Məhkəmə qərarları › İş №1(099)-305/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-305/2023

15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-305/2023 15.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən), Məmmədov Müşfiq Vaqif oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-Cabbarov Azad Atabala oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X19, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, Neftçala Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Neftçala rayonu, Bankə qəsəbəsi, T.Xantəmirov küçəsində qeydiyyatda olmaqla yaşamış, 22 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Salyan Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 4(057)-82/2022 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Cinayət Məcəlləsinin) 120.2.4, 185.1 və 234.1-1-ci maddələri ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci ildə saat 18 radələrində özü üçün narkotik vasitə almaqdan ötrü Salyan rayonuna getmək məqsədi ilə yaşadığı Neftçala rayonu, Bankə qəsəbəsində təsadüfən yoldan keçən, fərdi qaydada balıq alqı-satqısı ilə məşğul olan, Masallı rayonu, Qızılağac kənd sakini X5 idarə etdiyi «VAZ» markalı, «21070 minik» modelli, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi əyləşərək 3 (üç) manat pul müqabilində onu Salyan rayonuna aparmağı xahiş etmiş, Neftçala-Salyan avtomobil yolu ilə hərəkət edib Salyan rayonu, Xocalı kəndinə çatan zaman sürücünü yolüstü onu həmin kənddə yaşayan tanışının evinə aparıb qaytarmasına görə əlavə pul verəcəyi vədi ilə razı salıb, avtomobili kənddaxili asfalt yolun sonunda, həmin kənd sakini Şahid1 evinin qarşısında saxlatdırmaqla avtomobildən düşüb piyada tanışı X3 yaşadığı evin qarşısına getmiş, sonuncu evdə olmadığından onunla görüşə bilməyib qayıdandan sonra, saat 19 radələrində getdiyi yerdən gec qayıtması ilə əlaqədar avtomobilin sürücüsü Etibar Məmmədovun onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu yenidən onun ünvanına söyüş söydüyü üçün qəzəblənərək şəxsi münasibətlər zəminində qisas alıb qəsdən öldürmək məqsədi ilə əvvəlcədən özü ilə götürüb üzərində gəzdirdiyi turist bıçağını əynindəki gödəkçənin sağ yan cibindən çıxararaq tiyəsini açıb əlindəki bıçaqla qəsdən avtomobilində sükan arxasında əyləşmiş Etibar Məmmədova həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinə ardıcıl olaraq bir neçə dəfə zərbə endirmiş, sonuncu avtomobildən çıxıb özünü qorumaq məqsdi ilə müqavimət göstərmək istədikdə avtomobilin sol yanında bıçaqla çoxsaylı zərbələr vurmaqda davam edib onu yerə yıxaraq canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən hər iki diz nahiyəsinin sıyrıqları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid qarının ön divarının sağ və sol, sağ böyrəküstü, sol əlin ovuc və arxa səthinin, sol qoltuqaltı nahiyənin, döş qəfəsinin arxa səthinin yaraları, həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, ölümünə səbəb olan boyunun aşağı 1/3-nin sağ və sol nahiyələrinin, yuxu arteriasının, vena və boyun əzələlərinin kəsilməsi, boyun üzvlərinin zədələnməsi ilə müşayiət olunan yarası, döş qəfəsinin sol yarısının iki ədəd daxilə nüfuz edən ürəyi və ağciyəri zədələyən kəskin daxili və xarici qanaxma törədən yarası olmaqla, ümumilikdə 18 (on səkkiz) ədəd xəsarətlər yetirərək qəsdən Etibar Məmmədovu öldürüb qəsdən həyatdan məhrum etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və yerdə şəxsiyyəti istintaqa məlum olmayan «Babakişi» adlı şəxsdən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda-təmiz çəkisi 4,415 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,826 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq yerini dəyişməklə daşımış, qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsində şübhəli bilindiyi üçün Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 22 noyabr 2022-ci ildə saat 18:30-da Bakı şəhəri, Səbail rayonu ərazisində saxlanılıb saat 19:59-da Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sağ yan cibindən 1 ədəd polietilen bükümdə təmiz çəkisi 4,221 qram, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,194 qram eyni tərkibli narkotik vasitə olan heroin və 1 ədəd polietilen bükümdə təmiz çəkisi 0,826 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1, 185.1 və 234.1-1-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 6-7 dəfə həbsdə olmuş, sonuncu dəfə 20 oktyabr 2021-ci ildə həbsdən çıxmış və narkotikdən asılılığı vardır. 18 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində narkotik vasitə axtarmaq üçün evdən çıxıb tək təsadüfi yoldan keçən maşınla Salyan rayonuna getmiş, lakin heç nə tapa bilməyib təxminən saat 17 radələrində Neftçala rayonu, Bankə qəsəbəsinə qayıtmışdır. Qəsəbədə narkotik vasitə tapa bilməyərək yenidən narkotik vasitə axtarmaq üçün Salyan rayonuna qayıtmaq qərarına gəlmiş, evinə də getmədən saat 18 radələrində Bankə qəsəbəsində Kür çayının üzərindəki körpünün yaxınlığındakı dayanacağa gələrək Salyana gedən avtobusa minmək istəmiş, lakin avtobus az əvvəl yola düşdüyü üçün avtobusa çata bilməyərək dayanacaqda dayanıb təsadüfi keçən maşınları gözləməyə başlamışdır. Bir neçə dəqiqədən sonra dayandığı dayanacağa tərəf asta sürətlə gələn bir «Vaz 21070» markalı, ağ rəngli **-DT-*** nömrəli avtomobil olduğunu görmüş, həmin vaxtı dayanacaqda tək olmuş, əl edərək həmin avtomobili saxlatmış və maşının sağ qabaq qapısını açmışdır. Avtomobildə sürücüdən başqa heç kim olmamış, sürücünü tanımamış, ilk dəfə görmüşdür. Adını sonradan bildiyi Etibardan bir az əvvəl Salyan rayonuna çıxmış avtobusa onu çatdırmasını istəmiş, Etibar da Salyan rayonuna getdiyini bildirib 3 manata onu apara biləcəyini bildirmişdir. Etibar onunla eyni vaxtda telefonla da danışmış, onunla razılaşdıqda maşına oturmasını demişdir. Avtomobilə əyləşəndən sonra Etibar yolüstü müştəri də olsa götürəcəyini bildirmiş, onlar Bankə dairəsi adlanan yeri keçməklə üzü Salyan rayonu istiqamətinə yola düşmüşlər. Yolboyu Etibar telefonla kimlərləsə balıqla bağlı danışmış, onun danışığından Neftçaladan balıq alıb Masallıda satdığını başa düşmüşdür. Xıllı kəndi ərazisində olanda kimsə Etibara zəng edib onda iri «ziyad» balıqları olduğunu bildirmiş, Etibar da ondan balığı almağa razılaşdığı üçün maşınını geri döndərmişdir. Həmin vaxtı maşından düşmək istədiyini bildirdikdə Etibar düşməməsini, tez qayıdacağını bildirmiş, o da razılaşmışdır. Etibar Bankə qəsəbəsinə qayıdanda həmin şəxslə telefonla danışmış və məscidin yanına gedib orada dayanaraq balıq satanı gözləməyə başlamış, bir neçə dəqiqədən sonra yanlarına ağımtıl rəngli «Vaz 2106» markalı avtomobil gəlmiş və işarə verib arxasınca getmələrini istəmişdir. Həmin sürücünün həmyerlisi Füzuli olduğunu görmüşdür. Etibar avtomobilini Füzülinin darvazasının qarşısında saxlayaraq Füzulinin evinə girmiş, bir neçə dəqiqədən sonra onun olduğu maşının baqajının örtülmə səsini eşitmişdir. Həmin vaxtı mürgülədiyi üçün səsə ayılmış və onların baqaja balıq qoyduqlarını başa düşmüşdür. Etibar Füzuli ilə sağollaşaraq maşına əyləşib Salyan rayonu istiqamətinə sürmüş, yol boyu kimlərləsə aldığı balıq haqqında danışmış, danışdığı şəxslərdən də birinə «Hacı» deyə müraciət edərək ona aldığı balıqlar barədə məlumat vermişdir. Bir müddət narkotik vasitə qəbul etmədiyi üçün yolda onun ağrıları tutmağa başlamışdır. Xocalı kəndində yaşayan əvvəllər evində bir yerdə narkotik vasitə qəbul etdiyi tanışı Vilayətdə ağır ağrıkəsici dərman ola biləcəyi yadına düşmüş və ondan dərman istəməyi fikirləşmişdir. Vilayətlə çoxdan əlaqədə olmadığı üçün onun nömrəsini bilməmiş, ancaq evini tanımışdır. Etibardan onu yolunun üstündə olan Xocalı kəndinin içərisinə aparmasını, orada dostundan əmanət götürəcəyini demiş və bunun üçün ona əlavə 5 manat yolhaqqı verəcəyini bildirmişdir. Etibar razılaşmış və oradan tez çıxmağını istəmişdir. Etibara Xocalı kəndinə gedən yolu göstərmiş, sonuncu da həmin kəndə girmişdir. Vilayətin evi kəndin qurtaracağında yerləşdiyi üçün sürücüyə yolu göstərmiş, Etibar Vilayətin evinə dönən yerə dönmək əvəzinə bir qədər irəli gedib, asfalt yoldan torpaq yola çıxmışdır. Qarşıda yol bitdiyi üçün Eibar oradakı 2 mərtəbəli evin qarşısında maşınını saxlamışdır. Ondan maşınını arxaya verməsini istəmiş, Etibar yolu düz gəlmədiyinə görə əsəbi formada ona özünün düşüb tez gedib qayıtmasını bildirmişdir. Maşından düşüb tək piyada yaxınlıqda olan Vilayətin evinə getmiş, Vilayətin evinin qarşısında onu səsləmiş, lakin evdən ona səs verən olmadığı üçün Vilayətin evdə olmadığını başa düşüb dərhal piyada gəldiyi maşına tərəf qayıtmışdır. Maşına 5-6 metr qalmış Etibarın avtomobilinin işlək vəziyyətdə olduğunu, sürücünün öz qapısını açıb bir ayağını yerə qoyduğunu görmüşdür. Etibar onun gəldiyini görməmiş və həmin vəziyyətdə onun ünvanına öz-özünə «harda qaldı» deyib onun var yoxunu söymüşdür. Etibara yaxınlaşıb «kişi kimi söyürsən? mənimləsən?» suallarını vermiş, Etibar da olduğu yerdə qalıb ona «hə səninləyəm» cavabını vermişdir. Etibara kobud və nalayiq ifadə işlədərək cavab qaytarmışdır. Etibar onun ailəsinin ünvanına daha da pis söyüş söymüşdür. Həmin vaxtı narkotik vasitə tapa bilmədiyi üçün ağrıları çox olmuş, özünü yaxşı hiss etməmişdir. Etibar onun ailə üzvlərinin ünvanına söyüş söydüyü üçün çox əsəbiləşmiş və onu öldürmək qərarına gəlmişdir. Etibarı öldürmək məqsədi ilə qaranlıqda onun görməyəcəyi şəkildə gödəkçəsinin sağ yan cibində olan qatlanan bıçağını çıxarıb tiyəsini açaraq oturduğu yerdə onun sol çiyininə dalbadal bıçqla bir neçə dəfə vurmuşdur. Bu vaxt Etibar maşından çıxıb ona tərəf gələrək müqavimət göstərmək üçün əl-qol atmaq istəmişdir. Onlar orada dartışmış, Etibar maşınının sol arxa yan hissəsində, təkərin dibində dizi üstə yerə yıxılmış və əsəbiləşdiyi üçün orada ona dalbadal çox sayda zərbələr endirmişdir. Bıçaq zərbələrindən sonra etibar ayağa duraraq səndələmiş və bir qədər arxaya gedərək arxası üstə yerə yıxılıb hərəkətsiz qalmışdır. Ondan çoxlu qan axdığı üçün onun öldüyünü başa düşmüş və orda qalacağı halda tutula biləcəyini düşünüb ordan qaçmaq qərarına gələrək bıçağı cibinə qoymuşdur. Həyəcandan ayaqları tutulduğu üçün qaça bilməmiş və öldürdüyü şəxsin avtomobili ilə oradan uzaqlaşıb bir yerə getməyi qərara almışdır. Bu məqsədlə də avtomobilə əyləşərək arxaya sürmüş və asfalta tərəf yön alıb kənddən çıxaraq avtomobili qaçırtmışdır. Onun sürücülük vəsiqəsi və həmin avtomobili idarə etməyə icazəsi olmamışdır. Hara gedəcəyini bilməmiş, oradan uzaqlaşmaq istəmişdir. Üzü Salyan şəhəri istiqamətə asfalt yolla hərəkətini davam etdirmişdir. Yolda yol polisinin onu saxlaya biləcəyindən və törətdiyi cinayətin ifşa olunacağından, həmçinin tutulacağından qorxaraq avtomobili Kürqaraqaşlı kəndi ərazisində orta məktəbi keçəndən sonra sol tərəfdə kanalın kənarında torpaq yola sürmüşdür. Həm qarşıdakı yol palçıq olduğu, həm də həyacandan maşın sürə bilmədiyi üçün maşını, təxminən yoldan 100 metr irəlidə yolun ortasında saxlamış və maşının özünü və işıqlarını söndürmüşdür. Bir qədər maşında əyləşib fikirləşmiş, bu vaxt maşının alın şüşəsinin dibində pultun siqnalizasiyasının qırmızı rəngli işığının yanıb-sönən işığı onu əsəbiləşdirdiyi üçün və işığın yoldan keçən adamların görüb diqqət çəkəcəyini düşündüyü üçün maşının qabaq kapotunu açıb akkumlyatordan “klemanın” birini ayırıb maşının elektrik sistemini söndürmüş və kapotu örtüb maşının açarını həmin ərazidə dəqiq xatırlamadığı yerdə qamışlıq və ya bataqlıq əraziyə tullamışdır. Maşında əllərinin izinin tapılmaması üçün maşından götürdüyü əski parçası ilə maşında əlini vurduğu yerləri, yəni sükanı, sürətlər qutusunun baş hissəsini, qapı tutacaqlarını, maşının şüşələrini və xatırlamadığı başqa yerlərini silmişdir. Etibarı öldürən vaxt əynindəki qara rəngli gödəkçə və əlləri qan olmuş, şalvarı isə palçığa və az qana bulaşmışdır. Bu səbəbdən şübhə çəkməmək üçün maşının arxa tərəfində yağışdan sonra yolda əmələ gəlmiş gölməçədə əllərini yumuş, gödəkçədəki qan quruduğu üçün rastlaşacağı şəxsin də şübhələnməməsi üçün gödəkçənin çölünü içərisinə çevirib gödəkçəni tərs üzünə geyinmişdir. Üst-başını və maşını sildiyi əskini özü ilə götürmüş və orada qala bilməyəcəyi üçün maşını orada qoyub dərhal maşınla gəldiyi yolla piyada geri asfalta tərəf qayıdıb yolun sol çiyni ilə asfaltın kənarı ilə üzü Salyan şəhəri istiqamətində piyada getmişdir. Maşını saxladığı, maşının yanında olduğu, qayıtdığı vaxt ətrafda heç kim olmamış, yolda da heç kimlə rastlaşmamışdır. Yolda üzərində götürdüyü əski parçasını maşını qoyduğu yerdən xeyli aralıda xatırlamadığı yerdə kolluğa atmışdır ki, ələ keçməsin. Etibarın avtomobilini talama məqsədi olmadan qaçırtmaq niyyəti olmamış, sadəcə olaraq həmin avtomobillə hadisə yerindən uzaqlaşmışdır. Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməmişdir, həmin maddə ilə özünü təqsirli bilməmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanasının binasına az qalmış yolun sağ tərəfinə keçib Salyan dairəsinə getmək üçün yoldan keçən maşınları əl işarəsi ilə saxlatmaq istəmiş, yol boyu heç kimlə rastlaşmamışdır. Onun məqsədi Salyan dairəsindəki taksilərdən biri ilə Neftçala rayonuna evinə getmək olmuş, yoldan keçən nömrəsinə və rənginə fiikir vermədiyi, damında taksi işarəsi olan «Vaz 21011» markalı avtomobil yanında saxlamış və o da taksiyə əyləşib Salyan dairəsinə gedərək orada yol haqqı kimi ona 1 manat pul vermişdir. Sürücünün üzünə diqqətlə baxmamış, onun yaşını, kimliyini bilməmişdir. Çox həyacanlı olmuş, qorxmuş, nə edəcəyini bilməmişdir. Dairədə də Neftçala rayonuna gedən maşın olmamışdır. Yaxınlıqdakı şəhər qəbiristanlığında siqaret çəkib düşünməyə başlamışdır. Orada onu yuxu tutmuş və saat 04 radələrində qəbirlərin arasında yatmışdır. Saat 07 radələrində oyanaraq piyada Salyan şəhər bazarının yanına gəlmiş, orada dayanan Neftçala marşrutu üzrə işləyən mikroavtobusların birinə əyləşib Şorkənd kənd yolu ilə Neftçala rayonu Bankə qəsəbəsinə evinə getmişdir. Evdə olan bütün ailə üzvləri yatmışlar. Gödəkçəsi qanlı olduğundan kiminsə şübhələnməməsi üçün sakitcə həyətdəki yatdığı yardımçı tikiliyə girib köhnə əskilərdən biri ilə su ilə gödəkçəsinin qanını silmişdir. Onun ayağındakı ayaqqabının da üstündə qan olduğu üçün onu da həmin əski ilə silib şalvarının palçıq və qanını əli ilə təmizləmişdir. Həmin tikilidə gödəkçəsini qurumaq üçün asmış, ayaqqabının izinin hadisə yerində qala biləcəyindən qorxduğu üçün ayaqqabını aparıb evin arxasında cücə saxladığı yeşiyin içərisində gizlətmişdir. Bir neçə gündən sonra onu götürüb geyinmiş, ələ keçməməsi üçün həmin vaxt hadisəni törətdiyi bıçağı evinin həyətindəki su hovuzunun və hamamın arxasında olan yerdən qazdıqları kanalizasiya quyusuna tullamışdır. Bıçaqda qan olmuş, ancaq kanalizasiyaya tulladığı üçün onu silməmişdir. Sonra isə həyətdəki otaqda yatmışdır. Ertəsi gün saat 18-dək evində olmuş, sonra narkotik tapmaq üçün Bakı şəhərinə getmişdir, lakin tapa bilməmişdir. xx.xx.2022-ci ildə səhər saatlarında narkotik tapa bilməyib evinə qayıtmış, 21 noyabrda bütün günü evdə olmuşdur. Qəsəbədə olduğu zaman xatırlamadığı qəsəbə sakinlərindən Neftçala və Salyan Rayon Polis Şöbələrinin əməkdaşlarının onun öldürdüyü şəxsi öldürəni tapmaq üçün qəsəbəyə gəlib iş gördüklərini eşitmişdir. Bir az da həyacanlanmış və tutulmaqdan qorxmuş, buna görə təslim olmamışdır. Həmin gün saat 18 radələrində Bakı şəhərinə gedib gecəni küçələrdə, parklarda gecələmiş, narkotik vasitə almaq üçün 22 noyabr 2022-ci ildə saat 11 radələrində Bakı şəhəri Nizami rayonu ərazisindəki «Koroğlu» metrostansiyası yaxınlığında narkotik satan, Bakının hansısa kəndindən olan Babakişi adlı şəxsdən 200 manata 5 qram narkotik vasitə olan heroin və 1 qram metamfetamin almış və yaxınlıqdakı çayxanaların birinin tualetində heroindən istifadə edərək inyeksiya yolu ilə narkotik qəbul etmiş, qalanını isə cibinə qoyub çayxanadan çıxıb evinə getmək üçün Səbail rayonu ərazisindəki «Salyan vağzalı» deyilən yerə gəlmişdir. Orada özlərini polis əməkdaşı kimi təqdim edən 4-5 nəfər mülki geyimli şəxs yaxınlaşıb onu avtomobilə mindirib Salyan RPŞ-nə gətirmişlər. Polis şöbəsində olarkən qətlə yetirdiyi şəxsin Masallı rayonu Qızılağac kənd sakini X17 olduğunu öyrənmişdir. Etibara bıçaqla neçə dəfə vurduğunu, neçəsinin ona dəydiyini bilməmiş, hadisə vaxtı çox əsəbi olmuş, narkotik vasitə tapa bilmədiyi üçün ağrıları çox olmuş, özünü yaxşı hiss etməmişdir. Hadisə vaxtı özünü idarə edə bilmədiyi üçün ona çox sayda zərbə endirmişdir. Etibarı öldürməkdə istifadə etdiyi bıçağı uzun illər əvvəl xatırlamadığı vaxtda, Bakı şəhərindən xatırlamadığı mağazalardan birindən şəxsi istifadəsi üçün almış, həmin bıçağı gündəlik məişətdə istifadə etmək üçün tez-tez cibində gəzdirmişdir. Hadisə günü də evindən çıxanda bıçaq gödəkçənin cibində olmuşdur. Həmin bıçaqla hadisə gününədək hər hansı cinayət hadisəsi törətməmişdir. Etibar Məmmədovu bıçaqla vurarkən yanlarında heç kim olmamışdır. Hadisə zamanı Etibar Məmmədov onu vurmamış və xəsarət yetirməmişdir. Ümumiyyətlə həmin hadisədə hər hansı xəsarət almamış, bədənindən qan çıxmamışdır. Hadisə zamanı əynində qara rəngli gödəkçə, qara rəngli cins tipli vilvet şalvar, boz rəngli uzunqol boğazı yarıyadək zəncirbəndli poluver, qara rəngli papaq, ağ rəngli qısaqol köynək, qara rəngli ipli ayaqqabı olmuş, şalvar, qısaqol köynəyi yumamış, poluver, papaq, gödəkçə və ayaqqabını evin həyətindəki yardımçı tikiliyə qoymuş, papaq və poluverdə heç bir zədə, ləkə olmamış və onları yuduzdurmamışdır. Gödəkçəni özü silsə də ertəsi gün həmin gödəkçədən qurumuş qanın iyi pis gəldiyi üçün onu yuduzdurmaq qərarına gəlmiş və onu ləyənə qoyub üstünə təmizləyizi toz tökərək islatmışdır. Qardaşı arvadı Ülviyyəyə palçığa yıxıldığı üçün gödəkçənin bulaşdığını bildirib onu yumasını xahiş etmiş, Ülviyyə də onu yuyub zivəyə asmışdır. Törətdiyi cinayət barədə heç kimə məlumat verməmiş, polis əməkdaşları onu yaxalayıb polis şöbəsinə gətirəndə törətdiyi cinayətin onlara bəlli olduğunu bilib onlara törətdiyi cinayəti şifahi etiraf etmişdir. Üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçəsinin sağ yan cibindən 2 ədəd bükümdə narkotik vasitə olan heroini, 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamini könüllü şəkildə təqdim etmiş, heç bir etirazı olmamışdır. Ekspert rəyindən sonra bilmişdir ki, təqdim etdiyi 1 ədəd polietilen bükümdəki narkotik vasitə olan heroinin təmiz çəkisi 4,221 qram, 1 ədəd kağız bükümdə narkotik vasitə olan heroinin təmiz çəkisi 0,194 qram və 1 ədəd polietilen bükümdəki psixotrop maddə olan metamfetamin təmiz çəkisi 0,826 qram olmuşdur. Etibar tərəfindən söyüş söyüldüyündən onu öldürdüyünü, əməlindən peşman olduğunu, xəstəliyi olduğunu bildirmiş və məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 18 noyabr 2022-ci ildə Salyan rayonu, Xocalı kəndində Etibarın idarə etdiyi avtomobildən düşəndən sonra Vilayətin evinə gedib qayıtması təxminən 3-5 dəqiqə çəkmiş, Etibarla mübahisə etməsi və onu bıçaqla vurub öldürməsi, sonra da onun avtomobilinə əyləşib kənddən Salyan-Neftçala avtomobil yoluna çıxması təxminən 4-5 dəqiqə çəkmişdir. Etibarla uzun-uzadı mübahisə etməmiş və dalaşmamışdır. Hadisə çox qısa vaxt ərzində baş vermişdir. Etibarı xüsusi amansızlıqla qətlə yetirməmiş, ona əzab vermək niyyəti olmamışdır. Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməmiş, özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilmişdir. İfadəsi yerində yoxlanılan zaman Etibarın əziyyət çəkməsini istəməsini bildirdiyini qəbul etməmiş, belə bir niyyəti olmamışdır. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X19 ifadəsində bildirmişdir ki, X17 onun doğma atasıdır, onun rəsmi adı Etibar olsa da, onu hamı Məhəmməd adı ilə tanımışdır. Atası çox sakit, mehriban insan olmuş, ailədə hamı onu çox istəmişdir. Onun bütün ailə üzvləri ilə münasibəti yaxşı olmuşdur. Atası onunla və anası ilə bir evdə yaşamışdır. Atası uzun müddətdir ki, Neftçala rayonundan balıq alaraq həmin balıqları yaşadıqları Masallı rayonu, Qızılağac kəndində topdan satmaqla məşğul olmuşdur. Atasının «Vaz 21070» markalı, **-DT-*** nömrəli avtomobili olmuş, həmin avtomobili ilə balıq daşımışdır. 18 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində atası Neftçala rayonundan balıq almaq məqsədi ilə evdən tək çıxıb getmiş və bir daha evə qayıtmamışdır. Salyan RPŞ-nə çağırılandan sonra atasının Salyan rayonu, Xocalı kəndində naməlum şəxs tərəfindən qətlə yetirildiyini öyrənmişdir. Atasını qətlə yetirmiş Neftçala rayon, Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs tanımamış, Etibarın sağlığında həmin Müşviqi tanıyıb-tanımadığını bilməmiş, onlar arasında ədavət-düşmənçilik, hər hansı mübahisə olduğunu da görməmiş və eşitməmişdir. Atasını öldürən şəxsin Müşviq adlı şəxs olduğunu ifadəsi alınanda eşitmiş, onun atasını nə səbəbə öldürdüyünü bilməmişdir. Atası cavan yaşlarında 20 ildən artıq müddət mütəmadi olaraq sərbəst güləş idmanı və futbolla məşğul olmuşdur, idmançı bədənli və fiziki cəhətdən güclü olmuşdur. Etibar Məmmədov sakit təbiətli olsa da bir qədər hövsələsiz, səbirsiz və tez əsəbləşən olmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir, hər hansı tələbi yoxdur, qanunvericilikdə nəzərdə tutulmuş ən ağır cəzanın verilməsini xahiş etmişdir. Dindirilmiş şahid X26 ifadəsində göstərmişdir ki, balıq ovu ilə məşğul olan tanışlarından balıq alaraq bazarda pərakəndə satışını həyata keçirmiş, Masallı rayonu, Qızılağac kənd sakini Etibar Məmmədov adlı şəxsi Məhəmməd adı ilə tanımış, Etibar ondan bir neçə dəfə balıq alıb yaşadığı Masallı rayonuna aparmışdır. Etibarla çox yaxşı münasibəti olmuşdur. Təqsirləndirilən şəxs Neftçala rayonu, Bankə qəsəbə sakini kimi çoxdan tanımış, onunla heç bir münasibəti və düşmənçiliyi olmamışdır. 17 noyabr 2022-ci il tarixdə Neftçalada bazarda olarkən balıqçılardan iri kütümün kilosunu Etibar adlı alverçinin baha qiymətə aldığını eşitmişdir. 18 noyabr 2022-ci ildə yenə də iri kütüm balıqları almış, onu bu dəfə baha qiymətə satmaq istədiyi üçün Etibarı axtarmağa başlamış, onu tanısa da telefon nömrəsini öz telefonuna yazmamış, ancaq əvvəllər onun hər gün balıq almaq üçün Neftçalaya gəldiyini eşitmişdir. Etibarın telefon nömrəsini tapdıqdan sonra Etibarla danışmış, Etibara iri kütüm və külmə balıqları olduğunu demişdir. Telefonda balığın satış qiyməti ilə bağlı bir qədər söhbət etmişlər, nəhayət kütümün kilosunu ona 14 manata satmağa razılaşmışdır. Etibar Xıllı kəndi ərazisində olduğunu, oradan qayıdıb Bankə qəsəbəsinə gələcəyini bildirmiş və onlar Seyidlər məsçidinin yaxınlığında görüşməyi vədələşmişlər. Etibarın idarə etdiyi «Vaz» 2107 markalı, **-DT-*** nömrəli avtomobilin yol kənarında dayandığını görmüş, işarəsi əsasında Etibar avtomobili onun arxasınca evinə sürmüş, avtomobnildən düşərək evinə getmişlər, Etibarın avtomobilinin qabaq oturacağında Təqsirləndirilən şəxs oturduğunu görmüşdür. Etibarla birlikdə gedib evin zirzəmisindəki balıqlara baxmışlar və onları tərəzidə çəkmiş, cəmi 9 ədəd iri ölçüdə ümumi çəkisi 14,3 kq kütüm və 8 kq külmə balığı olmuşdur. Etibar 200 manat kütüm, 27 manat isə külmə üçün cəmi 227 manat pul vermişdir. Balıqlar göy rəngli sellofan torbada olmuş, torbanın birini özü digərini isə Etibar götürmüş və zirzəmidən çıxaraq torbaları aparıb Etibarın avtomobilinin yük yerinə qoymuşlar, sonra Etibar avtomobillə çıxıb getmişdir. Verilən suallara cavab olaraq Füzuli Zalov bildirmişdir ki, sosial şəbəkələrdə paylaşılan xəbərlərdən Etibarın Salyan rayonu, Xocalı kəndində Müşviqin öldürdüyünü eşitmiş, həmin hadisənin şahidi olmamış, Müşviqin Etibarı hansı səbəbdən qətlə yetirdiyini bilməmişdir. İbtidai istintaqa verdiyi ifadəsini olduğu kimi təsdiq etmişdir. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, X8 Qasımova ilə evlənmiş, Etibarla münasibəti çox yaxşı olmuşdur. 18 noyabr 2022-ci ildə saat 18:00-da idarə etdiyi avtomobillə Neftçala rayonuna mal aparan zaman Salyan rayonundakı Kür çayının körpüsünün yaxınlığında Etibarın mobil telefonuna zəng edib balığının olub-olmadığını soruşmuş, Etibar da ona Neftçalada olduğunu, oradan çıxaraq geri qayıtdığını, balığının olmadığını demişdir. Etibar onunla danışa-danışa kiməsə «otur gedək» demiş və həmçinin ona «ola bilsin ki, səninlə rastlaşaq» demişdir. Etibarla yolda rastlaşmamış və başı işinə qarışıq olduğu üçün Etibara da zəng etməmişdir. Təxminən saat 21 radələrində işləri bitmiş və çıxıb Bakı şəhərinə getmişdir. 19 noyabr 2022-ci ildə saat 03 radələrində qohumlarından Etibarın Salyan rayonu, Xocalı kəndi ərazisində öldürüldüyünü və hazırda onu Masallı rayonuna apardıqlarını öyrənmişdir. Etibarın öldürülmə xəbərini eşitdikdən sonra ailə üzvləri ilə Masallı rayonuna yola çıxmış və gedib yasda iştirak etmişdir. Etibarı kimin nə üçün harada öldürdüyünü bilməmiş, onun kiminləsə düşmənçiliyinin və şəxsi ədavətinin olduğunu görməmiş və eşitməmişdir. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Etibarın Salyan rayonu, Xocalı kəndində Müşviqin öldürdüyünün şahidi olmamış, Müşviqin Etibarı hansı səbəbdən öldürdüyünü bilməmişdir. İbtidai istintaqa verdiyi ifadəsini olduğu kimi təsdiq etmişdir. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, balıq ovu ilə məşğul olan tanışlarından balıq alaraq evində və ya Neftçala şəhərindəki bazarda pərakəndə satışını həyata keçirmiş, Masallı rayonu, Qızılağac kənd sakini Etibar Məmmədov adlı şəxsi Məhəmməd adı ilə tanımışdır. Etibar ailəlikcə dəfələrlə onlarda olmuş, bir-birləri ilə çox yaxın münasibətdə olmuşlar. Etibar tez-tez ondan və başqa şəxslərdən balıq alıb yaşadığı Masallı rayonuna apararaq orada satmışdır. Təqsirləndirilən şəxs Neftçala rayonu, Bankə qəsəbə sakini kimi çoxdan tanımış, onunla heç bir münasibəti və düşmənçiliyi olmamışdır. 18 noyabr 2022-ci ildə saat 18 radələrində evdə olduğu zaman Etibar tək onlara gəlmiş, o da küçəyə çıxmış və Etibarla onun özünə məxsus ağ rəngli, «Vaz 21070» markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilinin yanında söhbət etmişlər. Həmin vaxt maşında heç kim olmamışdır. Etibar ondan balıq istəmiş, lakin onda çox balıq olmadığı üçün ona 50 (əlli) manat pula cəmi 5 (beş) ədəd xırda ölçüdə kütüm balığı satmışdır. Etibar ona heç kimdən balıq tapa bilmədiyini bildirmişdir. Etibar onun yanında təxminən 15-20 dəqiqə qaldıqdan sonra ona evinə gedəcəyini deyərək avtomobili ilə yola düşüb getmişdir. Etibar gedəndən təxminən 1 saat sonra saat 19 radələrində hava qaralan ərəfədə ona zəng edərək Neftçala rayonu, Xıllı kəndindən qayıtdığını, bir nəfərin ona zəng etdiyini, yanında da adam olduğunu, Neftçala rayonu, Bankə qəsəbəsindən gəldiyini, qəsəbədəki məsçiddən sola dönüb orada bir nəfərdən Hacı adlı tanışı üçün iri ölçüdə ziyad və külmə balığı aldığını və çıxıb evə getdiyini demişdir. Etibar ziyad balığının kilosunu 14 manata aldığını bildirib, baha və ya ucuz aldığını soruşmuş, Etibardan balığı kimdən aldığını soruşanda Etibar balığı Füzulidən aldığını demişdir. Etibara balığı ucuz qiymətə aldığını bildirib onunla sağollaşmışdır. 19 noyabr 2022-ci ildə saat 00:30 radələrində Neftçala RPŞ-də sahə rəisi işləyən qardaşı oğlu Xəqani Səfərov ona zəng edərək Etibarın onlara gəlib-gəlmədiyini soruşmuş, cavabında Etibarın gəldiyini, onda balıq olmadığı üçün tez çıxdığını bildirmişdir. Xəqani də ona Etibarı bıçaqla Salyan rayonu ərazisində öldürərək yolun ortasına atdıqlarını bildirmişdir. Etibar mehriban insan olsa da tez özündən çıxan, əsəbi, səbirsiz adam olmuşdur. Etibarın sol gözü tez-tez əsmiş, əsəbdən gözünün birinin həmin vəziyyətə düşdüyünü bildirmişdir. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, X27 rayonu, Xocalı kəndində öldürməsinin şahidi olmamış, Müşviqin Etibarı hansı səbəbdən öldürdüyünü bilməmişdir. İbtidai istintaqa verdiyi ifadəsini olduğu kimi təsdiq etmişdir. Dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Etibar Məmmədov onun əridir, onunla münasibəti normal olmuşdur. Etibar Məmmədov özünə qapalı adam olmuş, bəzən əsəbləşmişdir. Etibar şəkər xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkmiş, həmçinin 3 dəfə infarkt keçirtmişdir. Ürəyi xəstə olduğu üçün 2 dəfə Naftalan şəhərində adını bilmədiyi xəstəxanada müalicələr almışdır. Etibar yaz və yay aylarında təsərrüfatla məşğul olmuş, bostan əkmişdir. Etibar payız və qış aylarında isə balıq alveri ilə məşğul olmuşdur. Etibar əsasən Neftçala rayonundan aldığı «ziyad, çəki, bobla» növündən olan balıqları gətirib Masallı rayonunda satmış və təxminən 20 ildir bu işlə məşğul olaraq ailələrini dolandırmışdır. Etibarın özünə məxsus «Vaz 21070» markalı avtomobili olmuş və onunla balıq daşımışdır. Etibar Neftçala rayonuna getməmişdən əvvəl həmişə oradakı alverçilərlə əlaqə saxlayaraq havanın küləkli olub-olmadığını və balığın olub-olmadığını soruşmuşdur. Balıq olduqda isə həftədə 1-2 dəfə alverə getmişdir. Etibarın heç kimlə düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. Etibar heç vaxt ona kimləsə düşmənçiliyinin olduğunu deməmişdir. Etibarı sonuncu dəfə 18 noyabr 2022-ci ildə saat 14:00-da görmüşdür. Etibar həmin gün səhər saat 06:00-da yaşadıqları Qızılağac kəndində yerləşən bazara gedərək ondan bir gün əvvəl, yəni 17 noyabr tarixində Neftçala rayonundan aldığı balıqları satmış, saat 10:00-da evə gələrək yatmışdır. Təxminən saat 13 radələrinə qədər yatdıqdan sonra yuxudan oyanmış və ona yemək vermişdir. Etibar ona günortadan sonra yenidən Neftçala rayonuna gedərək balıq alacağını bildirmiş və təxminən saat 14:00-da öz avtomobili ilə evdən çıxıb yola düşmüşdür. Həmin gün təxminən saat 23:30 radələrində oğlu Zahir Məmmədov ona zəng edərək polislərin ona zəng etdiyini, Etibarın avtomobil qəzasına düşdüyünü, vəziyyətinin ağır olduğunu bildirmişdir. Qışqırıb ağladığı üçün səs-küyə qonşular gəlmiş, təxminən 1-2 saat sonra Zahir ona təkrar zəng edərək ərinin naməlum şəxs tərəfindən öldürüldüyünü bildirmişdir. Onlar bir neçə gün Etibarı kimin öldürdüyünü bilməsələr də sonradan oğlu Zahir ona ərini Neftçala rayon sakini Müşviq adlı şəxsin öldürdüyünü bildirmişdir. Müşviqin Etibarı nə səbəbə görə öldürdüyünü bilməmiş, Müşviqi tanımamış, heç vaxt onu görməmiş və onunla heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. Dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Masallı rayonunda Təzə Bazar adlı bazarda balıq alveri ilə məşğul olmuş, mərhum X9 uşaqlıqdan tanımış, pərakəndə balıq alverçisi kimi Etibardan balıq alıb başqa yerlərdə satmışdır. Etibarın «Vaz 21070» markalı nömrəsini bilmədiyi ağ rəngli avtomobili olmuş, Etibar həmin avtomobillə balıq daşmışdır. Onunla münasibəti həmkəndli kimi daim normal olmuşdur. 18 noyabr 2022-ci il tarixdə, saat 15:45-də kəndlərində görüşüb Etibara keçən gün aldığı balığın 215 manat pulunu vermiş və ondan yeni balıq gətirməsini sifariş etmişdir. Etibar ona həmin gün Neftçalaya balıq almaq üçün gedəcəyini bildirmiş, onunla ayrıldıqdan sonra hazırki vaxtadək onu görməmiş, həmin günü onun üçün əlavə olaraq 7 kiloqram külmə balığı almasını ona sifariş vermək üçün təxminən saat 19:20-də Etibara zəng etmiş, həmin vaxt Etibar ona Neftçalada olduğunu, sifariş etdiyi balığı alacağını demişdir. Həmin günü növbəti dəfə saat 19:30-da ona zəng edərək sifarişini icra edib-etmədiyini Etibardan soruşmuş, Etibar da ona balıqları aldığını, yola çıxdığını, 1 saat 20 dəqiqəyə kəndə çatacağını bildirmişdir. Sonra kəndə gəlməmiş, Etibara zəng etməmişdir. Salyan Rayon Prokurorluğuna çağırıldığı zaman prokurorluqda Etibarın naməlum şəraitdə Salyan rayon ərazisində öldürüldüyünü öyrənmişdir. Etibarın nə vaxt, harada və nə səbəbdən öldürüldüyünü bilməmişdir. Etibar təbiətcə çox sakit, mülayim insan olmuş, onun hər hansı şəxslə ədavət və ya düşmənçiliyinin olmasını görməmiş və eşitməmişdir. Etibarın Neftçala rayonundan kiminlə qayıtmasından məlumatlı olmamışdır. İbtidai istintaqa verdiyi ifadəsini olduğu kimi təsdiq etmişdir. Dindirilmiş Şahid7 qız ifadəsində göstərmişdir ki, Neftçala rayonundan Bankə qəsəbəsinə ayrılan dairənin yaxınlığında yerləşən Faxı adlı şəxsdən icarəyə götürdüyü adsız kiçik kafeni işlətmiş, orada ondan başqa heç kim işləməmişdir. Kafedə həm yemək bişirmiş, həm də qulluqçuluq etmişdir. Etibar təxminən 2 ildir tanımış, sonuncu kafenin daimi müştərisi olmuş, tez-tez kafeyə gəlib çay içib, yemək yemişdir. Etibar Neftçala rayonundan balıq alıb öz rayonuna satmağa aparmış, ünsiyyətcil insan olduğundan kafeyə gələndə səmimi münasibət saxlamışdır. 18 iyul 2022-ci ildə təxminən saat 17 radələrində Etibar idarə etdiyi «Vaz 2107» markalı avtomobili ilə tək kafeyə gəlmiş, kafenin içərisində sifariş etdiyi toyuq sousu yeməyini yemiş, yeməyini yeyib qurtarandan sonra yeməyin pulunu soruşmuş, Etibara 3 manat pul təşkil etdiyini bildirmişdir. Etibar fikir vermədiyi cibindən qalaqlanmış vəziyyətdə çox sayda çıxardığı pulların arasından ona 3 ədəd bir manatlıq pul çıxardıb vermişdir. Kafedən çıxmaq istəyəndə qapının qarşısında Etibar yaxınlıqda taksi fəaliyyəti ilə məşğul olan Əvəz adlı şəxslə rastlaşmış və onlar səmimi öpüşüb görüşmüşlər. Etibar ona kafenin çölünə stol qoyub çay gətirməsini istəmişdir. Həmin vaxtı kafenin qarşısında çölə qoyduğu masada başqa taksi sürücüləri əyləşib domino oynamışlar. Onun qolu ağrıdığı üçün ondan stolu çölə özünün çıxarmasını istəmiş, o da Əvəzlə birlikdə çölə masa və 2 stul çıxardıb orada əyləşmişlər. Onlar üçün bir çaynik çay gətirib vermiş, Əvəzlə Etibar çay içib öz aralarında mehribancasına söhbət etmişlər. Təxminən 30-35 dəqiqə çay içəndən sonra Əvəz ondan ayrılıb harasa getmiş və bir neçə dəqiqədən sonra Etibar masadan durub kafenin qarşısında saxladığı avtomobilində əyləşmişdir. Durub maşınına gedəndən sonra masanı yığışdıranda masa üzərində 1 manat çayın pulunu görmüş, pulu ora kimin qoyduğunu bilməmişdir. Etibar maşınında əyləşəndə taksi sürücüləri hələ domino oynamışlar. Etibar bir neçə dəqiqə avtomobilində mobil telefonla danışdıqdan sonra avtomobili ilə Bankə qəsəbəsi istiqamətinə getmişdir. Bundan sonra onu görməmişdir. Salyan RPŞ-nə çağırılanda Etibarın 2-ci adının olduğunu və onun Xocalı kəndi ərazisində naməlum şəxs və ya şəxslər trəfindən öldürüldüyünü eşitmiş, onun ikinci adının olduğunu bilməmiş, onu kimin öldürdüyündən məlumatı olmamışdır. Verilən suallara cavab olaraq Şahid7 bildirmişdir ki, X27 rayonu, Xocalı kəndində öldürməsinin şahidi olmamış, hadisəni Salyan RPŞ-də eşitmiş, Müşviqin Etibarı hansı səbəbdən öldürdüyünü bilməmişdir. İbtidai istintaqa verdiyi ifadəsini olduğu kimi təsdiq etmişdir. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X21 bildirmişdir ki, 18 noyabr 2022-ci il tarixdə X2 alətlə qətlə yetirilməsi faktı üzrə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs 22 noyabr 2022ci ildə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “X20 İdarəsi”nin qarşısında saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 2 ədəd şəffaf rəngli sellofan torbacıq və şalvarının sağ yan cibindən 1 ədəd “Fly” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş sellofan torbacıqlar şərti olaraq 1 və 2 rəqəmləri ilə nömrələnərək baxış keçirilmişdir. 1 №-li torbaya baxış keçirilərkən həmin torbanın içərisində başqa-başqa sellofana bükülmüş halda 2 ədəd kiçik polietilen torbacıq olduğu müəyyən edilmişdir. Həmin torbacıqlar açılaraq içinə baxıldıqda hər birinin içərisində qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə oxşar kütlələr aşkar edilmişdir. 2 №-li torbacıq açılaraq içinə baxıldıqda içində ağımtıl rəngli psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvar, ağ rəngli qısaqol köynək də götürülmüşdür. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Salyan RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı X22 ifadəsində şahid Tural Məlikovun göstərdiyi xüsusatları olduğu kimi təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş hal şahidi X23 bildirmişdir ki, 22 noyabr 2022-ci il tarixdə Salyan RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti zamanı hal şahidi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 2 ədəd şəffaf rəngli sellofan torbacıq və şalvarının sağ yan cibindən 1 ədəd “Fly” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş sellofan torbacıqlar şərti olaraq 1 və 2 rəqəmləri ilə nömrələnərək baxış keçirilmişdir. 1 №-li torbaya baxış keçirilərkən həmin torbanın içərisində başqa-başqa sellofana bükülmüş halda 2 ədəd kiçik polietilen torbacıq olduğu müəyyən edilmişdir. Həmin torbacıqlar açılaraq içinə baxıldıqda hər birinin içərisində qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə oxşar kütlələr aşkar edilmişdir. 2 №-li torbacıq açılaraq içinə baxıldıqda içində ağımtıl rəngli psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvar, ağ rəngli qısaqol köynək də götürülmüşdür. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X12 ifadəsində şahid Ceyhun Rəhimovun göstərdiyi xüsusatları olduğu kimi təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«Hadisə yerinə baxış keçirilməsi haqqında» 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Salyan rayonu, Xocalı kəndində, kəndin qərb hissəsində, Neftçala-Salyan avtomobil yolundan 2,5 kilometr aralıda, kəndin içərisindən keçən daxili asfalt yolun qurtaracağında, həmin kənd sakini Şahid1 yaşadığı iki mərtəbəli fərdi yaşayış evinin qarşısından keçən kənddaxili torpaq yolun üstündə, qeyd olunan evin qara rəngli metal darvazasının qarşısında arxası üstə paltarlı kişi meyiti vardır. Meyitin sol əlinin ətrafında 12x14 sm ərazidə, həmin əldən 13 sm aralıda 1,25 metr uzunluğunda, eləcə də meyitin sağ tərəfində meyitdən 23 sm aralıda torpaq üzərində 40x52 sm ölçüdə qeyri-müəyyən formalı nisbətən laxtalanmaya məruz qalmış qana bənzər maye kütlələr vardır. Meyitin paltarları, sifəti və bədəni hissəvi palçığa və qanabənzər maddəyə bulaşmışdır. Meyitin əynində olan gödəkçə meyitin alt hissəsində olmaqla qolları meyitin qollarından çıxmış, qollarının içərisi çölünə çevrilmiş, yaxası açıq, dolaşıq vəziyyətdədir, köynəyin aşağısı şalvarın altından çıxıb yuxarı qalxmış vəziyyətdə olduğundan meyitin qarını yarımaçıqdır. Şalvarın hər iki yan cibinin içərisi çölə çıxmış vəziyyətdə olmaqla içərisi boşdur. Şalvarın sol və sağ arxa cibləri də boşdur, ancaq ciblərin içərisi çölə çıxmayıbdır. Köynəyin sol döş cibində nəm qanabənzər maddəyə bulaşıq «Viceroy» markalı siqaret qutusu, gödəkçənin sağ yan cibində 1 ədəd avtomobil açarı və bir ədəd qara rəngli avtomobil qapısı üçün pult vardır. Gödəkçənin sol yan cibində 1 ədəd smartfon tipli və 1 ədəd düyməli «Nokia» markalı mobil telefon, "xxxx" ASCnin Cənub filialında X5 adına 15 noyabr 2022-ci ildə cərimə üçün ödənmiş 1 ədəd bank çeki aşkar edilmişdir. Telefona gələn zənglərlə aparılan danışıqlardan meyitin Masallı rayonu, Qızılağac kənd sakini 1957-ci il təvəllüdlü X10 məxsus olduğu müəyyən edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin qeyd olunan qanabənzər maddən torpağı qaşımaq yolu ilə, eləcə də 3 ədəd pambıq topasına hopdurulmaqla nümunələr, meyitin ciblərindən aşkar edilmiş bank çeki, pult, açar, 2 ədəd mobil telefon, 1 ədəd siqaret qutusu götürülüb qablaşdırılmışdır. (cild 1, i.v. 04-15 və 67-71) -«Meyitə baxış keçirilməsi haqqında» 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Etibar Məmmədovun meyitinə baxış keçirilərkən əynində olan geyim əşyaları, yəni gödəkçə, köynək, mayka və şalvar götürülmüşdür. (cild 1, i.v. 22-33) -«Baxış keçirilməsi haqqında» 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Salyan-Neftçala avtomobil yolunun 3-cü kilometrliyində, Salyan rayonu Kürqaraqaşlı kəndi ərazisində, Salyan rayonu Xocalı kəndindən üzü Salyan şəhəri istiqamətində avtomobil yolunun sol tərəfində asfalt yoldan əkin sahələrinə ayrılıb torpaq yolla hərəkət etdikdə 72 metr aralıda torpaq yolun ortasında üzü Salyan şəhəri istiqamətdə dayanmış zərərçəkən Etibar Məmmədova məxsus ağ rəngli «Vaz 21070» markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Avtomobil üzərində hər hansı zədə, sınıq, dağılmış, əzilmiş yerlər aşkar edilməmişdir. Avtomobilin arxa sol qanadının və qapısının üzərində xüsusən də aşağı hissələrində, sol arxa təkərin üzərində tünd qırmızı, qurumuş müxtəlif ölçü və formalarda qana oxşar ləkələr aşkar edilmişdir. Həmin qapının üzərindəki şüşə pəncərə çöl tərəfdən silinmişdir, silinmə izləri açıq müşahidə olunmamışdır. Sol qabaq qapının şüşəsinin içəri tərəfində, qapının içəri hissəsinin üzlüyünün üzərində silinmədən sonra qalmış qanabənzər ləkə izləri müşahidə olunmuşdur. Sol qapı açıldıqda karnizin üzərində, qabaq oturacağa yaxın yerdə oval formada qurumuş qanabənzər ləkə aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin ləkələrdən nəm pambıq çubuğu üzərinə hopdurulmaqla nümunələr götürülmüşdür. Avtomobilin salonunda sındırma, dağıdılma əlamətləri müşahidə edilməmişdir. Avtomobilin sol qabaq oturacağının üstündə günlüyün içərisindəki cibdə bir ədəd pul və sənəd qabı aşkar edilmişdir. Həmin qabın içərisində Etibar Məmmədova, avtomobilə məxsus sənədlər, "xxxx" ASC-yə aid Etibar Məmmədovun adına olan plastik bankomat və fermer kartları və digər şəxsi sənədlər aşkar edilmişdir. Həmin qabın içərisində pul aşkar edilməmişdir. Avtomobilin yük yerində 2 ədəd göy, 1 ədəd açıq sarı rəngli və 2 ədəd şəffaf sellofan torbaların içərisində balıqlar və qutuların altında bir ədəd tərəzi aşkar edilmişdir. Göy rəngli sellofan torbanın içərisində 9 ədəd kütüm, digərinin içərisində 8 kq. külmə balığı, şəffaf sellofan torbanın içərisində 1 ədəd kütüm, açıq sarı rəngli sellofan torbanın içərisində 5 ədəd kütüm balığı aşkar edilmişdir. Avtomobilin qabaq kapotu açıldıqda akkumulyatorun müsbət tərəfinin klemmasının yerindən çıxarılmış vəziyyətdə olduğu müəyyən edilmişdir. Klemma yerinə taxıldıqda avtomobilin işıqlarının qoşulu vəziyyətdə olduğu müşahidə olunmuşdur. Avtomobilin xarici işıq sistemi yoxlandıqda avtomobilin arxa sol qabarit işığının yanmadığı, digər işıqlarının isə tam işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Baxış keçirilərkən məlum olmuşdur ki, Etibar Məmmədovun tapıldığı yerədək avtomobil yolu ilə məsafə 6,2 kilometrdir. (cild 1, i.v. 49-64) -«Baxış keçirilməsi haqqında» 20 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Salyan rayonu, Xocalı kənd ibtidai məktəbə quraşdırılmış videomüşahidə sisteminə baxış keçirilərkən hadisənin baş verdiyi 18 noyabr 2022-ci il tarixdə saat 19:49-da qaranlıq havada arxa sağ qabarit işığı yanan, sol qabarit işığı yanmayan bir sedan tipli avtomobilin kənddaxili asfalt yolla hərəkət edərək Şahid1 evi istiqamətə getdiyi, saat 19:59-da həmin avtomobilin geri qayıtdığı müəyyən edilmişdir. X1 məxsus «Vaz 21070» markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirərkən avtomobilin arxa sol qabarit işığının yanmadığı, digər işıqlarının isə tam işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Bu da onu deməyə əsas verir ki, videomüşahidə kamerasının yaddaşına düşən avtomobil elə Etibar Məmmədova məxsus avtomobil olmuş və zərərçəkən saat 19:49-da Xocalı kəndinə girmiş və sonuncu qətlə yetirildikdən sonra onun avtomobili saat 19:59-da kənddən çıxmışdır. (cild 1, i.v. 113-115) -Salyan Rayon Polis Şöbəsinin 22 noyabr 2022-ci il tarixli protokolundan görünür ki, 18 noyabr 2022-ci il tarixdə X2 alətlə qətlə yetirilməsi faktı üzrə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə ehtimal edilən Neftçala rayonu, Bankə qəsəbəsi, T.Xantəmirov küçəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci ildə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “X20 İdarəsi”nin qarşısında saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. (cild 1, i.v. 168- 170) -«Şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında» 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 2 ədəd şəffaf rəngli sellofan torbacıq və şalvarının sağ yan cibindən 1 ədəd “Fly” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş sellofan torbacıqlar şərti olaraq 1 və 2 rəqəmləri ilə nömrələnərək baxış keçirilmişdir. 1 №-li torbaya baxış keçirilərkən həmin torbanın içərisində başqa-başqa sellofana bükülmüş halda 2 ədəd kiçik polietilen torbacıq olduğu müəyyən edilmişdir. Həmin torbacıqlar açılaraq içinə baxıldıqda hər birinin içərisində qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə oxşar kütlələr aşkar edilmişdir. 2 №-li torbacıq açılaraq içinə baxıldıqda içində ağımtıl rəngli psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvar, ağ rəngli qısaqol köynək də götürülmüşdür. (cild 1, i.v. 196-202) - «Şübhəli şəxsin tutulması haqqında» 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan 22 noyabr 2022-ci ildə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v. 171-173) -«Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 24 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan olunmuş və Salyan Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 2, i.v. 32-33 və 52-54) -«Baxış keçirilməsi haqqında» 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Neftçala rayonu, Bankə qəsəbəsi, T.Xantəmirov küçəsində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətindəki otaqdan Təqsirləndirilən şəxs məxsus hadisə zamanı əynində olmuş qara rəngli papaq və tünd boz rəngli poluver, həyətdəki çardağın altında zivəyə asılmış gödəkçə, həyətdəki hamamın arxasında, həyətyanı sahədə, yerdən qazılmış çirkab suların axıdıldığı kanalizasiya quyusunun içərisindən Təqsirləndirilən şəxs cinayəti törətməkdə istifadə etdiyi qatlanmış vəziyyətdə ümumi uzunluğu 10,5 sm, dəstəyin uzunluğu 10,5 sm, tiyənin uzunluğu 7 sm, açılmış vəziyyətdə ümumi uzunluğu 18,5 sm, tiyənin qalınlığı 0,5 mm, bir tərəfi itilənmiş vəziyyətdə bıçaq aşkar edilərək götürülmüşdür. (cild 2, i.v. 218-225) -«Məhkəmə-tibb ekspertizasının» 21 dekabr 2022-ci il tarixli, 52 nömrəli rəyindən görünür ki, X5 meyitin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdirboyunun aşağı 1/3-nin sağ və sol nahiyəsinin, boyun əzələlərinin, yuxu atreriasının kəsilmiş yaraları, döş qəfəsinin ön sol nahiyəsinin 3 ədəd, qarının ön divarının sağ və sol, sağ böyrəküstü, sol əlin ovuc və arxa səthinin, sol qoltuqaltı nahiyənin, döş qəfəsinin arxa səthinin yaraları. Bu xəsrətələr həyati olub, X5 ölümündən bir qədər əvvəl iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 18 noyabr 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlərdən boyunun aşağı 1/3-nin sağ və sol nahiyələrinin, boyun üzvlərinin zədələnməsi ilə müşayiət olunan yarası, döş qəfəsinin sol yarısının iki ədəd daxilə nüfuz edən ürəyi və ağciyəri zədələyən daxili qanaxma törədən yarası, həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər, qalan digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Hər iki diz nahiyəsinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddətdə, yəni hadisə zamanı müxtəlif şəraitlərdə hər hansı bir küt əşyaya dəyməsi nəticəsində əmələ gələ bilərdi. Canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcləri təyin edilmir. X5 ölümünə səbəb-boyunun aşağı 1/3 hissəsinin, yuxu arteriasının, vena və boyun əzələlərinin kəsilməsi, ürəyin zədələnməsi, sol ağciyərin zədələnməsi, kəskin daxili və xarici qanitirmə olmuşdur. X5 ölümü meyitinin meyitxanada müayinəsindən 4-5 saat əvvəl baş vermişdir. X5 bədən səthi üzərində xəsarətlərin yerləşməsinə, formasına görə demək olar ki, xəsarətləri alarkən yarı oturaq və ya ona yaxın vəziyyətdə ola bilərdi, eyni zamanda onun bədəninin ön səthi xəsarət yetirən şəxsə tərəf olmuşdur və bu xəsarətlər qısa zaman kəsiyində ard-arda yetirildiyinə görə, hansı ardıcıllıqla yetirilməsini müəyyən etmək mümkün deyil. X5 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir, bu da mərhumun ölümündən əvvəl spirtli içki və narkotik maddə qəbul etmədiyini və bu baxımdan ayıq olduğunu göstərir. X5 bədən səthi üzərində olan xəsarətlər ekspertizaya təqdim olunmuş bıçaqla yetirilməyə xarakterikdir. X6 müəyyən edilmiş xəsarətlər özü tərəfindən yetirilməsi inkar edilir. X17 aldığı xəsarətlərdən sonra sərbəst məqsədyönlü hərəkət edə bilməzdi.(cild 3, i.v. 94-97) -«Məhkəmə-tibbi-genetik ekspertizasının» 05 dekabr 2022-ci il tarixli, 22/727R nömrəli rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) ədəd qatlanan bıçağın tiyə hissəsi ilə dəstək hissəsinin birləşdiyi yerdə, 01 (bir) ədəd qara rəngli şalvarın sağ diz hissəsində və sağ cibində qanabənzər ləkələr aşkar edilmiş və həmin qanabənzər ləkələrin insana məxsus qan nümunəsi olduğu müəyyən edilmişdir. Təqdim edilmiş 01 (bir) ədəd qatlanan bıçağın tiyə hissəsi ilə dəstək hissəsinin birləşdiyi yerdə, Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd qara rəngli şalvarın sağ diz hissəsində və sağ cibində aşkar edilmiş qan nümunəsi X10 məxsusdur. Təqdim edilmiş 01 (bir) ədəd papağın daxili səthində, 01 (bir) ədəd qara rəngli şalvarın sol cibində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur.(cild 3, i.v. 30-37) -«Əlavə məhkəmə-tibbi-genetik ekspertizasının» 18 fevral 2022-ci il tarixli, 23/140R nömrəli rəyindən görünür ki, təqdim edilmiş torpaq yol üzərində aşkar edilmiş qanabənzər ləkələrin hopdurulmaqla götürüldüyü 03 (üç) ədəd tampon, avtomobilin ayrı-ayrı detallarından götürülmüş qanabənzər ləkələrin hopdurulmaqla götürüldüyü 04 (dörd) ədəd tampon və X5 meyitindən götürülmüş əl dırnaq kəsintiləri altında aşkar edilmiş qanabənzər ləkələrin insana məxsus qan nümunəsi olduğu müəyyən edilmişdir. Həmin qan nümunələri X10 məxsusdur.(cild 3, i.v. 220-226) -«Məhkəmə-trasoloji ekspertizasının» 05 yanvar 2023-cü il tarixli, 3/1748, 3/1749 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır. Təqdim edilmiş X7 məxsus gödəkçənin (“ç” zədəsi istisna olmaqla), uzunqol köynəyin ( “ç” , “d” , “k” zədəsi istisna olmaqla) və maykanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin ) təsirindən müxtəlif istiqamətlərdə yaranmağa xarakterik deşilmə-kəsilmə zədələri, uzunqol köynəyin səthindəki “ç”,“d”,“k” zədələri kəsilmə zədələridir. Lakin təqdim edilmiş gödəkçənin, uzunqol köynəyin və maykanın səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş X7 məxsus gödəkçənin səthindəki “ç” zədəsi fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik sökülmə zədəsidir.(cild 3, i.v. 176-181) -«Məhkəmə-kimyəvi ekspertizasının» 23 dekabr 2022-ci il tarixli, 18/1253 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,221 qram, 1 ədəd şəffaf polietilen kəsiyinin içərisində ağ rəngli polietilen kəsiyinə bükülmüş kağız bükümdə təmiz çəkisi 0,194 qram, ümumi çəkisi 4,415 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,826 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.(cild 2, i.v. 22-26) -«Məhkəmə-narkoloji ekspertizasının» 25 noyabr 2022-ci il tarixli, 1229 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.(cild 2, i.v. 71) -«Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının» 19 dekabr 2022-ci il tarixli, 3390 nömrəli rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, konfliktə meyillilik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur.(cild 3, i.v. 182-186) - "xxxx" MMC-dən mobil telefon operatorundan götürülüb cinayət işinin materiallarına əlavə edilmiş elektron daşıyıcılardakı məlumatların təhlilinə dair 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs, X16 Qüdrət oğlu və Şahid1 telefon nömrələri arasında zəngləşmə və mesajlaşma olmamışdır. Qovluqlardakı cədvəllərə baxış keçirilərkən müəyyən edilmişdir ki, X16 Qüdrət oğlu hadisədən əvvəl, yəni xx.xx.2022ci ildə saat 18:01:14-da ********** nömrə ilə Şahid3, saat 18:13:02-də, 18:42:13-də ********** nömrə ilə X26, saat 19:08:55-də ********** nömrə ilə Şahid4, saat 19:22:02-də və 19:30:55-da ********** nömrə ilə Şahid6 ilə telefonla danışmışdır. Antenin əhatə dairəsinə dair məlumatlardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrə ilə zərərçəkmiş X5 istifadəsində olan ********** nömrəsi hadisədən əvvəl, yəni xx.xx.2022-ci ildə saat 18:00 dan sonra paralel hərəkət etmişlər. Bu da bir daha təqsirləndirilən Təqsirləndirilən şəxs X16 Qüdrət oğlu ilə eyni yolla yanbayan hərəkət etdiyini təsdiq edir. (cild 3, i.v. 70-73) -Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 24 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilən 2005-ci il istehsallı, ağ rəngli, «VAZ» markalı, «21070 minik» modelli, sedan tipli, ** DT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 14 yanvar 2022-ci il tarixdən X5 adında qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə ilə hər hansı şəxsin istifadəsinə verilməsi barədə DİN Baş Dövlət Yol Polisi idarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. (cild 3, i.v. 155-156) -Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 13 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Təqsirləndirilən şəxs adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir.(cild 3, i.v. 142) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən verilən 06 dekabr 2022-ci il tarixli tələbnamədən və məhkəmə hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 7 dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, sonuncu dəfə isə Neftçala Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (cild 3, i.v. 210-213) -«Neftçala Rayon Mərkəzi Xəstəxanası» X37 02 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs «Neftçala RMX» PHŞ-nın poliklinikasında 2013-cü ildən narkoloji dispanser qeydiyyatdadır. (cild 2, i.v. 183) -«Respublika Narkoloji Mərkəzi» X37 24 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs «Opioid və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu» diaqnozu ilə xx.xx.2022-xx.xx.2022; xx.xx.2022-xx.xx.2022; xx.xx.2022-xx.xx.2022 və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə yuxarıda adı göstərilən mərkəzdə stasionar müalicədə olmuşdur.(cild 3, i.v. 62) -xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il və xx.xx.2023-cü tarixli qərarlarla öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən X1 məxsus 2005-ci il istehsallı, ağ rəngli, «VAZ» markalı, «21070 minik» modelli, sedan tipli, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqata sərf edildikdən sonra qalan təmiz ümumi çəkisi 4,315 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və tədqiqata sərf edildikdən sonra qalan təmiz çəkisi 0,776 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, hadisə yerində aşkar edilmiş insan qanı ləkələrindən nümunə üçün üzərinə qan hopdurulmuş 03 ədəd pambıq topası, Təqsirləndirilən şəxs məxsus üzərində zərərçəkmişə məxsus qan ləkəsi olan, soyuq silah hesab edilməyən turist bıçağı, şalvar və üzərində bioloji mənşəli materiallar olan papaq, zərərçəkmiş şəxs Etibar Məmmədova məxsus üzərində qan ləkəsi və zədələr olan mayka, uzunqol köynək, gödəkçə, üzərində qan ləkəsi olan şalvar, üzərində qan ləkəsi olan «Viceroy» markalı siqaret qutusu iş üzrə maddi sübut kimi tanınmışdır.(cild 2, i.v. 64-65, 81-82 və 187-189) -«cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında» 21 fevral 2023-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbə ilə əlaqədar fakta görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq istintaq aidiyyəti üzrə Salyan Rayon Polis X11 göndərilmişdir. (cild 4, i.v. 77-82) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4, 185.1 və 234.1-1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur.(cild 4, i.v. 72-76) Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilsə də, Cinayət Məcəlləsinin 120.2.4 və 185.1-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci ildə saat 18 radələrində özü üçün narkotik vasitə almaqdan ötrü Salyan rayonuna getmək məqsədi ilə yaşadığı Neftçala rayonu, Bankə qəsəbəsində təsadüfən yoldan keçən, fərdi qaydada balıq alqı-satqısı ilə məşğul olan, Masallı rayonu, Qızılağac kənd sakini X5 idarə etdiyi «VAZ» markalı, «21070 minik» modelli, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi əyləşərək 3 (üç) manat pul müqabilində onu Salyan rayonuna aparmağı xahiş etmiş, Neftçala-Salyan avtomobil yolu ilə hərəkət edib Salyan rayonu, Xocalı kəndinə çatan zaman sürücüdən yolüstü onu həmin kənddə yaşayan tanışının evinə aparıb qaytarmasına görə əlavə pul verəcəyi vədi ilə razı salıb, avtomobili kənddaxili asfalt yolun sonunda, həmin kənd sakini Şahid1 evinin qarşısında saxlatdırmaqla avtomobildən düşüb piyada tanışı X3 yaşadığı evin qarşısına getmiş, sonuncu evdə olmadığından onunla görüşə bilməyib qayıdandan sonra, saat 19 radələrində getdiyi yerdən gec qayıtması ilə əlaqədar avtomobilin sürücüsü Etibar Məmmədovun onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu yenidən onun ünvanına söyüş söydüyü üçün qəzəblənərək şəxsi münasibətlər zəminində qisas alıb qəsdən öldürmək məqsədi ilə əvvəlcədən özü ilə götürüb üzərində gəzdirdiyi turist bıçağını əynindəki parça materialdan olan gödəkçəsinin sağ yan cibindən çıxararaq tiyəsini açıb əlindəki bıçaqla qəsdən avtomobilində sükan arxasında əyləşmiş Etibar Məmmədova həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinə ardıcıl olaraq bir neçə dəfə zərbə endirmiş, sonuncu avtomobildən çıxıb özünü qorumaq məqsdi ilə müqavimət göstərmək istədikdə avtomobilin sol yanında bıçaqla çoxsaylı zərbələr vurmaqda davam edib onu yerə yıxaraq canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən hər iki diz nahiyəsinin sıyrıqları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid qarının ön divarının sağ və sol, sağ böyrəküstü, sol əlin ovuc və arxa səthinin, sol qoltuqaltı nahiyənin, döş qəfəsinin arxa səthinin yaraları, həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, ölümünə səbəb olan boyunun aşağı 1/3-nin sağ və sol nahiyələrinin, yuxu arteriasının, vena və boyun əzələlərinin kəsilməsi, boyun üzvlərinin zədələnməsi ilə müşayiət olunan yarası, döş qəfəsinin sol yarısının iki ədəd daxilə nüfuz edən ürəyi və ağciyəri zədələyən kəskin daxili və xarici qanaxma törədən yarası olmaqla, ümumilikdə 18 (on səkkiz) ədəd xəsarətlər yetirərək qəsdən Etibar Məmmədovu öldürüb qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi Etibar Məmmədovu qətlə yetirməsi cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olmayaraq Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 139-cu maddəsi bu normada göstərilmiş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Hazırki iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinə şamil edilməli olan Cinayət Məcəlləsinin normaları xüsusi amansızlıqla qəsdən adam öldürməni nəzərdə tutan Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərində «xüsusi amansızlıq» əlamətinin olması barədə fikrini onunla əlaqələndirmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Etibar Məmmədova ümumilikdə 16 bıçaq zərbəsi vurub çoxsaylı xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı «mənim Etibarı bıçaqla vurmaqda məqsədim niyə mənə qarşı alçaqlıq etməsi idi, mən onu «nakazat» edirdim. Mən ona zərbə vuranda istəyirdim ki, o əziyyət çəksin, çünki mən onu söyüşə görə vurmuşdum» deməsi olmuşdur. Həmçinin həmin halı Təqsirləndirilən şəxs qəddarlığının və rəhmsizliyinin, yəni seçdiyi həyatdan məhrum etmə üsulu ilə zərərçəkmiş şəxs Etibar Məmmədova xüsusi ağrılar və iztirab verməsinin (niyyətinin zərərçəkmişi məhz xüsusi ağrılar, iztirab verməklə qəsdən öldürməyə yönəlməsinin) göstəricisi kimi qiymətləndirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq dövründə ifadəsi yerində yoxlanılan zaman göstərdiyi «Mən ona zərbə vuranda istəyirdim ki, o əziyyət çəksin, çünki mən onu söyüşə görə vurmuşdum» fikirlərini inkar etmişdir. İş materiallarından göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ibtidai istintaqın yekununda Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham elan etməklə bağlı nəticəyə gələrkən bu mövqeyini faktiki olaraq yalnız «Sübutların qiymətləndirilməsi haqqında» 20 fevral 2023-cü il tarixli qərarında əsaslandırmağa cəhd etmiş və xüsusi amansızlığa tövsif etmənin yeganə əsası olaraq yanız bıçaq zərbələrinin çoxsaylı olmasına istinad etmiş, törədilmiş cinayətin obyektiv hallarını, cinayətin sübyektiv və subyektiv cəhətinin tərəfləri hərtərəfli, tam və obtektiv təhlil edilməmişdir. (cild 4, i.v. 1-62). İbtidai istintaq orqanı tərəfindən törədilmiş qətl hadisəsinin xüsusi amansızlıqla adamöldürmə cinayətinə aid edilib-edilməməsi məsələsini aydınlaşdırmaq məqsədilə cinayətin subyektiv tərəfinin əlamətlərinin təhlil edilməsi, təqsirləndirilən şəxsin hərəkətlərinin nəticəsi kimi yalnız zərərçəkmiş şəxsin ölüm faktına münasibəti deyil, eləcə də qətlə yetirmənin xüsusi amansız olmasına münasibətinin öyrənilməsinin əhəmiyyətli olmasına, təqsirləndirilən şəxsin xüsusi amansızlığa subyektiv münasibətinin qiymətləndirilməsi üçün cinayətin obyektiv hallarının qiymətləndirilməsinə, qətl cinayətinin subyektiv cəhətinin analiz edilməsinə, təqsirləndirilən şəxsin təkcə ölümdən ibarət baş vermiş nəticəyə deyil, həm də adam öldürmənin ağırlaşdırıcı halı kimi xüsusi amansızlığa olan psixi münasibətinə dair halları toplanmış sübutlar əsasında düzgün olaraq müəyyən etməmişdir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, zərərçəkmiş şəxs Etibar Məmmədova 16 ədəd bıçaq zərbəsi ilə çoxsaylı xəsarətlərin yetirilməsi faktını Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xüsusi ağrı və iztirab vermək niyyətini aşkarlayan xüsusat kimi deyil, müstəsna olaraq zərərçəkmişi həyatdan məhrum etmək niyyətində qətiyyətini (məqsədinə çatmaqda israrlı olmasını) göstərən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi həmin fakta məhz bu cür qiymət verməsi cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən Cinayət Prosessual Məcəllənin 21.2 və 145.3-cü maddələrinin müddəalarına uyğun olaraq araşdırılıb qiymətləndirilmiş sübutların məcmusuna, onların həqiqi məzmununa uyğun olaraq müəyyən edilmiş faktik hallara əsaslanır. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Həmin plenum qərarında göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi).Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 2009-cu il 12 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (Landvreugd Hollandiyaya qarşı iş üzrə 2002-ci il 4 iyun tarixli, Brumaresku Rumıniyaya qarşı iş üzrə 1999-cu il 28 oktyabr tarixli Qərarlar). Təqsirləndirilən şəxs hərəkətlərində «xüsusi amansızlıq» əlamətinin olmasına hüquqi qiymət verilən zaman məhkəmə tərkibi həmçinin nəzərə almalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (Maddə 21.1). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPMnin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (Maddə 21.2). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (Maddə 21.3). Məzmununa görə, yəni CPM-nin bəzi digər normaları, o cümlədən 138.2, 139.0.4, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi, Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kimi çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin Qaritski Polşaya qarşı iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəlillərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Habelə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Cinayət işinin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs məqsədi Etibar Məmmədovu öldürmək olmuş, hadisə zamanı niyyətini həyata keçirərkən məqsədli şəkildə hərəkətlərinə ara verməmiş, əksinə ardıcıl bıçaq zərbələri vurmaqla qısa müddət ərzində onu öldürməyə səy göstərmiş və zərərçəkmişi qətlə yetirmişdir. Təqsirləndirilən şəxs Etibar Məmmədova çoxsayda, müxtəlif nahiyələrinə, fərqli xəsarətlər yetirməsi və xəsarətlərin qısa zaman kəsiyində ard-arda yetirilməsi, xəsarətləri alarkən sonuncunun yarı oturaq və ya ona yaxın vəziyyətdə olması, eyni zamanda onun bədəninin ön səthi xəsarət yetirən şəxsə tərəf olması Etibar Məmmədovun aktiv müqavimət göstərməsindən irəli gəlmişdir. Şərh edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən törədilmiş qətl hadisəsinin xüsusi amansızlıqla adamöldürmə cinayətinə aid edilib-edilməməsi məsələsini aydınlaşdırmaq məqsədilə cinayətin subyektiv tərəfinin əlamətlərinin təhlil edilməsi, Təqsirləndirilən şəxs hərəkətlərinin nəticəsi kimi yalnız zərərçəkmiş şəxsin ölüm faktına münasibəti deyil, eləcə də qətlə yetirmənin xüsusi amansız olmasına münasibətinin öyrənilməsi, cinayətin obyektiv hallarının aydınlaşdırılması, qətl cinayətinin subyektiv cəhətinin təhlil edilməsi əhəmiyyətlidir. Hər bir halda Təqsirləndirilən şəxs təkcə ölümdən ibarət baş vermiş nəticəyə deyil, həm də adamöldürmənin ağırlaşdırıcı halı kimi xüsusi amansızlığa olan psixi münasibətini müəyyənləşdirmək tələb olunur. Məhkəmə tərkibi hesab edir ki, cinayətin subyektiv cəhətini dəqiq aydınlaşdırmadan əməli xüsusi amansızlıq əlaməti üzrə tövsif etmək səhvlərə aparıb çıxara bilər. Zərərçəkmiş şəxs Etibar Məmmədova çoxsayda xəsarətlərin yetirilməsi faktı qətl cinayətinin xüsusi amansızlıqla törədilməsinə o vaxt dəlalət edə bilər ki, həmin xəsarətlərin lokalizasiyası, yetirilmə mexanizmi, təqsirkarın və zərərçəkmişin qüvvələrinin nisbəti və sair hallar Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsi prosesində zərərçəkmişə yetirdiyi çoxsaylı xəsarətlərin sonuncuya xüsusi fiziki əzab verdiyi faktını dərk etdiyi sübut edilmiş olsun. İş materialları ilə müəyyən edilir ki, cinayət əməlini törətməmişdən əvvəl Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu nəticəsində güclü ağrıları olmuş, məhz tanışından ağırı kəsici almaq üçün hadisənin baş verdiyi əraziyə getmişlər. Bundan əlavə Etibar Məmmədova yetrilmiş xəsarətlərin çox olmasına baxmayaraq onların yetirilmə müddəti qısa olduğu üçün Təqsirləndirilən şəxs Etibar Məmmədova xüsusi əzab vermə faktını dərk etməmiş və ya dərk etməsinə imkanı olmamış, habelə Təqsirləndirilən şəxs Etibar Məmmədovu xüsusi amansızlıqla qətlə yetirmək niyyətində olmamışdır. Hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs Etibar Məmmədovu qətlə yetirərkən niyyətinin zərərçəkmişi məhz «xüsusi amansızlıqla» həyatdan məhrum etməyə yönəlməsini təsdiq edə biləcək heç bir sübut mövcud deyildir. Etibar Məmmədovu həyatdan məhrum etmə ərəfəsində, həm də bilavasitə öldürmə prosesində Təqsirləndirilən şəxs tərəfindən ona əzab, işgəncə verilməsi, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar yetirilməsi halı yoxdur. X25 İskəndərov tərəfindən qətlə yetirilməsi prosesi cinayət işinin materiallarına əsasən cəmi bir neçə dəqiqə olmaqla qısa müddət ərzində, zərərçəkmiş şəxsin ümumiyyətlə gözləmədiyi, ehtimal etmədiyi bir şəraitdə- avtomobilində sükan arxasında olan zaman, ətrafda çoxsaylı insanların olmadığı ərazidə baş vermiş, həyat üçün vacib olan orqanlarına ani zaman kəsiyində endirilmiş zərbələrdən sonra aktiv müqavimət göstərməyə başlamış, belə olan halda Təqsirləndirilən şəxs Etibar Məmmədovun müqvaimətini qırmaq, ölümünü tezləşdirmək üçün ardıcıl zərbələr endirmişdir. Bunu həm də yetirilmiş xəsarətlərin xarakteri və lokalizasiyası da birbaşa təsdiq edir. Belə ki, Etibar Məmmədova yetirilmiş xəsartlərdən yalnız «boyunun aşağı 1/3-nin sağ və sol nahiyələrinin, boyun üzvülərinin zədələnməsi ilə müşayiət olunan yarası, döş qəfəsinin sol yarısının iki ədəd daxilə nüfuz edən ürəyi və ağciyəri zədələyən daxili qan axma törədən yarası» ölümlə birbaşa səbəbli əlaqəli olan, sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik deşilmiş-kəsilmiş xəsarətlərdir. Müşviq İskəndovun onun həyatına qəsd etdiyini başa düşən Etibar Məmmədovun aktiv müqavimət göstərdiyini təsdiq edən digər xəsarətlər- döş qəfəsinin ön sol nahiyəsinə, qarnın ön divarının sağ və sol, sağ böyrəküstü, sol əlin ovuc və arxa səthinə, sol qoltuqaltı nahiyənə, döş qəfəsinin arxa səthin yetirilmiş xəsarətlər ölümlə səbəbli əlaqələri olmayan yüngül dərəcəli xəsarətlər, hər iki diz nahiyəsinə yetirilmiş sıyrıq xəsarətləri isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlərdirlər. İş üzrə müəyyən edilmiş bütün bu xüsusatlar isə Təqsirləndirilən şəxs niyyətinin birbaşa və ya dolayı qəsdlə Etibar Məmmədova xüsusi iztirabların yetirilməsinə deyil, onun müqavimətini qırmağa, qətlə yetirmə prosesinin tezliklə yekunlaşmasına, başa çatdırılmasına yönəlməsinə dəlalət edən yekdil və təkzib edilməz hallardır. Təqsirləndirilən şəxs məhz Etibar Məmmədovu xüsusi amansızlıqla həyatdan məhrum etmək niyyətində olmasını təsdiq edən məlumatlar ümumiyyətlə cinayət işinin materiallarında mövcud deyildir və ibtidai istintaq orqanı tərəfindən həmin məlumatlar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından və verilmiş ittihamın məzmunundan görünür ki, hadisə söyüş nəticəsində yaranmış mübahisə zamanı ani vaxtda baş vermiş, qısa müddət ərzində qətl hadisəsi törədilmişdir. Məhkəmə tərkibi həmçinin bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Etibar Məmmədovu öldümrək üçün seçdiyi üsul, hadisənin ani zamanda təsadüfü məkanda baş verməsi, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hadisə anında olduqları qarşılıqlı vəziyyətləri, xəsarətləri xarakteri və lokalizasiyası, habelə işin digər faktiki halları da nəzərə alınmaqla hazırkı iş üzrə adam öldürmə prosesinin baş verdiyi qısa müddət ərzində xüsusi amansızlığın reallaşdırılmasının mümkünlüyünün israr edilməsi əsassızdır və obyektiv həqiqəti özündə ifadə etmir. Məhkəmə tərkibi digər bir məqamı da qeyd edir ki, ibtidai istintaq orqanı hələ 18 noyabr 2022-ci il tarixdə cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında qərar qəbul edərək zərərçəkmiş şəxsin çoxsaylı biçaq zədələri ilə qətlə yetirilməsi halı artıq müəyyənləşdirilmişdi və həmin qərarda da bu xüsusat birbaşa əksini tapmış, bununla belə xəsarətlərin çoxsaylı olmasının xüsusi amansızlığa dəlalət etmədiyi qənaəti ilə əsaslı olaraq cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmışdır. İş materiallarında olan 18 noyabr 2022-ci il tarixli, 172 nömrəli «meyitə baxış keçirilməsi haqqında» protokoldan, «məhkəmə-tibb ekspertizasının» 21 dekabr 2022-ci il tarixli, 52 nömrəli rəyindən də görünür ki, Etibar Məmmədovun bədəni üzərində çoxsaylı biçaq zədələri olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci ildə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmkdə şübhəli şəxs qismində tutulmuş, 24 noyabr 2022ci ildə CM-nin 120.1 və 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İbtidai istintaqın bütün sonrakı mərhələsində, yəni sübutlar qiymətləndirilib Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham olunması qərarı qəbul edilməsi anınadək əməlin xüsusi amansızlıqla törədilməsini, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayişini təsdiq edə biləcək heç bir sübut əldə olunmamışdır. Həmçinin həmin mərhələ ərzində ibtidai istintaq orqanına təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə tövsif edilməsi ilə bağlı zərərçəkmiş şəxsin hüquqi varisi tərəfində heç bir müraciətdə edilməmişdir. Məhkəmə tərkibinin diqqətini çəkən digər mühüm hal ondan ibarətdir ki, ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktının özündə belə əməlin «xüsusi amansızlıqla» törədilməsi məqamı ilə bağlı ittiham təsvir edilməmiş, CPM-nin 289.4-cü maddəsinin tələbinə əsasən ittiham aktının nəticə hissəsində həmçinin cinayət qanunun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Hazırkı iş üzrə də ittiham aktının həmin hissəsində Təqsirləndirilən şəxs Etibar Məmmədova «xüsusi əzab və iztirab verməsini dərk etdiyini bilərək, müstəsna dərəcədə rəhmsiz və qəddarcasına, yəni xüsusi amansızlıq nümayiş etdirərək əlindəki bıçaqla qəsdən» vurmaqla ifadəsinin yazılması ilə kifayətlənilmiş, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində təsbiq edilmiş və verilmiş ittihamın təsvirinə yazılmış «xüsusi amansızlıq» hərəkətlərinin nədə ifadə olunması, konkret olaraq Təqsirləndirilən şəxs cinayət əməlində «xüsusi amansızlıq» hərəkətlərinin nədə ibarət olması təsvir edilməmiş, çünki iş materiallarında bununla bağlı hər hansı sübut olmamışdır. Həmçinin əməl təhlil edilərkən ittiham aktının nəticə hissəsində «sonuncu avtomobildən çıxıb özünü qorumaq məqsdi ilə müqavimət göstərmək istədikdə avtomobilin sol yanında bıçaqla çoxsaylı zərbələr vurmaqda davam edib onu yerə yıxaraq» ifadəsinin göstərilməsi, həmin faktın iş materialları ilə təsdiq edilməsi halını da obyektiv həqiqət kimi nəzərə alıb təhlil etməklə qiymətləndirmək lazımdır. Bu fakt onu göstərən dəlillərdən birdir ki, Etibar Məmmədov hadisə zamanı Təqsirləndirilən şəxs aktiv müqavimət göstərmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs onu öldürmək məqsədi ilə çoxsaylı biçaq zərbələri vuraraq məqsədinə nail olmuşdur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 8-ci bəndində qeyd olunur ki, əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Plenum qərarının həmin müddəalarına və Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin mənasına görə qəsdən adam öldürmə cinayətinin çoxsaylı zərbələr vurmaqla və xəsarətlər yetirilməklə törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxsin niyyəti məhz zərərçəkmiş şəxsə bu üsulla xüsusi iztirab və ağrılar yetirməklə öldürmək olsun (xüsusi iztirab və ağrılar yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsə xüsusi iztirab və ağırlar yetirməsini dərk etdiyi halda, şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin xüsusi iztirab və ağrılar çəkməsinə) münasibətdə onun birbaşa (CM-nin 25.2-ci maddəsi) və ya dolayı (CM-nin 25.3-cü maddəsi) qəsdlə hərəkət etməsi müəyyən olunsun. Lakin, hazırkı işdə qeyd olunanlara münasibətdə Təqsirləndirilən şəxs nə düzünə, nə də ki, dolayı qəsdi müəyyən olunmamışdır. Şərh edilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs Etibar Məmmədova çoxsayda bıçaq zərbələrinin vurulması faktını, Təqsirləndirilən şəxs müstəsna dərəcədə rəhmsizliyi və qəddarlığı ilə deyil, onun baxışında vurulan zərbələrin, yetirilən xəsarətlərin zərərçəkmişin həyatdan məhrum edilməsi üçün kifayət etməməsi olmuşdur. Cinayət tərkibinin subyektiv cəhətinə aid həmin zəruri əlamətin müəyyən edilməməsi isə (tövsifedici hala münasibətdə) Cinayət Məcəlləsinin yuxarıda təsvir olunan normalarına, o cümlədən 3-cü maddəsinə, eləcə də «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərinin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsifıni istisna edir. Qeyd olunan və digər ağırlaşdırıcı (tövsifedici) əlamətlər olmadan qəsdən adam öldürmə cinayət olaraq məhz Cinayət Məcəlləsinin 120.1-ci maddəsi nəzərdə tutmuşdur. Bundan əlavə cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, Etibar Məmmədovu qətlə yetirdikdən dərhal sonra, 18 noyabr 2022-ci ildə saat 19 radələrində cinayət törətdiyinə görə yaxalanmaması üçün hadisə yerindən qaçıb gizlənmək məqsədi ilə Salyan rayonu, Xocalı kəndində Şahid1 evinin qarşısında dayanmış mühərriki işlək vəziyyətdə olan Etibar Məmmədova məxsus “VAZ” markalı, “21070 minik” modelli, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib ondan istifadə etməyə icazəsi və hüququ olmadığı halda idarə edərək qaçırmaqla, oradan uzaqlaşdıqdan sonra, Salyan rayonu, Kürqaraqaşlı kəndi ərazisində, əkin sahələrinə gedən torpaq yolda atıb avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi və belə əməlin törədilməsinə yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Cinayət Prosessual Məcəllənin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 139.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Məhkəmə tərkibinin mövqeyinə görə Cinayət Məcəlləsinin 185.1-ci maddəsində göstərilən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) cinayət əməlinin ictimai təhlükəliyi təqsirləndirilən şəxsin həmin əməli törətməklə təkcə avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnu pozmur, həm də yol hərəkəti qaydalarını təhlükə altına alır. Cinayətin obyektini mülkiyyət münasibətləri təşkil edir, ancaq nəqliyat vasitəsi üzərində mülkiyyət hüququ itirilmir, daha çox sahiblik və istifadə hüququ itirilir. Avtomobil və ya başqa nəqliyyat vasitəsini qaçırma mahiyyətcə həmin nəqliyyat vasitələrinin mülkiyyətçisinə və ya sair qanuni sahibinə məxsus istifadə və sahiblik hüququnu pozan hərəkətlərdə ifadə olunur. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Etibar Məmmədova məxsus avtomobil ilə sonuncunu qətlə yetirdikdən sonra hadisə yerindən qaçıb getməsi, zərərçəkmiş şəxsin mülkiyyət, o cümlədən onun sahiblik və istifadə hüququna qəsd etməyə yönəlməmiş, hüquq mühafizə orqanlarına tərətdiyi cinayət əmlinə görə yaxalanmamağa xidmət etmişdir. Məhkəmə tərkibi digər halıda da qeyd edir ki, iş materiallarında olan «baxış keçirilməsi haqqında» 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Etibar Məmmədova məxsus “VAZ” markalı, “21070 minik” modelli, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil Salyan rayonu, Kürqaraqaşlı kəndi ərazisində aşkar olunmuş, 24 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ittiham elan edilən zaman artıq ibtidai istintaq orqana artıq təqsirləndirilən şəxsin cinayət törətdiyinə görə yaxalanmaması üçün hadisə yerindən qaçıb gizlənmək məqsədi ilə Etibar Məmmədova məxsus “VAZ” markalı, “21070 minik” modelli, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib ondan istifadə etməyə icazəsi və hüququ olmadığı halda idarə edərək qaçırmaqla, oradan uzaqlaşdıqdan sonra, Salyan rayonu, Kürqaraqaşlı kəndi ərazisində, əkin sahələrinə gedən torpaq yolda atıb getməsi məlum idi, lakin istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə ittiham elan olunmamışdır. Təqsirləndirilən şəxs ibtidia istintaqın yekununda Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə ittiham elan etməklə bağlı nəticəyə gələrkən bu mövqeyini faktiki olaraq «Sübutların qiymətləndirilməsi haqqında» 20 fevral 2023-cü il tarixli qərarında belə əsaslandırmamış, «Təqsirləndirilən şəxs əməlinin avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmə kimi qiymətləndirilməlidir» ifadəsinin həmin qərarın 48-ci səhifəsində yazmaqla kifayətlənilmiş, törədilmiş cinayətin obyektiv hallarını, cinayətin sübyektiv və subyektiv cəhətinin tərəfləri hərtərəfli, tam və obtektiv təhlil edilməmişdir. (cild 4, i.v. 1-62). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra yaxlanmaması üçn avtomobilə minərək hadisə yerindən uzaqlaşmasını, «baxış keçirilməsi haqqında» 19 noyabr 2022-ci il tarixli protokoldan və digər istintaq materiallarından göründüyü kimi avtomobili saxladıqdan sonra avtomobilin sol qabaq qapısınının şüşəsini içəri tərəfdən, qapının içəri hissəsinin üzlüyünü və digər hissələrini silməsi, olduğu yerin müəyyən edilməməsi üçün avtomobilin akkumulyatorunun müsbət tərəfinin klemmasını yerindən çıxarması, təqsirləndirilən şəxsin niyyətinin avtomobil sahibinin avtomobil üzərində sahiblik və istifadə hüququndan məhrum edilməsinə yönəlmədiyi və digər hallar təhlil edilməmişdir. Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci ildə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmkdə şübhəli şəxs qismində tutulmuş, 24 noyabr 2022-ci ildə Cinayət Məcəlləsinin 120.1 və 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İbtidai istintaqın bütün sonrakı mərhələsində, yəni sübutlar qiymətləndirilib Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə də ittiham olunması qərarı qəbul edilməsi anınadək avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) cinayət əməlinin törədilməsini təsdiq edə biləcək heç bir sübut əldə olunmamışdır. Həmçinin həmin mərhələ ərzində ibtidai istintaq orqanına təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı zərərçəkmiş şəxsin hüquqi varisi tərəfində heç bir müraciət də edilməmişdir. Məhkəmə tərkibinin diqqətini çəkən digər mühüm haldan biri də ondan ibarətdir ki, ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktının özündə belə əməlin Təqsirləndirilən şəxs «cinayət törətdiyinə görə yaxalanmaması üçün hadisə yerindən qaçıb gizlənmək məqsədi ilə» törətməsi göstərilmiş, bununda sanki ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmamasına işarə edilmiş, ittihamda qeyd edilmiş cinayətin obyektinin mülkiyyət münasibətləri təşkil etməsi, avtomobil sahibinin sahiblik və istifadə hüququnun itirilməsinə yönəlməsi unudulmuşdur. Həmçinin qeyd edilməlidir ki, ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 185-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin Cinayət Məcəlləsinin İX bölməsində öz əksini tapmış «iqtisadi sahədə cinayətlərə» aid olan XXİİİ fəsildə yer almış «mülkiyyət əleyhinə olan cinayətlər» bölməsinə aid edilməsi, cinayətin obyektinin mülkiyyət münasibətləri təşkil etməsi, təqsirləndirilən şəxsin özgəsinin nəqliyyat vasitəsini qanunsuz ələ keçirməsini subuyektiv cəhətdən dərk etməsi və bunu arzu etməsi, nəqliyyat vasitəsinin müvvəqəti istifadə üçün qaçırılması təhlil edilərək qiymətləndirilməmişdir. İstintaq materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə yaxalanmaması üçün hadisə yerindən uzaqlaşması üçün zərərçəkmiş şəxsə məxsus nəqliyyat vasitəsindən istifadə etmiş, cinayətin aləti olan bıçağı isə gizlətmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra etdiyi həmin iki hərəkəti hərtərəfli təhlil edildikdə onun həmin hərəkətləri etməkdə məqsədinin eyni nəticəyə gəlməsinə, yəni hüquq mühafizə orqanlara yaxlanmamasına xidmət etmişdir. Beləliklə, məhkəmə şərh olunanlara əsasən cinayət işi materialları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) cinayətinə dair hissəsinin sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxs kimi sonuncunun xeyrinə həll edilməli olduğu halda, ona qarşı Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə şübhə və ehtimallar üzrə ittiham irəli sürməsi əsassız olmuşdur. Cinayət Prosessual Məcəlləsinin 42.1.4 və 350.2-ci maddələrinin məzmunundan görünür ki, məhkəmə baxışı nəticəsində həmin Məcəllənin 39.2-ci maddəsində nəzərdə tutulmuş halın, yəni şəxsin təqsirliliyinin sübuta yetirilmədiyi müəyyən edildiyi halda bəraət hökmü çıxarılır. Bundan əlavə cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və yerdə şəxsiyyəti istintaqa məlum olmayan «Babakişi» adlı şəxsdən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 4,415 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,826 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq yerini dəyişməklə daşımış, qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsində şübhəli bilindiyi üçün Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 22 noyabr 2022-ci ildə saat 18:30-da Bakı şəhəri, Səbail rayonu ərazisində saxlanılıb saat 19:59-da Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sağ yan cibindən 1 ədəd polietilen bükümdə təmiz çəkisi 4,221 qram, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,194 qram eyni tərkibli narkotik vasitə olan heroin və 1 ədəd polietilen bükümdə təmiz çəkisi 0,826 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi külli miqdarda əldə etmə, saxlama və ya daşımağa görə ittihamının qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara tam şəkildə uyğundur. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində şatış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən heroin nakotik vasitə hesab edilir. heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən metamfetamin psixotrop maddə hesab edilir. Metamfetamin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin külli miqdarda olmaqla 4,415 qram, psixotrop maddə metamfetamin külli miqdarda olmaqla 0,826 qram təşkil etmişdir. Məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış sübutların məcmusu ilə tam sübut edildiyindən həmin maddə ilə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə tərkibi bütün şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Ona görə ki, onun həmin cinayət əməlini törətməsinə dair təqsirliliyi cinayət işi materialları ilə sübuta yetirilmir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun müvafiq cinayət əməllərini törətməsinə dair təqsirinin cinayət işi materialları ilə sübuta yetirilməməsi səbəbindən ona Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, yəni təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 120.2.4 və 234.1-1-ci maddələrindən həmin məcəllənin 120.1 və 234.1-1-ci maddələrinə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 318-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlini daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəllənin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkiblərinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olması tam sübuta yetirilir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməli, onun digər əməlləri Cinayət Məcəlləsinin 120.1 və 234.1-1-ci maddələri ilə tövsif edilməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən verilən 06 dekabr 2022-ci il tarixli tələbnamədən və məhkəmə hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 7 dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, sonuncu dəfə isə Neftçala Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasəna məhkum edilmişdir. (cild 3, i.v. 210-213) -Neftçala rayonu İcra Hakimiyyəti Başçısının Bankə qəsəbə İƏD-i üzrə nümayəndəliyindən verilmiş 05 dekabr 2022-ci il tarixli, 1011 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Neftaçala rayonu, Bankə qəsəbəsində yaşayır, 01 noyabr 2000-ci il təvəllüdlü Şərif İskəndərov adlı oğlu, 10 avqust 2007-ci il təvəllüdlü Səma İskəndərova adlı qızı vardır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir. (cild 2, i.v. 201-202) -Neftçala Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(053)-34/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X13 ilə cavabdeh Təqsirləndirilən şəxs aralarında Neftçala Rayon VVADQ Şöbəsi tərəfindən 18 may 2006-cı ildə 156 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. (cild 3, i.v. 101-102) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, məhkumluğunun olmasını, cəzasını yüngülləşdirən hal kimi himayəsində yetkinlik yaşına çatmayan uşağının olduğunu (CM-nin 59.2-ci maddəsi), cəzasını ağırlaşdıran halı kimi cinayətin residivi olduğunu (CM-nin 61.1.1-ci maddəsi) təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs Neftçala Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasəna məhkum edilmiş, məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdi, onun məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayətlər törətdiyindən onun bu əməlləri cinayətin residivini yaradır. Cinayət Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi təqsirləndirilən şəxs Müşviq İskəndov barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və ona Cinayət Məcəlləsinin 120.1 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadılqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1 və 234.1-1-ci maddələri üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadılqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmamalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-cil tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X32rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir.” Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablanmalı, Salyan Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 4(057)-82/2022 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ambulator məcburi narkoloji tibbi yoxlamanın 25 noyabr 2022-ci il tarixli, 1229 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, onun Neftçala Rayon Mərkəzi Xəstəxanası” X37 Poliklinikasında narkoloji dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə istintaq orqanı tərəfindən maddi sübut qismində tanınmış zərərçəkmiş şəxs X10 məxsus “VAZ” markalı, «21070 minik» modelli, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsin hüquqi varisi X14 qaytarılması nəzərə alınmalı, Salyan Rayon Prokurorluğunda saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,315 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 0,776 qram təşkil edən psixotrop maddə metamfetamin, 03 ədəd pambıq topası, Təqsirləndirilən şəxs məxsus turist bıçağı, şalvar və papaq, zərərçəkmiş şəxs X10 məxsus mayka, uzunqol köynək, gödəkçə, şalvar, “Viceroy” markalı siqaret qutusu qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 283 (iki yüz səksən üç) manat, 74 (yetmiş dörd) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 283 (iki yüz səksən üç) manat, 74 (yetmiş dörd) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 51-2, 132, 346, 351- 353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə istintaq orqanı tərəfindən maddi sübut qismində tanınmış zərərçəkmiş şəxs X10 məxsus «VAZ» markalı, «21070 minik» modelli, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsin hüquqi varisi X14 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Salyan Rayon Prokurorluğunda saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,315 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 0,776 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Salyan Rayon Prokurorluğunda saxlanılan 03 ədəd pambıq topası, Təqsirləndirilən şəxs məxsus turist bıçağı, şalvar və papaq, zərərçəkmiş şəxs X10 məxsus mayka, uzunqol köynək, gödəkçə, şalvar, «Viceroy» markalı siqaret qutusu qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X37 poliklinikasında narkoloji dispanser qeydiyyatında olması nəzərə alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 283 (iki yüz səksən üç) manat, 74 (yetmiş dörd) qəpik məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar