Məhkəmə qərarları › İş №1(099)-302/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-302/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-302/2023 12.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2 və müdafiəçi-Masallı Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxx 1997-ci ildə Masallı rayonu Musaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Masallı rayonu Musaküçə kəndində qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 29, 149.1 və 157.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə, saat 21 radələrində yaşadığı Masallı rayon Musaküçə kəndində yerləşən evlərində təkbaşına spirtli içki qəbul edib sərxoş halda cinsi ehtirasını təmin etmək məqsədi ilə həmkəndlisi və qonşusu xx.xx.1971ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq üçün 21 dekabr 2022-ci il tarixdə gecə, saat 01 radələrində sonuncunun tək yaşadığı Musaküçə kəndində yerləşən fərdi yaşayış evə gedərək Zərərçəkmiş şəxs çağırıb onunla pul müqabilində cinsi əlaqəyə girməsini tələb etmiş, sonuncu onun hərəkətlərinin təhqiramiz olduğunu bildirməklə tələbindən imtina etməklə getməsini istədikdə o, niyyətini başa çatdırmaq üçün qanunla müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayan Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq evin giriş qapısında olan örtüyü yırtmaqla mənzilə daxil olub sonuncunun üzərinə hücum edərək sol qolundan tutub sıxmaqla özünə tərəf çəkib əynindəki gecəlik yataq paltarını soyundurmaq istədikdə Zərərçəkmiş şəxs müqavimət göstərdiyini görüb qanunsuz hərəkətlərindən əl çəkməyərək sonuncunun başını sol qolunun arasına salıb sıxaraq sağ əli ilə yumruqla sifətinə bir neçə zərbə vurmaqla ona sol gözaltı nahiyənin və sol bazunun qançırı kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə zorla cinsi əlaqəyə girmək istəmiş, lakin Zərərçəkmiş şəxs aktiv müqavimət göstərib onun əlindən çıxaraq həyətə qaçıb qışqırmaqla qonşulardan kömək istədiyini görüb o, kənar şəxslərin gəlməsini ehtimal edərək oradan qaçaraq uzaqlaşıb getmiş, bu hərəkətləri ilə o, iradəsindən asılı olmayan səbəbdən niyyətini həyata keçirə bilməyib zərərçəkmiş şəx Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq zor tətbiq etməklə yaşadığı mənzilə qanunsuz daxil olub, sonuncuya qarşı zor tətbiq edib cinsi əlaqəyə girməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən CM-nin 157.2-ci maddəsi ilə təqsirli bilib, lakin CM-nin 29, 149.1-ci maddəsi ilə təqsirli bilməyib ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsi tanıyır, onunla qonşudur. Hadisə günü gecə saat 02:00 radələrində öz yaşadığı evdən çıxıb, zərərçəkmiş Zərərçəkmiş şəxs evinə getmişdir. Evini qapısı döymüş, Dilarə qapını açdıqda sonuncuya onunla cinsi əlaqədə olmaq üçün gəldiyini bildirmişdir. Dilarə isə onunla razılaşmamış, ona qarşı söyüş söymüşdür. Bundan əsəbləşib Dilarəyə yumruq atmış, Dilarə isə ona qarşılıq vermiş, sonra isə əlininin tərsi ilə onu vurmuş, daha sonra əsəbindən vurub pəncərədəki şüşəni sındırmışdır. Bundan sonra aralaşıb evdən çıxıb getmişdir. Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaq üçün əlavə hərəkətlər etməmiş, onu zorlamağa cəhd göstərməmiş, paltarlarını çıxarmamışdır. Daha sonra özünə siqaret almaq üçün marketə yaxınlaşmış, onu polis əməkdaşları saxlamışdır.Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 29, 149.1 və 157.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə qonşudur. Zərərçəkmiş şəxs özünə məxsus evdə təkbaşına yaşamış, onun əri uzun illər bundan öncə ölmüş, qızları gəlin köçmüş, oğlu Murad isə narkotik vasitələrin istifadəçisi olduğu üçün hazırda həbs olunmuşdur. Həmkəndli və qonşu olmalarına baxmayaraq o məlum hadisədən əvvəl heç vaxt Zərərçəkmiş şəxs yaşadığı evə gediş gəliş etməmişdir. Onların evləri bir-birindən təxminən 200 metr aralıda yerləşir. 20 dekabr 2022-ci il tarixdə, saat təxminən 21 radələrində yaşadığı evdə axşam yeməyi yeyən zaman təxminən bir litrə yaxın spirtli içki (araq) içmiş, sonra onda ehtiras yaranmış, cinsi ehtirasını təmin etmək üçün qonşuluqda tək yaşayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq qərarına gəlib bu məqsədlə saat təxminən 00:30 radələrində evdən çıxıb həmin qadının yaşadığı evin həyətinə getmişdir. Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə çatıb icazə almadan evin qarşı hissəsinə çəkilmiş göy rəngli sellofanı cırıb eyvanına daxil olmuş, eyvandan dəhlizə keçmək üçün qoyulmuş taxtadan olan qapını döyərək Dilarəni çağırmışdır. Sonuncu dəhlizdən səslənib kim olduğunu soruşanda ona “qonşun Babəkdir” cavabını vermişdir. Bu zaman Dilarə nə istədiyini və gecə vaxtı niyə evinə gəlməsini soruşanda o cibində olan 40 manat pulu Dilarəyə göstərib həmin pulları vermək pul müqabilində onunla cinsi əlaqədə olmasını tələb etmişdir. Dilarə isə onu söyüb təhqir edərək evdən çıxıb getməsini tələb etmiş, əks təqdirdə polis çağıracağını bildirmişdir. Lakin spirtli içkinin təsiri altında olduğu üçün o bərk əsəbiləşib dəhlizdən Dilarənin yatdığı otağın qabağına gəlib qapını döyərək onu təhqir edib açmasını istəmiş, Dilarə otağın qapısını açmadığı üçün o daha da əsəbiləşib qapının yaxınlığında yerləşən pəncərəyə yumruqla zərbə vurub şüşəsini sındırmışdır. Dilarə otağın qapısını açıb çölə qaçmaq istəyərkən o sonuncunun üzərinə hücum edib sol qolundan tutub sıxaraq özünə tərəf çəkməklə əynində olan köynəyi soyundurmaq istəmişdir. Dilarə isə onu söyərək müqavimət göstərib geri itələdiyindən onun köynəyini əynindən çıxara bilməmişdir. Dilarəni yerə yıxmaqdan ötrü onun boyun nahiyəsini sol qolunun arasına salıb sıxaraq sağ əlinin yumruğu ilə onun sifətinə bir zərbə vurmuşdur. Lakin Dilarəni yerə yıxa bilməmiş, sonuncu isə bir daha müqavimət göstərib aralaşaraq onu geri itələmiş, nəticədə o yerə yıxılmışdır. Bundan sonra Dilarə qaçıb evdən küçəyə çıxmış haraya getdiyini bilməmişdir. O, isə evindən çıxıb çöllük olan istiqamətə tərəf getmişdir. Aradan bir müddət keçdikdən sonra Dilarə valideynləri ilə birlikdə evinə gələrək onunla bağlı valideynlərinə şikayət etdiyini bilmişdir. Orada dayanmayıb piyada Masallı şəhərinə getmiş, şəhərdə olarkən Masallı rayon polis şöbəsinin əməkdaşları gəlib onu şöbəyə aparmış, orada Dilarənin şikayəti əsasında izahat vermişdir. Daha sonra isə evə gəlib hadisə barədə bir daha ailə üzvlərinə məlumat vermişdir. Törətdiyi əməldən səmimi peşimançılıq hissi keçirirməklə ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, orada yazılanlardan məlumatı olmadığını, özünün isə həmin ifadələri oxumandan imza edərək təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə 21 dekabr 2022-ci il tarixdə, saat 01- 02 radələrində olmuşdur, həmin vaxt kiminsə evin giriş qapısını döydüyünü eşitmiş, əynində olan yataq paltarı ilə dəhlizə çıxmış və bir neçə dəfə kimin çağırdığını soruşmuşdur. Bir neçə dəfə çağırdıqdan sonra həmin şəxs Babəkdir demişdir. Daha sonra Babək isə ona “oğlun evdə yoxdur, sən pozğunluq edirsən, hamı ilə görüşürsən, mənimlə də görüşməlisən, sənə pul lazımdı, mən pul verirəm” demişdir. O isə cavabında pulu apar anava, bacıva ver, nə qədər ki, 102-yə yığıb zəng etməmişəm, çıx get burdan demişdir. Babək isə söyüşlə yığ demişdir. Bu zaman qonşusu Soltanın arvadına zəng vurmuş, telefonu Soltan götürmüş, onu köməyə çağırmış, Babəkin valideyininə deməyi xahiş etmiş, ardınca isə 102-yə zəng vurub məlumat vermişdir. Həmin vaxt Babək o yerə çəkdiyi göy rəngli sellofanı cırıb evə girmişdir. Eyvanla dəhlizin arasındakı qapının bağlı olduğunu görmüş, qapının yaxınlığında yerləşən otağın pəncərəsinin şüşəsini əli ilə vurub sındırmışdır. Bundan sonra o qonşuları köməyə çağırmaq məqsədi ilə otağın qapısını açıb çölə çıxmaq istədikdə Babək üzərinə hücum edərək sol qolundan tutub özünə tərəf çəkməklə əynində olan paltarları (köynəyi) soyundurmaq istəmiş və bu zaman onlar əlbəyaxa olmuşlar. Müqavimət göstərdiyi üçün Təqsirləndirilən şəxs onun boyununu qolunun arasına salıb sıxaraq “səninlə cinsi əlaqədə olmaq istəyirəm” deyib sifətinə yumruqla bir zərbə vurmuş, bundan sonra əli ilə sinəsini sıxıb cinsi əlaqədə olmaq məqsədi ilə onu yerə yıxmaq istəmişdir. O isə müvazinətini saxlayıb yerə yıxılmamış, əli ilə Babəki geriyə itələyib onu yerə yıxmış, onun əlindən çıxıb evdən küçəyə qaçmışdır. Həmin vaxt qonşusu Soltanı görüb, Babəkin ona təcavüz etmək istədiyini demiş, daha sonra Babəkgilin evinin həyətinə gedib valideynlərini səsləyərək baş verənlər barədə onlara məlumat vermişdir. Babəkin anası Mahirə onunla birlikdə evinə gəlmişdir. Həmin vaxt Babək artıq evindən çıxıb çaya tərəf gedən istiqamətdə dayanıb onun ünvanına nalayiq ifadələr işlədərək pozğun olması səbəbindən onunla cinsi əlaqədə olmaq istədiyini demişdir. Valideynləri və evinə gələn polis əməkdaşları da Babəkin onun ünvanına dediyi nalayiq ifadələri eşitmişlər. Daha sonra Babəkin haraya getdiyini bilməmişdir. Babəkin əvvəllər onun oğlu ilə əlaqəsi olub, Babək evinə gəlib gedib. Hazırda Babəkdən şikayətçidir, onunla barışmır, məhkəmədən Babəkə ağır cəza verilməsini xahiş edir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş, həmin ifadəsində Şahid1 bildirmişdir ki, Babək onun oğludur. Zərərçəkmiş şəxs Qardaşxan qızı həmkəndlisi və qonşusudur. Zərərçəkmiş şəxs özünə məxsus evdə tək yaşayır. 21 dekabr 2022-ci il tarixdə, saat təxminən 01 radələrində o evində yatdığı zaman həmkəndlisi Zərərçəkmiş şəxs arvadı Mahirəni çağırdığını eşidib yuxudan oyanmışdır. O, arvadı Mahirə ilə birlikdə evin həyətinə düşmüş, Dilarə həyəcanlı vəziyyətdə Babəkin onun evinə girərək onunla zorla cinsi əlaqəyə girməyə cəhd etməsi, ona müqavimət göstərməsi səbəbindən Babəkin onu döyməsi və sonuncunun əlindən qaçıb bu barədə onlara məlumat verməkdən ötrü evlərinə gəldiyini demişdir. Dilarənin verdiyi məlumat əsasında sonuncu ilə birlikdə onun yaşadığı evin həyətinə getmişlər. Babək Dilarənin evində olmamış, evdə və ətrafda onu axtarmalarına baxmayaraq Babəkin harada olduğunu bilməmişlər. Evə qayıdanda isə Masallı rayon polis şöbəsinin əməkdaşları evinə gəlib Babəkin harada olduğunu soruşmuş, onlara Babəkin evdə olmadığını bildirmişdir. Həmin gecə Babək evə gəlməmişdir. Növbəti gün o Babəkin Masallı şəhərinin ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldığını öyrənmişdir. O, Babəkdən baş vermiş hadisə barədə soruşanda sonuncu evdə spirtli içki qəbul edib sərxoş vəziyyətə düşdüyündən cinsi əlaqədə olmaq üçün Dilarənin evinə getdiyini, onunla pul müqabilində cinsi əlaqəyə girməyi təklif etdiyini, Dilarə bundan imtina etdiyindən evə girib onunla zorla cinsi əlaqədə olmaq üçün əlbəyaxa olduğunu və ona xəsarət yetirdiyini, lakin Dilarənin müqavimət göstərməsi səbəbindən onunla cinsi əlaqədə ola bilmədiyini, sonuncunun onun əynində olan köynəyi cırdığını və evdən qovduğunu, Dilarənin şikayət edəcəyindən qorxuduğu üçün qaçıb gizləndiyini danışmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayının 20-dən 21-nə keçən gecə, saat təxminən 01-02 radələrində o yaşadığı evdə, olduğu zaman arvadı Sevdanənin mobil telefonuna zəng gəlmiş, həmin vaxt telefona özü cavab vermiş və zəng edənin qonşusu Zərərçəkmiş şəxs olduğunu bilmişdir. O, telefonda həyəcanlı və qorxmuş vəziyyətdə danışaraq bir az bundan əvvəl Əlfiqanın oğlu Babəkin sərxoş vəziyyətdə evinə daxil olub üzərinə hücum edərək ona təcavüz etmək istədiyini, köməyə gəlməsini xahiş etmişdir. Bundan sonra otağa gəlmiş arvadı Sevdanəyə Dilarənin danışdıqlarını deyib onun evinə getmələrini bildirmişdir. Bundan sonra həyətə düşmüş Dilarənin çöldə dayandığını görmüşlər. Dilarədən nə baş verdiyini soruşduqda, Dilarə telefonda ona danışdıqlarını bir daha təsdiq edərək Babəkin hərəkətləri barədə valideynlərinə məlumat vermək üçün onunla birlikdə Əlfiqangilin evinə gəlmələrini xahiş etmişdir. Dilarəni tək buraxmamaq üçün onunla birlikdə həmkəndlisi Əlfiqanın evinə getmişlər. Dilarə sonuncunun evinin həyətinə daxil olub Əlfiqanı və arvadı Mahirəni çağırıb Babəkin hərəkətləri barədə onlara məlumat verərək sonuncunun evlərində olduğunu demişdir. Bundan sonra onlar birlikdə (yəni Babəkin valideynləri də daxil olmaqla) Dilarənin evinə tərəf qayıtmışlar. Onun evinin qabağından keçəndə isə Dilarənin evinə getməmiş, lakin arvadı Sevdanəni Dilarə ilə birlikdə onun evinə göndərmişdir. Daha sonra isə polis əməkdaşları gəlmişlər. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayının 20-dən 21-nə keçən gecə, saat təxminən 01-02 radələrində onun mobil telefonuna zəng gəlmiş, həmin vaxt telefona əri Soltan cavab vermiş, bu zaman zəng edənin qonşusu Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Dilarə ərinə bir az bundan əvvəl Əlfiqanın oğlu Babəkin sərxoş vəziyyətdə evinə daxil olub üzərinə hücum edərək ona təcavüz etmək istədiyini, köməyə gəlməsini xahiş etmişdir. Əri ilə birlikdə həyətə düşdükdə Dilarənin çöldə dayandığını görmüşlər. Dilarədən nə baş verdiyini soruşduqda, Dilarə Babəkin onun evinə hücum edərək, onu zorlamaq istədiyini bildirib, bu barədə valideynlərinə məlumat vermək üçün onunla birlikdə Əlfiqangilin evinə gəlmələrini xahiş etmişdir. Birlikdə Əlfiqanın evinə getmişlər. Dilarə sonuncunun evinin həyətinə daxil olub Əlfiqanı və arvadı Mahirəni çağırıb Babəkin hərəkətləri barədə onlara məlumat verərək sonuncunun evlərində olduğunu demişdir. Bundan sonra onlar birlikdə Dilarənin evinə tərəf qayıtmışlar. Həmin vaxt Dilarənin üzündə və qolunda xəsarətlərin olduğunu görmüşdür. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid3 ibtidai istintaq zamanı əri Şahid2lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, onların arxasınca Babəkin valideynləri, daha sonra isə Masallı Rayon Polis Şöbəsinin tanımadığı əməkdaşları Dilarənin evinin həyətinə gəlmişlər. Babək həmin vaxt evdən çıxaraq təxminən 100 metr aralıda, meşəlik ərazidə dayanıb Dilarənin ünvanına nalayiq ifadələr işlədərək onunla cinsi əlaqədə olmaq istədiyini bildirdikdən sonra oradan qaçıb getmişdir. Onun haraya getdiyini bilməmişdir. Dilarənin həyətində olarkən o evin giriş qapısının arxasına çəkdiyi sellofan torbanın cırılmış hissəsini, eyni zamanda evin eyvanında divarda olan pəncərənin şüşəsinin sınmış vəziyyətdə olan hissəsini onlara təqdim edərək Babəkin həmin yerdən evə daxil olub pəncərənin şüşəsini sındırdığını bildirmişdir. İfadəsi elan olunduqdan sonra Şahid3 həmin ifadəsini təsdiq etdiyini bildirdi. İşdə olan, 21 dekabr 2021-ci il tarixli sərxoşluğun müayinə qəbzindən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı 2.094 %-lə sərxoş olmuşdur. (c İ, i.v 8) İşdə olan, hadisə yerinə baxış keçirilməsi haqqında 21 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Masallı rayonunun Musaküçə kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı bir mərtəbəli fərdi yaşayış evidir. Evə daxil olduqda sol hissədə olan göy rəngli sellofan cırılmış vəziyyətdə olmaqla sağ hissədə olan pəncərənin şüşəsinin 01 ədədi sınmış haldadır. Baxış zamanı Zərərçəkmiş şəxs hadisənin baş vermə yerini əyani olaraq təqdim edərək qonşusu Təqsirləndirilən şəxs sellofan torbanı yırtaraq evə daxil olduğunu, pəncərənin şüşəsini sındırıb onun göz nahiyəsinə zərbə vuraraq əynindəki paltarları soyundurmaq istədiyini göstərmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan bir ədəd köynək və bir ədəd şalvar, həmçinin Təqsirləndirilən şəxs məxsus bir ədəd papaq və bir ədəd tibbi maska qablaşdırılaraq götürülmüşdür. (c İ, i.v 11-15) İşdə olan, məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 1043 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözaltı nahiyənin və sol bazunun qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 6-12 saat əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (c İ, i.v 16-18) İşdə olan, xx.xx.2023-cü il tarixli götürmə aparılması haqqında protokoldan və fotocədvəldən görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli şalvar müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. (c İ, i.v 52-55) İşdə olan, məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 29 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmadı. (c İ, i.v 74-75) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü ildə saat 11:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 77) İşdə olan, xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs qızı Zərərçəkmiş şəxs arasında videoçəkiliş vasitəsi ilə üzləşdirmə keçirilmiş, sonuncu ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək bir daha onu ifşa etmiş, Təqsirləndirilən şəxs isə onun üzünə qarşı deyilənləri təsdiq edərək, səmimi peşmançılıq hissi keçirdiyini bildirmişdir. (c İ, i.v 95-99) İşdə olan, xx.xx.2023-cü il tarixli, 4(050)-6/2023 nömrəli Masallı Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay həddində həbs qətimakn tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 yanvar 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 117-120) İşdə olan, Masallı RİHB-nın Musaküçə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əhədov X6 rayonu, Musaküçə kəndində yaşayır. Yaşayış yeri üzrə mənfi xarakterizə edilir. (c İ, i.v 140-142) İşdə olan, verilmiş əməliyyat tapşırığına cavab olaraq Masallı RPŞ-nin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdə, sərxoş halda yaşadığı evdən çıxıb Zərərçəkmiş şəxs evinə gedərək evin giriş qapısının arxasına çəkilmiş göy rəngli sellofan torbanı yırtaraq evə daxil olub Zərərçəkmiş şəxs çağırıb pul müqabilində onunla cinsi əlaqədə olmasını tələb etmiş, Dilarə isə onun tələbindən imtina etdikdə Təqsirləndirilən şəxs əsəbiləşib pəncərənin şüşəsini sındıraraq qapını açmasını tələb etmiş, Zərərçəkmiş şəxs qonşuları köməyə çağırmaq üçün otağın qapısını açanda Təqsirləndirilən şəxs onun üzərinə hücum edərək əlbəyaxa olaraq onunla cinsi əlaqədə olmaq üçün əynindəki paltarları soyundurmaq istəmiş, Dilarə müqavimət göstərdiyindən onun bədənin müxtəlif nahiyələrinə zərbələr vurmaqla onu yerə yıxmaq istəyəndə Dilarə təkrarən müqavimət göstərərək Təqsirləndirilən şəxs özündən uzaqlaşdırıb evdən çölə qaçmış, nəticədə Babək niyyətini həyata keçirə və onunla cinsi əlaqədə ola bilməmişdir. (c İ, i.v 167) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən və Masallı Rayon Məhkməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Əhədov X6 Rayon Məhkəməsinin 20 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublilkası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 24 (iyirmi dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (c İ, i.v 169-170,178-181) İşdə olan, Masallı Rayon İcra və Probasiya Şöbəsinin 20 fevral 2023-cü il tarixli, 105 saylı arayışından görünür ki, Əhədov X6 Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 1 (050)-49/2020 saylı hökmü ilə Azərbaycan Respublilkası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 24 (iyirmi dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixdə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və xx.xx.2022-ci il tarixdə şöbənin qeydiyyat kitabından çıxarılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə məhkumluğu ödənilmişdir. (c İ, i.v 172) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "MTE və PA ETT" Birliyi hüquqi şəxsinin vət. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-tibb (cinsi qabiliyyətin yoxlanılması) ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 46 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. (c İ, i.v 183-185) İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2023-cü il tarixli, 3/144 nömrəli məhkəmə-trasoloji ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin səthində rəyin təsviri hissəsində təsvir edilən bir ədəd zədə vardır. Həmin zədə kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. - Köynəyin material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından onun səthində olan deşilib-kəsilmə zədəsinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. - Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın və Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli cins şalvarın üzərində trasoloji zədə yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 77 manat təşkil edir. (c İ, i.v 186-189) İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2023-cü il tarixli, 6/461 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəciklərinin arasında; - Zərərçəkmiş şəxs məxsus gecəlik paltarı – bir ədəd şalvarının üzərindən aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər; - Təqsirləndirilən şəxs şalvarının üzərində Zərərçəkmiş şəxs məxsus gecəlik paltarı – bir ədəd şalvarın və bir ədəd köynəyinin tərkib liflərindən yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. (c İ, i.v 190-194) İşdə olan, kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 13 fevral 2023-cü il tarixli, 401 nömrəli rəyindən görünür ki; məhkəmə-psixiatrik ekspertizası üzrə – Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. məhkəmə-psixoloji ekspertizası üzrə – Təqsirləndirilən şəxs eqosentrizm, inadkarlıq, kobudluq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, özünü psixoloji müdafiə etməyə meyillilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. intelluktual-amnestik imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əqli-intellektual görə öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional oyanıq vəziyyətində olmuş, həmin halın yaranması adi alkoqol sərxoşluğu halında olması, cinsi tələbatını ödəmək istəməsi ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (c İ, i.v 196-199) İşdə olan, sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd şalvar, bir ədəd köynək, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar, bir ədəd papaq və bir ədəd tibbi maska maddi sübut kimi tanınaraq cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Masallı Rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. (c İ, i.v 209-224) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş zərərçəkmiş şəxsə və şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamın zərərçəkmiş şəxsə qarşı zor tətbiq edib cinsi əlaqəyə girməyə cəhd etməsi hissəsini mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: Zərərçəkmiş şəxs evinə onun razılığı ilə daxil olub, onunla cinsi əlaqədə olmaq üçün təklif etmiş, Dilarə isə onunla razılaşmamış, ona qarşı söyüş söymüşdür. Bundan əsəbləşib Dilarəyə yumruq atmış, Dilarə isə ona qarşılıq vermiş, sonra isə əlininin tərsi ilə onu vurmuş, daha sonra əsəbindən vurub pəncərədəki şüşəni sındırmışdır. Bundan sonra aralaşıb evdən çıxıb getmişdir. Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaq üçün əlavə hərəkətlər etməmiş, onu zorlamağa cəhd göstərməmiş, paltarlarını çıxarmamışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 86-89) və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 108-111) şəxs qismində verdiyi ifadələrində, eləcə də videoçəkiliş vasitəsilə zərərçəkmiş şəxslə üzləşdirilmə keçirilərkən (cild İ – i.v. 95-99) söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətində Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdə, saat təxminən 00:30 radələrində evdən çıxıb Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə getdiyi, Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə çatıb icazə almadan evin qarşı hissəsinə çəkilmiş göy rəngli sellofanı cırıb eyvanına daxil olduğunu, eyvandan dəhlizə keçmək üçün qoyulmuş taxtadan olan qapını döyərək Dilarəni çağırıb, cibində olan 40 manat pulu Dilarəyə göstərib həmin pulları vermək pul müqabilində onunla cinsi əlaqədə olmasını tələb etdiyini, Dilarə isə onu söyüb təhqir edərək evdən çıxıb getməsini tələb etdiyini, əks təqdirdə polis çağıracağını bildirdiyini, bundan bərk əsəbiləşib dəhlizdən Dilarənin yatdığı otağın qabağına gəlib qapını döyərək onu təhqir edib açmasını istədiyini, Dilarə otağın qapısını açmadığı üçün o daha da əsəbiləşib qapının yaxınlığında yerləşən pəncərəyə yumruqla zərbə vurub şüşəsini sındırdığını, Dilarə otağın qapısını açıb çölə qaçmaq istəyərkən o sonuncunun üzərinə hücum edib sol qolundan tutub sıxaraq özünə tərəf çəkməklə əynində olan köynəyi soyundurmaq istədiyini, Dilarə isə onu söyərək müqavimət göstərib geri itələdiyindən onun köynəyini əynindən çıxara bilmədiyini, Dilarəni yerə yıxmaqdan ötrü onun boyun nahiyəsini sol qolunun arasına salıb sıxaraq sağ əlinin yumruğu ilə onun sifətinə bir zərbə vurduğunu, lakin Dilarəni yerə yıxa bilmədiyini, sonuncu isə bir daha müqavimət göstərib aralaşaraq onu geri itələyib, nəticədə yerə yıxıldığını, bundan sonra Dilarənin qaçıb evdən küçəyə çıxdığını səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinə qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs evinə onun razılığı ilə daxil olub, onunla cinsi əlaqədə olmaq üçün təklif etməsi, Dilarənin isə onunla razılaşmayıb, ona qarşı söyüş söydüyündən əsəbləşib Dilarəyə yumruq atması, Dilarənin isə ona qarşılıq verməsi, sonra isə əlininin tərsi ilə onu vurması, daha sonra əsəbindən vurub pəncərədəki şüşəni sındırması, bundan sonra aralaşıb evdən çıxıb getməsi, Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaq üçün əlavə hərəkətlər etməməsi, onu zorlamağa cəhd göstərməməsi ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, təqsirləndirilən şəxsin həmin ifadəsi zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamları tam təsdiq edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları araşdıraraq onun məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs evinə onun razılığı ilə daxil olmasını, sonuncu ilə cinsi əlaqədə olmaq üçün əlavə hərəkətlər etməməsi, onu zorlamağa cəhd göstərməməsi ilə bağlı qeyd etdiklərinin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırmanın ilkin mərhələsində heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlir. Ona görə də, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadə kimi qəbul edərək məhz həmin ifadələrini ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Odur ki, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər CM-nin 29, 149.1 və 157.2-ci maddələri ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 29, 149.1 və 157.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının CM-nin 29, 149.1-ci maddəsində nəzərdə tutulan əməli Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayət, CM-nin 157.2-ci maddəsində nəzərdə tutulan əməli isə CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə cəzanın müddəti və ya həcmi CM-nin müvafiq Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 149.1 və 157.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmamasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin (cinayətə cəhdə görə CM-in 149.1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmaqla) tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 29, 149.1 və 157.2-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli və CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onlara qəti cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.2-ci maddəsinin sanksiyasında bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, islah işləri və ya azadlığın məhdudlaşdırılması kimi alternativ cəzalar da nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi digər əməlin - ağır cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayətlərin məcmusu üzrə cəzaların toplanmasının zəruri olmasını nəzərə almaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə də azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 16 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Prokurorluğunun saxlanc yerində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd şalvar, bir ədəd köynək Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar, bir ədəd papaq və bir ədəd tibbi maska isə Təqsirləndirilən şəxs atası Şahid1 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 191 (bir yüz doxsan bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 149.1 və 157.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 29, 149.1-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 157.2-ci maddəsi ilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 16 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Masallı Rayon Prokurorluğunun saxlanc yerində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd şalvar, bir ədəd köynək Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar, bir ədəd papaq və bir ədəd tibbi maska isə Təqsirləndirilən şəxs atası Şahid1 qaytarılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-191 (bir yüz doxsan bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar