Məhkəmə qərarları › İş №1(099)-302/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-302/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-302/2024 28.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1990-cı ildə Masallı rayonu, Səmidxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, evli, «İkinci Qarabağ» müharibəsində iştirak edən, Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olmaqla Masallı rayonu, Seybətin kəndində yaşamış, 07 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 4(050)-104/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və külli miqdarda narkotik vasitə heroin əldə edilməsi, saxlanılması və daşınması barədə istintaqa və məhkəməyə dəqiq məlum olmayan tarixdə və vaxtda şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Mehdi» adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdiyi razılığa əsasən «Mehdi» adlı şəxs 1 (bir) ədəd bağlamanın içərisində 3 (üç) ədəd bağlamada külli miqdarda-2916,2 qram psixotrop maddə metamfetamini və 1 (bir) ədəd bağlamada külli miqdarda-480,7 qram narkotik vasitə heroinin istintaqa və məhkəməyə dəqiq məlum olmayan tarixdə və vaxtda Astara-Ələt avtomobil yolunun 89-cu kilometrliyində, Cəlilabad rayonu ərazisindən keçən hissəsində asfalt yolun kənarında olan torpaq sahəsində bitən yulğun ağacının arasında gizlətməsini təmin edərək, bu barədə «whatsapp» mobil tətbiq proqramı vasitəsilə ona məlumat verdikdən sonra istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda özünə məxsus olan «Mersedes Panarama» markalı, **-EN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Masallı rayonu, Seybətin kəndindən Astara-Ələt avtomobil yolunun 89-cu kilometrliyinə, Cəlilabad rayonu ərazisindən keçən hissəsinə gedərək asfalt yolun kənarında gizlədilmiş 1 (bir) ədəd bağlamanın içərisində olan 3 (üç) ədəd bağlamada psixotrop maddə hesab edilən metamfetamini və 1 (bir) ədəd bağlamada narkotik vasitə hesab edilən heroini qeyd edilən avtomobil ilə Masallı şəhəri, Seybətin kəndində yerləşən fərdi yaşayış evinə gətirib həmin evin təmirsiz olan ikinci mərtəbəsində saxladıqdan sonra 07 oktyabr 2023-cü il tarixdə saxladığı külli miqdarda psixotrop maddə metamfetamin kütləsinin üzərindən satış məqsədilə bir büküm halında özü ilə götürüb Bakı şəhərinə apardıqdan sonra onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla cinayət törətməsi barədə məlumat almış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 oktyabr 2023-cü il tarixdə saat 13:00-da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 86 ünvanının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 3,960 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin gün saat 18:35-də əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Masallı şəhəri Seybətin küçəsində yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı evin yaşayış olmayan ikinci mərtəbəsindən ümumilikdə 1 (bir) ədəd düyü torbasının içərisində saxlanılan 3 (üç) ədəd bağlamalarda təmiz çəkiləri 983,7 qram, 982,3 qram, 946,3 qram, ümumi təmiz çəkisi 2912,3 qram olan, biri-biri ilə və üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin ilə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlər, 1 (bir) ədəd şəffaf rəngli polietilen bağlamanın içərisində təmiz çəkisi 480,7 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd üzərində heroinin və metamfetaminin izləri olan «SH-125» markalı elektron tərəzi aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək demişdir ki, özünə məxsus olan «Mersedes Panarama» markalı, **-EN-*** nömrə nişanlı avtomobil ilə Masallı-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 4 il əvvəl Astara rayonunda yerləşən Gömrük məntəqəsində tanış olduğu «Mehdi» adlı İran İslam Respublikasının vətəndaşı ilə «whatsapp» mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamışlar. Aralarında səmimi münasibətləri yaranmışdır. Bir müddət əvvəl «Mehdi» ona Astara-Ələt avtomobil yolunun Cəlilabad rayonu istiqamətindən keçən hissəsində bağlamada metamfetamin və heroin kütlələri qoyduracağını, həmin bağlamaları götürdükdən qısa bir müddət sonra onun deyəcəyi yerə aparıb qoyacağını və bu işin müqabilində isə 1500 manat ona pul verəcəyini demişdir. «Mehdi» ilə qabaqcadan razılaşmışdır. Buna görə də bir müddət əvvəl Mehdi ona «whatsapp» mobil tətbiqi vasitəsi ilə içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin bağlamaları, eləcə də elektron tərəzi olan bağlamanı qoydurduğu yerin «google map» vasitəsilə yerləşdiyi məkanın xəritəsini göndərmişdir. Dəqiq xatırlamadığı tarixdə axşam saatlarında özünə məxsus «Mersedes Panarama» markalı, **-EN-*** nömrə nişanlı avtomobil ilə həmin yerə, yəni Astara-Ələt avtomobil yolunun üzü Ələt qəsəbəsi istiqamətində Cəlilabad rayonu ərazisindən keçən hissəsində yolun 88-ci kilometrliyini keçdikdən sonra 89-cu kilometrliyinə çatmamış hissəsinə gedərək asfalt yolun kənarından yulğun ağacının arasında olan həmin bağlamanı oradan götürərək avtomobilinə qoymuşdur. Mehdi adlı şəxs «whatsapp» mobil tətbiqi vasitəsi ilə ona bağlamada olan psixotrop maddə metamfetamin və narkotik vasitə heroini götürməmişdən qabaq onlara aid mesaj, şəkil və digər şeylər göndərdikdən qısa müddət sonra həmin mesajları, şəkilləri, o cümlədən danışıqları silmişdir. Onlar «Mehdi» ilə ancaq «whatsapp» mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamışlar. Buna görə də mobil telefonunda onunla əlaqələrinə aid çox şeylər qalmamışdır. Bağlamanı götürdükdən sonra isə «Mehdi» bağlamanı saxlamağını və qısa müddət ərzində ona deyəcəyi yerə qoyacağını bildirmişdir. Həmin bağlamanı evə gətirərək evin ikinci mərtəbəsində taxta döşəmənin üzərinə qoymuşdur. Həmin otaqda yaşayış olmadığı üçün evdə kiminsə həmin otağa çıxacağını düşünməmişdir. Bundan sonra isə «Mehdi»dən həmin bağlamanı nə zaman təhvil verəcəyi ilə bağlı maraqlanmışdır. «Mehdi» isə bir qədər gözləməyini bildirmişdir. «Mehdi»nin saxladığı narkotik vasitə və psixotrop maddələri təhvil verəcəyi yerlə bağlı ona konkret bir söz demədiyini görüb sonuncu dəfə «Mehdi»yə səs göndərərək ona pul göndərməsini istəmişdir. «Mehdi» ona pulu göndərəcəyi halda o, ona hər hansı bir bankomat kartının şəklini göndərməli olmuşdur. Lakin «Mehdi» pul göndərəcəyini desə də ona hər hansı bir məbləğdə pul göndərməmişdir. 07 oktyabr 2023-cü il tarixdə özünə məxsus olan «Mersedes panarama» markalı, **-EN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Bakı şəhərinə müştəri aparmamış, Bakı şəhərinə çatdıqdan sonra Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində avtomobilini saxlayıb saat 13:00-da həmin küçədə piyada sağa-sola hərəkət edərək Masallı rayonuna gedən müştərilər axtaran zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər, orada yaşadığı evin yaşayış olmayan ikinci mərtəbəsində 3 kq-a yaxın olan psixotrop maddə metamfetamin, 500 qrama yaxın narkotik vasitə heroin və elektron tərəzi olduğunu etiraf etmişdir. Həmin vaxtı üzərində psixotrop maddə metamfetamin olmamışdır. Həmin metamfetamini polis əməkdaşları üzərinə qoymuşlar, o da polis əməkdaşlarının ona fiziki zor tətbiq etmələrindən ehtiyat edərək polis əməkdaşlarına etiraz etməmişdir. BNMİ-də hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. Əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinə polis əməkdaşları tərəfindən qoyulmuş 1 (bir) ədəd sellofan bükümdə olan metamfetamin kütləsini masanın üzərinə qoymuşdur. Bundan başqa şalvarının sağ yan cibindən ümumilikdə 42 (qırx iki) manat pul, arxa sol cibindən üzərində ***-***-**-** saylı sim kart nömrə olan mobil telefonu, şalvarının sol yan cibindən 1 (bir) ədəd yaşadığı evin açarını təqdim etmişdir. Təhqiqatçı ondan üzərində aşkar edilmiş 1 (bir) ədəd sellofan bükümdə olan kütlənin nə olmasını soruşmuş, həmin kütlənin metamfetamin olmasını bildirib əlavə suallara cavab olaraq həmin bükümü «Mehdi» adlı İran İslam Respublikasının vətəndaşının əvvəlcədən qoyduğu və mobil telefonla göndərdiyi xəritə ilə Masallı-Bakı avtomobil yolunun Cəlilabad rayonu istiqamətində keçən hissəsindən götürdüyünü, məqsədinin həmin psixotrop maddələri «Mehdi» adlı şəxsin sonradan ona deyəcəyi yerə qoyacağını, bunun müqabilində isə ona 1500 manat pul göndərəcəyini, əlavə olaraq yaşadığı Masallı rayonu, Seybətin kəndində yerləşən fərdi yaşayış evində də psixotrop maddə və narkotik vasitə saxladığını, üzərində olan metamfetaminin evdə saxladığı metamfetaminlərələ eyni olmasını bildirmişdir. Təhqiqatçı üzərindən aşkar edilmiş metamfetamini elektron tərəzidə çəkmiş və həmin metamfetaminin ümumi çəkisinin 4,84 qram olması müəyyən edilmişdir. Təhqiqatçı üzərindən aşkar edilmiş metamfetamin kütləsini zərfə qoyaraq qablaşdırmış və həmin zərfin üzəri tərəflərindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş ümumilikdə 42 manat pul və fərdi yaşayış evinin açarı ona qaytarılmışdır. Lakin mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti qurtardıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və protokolu imzaları ilə təsdiq etmişlər. Bundan sonra həmin tarixdə qeyd edilən proses iştirakçıları ilə birlikdə fərdi yaşayış evinə baxış keçirilməsi üçün onlar Masallı rayonu, Seybətin kəndinə gəlmişlər. Fərdi yaşayış evinin həyətinə daxil olduqdan sonra videoçəkiliş vasitəsi ilə yaşayış evinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı evin yaşayış olmayan ikinci mərtəbəsində düyü torabısının içərisində saxladığı 1 (bir) ədəd elektron tərəzini, 3 (üç) ədəd ayrı-ayrı bağlamada olan metamfetamin və (1) bir ədəd sellofan bağlamada olan heroin kütlələrini təqdim etmişdir. Təqdim edilən psixotrop maddə metamfetamin və heroin kütlələri təhqiqatçı tərəfindən bağlamaları kəsilməklə içərisi proses iştirakçılarına tədqim edilmişdir. Təhqiqatçı tərəfindən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilməyə başlanılmışdır. Bir ədəd bağlamada olan narkotik vasitə heroinin ümumi çəkisi 500 qram, üç ədəd bağlamada olan psixotrop maddə metamfetaminlərin ayrı-ayrılıqda çəkilərinin 994 qram, 958 qram və 998 qram olmaları müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən aşkar edilmiş psixotrop maddə metamfetamin kütlələri, narkotik vasitə heroin kütləsi və bir ədəd elektron tərəzi onları saxladığı düyü torbasına qoyularaq qablaşdırılmışdır. Aşkar edilmiş maddələri «Mehdi» adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə Cəlilabad rayonu ərzisindən götürdüyünü, məqsədinin həmin narkotik vasitə və psixotrop maddələri Mehdi adlı şəxsin sonradan ona deyəcəyi yerə qoymaq və bunun müqabilində isə ondan 1500 manat pul əldə etmək olmasını bildirmişdir. Polis əməkdaşları tərəfindən evin digər hissələrinə baxış keçirilsə də qanunla qadağan edilmiş başqa hər hansı bir əşya, predmet aşkar edilməmişdir. Baxış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və protokolu imzaları ilə təsdiq etmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə və psixotrop maddə metamfetamini hara qoyacağını bilməmiş, birinci dəfədir ki, narkotik vasitə və psixotrop maddə metamfetamin aparacaqdır. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin özünə məxsus olmamış, üzərinə həmin metamfetamini polis əməkdaşları qoyaraq götürmüşlər. Şahid1 onun üzərinə metamfetamin qoymamış, saxlanılan zaman üzəri yoxlanılmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iki azyaşlı uşağının olmasını, «İkinci Qarabağ» müharibəsində iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2711 nömrəli Sərəncamı ilə «Füzulinin azad olunmasına görə» medalı (№İ-17619), Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2712 nömrəli Sərəncamı ilə «Xocavəndin azad olunmasına görə» medalı (№İ-12108), Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2714 nömrəli Sərəncamı ilə «Cəbrayılın azad olunmasına görə» medalı (№İ-15993), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2023-cü il tarixli, 475 nömrəli Sərəncamı ilə «Vətən müharibəsi iştirakçısı» medalı (№İ-90084) almasını, ailə, maddi və sosial vəziyyəti, himayəsində olan qardaşı Ülvi Aslanovun «isterik nevroz, kəskin emosional-iradi pozğunluqlarla, debillik» diaqnozu ilə xəstə olmasını, anası X2 «iki tərəfli tez-tez kəskinləşən xroniki kalkulyoz pielonefrit. Hər iki böyrək ləyənin daşı və hidronefrozu. XBÇ-İıdər. Renal anemiya.nefrogen hipertoniya» diaqnozu ilə müddətsiz olaraq ikinci dərəcəli əlilliyinin olmasını, qardaşı uşağının xəstə olmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, pula ehtiyacı olduğu üçün 07 oktyabr 2023-cü il tarixdə özünə məxsus olan «Mersedes panarama» markalı, **-EN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Bakı şəhərinə müştəri aparmamışdan qabaq həmin tarixdə səhər saatlarında evdən çıxmamışdan qabaq pul əldə etmək məqsədi ilə Bakı şəhərində satmaq üçün «Mehdi» adlı İran İslam Respublikası vətəndaşının göndərdiyi bağlamada olan metamfetamin kütlələrinin üzərindən götürüb bir büküm halında düzəldərək cibinə qoymuşdur. Üzərində götürdüyü bir büküm halında olan metamfetaminlərdən münasib bir şəxs düşərsə satmağı fikirləşmişdir. Bakı şəhərinə çatdıqdan sonra Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində avtomobilini saxlayıb saat 13:00-da həmin küçədə piyada sağa-sola hərəkət edərək Masallı rayonuna gedən müştərilər axtaran zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə BNMİ-nə gəldikdən sonra ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra isə hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil Nizami Caniyevin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Bundan sonra təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. O da əynində olan tünd göy rəngli şalvarın sağ yan cibində saxladığı 1 (bir) ədəd sellofan bükümdə olan metamfetamin kütləsini masanın üzərinə qoymuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini tam şəkildə etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zorakılıq tətbiq edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərindən aşkar olunan psixotrop maddə metamfetaminin özünə məxsus olmaması barədə dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 ifadəsində bildirmişdir ki, 07 oktyabr 2023-cü il tarixdə Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olmaqla Masallı rayonu, Seybətin kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə qrup rəhbəri kimi ondan, qrup üzvü kimi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 07 oktyabr 2023-cü il tarixdə saat 13:00-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanın qarşısında piyada hərəkətdə olan zaman görüb ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim etmişlər və ona qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək dövriyyəsində şübhəli olmasını bildirmişlər. Tərəflərindən şəxs Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş və Təqsirləndirilən şəxs onların qanuni tələblərinə tabeçilik göstərərək onlarla birlikdə BNMİ-nə gəlmişdir. BNMİ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçının xidməti otağına dəvət etmişlər. Vəkil gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Keçirilən şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. Təqsirləndirilən şəxs isə əynində olan şalvarın sağ yan cibində saxladığı 1 (bir) ədəd sellofan bükümdə olan metamfetamin kütləsini masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmçinin şalvarının cibindən pul, mobil telefonu və 1 (bir) ədəd yaşadığı Masallı şəhəri Seybətin kəndində yerləşən evin açarını təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin metamfetamin olmasını bildirib əlavə suallara cavab olaraq həmin bükümü «Mehdi» adlı İran İslam Respublikasının vətəndaşının əvvəlcədən qoyduğu və mobil telefonla göndərdiyi xəritə ilə Masallı-Bakı avtomobil yolunun Cəlilabad rayonu istiqamətindən keçən hissəsindən götürdüyünü, məqsədinin həmin psixotrop maddələri «Mehdi» adlı şəxsin sonradan ona deyəcəyi yerə qoyacağını, bunun müqabilində isə «Mehdi» nin ona 1500 manat pul göndərəcəyini, əlavə olaraq yaşadığı Masallı rayonu, Seybətin kəndində yerləşən fərdi yaşayış evində də psixotrop maddə və narkotik vasitə saxladığını, üzərində olan metamfetaminin evdə saxladığı metamfetaminlərlə eyni olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamini elektron tərəzidə çəkmiş və həmin metamfetaminin ümumi çəkisinin 4 qramdan yuxarı olması müəyyən edilmişdir. Aşkar edilmiş metamfetamin kütləsini zərfə qoyaraq qablaşdırmış və həmin zərfin üzəri imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul və evin açarı sonuncuya geri qaytarılmışdır. Mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti qurtardıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və protokolu imzaları ilə təsdiq etmişlər. Bundan sonra həmin tarixdə təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin davamı olaraq proses iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilməsi üçün Masallı rayonu, Seybətin kəndinə gəlmişlər. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətinə daxil olduqdan sonra onun videoçəkiliş aparmağı ilə yaşayış evinə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs evin yaşayış olmayan ikinci mərtəbəsində düyü torbasının içərisində saxladığı 1 (bir) ədəd elektron tərəzini, 3 (üç) ədəd ayrı-ayrı bağlamada olan metamfetamin və (1) bir ədəd sellofan bağlamada olan heroin kütlələrini təqdim etmişdir. Təqdim edilən psixotrop maddə metamfetamin və heroin kütlələri təhqiqatçı tərəfindən bağlamaları kəsilməklə içərisi proses iştirakçılarına tədqim edilmişdir. Təhqiqatçı tərəfindən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilməyə başlanılmışdır. Bir ədəd bağlamada olan narkotik vasitə heroinin ümumi çəkisi 500 qram, üç ədəd bağlamada olan psixotrop maddə metamfetaminlərin ayrı-ayrılıqda çəkilərinin 994 qram, 958 qram və 998 qram olmaları müəyyən edilmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetamin kütlələri, narkotik vasitə heroin kütləsi və bir ədəd elektron tərəzi həmin düyü torbasına qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs eyni qaydada aşkar edilmiş maddələri «Mehdi» adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə Cəlilabad rayonu ərzisindən götürüyünü, məqsədinin həmin narkotik vasitə və psixotrop maddələri «Mehdi» adlı şəxsin sonradan ona deyəcəyi yerə qoymaq və bunun müqabilində isə ondan 1500 manat pul əldə etmək olmasını bildirmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövrüyəsi ilə məşğul olası barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs özü yaşadığı evdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını bildirmiş, yaşadığı evdə həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini təqdim etmişdir. Dindirilmiş şahid Daxili İşlər Nazirliyinin BNMİ-nin əməliyyat müvəkkili Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkarlandığını, tərəflərindən sonuncunun üzərinə psixotrop maddə metamfetamin qoyulmadığını bildirmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması haqqında» 08 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, 07 oktyabr 2023-cü il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Bakı şəhəri, Yasamal rayonu ərazisində həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu, Səmidxan kəndində daimi qeydiyyatda olmaqla Seybətin kəndində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında şübhəli olduğundan 07 oktyabr 2023-cü il tarixdə saat 13:00-da Bakı şəhəri, Yasamal rayonu H.B.ünvan 1 ünvanın qarşısında saxlanılaraq DİN-nin BNMİ-nə gətirilmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən 01 ədəd bükümdə təmiz çəkisi 3,960 qram təşkil edən pisxotrop maddə metamfetamin, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2023-cü il tarixdə Masallı şəhəri Seybətin kəndində yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı oradan bir ədəd bağlamanın içərisində 3 ədəd bağlamada, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 983,7 qram, 982,3 qram, 946,3 qram olan psixotrop maddə metamfetamin və bir ədəd bağlamada təmiz çəkisi 480,7 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülməsi ilə əlaqədar toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-50) -«şübhəli şəxsin tutulması haqqında» 07 oktyabr 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:40-da Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.21) -«şəxsi axtarış və götürmə aparılması haqqında» 07 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs metamfetaminə bənzər kütlənin çəkisi 4,84 qram olmuş, həmin psixotrop maddə metamfetamin qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş psixotrop maddənin özünə məxsus olduğunu, onu Mehdi adlı İran İslam Respublikasının vətəndaşının Masallı rayonundan Cəlilabad rayonu istiqamətində olan avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qoydurduğu yerdən götürdüyünü, yaşadığı evdə saxladığı narkotik vasitə və psixotrop maddə metamfetamini də həmin yerdən götürdüyünü, götürdüyü maddələri «Mehdi» adlı şəxsin ona bildirəcəyi yerə qoyacağını, gördüyü işin müqabilində «Mehdi» adlı şəxsin ona 1500 manat pul verəcəyini bildirmişdir. Masallı rayonu, Seybətin kəndində yerləşən fərdi yaşayış evində narkotik vasitə və psixotrop maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir.(i.v.30-32) -«evə baxış keçirilməsi və götürmə haqqında» 07 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Seybətin kəndində yerləşən fərdi yaşayış evinin təmirsiz olan ikinci mərtəbəsindən 07 oktyabr 2023-cü il tarixdə 1 ədəd bağlamanın içərisində olan 3 (üç) ədəd bağlamalarda ümumi çəkiləri 994 qram, 958 qram və 998 qram psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bağlamada ümumi çəkisi 500 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür.(i.v.35-37) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 08 oktyabr 2023-cü il tarixli, 3-16-16/2- 6/5249 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikasının DİN zərflər üçün №7 dairəvi möhür əksi və «...Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunmuş maddə; Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, müdafiəçi imza, Tərtib etdi: N.Osmanov-imza..» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 3,960 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikasının DİN zərflər üçün №7» dairəvi möhür əksi və «...Təqsirləndirilən şəxs oğlunun yaşadığı evdən aşkar olunmuş maddə; Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, müdafiəçi imza, Tərtib etdi: N.Osmanov-imza ..» yazı əlavəsi qeyd edilmiş bir ədəd bağlamada 1 (bir) ədəd şəffaf rəngli polietilen bağlamanın içərisində təmiz çəkisi-480,7 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; 03 (üç) ədəd bağlamalarda təmiz çəkiləri- 983,7 qram; 982,3 qram; 946,3 qram, ümumi təmiz çəkisi-2912,3 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 1 (bir) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəkilində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkisi 2916,2 qram olan metamfetaminlər xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eynidirlər.(i.v.45-49) -Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin 08 oktyabr 2023-cü il tarixli, 3-13-7/2-7996/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material aidiyyəti üzrə baxılıb prosessual qərar qəbul edilməsi üçün Masallı RPŞ-yə göndərilmişdir.(i.v.50) -«təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 08 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Masallı Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 4(050)- 104/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, aşkar olunmuş narkotik vasitə ona məxsus olmuşdur. İbtidai istintaq zamanı ona heç bir təzyiq olunmamışdır. Daimi yaşayış yerinin olmasını, istintaqın və məhkəmənin çağırışlarına vaxtında gələcəyini, 44 günlük «Vətən Müharibəsi» nin iştirakçısı olmaqla qazi olmasını, əməlindən səmimi peşman olmasını bildirib barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.(i.v.65-66, 83-85) -«əşyanın maddi sübut hesab edilməsi haqqında» 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş və keçirilmiş məhkəmə-fiziki kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 2915,8 qram qalmış psixotrop maddə metamfetamin, 480.6 qram qalmış narkotik vasitə heroin, üzərində heroinin və metamfetaminin izləri olan bir ədəd «SH-125» markalı elektron tərəzi maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir.(i.v.90-91) -«Lənkəran şəhər Psixiatriya Xəstəxanası»nın 17 oktyabr 2023-cü il tarixli, 10614 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda deyildir.(i.v.104) -«mobil telefona baxış keçirilməsi barədə» 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, 07 oktyabr 2023-cü il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən aşkar edilərək götürülmüş içərisində ***-***-**-** nömrə olan «Samusung» markalı mobil telefona keçirilən baxış zamanı mobil telefonun içərisində ***-***-**-** nömrə ilə iki «whatsapp» və «wa Business» mobil tətbiqlərinin işlədilməsi müəyyən edilmişdir. «whatsapp» mobil tətbiqinə daxil olduqdan sonra +98 914 *** **** nömrəyə «Mehdi» adı yazılmış şəxslə 06 oktyabr 2023-cü il tarixdə səs mesajlaşmasının olması müəyyən edilmişdir. Səs mesajlarına baxan zaman Təqsirləndirilən şəxs «Mehdi» adlı şəxsə səs mesajı göndərərək «qardaş nə var nə yox, işlərin güclərin salamatçılıqdı, evdə eşikdə nenirsən nağarırsan, puldan paradan yolluyardında mənə, pulum param yoxdu» ifadələrini işlətməsi, «Mehdi» adlı şəxsin isə «salam, salam necəsən canın başın yaxşısan? Sağol, sən də sağolasan, mən də kənddəyəm fırlanıram, bu günləri gözdərim üsdə axşam tərəfi vurram gələr, gözdərim üsdə» ifadəsini işlətməsi eyni zamanda Təqsirləndirilən şəxs həmin şəxsə müxtəlif vaxtlarda əlavə səs mesajları göndərərək «iş görəciyik bu günləri qardaş, yoxsa hələ bunu saxlayaq elə təziyə Allah qoysa qatıb verərik», «əgər ucuz-mucuz istiyirlərsə yəni tələsmək lazım deyil, bunu saxla təzə gələn partiyaya qataq verək də», «neyniyrsən qardaş, nə var nə yox, işlərin güclərin getdin kəntdən ya hələ kənddəsən» kimi ifadələr işlətməsi müəyyən edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs «iş görəciyik bu günləri qardaş, yoxsa hələ bunu saxlayaq elə təziyə Allah qoysa qatıb verərik», «əgər ucuz-mucuz istiyirlərsə yəni tələsmək lazım deyil, bunu saxla təzə gələn partiyaya qataq verək də» ifadələrinin aşkar edilmiş psixotrop maddə metamfetamin və narkotik vasitə heroin kütlələri ilə bağlı deməsini, buna səbəb isə Mehdi adlı şəxslə bir neçə gün əvvəl danışıqları zamanı ona verdiyi psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin keyfiyyətsiz olması, əlavə olaraq keyfiyyətli psixotrop maddə metamfetamin və narkotik vasitə heroin göndərəcəyini, göndərilən psixotrop maddə və narkotik vasitələri özündə saxladıqları ilə qatışdırdıqdan sonra münasib ünvana çatdırılmasını deməsi ilə bağlı olmasını bildirmişdir. «Wa Business» mobil tətbiqinə daxil olduqda isə əlavə olaraq «Mehdi 2» adı altında +98 914 *** **** telefon nömrəsinin olması müəyyən edildi. Təqsirləndirilən şəxs həmin nömrənin də «Mehdi» adlı İran islam Respublikasının vətəndaşına aid olmasını bildirmişdir.(i.v.105-107) -«əşyanın maddi sübut hesab edilməsi haqqında» 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş içərisində ***-***-**-** mobil nömrə olan «Samsung» markalı mobil telefon məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək maddi sübut kimi tanınaraq Masallı RPŞ-də, mobil telefona baxış zamanı aşkar edilmiş içərisində iş üçün xüsusi əhəmiyyət kəsb edən materiallar olan bir ədəd «DVD» disk isə сinayət işinin materiallarında saxlanılmışdır.(i.v.108-109) -«ambulator-məcburi narkoloji tibbi yoxlama»nın 19 oktyabr 2023-cü il tarixli, 972 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur.(i.v.119) -«Masallı Rayon Mərkəzi Xəstəxanası» X7 daxil olmuş 18 oktyabr 2023-cü il tarixli, 18-1-60/2-1228/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatdında durmur.(i.v.128) -Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsinin 23 noyabr 2023-cü il tarixli, 20/2-17090 nömrəli məktubdan görünür ki, +**********34 və +**********22 telefon nömrələri İran İslam Respublikasının mobil rabitə operatorlarına məxsusdur.(i.v.171) -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 5(004)- 1172/2023 nömrəli qərarından görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul olunmuş 07 oktyabr 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir.(i.v.172-173) -"xxxx" MMC-nin 28 noyabr 2023-cü il tarixli, 3-27-111/2-4448/2023 nömrəli məktubdan görünür ki, +**********34 və +**********22 telefon nömrələri «İran MCİ» İran İslam Respublikasının mobil şəbəkələrinə aiddir.(i.v.178) -«təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 08 dekabr 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olan bağlamaları və elektron tərəzi olan torbanı götürdüyü yeri göstərmişdir.(i.v.185-191) -«sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 09 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir.(i.v.192-210) -«cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 09 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və fərdi yaşayış evindən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin əldə edilmə mənbəyinin müəyyən edilməsi, Təqsirləndirilən şəxs tanışı, şəxsiyyəti istintaqa məlum olmayan İran islam Respublikası vətəndaşı «Mehdi» adlı şəxsin şəxsiyyətini, olduğu yeri və cinayət əməllərini ifşa etmək məqsədi ilə cinayət işindən Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır.(i.v.212-214) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 09 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək Cinayət Məcəlləsinin 32.3, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur.(i.v.218-219) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində ilə qabaqçadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən aşkar olunan 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 3,960 qram olan psixotrop maddə metamfetaminin özünə məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulmaqla götürülməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən heroin və metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və külli miqdarda narkotik vasitə heroin əldə edilməsi, saxlanılması və daşınması barədə istintaqa və məhkəməyə dəqiq məlum olmayan tarixdə və vaxtda şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Mehdi» adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdiyi razılığa əsasən «Mehdi» adlı şəxs 1 (bir) ədəd bağlamanın içərisində 3 (üç) ədəd bağlamada külli miqdarda-2916,2 qram psixotrop maddə metamfetamini və 1 (bir) ədəd bağlamada külli miqdarda-480,7 qram narkotik vasitə heroinin istintaqa və məhkəməyə dəqiq məlum olmayan tarixdə və vaxtda Astara-Ələt avtomobil yolunun 89-cu kilometrliyində, Cəlilabad rayonu ərazisindən keçən hissəsində asfalt yolun kənarında olan torpaq sahəsində bitən yulğun ağacının arasında gizlətməsini təmin edərək, bu barədə «whatsapp» mobil tətbiq proqramı vasitəsilə ona məlumat verdikdən sonra istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda özünə məxsus olan «Mersedes Panarama» markalı, **-EN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Masallı rayonu, Seybətin kəndindən Astara-Ələt avtomobil yolunun 89-cu kilometrliyinə, Cəlilabad rayonu ərazisindən keçən hissəsinə gedərək asfalt yolun kənarında gizlədilmiş 1 (bir) ədəd bağlamanın içərisində olan 3 (üç) ədəd bağlamada psixotrop maddə hesab edilən metamfetamini və 1 (bir) ədəd bağlamada narkotik vasitə hesab edilən heroini qeyd edilən avtomobil ilə Masallı şəhəri, Seybətin kəndində yerləşən fərdi yaşayış evinə gətirib həmin evin təmirsiz olan ikinci mərtəbəsində saxladıqdan sonra 07 oktyabr 2023-cü il tarixdə saxladığı külli miqdarda psixotrop maddə metamfetamin kütləsinin üzərindən satış məqsədilə bir büküm halında özü ilə götürüb Bakı şəhərinə apardıqdan sonra onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla cinayət törətməsi barədə məlumat almış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 oktyabr 2023-cü il tarixdə saat 13:00-da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 86 ünvanının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 3,960 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin gün saat 18:35-də əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Masallı şəhəri Seybətin küçəsində yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı evin yaşayış olmayan ikinci mərtəbəsindən ümumilikdə 1 (bir) ədəd düyü torbasının içərisində saxlanılan 3 (üç) ədəd bağlamalarda təmiz çəkiləri 983,7 qram, 982,3 qram, 946,3 qram, ümumi təmiz çəkisi 2912,3 qram olan, biri-biri ilə və üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin ilə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlər, 1 (bir) ədəd şəffaf rəngli polietilen bağlamanın içərisində təmiz çəkisi 480,7 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd üzərində heroinin və metamfetaminin izləri olan «SH-125» markalı elektron tərəzi aşkar edilərək qablaşdırılıb götürülməsi onun narkotik vasitələrin-psixotrop maddələrin satışı ilə məşğul olduğunu və onun qeyd edilən kütlələri satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 3,960 qram psixotrop maddə metamfetamin, Masallı şəhəri Seybətin küçəsində yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı evin yaşayış olmayan ikinci mərətbəsindən aşkar olunmuş külli miqadarda-2912,3 qram psixotrop maddə metamfetamin və 480,7 qram narkotik vasitə heroinə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən aşkar olunan 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 3,960 qram olan psixotrop maddə metamfetaminin özünə məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulmaqla götürülməsi barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X4 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 3,960 qram psixotrop maddə metamfetaminin özünə məxsus olması ilə bağlı verdiyi «etirafedici» ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiy ifadələrinin üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 3,960 qram psixotrop maddə metamfetaminin özünə məxsus olmaması ilə bağlı dediklərinin həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, o, məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və ona əlavə edilmiş videoçəkiliş, «evə baxış keçirilməsi və götürmə haqqında» protokol və ona əlavə edilmiş videoçəkiliş, «məhkəmə fiziki-kimyəvi ekspertizası»nın, «ambulator-məcburi narkoloji tibbi yoxlama»nın rəyləri, «mobil telefona baxış keçirilməsi barədə», «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» protokollar, Təqsirləndirilən şəxs üzərindən və fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş və keçirilmiş məhkəmə-fiziki kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2915,8 qram təşkil edən psixotrop maddə metamfetamin və 480.6 qram təşkil edən narkotik vasitə heroin, üzərində heroin və metamfetamin izləri olan bir ədəd «SH-125» markalı elektron tərəzi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 23 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v.125) -Masallı Rayon İcra Hakimiyyəti Başçısının Birinci Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 noyabr 2023-ci il tarixli, 694 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Birinci Səmidxan kəndində qeydiyyatda olmaqla ailə üzvüləri ilə birlikdə həmin ünvanda yaşayır, oğlu-26 noyabr 2010-cu il təvəllüdlü Kamal Aslanov, qızı-15 oktyabr 2013-cü il təvəllüdlü Yağmur Aslanova adlı azyaşlı uşaqları vardır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.143-144) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən «İkinci Qarabağ» müharibəsində iştirak etməsi, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2711 nömrəli Sərəncamı ilə «Füzulinin azad olunmasına görə» medalı (№İ-17619), Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2712 nömrəli Sərəncamı ilə «Xocavəndin azad olunmasına görə» medalı (№İ-12108), Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2714 nömrəli Sərəncamı ilə «Cəbrayılın azad olunmasına görə» medalı (№İ-15993), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2023-cü il tarixli, 475 nömrəli Sərəncamı ilə «Vətən müharibəsi iştirakçısı» medalı (№İ-90084) alması, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən hal, ailə, maddi və sosial vəziyyəti, himayəsində olan qardaşı Ülvi Aslanovun «isterik nevroz, kəskin emosionaliradi pozğunluqlarla, debillik» diaqnozu ilə xəstə olması, qardaşı uşağının xəstə olması, anası X2 «iki tərəfli tez-tez kəskinləşən xroniki kalkulyoz pielonefrit. Hər iki böyrək ləyənin daşı və hidronefrozu. XBÇ-İıdər.Renal anemiya.nefrogen hipertoniya» diaqnozu ilə müddətsiz olaraq ikinci dərəcəli əlilliyinin olması cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum еdilmiş şəхsə cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 07 oktyabr 2023-cü il tarixdən hesablanmalı və Masallı Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 4(050)-104/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. «Ambulator məcburi narkoloji tibbi yoxlama»nın rəyi nəzərə alınıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 92 (doxsan iki) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş və keçirilmiş məhkəmə-fiziki kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2915,8 qram təşkil edən psixotrop maddə metamfetamin və 480.6 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Masallı Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş içərisində ***-***-**-** mobil nömrə olan «Samsung» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ailə üzvlərinə qaytarılmalı, 4 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 07 oktyabr 2023-cü il tarixdən hesablansın. Masallı Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 4(050)-104/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş və keçirilmiş məhkəmə-fiziki kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2915,8 qram təşkil edən psixotrop maddə metamfetamin və 480.6 qram təşkil edən narkotik vasitə heroin, üzərində heroinin və metamfetaminin izləri olan bir ədəd «SH-125» markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş içərisində ***-***-**-** mobil nömrə olan «Samsung» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 4 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar