Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-304/2022 11.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmuş, Salyan şəhəri Ə.Zeynalov küçəsi ev 60-da qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı evdə saxlamış, bu barədə məlumat alan Salyan rayon polis şöbəsinin əməkdaşlarının 19 yanvar 2022-ci il tarixdə saat 03:30 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 1 ünvanında keçirilmiş baxış zamanı evin giriş qapısının yanındakı taxta dolabın rəfində saxlanılan bir ədəd sintetik torbada çəkisi 1080 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan əlavə o, məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 7,62x54 mm kalibrli “Mosin” sistemli tüfəngdə, “Draqunov” (SVD) konstruksiyalı snayper tüfənglərində, avtomatik “Simonov” tüfəngində, “Kalaşnikov” (“PK”, “PKM”, “PKT”, “PKS”) konstruksiyalı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə yararlı olan döyüş sursatı hesab edilən 01 ədəd patron əldə edib yaşadığı evdə qanunsuz olaraq saxlamış və sözü gedən baxış zamanı yataq otağındakı masanın üzərində döyüş sursatı hesab edilən həmin patron aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni narkotik vasitəni satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etməsində və evində 1 ədəd avtomat silaha aid patron saxlamasında təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu hadisədən təxminən 2 ay əvvəl Salyan şəhərində Kür çayının sahilində piyada gəzərkən yerdə polietilen torbada qurudulmuş marixuana tapmış, şəxsi istifadəsi üçün həmin torbanı yaşadığı evə gətirərək gizlətmiş və mütəmadi olaraq narkotiki qəbul edirmiş. 2022-ci il yanvarın 19-da gecə saat 02 radələrində yaşadığı evdən küçəyə çıxıb piyada gəzişən zaman polis əməkdaşları yaxınlaşaraq onu polis şöbəsinə aparmışlar, orada üzərində axtarış keçirilmiş və bir neçə gün əvvəl tapdığı 7 ədəd tramadol həbləri aşkar edilmişdir. Həmin dərmanı bədənində olan ağrılara görə qəbul edirmiş. Bundan sonra polis əməkdaşları ondan yaşadığı evdə və həyətdə narkotik vasitə, yaxud cinayət xarakterli digər əşya saxlayıb-saxlamadığı barədə soruşulduqda bildirmişdir ki, yaşadığı evdə qurudulmuş marixuana vardır və həmin narkotiki təqdim edə bilər. Bundan sonra yaşadığı evə getmişlər, baxış zamanı evin girişindəki taxta dolabın qapısını açıb oradan bir ədəd sintetik torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Torbaya baxış keçirilərkən içərisində qurudulmuş marixuana olması müəyyən edilmişdir. Bundan sonra evin digər otaqlarına keçirilmiş baxış zamanı onun yataq otağında masanın üzərindəki kağız qutunun içərisində 1 ədəd avtomat silaha aid patron aşkar olunmuşdur. Şifahi sorğu zamanı narkotiki, həmçinin gülləni bir müddət əvvəl ayrı-ayrı vaxtlarda tapdığını demişdir. Marixuananı öz istifadəsi üçün saxladığını, patronu isə boyunbağı kimi boynundan asmaq məqsədilə evində saxlamışdır. Baxış zamanı narkotik vasitə olan torba və silah qablaşdırılaraq polis tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirmişdir ki, evindən aşkar olunan narkotik vasitənin çəkisi onun yanında tərəzidə ölçülməmiş, bu səbəbdən də düşünür ki, onda narkotikin miqdarı daha az, hardasa 100 qram olmuş, ittihamda isə 1 kiloqram qeyd olunmuşdur, buna görə də narkotik vasitənin polis tərəfindən əlavə olunmasını düşünür. Özü narkomaniya xəstəsidir, heç kimə narkotik satmamış, şəxsi istifadəsi üçün əldə etmiş, əməlindən peşimandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan rayon polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci il yanvarın 18-də Salyan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması üçün əməliyyataxtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və əməliyyat qrupunun yaradılmışdır. 19 yanvar 2022-ci il tarixdə, gecə saat 02:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında küçədə müşahidə edib yaxınlaşıb özlərini təqdim edib birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində müstəntiq tərəfindən tutulmuş, üzərində narkotik vasitə və ya qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs cibindən bir konvalyutda 7 ədəd tramadol həbi çıxardıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, üzərindən aşkar edilmiş tramadol həblərini təxminən 4-5 gün əvvəl yaşadığı evin qarşısında küçədə yerdən tapmışdır, özü qəbul etmək üçün üzərində saxlamışdır. Həmin həblər qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə, həmçinin qadağa olunmuş əşya saxlayıb-saxlamadığı soruşulduqda sonuncu evdə qurudulmuş marixuana saxladığını bildirmişdir. Bundan sonra həmin evə gedərək baxış keçirmişlər, Təqsirləndirilən şəxs baxış zamanı evin girişində taxta dolabın qapısını açıb oradan bir ədəd sintetik torbanı çıxarıb təqdim etmişdir. Həmin torbaya baxış keçirilərkən müəyyən edilmiş ki, torbanın içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, təqdim etdiyi kütlə narkotik vasitə qurudulmuş marixuanadır, özünə məxsusdur, həmin narkotik vasitəni təxminən 2 ay əvvəl Kür çayının kənarında yerdən tapmışdır, narkotik vasitə olduğunu bilib özü istifadə etmək üçün gətirib yaşadığı evdə saxlamışdır. Bundan sonra digər otaqlara keçirilən baxış zamanı yataq otağındakı masanın üzərində kağız qutuda 1 ədəd avtomat silaha aid patron aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomat silahına məxsus həmin patron özünə məxsusdur, patronu təxminən 5-6 ay əvvəl yaşadığı evin qarşısında küçədə yerdən tapmışdır və evində saxlamışdır. Ekspertiza keçirilməsi üçün evdən aşkar olunan əşyalar qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan rayon polis şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 19 yanvar 2022-ci il tarixli 18/77 saylı rəyində qeyd edilmişdir ki: Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri və imzalar olan sintetik torbada olan 01 ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi 1080,0 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonrakı qalıq 1079,98 qram təşkil edir. «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) 95 (doxsan beş) qəpik». İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 yanvar 2022-ci il tarixli 6/342 saylı rəyində qeyd edilmişdir ki: tədqiqata təqdim edilmiş, üzərində: «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş güclü təsir edən maddəyə oxşar…..» yazısı və imzalar olan zərfdəki üzərində «Royal 225 (tramadol hydrachloride tab. 225mg) » markalanma göstərici olan bir ədəd konvalyutda 7 (yeddi) ədəd üzərində «225» yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli dərman pereparatıdır və 7 ədəd həbdə tramadol hidroxlorid təsiredici maddəsi ümumi miqdarı 1,575 qram (üzərindəki göstəricisinə əsasən bir həbdə 0,225 qr tramadol hidroxlorid olmaqla) təşkil edir.Tramadol hidroxlorid tərkibli dərman pereparatı Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına daxildir. Ekspertiza tədqiqatından sonrakı qalıq 6 ədəd həb təşkil edir. «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manatdır. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 26 yanvar 2022-ci il tarixli 3/95 saylı rəyində qeyd edilmişdir ki: tədqiqata təqdim edilmiş, 7,62x54 mm kalibrli olmaqla, “Mosin” sistemli tüfəngdə, “Draqunov” (SVD) konstruksiyalı snayper tüfənglərində, avtomatik “Simonov” tüfəngində, “Kalaşnikov” (“PK”, “PKM”, “PKT”, “PKS”) konstruksiyalı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilir, atəşə yararlıdır. «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli 110 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 19 yanvar 2022-ci il tarixli videoçəkilişlə «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan göy rəngli qısaqol gödəkçəsinin içəri sol cibindən «Tramadol» hydroshlorid 225mg yazısı olan 1 ədəd konvolutda içərisində 7 ədəd güclü təsir edən maddəyə oxşar həb aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin həblər barədə soruşduqda o, həmin həblər olan konvalyutu təxminən 4-5 gün bundan əvvəl yaşadığı evin qarşısında küçədən tapdığını bildirmişdir. İş materiallarında olan 19 yanvar 2022-ci il tarixli videoçəkilişlə «baxış keçirmə və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin girişində taxta dolabın qapısını açıb oradan bir ədəd sintetik torbanı çıxarıb müstəntiqə təqdim etmişdir. Həmin torbaya baxış keçirilərkən müəyyən edilmiş ki, torbanın içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, təqdim etdiyi kütlə narkotik vasitə qurudulmuş marixuanadır, özünə məxsusdur, həmin narkotik vasitəni təxminən 2 ay əvvəl Kür çayının kənarında yerdən tapmışdır, narkotik vasitə olduğunu bilib özü istifadə etmək üçün gətirib yaşadığı evdə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə evin digər otaqlarına keçirilən baxış zamanı yataq otağındakı masanın üzərində kağız qutuda 1 ədəd avtomat silaha aid patron aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, avtomat silahına məxsus həmin patron özünə məxsusdur, patronu təxminən 5-6 ay əvvəl yaşadığı evin qarşısında küçədə yerdən tapmışdır və evində saxlamışdır. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 21 yanvar 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 1079,98 qram qurudulmuş maddi sübut kimi tanınmış saxlanılmasından ötrü Salyan rayon polis şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 22 yanvar 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 6 ədəd tramadol hidroxlorid həb maddi sübut kimi tanınmış saxlanılmasından ötrü Salyan rayon polis şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 15 fevral 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş maddi sübut kimi tanınan döyüş sursatı hesab edilən, atəş üçün yararlı olan 01 ədəd patron saxlanılmasından ötrü Salyan rayon polis şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» 10 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib qanunsuz olaraq yaşadığı evdə saxlaması faktı üzrə hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrı icraatda cinayət işi ayrılmışdır. İş materiallarında olan 19 yanvar 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilməsinə görə təqdimatla məhkəməyə müraciət edilmiş, məhkəmənin 19 yanvar 2022ci il tarixli qərarı ilə həbsin seçilməsindən imtina edilmiş, həmin tarixdə qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək sərbəst buraxılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli «təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında» qərarı ilə Təqsirləndirilən şəxs barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalından həbsə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 1 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli hökmün icrası qaydasında müraciətə baxılması barədə qərarından görünür ki, Salyan rayon məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində hökmün icra yerinə məcburi göndərilməsi məqsədi ilə 07 gün müddətinə tutulması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan 10 mart 2022-ci il tarixli Salyan rayon İcra və Probasiya Şöbəsinin cavab məktubundan görünür ki, Salyan Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın heç bir hissəsini çəkməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 05 may 2022-ci il tarixli qərarı ilə Salyan İcra və Probasiya şöbəsinin təqdimatına baxılaraq Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 ay 26 günlük hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasına nisbətdə iki günü bir gün hesablanmaqla 5 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş. Təqsirləndirilən şəxs 10 mart 2022-ci ildən 17 mart 2022-ci ilədək tutulduğu 7 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanıb əvəz edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 ay 21 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarında olan 07 fevral 2022-ci il tarixli “Salyan rayonu Mərkəzi Xəstəxanası” X6 məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2008-ci ildən “tiryək narkomaniyası” diaqnozu ilə qeydiyyatda dayanır, lakin psixonevroloji kabinetdə qeydiyyatda yoxdur.. İş materiallarında olan Salyan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 fevral 2022-ci il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri Ə.Zeynalov küçəsi ev 60-da qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anası və bacısından ibarətdir, yaşadığı müddət ərzində nümayəndəliyə onun barəsində şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “narkotik vasitənin çəkisi onun yanında tərəzidə ölçülməməsi, onda narkotikin miqdarı daha az, təxminən 100 qram olması, ittihamda isə 1 kiloqram qeyd olunması, buna görə də narkotik vasitənin polis əməkdaşları tərəfindən əlavə olunmasını düşünməsi” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, ifadəsinin qeyd olunan hissəsi obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etmişdir. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 228.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə marixuanna “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, əməlini etiraf etməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmü və Şirvan Apelyasiya Məhkəməsinin 05 may 2022-ci il tarixli qərarı ilə təyin olunmuş 5 ay 21 gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə və 05 may 2022-ci il tarixdən 11 may 2022-ci il tarixədək olan 6 gün müddət çıxılmaqla ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Salyan Rayon Polis Şöbəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 1079,98 qram narkotik vasitə qurudulmuş marixuanna, 6 ədəd tramadol həbi məhv edilməli, 1 ədəd 7,62x54 mm kalibrli patron xüsusi müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsinə təhvil verilməli. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 209 (iki yüz doqquz) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərcinin Hümmət Piriyeavdən tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin əvvəlinin 21 aprel 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmü və Şirvan Apelyasiya Məhkəməsinin 05 may 2022-ci il tarixli qərarı ilə təyin olunmuş 5 ay 21 gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 209 (iki yüz doqquz) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Salyan Rayon Polis Şöbəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 1079,98 qram narkotik vasitə qurudulmuş marixuanna, 6 ədəd tramadol həbi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış - Salyan Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd 7,62x54 mm kalibrli patron xüsusi müsadirə olunsun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş materiallarında olan şəxsi axtarış, götürmə aparılması və baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 2 (iki) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-304/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-304/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver