Məhkəmə qərarları › İş №1(099)-305/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-305/2022

22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-305/2022 22.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1990-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, Döngə 5, ev 11-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Kəpəz rayonu, Səbuhi Xasayev küçəsi, ev 17/5-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda - 344,293 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etmiş, 1 ədəd polietilen torba bükümündə qablaşdırılmış halda əynində olan qış gödəkçəsinin sol yan cibində daşıyaraq saxlamış, 01 yanvar 2022-ci il tarixdə saat 18:00-da Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu “Sever» yolu adlanılan ərazisində saxlanılaraq, Hacıqabul Rayon Polis Şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman qeyd olunan psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, narkotik vasitələrdən istifadə edir. Lakin polis əməkdaşları tərəfindən saxalnılarkən onun üzərində psixotrop maddə olmamışdır. O, 27 dekabr 2021-ci il tarixdə Bakı şəhərindən Gəncə şəhərinə yaşadığı evə getmək məqsədi ilə mikroavtobusa minmişdir. Mikroavtobus Gəncə şəhəri istiqamətində yola düşmüşdür. Avtomaşında ondan başqa da sərnişinlər olmuşlar, həmin sərnişinlər yolda düşmüşlər. Hacıqabul rayonu ərazisində mikroavtobusun sürücüsü mikroavtobusu dayandırmış və bir qədər istirahət etmək istədiyini bildirmişdir. O isə mikroavtobusda oturub gözləmişdir. Bu zaman bir neçə nəfər polis işçiləri oraya gələrək ona üzərində narkotik vasitə olması barədə məlumat aldıqlarını bildirmiş və onu Hacıqabul Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində ona təzyiq göstərmişlər, üzərinə 49 qram psixotrop maddə metamfetamin qoymuşlar. Onu işini istifadəçi kimi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini bildirmişlər. Ona görə də polis işçilərinə inanmış və videoçəkiliş zamanı psixotrop maddə metamfetaminin ona məxsus olduğunu bildirmişdir. Lakin sonradan polis işçiləri psixotrop maddənin üzərinə 300 qram əlavə etmişlər. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda özünü elan olunmuş ittiham üzrə təqsirli bilməklə, verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, əvvəllər həbsdə olduğu müddətdə Bakı şəhər sakini kimi tanıdığı Mahir ilə tanış olmuş və həbsdən sonrada onunla telefon əlaqəsi saxlamışdır. O, özü istifadə etmək üçün Mahirin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə, istifadəsində olan ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələr ilə zəng etmiş və Mahirdən narkotik vasitə və psixotrop maddə istəmişdir. Mahir ona bildirmişdir ki, sənin üçün metamfetamin təşkil edə bilərəm və əlavə olaraq bildirmişdir ki, pulu onlayn yəni hesabına pul köçürməklə ondan alacaq . O, Mahirlə razılaşmışdır. Bundan sonra Mahir ona “Bank Respublikaya” məxsus bankomat kartının şəklini çəkib “Whatsapp” vasitəsi atıb və bildirmişdir ki, bu hesaba pul atsın və həmin pulun məbləğində psixotrop maddə metamfatemin təşkil etsin. O, onun “Whatsapp”la şəklini çəkib atdığı plastik kart hesabına Gəncə şəhərindən xx.xx.2021-ci il tarixdə 360 manat pul köçürmüşdür. xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində üzərində 80 manat pul olmaqla Gəncə şəhər avtovağzalına gəlmiş, oradan bir ədəd 7 manat dəyərində elektron tərəzi alıb, həmin yerdə Gəncə-Bakı şəhərlər arası sərnişin daşıyan taksi sürücüsü Murad adlı şəxsin “Mersedes” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 20 manat pul müqabilində Bakı şəhər avtovağzalına gəlmişdir. Bundan sonra o, Mahirlə telefon əlaqəsi saxlamış, Mahir ona Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən saatlı binanın arxasında yerləşən 41 saylı məktəbin yanında olduğunu bildirmişdir. Bundan sonra o, həmin yerə “Bolt” taksi vasitəsi ilə getmiş və yol haqqı olaraq 5 manat vermişdir. O, həmin yerdə düşüb sellofan torbada olan metamfetamini götürmüş və əynində olan qara rəngli gödəkçəsinin sol cibinə qoyduqdan sonra təkrar taksi sifariş verib Bakı avtovağzalına qayıtmış və yol haqqı olaraq 5 manat pul vermişdir. O, avtovağzalda olan zaman yenə Murad adlı şəxsin idarə etdiyi avtomobilin yanında olduğunu görmüş və onunla yol haqqı olaraq 40 manata razılaşdıqdan sonra o, avtomobilə əyləşmiş və həmin zaman avtomobildə bir nəfər sərnişində olmuşdur. Həmin şəxs Murada 10 manat vermiş və xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Hacıqabul rayonu, Nəvahi kənd ərazisində düşmüşdür. Bundan sonra onlar yola davam etmiş və Hacıqabul rayonu, “Sever” adlanan yerə gəlib çatdıqda və həmin vaxt Murad idarə etdiyi avtomobili yolun sağ hissəsinə çəkib saxlamışdır ki, biraz dincəlsin. Həmin vaxdı oda avtomobildən düşüb kənarda dayanıb siqarət çəkib ki, biraz ayaqlarının ağrısı keçsin. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb və onu Hacıqabul RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşıb və birlikdə Hacıqabul RPŞ-nə gəlmişlər. O, Hacıqabul rayon PŞ-yə gətirildikdən sonra dərhal müdafiəçi Salman Fərəcov ona hüquqlarını müdafiə edən vəkil kimi təyin edildikdən sonra müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı ondan üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamaması soruşulmuş, o, isə onlara əynində olan qara rəngli dəri qış gödəkçəsinin qabaq sol cibindən 01 ədəd sellofan kəsiyində saxladığı psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə protokol tərtib olunduqdan sonra o, protokolu imzalamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Hacıqabul Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 yanvar 2022-ci il tarixdə ona Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti döngə 5 ev 11-də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmiş, ondan və Hacıqabul Rayon Polis Şöbəsinin sahə polis nəfəri Şahid2 Rəfail oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 18 radələrində Xəlilov X2 rayon”Sever” yolunda saxlanılaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi təyin edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuş və video çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçəsinin sol cibindən 1 ədəd sellfan torbanın içərsində psixorop maddə olan metamfetaminə bənzər maddə, 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, N.Nərimanov rayon ərazisində «saatlı» binanın yaxınlığında yerləşən məktəbin araxasında Mahir adlı şəxsdən 360 manata almasını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetaminə bənzər maddə qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq və təsir göstərilməmiş, onun üzərinə metamfetamin qoyulmamış və onun işinin CM-nin 234.1-ci maddəsi ilə sənədləşdiriləcəyi vəd olunmamışdır. Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının 27-də yox, 01 yanvar 2021-ci il tarixdə tutulmuşdur. Məhkəmədə şahid qismində dindirilən polis əməkdaşı Şahid2 Rəfail oğlu da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdirp. Cinayət işində olan xx.xx.2022-ci il tarixdə saat 18:35-də tərtib edilmiş protokoldan və məhkəmə iclas zalında nümayiş etdirilmiş videogörüntülərdən məlum olur ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd sellofan kəsiyinin içərsində qablaşdırılmış halda psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 18/01 №-li rəydən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd polietilen torba bükümündə təmiz çəkisi-344,293 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/290 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş tərəzinin «ON/OFF » düyməsini basmaqla tərzinin tablosunda siqnallar yaranır və avtomatik olaraq kalibrovka(«sıfırlaşma » olunur, ekranda «0,00g» göstəricisi əmələ gəldikdən sonra tərəzinin çəki gözünə hər-hansı əşya qoyulduqda, ekranda əşyanın çəkisi görünür. Belə ki, tərəzinin çəki gözünə çəkisi əvvəldən müəyyən edilmiş əşyalar qoyuldu və ekranda həmin əşyaların çəkisinə uyğun rəqəmlər yazıldı. Tərəzinin üzərində mexaniki zədə və çatışmamazlıqlar yoxdur, aparılmış tədqiqatla elektron tərəzinin işlək vəziyyətdə olmaqla istismara yararlı olduğu müəyyən edildi. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 504 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicə müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1, 177.2.4 və 326.2-cı maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı cəzası 4 ilə endirilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin cinayətlərə görə məhkumluğu ödənilməmişdir. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi, daşıması və saxlaması, əmlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədtqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs onda psixotrop maddə metamfetamin olmaması, üzərinə psixotrop maddəninipolis əməkdaşları tərəfindən qoyulması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə onun ibtidai istintaqda verdiyi ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi, CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən təyin edilən azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 01yanvar 2022ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 344,243 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilməlidir. Ekspertiza xərci 149 (yüz qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Məhram oğlu cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 344,243 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilsin. Ekspertiza xərci 149 (yüz qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar