Məhkəmə qərarları › İş №1(099)-300/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-300/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-300/2025 10.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1978-ci ildə Lerik şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “DOST” iş mərkəzində fəhlə işləyən, məhkumluğu olmayan, Lerik şəhəri, Ərdəbil küçəsi, ev 29-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd sellofan bükümdə 4,544 qram, külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 28 yanvar 2025-ci il tarixdə saat 17:00 radələrində Lerik şəhəri “Şınbır” adlanan ərazidə Şahid5 idarə etdiyi «Chevrolet corolla» markalı, ** FH *** qeydiyyat nişanlı avtomobildə sərnişin qismində hərəkətdə olarkən saxlanılaraq, üzəri yoxlanılarkən əynində olan gödəkçənin sol iç cibindən bir ədəd siqaret qutusunun içərisində bir ədəd sellofan bükümdə 4,544 qram psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Lerik şəhəri, Ərdəbil küçəsi, ev 29-da qeydiyyatda olmaqla orada yaşayır. 28 yanvar 2025-ci il tarixdə günorta saatlarında taksi kimi fəaliyyət göstərən Şahid5 idarə etdiyi “Toyoto carolla” markalı, ** FH *** qeydiyyat nişanlı avtomobilə minərək Bakı şəhərindən Lerik rayonuna yola düşmüşdür. Ondan başqa qabaq sərnişin oturacağında Şahid6 oturmuşdur. Onlar saat 17 radələrində Lerik şəhərinə çatanda Lerik rayon polis şöbəsinin əməkdaşları sürücüyə avtomaşını saxlamaq işarəsi vermişlər. Bu zaman qabaq oturacaqda əyləşmiş Emil arxaya, ona tərəf bir ədəd siqaret qutusu atmışdır. O da siqaret qutusunu götürüb əynində olan gödəkçənin sol iç cibi ilə gödəkçənin sol qolu arasına qoymuşdur. Polis əməkdaşları ona yaxınlaşmış, üzərində narkotik vasitə varsa, təqdim etməsini tələb etmişlər. O da əynində olan gödəkçənin sol iç cibi ilə qolunun arasında saxladığı 01 ədəd siqaret qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Həmin siqaret qutusunda 01 ədəd bükümdə psixotrop maddəyəoxşar kütlə aşkar olunmuşdur. Həmin içərisində psixotrop maddə olan qutunu Emilin atdığını və onun götürdyünü polis əməkdaşlarına demişdir. Lakin sonradan ona içərisində həmin psixotrop maddə olan siqaret qutusunu Şahid5 ona tərəf atdığı məlum olmuşdur. Üzərində aşkar olunan psixotrop maddə ona məxsus deyildir. Onu daşımaqda məqsədi istifadə və ya satmaq olmamışdır. Polis əməkdaşları bu barədə Emilə sual verərkən Emil ona tərəf siqaret qutusu atmadığını və psixotrop maddənin ona aid olmadığını bildirmişdir. Psixotrop maddəyəoxşar kütlə qablaşdırılmış və götürülmüşdür. Bu barədə videoçəkiliş aparılmaqla protokol tərtib olunmuşdur. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməyib, bədəni üzərində heç bir xəsarət yoxdur. Əvvəllər narkotik vasitədən istifadə etməmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Şahid6la üzləşdirmədə dindirmə zamanı polis işçiləri tərəfindən avtomobilin saxlanılması zamanı içərisində psixotrop maddə olan siqaret qutusunun ona Şahid6 tərəfindən deyil, sürücü Şahid5 tərəfindən atılmasını göstərmişdir. Təqsirləndirilən şəxs sərnişini olduğu avtomobilin polis işçiləri tərəfindən saxlanılması zamanı avtomobilin salonunda qabaq sərnişin oturacağında oturan Şahid6 və ya sürücü Şahid5 ona tərəf bir ədəd siqaret qutusu atdığını, onun həmin qutuda siqaret olmasını zənn etməklə götürüb cibinə qoyduğunu, lakin həmin qutudan psixotrop maddə aşkar olunmasını, psixotrop maddənin ona məxsus olmamasını göstərsə də, onun cinayət əməli məhkəmə baxışında araşdırılmış sübutlarla aşağıdakı qaydada təsdiq olunmuşdur: Məhkəmə istintaqında şahid kimi dindirlən Şahid6 göstərdi ki, 28 yanvar 2025-ci il tarixdə Bakı şəhərindən yaşadığı Lerik şəhərinə getməli olmuşdur. Həmin gün günorta saatlarında taksi kimi fəaliyyət göstərən Şahid5 idarə etdiyi “Toyoto carolla” markalı, ** FH *** qeydiyyat nişanlı avtomobilə minərək Bakı şəhərindən Lerik şəhərinə yola düşmüşdür. O, avtomobilin qabaq sərnişin oturacağında oturmuşdur. Ondan başqa avtomaşında sərnişin qismində olan Təqsirləndirilən şəxs arxa oturacaqda əyləşmişdir. Onlar saat 17 radələrində Lerik şəhərinə çatmışlar. Polis şöbəsinin əməkdaşları avtomobili Lerik şəhəri ərazisində saxlatmışlar. Polis əməkdaşları onlara avtomobildən yerə düşmələrini təklif etmişlər. O, Təqsirləndirilən şəxs və sürücü Şahid5 avtomobildən yerə düşmüşlər. Polis işçiləri onlara üzərlərində narkotik vasitə varsa, təqdim etmələrini təklif etmişlər. Bu zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç cibində 01 ədəd siqaret qutusunda içərisində 01 ədəd sellofan bükümdə psixotrop maddəyəoxşar kütləni polis əməkdaşlarına təqdim etmişdir. Onun üzərində isə heç bir qanunsuz maddə olmamışdır. Təqsirləndirilən şəxs ona böhtan ataraq polis işçilərinə guya içərisində psixotrop maddə metamfetamin olan siqaret qutusunu onun atdığını göstərmişdir. Lakin onun üzərində heç bir psixotrop maddə metamfetamin olmamışdır. Polis işçiləri avtomaşını saxlayarkən o, içərisində psixotrop maddə olan siqaret qutusunu arxa oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs tərəf atmamışdır. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə daşımasından xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid kimi dindirlən Şahid5 göstərdi ki, Lerik şəhərində Təqsirləndirilən şəxslə qonşuluqda yaşayır və Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur. O, etibarnamə əsasında idarə etdiyi “Toyoto carolla” markalı, ** FH *** qeydiyyat nişanlı avtomobil ilə sərnişin daşıyır. Lerik rayon sakini Emil adlı şəxs xx.xx.2025-ci il tarixdə ona zəng edərək Bakı şəhərindən Lerik rayonuna gedərkən onu da aparmasını xahiş etmişdir. Daha sonra həmin gün qonşusu Təqsirləndirilən şəxs ona zəng edərək onu Bakı şəhərindən Lerik şəhərinə aparmasını xahiş etmişdir. O əvvəlcə Emili Bakı şəhəri Binə qəsəbəsindən avtomobilinə əyləşdirmiş, sonra isə Bakı şəhəri Suraxanı rayonu ərazisində Mikayılı da avtomobilinə əyləşdirərək Lerik şəhəri istiqamətinə yola düşmüşlər. Lerik şəhərində yerləşən “Şınbır” adlı ərazidə avtomobili ilə hərəkətdə olan zaman yol polisi ona avtomaşını saxlamaq əmri vermişlər. Bu zaman qabaq sərnişin oturacağında əyləşmiş Emil bir ədəd siqaret qutusunu arxa oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs vermişdir. O, avtomobili saxlamışdır. Bu zaman Polis əməkdaşları Emili və Mikayıl avtomobildən düşürmüşlər. Həmin vaxt Mikayılın gödəkçəsindən 01 ədəd siqaret qutusunun içərisində narkotik vasitəyəbənzər kütlə aşkar edilmişdir. Daha sonra Emildən qanunsuz əldə etdiyi silahla bağlı söhbət etmişlər. Lakin Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində xx.xx.2025-ci il tarixdə Lerik şəhərində idarə etdiyi avtomobilin polis işçiləri tərəfindən saxlanılması zamanı avtomobildə qabaq oturacaqda sərnişin qismində əyləşmiş Emilin arxa oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs siqaret qutusu vermədiyini və ya ona tərəf atmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirlən Şahid1 göstərdi ki, Lerik Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili işləyir. 28 yanvar 2025-ci il tarixdə günün ikinci yarısında ona Lerik şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması və üzərində daşıması barədə məlumat daxil olmuşdur. Dərhal əməliyyat qrupu yaradılmış, təxirəsalınmaz əməliyyat-axtarış tədbiri həyata keçirilməklə Təqsirləndirilən şəxs sərnişin qismində hərəkətdə olduğu, Şahid5 idarə etdiyi “Toyoto carolla” markalı, 77 FH 16 dövlət qeydiyyat nişanlı avtomobil həmin gün saat 17 radələrində Lerik şəhəri «Şınbır» adlanan ərazində saxlanılmışdır. Təqsirləndirilən şəxs avtomobildən düşmüş, ona üzərində narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirərək üzəri yoxlanılarkən əynində olan gödəkçənin sol iç cibində siqaret qutusunda 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində aşkar olunan psixotrop maddəyə baxış keçirtmişlər və götürülərək qablaşdırılmış, bu barədə protokol tərtib olunaraq imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş psixotrop maddəni avtomaşın polis əməkdaşları tərəfindən saxlanılarkən ona siqaret qutusunda qabaq oturacaqda oturmuş Şahid6 atdığını demişdir. Lakin Şahid6 bunu inkar etmiş, Təqsirləndirilən şəxs avtomobildə siqaret qutusunda psixotrop maddə metamfetamin atmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Lerik Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Şübhəli şəxsin üstünün yoxlanaılmasına dair 28 yanvar 2025-ci il tarixli protokolundan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs, Şahid6 və sürücü Şahid5 hərəkətdə olduqları avtomobilin saxlanılmasından sonra polis işçisi tərəfindən Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən polis əməkdaşı Şahid1 ona üzərində narkotik vasitə vardırsa, təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs iç döş cibindən bir ədəd siqaret qutusunu çıxarıb təqdim edir. Siqaret qutusunun içərisimndə bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminəbənzər maddə aşkar olunur. Polis işçisi ondan psixotrop maddəni haradan əldə etdiyini soruşduqda avtomaşının saxlanılması zamanı siqaret istədiyini, içərisində psixotrop maddə olan siqaret qutusunun ona tərəf (arxa oturacağa) qabaqdan atılmasını, sonra isə Şahid6 göstərərək həmin oğlan tərəfindən atılmasını bildirir. Lakin Şahid6 avtomobildə Təqsirləndirilən şəxs tərəf heç bir siqaret qutusu atmadığını, Təqsirləndirilən şəxs yalan danışdığını bildirir. Eyni zamanda videoçəkiliş zamanı Şahid6 sürücü Şahid5 müraciət edərək avtomaşında onun Təqsirləndirilən şəxs tərəf siqaret qutusunu atıb-atmamasını soruşur. Şahid5 isə Şahid6 sualına cavab olaraq onun avtomaşında Təqsirləndirilən şəxs tərəf siqaret qutusu atmasını görmədiyini bildirir. Materialların məhkəmə ekspertizasının 29 yanvar 2025-ci il tarixli, 19/34 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 4,544 qram olan, ağ rəngli, kristallardan ibarət maddə metamfetamindir. Məhkəmə-tibb ekspertinin yanvar 2025-ci il tarixli, 08 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə-narkoloji ekspertizasının 31 yanvar 2025-ci il tarixli, 47 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Lerik Rayon Mərkəzi Xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada ruhi-əsəb xəstəliyi ilə əlaqədar qeydiyyatında deyildir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixlə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Lerik Şəhər İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsinin 01 fevral 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, 2012-ci ildə doğulmuş bir azyaşlı uşağı vardır. Həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 4,544 qram külli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs 28 yanvar 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması zamanı üzərində aşkar olunmuş 4,544 qram çəkidə psixotop maddənin ona məxsus olmaması, həmin maddənin üzərinə onunla eyni avtomobildə sərnişin qismində olan Şahid6 tərəfindən atılması barədə ifdəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmr. Belə ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ilkin olaraq üzərində aşkar olunmuş psixotrop maddə metamfetaminin avtomobildə olduqları zaman siqaret qutusunda Şahid6 tərəfindən atılmasını göstərsə də, Şahid6la üzləşdirmədə dindirmə zamanı ifadəsini dəyişərək üzərinə psixotrop maddənin Şahid6 tərəfindən deyil, avtomaşının sürücüsü Şahid5 tərəfindən atılmasını göstərmişdir. Məhkəmə eyni zamanda Şahid5 təqsirləndirilən şəxs Mikaıl Tağıyevin qonşusu və uşaqlıq dostu olmasını nəzərə alaraq onun məhkəmə istintaqında verdiyi-avtomobilin polis işçiləri tərəfindən saxlanılması zaman sərnişin Şahid6 digər sərnişin Təqsirləndirilən şəxs bir ədəd siqaret qutusu verməsi barədə ifadəsini Təqsirləndirilən şəxs müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, Şahid5 28 yanvar 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman videoçəkilişdən istifadə olunmaqla üzərlərində yoxlama aparılarkən, həmçinin ilkin ifadələrində avtomobildə Şahid6 Təqsirləndirilən şəxs tərəf siqaret qutusu atmasını və ya verməsini görmədiyini bildirmişdir. Lakin soradan məhkəmə baxışı zamanı qonşusu və uşaqlıq dostu olan Təqsirləndirilən şəxs xeyrinə olaraq avtomobildə hərəkətdə olarkən polis işçiləri tərəfindən avtomobilin saxlanılması zamanı guya qabaq sərnişin oturacağında oturmuş Şahid6 Təqsirləndirilən şəxs siqaret qutusu verməsi məzmunlu ifadə vermişdir. Odur ki, məhkəmə Şahid5 ifadələrinə tənqidi yanaşaraq onun ibtidai istintaqda verdiyi ilkin ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmədə verdiyi ifadəsini isə qeyri-obyektiv ifadə kimi qiymətləndirməklə sübut kimi qəbul etmir. Beləliklə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Lerik Rayon Polis Şöbəsində saxlanılan 4,444 qram psixotrop maddə metamfetamin məhv edilməli, istintaq hərəkətlərinin videogörüntüləri barədə bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kmi tanınmaqla Lerik Rayon Polis Şöbəsində saxlanılan 4,444 qram psixotrop maddə metamfetamin məhv edilsin, istintaq hərəkətlərinin videogörüntüləri barədə bir ədəd DVD disk cinayət işində saxlanılsın. Ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar