Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-305/2025 16.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədli Ənnağı Əbdül oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, Katib katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, - xx xxxxxx 1997-ci ildə İmişli rayonunun Qaragüvəndikli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əməklə (kənd təsərrüfatı) məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan1də qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilmiş külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etməyi, gizlətməyi və sərəncam verməyi sonuncuya qabaqcadan vəd verməklə kömək etmiş, eləcə də digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi və tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün barəsində hazırki cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrıldığı İran İslam Respublikasının vətəndaşı olan “Baba” adlı şəxsə, sonuncunun İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla, yəni qaçaqmalçılıq yolu ilə keçirəcəyi külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni gizlədiləcək yerdən götürəcəyinə, gizlədəcəyinə və həmin narkotik vasitələrə, psixotrop maddəyə sərəncam verəcəyinə dair qabaqcadan vəd verdikdən sonra, “Baba” adlı şəxslə həmin kütlələrin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən və həmin kütlələrin göstərilən üsul və məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçirilib gizlədildiyi müvafiq yer barədə ondan məlumat aldıqdan sonra ümumi cinayətkar niyyətə uyğun olaraq, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən digər şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İİ siyahısına daxil olan külli miqdarda- təsiredici maddəsinin ümumi miqdarı 16 qram olan 400 ədəd narkotik vasitə metodon tərkibli həbi, külli miqdarda- 14 kq., 295 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil olan xüsusilə külli miqdarda- 1000 qram çəkidə psixotrop maddə metamfetamini İmişli rayonu, Qaragüvəndikli kəndinin ərazisində yerləşdirib, bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra, sonuncu cinayətkar plana uyğun olaraq həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib daşımaqla satışını həyata keçirmək məqsədi ilə 400 ədəd metadon həbini və qurudulmuş marixuanının 8 kq., 60 qram hissəsini yaşadığı evin yaxınlığında olan ot tayasının içərisində, qurudulmuş marixuananın qalan 6 kq., 235 qramını və 1000 qram çəkidə psixotrop maddə metamfetamini isə İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən otlaq sahəsindəki qamışlıqda gizlədərək qanunsuz olaraq saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 05 oktyabr 2024-cü il tarixdə, saat 04:57-də yaşadığı İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında olan zaman saxlanılaraq, həmin gün saat 05:02-dən etibarən saxlanıldığı yerdə, yəni, yaşadığı evin yaxınlığındakı özünə məxsus ot tayasına özünün iştirakı ilə baxış keçirilən zaman bir ədəd torbanın içərisindən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı, üzərində “Methadone 40” göstəricisi olan 40 ədəd blisterdə 400 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda- 16 qram olan narkotik vasitə metodon tərkibli həblər və tərkiblərinə görə eyni olan səkkiz ədəd üzəri skoçla bağlanmış sellofan bağlamada ayrı-ayrılıqda çəkiləri 990,0 qram, 965,0 qram, 990,0 qram, 965,0 qram, 1005,0 qram, 1055,0 qram, 1020,0 qram, 1070,0 qram olmaqla, ümumilikdə təmiz çəkisi külli miqdarda- 8 kq., 60 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana; əməliyyat-axtarış tədbirinin davamı olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 oktyabr 2024-cü il tarixdə, saat 05:39-da Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən otlaq sahəsindəki qamışlıq əraziyə özünün iştirakı ilə keçirilən baxış zamanı onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı tərkiblərinə görə eyni olan səkkiz ədəd üzəri skoçla bağlanmış sellofan bağlamada ayrı-ayrılıqda çəkiləri 990,0 qram, 975,0 qram, 490,0 qram, 890,0 qram, 410,0 qram, 990,0 qram, 970,0 qram, 520,0 qram olmaqla, ümumilikdə təmiz çəkisi külli miqdarda 6 kq., 235 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 505 qram və 495 qram olmaqla, ümumi təmiz çəkisi xüsusilə külli miqdarda- 1000 qram çəkidə eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2 və 234.4-1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisi deyil, bu kimi işlərlə məşğul olmamışdır. 2024-cü ilin oktyabr ayının 04-dən 05-nə keçən gecə, saat 03-04 radələrində yatdığı zaman tanımadığı səkkiz nəfər mülki geyimdə olan polis əməkdaşı evinə basqın edib, onu aldadaraq ilkin olaraq ot tayasına aparıb qarşısına narkotik vasitələr qoyaraq videoçəkiliş aparmış, ona zor tətbiq edərək dediklərini videoçəkiliş zamanı təkrar etməli olduğunu bildirmiş, sonra onu qamışlıq deyilən əraziyə aparıb, orada da videoçəkiliş aparmaqla narkotik vasitə və psixotrop maddə çıxartmışlar. Polis əməkdaşları ona videoçəkiliş zamanı narkotik vasitələri və psixotrop maddəni Baba adlı şəxsdən pul əvəzində aldığını, həmin şəxsin iranlı olduğunu deməsini, onluq heç bir iş olmadığını və videoçəkilişdən sonra onu tutmayacaqlarını bildirmişlər. Baba adlı şəxs, yəni kəndlisi kimi tanıdığı X8 əvvəllər ona narkotik vasitə təklif etmiş, lakin bu təklifdən imtina etmişdir. Həmin şəxs ona səsli mesajlar atmışdır. Polislər onu polis şöbəsinə apardıqdan sonra orada da videoçəkiliş aparmışlar. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, İmişli rayonunun Qaragüvəndikli kəndində qeydiyyatda olmaqla orada yaşamış, tutulana qədər hər hansı sıxıntısı olmamış, kəndə təsərrüfatı, həmçinin sahə-çöl işləri ilə məşğul olmuş, günə otuz-qırx manat pul qazanmışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu tutmamışdan üç-dörd gün əvvəl İmişli rayonunun ərazisinə gəldiklərini və onu izlədiklərini bildirmişlər. Polislər tək onun üçün gəlməmişlər. Polis əməkdaşları üç avtomobildə gəlmişlər. Polislərin onunla ədavətlərinin olub-olmaması barədə məlumatı yoxdur. Polislər evə basqın edəndə atası X30 onu yuxudan oyatmış, həmin vaxt anası da evdə olmuşdur. İlk dəfə idi ki, belə hal yaşanırmış və edilən psixi, fiziki təzyiqlər nəticəsində etirafedici ifadələr vermişdir. Ona iran nömrəsi ilə yazan iranlı şəxs əslində həmkəndlisi X31 olmuşdur. Əhəd ondan sonra tutulmuşdur və hal-hazırda Bakı istintaq Təcridxanasındadır. Əhəd ona mesajlar yazmış, “WhatsApp” proqramında konum atmış, lakin onunla razılamamış, dediyi yerə də getməmişdir. Əhəd kəndçisi olduğu və onu tanıdığı üçün barəsində hüquq-mühafizə orqanına şikayət etməmişdir. Eyni qaydada istintaqa bildirmiş, lakin bu barədə qeyd edilməmişdir. Bundan başqa, ona tanımadığı nömrələrdən mesajlar gəlmişdir. Barəsində həbs qətimkan tədbiri seçiləndə baş verənlər haqda məhkəməyə özündə olmadığı üçün bildirməmişdir. Polis əməkdaşları ona zor tətbiq etmiş, onu sillə və digər üsullarla döydükləri üçün üzərində iz qalmamışdır. Özü şəxsən şikayət etməsə də, valideyni polislərdən şikayət etmişdir. Videoçəkilişdə vəkili olmamışdır. Videoçəkilişdəki torbalar eyni olmuş, həmin torbalar polislərin öz avtomobilindən götürülmüşdür. Qamışlıq sahə ilə evinin arasındakı məsafə çoxdur. Həmin ərazini polislər özləri seçmişlər və kənddə başqa qamışlıq ərazi olmamışdır. Narkotiki polislər qamışı qırıb oraya qoymuşlar. (051) ***-**-** mobil nömrə ona məxsusdur və həmin nömrədəki mesajlar 2022-2023-cü illərdə tanımadığı şəxslər tərəfindən ona yazılmışdır. İlkin olaraq həmin şəxslərin kənd uşaqları olduqlarını, məlum olmayan nömrələrdən yazmaqla onunla zarafat etdiklərini zənn edib cavab yazmış, sonra bunun zarafat olmadığını anlamış və həmin şəxslərə cavab verməmişdir. Ona atılan konumları geri atmışdır ki, ondan əl çəksinlər. Mobil telefonu tutulana kimi öz istifadəsində olmuş, istifadəsində olan mobil nömrəni kiməsə verməmişdir. “WhatsApp” yazışmasındakı pullar olan şəkillər uşaqlarla olan qrupdan atılan saxta pul şəkilləridir və bunu izahatında da bildirmişdir. Həqiqətdə iki-üç yazışması olmuş, telefonundakı yazışmaların çoxunu müstəntiq “screenshot” edib atmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş disklərdəki videoçəkilişi sahədə ot yığarkən özü çəkmişdir və həmin görüntüdə olan digər şəxsin kimliyini xatırlamadığını bildirmişdir. Ot sahəsində Əhədin ona dediyi balıq torunu axtarmış, tapa bilməmiş və bu barədə video çəkib görüntünü ona göndərmişdir. Görüntü yaratmaq xatirinə yalandan Əhədə mesajlar yazmışdır. Əməliyyat tədbirində Şahid başqa digər polis əməkdaşları da olmuş və kənarda dayanmışlar, hansı ki, onları üzdən tanıya bilər. Şahid ona psixi və fiziki zor tətbiq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi xx.xx.2024-cü il tarixli ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmiş və məlum olmuşdur ki, o, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, maddi ehtiyaclarını kənd təsərrüffatı ilə məşğul olaraq ödədiyini, yaşadığı İmişli rayonunun Qaragüvəndikli kəndinin İran İslam Respublikasına yaxın ərazidə yerləşdiyini bildirmişdir. Narkotik vasitələrdən istifadə etməmiş, orta təhsilini Azərbaycan dilində almışdır. Mahiyyəti üzrə bildirmişdir ki, həbs edilməmişdən təxminən iki ay əvvəl “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs özünü “Baba” deyə təqdim etmiş, azərbaycan dilində danışmış və əslən azərbaycanlı olduğunu bildirmişdir. Onunla bir qədər danışdıqdan sonra ona birlikdə işləməyi təklif etmiş, işin nədən ibarət olmasını soruşduqda, həmin şəxs bildirmişdir ki, İran İslam Respublikasından göndərdiyi narkotik vasitələri götürüb müəyyən ünvanlara yerləşdirib konum göndərsə, bunun müqabilində ona 2.000 (iki min) manat pul verəcəkdir. İlk əvvəl razı olmasa da, sonradan maddi sıxıntıları bunu etməyə onu razılaşdırmışdır, çünki, dediyi məbləğ böyük məbləğ idi. Təxminən iki ay əvvəl İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxs onların kəndinin ərazisində sərhədə yaxın yerdən magistral yola yaxın ərazidən ona konum göndərmiş və həmin konumda narkotik maddələr olduğunu bildirmişdir. Həmin konuma gedib orada iki ədəd torba olduğunu görmüş və götürüb sahədə gizlətmişdir. Daha sonra torbalardan birini sahədə qamışlıq ərazidə gizlətmiş və İran İslam Respublikasının vətəndaşına konum göndərmişdir. Bundan iki gün sonra ikinci kisəni də həmin yerdə gizlətmişdir. Daha sonra İran İslam Respublikasının vətəndaşı torbanı gizlətdiyi yerə 2.000 (iki min) manat pul qoydurmuşdur. Pulun kim tərəfindən qoyulmasını və torbaların kim tərəfdən götürülməsini görməmişdir. Bundan sonra onunla əlaqəsi qalsa da, ona narkotik vasitə göndərməmişdir. Qazanc olaraq əldə etdiyi 2.000 (iki min) manat pulu şəxsi ehtiyacları üçün sərf etmişdir. Bundan sonra İran İslam Respublikasının vətəndaşı yenə də ona narkotik vasitələr göndərəcəyini, əvvəlki qaydada onları yerləşdirdikdən sonra ona 2.000 (iki min) manat pul verəcəyini bildirmiş və razılaşmışlar. İran İslam Respublikasının vətəndaşı ona konum göndərmiş, həmin konuma gedib kəndin sərhəddə yaxın olan hissəsindən qeyd edilən narkotik vasitələri götürmüşdür. Həmin maddələr yenə də iki ədəd torbada olmuş, torbaları evin yaxınlığında yerləşən ot tayasında gizlətmişdir. Bundan sonra 04 oktyabr 2024-cü il tarixdə axşam saatlarında həmin torbalardan birini kənddən bir qədər aralıda yerləşən otlaq sahədə gizlətmiş, İran İslam Respublikasına konum göndərmiş, daha sonra oradan uzaqlaşmışdır. 05 oktyabr 2024-cü il tarixdə, saat 04:57-də İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin qarşısında olan zaman üç nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib, polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, qəbul edilmiş qərarla onu tanış etmişlər. Polis əməkdaşları ondan üzərində narkotik vasitə olub-olmadığını, varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra üzərində heç bir kütlə və ya əşya olmadığını bildirmişdir. Sonra üzəri yoxlanılmış, əynində olan göy rəngli cins şalvarın cibindən “Samsung” markalı mobil telefon aşkar edilmiş, başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. Mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra, yaşadığı evin yaxınlığında yerləşən ot tayasına videoçəkilişlə baxış keçiriləcəyi bildirilmiş, buna etiraz etməmişir. Həmin ot tayasında İran İslam Respublikası vətəndaşının ona göndərdiyi torbanı polis əməkdaşlarına təqdim etmişdir. Torbaya baxış zamanı içərisindən 400 ədəd metadon həbi və səkkiz ədəd ayrı-ayrı bağlamada qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş maddələr sayılmış və tərizədə çəkilmişdir. Marixuananın çəkisi 8 kq. 700 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, tərəflərindən imzalanmış, möhürlənmiş və götürülmüşdür. Verilən suallara cavab olaraq aşkar olumuş kütlələri İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxsin vasitəsi ilə gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, əvvəl də bir dəfə narkotik vasitə götürərək ayrı-ayrı yerlərə çatdırıb 2.000 (iki min) manat pul əldə etdiyini bildirmişdir. Bundan sonra oradan gedərək qamışlıq ərazidə gizlətdiyi bir ədəd torbanın içərisindən səkkiz ədəd bağlamada qurudulmuş marixuananı və iki ədəd bağlamada metamfetamini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 6 kq,, 760 qram, metamfetaminin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 1 kq., 75 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Verilən suallara cavab olaraq aşkar olumuş kütlələri sərhədyanı ərazidən götürdüyünü, əvvəl də bir dəfə narkotik vasitə götürərək ayrı-ayrı yerlərə çatdırıb 2.000 (iki min) manat pul əldə etdiyini, bu dəfə də 2.000 (iki min) manat pul əldə edəcəyini bildirmişdir. Daha sonra polis əməkdaşları onu İmişli Rayon Polis Şöbəsinə aparmışlar və orada ünvanlarda aşkar edilmiş kütlələrə yenidən baxış keçirilmişdir. Həmin kütlələr onun iştirakı ilə qablaşdırılan kütlələr olmuş, əlavə dəyişiklik olmamışdır. Daha sonra videoçəkilişlərə baxış keçirilmişdir. Orada da verilən suallara cavab olaraq ünvanda aşkar olumuş kütlələri İran vətəndaşı “Baba” adlı şəxsin vasitəsi ilə bir gün əvvəl İmişli rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağa görə “Baba” adlı şəxsin ona 2.000 (iki min) manat pul verəcəyini bildirmişdir. Sorğuda baxış zamanı verdiyi cavabları təsdiq etmişdir. Daha sonra ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin edilmişdir. Verilən suallara cavab olaraq narkotik vasitələrin kim tərəfindən sərhəd zonasına yerləşdirilməsi barədə məlumatının olmadığını, narkotik vasitələri götürən zaman orada heç kimin olmadığını, narkotik vasitələri və psixotrop maddəni əldə edən zaman İran İslam Respublikasının ərazisinə keçmədiyini, ilk əvvəllər “Baba” adlı şəxslə “İnstagram”, daha sonra “WhatsApp” vasitəsilə əlaqə saxladığını bildirmişdir. Bundan başqa, İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxsi görmədiyini, onunla sadəcə olaraq “İnstagram” və “WhatsApp” vasitəsilə əlaqə saxladığını, onun göstərişi ilə götürdüyü torbalarda narkotik vasitə olmasını bildiyini, lakin hansı növ narkotik vasitədən hansı miqdarda olması barədə məlumatı olmadığını, özünün heç zaman narkotik vasitələrdən istifadə etmədiyini, onun tərəfindən gizlədilmiş narkotik vasitələrin və psixotrop maddənin kim tərəfindən, hansı şəraitdə və nə zaman götürülməsi barədə məlumatı olmadığını, polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təsir göstərilmədiyini bildirmişdir (iş vərəqi 93-96). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki və psixoloji təzyiqlə, ifadəsinin məzmununun polislərin deməsi əsasında yazılması ilə əlaqələndirmiş, məhkəmədə verdiyi ifadənin doğru olduğunu bildirərək, son sözündə məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarını (təqsirləndirilən şəxs və şahidi) dinləyərək, elan olunmuş ifadənin məzmununu, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5,206.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid ifadəsində göstərmişdir ki, 04 oktyabr 2024-cü il tarixdə İmişli rayonu, Qaragüvəndikli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə edib İmişli rayonu, Qaragüvəndikli kəndində ərazisində dövriyyəsi ilə məşğul olması barədə ona məlumat daxil olmuş, həmin məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilərək, Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 04 oktyabr 2024-cü il tarixli qərar qəbul edilmiş və həmin idarənin əməkdaşları əməliyyat müvəkkili, polis baş leytenantı X10, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru X4 ibarət, özünün də daxil olduğu və rəhbərlik etdiyi əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisinə getmişlər. Təqsirləndirilən şəxs 05 oktyabr 2024-cü il tarixdə, saat 04:57-də İmişli rayonu, Qaragüvəndikli kəndində yaşadığı nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılmış, onun anket məlumatları dəqiqləşdirildikdən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərarla tanış edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, o da üzərində heç bir kütlə və ya əşya olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, üzərindən başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd mobil telefon götürülmüşdür. Daha sonra İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən nömrəsiz fərdi ev ünvanının yaxınlığındakı ot tayasında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış aparmışlar. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs ünvanda olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bundan sonra ot tayasında gizlətdiyi bir ədəd torbanın içərisindən 400 ədəd metadon həbi və səkkiz ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, sonra qablaşdırılmış, saxlanılan şəxs, həmçinin iştirakçılar tərəfindən imzalanmış, möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq ünvanda aşkar olumuş kütlələri İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxsin vasitəsi ilə qoyulmuş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, əvvəl də bir dəfə narkotik vasitə götürərək ayrı-ayrı yerlərə çatdırıb 2.000 (iki min) manat pul əldə etdiyini demişdir. İmişli rayonu, Qaragüvəndikli kəndində otlaq sahəsində olan qamışlıq ərazidə narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə orada da baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl sözügedən yerdə olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs qamışlıq ərazidə gizlətdiyi bir ədəd torbanın içərisindən səkkiz ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana və iki ədəd bağlamada psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq ünvanda aşkar olumuş kütlələri sərhədyanı ərazidən götürdüyünü, əvvəl də bir dəfə narkotik vasitə götürərək ayrı-ayrı yerlərə çatdırıb 2.000 (iki min) manat pul əldə etdiyini, bu dəfə də 2.000 (iki min) manat pul əldə edəcəyini bildirmişdir. Şahid məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxslə bağlı bu onda ilk əməliyyat məlumatı olmuşdur. Həmin məlumat bir gün qabaqdan ona daxil olmuşdur. Məlumat daxil olduqdan nə qədər müddət sonra hadisə yerinə getdiyini xatırlamasa da, üzərndən gün keçməmişdir. Əməliyyat tədbirində həmkarları X32 və X33 iştirak etmişlər və tədbirə üç avtomobillə gəlməmişlər. Tədbirdən üç gün əvvəl İmişli rayonu ərazisinə gəlməmiş və təqsirləndirilən şəxsi izləməmişlər. Əməliyyat tədbirində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları iştirak etməmişlər. Təqsirləndirilən şəxsi polis şöbəsinə sənədləşdirmə işləri ilə əlaqədar təhqiqatçının yanına aparmışlar. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni yaxın günlərdə əldə etdiyini bildirmişdir. Tədbir zamanı hər hansı tabesizlik olmamışdır. Təqsirləndirilən şəxsi evindən hardasa 12-15 metr aralıda, ot tayasına yaxın yerdə saxlamış, evinə daxil olub tutmamışlar. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyildir, özünü müdafiə xarakterli ifadədir. Raportda qeyd etdikləri doğrudur. “Baba” adlı şəxsin şəxsiyyətini müəyyən edə bilməmişlər. Onlar üçün əhəmiyyət kəsb edən şəxs Təqsirləndirilən şəxs olmuş və həmin şəxslə bağlı əməliyyat məlumatı da öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxslə ibtidai istintaq zamanı məhkəmədəki ifadəsində verdiyi xüsusatlarla əlaqədar üzləşdirilmişdir. Təqsirləndirilən şəxs olduğu yerdə bir-iki ev olmuş, onu iş başında yaxalamışlar. Belə ki, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən əldə etdiyi narkotiki gizlətdiyi yerdən gəldiyini bildirmişdir. İmişli Rayon Polis Şöbəsində İzəti görənlər onunla salamlaşmışlar, yəni İzət bu dərəcədə tanınan biri olmuşdur. İzətin evi ilə qamışlıq arasındakı məsafəni piyada daha tez qət etmək mümkün idi. Yol nahamar olmuşdur. Qamışlıq deyilən ərazi yol kənarı deyildir. Həmin ərazidən bir az da irəli sərhəd nəzarət zonalarıdır. Aşkar olunan narkotik vasitələri və psixotrop maddəni birinci dəfə İrandan etibar edib Təqsirləndirilən şəxs verməzdilər və görünən odur ki, iranlı ilə əlaqələri çoxdan başlamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş, ifadəsi elan olunmuş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01). Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə edib İmişli rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən nömrəsiz fərdi evinin yaxınlığındakı ot tayasında və həmin kənddə yerləşən qamışlıq ərazidə külli miqdarda narkotik vasitə gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 04). Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı, məktubları və əmrindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin idarənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayətprosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 05-09). Baş Narkotiklərlə Mübarizə İdarəsinin “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və ünvana baxış keçirilməsinə dair”, “əməliyyataxtarış tədbirinin keçirilməsinə və ünvana baxış keçirilməsinə dair” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokollarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 05 oktyabr 2024-cü il tarixdə, saat 04:57-də İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən yaşadığı nömrəsiz fərdi yaşayış evinin qarşısında olan zaman saxlanılmış, üzərinə baxış keçirilən zaman (051) 376-22-42 saylı mobil nömrə olan bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs ot tayasında gizlətdiyi bir ədəd torbanın içərisindən 400 (dörd yüz) ədəd metadon həbinə və səkkiz ədəd bağlamada açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilərkən, qurudulmuş marixuanaya bənzər kütlənin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 8 kq., 700 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq, aşkar olunmuş kütlələri İran vətəndaşı “Baba” adlı şəxsin vasitəsilə gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini, əvvəl də bir dəfə narkotik vasitə götürüb ayrı-ayrı yerlərə çatdırıb 2.000 (iki min) manat pul əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs qamışlıq ərazidə gizlətdiyi narkotik vasitə qurudulmuş marixuanaya və iki ədəd bağlamada ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilərək qurudulmuş marixuanaya bənzər kütlənin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 6 kq., 760 qram, psixotrop maddə metamfetaminə bənzər kütlənin isə qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1 kq., 75 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ünvandan aşkar olunmuş kütlələri sərhədyanı ərazidən götürdüyünü, əvvəl də bir dəfə narkotik vasitə götürərək ayrı-ayrı yerlərə çatdırıb 2.000 (iki min) manat pul əldə etdiyini, bu dəfə də eyni məbləğdə pul əldə edəcəyini bildirmiş, videogörüntüləri özündə əks etdirən, protokollara əlavə olunmuş DVD disklərə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 10-15; 18-20). Baş Narkotiklərlə Mübarizə İdarəsi Təhqiqat Qrupunun xx.xx.2024-cü il tarixli protokolu və məktubundan görünür ki, azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdə, saat 04:57 dəqiqədən məhdudlaşdırılmış Təqsirləndirilən şəxs həmin tarixdə, saat 09:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna bu barədə məlumat verilməsi təmin olunmuşdur (iş vərəqi 29-30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/1-6/4807 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs...” sözləri olan kağız yapışdırılmış torbadakı 40 ədəd üzərlərində “Metahadone 40” göstəriciləri olan blisterdə 400 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibindəki metadonun təsir maddəsinin ümumi miqdarı 16 qram təşkil edir; üzərində “otlaq sahəsindən aşkar olunan kütlələr Təqsirləndirilən şəxs (imza)...” sözləri olan kağız yapışdırılmış torbadakı iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 505 qr., 495 qr., ümumi təmiz çəkisi 1000 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Psixotrop maddə metamfetaminin 999,9 qram və narkotik vasitə metadon həbinin 398 ədəd qalıqları istintaq orqanına geri qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir (iş vərəqi 45-51). Məhkəmə Ekspertiza Mərkəzinin 7/1673 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələr” yazılar və imzalar olan 1№-li ağ rəngli sintetik torbada səkkiz ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri- 990,0 qram, 965,0 qram, 990,0 qram, 965,0 qram, 1005,0 qram, 1055,0 qram, 1020,0 qram, 1070,0 qram, ümumi çəkisi 8060,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış nakrotik vasitə qurudulmuş marixuanalardır; üzərində “Otlaq sahəsindən aşkar edilmiş kütlələr” yazılar və imzalar olan 2№-li ağ rəngli sintetik torbada səkkiz ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri- 990,0 qram, 975,0 qram, 490,0 qram, 890,0 qram, 410,0 qram, 990,0 qram, 970,0 qram, 520,0 qram, ümumi çəkisi 6235,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış nakrotik vasitə qurudulmuş marixuanalardır. Təqdim olunmuş iki ədəd ağ rəngli sintetik torbada ümumi sayı on altı ədəd bağlamada olan marixuanaların ümumi çəkisi 14295,0 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər. Narkotik vasitə qurudulmuş marixuananın 14294,2 qram qalığı istintaq orqanına geri qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir (iş vərəqi 52-56). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 81-83). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1241/2024 nömrəli, 05 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 05 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə seçilmiş həbs qətimkan tədbirinin müddəti, həmin məhkəmənin qərarı ilə 05 may 2025-ci il tarixədək uzadılmışdır (iş vərəqi 103-107; 197-200). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1000 qram psixotrop maddə metamfetamin, 14 kq., 295 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 400 ədəd metadon həbinin tədqiqatdan sonra qalıq qalmış 999,9 qram psixotrop maddə metamfetamin, 398 ədəd metadon həbi və 14 kq., 294,2 qram qurudulmuş marixuana qalığı maddi sübut kimi tanınaraq, saxlanmasından ötrü həmin idarənin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vərəqi 123-124). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan (051) 376-22-42 saylı mobil nömrənin giriş-çıxış zəngləri, sms mətnləri, anten dairəsi məlumatlarının əks olunduğu "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı onun istifadəsində olmuş mobil nömrədən müxtəlif mobil nömrələrə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir (iş vərəqi 141-143). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin “mobil telefon aparatlarına baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A10” markalı mobil telefona baxış keçirilmiş, adı kontaktlar siyahısında qeyd edilməmiş +380 50 866 1030 GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi ilə danışıq pəncərəsində həmin şəxs Təqsirləndirilən şəxslə 04 oktyabr 2024-cü il tarixdə, saat 08:23-dən saat 22:16-ya qədər danışıqlar aparmışdır. Danışıqların əksər hissəsi Təqsirləndirilən şəxs tərəfindən silinmişdir. 04 oktyabr tarixdə Təqsirləndirilən şəxs həmin şəxsə “3 yerə böləndə” məzmunlu mətn mesajı yazmışdır. Həmin şəxs Təqsirləndirilən şəxs “Axşam aparim atarsan onda biyabır elədinde meni” məzmunlu mətn mesajları yazmış, daha sonra “azdı çoxdu, özümüz tuturuq da pulu”, “Ayə 250 manatı elə deyirsən, mən sənlə danışmamışdım 500 manatdı, dedim az da olsa çox da olsa budu sen de dedin hə yaxşı”, “Belə danışıb razı olmuşane mən”, “Ayə belə razı deyilsən, belə danışıb razı olmusane sən mənlə, nətər deyirsən razı deyiləm?! belə razı olmusan indi gəlib çıxa bura indi qoyursan adamaı g.. ayağına biyabır eliyirsən adamı, bunu yola salaq ondan sonra deyim belə razı deyillər belə razıdılar”, “Ayə qalan pul bala sənin pulun deyil mənim pulumdu onun da sənə nə aidiyyəti var qaqa? Prosta bizim münasibətimiz var deyə deyirəmki yəni vəziyyət budu də bunun yarısın saxlayaq, mən də pulumu alım birdən gedər başına nəsə gələr keçən səfərki kimi deyər belə belə, ona görə mən deyirəmki saxlayaq”, “Apar də apar bəs çək, çəkməyin bizə xeyirdi,deyirəm bəlkə mənə yalandan deyir bu qədərdi bu qədərdi, mənim xəbərim olmayan çəki varsa deyim bu qədər deyil bu qədərdi, onun da pulunu alaq”, “Orda bir kilo iki kilo artıq olmalıdı, o da o da olmalıdı başqa variantı yoxdu, o da bizi tanış eliyən adam var, onun da belə palojnasıdı gəlməlidi, pul zad istəmir nə ondan istəmir nə bizdən, bi dənə iki dənə nə istəsə onun puludu o çəkiyə vurulmur, ona da nə mən nə sən durub deyə bilmərik ki, niyə belədi pulsuz gətirərəm onu, çünki hələ camaata saöol deməliyik, artıqlamasıynan, bir də dərmanlardı onlar da heç də onlar bekara şeydi, qalan belə artıqlıq nə var denən deyim pulunu versin” məzmunlu səsli mesaj göndərmiş, Bundan başqa həmin şəxs 04 oktyabr 2024-cü il tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs “Buları götür, o bi dənə qara kulok vare qara kuloku aç onun içindən bi dənəsin götür, bir dəki o “M” yazılan var ha o üç dənə onu aç sən papa canı onu aç üstünə “R” yazılan var onu götür vsyo, bunnan da vsyo söhbət bağlandı” məzmunlu səsli mesaj göndərmişdir. Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:15-də həmin şəxsə konum, saat 20:36-da “nolde, Kededi yoxsa”, daha sonra “Yo düzgedi” məzmunlu mətn mesajı, saat 20:51-də “Onu da deyim ki sənə o deyirsəne 10 kilo idi, 20 kiloya yaxın şey var idi orda, sabah ən azı qalıb də azı, sabah azın çəkəcəm day, biləcəm nə qədərdi, Düz dəmirin dibindədi elə əlin biraz sürtsə görəcək” “Mənim də zaryatkam ölür, sabah gör nağarırsan denən gəlsin heyvanları götürsün, sonra mənə deməki demədim yəni onun özünə də deki pis yerdədi, mənim gör 900 dənəni nağarırsan 9u da şey elə uzağı 200 də şey elə üstün də düzəldim verdim, sora söhbətdən canımız qurtarsın biraz başımız sakitləşsin” “Sən canı şabah da şey elə onu dediyimi gör nağaırırsan denən gəlsin heyvanları aparsın” məzmunlu səsli mesaj göndərmişdir. Bundan başqa, adı kontaktlar siyahısında qeyd edilməmiş İran İslam Respublikasının mobil operatoruna məxsus +98 905 338 2710 GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi ilə danışıq pəncərəsində həmin şəxslə Təqsirləndirilən şəxs arasında 04 avqust 2024-cü il tarixdən 24 sentyabr 2024-cü il tarixədək söhbətlərin olması müəyyən edilmişdir. Söhbətlərin məzmunundan hər iki şəxsin arasında 4.000- 6.000 (dörd min-altı min) manat aralığında pulun bölgüsü ilə bağlı söhbət aparılması müəyyən edilmişdir. 13 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs həmin şəxsə “onnan danış ya dediyimiz kimi edək ya da ki, onun birin 1000 getiriller, menim yanımda zengele deki onu getirende buradadı özüm danışım başa salım onu” məzmunlu mətn mesajı yazmış, 23 avqust 2024-cü il tarixdə həmin şəxs təqsirləndirilən şəxsə “Quzu alınar buyun gəlməlidi, amma deyir aparim pulun sabah yox birsi gün verim, pulum yoxdu deyir elmde 2 gun gozduye bilersiz deyir meni” məzmunlu mətn mesajı yazmış, Təqsirləndirilən şəxs cavabında “qiymetin dedin sen olara” məzmunlu mətn mesajı yazmış, həmin şəxs Təqsirləndirilən şəxs cavab olaraq “Veresidi yani 2 gunde olsa 10 gunde olsa demişem deyir budude qaqa qiymeti qiymetin dedim de qaqa deyir bu qiymetdi, içəridən gəlib gəlib götürsü sen deyendi, deyir men ora göndərməyə bir pul verirəm sizə bir pul verirəm Bakıya bir pul verirəm, gündüz gedib gəlmək olur özü də ora deyir ola bilsin gündüz oldu” məzmunlu mətn və səsli mesajlar göndərmiş, Təqsirləndirilən şəxs cavab olaraq “Denən verməlisən də pul qazanırsansa verməlisən sənin əvəzindən mən verməli deyiləm ki, denən 10 gün nədi a uzağı 2 gün gözləyə bilərəm. Onun əvəzindən zaminsənsə gedib götürərəm zamin deyilsənsə yox” “onda 14 dənəsin şey eliyək gedərik denən uşaq təkdi biri yoxdu getmədi, 14 dənən varsa denən həmin qiymətə gedir biri, 24 dənəyə mən o qiymətə getmirəm o qədərə mən özümü niyə vururam yola, 14 dənəyə şey eliyirsə gedirəm həmin qiymətə, mənim nəyimə lazımdı özümü yola vurum özümü öldürəm, ordan gətirə bilmərəme, o zibili ordan daşıya bilmirəm, alınmır elə, fərqi çoxdu gətirmək olmur, o boyda yolu gedib gətirmək olmur həm də o ağırlıqda şeyi, pulu verməyə canı çıxır, sənə gəlir ora betərdi balotadı ora görməmisən deyirsən elə,bunu tək eliyirəm bundan sonra o qiymətə tək də getməyəcəm özünə deyərsən, onu da həminki yerə atsın, mən gedib orda şey gəzən deyiləm, həmin yerə şey eləsin ki, götürüm gecə qaranlıqda orda şey tapan deyiləm, indidən deyirəm 6nı özüm götürəcəm qalanı sənlikdi, onu dənən gecə qaranlığıdı həminki yerə şey eləsin” məzmunlu səsli mesajlar göndərmişdir. Daha sonra həmin şəxs 24 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs “parkın içində onu gecə vaxtı hardan axtarıb tapsın, konum 4 metrə göstərir, 4 metr o nə bilin harda nə var, heç olmasa qoyduğun yerdən biraz yaxına gəl əlinlə göstər denən ordan götürsün gücüm çatmır, Sən ona neçə dənə bağlama vermisən, soruşuq deyir neçə dənədi. Deyir 17 dənə idi, 17 dənə idi saymısan? O birisi deyir göndərən deyir 17 dənə idi, saymısan 17 dənə içində?” məzmunlu səsli mesaj göndərmişdir. Bundan başqa, həmin şəxs 25 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs “Axşam yola saldığımız tutulub yolda götürüblər” məzmunlu mətn mesajı yazmış, Təqsirləndirilən şəxs cavab olaraq “Cəhənnəmə tutulsun pulu dogsune, men ne herriyirem tutuldu tutulmadı” məzmunlu mətn mesajı yazmış, həmin şəxs Təqsirləndirilən şəxs “qorxki bizde tutulag” məzmunlu mətn mesajı yazmışdır. Bundan başqa, 24 sentyabr 2024-cü il tarixdə həmin şəxs Təqsirləndirilən şəxs “Hurkudub oları kimsə, olar senin kimi hozuluq eliyib birbaşa basıb getmire hara geldi, Olar onu goturenden sonra 2.3 defe ora boş gelib qayıdıblar tutmag olmur olari, Orda nese cobandı kimdise gorub bulari hurkubler yeri deyişmek olar?” məzmunlu mətn mesajı yazmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs mobil telefonunun “Qaleriya” bölməsinə baxış zamanı kamera altbölməsində 04 oktyabr 2024-cü il tarixdə, saat 19:14-də çəkilmiş fotoşəkildə bağlamalar halında olan narkotik vasitələrə bənzər kütlələrin olması, “Qaleriya” bölməsinin “WhatsApp İmages” altbölməsində 04 oktyabr 2024-cü il tarixdə, saat 19:36-da içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bağlama fotoşəklinin və həmin tarixdə, saat 20:36-da bir ədəd ağ rəngli torbanın fotoşəklinin, həmçinin, masa üzərində xeyli miqdarda 100 (bir yüz) manatlıq pul əsginaslarının fotoşəklinin çəkildiyi müəyyən edilmişdir. Bundan başqa, “Qaleriya” bölməsinin “WhatsApp Video” altbölməsində 21 sentyabr 2024-cü il tarixdə, saat 17:35-də Təqsirləndirilən şəxs tərəfindən videoqeydin aparılması, videonun Azərbaycan Respublikasının sərhədyanı ərazisində quraşdırılmış mühəndis çəpərlərinin yaxınlığında gəzərək “Ayə buranı xaraba qoydum burda yoxdu, burda yoxdu, sağ sol, bax, birazdan keçəcəm o tərəfə bundan başqa variant yoxdu” sözlərini qeyd etməsi, görüntü müddətinin 18 saniyə olması müəyyən edilmişdir. Həmin tarixdə, saat 16:53-də Təqsirləndirilən şəxs tərəfindən videoqeydin aparılması və görüntüdə sərhədyanı ərazidə quraşdırılmış mühəndis çəpərlərinin olması, görüntünün 29 saniyə uzunluğunda olması müəyyən edilmişdir. Bundan başqa, həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən saat 16:50-də səryədyanı ərazidə quraşdırılmış mühəndis çəpərlərinin videoqeydin aparılması və həmin video qeyddə “Bax sim boyu baxmışam hamısına bax yoxdu” sözlərini qeyd etməsi, görüntü müddətinin 14 saniyə olması müəyyən edilmişdir. Bundan başqa, 21 iyul 2024-cü il tarixdə, saat 23:11-də mobil telefonun yaddaşına daxil edilmiş 34 saniyə uzunluğunda olan görüntüdə bir nəfər şəxsin səryədyanı ərazidə quraşdırılmış mühəndis çəpəri yaxınlığında iki ədəd qara sellofan torbada olan bağlamaları mühəndis çəpərlərinin qarşı tərəfindən tullayaraq daxil etməsi müəyyən edilmişdir. Bu barədə protokola əlavə edilmiş fotoşəkillər və bir ədəd CD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 148-159). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın xx.xx.2024-cü il tarixli, 7466 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 162-163). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, “google.maps” saytında Qaragüvəndikli kəndinin İran İslam Respublikasına sərhədə yaxın olması müəyyən edilmiş, bu barədə fotoşəkil protokola əlavə edilmişdir (iş vərəqi 201-202). Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təzyiq və işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmadığı üçün toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanması rədd edilmişdir (iş vərəqi 207-208). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 209-210). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsindən həmin Məcəllənin 32,5,206.3.2 və 234.4-1-ci maddələrinə tövsif edilmişdir (iş vərəqi 211-212). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin xx.xx.2025-ci il tarixli “üzləşdirmə protokolları”ndan görünür ki, Təqsirləndirilən şəxs və iş üzrə şahidlər Şahid, X33 arasında ayrı-ayrılıqda üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ifadələrində bildirdikləri xüsusatları bir-birilərini üzünə qarşı söyləmişlər (iş vərəqi 213- 222). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5,206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 224-226). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin “sübutların qiymətləndirilməsi haqqında” və “cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5,206.3.2 və 234.4-1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; üzərindən aşkar edilmiş bir ədəd "Samsung Galaxy A10" markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək həmin idarənin maddi sübutları saxlama kamerasına təhvil verilmiş; “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və ünvana baxış keçirilməsinə dair” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokollara əlavə edilmiş üç ədəd DVD disk, “mobil telefona baxış keçirilməsi barədə” protokola əlavə edilmiş fotocədvəl və bir ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış; narkotik vasitələrin və psixotrop maddənin mənbəyinin, eləcə də cinayətin digər iştirakçılarının müəyyən edilməsi məqsədilə hazırki cinayət işindən icraata ayrıca cinayət işi ayrılmışdır (iş vərəqi 239-260; 262-263). Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi “Akademik M.C.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxana”nın xx.xx.2015-ci il tarixli, 287 nömrəli “səhhətin müayinə aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs anadangəlmə vahid sol böyrək dioqnozu qoyulmuşdur. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 9 (doqquz) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında tərəflərin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqument və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə, həmçinin müdafiəçisinin vasitəsi ilə suallar, habelə müxtəlif məzmnlu vəsatətlər vermiş və bununla da ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2 və 234.4-1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125 və 139-cu maddələrinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146-cı maddəyə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, narkotik vasitə və psixotrop maddələrlə bu və ya digər mənada əlaqəsinin olmaması, 2024-cü ilin oktyabr ayının 04-dən 05-nə keçən gecə, saat 03-04 radələrində evində yatdığı zaman tanımadığı səkkiz nəfər mülki geyimdə olan polis əməkdaşının üç avtomobillə gəlib evinə basqın edərək, onu aldadıb ilkin olaraq ot tayasına aparıb qarşısına narkotik vasitələr qoyaraq videoçəkiliş aparmaları, ona zor tətbiq edərək dediklərini videoçəkiliş zamanı təkrar etməli olduğunu bildirmələri, sonra onu qamışlıq deyilən əraziyə aparıb, orada da videoçəkiliş aparmaqla narkotik vasitə və psixotrop maddə çıxartmaları, videoçəkiliş zamanı narkotik vasitələri və psixotrop maddəni Baba adlı şəxsdən pul əvəzində aldığını, həmin şəxsin iranlı olduğunu deməsini, onluq heç bir iş olmadığını və videoçəkilişdən sonra onu tutmayacaqlarını bildirmələri, Baba adlı şəxsin kəndlisi kimi tanıdığı X8 olması, sonuncunun əvvəllər ona narkotik vasitə təklif etməsi, lakin bu təklifdən imtina etməsi, ona səsli mesajlar, “WhatsApp” proqramında konum atması, eyni qaydada istintaqa bildirsə də, lakin bunun qeyd edilməməsi, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının onu tutmamışdan üç-dörd gün əvvəl İmişli rayonunun ərazisinə gəldiklərini və onu izlədiklərini bildirmələri, videoçəkilişdəki torbaların polislərin öz avtomobilindən götürülməsi, qamışlıq sahəni polislərin özlərinin seçib narkotiki oraya yerləşdirmələri, istifadəsində olan mobil telefon nömrəsinə 2022- 2023-cü illərdə tanımadığı şəxslər tərəfindən çoxsaylı mesaların yazılması, ilkin olaraq həmin şəxslərin kənd uşaqları olduqlarını, məlum olmayan nömrələrdən yazmaqla onunla zarafat etdiklərini zənn edib cavab yazması, sonra bunun zarafat olmadığını anlaması və həmin şəxslərə cavab verməməsi, ona atılan konumları ondan əl çəkmələri üçün geri atması, “WhatsApp” yazışmasındakı pullar olan şəkillərin uşaqlarla olan qrupdan atılan saxta pul şəkilləri olması, həqiqətdə iki-üç yazışması olduğu, telefonundakı yazışmaların çoxunu müstəntiqin “screenshot” edib atması, videoçəkilişləri sahədə ot yığarkən özünün çəkməsi, ot sahəsində Əhədin ona dediyi balıq torunu axtarması, lakin tapa bilməyib, bu barədə video çəkib görüntünü ona göndərməsi, görüntü yaratmaq xatirinə yalandan Əhədə mesajlar yazması, əməliyyat tədbirində iştirak etmiş Şahid, habelə digər əməliyyatçıların ona psixi və fiziki zor tətbiq etmələri, onu sillə və digər üsullarla döydükləri üçün bədənində iz qalmaması, məruz qaldığı təzyiq və təsir nəticəsində etirafedici ifadələr verməsi barədə dedikləri əsassız olaraq törətdiyi əməllərdə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadəsi, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5,206.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən hələ saxlanılmamışdan bir neçə gün əvvəl izlənməsi, 05 oktyabr 2025-ci il tarixdə gecə, lakin daha erkən saatda evində yatılı vəziyyətdə olduğu zaman səkkiz nəfər mülki geyimdə olan polis əməkdaşının evinə basqın edərək onu saxlamaları barədə dedikləri iş materiallarında olan əməliyyat qrupunun yaradılması haqqında əmrə, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və ünvana baxış keçirilməsinə dair”, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və ünvana baxış keçirilməsinə dair” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokollara, özünün ilkin izahatı, həmin tarixli şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş atası X5 ifadəsinə əsasən həqiqətə uyğun deyildir. Belə ki, cinayət işinin materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin 3137/Əə65/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrində qeyd olunmuşdur ki, daxil olmuş əməliyyat məlumatı ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin idarənin əməkdaşları baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid, əməliyyat müvəkkili, polis baş leytenantı X10, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru X4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və ünvana baxış keçirilməsinə dair”, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və ünvana baxış keçirilməsinə dair” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokollara əlavə edilmiş DVD diskdəki videogörüntülərdə Təqsirləndirilən şəxs 05 oktyabr 2024-cü il tarixdə, saat 04:57-də İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən yaşadığı nömrəsiz fərdi yaşayış evinin qarşısında olan zaman saxlanılması, üzərinə baxış keçirilən zaman ot tayasında gizlətdiyi bir ədəd torbanın içərisindən 400 (dörd yüz) ədəd metadon həbinə və səkkiz ədəd bağlamada açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etməsi, verilmiş suallara cavab olaraq, aşkar olunmuş kütlələri İran vətəndaşı “Baba” adlı şəxsin vasitəsilə gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədilə, əvvəl də bir dəfə narkotik vasitə götürüb ayrı-ayrı yerlərə çatdırıb 2.000 (iki min) manat pul əldə etdiyini bildirməsi, daha sonra qamışlıq ərazidə gizlətdiyi narkotik vasitə qurudulmuş marixuanaya və iki ədəd bağlamada ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim etməsi və həmin kütlələri sərhədyanı ərazidən götürdüyünü bildirməsi açıq-aydın müşahidə olunmuşdur (iş vərəqi 10-15; 18-20). Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahatında, müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən qismində 05 oktyabr 2024cü il tarixli ifadələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin üç nəfər mülki geyimdə olan əməkdaşı tərəfindən həmin tarixdə, saat 04:57 dəqiqədə İmişli rayonunun Qaragüvəndikli kəndində yerləşən yaşadığı nömrəsiz fərdi ev ünvanının qarşısında olarkən saxlanılmasını, həmçinin polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təsirə məruz qalmadığını bildirmişdir (iş vərəqi 38-40; 76-80; 93-96). Bundan başqa, təqsirləndirilən şəxsin atası X30 də, ibtidai istintaq zamanı verdiyi ifadəsində oğlu Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 oktyabr 2024-cü il tarixdə, saat 05 radələrində saxlanılmasını bildirmişdir (iş vərəqi 191). Bundan əlavə, Təqsirləndirilən şəxs ondan aşkar olunan narkotik vasitələr və psixotrop maddə barədə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizalarının rəyləri ilə tanış olarkən heç bir vəsatəti, şikayəti və etirazının olmadığını qeyd etmişdir (iş vərəqi 73-74; 89-90). Məhkəmə heyəti Təqsirləndirilən şəxs “Baba” adlı şəxsin kəndlisi kimi tanıdığı X8 olması, Əhədin ona səsli mesajlar, “WhatsApp” proqramında konum atması, telefonundakı yazışmaların çoxunu müstəntiqin “screenshot” edib atması, videoçəkilişləri sahədə ot yığarkən özünün çəkməsi, ot sahəsində Əhədin ona dediyi balıq torunu axtarması, lakin tapa bilməyib, bu barədə videogörüntünü ona göndərməsi, görüntü yaratmaq xatirinə yalandan Əhədə mesajlar yazması barədə dediklərinə nəzərən cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında”, habelə, “mobil telefon aparatlarına baxış keçirilməsi barədə” protokollara və həmin protokollara əlavə edilmiş fotoşəkillərə, DVD diskdəki videogörüntülərə istinad edərək bildirir ki, Təqsirləndirilən şəxs istifadəsində olan (051) 376-22-42 saylı mobil nömrənin giriş-çıxış zəngləri, sms mətnləri, anten dairəsi məlumatlarının əks olunduğu "xxxx" MMC-dən daxil olmuş CD diskə, habelə istifadəsində olmuş və saxlanılarkən ondan götürülmüş mobil telefona baxış zamanı istifadəsində olmuş mobil nömrədən müxtəlif mobil nömrələrə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda, 2022-ci ildən bəri zənglər daxil olduğu, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir (iş vərəqi 142-143; 148-159). Beləliklə, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə yalnız bir nömrə deyil, bir neçə nömrə arasında uzun müddət narkotiklə bağlı məzmunda yazışmalar olmuşdur və bu yazışmaları İzətin özünün tanışları ilə zarafat etməsi ilə əlaqələndirilməsi həqiqəti əks etdirmədiyindən səmimi ifadə kimi qəbul olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki, psixoloji təzyiq və təsirlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, əksinə, ibtidai istintaq zamanı ilkin izahat və ifadələrində, videoçəkilişlə aparılmış ayrı-ayrı istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən hər hansı zorakılıq hərəkətlərinə yol verilməməsini bildirmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki, psixi təsir və təzyiqlərə məruz qalması, sillə və digər üsullarla döyüldüyü üçün üzərində xəsarət izi qalmaması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də müqavilə üzrə vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, təqsirləndirilən buna səbəb kimi atasının bu barədə şikayət etməsini göstərmişdir. Bununla əlaqədar, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2025-ci il tarixli qərarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən işgəncələrə və təzyiqlərə məruz qalması barədə atası X30 tərəfindən daxil olmuş şikayət üzrə aparılmış araşdırma nəticəsində qeyd olunan fakt öz təsdiqini tapmadığı üçün toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanması rədd edilmişdir. Sözügedən qərarda barəsində şikayət olunan əməliyyatçıların izahatlarının alınmasından başqa, “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Nərimanov Rayon Şöbəsinin 27-M nömrəli rəyinə istinad olunmuş və qeyd olunmuşdur ki, “rəydən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənəddə xx.xx.2024-cü il tarixə uyğun xəsarət barədə heç bir qeydiyyat aparılmamışdır” (iş vərəqi 207-208). Bundan başqa, Təqsirləndirilən şəxslə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid, X10 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və sonuncular Təqsirləndirilən şəxs qarşı fiziki, psixoloji təzyiq və təsir göstərmədiklərini onun üzünə qarşı bildirmişlər (iş vərəqi 213-222). Şahid məhkəmə iclasında da eyni məzmunda ifadə vermişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təsir və ya təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra əməliyyatçılar tərəfindən təzyiq və təsirlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ilkin ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə heyəti cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahat və xx.xx.2024-cü il tarixli ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə həmin sənədlərdə polis əməkdaşları tərəfindən hər hansı qanunazidd hərəkətlərə məruz qalmamasını bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə tərkibi eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində bu Məcəllənin 206.1-206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iştirakçılıqla (köməkçi) törədildikdə; həmin Məcəllənin 234.4-1-ci maddəsində isə bu Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi aşağıda göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsilə tövsif edilmiş, lakin həmin Məcəllənin 32.5,206.3.2-ci maddəsi ilə doğru tövsif edilməmişdir. Belə ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı tarixli, 10 nömrəli qərarında göstərilir ki, Gömrük Məcəlləsinin 3-cü maddəsinə əsasən gömrük ərazisinə Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanı daxildir. Həmin qərarın 5-ci bəndinə əsasən, şəxsin əməllərində Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması məsələsini həll edərkən məhkəmələr qeyri-qanuni keçirilmiş mallar və ya digər əşyaların bu maddədə sadalanan qaçaqmalçılıq əşyalarına mənsubiyyətinin düzgün müəyyən edilməsini yoxlamalıdırlar. Bu zaman gömrük sərhədindən keçirilməsi dövlət nəzarəti altında olan vasitələrin, maddələrin və əşyaların siyahısını müəyyən edən normativ-hüquqi aktların müddəaları nəzərə alınmalıdır (məsələn, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunları, Gömrük Məcəlləsinin 82.5-ci maddəsi və sair). Sözügedən qərarın 9-cu bəndinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş gömrük orqanlarının yerləşdiyi yerlərdən (gömrük məntəqələrindən) kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır. Cinayət Məcəlləsinin Kommentariyasında qaçaqmalçılıq formal tərkib vasitəsilə ifadə edilmişdir. Qaçaqmalçılıq faktiki olaraq əşyaların gömrük sərhədindən keçirildiyi andan başa çatmış sayılır. Ali Məhkəmə Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı tarixli, 10 nömrəli qərarının 15-ci bəndinə görə, konkret işlərə baxarkən qaçaqmalçılıq cinayətinin başa çatma anı malların keçirilmə forması və üsulundan (ölkəyə gətirilməsi, ölkədən çıxarılması, göndərilməsi, boru kəməri ilə nəqli və ya elektrik ötürücüsü xətləri ilə daşınması), qaçaqmalçılığın törədilməsi üsulundan (gömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə) asılı olaraq, eləcə də Gömrük Məcəlləsi ilə müəyyən edilmiş daşınma mərhələlərini (prosedurlarını), məsələn, bəyanetmə (146-156-cı maddələr), buraxılış (162 və 163-cü maddələr), tranzit (174 və 175-ci maddələr) nəzərə alınmaqla müəyyən edilməlidir. Qərarın 16-cı bəndinin 4-cü yarımbaşlığına əsasən, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməmişdən əvvəl bu barədə məlumat aldıqdan sonra qəbul etməsi əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaradır. Məhkəmə hesab edir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsində qəbul etmiş şəxs cinayətin köməkçisi kimi qəbul edilməlidir. Bu baxımdan, Təqsirləndirilən şəxs iş üzrə narkotik vasitələri və psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat aldıqdan, Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etdikdən və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirildikdən, yəni qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində gizlədildiyi yerdən götürdüyünə görə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi kimi iştirak etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 10 nömrəli Plenum Qərarında o da göstərilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi qiymətləndirərkən, bu tövsifedici əlamətin anlayışı verilmiş Azərbaycan Respublikası CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslanmaq lazımdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsini etməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bu hüquqi mövqedən belə nəticə hasil olur ki, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi tövsif edilməsi üçün həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsinin bu barədə əvvəlcədən razılaşmış iki və ya daha çox şəxs tərəfindən törədilməsinin müəyyən edilməsi tələb olunur. İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmunundan və “cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ibtidai istintaq orqanı narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsindən ibarət əməlin obyektiv cəhətinin cinayətkar qrupun İran İslam Respublikasının vətəndaşı olan “Baba” adlı üzvü tərəfindən törədilməsi qənaətinə gəldiyi halda, yanlış olaraq Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində birgə icraçı qismində iştirak etməsi nəticəsinə də gəlmiş, lakin Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid hansı hərəkəti etməsi göstərilməmiş, sonuncunun törətdiyi müvafiq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi əvəzinə, 32.5,206.3.2-ci maddəsinə tövsif etmişdir. Nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etdiyinə görə həmin cinayətə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs dairəsinə daxil edilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs deyil, cinayətkar qrupun İran İslam Respublikasının vətəndaşı olan üzvü tərəfindən törədilmiş qaçaqmalçılıq cinayətinə köməkçilik etmişdir. Bu səbəbdən iş üzrə Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətdə törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə iclasında çıxış etmiş dövlət ittihamçısı da Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4-1-ci maddələrindən həmin Məcəllənin 32.5,206.2, 234.4-1-ci maddələrinə tövsif edilməsini xahiş etmiş, məhkəmə tərkibi də yuxarıda göstərilənlərə əsasən dövlət ittihamçısının bu təklifi ilə razılaşmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən Qanunun 12-ci bəndinin mənasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bundan başqa, cinayət hüquq nəzəriyyəsinə görə, qeyd olunan cinayətlərin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Qeyd olunan Plenum Qərarının 16-cı bəndinin 3-cü yarımbaşlığına əsasən, bir neçə növ narkotik vasitə və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli və əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı müvafiq siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 146-cı bəndinə əsasən marixuana (kannabis) dövriyyəsi qadağan olunmuş narkotik vasitə, 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddə və İİ Siyahısının 1-ci hissəsinin 6-cı bəndinə əsasən metadon dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitədir; Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 109.1-ci bəndinə əsasən təmiz halda 500 qramdan 50.000 qramadək çəkidə qurudulmuş marixuana (kannabis) külli miqdar; 111-ci bəndinə əsasən metadon təmiz halda 1,6 qramdan 160 qramadək çəkidə külli miqdar; İİ Siyahının 118-ci bəndinə əsasən təmiz halda 400 qramdan artıq çəkidə metamfetamin xüsusilə külli miqdar təşkil edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5,206.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün ilkin izahatı, ibtidai araşdırma zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsi barədə verdiyi xx.xx.2024-cü il tarixli ifadələri, habelə, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və ünvana baxış keçirilməsinə dair”, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və ünvana baxış keçirilməsinə dair”, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokolları və həmin protokollara əlavə edilmiş DVD disklərdəki videogörüntülər, “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il və “mobil telefon aparatlarına baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokollar və həmin protokollara əlavə edilmiş fotocədvəllər, habelə DVD disklərdəki məlumatlar, videogörüntülər, “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş “google.maps” saytından əldə olunmuş fotoşəkil, xx.xx.2025-ci il tarixli “üzləşdirmə protokolları”, məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizalarının rəyləri, ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyi və digər sənədlər, maddi sübut kimi tanınmış narkotik vasitələr və psixotrop maddə, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5,206.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməllərinin Cinayət Məcəlləsinin 32,5,206.2 və 234.4-1-ci maddələri ilə tövsif edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Sözügedən Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Barəsində bəhs olunan Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Cinayət-Prosessual Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5,206.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs səhhətini (anadangəlmə vahid sol böyrək diaqnozu), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə, həmin Məcəllənin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsində qeyd olunur ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Bu mənada, məhkəmə Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittihama münasibətdə həmin Məcəllənin 64-cü maddəsinin tələbinin nəzərə alınmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5,206.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən, azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5,206.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.3, 15.5-ci maddələrinə əsasən az ağır və xüsusilə ağır cinayətlər hesab olunduğundan və 56.1.3-cü maddəyə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edildiyindən, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş 1000 qram psixotrop maddə metamfetamin, 14 kq., 295 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 400 ədəd metadon həbinin tədqiqatdan sonra qalıq qalmış 999,9 qram psixotrop maddə metamfetamin, 398 ədəd metadon həbi və 14 kq., 294,2 qram qurudulmuş marixuana məhv edilməli; Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefon onun yaxın qohumuna qaytarılmalı; “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və ünvana baxış keçirilməsinə dair” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokollara əlavə edilmiş üç ədəd DVD disk, “mobil telefona baxış keçirilməsi barədə” protokola əlavə edilmiş fotocədvəl və bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disklər iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmiş və həmin müdafiəçi ilkin məhkəmə iclaslarında iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 153 (bir yüz əlli üç) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 05 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5,206.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32,5,206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.4-1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 oktyabr 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə ekspertiza tədqiqatlarının dəyəri 153 (bir yüz əlli üç) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş 1000 qram psixotrop maddə metamfetamin, 14 kq., 295 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 400 ədəd metadon həbinin tədqiqatdan sonra qalıq qalmış 999,9 qram psixotrop maddə metamfetamin, 398 ədəd metadon həbi və 14 kq., 294,2 qram qurudulmuş marixuana məhv edilsin; Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefon onun yaxın qohumuna qaytarılsın; “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və ünvana baxış keçirilməsinə dair” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokollara əlavə edilmiş üç ədəd DVD disk, “mobil telefona baxış keçirilməsi barədə” protokola əlavə edilmiş fotocədvəl və bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disklər iş materiallarında saxlanılsınlar. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-305/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-305/2025
16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver