00-da Lerik RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 üzərində daşıdığı çanta ilə saxlanılaraq Lerik Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin tarixdə, saat 20:20-dən saat 20:53-dək üzərində şəxsi axtarış aparılarkən təqdim etdiyi qara rəngdə idman çantasının içərisində 01 ədəd bükümdə 96,430 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə külli miqdarda heroin, 01 ədəd bükümdə 97,588 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə külli miqdarda metamfetamin, orqonoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə birbirilərilə eyni olan çəntənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 03 ədəd bükülüdə ayrı-ayrılıqda 1008,0 qr: 948,0 qr: 983,0 qram; ümumi təmiz çəkisi 2939,0 qram narkotik vasitə külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittihamlarda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bu ilin fevral ayında o Təqsirləndirilən şəxs2 zəng vurub, onu Lerik rayonuna aparmağı xahiş etmişdir. Həmin vaxt özü Xırdalan şəhərində olmuş, Nurlan isə Buzovnada. Nurlanla münasibətləri yaxşı olduğundan, öz maşını da xarab olduğundan Nurlandan onu aparmağı xahiş etmişdir. Nurlan isə demişdir ki, “gəlib apararam”. Aradan bir müddət keçmiş Nurlan maşınla gəlmişdir. Həmin vaxt Nurlanın ayağı sınıq olduğundan, maşını ondan alıb özü idarə etmişdir. Nurlana isə demişdir ki, “sənə pul verəcəm, maşınına benzin alacam”. Bu hadisədən bir həftə əvvəl isə İran İslam Respublikası (bundan sonra İİR) vətəndaşı zəng vurub, Lerikdə narkotik olduğunu, onu götürməyi təklif etmişdi. Özü isə İİR vətəndaşının təklifi ilə razılaşıb, götürə biləcəyini bildirmişdir. Çünki həmin vaxt pula ehtiyyacı olmuş, bu səbəbdən də razılaşmışdır. İranlı demişdir ki, bağlamanı qoyulan yerdən götürüb, şəklini çəkib atdıqdan sonra 1500 manat pul göndərəcək. İranlı ilə razılığı ondan ibarət olmuş ki, narkotiki götürüb dərhal şəklin çəkib ona göndərdikdən sonrakı, həqiqətən nakotik əlindədir, iranlı kartına həmin pulu göndərəcəkmiş. İranlı əvvəlcə demişdir ki, üç kq “nəşə” göndərəcək, lakin sonradan isə bağlamadan sintetik maddələrin də olduğunu demişdir. Bu səbəbdən hadisə günü yola çıxıb Lerikə getmişlər, orada Lerik otelin yanına konum göndərilmişdir. Nurlan həmin vaxt kənarda dayanmış, özü isə maşından düşüb, konuma doğru getmişdir. O zaman şəkil atılan yeri görmüşdür, lakin yaxına getməmişdir. Çünki gedəcəyi yol yoxuş olmuş, düşünmüş ki, gedib götürsə əgər, malla geri qayıda bilməyəcək. Bu səbəbdən geri qayıdıb, başqa yolla gedib götürmək istəmişdir. Geriyə qayıtmağına səbəbdə narkotiki götürmək məqsədi olmuş, çünki məhz narkotikləri götürmək üçün ora gəlmişdir. Amma geri qayıdanda polis əməkdaşları tərəfindən tutulmuşdur. Bundan sonra bölməyə gətirilmiş, orada izahat vermişdir. İfadəsi bu qədərdir. Nurlana Lerik rayonuna narkotik dalınca getməyini deməmişdir, Nurlana bekar adam olduğunu, onu aparmasını, əvəzində maşına benzin vurub ona pul verəcəyəni, Nurlanın da həmin pulla siqaret falan ala biləcəyini demiş, Nurlan da ona bekarçılıq olduğunu onunla gedə biləcəyini demiş, özü isə Nurlana maşına benzin vuracağını, ona pulda verəcəyini demişdir. Yol boyu isə iranlı ilə telefonda danışarkən “gəlirəm”, “yoldayam” kimi sözlər demiş, Nurlanın isə nə barədə danışdığından məlumatı ola bilməzmiş. Nurlana Lerikdə dostunun olduğunu, özünün isə onunla işi olmasını, daha sonra geriyə qayıdacağını demişdir. Narkotikin konumu da özünə göndərilmişdir. Orada Lerik otelin yanında Nurlana maşını saxlatmış, Nurlana “gözlə burda gəlirəm” demiş, daha sonra konuma doğru getmiş və tutulmuşdur. Sonra isə Nurlanın da tutulub gətirildiyin görmüşdür. Nurlan Lerik otelin yanında maşını saxlayandan sonra, özü düşüb tam fərqli bir istiqamətə getmiş, təxminən 100 metr maşından aralanmışdır. Tutulandan sonra isə birinci özünü daha sonra Nurlanı şöbəyə gətirmişlər. Narkotik olan bağlamanı isə Dəyanət adlı polis əməkdaşı əlində gətirib, otaqdakı “tumbuçkanın” üzərinə qoymuşdur. Əvvəlcə demiş ki, “bağlamanı götürməmişəm”. Bu zaman onu vurub eləmişlər, daha sonra isə demiş ki, “bağlamanı götürüb sonra atmışam”. Çünki ona polislər elə deməsini dediyindən, özü də həmin ifadələri vermişdir. Yol boyu isə maşını da özü idarə etmiş, Nurlan yanında oturmuşdur. Telefonla danışanda da Nurlan ondan heçnə hiss edə bilməzdi, özünə də bu barədə sual verə bilməzdi. Nurlanı isə polislər şöbəyə sürüyə-sürüyə gətirib, orada vurmuşlar, həmin vaxt polislərə Nurlanı vurmamaqlarını, onun yazıq olduğunu, sürücü olduğunu demişdir. Özü səhv etmişdir, tutulmamışdan dörd ay əvvəl ailə qurmuşdur, imkan olduğu təqdirdə ona aşağı həddə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İİR vətandışı kimi Sajad adı ilə özünü təqdim edən şəxslə whatsapp üzərində danışaraq saat təxminən 20 radələrində Lerik şəhərinin gəldikdən sonra Sajad adlı şəxsə zəng edib Lerik şəhərində olduğunu bildirmiş, Sajad adlı şəxs mobil telefonuna narkotik vasitənin yerini bildirən «konum» nöqtə barədə məlumat göndərmiş, Nurlan «Lerik hotelin» qarşısında avtomobili dayandıraraq maşında oturmuş, özü isə maşından düşüb mobil telefonunda göstərilən nöqtəyə doğru koordinat üzrə hərəkət etməyə başlamış, «Lerik hotelə» gedən yolun kənarında qoyulmuş köhnə istifadə olunmayan metal konstruksiyalı köşkün yanına gəlib ətrafına baxaraq narkotik vasitəni tapa bilməmiş, qaranlıq olduğuna görə təpədən aşağı baxmış, yamacın dibində eyni formada köşk görüb mobil telefonunda olan «konum» da həmin köşkün olduğu yeri göstərdiyinə görə yamacdan köşkün yaxınlığına gəlmiş, köşklə yaxınlıqda olan daşın arasında qara rəngdə kisə görüb həmin qara rəngdə kisəni götürərək köşkdən təxminən 3-4 metr kənarda ataraq ətrafa baxıb köşkün yanına avtomobil yolun gəldiyini görüb bir anlığa avtomobillə gəlib narkotik vasitəni götürməsini düşünüb yamacla Nurlanın dayandığı yerə doğru qaçmağa başlamış, yamacda sonradan bildiyi Lerik RPŞ-nin əməkdaşlarından bir neçə nəfər onu əhatəyə alıb yaxalayaraq narkotik vasitə olan kisəni atdığı yerə gəlib həmin qara rəngdə kisəni götürüb bilikdə Lerik RPŞ-nə gətirmişlər. Ondan sonra Nuralını da avtomobili ilə şöbəyə gətirmələrini bilmişdir. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, çəkilişdən əvvəl onu vurduqları üçün həmin ifadələri müstəntiqə vermişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, hadisə günü Niyaməddin ona zəng vurub Lerikə getmək üçün maşın lazım olduğunu demişdir. O Niyaməddindən nə iş olduğunu soruşduqda, özünün orada işi olduğunu demişdir. Həmin vaxt Niyaməddinə özünün də onunla gedə biləcəyini bildirmiş, Niyaməddin isə orada dostu olduğunu onunla görüşəcəyini bildirmişdir. Bundan sonra Niyaməddinlə razılaşıb birlikdə yola çıxmışlar, gedib Lerik otelin qarşısında maşını saxlamışlar. Özü maşında qalmış, daha sonra maşınındaca polislər gəlib onu tutmuşdur. Həmin vaxt görmüş ki, üç nəfər onun maşınına tərəf qaçır, bu zaman maşını sürmüş, lakin polis adın çəkdiklərindən maşını saxlamışdır. Polislər isə Vaz2106 markalı maşınla gəlib onun maşınını qarşıdan vurub əzmişlər. Sonradan isə öz maşınları da əzildiyi üçün valideynlərindən onun təmir pulunu almışlar. Niyaməddinin Lerikə nə məqsədlə gəlməsindən məlumatı olmamış, Niyaməddin saxlanılarkən də onu görməmişdir. Niyaməddin ona Lerikdə dostu ilə görüşüb qayıdacağını, maşınına benzin vuracağını, özünə də nəsə pul verəcəyini demişdir. Saxlanılan zaman isə onu Vaz 2106 markalı maşına atmışlar, maşının ayaqaltısı isə “nəşə” ilə dolu olmuş, həmin bağlamadan birin üstünə atmışlar ki, bu sənindi, sonrada bölmədə ona vermişlər, özü isə etiraz edib qəbul etməmiş və onu döyməyə başlamışlar. Çəkilişdə isə onu döyə-döyə dedizdirmişlər ki, “xəbərim var bilirdim”. Yol boyu isə Niyaməddin telefonda danışmış, lakin narkotiklə bağlı söhbət etməmiş, “gəlirəm”, “yoldayam”, “zaprafkadayam” belə sözlər işlətmişdir. Dekabr ayı ayağından xəsarət almış, iki ay dava-dərmanla sağalmışdır. Lakin polislər qəsdən ona xəsarət yetirib, sürüyə-sürüyə aparmışlar. Təcridxanaya daxil olanda bu barədə məlumat vermiş, ayağını gipsə qoymuşlar, beş-altı ay ağsamış, ayağı tutulanda eyni yerdən bir daha polislər tərəfindən qırılmışdır. Tovuzda isə içkili halda olmuş, Taleh ona maşın aldığını, həmin maşını kəndə aparmalı olduğunu demişdir. Bu zaman Talehə içkili olduğunu maşını sabah kəndə aparmalarını demiş, Taleh isə ona maşının qapısını açmağını, daha sonra özünün kəndə aparacağını demişdir. Həmin maşının qapısı açılmamış, özü isə maşının arxa qapısın çəkəndə qapı açılmışdır. Bundan sonra Taleh maşına oturmuş, o və Elgün də maşını itələyib, üzü aşağı yola tərəf düşürmüşlər. Bundan sonra geriyə qayıdıb öz maşınına mindikdə, görmüş ki, Taleh həmin maşınla gedib dərəyə tərəf oradakı transformatorun yanına aşdı. Gedib Talehi maşından çıxarmış, həmin vaxt da polislər gəlib onları saxlamışlar. Taleh isə həmin maşını aldığını demişdir. Çünki hadisədən bir həftə qabaq da gedib həmin maşını Taleh üçün danışmışlarmış. Lakin iki günmüş ki, bu məsələ barədə danışağa ara vermiş, Taleh isə hadisə vaxtı maşını artıq aldığını ona demişdir. Maşını talama məqsədi olmamışdır. Taleh orada sadəcə maşının qapısını açmağı ona demiş, maşının arxa qapısı isə açıq olmuşdur. Tovuza isə onu Taleh dəvət etmiş, onunla birlikdə tikintidə fəhlə işləmişlər. Həmin maşının qiymətin isə Talehlə birlikdə gedib danışmışdır. Maşının yiyəsin tanımışlar, hadisədən iki gün əvvəl Gəncəyə gedib qayıtdığından sonrakı danışıqları bilməmişdir. Hadisə vaxtı da maşının yanında keçəndə Taleh ona artıq maşını aldığını, kəndə həyətə aparacağını demişdir. Taleh gəlib sürücü tərəfdən qapını açmaq istəmiş, lakin aça bilməmiş, özü isə arxa qapıya əlini atmış, qapı açılmışdır. Taleh maşına özü əyləşmiş, lakin işə sala bilməmişdir. Talehdə maşının açarının olub olmamasını bilməmişdir. İlk dəfə polisdə ifadə verərkən, təzyiq altına nə demişlərsə elə də danışmış, sonradan isə izahatını dəyişib, işini bağlayanda isə həmin izahatını yazmışlar. Günahı yoxdur, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ilkin ifadələrində elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 fevral 2024-cü ildə Xırdalan şəhərində yaşayan Niyaməddinin evinə gəlib onunla evinin yanında görüşüb söhbət etmiş və nə üçün Lerik şəhərinə getməsini soruşmuşdur. Niyaməddin ona bir adam olduğunu, onunla danışdığını Lerik şəhərində gözlədiyini, orada narkotik vasitə olduğunu, onu götürüb Bakı şəhərinə gətirmək lazım olduğunu, bu işi görmək üçün ona 1500 manat pul verəcəyini, həmin puldan 200 manatı özünə verib maşına yanacaq dolduracağını demişdir. Özü isə Niyaməddinlə razılaşıb, onu avtomobilə götürüb və Lerik şəhərinə yolda düşmüşlər. Yolda isə Niyaməddinə demişdir ki, “sən narkotik vasitəni götürəndən sonra səni Bakı trasına kimi apararam oradan yol maşını ilə gedərsən, mən boş qayıdaram, səni narkotik vasitə ilə birlikdə Bakı şəhərinə aparmağıma qorxuram”. Niyaməddin də onunla razılaşmışdır. Lerik şəhərinə çatdıqda isə avtomobili Lerik hotelin qarşısında saxlamış, özü sükan arxasında oturmuş, Niyaməddin isə avtomobildən düşmüş, demiş ki, narkotik vasitə bu ərazidə olmalıdır, sən burada dayan mən narkotik vasitəni götürüb gəlirəm. Daha sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi əlavə ifadəsində elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Elgün və Taleh ilə bir yerdə sonuncunun atasının evində bir litr tut arağı içdikdən sonra sərxoş vəziyyətdə idarə etdiyi ** EE *** dövlət qeydiyyat mömrə nişanlı avtomobilinə əyləşib Tovuz şəhərinə getmişlər. Spirtli içki çox içdiklərinə görə sərxoş vəziyyətdə olmuşlar, avtomobili özü idarə etmiş, Tovuz rayonunun Aşağı Quşçu kəndinin ərazisindən Əlibəyli kəndinə qayıdan zaman yolun kənarında, sexin qarşısında dəmir yoluna yaxın yerdə qara rəngli VAZ 2109 markalı, ** DS *** dövlət nömrə nişanlı avtomaşın görmüşlər, Taleh onlara «avtomobili almışam, avtomobil mənimdir» demiş, avtomobilin yanında sahibi olmamışdır. İdarə etdiyi avtomobilini həmin avtomobilin yanında saxlamış, Taleh onlara «maşını götürək sürək» demiş, bir yerdə həmin maşını itələyib sexin yanından bir neçə metr uzaqlaşdırdıqdan sonra Taleh avtomobilin sükanı arxasına keçib sükanın altından naqilləri çıxardaraq mühərrikini açarsız işə salmaq istəmiş, lakin mühərrik işə düşməmiş, avtomobilin üzərində akumulyatorun olub-olmadığını yoxlamamışlar. Avtomobilin mühərriki işə düşmədiyi üçün itələyib aparmağa çalışmışlar, Elgün ilə maşını itələmişlər, Taleh isə avtomobilin sükanı tərəfdən ayaq üstə sükanı tutmuş birlikdə avtomobili itələyib təxminən 500 metr məsafə qət etdikdən sonra avtomobili saxlaya bilməmişlər, avtomobil dərəyə aşaraq zəldələnmişdir. Avtomobilin yanında dayanıb dərədən çıxartmaq üçün yollar fikirləşdikləri zaman Tovuz RPŞ-nin əməkdaşları yanlarına gəlib onları Tovuz RPŞ-nə gətirmişlər. Tovuz RPŞ-də həkim müayinəsindən keçirildikdən sonra sərxoş olduqları müəyyən edilmişdir. Həmin avtomobili yəni nəqliyyat vasitəsini qaçırmağı Taleh onlara təklif etmiş, sərxoş olduqlarına görə Talehlə razılaşmışlar. Bundan əlavə, yalnız narkotik vasitəyə münasibətdə isə məhkəmə istintaqı zamanı vermiş olduğunu ifadəylə eyniməzmunlu ifadə vermişdir. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ilkin ifadələrini təsdiq etmir, həmin ifadələri əməlliyat rəisinin presi altında dedizdirmişlər, sonuncu ifadəsi isə doğrudur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Lakin məhkəmə tərkibi təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, VAZ2109 markalı maşını var. Maşını Tovuz rayonu, Dondar Quşçu kəndində işlədiyi sexin qabağında qoymuşdur. Sabahısı işə gələndə görmüş ki, maşın yoxdur. Daha sonra polislər ona məlumat vermişlər ki, adında belə bir maşın var. Ondan sonra gedib görmüş ki, maşını çaya tərəf transformatorun üstünə aşıb. Sexin video kameraları hadisəni çəkmiş, polis əməkdaşları da gəlib baxıb aparmışlar. Sonradan isə aydınlaşdırılmış ki, üç nəfər olublar Nurlan, bir nəfər Tovuz sakini, bir nəfər də başqa adam maşını qaçırmışlar və maşın üzü dərəyə aşaraq zədələnmişdir. Onlar başqa maşınla gəlib, üçü də düşüb maşından, daha sonra itələyib bəri çıxarıblar, üzün qapıya döndərib, sonra itələyib aparmışlar. Hazırda Nurlanla barışmış, ona qarşı şikayəti və tələbi yoxdur, vurulmuş ziyan ödənilmişdir. Ona cəza verilməməsini, bu mümkün olmadıqda isə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Çünki, Nurlan səhvin etiraf etmiş, bilməmiş, içkili olmuşlar. Maşını isə nasaz olduğundan aşıb. Nurlanı hadisəyə qədər tanımamış, maşınını almaq üçündə ona müraciət edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, digər xidmət yoldaşları ilə birlikdə xidmətdə olarkən köhnə mal bazarı deyilən yerdə iki maşının biri BMW, digəri VAZ2109 maşın düşüb dərəyə. Həmin vaxt onlar Aşağı Quşçu kəndi ərazisində olmuşlar. Gedib hadisə yerinə çatdıqda BMW markalı maşının körpüyə çatmamış dayandığını, digərinin isə dərəyə aşdığını, orada iki nəfər şəxsin olduğunu görmüşlər. Orada olan Əlibəyli sakini ayaqyoluna düşdüklərini demişdir. Daha sonra YPX əməkdaşları gəlmiş, Nurlanı və digər şəxsi şöbəyə aparmışlar. Özləri isə hadisə yerində qalıb, ərazini mühafizə etmişlər. Lakin Nurlan maşına minəndə sonradan adını bildiyi Elgün adlı şəxsə zəng vurub belə-belə oldu, sənə görə baş verdi kimi sözlər demişdir. Ondan sonra başa düşmüşlər ki, hadisə yerində iki yox üç nəfər olmuşlar. Bundan sonra həmin şəxsin arxasınca getmişlər, dərəyə tərəf düşəndə onlara daş atılmış, daşları isə Elgün atmışdır. Lakin Elgünü orada saxlaya bilməmişlər, daha sonra qarşı posta məlumat vermişlər. Elgün elə avtovağzal postunda saxlanılmışdır. Ora yaxınlaşıb digər əməkdaşa təhvil vermişlər, onlar Elgünü aparmışlar. Məhkəmə iclasında Şahid3 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində bildirmişdir ki, Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 fevral 2024-cü il tarixdə mötəbər mənbədən ona məlumat daxil olmuş, həmin məlumatda təqsirləndirilən şəxslərin Lerik şəhərinə gəlib naməlum şəxsdən narkotik vasitə götürüb Bakı şəhərinə aparmaları bildirilmişdir. Məlumatın yoxlanılması üçün şöbə rəhbərliyinə raportla müraciət etmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul etmiş, qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunaraq müvafiq plan və tədbirin keçirilməsinə əmr hazırlanmış, əmrə uyğun Lerik RPŞnin əməkdaşlarından Şahid11, Şahid12 və Şahid10 ibarət qrup yaradılmış, Əməliyyat- Axtarış tədbirinin keçirilməsi ilə bağlı yaradılmış qrupun tərkibində olan əməkdaşları təlimatlandıraraq hansı səbəbdən keçirilməsi ilə bağlı qısa olaraq onlara məlumat vermişdir. Əməliyyat qrupu Lerik şəhərinin girişində, Şəhidlər xiyabanının ətrafında, «Şınbır» adlanan ərazini nəzarətə götürməklə gözləmişlər. 03 fevral 2024-cü il tarixdə, saat 20 radələrində, qaranlıq hava şəritində «BMW» markalı, avtomobilin Lerik şəhərinə daxil olmasını hərəkət edib yoldan dönərək «Şınbır» adlanan ərazidə yerləşən «Lerik Hotel»-in qarşısında dayandığını, həmin avtomobildən bir nəfərin düşüb həmin ərazidə yerləşən köhnə istifadə olunmayan metal konstruksiyalı köşkə yaxınlaşdığını, ətrafına baxdıqdan sonra kol-koslu yamacla aşağıya düşdüyünü görmüşlər. Kol-koslu yamacla aşağıya düşən şəxs təpənin dibində maşın yolun kənarında yerləşən metal konstruksiyalı istifadə olunmayan köşkə yaxınlaşaraq köşkün yaxınlığından 01 ədəd qara rəngdə kisəyə oxşar əşya götürüb yamacla avtomobilin dayandığı istiqamətə hərəkət etməyə başlamış, Anar və tədbirə sonradan cəlb edilmiş Lerik RPŞ-nin PPXB-nin əməkdaşı Şahid9la hərəkət edib sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 əhatəyə alıb əlində qara rəngdə idman çantası ilə birlikdə yaxalamışlar. Bu anda Niyaməddini hotelin qarşısında gözlənən «BMW» markalı avtomobilin mühərrikinin işə düşmə səsini eşitmiş, həmin anda onlardan bir qədər uzaqda olan Şahid11 avtomobilin qarşısına doğru qaçmağa başlamış, yaxınlıqda idarə etdiyi VAZ-2106 markalı, **-BE-*** qeydiyyat nişanlı avtomobillə gözləyən Şahid12 idarə etdiyi avtomaşınla «BMW» markalı avtomobilə doğru hərəkət etməyə başlamış və həmin anda avtomobillərin toqquşma səsini eşitmiş, əlində qara rəngdə kisəyə oxşar idman çantası ilə olan adını dərhal öyrəndiyi Təqsirləndirilən şəxs1 maşın yoluna gətirmişlər. Orxan və Şahin sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 da yaxalamalarını, lakin hər ki avtomobil toqquşma nəticəsində əzilmələrini görmüş, həmin şəxsləri Lerik RPŞ-nə gətirmişlər. Lerik RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı Haldun Məmmədli xidməti iş otağında Təqsirləndirilən şəxs1 üzərində müdafiəçinin iştirakı və videoçəkilişlə şəxsi axtarış aparmış, onun əldə edərək daşıdığı qara rəngdə kisəyə oxşar idman çantasının içində 03 ədəd sellofan bağlamada narkotik vasitəyə oxşar kütlələr aşkar olunmuş, Bu bağlamaların hər birinin üzərinə şəffaf yapışdırıcı lentlə yapışdırılmış ağ kağız parçaların üzərində «1,2,3» rəqəmləri yazılmışdır. Bundan əlavə digər bağlamaların üzərində hərflər yazılmış, həmin bağlamalardan isə narkotik vasitə və psixotrop maddəyə oxşar kütlələr aşkar olunaraq götürülmüş, həmin kütlələrə baxış zamanı təqdim edən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, İİR vətəndaşı kimi özünü təqdim etmiş Sajad adlı şəxs onunla whatsapp üzərindən əlaqə yaratmış və həmin narkotik vasitələri götürüb Bakı şəhərinə aparması ilə bağlı onunla söhbət apardıqdan sonra yerini bildirmək üçün ona konum nöqtə göndərmiş, buna görə də gəlib həmin kütlələri yerindən götürüb Bakı şəhərinə aparmaq istəmişdir. Hətta onun istifadə etdiyi mobil telefon cihazında konum nöqtəni bildirən mesajlar və danışıqlar barədə səsli mesajlar olması aşkarlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 Sülyeman oğlunun üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman üzərində hər hansı bir növdə narkotik vasitə, psixotrop maddə və cinayət xarakterli əşya, həmçinin alət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə dolu çandanı götürüb piyada avtomaşına doğru hərəkətdə olduğu zaman onu yaxalamışlar. Niyaməddin isə Təqsirləndirilən şəxs2 narkotiklərdən məlumatı olmadığını bildirmiş, onlara qarşı isə tərəflərindən heç bir təsir və ya təzyiq göstərilməmişdir. Niyaməddin bağlamanı götürərkən onu görmüşlər, aralarında 5-6 metr məsafə olmuşdur. Nurlan isə saxlanılarkən ayağında problemin olduğunu onlara demişdir. Nurlana qarşı da heç bir fiziki təsir və ya təzyiq göstərilməyib. Lakin Niyaməddin saxlanılarkən ona qarşı fiziki qüvvə tətbiq etmişlər. Nurlan isə şöbədə narkotiklərdən əraziyə çatanda məlumatının olduğunu demişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadəsində göstərdikləri yalandır. Məhkəmə iclasında şahidlər Şahid9 və Şahid10 oğlu Şahid8 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı Şahid11 ifadəsində bildirmişdir ki, 03 fevral 2024-cü il tarixdə Lerik RPŞ-nin əməliyyat müvəkkili Şahid8 onu və digər polis əməkdaşlarını çağırıb iki nəfərin Lerik şəhərinə gəlib naməlum şəxsdən narkotik vasitə götürüb Bakı şəhərinə aparmaları barədə ona məlumat daxil olduğunu və tədbir keçirdiyini, həmin şəxsləri yaxalamaq məqsədi ilə əməliyyat-axtarış tədbirini keçirtmək üçün şöbə rəhbərliyinin qərarını aldığını, qrupun tərkibinə daxil olduqlarını bildirmişdir. Daha sonra Lerik şəhərinin girişində, Şəhidlər xiyabanının ətrafında, «Şınbır» adlanan ərazini nəzarətə götürmüşlər, bundan sonra özü Lerik şəhərinin girişində, arkonun yaxınlığında, Şahid12 idarə etdiyi VAZ-2106 **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Lerik şəhərinin girişində Şəhidlər xiyabanının yaxınlığında dayanacağın yan tərəfindən, Şahid8, Şahid9 və Şahid10 isə ondan bir qərər aralıda səki divarının arxasında pusquda durmuşlar. Həmin vaxt «BMW» markalı avtomobilin Lerik şəhərinə daxil olmasını hərəkət edib yoldan dönərək «Şınbır» adlanan ərazidə yerləşən «Lerik Hotel»-ə doğru getdiyini müşahidə etmişlər. Avtomobil hotelin qaşısına keçdikdən sonra dayandığı yerdən avtomobili görməmiş, aradan təxminən 5 dəqiqə keçmiş, dayandığı yerdən dərəyə tərəf dayan qaçma səsini eşitmiş və yol ilə avtomaşının dayandığı əraziyə qaçmış, avtomobilə çatmamış avtomobilin mühərriki işə düşmüş, dərhal Orxana zəng edib maşın qaçır qarşısını al deyərək avtomobilə tərəf qaçmış, sürücü avtomobili sürəndə sol tərəfdən sürücünün qapısından tutub avtomobili dayandırmasını və qapını açmasını tələb etmiş, sürücü ona əhəmiyyət verməyib avtomobili aşağı sürətlə irəli sürməkdə davam etmiş, həmin anda Şahid12 «BMW» markalı avtomobili dayandırmaq üçün idarə etdiyi avtomobili qarşısına sürmüş, «BMW» markalı avtomobilin sürücüsü avtomobilini dayandırmayaraq Şahid12 idarə etdiyi VAZ- 2106 markalı avtomobillə toqquşduraraq dayandırmış, Orxan da avtomobilini dayandırıb yerə düşərək onunla birlikdə sürücüyə yaxınlaşıb dərhal adını və soyadını soruşmuşlar. Daha sonra əməliyyat-axtarış tədbirlərini keçirən Şahid8 digər əməkdaşlar Dəyanət və Anar ilə birlikdə sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 əlində qara rəngdə kisəyə oxşar idman çantası ilə birlikdə yaxalamalarını və maşın yoluna gətirmələrini görmüş, həmin şəxsləri Lerik RPŞ-nə gətirmişlər. Lerik RPŞ-də təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı və videoçəkilişlə onların üzərinə şəxsi axtarış keçirilmiş, şəxs axtarış zamanı Təqsirləndirilən şəxs1 əldə edərək daşıdığı qara rəngdə kisəyə oxşar idman çantasının içində 03 ədəd sellofan bağlamada narkotik vasitəyə oxşar kütlələr, bundan əlavə digər üzərində hərflər yazılmış bağlamanın içərisindən də narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, İİR vətəndaşı onunla whatsapp vasitəsilə əlaqə yaratmış və həmin narkotik vasitələri götürüb Bakı şəhərinə aparması ilə bağlı onunla razılaşmışdır. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman üzərində hər hansı bir növdə narkotik vasitə, psixotrop maddə və cinayət xarakterli əşya, həmçinin alət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 isə narkotikdən xəbəri olduğunu demişdir. Nurlan və Niyaməddinə qarşı tərəflərindən heç bir təsir və ya təzyiq göstərilməmiş, Nurlanda axsaqlıq olmuş, özü bildirmişdir ki, Bakı şəhərində dəniz kənarında kimlərləsə mübahisə zamanı zədə almışdır. Onları Elçin müəllimin otağına aparmamışlar, bu barədə bildirdikləri yalandır. İş materiallarında olan Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid8 xx.xx.2024cü il tarixli Lerik RPŞ-nin rəisi Ramil Mustafayevə ünvanladığı “Raport”lardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində narkotik vasitələrin olması, narkotik vasitələrin daşınmasında və istifadəsində şübhəli olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 20:00 radələrində Lerik şəhərində Şəhidlər Xiyabanının yanında Şınbır adlanan ərazidə tərəflərindən saxlanılaraq şübhəli şəxs qismində Lerik RPŞ-nə gətirilmişlər. Təqsirləndirilən şəxs1 üzərində içində narkotik vasitəyə bənzər kütlə olan çanta vardır. (c 1, i.v 3-4) İş materiallarında olan «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid8 tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 5) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 20:00-da Lerik rayonu ərazisində şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 19) İş materiallarında olan şəxsi axtarış və götürmə barədə xx.xx.2024-cü il tarixli protokoldan və video-çəkilişdən görünür ki, video-çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 təqdim etdiyi çantada 03 ədəd sellofan bükümdə yaşıl rəngdə kəskin iyi olan narkotik vasitəyə oxşar kütlə, 01 ədəd bağlamada ağ rəngdə kristal formada və 01 ədəd bağlamada narkotik vasitəyə oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərində olan çox funksiyalı «HUAWEİ P30 Lite» markalı mobil telefon cihazında narkotik vasitənin yerini bildirən mesajlar, hətta narkotik vasitəni götürdükdən sonra müştəri tapıb danışması ilə bağlı səsli mesajlar olduğuna görə həmin telefon cihazı da götürülmüşdür. (c 1, i.v 21-23) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 20:00-da Lerik rayonu ərazisində şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 39) İş materiallarında olan şəxsi axtarış və götürmə barədə xx.xx.2024-cü il tarixli protokoldan və video-çəkilişdən görünür ki, şəxsi axtarışa məruz qalmış Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir növ narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 şifahi sorğu zamanı bildirmişdir ki, onda narkotik vasitə yoxdur, Təqsirləndirilən şəxs1 ilə birldikdə narkotik vasitəni daşımaq məqsədi ilə Niyaməddinin ona 200 manat pul verəcəyi və avtomobilinin yanacaq çənini yanacaqla doldurması ilə razılaşaraq Lerik şəhərinə gəlmişdir. (c 1, i.v 41-43) İş materiallarında olan baxış barədə xx.xx.2024-cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi «BMW» markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə razılıq ərizəsi və iştirakı ilə 03 fevral 2024-cü il tarixdə, sat 22:00-dan saat 22:30-a dək olan müddətdə Lerik RPŞ-nin inzibati binasının həyətində baxış keçirilmişdir. Avtomobildə narkotik vasitə və yaxud da psixotrop maddə aşkar olunmamışdır. Baxış zamanı avtomobilin ön və yan tərəfdən zədələnməsi müəyyən olunmuşdur. Avtomobil ön sol tərəfdən sol qabaq işıqlandırıcı fara səviyyəsində qismən qanadı əzilib, fara sınaraq mühərrikxanaya basılmışdır, mühərrik işə düşür, sürülməsi mümkündür, özü yeriyir. (c 1, i.v 54-57) İş materiallarında olan Lerik RMX-nın TTTY şöbəsinin növbətçi həkimi Elşad Şivəxanov tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs2 obyektiv müayinə edilmiş, heç bir xəsarət aşkar edilməmişdir. Praktik sağlamdır. (c 1, i.v 58) İş materiallarında olan TƏBİB Lerik RMX-i X12 tərəfindən Lerik RPŞ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü ildə saat 02:14 radələrindən Lerik RMX PHŞ-nin TTTY şöbəsi tərəfindən Lerik RPŞ-də vizual müayinə olunmuş, kürək, çiyin, qarın nahiyələrində heç bir zədələnmə müşahidə edilməmişdir. Sağ gözün aşağı ətrafı və sağ gicgah nahiyyəsindən aşağı, sifətində göyərmə və şişkinlik müəyyən olunmuşdur. Xəstənin dediyinə görə yolda maşın sürəndə, maşından düşəndə başı maşının yuxarı stoykasına dəyib. Başqa nahiyyələrdə zədə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 21:28 radələrində Lerik RMX PHŞ-nin TTTY şöbəsi tərəfindən Lerik RPŞ-da o obyektiv müayinə edilmiş, heç bir xəsarət aşkarlanmamış, praktik sağlamdır. (c 1, i.v 64-65) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin X2 04 fevral 2024-cü il tarixli, 19/105 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd bükülüdə təmiz çəkisi 96,430 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 ədəd bükülüdə təmiz çəkisi 97,588 qram olan ağ rəngli kristaldan ibarət psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş 01 ədəd bağlamadakı 03 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1008,0 qr: 948,0 qr: 983,0 qram; ümumi təmiz çəkisi 2939,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Qeyd: -Heroinin təmiz çəkisi 96,430 qram, tədqiqata sərf edilmişdir-0,1 qr qalıq 96,330 qram. -Metamfetaminin təmiz çəkisi 97,588 qram, tədqiqata sərf edilmişdir-0,1 qr, qalıq 97,488 qram. -Marixuananın ümumi təmiz çəkisi:-2939,0 qram, cəmi tədqiqata sərf edilmişdir-0,3 qr.(hər.0b.0,1 qr), qalıq 2938,7qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. (c 1, i.v 66-69) İş materiallarında olan xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videoçəkiliş zamanı Niyaməddin mobil telefon cihazını təqdim edir, telefon cihazında olan mesajlar səsləndirilir, mesajlardan görünür ki, özünü İİR vətəndaşı kimi təqdim edən şəxs Niyaməddinə 100 qram patı, 100 qram kakos və 3 kq ot göndərəcəyini bildirir, bundan sonra narkotik vasitələri yerləşdirdiyi yer barədə “Lerik şəhəri Şəhidlər Xiyabanı” məlumat verir, hətta narkotik vasitələrin fotoşəkilini göndərir, adını Sajad deyir, istifadə etdiyi nömrə +**********31 kimi görünür. (c 1, i.v 82-83) İş materiallarında olan Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(048)- 4/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 fevral 2024-cü ildən hesablanmışdır. (c 1, i.v 112-115) İş materiallarında olan Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(048)- 4/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 fevral 2024-cü ildən hesablanmışdır. (c 1, i.v 140-143) İş materiallarında olan maddi sübut kimi tanımaq haqqında 15 fevral 2024-cüil tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi və götürülmüş təmiz çəkisi 96,430 qram heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 96,330 qram narkotik vasitə heroin, təmiz çəkisi 97,588 qram, tədqiqatdan sonra qalıq qalmış 97,488 qram psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 2939,0 qram marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2938,7 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və işin nəticəsinə kimi saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmişdir. (c 1, i.v 165-166) İş materiallarında olan Bakı İstintaq Təcridxanası tərəfindən Lerik rayon prokuroruna ünvanlanmış xx.xx.2024-cü il tarixli məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 16:45 radələrindən müəssisənin tibb-sanitar hissəsində rentgenoloji müayinədən keçirilən sağ incik sümüyünün aşağı hissəsində yerdəyişməyən sınıq xəsarəti aşkar olunmuşdur. Həbs olunmuş şəxs Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onda aşkar olunmuş xəsarəti həbs olunan zaman almışdır. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrindən müəssisənin tibb-sanitar hissəsində rentgenoloji müayinədən keçirilən sağ gözaltı nahiyyəsində tünd-bənövşəyi rəngli qançır izləri aşkar olunmuşdur. Həbs olunmuş şəxs Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onda aşkar olunmuş xəsarəti həbs olunmamışdan əvvəl almışdır. (c 1, i.v 171, 173) İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. xx.xx.2010-cu il tarixli X8 Rayon Məhkəməsinin hökmü ilə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 30 000 rubl cərimə cəzasına məhkum edilmişdir. (c 1, i.v 182-183) İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. (c 1, i.v 184) İş materiallarında olan 14 mart 2024-cü il tarixli telefon danışıqlarına dair bir ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** və Təqsirləndirilən şəxs2 ***-***-**-** mobil nömrələrin kimin adına qeydiyyatdan keçirilməsi, həmin mobil nömrələrə 25 yanvar 2024-cü il tarixdən 04 fevral 2024-cü il tarixinədək olan müddətdə hansı ötürücü stansiyaların əhatə dairəsində aparılan danışıqlar, daxil olan və çıxan zənglər, eləcə də həmin mobil telefon sahiblərinin anket məlumatları Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsi vasitəsi ilə ələ keçirilərək məlumatlar öyrənilmiş və diskə baxış keçirilərək göstərilən müddətdə Təqsirləndirilən şəxs1 istifadə etdiyi mobil nömrədən 26 yanvar 2024cü il tarixdə 2 dəfə və 03 fevral 2024-cü il tarixdə 4 dəfə Təqsirləndirilən şəxs2 istifadə etdiyi mobil nömrəsinə qarşılıqlı zənglərin daxil olduğu, danışıqlar aparıldığı müəyyən edilmişdir. (c 1, i.v 185-186) İş materiallarında olan 08 aprel 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi və cinayət işinin istintaq materiallarına birləşdirilməsi haqqında qərarlardan görünür ki, istintaq aidiyyəti üzrə Lerik Rayon Polis Şöbəsinə göndərilmiş Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi istintaq aparılmasından ötrü icraata qəbul edilmiş, Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işinin istintaq materialları həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaq materiallarına birləşdirilməsi, cinayət işinin ********* nömrə, eləcə də Azərbaycan Respublikası CM-nin 185.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq aparılması qərara alımışdır. (c 1, i.v 188-189, 191-192) İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 476, 477, 478 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokollarından görünür ki, Təqsirləndirilən şəxs2 yüngül dərəcəli alkoqol sərxoşluğu, Şahid6 orta dərəcəli alkoqol sərxoşluğu və Şahid7 yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. (c 1, i.v 202-204) İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisində mal bazarı adlanan yerdən 300 metr məsafədədir. Zərərçəkmiş şəxs məxsus VAZ2109 markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtmobil sol yanı üstə aşaraq transformatora söykənmiş vəziyyətdə aşkar edilmişdir. (c 1, i.v 205-207) İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus VAZ2109 markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtmobilə ümumilikdə 1645 manat maddi zərər dəymişdir. (c 1, i.v 215) İş materiallarında olan 03 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (c 1, i.v 217) İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 9/322 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, VAZ2109 ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1645 manat müəyyən edilir. O cümlədən: ehtiyyat hissələrinin qiyməti 645 manat, təmir-bərpa işlərinin qiyməti 1000 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. (c 2, i.v 1- 4) İş materiallarında olan Tovuz RPŞ-dən istintaqa daxil olmuş X5 ərizəsindən görünür ki, ona vurulmuş ziyandan Tovuz rayon sakini, təqsirləndirilən şəxs Şahid7 üzərinə düşən pay hissəsini tam ödəmiş, ondan şikakyəti yoxdur. Şahid6 və Təqsirləndirilən şəxs2 şikayətçidir. (c 2, i.v 39) İş materiallarında olan Cəlilabad RİHB-nın Ağdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi atası, anası və iki qardaşından ibarətdir, barəsində nümayəndəliyə şikayət xarakterli məlumat daxil olmamışdır. (c 2, i.v 42-44) İş materiallarında olan Cəlilabad RİHB-nın Hamarqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi barədə məlumat yoxdur, barəsində nümayəndəliyə şikayət xarakterli məlumat daxil olmamışdır. (c 2, i.v 46-47) İş materiallarında olan ambulator-məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 114 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixi və fiziki asılılıq olmadan kannabiodlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata götürülməsi məsləhət görülür. (c 2, i.v 64) İş materiallarında olan ambulator-məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 115 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixi və fiziki asılılıq olmadan kannabiodlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata götürürlməsi məsləhət görülür. (c 2, i.v 65) İş materiallarında olan xx.xx.2023-cü il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan və X10 X9 Dövlət tibb müəssisələrində tibb xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 sağ qamış və incik sümüklərinin yerdəyişmiş sınığı aşkar edilmiş, xəstə xx.xx.2023-cü ildə travma almış, həmin tarixdə X7 gips, sarğı qoyulmuş, vəziyyəti kafidir. xx.xx.2023-cü ildə rentgenoqrafiya müayinəsində olub, köhnə yerdəyişmiş sınıqlar təyin olunmuşdur. (c 2, i.v 72-78) İş materiallarında olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət işindən yeni cinayət işinin ayrılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində olan «HUAWEİ» markalı və Təqsirləndirilən şəxs2 üzərində olan «Samsung GALAXY A20 s» markalı mobil telefon cihazları maddi sübut kimi tanınmış və saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmişdir. Azərbaycan Respublikası CM-nin 185.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işindən Şahid6 və Şahid7 barələrində Azərbaycan Respublikası CM-nin 185.2.1-ci, həmçinin narkotik vasitənin satışını təşkil edən, Sajad adı ilə özünü təqdim edən şəxsin hərəkəti ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni cinayət işinin ayrılması və ayrıca icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. (c 2, i.v 82-98) İş materiallarında olan xx.xx.2024-cü il tarixli X13 tərəfindən verilmiş Rentgen müayinəsinin rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə edilmiş, sağ ayaq topuq oynağı gips sarğıdadır, sağ incik sümüyü dictal zəif bitişmə ilə olan sınığı təyin edilmişdir. (c 3, i.v 85, 87-88) İş materiallarında olan Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə təqdim edilmiş 1155/2024 nömrəli tibbi kitabçadan və xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 sağ gözaltı nahiyyəsində tünd bənövşəyi qançır aşkar edilmişdir. Həbs olunmazdan əvvəl xəsarət aldığını bildirmişdir. (c 3, i.v 137-142) İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 heç bir şikayəti və tələbi yoxdur. (c 3, i.v 144) İş materiallarında olan Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə təqdim edilmiş 1155/2024 nömrəli tibbi kitabçadan və xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 sağ incik sümüyünün aşağı 1/3-nin yerdəyişməyən sınığı aşkar edilmişdir. Həbs olunan zaman xəsarət aldığını bildirmişdir. (c 3, i.v 169-179) İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Lerik RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə bacısı Raminə Mustafayevanın müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (c 3, i.v 190-192) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı tam mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxslər onlara elan olunmuş ittihamın faktiki tərəfini Təqsirləndirilən şəxs1 qismən, Təqsirləndirilən şəxs2 isə tam mübahisələndirdikləri və özlərinin müdafiəsi üçün dəlillər irəli sürdükləri üçün, məhkəmə tərkibi hesab edir ki, həmin ittihamlar üzrə hüquqi tövsifə qiymət verilməmişdən öncə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün irəli sürdüyü dəlillər yoxlanılmalıdır. Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: İİR-də olan şəxslə telefon vasitəsilə danışaraq hadisə günü Lerikdə olan narkotiki götürməyi və həmin şəxsin deyəcəyi ünvana çatdırmağı, qarşılığında isə 1500 manat pul almağı barədə razılaşmış, bu səbəbdən hadisə günü yola çıxıb Lerikə getmiş, orada Lerik otelin yanına konum göndərilmiş, özü şəkil atılan yeri görmüş, lakin yaxına getməmiş, çünki gedəcəyi yol yoxuş olmuş, düşünmüş ki, gedib götürsə əgər, malla geri qayıda bilməyəcək, bu səbəbdən geri qayıdıb, başqa yolla gedib götürmək istəmiş, amma geri qayıdanda polis əməkdaşları tərəfindən tutulmuş, narkotik olan bağlamanı isə Dəyanət adlı polis əməkdaşı əlində gətirib, otaqdakı “tumbuçkanın” üzərinə qoymuş, özü əvvəlcə bağlamanı götürmədiyini demiş, bu zaman onu vurub eləmişlər, daha sonra isə bağlamanı götürüb sonra atdığını demişdir. Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: hadisə günü Niyaməddinin Lerikə nə məqsədlə gəlməsindən məlumatı olmamış, Niyaməddin saxlanılarkən də onu görməmiş, Niyaməddin ona Lerikdə dostu ilə görüşüb qayıdacağını, maşınına benzin vuracağını, özünə də nəsə pul verəcəyini demiş, saxlanılan zaman isə onu Vaz 2106 markalı maşına atmışlar, maşının ayaqaltısı isə “nəşə” ilə dolu olmuş, həmin bağlamadan birin üstünə atmışlar ki, bu sənindi, sonrada bölmədə ona vermiş, özü isə etiraz edib qəbul etməmiş və onu döyməyə başlamışlar, çəkilişdə isə onu döyə-döyə dedizdirmişlər ki, “xəbərim var bilirdim”. Tovuzda isə içkili halda olmuş, Taleh hadisə vaxtı maşını artıq aldığını, həmin maşını kəndə aparmalı olduğunu, maşının qapısını açmağını, daha sonra özünün kəndə aparacağını demiş, həmin maşının qapısı açılmamış, özü isə maşının arxa qapısın çəkəndə qapı açılmış, bundan sonra Taleh maşına oturmuş, o və Elgün də maşını itələyib, üzü aşağı yola tərəf düşürmüş, hadisədən bir həftə qabaq da gedib həmin maşını Taleh üçün danışmışlarmış. Təqsirləndirilən şəxslərin müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs1 irəli sürdüyü saxlanılarkən və polis şöbəsində olarkən ona polis əməkdaşları tərəfindən fiziki təzyiq və pis rəftar edilməsi ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətini yüngülləşdirmək istəmişdir. Belə ki, təqsirləndirilən şəxsin iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Əksinə barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə verdiyi izahatında da özünü ittiham olunduğu cinayət əməllərini törətməkdə təqsirli bilmişdir (cild İ, i.v. 140-143). Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1 özü istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən ona qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, bildirmişlər. Bundan başqa o, İstintaq Təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçirilmiş, onun gözaltı nahiyyəsində tünd bənövşəyi qançır aşkar edilmiş, Təqsirləndirilən şəxs1 isə həmin xəsarəti həbs edilməzdən əvvəl aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 istər məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinin mahiyyəti eyniməzmunlu olmaqla, ittiham olunduğu cinayət əməllərini səmimi etiraf etmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Təqsirləndirilən şəxs1 müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar, yəni içərisində narkotik vasitələr və psixotrop maddə olan qara rəngdə kisəni yol yoxuş olduğundan geri qayıdıb, başqa yolla gedib götürmək istəməsi, amma geri qayıdanda polis əməkdaşları tərəfindən tutulması, eləcə də ibtidai istintaq zamanı içərisində narkotik vasitələr və psixotrop maddə olan qara rəngdə kisəni götürərək köşkdən təxminən 3-4 metr kənarda atması, daha sonra polis əməkdaşları tərəfindən saxlanılması məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs1 istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək külli miqdarda psixotrop maddə və narkotik vasitələri həmin şəxsin Lerik şəhərinin ərazisində gizlətdiyi yerdən götürərək satış məqsədi ilə sonuncunun dediyi yerə çatdırdıqdan sonra bunun müqabilində 1500 (bir min beş yüz) manat qazanc alacağı vədi ilə razılaşaraq 03 fevral 2024-cü il tarixdə saat 20 radələrində Lerik şəhərində fəaliyyət göstərən «Lerik Hotel»in yerləşdiyi «Şınbır» adlanan ərazisində qoyulan və istifadə olunmayan köşkün yaxınlığındakı daşın dibində gizlədilən qara rəngdə idman çantasını qanunsuz əldə etmək məqsədilə getdiyini bildirmişdir. Belə olduğu təqdirdə isə məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihama münasibətdə, təqsirləndirilən şəxsin həmin əməllərini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Çünki, hazırkı işin konkret hallarında cinayətkar qrupun həm İİR-da olan üzvi, həm də Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınmasında ifadə olunan cinayət əməllərinin birgə icraçıları hesab olunurlar və cinayətkar qrupun İİR-da olan üzvinin törətmiş olduğu cinayət əməllərinin başa çatmış hesab olunması cinayətin digər iştirakçısının, yəni Təqsirləndirilən şəxs1 də cinayət əməllərinin başa çatmasını ehtiva edir. Azərbaycan Respublikası CM-in 33-cü maddəsinin tələbinə görə: “33.1. Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. 33.2. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.5. İcraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cinayətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir.” Göründüyü kimi, qanunverici cinayətdə iştirakçıların məsuliyyətlərinin formasını dəqiq müəyyən etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8 saylı qərarının 12-ci bəndinə əsasən CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Həm CM-in 34.2-ci maddəsinin mənasına görə, həm də yuxarıda sözügedən plenum qərarında göstərilmiş hüquqi mövqeyə əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir.” Bundan başqa isə Təqsirləndirilən şəxs1 hadisə yerindən heç bir bağlama götürməməsi barədə ifadəsində göstərdiyi xüsusatlar onun hadisə zamanı istifadəsində olan mobil telefonuna baxış zamanı müəyyən edilmiş səs yazıları (özünü İİR vətəndaşı kimi təqdim edən şəxs Təqsirləndirilən şəxs1 100 qram patı, 100 qram kakos və 3 kq ot göndərəcəyini bildirir, bundan sonra narkotik vasitələri yerləşdirdiyi yer barədə “Lerik şəhəri Şəhidlər Xiyabanı” məlumat verir, hətta narkotik vasitələrin fotoşəkilini göndərir, adını Sajad deyir), eləcədə onun hadisə yerində saxlanılmasında iştirak etmiş şahid ifadələri (şahidlər Şahid8, Şahid9, Şahid10 və Şahid11 həmin ifadələrində Təqsirləndirilən şəxs1 bilavasitə hadisə yerindən bir ədəd qara rəngli bağlamanı götürdükdən sonra tərəflərindən saxlanılmasını bildirmişlər) ilə tam təkzib edilmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı dövründə irəli sürdüyü dəlillərin həqiqəti əks etdirmədiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs1 gətirdiyi həmin dəlilləri məsuliyyətini yüngülləşdirmək məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünün məsuliyyətini yüngülləşdirməyə çalışır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 etirafedici ifadələrinin təhlili göstərir ki, Təqsirləndirilən şəxs1 digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişdir. Belə ki, həm cinayət işinin materialları əsasında, həm də təqsirləndirilən şəxsin vermiş olduğu ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitələr və maddə ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun digər şəxslə (Sajad adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Sajad adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Lerik şəhərində fəaliyyət göstərən «Lerik Hotel»in yerləşdiyi «Şınbır» adlanan ərazidə istifadə olunmayan köşkün yaxınlığındakı daşın dibində narkotik vasitələr və psixotrop maddə qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə təqsirləndirilən şəxsə dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddənin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxsin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddənin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 83 və 109.1-ci sətrlərinə əsasən heroin, qurudulmuş marixuana narkotik vasitələr hesab edilir, həmin vasitələrin xeyli miqdarın aşağı həddi sətr ardıcıllığına müvafiq olaraq 0,15 qram, 5 qram, 2 qramı və ya ondan artıq hissəsi, 500 qramı və ya ondan artıq hissəsi külli miqdar, 800 qram və ondan artıq hissəsi, 50000 qram və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Habelə bu Qanunun «Psixotrop maddələr» başlıqlı «İİ siyahı»nın 118-ci sətrinə əsasən əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi xeyli miqdarın aşağı həddi, 2 qram və ya ondan artıq hissəsi külli miqdar, 400 qram və ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 6-cı bəndində qeyd olunur ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 9-cu bəndinə görə, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamların CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bağlı isə aşağıdakıları qeyd edir: Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs2 əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs2 məhkəmədə ifadə verərək CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Lerikə nə məqsədlə gəlməsindən məlumatı olmamış, Niyaməddin saxlanılarkən də onu görməmiş, Niyaməddin ona Lerikdə dostu ilə görüşüb qayıdacağını, maşınına benzin vuracağını, özünə də nəsə pul verəcəyini demiş, saxlanılarkən və sonradan Lerik Rayon Polis Şöbəsinə aparılarkən polis əməkdaşları tərəfindən döyülmüş, işgəncəyə məruz qalmış, ayağı sındırılmış və nəticədə etirafedici ifadə verməyə məcbur qalmış, başqa sözlə, ona qarşı irəli sürülmüş ittiham qanunsuz və əsassızdır. Müdafiə tərəfi ittihamı bütövlükdə mübahisələndirdiyindən məhkəmə hesab edir ki, əvvəlcə iş üzrə mübahisəli və mübahisəsiz hallar müəyyən edilməli, məhz iş üzrə mübahisəli hallar müəyyən edildikdən sonra həmin hallar ittiham tərəfi və müdafiə tərəfinin, eləcə də məhkəmənin təşəbbüsü ilə əldə edilərək cinayət işinə əlavə edilmiş sübutlar əsasında qarşılıqlı şəkildə yoxlanılmaqla təhlil olunmalıdır. Bu səbəbdən də iş üzrə mübahisəli hallar aşağıdakılardan ibarətdir:
1. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonrakı dövr ərzində, yəni dövlətin (polisin) nəzarəti altına keçdikdən sonra döyülüb-döyülməməsi, işgəncəyə və qeyri-insani rəftara məruz qalıb-qalmaması və bu qəbildən olan sair hallar,
2. İbtidai araşdırmanın ilkin dövründən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulub-pozulmaması. İbtidai araşdırma zamanı bu hissədə araşdırma aparılsa və nəticədə döyülmə və işgəncə faktı öz təsdiqini tapmaması səbəbindən cinayət işinin başlanması rədd edilsə də, Təqsirləndirilən şəxs2 məhkəmədə polis əməkdaşları tərəfindən döyüldüyünü, işgəncəyə və qeyri-insani rəftara məruz qaldığını, o cümlədən etirafedici ifadə verməyə məcbur qalmasının səbəbi kimi onun ayağının sındırıldığını davamlı şəkildə iddia etdiyindən bu hissədə məhkəmə tərəfindən məhkəmə baxışının hüdudları çərçivəsində araşdırma aparılmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 saxlanıldığı istintaq təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçirilmiş, tibbi sənədlərə əsasən həmin vaxt onun sağ incik sümüyünün aşağı 3/1-nin yerdəyişməyən sınığı (R-müayinəsi) aşkar edilmiş, xəsarəti həbs olunan zaman aldığı qeyd edilmişdir. Təqsirləndirilən şəxs2 isə həmin xəsarəti etirafedici ifadələr verməsi üçün polis əməkdaşları tərəfindən ona edilmiş işgəncənin nəticəsində yarandığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması barədə prokurorluq orqanı tərəfindən araşdırma aparılmış, lakin nəticədə fakt öz təsdiqini tapmaması səbəbindən prokurorluq tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Lakin sözügedən araşdırma zamanı yalnız Təqsirləndirilən şəxs2 və onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatlarının alınması ilə kifayətlənib, nəticə də xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmaması qənaətinə gəlinmişdir. Məsələ ondan ibarətdir ki, prokurorluq araşdırma zamanı Bakı İstintaq Təcridxanası tərəfindən xx.xx.2024-cü ildə verilmiş məlumat əsasında Təqsirləndirilən şəxs2 həbs olunan zaman sağ incik sümüyünün aşağı hissəsində yerdəyişməyən sınıq xəsarətinin olması qeyd olunsa da, ümumiyyətlə bu hissədə heç bir araşdırma aparmadan yalnız Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət izləri qalmadığı üçün ekspertizadan keçməkdən imtina etməsini kimi izahatını qeyd etməklə və onun saxlanılmasında iştirak etmiş Lerik RPŞ-nin əməkdaşlarının tərəflərindən Təqsirləndirilən şəxs2 fiziki və psixi zorakılığa məruz qalmaması barədə izahatları ilə qərar qəbul etmişdir. Halbuki, istintaq təcridxanasının vermiş olduğu məlumatında belə Təqsirləndirilən şəxs2 bədən səthində hər hansı bir xəsarət izlərinin olması barədə deyil, konkret olaraq sonuncunun sağ incik sümüyünün aşağı hissəsində yerdəyişməyən sınıq xəsarətinin olması qeyd edilmişdir. Təqsirləndirilən şəxs2 isə saxlanıldıqdan sonra, yəni onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, Bakı İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonrakı mərhələlərində ibtidai araşdırma zamanı ittihamı mübahisələndirərək polis əməkdaşları tərəfindən döyüldüyünü və işgəncəyə məruz qaldığını bildirmişdir. O, məhkəmədə eyni mövqedən çıxış edərək saxlanılarkən və saxlanıdlıqdan sonra polis əməkdaşları tərəfindən döyüldüyünü və işgəncəyə məruz qaldığını, məhz bunun nəticəsində etirafedici ifadə verməyə məcbur qaldığını bildirmişdir. Bu məsələdə ən vacib dəlil məhkəmə istintaqı zamanı tədqiq edilmiş tibbi sənədlər və Təqsirləndirilən şəxs2 aid ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış ilə bağlıdır. Belə ki, ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü ildə sağ qamış və incik sümüklərinin yerdəyişmiş sınığı diaqnozu ilə aldığı travmaya görə X7 gips sarğı qoyulmuşdur. Daha sonra xx.xx.2023-cü ildə müayinə zamanı vəziyyəti kafi qiymətləndirilməklə R-müayinəsi nəticəsində köhnə yerdəyişmiş sınıqların olması müəyyən edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü ildə aldığı travma nəticəsində sağ ayağında olan sağ qamış və incik sümüklərinin yerdəyişmiş sınıq xəsarətləri artıq xx.xx.2023-cü ildə köhnə sınıqlar kimi qiymətləndirilmiş, bundan sonra isə saxlanıldığı xx.xx.2024-cü ildək isə kifayyət qədər müddət keçmişdir. Lakin Təqsirləndirilən şəxs2 Lerik RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra isə artıq onda yenidən sağ incik sümüyünün yerdəyişməyən sınıq xəsarətinin yaranması xüsusatı onun döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı məhkəmədə ciddi şübhələr yaradır. Bu şübhələrin isə Təqsirləndirilən şəxs2 əleyhinə istifadə edilməsi cinayətprosessual qanunvericiliyi ilə qadağan olunur. Belə ki, həmin xəsarətə ibtidai istintaq orqanı xx.xx.2024-cü il tarixdə sübutların qiymətləndirilməsi haqqında qərarda xx.xx.2024cü il tarixdə saat 20 radələrində Lerik RPŞ-nin əməkdaşları tərəfindən yaxalanarkən idarə etdiyi avtomobili sürərək qarşısına çıxan VAZ-2106 markalı avtomaşınla toqquşdurduğu zaman yenidən sağ ayağından xəsarət almış və incik sümüyü sınmış, onun qəsdən döyülərək ona sağ ayağının incik sümüyünün sınması ilə nəticələnən xəsarətin yetirilməsi halları təsdiq olunmadığından iş üzrə həmin xüsusatın icraatına xitam verilmişdir. Bu hissədə məhkəmə hesab edir ki, həqiqətəndə Təqsirləndirilən şəxs2 aşkar edilmiş xəsarət saxlanılarkən avtomaşınların toqquşması zamanı yaranmışdırsa, ən azından onu saxlayan polis əməkdaşları elə hadisə yerində, yaxud da polis şöbəsində olarkən təcili və təxirəsalınmaz tibbi yardıma müraciət etməli və Təqsirləndirilən şəxs2 ilkin tibbi yardım göstərilməli, aldığı xəsarətin isə nə vaxt, hansı şəraitdə yetirilməsi ilə bağlı sənədləşdirmə aparılmalı idi. Lakin Təqsirləndirilən şəxs2 saxlanıldığı xx.xx.2024-cü il tarixdən istintaq təcridxanasına təhvil verildiyi xx.xx.2024-cü il tarixədək olan 03 gün ərzində nəinki, sonuncuda olan sağ incik sümüyünün yerdəyişməyən sınığı kimi aşkar xəsarəti ilə bağlı hər hansı bir rəsmiləşdirmə aparılmamış, hətta ona hər hansı bir tibbi yardım belə göstərilməmişdir. Belə bir müraciətin olmasını təsdiq edən hər hansı yanakı sübut belə nə ibtidai istintaq zamanı, nədə ki, məhkəmə istintaqı zamanı ittiham tərəfindən məhkəməyə təqdim edilməmişdir. İstintaq orqanının bu məsələ ilə əlaqədar yeganə təqdim etdiyi sübut isə yalnız Lerik RMX-nın TTTY şöbəsinin növbətçi həkimi Elşad Şivəxanov tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli arayış və TƏBİB Lerik RMX-i X12 tərəfindən Lerik RPŞ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktublardır ki, həmin arayışda və məktubda Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 21:28 radələrində Lerik RMX PHŞ-nin TTTY şöbəsi tərəfindən Lerik RPŞ-də obyektiv müayinə edilməsi və heç bir xəsarətin aşkar edilməməsi və praktik sağlam olması qeyd edilmişdir. Göründüyü kimi ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 aşkar edilmiş xəsarətin məhz avtomobillərin toqquşması nəticəsində əmələ gəlməsi kimi arqumentləri, elə ibtidai istintaq orqanı tərəfindən iş materiallarına əlavə edilmiş yuxarıda göstərilən sənədlərlə də tam təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs2 saxlanıldıqdan sonra qısa bir müddət ərzində (xx.xx.2024-cü ildə saat 20:00-da saxlanılır, 20:58-dən 21:20-dək üzərinə şəxsi axtarış keçirilir) Lerik RMX PHŞ-nin TTTY şöbəsi tərəfindən Lerik RPŞ-də obyektiv müayinə edilmiş, sonuncuda hər hansı bir xəsarət aşkar edilməmişdir. Göründüyü kimi ibtidai istintaqın təqsirləndirilən şəxsin almış olduğu xəsarəti, onun saxlanılması zamanı avtomobillərin toqquşması nəticəsində alması barədə göstərdikləri xüsusat, elə özləri tərəfindən təqdim edilmiş yuxarıda göstərilən neytral sübutlarla tam təkzib edilir. Bu hissədə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilmiş xəsarəti məhz avtomobillərin toqquşması nəticəsində almasına, eləcə də xəsarətin hansı şəraitdə almasının müəyyən edilib-edilməməsinə dair hər hansı bir qeydiyyatın düzgün şəkildə aparılıb-aparılmaması, təqsirləndirilən şəxsin iradəsindən asılı olan hal kimi qəbul edilə bilməz. Bu məsələ ilə əlaqədar məsuliyyət hər bir halda səlahiyyətli vəzifəli şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, bu məsələdə Təqsirləndirilən şəxs2 məsuliyyət daşımır və bu hissədə yaranan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs2 saxlanıldıqdan sonra döyülməsi və işgəncəyə məruz qalması hissəsində verdiyi ifadəsini daha ağlabatan hesab edir. Məhkəmə belə nəticəyə gələrkən həm də ona istinad etmişdir ki, təqsirləndirilən şəxsin mübahisələndirdiyi yuxarıdakı hallar məhkəmədə aparılmış araşdırma zamanı öz təsdiqini tapmışdır. Başqa sözlə, bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halların həqiqət olması daha çox işin hallarına uyğundur. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ilkin araşdırma zamanı verdiyi etirafedici ifadələri, yəni şübhəli şəxs qismində, şəxsi axtarış zamanı, təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri cinayət prosessual qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə əldə edildiyindən və ibtidai istintaq orqanı tərəfindən bu sübutlar qanunsuz şəkildə əldə edildiyindən mötəbər sübut kimi qəbul edilə bilməz və ona görə də məhkəmə göstərilən sübutları qanunsuz şəkildə əldə edilmiş sübut kimi qəbul edir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, ibtidai istintaqda təqsirləndirilən şəxsin ilkin şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələri ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, həmin ifadələr məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq olunmamışdır. Məhkəmə araşdırması zamanı digər təqsirləndirilən şəxs Niyaməddin Əmədullyevin də sübut qismində qəbul edilmiş ifadələrindən görünür ki, sonuncu barəsində cinayət təqibi başladığı andan Təqsirləndirilən şəxs2 onun nə üçün, hansı işlə əlaqədar, yəni narkotik vasitə üçün Lerik şəhərinə getməyini bildirmədiyini, Təqsirləndirilən şəxs2 yalnız onu Lerik şəhərinə aparması üçün 200 manat pul verəcəyi və avtomobilinin yanacaq çənini yanacaqla dolduracağı barədə razılaşdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə barəsində artıq həbs qətimkan tədbiri barədə verilmiş vəsatətə baxarkən, məhkəmə iclasında izahatında və istintaqın sonrakı mərhələlərində vermiş olduğu ifadələrində Niyaməddin nə məqsədlə Lerik şəhərinə gəldiyindən məlumatının olmadığını, sadəcə taksi kimi 200 manat müqabilində onu Lerik şəhərinə gətirdiyini, Lerik RPŞ-də onu narkotik vasitənin gətirilməsindən xəbəri olduğunu etiraf etməyə məcbur etdiklərini bildirmişdir. Göründüyü kimi ibtidai istintaq zamanı və məhkəmə istintaq zamanı ittiham tərəfinin Təqsirləndirilən şəxs2 qarşı yeganə sübutları da məhz həmin ilkin etirafedici ifadələr olmuşdur. İstintaqın sonrakı mərhələlərində isə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddənin gətirilməsindən, ümumiyyətlə sözügedən cinayət hadisəsi ilə hər hansı bir əlaqəsinin olmasına dair yanakı sübutlar belə təqdim edilməmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həmin ilkin ifadələrində göstərdiyi qeyd olunan xüsusatlar ittihamın əsası kimi qəbul edilməməlidir. Çünki, sözügedən qanun normasına əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Müdafiə tərəfinin mübahisələndirdiyi digər məsələyə gəldikdə isə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saxlanıldıqdan sonra müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, o və digər Təqsirləndirilən şəxs1 Lerik RPŞ-nin əməkdaşları tərəfindən Lerik şəhəri, “Şınbır” adlanan ərazidə saxlanılmış və prosessual hərəkətlərin həyata keçirilməsi məqsədi ilə Lerik RPŞ-nə aparılmışlar, orada onların üzərində ayrı-ayrılıqda şəxsi axtarış keçirilmiş və həmin vaxt orada (hər iki şəxsi axtarış zamanı) müdafiəçi qismində Mirxan Şahmarov iştirak etmişdir. İlk baxışdan bu şübhəli məqam kimi görünməsə də, aparılmış prosessual hərəkətlərin ardıcıllığı, həmin hərəkətlərin nəticələrinə dair tərtib edilmiş prosessual sənədlərin mahiyyəti və həmin prosessual hərəkətlərdə müdafiəçinin sərgilədiyi mövqe ona dəlalət edir ki, Təqsirləndirilən şəxs2 Lerik RPŞ-də müdafiəçi təqdim edilsə də, həmin müdafiəçi tərəfindən səmərəli hüquqi yardım göstərilməmiş, yəni müdafiə hüququ səmərəli şəkildə keçirilmədiyindən bu müdafiə formal şəkildə həyata keçirilmişdir. Belə ki, hər iki təqsirləndirilən şəxsə müdafiəçi qismində Mirxan Şahmarov təqdim edilmiş, həmin müdafiəçinin iştirakı ilə ilk öncə xx.xx.2024-cü ildə saat 20:20-dən 20:53dək Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş (halbuki faktiki olaraq şəxsi axtarışın videoçəkilişi 28 dəqiqə 50 saniyə davam edir), şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 taksi kimi onu aparıb gətirməsi qarşılığında 200 manat pul və avtomobilinin yanacaq çəninə yanacaq vurması ilə bağlı razılaşdıqlarını bildirir, bundan sonra eyni müdafiəçinin iştirakı ilə xx.xx.2024-cü ildə saat 20:58-dən 21:20-dək Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş (halbuki faktiki olaraq protokolda göstərildiyi kimi 22 dəqiqə yox, şəxsi axtarışın videoçəkilişi 06 dəqiqə 05 saniyə davam edir), şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 Nurəddin Əmədullayevin narkotik vasitə götürməsi və daşıması barədə məlumatı olduğunu, sonuncunu götürdüyü narotik vasitələrlə birlikdə yola qədər gətirməli olduğunu bildirir. Artıq müdafiəçi Mirxan Şahmarova və ibtidai istintaq orqanına təqsirləndirilən şəxslərin fərqli izahatlar verməsi açıq-aşkar bəlli olduğu təqdirdə müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirildiyi zaman heç bir sual verilməmiş, izahatlar arasındakı fərqləri aydınlaşdırmağa çalışmamış, eləcədə qanuni mənafeyi ilə ziddiyyət təşkil edən şəxsə hüquqi yardım göstərməsi ilə bağlı özü-özünə etiraz etməmiş, bu azmış kimi hər iki təqsirləndirilən şəxsin şübhəli şəxs qismində dindirilməsində iştirak etmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə bağlı heç bir vəsatət verməmiş, məhkəmə nəzarəti qaydasında Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçildikdən sonra həmin qərardan apellyasiya şikayəti verməmiş, başqa sözlə, ittihamın mübahisələndirilməsi istiqamətində heç bir prosessual hərəkət etməmişdir. İbtidai istintaq orqanı yalnız xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçildikdən sonra sözügedən əsasla Mirxan Şahmarovun Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində iştirakına xitam vermişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman o, formal cəhətdən müdafiəçi ilə təmin olunmuş, yəni vəkil Mirxan Şahmarov ilə təmin olunsa da, həmin müdafiəçi ona Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsi ilə təminat altına alınmış yüksək keyfiyyətli hüquqi yardım göstərməmiş və nəticədə təqsirləndirilən şəxs göstərilən hüquqdan məhrum edilmişdir. "İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsəllələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokol mümkün olmayan sübut kimi qiymətləndirilməli və bu səbəbdən də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında protokol əhəmiyyətsiz hesab edilməklə sübutlar siyahısından xaric edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 10 aprel 2014-cü il tarixli Qərarında (həmin şikayətdə Layıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmiş) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin "cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu həmin maddənin "məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Layıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Layıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun "atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyildir. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmişlər, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı ibtidai istintaq orqanı tərəfindən yol verilmiş daha çox qanun pozuntularını göstərib sadalamaq mümkündür. Lakin məhkəmə hesab edir ki, yuxarıda göstərilən hüquqi məsələlər və dəlillər Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 234.4.1 və 234.4.3-cü maddələri ittiham üzrə təqsirinin sübuta yetirilməməsi nəticəsinə gəlməyə əsas verir. Belə ki, işgəncə ilə bağlı Avropa Məhkəməsinin hüquqi mövqeyi bundan ibarətdir ki, nəinki işgəncənin mövcudluğu, hətta işgəncə barədə iddiaların araşdırılmaması, təqsirləndirilən şəxsin Avropa Konvensiyasının 3-cü maddəsi ilə təsbit edilən hüququnu pozur, yəni artıq özü özlüyündə müdafiə tərəfinin işgəncə və digər qanunsuz metodlardan istifadə olunmaqla, əldə olunması kimi dəlillə mübahisələndirdiyi sübutların mümkünlüyü, kifayətedənliyi üzrə məhkəmə qənaətini, ümumiyyətlə aparılan icraatın nəticələrini şübhə altına alan ciddi pozuntu kimi çıxış edir. Avropa Məhkəməsinin şərh olunan məsələ ilə bağlı hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı göstərmək olar. Birinci işdə Assenov və onu təmsil edən valideynləri iddia edirdilər ki, Assenov polis əməkdaşları tərəfindən qəddarlıqla döyülmüşdür. Bolqarıstan höküməti bu iddiaya etiraz etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə qədər məsələni araşdıran Avropa Komissiyası hadisələrin üstündən dörd ildən artıq vaxt keçdiyinə və Bolqarıstanın dövlət orqanları tərəfindən vaxtında kifayət qədər müstəqil istintaq aparılmadığına görə iddiaçının, və yaxud Bolqarıstan hökümətinin mülahizələrinin daha mötəbər olduğunu müəyyən edə bilməmişdir. Avropa Məhkəməsi də Komissiya kimi ona təqdim olunmuş sübutlar əsasında ərizəçiyə xəsarətlərin polis tərəfindən yetirilib-yetirilməməsinin müəyyən edilməsini qeyri-mümkün hesab etmişdir. Buna baxmayaraq, Avropa Məhkəməsi Assenovun iddiasının əsaslı olması, Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gəldi, və belə nəticə üçün əsas yaradan hal olaraq xüsusilə onu qeyd etdi ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyri-qanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, effektiv rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istintaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə qeyri effektiv olacaqdır və bəzi hallarda Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. “Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında da eyni mövqeyi sərgiləyən Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirdi (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”). Məhkəmə həmin iş üzrə qərarında qeyd etdi ki, “3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur”. İşgəncə verdikləri iddia edilən əməliyyat-axtarış tədbirini aparmış əməkdaşlar və bir çox hallarda onlarla etibarlı münasibətlərdə olan hal şahidləri əslində işgəncə barədə iddia ilə əlaqədar maraqlı şəxslər qismində çıxış edirlər. Bu səbəbdən də Avropa Məhkəməsi Üzv Dövlətlərə tövsiyyə etmişdir ki, məhkəmələr işgəncə, pis rəftar barədə iddialar irəli sürüldükdə, yalnız maraqlı şəxslərin ifadələri ilə kifayətlənməyib, daha dərin və ətraflı araşdırma aparmalı, o cümlədən təqsirləndirilən şəxsi tibbi ekspertlərin müayinəsindən keçirməli, onun tutulana qədər (əməliyyat axtarış tədbirinədək) və bundan sonraki sağlamlıq vəziyyəti barədə məlumat verə biləcək şəxslərin dairəsini müyyən edib onların (məsələn qohumların, təqsirləndirilən şəxslə birlikdə müvəqqəti saxlama, istintaq təcridxanalarında olmuş şəxslərin, digər kənar müşahidəçilərin) dindirilməsini təmin etməli, tutulması (həbs edilməsi) ilə əlaqədar tərtib edilmiş şəxsi işi təcridxanadan tələb edib onun materiallarını, o cümlədən MSY-nə, istintaq təcridxanasına daxil olarkən şəxsin sağlamlıq vəziyyətinə dair sənədləri tədqiq etməlidirlər. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün ciddi əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının sübut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn “Tomasi Fransaya qarşı iş”də (1992-ci il) Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Hazırkı cinayət işi üzrə ortada işgəncə barədə iddia olduğundan və məhkəmə istintaqında aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs2 tutulduğu vaxtadək, yəni xx.xx.2024-cü il tarixədək üzərində xəsarətlərin olmadığı müəyyən edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs həqiqətən də tutularkən və tutulduqdan sonra, yəni faktiki olaraq dövlətin nəzarətində olduğu vaxt zorakılığa, işgəncəyə və qeyri-insani rəftara məruz qalmışdır. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin zorakılığa, işgəncəyə və qeyri-insani rəftara məruz qalmaları, ələlxüsus bu kimi halların onun dövlətin nəzarətinə keçdikdən sonra baş verməsi faktiki olaraq cinayət əməlləri təşkil edir. Təəssüf ki, prokurorluqda bu barədə araşdırma aparılsa, polis əməkdaşları barəsində cinayət təqibinin başlanması rədd edilsə də, nəticə etibarı ilə təqsirləndirilən şəxsə həmin xəsarəti yetirən təqsirkar şəxs/lər müəyyən edilməmiş və qanunsuz əməllərə yol vermiş təqsirkar şəxs/lər cinayət məsuliyyətinə cəlb edilməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin, və digər əşyaların həqiqilinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”. CPM-in 125.2.2-ci maddəsi zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə olunan sübutları yolverilməz elan edir. Cinayət-Prosessual Qanunun 21.2 və 145.3-cü maddələri isə məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin qeyrinə təfsir etməyi tələb edir. Bu səbəbdən də Təqsirləndirilən şəxs2 sağ ayağında incik sümüyünün 3/1-nin yerdəyişməyən sınığının aşkar edilməsi ona zorakılığın edildiyini, işgəncənin verildiyini və bununla da onun qeyri-insani rəftara məruz qaldığını təsdiq edir. Belə olduğu halda isə təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı təhqiqat və ibtidai istintaq orqanına verdiyi etirafedici ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təhqiqat və ibtidai istintaq orqanına verdiyi etirafedici ifadələri yolverilməzliyinə görə sübutlar siyahısından xaric olunmalıdır. Əks yanaşma qeyd edilən hissədə məhkəmə araşdırmasının səmərəli olmamasına və əhəmiyyətsizliyinə səbəb olan haldır. Maraqlısı odur ki, prokurorluq orqanında araşdırma aparılarkən və həmin araşdırma zamanı tibbi sənədlər əsasında təqsirləndirilən şəxsin sağ ayağında incik sümüyünün 3/1nin yerdəyişməyən sınığının olması fakt təsdiq olunsa da, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da həmin xəsarəti ona yetirmiş şəxslər müəyyən edilməmişlər və cinayət məsuliyyətinə cəlb edilməmişlər. Bu səbəbdən də məhkəmə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə qəti şəkildə razılaşmır və hesab edir ki, bu qərar təqsirləndirilən şəxsin iddia etdiyi halların həqiqət olmasına və onun sağ ayağında incik sümüyünün 3/1-nin yerdəyişməyən sınığının saxlanıldıqdan sonra yetirilməsi ilə bağlı nəticəyə gəlməyə mane olmur. Belə ki, həmin qərarda təqsirləndirilən şəxsin saxlanılmasında hansı polis əməkdaşlarının iştirak etməsi müəyyən edildiyi, təqsirləndirilən şəxsin sağ ayağında incik sümüyünün 3/1-nin yerdəyişməyən sınığının olması faktı təsdiq edildiyi halda, təqsirləndirilən şəxsə həmin xəsarətlərin harada, hansı şəraitdə, kimin tərəfindən və hansı üsullarla yetirilməsi hallarına nəinki lazımi hüquqi qiymət verilməmiş, əksinə ümumiyyətlə qeyd edilən hallar araşdırılmamışdır. Bu da prokurorluq orqanında aparılmış araşdırmanın natamam, keyfiyyətsiz və qüsurlu olmaqla yanaşı, həmçinin araşdırmanın səthi aparıldığının göstəricisidir. Əks nəticəyə gəlmək üçün başqa ağlabatan əsas yoxdur. Başqa sözlə, təqsirləndirilən şəxsin üzərində xəsarət olmadığı vaxtda tutulduqdan sonra onun üzərində xəsarətin yaranması Avropa Məhkəməsinin formalaşdırdığı presedent hüququna əsasən təqsirləndirilən şəxsə işgəncənin verilməsini və onun qeyri-insani rəftara məruz qalmasını təsdiq edir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda prokurorluq tərəfindən yoxlanılmasına və əsassızlığının müəyən olunmasına görə məhkəmə tərəfindən rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Azərbaycan Respublikası CPM-in 33.3-cü maddəsinin və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair həmin Məcəllənin 349.5.2-ci maddəsinin tələbləri ilə uzlaşmır. Çünki faktiki olaraq məhkəmələr işgəncə barədə iddianı yoxlamadan yalnız prokurorluğun apardığı araşdırmanın nəticələrinə görə rədd edərkən və bu iddia ilə mübahisələndirilən sübutu da (məsələn təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi etirafedici ifadəni) mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə deyil, prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Ona görə də işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla, işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də prokurorluğun qərarına görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2- ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan bu sübutlar əsasında Təqsirləndirilən şəxs2 ibtidai araşdırma orqanı tərəfindən cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Həmin Məcəllənin 42.2.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə (şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə) baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs2 qarşı CM-in 185.2.1-ci maddəsilə irəli sürülmüş ittihamla bağlı aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxs2 məhkəmə iclasında həmin ittihamla bağlı verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar, məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan və tədqiq edildikdən sonra doğruluğunu özünün də təsdiq etdiyi təqsirləndirilən şəxs qismində ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə həmin hissədə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü ildə təqsirləndirilən (cild İİ – i.v. 110- 113) şəxs qismində verdiyi ifadəsində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadəsində təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə zərərçəkmiş şəxsə məxsus avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib itələyərək təxminən 500 metr məsafə qət etdikdən sonra avtomobili saxlaya bilmədiklərini, avtomobilin isə dərəyə aşaraq zəldələndiyini qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmiş, həmin ifadəsinin doğruluğunu da məhkəmə istintaqı zamanı təsdiq etmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı da zərərçəkmiş şəxs özünə məxsus avtomobilin satılması ilə bağlı nə təqsirləndirilən şəxslə, nədə ki, digər şəxslərlə aralarında hadisədən əvvəl hər hansı bir danışığın olmadığını bildirərək, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı vermiş olduğu bu halla bağlı ifadələrini təkzib etmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və doğruluğunu məhkəmə istintaqı zamanı təsdiq etdiyi ifadəsində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadəsini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisələrinə münasibətdə Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişlər. Ona görə də, təqsirləndirilən şəxslər CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf edib, səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxs ilə barışdığını, ona vurulmuş zərəri ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını (hər iki təqsirləndirilən şəxsə münasibətdə), Təqsirləndirilən şəxs1 münasibətdə aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin çəkisini, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələrin və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyaları həddində yalnız azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 isə təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və onlar həmin cəzanı çəkməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 02 fevral 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 03 fevral 2024-cü il tarixdən 18 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 15 (on beş) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla cəzası ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil edilməli, təyin edilmiş cəza müddəti bitdiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəylərini nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Lerik RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq 96,330 qram narkotik vasitə heroin, 97,488 qram psixotrop maddə metamfetamin, 2938,7 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd HUAWEİ markalı mobil telefon cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməli, Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd Samsung Galaxy A20 markalı mobil telefon isə onun özünə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat Təqsirləndirilən şəxs1 alınaraq, “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 03 fevral 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 01 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 03 fevral 2024-cü il tarixdən 18 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 15 (on beş) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 02 (iki) il 01 (bir) ay azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəza müddətinə daxil edilsin, təyin edilmiş cəza müddəti bitdiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lerik RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 96,330 qram narkotik vasitə heroin, 97,488 qram psixotrop maddə metamfetamin, 2938,7 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan və Lerik RPŞ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd HUAWEİ markalı mobil telefon cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin, Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd Samsung Galaxy A20 markalı mobil telefon isə onun özünə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) Təqsirləndirilən şəxs1 alınaraq, “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev