Məhkəmə qərarları › İş №1(099)-301/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-301/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-301/2025 15.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nuriyev Aqil Abdul oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclas katibi- X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1994-cü ildə Saatlı rayonu, Qarayevkənd kəndində anadan olmuş, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Orta Muğan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı olması güman edilən “Saraf” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə, narkotik vasitələrin əldə etmə, saxlama və daşıması barədə razılığa gələrək xx.xx.2025cü il tarixdə Biləsuvar rayonuna gedib orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun üzvü tərəfindən Biləsuvar rayonu, Arazbarı kəndi ərazisində quraşdırılmış “eyni əhəmiyyətli yolların kəsişməsi” xəbərdarlıq yol nişanın alt hisəsində gizlədilmiş yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda -95,186 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 2955,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda təsir edici maddəsinin ümumi miqdarı 5,76 qram olan 144 ədəd narkotik vasitə metadon həblərini əldə edib, daşıyaraq “VAZ-2106” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, həmin tarixdə saat 22:26-da Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu Arazbari kəndindən keçən hissəsində yerləşən "xxxx" MMC-nin yaxınlığında saxlanılaraq, orada qeyd olunan avtomobilə baxış keçirilərkən avtomobilin salonun arxa sağ ayaqaltı hissəsində bir ədəd sellofan torbanın içərisində yapışqanlı lentə sarılmış 02 ədəd bükümlərdə ayrı-ayrı təmiz çəkiləri -910,0 qram: - 2045,0 qram: ümumi təmiz çəkisi: -2955,0 qram olan külli miqdarda bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, bioloji komponent tərkibinə görə bir-birləri ilə eyni olan narkotik vasitə qurudulmuş marixuana, yapışqanlı lentə sarılmış bir ədəd bükümdə təmiz çəkisi -98,186 qram olan külli miqdarda ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin və yapışqanlı lentə sarılmış bir ədəd bükümdə təsir edici maddəsinin miqdarı -5,76 qram olan küllü miqdarda 144 ədəd qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Tiktok” sosial şəbəkəsində “Saraf” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. O, Saraf adlı şəxsdən istifadəsi üçün 15-20 qram qurudulmuş marixuana istəmişdir. 05 yanvar 2025-ci il tarixdə saat 17 radələrində “Saraf” onunla “Whatsapp” vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitə verə biləcəyini demişdir. O da Sarafa hazırda pulunun olmadığını deyərək, nisyə təxminən 15-20 qram narkotik vasitələrin marixuana istədiyini demişdir. Saraf da ona İmişli rayonu ərazisinə tanışı vasitəsilə qoyduracağını demişdir. O tanışı Şahid3 dostu ilə görüşəcəyini deyib avtombili ilə Saatlı rayonuna aparmasını xahiş eğtmişdir. Saraf adlı şəxs ona "xxxx" göndərmişdir. Onlar Biləsuvar rayonu ərazisində yerləşən Azərsun MMC-nin zavodunun yaxınlığına çatmışlar. O Sərrafın dediyi yolun kənarında olan yol nişanın yanında olan bir ədəd bağlamanı götürmüşdür. Onlar bir qədər getdikdən sonra DYP-nin əməkdaşları onları saxlamışlar. O iranlı sərrfa adllı şəxdən 10 qram marixuanna istəmiş, lakin orada 15-20 qram deyil müxtəlif növdə narkotik vasitə və psixotrop maddələr olmuşdur. Əməlindən peşimandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, ifadəsində göstərdiyi “İranlı Sərraf adlı şəxsə şəxsi istifadəsi üçün 15-20 qram marixuana sifariş etməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünün müdafiə xarakteri daşıyır, onun cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşı X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində qanunsuz olaraq, narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə məlumat daxil olmuş, bununla bağlı əməliyyat qurupu yaradılmışdır. 05 yanvar 2025-ci il tarixdə saat 22:30 radələrində içərisində Təqsirləndirilən şəxs olması ehtimal olunan “VAZ-2106” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu Arazbarı kəndindən keçən hissəsində yerləşən "xxxx" MMC-nin yaxınlığında olan zaman əməlyyat çəkilişi aparılmaqla saxlanılmışdır. Təqsirləndirilən şəxs avtomobildə hər hansı bir qeyri-qanuni əşya və ya predmet olduğu soruşulmuşdur. Təqsirləndirilən şəxs də avtomobilin arxa sağ oturacağının ayaqaltı hissəsində olan bağlamanın içərisində narkotik vasitələr və psixotrop maddələr olmasını və həmin maddələrin özünə aid olmasını bildimişdir. Bundan sonra qeyd olunan avtomobilə baxış keçirilən zaman avtomobilin arxa sağ oturacağın ayaqaltı hissəsindən bir ədəd mavi rəngli sellofan torba aşkar edilmişdir. Həmin torba açılıb baxıldıqda içərisində müxtəlif növdə və müxtəlif ölçüdə qurudulmuş marixuanna, metamfetamin psixotrop maddəsi və metadon həbləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə kimyəvi-bioloji ekspertizasının 06 yanvar 2025-ci il tarixli 19/01 saylı rəyindən görünür kiTədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus narkotik vasitə olan marixuanaya bənzər maddə, narkotik maddə metamfetaminə bənzər maddə və 144 ədəd üzərində M40 yazısı olan həblər” sözlər və imzalar olan bağlamadakı, 1 ədəd bükülüdə təmiz çəkisi: -95,186 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir; 2 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: -910,0 qr: -2045,0 qram; ümumi təmiz çəkisi: -2955,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 144 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadon həbləridir. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: - 5,76 qramdır, (bir həbdə 0,04 qr). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ). Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir (Siyahı İ). Metadon Azərbaycan Respublikasınm^aıazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə. Tədqiqatdan sonrakı qalıq metamfetamin psixotrop maddəsi 95,086 qram, qurudulmuş marixuanna 2954,8 qram və metadon həbləri 132 ədəd. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat təşkil edır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 10 yanvar 2025-ci il tarixli 10 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. İş materiallarında olan 09 yanvar 2025-ci il tarixli 06 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub, asılılıq, sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetinde qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 09 yanvar 2025-ci il tarixli 48 nömrəli “ambulator məhkəməpsixiatrik” ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, özü öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki, psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. İş materiallarında olan 06 yanvar 2025-ci il tarixli «əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi barədə tərtib edilmiş» protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:26 radələrində içərisində olması ehtimal olunan “VAZ-2106” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar rayonu Arazbarı kəndindən keçən hissəsində yerləşən "xxxx" MMC-nin yaxınlığında olan zaman Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı, X15 tərəfindən «Samsung A32» markalı videokamera vasitəsi ilə çəkiliş aparılan zaman əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılmışdır. Bundan sonra həmin avtomobilə yaxınlaşmışlar və içərisində olan Təqsirləndirilən şəxs və sürücü X8 özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar. Yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya predmet olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı üzərindən bir ədəd siqaret, bir ədəd alışqan, bir ədəd dəsmal, 2 ədəd 1 manatlıq, bir ədəd 50 qəpiklik 2 ədəd 20 qəpiklik pul əskinazları aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmış, əlavə olaraq iş üzrə əhəmiyyətə malik ola biləcək əşya predmet aşkar edilməmişdir. Sonradan sürücü Şahid3 üstünə yoxlama keçirilmiş və ona da paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya predmet olmadığını bildirmişdir. Sonra Şahid3 üstü yoxlanılmışdır. Yoxlama zamanı üzərindən iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya predmet aşkar edilməmişdir. Daha sonra Elşən Əsgərovun idarə etdiyi “VAZ 2106” markalı, **-BH-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa sağ oturacağın ayaqaltı hissəsindən bir ədəd mavi rəngli sellofan torba aşkar edilmişdir. Həmin torba açılıb baxıldıqda içərisində bir ədəd qara rəngli sellofan bağlama olması müəyyən edilmişdir. Həmin qara rəngli bağlamaya baxış zamanı içərisində iki ədəd yapışqanlı lentə sarılmış ayrı-ayrı bağlama və iki ədəd bükülünün bir-birinə yapışqanlı lentlə bağlanması müəyyən edilmişdir. 1-ci bağlamada 1(bir) kq və 2-ci bağlamada 2 kq 195 qram (iki kq yüz doxsan beş), ümümilikdə 3 kq 195 qram (üç kq yüz doxsan beş) olmaqla narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 3-cü bükülüdə 110 qram (yüz on) psixotrop maddə metamfetaminə bənzər maddə və 4-cü bükülüdə 144 (yüz qırx dörd) ədəd metadon həbləri aşkar edilib, qablaşdırılaraq götürülmüş, əlavə olaraq 2 ədəd mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri Biləsuvar rayon ərazisindən şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. İş materiallarında olan 15 fevral 2025-ci il tarixli «mobil telefon aparatlarına baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş mobil telefonu qızılı rəngli olmaqla “Samsung” markalıdır. Telefonda Rusiya dövlətinin operatoruna aid +7***-***-**-** saylı nömrəsi vardır. Telefonun «zənglər», «mesajlar», şəkillər, vatsap və instagram proqramlarına baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək aşağıdakı məlumatlar aşkar edilmişdir. Mobil telefonun vatsap proqramına baxış zamanı orada – Təqsirləndirilən şəxs istifadəsində olan +7***-***-**-** saylı nömrə ilə İran İslam Respublikasına məxsus olan “Saraf” adı ilə qeydiyyata alınmış +**********99 saylı mobil nömrə ilə vatsap sosial şəbəkəsi vasitəsi ilə zəngləşməsi müəyyən edilmişdir. Həmin mesajlara baxış zamanı İran İslam Respublikasının vətəndaşının üzərində “yolların kəsişməsi” yol nişanın şəklini göndərməsi müəyyən edilmişdir. Mobil telefonun şəkillər proqramına baxış zamanı orada iş üçün əhəmiyyət kəsb edən bir neçə şəkil müəyyən edilmişdir. İş materiallarında olan 06 yanvar 2025-ci il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 05 yanvar 2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Saatlı rayonu, Orta muğan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 fevral 2025-ci il tarixli ailə tərkibi haqqında arayışdan, xasiyyətnamədən, doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Ağayev X5 rayonu, Orta Muğan kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi İİ qrup əlil atası, anası, qardaşı, arvadı, 2016-cı il təvəllüdlü X3, 2018ci il təvəllüdlü X2 və 2022-ci il təvəllüdlü X4 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 21 yanvar 2025-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 2954,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 98,186 qram çəkidə psixotrop maddə metamfetamin və 132 ədəd metadon həbləri işi üzrə maddi sübut kimi tanınmış saxlanılması üçün Biləsuvar RPŞ-nin saxlama kamerasına həvil verilmişdir. İş materiallarında olan «sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 10 aprel 2025-ci il tarixli qərarından görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd “Samsung A 32” markalı mobil telefon, şəxsi axtarış və avtombilə baxış aparılmasının videogörüntülərinin yazıldığı 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, 1 ədəd disk iş materiallarına əlavə olunmuş, bir ədəd “Samsung A 32” markatı mobil telefon saxlanılması üçün Biləsuvar RPŞ-nə təhvil verilmişdir. İş materiallarında olan 10 aprel 2025-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərarla Mirilas Ağayevdən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin mənbəyinin müəyyən edilməsindən ötrü cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinyət işi ayrılmışdır. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Karlar Cəmiyyətinin 5062 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X1 həmin cəmiyyətdə qeydiyyatdadır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CMin 234.1 və 234.4.3-cü maddələri ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ilk məhkumluğu, atasının İİ qrup əlil olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələr ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetinde qeydiyyata alınması məsləhət görülür. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Biləsuvar RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq ekspertiza tədqiqatından sonrakı qalıq 2954,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 98,186 qram çəkidə psixotrop maddə metamfetamin və 132 ədəd metadon həbləri məhv edilməli, şəxsi axtarış aparılması və avtombilə baxış keçirilməsinin videogörüntülərinin yazıldığı 1 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, həmin idarədə saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A 32” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 06 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikası 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 120 (yüz iyirmi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq – Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 2954,8 qram narkotik vasitə olan qurudulmuş marixuana, 95,086 qram çəkidə psixotrop maddə olan metamfetamin və 132 ədəd metadon həbləri məhv edilsin. Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd “Samsung A32” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyea

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar