Məhkəmə qərarları › İş №1(099)-305/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-305/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-305/2024 13.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1980-ci ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 03 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 4(005)-1550/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən 24,1 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda-9,728 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda-10,083 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 03 noyabr 2023-cü il tarixdə saat 11:30-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Sabirabad şəhəri, H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 12:30-da üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 24,1 qram olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə külli miqdarda-9,728 qram heroin və 01 ədəd bükümdə külli miqdarda-10,083 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, evdən çıxıb maqazinə getmiş, maqazindən qayıdanda polis əməkdaşları ona yaxınlaşıb Mahir olub-olmadığını soruşmuşlar, o da Mahir olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu avtomobilə mindirərək Sabirabad Rayon Polis Şöbəsinə aparmışlar, RPŞ-nin inzibati binasında ittihamda yazılmış 01 ədəd bükümdə təmiz çəkisi 24,1 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə külli miqdarda-9,728 qram heroin və 01 ədəd bükümdə külli miqdarda- 10,083 qram psixotrop maddə metamfetamini üzərindən çıxarmışlar. RPŞ-də polis əməkdaşları onları tanıyıb tanımadığını soruşmuşlar, o da polis əməkdaşlarına onları tanımadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin əmkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onu döyməmişlər, zor tətbiq etməmişlər, ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verməmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış aparılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Heç kimə narkotik vasitə və psixotrop maddə satmamış, heç kimə hədiyyə etməmişdir. Polis əməkdaşları qolunu sındırmışlar, onu vurmuşlar, onu saxlayanda polis əməkdaşları onu əzmişlər. Sərbəst ifadəsində həqiqətləri demədiyini bildirmişdir. Həqiqət bundan ibarətdir ki, onu polis əməkdaşları məhəllədə tutmuşlar, RPŞ-yə gətirəndə ondan soruşmuşlar ki, məhəllədə kamera yoxdur, o da polis əməkdaşlarına məhəllədə kamera olmadığını demişdir. Polis əməkdaları ona həbs olunmalı olduğunu, bununla bağlı generalın tapşırıq verdiyini bildirmişlər. Generalın onu haradan tanıdığını soruşsa da polis əməkdaşları ona heç bir cavab verməmişdir. Polis əməkdaşlarına onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirməkləri ilə bağlı yalvarmışdır. Onu sahə rəisinin otağına aparmışlar, 4-5 nəfər polis əməkdaşı üzərinə düşmüş və onu döymüşlər. Bu barədə RPŞnin rəisinin qəbulunda olan zaman da məlumat vermişdir. Bakı İstintaq Təcridxanasına aparılan zaman polis əməkdaşları tərəfindən döyülməsi barədə heç bir məlumat verməmişdir. Döyülməsi barədə heç bir orqana müraciət etməmişdir, qoluna nə olması barədə soruşulduqda qolunun saxlanılmamışdan əvvəl əzildiyini bildirmişdir. Sol qolunda əvvəldən zədələr, ağrılar olmamış, onu polis əməkdaşları döymüşlər. Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən xəstəxanaya aparmışlar. Sabirabad RPŞ-nin inzibati binasında yerləşən sahə rəisinin otağında qolunu qapının arasına qoymuşlar. Həmin otaq RPŞ-nin inzibati binasına girəndə sol tərəfdə MSY-i ilə üzbə-üz yerləşmişdir. MSY-də 15 dəqiqə qaldıqdan sonra onu yuxarı çıxartmışlar. Əvvəllər də Sabirabad RPŞ-də olduğu üçün, olduğu otağın sahə rəisinin otağı olduğunu bilmişdir. Qolunu qapının arasında qoyanlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olmuşlar. Qolunda olan sarğını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları özləri RPŞ-də qolunu bağlamışlar. Boynundan asılan ipin polis əməkdaşlarının haradan tapdıqlarını bilməmişdir. Sonra onu Sabirabad RMX-ya aparmışlar. Tutulmamışdan qabaq qolunda xəsarət olmamışdır. Tutulduğu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 9 nəfər tutulmuş, səhər tezdən onları narkoloji ekspertizaya aparmışlar, sonra «Semaşka» kimi tanıdığı xəstəxanaya aparmışlar, bundan sonra onları 3-4 yerə aparmışlar. Məhkəmə tibbi ekspertizasından keçirilmiş, həmin vaxtı qolunu açmışlar, ondan heç nə soruşmamışlar, bədənində hər hansı bir xəsarət olub-olmadığını soruşmuşlar, o da ekspertə bədəni üzərində heç bir xəsarət olmadığını demişdir. Ekspert köynəyini yuxarı edib bədəninə baxmışdır. Polis əməkdaşları qolundan başqa heç bir yerinə vurmamışlar. Prokurorluqdan gəlib ondan izahat almamışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ilkin izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, 04 noyabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, heç bir xəstəliyi, o cümlədən psixi xəstəliyi yoxdur. 1999-2001-ci illərdə hərbi xidmətdə olmuşdur. Ailəli olub boşanmışdır. Hazırda iki övladı var. Onlardan birinin 17, digərinin 18 yaşı var. Uşaqları onun himayəsində deyillər. Sabirabad şəhərində fəhləlik edərək pul qazanır. Sabirabad Rayon Məhkəməsinin 2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə, 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə və 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 2021-ci ilin noyabr ayında olan Amnistiya qərarı ilə cəzadan azad edilmişdir. Əvvəllər məhkum olunmağına baxmayaraq tam islah olunmamış və yenə də narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. İstifadə etdiyi maddələri Sabirabad şəhərində müxtəlif tanımadığı şəxslərdən almışdır. 31 oktyabr 2023-cü il tarixdə Sabirabad şəhərində «Şöhrət» adlı şəxsdən öz istifadəsi üçün ümumillikdə 500 manata 03 büküm narkotik vasitə və psixotrop maddə almışdır. Həmin maddələrdən bir bükümü marixuana, bir bükümü heroin, bir bükümü isə metamfetamin olmuşdur. Həmin maddələri cibinə qoymuşdur ki, nə vaxtsa istifadə edər. Narkotik vasitələrdən asılılığı yoxdur və onlardan arabir istifadə edir. Ona görə də, həmin maddələri 4 gün qabaq almağına baxmayaraq onlardan istifadə etməmiş və onlar onun cibində qalmışdı ki, nə vaxt ürəyi istəsə onda istifadə etsin. Hadisə ilə bağlı onu bildirmişdir ki, 03 noyabr 2023-cü il tarixdə, saat 11:30 dəqiqədə yaşadığı ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları ondan da özünü təqdim etməyini xahiş etmişlər. Özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Sabirabad RPŞ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuana kütləsini, bir ədəd bağlamada narkotik vasitə olan heroin kütləsini və bir ədəd bağlamada psixotrop maddə olan metamfetamin kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş kütlələr boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş maddələri şəxsi istifadə məqsədi ilə əldə edib üzərində saxlamışdır. Əldə etdiyi maddələrin üzərindən götürüb istifadə etməmiş, necə əldə etmişsə o cür də təqdim etmişdir. Narkotik vasitə aludəçisi deyil və ona görə də arabir istifadə edir. Narkotik vasitə və psixotrop maddələri aldığı «Şöhrət» adlı şəxsin yalnız adının «Şöhrət» olduğunu bilir, başqa anket məlumatlarını və telefon nömrəsini bilmir. Zahiri görkəminə görə balaca boy, qaraşın və az saqqallı biri olmuşdur. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Aşkar edilmiş maddələri şəxsi istifadəsi üçün almış və kiməsə pay vermək məqsədi olmamışdır. Əvvəllər bəzi hallarda adlarını vermək istəmədiyi dost-tanışına pulsuz vermiş, amma bu dəfə üzərindən aşkar olunanları sırf öz istifadəsi üçün almışdır. Fəhləliklə məşğul olmuş və tək yaşamışdır. Fəhləlikdən qazandığı pul ilə narkotik almış və aldığı narkotiki təxminən 15-20 gün ərzində istifadə edəcəkdir. Üzərində narkotik vasitə və psixotrop maddə olmasından heç kimin xəbəri olmamışdır. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Amma, bir neçə aydır ki, ümumiyyətlə telefon istifadə etməmişdir. Onun üzərinə şəxsi axtarış video çəkilişlə təhqiqatçı tərəfindən aparılmış, ondan başqa heç kim onun üzərinə şəxsi axtarış keçirməmişdir. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təziqə məruz qalmamışdır. Üzərində heç bir xəsarət yoxdur, sadəcə olaraq 2 gün əvvəl evdə pənəcərəyə sellofan vuran zaman yıxılmış və sol qolu az zədələnmişdir. Başqa xəsarəti yoxdur. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. İbtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etməyib əlavə ifadəsində bildirmişdir ki, şahidlər Şahid1 və Şahid2 onu döyməmişlər, ona fiziki və ya psixi təsir etməmişlər. Məhkəmə ifadə verən zaman yalan danışmış, polis əməkdaşları onun qolunun dirsəkdən aşağı hissəsini avtomobilin arxa qapısının arasında qoymuşdur. Həmin vaxtı avtomobilə minmək istəməmişdir, buna görə də onu saxlayan polis əməkdaşları ona qarşı zor tətbiq etmişlər. Onu digər polis əməkdaşları saxlamışlar, sonra onu Sabirabad RPŞ-nin inzibati binasına gətirib Şahid1 və Şahid2 təhvil vermişlər. Polis əməkdaşları onu yaşadığı məhəllədə saxlamışlar. Özünü təqsirli bilməmiş, narkotik vasitə və psixotrop maddə üzərində olmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında verilən suallara cavab olaraq bildirdiyi üzərindən-cibindən aşkar olunan 01 ədəd bükümdə təmiz çəkisi 24,1 qram olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə külli miqdarda- 9,728 qram heroin və 01 ədəd bükümdə külli miqdarda-10,083 qram psixotrop maddə metamfetaminin ona məxsus olmaması, üzərindən aşkar olunmuş nakorik vasitə marixuana, heroin və psixotrop maddə metamfetaminin polis əməkdaşının üzərinə qoyaraq götürməsi, Şahid1 və Şahid2 onu saxlamadıqlarını, onu digər polis əməkdaşlarının saxladıqlarını, RPŞ-də polis əməkdaşlarının onu Şahid1 və Şahid2 təhvil verdiklərini, onu saxlayan polis əməkdaşlarının onun qolunun dirsəkdən aşağı hissəsini avtomobilin arxa qapısının arasında qoyduqları ilə bağlı dedikləri hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı xüsusi rütbəsində olan Şahid1 ifadəsində bildirmişdir ki, 02 noyabr 2023-cü il tarixdə Sabirabad rayon sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş idarənin əməliyyat müvəkkili Şahid2 və təhqiqatçı X6 daxil edilmişdir. 03 noyabr 2023-cü il tarixdə saat 11-12 radələrində Təqsirləndirilən şəxs Sabirabad şəhəri, S.Vurğun küçəsində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 11:30-da ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Onlar ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və Təqsirləndirilən şəxs Sabirabad RPŞ-yə aparmışlar. RPş-nin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı Anar Aslanov tərəfindən onun üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən 01 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 01 ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər kütləni və 01 ədəd bağlamada psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Aşkar olunmuş həmin kütlələr qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütləni dörd gün bundan qabaq Sabirabad şəhərində «Şöhrət» adlı şəxsdən istifadə etmək məqsədi ilə ümumillikdə 500 (beş yüz) manata aldığını, özünün narkotik vasitə istifadə etdiyini, heç kimə narkotik vasitə satmadığını, lakin dost tanışa bağışladığını qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Verilən suallara cavab olaraq Şahid1 ifadəsində bildirmişdir ki, Mahiri səhər saat 11- 12 radələrində saxlamışlar. Mahirin üzərində şəxsi axtarış aparılan zaman tərəzinin olubolmamasını xatırlamamışdır. Mahirə geniralın tapşırığı ilə onu həbs etdiklərini bildirməmişdir. Mahirə fiziki və pisixi təsir etməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru xüsusi rütbəsində olan Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verməklə yanaşı bildirmişdir ki, Mahirə fiziki və psixi təsir olunmamış, Mahiri səhər vaxtı saat 11 radələrində saxlamışlar və Sabirabad RPŞ-yə aparmışlar. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 04 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil olan 24,1 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda-9,728 qram çəkidə narkotik vasitə heroini və «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil olan külli miqdarda-10,083 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə saat 11:30-da yuxarıda qeyd olunun ünvanda saxlanılaraq Sabirabad şəhəri, H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 12:30-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 24,1 qram olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda-9,728 qram olan heroin və 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda – 10,083 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.(i.v. 1) -Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 02 noyabr 2023-cü il tarixli raportundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Sabirabad rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur.(i.v. 5) -«əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır.(i.v. 6-7) -Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 03 noyabr 2023-cü il tarixli raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə saat 11:30 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Sabirabad RPŞ-nin inzibati binasına gətirilmişdir.(i.v. 11) -«şübhəli şəxsin tutulması haqqında» 03 noyabr 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 29) -«şəxsi axtarış və götürmə aparılması haqqında» 03 noyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, 1 (bir) ədəd bağlamada narkotik vasitə heroinə bənzər kütləni və 1 (bir) ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Aşkar edilmiş 3 (üç) ədəd bağlama götürülmüşdür.(i.v. 38-40) -«məhkəmə-bioloji ekspertizası»nın 04 noyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1536 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: «... Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr …» yazı və imzalar olan zərfdə 1 (bir) ədəd sellofan bükümündə təmiz çəkisi-24,10 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır.(i.v. 46-49) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 04 noyabr 2023-cü il tarixli, 3-16-16/2- 6/5893 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksi olan, «... Təqsirləndirilən şəxs üzərindən …» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 10,083 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-meyamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi, 9,728 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. (i.v. 50-55) -«təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmək haqqında» 04 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Bakı şəhər, Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 4(005)-1550/2023 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v. 81-82, 119-123) -«maddi sübut hesab edilməsi haqqında» 06 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 24,05 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 9,678 qram qalmış heroin və qalıq çəkisi 10,033 qram qalmış psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir.(i.v. 124-126) -Əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılması barədə Sabirabad Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 5(056)-170/2023 nömrəli qərarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 02 noyabr 2023-cü il tarixli «əməliyyat-axtarış tədbirinin keçirilməsi» barədə qərar qanuni hesab edilmişdir.(i.v. 128-130) -Bakı şəhər, 2 nömrəli X1 17 noyabr 2023-cü il tarixli 1/5934 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs stasionar müalicə üçün 2 nömrəli X2 müraciət etməmişdir.(i.v. 144) -«ambulator məcburi-narkoloji tibbi yoxlama»nın 04 noyabr 2023-cü il tarixli, 7237 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v. 161-162) -«sübutların qiymətləndirilməsi haqqında» 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi taninmiş və cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v. 174-187) -«cinayət işi materiallarından başqa material ayrılması haqqında» 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin əldə etmə mənbəyinin müəyyən edilməsinə görə ayrıca icraata material ayrılmışdır.(i.v. 190-192) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir.(i.v. 195-196) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində aşkar olunmuş narkotik vasitə marixuana, heroin və psixotrop maddə metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi, Şahid1 və Şahid2 onu saxlamadıqlarını, onu digər polis əməkdaşları saxladıqlarını, RPŞ-də polis əməkdaşlarının onu Şahid1 və Şahid2 təhvil verdiklərini, onu saxlayan polis əməkdaşlarının onun qolunun dirsəkdən aşağı hissəsini avtomobilin arxa qapısının arasında qoymaları məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən marixuana, heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddə hesab edilir. Siyahılara əsasən heroin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2,0 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təmiz çəkisi 24,1 qram olan narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda-9,728 qram heroin və külli miqdarda-10,083 qram psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxlamış, üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilib qablaşdırılaraq götürülməsi onun narkotik vasitələrin-psixotrop maddələrin satışı ilə məşğul olduğunu və onun qeyd edilən kütləni satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman Təqsirləndirilən şəxs məhkəmə iclasında belə özünü təqsirli bilərək əməlindən peşman olduğunu, barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməsinə etiraz etmişdir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuana, heroin və psixotrop maddə metamfetaminə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X3rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin-psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X5 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri-polis əməkdaşları tərəfindən qolu avtomobilin qapısında qoyularaq əzildiyindən dözməyərək narkotik vasitələr marixuana, heroin və psixotrop maddə metamfetamin barədə etirafedici ifadə verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altına alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təhlil edilən iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində və məhkəmə istintaqında verdiyi ilkin ifadəsində polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini, döyülmədiyini və hədə-qorxu gəlinmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu vaxtdan polis əməkdaşları tərəfindən döyülməsi və digər qanunsuz hərəkətlərə məruz qalması barədə hər hansı nəzarət orqanına şikayət etməmişdir. Məhkəmə-tibbi ekspertizasının 04 dekabr 2023-cü il tarixli, 450/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zaman bədən səthində xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış 10511/2023 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs həbs olunmamışdan əvvəl xəsarət almadığını bildirmişdir. Hansıkı Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbindən də görünür ki, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə hazırkı məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol, həmin protokola əlavə edilmiş videoçəkliş, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış marixuana, heroinin, metamfetamin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən və Sabirabad Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 1 (056)-54/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məclləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli «Amnistiya» qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir.(i.v 135-137, 156-160) «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndində göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. -Sabirabad Rayon İcra Hakimiyyəti Sabirabad rayon Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 22 noyabr 2023-ci il tarixli, 5-70-40/2-490 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla tək yaşamış, ailəsindən boşanmış və yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir.(i.v.148-150) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 03 noyabr 2023-cü il tarixdən hesablanmalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2023cü il tarixli, 4(005)-1550/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. «Ambulator məcburi narkoloji tibbi yoxlama»nın 04 noyabr 2023-cü il tarixli, 7237 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin edilməli və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 135 (yüz otuz beş) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 135 (yüz otuz beş) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 24,05 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 9,678 qram olan heroin və qalıq çəkisi 10,033 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 03 noyabr 2023-cü il tarixdən hesablansın. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 4(005)- 1550/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 135 (yüz otuz beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 24,05 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 9,678 qram olan heroin və qalıq çəkisi 10,033 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar