Məhkəmə qərarları › İş №1(099)-300/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-300/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-300/2024 22.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 və qanuni nümayəndəsi-atası X7 iştirakı ilə xx xxxx 1996-cı ildə Əli-Bayramlı (Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmuş və məhkumluğu olan, Şirvan şəhəri, Xəqani küçəsi 9, ev 360-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 151, 152.1, 156.1, 171-1.1, 182.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs digər şəxsin sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə məcbur etmə, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, şəxsi və ailə həyatının sirri olan məlumatları, habelə videoçəkiliş materialını sosial şəbəkədə yaymaqla şəxsi həyatın toxunulmazlığını pozma, uşaq pornoqrafiyası hesab olunan videoçəkilişi saxlama və yayma, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını tələb etmə və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının əvvəllərində axşam saatlarında Şirvan şəhəri, K.Kərimov küçəsində yerləşən “N” saylı hərbi hissəsinin yaxınlığındakı çöllük ərazidə olan yarımtikilidə, qonşuluqda yaşayan dostu Şahid3 təklifi əsasında oraya gəlmiş 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 Şahid3lə cinsi əlaqədə olan zaman Zərərçəkmiş şəxs1 və Şahid4 ilə birlikdə həmin tikilinin çölündə gözləmiş, Şahid3 çölə çıxdıqdan sonra o, Zərərçəkmiş şəxs3 olan yarımtikiliyə daxil olaraq mobil telefonunda yazıb izah etməklə danışma və eşitmə qabilliyyətindən məhrum olan Zərərçəkmiş şəxs3 sair asılılığından istifadə edərək Şahid3lə cinsi əlaqədə olması barədə məlumatları atası X10 deyəcəyi ilə və barəsində rüsvayedici məlumatları yaymaqla hədələyib cinsi ehtiras hissini təmin etmək məqsədilə Zərərçəkmiş şəxs3 ilə arxa keçəcək vasitəsilə qeyri-təbii yolla cinsi əlaqəyə girib seksual xarakterli digər hərəkətlərə məcbur etmiş, sonra Zərərçəkmiş şəxs1 yarımtikiliyə daxil olub Zərərçəkmiş şəxs3 ilə sonuncunun razılığı əsasında arxa keçəcək vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olan zaman onların cinsi əlaqədə olmasını gələcəkdə Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə pul tələb etmək və yetkinlik yaşına çatmayan şəxslərin real cinsi əlaqəsini özündə əks etdirən pornoqrafik xarakterli videogörüntünü yaymaq məqsədi ilə öz istifadəsində olan “Samsung A10” markalı mobil telefon vasitəsilə videoya çəkərək özündə saxlamış, daha sonra tamah məqsədi ilə 2022-ci ilin əvvəllərindən 2022-ci ilin sonuna qədər olan müddət ərzində Şirvan şəhərində Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 ilə cinsi əlaqədə olmasını özündə əks etdirən pornoqrafik xarakterli videogörüntünü sosial şəbəkədə paylaşaraq ictimailəşdirəcəyini bildirib onun barəsində rüsvayedici məlumatları yaymaqla hədələyib Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 1000 (bir min) manat məbləğində pulu hədə-qorxu ilə tələb edərək müxtəlif vaxtlarda Şirvan şəhərində X17 İqtisadiyyat Kollecinin yaxınlığında, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit market” adlı ticarət obyektinin qarşısında, Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Cənnət Bağı” restoranının qarşısında və s. ayrı-ayrı yerlərdə görüşərək almış, cinayətkar əməllərini davam etdirərək sonuncudan yenidən hədə-qorxu ilə 30 manat məbləğində pul tələb etdikdə Zərərçəkmiş şəxs1 artıq tələblərini yerinə yetirmədiyinə görə 2022-ci ilin oktyabr və dekabr aylarında olmaqla ümumilikdə iki dəfə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 şəxsi həyatlarının sirrini təşkil edən həmin videogörüntünü “İnstagram” sosial şəbəkəsində özü tərəfindən idarə olunan “qaqacell_018” adlı açıq, yəni bütün “İnstagram” sosial şəbəkəsi istifadəçilərinin görə biləcəyi profildə paylaşıb yaymaqla sonuncuların şəxsi həyatlarının toxunulmazlığı hüquqlarını pozmuş, həmçinin uşaqların və yetkinlik yaşına çatmayan şəxslərin əxlaqının pozulmasına səbəb olan hərəkətlər etməklə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin real cinsi əlaqəsini özündə əks etdirən uşaq pornoqrafiyası olan videogörüntünü saxlayıb yaymışdır. Bundan başqa, o, “İnstagram” sosial şəbəkəsində tanış olduğu Şirvan şəhər sakini, özündən 11 yaş kiçik, 12 avqust 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sonuncunun razılığı ilə ailə qurmaq məqsədilə 09 aprel 2023-cü il tarixdə, saat 00:00 radələrində öz yaşadığı ünvan 1 ünvanına gətirmiş, 10 aprel 2023-cü il tarixdə aşkar surətdə 16 yaşına çatmamış Zərərçəkmiş şəxs2 razılığı əsasında sonuncu ilə cinsi əlaqədə olaraq 16 yaşına çatmamış şəxslə təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-3,462 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 18 may 2023-cü il tarixdə, saat 18 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, H.Əliyev prospektində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən bir ədəd bükümdə külli miqdarda-3,462 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 151, 152.1, 156.1, 171-1.1, 182.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib, yəni CM-nin 151, 152.1, 156.1, 171-1.1, 182.1 maddələri ilə özünü təqsirli bilib və CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq subay olsa da, qeyri-rəsmi olaraq evlidir, himayəsində bir azyaşlı uşağı vardır. Əvvəllər arvadı Jalə Sultanova ilə bir yerdə yaşamış, sonradan ondan ayrılmış, hazırda isə arvadı Jalə azyaşlı uşağı Məhəmməd ilə birlikdə onun (Təqsirləndirilən şəxs) evində yaşayırlar. O, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin Şirvan şəhərində təkər təmiri sexində işləmiş, əvvəllər oğurluqla bağlı məhkum olunmuş, 2021-ci ildə cəzaçəkmə yerindən azad edilmişdir. Narkotik və psixotrop maddələrdən istifadə etməmişdir. 18 may 2023-cü il tarixdə, axşam saatlarında Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən işlədiyi sexdə olarkən bir neçə polis əməkdaşı ona yaxınlaşıb heç bir söz demədən onu tutub şəhər polis şöbəsinə aparmışlar. Tutulan vaxt üzərində narkotik vasitə olmamışdır. Polis şöbəsində polis əməkdaşları onu döyərək qarşısına qoyulmuş narkotik maddəni (heroini) üzərinə götürməsini məcbur etmişlər. Sonra polis əməkdaşları bir bükümdə olan narkotik maddəni (heroini) onun cibinə qoymuş, bundan sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparmışlar. Axtarış zamanı özü cibinə qoyulmuş bir ədəd bükümü özü çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində heroin kütləsi aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş heroini istifadəsi üçün üstündə saxladığını bildirmişdir. O, polis əməkdaşlarının ona qarşı təzyiqləri altında belə demişdir. Əslində isə tutulan vaxt üzərində narkotik maddə olmamış, həmin heroini üzərinə polis əməkdaşları qoymuşdur. Polis əmkdaşlarının ona qarşı belə hərəkət etməsinin səbəbini bilməmişdir. Üzərində aşkar olunmuş heroinlə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Həmçinin o, Zərərçəkmiş şəxs1la 2021-ci ilin payız aylarında tanış olmuş, sonradan aralarında yaxın münasibətlər yaranmışdır. Məhəmmədəlidən müxtəlif vaxtlarda borc adı ilə müəyyən məbləğlərdə pul almışdır. Xeyli müddət keçdiyindən Məhəmmədəlidən aldığı pulun məbləğləri və tarixləri dəqiq yadında qalmamışdır. Şirvan şəhər sakini Şahid3 dostudur, Zərərçəkmiş şəxs3 da tanımışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində Arif onu Şirvan şəhərində olan “Cənnətbağı” restoranına dəvət etmiş, o da Məhəmmədəli ilə birlikdə restorana getmişlər. Həmin vaxt Məhəmmədəli tanışı Vahidi də özü ilə gətirmişdir. Onlar restoranda spirtli içki içib yemək yemişlər. Saat 22 radələrində dostu Arif ona “İnstagram”da tanış olduğu Zərifə adlı qızın olduğunu bildirmiş, o da Zərifə adlı qızı yüngül həyat tərzi keçirən şəxs kimi tanımışdır. Sonra Arif hamıya birlikdə gedib həmin qızla (Zərərçəkmiş şəxs3 ilə) cinsi əlaqədə olmalarını təklif etmiş və onlar Ariflə razılaşıb birlikdə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən hərbi hissənin yaxınlığında yerləşən yarımtikilinin yanına getmişlər. Onlar ora çatandan 5-10 dəqiqə sonra Zərifə həmin yerə gəlmişdir. Zərifə gəldikdən sonra Arif Zərifə ilə əl-qol işarəsi ilə danışaraq, həmçinin telefonla yazıb göstərərək onunla (Ariflə) cinsi əlaqədə olacağını demiş, Zərifə də əynindəki şalvarı aşağı çəkib qabağa doğru əyilmiş, Arif də Zərifə ilə arxadan cinsi əlaqədə olmağa başlamış, o və Məhəmmədəli ilə yarımtikilidən çıxıb çöldə gözləmişlər. Arif Zərifə ilə cinsi əlaqədə olduqdan sonra o, yarımtikiliyə daxil olub Zərifəyə cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Zərifə isə əli ilə işarəsi ilə ona cinsi əlaqədə olmaq istəmədiyini bildirmişdir. Sonra o, Zərifəyə Ariflə cinsi əlaqədə olduğunu, indi nəyə görə onunla cinsi əlaqədə olmaq istəmədiyini telefona yazaraq göstərmiş, bundan sonra Zərifə onunla cinsi əlaqədə olmağa razılıq verib şalvarını aşağıya çəkmiş, o da Zərifə ilə arxa nahiyədən cinsi əlaqədə olmuşdur. Bundan sonra Məhəmmədəli Zərifə ilə cinsi əlaqədə olmuşdur. Məhəmmədəli Zərifə ilə cinsi əlaqədə olan vaxt o, istifadəsində olan “Samsung” markalı mobil telefonla Məhəmmədəlinin cinsi əlaqədə olmasını videoçəkiliş etmişdir. O, Məhəmmədəli ilə zarafatlaşmaq məqsədi ilə belə videoçəkiliş aparmış, Məhəmmədli də bunu bilmişdir. O, əvvəl həmin videonu yaymaq fikri olmamış, lakin sonadan bu videonu yaymışdır. Hər üçü cinsi əlaqələrini bitirdikdən sonra Vahid Zərifə ilə cinsi əlaqədə olmayacağını bildirmişdir. Sonra Zərifə oradan çıxıb getmiş, onlar da Şirvan şəhər parkına gedib orada biraz gəzişdikdən sonra o, onlardan ayrılıb evnə getmişdir. Bu hadisədən bir neçə gün sonra yenidən Məhəmmədəli ilə görüşən zaman ona Zərifə ilə cinsi əlaqədə olmağını telefonla videoya çəkdiyini bildirmiş, Məhəmmədəli də həmin videonu silməyini demiş, o da zarafatlaşmaq məqsədilə bu videonu çəkdiyini və siləcəyini bildirmişdir. 2022-ci ilin yanvar ayından başlamaqla müxtəlif bəhanələrlə Məhəmmədəlidən pul istəmiş, Məhəmmədəlidən həmin pulları istəyərkən pul verməsə çəkdiyi videonu sosial şəbəkələrdə yayacağını və ya başqa şəxslərə də göndərəcəyini bildirmişdir. Həmin vaxtdan yay aylarına qədər Məhəmmədəlidən müxtəlif vaxtlarda 20, 30 və 40 manat məbləğində pul almışdır. Bir müddətdən sonra Məhəmmədəli tətillə bağlı Füzuli rayonuna getmiş, həmin müddət ərzində o, bir neçə dəfə Məhəmmədli ilə telefon əlaqəsi saxlayıb ona əlində çəkdiyi videonun (pornoqrafik videonun) olduğunu, videonu yayacağını deyib ondan pul istəmiş və bu qayda ilə Məhəmmədəlidən bir neçə dəfə 20-30 manat məbləğində pullar almışdır. Məhəmmədəli həmin pulları özünün (Təqsirləndirilən şəxs) istifadəsində olmuş bank kartına köçürməklə göndərmişdir. Məhəmmədəli videonun yayılmasından qorxduğu üçün məcbur qalıb ona müxtəlif məbləğlərdə pul göndərmişdir. Məhəmmədəli yay tətilindən Şirvan şəhərinə qayıtdıqdan sonra onunla əlaqəni kəsmiş, o da Məhəmmədəliyə telefonla zəng edib hansı səbəbdən münasibətini kəsdiyini soruşmuş, Məhəmmədli də onunla bundan sonra dost olmayacağını və daha ona pul verməyəcyini bildirmiş, o da münasibəti pozmağın onun xeyrinə olmayacağını deyib telefonu söndürmüşdür. Məhəmmədəlinin bu sözlərinə əsəbiləşdiyi üçün o, çəkdiyi videogörüntünü vatsapla Məhəmmədəliyə göndərmiş, Məhəmmədəli də ondan həmin videonu silməyini xahiş etmişdir. Həmçinin o, istifadəsində olan açıq profil kimi bütün “İnstagram” sosial şəbəkə istifadəçilərinin görə biləcəyi “qaqacell_018” adlı profil vasitəsilə Məhəmmədəlinin Zərifə ilə cinsi əlaqədə olmasının videogörüntüsünü paylaşmışdır. Məhəmmədəli də intim videonu paylaşdığını öyrəndikdən sonra ona zəng edib həmin videonu silməyini demiş, bir gündən sonra o, profilə daxil olub həmin videonu silmişdir. Bir gün müddətində “İnstagram” sosial şəbəkə istifadəçiləri həmin videonu tam şəkildə görmüşdür. Bu hadisədən bir ay sonra, yəni təxminən 2022-ci ilin dekabr aylarında (dəqiq tarix yadında qalmamışdır) Məhəmmədəli ilə Şirvan şəhərində parkında görüşmüş və həmin vaxt əynindəki gödəkcəni saxlaması üçün Məhəmmədəliyə vermiş və Məhəmmədəli gödəkcəni əlində saxlayan vaxt gödəkcənin cibində olan “İphone 6” markalı telefon yerə düşüb ekranı sınmışdır. Bu səbəbdən o, Məhəmmədlidən ekranı təmir etdirmək üçün 60 manat məbləğində pul istəmiş, Məhəmmədli də onunla kobud danışaraq pulunun olmadığını və verməyəcəyini demişdir. Həmin gün Məhəmmədəlinin bu hərəkətindən əsəbiləşərək yenidən istifadəsində olan açıq profil kimi bütün “İnstagram” sosial şəbəkə istifadəçilərinin görə biləcəyi “qaqacell_018” adlı profil vasitəsilə Məhəmmədəlinin Zərifə ilə cinsi əlaqədə olmasının videogörüntüsünü paylaşmış, Məhəmmədəli də videonun yenidən paylaşıldığından xəbər tutmuş, iki gün həmin video profilimdə qaldıqdan sonra özü bu videonu silmişdir. O, ayrı-ayrı vaxtlarda Arifə və Vahidə həmin videogörüntüləri göstərmiş, lakin Vahid və Arifin onun həmin videogörüntüdən istifadə edib Məhəmmədəlidə pul alası barədə məlumatları məlumatı olmamışdır. O, Məhəmmədəlidən cəmi 1000 manat deyil, 350 manat məbləğində pul tələb edib almışdır. Məhəmmədəli ilə dost münasibətləri olduğundan onunla zarafatlaşmış və zarafat məqsədilə ona bir şillə vurmuş, lakin Məhəmmədəlini döyməklə onu hədələməmiş və ya döyüb hədə-qorxu gəlib ondan pul almamışdır. O, 2022-ci ilin yanvar ayından 2022ci ilin sonuna qədər olan dövrdə Zərərçəkmiş şəxs1 aid olan intim videogörüntünü yaymaqla və ya başqa şəxslərə göndərməyi bildirib ondan müxtəlif məbləğlərdə olmaqla cəmi 350 manat pul almışdır. Törətdiyi cinayət əməlindən hazırda peşmandır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 tanıyır, onunla sosial şəbəkə vasitəsilə tanış olmuşdur. Həmin tanışlıqdan bir müddət əvvəl o, qeyri-rəsmi olaraq evlənib birgə yaşadığı arvadından ayrıldığından başqa bir qadınla evlənmək fikrinə düşmüş və bu məqsədlə 07 aprel 2023-cü il tarixdə Arəstə ilə sosial şəbəkə vasitəsilə danışıb ona evlənmək istədiyini demiş, o da razılaşmışdır. Onun təklifindən sonra Arəstə onunla razılaşıb könüllü olaraq onunla birlikdə evinə gələcəyini demiş, bundan sonra o, 09 aprel 2023-cü il tarixdə gecə saatlarında taksi ilə Arəstənin yaşadığı ünvana gedib oradan onu götürüb öz evinə aparmışdır. Əvvəl Arəstənin yaşının neçə olmasını bilməmiş, evinə gələndən sonra onun 19 yaşında olduğunu bilmişdir. 10 aprel 2023-cü il tarixdə Arəstənin anası yaşadıqları ünvana gəlib qızının məsələsini həll etmək istəmiş, o da qızı ilə rəsmi olaraq evlənəcəyini bildirmiş, o da etiraz etməmişdir. 10 aprel 2023-cü il tarixdə o, Arəstənin könüllü razılığı ilə onunla cinsi əlaqədə olmuşdur. Evində olduğu müddətdə onun Arəstə ilə ər-arvad münasibəti olmuşdur. May ayının əvvəllərində rəsmi nikaha girmələri üçün o, Arəstənin anasına qızının şəxsiyyət vəsiqəsini gətməsini demiş, anası da qızının şəxsiyyət vəsiqəsini gətib ona vermiş və o, şəxsiyyət vəsiqəsinə baxanda Arəstənin 16 yaşının olduğunu bilmiş və bu səbəbdən onların evlilikləri baş tutmamışdır. 18 may 2023-cü il tarixdə həbs olunduğu üçün Arəstə ilə evliliyini davam etdirə bilməmişdir. Tutulduqdan bir həftə sonra ailə üzvləri ilə əlaqə saxlayan vaxt Arəstənin evdən getdiyini, bir daha geri qayıtmadığı öyrənmiş, sonra onunla heç bir əlaqəsi olmamış, daha sonra isə Arəstənin atasının ondan polisə şikayət etdiyini bilmişdir. Arəstəyə hər hansı şəxsin mobil nömrəsini verməmiş və Ülvi və Elvin adlı şəxsləri tanımamışdır. Onun yanında olduğu müddətdə o, Arəstəni döyməmiş və onu hər hansı tibb məntəqəsinə aparmamışdır. Həmçinin o, Xəyal və Coşqun adlı şəxsləri tanımamışdır. Törətdiyi cinayət əməlindən hazırda peşmandır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin sonlarında X13 Humanitar Kollecində oxuduğu müddətdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxsla tanış olmuş, sonradan aralarında yaxın münasibətlər yaranmış və Əvəzağa ilə tez-tez görüşmüşdür. 2021-ci ilin dekabr ayında istifadəsində olan plastik bank kartı xarab olduğundan valideynləri ona Əvəzağanın plastik bank kartı vasitəsilə pul göndərmişlər. 2021-ci ilin dekabr ayında yadında Əvəzağa ona istifadəsi üçün verdiyi bank kartını xarab etdiyini və kartında 60 manat pul qaldığı bildirib həmin pulu verməsini ondan tələb etmiş, pulu verməsə başına oyun açacağını, döyüləcəyini bildirmiş, o da məcbur qalıb atasına 60 manat pul göndərməsini xahiş etmiş və həmin günlərdə atasının göndərdiyi 60 manat pulu alıb Əvəzağaya vermişdir. 2022-ci ilin yanvar ayında o, tanışları Arif, Vahid və Əvəzağa ilə birlikdə Şirvan şəhərində restoranda oturub yemək yeyib spirtli içki qəbul etmişlər. Saat 22 radələrində Arif onları bir yerə aparacğını deyib onları Şirvan şəhərindəki olan hərbi hissəsinin yaxınlığındakı boş ərazidəki yarımtikilinin yanına aparmışdır. Oraya gedərkən o, Arifin Zərifə adlı qızı oraya çağıracağını bilməmiş, sonradan Arifin Əvəzağa ilə birlikdə həmin qızı oraya İnstagram” sosial şəbəkəsi vasitəsilə çağırdıqlarını bilmişdir. Bir az gözlədikdən sonra Zərifə ora gəlib yarımtikiliyə daxil olmuş, Arif də onun arxasınca ora girmiş, orada Arif Zərifə ilə cinsi əlaqədə olmuşdur. Həmin vaxt o, çöldə olmuşdur. Sonra Əvəzağa yarımtikiliyə girib Zərifə ilə cinsi əlaqədə olmuşdur. Əvəzağa yarımtikilidən çölə çıxdıqdan sonra Əvəzağa ona Zərifə ilə cinsi əlaqədə olmağını təklif etmiş və o da yarımtikiliyə daxil olub Zərifə ilə arxa keçəcək nahiyədən (qeyri-təbii yolla) cinsi əlaqədə olmuşdur. O, Zərifə ilə cinsi əlaqədə olarkən Əvəzağa və Arif əlində telefonun işığını yandırıb yarımtikiliyə daxil olmuş, onların onun cinsi əlaqədə olmağı üçün işıq tutduğunu zənn etmiş, həmin vaxt Əvəzağanın onun Zərifə ilə cinsi əlaqədə olmasının videosunu çəkdiyini bilməmişdir. O, Zərifə ilə cinsi əlaqədə olduqdan sonra yarımtikildən çölə çıxmışdır. Əvəzağa və X26 ilə cinsi əlaqədə olmağı təklif etmiş, lakin Vahid Zərifə ilə cinsi əlaqədə olmaq istəmədiyini bildirmişdir. Bundan sonra Zərifə oradan çıxıb getmiş, onlar da birlikdə şəhər parkına getmiş, sonra o, onlardan ayrılıb evinə getmişdir. Zərifə ilə cinsi əlaqədə olan zaman nə o, nə Arif nə də Əvəzağa Zərifəyə qarşı fiziki zorakılıq göstərməmişlər, Zərifə könüllü olaraq onlarla cinsi əlaqədə olmuşdur. Həmin hadisədən üç gün sonra Əvəzağa ilə bir yerdə olarkən Əvəzağa telefonundakı videonu ona göstərib onun Zərifə ilə cinsi əlaqədə olduğu vaxt çəkdiyini demiş, o da Əvəzağadan həmin videonu silməsini xahiş etmiş, Əvəzağa da videonu yaymayacağına söz vermiş, lakin videonu silməmişdir. 2022-ci ilin fevral ayından 2022-ci ilin iyun ayına qədər olan dövrdə müxtəlif vaxtlarda Əvəzağa ona aid intim videonu yaymaqla bağlı onu hədələyib ondan 20, 30, 40 və 50 manat pul tələb etmiş, o da həmin videonun yayılmasından qorxub dediyi məbləğlərdə pulu Əvəzağaya verməyə məcbur olmuşdur. Pulu Əvəzağaya həm nəğd şəkildə, həm də ona aid bank kartına göndərməklə vermişdir. 2022-ci ilin iyun ayında dərslər başa çatdığından tətilə çıxıb yaşadığı Füzuli rayonunun Üçüncü Zobucuq qəsəbəsinə, yaşadığı evə getmişdir. Evində olarkən Əvəzağa ona bir neçə dəfə zəng edib intim videonu yayacağı ilə onu hədələyib ondan pul istəmiş, o da videonun yayılacağı təqdirdə rüsvay olmağından qorxub Əvəzağaya 3-4 dəfə 20-30 manat pul göndərmişdir. Yay tətilindən sonra o, Şirvan şəhərinə təhsilini davam etdirmək üçün qayıtmış və Əvəzağa ilə əlaqə saxlamamışdır. 2022-ci ilin sentyabr-oktyabr aylarında Əvəzağa ona zəng edib hansı səbəbdən onunla əlaqəni kəsdiyini soruşmuş, o da onunla münasibət saxlamaq istəmədiyini bildirmiş, Əvəzağa da bu hərəkətinin doğru olmadığını deyib telefonu söndürmüşdür. Bu danışıqdan sonra evdə olarkən kollecdə təhsil alan qrup yoldaşları ona zəng edib “İnstagram” sosial şəbəkəsində olan “qaqacell_018” adlı açıq, hər kəsin görə biləcəyi profildə onun intim videosu yayılmasını bildirmiş, o da həmin profilə daxil olub videoya baxarkən dəqiq bilmişdir ki, bu intim video ona məxsusdur. Sonra o, Əvəzağaya zəng edib həmin videonu silməsini xahiş etmiş, Əvəzağa da videonu siləcəyini bildirmişdir. Həmin video profildə təxminən bir gün ərzində qalmış və “İnstagram” istifadəçiləri bu videoya baxmışlar. O, Əvəzağaya zəng etdikdən bir gün sonra həmin video sosial şəbəkədən silinmişdir. 2022-ci ilin noyabr ya da dekabr ayında Şirvan şəhər parkında Əvəzağa ilə görmüşüb söhbət edərkən Əvəzağa ənindəki gödəkcəni çıxarıb saxlamaq üçün ona vermiş, həmin vaxt əlində saxladığı gödəkcənin cibindəki mobil telefon yerə düşmüş və telefonun ekranında sınıq-çat əmələ gəlmişdir. Əvəzağa telefonun zədələnməsindən əsəbiləşib telefonu təmir etməsi üçün pul verməli olduğunu bildirmiş, həmçinin Əvəzağa intim videonu yayacağını deyib ondan 60 manat pul tələb etmiş, o da pulu olmadığını bildirib, pul verməyəcəyini deyib ondan ayrılıb evinə getmişdir. Sonra qəti qərarlaşdırmışdır ki, bir daha Əvəzağa ilə telefon əlaqəsi saxlamasın və görüşməsin. Əvəzağadan ayrılıb evinə gedəndən bir az sonra tələbə yoldaşları ona zəng vurub intim videosunun “qaqacell_018” adlı profildə yayıldığını demişlər. O, həmin profilə daxil olarkən intim videosunun paylaşıldığını, bütün “İnstagram” sosial şəbəkə istifadəçilərinin həmin videonu görə biləcəyini anlasa da, Əvəzağa ilə əlaqə saxlamamış, lakin psixoloji vəziyyəti pisləşmiş və sarsıntı keçirmişdir. Həm videonun yayılması, həm də maddi imkanı olmayaolmaya Əvəzağaya müəyən məbləğlərdə pullar verməyi ona çox pis təsir etmişdir. Bundan sonra baş vermiş hadisə barədə atası Mikayıla danışmış, sonra Əvəzağanın ona qarşı olan hərəkətlərinin qarşısını almaq üçün atası ilə birlikdə Şirvan ŞPŞ-nə gedib ərizə yazıb şikayət etmişdir. Şirvan şəhərində yaşadığı dövrdə Əvəzağa onu bir-iki dəfə vurmuş, lakin ciddi şəkildə onu döyməmişdür. Əvəzağanın onu vurması nəticəsində o, heç bir xəsarət almamış, ona görə də ondan şikayəti olmamışdır. Onun Zərifə ilə olan intim videosu iki dəfə-2022-ci ilin oktyabr və dekabr aylarında “İnstagram” sosial şəbəkəsində “qaqacell_018” adlı profildə yayılmışdır. 2022-c ilin yanvar-dekabr ayları arasında olan dövrdə Əvəzağa ona aid intim videonu yaymaqla hədələyib ondan hissə-hissə olmaqla cəmi 1000 manat pul tələb etmiş, o da ayrı-ayrı vaxtlarda təxminən cəmi 690 manat pulu həm əlbəəl, həm də bank kartı vasitəsilə Əvəzağaya verdiyini dəqiq bilir, pulun qalan hissəsinin isə nə vaxt və hansı qaydada verməsini dəqiq xatırlamır. O, Şirvan şəhəri ərazisində təhsil aldığı X17 İqtisadiyyat Kollecinin yaxınlığında, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit market” adlı ticarət obyektinin qarşısında, Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Cənnət Bağı” restoranının qarşısında və digər yadında qalmayan məkanlarda Əvəzağaya müxtəlif məbləğlərdə pulları əlbəəl vermiş, həmçinin o, müxtəlif məbləğlərdə pulları “Million” və “Emanat” ödəmə terminalları vasitəsilə Əvəzağanın plastik bank kartına pul köçürmüşdür. Sonuncu dəfə Əvəzağa ondan 30 manat pul istəmiş, lakin o, Əvəzağaya pul verməkdən imtina etmişdir. Əvəzağa ona aid intim videonu yaymaqla hədələyib ondan hissə-hissə olmaqla cəmi 1000 manat pul tələb etmiş, o da ayrı-ayrı vaxtlarda təxminən cəmi 690 manat pulu Əvəzağaya vermiş, pulun qalan hisssəinin isə nə vaxt və hansı qaydada verməsini dəqiq xatırlamır, ona görə də o, hazırda Əvəzağadan 690 manat pulunu tələb edir. Həmçinin o, Təqsirləndirilən şəxsla barışmamış və ona qanunla müəyyən olunmuş qaydada cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində fiziki qüsurlu şəxslərin oxuduğu məktəbdə təhsil alır. Şirvan şəhərində yaşadığı ərazidə yaşayan Şahid3 tanımış, onunla 2021-ci ilin sonlarında “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuş, sonradan aralarında dost münasibətləri yaranmış, Arif onu sevdiyini bildirmiş, o isə onu sevməmişdir. Buna baxmayaraq onunla təxminən 3-4 dəfə yaşadıqları məhəllədə piyada bir yerdə gəzişmişlər, həmin vaxt aralarında heç bir intim münasibət olmamışdır. Arif mütəmadi olaraq sosial şəbəkə vasitəsilə ona cinsi orqanının fotoşəkilini göndərib onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, o da cinsi əlaqədə olmaq istəmədiyini demişdir. 2022-ci ilin yanvar ayında yadında qalmayan tarixdə saat 22 radələrində Arif “İnstagram” sosial şəbəkəsi vasitəsilə ona yazaraq görüşmək istədiyini demiş, o da küçəyə çıxmış və Arif onu qarşılamış, sonra onlar piyada küçədə gəzişmişlər. Arif onun danışdığı dili çox zəif bilmiş, yanında olarkən telefona bir-birlərinə deyəcəkləri sözləri yazıb göstərmiş və bu qaydada biri-birini anlamışlar. Həmin vaxt onlar gəzişəgəzişə hərbi hissəsinin yaxınlığındakı boş çöllük əraziyə gəlmişlər və Arif qabaqda yarımtikili olduğunu ona bildirib oraya getməyi demiş, o da razılaşıb həmin yarımtikiliyə getmişdir. Yarımtikiliyə daxil olduqda üç nəfər tanımadığı şəxsin yarı oturaq vəziyyətdə durduğunu görüb Arifdən həmin şəxslərin kim olduğunu soruşmuş, Arif də bu şəxslərin birbir adlarını deyib dostları olduğunu bildirmişdir. O, narahat olduğunu dedikdə, Arif də heç bir narahatçılıq olmadığını bildirmişdir. Arif həmin yerdə ona cinsi əlaqədə olmağı təklif etmiş, əvvəl cinsi əlaqədə olmaq istəmədiyini bildirmiş, lakin Arif israr etdiyi üçün o etiraz etməmiş və Arif onunla arxa keçəcək vasitəsiylə (qeyri-təbii yolla) cinsi əlaqədə olmuşdur. Ariflə cinsi əlaqədə olduqdan sonra şalvarını yuxarı çəkib evə getmək istədiyini bildirmiş, Arif də problem olmadığını deyib yarımtikilidən çölə çıxmışdır. Sonra özü də çölə çıxmaq istəyərkən Əvəzağa içəriyə daxil olub onu çölə çıxmağa qoymamışdır. Əvəzağa onun qolundan tutub telefonunu göstərərək, telefona yazaraq Ariflə cinsi əlaqədə olmağını atasına deyəcəyini bildirmişdir. Ariflə cinsi əlaqədə olmağını atasının bilməməsi üçün məcbur qalıb Əvəzağa ilə cinsi əlaqədə olmağa razılaşmış və Əvəzağa da eyni qaydada, yəni arxa keçəcək vasitəsiylə (qeyri-təbii yolla) onunla cinsi əlaqədə olmuşdur. Əvəzağa onu cinsi əlaqədə olmağa məcbur etmişdir. Əvəzağa onunla cinsi əlaqədə olduqdan sonra Məhəmmədəli içəriyə daxil olub onunla arxa keçəcək vasitəsiylə (qeyri-təbii yolla) cinsi əlaqədə olmağa başlamışdır. Həmin vaxt çox halsız olduğundan Məhəmmədəlinin onunla cinsi əlaqədə olub-olmaması heç bir əhəmiyyət verməmişdir. Məhəmmədəli ona hər hansı fiziki zorakılıq tətbiq etməmişdir. Arifgilin yanında olan Vahid adlı oğlan onunla cinsi əlaqədə olmamışdır. Dediyi şəxslər onunla arxa nahiyədən cinsi əlaqəda olduqdan sonra o, üst-başını qaydaya salıb həmin yerdən piyada evlərinə getmişdir. Hadisə baş verən yerə getməmişdən qabaq ümumiyyətlə həmin şəxslərlə cinsi əlaqədə olacağını, orada cinsi əlaqəda olarkən Əvəzağanın onları videoya çəkdiyini bilməmişdir. İşdə olan, zərərçəkmiş şəxs Zərifə Hümbətovanın məhkəməyə ünvanladığı 20 iyul 2024-cü il tarixli ərizəsində göstərilir ki, o, Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışmamış və ona ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında ailəsi onu Şirvan şəhər sakini Orxan adlı şəxslə nişanlamış, lakin o, həmin şəxslə evlənmək istəməmişdir. 07 aprel 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsilə Şirvan şəhər sakini Təqsirləndirilən şəxsla tanış olmuşdur. Əvəzağa ona evlənmək təklif edib birlikdə qaçmağını bildirmiş, o da nişanlısı Orxandan ayrılmaq istədiyindən Əvəzağanın təklifini qəbul etmişdir. Həmin vaxt Əvəzağa ona evli və uşağının olmasını deməmişdir. Əvəzağa ona 08 aprel 2023-cü il tarixdə birlikdə qaçmağını bildirmiş, o da razılaşmış və 08 aprel 2023-cü il tarixdə, gecə saat 12 radələrində o, evdən çıxmış və Əvəzağa onu dostunun avtomobili ilə qaçırıb evinə aparmışdır. Əvəzağanın ata-anası ona heç bir etirazlarını bildirməmişlər. 10 aprel 2023-cü il tarixdə Əvəzağa ilə könüllü olaraq cinsi əlaqədə olmuşdur. Əvəzağa onu qaçırtdıqdan sonra onunla evlənəyəcəyini demiş, o da Əvəzağa ilə yaşamağa davam edib evinə qayıtmaq istəməmiş, sonradan isə başa düşmüşdür ki, Əvəzağa onu aldatmışdır. 18 may 2023-cü il tarixə qədər Əvəzağa ilə birlikdə onun evində yaşamış, həmin müddətdə Əvəzağanın ona qarşı müxtəlif manyak hərəkətləri olmuşdur. O, Əvəzağanın evinə gəlməmişdən öncə hicablı olmuş, evinə gələn kimi onun hicabını çıxarmış və açıq-saçıq geyinməyini istəmişdir. Əvəzağanın evində qaldığı müddətdə Əvəzağanın narotik vasitələrdən istifadə edən dostları evinə gəlmiş gecə saatlarına qədər pivə içmişlər. Həmin vaxt Əvəzağa onun açıq-saçıq geyinərək yanında oturmağını istəmiş, o, bu kimi hərəkətlərdən narahat olmuş, ancaq məcburən Əvəzağanın dediklərini etmişdir. Təxminən bir ayın sonunda hamilə olduğunu bilmiş və Əvəzağaya hamilə olduğunu demiş, Əvəzağa da uşaq istəmədiyindən səbəbsiz yerə onu döyüb qarnına təpiklə vurmuş, həmin anda ağrımış və hamiləliyinin pozulduğunu hiss etmişdir. Evdə tualetdə uşağı salan zaman kiçik həcmli dölün düşdüyünü görmüşdür. Bunun nəticəsində vəziyyəti pisləşmiş, Əvəzağa bu məsələnin heç bir yerdə bilinməməsi üçün onu Salyan rayonunda yerləşən tanımadığı kənddəki tibb məntəqəsinə aparmış və orada ona iynə vurulmuş, bununla da ağrıları keçmişdir. 18 may 2023-cü il tarixdə Əvəzağa narkotiktə bağlı tutulmuşdur. Əvəzağa tutulmamışdan bir gün əvvəl ona polislərin onu axtardığını, onun yaxın zamanda tutulmaq ehtimalının olduğunu bildirib iki dostunun mobil nömrələrini ona vermişdir. Əvəzağa tutulduğu halda həmin nömrələrə zəng edib Elvin və Ülvinin yanına getməyini bildirmişdir. Əvəzağa tutulduğu gün anası Nazlı ona 50 manat pul verib Bakı şəhərinə getməyini bildirmiş, o da avtovağzalda marşuruta minib Bakı şəhərinə getmişdir. Orada Əvəzağanın ona verdiyi nömrəyə zəng etmiş və Ülvi və Elvin onun olduğu yerə gəlib avtomobillə onu tanımadığı ərazidə olan hotelə aparmışlar. Hoteldə onlar eyni otaqda qalmışlar. Həmin şəxslər narkotik olan patıdan istifadə etmişlər. Həmin şəxslər onu patı çəkməyə məcbur etmişlər. Patı çəkdikdən sonra həmin şəxslər onunla cinsi əlaqədə olmağını istəmişlər, lakin o, etiraz edib qışqırmaqla qarşısını almışdır. 22 may 2023-cü il tarixdə o, Bakı şəhərində 20 Yanvar ərazisinə gəlib orada tanımadığı qadının köməyi ilə Şirvan şəhərinə, evinə qayıtmışdır. İşdə olan, Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı 20 iyul 2024-cü il tarixli ərizəsində göstərilir ki, o, Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışmamış və ona ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Şirvan ŞPŞ-nin əməkdaşıdır. 18 may 2023-cü il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddə əldə edib üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, sonra həmin məlumata əsasən özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 18 radələrində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, H.Əliyev prospektində saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib Şirvan ŞPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Samir Məmmədov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd bükümdə narkotik maddəyə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Təqsirləndirilən şəxs Şirvan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlar olsa da, onun kimə və ya kimlərə narkotik vasitə satması barədə məlumatlar daxil olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, Əvəzağanı uşaqlıq illərindən tanımış və aralarında dostluq münasibəti olmuşdur. Şirvan şəhərində eyni məhəllədə yaşayan Zərərçəkmiş şəxs3 tanımış, sonradan aralarında yaxın münasibətlər olmuşdur. 2021-ci ilin aprel-may aylarından 2022-ci ilin aprel ayına qədər Zərifə ilə instaqram sosial şəbəkəsində danışmışdır. Zərərçəkmiş şəxs3 ilə danışdığı zamanı hər ikisi qarşılıqlı şəkildə bir-birilərinə çılpaq şəkillərini göndərmiş və intim mövzularda söhbətləşmişlər. O, Zərifə ilə iki dəfə arxa keçəcək vasitəsiylə cinsi əlaqədə olmuşdur. Belə ki, 2022-ci ilin yanvar ayının əvvəlləri saat 19 radələrində Şirvan şəhərində yerləşən “Cənnətbağı” restoranında o, dostu Təqsirləndirilən şəxs, tanışı Zərərçəkmiş şəxs1 və əvvəllər tanımadığı bir nəfər oğlan (Şahid4) birlikdə oturub yemək yemiş, onlar pivə içmiş, özü isə çay içmişdir. Restorandan çıxarkən Təqsirləndirilən şəxs ona “Zərərçəkmiş şəxs3 ilə görüşməyə gedirik Şirvan şəhərində “Bağ evləri” adlanan yarımtikiliyə, görüşmək istəyirsənsə sən də gəl gedək oraya” deyib onun da ora gəlməsini təklif etmişdir. Əvəzağagil getdikdən sonra o, məhəlləyə getmiş, Zərifənin qapılarından küçəyə çıxıb getməsini görüb onun arxasınsa getmiş, təxminən 10-15 dəqiqə sonra həmin yarımtikiliyə çatmışlar. Oraya çatanda Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Şahid4 orada olmuş və onlar içkili olmuşlar. Sonra onlar yarımtikilidə Zərifə ilə növbəli şəkildə cinsi əlaqədə olmaq qərara gəlmişlər. Əvvəl Əvəzağa, sonra Məhəmmədəli, sonda isə o, Zərifə ilə cinsi əlaqədə olmuş, Vahid isə Zərifə ilə cinsi əlaqədə olmamışdır. Zərifə könüllü olaraq onlarla görüşməyə həmin əraziyə gəlmiş və onlar Zərifə ilə yalnız arxa keçəcək vasitəsiylə (qeyritəbii yolla) cinsi əlaqədə olmuşlar. Həmin hadisədən təqribən bir həftə sonra axşam saatlarında Zərifə instaqram sosial şəbəkəsində əvvəlcədən razılaşmaqla əvvəl münasibətdə olduqları yerdə görüşmək qərarına gəlib həmin yerə gedib yarımtikilidə yenidən Zərifə ilə cinsi əlaqədə olmuşdur. O, Zərifəyə hədə-qorxu gəlməmiş, atasına barəsində bildiyi məlumatları deyəcəyi ilə hədələməmiş, Zərifəni zorla həmin yarımtikiliyə aparmamış, Zərifə öz istəyi ilə oraya gəlib onunla cinsi əlaqəda olmuşdur. Zərifə ilə cinsi əlaqədə olarkən onların videosunu çəkilməsindən xəbəri olmamış, amma çayxanada söhbət edərkən X5 ilə cinsi əlaqədə olmasına dair videonu telefonda ona göstərmişdir. Əvəzağanın həmin videonu yaymaqla hədələyib Məhəmmədəlidən pul tələb etməsi və Məhəmmədəlinin Əvəzağaya pul verməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, X17 İqtisadiyyat Kollecində oxuduğu dövrdə 2021-ci ildə həmin kollecdə oxuyan Məhəmmədəli və Şirvan şəhər sakini Əvəzağa ilə tanış olmuş və onlarla münasibətləri yaxşı olmuşdur. 2022-ci ilin yanvar ayında o, Əvəzağa, Məhəmmədəli və adını sonradan bildiyi Arif adlı şəxslə birlikdə Şirvan şəhərində restoranda oturub yemək yeyib pivə içmişlər. Həmin restoranda oturduqları vaxt Əvəzağa və Arif telefonla kiminləsə yazışmışlar. Təxminən 1-2 saat restoranda oturduqdan sonra Əvəzağa və Arif onların yaşadıqları yerin yaxınlığında yerləşən əraziyə getməyi təklif etmişlər. O, Əvəzağagildən həmin yerdə nə edəcəklərini soruşmuş, onlar elə-belə piyada ora gedib gəzəcəklərini bildirmişlər. Sonra onlar restorandan çıxıb piyada Əvəzağagilin dediyi yerə gedərkən yolda Əvəzağa ona gedəcəkləri yerdə qız olacağını və həmin qızla cinsi əlaqədə olacaqlarını demişdir. Getdikləri yer hərbi hissənin yaxınlığında yerləşən çöllük ərazi olmuş, həmin çöllükdə bir girişi olan yarımtikili olmuşdur. Onlar həmin yarımtikilinin yanında 10 dəqiqə gözlədikdən sonra ora tanımadığı qız gəlmişdir. Söhbət əsnasında Əvəzağa həmin qızın adının Zərifə olduğunu və lal-kar olduğunu demişdir. Əvvəl Zərifə yarımtikilinin içərisinə daxil olmuş, sonra Əvəzağa, Məhəmmədəli və Arif yarımtikiliyə daxil olub həmin qızla cinsi əlaqədə olmuşlar. Həmin şəxslərin Zərifə ilə hansı formada cinsi əlaqədə olduğunu (təbii və ya qeyri-təbii yolla) görməmiş və bilməmişdir. Sonra onlar ona həmin qızla cinsi əlaqədə olmağı təklif etsələr də, o təklifi qəbul etməmiş və qızla cinsi əlaqədə omamışdır. Zərifə tam sərbəst şəkildə yarımtikiliyə daxil olmuş, orada Zərifənin fiziki zorakılığa məruz qalmasının şahidi olmamış, həmçinin Zərifə sərbəst halda yarımtikilidən çölə çıxıb oradan uzaqlaşıb getmişdir. Sonra onlar da oradan piyada Şirvan şəhər parkına gəlmişlər və orada bir az gəzişdikdən sonra evlərinə getmişlər. Bu hadisədən 3-4 gün sonra Əvəzağa ilə kollecin yaxınlığında görüşən zaman Əvəzağa telefonunda olan Məhəmmədəlinin Zərifə ilə olan intim vidyosunu ona göstərmişdir. Əvəzağanın Məhəmmədəliyə aid olan intim videodan istifadə edib ona hədə-qorxu gəlib pul tələb etməsindən məlumatı olmamışdır. İşdə olan, Şirvan ŞPŞ-nin əməkdaşının 18 may 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddə əldə edib, saxlayıb üzərində daşıması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 may 2023-ci il tarixdə, saat 18:30 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində saxlanılıb Şirvan ŞPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 may 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı Samir Məmmədov tərəfindən müdafiəçi İlqar Tapdıqovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin heroin olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış kağız paketdə 1(bir) ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi-3,462 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 3,412 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təşkil edir. İşdə olan, Zərərçəkmiş şəxs1 10 may 20203-cü il tarixli ərizəsi ilə müəyyən edilir ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 Şirvan ŞPŞ-nə müraciət edib bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs 2022-ci ilin əvvələrindən 2023-cü ilin may ayına qədər olan dövrdə ona hədə-qorxu gələrək, yəni onu döyməklə hədələyərək, tanımadığı qızla cinsi əlaqəda olmağına diar intim videogörüntülərin sosial şəbəkələrdə paylaşacağını bildirib ondan 1000 manat pulu almışdır. Təqsirləndirilən şəxs barəsində müvafiq tədbir görülməsini xahiş edir. İşdə olan, zərərçəkmiş şəxs X3 15 sentyabr 2023-cü il tarixli ərizəsi ilə müəyyən edilir ki, həmin tarixdə X18 ŞPŞ-nə müraciət edib bildirmişdir ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs və qeyriləri 2022-ci ilin yanvar ayında ona qarşı fiziki zor tətbiq edərək onunla qeyri-təbbi yolla cinsi əlaqəda olmuşlar. Ona görə də həmin şəxslərin barəsində müvafiq tədbir görülməsini xahiş edir. İşdə olan, zərərçəkmiş şəxs X3 15 sentyabr 2023-cü il tarixli ərizəsi ilə müəyyən edilir ki, həmin tarixdə X18 ŞPŞ-nə müraciət edib bildirmişdir ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs və qeyriləri 2022-ci ilin yanvar ayında ona qarşı fiziki zor tətbiq edərək onunla qeyri-təbbi yolla cinsi əlaqəda olmuşlar. Ona görə də həmin şəxslərin barəsində müvafiq tədbir görülməsini xahiş edir. İşdə olan, AA******* №-li şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən edilir ki, X11 xx xxxxxx 2005-ci ildə doğulmuşdur. İşdə olan, vət. X2 21 avqust 2023-cü il tarixli ərizəsi ilə müəyyən edilir ki, həmin tarixdə Elçin Mmədov DİN-nə müraciət edib 15 yaşlı qızı Zərərçəkmiş şəxs2 naməlum şəxslər tərəfindən qaçırılıb zorlanması bildirib həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaları barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. İşdə olan, AA******* №-li şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 12 avqust 2007-ci ildə doğulmuşdur. İşdə lan, “Baxış keçirilməsi haqqında” 22 sentyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, baxış yeri Şirvan şəhəri, “Bağ evləri” adlanan yaşayış massivində N saylı hərbi hissəsinin yaxınlığındadır, ətrafda yaşayış binaları və çöllük ərazi yerləşir. Hadisə yeri ağ rəngli daş materialdan tikilmiş tikintidir və tikilinin bir girişi vardır. Həmin tikintinin içərisində zibil qalıqları vardır. Hadisə yerində Zərərçəkmiş şəxs1 bildirdi ki, həmin tikilinin içərisində 2022-ci ilin yanvar ayında o, həmçinin Təqsirləndirilən şəxs və Şahid3 Zərərçəkmiş şəxs3 ilə cinsi əlaqədə olmuşlar. İşdə lan, “Baxış keçirilməsi haqqında” 11 oktyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, “İphone 15 pro” markalı mobil telefondan istifadə edilməklə “İnstagram” aplikasiyasına daxil olduqdan sonra axtarış bölməsində “qaqacell_018” adlı profili axtarışa verdim. Axtarışda həmin profilin adı göründükdən sonra profil məlumatlarının görüntülənməsi üçün profilə daxil olduqda profil üzrə hər hansı fotoşəkil və ya video paylaşılmadığı görünür. Profilin ümumilikdə 10 nəfər izləyicisi vardır, profilin sahibi hər hansı şəxsin izləməsini həyata keçirmir. İşdə lan, “Baxış keçirilməsi haqqında” 06 dekabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, 31 yanvar 2022-ci il tarixdə həmin karta “Card to cart” əməliyyatı vasitəsilə 28 manat pul köçürülmüşdür. 03 fevral 2022-ci il tarixdə “Million” ödəmə terminalı vasitəsilə həmin karta 10 manat məbləğində pul köçürülmüşdür. 04 fevral 2022-ci il tarixdə həmin karta “Card to cart” əməliyyatı vasitəsilə 15 və 28 manat olmaqla iki dəfə pul köçürülmüşdür. 07 fevral 2022-ci il tarixdə “Million” ödəmə terminalı vasitəsilə həmin karta 10 manat məbləğində pul köçürülmüşdür. 08 fevral 2022-ci il tarixdə həmin karta “Card to cart” əməliyyatı vasitəsilə 20 və 10 manat olmaqla iki dəfə pul köçürülmüşdür. 11 fevral 2022-ci il tarixdə həmin karta “Card to cart” əməliyyatı vasitəsilə 42 manat pul köçürülmüşdür. 11 fevral 2022-ci il tarixdə “Emanat” ödəmə terminalı vasitəsilə həmin karta 20 manat məbləğində pul köçürülmüşdür. 14 fevral 2022-ci il tarixdə “Million” ödəmə terminalı vasitəsilə həmin karta 35 manat məbləğində pul köçürülmüşdür. 16 fevral 2022-ci il tarixdə həmin karta “Card to cart” əməliyyatı vasitəsilə 45 manat pul köçürülmüşdür. 28 fevral 2022-ci il tarixdə həmin karta “Card to cart” əməliyyatı vasitəsilə 20 manat pul köçürülmüşdür. 28 mart 2022-ci il tarixdə “Emanat” ödəmə terminalı vasitəsilə həmin karta 20 və 13 manat olmaqla iki dəfə pul köçürülmüşdür. 29 mart 2022-ci il tarixdə “Emanat” ödəmə terminalı vasitəsilə həmin karta 20 manat məbləğində pul köçürülmüşdür. 30 iyun 2022-ci il tarixdə həmin karta “BKMC2C” ödəmə üsulu ilə 30 manat məbləğində pul köçürülmüşdür. 19 iyul 2022-ci il tarixdə həmin karta “BKMC2C” ödəmə üsulu ilə 10 manat məbləğində pul köçürülmüşdür. 08 avqust 2022-ci il tarixdə həmin karta “BKMC2C” ödəmə üsulu ilə 30 manat məbləğində pul köçürülmüşdür. 14 sentyabr 2022-ci il tarixdə həmin karta “BKMC2C” ödəmə üsulu ilə 50 manat məbləğində pul köçürülmüşdür. 23 dekabr 2022-ci il tarixdə həmin karta “BKMC2C” ödəmə üsulu ilə 10 manat məbləğində pul köçürülmüşdür. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub, lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə edib qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. İşdə olan, məhkəmə-sənətşünaslıq ekspertizasının 21 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiq olunan videogörüntüdə fikir yalnız qadının və kişinin cinsi-intim əlaqəsinə yönəlir, cinsi ehtiras sağlam olmayan şəkildə oyadılır, insanın seksuallığının ayrı-ayrı momentlərinə (anlarına) cəlb edilir. Tədqiq olunan videogörüntü yalnız bir məqsəd daşıyır ki, bu da cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması və gücləndirilməsidir. Tədqiq olunan videogörüntüdə oğlanla qızın cinsi-intim həyatı üzə çıxmaqla, seksuallığı müstəsna olaraq cinsi aktla, həyata keçirilməsi taktikası ilə bağlayır. Tədqiq olunan videogörüntüdə cinsi-intim münasibətlər insanın və erotikanın humanistliyini məhv edir, primitiv hisslər və münasibət yaradır. Tədqiq olunan videogörüntünün məqsədi ictimai cəhətdən şərtləndirilmiş normaları pozmaqla qarşı tərəfi qıcıqlandırmaq, başqalarında ikrah hissi oyatmaqdır. Təqdim olunan 01 ədəd diskdəki videogörüntü pornoqrafik xarakterlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs3 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs, Şahid3 və Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olan zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs3 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs, Şahid3 və Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olan zaman sonuncu şəxslərin onunla cinsi əlaqədə olmasını dərk etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs3 hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Zərərçəkmiş şəxs3 hazırda öz hərəkətlərini idarə etmək və dərk etmək qabiliyyətində iqtidarındadır. Zərərçəkmiş şəxs3 hər kəslə yola getmək, səthilik, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs3 əqli inkişafında gerilik əlamətləri müşahidə edilmədi. Əqli və psixi inkişaf xüsusiyyətlərinə görə Zərərçəkmiş şəxs3 qərarın təsviri hissəsində qeyd olunan hadisə zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs3 emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan, təqdim olunmuş videogörüntüdən müəyyən edilir ki, qərarın təsviri hissəsində qeyd edilən hadisə zamanı Zərərçəkmiş şəxs3 psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik əmələ gəlməmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 18 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, müayinə zamanı Zərərçəkmiş şəxs3 bədən səthində heç bir xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs3 qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti müayinədən iki həftə və artıqdır, dəqiq müddət müəyyən etmək mümkün hesab olunmur. Qızlıq pərdəsində ağımtıl rəngli çapıqlar, uşaqlıq yolunun girəcəyinin genişlənməsi və s. bunu sübut edən əlamətlər hesab olunur. Zərərçəkmiş şəxs3 ilə arxa keçəcək vasitəsilə cinsi əlaqədə olunmuş, müddəti müayinədən 2 həftə və artıqdır, arxa keçəcək girəcəyin qıfabənzər genişlənməsi, sfinktorun tonusunun zəifləməsi, şüavari büküşlərin bir qədər hamarlaşması bunu sübut edən əlamətlərdən hesab olunur. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 01 sentyabr 2023-cü il rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs2 həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi xəstəliyin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Zərərçəkmiş şəxs2 istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs2 ünsiyyətçillik, adaptivlik, sakit təbiətlilik, konfliktə və mübahisəyə meyilli olmamaq və.ss kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs2 hadisə zamanı ona qarşı edilən hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı normaya uyğundur. O, əqli inkişafına, fərdi-psixi xüsusiyyətlərinə və hadisə şəraitinə görə qərarın təsviri hissəsində göstərilən hadisə zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs2 ona qarşı cinayət əməli törədilərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 04 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 bədən səthində heç bir xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti müayinədən iki həftə və artıqdır, dəqiq müddət müəyyən etmək mümkün hesab olunmasa da, müayinə olunanın göstərdiyi tarixdə pozulması inkar olunmur. Zərərçəkmiş şəxs2 ilə qeyri-təbii yolla (arxa keçəcək vasitəsilə) cinsi əlaqədə olma əlamətləri aşkar olunmadı. Arxa keçəcək dəliyinin qapalı olması, qıfabənzər genişlənmənin olmaması, büküşlərin hamarlaşmaması, sfinktorun tonusunun saxlanması bunu sübut edən əlamətlərdən hesab olunur. Zərərçəkmiş şəxs2 zöhrəvi xəstəliyə və insanın immun çatışmazlığı virusuna yoluxmasının müəyyən edilməsində onun daimi qeydiyyatda olduğu poliklinika üzrə “dərizöhrəvi” kabinə və “QİÇS-lə” mübarizə” kabinəsində qeydiyyatda olub-olmaması ilə əlaqədar tibbi sənədlər və müayinə olunanın təkrar müayinəsi əhəmiyyət kəsb edə bilər. İşdə olan, məhkəmə komputer-texniki ekspertizası və əlyazmalar və səslərin ekspertizasının 10 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiq olunan bir ədəd “DVD-R” tipli optik diskin yaddaşında olan “*.mp4” formatlı “Whatsapp Video 2023- 05-10 at 13.23.55” adlı video faylın həmin diskin yaddaşında yaradılma tarixi “xx.xx.2023cü il saat “15.39” kimi əks olunmuşdur. Hər bir faylı formatından asılı olmayaraq ilkin mənbə olaraq hansı cihaz vasitəsilə çəkilirsə bu zaman həmin anda cihazda mövcud olan tarix və zamana uyğun uyğun olaraq faylda həmin tarix və zaman qeyd olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq təqdim edilmiş optik diskin yaddaşında olan “*.mp4” formatlı “Whatsapp Video 2023-05-10 at 13.23.55” adlı video fayl ilkin çəkilmiş video fayl olmadığından və hər hansı bir rəqəmsal məlumat daşıyıcısından (qurğudan) optik diskə köçürüldüyü üçün həmin video faylın hansı tarixdə çəkilməsini müəyyən etmək mümkün olmadı. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “DVD-R” tipli optik diskin yaddaşında olan “*.mp4” formatlı “Whatsapp Video 2023-05-10 at 13.23.55” adlı video faylın hansı qurğu (smartfon, videokamera və.s) vasitəsilə çəkilməsini müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş 1 ədəd “PRİNCO” markalı DVD-R diskdə olan mübahisəli videoyazıda kadrdaxili və kadrlararası montaj əlamətləri, audioaxının videoaxına sintezi müəyyən edilmədi. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. İşdə olan, məhkəmə komputer-texniki, əlyazmalar və səslərin ekspertizasının 05 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A10” markalı arxa məlumat lövhəsinə görə “SM-A105F/DS” modelli “3573xx/xx/587625/7” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş mobil smartfonda aşkar olunmuş kilidinin keçilməsi üçün mobil cihazların kriminalistik tədqiqatında istifadə edilən “7.65.0.247 versiyalı UFED 4PC” adlı proqram təminatında tədqiq olunan mobil smartfonun modeli üçün yaddaşında olan məlumatları silmədən ekran kilidinin sıfırlanmasına dair texniki imkanın olmaması müəyyən edildi. Təqdim edilmiş mobil smartfona istifadəçi tərəfindən tətbiq edeilmiş “Şifr” lə mühafizə olunan ekran kilidinin naməlum olması və rəyin “Tədqiqi hissəsi”-nin 2-ci bəndində göstərilən səbəblərə görə mobil smartfonun yaddaşında hər hansı bir məlumatın olması və ya silinmiş məlumatların müəyyən edilməsi üzrə tədqiqatın aparılması mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdə olan, “Təqdim etmə, götürmə və baxış keçirmə haqqında” 10 may 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd DVD diski istintaq orqanı tərəfindən götürülmüş və bu diskə baxış zamanı vidogörüntülərdə Zərərçəkmiş şəxs1 bir nəfər qızla cinsi əlaqəda olması görünür. İşdə olan “Sübutların qiymətləndirilməsi haqqında” 06 dekabr 2023-cü il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq 3,412 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk və işin mahiyyətinə aid hallar üzrə videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, Şirvan ŞPŞ-nin 20 avqust 2023-cü il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədi ilə üzərində saxlaması, həmin maddəni kimdən əldə etməsi, kimsə satması və ya satacağı ilə bağlı məlumatlar əldə edilməmişdir. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 iyun 2023-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən ona qarşı zorakı hərəkətlərin və təzyiqlərin olması barədə şikayəti üzrə Şirvan şəhər prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərifə Hümbətovanun, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa iştirak və şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutularkən üzərində narkotik maddənin olmaması, üzərindən aşkar olunmuş heroin ona məxsus olmaması və həmin heroinin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olması, hədə-qorxu ilə Zərərçəkmiş şəxs1 cəmi 350 manat pul almasına və Zərərçəkmiş şəxs2 19 yaşında olmasını bilməsinə dair hallar aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərifə Hümbətovanun, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutularkən üzərində narkotik maddənin olmaması, üzərindən aşkar olunmuş heroin ona məxsus olmaması və həmin heroinin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olması, hədə-qorxu ilə Zərərçəkmiş şəxs1 cəmi 350 manat pul almasına və Zərərçəkmiş şəxs2 19 yaşında olmasını bilməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərifə Hümbətovanun, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (həmin ifadələrində o, üzərində narkotik maddənin olmasını inkar etməklə verilmiş ittihamlar üzrə göstərilən digər halları təsdiq etmişdir) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs digər şəxsin sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə məcbur etmə, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, şəxsi və ailə həyatının sirri olan məlumatları, habelə videoçəkiliş materialını sosial şəbəkədə yaymaqla şəxsi həyatın toxunulmazlığını pozma, uşaq pornoqrafiyası hesab olunan videoçəkilişi saxlama və yayma, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını tələb etmə və külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən Təqsirləndirilən şəxs digər şəxsin sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə məcbur etmə, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, şəxsi və ailə həyatının sirri olan məlumatları, habelə videoçəkiliş materialını sosial şəbəkədə yaymaqla şəxsi həyatın toxunulmazlığını pozma, uşaq pornoqrafiyası hesab olunan videoçəkilişi saxlama və yayma və zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını tələb etmə cinayət əməllərini törətməsi təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin bu əməlləri düzgün olaraq CM-nin 151, 152.1, 156.1, 171-1.1 və 182.1-ci maddələri ilə tövsif edilmişdir. Həmçinin ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda-3,462 qram narkotik vasitə olan heroin əldə edib, saxlayıb üzərində daşımışdır. Məhkəmə hesab edir ki, həmin ittiham üzrə Təqsirləndirilən şəxs 3,462 qram heroini satış məqsədi ilə əldə etməsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində bildirmişdir ki, o, narkotik vasitələrdən istifadə etməmiş, tutulan vaxt üzərində heroin olmamış, üzərində aşkar olunmuş heroin ona məxsus deyildir. İşdə olan narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda “digər şəxsi maraq” dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik maddəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. İş üzrə ifadə vermiş şahidlər (polis əməkdaşları) göstərmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddə əldə etməsi, saxlaması, istifadəsi, daşıması və satışında şübhələrin olması barədə məlumatlar daxil olsa da, onun kiməsə narkotik maddələr satması barədə konkret məlumatlar əldə edilməmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni təqsirləndirilən şəxsin 3,462 qram heroin əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya (18 may 2023-cü il tarixdə olan) əsasən beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi heroinin miqdarı 3,462 qram olmaqla külli miqdar təşkil edir, lakin Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddənin külli miqdarda olması onun bu maddəni məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama və daşıma ilə bağlı hərəkətləri, yəni narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-nin 234.4.3-cü maddəsində (eləcə də həmin Məcəllənin 234.2-ci maddəsində) nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərildiyi kimi narkotik maddənin satış məqsədi ilə əldə edilməsinə dair fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-3,462 qram narkotik vasitə olan heroin əldə edib, saxlayıb, üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 18 may 2023-cü il tarixdə, saat 18 radələrində Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Şirvan şəhəri, H.Əliyev prospektində saxlanılıb üzərində şəxsi axtarış zamanı bir ədəd bükümdə külli miqdarda-3,462 qram heroin aşkar edilib götürülmüş və bununla da o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən (bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri bu cinayətin törədilməsi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 151, 152.1, 156.1, 171-1.1, 182.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 19 may 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 may 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə, məhkəmə hökmünün surəti və icra qrumunun arayışı ilə müəyyən olunur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 08 ay 07 gün cəzasını çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmiş və 07 yanvar 2022-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən (ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 30 oktyabr 2015-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən onun bu əməlində cinayətin təhlükəli residivi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən onun bu əməli cinayətin residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddələr üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdırir. İşdə olan, Şirvan şəhər 1 №-li sahə İƏD üzrə Nümayəndəlikdən verilmiş 09 iyun 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Xəqani küçəsi 9, ev 360-da qeydiyyatda olmaqla yaşamış və yaşadığı müddətdə qənaətbəxş (nümayəndəliyə ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, AZ-İV 816213 №-li doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, X4 28 yanvar 2023-cü ildə doğulmuş, anası X12 və atası Sultanov (Həşimov) Əvəzağa Cəlilağa oğludur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Habelə işdə olan sənədlərlə müəyyən olunur ki, zərərçəkmiş şəxs-xx.xx.2006-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 Füzuli rayonun Üçüncü Zobucuq qəsəbəsi ev 367-də qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs-xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 Şirvan şəhəri, Naxçıvan küçəsi, ev 316da qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs-xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 Şirvan şəhəri, S.Ə.Şirvani küçəsi, ev 8, mənzil 1-də qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 151, 152.1, 156.1, 171-1.1, 182.1 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəza həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, habelə ona CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəza təyin edilməli, yəni təyin olunacaq cəza ittiham olunduğu CM-nin maddələri üzrə müəyyən edilmiş daha ciddi cəzanın son həddinin üçdə ikisindən az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia verilməmiş, eyni zamanda iş üzrə zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində dəymiş ziyanın ödənilməsi tələbi ilə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququn olması izah edilməlidir. Habelə Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutlar otağında saxlanılan 3,412 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X6 X8 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk və işin mahiyyətinə aid hallar üzrə videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-230 (iki yüz otuz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151, 152.1, 156.1, 171-1.1, 182.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 152.1ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 8 (səkkiz) ay müddətə islah işləri cəzası, Azərbaycan Respublikası CMnin 171-1.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 234-1.1-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasıı təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.3-cü maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla 8 (səkkiz) ay müddətə islah işləri cəzası 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 may 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlu yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə zərərçəkmiş şəxslərə izah edilir ki, cinayət əməli nəticəsində dəymiş ziyanın ödənilməsi tələbi ilə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları vardır. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 3,412 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk və işin mahiyyətinə aid hallar üzrə videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-230 (iki yüz otuz) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar