Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-301/2023 05.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Şirvan şəhəri, Ş.Şükürov küçəsi, dalan 2, ev 1də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən isttifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əsassız olaraq ittiham verilmiş və ittihamda “o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdarda ümumi təmiz çəkisi 2,143 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 01 ədəd sellofan bükümdə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib, üzərində daşımaqla saxlamış və 05 dekabr 2022-ci il tarixdə saat 02 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Ş.Şükürov küçəsində, yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində satış məqsədi ilə qanunsuz saxladığı 2,143 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroin əynində olan boz rəngli qısa şortikin sağ yan cibindən 01 ədəd bükümdə aşkar edilərək götürülmüşdür” qeyd olunmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, narkotik vasitələrindən istifadə edir. İstifadə etdiyi narkotik vasitəsini tanımadığı şəxslərdən əldə edir. Lakin saxlanıldığı vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. 05 dekabr 2022-ci il tarixdə saat 02 radələrində evdə yatdığı vaxt polis əməkdşaları evinə daxil olaraq onu evdən polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılan zaman əynində şort (qısa şalvar), qısaqol köynək olmuş, qış vaxtı olmasına baxmayaraq isti paltar geyinməsinə polis əməkdaşları imkan verməmişlər, sadəcə ayaqlarına çəkələk geyinmək imkanı tapmış, əynində şort və qısaqol köynəkdə onu polis şöbəsinə aparmışlar. Həmin vaxt onunla eyni həyətdə yaşıyan dayısı X8 da polis şöbəsinə gətirildiyini bilmişdir. Dayısını da narkotik vasitələrin istifadəsində ittiham edərək məsuliyyətə cəlb etmişlər. Qış ayı olduğuna görə üşüyürmüş, qohumu və qonşusu Eldəniz Məmmədov barəsində aparılan araşdırma ilə bağlı polis şöbəsinə gətirilmiş, Eldəniz ona gödəkçəsini vermiş, lakin gödəkçə nazik olduğuna görə polis şöbəsində saxlanılan şəxslərdən birinin isti gödəkçəsi verilmişdir. Sonra onun üzərinə polis şöbəsində baxış keçirilmişdir. Üzərində heç bir narkotik vasitə aşkar olunmadığı halda polis əməkdaşları Təbriz, Fərid və tanımadıqları digər polis əməkdaşları onu döyərək üzərinə narkotik vasitə qoyaraq ona məxsus olmasını bildirmişlər, lakin aldığı zərbələrdən bənənində iz qalmamış, razılaşmadığı təqdirdə evinə ağır çəkidə narkotik vasitələr qoyaraq daha ağır ittiham edəcəkləri ilə hədələmişlər. O, da məcbur olub sənədləri imzalamış və videoçəkiliş keçirilən zaman dəvət olunmuş vəkilin yanında üzərindən narkotik aşkar edilməsinə dair etiraf edici ifadə vermişdir. Polis əməkdaşlarının dediyi kimi, narkotiki güya 04 dekabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı küçədə gəzərkən yerdən tapdığını, 05 dekabr 2022-ci il tarixdə gecə saatlarında həmin narkotiki götürüb evdən çıxmış, küçədə gəzərkən polis əməkdaşları tərəfindən saxlanılmması barədə ifadə vermişdir. Əslində isə evdə olmuş, polis əməkdaşları gəlib onu evdən aparmışlar, üzərində və ümumiyyətlə yaşadığı evdə narkotik olmamışdır. Ona verilmiş ittihama görə güya o, 05 dekabr 2022-ci ildə, gecə saat 02 radələrində Şirvan şəhərində küçədə olarkən saxlanılıb və əynində olan şortun cibindən narkotik aşkar edilib. Həmin gün gecə saatlarında qış ayında Şirvanda hava çox soyuq olub, həmçinin yağış yağırmış. Belə hava şəraitində onun Şirvan şəhərində küçədə əynində şort, qısaqol köynək, ayaqlarında isə çəkələklə gəzməsi mümkün deyil. Ümumiyyətlə o, şortu yalnız evdə geyinir, şortla heç vaxt küçəyə çıxmır. Yaşadığı ərazidə kişilərin şort geyinilməsi isə bəyənilmir. Bu hal bir daha təsdiq edir ki, polis onu küçədən deyil, yaşadığı evdən aparıb. Düzdür, özü narkotik istifadəçisidir, yalnız istifadə edir, heç vaxt satışı ilə məşğul olmamış, saxlanılan zaman üzərində narkotik vasitə olmamış, heç bir günahı yoxdur, barəsində bəraət verilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə icraatına ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə olan heroin istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqla şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmış və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs yeri tərəflərindən müəyyən edilərək xx.xx.2022-ci il tarixdə saat 02:40 radələrində Şirvan şəhəri, Ş.Şükürov küçəsində saxlanılıb şəhər polis şöbəsinə gətirilmiş, Şəhər polis şöbəsinin inzibati binasının otaqlarının birində videoçəkiliş vasitəsilə vəkilin və polis əməkdaşının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparıllmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan boz rəngli şortun sağ yan cibindən bir ədəd sellofan büküm aşkar olunmuş və həmin bükümə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə təhqiqatçı Samir Məmmədov tərəfindən protokol tərtib olunduqdan sonra həmin protokol onun, digər polis əməkdaşı, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs evindən deyil, evinin yaxınlığında olan küçədə piyada gəzərkən saxlamışlar, onu döyməmişlər, Təqsirləndirilən şəxs narkotik sərxoşluğu altında olduğuna görə soyuq hava şəraitində əynində şort ilə küçəyə çıxmışdır. Şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin əməkdaşı Əmənov X11 Adilzadənin göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş X12 məhkəmə baxışında verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. Onunla birlikdə eyni evdə yaşayırlar. xx.xx.2022-ci il tarixdə təxminən gecə saat 02 radələrində Şirvan şəhər Polis şöbəsinin əməkdaşları onu və bacısı oğlu Təqsirləndirilən şəxs yaşadığı evdən polis şöbəsinə aparmışlar. Onlardan öncə qohumu X3 apardıqdan sonra onları da polis şöbəsinə aparmışlar. Polis əməkdaşları onları apararkən onun və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onların evlərinə gələrkən onlar evdə olmuşlar, evlərinin yaxınlığında küçədə olmamışlar. Üzərlərində və evdə heç bir narkotik vasitələr olmamışdır. Polis şöbəsinə aparılarkən Təqsirləndirilən şəxs əynində qolsuz köynək olmasını görsə də, onları ayrı-ayrı maşınlarda apardıqlarından, eyni zamanda polis şöbəsində ayrı otaqlarda saxladıqlarından Təqsirləndirilən şəxs hansı geyimdə olmasını görə bilməmişdir. Onu özünü narkotik vasitələrin istifadəsi ittihamı ilə məsuliyyətə cəlb edərək Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş X5 məhkəmə baxışında verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. xx.xx.2022-ci il tarixdə təxminən gecə saat 02 radələrində Şirvan şəhər Polis şöbəsinin əməkdaşları onu yaşadığı evdən polis şöbəsinə aparmışlar. O, polis şöbəsində olarkən onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs da polis şöbəsinə gətirildiyini görmüşdür. O, inzibati məsuliyyətə cəlb olunduqdan sonra buraxılmışdır. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qolsuz köynəkdə, şortikdə olduğunu görüb ona əynində olan qolsuz balonlu gödəkcə verərək çıxıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş iş üzrə təhqiqatı aparmış Şirvan şəhər Polis şöbəsinin təhqiqatçısı X6 məhkəmə baxışında verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilkin təhqiqatını aparmışdır. Lakin saxlanılaraq polis şöbəsinə gətirilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun əynində şort, gödəkcə və çəkələk olmasını görmüşdür. Faiqin üzərində şəxsi axtarış keçirilən zaman üzərində narkotik vasitə, digər qadağan olunmuş maddə varsa təqdim etməsi təklif olundu, sonuncu da əynində olan şortun sağ yan cibindən bir ədəd sellofan büküm aşkar olunmuş və həmin bükümə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlə ekspertizaya təqdim olunması üçün zərfə qoyularaq qablaşdırılmış və iştirakmılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasını, əgər varsa hansı növdə narkotik vasitə olmasını əvvəlcədən bilməmişdir. Lakin buna baxmayaraq, şəxsi axtarış keçirilməzdən əvvəl narkotik vasitəni qablaşdırmaq üçün zərf götürmüş, tərəfindən zərfin üzəri yazılmış, zərfdə yalnız baxışda iştirak edən şəxslərin adları yazılmış, narkotik vasitəsinin növü qeyd edilməmişdir. Belə ki, şübhəli şəxslərdən narkotik aşkar ediləndə hamin maddə zərfə qoyularaq zərf iştirakçılar tərəfindən imzalanır və möhürlənərək qablaşdırılır. Zərfi əvvəlcədən yazmaqda məqsədi vaxta qənaət etmək olmuşdur. Əgər Faiqin üzərindən narkotik vasitə aşkar edilmədiyi halda həmin zərfi cıraraq tullayacaymış. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 05 oktyabr 2022-ci il tarixli 18/1293 saylı rəyindən görünür ki, üzərində «… Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə, təmiz çəkisi 2,143 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi-0,05 qram, qalıq-2,093 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edır. İş materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2022-ci il tarixli 3494 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal hazırkı psixiatrik müayinənin nəticələri və s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xaraketterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. İş materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən 29 dekabr 2022-ci il tarixli 7896 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən 05 dekabr 2022-ci il tarixli videoçəkilişlə aparılan «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan, həmçinin videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan boz rəngli qısa şortun sağ yan cibindən bir ədəd sellofan büküm çıxardıb masanın üzərinə qoydu və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən olundu. Təqsirləndirilən şəxs əynində şort, gödəkçə, ayaqlarında isə çəkələk olması müəyyən edildi. İş materiallarında olan 05 dekabr 2022-ci il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şirvan şəhər məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 05 dekabr 2022-ci il tarixdən hesablanmmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, hökmlərin surətlərindən və amnistiya tətbiq edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə hərbi məhkəməsinin 05.112015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 333.4, 335.1,68.1,66.3 və 70-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə 06 ay şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. Şirvan şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Şirvan şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunub. İş materiallrında olan 13 dekabr 2022-ci il tarixli Şirvan şəhər X7 hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın ruhi-əsəb narkoloji kabinetində “Opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan 06 fevral 2023-cü il tarixli “telefon məlumatları barədə diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, telefon məlumatlarına baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. İş materiallarında olan Şirvan şəhər 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Ş.Şükürov küçəsi, dalan 2, ev 1-də qeydiyyatda olmaqla yaşayır, yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamış yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» 23 fevral 2023-cü il tarixli qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 2,093 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış saxlanılması üçün Şirvan şəhər poli şöbəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətindən daxil olmuş məktub və arayışdan görünür ki, 04 dekabr 2022-ci il tarixdən 05 dekabr 2022-ci il tarixə keçən gecə saat 02 radələrində Şirvan şəhərində hava temperaturu 3,7C olmuş, yağış yağmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Belə ki, istintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etməyə çalışdığı sənəd «Şəxsi axtarış və götürmə aparılması haqqında» 05 dekabr 2022-ci il tarixli videoçəkilişlə aparılan protokol olmuşdur. Protokola əsasən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra saat 03:40-da xidməti otaqda videoçəkilişlə onun üzərində təhqiqatçı Samir Məmmədov tərəfindən şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli qısa şortun sağ yan cibindən 1 ədəd sellofan bükülüdə narkotik vasitə heroinə bənzər kütlə təqdim etmişdir. Videoçəkilişin 01:38 dəqiqəsində Təqsirləndirilən şəxs əynində qısa şort olması, 01:49 dəqiqədə isə ayaqlarında çəkələk olması müəyyən edilir. Çəkilişin 03:22 dəqiqəsində narkotik vasitənin qablaşdırıldığı zərf görünür. Həmin zərf iştirakçılar tərəfindən imzalanır, lakin zərfin üzərində “Şirvan şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olaraq götürülmüş 01 ədəd selofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə” sözləri, həmçinin iştirakçıların adları təhqiqatçı tərəfindən şəxsi axtarış zamanı deyil, şəxsi axtarışdan əvvəl yazılması müəyyən edilir. Bundan başqa, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah etdiyini bildirmiş, lakin videoçəkilişdən göründüyü kimi, tutulmuş şəxs Təqsirləndirilən şəxs ən azından Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri təhqiqatçı tərəfindən ona izah edilməmiş, keçirilən istintaq hərəkətinə aid prosessual qanunvericiliklə nəzərdə tutulmuş minimal tələblər yerinə yetirilməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı sözü gedən narkotik vasitənin qablaşdırıldığı zərf tədqiq edilmiş, təhqiqatçı tərəfindən qablaşdırılan zərfdə “Şirvan şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olaraq götürülmüş 01 ədəd selofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə” sözləri yazılması bir daha müəyyən edilmişdir. Qeyd edilməsi zəruridir ki, həm ibtidai istintaq zamanı verdiyi ifadələrində, həm də məhkəmədə verdikləri ifadələrində əməliyyatda iştirak edən polis əməkdaşları Şahid1 və Şahid2 göstərmişlər ki, Təqsirləndirilən şəxs yeri tərəflərindən müəyyən edilərək xx.xx.2022-ci il tarixdə saat 02:40 radələrində Şirvan şəhəri, Ş.Şükürov küçəsində saxlamışlar. Göründüyü kimi ittiham tərəfininin əsas şahidləri olan polis əməkdaşları Təqsirləndirilən şəxs Şirvan şəhəri, Ş.Şükürov küçəsində saxladıqlarını bildirmişlər. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş X12və X5 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Şükürov küçəsində deyil, yaşadığı evindən polis əməkdaşları polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Şirvan şəhəri, Şükürov küçəsində soyuq qış ayında, cəmi 3,7c hava temperaturu, yağış yağdığı vaxtda əynində qısa şort, qısaqol kəynəkdə və ayaqlarında isə çəkələk olması heç də inandırıcı deyildir. Bu Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların, yəni onun küçədə deyil, yaşadığı evdən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilməsi, üzərində narkotik olmaması, polis əməkdaşları tərəfindən evinə daha ağır çəkidə narkotik qoyularaq daha ağır ittiham oluna bilməsinə görə etirafedici ifadə verməsi halların həqiqət ola bilməsi ilə bağlı məhkəmədə əsaslı ehtimallar, ittihamda qeyd olunan halların isə həqiqət olmaması ilə bağlı əsaslı şübhələr yaradır. Həmçinin, təhqiqatı aparmış təhqiqatçı X6 ifadəsində şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasını, əgər varsa hansı növdə narkotik vasitə olmasını əvvəlcədən məlumatı olmadığını bildirmişdir. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan əvvəl təhqiqatçı tərəfindən narkotikin qablaşdırılmasında istifadə edilən zərfdə Təqsirləndirilən şəxs üzərindən heroinə bənzər kütlənin aşkar edilməsi sözlərinin yazdığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən “Şəxsi axtarışın keçirilməsi” barədə 05 dekabr 2022-ci il tarixli protokol mötəbərliyi şübhə altına alınan hallar olduğundan, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz və həmin protokol ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə ifadəsində göstərdiyi xüsusatlara, yəni polis əməkdaşları tərəfindən evinə ağır çəkidə narkotik qoyularaq daha ağır ittiham olunacağı deyilməsinə görə videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olmasını deməsi halı xüsusi diqqət yetirilməsinin zəruri olduğunu vurğulamaqla hesab edir ki, bu halların həqiqət olması ehtimalları öz təsdiqini tapır. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahatda, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin hədə-qorxu, aldatma tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Bu əsasa görə də “Şəxsi axtarış keçirilməsi barədə” 05 dekabr 2022-ci il tarixli protokol, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələrinin mötəbərliyi şübhə altına alındığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.2, 125.2.3 və 125.2.4-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; hədə-qorxu, aldatma yolu ilə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Hazırkı baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Belə ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). İş materiallarında olan Təqsirləndirilən şəxs ilkin izahatından, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, o, törətdiyi cinayət əməlini qismən, yəni narkotik vasitələrin satışı ilə deyil, istifadəsində təqsirli bilərək üzərində şəxsi istifadəsi üçün narkotik vasitə heroinin olduğunu, həmin heroini yaşadığı evin yaxınlığında küçədə tapdığını etiraf etmişdir. (iş vərəqləri 33-34, 46-47, 58-59) Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, hər iki halda orfoqrafik və qrammatik səhvlər də daxil olmaqla təqsirləndirilən şəxsin müxtəlif vaxtlarda verdiyi ifadələr tamamilə eyni olmuşdur. Bu isə öz növbəsində məhkəmdə bir daha əsaslı şübhələr yaradır ki, bu ifadələr təqsirləndirilən şəxsin sərbəst şəkildə ifadəsi olmamaqla yanaşı müstəntiq tərəfindən əvvəlcədən yazılmış mətnin köçürülməsi üsulu ilə qeydə alınmışdır. Şərh olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri həmçinin bu əsasa görədə mötəbər sübut kimi qəbul etmir. Eyni ilə polis əməkdaşları Şahid1 və Şahid2 da ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də tamamilə eyni olmuşdur. Bu da bir daha müstəntiq tərəfindən bu ifadələrindən də köçürmə üsulu ilə yazılmasının aşkar göstəricisidir. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, polis əməkdaşları Şahid1 və Şahid2 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələr, həmçinin təhqiqatçı Samir Məmmədovun məhkəmədə verdiyi ifadəsi mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X1rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 05 oktyabr 2022-ci il tarixli 18/1293 saylı rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən heroinlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. İş materiallarında olan 29 dekabr 2022-ci il tarixli 7896 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. Həmçinin, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 3494 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xaraketterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Məhkəmə hesab edir ki, bu rəy də, təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X9rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X19 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X17rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, tutulduğu müddət, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak ilə bağlı məsələlərin müzakirəsi istisna təşkil edəcəkdir. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından görünür ki, Təqsirləndirilən şəxs oğlu 2018 və 2020-ci il tarixli hökmlərlə məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkumluğunun ödənildiyini əsas götürərək və həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq, hazırkı iş üzrə anket məlumatlarında Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs qismində tanıyır. Təqsirləndirilən şəxs bəraət verilməsi ilə bağlı onun barəsində seçilmiş həbs qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməlidir. Cinayət işinin materillarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 23 fevral 2023cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 2,093 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Şirvan ŞRPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 2,093 qram narkotik vasitə heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən məhkəmə ekspertizasının aparılması ilə xərclər ona aid edilməməli, cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. (Cild 1, iş vərəqə 44-48). Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərcinin ödənilməsindən azad olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilsin və o saxlanıldığı Bakı istintaq təcridxanasından həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Şirvan Şəhər Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2.093 qram narkotik vasitə heroin həmin idarədə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə xərclərinin ödənilməsindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən həmin 2.093 qram çəkidə narkotik vasitə heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-301/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-301/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver