Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-302/2022 28.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X41, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X38, onun nümayəndəsi – Cəlilabad rayon Vəkil Bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxsin hüquqi varisi X46, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1, müvafiq olaraq onların müdafiəçiləri olan - Lənkəran rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali tibb təhsilli, tibb üzrə fəlsəfə doktoru, subay, “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin doğum və ginekologiya şöbəsinin müdiri və həkim mamaginekoloq vəzifələrində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 311.3.2 və 314.2-ci maddələri ilə, xx xxxxxx 1966-cı il tarixdə Cəlilabad rayonu, Əliabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali tibb təhsilli, evli, “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin reanimasiya və anesteziologiya şöbəsində həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Əliabad kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 314.2-cü maddəsi ilə, xx xxxxxx 1993-cü il tarixdə Tərtər rayonu, Bayandur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali tibb təhsilli, subay, “X63” publik hüquqi şəxsin reanimasiya və anesteziologiya şöbəsində (Bayıl) həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Bayandur kəndində qeydiyyatda olan, ünvan 4 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 314.2-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərməklə dövlət səhiyyə sisteminə daxil olan “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin (bundan sonra – Cəlilabad RMX PHŞ) doğum və ginekologiya şöbəsinin müdiri və həkim mama-ginekoloq vəzifələrində işləyərkən onunla bağlanmış 01 sentyabr 2020-ci il tarixli, 15 nömrəli əmək müqaviləsi, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 31-1-ci maddəsi və Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın şöbə müdirinə aid bəndinə əsasən şöbə müdirinin vəzifə və funksiyalarına uyğun olaraq, həmin şöbənin fəaliyyətinə rəhbərliyi həyata keçirmək, müasir tibb elminin nailiyyətləri əsasında yeni profilaktika, diaqnostika və müalicə metodları və qabaqcıl təcrübəni tətbiq etmək, şöbədə müalicə-diaqnostika prosesinin keyfiyyət və səmərəliliyinin artırılmasına yönəldilmiş işin təşkilati forma və metodlarını təkmilləşdirmək, şöbənin həkimləri, orta və kiçik tibb heyətinin işi, diaqnozların düzgünlüyü və aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarət etmək, həmçinin göstərilən təlimatın həkim mama-ginekoloqa aid bəndinə əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qayda və standartlara uyğun olaraq, xəstənin stasionar şəraitdə aparılması (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək, fizioloji və patoloji doğuşları aparmaq, zərurət yarandığı halda təcili və təxirəsalınmaz mamalıq yardımı göstərmək, o cümlədən aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirmək, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq, müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, ginekoloji xəstəliklər, hamiləlik və doğuşlar, doğuşdan sonrakı dövrün fəsadlarının qarşısının alınması və azaldılması üzrə profilaktik tədbirlərin keçirilməsində iştirak etmək, diaqnostik və müalicə prosedurlarının aparılması, reaktiv və dərman preparatlarının səmərəli istifadəsinin düzgünlüyünə riayət edilməsinə nəzarət etmək, beləliklə də təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi, 15 iyun 2021-ci il tarixdə saat 11:00-da X10 xəstəxananın doğum və ginekologiya şöbəsinə “Hamiləlik 37-38 həftə. Anemiya İİİ dərəcə. Preeklampsiya ağır dərəcə. Uşaqlıqda çapıq. Ekiz döl. Döl qişalarının vaxtından əvvəl cırılması” diaqnozu ilə qəbul edilməsindən sonra həmin gün xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sonuncunun xəstəxanada saxlanılıb üzərində “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatının özü tərəfindən icra edilməsi və əməliyyatdan sonra Xəyalə Əhmədovaya tibbi xidmətin göstərilməsi müqabilində həmin xəstəxanada yerləşən xidməti otağında sonuncunun əri Şahid1 və qardaşı Şahid2 özü üçün birbaşa yolla, şəxsən maddi nemət olan 400 manat məbləğində pulu rüşvət qismində istəmişdir. Bundan başqa, o, göstərilən vəzifədə işləyib müvafiq vəzifələri, o cümlədən təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi, 15 iyun 2021-ci il tarixdə saat 09 radələrində xəstəxanaya müraciət etmiş X3 11:00-da xəstəxananın doğum şöbəsinə qəbul edilməsindən sonra aparılmış müvafiq müayinələr nəticəsində “Hamiləlik 37-38 həftə. Anemiya İİİ dərəcə. Preeklampsiya ağır dərəcə. Uşaqlıqda çapıq. Ekiz döl. Döl qişalarının vaxtından əvvəl cırılması” diaqnozu qoyulduğuna, aşkar edilmiş çapıq, anemiya, ağır dərəcəli preeklampsiya əlamətləri və digər faktorlar əsasında risk qrupuna daxil edildiyinə, ağır preeklampsiyanın hamilələrdə ən yüksək ölüm göstərici olan xəstəliklərdən biri olduğuna görə doğuşunun daha təhlükəsiz başa çatdırılması və ölməsinin qarşısının alınması üçün imkanın çox ola biləcəyi üçün vaxtında, düzgün müayinə və müalicə etməli, vəziyyəti barədə məsul tibb işçilərinə vaxtında məlumat verməli və daha ixtisaslı tibb müəssisəsinə göndərməli olduğu halda, vəziyyətinə uyğun tibbi müayinələrini tam həcmdə aparmamış, Xəyalə Əhmədovada ağır preeklampsiya olması müəyyən edildiyinə görə qaraciyər və böyrək çatışmazlığı, HELLP sindromununun olub-olmadığını dəqiqləşdirmək məqsədi ilə bilirubin, sidik cövhəri, kreatinin, hemostaz sisteminin parametrləri, ALAT, AST QF, LDH və s. göstəriciləri müəyyən edilməli olduğu halda, göstərilən zəruri laborator-instrumental müayinələrin aparılmasını təmin etməmiş, DYL sindromu, qaraciyər və böyrək çatışmazlığına qarşı tədbirlər görməmiş, həmçinin gələcəkdə qanaxmaya səbəb ola biləcək trombositopeniyanın olub-olmadığını təyin etməmiş, sonuncunun vəziyyəti barədə məsul tibb işçilərinə məlumat verməmiş, Xəyalə Əhmədovanı daha ixtisaslı tibb müəssisəsinə göndərməmiş, sonuncunun saat 11:00-da xəstəxananın doğum şöbəsinə qəbul edilməsinə baxmayaraq, üzərində “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatının icra olunması barədə qərarı gec, yəni saat 16 radələrində vermiş, sonuncu əməliyyat blokuna gətirildikdən sonra üzərində icra ediləcək əməliyyata hazırlıq zamanı vəziyyətinin qiymətləndirilməsi ilə bağlı zəruri tibbi tədbirlər, müayinələr və yardımların aparılmasını xəstəlik tarixində qeyd etməmiş, əməliyyatı tibbi-texniki cəhətdən düzgün icra etməmiş, əməliyyatın gedişi zamanı və əməliyyatdan sonrakı dövrdə Xəyalə Əhmədovada baş vermiş qanaxmanın mənbəyi, mənşəyi və miqdarını düzgün qiymətləndirilməmiş, bununla bağlı vaxtında lazımi tibbi tədbirlər göstərməmiş, sonuncuda hemostazı təmin etməmiş, əməliyyatdan sonra Xəyalə Əhmədovanın vəziyyətində yaranmış problemlərlə əlaqədar müzakirələr-konsilium aparmamışdır. Təqsirləndirilən şəxs2 qeyd edilən formada cinayətkarcasına etinasızlıq edib, işə vicdansız və ya laqeyd münasibət göstərməsi, öz xidməti vəzifələrini lazımi qaydada, yəni tam, vaxtında və dəqiq yerinə yetirməməsi ehtiyatsızlığından Xəyalə Əhmədovanın 16 iyun 2021-ci il tarixdə saat 02:35-də həmin xəstəxanada damardaxili yayılmış laxtalanma sindromundan baş vermiş qanitirmə səbəbindən ölməsi, beləliklə də vəzifəli şəxs kimi ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla səhlənkarlıq etməsi ilə nəticələnmişdir. Bundan başqa, o, təkrarən, Cəlilabad RMX PHŞ-nin doğum və ginekologiya şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləyərkən onunla bağlanmış 01 sentyabr 2020-ci il tarixli, 15 nömrəli əmək müqaviləsi, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 31-1-ci maddəsi və Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın həkim mama-ginekoloqa aid bəndinə əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qayda və standartlara uyğun olaraq, xəstənin stasionar şəraitdə aparılması (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək, fizioloji və patoloji doğuşları aparmaq, zərurət yaranarsa, təcili və təxirəsalınmaz mamalıq yardımı göstərmək, o cümlədən aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirmək, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq, müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, ginekoloji xəstəliklər, hamiləlik və doğuşlar, doğuşdan sonrakı dövrün fəsadlarının qarşısının alınması və azaldılması üzrə profilaktik tədbirlərin keçirilməsində iştirak etmək, diaqnostik və müalicə prosedurlarının aparılması, reaktiv və dərman preparatlarının səmərəli istifadəsinin düzgünlüyünə riayət edilməsinə nəzarət etməkdən ibarət olan vəzifələri yerinə yetirməli olduğuna görə xəstəxanaya müraciət etmiş pasiyentlərə dair göstərilən hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etməklə sağlamlığın qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti üzrə hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olan və ya səbəb ola bilən vəzifəli şəxs olduğu halda, koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş xəstələrin müalicə edilməsi ilə əlaqədar müvəqqəti olaraq X13 Mərkəzinə (bundan sonra – Cəlilabad MDM) köçürülmüş Cəlilabad RMX PHŞ-nin doğum və ginekologiya şöbəsinə 13 sentyabr 2021-ci il tarixdə saat 10:00-da X22 “40-41 həftəlik hamiləlik. Dölün anaya tibbi yardım göstərilməsini tələb edən bətndaxili hipoksiyası. Vaxtı ötmüş hamiləlik. Döl qişalarının vaxtından qabaq cırılması” diaqnozu ilə daxil olmasından sonra həmin gün xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sonuncunun həmin Mərkəzə qəbul edilməsi, orada saxlanılıb üzərində “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatının özü tərəfindən icra edilməsi və əməliyyatdan sonra Fatimə Həziyevaya tibbi xidmətin göstərilməsi müqabilində həmin Mərkəzdə yerləşən xidməti otağında sonuncunun atası Şahid3 və qohumu Şahid5 özü üçün birbaşa yolla, şəxsən maddi nemət olan 400 manat məbləğində pulu rüşvət qismində istəmiş, maddi nemət olan 400 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə xidməti otağında əvvəlcə Şahid5 200 manat, Fatimə Həziyevanın qayınanası Şahid4 50 manat, daha sonra isə Mərkəzin əməliyyat blokunda 150 manat olmaqla rüşvət qismində almışdır. Bundan başqa, o, təkrarən, Cəlilabad RMX PHŞ-nin doğum və ginekologiya şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləyərkən yuxarıda göstərilən vəzifələri yerinə yetirməli olan vəzifəli şəxs kimi, koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş xəstələrin müalicə edilməsi ilə əlaqədar müvəqqəti olaraq Cəlilabad MDM-ə köçürülmüş Cəlilabad RMX PHŞ-nin doğum və ginekologiya şöbəsinə 13 sentyabr 2021-ci il tarixdə saat 10:00-da “40-41 həftəlik hamiləlik. Dölün anaya tibbi yardım göstərilməsini tələb edən bətndaxili hipoksiyası. Vaxtı ötmüş hamiləlik. Döl qişalarının vaxtından qabaq cırılması” diaqnozu ilə daxil olmuş X22 vəziyyətinin düzgün qiymətləndirilməsi üçün zəruri olan bütün müayinələrin, eləcə də ultrasəs müayinəsi və dölün KTQ müayinəsinin aparılmasını təmin etməli olduğu halda, təmin etməmiş, xəstəlik tarixində qan və sidik analizlərinin aparıldığını göstərsə də, bu halları təsdiq edəcək tibbi sənədləri xəstəlik tarixinə əlavə etməmiş, Fatimə Həziyevanın vəziyyətini yalnız aylar öncə aparılmış müayinələr əsasında qiymətləndirmiş, sonuncunun vəziyyətinə üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatının başa çatdığı saat 12:15-dən sonra saat 17:25-ə kimi dinamik nəzarət etməli olduğu, eləcə də əməliyyatdan sonra sonuncuda baş vermiş qanaxma vaxtında müəyyən edilərdisə və hemostaz bərpa edilərdisə, ölməsinin qarşısının alına biləcəyi halda, Fatimə Həziyeva ilə bağlı lazımi tibbi prosedurlar, yəni dinamik nəzarət, müayinələr, hemostaz və uşaqlığın tonusunu bərpa edəcək müalicələr aparmamış, itirilmiş qanı reanimasiya şöbəsində kifayət qədər bərpa etməmiş, əməliyyatın texniki qüsurlu icrası ilə əlaqədar sonuncuda əməliyyatdan sonra baş vermiş daxili və xarici qanaxmanı vaxtında aşkar etməmiş, bu hallar Fatimə Həziyevanın çoxlu miqdarda qan itirməsinə görə təkrar cərrahiyyə əməliyyatı edilməsi, bu barədə qərarın vaxtında qəbul edilməməsi, daha ağır vəziyyətdə (arterial təzyiq 53/30-la) təkrar cərrahiyyə əməliyyatına daxil olmasına səbəb olmuş, sonuncu üzərində ilkin və təkrar cərrahiyyə əməliyyatlarını tibbi-texniki cəhətdən düzgün icra etməmiş, hemostazı təmin etməmişdir. Təqsirləndirilən şəxs2 qeyd edilən formada cinayətkarcasına etinasızlıq edib, işə vicdansız və ya laqeyd münasibət göstərməsi, öz xidməti vəzifələrini lazımi qaydada, yəni tam, vaxtında və dəqiq yerinə yetirməməsi ehtiyatsızlığından Fatimə Həziyevanın kəskin uşaqlıq qanaxması ilə əlaqədar baş vermiş kəskin qanitirmə səbəbindən ölməsi, beləliklə də vəzifəli şəxs kimi ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən səhlənkarlıq etməsi ilə nəticələnmişdir. Təqsirləndirilən şəxs3 Cəlilabad RMX PHŞ-nin reanimasiya və anesteziologiya şöbəsində həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyərkən onunla bağlanmış 01 aprel 2021-ci il tarixli, 24 nömrəli əmək müqaviləsi, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 31-1-ci maddəsi və Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın həkim anestezioloq-reanimatoloqa aid bəndinə əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qayda və standartlara uyğun olaraq, xəstənin aparılması taktikası (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması), diaqnozunu müəyyən etmək və zəruri müalicəsini təyin etmək, ona nəzarət etmək, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq, müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etməkdən ibarət olan vəzifələri yerinə yetirməli olduğuna görə xəstəxanaya müraciət etmiş pasiyentlərə dair göstərilən hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etməklə sağlamlığın qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti üzrə hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olan və ya səbəb ola bilən vəzifəli şəxs olduğu halda, 15 iyun 2021ci il tarixdə saat 11:00-da xəstəxananın doğum və ginekologiya şöbəsinə “Hamiləlik 37-38 həftə. Anemiya İİİ dərəcə. Preeklampsiya ağır dərəcə. Uşaqlıqda çapıq. Ekiz döl. Döl qişalarının vaxtından əvvəl cırılması” diaqnozu ilə daxil olmuş X10 vəziyyətini üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatının gedişi zamanı və bundan sonra düzgün qiymətləndirməyərək hemostazın stabilləşdirilməsi, itirilmiş qanın qan və qan əvəzedicilərlə bərpa olunması ilə bağlı, DYL sindorumu, qaraciyər və böyrək çatışmazlığına qarşı tədbirlər görməmiş, sonuncunu vaxtında və düzgün müayinə və müalicələr aparılması zəruri olan, ölümünün qarşısını almaq imkanının çox ola biləcəyi daha ixtisaslı tibb müəssisəsinə yönləndirməmişdir. Təqsirləndirilən şəxs3 qeyd edilən formada cinayətkarcasına etinasızlıq edib, işə vicdansız və ya laqeyd münasibət göstərməsi, öz xidməti vəzifələrini lazımi qaydada, yəni tam, vaxtında və dəqiq yerinə yetirməməsi ehtiyatsızlığından Xəyalə Əhmədovanın 16 iyun 2021-ci il tarixdə saat 02:35də həmin xəstəxanada damardaxili yayılmış laxtalanma sindromundan baş vermiş qanitirmə səbəbindən ölməsi, beləliklə də vəzifəli şəxs kimi ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla səhlənkarlıq etməsi ilə nəticələnmişdir. Oruclu X31 RMX PHŞ-nin reanimasiya və anesteziologiya şöbəsində həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyərkən onunla bağlanmış 15 fevral 2021-ci il tarixli, 23 nömrəli əmək müqaviləsi, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 31-1-ci maddəsi və Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın həkim anestezioloq-reanimatoloqa aid bəndinə əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qayda və standartlara uyğun olaraq, xəstənin aparılması taktikası (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması), diaqnozunu müəyyən etmək və zəruri müalicəsini təyin etmək, ona nəzarət etmək, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq, müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etməkdən ibarət olan vəzifələri yerinə yetirməli olduğuna görə xəstəxanaya müraciət etmiş pasiyentlərə dair göstərilən hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etməklə sağlamlığın qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti üzrə hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olan və ya səbəb ola bilən vəzifəli şəxs olduğu, buna uyğun olaraq, koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş xəstələrin müalicə edilməsi ilə əlaqədar müvəqqəti olaraq Cəlilabad MDM-ə köçürülmüş Cəlilabad RMX PHŞ-nin doğum və ginekologiya şöbəsinə 13 sentyabr 2021-ci il tarixdə saat 10:00-da “40-41 həftəlik hamiləlik. Dölün anaya tibbi yardım göstərilməsini tələb edən bətndaxili hipoksiyası. Vaxtı ötmüş hamiləlik. Döl qişalarının vaxtından qabaq cırılması” diaqnozu ilə daxil olmuş X22 vəziyyətinə üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatının başa çatdığı saat 12:15-dən sonra saat 17:25-ə kimi reanimasiya şöbəsində dinamik nəzarət etməli olduğu, eləcə də əməliyyatdan sonra sonuncuda baş vermiş qanaxma vaxtında müəyyən edilərdisə və hemostaz bərpa edilərdisə, ölməsinin qarşısının alına biləcəyi halda, Fatimə Həziyeva ilə bağlı lazımi tibbi prosedurlar, yəni dinamik nəzarət, müayinələr, hemostaz və uşaqlığın tonusunu bərpa edəcək müalicələr aparmamış, itirilmiş qanı reanimasiya şöbəsində kifayət qədər bərpa etməmiş, əməliyyatın texniki qüsurlu icrası ilə əlaqədar sonuncuda əməliyyatdan sonra baş vermiş daxili və xarici qanaxmanı, arterial təzyiqin kəskin düşməsi, nəbzin və tənəffüs sayının artmasını aşkar etməmiş, sidiyin miqdarına vaxtında və düzgün nəzarət etməmiş, bunlara uyğun tibbi tədbirlər görməmiş, bu hallar Fatimə Həziyevanın çoxlu miqdarda qan itirməsinə görə təkrar cərrahiyyə əməliyyatı edilməsi, bu barədə qərarın vaxtında qəbul edilməməsi, daha ağır vəziyyətdə (arterial təzyiq 53/30-la) təkrar cərrahiyyə əməliyyatına daxil olması və əməliyyat başlayandan 8 dəqiqə sonra ürəyinin asistoliya edilməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs1 qeyd edilən formada cinayətkarcasına etinasızlıq edib, işə vicdansız və ya laqeyd münasibət göstərməsi, öz xidməti vəzifələrini lazımi qaydada, yəni tam, vaxtında və dəqiq yerinə yetirməməsi ehtiyatsızlığından Fatimə Həziyevanın kəskin uşaqlıq qanaxması ilə əlaqədar baş vermiş kəskin qanitirmə səbəbindən ölməsi, beləliklə də vəzifəli şəxs kimi ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla səhlənkarlıq etməsi ilə nəticələnmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 verdiyi ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni X22 ölümü ilə bağlı hissədə təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin hazırki ifadəsi ilə ziddiyyət təşkil etməyən hissələrini təsdiq edərək göstərmişdir ki,: - ibtidai istintaq zamanı bütün ifadələri müdafiəçinin iştirakı ilə alınmış, ona hər hansı məzmunda ifadə verməsi ilə əlaqədar müstəntiq tərəfindən qanunsuz təsir və ya təzyiq göstərilməmişdir. 2010-cu ildən həkim mama-ginekoloq işləmiş, 01 sentyabr 2020-ci il tarixdə Cəlilabad RMX PHŞ-nin doğum və ginekologiya şöbəsinin (bundan sonra – işlədiyi şöbə) müdiri vəzifəsinə təyin olunmuş, 29 iyun 2021-ci il tarixdə həmin şöbədə həkim mama-ginekoloq vəzifəsinə keçirilmiş, 23 dekabr 2021-ci il tarixdə həmin vəzifədən azad edilmişdir. Cəlilabad RMX PHŞ dövlət səhiyyə sisteminə daxil olduğuna görə orada tibbi xidmətin göstərilməsi müqabilində pasiyentdən həkim tərəfindən pul tələb edilə bilməz. Eləcə də, həmin xəstəxananın rəhbərliyi tibb işçilərini xəstəxanaya müraciət etmiş pasiyentlərə tibbi xidmətin göstərilməsi üçün dövlət vəsaiti hesabına alınıb xəstəxanaya təhvil verilmiş dərman və digər tibbi ləvazimatlarla təmin etməli idi. Amma həmin xəstəxanadan ona icra etdiyi bütün cərrahi əməliyyatlarla, o cümlədən X27 və X39 üzərində icra etdiyi “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatları ilə bağlı hər hansı dərman və digər tibbi ləvazimatlar verilməmişdir. Bu səbəbdən o, etdiyi əməliyyatlar zamanı lazım olmuş, müasir təbabətdə istifadə olunan bahalı dərman və digər tibbi ləvazimatları məcburiyyət qarşısında qalıb xəstələrin yaxın qohumlarına şəxsi pul vəsaitləri hesabına apteklərdən aldırmışdır (25 may 2022-ci il tarixli məhkəmə iclasında verdiyi ifadəsinə əsasən). - Cəlilabad RMX tərəfindən ona icra etdiyi bütün cərrahi əməliyyatlarla bağlı dərmanlar verilsə də, həmin dərmanların əksəriyyətindən təyinatına uyğun olmadığına görə əməliyyat zamanı istifadə etməmişdir. Şahid9 iş üzrə məhkəmə baxışı iclasında verdiyi ifadəsində göstərdikləri ilə razıdır (23 avqust 2022-ci il tarixli məhkəmə iclasında Şahid9 şahid qismində dindirilməsi zamanı sonuncu ilə çarpaz dindirilərkən verdiyi ifadəsinə əsasən). - Əvvəllər tanımadığı X15 (bundan sonra - Xəyalə) hamiləliyi dövründə antenatal qulluq, yəni həkim müayinəsi və müalicəsi aparılmamışdır. Xəyalənin ölməsindən sonra eşitmişdir ki, sonuncu 15 iyun 2021-ci il tarixdə ağır vəziyyətdə Biləsuvar RMX-ya gətirilmiş, vəziyyətinin ağır olması səbəbindən həmin xəstəxanaya qəbul edilməmiş, orada yaxınlarına vəziyyətinin ağır olması səbəbindən yalnız onun tərəfindən əməliyyat edilə biləcəyi deyilmişdir. O, 15 iyun 2021-ci il tarixdə Cəlilabad RMX-nın doğum və ginekologiya şöbəsində növbətçi həkim olmadığına görə şəxsi işi ilə əlaqədar Bakı şəhərində olarkən səhər saatlarında əvvəllər tanımadığı Şahid2 (bundan sonra - Davud) onun mobil nömrəsinə zəng edib ona ağır hamiləlik vəziyyətində olan bacısı Xəyaləni Cəlilabad RMXya gətirdiklərini demiş, ondan Xəyalə üzərində “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatını (bundan sonra - əməliyyat) icra etməsini xahiş etmişdir. Bunlar barədə ona işlədiyi şöbənin növbətçi həkimi tərəfindən də mobil telefon vasitəsilə məlumat verilmişdir. Davuda cavabında Xəyaləni işlədiyi xəstəxanada vəziyyətinin çox ağır olması səbəbindən əməliyyat edilməsinin mümkün olmaması, həm də özünün Bakı şəhərində olmasına görə əməliyyat edə bilməyəcəyini demiş, bunun üçün sonuncunu ixtisaslaşmış tibb müəssisəsi olan X21 (bundan sonra – Lənkəran PM) aparmalı olduqlarını izah etmişdir. İşlədiyi şöbənin növbətçi həkiminə isə özünün həmin gün növbətçi həkim olmadığına görə Bakı şəhərində olduğunu və Cəlilabad rayonuna gələ bilməyəcəyini, Xəyalənin vəziyyətinin ağır olması səbəbindən Lənkəran PM-ə göndərilməli olduğunu demişdir. Davud əvvəlcə onunla razılaşsa da, sonradan ola bilsin ki, Xəyalənin Lənkəran PM-də əməliyyat edilməsi üçün çox xərclərinin çıxacağını, onun isə əməliyyatı pulsuz icra etdiyini kimdənsə eşitdiyinə görə təkrarən onun mobil nömrəsinə zəng edib ondan Xəyaləni səhhətinin çox ağır olması, nəfəs ala bilməməsi və otura bilməməsi səbəbindən əməliyyat etməsini xahiş etmişdir. Həm buna, həm Xəyalənin vəziyyətinin çox ağır olması, həm də avtomobildə Lənkəran PM-ə göndərilərkən sirkələnmə nəticəsində sonuncunun uşaqlığındakı çapığın daha təhlükəli vəziyyətə gəlib çıxacağı ehtimalının olması səbəbindən humanistlik göstərərək Davuda Xəyaləni əməliyyat etməyə razılıq vermiş, işlədiyi şöbənin növbətçi həkiminə isə Xəyalənin həmin şöbəyə yerləşdirilməsini tapşırmış və Bakı şəhərindən gələcəyini demişdir. Göstərdiyi səbəblərdən Xəyalə həmin gün saat 11:00-da onun işlədiyi şöbəyə qəbul edilmişdir. Özü isə Bakı şəhərindən çıxıb saat 13 radələrində Cəlilabad RMX-ya çatmışdır. Həmin vaxt xəstəxanada Davud və Xəyalənin əri Şahid1 da olmuş, Xəyalənin qardaşı Namiq isə olmamışdır. O, xəstəxanaya çatana kimi Xəyaləyə oksigen verilmiş, digər ilkin tibbi yardımlar göstərilmişdir. Davud və Ramil ona üzərilərində pul olmadığını, Xəyaləni əməliyyat etməsinə görə sonra hörmət edəcəklərini, Ramilin çoban işlədiyini demişlər. Qabaqcadan Davud və Ramildən Xəyaləni əməliyyat etməsi müqabilində pul istəmək istəyi olsa da, Xəyalənin ailəsinin maddi cəhətdən imkansız olduğunu başa düşdüyünə görə Davud və Ramildən Xəyaləni əməliyyat etməsi müqabilində pul istəməmiş və almamışdır. Cavabında ona hörmət edilməsinə ehtiyac olmadığını, Xəyaləni əməliyyat edərkən istifadə edəcəyi dərman və digər tibbi ləvazimatları ona işlədiyi xəstəxanadan verilmədiyinə görə şəxsi pul vəsaitləri hesabına aptekdən alıb verməli olduqlarını demişdir. Buna görə də Ramil aptekdən təxminən 60-70 manat dəyərində dərman preparatları alıb ona vermişdir. Xəyaləni müayinə etmiş, sonuncunun bütün lazımi laborator və instrumental müayinələrdən, o cümlədən qanın və sidiyin ümumi analizi, qanda ALT və AST, sidikdə zülalın miqdarının təyin edilməsi, EKQ, rentgen, ağciyərlərin flüoqrafiyası ilə bağlı müayinələrdən keçirilməsini təmin etmiş, bu barədə sonuncunun adına tərtib etdiyi xəstəlik tarixinə qeydlər yazmışdır. Müqavilə üzrə müdafiəçisi olmuş X16 iştirakı ilə 22 dekabr 2021 və 21 yanvar 2022-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində Xəyalədən ALAT, AST QF və digər zəruri analizlərin götürülməsinin mümkün olmadığını, 17 yanvar 2022-ci il tarixdə Şahid2 və Şahid1 ilə üzləşdirilərkən ifadələrində 15 iyun 2021ci il tarixdə Davud və Ramildən Xəyaləni əməliyyat etməsi müqabilində 400 manat pul istədiyini göstərməsinin səbəbini izah edə bilmir. Xəyalənin həyati göstəriciləri aşağı səviyyədə, yüksək qan təzyiqi və zülalı olmuşdur. Sonuncunun uşaqlığındakı çapıq ekiz dölün birinci gəlişinin köndələn, yəni patoloji formada yerləşməsinə görə aralanmış, beləliklə də yararsız vəziyyətdə olmuşdur. Bunlar nəticəsində Xəyaləyə “Hamiləlik 37-38 həftə. Anemiya İİİ dərəcə. Preeklampsiya ağır dərəcə. Uşaqlıqda çapıq. Ekiz döl. Döl qişalarının vaxtından əvvəl cırılması” diaqnozu qoymuşdur. Xəyalə üzərində əməliyyatı saat 16:05-dən 17:05-ə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 noyabr 2009-cu il tarixli, 29 saylı qərarı ilə təsdiq edilmiş klinik protokolun tələbinə uyğun olaraq, düzgün qaydada icra etmiş, sonuncunun bətnindən 1 nəfər qız və 1 nəfər oğlandan ibarət ekiz uşaqlarını diri vəziyyətdə xaric etmişdir. Həmin əməliyyatda ondan başqa, Fərid adlı assistent cərrah, həkim anestezioloq-reanimatoloq Təqsirləndirilən şəxs3, sonuncunun köməkçisi Sara Cəbiyeva və əməliyyat tibb bacısı Günay Abdullayeva iştirak etmişdir. Xəyalə əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilmişdir. Həmin gün işlədiyi şöbədə başqa şəxs növbətçi həkim olsa da, onun Xəyaləni işlədiyi şöbəyə daxil olmasından beş saat sonra hamiləlikdən cərrahi yolla azad etməsini Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə qəbul edilmiş müvafiq əmrə əsasən döl azad etmənin yalnız həkim cərrah-mama-ginokoloqun səlahiyyətinə aid olması, işlədiyi şöbədə ondan başqa həkim cərrah-mama-ginokoloqun olmaması, bu səbəbdən həmin şöbədə işlədiyi müddət ərzində şöbəyə yerləşdirilmiş hamilə qadınlarda dölün cərrahi yolla azad edilməsinin yalnız onun tərəfindən icra edilməsi, Xəyalənin yaxın qohumlarının da Xəyalənin yalnız onun tərəfindən əməliyyat edilməsini təkidlə istəmələri və onun Bakı şəhərindən gəlməsini gözləmələri ilə izah edir. Xəyalənin vəziyyəti ağır olsa da, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə qəbul edilmiş müvafiq əmrə əsasən o, həkim-cərrah-mama-ginokoloq olduğuna və Cəlilabad RMX-da anestoloji briqada olduğuna görə onun Xəyaləni ixtisaslaşdırılmış tibb müəssisəsi olmasa da, doğuş sahəsində ona münasibətdə ikinci səviyyəli tibb müəssisəsinə çevirilən Cəlilabad RMX-da hamiləlikdən cərrahi yolla azad etmək səlahiyyəti olmuşdur. Göstərdiklərinə əsasən işlədiyi şöbədə Xəyalə üzərində əməliyyatı icra etməsi barədə qərarı düzgün qəbul etmiş, Cəlilabad RMXnın rəhbərliyinə Xəyalənin vəziyyətinin ağır olması, bununla əlaqədar görüləcək tibbi tədbirlərlə bağlı müvafiq ixtisaslı həkimlərin iştirakı ilə konsiliumun keçirilməsi və Xəyalənin ixtisaslı tibb müəssisəsinə keçirilməsinin zəruri olması barədə müraciət etməmişdir. Göstərdiyi klinik protokola əsasən ağır preeklampsiyalı hamilə qadınlara əməliyyatdan sonrakı reanimasion tədbirlər zamanı gün ərzində ümumi infuziyanın miqdarı hər 1 kq-ya 2 ml. olmaqla, maksimum 80 ml. olmalı olduğu halda, Cəlilabad RMX-da Xəyalənin adına tərtib edilmiş xəstəlik tarixindən klinik protokolun həmin tələbinə əməl edilmədiyi görünür. 16 iyun 2021-ci il tarixdə saat 02 radələrində ona xəstəxanadan Xəyalənin vəziyyətinin ağır olması barədə mobil telefon vasitəsilə məlumat verildikdən dərhal sonra xəstəxanaya getmişdir. Orada sonuncunun vəziyyətinin ağır olduğunu görmüşdür. Həmin gün saat 02:35-də Xəyalə ölmüşdür. Tibbi ədəbiyyatlara əsasən ağır preeklampsiyalı hamilə qadınların orqanizmində ödem, böyrək və qaraciyərində nekroz baş verir. Yəni, onların həyati vacib orqanlarının fəaliyyəti ciddi şəkildə zədələnir. Onlarda damardaxili laxtalanma sindromu təbii fizioloji proses olaraq inkişaf edir. Bu hal qanaxma ilə müşahidə edilə bilər. Göstərdiklərinə əsasən həmin xəstələrin vəziyyəti çox ağır qiymətləndirilir. Lakin Xəyalənin meyitinin məhkəmə-tibbi müayinəsinə dair tərtib edilmiş ekspert rəyindən görünür ki, ürəyində “Minakov ləkəsi” aşkar edilməmişdir. Buna görə də hesab edir ki, sonuncunun ölümünə səbəb qanitirmə deyil, sidik ifrazının kəskin dayanması, kəskin böyrək çatışmazlığı, bunun fonunda qanda yaranmış tromblaşma və qanın laxtalanması, ağciyər və beyin ödemi, beləliklə də səhhətinin həddən artıq ağırlığı olmuşdur. Xəyalənin ölməsində onun və Cəlilabad RMX-nın hər hansı əməkdaşının təqsiri yoxdur. Bununla belə, Xəyalənin ölməsi ilə əlaqədar ailə üzvlərinə maddi və mənəvi cəhətdən dəstək olmaq məqsədilə qohumu Şahid11 vasitəsilə Xəyalənin qardaşı Davuda cəmi 14500 manat məbləğində pul vermişdir. - Cəlilabad RMX “Covid-19” xəstəliyinə yoluxmuş xəstələrin müalicəsi üçün ixtisaslaşdırıldıqdan sonra xəstəxananın şəxsi heyəti və tibbi avadanlıqları Cəlilabad MDMə köçürüldüyünə görə 13 sentyabr 2021-ci il tarixdə saat 10:00-da əvvəllər tanımadığı X28 (bundan sonra – Fatimə) antenatal müayinə həkimi olmuş Cəlilabad RMX PHŞ-nin Ailə Sağlamlıq Mərkəzinin həkim mama-ginekoloqu X11 göndərişi əsasında Cəlilabad MDM-də müayinə etmişdir. Həmin gün Cəlilabad RMX-da həkim anestezioloq-reanimatoloq vəzifəsində işləmiş, xəstəxananın doğum və ginekologiya şöbəsinin müdiri vəzifəsini icra etməmişdir. Həmin gün Fatimə Cəlilabad MDM-yə qayınanası Şahid4 (bundan sonra – Göyçək) və dayısı arvadı X71-isa qızı (bundan sonra - Ellada) ilə gəlmişdir. Fatimə antenatal xidmət dövründə bir neçə dəfə zəruri müayinələrdən keçirildiyinə və Cəlilabad MDM-də laborator, instrumental müayinələrlə bağlı lazımi şərait olmadığına görə əməliyyatdan əvvəl sonuncunun hər hansı müayinədən keçirilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Hamilələrə antenatal xidmət üzrə” kliniki protokola əsasən Fatimənin antenatal xidmət dövründə bir neçə dəfə zəruri müayinələrdən keçirilməsi onun üzərində əməliyyatın zəruri müayinələrin təkrar aparılmadan icra edilməsinə əsas vermişdir. Fatimənin bətnindəki dölü müayinə edərkən ürək döyüntülərinin kəskin azaldığını, buna görə də döldə dərin boğulma əlamətinin yarandığını müəyyən etmişdir. Müayinə nəticəsində Fatiməyə “40-41 həftəlik hamiləlik. Dölün anaya tibbi yardım göstərilməsini tələb edən bətndaxili hipoksiyası. Vaxtı ötmüş hamiləlik. Döl qişalarının vaxtından qabaq cırılması” diaqnozu qoymuşdur. Fatimədə dölün bətndaxili kəskin hipoksiyası olduğundan üzərində “Qeysəriyyə kəsiyi” əməliyyatının icra olunması qərarını vermişdir. Fatimə, Göyçək və Elladaya bu barədə məlumat vermişdir. Bundan bir neçə dəqiqə sonra Cəlilabad MDM-ə Fatimənin atası Şahid3 (bundan sonra - Zaur) və ərinin dayısı Şahid5 (bundan sonra - Qadir) gəlmişlər. Xidməti otağında Zaur və Qadirə Fatiməni əməliyyat edərkən istifadə edəcəyi dərman və digər tibbi ləvazimatları ona işlədiyi xəstəxanadan verilmədiyinə görə şəxsi pul vəsaitləri hesabına aptekdən alıb verməli olduqlarını demişdir. Qadir Zaurun iştirakı ilə ona həmin dərman və digər tibbi ləvazimatlarını bilmədiklərinə görə özünün aptekdən aldırması üçün 200 manat məbləğində pul vermişdir. Bu zaman onların yanında Göyçək və Ellada olmamışdır. Ellada ilə onun arasında danışıq olmamış, Göyçəkdən hər hansı məqsədlə hər hansı məbləğdə pul istəməmişdir. Qadirin ona verdiyi 200 manat məbləğində pulu ya Fariz Əsədova (25 may 2022-ci il tarixli məhkəmə iclasında verdiyi ifadəyə əsasən), ya da Feyzi Ələkbərova (23 avqust 2022-ci il tarixli məhkəmə iclasında verdiyi ifadəyə əsasən) işlədiyi aptekdən ona Fatimənin əməliyyatı üçün göndərdiyi dərman və digər tibbi ləvazimatlarına görə vermişdir. Bundan sonra Fatimənin doğuşunu əməliyyatı yolu ilə uğurla həyata keçirmiş, saat 11:43-də sonuncunun bətnindən 1 nəfər qız uşağını diri vəziyyətdə xaric etmişdir. Həmin əməliyyatda ondan başqa, həkim anestezioloq-reanimatoloq Təqsirləndirilən şəxs1, sonuncunun köməkçisi Fazilə Aslanova, əməliyyat tibb bacısı Ülviyyə Ağayeva iştirak etmişdir. Əməliyyatdan əvvəl və əməliyyat zamanı Xəyalədə qanaxma təhlükəsi olmamışdır. Doğuş zamanı göbək ciyəsinin dölün boğazına üç dəfə, bədəninə bir dəfə sıx dolandığını aşkar etməsi faktı onun Fatimənin doğuşunun əməliyyatı yolu ilə keçirilməsi barədə qəbul etdiyi qərarın əsaslı olduğunu göstərir. Sonuncu cərrahiyyə blokundan çıxarılıb reanimasiya otağına aparılmışdır. Fatimənin əməliyyat olunmasından sonra Göyçəyin ona 50 manat məbləğində pul verməsini xatırlamır. Ağır vəziyyətdə olan başqa hamilənin əməliyyatını icra etdikdən sonra tibb bacısı ona Fatimənin vəziyyətinin pisləşdiyini demişdir. Saat 17:55-də palatada müayinə zamanı sonuncuda güclü daxili və xarici qanaxma olmasını müəyyən etmişdir. Buna görə də Fatimənin təcili olaraq cərrahiyyə blokuna aparılması barədə göstəriş vermişdir. Fatiməni zəruri olan bütün tədbirlər görüldükdən və qan köçürüldükdən sonra müvafiq klinik protokolun tələbinə əsasən saat 18:17-dən başlayaraq təkrar əməliyyat etmişdir. Həmin əməliyyatda ondan başqa, həkim anestezioloq-reanimatoloq Təqsirləndirilən şəxs1, sonuncunun köməkçisi Gülşən Ağayeva, həkim-cərrah Şahid7 və əməliyyat tibb bacısı Ülviyyə Ağayeva iştirak etmişdir. Fatimənin qarın boşluğunu açdıqda xeyli miqdarda qan yığıldığını görmüşdür. Dərhal uşaqlıq yolunun başlıqlarını sıxıcı alətlə bağlamaqla qanaxmanın qarşısını almağa çalışmışdır. Şahid7la birgə Fatimənin uşaqlıq yolunu amputasiya edərkən sonuncu saat 18:37-də ölmüşdür. O, əməliyyat blokunda olarkən Göyçək hər hansı məbləğdə, o cümlədən 150 manat məbləğində pulu ona verməmiş, yaxud üzərinə atmamışdır. Belə hal baş verə bilməzdi. Çünki o, əməliyyat blokunda olarkən əynindəki paltarlar və əlinə geyindiyi əlcəklər qan içində olmuş, Göyçək əməliyyat blokundan kənarda olmuş, əməliyyat blokuna kənar şəxs, o cümlədən Göyçək buraxılmamışdır. 17 yanvar 2022-ci il tarixdə müqavilə üzrə müdafiəçisi olmuş X16 iştirakı ilə Şahid3, Şahid5 və X71-isa qızı ilə üzləşdirilərkən ifadələrində Fatimə üzərində birinci əməliyyatı icra etdikdən sonra Göyçək Elladanın yanında ona şirinlik kimi 50 manat məbləğində pul verdiyini, Fatimə üzərində ikinci əməliyyatı icra etməmişdən əvvəl Göyçək və Elladanın onun yanına gəlib ona 150 manat məbləğində pul verməsini həmin vaxt vəziyyətinin pisləşməsi səbəbindən şok vəziyyətində olmasına görə xatırlamadığını göstərməsini üzləşdirmə zamanı Göyçək və Elladanın onun üzərinə qışqırıb ona psixoloji təsir göstərmələri ilə izah edir. Fatimənin qanaxma nəticəsində çoxlu qan itirməsinə görə ölüməsinin qarşısını ala bilməmişdir. Fatimənin ölümündən ibarət nəticənin baş verməsində özünü təqsirli bilir. Ona görə ki, mövcud klinik protokola əsasən xəstə əməliyyatdan sonrakı 12 saat ərzində reanimasiya şöbəsində manitora qoşulmalı olduğuna, xəstəyə bu formada nəzarət edilməli olduğu halda, Fatiməni əməliyyatdan sonra reanimasiya şöbəsinə göndərsə də, həmin vaxt Cəlilabad MDM-in reanimasiya şöbəsində xəstələrin sayının çox olması və manitorun az sayda olması səbəbindən Fatimə manitora qoşulmamış, 20 dəqiqə sonra palataya köçürülmüş, əməliyyatdan sonra o, Fatimənin vəziyyətinə nəzarət etməmişdir. Əgər o, əməliyyatdan sonra Fatimənin vəziyyətinə lazımi formada nəzarət etsəydi, arterial təzyiqinin düşdüyünü görəcəkdi və sonuncunu daha tez təkrar əməliyyat edəcəkdi, nəticədə ölməsinin qarşısını ala biləcəkdi. Fatimənin əməliyyat edilməsi müqabilində yaxınlarından hər hansı məbləğdə pul istəməmiş və almamışdır. Fatimənin ailə üzvlərinə maddi və mənəvi cəhətdən dəstək olmaq məqsədilə əri olmuş X5 onun və Elxan Ağayevin yanında 25000 manat məbləğində pul vermişdir. - Ailə vəziyyəti ilə bağlı bildirir ki, əvvəlcə X42, sonra isə X32 ilə evlənmiş, həmin şəxslərlə nikahı pozulduqdan sonra Anar Əliyevlə nikahından doğulmuş, müvafiq olaraq 16 aprel 2004 və 19 fevral 2008-ci il təvəllüdlü övladları X55 və X47, Cəlil Qəhrəmanovla nikahından doğulmuş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə himayəsində saxlanılmış 07 avqust 2017-ci il təvəllüdlü övladı X33 ilə birlikdə ünvan 2anında yerləşən 3 otaqlı evdə kirayədə yaşayır. Buna görə hər ay 550 manat məbləğində kirayə haqqı ödəyir. Atası vəfat etmişdir. X9 və evli bacısı X34 Bakı şəhərində kirayə mənzildə yaşayırlar. Hazırda böyük övladı Rəsul Türkiyə Respublikası Bolu X75 Universitetində ali təhsil alır. Qızı Leyla Bakı şəhəri, 176 nömrəli tam orta məktəbin İX sinif şagirdidir. 5 yaşlı oğlu Adəm isə məktəbəqədər hazırlıq üzrə təhsil alır. Oğlu Rəsulun ali təhsil almasına illik təhsil haqqısı 800 ABŞ dolları, bir aylıq digər xərcləri 500 ABŞ dolları olduğuna görə il ərzində təxminən 10000 ABŞ dolları məbləğində pul xərcləyir. Bundan əlavə, hər ay qızı Leylanın üç fənn üzrə repetitor hazırlığına getməsinə görə cəmi 220 manat, oğlu Adəmin "Kaspi Təhsil Mərkəzi"ndə məktəbəqədər hazırlıq üzrə təhsil almasına görə isə 320 manat məbləğində pul xərcləyir. X78 övladları Leylanın saxlanılması ilə əlaqədar hər ay 160 manat məbləğində aliment ödəsə də, Cəlil Qəhrəmanov isə övladları Adəmin saxlanılması ilə əlaqədar aliment ödəmir. Ona başqa qohumlarından maddi dəstək edilmir. Buna görə də o, hər üç övladının bütün maddi ehtiyaclarını yalnız özü ödəyir, övladlarını sevir. Kirayələdiyi evdə övladlarının istirahət etmələri və dərslərini hazırlamaları üçün tam şərait yaratmış, onların təlim-tərbiyəsi, təhsil və inkişaflarının təmin olunmasında bilavasitə iştirak edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 onun yalnız X22 ölümündən ibarət hadisəyə münasibətdə Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə təqsirli bilinib barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı müqavilə üzrə müdafiəçisi olmuş X16 iştirakı ilə: - 22 dekabr 2021 və 21 yanvar 2022-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, Cəlilabad RMX-da X8 ALAT, AST QF, LDH və digər zəruri analizlərin götürülməsi mümkün olmamışdır (İ cild, səh. 83-88, İİ cild, səh. 262-267). - 17 yanvar 2022-ci il tarixdə Şahid2 və Şahid1 ilə üzləşdirilərkən verdiyi ifadələrində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə Şahid2 və Ramil X1 üzərində “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatını icra etməsi müqabilində 400 manat pul istəmişdir (İİ cild, səh. 220- 225). - 17 yanvar 2022-ci il tarixdə Şahid3, Şahid5 və X71-isa qızı ilə üzləşdirilərkən verdiyi ifadələrində göstərmişdir ki, X39 üzərində “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatını icra etdikdən sonra Şahid4 X71-isa qızının yanında ona şirinlik kimi 50 manat məbləğində pul vermiş, Fatimə Həziyeva üzərində ikinci cərrahi əməliyyatını icra etməmişdən əvvəl Şahid4 və Ellada Ağayevanın onun yanına gəlib ona 150 manat məbləğində pul verməsini həmin vaxt vəziyyətinin pisləşməsi səbəbindən şok vəziyyətdə olmasına görə xatırlamır (İİ cild, səh. 206-219). Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 verdiyi ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 01 aprel 2021-ci il tarixdən Cəlilabad RMX PHŞnin reanimasiya və anesteziologiya şöbəsində həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyir. Cəlilabad RMX-da icra edilmiş bütün cərrahi əməliyyatlar, o cümlədən 15 iyun 2021-ci il tarixdə X27 (bundan sonra - Xəyalə) üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatı ilə bağlı xəstəxana tərəfindən zəruri dərman və digər tibbi ləvazimatlar verilmiş, bununla bağlı hər hansı problem olmamışdır. 01 aprel 2021-ci il tarixdə tibbi sığorta sisteminə qoşulduqdan sonra xəstəxananın dərman və digər tibbi ləvazimatlarla təminatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Xəstəxanada işləmiş hər hansı cərrah və ya Təqsirləndirilən şəxs2 (bundan sonra - Nigar) cərrahi əməliyyatlar, o cümlədən Xəyalə üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatı üçün xəstəxanada dərman və digər tibbi ləvazimatlarla bağlı çatışmazlıq olması barədə narazılıq eşitməmişdir. Ümumiyyətlə, Nigar Cəlilabad RMX-da gün ərzində normadan çox xəstələri cərrahi əməliyyat etdiyinə görə onların vəziyyətinə lazımi şəkildə nəzarət etməmiş, bu səbəbdən Nigarın əməliyyat etdiyi əksər xəstələrin vəziyyətində ağırlaşmalar olmuşdur. Bu hallardan o, çox əziyyət çəkdiyinə görə əksər hallarda Nigarla birlikdə cərrahi əməliyyata girməkdən imtina etsə də, Cəlilabad RMX-nın rəhbərliyi ona bunun düzgün olmadığını deməsi səbəbindən Nigarla cərrahi əməliyyatlara girməyə məcbur olmuşdur. 15 iyun 2021-ci il tarixdə saat 15 radələrində Cəlilabad RMX-da işdə olarkən əvvəllər tanımadığı Xəyalə üzərində icra ediləcək “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatı (bundan sonra - əməliyyat) ilə bağlı yaradılmış əməliyyat briqadasına daxil edildiyinə görə cərrahiyyə blokuna daxil olmuşdur. Orada ondan başqa, onun köməkçisi Sara Cəbiyeva, doğum və ginekologiya şöbəsinin müdiri olmuş Nigar, Fərid adlı assistent cərrah və əməliyyat tibb bacısı Günay Abdullayeva da əməliyyat briqadasına daxil edildiklərinə görə olmuşlar. Xəyaləni ilk dəfə orada əməliyyat stoluna uzadılmış vəziyyətdə görmüş, bundan əvvəl görməmişdir. Həmin vaxt Xəyalənin adına tərtib edilmiş laborator və instrumental müayinələrə dair tibbi sənədlərlə tanış olması və sonuncunu vizual müşahidə etməsi nəticəsində vəziyyətinin ağır nefropatiya, yüksək qan təzyiqi, sidikdə zülalın miqdarının çox olması və daxili orqanlarında ödem olması səbəbindən patoloji hamiləlik, yəni ağır olmasını müəyyən etmişdir. Cəlilabad RMX-da Xəyalənin digər xəstəliklərinin müalicə edilməsi üçün ixtisaslı həkim olmamışdır. Göstərdiyi səbəblərdən sonuncu Cəlilabad RMXya əməliyyat edilməsi üçün qəbul edilməli deyildi, ixtisaslaşmış xəstəxana olan Lənkəran PM-ə təxliyyə edilməli idi. Hətta Xəyalənin ölməsindən sonra eşitmişdir ki, sonuncu 15 iyun 2021-ci il tarixdə ağır vəziyyətdə Biləsuvar RMX-na gətirilmiş, vəziyyətinin ağır olması səbəbindən həmin xəstəxanaya qəbul edilməmişdir. Xəyalənin vəziyyəti ağır olduğuna görə ona bu barədə məlumat əməliyyat blokuna daxil olmasına qədər verilməli olduğu halda, Nigar və ya hər hansı tibb işçisi tərəfindən verilməmişdir. Beləliklə, Xəyalənin əməliyyat blokuna daxil edilməsinə qədər vəziyyətinin qiymətləndirilməsində onun iştirakı təmin edilməmişdir. Əksinə, onun əməliyyat blokuna daxil olmasından dərhal sonra Nigar ona Xəyalənin dölyanı mayesinin kəskin azaldığını, buna görə də sonuncu və bətnindəki dölün həyatının təhlükədə olduğunu, Xəyalənin bu vəziyyətdə Lənkəran PM-ə təxliyyə edilməsinin mümkün olmadığını və Cəlilabad RMX-da dərhal əməliyyat edilməli olduğunu demişdir. Həmin anda əməliyyat blokunda Xəyalənin üzərində əməliyyata hazırlanmasına işarə edən tibbi sterilizasiya tədbirləri görülmüşdür. Göstərdiyi səbəblərdən fakt qarşısında qalıb sonuncunun vəziyyətinin ağır olmasına görə Lənkəran PM-ə təxliyyə edilməli olması barədə Nigara etiraz etməmiş və Cəlilabad RMX-nın rəhbərliyi qarşısında təşəbbüs irəli sürməmiş, Xəyalənin əməliyyat edilməsində iştirak etməkdən imtina edə bilməyərək sonuncuya əməliyyat edilməsi üçün həkim anestezioloq-reanimatoloq kimi narkoz vermişdir. Xəyalənin vəziyyətinin ağır olduğu halda, Cəlilabad RMX-da əməliyyat edilməsində iştirak etməsinə razılıq verməsini həm də özünün və Nigarın hazırlıq səviyyəsinin yüksək olmasına görə Xəyalənin doğuşunu cərrahi yolla uğurla başa çatdıra və sonuncunu ağır vəziyyətdən çıxara biləcəklərinə arxayın olması ilə izah edir. Xəyalənin bətnindən 1 nəfər qız və 1 nəfər oğlandan ibarət ekiz uşaqları diri vəziyyətdə xaric edilmişdir. Nigar Xəyalə üzərində icra etdiyi əməliyyatın dərialtı piy qatının tikilməsinə qədərki hissəsini icra etmiş, dərialtı piy qatının tikilməsini icra etməyi Fərid adlı assistent cərraha təcrübəsinin az olması səbəbindən qanunsuz olaraq tapşırıb dərhal sonra başqa cərrahi əməliyyatı icra etmək üçün əməliyyat blokunu tərk etmiş və əməliyyatın sonuna kimi oraya qayıtmamışdır. Sonuncu isə təcrübəsinin az olması səbəbindən ləng işləmiş, bu hal Xəyalə üzərindəki əməliyyatın daha 30 dəqiqə müddətinə uzanması və onun məcburiyyət qarşısında qalıb Xəyaləyə köçürdüyü relaksan və narkotik tərkibli dərmanların dozasını artırması ilə nəticələnmişdir. Əgər bunu etməzdisə, sonuncu əməliyyatın gedişində şokdan ölə bilərdi. Beləliklə, Xəyalə kimi ağır vəziyyətdə olmuş xəstələrin üzərindəki əməliyyatın daha tez yekunlaşdırılması tələb olunur. Çünki əməliyyatın müddətinin nəzərdə tutulduğundan artıq müddətə davam etməsi xəstəyə verilən narkozun dozasının artırılması ilə nəticələnir. Bu isə xəstənin vəziyyətinə mənfi təsir göstərir. Əməliyyatdan sonra Xəyalə narkozdan ayılmış, 3-4 saat ərzində vəziyyəti stabil olmuşdur. Bundan sonra sonuncuya sidik ifrazında kəskin azalma müşahidə etdiyinə görə lazımi tibbi yardımlar göstərmişdir. Həkim-cərrah xəstənin vəziyyətinə cərrahi əməliyyatdan sonra dinamik nəzarət etməli olduğu halda, Nigar əməliyyatdan sonra Xəyalənin yanına gəlməmiş və vəziyyətinə nəzarət etməmişdir. Sonuncuda tənəffüsün normallaşmaması, oksigen çatışmazlığının olması, saturasiya və qan təzyiqinin kəskin azalması və rənginin avazıması səbəbindən daxili qanaxma olmasından şübhələndiyinə görə həm bu, həm də Xəyalənin bəlkə də, təkrar əməliyyat edilməsinə ehtiyac olduğu barədə məlumat vermək üçün Nigarın mobil nömrəsinə bir neçə dəfə zəng etmiş, lakin sonuncu zənglərinə cavab verməmişdir. Bundan sonra Xəyalənin vəziyyəti barədə Cəlilabad RMX-nın direktoru Şahid9 məlumat vermişdir. Sonuncu da Nigarın xəstəxanaya çağırılması ilə bağlı tədbirlər görsə də, sonuncunun olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Şahid9 Xəyaləyə zəruri tibbi yardımın göstərilməsinə xəstəxananın başqa iki nəfər həkimini də cəlb etmişdir. Əməliyyatdan sonra Xəyalədə xarici qanaxma əlaməti görməmişdir. Sonuncuya bütün zəruri tibbi yardımlar, o cümlədən qanda laxtalanma sisteminin pozulması səbəbindən böyrəklərdə tromblaşmadan yaranmış böyrək çatışmazlığına qarşı dərmanlar köçürmüş, Xəyalənin adına tərtib edilmiş xəstəlik tarixinə bu barədə qeydlər yazmışdır. Orqanizmdə trombun yaranması ani proses olduğuna görə sonuncuda yaranmış böyrək çatışmazlığının qarşısının alınması üçün başqa tibb müəssisəsindən ixtisaslı mütəxəssisin çağırılması mümkün olmamışdır. Xəyalədə ağır preeklampsiya xəstəliyi ilə əlaqədar tramboz baş verdiyinə və belə xəstələrə qan köçürülməsi əks göstəriş olduğuna görə sonuncuya itirilmiş qanın qan və qan əvəzedicilərlə bərpa olunması ilə bağlı hər hansı tədbir görməmişdir. Eləcə də, Xəyaləyə DYL sindorumu və qaraciyər çatışmazlığına qarşı tədbirlər görməmişdir. Sonda Nigarın xəstəxanaya gətirilməsi Cəlilabad rayonunda yaşadığı evə avtomobil göndərilməklə təmin edilsə də, bu gec olmuşdur. Xəyalə Nigarın xəstəxanaya gəlməsindən təxminən 5 dəqiqə sonra, konkret olaraq 16 iyun 2021-ci il tarixdə saat 02:35də ölmüşdür. Nigarın hər hansı şəxsdən rüşvət qismində pul istəməsi və ya almasını görməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 verdiyi ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, 15 fevral 2021-ci il tarixdən 11 iyun 2022-ci il tarixədək Cəlilabad RMX PHŞ-nin reanimasiya və anesteziologiya şöbəsində həkim anestezioloqreanimatoloq vəzifəsində işləmişdir. Cəlilabad RMX-da icra edilmiş bütün cərrahi əməliyyatlar, o cümlədən 13 sentyabr 2021-ci il tarixdə X39 (bundan sonra - Fatimə) üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatı ilə bağlı xəstəxana tərəfindən zəruri dərman və digər tibbi ləvazimatlar verilmiş, bununla bağlı hər hansı problem olmamışdır. 01 aprel 2021-ci il tarixdə tibbi sığorta sisteminə qoşulduqdan sonra xəstəxananın dərman və digər tibbi ləvazimatlarla təminatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Xəstəxanada işləmiş hər hansı cərrah və ya Təqsirləndirilən şəxs2 (bundan sonra - Nigar) cərrahi əməliyyatlar, o cümlədən Fatimə üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatı üçün xəstəxanada dərman və digər tibbi ləvazimatlarla bağlı çatışmazlıq olması barədə narazılıq eşitməmişdir. Cəlilabad RMX “Covid-19” xəstəliyinə yoluxmuş xəstələrin müalicəsi üçün ixtisaslaşdırıldıqdan sonra xəstəxananın şəxsi heyəti və tibbi avadanlıqları Cəlilabad MDM-ə köçürüldüyünə görə Nigar 13 sentyabr 2021-ci il tarixdə hamiləliklə əlaqədar müraciət etmiş Fatiməni Cəlilabad MDM-də qəbul etmişdir. Fatimə antenatal xidmət dövründə bir neçə dəfə zəruri laborator və instrumental müayinələrdən keçirildiyinə görə sonuncunun həmin müayinələrdən təkrar keçirilməsinə zərurət olmamışdır. O, həmin sənədlərlə tanış olduqdan sonra Nigar saat 11:45-dən saat 12:15-ə kimi Fatimə üzərində “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatını (bundan sonra əməliyyat) icra etmişdir. Əməliyyat briqadasında həkim anestezioloq-reanimatoloq kimi o, onun köməkçisi Fazilə Aslanova və əməliyyat tibb bacısı Ülviyyə Ağayeva da iştirak etmişlər. Əməliyyatın gedişində Fatimənin vəziyyəti normal olmuşdur. Sonuncunun bətnindən 1 nəfər qız uşağı diri vəziyyətdə xaric edilmişdir. Sonuncu əməliyyatda sonra Cəlilabad MDM-nin reanimasiya şöbəsinə köçürülmüş, 2 saat orada saxlanılmış, vəziyyəti stabilləşdikdən sonra palataya köçürülmüşdür. Fatimənin vəziyyətini reanimasiya şöbəsində saxlanıldığı müddət ərzində hər yarım saatdanbir yoxlayarkən səhhətinin normal olduğunu müəyyən etmişdir. Mövcud protokol qaydalarına əsasən Fatiməni əməliyyatdan sonra minimum 8 saat ərzində reanimasiya şöbəsində saxlanılmalı olsa da, həmin vaxt Cəlilabad MDM-nin reanimasiya şöbəsində Cəlilabad RMX-nın adına daxil olmuş xəstələr üçün yalnız bir ədəd mantorun ayrılması səbəbindən müvafiq şəraitin yaradılmaması və Fatimənin vəziyyətinin normal olduğunu müşahidə etdiyinə görə sonuncunu 2 saat sonra reanimasiya şöbəsindən palataya köçürmüşdür. Bundan sonra o, Fatimənin vəziyyətində ağırlaşma olmayacağına arxayınlaşdığına görə sonuncunun saat 18 radələrinədək palatada saxlanıldığı müddət ərzində vəziyyətini yoxlamamışdır. Əgər o, əməliyyatdan sonra Fatimənin vəziyyətinə lazımi formada nəzarət etsəydi, arterial təzyiqinin düşdüyünü görəcəkdi və sonuncunun daha tez təkrar əməliyyat edilməsini təmin edə biləcəkdi, nəticədə ölməsinin qarşısını ala biləcəkdi. Buna görə də ona qarşı irəli sürülmüş ittihamda yol verdiyi səhvlərlə bağlı göstərilən bütün hallarla razıdır. Bununla bağlı hər hansı narazılığı yoxdur. Saat 18 radələrində Fatimənin vəziyyəti ağırlaşmış, bununla əlaqədar sonuncunun uşaqlığına baxış keçirərkən xarici qanaxma olduğunu görmüşdür. Nigar yalnız bundan sonra Fatiməni müayinə edərkən uşaqlıq yolunda kəskin qanaxma olmasını təsdiq etmişdir. Yəni, saat 18 radələrinə kimi Nigar Fatiməni müayinə etməmiş, sonuncunun vəziyyəti ilə maraqlanmamışdır. Həmin gün saat 18:17-də Fatimə uşaqlıq yolunda kəskin qanaxma diaqnozu ilə yenidən əməliyyat blokuna yerləşdirilmişdir. Həmin əməliyyatda əsas cərrah kimi Nigar, assistent həkim-cərrah kimi Şahid7, o, köməkçisi Gülşən Ağayeva və əməliyyat tibb bacısı Ülviyyə Ağayeva iştirak etmişdir. Həmin əməliyyat 18:22-dən 19:00-a kimi davam etmişdir. Fatimənin qarın boşluğu açılanda baş vermiş daxili qanaxma ilə əlaqədar qarın boşluğuna çoxlu miqdarda qan yığıldığını müəyyən etmişlər. Sonuncunun bədəninə inyeksiya yolu ilə 3 ədəd 1 ml.-lik “Атропину сулфат”, 1 ədəd 1 ml.-lik “Адреналин здоровя”, 1 ədəd 1 ml.-lik “Дексаметазон”, 1 ədəd 1 ml.-lik “Растворитель”, 2 ədəd 1 ml.-lik, 1 ədəd 2 ml.-lik olmaqla, ümumilikdə 3 ədəd “Адреналин Дарнича”, 1 ədəd 5 ml.-lik “Дофамин Дарнича”, 1 ədəd 400 ml-lik “Натрия хлорид”, 200 ml-lik təzə dondurulmuş plazma, 1000 ml.-lik “Gelofuzin”, 500 ml-lik “Ringer” məhlulu köçürsə də, ölməsinin qarşısını ala bilməmişdir. Çünki Fatimə daxili qanaxma səbəbindən çoxlu miqdarda qan itirmişdir. Fatimə saat 19:00da uşaqlıq yolu amputasiya edildikdən sonra əməliyyatın gedişində ölmüşdür. Nigarın hər hansı şəxsdən rüşvət qismində pul istəməsi və ya almasını görməmişdir. Serebral iflic xəstəliyindən əziyyət çəkdiyinə görə İ qrup əlil olan qardaşı X48 onun himayəsindədir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barələrində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X38 verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 15 iyun 2021-ci il tarix saat 09 radələrində bacısı X35 (bundan sonra – Xəyalə) doğum sancılarının olması ilə əlaqədar qardaşı Şahid2 Əhməd oğlu (bundan sonra - Davud) və əri X49 tərəfindən Cəlilabad RMX-ya aparılmışdır. Həmin vaxt Xəyalənin səhhəti normal olmuşdur. Davud ona əvvəlki telefon danışıqları zamanı Cəlilabad RMX-da həkim Təqsirləndirilən şəxs2 (bundan sonra - Nigar) gəlməsini gözlədiklərini, saat 17 radələrində danışarkən Xəyalənin “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyat yolu ilə 1 oğlan və 1 qız uşağının doğulduğunu demişdir. 16 iyun 2021-ci il tarixdə saat 07-08 radələrində Ramil ona zəng edib Xəyalənin xəstəxanada öldüyünü demişdir. Sonradan Davud və Ramil ona Nigarın onlardan Xəyalə üzərində “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatını icra etməsi müqabilində əvvəlcə 400 manat pul istədiyi, sonradan onlarla 350 manat verəcəkləri barədə razılaşdığı və Ramilin həmin əməliyyata görə lazım olmuş 120 manat dəyərində dərman preparatlarını aptekdən alıb Nigara verdiyini demişlər. Nigar onlardan Xəyalə üzərində cərrahi əməliyyatını icra etməsinə görə pul almamışdır. Xəyalənin ölməsi ilə əlaqədar ailə üzvlərinə maddi və mənəvi cəhətdən dəstək olmaq üçün Nigar qohumu Şahid11 vasitəsilə qardaşı Davuda cəmi 14500 manat məbləğində pul vermişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X38 məhkəmə iclasındakı çıxışında Təqsirləndirilən şəxs3 ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını göstərmiş, Təqsirləndirilən şəxs3 barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmiş, məhkəməyə daxil olmuş, notariat qaydasında təsdiq edilmiş 19 noyabr 2022-ci il tarixli ərizəsində isə Təqsirləndirilən şəxs2 ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs2 onlara vurduğu maddi və mənəvi ziyanı tam ödədiyini, buna görə də Təqsirləndirilən şəxs2 qarşı verdiyi mülki iddiadan imtina etdiyini göstərmiş, sonuncu barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə saat 09 radələrində X23 (bundan sonra – Xəyalə) hamiləliyi ilə əlaqədar Cəlilabad RMX-ya gətirmişdir. Bu zaman sonuncunun ayaqlarında şişkinlik olmuş, səhhəti ilə bağlı başqa şikayəti olmamışdır. Xəyalənin əri Şahid1 (bundan sonra - Ramil) onun verdiyi məlumat əsasında Biləsuvar rayonunda fəhlə işlədiyi yerdən çıxıb saat 11-12 radələrində Cəlilabad RMX-ya gəlmişdir. Xəyaləni saat 11:00-da həmin xəstəxananın doğum şöbəsinə qəbul etmişlər. Onlara doğum şöbəsinin müdiri olmuş Təqsirləndirilən şəxs2 (bundan sonra - Nigar) işə gəlmədiyi deyildiyinə görə onlar xəstəxanada Nigarın işə gəlməsini gözləmişlər. Sonuncu Cəlilabad RMX-ya saat 13 radələrində gəlmiş, bu vaxta qədər orada Xəyaləyə tibbi yardım göstərilməmişdir. Nigar xidməti otağında o və Ramildən Xəyalə üzərində “Qeysəriyyə kəsiyi” əməliyyatını (bundan sonra - əməliyyat) icra etməsi müqabilində 400 manat məbləğində pul istəmişdir. Ramil Nigara fəhlə işləməklə ailəsinin maddi vəziyyətinin ağır olmasına görə 350 manat məbləğində pulu Xəyalə üzərində əməliyyatı icra etməsindən iki gün sonra verəcəyini demiş, Nigar Ramillə razılaşmışdır. Bundan əlavə, Nigar onlara Xəyalə üzərində əməliyyatı icra edərkən lazım olacaq dərman və digər tibbi ləvazimatların xəstəxana tərəfindən verilmədiyini deyib siyahısını vermiş və orada göstərilənləri aptekdən alıb ona verməli olduqlarını demişdir. Buna görə də Nigarın verdiyi siyahıda göstərilən dərman və digər tibbi ləvazimatları Ramillə aptekdən 120 manat məbləğində pula alıb Nigara vermişlər. Həmin pul o və Ramilin Nigarla sonuncunun Xəyalə üzərində əməliyyatı icra etməsi müqabilində razılaşdıqları 350 manat məbləğində pula daxil olmamışdır. Nigarla onun arasında telefon danışığı olmamış, Nigardan Xəyalə üzərində əməliyyatı icra etməsini xahiş etməmişdir. Nigar, eləcə də Cəlilabad RMX-nın hər hansı əməkdaşı o, Ramil və Xəyaləyə sonuncunun vəziyyətinə görə ixtisaslaşdırılmış xəstəxanaya aparılmalı olduğunu deməmişdir. Xəyalənin ölməsi ilə əlaqədar ailə üzvlərinə maddi və mənəvi cəhətdən dəstək olmaq üçün Nigar qohumu Şahid11 vasitəsilə ona cəmi 14500 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 Şahid2 məhkəmə istintaqındakı ifadəsinin ona aid olan hissəsi barədə eyni məzmunda göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq etmiş, Şahid2 məhkəmə istintaqındakı ifadəsi ilə eyni məzmunda göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X46 verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə səhər o, anası Şahid4 (bundan sonra - anası), qayınatası Şahid3 və dayısı arvadı Ellada Ağayeva ilə birlikdə arvadı X28 (bundan sonra – Fatimə) hamiləliyi ilə əlaqədar müayinə olunması üçün Cəlilabad RMX PHŞ-nin ASM-nin həkimi Sevinc Əhədovanın xidməti otağına aparmışlar. Sonuncu Fatiməni müayinə etdikdən sonra onlara Fatimənin hamiləliyinin gecikdiyini, buna görə də üzərində “Qeysəriyyə kəsiyi” əməliyyatı icra edilməklə hamiləlikdən azad edilə biləcəyini deyib sonuncunu Cəlilabad RMX-nın həkimi Təqsirləndirilən şəxs2 (bundan sonra - Nigar) müayinəsinə aparmalarını tövsiyyə etmişdir. Həmin vaxt Cəlilabad RMX-nın doğum şöbəsi Cəlilabad MDM-nə köçürüldüyünə görə Fatiməni orada Nigarın xidməti otağına aparmışlar. Anası Nigarın xidməti otağından dəhlizə çıxanda ona Nigarın Fatiməni müayinə etdikdən sonra sonuncunun hamiləliyinin gecikməsi və bətnindəki döldə boğulma baş verməsi səbəbindən üzərində “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatını icra edilməklə hamiləlikdən azad edilə biləcəyini dediyini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra dayısı Şahid5 Cəlilabad MDM-ə gəlmişdir. Şahid3 və Şahid5 Nigarın xidməti otağından çıxdıqdan sonra ona Nigarın Fatimə üzərində əməliyyatı icra etməsi müqabilində 400 manat məbləğində pul istəsə də, Şahid5 Nigara 200 manat məbləğində pul verdiyini demişlər. Anasından sonuncunun Ellada Ağayevanın iştirakı ilə Nigara sonuncunun Fatimə üzərində birinci əməliyyatı icra etməsindən sonra 50 manat, ikinci əməliyyatı icra etməsindən əvvəl isə Fatiməyə düzgün tibbi yardım göstərməsi üçün 150 manat məbləğində pul verməsini eşitmişdir. Nigar ondan və ya onun yanında hər hansı şəxsdən pul istəməmiş və almamışdır. Nigar iş üzrə Fatiməyə münasibətdə törətdiyi əməl nəticəsində vurduğu ziyana görə Şahid3 25000 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X46 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışdığını, sonunculara qarşı şikayət və tələbinin, eləcə də mülki iddiasının olmadığını göstərmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X46 məhkəməyə təqdim etdiyi 04 noyabr 2022-ci il tarixli ərizəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışdığını, sonunculara qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq etmiş, X36 ifadəsində 13 sentyabr 2021-ci il tarixdə X22 Sevinc Əhədova və Təqsirləndirilən şəxs2 tərəfindən tibbi müayinə olunmasının nəticələri barədə bildirdiyi ilə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, həmin tarixdə qardaşı arvadı X71-isa qızı (bundan sonra - Ellada) ilə Təqsirləndirilən şəxs2 (bundan sonra - Nigar) xidməti otağında olarkən sonuncu onlara gəlini X39 (bundan sonra – Fatimə) üzərində “Qeysəriyyə kəsiyi” əməliyyatını (bundan sonra - əməliyyat) icra etməsi müqabilində 400 manat məbləğində pul verməli olduqlarını demişdir. Onlar Nigara maddi cəhətdən imkansız olduqlarına görə 400 manatın çox olduğunu demişlər. Buna görə də Nigar onlarla Fatiməni əməliyyat etməsi müqabilində 250 manat məbləğində pul verəcəkləri ilə razılaşmışdır. Həmin vaxt onun üzərində 55 manat məbləğində pul olduğuna görə Nigara pul gətirmək üçün evə gedəcəklərini demişlər. Sonuncu onlara narahat olmamalarını, Fatimənin başqa həkimə aparılmasına ehtiyac olmadığını, özünün hər şeyi yoluna qoyacağını demiş, onlardan evə getməmələrini, kiməsə zəng edib pul gətirməyi tapşırmalarını istəmişdir. Buna görə də onlar qardaşı Şahid5 (bundan sonra - Qadir) Nigara Fatiməni əməliyyat etməsi müqabilində verəcəkləri üçün 200 manat məbləğində pul gətirməsini mobil telefon vasitəsilə xahiş etmişlər. Qadir yaşadığı evdən 200 manat məbləğində pul götürüb Cəlilabad MDM-ə gəlmiş, Nigarın istəyi ilə xidməti otağına Qadir və qudası Şahid3 (bundan sonra - Zaur) girmişlər. X76 və Zaurdan Fatiməni əməliyyat etməsi müqabilində 400 manat məbləğində pul istəmişdir. Həmin vaxt o və Ellada dəhlizdə Nigarın xidməti otağının açıq olmuş qapısı qarşısında dayandıqlarına görə Nigarın Qadir və Zaurdan Fatiməni əməliyyat etməsi müqabilində 400 manat məbləğində pul istədiyini eşitmişlər. Qadir və Zaur otaqdan dəhlizə çıxandan sonra Qadir o və Elladaya bu barədə əlavə olaraq demişdir. O, X44 əməliyyat etməsi müqabilində ondan 250 manat məbləğində pul istədiyi halda, sonradan 400 manat istəməsinə etiraz etmişdir. Buna görə də Qadir və Zaur Nigarın xidməti otağına girdikdən sonra X59 əməliyyat etməsi müqabilində 200 manat məbləğində pul vermişdir. Nigar Fatimə üzərində əməliyyatı icra edib əməliyyat blokundan çıxdıqdan sonra onu xidməti otağına çağırmışdır. Həmin vaxt Elladanın iştirakı ilə Nigara Fatiməni əməliyyat etməsi müqabilində əlavə olaraq 50 manat məbləğində pul vermişdir. Bir neçə saat sonra onlar yaşadığı evdə olarkən xəstəxananın hansısa işçisi mobil telefon vasitəsilə ona Fatimədə qanaxma baş verdiyini demişdir. Buna görə də Ellada, Zaur, Qadir və Elxan Ağayevlə birlikdə Cəlilabad MDM-ə getmişlər. Əməliyyat blokuna Fatiməyə təkrar cərrahi əməliyyat edilməsi üçün qan köçürülməsi ərəfəsində qapısının açıq olması və qanvermə məqsədilə çoxlu şəxslərin girib-çıxmasından istifadə edərək daxil olduqdan sonra Nigarın Fatimənin vəziyyətinin ağır olması səbəbindən ağladığını və həyəcanlı olduğunu, əynindəki xalat və əlindəki əlcəklərin qana bulaşdığını görmüş, Fatiməyə lazımi tibbi yardım göstərməsi üçün Nigarın üzərinə əsəbi şəkildə 150 manat məbləğində pul atmış, pulun yerə düşdüyünü görüb dərhal oradan çölə çıxmışdır. Bu səbəbdən həmin pulun yerdən kim tərəfindən götürüldüyünü görməmişdir. Həmin vaxt Ellada da əməliyyat blokunda olduğuna görə göstərdiyi prosesləri görmüşdür. Qadir və Zaurun da onun Nigara ayrı-ayrılıqda 50 və 150 manat məbləğində pul verməsindən məlumatları olmuşdur. Nigar onlara Fatiməni əməliyyat etməsinə lazım olacaq dərman və digər tibbi ləvazimatların aptekdən alınmasına ehtiyac olduğunu deməmişdir. Buna görə də Nigar onlardan göstərdiyi pul məbləğlərini Fatiməni əməliyyat etməsinə lazım olacaq dərman və digər tibbi ləvazimatların alınması üçün deyil, Fatiməni əməliyyat etməsi müqabilində istəmiş və almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X71-isa qızı verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq etmiş, Şahid4 məhkəmə istintaqındakı ifadəsi ilə eyni məzmunda göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə yaşadığı evdə olarkən ya bacısı övladı X46, ya da sonuncunun qayınatası Şahid3 (bundan sonra - Zaur) ona Cəlilabad MDM-də həkim Təqsirləndirilən şəxs2 (bundan sonra - Nigar) X39 (bundan sonra – Fatimə) üzərində “Qeysəriyyə kəsiyi” əməliyyatını (bundan sonra - əməliyyat) icra etməsi müqabilində onlardan pul istədiyini demiş, buna görə də ondan yaşadığı evdən pul gətirməsini xahiş etmişlər. Buna görə də yaşadığı evdən 300 manat məbləğində pul götürüb Cəlilabad MDM-ə gəlmişdir. O, Zaurla Cəlilabad MDM-də Nigarın xidməti otağında olarkən sonuncu Fatimə üzərində əməliyyatı icra etməsi müqabilində ondan 400 manat məbləğində pul istəmişdir. Həmin vaxt onun yanında yalnız Zaur olmuşdur. O və X60 RMX və ya Cəlilabad MDM-in özəl tibb müəssisəsi olmadığına görə Fatiməyə təmənnasız tibbi xidmət göstərməli olduğunu deməklə etiraz etsələr də, Nigar onlara cavabında əməliyyat xərci kimi 400 manat məbləğində pul verməzlərsə, Fatimə üzərində əməliyyatı icra etməyəcəyini demişdir. Buna görə də o, məcburiyyət qarşısında qalıb Nigara 200 manat məbləğində pul vermiş, qalan 200 manat məbləğində pulu isə Fatimə üzərində əməliyyatın uğurlu bitməsindən sonra verəcəyini demişdir. O, Nigara verdiyi həmin pul hesabına hər hansı şəxs tərəfindən dərman alınmasını görməmişdir. Onlar da Fatimə üzərində əməliyyatın icra edilməsinə görə aptekdən dərman almamışlar. Həmin əməliyyatdan sonra bacısı Ağayeva X12 50 manat məbləğində pul alıb Nigara vermişdir. Fatimənin vəziyyətinin ağırlaşmasından sonra onlar Nigara 400 manat məbləğində pulu tam şəkildə vermədiklərinə görə sonuncunun Fatimə üzərində əməliyyatı düzgün icra etmədiyini fikirləşmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq etmiş, X36 ifadəsində 13 sentyabr 2021-ci il tarixdə X22 Sevinc Əhədova və Təqsirləndirilən şəxs2 tərəfindən tibbi müayinə olunmasının nəticələri barədə bildirdiyi ilə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə qudası Göyçəyin qardaşı Şahid5 (bundan sonra - Qadir) ilə Təqsirləndirilən şəxs2 (bundan sonra - Nigar) Cəlilabad MDM-dəki xidməti otağında olarkən Qadir onun iştirakı ilə Nigara qızı Fatimə üzərində “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatını icra edəcəyi ilə əlaqədar 200 manat məbləğində pul verib “əməliyyatı başa çatdır, sonra əlavə nə qədər pul lazım olsa, verəcəm” demişdir. O, Fatimənin ölümündən sonra Nigar barəsində müxtəlif dövlət orqanlarına yazılı qaydada şikayətlər etmişdir. Sonuncu Fatimənin ölməsi ilə bağlı törətdiyi əməl nəticəsində vurduğu ziyana görə ona 25000 manat məbləğində pul vermişdir. Buna görə də Nigara qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarından görünür ki, Şahid3 Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai istintaq zamanı 24 dekabr 2021-ci il tarixdə dindirilərkən və 17 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə üzləşdirilərkən verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə əlavə olaraq göstərmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə o və Şahid5 (bundan sonra - Qadir) ilə Cəlilabad MDM-də Təqsirləndirilən şəxs2 (bundan sonra - Nigar) xidməti otağında olarkən sonuncu onun qızı Fatimə üzərində “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatını (bundan sonra - əməliyyat) icra etməsi müqabilində ondan və Qadirdən 400 manat məbləğində pul istəmişdir. X61 təmənnasız tibbi xidmət göstərməli olduğunu deməklə etiraz etsələr də, Nigar onlara ödənişli tibbi xidmət göstərdiyini, buna görə də 400 manat məbləğində pul verməzlərsə, Fatimə üzərində əməliyyatı icra etməyəcəyini demişdir. Buna görə də Qadir məcburiyyət qarşısında qalıb Nigara 200 manat məbləğində pul vermiş, qalan 200 manat məbləğində pulu isə Fatimə üzərində əməliyyatın uğurlu bitməsindən sonra verəcəyini demişdir. Həmin əməliyyatdan sonra Ağayeva X12 50 manat məbləğində pul alıb Nigara vermişdir. Fatimənin vəziyyətinin ağırlaşmasından sonra onlar Nigara 400 manat məbləğində pulu tam şəkildə vermədiklərinə görə sonuncunun Fatimə üzərində əməliyyatı düzgün icra etmədiyini fikirləşmişlər (İİ cild, səh. 150-153, 206-209). Cinayət işi materiallarından görünür ki, Şahid3 imzalayıb müxtəlif dövlət orqanlarına ünvanladığı müraciətində 13 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Cəlilabad MDM-dəki xidməti otağında ondan övladı X39 üzərində “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatını icra etməsi müqabilində 600 manat məbləğində pul istədiyini, ailəsinin maddi imkanı zəif olduğuna görə Nigar Qəhrəmmanovaya 400 manat məbləğində pul verdiyini göstərmişdir (İ cild, səh. 244-246). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqındakı ifadəsində onunla bağlı bildirdiyi hallar barədə eyni məzmunda göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RMX PHŞ-nin direktoru vəzifəsində işləyən Şahid9 verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin hazırki ifadəsi ilə ziddiyyət təşkil etməyən hissələrini təsdiq edərək göstərmişdir ki, Cəlilabad RMX-da stasionar xəstələrin dərman və digər tibbi ləvazimatlarla təmin edilməsi İcbari Tibbi Sığorta üzdə Dövlət Agentliyinin “Xidmətlər zərfi”ndə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilmişdir. Cəlilabad RMX PHŞ-da icra edilmiş bütün cərrahi əməliyyatlar, o cümlədən 15 iyun 2021-ci il tarixdə X27 (bundan sonra - Xəyalə) və 13 sentyabr 2021-ci il tarixdə X39 (bundan sonra - Fatimə) üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatları ilə bağlı bütün dərman və digər tibbi ləvazimatlar dövlət vəsaiti hesabına xəstəxana tərəfindən təmin edilmişdir. Cəlilabad RMX PHŞ dövlət səhiyyə sisteminə daxil olduğuna görə orada tibbi xidmətin göstərilməsi müqabilində həkim pasiyentdən pul tələb edə bilməz. Təqsirləndirilən şəxs2 (bundan sonra - Nigar) Cəlilabad RMX-nın doğum və ginekologiya şöbəsinin müdiri və həmin şöbədə yeganə həkimginekoloq-cərrah olduğuna görə 15 iyun 2021-ci il tarixdə iş yerində deyil, Bakı şəhərində olması düzgün olmamışdır. Həmin tarixdə saat 11:00-da Cəlilabad RMX-ya daxil olmuş Xəyalədə ağır ağciyər ödemi əlaməti olmuşdur. Cəlilabad RMX birinci səviyyəli tibb müəssisəsi olduğuna və Xəyalənin vəziyyəti çox ağır olduğuna görə sonuncu əslində, ixtisaslaşmış xəstəxana olan X21 təxliyyə edilməli idi. Lakin Xəyalənin ağciyər və beyin ödəmi vəziyyətində olması səbəbindən xüsusi nəqliyyat vasitəsilə təxliyyə edilməsi həyatına real təhlükə yaratdığına və ixtisaslaşmış həkimlərin çağırılması isə minimum 2 saat vaxt tələb etdiyinə görə Cəlilabad RMX-da süni tənəffüs aparatına qoşulmaqla üzərində “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatının Nigar tərəfindən icra edilməsi barədə düzgün qərar verilmişdir. Cəlilabad RMX-nın baş həkimi Şahid8 Xəyalənin vəziyyəti barədə qabaqcadan məlumatı olmuşdur. Lakin ona Xəyalənin vəziyyəti barədə məlumat yalnız sonuncunun əməliyyat edilməsindən sonra verilmişdir. Xəstələrin müalicəsi ilə bağlı hallar onun inzibati vəzifələrinə aid olmasa da, o, həkim ixtisasına uyğun olaraq, Xəyaləyə əməliyyatdan sonra beyin ödemindən çıxarılması üçün tibbi yardımların göstərilməsində bilavasitə iştirak etmişdir. Bütün zəruri tibbi yardımlar göstərilsə də, Xəyalənin ağır beyin və ağciyər ödemindən çıxarılması mümkün olmamışdır. Cəlilabad RMX “Covid-19” xəstəliyinə yoluxmuş xəstələrin müalicəsi üçün ixtisaslaşdırıldıqdan sonra xəstəxananın şəxsi heyəti və tibbi avadanlıqları Cəlilabad MDM-ə köçürüldüyünə görə 13 sentyabr 2021-ci il tarixdə Cəlilabad RMX-ya hamiləliklə əlaqədar müraciət etmiş Fatimə Cəlilabad MDM-də Nigar tərəfindən qəbul edilmişdir. O, həmin tarixdə növbəti əmək məzuniyyətində olsa da, sonradan araşdırma nəticəsində bilmişdir ki, Fatimə üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatından (bundan sonra - əməliyyat) sonra reanimasiyaya deyil, palataya yerləşdirilmiş, təxminən 8-10 saat ərzində reanimasiyada saxlanılmalı olduğu halda, palatada saxlanılmış, lazımi nəzarətin göstərilməməsi və qanaxma nəticəsində ölmüşdür. 29 iyun 2021-ci il tarixdə Nigarın Cəlilabad RMX-nın doğum və ginekologiya şöbəsinin müdiri vəzifəsindən azad edilib həmin şöbənin həkim mama-ginekoloq vəzifəsinə keçirilməsindən sonra xəstəxananın doğum və ginekologiya şöbəsinin müdiri vəzifəsinin icrasını sonuncuya deyil, həmin şöbənin həkimi Maya Mirzəyevaya tapşırmışdır. Buna görə də 13 sentyabr 2021-ci il tarixdə Nigar Cəlilabad RMX-nın doğum və ginekologiya şöbəsinin müdiri vəzifəsini icra etməmiş, yalnız həmin şöbənin həkim mama-ginekoloq vəzifəsini icra etmişdir. Bu səbəbdən ibtidai istintaq zamanı verdiyi ifadəsinin 13 sentyabr 2021-ci il tarixdə Nigarın Cəlilabad RMX-nın doğum və ginekologiya şöbəsinin müdiri vəzifəsini icra etməsi barədə olan hissəsini təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin hazırki ifadəsi ilə ziddiyyət təşkil etməyən hissələrini təsdiq edərək Şahid9 məhkəmə istintaqındakı ifadəsi ilə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, X27 və X22 ölməsindən ibarət hadisələrin baş verdiyi dövrdə Cəlilabad RMX PHŞ-da baş həkim vəzifəsində işləmişdir. Hazırda həmin vəzifədə işləmir. Təqsirləndirilən şəxs2 Xəyalə Əhmədovanın vəziyyətini şəxsən müayinə etməklə qiymətləndirmiş, bununla bağlı onun və digər həkimlərin iştirakı ilə konsiliumun keçirilməsini təmin etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 verdiyi ifadəsində göstərmişdir ki, 20 ildən çoxdur ki, Cəlilabad RMX PHŞ-nin doğum və ginekologiya şöbəsində baş mama vəzifəsində işləyir. Hər ay həmin şöbəyə aid, ona təhvil verilmiş dərman və digər tibbi ləvazimatların “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatlarına lazım olanlarını əməliyyatlarda iştirak etmiş həkimlərə tələbnaməyə imza etdirməklə təhvil vermişdir. Buna uyğun olaraq, 15 iyun 2021-ci il tarixdə Cəlilabad RMX-da X35 üzərində “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatının icra edilməsi ilə əlaqədar lazım olmuş bütün dərman və digər tibbi ləvazimatları işlədiyi şöbənin müdiri olmuş Təqsirləndirilən şəxs2 (bundan sonra - Nigar) tələbnaməyə imza etdirməklə təhvil vermiş, bununla bağlı hər hansı çatışmazlıq olmamışdır. 2021-ci ilin sentyabr ayında Cəlilabad RMX Cəlilabad RMX “Covid-19” xəstəliyinə yoluxmuş xəstələrin müalicəsi üçün ixtisaslaşdırıldığına görə ona həmin ay üçün işlədiyi şöbəyə aid dərman və digər tibbi ləvazimatlar təhvil verilməmişdir. Bu səbəbdən 13 sentyabr 2021-ci il tarixdə Cəlilabad MDM-də Cəlilabad RMX-nin pasiyenti olmuş X35 üzərində “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatının icra edilməsi ilə əlaqədar lazım olmuş “Ringer” məhlulundan başqa bütün dərman və digər tibbi ləvazimatları işlədiyi şöbədə avqust ayından qalıq qalanlar hesabına Nigara tələbnaməyə imza etdirməklə təhvil vermişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - “Meyitə baxış keçirilməsi haqqında” 16 iyun 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, X10 meyitinin xarici müayinəsi aparılarkən qasıq nahiyəsində 22 sm. uzunluğunda yara (cərrahi müdaxilə yeri), baldır və qarın nahiyələrində qırmızımtıl-çəhrayı rəngdə çoxlu sayda ləkələr aşkar edilmişdir (İ cild, səh. 9- 13). - “Meyitə baxış keçirilməsi haqqında” 14 sentyabr 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, X22 meyitinin xarici müayinəsi aparılarkən qasıqüstü nahiyədə 19 sm. uzunluğunda yara (cərrahi müdaxilə yeri), meyitin xarici cinsiyyət üzvləri, bel-oma, hər iki sağrı nahiyələri, sağ və sol budun yuxarı 1/3 hissəsinin içəri və arxa səthlərində qan izləri aşkar edilmişdir (İ cild, səh. 176-180). - “Baxış keçirilməsi haqqında” 14 sentyabr 2021-ci il tarixli protokolda göstərilmişdir ki, baxışın iştirakçısı olmuş, Cəlilabad RMX PHŞ-də əməliyyat tibb bacısı işləyən X29 Cəlilabad MDM-in əməliyyat blokundakı zibil qutusundan təqdim etdiyi, X39 üzərində təkrar cərrahiyyə əməliyyatının icra edilməsi zamanı amputasiya edilmiş uşaqlıq yolu, istifadə edilmiş 3 ədəd 1 ml.-lik “Атропину сулфат” boş flakonu, 1 ədəd 1 ml.-lik “Адреналин здоровя” boş flakonu, 1 ədəd 1 ml.-lik “Дексаметазон” boş flakonu, 1 ədəd 1 ml.-lik “Растворитель” boş flakonu, 2 ədəd 1 ml.-lik, 1 ədəd 2 ml.-lik olmaqla, ümumilikdə 3 ədəd “Адреналин Дарнича” boş flakonu, 1 ədəd 5 ml.-lik “Дофамин Дарнича”, 1 ədəd 400 ml.-lik “Натрия хлорид” flakonu qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 175). - “Baxış keçirilməsi haqqında” 14 sentyabr 2021-ci il tarixli protokol və ona əlavə edilmiş, Cəlilabad RMX PHŞ-nin labaratoriya şöbəsində tərtib edilmiş, üzərilərində “Qan qrupunun qeydiyyat jurnalı xx.xx.2021” və “Laboratoriya şöbəsi Hepatit B-C analizi” sözləri yazılmış jurnalların müvafiq vərəqlərinin surətlərindən görünür ki, həmin jurnallara baxış keçirilərkən X17 qan analizinin götürülməsi, sonuncu ilə bağlı Hepatit B, Hepatit C, Siflis, HİV və digər viruslara görə laborator müayinənin nəticələri barədə məlumatların olmadığı müəyyən edilmişdir (İ cild, səh. 181-193). - Məhkəmə-tibbi ekspertizasının 24 iyul 2021-ci il tarixli, 14 nömrəli rəyində göstərilmişdir ki, 15 iyun 2021-ci il tarixdə Cəlilabad RMX-da X10 adına tərtib edilmiş 982 nömrəli “Doğum tarixi”ndə göstərilənlərə, meyitinin xarici və daxili müayinələrinə əsasən sonuncuda əsas xəstəliyin “37-38 həftəlik hamiləlik. Preeklampsiya ağır dərəcə. “Kesar kəsiyi” cərrahiyyə əməliyyatından sonrakı vəziyyət (15 iyun 2021-ci il saat 16:05; diri əkiz döl)” olması, ağırlaşmaların damardaxili yayılmış laxtalanma sindromu (DYL-sindorum), baş beyin ödemi, hipoksik ensefalopatiya, miokardda, qaraciyərdə və böyrəklərdə parenximatoz zülal distrofiyasının olması, onun 16 iyun 2021-ci il tarixdə saat 02:35-də Cəlilabad RMX-da vəfat etməsi və ölümünə səbəbin damardaxili yayılmış laxtalanma sindromu nəticəsində yaranmış qanitirmə olması müəyyən olunmuşdur (İ cild, səh. 41-46). - Məhkəmə-tibbi ekspertizasının 12 oktyabr 2021-ci il tarixli 23 nömrəli rəyində göstərilmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə Cəlilabad RMX-da X22 adına tərtib edilmiş 1482 nömrəli “Doğum tarixi”ndə göstərilənlərə, meyitinin xarici və daxili müayinələrinə əsasən sonuncuda əsas xəstəliyin “41 həftəlik hamiləlik. “Kesar kəsiyi” cərrahiyyə əməliyyatından sonrakı vəziyyət (qadın cinsli diri döl) (13 sentyabr 2021-ci il; saat 12:00) Relaparatomiya. Uşaqlığın ekstirpasiyası cərrahiyyə əməliyyatı (13 sentyabr 2021-ci il; saat xx:xx)” olması, ağırlaşmaların “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı zamanı buraxılmış texniki həkim səhvi, bununla əlaqədar əməliyyatdan sonrakı kəskin uşaqlıq qanaxması, kəskin daxili və xarici qanaxma, kəskin qanitirmə, kəskin posthemorragik anemiya, ağ ciyərdə ödem, ocaqlı qansızmalar, atelektaz və emfizema ocaqları, baş beyin ödemi, ürəkdə subendokardial qansızmalar (Minakov ləkəsi) olması, onun 13 sentyabr 2021-ci il tarixdə saat 18:17-də Cəlilabad RMX-da vəfat etməsi və ölümünə səbəbin “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı zamanı buraxılmış texniki həkim səhvi nəticəsində kəskin uşaqlıq qanaxması ilə əlaqədar baş vermiş kəskin qanitirmə olması müəyyən olunmuşdur (İ cild, səh. 219-224). - Komisyon məhkəmə-tibbi ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 682/KEŞ nömrəli rəyi və təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 10 dekabr 2021-ci il tarixli, 610 nömrəli rəyində göstərilmişdir ki, Cəlilabad RMX-da X10 (bundan sonra - o) adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən ona 15 iyun 2021-ci il tarixdə həmin xəstəxananın doğum şöbəsinə daxil olmasından sonra aparılmış müvafiq müayinələr əsasında “Hamiləlik 37-38 həftə. Anemiya İİİ dərəcə. Preeklampsiya ağır dərəcə. Uşaqlıqda çapıq. Ekiz döl. Döl qişalarının vaxtından əvvəl cırılması” diaqnozu təyin edilmişdir. O, cərrah mama-ginekoloq Təqsirləndirilən şəxs2 tərəfindən çapıq, anemiya, ağır dərəcəli preeklampsiya əlamətləri və digər faktorlara görə risk qrupuna daxil edilsə də, doğuşun daha təhlükəsiz başa çatdırılması üçün daha ixtisaslı tibb müəssisəsinə göndərilməli olduğu halda, göndərilməmişdir. Növbətçi ginekoloq tərəfindən ona tibbi müayinələr tam həcmdə aparılmamışdır. Belə ki, hamilədə ağır preeklampsiyanın olması nəzərə alınaraq, zəruri olan qaraciyər, böyrək çatışmazlığı və HELLP sindromunu dəqiqləşdirmək məqsədilə bilirubin, sidik cövhəri, kreatinin, hemostaz sisteminin parametrləri, ALAT, AST QF, LDH və s. göstəricilər müəyyən edilməli idi. Lakin lazımi laborator-instrumental müayinələr aparılmamış, həmçinin gələcəkdə qanaxmaya səbəb ola biləcək trombositopeniyanın olub-olmadığı təyin edilməmişdir. Buna baxmayaraq, onun vəziyyətinin ağırlıq dərəcəsi düzgün qiymətləndirilmişdir. Lakin “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatının (bundan sonra - əməliyyat) icrasının Cəlilabad RMX-nın doğum şöbəsində aparılmasına düzgün olaraq qərar verilməmişdir. Belə ki, o, ilkin tibbi tədbirlər göstərildikdən sonra təcili olaraq hamiləliyin başa çatdırılması üçün daha ixtisaslı tibb müəssisəsinə göndərilməli idi. Onun doğuşunun əməliyyatla başa çatdırılması barədə qərar düzgün verilmişdir. Onun saat 1100-da doğum şöbəsinə daxil olmasına baxmayaraq, onunla bağlı əməliyyatın saat 16 radələrində icra olunması müvafiq qərarın gec verilməsinin göstəricisidir. Buna məsul şəxs həkim mama-ginekoloq Təqsirləndirilən şəxs2dır. O, əməliyyat blokuna köçürüldükdən sonra üzərində icra ediləcək əməliyyata hazırlıq zamanı vəziyyətinin qiymətləndirilməsi üçün zəruri tibbi tədbirlər və müayinələrin aparılması xəstəlik tarixində qeyd olunmamışdır. Bu da səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin 7, 24, 25, 32, 48.2 və 48.5-ci bəndlərinin pozulması kimi qiymətləndirilir. Onun üzərində icra edilən əməliyyatın davam etmə müddəti normativ aktların müvafiq tələblərinə uyğun olmuşdur. Əməliyyatın icrası və aparılmış müalicələr zamanı istifadə edilmiş dərman preparatlarının dozaları optimal olmuşdur. Əməliyyatın taktikası düzgün seçilmişdir. Əməliyyatın tibbi-texniki cəhətdən düzgün icra edilmədiyi istisna edilmir. Buna məsul şəxs həkim mama-ginekoloq Təqsirləndirilən şəxs2dır. O, icra edilmiş əməliyyatdan sonra vəziyyətinin ağır olması ilə əlaqədar reanimasiya şöbəsinə yerləşdirilmiş və barəsində intensiv müalicə tədbirləri davam etdirilmişdir. Onun vəziyyətinə uyğun müvafiq müayinələr, tibbi yardımlar aparılmamış və xəstəlik tarixində qeyd edilməmişdir. Belə ki, onun ölümünə səbəb olan qanaxmanın miqdarı həkim mama-ginekoloq tərəfindən düzgün qiymətləndirilməmiş və vaxtında lazımi tibbi tədbirlər göstərilməmişdir. Onda 16 iyun 2021ci il tarixdə saat 01 radələrində kəskin tənəffüs çatışmazlığı yaranmış, aparılmış intensivreanimasion tibbi tədbirlərə baxmayaraq, saat 0235-də bioloji ölüm baş vermişdir. Ölümünə səbəb DYL sindromu nəticəsində yaranan qanaxma və ya damardaxili yayılmış laxtalanma sindromu nəticəsində baş vermiş qanitirmə olmuşdur. Aparılmış qüsurlu tibbi xidmətlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Belə ki, icra edilmiş əməliyyatın gedişi zamanı və əməliyyatdan sonrakı dövrdə həkim mama-ginekoloq Təqsirləndirilən şəxs2 tərəfindən onun vəziyyəti və yaranmış qanaxmanın mənbəyi, mənşəyi və miqdarı düzgün qiymətləndirilməmiş, laborator və instrumental müayinələr tam həcmdə aparılmamışdır. Eyni zamanda, reanimasiya şöbəsinin anestezioloq-reanimotoloqu Təqsirləndirilən şəxs3 tərəfindən vaxtında və zəruri tibbi tədbirlər görülməmişdir. Bu da əməliyyatın gedişi zamanı və əməliyyyatdan sonrakı hemostazın stabilləşdirilməsi, itirilmiş qanın qan və qan əvəzedicilərlə bərpa olunması, DYL sindromu önü halın aradan qaldırılması ilə bağlı tədbirlərin görülməməsində ifadə olunur. Onda hemostaz təmin edilməmiş, DYL sindromu, qaraciyər, böyrək çatışmazlığına qarşı tədbirlər göstərilməmişdir. Qeyd olunan tədbirlərin aparılmaması, xəstənin vəziyyətinin düzgün qiymətləndirilməməsi və zəruri olduğu halda, daha ixtisaslı tibb müəssisəsinə yönləndirilməməsi DYL sindromu nəticəsində qanaxma səbəbindən ölümün baş verməsinə gətirib çıxarmışdır. Buna görə də aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Bu da səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin 6 və 7-ci bəndlərinin pozulması kimi qiymətləndirilir. Buna məsul şəxslər Cəlilabad RMX-nın həkim mama-ginekoloq Təqsirləndirilən şəxs2 və anestezioloq-reanimotoloqu Təqsirləndirilən şəxs3dir. Nigar Qəhramanovanın assistenti olmuş Fərid Ələkbərlinin əməliyyatda operator cərrahın mama-ginekoloq olmaq şərti ilə assistenlik etmə səlahiyyəti vardır. Ağır preeklampsiyanın hamilələrdə ən yüksək ölüm göstərici olan xəstəliklərdən biri olmasına baxmayaraq, vaxtında və düzgün aparılan müayinə və müalicələr nəticəsində onun ölümünün qarşısının alınması imkanı çox ola bilərdi. Həkim mama-ginekoloq Təqsirləndirilən şəxs2 vaxtında məsul tibb işçilərinə məlumat verməli və hamiləni daha ixtisaslı tibb müəssisəsinə yönləndirməli idi. Xəyalə Əhmədovanın üzərində icra edilmiş əməliyyatdan sonra vəziyyətinin ağırlığı və yaranmış problemlərlə əlaqədar müalicə həkimi tərəfindən məlumat verilməklə müzakirələrinkonsiliumun aparılması zəruri idi. Konsilium mama-ginekoloq, hematoloq, hepatoloq, nefroloq, anestezioloq-reanimotoloq və nevropatoloqun iştirakı ilə aparılmalı idi. Həmin rəyə 15 iyun 2021-ci il tarixdə Cəlilabad RMX PHŞ-nin mama-ginekologiya şöbəsində X10 adına tərtib edilmiş 982 nömrəli “Doğum tarixi”-nin əsli əlavə edilmişdir (İ cild, səh. 58-89, 155-166). - Komisyon məhkəmə-tibbi ekspertizasının 13 dekabr 2021-ci il tarixli, 932/KEŞ nömrəli rəyində göstərilmişdir ki, X22 (bundan sonra - o) adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən ona 29 iyun 2021-ci il tarixdə aparılmış müayinə zamanı “29-30 həftəlik hamiləlik” diaqnozu düzgün təyin edilmişdir. Ona Cəlilabad RMX PHŞ-də göstərilən antenatal qulluq səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur. Hamiləlik dövründə müayinə edilərkən uşaqlığında çapıq, anemiya və digər risk faktorları olmadığından onun risk qrupuna daxil edilməsinə səbəb olmamışdır. 13 sentyabr 2021-ci il tarixdə xəstəxananın mama-ginekologiya şöbəsinə daxil olmasından sonra onun vəziyyətinin düzgün qiymətləndirilməsi üçün bütün zəruri müayinələr təkrar aparılmalı idi. Lakin onunla bağlı müayinələr tam həcmdə aparılmamışdır. Belə ki, həkimginekoloq tərəfindən tərtib edilmiş xəstəlik tarixinə hamilə üçün zəruri olan təkrar qan analizləri, EKQ, sidik analizlərinin aparılması lazımi tibbi müayinələr kimi qeyd edilsə də, onların nəticələri əlavə edilməmiş, yalnız EKQ müayinəsinin nəticəsi əlavə edilmişdir. Əməliyyatdan aylar əvvəl aparılmış müayinələrlə onun 13 sentyabr 2021-ci il tarixdə olan vəziyyətinin qiymətləndirilməsi düzgün olmamışdır. Bunlara məsul şəxs növbətçi həkim mama-ginekoloqdur. Əlavə olaraq, dölün KTQ müayinəsi, cərrahiyyə əməliyyatından öncə isə ultrasəs müayinəsi aparılmalı idi. O, 13 sentyabr 2021-ci il tarixdə saat 1000-da Cəlilabad RMX-nın mama-ginekologiya şöbəsinə daxil olmuş, həkim qəbulunda saat 1110da olmuş və ona “40-41 həftəlik hamiləlik. Dölün anaya tibbi yardım göstərilməsini tələb edən bətndaxili hipoksiyası. Vaxtı ötmüş hamiləlik. Döl qişalarının vaxtından qabaq cırılması” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq və dölün ürək döyüntülərinin 90-100-105 olmasına əsasən hamiləliyin operativ üsulla başa çatdırılması qərarı düzgün və vaxtında verilmiş, “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatı (bundan sonra - əməliyyat) saat 1140-da, yəni vaxtında və taktiki cəhətdən düzgün icra edilərək diri döl xaric edilmişdir. Lakin əməliyyat texniki cəhətdən düzgün icra edilməmiş, hemostaz tam yaradılmamışdır. Buna məsul şəxs cərrahiyyə əməliyyatını icra edən həkim-ginekoloqdur. Əməliyyatdan sonra 13 sentyabr 2021-ci il tarixdə saat 1755-də müayinə zamanı zahıda uşaqlıq yolundan çoxlu miqdarda qanlı ifrazatın xaric olunduğu müəyyən edilmişdir. Zahıya təyinat üzrə müvafiq tibbi yardımlar göstərilsə də, qanaxma davam etmiş və qanaxmanın müvəqqəti dayandırılması üsulları qeyri-effektiv olmuşdur. Zahı cərrahi hemostaz üçün saat 1817-də əməliyyat masasına götürülmüş və saat 1817-də üzərində “Köndələn qasıqüstü relaparotomiya” cərrahiyyə əməliyyatının icrasına başlanılmış, qarın boşluğunda təqribən 200-300 ml. qan olduğu müəyyən edilmiş və dərhal “Total histerektomiya” icra olunmuşdur. Aparılan reanimasion tədbirlərə baxmayaraq, saat 1900-da zahıda bioloji ölüm baş vermişdir. Göstərilənlərə əsasən birinci əməliyyat saat 1215-də başa çatdıqdan sonra saat 1725-ə kimi onunla bağlı lazımi tibbi prosedurlar, yəni dinamik nəzarət, müayinələr, hemostaz və uşaqlığın tonusunu bərpa edəcək müalicələr aparılmamış, itirilmiş qanın reanimasiya şöbəsində kifayət qədər bərpa olunması təmin edilməmiş, saat 1722-dən başlayaraq uşaqlığın yığılması üçün uterotonik müalicələr aparılsa da, effektsiz olmuş, həkim-reanimatoloq reanimasiya şöbəsində onun vəziyyətinə dinamik nəzarət zamanı qanitirmənin olması, arterial təzyiqin kəskin düşməsi, nəbzin, tənəffüs sayının artması, sidiyin miqdarına nəzarəti vaxtında və düzgün etməmiş, buna uyğun tibbi tədbirlər görməmiş, göstərilənlər onun çoxlu miqdarda qan itirməsinə, bu halın vaxtında aşkar edilməməsinə, təcili əməliyyat edilməsi barədə qərarın vaxtında qəbul edilməməsinə, təkrar cərrahiyyə əməliyyatına ağır vəziyyətdə (arterial təzyiq 53/30-la) daxil olmasına və əməliyyat başlayandan 8 dəqiqə sonra ürəyinin asistoliya edərək ölməsinə səbəb olmuşdur. Buna məsul şəxslər xəstənin müalicəsi ilə məşğul olan həkim-ginekoloq və reanimasiya şöbəsindəki növbətçi həkim anestezioloq-reanimatoloqdur. Birinci əməliyyatdan sonra baş vermiş qanaxma vaxtında müəyyən edilərdisə, bununla əlaqədar ona vaxtında tibbi yardımlar göstərilərdisə, hemostaz bərpa olunardısa, ölümünə səbəb olmuş halı aradan qaldırmaq mümkün ola bilərdi və ya onun ölməsinin qarşısı alına bilərdi. Birinci əməliyyatdan sonra kəskin uşaqlıq qanaxması atoniya ilə əlaqədər olmamışdır. Belə ki, tərtib edilmiş tibbi sənədlərdə əməliyyatdan sonra 2 saat ərzində aparılan müayinələr zamanı uşaqlığın tam yığıldığı qeyd edilmişdir. Onun üzərində icra edilmiş təkrar cərahiyyə əməliyyatı tibbi texniki cəhətdən düzgün icra edilməmişdir. Belə ki, zahı saat 1822-də intubasiya olunduqdan 8 dəqiqə sonra saat 1830-da asistoliya olmuş və aparılan tibbi tədbirlərə baxmayaraq, zahıda bioloji ölüm baş vermişdir. Bu da operator cərrahın təkrar cərrahiyyə əməliyyatını-ekstripasiyanı zahının intubasiya olunmasından 8 dəqiqə sonra, yəni ölməsindən sonra icra etməsinə və əməliyyatı saat 1900-da başa çatdırmasına dəlalət edir (Tibbi təcrübəyə əsasən qeyd olunan qısa müddət ərzində bu əməliyyatın icrası qeyrimümkün hesab edilir). Buna görə də ikinci əməliyyat tibbi sənədlərə əsasən zahının ölümü baş verdikdən sonra icra edilmişdir. Onun meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən onun ölümünə səbəb “Kesar kəsiyi” cərrahiyə əməliyyatı zamanı texniki həkim səhvi nəticəsində kəskin uşaqlıq qanaxması ilə əlaqədar baş vermiş kəskin qanitirmə olmuşdur. Onun üzərində ilkin və təkrar cərrahiyyə əməliyyatları texniki cəhətdən düzgün icra edilməmiş, hər iki əməliyyat zamanı əməliyyatı icra edən həkim-cərrah tərəfindən hemostaz təmin edilməmiş, qanitirmənin davam etməsi, itirilmiş qanın qanəvəzedicilərlə kifayət qədər əvəz edilməməsi zahının ölümünə gətirib çıxarmışdır. Onun üzərində təkrar cərrahiyyə əməliyyatının həkim mama-ginekoloq Təqsirləndirilən şəxs2 tərəfindən icra edildiyi qeyd edilmiş, həkim-cərrah Şahid7 tərəfindən icra edilməsi haqqında hər hansı qeydiyyat aparılmamışdır. Eyni zamanda, təkrar cərrahiyyə əməliyyatı tibbi texniki cəhətdən düzgün icra edilməmiş, tibbi sənədlərdə göstərilənlərə əsasən zahı öldükdən sonra icra edilmişdir. 13 sentyabr 2021-ci il tarixdə onun üzərində icra edilmiş hər iki cərrahiyyə əməliyyatının gedişində və dinamik nəzarət zamanı Cəlilabad RMX PHŞ-nin reanimasiya şöbəsində istifadə edilmiş dərman, qan əvəzedicilərin miqdarı itirilmiş qana və xəstənin vəziyyətinə uyğun olmamış və qanitirmənin davam etməsi xəstənin ölümünə səbəb olmuşdur. Ona göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin mövcud təlimat qaydalarına uyğun olmamışdır. Buna məsul şəxslər birinci əməliyyatı qüsurlu icra edib qanaxmaya səbəb olan həkim mama-ginekoloq, əməliyyat sonrası dinamik nəzarət edən ginekoloq və anestezioloq-reanimatoloq olmuşdur. Birinci əməliyyatdan sonra onun səhhətində yaranmış problemlə bağlı xəstəxananın doğuşayardım komissiyası ilə konsilium aparılmalı idi. Hər iki əməliyyat zamanı əməliyyatda iki həkim olmaqla biri operator həkim, digəri isə 1-ci asistent vəzifəsində iştirak etməlidir (İ cild, səh. 278-291). - Təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 15 fevral 2022-ci il tarixli, 96 nömrəli rəyində göstərilmişdir ki, X22 (bundan sonra - o) adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən ona Cəlilabad RMX PHŞ-nin ASM-də göstərilən antenatal xidmət Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 11 mart 2013cü il tarixli, 08 nömrəli qərarı ilə təsdiq edilmiş “Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol”a uyğun aparılmış, adına hamilə və zahının tibbi kitabçası tərtib edilmiş, onunla bağlı lazımi müayinələr aparılmışdır. O, 13 sentyabr 2021-ci il tarixdə 40-41 həftəlik hamilə olmuş və 7-ci gəlişi olmuşdur. 7-ci gəlişi zamanı məsləhət vermə, arterial təzyiq, nəbz və uşaqlıq dibinin hündürlüyünün ölçülməsi, auskultasiya, sidiyin ümumi analizi müayinələri aparılır. Bu müddətə qədər doğuş baş verməzsə, hamiləyə 1 həftə sonra təkrar gəliş məsləhət görülür. 42-ci həftədə doğuş baş verməzsə, hamilə doğuşun induksiyası üçün stasionara göndərilir. O, 13 sentyabr 2021-ci il tarixdə müraciəti zamanı barəsində “40-41 həftəlik hamiləlik, dölün anaya tibbi yardım göstərilməsini tələb edən bətndaxili hipoksiyası, vaxtı ötmüş hamiləlik”, yəni təcili stasionar müdaxilə tələb edən diaqnozu qoyulduğundan birbaşa stasionar müalicəyə düzgün yönləndirilib. Onun hamiləliyi dövründə aparılmış antenatal qulluq mama-ginekoloji anemnezə görə 1-ci hamiləli 1-ci doğuşu olması, risk faktoru sayılan başqa xəstəlikdən əziyyət çəkmədiyindən risk qrupuna daxil edilməməsi səbəbindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 11 mart 2013-cü il tarixli, 08 nömrəli qərarı ilə təsdiq edilmiş “Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol”a uyğun olaraq düzgün icra edilmişdir. Həmin rəyə X22 adına 13 sentyabr 2021-ci il tarixdə Cəlilabad RMX PHŞ-nin mamaginekologiya şöbəsində tərtib edilmiş 1482 nömrəli “Doğum tarixi”, Cəlilabad rayon ASMdə tərtib edilmiş “Hamilə və zahının tibbi kitabçası”-nın əsilləri əlavə edilmişdir (İİİ cild, səh. 118-162). - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Hamiləlik, doğuş, zahılıq dövrlərində ana və uşaq ölümü, ağırlaşmış doğuş hallarının təhlili üzrə komissiyası”nın 18 avqust 2021-ci il tarixli, 5 nömrəli iclas protokolundan çıxarışda göstərilmişdir ki, X15 antenatal qulluq təmin olunmamış və ağır preeklampsiya, anemiya inkişaf etmişdir. Onun ölümü doğuş zamanı qeyri-adekvat konservativ, cərrahi və reanimasion müalicənin aparılması, kəskin tənəffüs, böyrək, poliorqan çatışmazlığı nəticəsində baş vermişdir. Həmin müəssisədə müalicə-diaqnostik prosesin qeyriqənaətbəxş təşkil olunması ilə əlaqədar müayinələr tam həcmdə aparılmamış, müalicə taktikasında ciddi nöqsanlara yol verilmişdir (İ cild, səh. 147). - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Hamiləlik, doğuş, zahılıq dövrlərində ana və uşaq ölümü, ağırlaşmış doğuş hallarının təhlili üzrə komissiyası”nın 22 noyabr 2021-ci il tarixli, 9 nömrəli iclas protokolundan çıxarışda göstərilmişdir ki, X30 antenatal qulluq təmin olunmamış və o, risk qrupuna aid edilməmişdir. Onun ölümü qeyri-adekvat konservativ, cərrahi və reanimasion müalicənin aparılması kəskin qanitirməyə səbəb olmuş və hemorraqik şok nəticəsində baş vermişdir. Həmin müəssisədə müalicə-diaqnostik prosesin qeyri-qənaətbəxş təşkil olunması ilə əlaqədar müayinələr tam həcmdə aparılmamış, müalicə taktikası və tibbi sənədlərdə nöqsanlar olmuşdur. Pataloji-anatomik müayinə aparılmadığı üçün ölümün qarşısının alınıb-alına bilməyəcəyi barədə rəy vermək mümkün deyildir (İİ cild, səh. 173). - Cəlilabad RMX PHŞ-nin 04 fevral 2022-ci il tarixli, 176 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 həm qeysəriyyə əməliyyatı, həm də uşaqlığın amputasiya əməliyyatı əməliyyat və reanimasiya blokuna aylıq tələbnamə üzrə verilən tibbi sərfiyyat və təxirəsalınmaz dəman preparatları hesabına həyata keçirilmişdir. Stasionar xəstələrin tibbi sərfiyyatı və dərman preparatları ilə təmini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “xidmətlər zərfi”ndə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir (İİ cild, səh. 301). - Cəlilabad RMX PHŞ ilə Təqsirləndirilən şəxs2 arasında bağlanmış 01 sentyabr 2020-ci il tarixli, 15 nömrəli əmək müqaviləsi, onun bildirişi və qeydiyyata alınmasına dair məlumat, Cəlilabad RMX PHŞ üzrə 01 sentyabr 2020-ci il tarixli, 572-k nömrəli və 28 iyun 2021-ci il tarixli, 542-k nömrəli əmrlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 01 sentyabr 2020-ci il tarixdə Cəlilabad RMX PHŞ-nin doğum və ginekologiya şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, 29 iyun 2021-ci il tarixdə həmin vəzifədən müvafiq şöbənin həkim mama-ginekoloq vəzifəsinə keçirilmişdir (İ cild, səh. 263-267, 269). - Cəlilabad RMX PHŞ ilə Təqsirləndirilən şəxs3 arasında bağlanmış 01 aprel 2021-ci il tarixli, 24 nömrəli əmək müqaviləsi, onun bildirişi və qeydiyyata alınmasına dair məlumat, Cəlilabad RMX PHŞ üzrə 01 aprel 2021-ci il tarixli, 146-k nömrəli əmrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 01 aprel 2021-ci il tarixdə Cəlilabad RMX PHŞ-nin reanimasiya və anesteziologiya şöbəsində həkim anestezioloq-reanimatoloq vəzifəsinə təyin edilmişdir (İ cild, səh. 257-260, 262). - Cəlilabad RMX PHŞ ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış 15 fevral 2021-ci il tarixli, 23 nömrəli əmək müqaviləsi, onun bildirişi və qeydiyyata alınmasına dair məlumat, eləcə də Cəlilabad RMX PHŞ üzrə verilmiş 28 iyun 2021-ci il tarixli, 542-k nömrəli əmrin surətlərindən, Cəlilabad RMX PHŞ tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 15 fevral 2021-ci il tarixdə Cəlilabad RMX PHŞ-nin reanimasiya və anesteziologiya şöbəsində həkim anestezioloq-reanimatoloq vəzifəsinə təyin edilmiş, onunla bağlanmış əmək müqaviləsinə Cəlilabad RMX PHŞ üzrə verilmiş 11 iyun 2022-ci il tarixli, 473-k nömrəli əmrlə xitam verilmişdir (İ cild, səh. 251-255). - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 01 fevral 2022-ci il tarixli, 247 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 (bundan sonra o) yüngül dərəcəli depressiya epizodu müəyyən edilmişdir. O, ittham olunduğu əməlin törədilməsinədək və törədildiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik keçirməmiş, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, onları idarə etmişdir. Buna görə də o, həmin əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onda müəyyən edilən yüngül dərəcəli depressiv epizod onu hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etmir. Ona tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (İİİ cild, səh. 113-115). Cinayət işi materiallarından görünür ki,: - Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər 15 iyun 2021-ci il tarixdə X18 bütün lazımi laborator və instrumental müayinələrdən keçirilməsini təmin etdiyinə, sonuncunun meyitinin məhkəmətibbi müayinəsinə dair tərtib edilmiş ekspert rəyinə əsasən ürəyində “Minakov ləkəsi”nin aşkar edilməməsi ilə əlaqədar ölümünə səbəbin qanitirmə deyil, sidik ifrazının kəskin dayanması, kəskin böyrək çatışmazlığı, bunun fonunda qanda yaranmış tromblaşma və qanın laxtalanması, ağciyər və beyin ödemi, beləliklə də səhhətinin həddən artıq ağırlığı olmasını hesab etməsinə, Cəlilabad RMX-da Xəyalə Əhmədova üzərində “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatını icra etməsi barədə düzgün qərar qəbul etməsi və həmin əməliyyatı düzgün icra etməsinə görə sonuncunun ölməsinə görə təqsirli olmaması, Xəyalə Əhmədova və X39 üzərində “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatlarını icra etməsi müqabilində hər hansı şəxsdən hər hansı məbləğdə pul istəməməsi və ya almaması, 13 sentyabr 2021-ci il tarixdə Cəlilabad MDM-ki xidməti otağında Şahid5 və Şahid3 200 manat məbləğində pulu Fatimə Həziyeva üzərində “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatını icra etməsi müqabilində deyil, həmin əməliyyata lazım olacaq, Cəlilabad RMX tərəfindən ona verilməyən dərman və digər tibbi ləvazimatların aptekdən alınması üçün istəməsi və alması ilə bağlı olmuşdur. - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində özlərini müdafiə etmək üçün dəlil irəli sürməmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu hüquqi mövqeyə uyğun olaraq, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrinin yuxarıda göstərilən məzmunda məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə zidd olan hissələrini özünün də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi kimi, müdafiəçisinin iştirakı ilə və müstəntiq tərəfindən ona qarşı qanunsuz təsir və ya təzyiq edilmədiyi şəraitdə oxuyub imzalaması, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına uyğun olması və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilməsinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu mövqeyin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin sübut kimi qiymətləndirilən hissələrinə zidd olan hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından iş üzrə sübut kimi nəzərə almır, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin sübut kimi qiymətləndirilən hissələrinə zidd olmayan hissələrini isə iş üzrə sübut kimi qiymətləndirir. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 qarşı irəli sürdüyü ittihamda sonuncunu iş üzrə X39 üzərində “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatını həyata keçirərkən faktiki olaraq Cəlilabad RMX PHŞ-nin doğum və ginekologiya şöbəsinin müdiri vəzifəsini icra etdiyi barədə nəticəyə gəlsə də, məhkəmə bunu əsaslı hesab etmir. Ona görə ki, əvvəla, Cəlilabad RMX PHŞ üzrə 28 iyun 2021-ci il tarixli, 542-k nömrəli əmrlə Təqsirləndirilən şəxs2 29 iyun 2021-ci il tarixdə doğum və ginekologiya şöbəsinin müdiri vəzifəsindən həkim mama-ginekoloq vəzifəsinə keçirildiyi, bundan sonra Cəlilabad RMX PHŞ üzrə sonuncuya həmin şöbənin müdiri vəzifəsinin icrasının həvalə edilməsi barədə əmr verilmədiyi müəyyən edilir. Digər tərəfdən, Cəlilabad RMX PHŞ-nin direktoru vəzifəsində işləyən Şahid9 və baş həkimi vəzifəsində işləmiş Şahid8 məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrində 29 iyun 2021-ci il tarixdən sonra Təqsirləndirilən şəxs2 həmin şöbənin müdiri vəzifəsinin icrasının həvalə edilmədiyini və sonuncunun iş üzrə Fatimə Həziyeva üzərində “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatını həyata keçirərkən həmin şöbənin müdiri vəzifəsini deyil, həkim mama-ginekoloq vəzifəsini icra etdiyini göstərmiş, Təqsirləndirilən şəxs2 da məhkəmə istintaqı və ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. Azərbaycan Respublikası CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən publik hüquqi şəxslərin rəhbərləri və işçiləri (01 fevral 2017-ci il tarixli, 508-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə əlavə edilmişdir) həmin Məcəllənin “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər” fəslinin maddələrində nəzərdə tutulmuş “vəzifəli şəxs” hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarında göstərilmişdir ki,: - korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, şəxs qulluq səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə etməklə hüquqi və ya fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. - Beynəlxalq Konvensiyaların tələbləri nəzərə alınaraq, habelə korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə 24 iyun 2011-ci il tarixdə “Azərbaycan Respublikası CM-də dəyişiklilər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Həmin Qanuna əsasən Azərbaycan Respublikası CM-in 308-ci maddəsinin “Qeyd” hissəsi yeni redaksiyada verilərək “vəzifəli şəxs” anlayışına daxil olan subyektlərin dairəsi genişləndirilmiş, habelə dövlət və bələdiyyə müəssisəsi, idarə və təşkilatlarının, digər kommersiya və ya qeyri-kommersiya təşkilatlarının işçiləri də vəzifəli şəxslər sırasına aid edilmişdir. - Azərbaycan Respublikası CM-in 308-ci maddəsinin əvvəlki və yeni redaksiyada olan “Qeyd” hissəsində subyekt baxımından “vəzifəli şəxs” anlayışını birləşdirən məqamlara görə vəzifəli şəxsləri aşağıdakı üç kateqoriyaya bölmək olar:
1. hakimiyyət nümayəndəsinin funksiyasını daimi və ya xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər;
2. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən şəxslər;
3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər. Təşkilati-sərəncamverici funksiyanı həyata keçirən şəxs dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatların, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatların fəaliyyətini insanlar üzərində rəhbərlik etməklə əlaqədar idarə edir (kadrların seçilməsi, yerləşdirilməsi, işə qəbul, işdən çıxarma, işin təşkili və s.). - Müəssisə, idarə və təşkilatların (mülkiyyət formasından asılı olmayaraq) təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməyən, daimi və ya müvəqqəti olaraq vəzifə tutan işçiləri (məsələn, müəllim, həkim və başqaları) hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə, yəni səlahiyyətlərinə uyğun olaraq başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olan və ya səbəb ola bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər. - Müəllimlər tərəfindən rəsmi sənədlərdə əks olunan imtahanlara verilmiş qiymət, həmçinin imtahan zamanı təhsil alanların biliklərinin mənfi və ya müsbət qiymətləndirilməsi bir halda hüquqi əhəmiyyətli nəticənin yaranması, yəni hüquq münasibətinin yaranması, dəyişməsi və ya xitam olunması üçün birbaşa və bilavasitə əsas olur. Göstərilənlər nəinki təhsil sahəsində öz vəzifələrini həyata keçirən şəxslərin, o cümlədən digər xidmət sahələrində çalışan və hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyəti olan şəxslərin də vəzifəli şəxslər sırasına aid olunmasını istisna etmir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun: - 1-ci maddəsinə əsasən əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərinə əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti daxildir. - 59-cu maddəsinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə göstərilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 iş üzrə “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatını: - X35 üzərində icra edərkən Cəlilabad RMX PHŞ-nin doğum və ginekologiya şöbəsinin müdiri və həkim mama-ginekoloq vəzifələrində işləməklə məhkəmənin müəyyən etdiyi vəzifələri, o cümlədən təşkilati-sərəncamverici funksiyaları yerinə yetirdiyinə, - X39 üzərində icra edərkən isə Cəlilabad RMX PHŞ-nin doğum və ginekologiya şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləməklə xəstəxanaya müraciət etmiş pasiyentlərə dair məhkəmənin müəyyən etdiyi vəzifələri və ya hüquqi əhəmiyyət kəsb edən hərəkətləri yerinə yetirməsi nəticəsində sağlamlığın qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı, bu təminatla bağlı işlədiyi hüquqi şəxsin mülki və inzibati məsuliyyəti üzrə hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunmasına səbəb olduğuna və ya səbəb ola bildiyinə, - eləcə də ümumilikdə Xəyalə Əhmədova və Fatimə Həziyevanın adına rəsmi sənəd olan stasionar xəstənin xəstəlik tarixini tərtib etdiyinə görə iş üzrə vəzifəli şəxs olmuşdur. Bu hüquqi mövqeyə uyğun olaraq, Cəlilabad RMX PHŞ-nin reanimasiya və anesteziologiya şöbəsində həkim anestezioloq-reanimatoloq vəzifəsində işləmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 da müvafiq olaraq X35 və X39 üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatlarında həkim anestezioloq-reanimatoloq kimi iştirak etməklə xəstəxanaya müraciət etmiş pasiyentlərə dair məhkəmənin müəyyən etdiyi vəzifələri və ya hüquqi əhəmiyyət kəsb edən hərəkətləri yerinə yetirmələri nəticəsində sağlamlığın qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı, bu təminatla bağlı işlədikləri hüquqi şəxsin mülki və inzibati məsuliyyəti üzrə hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunmasına səbəb olduqlarına və ya səbəb ola bildiklərinə, eləcə də Xəyalə Əhmədova və Fatimə Həziyevanın adına rəsmi sənəd olan stasionar xəstənin xəstəlik tarixlərini tərtib etdiklərinə görə iş üzrə vəzifəli şəxs olmuşlar. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən hər bir qadın hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsi vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunur. Məhkəmə göstərilən qanunvericilik normalarının tələblərinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərməklə dövlət səhiyyə sisteminə daxil olan Cəlilabad RMX PHŞnin doğum və ginekologiya şöbəsinin müdiri və ya həkim mama-ginekoloq vəzifələrində işləyən vəzifəli şəxs olaraq, həmin xəstəxanaya pasiyent kimi müraciət etmiş X35 və X30 doğuşla bağlı tibbi yardımı, o cümlədən “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatını dövlət büdcəsi və ya icbari tibbi sığorta vəsaiti hesabına etməli olduğu halda, həmin əməliyyatları etməsi müqabilində məhkəmənin müəyyən etdiyi məzmunda təkrarən rüşvət istəməsi və ya alması əməlində Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 X35 və X39 üzərində “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatını icra etməsi ilə əlaqədar məhkəmənin müəyyən etdiyi hərəkətlər və ya hərəkətsizlikləri törətməsi əməllərində Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətmələri, Təqsirləndirilən şəxs2 həmin əməlləri anlaqlı vəziyyətdə törətməsi müvafiq qaydada sonuncunun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin iş üzrə sübut kimi qiymətləndirilən hissələri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, X38, Şahid2, Şahid1, X46, Şahid4, X71-isa qızı, Şahid5, Şahid3, Şahid9, Şahid8 və Şahid10 məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələr, “Meyitə baxış keçirilməsi haqqında” 16 iyun 2021 və 14 sentyabr 2021-ci il tarixli protokollar, “Baxış keçirilməsi haqqında” 14 sentyabr 2021-ci il tarixli protokollar, məhkəmə-tibbi ekspertizasının 24 iyul 2021-ci il tarixli, 14 nömrəli və 12 oktyabr 2021-ci il tarixli 23 nömrəli rəyləri, komisyon məhkəmə-tibbi ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 682/KEŞ nömrəli və 13 dekabr 2021-ci il tarixli, 932/KEŞ nömrəli rəyləri, təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 10 dekabr 2021-ci il tarixli, 610 nömrəli və 15 fevral 2022-ci il tarixli, 96 nömrəli rəyləri, 15 iyun 2021-ci il tarixdə Cəlilabad RMX PHŞ-nin mama-ginekologiya şöbəsində X10 adına tərtib edilmiş 982 nömrəli “Doğum tarixi”, X22 adına 13 sentyabr 2021-ci il tarixdə Cəlilabad RMX PHŞ-nin mama-ginekologiya şöbəsində tərtib edilmiş 1482 nömrəli “Doğum tarixi” və Cəlilabad rayon ASM-də tərtib edilmiş “Hamilə və zahının tibbi kitabçası”, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Hamiləlik, doğuş, zahılıq dövrlərində ana və uşaq ölümü, ağırlaşmış doğuş hallarının təhlili üzrə komissiyası”nın 18 avqust 2021-ci il tarixli, 5 nömrəli və 22 noyabr 2021-ci il tarixli, 9 nömrəli iclas protokolundan çıxarış, Cəlilabad RMX PHŞ-nin 04 fevral 2022-ci il tarixli, 176 nömrəli məktubu, Cəlilabad RMX PHŞ-də Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə bağlanmış əmək müqavilələri, onlarla bağlı verilmiş əmrlər, onların vəzif təlimatları, ambulator məhkəmə-psixiatrik ekspertizasının 01 fevral 2022-ci il tarixli, 247 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış predmetlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər yuxarıda sadalanan sübutların məcmusu, həmçinin özünün məhkəmə istintaqında sərbəst dindirilərkən X18 ölüm səbəbinə aid hissədə ağır preeklampsiyalı hamilə qadınların orqanizmində ödem, böyrək və qaraciyərində nekroz baş verdiyinə görə onlarda damardaxili laxtalanma sindromu səbəbindən qanaxmanın müşahidə edildiyini və Şahid9 şahid qismində dindirilməsi zamanı sonuncu ilə çarpaz dindirilərkən Cəlilabad RMX tərəfindən ona icra etdiyi bütün cərrahi əməliyyatlarla bağlı dərmanların verildiyini etiraf edərək bununla bağlı Şahid9 verdiyi ifadəsi ilə razı olduğunu bildirməsi ilə tam təkzib olunur. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 311.3.2 və 314.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə həmin Məcəllənin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidirlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar (İİ cild, səh. 144, 145, 233). - Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş ali təhsil haqqında AB-İ seriyalı, 083401 nömrəli diplom, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 5 mart 2013-cü il tarixli (08-k nömrəli protokol) qərarı əsasında verilmiş vəsiqə, 3 saylı Bakı “ASAN xidmət” X26 tərəfindən verilmiş 09 dekabr 2022-ci il tarixli arayış, nikahın pozulması haqqında AZ-İ 230544 nömrəli şəhadətnamə, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qətnaməsi, daşınmaz əmlakın kirayə verilməsi haqqında 28 iyul 2022-ci il tarixli müqavilə və doğum haqqında əhadətnamələrin surətləri, Bakı şəhəri, Yasamal rayonu 176 nömrəli məktəb tərəfindən verilmiş 14 dekabr 2022-ci il tarixli, 98 nömrəli arayış, Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat birliyi 24 saylı Mənzil Kommunal Təsərrüfat sahəsi tərəfindən verilmiş 09 dekabr 2022-ci il tarixli və Cəlilabad RMX PHŞ tərəfindən verilmiş xasiyyətnamələr, Türkiyə Respublikası Bolu X75 Universiteti tərəfindən verilmiş 29 noyabr 2022-ci il tarixli arayışdan müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs2 ali tibb təhsillidir, tibb üzrə fəlsəfə doktorudur, 17 fevral 2015-ci il tarixdə X42, 26 sentyabr 2019-cu il tarixdə isə X32 ilə nikahı pozulduğuna görə subaydır, Anar Əliyevlə nikahından doğulmuş, müvafiq olaraq 16 aprel 2004 və 19 fevral 2008-ci il təvəllüdlü övladları olan yetkinlik yaşına çatmış X55 və yetkinlik yaşına çatmamış X47, Cəlil Qəhrəmanovla nikahından doğulmuş, göstərilən məhkəmə qətnaməsi ilə himayəsində saxlanılmış 07 avqust 2017-ci il təvəllüdlü övladı olan azyaşlı X33 ilə birlikdə ünvan 2anında kirayədə yaşayır, yaşayış yeri və əvvəllər işlədiyi yer üzrə müsbət xarakterizə edilmişdir. X55 Türkiyə Respublikası Bolu X75 Universitetində ödənişli əsaslar üzrə ali təhsil alır. X47 Bakı şəhəri, Yasamal rayonu 176 nömrəli məktəbinin İX sinfində təhsil alır (İ cild, səh. 270, İİ cild, səh. 275-78, İİİ cild, səh. 47, 48, 50). - Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş ali təhsil haqqında ЦВ seriyalı, 834693 nömrəli diplomun surəti, Cəlilabad RMX PHŞ tərəfindən verilmiş xasiyyətnamə və 01 noyabr 2022-ci il tarixli arayış, Cəlilabad RİHB-nın Sərhədabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 ali tibb təhsillidir, evlidir, arvadı və üç nəfər yetkinlik yaşına çatmış uşaqları ilə birlikdə yaşayır, Cəlilabad RMX PHŞ-nin reanimasiya və anesteziologiya şöbəsində həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyir, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə edilmişdir (İ cild, səh. 151, 152, 261). - Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş ali təhsil haqqında AR 002156 nömrəli diplomun surəti, Cəlilabad RMX PHŞ tərəfindən verilmiş xasiyyətnamə, “X63” publik hüquqi şəxs tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli arayış, Cəlilabad rayon mənzil istismar sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli arayış, 9 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 03 fevral 2016-cı il tarixli arayış və digər tibbi sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 ali tibb təhsillidir, subaydır, 23 iyun 2022-ci il tarixdən “X63” PHŞ-nin reanimasiya və anesteziologiya şöbəsində (Bayıl) həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyir, “Serebral iflic. Tetraparetik forma psixi-fiziki inkişafın geriliyi” xəstəliyindən əziyyət çəkdiyinə görə İ qrup əlil olan qardaşı X48 onun himayəsində yaşayır, bu səbəbdən ona ailə vəziyyətinə görə 20 yanvar 2028-ci il tarixədək həqiqi hərbi xidmətə çağırışa möhlət verilmiş, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə edilmişdir (İ cild, səh. 256, İİ cild, səh. 58, 59). Məhkəmə Təqsirləndirilən şəxs2: - himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsi, iş üzrə zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri X38 və X46 ilə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsi, Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi nəticəsində sonunculara vurduğu ziyana görə müvafiq olaraq 14500 manat və 25000 manat məbləğində pul ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddəsi, əvvəllər məhkum olunmaması, ailəsinə yeganə qazanc gətirən şəxs olması, ali tibb təhsilli və tibb üzrə fəlsəfə doktoru olması, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması, yaşayış yeri və əvvəllər işlədiyi yer üzrə müsbət xarakterizə edilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, - Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsini isə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər: - Təqsirləndirilən şəxs3 iş üzrə zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi X38 ilə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsi, əvvəllər məhkum olunmaması, təqsirini boynuna alması, ali tibb təhsilli olması, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə edilməsini, - Təqsirləndirilən şəxs1 iş üzrə zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi X46 ilə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsi, əvvəllər məhkum olunmaması, təqsirini boynuna alması, ali tibb təhsilli olması, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə edilməsi, “Serebral iflic. Tetraparetik forma psixi-fiziki inkişafın geriliyi” xəstəliyindən əziyyət çəkdiyinə görə İ qrup əlil olan qardaşı X37 onun himayəsində yaşamasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən müvafiq olaraq cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən: - Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətini, əməlində himayəsində bir nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olması, iş üzrə zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri X38 və X46 ilə barışıq əldə etməsi, əvvəllər məhkum olunmaması, ailəsinə yeganə qazanc gətirən şəxs olması, ali tibb təhsilli və tibb üzrə fəlsəfə doktoru olması, yaşayış yeri və əvvəllər işlədiyi yer üzrə müsbət xarakterizə edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsindən ibarət cəzasını ağırlaşdıran halın olduğunu, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, - Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətini, əməlində iş üzrə zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi X38 ilə barışıq əldə etməsi, əvvəllər məhkum olunmaması, təqsirini boynuna alması, ali tibb təhsilli olması, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, - Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətini, əməlində iş üzrə zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi X46 ilə barışıq əldə etməsi, əvvəllər məhkum olunmaması, təqsirini boynuna alması, ali tibb təhsilli olması, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə edilməsi, “Serebral iflic. Tetraparetik forma psixi-fiziki inkişafın geriliyi” xəstəliyindən əziyyət çəkdiyinə görə İ qrup əlil olan qardaşı X37 onun himayəsində yaşamasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəalarını və iş üzrə təqsirləndirilən şəxslərin hər birinə cəza təyin edərkən nəzərə aldığı halları məcmu şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in müvafiq olaraq 311.3.2 və 314.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də iş üzrə təqsirləndirilən şəxslərin hər birinə qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinə əsasən məhkəmə şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikasının 21 iyul 1992-ci il tarixli Qanunla ratifikasiya etdiyi BMTnin “Uşaq hüquqları haqqında” Konvensiyasının 2.1-ci maddəsinə əsasən iştirakçı dövlətlərin məhkəmələri uşaqlar barəsində görülən bütün tədbirlərdə ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2 və 49.3-cü maddələrinə əsasən uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq, valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinə əsasən cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq, azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən, humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır. Cinayət qanununda cəzanın çəkilməsinin təxirə salınmasının şərtləndirildiyi əsaslardan biri də şəxsin uşağının tərbiyəsi ilə məşğul olmasıdır. Bu zaman məhkumun şəxsiyyəti, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. hallar da nəzərə alınmalıdır. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq, iş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinin tətbiq edilməsinə müvafiq əsasların olub-olmamasının yoxlanılması məqsədilə 05 dekabr 2022-ci il tarixli qərarında Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına müvafiq suallar ətrafında araşdırma aparılmaqla rəy verilməsini tapşırmışdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş, Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş: - “Mənzilin müayinə edilməsi haqqında” 09 dekabr 2022-ci il tarixli aktda göstərilmişdir ki, göstərilən tarixdə Komissiyanın üzvləri Təqsirləndirilən şəxs2 ünvan 2anında yerləşən yaşadığı mənzilə baxış keçirərkən 3 otaqlı, ümumi sahəsinin 70-75 kv.m, orada mənzil-məişət şəraitinin qənaətbəxş olması, bütün kommunal xidmətlərin mövcud olması, azyaşlıların istirahəti, dərslərinin hazırlanması və asudə vaxtlarının təşkili üçün şəraitin olduğunu müəyyən etmişlər. - 13 dekabr 2022-ci il tarixli, 2704/d nömrəli rəydə göstərilmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərarının icrası ilə əlaqədar Komissiyanın iclasında Təqsirləndirilən şəxs2 ailə vəziyyəti, himayəsində olan uşaqların gündəlik tələbat və qayğıları, tərbiyə, təhsil və inkişaflarının təmin olunmasında Təqsirləndirilən şəxs2 iştirakı araşdırılmışdır. Sonuncu komissiyanın iclasında ailə vəziyyəti ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi məzmunda izahat vermişdir. Təqsirləndirilən şəxs2 19 fevral 2008-ci il təvəllüdlü övladı X2 onunla təklikdə aparılmış söhbət zamanı özünün və qardaşlarının anasını çox sevdiklərini, anasına bağlı olduqlarını, anası tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını, bütün tələbatlarının qarşılandığını, atası Anarı isə sonuncu dəfə avqust ayında gördüyünü, atası ilə aralarında qarşılıqlı anlaşma olmadığına görə son zamanlar soyuq münasibətdə olduğunu demişdir. Leyla Əliyevanın dedikləri ilə anasının Komissiyaya ailədə davranışı, həyat tərzi və uşaqlara olan münasibəti ilə bağlı bildirdiyi məlumatlar öz təsdiqini tapmışdır. Komissiyanın üzvləri tərəfindən aparılmış müzakirələr nəticəsində Təqsirləndirilən şəxs2 himayəsində olan uşaqlarının gündəlik tələbat və qayğıları, tərbiyə, təhsil və inkişaflarının təmin olunmasında bilavasitə iştirak etməsi, həyat tərzinin buna mane olmaması, kirayələdiyi evdə övladlarının istirahəti, dərslərinin hazırlanması və asudə vaxtlarının təşkili üçün şərait yaratması, uşaqların ananın himayəsində böyüməsi məqsədəuyğun hesab edilməklə mövcud vəziyyətin onların mənafeyinə tam uyğun olduğunu qərara almışdır. Məhkəmə göstərilən qanunvericilik normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi, Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş “Mənzilin müayinə edilməsi haqqında” 09 dekabr 2022-ci il tarixli akt və 13 dekabr 2022-ci il tarixli, 2704/d nömrəli rəy, Təqsirləndirilən şəxs2 barəsində yaşayış yeri və əvvəllər işlədiyi yer üzrə verilmiş xasiyyətnamələrə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 X32 ilə nikahından doğulmuş 5 yaşlı azyaşlı övladı olan X33, X42 ilə nikahından doğulmuş, müvafiq olaraq 14 və 18 yaşlı olmaqla, yetkinlik yaşına çatmamış və yetkinlik yaşına çatmış övladları olan X47 və X45 Təqsirləndirilən şəxs2 Cəlil Qəhrəmanov və Anar Əliyevlə nikahının pozulmasından sonra Təqsirləndirilən şəxs2 himayəsində ünvan 2anında kirayədə yaşamaları, sonuncunun ali tibb təhsilli və tibb üzrə fəlsəfə doktoru olmaqla, eləcə də barəsində yaşayış yeri və əvvəllər işlədiyi yer üzrə verilmiş xasiyyətnamələr üzrə müsbət xarakterizə edilməklə ailədə davranışı, həyat tərzi, əməyə münasibətinin müsbət olması, ailəsində yeganə qazanc gətirən şəxs olması, uşaqlarının, xüsusilə də azyaşlı övladı Adəm Qəhrəmanovun gündəlik təlabat, qayğı, təlim-tərbiyə və təhsilləri ilə yaxşı səviyyədə məşğul olması, uşaqlarının müvafiq qaydada orta və ali təhsil almaları üçün yaxşı şərait yaratması, bunun üçün kirayə yaşadıqları mənzilin mənzilməişət şəraitinin qənaətbəxş olması, orada bütün kommunal xidmətlərin, uşaqların istirahət etməsi, dərslərini hazırlamaları və asudə vaxtlarını təşkil etmələri üçün lazımi şəraitin mövcud olması, Təqsirləndirilən şəxs2 yaşadıqları mənzilin kirayə haqqısı, uşaqlarının gündəlik təlabat xərcləri, təhsil xərcləri, xüsusilə də Türkiyə Respublikası Bolu X75 Universitetində ödənişli əsaslar üzrə ali təhsil alan övladı Rəsul Əliyevin təhsil haqqısı və ali təhsil alması ilə bağlı çəkdiyi digər xərcləri hər hansı şəxsin maddi yardımı olmadan ödəməsi, bunun üçün əmək sərf etməsi, himayəsində yaşayan uşaqlarının, xüsusilə də ən kiçiyi olan 5 yaşlı Adəm Qəhrəmanovun ana qayğısına ehtiyacının olması, Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkəcəyi halda, bu halın uşaqlarının, xüsusilə də azyaşlı Adəm Qəhrəmanovun müəyyən müddətə valideyn himayəsi və qayğısından kənarda qalmaları nəticəsində gələcəkdə onların psixoloji vəziyyəti, tərbiyə və təhsil almaq imkanlarına mənfi təsir göstərəcəyini, beləliklə də uşaqlarının üstün mənafeyi və hüquqlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkməsi himayəsindəki 07 avqust 2017-ci il təvəllüdlü azyaşlı uşağı olan Adəm Qəhrəmanovun 14 yaşına çatmasınadək, yəni 07 avqust 2031-ci il tarixə kimi təxirə salınmalı, Təqsirləndirilən şəxs2 üzərinə azyaşlı və digər uşaqlarına qayğı göstərmək, onların tərbiyəsi ilə məşğul olmaq vəzifələri qoyulmalı, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 172.6-cı maddəsinə əsasən müvafiq davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşadığı və qeydiyyatda olduğu yer üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Buna görə də Təqsirləndirilən şəxs2 barəsində cəzaçəkmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərinə barələrində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəkləri müddət ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 05:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq olaraq yaşadıqları Cəlilabad rayonu və Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, onların davranışı üzərində nəzarətin həyata keçirilməsi müvafiq olaraq Cəlilabad rayon İcra və Probasiya Şöbəsi, Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalı, buna görə iş üzrə barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinin məzmununa görə məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmayan hallarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi o halda təyin edə bilər ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkar şəxsin şəxsiyyəti onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasının qeyri-mümkün hesab edilməsinə əsas versin. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 15 noyabr 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, xəstəxanada anestezioloq-reanimatoloq və cərrah-ginekoloq ixtisasları üzrə ciddi şəkildə ixtisaslı həkim çatışmazlığı olduğuna görə iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 peşə fəaliyyətindən məhrum edilərsə, bu hal xəstəxanada pasiyentlərə cərrahi əməliyyatlar, o cümlədən qeysəriyyə əməliyyatların edilməsi, doğuşların həyata keçirilməsi, reanimasiya və anesteziya üzrə səhiyyə xidmətlərinin iflic vəziyyətə düşməsinə səbəb olacaqdır. Xəstəxananın kollektivi həm göstərilən hallar, həm də Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqların olması və Təqsirləndirilən şəxs3 ailə başçısı olaraq tək məvacib alan şəxs olması nəzərə alınaraq, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 peşə fəaliyyətindən məhrum edilməməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən hər birinə münasibətdə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların mövcud olması, bu halların onların törətdikləri cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinə müsbət mənada təsir etməsi, buna görə də Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində əsas cəza kimi azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməli olması, Təqsirləndirilən şəxs2 isə barəsində təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin himayəsindəki azyaşlı uşağı olan X19 üstün mənafeyi və hüquqlarına görə Azərbaycan Respublikası CM-in 79.1ci maddəsinə əsasən sonuncunun 14 yaşına çatmasınadək təxirə salınmalı olması və Cəlilabad RMX PHŞ-nin 15 noyabr 2022-ci il tarixli məktubunda göstərilən halları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün əlavə cəza kimi təyin edilməsinə faktiki əsas və ya zərurət yoxdur. Əksinə, göstərilən hallar onlar barəsində həmin cəza növünün təyin edilməsini əhəmiyyətsiz edər (və ya onlar barəsində həmin cəza növünün təyin edilməsi göstərilən halların məcmusu ilə ziddiyyət təşkil edər). Məhkəmə göstərilənlərə əsasən hesab edir ki,: - ibtidai istintaq orqanı tərəfindən müvafiq olaraq 21, 22 və 23 dekabr 2021-ci il tarixlərdə qəbul edilmiş qərarlarla (İİ cild, səh. 53, 54, 89, 90, 138, 139) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, - Cəlilabad Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 4(073)358/2021 nömrəli qərarı (İ cild, səh. 105-108) ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi materiallarından görünür ki, iş üzrə məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxslərin hüquqi varisləri X46 və X38 ibtidai istintaq orqanına təqdim etdikləri ərizələrində Təqsirləndirilən şəxs2 törətdiyi “Səhlənkarlıq” cinayət əməlləri nəticəsində onlara müvafiq olaraq maddi və mənəvi cəhətdən cəmi 40000 manat və 50000 manat məbləğində ziyan vurduğunu göstərib bu səbəbdən onların mülki iddiaçı qismində tanınmalarını xahiş etmişlər. İbtidai istintaq orqanı müvafiq olaraq 19 və 20 yanvar 2022-ci il tarixli qərarlarla Elxan Ağayev və Namiq Əhmədovu iş üzrə mülki iddiaçı qismində tanımışdır (İİ cild, səh. 241, 242, 247, 248). X38 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində Təqsirləndirilən şəxs2 törətdiyi “Səhlənkarlıq” cinayət əməli ilə bağlı sonuncudan mərhum X27 üzərində icra etdiyi “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatı nəticəsində doğulmuş iki nəfər azyaşlı uşaqların yetkinlik yaşına çatmasınadək saxlanılmaları üçün cəmi 83376 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X38 məhkəməyə daxil olmuş, notariat qaydasında təsdiq edilmiş 19 noyabr 2022-ci il tarixli ərizəsində Təqsirləndirilən şəxs2 qarşı verdiyi mülki iddiadan imtina etdiyini, digər zərərçəkmiş şəxsin hüquqi varisi X46 isə məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qarşı mülki iddiasının olmadığını göstərdiklərinə görə Namiq Əhmədov və Elxan Ağayev tərəfindən Təqsirləndirilən şəxs2 qarşı verilmiş mülki iddialar baxılmamış saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon prokurorluğunda saxlanılan, istifadə edilmiş 3 ədəd 1 ml.-lik “Атропину сулфат” boş flakonu, 1 ədəd 1 ml.-lik “Адреналин здоровя” boş flakonu, 1 ədəd 1 ml.-lik “Дексаметазон” boş flakonu, 1 ədəd 1 ml.-lik “Растворитель” boş flakonu, 2 ədəd 1 ml.-lik, 1 ədəd 2 ml.-lik olmaqla, ümumilikdə 3 ədəd “Адреналин Дарнича” boş flakonu, 1 ədəd 5 ml.-lik “Дофамин Дарнича”, 1 ədəd 400 ml.-lik “Натрия хлорид” flakonu məhv edilməlidir. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-354, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 311.3.2 və 314.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində cəzaçəkmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilsin. Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində qəti olaraq təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməsi himayəsindəki 07 avqust 2017-ci il təvəllüdlü azyaşlı uşağı olan X19 14 yaşına çatmasınadək, yəni 07 avqust 2031-ci il tarixə kimi təxirə salınsın. Təqsirləndirilən şəxs2 üzərinə azyaşlı və digər uşaqlarına qayğı göstərmək və onların tərbiyəsi ilə məşğul olmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 göstərilən davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşadığı və qeydiyyatda olduğu yer üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın, vəzifədən kənarlaşdırma qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 üzərinə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 05:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Cəlilabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşadığı və qeydiyyatda olduğu yer üzrə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 05:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçılar X38 və X46 tərəfindən verilmiş mülki iddialar baxılmamış saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon prokurorluğunda saxlanılan, istifadə edilmiş 3 ədəd 1 ml.-lik “Атропину сулфат” boş flakonu, 1 ədəd 1 ml.-lik “Адреналин здоровя” boş flakonu, 1 ədəd 1 ml.-lik “Дексаметазон” boş flakonu, 1 ədəd 1 ml.-lik “Растворитель” boş flakonu, 2 ədəd 1 ml.-lik, 1 ədəd 2 ml.-lik olmaqla, ümumilikdə 3 ədəd “Адреналин Дарнича” boş flakonu, 1 ədəd 5 ml.-lik “Дофамин Дарнича”, 1 ədəd 400 ml.-lik “Натрия хлорид” flakonu məhv edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.