Məhkəmə qərarları › İş №1(099)-303/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-303/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-303/2022 22.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1994-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu, Göytəpə şəhəri, Savalan küçəsi, ev 02-də qeydiyyatda olmaqla Cəlilabad şəhəri, Cavanşir küçəsi, ev 17-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özünə məlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-4,995 qram narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından artıq miqdarda-0,651 qram psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb, daşıyaraq faktiki olaraq yaşadığı Cəlilabad şəhəri, Cavanşir küçəsi, ev 17 ünvanında olan fərdi yaşayış evinə aparmış, bundan sonra həmin maddələrin satışını realizə etmək üçün onları ayrı-ayrı bükümlərə qablaşdırıb bir hissəsini yaşadığı evdə saxlamaqla, digər hissəsini üzərində saxlayıb daşıyaraq 28 sentyabr 2021-ci il tarixdə, saat 19 radələrində Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən “dairə” adlanan ərazidə üzərində saxladığı bir bükümdə 3,7 qram heroini 20 (iyirmi) manata tanışı X1, 29 sentyabr 2021-ci il tarixdə, saat 00:30 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad şəhəri, Səttərxan küçəsində Ülvü Allahverdiyev saxlanılıb üzərində şəxsi axtarış zaman 3,7 qram heroin aşkar edilib götürülmüş, daha sonra daxil olmuş məlumat əsasında 29 sentyabr 2021-ci il tarixdə, saat 16 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Cəlilabad şəhəri, Cavanşir küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı yataq otağındakı çarpayının üzərində olan yataq dəstinin altından bir büküm 1,295 qram narkotik vasitə olan heroin və bir büküm 0,651 qram psixotrop maddə olan metamfetamin, habelə üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, heç bir yerdə işləməmiş və Cəlilabad rayonu, Göytəpə şəhəri, Savalan küçəsi, ev 02-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda onunla birlikdə anası və qardaşının ailəsi də yaşayır. Yaşdığı evdə, qohumları və tanışları onu “Vüsal” adı ilə çağırmış, həm də onu “Vüsal” adı ilə tanımışlar. Xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Narkotik maddələri tanımadığı şəxslərdən əldə edib istifadə etmişdir. Cəlilabad şəhər sakini Ülvü Allahverdiyevi uzun müddətdir ki, tanıyır, aralarında dostluq münasibəti vardır, Ülvü də narkotiklərdən istifadə edəndir. 28 sentyabr 2021-ci il tarixdə ad gün olmuş, həmin gün Ülvü ona zəng edib narkotik maddə istədiyini, lakin narkotik almağa pulu olmadığını demiş, o da Ülvüyə “narkotik tap pulunu mən verəcəm” demişdir. Həmin gün axşam saatlarında Ülvü onun yaşadığı ev (Cəlilabad şəhəri, Cavanşir küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinə) qonaq gəlmişdir. Sonra qərara gəlmişlər ki, heroin əldə edib birlikdə istifadə etsinlər. Özünün narkotik maddə satan tanışı olmadığından Ülvü narkotik satan tanışının olduğunu, heroin ala biləcəyini demiş, özü də narkotikin alınmasına görə pul verəcəyini Ülvüyə bildirmiş, Ülvü də razılaşmışdır. Sonra onlar birlikdə, Ülvünün idarə etdiyi “07” (VAZ-2107) markalı avtomobillə Cəlilabad şəhəri, Cavadxan küçəsinə getmişlər və o, narkotik maddə alması üçün Ülvüyə 20 manat pul vermişdir. Sonra Ülvü maşından düşüb harasa getmiş, az sonra Ülvü geri qayıdıb gəlmiş və heroin aldığını demişdir. Bundan sonra onlar birlikdə yenidən onun yaşadığı evə gəlmiş və evdə aldıqları heroini birlikdən istifadə etmişlər. Sonra Ülvü evdən çıxıb getmişdir. 28 sentyabr 2021-ci il tarixdə, gecə saatlarında yaşadıqları evdə ailə üzvləri ilə birlikdə olarkən, qapı döyülmüş, qapını döyən şəxslərin polis əməkdaşları olmalarını bilib qorxduqları üçün qapını açmamışlar. Sonra polis əməkdaşları evin pəncərəsini sındırıb evə daxil olub nəsə axtarmağa başlayıb evdə axtarış aparmışlar. Həmin vaxt qardaşına məxsus 1500 manat pulu xatırlamadığı polis əməkdaşı qardaşının arvadı Günelin çarpayısındakı yastığın altından götürmüşdür. Evdə və üzərində axtarış zamanı polis əməkdaşları heç bir narkotik maddə və ya başqa qadağan olunmuş əşyalar tapmamışlar. Sonra polis əməkdaşları onu tutub evin həyətinə düşürmüş, polislərin onu nəyə görə tutmasının səbəblərini bilməmiş, polislər də bu barədə ona heç nə deməmişdir. Evin həyətində polis əməkdaşları onu döymüş, sonra onu avtomobilə əyləşdirmiş, avtomobildə ondan başqa iki nəfər polis əməkdaşı olmuşdur. Həmin polis əməkdaşlarından biri avtomobili idarə etmiş, digəri isə arxa oturacaqda onun yanında əyləşmişdir. Sonra onlar Cavanşir küçəsi ilə Qurtuluş küçəsinin kəsişməsinə çatanda polislər avtomobili saxlamış, bundan sonra yanında oturan Elçin adlı polis əməkdaşı ona avtomobildən düşüb getməyini bildirmiş, o da avtomobildə düşüb oradan uzaqlaşmış, Cəlilabad rayonunda yaşayan xalasıgildə bir qaldıqdan sonra Bakı şəhərinə getmiş və 5 ay Bakı şəhərində qalmışdır. 13 fevral 2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhərində, Neftçilər metrostansiyasının yaxınlığında olarkən polis əməkdaşları ona tutub əlini qandalla bağlayıb avtomobilə mindirib Cəlilabad RPŞ-ə gətirilmişdir. Yolda gələrkən qandal qolunu kəsdiyi üçün polis əməkdaşlarına qandalı boşaltmalarını bildirdikdə Səbuhi adlı polis əməkdaşı onun başına yumruqla vurmuş, zərbədən başı ağırsa da, xəsarət almamışdır. Cəlilabad RPŞ-də vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində narkotik maddə və ya hər hansı qadağan olunmuş əşyalar aşkar edilməmişdir. Həmin vaxt nəyə görə tutulduğunu bilməmiş, sonra Ülvünin narkotiklə bağlı tutulması ona deyiləndə başa düşmüşdür ki, narkotikə görə tutulmuşdur. Daha sonra dindirilərkən ona məlum olmuşdur ki, polis əməkdaşları onun yaşadığı Cəlilabad şəhəri, Cavanşir küçəsi, ev 17 ünvanına getmiş və evindən narkotik maddələr, bir ədəd qandal və bir ədəd elektron tərəzini aşkar edib götürmüşlər. Əslində isə evində aşkar olunmuş narkotik maddələr, bir ədəd qandal və bir ədəd elektron tərəzi ona məxsus deyil, həmin əşyaları və narkotik maddələri evinə polis əməkdaşları qoymuşdur. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları onu tutub buraxıldıqdan və o, Bakı şəhərinə getdikdən sonra həmin gün (29 sentyabr 2021-ci il tarixdə) polis əməkdaşları 2-ci dəfə onun yaşadığı evə (Cəlilabad şəhəri, Cavanşir küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinə) gedib evə qanunsuz olaraq girib axtarış aparmış və axtarış zamanı özləri ilə evə gətirdikləri narkotik maddələri, bir ədəd qandalı və bir ədəd elektron tərəzini yatdığı otaqdakı çarpayıda olan yataq dəstinin altına qoymuş, sonra da özləri oradan həmin narkotik maddələri, bir ədəd qandalı və bir ədəd elektron tərəzini götürmüşlər. Polis əməkdaşları tərəfindən narkotik maddələrin və digər əşyaların çarpayıda olan yataq dəstinin altına qoyulmasını həmin vaxt evdə olmuş qardaşının arvadı Günelin anası Mehparə görmüş, həmçinin bacısının əri Rafiqin də həmin vaxt evdə olmuş və onun da bunlardan məlumatı vardır. O, tanışı Ülvüyə heroin satmamış, həmçinin yaşadığı evdə aşkar olunmuş narkotik maddələr, bir ədəd qandal və bir ədəd elektron tərəzi ona məxsus deyil, bununla bağlı ona verilmiş ittihamı qəbul etmir. O, heç bir cinayət əməli törətməmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 14 fevral 2022-ci il tarixli ifadəsində göstərmişdir ki, o, Cəlilabad şəhər sakini Ülvü Allahverdiyevi uzun müddətdir ki, tanıyır, onunla əvvəllər heç bir ədavət və düşmənçiliyi yoxdur. Təxminən 2 ildir ki, narkotik vasitələrin istifadə etməyə başlamışdır. 13 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində Cəlilabad şəhəri, Azərbaycan küçəsi ilə piyada hərəkət edərkən yolun kənarında bir ədəd sellofan torba görmüş, torba diqqətini cəlb etdiyi üçün torbanı götürüb baxdıqda torbanın içərisində bir büküm heroin, bir büküm metamfetamin və bir ədəd qandalın olmasını görmüşdür. Narkotik vasitə istifadəçisi olduğu üçün, həm də qandal ona maraqlı olduğundan onları götürmüş torbanı isə küçəyə atmışdır. Sonra yaşadığı Cəlilabad şəhəri, Cavanşir küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinə getmiş, bir büküm heroin, bir büküm metamfetamin və bir ədəd qandalı yatdığı otaqda çarpayının üzərindəki yataq dəstinin altında gizlətmişdir. O, bir neçə dəfə həmin narkotik vasitələrdən istifadə etmişdir. Maddi imkanı zəif olduğu üçün həmin narkotik vasitələrin müəyyən miqdarını istifadə etmək, qalan hissəsini isə satmaq qərarına gəlmişdir. Təxminən bir gün sonra Cəlilabad şəhərində xatırlamadığı dükanların birindən elektron tərəzi almış, həmin tərəzini də yatdığı çarpayıdakı yataq dəstinin altında narkotik vasitələrin yanında gizlətmişdir. Yerdən tapdığı heroindən bir neçə dəfə tanışı Ülvü Allahverdiyevə satmışdır. Sonuncu dəfə 28 sentyabr 2021-ci il tarixdə, saat 19 radələrində Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən “dairə” adlanan ərazidə təsadüfən Ülvü ilə rastlaşmış, Ülvü ağrıları olduğunu bildirib ondan narkotik vasitə istəmişdir. Həmin vaxt üzərində satmaq məqsədi ilə saxladığı bir bükümdə təxminən 4 qrama yaxın heroin olmuş və həmin heroini Ülvüyə 20 manata satmışdır. Sonradan eşitmişdir ki, polis əməkdaşları tərəfindən Ülvü narkotiklə bağlı tutulmuşdur. Bundan sonra o, polis əməkdaşları tərəfindən məsuliyyətə cəlb ediləcəyindən qorxduğu üçün Bakı şəhərinə qaçmış və müxtəlif yerlərdə qalıb gizlənmişdir. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları onun yaşadığı Cəlilabad şəhəri, Cavanşir küçəsi, ev 17 ünvanına getmiş və ona məxsus narkotik vasitələr, bir ədəd qandal və bir ədəd elektron tərəzini aşkar edib götürmüşlər. 13 fevral 2022-ci il tarixdə Bakı şəhərində polis əməkdaşları onu tutub Cəlilabad RPŞ-ə gətirmişlər. Şöbədə vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş, üzərində narkotik vasitə və qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs əlavə verdiyi 19 mart 2022-ci il tarixli ifadəsində göstərmişdir ki, 28 sentyabr 2021-ci il tarixdə onun ad gün olmuş, həmin gün saat 18 radələrində dostu Ülvü yaşadığı evə qonaq gəlmişdir. Əvvəllər də bir yerdə narkotik vasitə qəbul etdikləri üçün qərara gəlmişlər ki, heroin əldə edib birlikdə istifadə etsinlər. Özünün narkotik maddə satan tanışı olmadığından Ülvü narkotik satan tanışının olduğunu, heroin ala biləcəyini demiş, özü də narkotikin alınmasına görə pul verəcəyini Ülvüyə bildirmiş, Ülvü də razılaşmışdır. Sonra onlar birlikdə, Ülvünün idarə etdiyi VAZ-2107 markalı avtomobillə Cəlilabad şəhəri, Cavadxan küçəsinə getmişlər. Həmin vaxt Ülvü avtomobilinə onun verdiyi 5 manata yanacaq vurmuş, həmçinin o, narkotik maddə alması üçün Ülvüyə 20 manat pul vermişdir. Cavadxan küçəsində yerləşən qəbiristanlığın yanında Ülvü avtomibili yolun kənarında saxlayıb ona maşında gözləməsini deyib maşından düşüb harasa getmiş, bir neçə dəqiqə sonra Ülvü geri qayıdıb gəlmiş və 2 büküm heroin aldığını demişdir. Sonra onlar birlikdə yenidən onun yaşadığı evə gəlmiş və evdə aldıqları 2 büküm heroindən 1 bükümü tam, 2-ci bükümdən isə az miqdarda istifadə etmişlər. 2-ci bükümdə qalan az miqdarda heroini Ülvü götürüb cibinə qoyub axşam ağrısı olanda istifadə edəcəyini demiş, o da heç bir soz deməmişdir. Sonra Ülvü evdən çıxıb getmişdir. 29 sentyabr 2021-ci il tarixdə, gecə saat 01 radələrində ailə üzvləri ilə evdə olarkən qapı döyülmüş, qapını döyən şəxslərin polis əməkdaşları olmalarını bilsələr də, onlarda qorxu hissə olduğundan qapını açmamışlar. Sonra polis əməkdaşları evin pəncərəsini sındırıb evə daxil olub evdə axtarış edib nəsə axtarmağa başlamışlar. Həmin vaxt qardaşı Mirsadıqa məxsus 1500 manat pulu xatırlamadığı polis əməkdaşı qardaşının arvadı Günelin çarpayısındakı yastığın altından götürmüşdür. Həmçinin həmin polis əməkdaşı çarpayının yanındakı rəfdən 2 ədəd mobil telefonu da götürmüşdür. Evə baxış zamanı, həm də onun üzərində axtarış zamanı polis əməkdaşları heç bir narkotik maddə və ya başqa qadağan olunmuş əşyalar tapmamışlar. Sonra polis əməkdaşları onu tutub evin həyətinə düşürmüş, polislərin onu nəyə görə tutmasının səbəbini bilməmiş, polislər də bu barədə ona heç nə deməmişdir. Evin həyətində polis əməkdaşları onu döymüş, sonra onu avtomobilə əyləşdirmiş, avtomobildə ondan başqa 2 nəfər polis əməkdaşı olmuşdur. Həmin polis əməkdaşlarından biri avtomobili idarə etmiş, digəri isə arxa oturacaqda onun yanında əyləşmişdir. Sonra onlar Cavanşir küçəsi ilə Qurtuluş küçəsinin kəsişməsinə çatanda polislər avtomobili saxlamış, bundan sonra yanında oturan Elçin adlı polis əməkdaşı ona avtomobildən düşüb getməyini bildirmiş, o da avtomobildən düşüb oradan uzaqlaşmış, sonra Bakı şəhərinə getmişdir. 13 fevral 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulub Cəlilabad RPŞ-nə gətirilmişdir. Yolda gələrkən qandal qolunu kəsdiyi üçün polis əməkdaşlarına qandalı boşaltmağını bildirdikdə Səbuhi adlı polis əməkdaşı onun başına yumruqla vurub xəsarət yetirmişdir. Cəlilabad RPŞ-də müdafiçinin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış, üzərində narkotik maddə və ya qadağan olunmuş əşyalar aşkar edilməmişdir. Bundan sonra ifadə verərkən narkotik vasitənin təsiri altında olmuş, həmin vaxt necə ifadə verdiyini xatırlamır. Hətta üzərində şəxsi axtarış keçirilməzdən əvvəl müdafiəçi onun vəziyyətini görərək narkotik vasitənin təsiri altında olub-olmadığını soruşmuş, o da başı ilə “hə” deyə cavab vermiş, müdafiəçisi şəxsi axtarışdan sonra otağı tərk etmiş, bundan sonra o, müdafiəçisi olmadan ifadə vermişdir. Həmin vaxt özündə olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə üzərində, o cümlədən Ülvü Allahverdiyevin üzərində şəxsi axtarışın, eləcə də evə baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 14 fevral 2022-ci il tarixli ifadəsininin işin mahiyyəti üzrə olan hissəsini təsdiq etmədiyini, 19 mart 2022-ci il tarixli ifadəsini təsdiq etdiyini bildirib əlavə ifadəsində göstərmişdir ki, 13 fevral 2022-ci il tarixdə tutulduqdan sonra ifadə verərkən o, özündə olmamış, vəkili yanında olsa da, nə dediyini bilməmiş və narkotik maddənin təsiri altında olduğundan necə ifadə verdiyini isə xatırlamır. Həmçinin ifadə verməyə başlayarkən müdafiəçi otaqdan çıxıb getmiş, dindirmə zamanı müdafiəçi onun yanında olmamış, dindirmə başa çatandan sonra müdəfiəçi otağa qayıtmışdır. Ona görə də həmin ifadəsini təsdiq etmir. Həmçinin o, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı zoraklıq halları olmuşdur. O, tanışı Ülvüyə heroin satmamış, üzləşmə zamanı da Ülvü narkotik maddəni ondan almadığını demişdir. Yaşadığı evdə aşkar olunmuş narkotik maddələr, bir ədəd qandal və bir ədəd elektron tərəzi ona məxsus deyil, həmin narkotik maddələri, qandalı və elektron tərəzini evinə polis əməkdaşları qoymuşdur. O, verilmiş ittihamı qəbul etmir, heç bir cinayət əməli törətmədiyinə görə ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin əməkdaşıdır. 29 sentyabr 2021-ci il tarixdə icraatına Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı Həbib Nəsirov tərəfindən verilmiş əməliyyat tapşırığı daxil olmuşdur. Həmin tapşırığın icrası ilə əlaqədar Cəlilabad şəhər sakini Ülvü Allahverdiyevə narkotik maddə satan “Vüsal” adlı şəxsin Cəlilabad şəhəri, Cavanşir küçəsi, ev 17 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 29 sentyabr 2021-ci il tarixdə, günorta saatlarında təhqiqatçı Həbib Nəsirov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə (Cəlilabad şəhəri, Cavanşir küçəsi, ev 17 ünvanına) baxışın keçirilməsində iştirak etmişdir. Baxış zamanı videoçəkiliş də olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə olmamış, lakin evdə onun qohumları olan iki qadın olmuşdur. Həmin qadınlardan biri Fəraqinin qardaşının arvadı Günel adlı qadın, digər qadın isə Günelin anası Mehparə adlı qadın olmuşdur. Təhqiqatçı tərəfindən evə baxışın keçirilməsinə etrazı olmamasına dair ərizə alındıqdan sonra evə baxış keçirilmişdir. Baxış zamanı xəstə olduğunu bildirən Günel adlı qadın iştirak etməmiş, lakin Mehparə adlı qadın iştirak etmişdir. Evə baxış zamanı Təqsirləndirilən şəxs aid olması deyilən otaqdakı çarpayının üzərində olan yataq dəstinin altından iki ədəd büküm, bir ədəd elektron tərəzi və bir ədəd qandala oxşar dəmir predmet götürülmüşdür. Götürülmüş bükümlərin içərisində heroin və metamfetaminə oxşar kütlələr olmuşdur. Sonra həmin kütlələr və əşyalar qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, bundan sonra protokol tərtib olunmuşdur. Baxış zamanı hər hanşı şikayət və ya narazılıq daxil olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti vəzifəsində işləyir. Cəlilabad şəhər sakinləri Ülvü Allahverdiyevi və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 29 sentyabr 2021-ci il tarixdə, günorta saatlarında Cəlilabad RPŞ-də təhqiqatçı Həbib Nəsirov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Ülvü Allahverdiyevin üzərində şəxsi axtarışın keçirilməsində iştirak etmiş və axtarış zamanı videoçəkiliş onun tərəfindən aparılmışdır. Axtarış zamanı Ülvü Allahverdiyevin üzərindən bir ədəd bükümdə narkotik maddə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Ülvü Allahverdiyev aşkar olunan heroini Cəlilabad şəhər sakini “Vüsal” adlı şəxsdən aldığını demişdir. Sonra aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, bundan sonra protokol tərtib olunmuşdur. Daha sonra o, axtarış zamanı aparılmış videoçəkilişi bir ədəd diskə köçürüb təhqiqatçıya təqdim etmişdir. Həmin gün saat 15 radələrində sonradan adını bildiyi Fəraqi adlı şəxsin (Təqsirləndirilən şəxs) yaşadığı həyət evinə (Cəlilabad şəhəri, Cavanşir küçəsi, ev 17) baxışın keçirilməsində videoçəkilişin aparmaqla iştirak etmişdir. Həmin ünvanda baxış təhqiqatçı Həbib Nəsirov tərəfindən aparılmışdır. Baxış keçirilən evdə iki nəfər qadından başqa heç kim olmamış, onlar baxışın keçirilməsinə etiraz etməmiş, həmin qadınlardan biri xəstə olduğu üçün baxışda iştirak etməmiş, digər qadın isə baxışda iştirak etmişdir. Evə baxış zamanı yataq otağındakı çarpayının üzərində olan yataq dəstinin altından iki büküm, həmin bükümlərin içərisində narkotik maddələrə oxşar kütlələr, bir ədəd elektron tərəzi və bir ədəd dəmir qandal aşkar edilib götürülmüşdür. Aşkar edilmiş kütlələr, tərəzi və qandal qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, bundan sonra protokol tərtib olunmuşdur. Daha sonra o, baxışla bağlı çəkdiyi videoçəkilişi bir ədəd diskə köçürüb təhqiqatçıya təqdim etmişdir. Baxış zamanı şikayət və narazılıq olmamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, əvvəllər Cəlilabad RPŞ-nin PPX-də polis nəfəri işləmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 29 sentyabr 2021-ci il tarixdə təhqiqatçı və başqa polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, həmin vaxt Fəraqi evdə olmamış, lakin evdə iki nəfər tanımadığı qadınlar olmuşdur. Sonra həmin qadınlardan birinin-yaşlı qadının iştirakı ilə evə videoçəkilişlə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı evdən-otaqdakı çarpayının üzərində olan yataq dəstinin altından bükümlərdə narkotik maddələr, bir ədəd elektron tərəzi və bir ədəd dəmir qandal aşkar edilib götürülmüşdür. Baxışla bağlı evdə olan qadınların hər hansı şikayəti və ya narazılığı olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evə 28 sentyabr 2021-ci il tarixdə getməmiş, həmin gün Təqsirləndirilən şəxs görməmiş, tanımamış, onu tutmamış və sonradan onun tutulmasında iştirak etməmiş, həmçinin Təqsirləndirilən şəxs tutulandan sonra küçədə onun (Şahid3) Fəraqini buraxması barədə deyilənlər də tam yalandır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, qızı Şahid7 Fəraqinin qardaşı arvadıdır. Həm qızının ailəsi, həm də Fəraqi bir evdə (Cəlilabad şəhəri, Cavanşir küçəsi, ev 17 ünvanında) yaşayırlar. Fəraqini camaat “Vüsal” kimi tanıyır, Fəraqinin Vüsal adında qardaşı olmuş və o, rəhmətə getdiyi üçün onun xatirinə Fəraqiyə “Vüsal” deyib müraciət edirlər. 28 sentyabr 2021-ci il tarixdə o, Fəraqigildə olmamış, Bakı şəhərində evində olmuşdur. Həmin gün qızı Günel ona zəng vurub polislərin gecə evlərinə gəldiyini deyəndən sonra o, Cəlilabad rayonuna getmişdir. Qızının dediyinə görə 28 sentyabr 2021-ci ildə Fəraqinin ad günü gecəsi polislər evə gəlmiş, həmin vaxt evdə qızı Günel və Fəraqidən başqa şəxslər olmamışdır. Polislər gecə vaxtı pəncərəni sındırıb evə daxil olub evdən qızına məxsus 1500 manat pul götürmüşlər, lakin onlar bununla bağlı şikayət etməmişlər. Qızının zəngindən sonra o, Bakıdan çıxıb Cəlilabad rayonuna gəlmiş, yolda olarkən polisin “102” xidmətinə və baş prokurorluğa zəng edib şikayətlər etmişdir. İkinci dəfə, yəni 29 sentyabr 2021-ci il tarixdə polislər evə gələndə o, Fəraqigildə olmuş, polislər ona qapını açmasını, çəkiliş olacağını bildirmiş, o da etiraz etməmişdir. Həmin vaxt evdə özü, qızı Günel və Fəraqinin bacısının əri Rafiq olmuş, lakin Fəraqi evdə olmamışdır. Həmin vaxt evə baxış keçirilməsi ilə bağlı polislər ondan ərizə götürmüş, yəni polislər ona qızının adından ərizə yazdırmışlar. Evdə işıqlar söndürüləndən sonra bir nəfər polis geyimli şəxs cibindən iki ədəd büküm çıxarıb Fəraqinin yatdığı yerdə yorğanın altına qoymuş, sonra videoçəkilişlə evdə axtarış aparılmışdır. Polislər axtarış apararkən özü da onların yanında olmuş, qızı Günel xəstə olduğu üçün başqa otaqda olmuşdur. Polislər evə gələndə işıqlar yanmamış, lampa olsa da, evdə işıqlar yandırılmamışdır. Evdə dəmir qandal və elektron tərəzinin tapılmasını görməmişdir. İbtidai istintaq zamanı Şahid4 məhkəmədə verdiyi ifadəsinə ümumən uyğun (müəyyən ziddiyyətli hallar nəzərə alınmaqla) ifadə vermiş, eyni zamanda həmin ifadəsində göstərmişdir ki, 29 sentyabr 2021-ci il tarixdə o, qızı Günelgilə qonaq getmişdir. Həmin vaxt Cəlilabad RPŞ-nin əməkdaşları evə gəlib Fəraqinin evdə narkotik və psixotrop maddələr gizlətməsi şübhəsi olduğundan evə baxış keçiriləcəklərini bildirmişlər. Qızı Günel evə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə vermiş, lakin qızının səhhətində problem yarandığına və evdə başqa heç kim olmadığına görə evə baxışın keçirilməsində iştirak etməmiş, özü isə həmin baxışda iştirak etmişdir. Evə baxış zamanı polis əməkdaşları Fəraqinin yatdığı otağındakı çarpayının üstündə olan yataq dəstinin altından iki bükümdə narkotik və psixotrop maddələrə oxşar kütlələr, bir ədəd elektron tərəzi və bir ədəd dəmir qandal aşkar edib götürmüşlər. Sonra baxışla bağlı protokol tərtib olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq etdiyini və hazırda məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. İşdə olan, Cəlilabad RPŞ-nin əməkdaşının 29 sentyabr 2021-ci il tarixli “Raport”unun surəti ilə müəyyən olunur ki, həmin gün saat 00:30-da Cəlilabad şəhəri, Səttərxan küçəsində xidmət aparan Cəlilabad RPŞ-nin PPX-nin əməkdaşları bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb həmin şəxsi saxlayıb polis şöbəsinə gətirmiş, şöbədə saxlanılan şəxsin Cəlilabad şəhər sakini X6 olması müəyyən edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 29 sentyabr 2021-ci il tarixli protokolun surəti ilə müəyyən olunur ki, həmin tarixdə Cəlilabad RPŞ-də təhqiqatçı Həbib Nəsirov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə X3 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Ülvü Allahverdiyev bir ədəd bükümü şalvarının cibindən çıxarıb təqdim etmiş, həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Ülvü Allahverdiyev həmin heroini Cəlilabad şəhərində “Vüsal” adlı şəxsdən 20 manata aldığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüş və şəxsi axtarış zamanı aparılmış videoçəkliş 01 ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 30 sentyabr 2021-ci il tarixli, 19/980 №li rəyin surəti ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “X3 üzərindən aşkar olunmuş kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi-3,7 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İşdə olan, Cəlilabad RPŞ-nin əməkdaşının 29 sentyabr 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X4 narkotik vasitə satmış “Vüsal” adlı şəxsin Cəlilabad şəhəri, Cavanşir küçəsi, ev 17-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İşdə olan, “Evə baxış keçirilməsi və götürmə barədə” 29 sentyabr 2021-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə təhqiqatçı Həbib Nəsirov tərəfindən baxış keçiriləcək evdə olan Şahid4 iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Cəlilabad şəhəri, Cavanşir küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs aid otaqdakı çarpayının üzərində olan yataq dəstinin altında bir ədəd ağ kağıza bükülmüş halda narkotik vasitə olan heroinə bənzər kütlə, bir ədəd işlək vəziyyətdə elektron tərəzi, bir ədəd xüsusi vasitə qandala bənzər dəmir predmet və bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və digər əşyalar-elektron tərəzi və qandala oxşar dəmir predmet qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Baxış zamanı aparılmış videoçəkliş 01 ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 30 sentyabr 2021-ci il tarixli, 19/982 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş kütlələr ....” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi-1,295 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi-0,651 qram olan ağ rəngli kristal formada olan maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş elektron tərəzi ...” sözlər və imzalar olan bir ədəd zərf açdıqda, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş kütlələr ...” və “X4 məxsus heroin Rəy № 19/980 ...” sözlər və imzalar olan 2 ədəd zərflərdəki heroinlər kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 1,245 qram, qalıq metamfetamin 0,601 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 15 oktyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 3,65 qram və 1,245 qram heroin, 0,601 qram metamfetamin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmışdır. Həmin maddi sübutlar (3,65 qram heroin Ülvi Allahverdiyevin barəsində olan cinayət işi üzrə də maddi sübut olması nəzərə alınmaqla) saxlanılası üçün Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarış və baxış zamanı aparılmış videoçəkilişlərin yazıldığı 02 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi, cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış işin icraata qəbul edilməsi haqqında” 05 dekabr 2021-ci il tarixli qərarla (Ülvü Allahverdiyevin barəsində olan cinayət işi üzrə) müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunub götürülmüş bir ədəd xüsusi vasitə hesab olunan qandal Cəlilabad RPŞ-nin xüsusi vasitələrin saxlanma otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 14 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmədi. İşdə olan, “Sübutların qiymətləndirilməsi, cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış işin icraata qəbul edilməsi haqqında” 23 mart 2022-ci il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələri əldə etmə mənbəyi barəsində CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 aprel 2022-ci il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən ona qarşı təzyiq və zorakılıq halları olması barədə cinayət işindən ayrılmış material üzrə Cəlilabad rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı təzyiq və zorakılıq halların olması təsdiq olunmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli hökmünün surəti ilə məyyən edilir ki, X6 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cazasına məhkum edilmişdir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair 08 yanvar 2020-ci il tarixli Qərarında izah edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ülvü Allahverdiyevin barəsində olan Lənkəran Ağır Cinayətlərə Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli hökmü qanuni qüvvəyə minmiş və bu hökmlə müəyyən olunmuş hallar və sübutlar Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə olan faktiki hallara uyğun olmaqla həmin hallar hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla bir daha təsdiq olunduğundan bu hökmlə müəyyən edilmiş hallar, o cümələdən narkotik maddənin Təqsirləndirilən şəxs alınmasına dair hallar üzrə olan sübutlar hazırki iş üzrə də qəbul edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Eyni zamanda məhkəmə cinayət təqibi orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilməsi üçün qəbul edilmiş sübutları, eləcə də müdafiə tərəfinin əsaslandığı sübutları tədqiq edib həmin sübutlara hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bu baxımdan məhkəmə ilkin olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi 14 fevral 2022-ci il tarixli ifadəsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şahidlərin, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid6 ifadələri, həmçinin Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən “Şəxsi axtarış və götürmə barədə” və “Evə baxış keçirilməsi və götürmə barədə” (bundan sonra şəxsi axtarış və baxış) 29 sentyabr 2021-ci il tarixli protokollar və videoçəkilişlərlə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı (19 mart 2022-ci il tarixli) işin mahiyyəti üzrə verdiyi ifadələri (tanışı Ülvü Allahverdiyevə narkotik maddə satmaması, yaşadığı evdə aşkar olunmuş narkotik maddələr, bir ədəd qandal və bir ədəd elektron tərəzinin ona məxsus olmaması, həmin narkotik maddələri, qandalı və elektron tərəzini evinə polis əməkdaşının qoyması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olması, tutulduqdan sonra ifadə verərkən (14 fevral 2022-ci il tarixdə) müdafiəçinin yanında olmaması və müdafiçinin iştirakı olmadan, həm də narkotikin təsiri altında ifadə verməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması və ümumiyyətlə heç bir cinayət əməli törətməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi 19 mart 2022-ci il tarixli ifadələrində göstərdiyi xüsusatlar, yəni tanışı Ülvü Allahverdiyevə narkotik maddə satmaması, yaşadığı evdə aşkar olunmuş narkotik maddələr, bir ədəd qandal və bir ədəd elektron tərəzinin ona məxsus olmaması, həmin narkotik maddələri, qandalı və elektron tərəzini evinə bir nəfər polis əməkdaşının qoyması, birinci dəfə 28 sentyabr 2021-ci il tarixdə tutulduqdan sonra yolda Elçin adlı polis əməkdaşı tərəfindən buraxılması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olması, həmçinin birinci dəfə (14 fevral 2022-ci il tarixdə) ifadə verərkən müdafiəçinin yanında olmaması və müdafiçinin iştirakı olmadan, həm də narkotikin təsiri altında olmaqla ifadə verməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması və ümumiyyətlə heç bir cinayət əməli törətməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid6 ifadələri, həmçinin Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi, maddi sübutlar, ekspertiza rəyləri, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 aprel 2022-ci il tarixli qərarın surəti, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarış və baxış keçirilərkən aparılmış videoçəkilişlərlə (videofaylarda həmin videoçəkilişlərin tarixi “xx.xx.2021” göstərilir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 14 fevral 2022-ci il tarixli ifadəsi ilə (həmin ifadəsində o, tanışı Ülvü Allahverdiyevə 20 manata narkotik maddə satmasını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə müdafiə tərəfinin fikrincə Təqsirləndirilən şəxs tutulduqdan sonra müdafiəçinin iştirakı olmadan verdiyi 14 fevral 2022-ci il tarixli ifadəsi sübut kimi qəbul edilməməlidir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs 13 fevral 2022-ci il tarixdə tutulmuş və həmin vaxt müdafiçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. 14 fevral 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə dindirilmişdir. İş üzrə tərtib olunmuş çoxsaylı sənədlərlə (“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarın elan olunması barədə qeyd, bildiriş, ayrı-ayrı protokollar və s.), o cümlədən müdafiəçinin 18 mart 2022-ci il tarixli vəsatəti ilə (həmin vasatətdə müdafiəçi təqsirləndirilən şəxsə teztələsik ittiham verilərək özünün iştirakı ilə (14 fevral 2022-ci il tarixdə) dindirildiyini göstərməklə təqsirləndirilən şəxsin təkrar dindirilməsini xahiş etmişdir), müəyyən edilir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə dindirilmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin müdafiəçi olmadan dindirilməsini dair fikirlərini əsassız hesab edərək Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixli ifadəsi iş üzrə tədqiq olunmuş sübutlarla, o cümlədən Ülvü Allahverdiyevin üzərində şəxsi axtarış zamanı aparılmış videoçəkilişlə, şahidələr Şahid1, Şahid2, Şahid3 və Şahid6 ifadələri və digər sübutlarala təsdiq olunduğundan həmin ifadəni CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınmaqla qiymətləndirilib sübut kimi qəbul edir. Bundan başqa müdafiə tərəfinin fikrincə polis əməkdaşlarının təzyiqi ilə Ülvü Allahverdiyev tanışı Təqsirləndirilən şəxs narkotik maddə almasını desə də, sonradan üzləşmə zamanı ifadəsini təkzib edərək Təqsirləndirilən şəxs ona narkotik maddə satmadığını bildirmişdir. Ona görə də Ülvü Allahverdiyevin tanışı Təqsirləndirilən şəxs ona narkotik maddə satmamasına dair ifadəsi əsas götürülməklə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməlidir. Məhkəmə müdafiə tərəfinin bu fikirlərini də əsassız hesab edir. Belə ki, 29 sentyabr 2021-ci il tarixdə Ülvü Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb üzərində şəxsi axtarış zamanı, həm də ilkin izahatında narkotik maddəni tanışı “Vüsal” adlı şəxsdən 20 manata aldığını desə də, “Vüsal” adlı şəxsin Təqsirləndirilən şəxs olmasını bildirməmişdir. Bundan sonra təhqiqat orqanı tərəfindən “Vüsal” adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və sonuncunun yaşadığı evə videoçəkilişlə baxış keçirilmiş və evdən narkotik və psixotrop maddələr, habelə üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi və bir ədəd dəmir qandal aşkar edilib götürülmüşdür. Daha sonra barəsində olan cinayət işi üzrə ifadə verən Ülvü Allahverdiyev narkotik maddəni tanışı Təqsirləndirilən şəxs aldığını əvvəl etiraf etmiş, lakin sonradan barəsində və hazırki iş üzrə ifadə verərkən Təqsirləndirilən şəxs ona narkotik maddə satmadığını göstərsə də, həmin ifadələrində əldə etdiyi narkotik maddəni Təqsirləndirilən şəxs verdiyi pulla birlikdə gedib əldə etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs da Ülvü Allahverdiyevin sonuncu ifadəsini təsdiq edərək narkotik maddəni alması üçün Ülvüyə 20 manat pul verdiyini və birlikdə gedib narkotik maddə əldə etdikdən sonra evinə qayıdıb narkotikdən istifadə etdiklərini bildirmişdir. Məhkəmə hər iki şəxsin biri-birinə qarşı, eləcə də özü-özünə qarşı ifadə verməməsi (hər bir halda onların birgə narkotik maddəni əldə etmələri nəzərə almaqla) baxımından onların bu ifadələrində göstərilənləri sübut kimi qəbul etmir və hesab edir ki, 28 sentyabr 2021-ci il tarixdə “Vüsal” adlı şəxs, yəni Təqsirləndirilən şəxs tanışı Ülvü Allahverdiyevə 20 manata narkotik maddə satmışdır. Eyni zamanda müdafiə tərəfinin fikrincə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərara əsasən keçirilmiş istintaq hərəkətlərin qanuniliyinin yoxlanılması üçün müvafiq məlumatların məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməməsi kobud qanun pozuntusu kimi qəbul edilərək həmin əməliyyat-axtarış tədbirlərinin nəticələri iş üzrə sübut kimi qəbul edilməməlidir. Məhkəmə müdafiə tərəfinin bu fikirlərini əsassız hesab edir. Belə ki, təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərara əsasən aparılmış istintaq hərkətinin qanuniliyinin yoxlanılması üçün həmin istintaq hərəkətinə aid olan materialların məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim olunmaması qanun pozuntusu kimi qəbul edilsə də, aparılmış əməliyyataxtarış tədbirinin nəticəsi olaraq Təqsirləndirilən şəxs yaşadığı evə baxışın prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə, o cümlədən videoçəkilişlə aparılmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxışın keçirilməsinə dair protokol və videoçəkiliş sübut kimi qəbul edilməlidir. Bundan başqa şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid6 ifadələri, həmçinin Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Eyni zamanda Şahid4 məhkəmədə verdiyi ifadəsində göstərilən xüsusatları, yəni polis əməkdaşlarının ona qızının adından ərizə yazdırdıqları, evdə axtarışın aparılması və polis əməkdaşının otaqda olan çərpayıdakı döşəyin altına içərisində narkotik maddələr olan iki ədəd bükümləri qoymasını görməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid6 ifadələri, eləcə də Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, habelə baxışın keçirilən zaman aparılmış videoçəkilişlə tam təkzib olunduğundan məhkəmə həmin ifadəni sübut kimi qəbul etmir və onun bu ifadəsini törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etməsi kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri vardır, onun törətdiyi bu əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitə və beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar və 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs aid olmaqla götürülmüş 4,995 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, eləcə də 0,651 qram psixotrop maddə olan metamfetamin şəxs şəxsi istehlak miqdarından artıqdır. Eyni zamanda təqsirləndirilən şəxsin yaşadığı evdən ona aid olmaqla götürülmüş maddələrin ayrı-ayrı növlərdən ibarət olması, evindən üzərində heroinin izləri olan elktron tərəzinin aşkar olunması, eləcə də Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddənin bir hissəsini tanışı Ülvü Allahverdiyevə satması halları Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələri məhz satış məqsədilə əldə edib saxlaması və daşıması kimi qəbul edilməsinə dəlalat edən hallar kimi qiymətnləndirilir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik və psixotrop maddələr əldə etmiş, saxlamış, daşımış və satmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, istintaq orqanının “Təqsirləndirilən şəxsin ittiham elan etmək üçün tutulması və barəsində axtarış elan edilməs haqqında” 04 fevral 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaq orqanından gizləndiyi üçün barəsində axtarış elan olunmuşdur. İşdə olan, “Axtarışda olan şəxsin tutulması barədə” 13 fevral 2022-ci il tarixli protokolla müəyyən edilir ki, təqsirləndirilən şəxs Məmmədov X7 RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu ərazisində tutulub istintaq orqanına məlumat verilməklə Cəlilabad RPŞ-nin MSY-nə təhvil verilmişdir. İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu tarixdən-13 fevral 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Cəlilabad Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum edilmiş, 31 avqust 2020-ci il tarixdə cəriməni tam ödədiyindən icra şöbəsində qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin müddəaları nəzərə alınaraq məhkəmə hesab edir ki, qeyd olunan hökm üzrə Fəraqi Məməmmədovun məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxsdir. İşdə olan, Cəlilabad rayon, Göytəpə şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 fevral 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Göytəpə şəhəri, Savalan küçəsi, ev 02-də qeydiyyatda olsa da, hal-hazırda Göytəpə şəhərində yaşamır və onun barəsində nümayəndəliyə heç bir təqsirləndirici material daxil olmamışdır. İş üzrə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsində göstərilən) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Cəlilabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1,245 qram narkotik vasitə olan heroin, 0,601 qram psixotrop maddə olan metamfetamin və üzərində heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X5 X8 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. X12 Cinayətlər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli hökmü ilə iş üzrə maddi sübut olan 3,65 qram heroinin məhv edilməsinə dair qərarın qəbul edilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1,245 qram narkotik vasitə olan heroin, 0,601 qram psixotrop maddə olan metamfetamin və üzərində heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli hökmü ilə iş üzrə maddi sübut olan 3,65 qram heroinin məhv edilməsinə dair qərarın qəbul edilməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs ddin oğlu hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar