Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-303/2023 14.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X12 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canməli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri Arbitrium Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1989-cu ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhər Yasamal məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqadarda narkotik vasitəni istintaqa məlum olmayan tarixdə qardaşı X9 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 1000 qram tiryək narkotik vasitəsini cinayətkar qrupun digər üzvü Qabil Nəsirovla birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, yaşadıqları Astara rayonu, Ərçivan kəndində saxlamışlar. Qabil Nəsirovun göstərişinə əsasən o, 06 dekabr 2018-ci il tarixdə saat 23 radələrində həmin narkotik vasitəsini 1 bağlamada Astara rayonu, Ərçivan kəndindəki “görüş yerinə” gətirib birlikdə “Vüqar” şərti adı ilə alıcı qismində cəlb edilmiş Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Əməliyyat-Axtarış şöbəsinin rəisi Şahid1 satarkən Qabil Nəsirov saxlanılmış, o isə qaçaraq ərazidən uzaqlaşmışdır. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Qabil onun qardaşıdır. 06 dekabr 2018-ci il tarixdə yaşadığı Astara rayonun Ərçivan kəndində olmuşdur. O heç kimə narkotik vasitə verməmiş, kiminləsə narkotik vasitə satışı barədə danışıq aparmamışdır. Vuqar adlı heç bir şəxslə narkotik vasitə satışı ilə bağlı danışıq aparmamışdır. Vuqar və Mahir adlı şəxsləri tanımır, Astara rayonu Ərçivan qəsəbəsinin çıxışındakı “Elvin Petrolun” içərisində yerləşən yeməkxanada Vuqar və Mahir adlı şəxslərlə olmamışdır. Qeyd edilən danışıq olmamışdır. Nə Ramanıda, nə də Ərçivanda Vuqar deyilən şəxslə narkotik satışı barədə danışığı olmamış, belə bir danışığın şahidi olmamışdır. O heç kimlə narkotik vasitə barədə danışmamışdır. 06 dekabr 2018-ci il tarixdə Şahid1 zəng edərək narkotik vasitə barədə və ya Astara rayonuna gəlmələri barədə danışıq aparmamışdır. Heç kəsə daş atmamış, heç kəsə xəsarət yetirməmişdir. Əfran və Əyyub adlı İran İslam Respublikası vətəndaşlarını tanımır. Onun xarici pasportu yoxdur. Qardaşının narkotik vasitə satması barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda təsvir edilən cinayət əməllərini törətməsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, əldə olunmuş maddi sübutlar, sənələr və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdən onun işlədiyi Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs qardaşı Qabil tərəfindən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitənin realizə olunacağı müəyyənləşdirilmiş və onunla əlaqə saxlamışlar. Danışıqlar aparılanda Qabil rayonda yaşadığını, qardaşının isə Bakıda yaşadığını və qardaşının onlarla əlaqə saxlayacağını bildirmiş və qardaşını Dədə adı ilə təqdim etmişdi. Şərti alıcı qismində danışıqları o aparmışdır. Qabil ona qardaşı Dədə (Hacıağa) ilə söhbətləri baş tutarsa o, halda alış-veriş olacağını demişdir. Ona görə də o Dədə ilə 3 dəfə Bakı şəhərində Neftçilər və Əzizbəyov metrosunun yaxınlığında görüşüb, danışmışdır. Hacıqağanın onlara 1-2 kiloqram tiryək verməsi barədə danışıqları olmuşdur. Qiyməti isə onlara 4-5 min manat arası təklif olunmuşdur. Daha sonra 06 dekabr 2018-ci il tarixdə Astara rayonu Ərçivan kəndinin içində Elvin petrol yanacaqdoldurma məntəqəsinin içərisindəki çayxanada görüşləri olmuşdur. Hacıağanın qardaşı Qabil onlarla bir yerdə çayxanada oturmuşlar. Qabil Hacıağanı narkotik vasitə olan tiryəki gətirmək üçün evlərinə göndərmişdir. Sonra da o Qabilə zəng edərək malın hazır olduğunu demiş, onlar da Qabillə birlikdə onların yaşadığı evin yanına getmişlər. Onların avtomobilində əməliyyatçılar Vüsal və Kənan da olmuşdur. Orada Hacıağa onlara yaxınlaşaraq bir bağlamanı Qabilə verib bir qədər aralıda durmuşdur. Qabil həmin bağlamanı açıb göstərərkən onlar özlərini təqdim edib onu saxlamışlar. Həmin vaxt Hacıağa qaçmış və onlara daş atmışdır. Sonra da səs-küy salmağa başlamış, səs-küyə kənd camaatı yığışmışlar. Ona görə də onlar Qabili oradan Astara Rayon Polis Şöbəsinə aparıb, orada hal şahidlərinin iştirakı ilə üzərinə axtarış keçirmişlər. Axtarış zamanı həmin bir baqlamada tiryək aşkar edilmiş, sonra da tiryək qablaşdırılaraq üzəri möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. İstintaq vaxtı verdiyi ifadəsi düzdür. Onu təsdiq edir. Dindirilmiş şahidlər Şahid2, Şahid3 və Şahid4 ifadələrində Şahid1 ilə eyni məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təsdiq etdilər. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokollarından görünür ki, Təqsirləndirilən şəxs şahidlər Şahid1, Şahid2 və Şahid3 ilə üzləşdirilmiş, üzləşdirmə zamanı şahidlər Təqsirləndirilən şəxs narkotik vasitəni satması ilə bağlı xüsusatları Təqsirləndirilən şəxs üzünə demişlər. Dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Astara gömrük postunda fəhləlik etməklə günəmuzd işləmişdir. 07 dekabr 2018-ci ildə gecə onunla birlikdə fəhləlik edən Əli ilə X7 məxsus 1 ədəd bağlamaya baxış keçirilməsində hal şahidi kimi iştirak etmişlər. Baxış zamanı bir ədəd yumru formalı bağlamanın içərisində tünd qara rəngli narkotik vasitə tiryəkə oxşar maddənin olduğu məlum olmuşdur. Baxışdan sonra X7 məxsus bağlamada olan həmin maddə onların iştirakı ilə çəkilmiş və qablaşdırılmış və üzəri möhürlənmişdir. Sonra da bu barədə protokol tərtib edilmişdir. Onlar da protokolla tanış olub imzalamışlar. Cinayət işinin materiallarında olan 07 dekabr 2018-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik “Qabil” adlı şəxs tərəfindən realizə olunacağı barədə daxil olmuş əməliyyat məlumatı əsasında DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən 06 dekabr 2018-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı əvvəlcə “Dədə” adlı şəxs Əməliyyat-axtarış şöbəsinin rəisi Şahid1 zəng edərək 1 kq narkotik vasitə sayılan tiryəkin qardaşı Qabil tərəfindən hazırlandığını və həmin gün, yəni 06 dekabr 2018-ci il tarixdə götürülə biləcəyini bildirmişdir. Həmin gün Qabil adlı şəxslə görüş zamanı o, 1 kq tiryəkin qardaşı Dədə tərəfindən gətiriləcəyini qeyd etmişdir. Bir müddət sonra Dədə deyilən şəxs Qabilin telefonuna zəng edərək narkotik vasitəni evdən götürdüyünü bidirmiş və bundan sonra Qabil ilə birlikdə Ərçivan qəsəbəsində onların yaşadığı ev istiqamətində gedilmişdir. Saat 23:30 radələrində Dədə əlində gətirdiyi içərisində narkotik vasitə olması ehtimal olunan şəffaf rəngli selofan bağlamanı Qabilə təhvil verdikdən sonra özü kənarda dayanmışdır. Bundan sonra Qabil həmin bağlamanı Şahid1 təqdim etmiş və onun içərisində tiryək olduğunu bildirmişdir. Həmin maddəyə baxdıqda onun tiryəkə oxşar olduğunu gördükdən sonra əməliyyat qrupu tərəfindən Qabil adlı şəxs saxlanılmış “Dədə” ləqəbli şəxs isə qaçmağa nail olmuşdur. Bundan sonra Qabil adlı şəxs Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük Postunun inzibati binasına gətirilmişdir. Orada Qabil və Dədə qardaşlarının satmaq istədikləri içərisində narkotik maddə olması ehtimal edilən 1 ədəd şəffaf rəngli bağlamaya baxış keçirilmişdir. Baxış zamanı 1 (bir) ədəd yumuru formalı bağlamanın içərisində tünd qara rəngli narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Sonra həmin bağlamada olan maddə ümumilikdə çəkilmiş və qablaşdırılması ilə birgə ümumi çəkisinin 1020,0 qram olduğu müəyyən edilmişdir. Bağlamada olan maddə ümumilikdə çəkilmiş və qablaşdırılması ilə birgə ümumi çəkisinin 1020,0 qram tiryəkə oxşar maddə 003091 nömrəli polietilen paketdə qablaşdırılaraq götürülmüşdür. İşdə olan 07 dekabr 2018-ci il tarixli (nəqliyyat vasitəsinə baxış) keçirilməsinə dair protokoldan görünür ki, Əməliyyat zamanı istifadə edilmiş **-VX-*** nömrə nişanlı “Mercedes Benz“ markalı avtonəqliyyat vasitəsinin “Dədə” ləqəbli şəxs tərəfindən daş atılması nəticəsində sağ arxa qapısının şüşəsinin və sağ arxa qapısının alt tərəfindəki plastik karnizin sındığı müəyyən edilmişdir. İşdə olan 07 dekabr 2018-ci il tarixli (əşyaların götürülməsi haqqında) protokoldan görünür ki, “Dədə” ləqəbli şəxs hadisə yerindən qaçarkən onun üzərindən “LG” markalı 1 (bir) ədəd mobil telefon yerə düşmüş və əməliyyat qrupunun üzvləri tərəfindən götürülmüşdür. İşdə olan 14 fevral 2023-cü il tarixli baxış protokollarına qoşma telefon danışıqlarına dair sənədlərdən görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə X6 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə müxtəlif vaxtarda, fərqli müddətdə 44 dəfə və Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsi ilə 82 dəfə, ***-***-**-** mobil nömrəsi ilə 3 dəfə telefon danışığı olmuşdur. Eyni zamanda telefon danışıqlarına dair anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2018-ci il tarixdə narkotik vasitənin satışının həyata keçirilməsində iştirak etmək üçün Bakı şəhərindən Astara rayonuna hərəkət edərək Astar rayonu Ərçivan qəsəbəsinə getmiş və yolda olarkən istifadəsində olan ********** mobil nömrəsi ilə Qabil Nəsirovla mütəmadi əlaqə saxlamışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 07 dekabr 2018-ci il tarixli 32165 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “003091 №-li Azərbaycan Respublikası DGK Cənub Ərazi Baş Gömrük İdarəsi AR-nın vətəndaşı X9 barəsində ..” sözləri yazılmış DGK-nın polietilen paketinin içərisində bir ədəd bağlamada, ümumi təmiz çəkisi 1000 qram (1 kq) olan tünd qəhvəyi rəngli, qətranabənzər spesifik iyli maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Ümumi təmiz çəkisi 1000 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 999,8 qramdır. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olmuşdur, hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, lakin ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 565/MEŞ №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol dizin ön səthinin geniş ölçüdə əzilmiş cırılmış yarası və sağ bazu oynağın çıxığı aşkar edilmiş, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri 02 dekabr 2022-ci il tarixə və şəraitə uyğun gəlir, yıxılaraq küt əşyalara dəyməsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə, sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Cinyət işinin materiallarında olan 30 yanvar 2023-cü il tarixdə Astara rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X4 qərarına əsasən Təqsirləndirilən şəxs bədənində olan xəsarətlərə dair material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Cinayət materiallarında olan məhkəmə tibbi ekspertizasının 18 dekabr 2018-ci il tarixli, 197/MEŞ №-li rəyindən görünür ki, Şahid1 sağ bazu-çiyin qurşağı nahiyəsinin və sol bayır topuğun yumşaq toxumalarının qançır halında əziyi aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Törənmə müddətləri müayinədən 1-2 gün əvvəl olmaqla müayinə olunanın göstərdiyi 06 dekabr 2018-ci il tarixdən 07 dekabr 2018-ci il tarixə keçən gecəyə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilməmişdir. Şahid1 almış olduğu xəsarətlərin xarakterini, lokalizasiyasını və əmələ gəlmə mexanizmini nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə yarana bilərdilər. Özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 yanvar 2019-cu il tarixli 32558 №-li rəyindən görünür ki, “Mercedes-Benz” markalı, C 240 modelli, 90vx081 dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı sedan tipli avtomobilə dəymiş ziyanın məbləği 300 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan məhkəmə kompüter texniki ekspertizasının 01 avqust 2019-cu il tarixli 17324 №-li ekspert rəyindən görünür ki, tədqiq olunan “LG” markalı “X230” (K4 Novo 2017) modelli “**********59265”, “**********59273” imei nömrəli son zamanlarda “+**********55” mobil nömrə istifadə olunan smartfon hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Tədqiq olunan 1 (bir) ədəd LG” markalı “X230” modelli mobil smartfonun yaddaşında müəyyən olunmuş mövcud olan və silinmiş SMSmesajlar, avtomatik qeyd edilən yazılar, simsiz şəbəkələr siyahısı, zənglər jurnalı, baxılmış internet saytlarının siyahısı, kontaktlar (adları ilə birlikdə), şifrələr, axtarış sorğularının məzmunu, cihaz istifadəçiləri, işə salınma məqamları, quraşdırılmış proqramlar, istifadəçilərin qeydiyyat məlumatları, cookie tipli fayllar, yazışmalar (instagram, whatsapp, elektron poçt), zaman ardıcıllığı, audio, videogörüntü, fototəsvir (həmin telefonlarla çəkilməsi, hansıların sosial şəbəkədən istifadə etməklə göndərilməsi qeyd olunaraq) tipli məlumatlar, həmin məlumatlara dair tərtib olunmuş hesabat-ad, tarix, məzmun, texniki göstəricilər qeyd edilməklə rəqəmsal dəlillərin saxlanması üçün istifadə olunan “DVD” tipli optik diskə köçürüldü. 17324 saylı ekspert rəyinə əlavə olunduğu və tədqiq olunan “SAMSUNG” markalı “SGH-E490” modelli “**********39633” imei nömrəli mobil telefonu işlək vəziyyətə gətirmək mümkün olmadığından üzərində tədqiqat işləri aparmaq və hər hansı məlumatları müəyyən etmək mümkün olmadığı göstərilmişdir. Cinayət işinin materiallarında olan X3 Sisteminə baxış keçirilməsi haqqında 07 dekabr 2018-ci il tarixli protokoldan görünür ki, X1 gömrük postundan keçməklə məhz narkotik vasitəni satdığı gün, yəni 06 dekabr 2018-ci il tarixdə, saat 15:11-də İran İslam Respublikasına getmiş və Astara gömrük postundan keçməklə 06 dekabr 2018-ci il tarixdə, saat 16:44-də İran İslam Respublikasından Azərbaycan Respublikasına qayıtmışdır. Təqsirləndirilən şəxs barəsində isə belə məlumat olmamışdır. Cinayət işinin istintaqı ilə əlaqədar olaraq 06 avqust 2019-cu il tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsindən daxil olmuş 20 avqust 2019-cu il tarixli, 34/151/031047 saylı Raportla Əməliyyat İdarəsindən daxil olmuş cavab məktubunda əməliyyat tapşırığında qeyd edilmişdir Əməliyyat tapşırığında qeyd olunan X9 və Təqsirləndirilən şəxs barələrində əməliyyat tədbirləri həyata keçirərək müəyyən edilmişdir ki, narkotik vasitəni onlara İran İslam Respublikasının “Eyyub” və “Əkbər” adlı vətəndaşları satmışlar. Həmçinin həmin narkotik vasitəni Azərbaycan Respublikasına hansı yolla keçirilməsinin, cinayətlərin törədilməsində başqa şəxslərin iştirakının olub-olmamasının, onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı başqa cinayətlərdə də iştirakının olub-olmamaları və iş üçün əhəmiyyətli ola biləcək digər halların müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir və müsbət nəticə olduğu halda İstintaq və Təhqiqat İdarəsinə bu barədə məlumat veriləcəyi göstərilmişdir. Cinayət işinin materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli hökmünün surətindən görünür ki, həmin hökmə əsasən təqsirləndirilən şəxs X9 CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək müvafiq cəzaya məhkum olunmuş və iş üzrə maddi sübut olan 999,8 qram tiryəkin məhv edilməsi qərara alınmışdır. Hökm qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı iləəvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs qardaşı Qabil Nəsirovla əldə etdikləri narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində 06 dekabr 2018-ci il tarixdə yaşadığı Astara rayonun Ərçivan kəndində olmuşdur. O heç kimə narkotik vasitə verməmiş, kiminləsə narkotik vasitə satışı barədə danışıq aparmamışdır. Vuqar adlı heç bir şəxslə narkotik vasitə satışı ilə bağlı danışıq aparmamışdır. Vuqar və Mahir adlı şəxsləri tanımır, Astara rayonu Ərçivan qəsəbəsinin çıxışındakı “Elvin Petrolun” içərisində yerləşən yeməkxanada Vuqar və Mahir adlı şəxslərlə olmamışdır. Qeyd edilən danışıq olmamışdır. Nə Ramanıda, nə də Ərçivanda Vuqar deyilən şəxslə narkotik satışı barədə danışığı olmamış, belə bir danışığın şahidi olmamışdır. O heç kimlə narkotik vasitə barədə danışmamışdır. 06 dekabr 2018-ci il tarixdə Şahid1 zəng edərək narkotik vasitə barədə və ya Astara rayonuna gəlmələri barədə danışıq aparmamışdır. Heç kəsə daş atmamış, heç kəsə xəsarət yetirməmişdir. Əfran və Əyyub adlı İran İslam Respublikası vətəndaşlarını tanımır. Onun xarici pasportu yoxdur. Qardaşının narkotik vasitə satması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə onun bu ifadəsinə özünü müdafiə məqsədi daşıyan ifadə olmaqla məhkəmədə heç bir sübutla təsdiq edilməyən və işin faktiki hallarına uyğun gəlməyən habelə məhkəmədə tədqiq edilmiş sübutlarla, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolları, telefon danışıqlarına dair məlumatlar barədə istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, onun qardaşı Qabil Nəsirovla əlbir olub külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsini təsdiq edən qanuni qüvvəsini almış məhkəmə hökmü və işin faktiki halları ilə təkzib edildiyindən məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayət Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə mahiyyəti üzrə baxılarkən dövlət ittihamçısı ona verilmiş CM-nin 206.3.2-ci maddəsi ilə olan ittiham üzrə cinayət təqibindən imtina etdiyindən həmin maddə üzrə cinayət işinin icraatına hissəvi xitam verilmişdir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1989-cu ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuşdur. Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla orada yaşamışıdr. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində 2010-cu il təvəllüdlü İbrahim, 2010-cu il təvəllüdlü İsmayıl adlı ekiz, 2013-cü il təvəllüdlü İntiqam və 2020-ci il təvəllüdlü Əli adlı oğlanları vardır. İşdə olan tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs arvadı X13 “nekrotizan qranulomatoz mastit” (ankoloji) diaqnozu ilə, anası X5 “şəkərli diabet tip İİ, orta ağır forma insulin tələbi diaqnozu ilə xəstədirlər. İşdə olan Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs müddətinin əvvəli 02 dekabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və Təqsirləndirilən şəxs barədə Astara Rayon Məhkəməsinin 30 fevral 2010-cu il tarixli hömünün surətindən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. CM-nin 8.1-ci maddəsinəəsasən cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edərkən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 4 nəfər azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən arvadının ankoloji, anasının isə ağır şəkərli diabet xəstəsi olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzası yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın olması müəyyən edilməmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 30 fevral 2010-cu il tarixli hömünə əsasən CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu CM-nin 83-cü maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Ona görə də o məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən onun cinayətinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, eləcədə cəzanı yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah edilməsi mümkün deyildir. Bununla belə ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. Həmçinin CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin başlanğıcı 02 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. İş üzrə olan maddi sübut hesab edilmiş 999,8 qram narkotik vasitə tiryəkin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli hökmünə əsasən məhv edilməsi nəzərə alınmalıdır. İş üzrə sair maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. O ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 999,8 qram narkotik vasitə tiryəkin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli hökmünə əsasən məhv edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-303/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-303/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver