Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-306/2025 10.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), X9 və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, XX katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, - xx xxxx 1987-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş (avtomobil təmiri ustası), Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29.177.2.3-cü maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 3 (üç) il 9 (doqquz) aya endirilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıma barədə şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan “Rahim” adlı İran İslam Respublikasının vətəndaşı ilə əvvəlcədən razılığa gəlib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ümumi çəkisi 1880,96 qram bitki mənşəli tərkibində narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda təmiz çəkisi 10,015 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 44,467 qram, 2,377 qram, 186,236 qram, ümumi çəkisi 233,08 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda üzərlərində “F/M40” yazısı həkk olunmuş 230 ədəd konvalyutda xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eyni tərkibli, tərkiblərində təsiredici maddəsinin ümumi miqdarı 81,2 qram olan, ümumilikdə 2030 ədəd narkotik vasitə metadon həbini Astara-Bakı avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində Bakı istiqamətində yerləşən “Hacıoğlu” restoranına çatmamış asfalt yolun kənarında olan sürət yol nişanının altına əvvəlcədən qoyulmuş yerdən götürməklə qanunsuz əldə edib, yerini dəyişməklə yaşadığı ünvana daşıyaraq, ümumi çəkisi 1880,96 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın üzərindən ayrı-ayrılıqda təmiz çəkiləri 29,41 qram və 56,55 qram götürdükdən sonra külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 595 qram, 560 qram, 640 qram, ümumi çəkisi 1795 qram bitki mənşəli tərkibində narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evin həyətinin bağ sahəsində, digər külli miqdarda olan psixotrop maddə və narkotik vasitələri yaşadığı evin yataq otağındakı çarpayının altında gizlətməklə saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasına dair əsaslı şübhələr müəyyən edilmiş və 18 yanvar 2025-ci il tarixdə, saat 15:25 dəqiqədə yaşadığı Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 152 ünvanın qarşısında şübhəli bilinərək saxlanılıb, hüquqları izah olunmuş, üzəri yoxlanılmış, yaşadığı evin həyətindəki bağ sahəsindən külli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuana, həmçinin, evinin yataq otağındakı çarpayının altından narkotik vasitələr olan xeyli miqdarda qurudulmuş marixuana, külli miqdarda heroin, külli miqdarda metadon həbi və psixotrop maddə olan külli miqdarda metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Shacman” yük avtomobillərinin mator təmiri ustasıdır, əvvəllər sexdə işləmiş, son zamanlar isə zəng əsasında gedib yerindəcə avtomobillərin motorunu təmir etmişdir. İki-üç ildir ki, narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır. Narkotik vasitə istifadəçisi olsa da, satışı ilə məşğul olmamışdır. 2025-ci ilin yanvar ayının 16-sı və ya 18də dəqiq xatırlamadığı tarixdə günorta saat birə iyirmi dəqiqə işləmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları evdə yatılı olarkən evinə daxil olaraq onu tutmuş, ona çox pis formada təzyiq etmiş və onda müxtəlif qanunsuz predmetlərin olmasını demişlər. Onlara özündə yalnız şəxsi istifadəsi üçün “nəşə” olduğunu demiş və bağa aparıb orada saxladığı narkotiki təqdim etmişdir. Polis əməkdaşlarından biri evinə girib oradakı ailə üzvlərinə təzyiq göstərmiş, daha sonra əlində qara torba ilə gələrək həmin torbanın da ona məxsus olduğunu bildirmişdir. Etiraz etmiş, bu zaman ona arxadan qandal vurub yerə yıxaraq üzünə yumruqla vurmuş, təklif edilən torbanı qəbul etməsini, əks halda ailə üzvlərinə qandal taxıb şöbəyə aparacaqlarını bildirmişlər. Göstərdiyi səbəblərdən onların dedikləri ilə razılaşmışdır. Xəsarətləri barədə şikayət etməmiş, buna səbəb də ailəsi ilə hədələnməyi olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan üç-dörd gün sonra istintaq təcridxanasına göndərilmiş, lakin orada xəsarətləri qeyd olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evin həyətinin bağ tərəfində iki kiloqrama yaxın narkotik vasitə olan marixuana saxlamış, həmin narkotiki saxlanılmamışdan beş-on gün əvvəl Bakıya gedəndə “Hacıoğlu” restoranını keçəndən sonra yolun üstündən tapmış və şəxsi istifadəsi üçün aparıb həyətində basdırmışdır. Ailə üzvləri onun narkotik istifadəçisi olduğunu bilməmişlər, lakin dostları yəqin ki, bu haqda bilmişlər. Polislər gələnə kimi evinə kənar adamlar girməmişdir. Polis əməkdaşları ona kameraya düşdüyünü bildirmiş, mobil telefonunu əlindən almışlar. Həmin vaxt evdə arvadı və bacıları olmuş, qonşular uzaqda olduğu üçün hadisəni görməmişlər. Anar adlı polis əməkdaşı ona təzyiq göstərmiş və videoçəkiliş zamanı edəcəyi hərəkətləri bildirmişdir. Evinə gələn polis əməkdaşları yeddi-səkkiz nəfər olmuşlar. Heç bir İran vətəndaşını tanımamışdır. İstifadəsində olan mobil telefon nömrəsinin anten dairəsi məlumatlarının müxtəlif ərazilərdə çıxması səyyar qaydada fəaliyyət göstərməsi ilə əlaqədar olmuşdur. 16 yanvar 2025-ci il tarixdə Astaraya getməsinin səbəbi maşın düzəltməklə bağlı olmuş, gecə evinə qayıtmış və 16-18 yanvar 2025-ci il tarixlərində evində olmuşdur. Həmin gün avtomobilini təmir etmək üçün çağıran şəxsin adını və getdiyi ünvanı dəqiq xatırlamamışdır. Onu işlə bağlı instaqramda qeyd etdiyi mobil telefon nömrəsi əsasında çağırmışlar. Bağından aşkar olunan marixuanaya münasibətdə özünü təqsirli bilmiş, evindəki yataq otağından aşkar olunduğu deyilən narkotik vasitələr və psixotrop maddə ona məxsus olmamışdır. “İnstagram” sosial şəbəkəsindən istifadə etmiş, mobil telefonu müstəntiqdə olmuşdur. Cinayət işinin materialları ilə tanış olarkən dövlət hesabına təyin olunmuş vəkili yanında olmuşdur. Barəsində qətimkan tədbiri seçiləndə faktiki olanları bildirməmiş, məhkəməyə olan inamı əsasında məhkəmə istintaqı zamanı həqiqəti etiraf etmişdir. Polislər ona fiziki deyil, mənəvi təzyiq göstərmişlər. Polis əməkdaşı Şahid1 ona, guya evinin yataq otağından aşkarlanan narkotiki boynuna almasını demişdir. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən ziddiyyət yaranan hissədə elan edilmiş və məlum olmuşdur ki, o, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, “nəşə” kimi tanıdığı narkotik vasitə marixuana istifadə edir. İki ilə yaxındır “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı olan Rahim adlı şəxs ona sosial şəbəkədə mesajlar yazaraq hansısa bir ünvanda “nəşə” kimi tanıdığı narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni götürüb başqa bir deyəcəyi yerə qoymağı, bunun qarşılığında ona 2.000 (iki min) manat pul göndərəcəyini bildirmiş, hər dəfəsində Rahimə bunu edə bilməyəcəyini, mesaj yazmamağını desə də, Rahim ondan əl çəkməmişdir. 2025-ci il yanvarın 15-də yenidən Rahim “İnstagram” sosial şəbəkəsində ona zəng edərək Astara rayonu, Pensər kəndi ərazisində narkotik vasitə olduğunu, gedib həmin narkotik vasitəni deyəcəyi yerdən götürüb başqa deyəcəyi yerə qoyması qarşılığında hesab kartına 2.000 (iki min) manat pul göndərəcəyini bildirmiş, həmin vaxtı pula ehtiyacı olduğu üçün iranlı ilə razılaşmışdır. 2025-ci il yanvar ayının 16-da saat 19 radələrində evdən çıxaraq tanımadığı taksiyə əyləşib Bakı-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində olan körpüyə getmiş, orada taksidən düşərək körpünün kənarında olan piyada pilləkanları ilə körpünün üstünə çıxmış və yoldan keçən avtomobillərə saxlamaları üçün əl işarəsi etmiş, tanımadığı “Vaz-2106” markalı, nömrəsini bilmədiyi avtomobillə 10 (on) manat yol pulu qarşılığında Astara rayonuna getmiş, təxminən bir saat qırx dəqiqədən sonra Astara rayonuna çatmış, sürücüyə yol pulunu ödədikdən sonra yenidən yoldan keçən başqa avtomobillərə saxlamaları üçün əl işarəsi etmiş, bu zaman “099” markalı, nömrəsini bilmədiyi avtomobilin sürücüsü avtomobili saxlayaraq hara getdiyini soruşmuş, o da Pensər kəndinə getmək istədiyini demişdir. Həmin sürücü ilə 8 (səkkiz) manat qarşılığında razılaşmış, iyirmi dəqiqədən sonra Pensər kəndinə çatmış, sürücünün pulunu verərək avtomobildən yerə düşüb, “İnstagram” sosial şəbəkəsi vasitəsilə Rahimə zəng etmiş, Rahim ona narkotikin Pensər kəndində üzərində “23” rəqəminin olduğu yol nişanının altında olduğunu bildirmişdir. Həmin yol nişanını tapmış, lakin orada bağlamanın olmadığını görmüş, yenidən Rahimə zəng edərək dediyi yerdə heç bir narkotik vasitənin olmadığını bildirmiş, Rahim isə alınmadığını deyərək evinə qayıtmağı demiş, onunla razılaşaraq yenidən yoldan keçən tanımadığı “Hyundai” markalı, nömrəsini bilmədiyi avtomobillə 10 (on) manat yol pulu qarşılığında geri qayıtmışdır. Təxminən bir saatdan sonra Rahim “İnstagram” sosial şəbəkə vasitəsilə ona zəng edərək narkotik vasitə olan bağlamaları Astara-Bakı avtomobilinin yolunun Salyan rayonu ərazisindən keçən hissəsində, Bakı istiqamətində yerləşən “Hacıoğlu” restoranına çatmamış yolun kənarında olan sürət yol nişanının altına qoydurduğunu bildirmiş, Rahimlə danışaraq qoydurduğu narkotik vasitəni götürəcəyini deyib, onunla razılaşmışdır. 2025-ci il yanvarın 16-dan 17sinə keçən gecə saat 02 radələrində Rahimin dediyi yerə çatana yaxın sürücüyə avtomobili saxlatmasını və qabaqda düşmək istədiyini demişdir. Sürücü avtomobili yolun kənarında saxlamış, sürücünün pulunu verərək avtomobildən yerə düşüb Rahimin dediyi yerə getmiş və bir ədəd göy rəngli sellofan torba tapmış, həmin sellofan torbanın içərəsinə baxdıqda iki ədəd bağlamanın olduğunu görmüşdür. “İnstagram” sosial şəbəkə vasitəsilə Rahimə zəng edərək narkotik vasitələrin olduğu bağlamaları tapmağı barədə məlumat vermişdir. Rahim ona həmin bağlamalardan birinin üzərində “A” hərfi yazıldığını deyərək, həmin bağlamanı “Hacıoğlu” restoranını keçdikdən sonra qarşıya çıxan ilk yol nişanının altına qoymağı bildirmiş, onunla razılaşmışdır. Bundan sonra yoldan keçən tanımadığı “Vaz-2106” markalı, nömrəsini bilmədiyi avtomobilə minmiş və Salyan rayonuna girişdə avtomobildən düşüb, yolun digər tərəfinə keçərək, orada körpüyə qalxan piyada pilləkanlarla aşağı düşərək tanımadığı taksi ilə 4 (dörd) manat ödəniş qarşılığında Salyan şəhərinin mərkəzinə getmiş, məhkəmə tərəfə çatıb, orada maşından düşmüşdür. Götürdüyü bağlamanın birini Rahimin dediyi yerə qoymuş, digərini isə əlində evinə aparmış, həyətə daxil olduqdan sonra əlindəki bağlamanı həyətdə açaraq içərisinə baxmış və içərisində iki ədəd bükümdə “nəşə” kimi tanıdığı narkotik vasitə marixuana, bir ədəd bükümdə narkotik vasitə heroin, çoxlu sayda narkotik vasitə metadon həbi və üç ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Rahimin bu hərəkətinə, yəni onu aldatmasına əsəbiləşmiş və “İnstagram” sosial şəbəkəsi vasitəsilə Rahimə zəng edərək bağlamada ancaq “nəşə” kimi tanıdığı narkotik vasitə marixuana olacağını ona dediyini, onun dediyindən başqa bağlamanın içərisində narkotik vasitə heroin, metadon həbləri və psixotrop maddə metamfetamin olduğunu demiş, Rahim də “malın” səhv gəldiyini deyərək, deyəcəyi ünvana qoymağını bildirmiş, Rahimə onun dediyi kimi etməyəcəyini, həmin narkotik vasitələri tullayacağını demiş, aralarında mübahisə olmuş, telefununu söndürmüşdür. Bundan sonra həmin narkotik vasitələri ayıraraq “nəşə” kimi tanıdığı narkotik vasitə marixuananın üzərindən çəkmək üçün bir az götürmüş, içərisində marixuana olan iki ədəd bükümü plasmas qabın içərisinə qoyub qapağını bağlayıb həmin plasmas qabı torpağı qazaraq torpağa basdırmış və görünməməsi üçün üzərinə əşyalar qoymuş, sonra bir ədəd bükümdə narkotik vasitə heroini, çoxlu sayda narkotik vasitə metadon həbini və üç ədəd bükümdə psixotrop maddə metamfetamini sellofan torbaya qoyaraq yataq otağındakı çarpayının altında gizlətmişdir. Daha sonra mobil telefonunda olan “İnstagram” tətbiqinə daxil olub Rahimlə aralarında olan mesajları və zənglərin hamısını silmişdir. 2025-ci il yanvarın 18-də, saat 16 radələrində evinin qarşısındakı küçədə siqaret çəkən zaman mülki geyimdə olan şəxslər yanına gələrək onu saxlayıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, ona Salyan rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, hüquq və vəzifələri barədə məlumat vermişlər. Saxlanıldıqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla onun üzərini yoxlamışlar və üzərindən “Samsung A25” markalı mobil telefon, özünə aid olan şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən yaşadığı evdə qanunsuz olaraq cinayət xarakterli əşya və ya predmet olub-olmadığı soruşulanda, həyətdə narkotik vasitə olduğunu demiş və onlarla birlikdə yaşadığı evin həyətinə daxil olaraq bağ sahəsinə getmişlər. Narkotik vasitəni gizlətdiyi yeri polis əməkdaşına göstərmiş, polis əməkdaşı da göstərdiyi yerdən bir ədəd sellofan torba aşkar etmişdir. Aşkar olunmuş sellofan torbaya polis əməkdaşı tərəfindən baxış keçirilmiş, baxış zamanı sellofan torbanın içərisindən iki ədəd bükümdə “nəşə” kimi tanıdığı narkotik vasitə marixuana aşkar olunmuş və elektron tərəzi vasitəsilə çəkildikdən sonra qablaşdırılmış, üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalandıqdan sonra polis tərəfindən götürülmüşdür. Polis əməkdaşı ondan bundan başqa narkotik vasitə olub-olmadığını soruşduqda, yaşadığı evdə də narkotik olduğunu demiş və polis əməkdaşları ilə birlikdə evə getmişlər. Yataq otağındakı çarpayının altında gizlətdiyi bir ədəd sellofan torbanı polis əməkdaşlarına təqdim edərək narkotik vasitələrin həmin torbada olduğunu demişdir. Polis əməkdaşı tərəfindən həmin sellofan torbaya keçirilmiş baxış zamanı içərisindən “nəşə” kimi tanıdığı narkotik vasitələr marixuana, heroin, metadon həbləri və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş həmin narkotik vasitələr və psixotrop maddələr polis əməkdaşı tərəfindən ayrı-ayrılıqdı elektron tərəzi vasitəsilə çəkildikdən sonra qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra polis tərəfindən götürülmüşdür. Həmin narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan Rahim adlı şəxsin dediyi yerdən götürüb başqa bir yerə qoyacağını, bunun qarşılığında da ona 2.000 (iki min) manat pul göndərəcəyini demişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə getmişlər. Şöbədə polis əməkdaşı tərəfindən tərtib olunmuş protokol ona ucadan oxunduqdan sonra protokolu imzalamış, daha sonra təhqiqatçı tərəfindən qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğu ona elan olunmuş və hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmişdir. Törətdiyi əməldən peşmandır, özünü təqsirli hesab edir və məsuliyyətini dərk edir (iş vərəqi 71-75). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı verdiyi ifadəni oxumaması, habelə ifadəsinin ona oxunmaması, yalnız təqdim olunan sənədləri imzalaması, məhkəmədə elan olunan ifadəsinin məzmununu polislərin müəyyən etməsi ilə əlaqələndirmiş, son sözündə məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxsin qismən etirafedici və şahidlərin ifadələri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat tədbiri ilə əlaqədar tanımışdır, aralarında qohumluq, ədavət və ya düşmənçilik yoxdur. ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Salyan rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvanda külli miqdarda narkotik vasitə gizlətməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar 18 yanvar 2025ci il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair qərar qəbul edilmiş, elə həmin gün Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə birlikdə Salyan şəhərinə gedib, Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 152 ünvanının qarşısında görüb, ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Salyan rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvanda külli miqdarda narkotik vasitə gizlətməsində şübhəli olduğunu deyib, hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra videoçəkiliş aparmaqla ona üzərində qanunla qadağan edilmiş nə varsa təqdim etməsini bildirmişlər, o da üzərində olan “Samsung” markalı mobil telefonu və özünə aid olan şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin üzərindən qanunsuz predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həyətində narkotik vasitə olduğunu və təqdim edə biləcəyini demiş, birlikdə onun yaşadığı evin həyətinə daxil olaraq bağ sahəsinə getmişlər. Təqsirləndirilən şəxs narkotik vasitəni gizlətdiyi yeri qazaraq yumru plastmas qabın içində sellofan torbada narkotik vasitəni təqdim etmişdir. Baş əməliyyat müvəkkili Şahid2 tərəfindən həmin sellofan torbaya keçirilmiş baxış zamanı sellofan torbanın içərisindən iki ədəd bükümdə narkotik vasitə marixuanaya oxşar kütlə aşkar olunmuş, tərəzidə çəkilmiş və çəkisinin təxminən iki kiloqrama yaxın olduğu müəyyən edilmiş və həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavab olaraq yaşadığı evdə də narkotik olduğunu bildirmiş və birlikdə evə daxil olmuşlar. Həmin vaxt təqsirləndirilən şəxsin arvadı da evdə olmuşdur. Təqsirləndirilən şəxs yataq otağındakı çarpayının altında gizlətdiyi bir ədəd sellofan torbanı təqdim edərək içərisində narkotik olduğunu bildirmiş, baxış zamanı torbanın içində 2.000 ədədə yaxın metadon həbi, metamfetamin, marixuana və heroinə bənzər kütlələr aşkar edilmişdir. Predmetlər tərəzidə çəkilərkən narkotik vasitə marixuanaya oxşar kütlələrin ümumilikdə 96 qram, narkotik vasitə heroinə oxşar kütlənin 11 qram, psixotrop maddə metamfetaminə oxşar kütlələrin ümumilikdə 244 qram olması müəyyən olunmuş və bu predmetlər də qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş predmetləri haradan əldə etməsi barədə soruşulduqda, “Rahim” adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə iki-üç gün əvvəl Astara rayonundan götürdüyünü bildirmişdir. Şahid1 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs evinə öz razılığına əsasən daxil olmuşlar və şəxs özü narkotik vasitələri təqdim etmişdir. Ümumiyyətlə son vaxtlar polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zor, psixoloji təzyiq göstərilməmişdir. Onlarda şəxsin yaşadığı evdə narkotik vasitə gizlətməsi barədə dəqiq əməliyyat məlumatı olmuş və bütün proseduralar videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdə, saat 15:30 radələrində yaşadığı evin qarşısında saxlamışlar və videoçəkiliş aparılmasına onun saxlanıldığı yerdən başlamışlar. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən müqavimət göstərməmiş, qaçmağa cəhd etməmişdir. Tədbir vaxtı hava işıqlı olmuşdur. Təqsirləndirilən şəxs mobil telefonuna baxmamışdır. Zaman fasiləsi yaxınlaşma müddəti ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs hər hansı bir formada təsir və ya təzyiq göstərməmiş, nəyisə boynuna götürməyi təklif və ya israr etməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 hər biri ayrı-ayrılıqda ifadələrində Şahid1 ifadəsində bildirdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişlər. Şahid2 ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından metadon həblərindən başqa, üç büküm metamfetamin, bir büküm heroin və iki büküm marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri Rahim adlı İran İslam Respublikası vətəndaşının dediyi yerdən götürüb başqa bir yerə qoyacağını, bunun qarşılığında da iranlının ona 2.000 (iki min) manat pul göndərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsi ailə üzvləri və ya ona daha ağır ittiham veriləcəyi ilə hədələnməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlər) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01). Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2025-ci il tarixli raportlarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Salyan rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 152 ünvanında külli miqdarda narkotik vasitə gizlətməsində şübhəli bilindiyi üçün həmin tarixdə, saat 15:25 dəqiqədə həmin ünvanın qarşısında saxlanılaraq üstü yoxlanılmış, ondan bir ədəd mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, yaşadığı evdə baxış keçirilərkən dörd ədəd bükümdə qurudulmuş marixuanaya bənzər, üç ədəd bükümdə metamfetaminə bənzər, bir ədəd bükümdə heroinə bənzər, 2030 ədəd metadon həbinə oxşar kütlələr aşkar edilərək götürülmüş və o, şöbəyə aparılmışdır (iş vərəqi 06-07). Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2025-ci il tarixli qərarı, əmri və məktublarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə həmin idarənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 08-12). Baş Narkotiklərlə Mübarizə İdarəsinin “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsinə dair” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı, üzərində 055 ***-**-** nömrəsi olan mobil telefonu və bir ədəd şəxsiyyət vəsiqəsini təqdim etmiş, onun yaşadığı evin həyətinin bağ sahəsindən narkotik vasitə marixuanaya bənzər kütlələrin olduğu bir ədəd sellofan torba, yaşadığı evin yataq otağındakı çarpayının altından isə narkotik vasitə metadon həbinə bənzər 2030 ədəd həb, narkotik vasitə marixuanaya bənzər kütlələrin olduğu iki ədəd büküm, psixotrop maddə metamfetaminə bənzər kütlələrin olduğu üç ədəd büküm, narkotik vasitə heroinə bənzər kütlənin olduğu bir ədəd büküm aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkilərək marixuanaya bənzər kütlənin çəkisinin ümumilikdə 96 qram, metamfetaminə bənzər kütlənin çəkisinin ümumilikdə 244 qram, heroinə bənzər kütlənin çəkisinin ümumilikdə 11 qram olması müəyyyən edilmiş, həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələri İran İslam Respublikasının vətəndaşı “Rahim” adlı şəxsin vasitəsilə təxminən iki gün əvvəl Astara rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini, narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Rahim” adlı şəxsin ona 2.000 (iki min) manat pul verəcəyini, ünvanda kütlələrin olması ilə bağlı heç kimin məlumatı olmadığını bildirmiş, videogörüntüləri özündə əks etdirən, protokollara əlavə olunmuş DVD disklərə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 14-16; 18-20). Baş Narkotiklərlə Mübarizə İdarəsi Təhqiqat Qrupunun xx.xx.2025-ci il tarixli protokolu və məktubundan görünür ki, azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdə, saat 15:25 dəqiqədən məhdudlaşdırılmış Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna bu barədə məlumat verilməsi təmin olunmuşdur (iş vərəqi 29; 31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/120 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, “...tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdəki iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 29,41 qram və 56,55 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; bir ədəd sellofan bağlamadakı iki ədəd sellofan bağlamada (bir ədəd sellofan bağlamada bir ədəd sellofan torba) ayrı-ayrılıqda təmiz çəkiləri 595,0 qram, 560,0 qram, 640,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 1880,96 qramdır və təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (tədqiqata 0,25 qram sərf edilmiş, qalıq çəkisi 1880,71 qram). Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir (iş vərəqi 43-47). Məhkəmə Ekspertizası Mərkəzinin 6/261 nömrəli, xx.xx.2025-ci il tarixli materialların məhkəmə ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar olunmuş..., Təqsirləndirilən şəxs(imza) yazısı və imzalar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 10,015 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; kağız paketdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 44,467 qram, 2,377 qram və 186,236 qram, ümumi təmiz çəkisi 233,08 qram ağ rəngli kristal şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; polietilen bağlamadakı, üzərində “Methadone 40” əmtəə göstəricisi olan 230 ədəd konvalyutda ümumilikdə 2030 ədəd, üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həbdir və 2030 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 81,2 qram təşkil edir (bir həbdə 0,04 qram metadon olmaqla), həmin həblər xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynidirlər (tədqiqata 0,2 qram sərf edilmiş, qalıq çəkisi 9,815 qram olan heroin; tədqiqata 0,4 qram sərf edilmiş, qalıq çəkisi 232,68 qram olan metamfetamin; tədqiqata 10 ədəd metadon həbi sərf edilmiş, qalıq 2020 ədəd metadon həbi). Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir (iş vərəqi 49-55). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 63-64). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 1880,71 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 9,815 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 232,68 (44,367 qr, 2,277 qr və 186,036 qr) qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 2020 ədəd narkotik vasitə metadon həbi maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü həmin şöbənin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (iş vərəqi 76-77). Salyan Rayon Məhkəməsinin 4(057)-3/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 18 yanvar 2025-ci il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 94-97). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərmiş və bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (iş vərəqi 98-103). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsi, həmçinin hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29.177.2.3-cü maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 3 (üç) il 9 (doqquz) aya endirilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir (iş vərəqi 115-121). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.3-cü maddələrinə əsasən, məhkumluq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4 və 18.4.3-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməllərində cinayətin residivi yoxdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsi “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur (iş vərəqi 127). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olan +994 55 3630052 saylı mobil nömrənin anten məlmatlarından onun 16 yanvar 2025-ci il tarixdə, saat 19:24:28 və 21:49:48-də Astara rayonunun Pəlikəş kəndi ərazisində olması müəyyən edilmişdir (iş vərəqi 129-132). Salyan Rayon İcra Hakimiyyəti başçısının Salyan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 152 ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (iş vərəqi 133-135). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanası Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın xx.xx.2025-ci il tarixli, 120 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. lakin, hal-hazırda abstiensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetində qeydiyyata götürülməsi məsləhət görülür (iş vərəqi 148). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış; “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsinə dair” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokollara əlavə edilmiş iki ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş; külli miqdarda narkotik vasitələr və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədilə hazırki cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılmışdır (iş vərəqi 172-183; 185- 187). Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(099)-306/2025 nömrəli qərarı əsasında, iş üzrə Şahid1 istifadəsində olan 050 730-30-50 saylı mobil nömrənin müvafiq operatorda qeydə alınmış 17 yanvar 2025-ci il, saat 00:00-dan 19 yanvar 2025-ci il, saat 00:00-dək müddətə anten dairəsi məlumatları barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən daxil olmuş CD disk məhkəmədə tədqiq edilərkən məlum olmuşdur ki, həmin mobil telefon nömrəsinin anten dairəsi 18 yanvar 2025-ci il tarixdə, saat 12:38:40-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, “Sahil” şadlıq sarayı, saat 13:09:49-da Qaradağ rayonu, Qobustan qəsəbəsi, 57-58-ci km; saat 13:20:09-da Hacıqabul rayonu, Atbulaq kəndi; saat 13:23:49-da Salyan rayonunun Xıdırlı kəndi, saat 13:25:37-də Salyan rayonu, Kürsəngi kəndi, saat 13:33:38-də Salyan rayonu, Xələs kəndi, saat 13:37:18-də Salyan rayonu, Çuxanlı kəndi, saat 13:41:56-da Salyan rayonu, Aşağı Kürsəngi kəndi, “Gölüstü” restoranı, saat 15:20:31-də Salyan rayonu ATS ünvanlarda aktiv olmuşdur. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyə təqsirləndirilən şəxsə məhkəmədə göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 10 (on) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında həm müdafiə, həm də ittiham tərəfin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Sözü gedən Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Haqqında bəhs olunan Məcəllənin 145.1 və 145.2-ci maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olsa da, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının 2025-ci ilin yanvar ayında günorta saat 12:20 radələrində evində yatılı olarkən evinə daxil olaraq onu tutub, çox pis formada təzyiq etmələri, həmin vaxt yaşadığı evin həyətində yalnız şəxsi istifadəsi üçün bundan beş-on gün əvvəl Bakıya gedəndə “Hacıoğlu” restoranını keçəndən sonra yolun üstündən tapdığı iki kiloqrama yaxın “nəşə” olması, evinə gələn yeddi-səkkiz nəfər polis əməkdaşından birinin evinə girib oradakı ailə üzvlərinə təzyiq göstərməsi, daha sonra əlində qara torba ilə gələrək həmin torbanın da ona məxsus olduğunu bildirib, ondan bunu etiraf etməsini tələb etməsi, etiraz etdiyi halda polislərin arxadan ona qandal vurub yerə yıxaraq üzünə yumruqla vurmaları, təklif edilən torbanı qəbul etməsini, əks-halda ailə üzvlərinə qandal taxıb şöbəyə aparacaqlarını bildirmələri, göstərdiyi səbəblərdən onların dedikləri ilə razılaşması, Anar adlı polis əməkdaşının ona təzyiq göstərməsi, videoçəkiliş zamanı edəcəyi hərəkələri bildirməsi, evinin yataq otağından güya aşkarlanan narkotiki “boynuna al” deməsi, heç bir iran vətəndaşını tanımaması, istifadəsində olan mobil telefon nömrəsinin anten dairəsi məlumatlarının müxtəlif ərazilərdə çıxmasının səyyari qaydada fəaliyyət göstərməsi ilə əlaqədar olması, 16 yanvar 2025-ci il tarixdə Astaraya getməsinin səbəbinin maşın düzəltməklə bağlı olması, həmin gün avtomobilini təmir etmək üçün çağıran şəxsin adını və getdiyi ərazini dəqiq xatırlamaması, evindəki yataq otağından aşkar olunduğu deyilən narkotik vasitələr və psixotrop maddənin ona məxsus olmaması, polislərin ona mənəvi təzyiq göstərmələri barədə bildirdikləri əsassız olaraq törətdiyi əməllərdə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 yanvar 2025-ci il tarixdə yaşadığı Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 152 ünvanının qarşısında saxlanıldıqdan sonra ilkin izahatında, müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir (iş vərəqi 37-38; 58-62; 71-75). Təqsirləndirilən şəxs həmçinin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 yanvar 2025-ci il tarixdə yaşadığı Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 152 ünvandakı evinə videoçəkiliş aparılmaqla baxış keçirilərkən həmin evin həyətindən və yataq otağındakı çarpayının alt hissəsindən aşkarlanmış narkotik vasitələr və psixotrop maddənin ona məxsus olmasını, həmin kütlələri İran İslam Respublikasının vətəndaşı “Rahim” adlı şəxsin vasitəsilə təxminən iki gün əvvəl Astara rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini, narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Rahim” adlı şəxsin ona 2.000 (iki min) manat pul verəcəyini bildirmişdir /istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən DVD diskdən görünür/ (iş vərəqi 14-16). Bundan başqa, o, ifadəsinin yerində yoxlanılması zamanı da, eyni məzmunlu ifadə vermiş və ifadəsində bildirdiyi xüsusatları hadisə yeri olan, yəni narkotik vasitələr və psixotrop maddələri götürdüyü Astara-Bakı avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində, Bakı istiqamətində yerləşən “Hacıoğlu” restoranına çatmamış geridəki surət yol nişanının yanında əyani olaraq göstərərək təsdiq etmişdir (iş vərəqi 98-103). Bundan əlavə, o, ibtidai istintaq zamanı onun yaşadığı evin həyətindən və yataq otağından aşkar olunan narkotik vasitələr və psixotrop maddə barədə “məhkəməbioloji” və “materialların məhkəmə ekspertizası”na dair ekspert rəyləri ilə tanış olarkən həmin rəylərlə bağlı vəsatət və etirazının olmamasını bildirmişdir (iş vərəqi 48; 56; 81-82). Bundan başqa, o, Salyan Rayon Məhkəməsində barəsində qətimkan tədbiri seçilərkən özünü ona verilmiş ittiham üzrə təqsirli bilmişdir (iş vərəqi 94-97). Təqsirləndirilən şəxs məhkəmədə heç bir İran vətəndaşını tanımaması, 16 yanvar 2025-ci il tarixdə Astara rayonuna maşın düzəltmək üçün getməsi, polis əməkdaşları tərəfindən 18 yanvar 2025-ci il tarixdə, saat 15 radələrində deyil, 12:20 radələrində saxlanılması barədə dedikləri ilə əlaqədar irəli sürdüyü alibini sübut etməsi üçün ona şərait yaradılmış, bununla əlaqədar ona məxsus olan və saxlanılarkən üzərindən aşkar olunmuş “Samsung A25” markalı mobil telefon Salyan Rayon Polis Şöbəsindən tələb olunaraq məhkəməyə gətirilmiş, lakin təqsirləndirilən şəxs həmin telefona daxil olma kodunu xatırlamadığından telefonun “WhatsApp”, “İnstagram” sosial şəbəkələrinə baxmaq mümkün olmamış, “giriş-çıxış zəngləri”, “kontaktlar” bölməsində iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır (mobil telefon aidiyyəti polis şöbəsinə geri qaytarılmışdır). Bundan başqa, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 istifadəsində olan 050 730-30-50 saylı mobil nömrənin müvafiq operatorda qeydə alınmış 17 yanvar 2025-ci il, saat 00:00-dan 19 yanvar 2025-ci il, saat 00:00-dək müddətə anten dairəsi məlumatlarından məlum olmuşdur ki, həmin mobil telefon nömrəsinin anten dairəsi 18 yanvar 2025-ci il tarixdə, saat 12:38:40-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, “Sahil” şadlıq sarayı, saat 13:09:49-da Qaradağ rayonu, Qobustan qəsəbəsi, 57-58-ci km; saat 13:20:09-da Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində, saat 13:23:49dan isə Salyan rayonunun ayrı-ayrı kəndlərinin ərazisində müəyyən olunmuşdur. Belə olan halda, Şahid1 Təqsirləndirilən şəxs ilə bağlı sonuncunun iddia etdiyi kimi 18 yanvar 2025-ci il tarixdə, saat 12:20-də ünvan 6 ünvanda onu saxlaması mümkün deyildir və beləliklə, bir daha təsdiq olunur ki, Təqsirləndirilən şəxs əməliyyatçılar tərəfindən həqiqətən də, həmin tarixdə, saat 15 radələrində saxlanılmışdır. Bundan əlavə, məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkilləri, polis mayoru Şahid1, Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 hər biri ayrıayrılıqda ifadələrində Təqsirləndirilən şəxs ilə bağlı 18 yanvar 2025-ci il tarixdə ünvan 6 ünvanda, saat 15 radələrində əməliyyat-axtarış tədbiri keçirdiklərini bildirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinin tələbinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş psixoloji təsirlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, əksinə, ibtidai istintaq zamanı izahat və ifadələrində, videoçəkilişlə aparılmış ayrı-ayrı istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən hər hansı zorakılıq hərəkətlərinə yol verilməməsini bildirmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən psixi təsirə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət olunmamış, təqsirləndirilən özü bununla bağlı hər hansı bir əsaslı səbəb göstərməmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təsir nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təsirlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun ibtidai istintaq ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə həmin ifadələrində polis əməkdaşları tərəfindən hər hansı qanunazidd hərəkətlərə məruz qalmamasını bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, yuxarıda qeyd olunanlardan başqa ondan aşkar olunan narkotik vasitələrin qurudulmuş marixuana, heroin, metadon, psixotrop maddə metamfetamin kimi müxtəlif növlərdə olması, çəkilib ayrı-ayrı bağlamalara bükülməsi və ayrı-ayrı yerlərdə saxlanılması həmin narkotik vasitələr və psixotrop maddənin çəkiləri onlara münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 31, 32.2, 34.2-ci maddələrinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Məcəllənin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri ondan ibarətdir ki, əvvəla, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi isə cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Qanunun ümumilikdə mənasına görə qeyd olunan cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, həmin Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 4-cü bəndinin tələbinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 49 və 146-cı bəndlərinə əsasən heroin və marixuana (kannabis) dövriyyəsi qadağan edilmiş narkotik vasitələr, 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddədir; İİ Siyahısının 1-ci hissəsinin 6-cı bəndinə əsasən metadon dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitədir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 83-cü bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 800 (səkkiz yüz) qramadək çəkidə narkotik vasitə heroin; 109.1-ci bəndinə əsasən təmiz halda 500 qramdan 50.000 qramadək çəkidə qurudulmuş marixuana; 111-ci bəndinə əsasən təmiz halda 1,6 qramdan 160 qramadək çəkidə metadon, İİ Siyahısının 118-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 400 (dörd yüz) qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edirlər. Məhkəmə, hazırki işin faktiki hallarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-ci fəslində göstərilən normalar, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı, o cümlədən, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli Qərarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə dair hissəsini tənzimləyən 12-ci bəndində göstərilən müddəalarla əlaqəli şəkildə təhlil edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ondan aşkar olunan psixotrop maddə və narkotik vasitələri götürmək üçün 2025-ci il yanvarın 15-də iranlı Rahimlə əlaqə saxladıqdan sonra yanvar ayının 16-da saat 19 radələrində evdən çıxaraq Astara rayonunun, Pensər kəndinin ərazisinə getməsinə dair xüsusatın istifadəsində olan mobil nömrənin anten məlumatları ilə təsdiq olunması, təqsirləndirilən şəxsin narkotik vasitəni iranlının dediyi yerə atmağa, həmin narkotikdən öz şəxsi istifadəsi üçün götürməsi və iranlının ona pul verəcəyini vəd etməsi müqabilində razılaşması onların artıq qabaqcadan əlbir olaraq cinayət barədə razılığa gəlmələrinə, təqsirləndirilən şəxsin həm şəxsi marağı (iranlının göndərdiyi narkotik vasitənin bir hissəsini şəxsi istifadəsi üçün götürməsi), həm də mənfəət əldə etməsi müqabilində iranlı ilə əlbir olmasına (iranlının ona göndərdiyi narkotiki dediyi yerdən götürüb başqa deyəcəyi yerə qoyduğu təqdirdə 2.000 (iki min) manat məbləğində pul vəd etməsi) dəlalət edir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayətin digər şəxslə qabaqcadan əlbir olaraq törədilməsi məsələlərinin həlli zamanı “digər şəxsin” şəxsiyyətinin konkret olaraq bəlli olmaması halı əməlin tövsüfü üçün əhəmiyyət kəsb etmir. Analoji ittihamların təsdiqi üçün “digər şəxsin” cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri əvvəlcədən əlbir olmaqla icra (qismən icra) etməsi kifayətdir və konkret halda, məhkəmə iclasında tədqiq edilmiş sübutlar “digər şəxs”in təqsirləndirilən şəxslə qabaqcadan əlbir olmaqla cinayətin obyektiv cəhətini təşkil edən müəyyən hərəkətləri icra etməsi təsdiq olunduğundan təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1. maddəsilə irəli sürülmüş ittiham əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edərək qiymətləndirmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici, məhkəmədə isə qismən etirafedici ifadələri, şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkillərinin ifadələri ilə yanaşı, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsinə dair”, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında”, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə”, “diskə baxış keçirilməsi haqqında” protokollar və həmin protokollara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, əməliyyatçının isifadəsində olan mobil telefon nömrəsinin anten dairəsi məlumatları, maddi sübutlar, ekspert rəyləri və digər sənədlər, yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Sözü gedən Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Barəsində bəhs olunan Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1 və 9.2-ci maddələrinə əsasən, Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəliliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunduğundan və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyənləşdirildiyindən, qanunun qeyd edilən tələbi baxımından ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata götürülməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Bu mənada, məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş, ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 1880,71 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 9,815 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 232,68 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2020 ədəd narkotik vasitə metadon həbi məhv edilməli; “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsinə dair” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokollara əlavə edilmiş iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disklər iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi olmadığına görə məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmənin ilkin mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatların dəyəri olan 186 (bir yüz səksən altı) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq hərəkətlərinin faktiki məhdudlaşdırıldığı vaxtdan şübhəli şəxs qismində tutulanadək, həmçinin tutulduğu, habelə həbsdə saxlanıldığı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 18 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata götürülsün. Cinayət işi üzrə ekspertiza tədqiqatların dəyəri olan 186 (bir yüz səksən altı) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş, ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 1880,71 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 9,815 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 232,68 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2020 ədəd narkotik vasitə metadon həbi məhv edilsin; “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsinə dair” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokollara əlavə edilmiş iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsınlar. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-306/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-306/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver