Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-301/2024 13.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X19, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Ələsgər oğlu, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslərin hüquqi varisləri (mülki iddiaçılar) X9, X15 və zərərçəkmiş şəxslərin hüquqi varislərinin nümayəndəsi Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə xx xxxxxx 1960-cı ildə Dağıstan ASSR/USSR-də doğulmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, sürücülük fəaliyyəti ilə məşğul olan, Rusiya Federasiyası Dağıstan Respublikası İzberbaş şəhəri S.Stalski küçəsi ev 4-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il də saat 22:30 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 70-ci kilometrində idarə etdiyi «Schmıtz» markalı, AK152432 dövlət qeydiyyat nişanlı, yarımqoşqulu, «Volvo yük» markalı, B082OK06 dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun sağ zolağı ilə Ələt qəsəbəsi istiqamətində 80 km/saat sürətlə hərəkətdə olarkən, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətinin təmin olunması üçün avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri vaxtında yerinə yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X30» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da, qarşıda eyni istiqamətdə yolun sağ hərəkət zolağında dayanmış vəziyyətdə olan, X2 idarə etdiyi «VAZ-21051 minik» markalı, 99NA636 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan üç şəxsin, yəni «VAZ-21051 minik» markalı avtomobilin sürücüsü X2 insan həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran, daxilə qanaxma, sol ağciyərin, ürək kisəsinin, ürəyin, dalağın cırılmaları, sol tərəfli İ-İİ-İİİ-İV-V-Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, döş qəfəsinin sol yarısının qançırı, başın alın və ənsə nahiyələrin yaraları xəsarətləri almaqla ölümünə, həmin avtomobilin salonunda olan sərnişin X5 insan həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran, daxilə qanaxma, sağ plevra boşluğuna qansızma, sağ ağciyərin zədələnməsi, sağda körpücük və İ-İİ-İİİ-İV- V-Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, döş qəfəsinin sağ yarısının qançırları və başın ənsə nahiyəsinin yarası xəsarətləri alaraq ölümünə və X10 insan həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran, sağ qulaq seyvanının yarası, döş qəfəsinin ön səthinin sıyrığı, sağ bazunun sıyrığı, hər iki tərəfdə qabırğaların sınıqları, ağciyərlərin travmatik cırılmaları, daxili qanaxma və travmatmk şok xəsarətləri alaraq ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindlirilən X16 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və zərərçəkmiş şəxslərin hüquqi varisləri tərəfindən ona qarşı verilmiş malki iddianı qəbul etməyərək göstərdi ki, beş ildir sürücü kimi yükdaşıma fəaliyyəti ilə məşğul olur. 28 iyun 2023-cü il tarixdə tdarə etdiyi «Schmız» markalı, AK 152432 qeydiyyat nişanlı, yarımqoşqulu, «Volvo» yük markalı, BO820K06 qeydiyyat nişanlı avtomobil ilə Rusiya Federasiyasının Dağıstan Respublikasından yüksüz vəziyyətdə yola düşərək Azərbaycan Respublikasının Astara şəhərindən keçməklə İran İslam Respublikasına getmişdir. 03 iyul 2023-cü il tarixdə avtomobіlə İranda 19 ton gilas yükləyərək yükü Rusiya Federasiyasının Moskva şəhərinə aparmaq üçün həmin gün İrandan yola düşmüş, saat 22 radələrində İrandan Azərbaycan Respublikasının Astara şəhərinə keçmiş və Dağıstan istiqamətində yola düşmüşdür. Saat 22 radələrində avtomobili Ələt-Astara-İran sərhədi avtomobil yolu ilə, sağ zolaqla 80-85 km/saat sürətlə Bakı şəhəri istiqamətində idarə etmişdir. Hava qaranlıq olsa da, avtomobilin işıqları yolu kifayət qədər işıqlandırmışdır. Avtomobilin salonundan yolu 50 m məsafədə aydın, 300-400 metr məsafədə isə normal görmüşdür. Avtomobillə yolun Ələt istiqamətində 135-ci kilometrliyində sərbəs olaraq hərəkətdə olmuş, yolunda heç bir maneyə olmamışdır. Lakin hərəkətdə olduğu zaman qəflətən yolun sağ tərəfindən «Jiquli» markalı avtomobil 2-4 metrlik məsafədən onun yoluna çıxmışdır. Məsafə az olduğundan avtomobili dayandırmaq mümkün olmadığından sərt olmamaq şərti ilə tormoz tvermiş və yoluna çıxan «Jiquli» markalı avtomobili vurmamaq üçün avtomobili sola istiqamətləndirmişdir. Lakin toqquşmanın qarşısını ala bilməmiş, bir neçə saniyə keçmiş onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfi «Jiquli» markalı avtomobilin arxa sol tərəfi ilə toqquşmuş, avtomobil beton arakəsməyə dəyib dayanmışdır. O, dərhal avtomobildən yerə düşmüşdür ki, «Jiquli» markalı avtomobildə olan şəxslərə yardım göstərsin. O, maşından yerə düşmüş və «Jiquli» markalı avtomobilə yaxınlaşanda avtomobildə olan bir kişinin və bir qadının avtomobildən bir neçə metr kənarda yerdə uzanmış vəziyyətdə olduqlarını görmüşdür. Tez onlara yaxınlaşaraq sağ olub olmamalarını yoxlamış, onların hər ikisi ölmüşlər. Ancaq o, «Jiquli» markalı avtomobilin içinə baxmamış, həmin avtomobilin içində üçüncü şəxsin olmasını bilməmişdir. Çox həyəcanlı olmuş, yoldan keçən avtomaşınlara əl edib saxlatmış, xahiş etmişdir ki, təcili tibbi yardıma, polisə zəng etsinlər. Təcili tibbi yardıma və polisə zəng etmişdir. Hadisə yerinə çoxlu adamlar toplaşmışlar. Az sonra təcili tibbi yardım və polis gəlmişdir. Cinayət işində hadisənin yolun 70-ci ktlometrliyində baş verməsi göstərilsə də, hadisə yolun Ələt istiqamətində 135-ci kilometrdə baş vermişdir. Həmin hissədə baş verən yerdə yolun sağı boşluqdur, hadisədən sonra hadisə yerinə gələn çoxlu avtomobillər, polis maşınları yolun həmin hissəsində dayanmışlar. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 28 iyun 2023-cü ildə Rusiya Federasiyasının Dağıstan Respublikasından idarə etdiyi «Schmıtz» markalı, AK152432 qeydiyyat nişanlı, yarımqoşqulu, «Volvo» yük markalı, B082OK06 qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasına yola düşərək Astara şəhərinə yüksüz getmişdir. 03 iyul 2023-cü ildə Astara şəhərində həmin avtomobilə 19 ton gilas yükləyərək saat 19 radələrində Astaradan Dağıstana yola düşmüşdür. 03 iyul 2023-cü ildə saat 22:30 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 70-ci kilometrində avtomobillə Ələt istiqamətinə 80 km/saat sürətlə faraların yaxın işıqlarında yolun sağ zolağı ilə hərəkət edərkən avtomobilin fara işıqları düşən hissədə yolu aydın görürmüşdür. Ani olaraq qarşı eyni istiqamətdə yolun sağ zolağında VAZ-21051 minik markalı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobillə toqquşmamaq üçün yolun sol zolağına manevr etmiş, buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq sağ tin hissəsi həmin avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdr. Zərbənin təsirindən həmin avtomobil sağa istiqamətlənərək çökəklik əraziyə düşmüş, yenidən sağa manevr edib yolun sağ zolağına çıxaraq avtomobili dayandırmışdır. Məlum olmuşdur ki, həmin avtomobilin sürücüsü və iki nəfər sərnişini hadisə nəticəsində ölmüşlər. Ölən şəxslərdən 2 nəfəri kişi və 1 nəfəri qadın olmuşdur. Hadisədən əvvəl spirtli içki və ya narkotik vasitələrdən istifadə etməmiş, ayıq vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş zərərçəkmiş şəxslər X6 və X10 hüquqi varisi X9 məhkəmə istintaqında göstərdi ki, ata-anası Bakı şəhərində onlarla eyni ünvanda yaşamışlar. Atası əvvələr müdafiə nazirliyinin əməkdaşı olmuş, pensiyaya çıxdıqdan sonra isə «Sabit» mühafizə şirkətində baş inspektor vəzifəsində işləmişdir. 02 iyul 2023-cü ildə saat 10 radələrində atası Məhərrəm anası Xanımla birlikdə idarə etdiyi VAZ-21051 minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonunda yaşayn qohumlarının toy məclisində iştirak etmək üçün Lənkəran rayonuna yola düşmüşlər. Həmin gün saat 23 radələrində anası ona zəng edərək bildirmişdir ki, rayonda qalıb səhəri gün qayıdacaqlar. 03 iyul 2023-cü ildə saat 15:30 radələrində atası ilə telefon əlaqəsi saxlamışdır. 03 iyul 2023-cü il tarixdə gecə saat 23:20 radələrində əmisi oğlu Əlheydər ona zəng edərək bildirmişdir ki, atasıgil Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsinə uğrayıblar, hadisə nəticəsində atası, anası və onlarla birlikdə Bakı şəhərinə qayıdan əmisi İlqar Fərziyev aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər. Qohumları ilə birlikdə Salyan Rayon Mərkəzi Xəstəxanasına getmiş, ata-anasının meyitlərini tibbi müayinədən sonra təhvil alıb dəfn etmişlər. Sonradan məlum olmuşdur ki, 03 iyul 2023-cü il tarixdə saat 22:30 radələrində atası idarə etdiyi avtomobillə Bakı şəhərinə qayıdarkən Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində Rusiya Federasiyasında yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi «Schmıtz» markalı avtomobillə onları vurmuşdur. Hadisənin baş vermə yeri kimi Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 70-ci kilometrliyi Ələt qəsəbəsindən Astara istiqamətində düzgün göstərilmişdir. Həmin hadisə yeri Astaradan Ələt istiqamətində isə «Hacıoğlu» restoranını keçdikdən sonra yolun 135-ci kilometrliyindədir. Təqsirləndirilən şəxs ifadəsi ilə razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs hadisənin yolun 135-ci kilometrliyində baş verməsini, lövhədə «135» rəqəmini oxumasını bildirdiyi halda göstərir ki, atasının idarə etdiyi avtomobil onun yoluna 2 metrlik məsafədən çıxmış, yalnız bundan sonra həmin avtomaşını görmüşdür. Həmin vaxt aralarında 50 metrədək məsafə olmuş, bu səbəbdən də avtomobilin yoluna çıxmasını gec görmüşdür. Ola bilməz ki, Təqsirləndirilən şəxs lövhədə yazılmış «135» rəqəmini görsün, ancaq avtomobilin yola çıxmasını görməsin. O, hadisə yerinə gedərək hadisə yerinin video və fotoşəklini çəkmişdir. Hadisə yerində işıqlanma normal olmuşdur. Ata-anasının yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin salonunda xəsarət alaraq ölmələrinə inanmır. Bu halda onların bədənləri üzərində çiddi xəsarət olmalı idi. Avtomobildə adətən anası atasının arxa tərəfində oturmuşdur. Əgər onların meyitləri avtomobilin salonunda olsaydı, meyitləri çıxarmaq üçün avtomobil kəsilməli idi. Lakin kəsilməmişdir. Əgər atasının idarə etdiyi avtomobil onun hərəkət yolunda dayansa idi, işıqları yanmasa da, işıqları əks olunardı, Omarşa onu görə bilərdi. Hadisə zamanı Omarşanın avtomobili 80-85 km/saat sürütlə idarə etməsi doğru deyildir. Hadisə zamanı Omarşa avtomobili 100-110 km/saat sürətlə idarə etmişdir. Həm də atasının idarə etdiyi avtomobili digər avtomobilin hərəkət zolağına çıxarmasına inanmır. Ola bilsin ki, iki nəfər yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Şahid qalmasın deyə Omarşa üçüncü adamı özü öldürmüşdür. Atasının ölüm səbəbinin araşdırılmasını xahiş edir. Hadisə nəticəsində ölmüş X5 hüquqi varisi qismində tanınmış X15 məhkəmədə göstərdi ki, 03 iyul 2023-cü ildə saat 22:30 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 70-ci kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş X13 onun atasıdır və Lənkəran rayonunun Tükəvilə kəndində onlarla eyni ünvanda yaşamışdır. 02 iyul 2023-cü ildə əmisi Məhərrəm öz arvadı Xanımla birlikdə Məhərrəmin idarə etdiyi «VAZ-21051 minik» markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonunun Tükəvilə kəndinə qohumlarının toy məclisində iştirak etmək üçün gəlmişlər. 03 iyul 2023-cü ildə atası İlqar da əmisigillə birlikdə Bakı şəhərinə getmək üçün yola düşmüşlər. Həmin gecə saat 23:30 radələrində qohumları ona zəng edərək bildirmişdir ki, əmisi Məhərrəm idarə etdiyi avtomobillə Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsinə uğrayıblar və hadisə nəticəsində atası, əmisi Məhərrəm Fərziyev və onun arvadı Xanım aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər. Qohumları ilə birlikdə Salyan rayon Mərkəzi Xəstəxanasına getmiş, ekspert tərəfindən meyitlər müayinə olunduqdan sonra təhvil alıb xx.xx.2023-cü ildə yaşadığı Lənkəran rayonunun Tükəvilə kənd qəbirstanlığında dəfn etmişlər. Sonradan məlum olmuşdur ki, 03 iyul 2023-cü ildə saat 22:30 radələrində əmisi Məhərrəm idarə etdiyi «VAZ-21051 minik» markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə qayıdarkən Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində Rusiya Federasiyası Dağıstan Respublikası İzberbaş şəhərində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi «Schmıtz» markalı, AK152432 dövlət qeydiyyat nişanlı yarımqoşqulu, «Volvo yük» markalı, B082OK06 dövlət qeydiyyat nişanlı avtomobillə onları vurmuş, nəticədə atası X13, əmisi X6 və əmisi arvadı X20 aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər. Lakin o atası İlqarın və əmisi Məhərrəmin avtomobil qəzası nəticəsində ölmələrinə inanmır. Atasının və əmisinin meyitlərini görmüşdür. Onların meyitləri üzərində hər hansı xəsarət görməmişdir. Hansıki əmisi Məhərrəmin idarə etdiyi avtomaşın tam şəkildə əzilmişdir. Əmisi və atası avtomaşınlrın toqquşması zamanı avtomaşında olsa idilər, onlar çox ciddi xəsarət almalı idilər. Atasının və əmsinini ölüm səbəbini bilmək istəyir. O, əmisi Məhərrəmin avtomaşını yolun hərəkət hissəsində saxlamasına, atasının, əmisinin və əmisinin arvadı Xanımın avtomobilin içində olduqları zaman onların olduqları avtomobili Omarşanın idarə etdiyi avtomobilin vurmasına inanmır. Çünki bu halda onların hər üçünün meyitləri avtomobilin içərisində olmalı idi. Lakin onların meyitləri bir-birlərindən aralı məsafədə olmuşlar. Atasının qəsdən öldürülməsini düşünür. Hesab edir ki, Omaraşa ilə kiminsə arasında mübahisə olub, ölən şəxslərdən iki nəfəri avtoqəzada ölmüş, bir nəfər isə yox. Yəni əmisi Məhərrəmin qəza nəticəsində ölməsini düşünmür. Ona görə ki, Məhərrəmin meyiti avtomaşından hadisə yerində xeyli aralıda olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən X14 göstərdi ki, zərərçəkmiş şəxslər onun qohumlarıdır. 3 iyul 2023-cü il tarixdə İmanverdi Məmmədov ona zəng edərək Məhərrəmgilin Astara-Bakı yolunda qəzaya düşdüklərini xəbər vermişdir. O, dərhal hadisə yerinə gedəndə orada üç ədəd «TİR» markalı avtomobillərin olduğunu, X23 Nazirliyinin əməkdaşlarının hadisə yerində olduqlarını və artıq hadisə yerində qaldırıcı kranın işlədiyini görmüşdür. Yoldan aşağı setkanın üstündə məhərrəmin meyitinin sellofana bükülü halda olduğunu, onun ayaq hissəsində isə Xanımın meyitinin sellofana bükülmüş vəziyyətdə olduğunu görmüşdür. Onun eşitdiyinə görə hadisədən əvvəl Məhərrəmin idarə etdiyi «jiquli» markalı avtomobil dayanmış vəziyyətdə olmuş, Xanım maşının yaxınlığında yerdə qusurmuş, İlqar ona yardım edirmiş, Məhərrəm isə yerdə telefonla danışırmış ki, qadına necə yardım etsinlər. Bu zaman Omarşının idarə etdiyi avtomaşın «jiquli»ni vurub əzib, bunun üstündə onların araldarında mübahisə olmuş, mübahisə zamanı Omarşa onların hər üçünü vurub öldürmüşdür. İlqar, Məhərrəm və Xanım yol-nəqliyyat hadisəsi nəticəsində ölməmişlər. Hər üçü əllə öldürülmüşlər. Hadisə zamanı Omarşanın yanında ikinci sürücü olmuşdur. O, hər üç mərhumların meyitlərinin yuyulmalarında iştirak etmişdir. Meyitlər üzərində ciddi xəsarətlər olmamışdır. Ekspert onların ölüm səbəbləri barədə düzgün rəy verməmişdir, tibbi rəy meyitlər müayinə olunmadığı halda verilmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən X11 göstərdi ki, qeyd olunan yolnəqliyyat hadisəsi nəticəsində ölmüş X6 onun qayınatası, X20 isə qayınanasıdır. 03 iyul 2023-cü il tarixdə saat 23 radələrində dayısı oğlu ona zəng edərək hadisə barədə məlumat vermişdir. Onlar qohumlarla birlikdə hadisə yerinə getmişlər. Orada üç nəfər «TİR» avtomobillərinin sürücülərinin olduğunu, Omarşanın su içdiyini görmüşlər. Xəndəkdən polis işçisinin bir rusu çıxardığını görmüşdür. Həmin şəxs oradan getmişdir. Sonra hadisə yerindən 30-40 metr məsafədə Məhərrəmin meyiti aşkar olunmuşdur. Ölmüş şəxslərin hər üçünün meyitini o yumuşdur. Meyitlərin boyunlarının arxa hissəsində cırıq olmuş, bədənləri üzərində başqa xəsarətlər olmamışdır. Fərziyev Məhərrəmin qəsdən öldürülməsini düşünür. Müstəntiq hadisəni törətmiş avtomaşını nə üçün sahibinə təhvil vermişdir. Müstəntiqdən bu barədə soruşduqda müstəntiq avtomaşınlıq iş olmadığını, hər şeyin dalaşma əsasında baş verdiyini demişdir. Meyitlərin üzərində sınıq xəsarətləri olmamışdır. Hadisə Ələt-Astara-İran sərşədi avtomobil yolunun Bakı istiqamətində «Yolüstü» restoranını keçdikdən sonra 135-ci kilometrliyində baş vermişdir. Hadisə yerinin video və fotoşəklini çəkmişdir. Onları məhkəməyə təqdim edə bilər. Məhkəmə istintaqında şahid kimi dindirilən X7 göstərdi ki, yol nəqliyyat hadisəsi nəticəsində ölmüş şəxslər onların qohumlarıdırlar. 03 iyul 2023-cü il tarixdə qardaşı Amilin yoldaşına zəng edərək Məhərrəmin, İlqarın və Xanımın qəzaya düşmələri barədə məlumat vermişlər. Dərhal o, qardaşı Amil, atası İmanverdi və əmisi oğlu Xudaverdi ilə birlikdə hadisə yerinə getmişlər. Hadisə yerinə çatanda İlqarın və Xanımın meyitlərinin yolun kənarında olduğunu görmüşdür. Məhərrəmi isə görməmişdir. Məhərrəmin haradasa sağ olduğunu düşünmüşdür. Sonra Məhərrəmin də meyitini 30-40 metr kənardan gətirdiklərini görmüşdür. Omarşanın qoluna isə iki adam girmişdir. Hadisə yerində olduğu zaman bir nəfər tanımadığı yol polisi ona yaxınlaşaraq hadisədən əvvəl həmin yerdən keçdiyini, bir nəfər qadının yerdə qusduğunu, bir nəfər kişinin ona yardım göstərdiyini, balacaboy kişinin isə telefonla danışmasını gördüyünü bildirmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən X12 göstərdi ki, yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş X6 və X13 onun qardaşlarıdır. 03 iyul 2023-cü il tarixdə gecə saatlarında ona zəng olunaraq qardaşlarının olduğu avtomaşını «Tır» vurmasını xəbər vermişdir. O və digər qohumları hadisə yerinə getmişlər. Hadisə yerində 3 ədəd «Tır» avtomobillərinin olduğunu görmüşdür. İlqar Fərziyevin və Xanım Fərziyevanın meyitlərini yerdə görmüşlər. X18 mehitini görməmişdir. Sonra bacısı oğlu Amil ona dayısı Məhərrəmin meyitinin orada, olduğunu bildirmişdir. Məhərrəmin meyiti təxminən 35 metr kənarda olmuş və qardaşının orada öldürülməsi məlum olmuşdur. Məhərrəmin meyitinin olduğu yerdə tanımadığı kök oğlan görmüşdür. Qardaşlarının meyitlərinə baxmış onlar hər ikisi boyun nahiyəsindən eyni xəsarət almışlar. Məhərrəm şahid olmaması üçün öldürülmüşdür. Ekspert qardaşlarıfnın bədənində olan xəsarətlərlə bağlı düzgün rəy verməmişdir. Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmş ifadəsində göstərmişdir ki, Dağıstan Respublikası /USSR-də yerləşən "xxxx" ASCdə sürücü işləyir. "xxxx" ASC-yə məxsus olan «Schmıtz» markalı, AK152432 dövlət qeydiyyat nişanlı yarımqoşqulu «Volvo yük» markalı, B082OK06 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törədərək nəticədə 3 nəfər öldüyünə görə başlanmış cinayət işi üzrə istintaq aparıldığı üçün həmin avtomobili, yarımqoşqunu və avtomobildə olan yükü Dağıstana aparmaq səlahiyyəti "xxxx" ASC tərəfindən ona həvalə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin əzilməsi və dəymiş digər ziynla əlaqədar heç bir şikayət, iddia və tələbi yoxdur. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, 03 iyul 2023-cü ildə idarə etdiyi «Kamaz 55111» yük markalı, **-BC-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən mişar daşı yığıb Lənkəran şəhərinə qayıtmaq üçün yola düşmüşdür. Saat 22:30 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsi ilə Astara rayonu istiqamətinə hərəkətdə olduğu vaxt qarşıda yolun Ələt qəsəbəsi istiqamətinə olan əks tərəfindən yol- nəqliyyat hadisəsi baş verdiyini görüb avtomobili saxlayaraq avtomobildən düşüb yolun əks tərəfinə keçmişdir. Yaxınlaşdıqda görmüşdür ki, «Schmıtz» markalı, yarımqoşqulu «Volvo» yük markalı avtomobil qırmızı rəngli, «VAZ-21051» minik markalı avtomobillə toqquşub, «VAZ-21051» minik markalı avtomobil yoldan çıxaraq yolun sağ kənarındakı xəndəyə düşümüşdür. Hadisə yerində yolun sağ kənarında setka çəpərin yaxınlığında bir kişi və bir qadın meyitləri, onlardan 5-6 metr kənarda xəndəyin içərisində, «VAZ-21051» markalı avtomobilin altında isə bir kişi meyiti olmuşdur. «Volvo» yük markalı avtomobil isə keçib təxəminən 200 metr qabaqda dayanmışdır. «Volvo» markalı avtomobilin milliyyətcə rus olan sürücü, adını sonradan bildiyi Omarşa isə yolda oturab əlləri ilə başına döyərək ağlamışdır. O, Omarşadan hadisənin neçə baş verməsini soruşmuşdur. Omarşa ona bildirmişdir ki, idarə etdiyi avtomobillə yolun sağ zolağı ilə hərəkətdə olarkən yaxın məsafədən eyni zolaqda işıqları sönülü vəziyyətdə «VAZ-21051» minik markalı avtomobilin dayandığını görüb toqquşmamaq üçün avtomobili sola istiqamətləndirsə də, hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin qabaq sağ hissəsi «VAZ-21051» minik markalı avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdur. Hadisə yerində olan bir nəfər tanımadığı, azərbaycanlı şəxs hadisə yerindən «Nokia» markalı mobil telefon tapmışdır. Telefonun batareyası yerə düşmüşdür. Telefonun batareyasını üzərnə quraşdırıb işə salmışlar. Telefonda «oğlum» yazılan nömrəsini öz mobil telefonu ilə yığmışdır. Həmin telefonu tapan şəxs danışıb hadisə barədə məlumat vermişdir. Telefonda cavab verən şəxs hadisəni eşitdikdən sonra ölənlərdən birinin onun atası olduğunu demişdir. Sonra isə həmin oğlan onun telefonuna zəng edərək hadisənin hada baş verdiyini soruşmuşdur. O isə hadisə yerini ona bildirmişdir. O, toqquşma yerinə tökülmüş hissə və qırıntılardan toqquşmanın yol kənarındakı sarı xəttən içəridə, yolun hərəkət hissəsində baş verməsini müəyyən etmişdir. Hadisə yerində həmçinin qusuntu qalıqları görmüşdür. O, hadisə yerinə çatan ilk şəxslərdən olmuşdur. O, hadisə yerinə çatanda orada 2-3 nəfər tanımadığı adamlar olmuşlar. Hadisə yerində toqquşmuş avtomaşınlardan başqa avtomaşın, o cümlədən başqa «TİR» markalı hər hansı bir avtomobil olmamışdır. Az sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmişdir. Özü və digər hadisə şahidləri köməklik edib xəndəkdə olan meyiti və digər meyitləri təcili tibbi yardım avtomobilinə qoyulmasına köməklik etmişlər. Hadisə şahidləri yerə dağılmış sənədləri, digər əşyaları salafan torbaya yığmış, həmçinin həmin mobil telefonu da həmin torbaya qoymuşlar. Sonradan polis əməkdaşları onlara hadisə yerindən uzalaşmağı dedeyi üçün hadisə yerində aralanıb öz evinə getmişdir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə 03 iyul 2023-cü il tarixli protokoldan və hadisə yerinin protokola əlavə edilmiş sxemindən görünür ki, hadisə Ələt- Astara-İran sərhəddi avtomobil yolunun 70-ci kilometrliyində baş vermişdir. Təqsirləndirilən şəxsin idarə etdiyi «Volvo» yük markalı, B082OK06 dövlət qeydiyyat nişanlı avtomobil Ələt qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. Hadisənin baş verdiyi yerdə yolun Astara-İran sərhəddi istiqamətində olan hərəkət zolağı ilə Ələt qəsəbəsi istiqamətində olan hərəkət zolağı arasında beton bordürlər düzülmüşdür. Hadisə yolun Ələt istiqamətində olan hərəkət zolağında baş vermişdir. Həmin hərəkət zolağının eni 7 metrdir. Təqsirləndirilən şəxsin idarə etdiyi «Volvo» yük markalı, B082OK06 dövlət qeydiyyat nişanlı avtomobil ilə X2 idarə etdiyi «VAZ-21051» minik markalı, 99NA636 qeydiyyat nişanlı avtomobil yolun sağ zolağında yol kənarından 1,2 metr məsafədə yolun hərəkət hissəsində toqquşmuşlar. İş üzrə təyin edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 5 iyul 2023-cü il il tarixli, 8/1940 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində «Volvo» yük markalı, B082OK06 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X30» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələbinə əsasən Təqsirləndirilən şəxs diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda hərəkət zolağında dayanmış VAZ-21051 markalı avtomobildən vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafə saxlamalı, VAZ 21051 markalı avtomobilin yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli idi. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 31 nömrəli rəyinə əsasən X2 meyitində daxilə qanaxma, sol ağciyərin, ürək kisəsinin, ürəyin, dalağın cırılmaları, sol tərəfli İ-İİ-İİİ-İV-V-Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, döş qəfəsinin sol yarısının qançırı, başın alın və ənsə nahiyələrin yaraları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən bir qədər əvvəl bərk küt əşyaların təsiri nəticəsində törənmişdir, xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. X2 ölümünə səbəb sol tərəfli qabırğaların sınığı, daxilə qanaxma, ürəyin, sol ağciyərin və dalağın zədələnməsi olmuşdur. X2 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 32 nömrəli rəyinə əsasən X5 meyitində daxilə qanaxma, sağ plevra boşluğuna qansızma, sağ ağciyərin zədələnməsi, sağda körpücük və İ-İİ-İİİ-İV-V-Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, döş qəfəsinin sağ yarısının qançırları və başın ənsə nahiyəsinin yarası xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən bir qədər əvvəl bərk küt əşyaların təsiri nəticəsində törənmişdir, xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir.X5 ölümünə səbəb travmatik-hemorragik şok, sağ ağciyərin zədələnməsi və daxilə qanaxma olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 33 nömrəli rəyinə əsasən X10 meyitində sağ qulaq seyvanının yarası, döş qəfəsinin ön səthinin sıyrığı, sağ bazunun sıyrığı, hər iki tərəfdə qabırğaların sınıqları, ağciyərlərin travmatik cırılmaları, daxili qanaxma və travmatmk şok xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən bir qədər əvvəl bərk küt əşyaların təsiri nəticəsində törənmişdir, xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. X10 ölümünə səbəb aldığı xəsarətlər nəticəsində baş vermiş daxili qanaxma və travmatik şok olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. İşdə olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs B,B1,C,C1,D,D1,CE,C1E kateqoriyalı sürücülük hüququ olmuş, sürücülük vəsiqəsi xx.xx.2028-ci il tarixədək etibarlı olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi «Volvo yük» markalı, B082OK06 dövlət qeydiyyat nişanlı və X3 məxsus «VAZ-21051 minik» markalı, 99NA636 dövlət qeydiyyat nişanlı avtomobillər cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Təqsirləndirilən şəxs iş üzrə 04 iyul 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 07 iyul 2023-cü il tarixli məktubundan və 06 iyul 2023-cü il tarixli aktdan görünür ki, göstərilən yol-nəqliyyat hadisəsi nəticəsində agentliyin balansında olan yol təsərrüfatına 309 manat ziyan vurulmuşdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslərin hüquqi varisləri X15 və X9 cinayət nəticəsində vurulmuş ziyana görə hər biri Təqsirləndirilən şəxs 150.000 manat, ümumilikdə 300.000 manat pul tələbini barədə mülkü iddia vermişlər. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 06 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailədir, himayəsində azyaşlı uşaq yoxdur. Yaşayış yerindən məsbət səciyyələnir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, onları biri-biri ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv təhlil edib hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs «Schmıtz» markalı, AK152432 dövlət qeydiyyat nişanlı, yarımqoşqulu, «Volvo» yük markalı, B082OK06 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «X30» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini pozması səbəbindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ehtiyytsızlıqdan üç şəxsin- X6, X13 və X10 ölümünə səbəb olması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi ktfayət qədər sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirinin olmaması, öz yolu ilə hərəkətdə olduğu zaman X2 idarə etdiyi «VAZ-21051» minik markalı avtomobilin 2-4 metrlik məsafədən onun hərəkət yoluna çıxması barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, yol-nəqliyyat hadisəsi yerinə baxış zamanı müəyyən edilmiş faktiki hallarla və Şahid2 ifadəsi ilə təsdiq olunur ki, yol-nəqliyyat hadisəsinin baş verməsi zamanı X2 idarə etdiyi «VAZ-21051 minik» markalı avtomobil Təqsirləndirilən şəxs idarə etdiyi «Volvo» yük markalı avtomobilin hərəkətdə olduğu sağ hərəkət zolağında dayanmış vəziyyətdə olmuşdur. Sürücü Təqsirləndirilən şəxs diqqətini daim dəyişən yol şəraitindən ayırmadan qarşıda hərəkət zolağında dayanmış «VAZ-21051minik» markalı avtomobildən vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafə saxlamaqla keçib getməli olmuş, lakin diqqətsizlik üzündən qarşıda dayanmış avtomobili vaxtında görə bilməmiş və bu səbəbdən də hadisənin qarşısını ala bilməmişdir. Məhkəmə eyni zamanda zərərçəkmiş şəxslərin hüquqi varisləri Xalid Fərziyev və Elmir Fərzizadənin, habelə onların qohumlarının hadisə nəticəsində zərərçəkmiş şəxslər Məhərrəm Fərziyev, İlqar Fərziyev və Xanım Fərziyevanın baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində deyil, yol nəqliyyat hadisəsindən sonra Təqsirləndirilən şəxs tərəfindən qəsdən öldürülmələri barədə ifadələrini əsassız hesab edir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58, 59, 61-ci maddələrinin tələblərini nəzərə alaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halları müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbayan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 04 iyul 2023-cü il tarixdən hesablanmalı və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaldıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Bundan əlavə təqsirləndirilən şəxsə Omaşa Kerimova Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza da təyin edilməli, CM-nin 52.1-1-ci maddəsinə əsasən məhkumluğu ödənilədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış «Schmıtz» markalı, AK152432 dövlət qeydiyyat nişanlı, yarımqoşqulu, «Volvo yük» markalı, B082OK06 dövlət qeydiyyat nişanlı və “VAZ- 21051 minik» markalı, 99NA636 dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə verilməsi nəzərə alınmalıdır. Ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Zərərçəkmiş şəxslərin hüquqi varisləri Elmir Fərzizadə və Xalid Fərziyev cinayət nəticəsində vurulmuş ziyanla bağlı olaraq hər biri ayrı-ayrılıqda Təqsirləndirilən şəxs qarşı 150.000 manat pul tələbinə dair mülki iddia vesələr də, həmin ziyanı təsdiq edən sənədləri mülki iddiaya əlavə etməmiş, mülki iddialarını konkret sübutlarla əsaslandırmamışlar. Odur ki, zərərçəkmiş şəxslərin hüquqi varisləri tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddianın həlli üçün mülki mühakimə icraatı qaydasında araşqdırma aparılmalı olduğundan mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində agentlə dəymiş 309 manat məbləğində maddi ziyanı Təqsirləndirilən şəxs mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkümlüğu ödənilədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüqu məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınmış «Schmıtz» markalı, AK152432 dövlət qeydiyyat nişanlı, yarımqoşqulu, «Volvo yük» markalı, B082OK06 dövlət qeydiyyat nişanlı və “VAZ- 21051minik» markalı, 99NA636 dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə verilməsi nəzərə alınsın. Ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Zərərçəkmiş şəxslərin hüquqi varisləri (mülki iddiaçılar) X15 və X4 cinayət nəticəsində dəymiş maddi ziyan kimi hər birinin ayrı-ayrılıqda Təqsirləndirilən şəxs 150.000 (yüz əlli min) manat məbləğində pul tələbinə dair mülki iddiaları baxılmamış saxlanılsın və onlara mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüquqları izah olunsun. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində agentliyin balansında olan yol təsərrüfatına dəymiş 309 (üç yüz doqquz) manat məbləğində maddi ziyanı mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxs X8 tələb etmək hüququ izah olunsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-301/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-301/2024
13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver